Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-147/2024 15.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X10, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçilər- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Ağcabədi Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.2000-ci ildə Ağcəbədi rayonu, Hindarx qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağcəbədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1989-cu ildə Ağcəbədi rayonu, Kəhrizli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağcəbədi rayonu, Kəhrizli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz aralarında və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddənin əldə edilməsi, saxlanması, daşınmasına dair razılaşaraq, cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun digər üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb, daşınmış və Biləsuvar rayonu, «Çaylı-Əsgərabad» dairəvi yolunun kənarında, «Şuşa-Biləsuvar-İran yolu» sözləri yazılmış lövhənin altında bir ədəd sellofan torbanın içərisində külli miqdarda, 1365,0 qram narkotik vasitə heroin, külli miqdarda 151,636 qram psixotrop maddə metamfetamin, külli miqdarda, 535,0 qram çəkidə tiryək və şəxsi istehlak miqdarından artıq miqdarda, 66,580 qram narkotik vasitə qurudulmuş marixuananın gizlədilməsi barədə məlumat verilməsindən sonra onlar aralarında olan razılaşmaya və ümumi niyyətə uyğun olaraq həmin narkotik vasitələr və psixotrop maddəni götürüb cinayətkar qrupun digər üzvlərinə çatdırmaq məqsədilə 25 may 2023-cü il tarixdə saat 00:00 radələrində birlikdə Təqsirləndirilən şəxs2 idarə etdiyi “Opel” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gəldikdən sonra, Təqsirləndirilən şəxs1 qeyd edilən narkotik vasitəni və psixotrop maddəni gizlədildiyi yerdən götürüb satış məqsədi ilə qanunsuz olaraq birgə əldə edib, saxlayıb və Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə daşıyarkən Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 25 may 2023-cü il tarixdə 00:10 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Xan” şadlıq sarayının qarşısında saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən əlində gəzdirdiyi sellofan torbanın içərisində olan bir ədəd sellofan bükümdə külli miqdarda, 1365,0 qram narkotik vasitə heroin, bir ədəd sellofan bükümdə külli miqdarda 151,636 qram psixotrop maddə metamfetamin, iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 335,0 qram və 200,0 qram olmaqla ümumilikdə külli miqdarda, 535,0 qram çəkidə tiryək və şəxsi istehlak miqdarından artıq miqdarda, 66,580 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan ittihamlarda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Nurlanla hadisədən bir ay əvvəl əlaqəsi olub, onunla çay evində tanış olmuş, üzbəüz görüşmüşlər. 24 may 2023-cü il tarixdə Bakı şəhərində olan zaman X14 ilə “WhatsApp” proqramı vasitəsilə danışaraq, Biləsuvar rayonuna gəlmişdir. X5 300 qram narkotik vasitə marixuananı götürüb, daha sonra Bakı şəhərinə aparıb dayısı hara desə həmin yerə qoyacaqmış və qarşılığında 400 manat pul alacaqmış. Bu barədə dayısı ilə telefon danışıqları olmuş, dayısı narkotikin olduğu yerin şəkilini də atmışdır. Biləsuvara gəldikdə isə Nurlanla telefon vasitəsilə əlaqə saxlayıb, Biləsuvar rayonundan sənəd götürməyə gəldiyini, üzərində pulunun olmadığını, onu qarşılayıb taksi pulunu verib, daha sonra onu aparmağı xahiş etmişdir. Nurlana zəng vurarkən isə o telefona cavab verməmiş, sonra Zauru yığmış, Nurlanla danışmaq istədiyini demiş, Zaur isə Nurlanın yanında olduğunu bildirib və telefonu Nurlana vermişdir. Nurlan isə gəlib onu qarşılamış, taksi pulunu vermiş və onu aparmışdır. Nurlandan başqa maşında Zaur və Tural adlı şəxslər də olmuş, lakin özü təkcə Nurlandan onu qarşılamağı xahiş etmiş, digərlərini isə tanımamışdır. Nurlana gedəcəyi yeri demiş, göstərdiyi yerdən sənəd götürəcəyini bildirmişdir. Əvvəlcə yanacaqdoldurma məntəqəsinin yanında 10-15 dəqiqə gözləmiş, narkotiki isə kimin ora atdığın isə görməmişdir. Nurlanla göstərdiyi yerə getmişlər, lakin heçnə götürə bilməmiş, həmin plakatı keçib getmişdir. Daha sonra geri qayıdıb, balaca bir büküm marixuana götürmüşdür. Nurlan isə bunu görüb etiraz etmiş, onu aldatdığın bildirmişdir. Maşında Nurlan onunla mübahisə etmiş, onu aldadıb gətirdiyini, bu barədə polisə şikayət edəcəyini demişdir. Həmin vaxt isə YPX gəlib saxlamışdır. Bu zaman isə götürdüyü narkotiki atmış, saxlanılan zaman isə maşında heç bir narkotik vasitə olmamışdır. Şöbədə isə iki kq-dan çox marixuana çıxarmışlar, lakin nə üzərində nə də ki, avtomobildə narkotik vasitə olmamışdır. Şöbədə narkotiki ona əməliyyatçılar vermiş, onu qorxutmuşlar, demişlər ki, “bunu götürməlisən, yoxsa evindən çıxaracayıq, boynuva götürməlisən”. O da məcbur olub razılaşmışdır. Bu hadisədən əvvəl də narkotik götürmək məqsədilə Nurlanla birlikdə Biləsuvar rayonuna getmişlər, lakin yolda onları YPX saxlamış, sənədləri qaydasında olmadığından maşın saxlanılmış, onlar isə geri qayıtmışdır. Hardasa 15-20 gün aralıqla həmin yerə getmişdir. Məqsədi götürdüyü narkotiki Bakı şəhərinə aparmaq olmuşdur. Birinci dəfə Nurlana məxsus maşınla, ikinci dəfə isə Turala məxsus maşınla Biləsuvara getmişlər. Nurlan hər iki halda onun nə məqsədlə Biləsuvara getdiyin bilməmişdir. Bu işə düzgün baxılmasını, Nurlana bəraət verilməsini xahiş etmiş, özünə isə tutulduğuna görə iş verilməsini, şöbədə yükləndiyini, onun narkotik vasitəni almağa pulunun olmadığını bildirmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X2 dayısıdır, 2023-cü ilin fevral-mart aylarında Rusiya Federasiyasının Mahaçqala şəhərinə getmiş və orada yaşayır. Məmmədbağır Səfərovla “WhatsApp” proqramı vasitəsilə tez-tez əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs2 təxminən 2023-cü ilin aprel ayında tanımış, Ağcəbədi rayonu, Kəhrizli kənd sakinidir, heç bir qohumluq əlaqələri, şəxsi ədavət və ya düşmənçilik münasibətləri olmasa da, lakin dostluq münasibətləri vardır. Şahid7 və Şahid6 isə əvvəllər görməmiş, heç biri ilə tanışlığı, qohumluq əlaqələri, şəxsi ədavət və ya düşmənçilik münasibətləri olmamışdır. Həmin şəxsləri 24 may 2023-cü il tarixdə saat 23:30 radələrində Biləsuvar rayonu ərazisində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Təqsirləndirilən şəxs2la görüşən zaman tanımış, Nurlan həmin şəxslərlə onu tanış etmişdir. Biləsuvar rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılmazdan təxminən 20 gün əvvəl, yəni 2023-cü ilin may ayının əvvəllərində Rusiya Federasiyasının Mahaçqala şəhərində yaşayan X14la “WhatsApp” proqramı vasitəsilə danışan zaman Məmmədbağır ona İran İslam Respublikasından olan bir tanışının Biləsuvar rayonu ərazisinə narkotik vasitə göndərəcəyini bildirmiş, həmin narkotik vasitəni Biləsuvar rayonunda gizlədildiyi yerdən götürüb Bakı şəhərinə deyəcəyini yerə aparmasını istəmiş, bu işi görməsinin qarşılığında isə ona 400 (dörd yüz) manat pul verməyi təklif etmişdir. O da Məmmədbağır Səfərovun bu təklifi ilə razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi Niva markalı avtomobillə onu Biləsuvar rayonuna gətirməsini xahiş etmiş və X14la birlikdə cəzaçəkmə müəssisəsində cəza çəkmiş Biləsuvar rayonu, Səmədabad kəndində yaşayan Möhübbət adlı dostu ilə görüşəcəyini demişdir. Təqsirləndirilən şəxs2 da idarə etdiyi avtomobillə onu Biləsuvar rayonuna gətirmişdir. Lakin, Nurlana Biləsuvar rayonuna narkotik vasitə əldə etmək üçün gəlməsi barədə heç bir məlumat verməmişdir. Həmin gün Biləsuvar şəhəri ərazisində Nurlan idarə etdiyi avtomobillə işıqforun qırmızı rəngli işığı yanarkən hərəkətinə icazə verilməməsinə baxmayaraq avtomobillə hərəkət etdiyi üçün YPX əməkdaşları avtomobili saxlamış, Nurlanın sürücülük vəsiqəsi olmadığı üçün polis əməkdaşları idarə etdiyi avtomobili polis şöbəsinin müvəqqəti duracağına aparmışlar. Buna görə də Biləsuvar rayonu ərazisində gizlədilmiş narkotik vasitəni əldə edə bilməyib Nurlanla birlikdə Ağcəbədi rayonuna qayıtmış, Məmmədbağıra zəng edərək bu barədə məlumat vermişdir. Bundan başqa, 2023-cü ilin may ayının ortalarında Rusiya Federasiyasının Mahaçqala şəhərində yaşayan X14 “WhatsApp” proqramı vasitəsilə ona zəng etmiş, onlar danışan zaman İran İslam Respublikasından olan bir tanışının Biləsuvar rayonu ərazisinə narkotik vasitə gizlətdiyini bildirmiş, həmin narkotik vasitəni Biləsuvar rayonunda gizlədildiyi yerdən götürüb Bakı şəhərinə deyəcəyi yerə aparmasını istəmişdir. Bu işi görməyi qarşılığında isə ona 400 (dörd yüz) manat pul verməyi təklif etmişdir. O, bu dəfə də X14un təklifi ilə razılaşmışdır. 24 may 2023-cü il tarixdə saat 15 radələrində Bakı şəhərində olan zaman X14 yenidən ona “WhatsApp” proqramı vasitəsilə zəng edərək Biləsuvar rayonuna gəlməsini və Biləsuvar rayonu ərazisində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında üzərində “Şuşa-Biləsuvar-İran” yolu yazılmış lövhənin altında gizlədilmiş bir ədəd bağlamada olan 300 (üç yüz) qram narkotik vasitə heroini götürüb Bakı şəhərinə aparmasını istəmiş və Bakı şəhərinə çatdıqdan sonra deyəcəyi ünvana həmin narkotik vasitəni çatdırmasını, əvvəlcədən aralarındakı razılaşmaya əsasən bu işin qarşılığında 300 (üç yüz) manat pul verəcəyini bildirmişdir. O da X14un bu sözündən sonra həmin gün, yəni 24 may 2023-cü il tarixdə saat 21 radələrində Bakı şəhərində, 20 Yanvar metrostansiyasının yaxınlığına gedib Biləsuvar rayonuna gələn taksilərdən birinə əyləşmiş və Biləsuvar rayonuna gəlməyə başlamışdır. 20 Yanvar metrostansiyasının yaxınlığında taksiyə əyləşən zaman dostu Təqsirləndirilən şəxs2 zəng edərək dayısı Məmmədbağırın Biləsuvar rayonunda yaşayan dostuna etibarnamə verəcəyini bildirmiş, narkotik vasitəni gizlədildiyi yerdən götürmək üçün özünə yoldaşlıq etmək məqsədilə Nurlana yalandan pulu olmadığını bildirmiş və taksi ilə gəlib Biləsuvar rayonundan onu Ağcəbədi rayonuna aparmasını xahiş etmişdir. Ağcəbədi rayonuna getdikdən sonra dayısı Məmmədbağırın ona göndərəcəyi puldan Nurlana idarə etdiyi avtomobilin Biləsuvar rayonu ərazisində YPX əməkdaşları tərəfindən saxlanılıb inzibati qaydada cərimə olunmasına görə cərimənin ödənilməsində köməklik etmək üçün pul verəcəyini demişdir. Təqsirləndirilən şəxs2 da onun bu sözlərindən sonra taksi ilə Ağcəbədi rayonundan Biləsuvar rayonuna gələcəyini bildirmişdir. Biləsuvar rayonuna gələn zaman yolda taksidə olarkən X14la “WhatsApp” proqramı vasitəsilə danışaraq narkotik vasitənin gizlədildiyi yerin fotoşəkilini göndərməsini istəmiş, Məmmədbağır da həmin yerin fotoşəklini ona göndərəcəyini demişdir. Həmin gün saat 23:50 radələrində Biləsuvar rayonu ərazisində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında taksidən düşmüş və orada Təqsirləndirilən şəxs2la görüşmüşdür. Həmin vaxt Nurlan yanında olan digər iki şəxslə onu tanış etmiş, həmin şəxslərdən birinin əmisi oğlu Zaur Qəhərmanov, digərinin isə taksi sürücüsü Şahid6 olmasını bildirmişdir. Avtomobildə əyləşib Nurlan, Tural və Zaura sənədi gətirəcək şəxsləri gözlədiyini demiş, təxminən 30-40 dəqiqə sonra dayısı Məmmədbağır “WhatsApp” proqramı vasitəsilə ona narkotik vasitənin gizlədildiyi yerin fotoşəkilini göndərmişdir. Həmin fotoşəkilə baxarkən üzərində “Şuşa-İran yolu-Biləsuvar” sözləri yazılmış lövhənin fotoşəklini görmüş və Nurlandan avtomobili həmin istiqamətdə hərəkət etdirməsini istəmişdir. Nurlan avtomobili idarə etmiş, Tural avtomobilin sağ qabaq oturacağında, Zaur isə onun yanında, yəni avtomobilin sol arxa oturacağında əyləşmişdir. Təxminən 500 metr irəli getdikdən sonra yolun sağ kənarında üzərində “Şuşa-Biləsuvar- İran yolu” yazılmış lövhənin yanında Nurlan avtomobili saxlamış, bundan sonra o, avtomobildən düşüb arxa sağ tərəfdə olan qeyd edilən lövhənin altında gizlədilmiş bir ədəd sellofan bağlamanı götürüb avtomobilə əyləşmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2, Şahid7 və Şahid6 onun oradan bağlama götürməsini gördükləri üçün bağlamada nə olduğunu soruşmuşlar. O da bağlamada narkotik olmasını bildirmiş, həmin şəxslərə narkotik vasitəni Bakı şəhərinə aparmasında köməklik etmələri qarşılığında hər birinə 100 manat pul və istifadə etmək üçün narkotik vasitə verməyi təklif etmişdir. Tural və Zaur adlı şəxslər onun bu hərəkətinə etiraz edərək Nurlandan avtomobili saxlamasını istəmişlər. Nurlan isə onun təklifi ilə razılaşmış və buna görə də avtomobili saxlamayaraq Bakı şəhəri istiqamətində hərəkət etdirmişdir. Tural və Zaur isə təkidlə Nurlandan avtomobili saxlamağı tələb etmişlər. Təqsirləndirilən şəxs2 arxadan YPX avtomobilin olmasını görüb avtomobili Biləsuvar şəhərinə doğru hərəkət etdirmişdir. Buna görə də YPX əməkdaşları sürücüyə avtomobili saxlamaq işarəsi vermişlər. Nurlan da avtomobili yolun sağında saxlamışdır. Bundan sonra əvvəlcə YPX əməkdaşları, daha sonra isə mülki geyimdə olan polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmişlər, üzərilərində və avtomobildə narkotik vasitə, psixotrop maddə daşımaları şübhəsini izah edərək Biləsuvar RPŞ-nə gətirmişlər. Polis şöbəsində vəkilinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və əlində olan sellofan bağlamaya baxış keçirilmişdir. Üzərinə şəxsi axtarış zamanı hər hansı narkotik vasitə, psixptrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra o, əlində olan ağ-qırmızı rəngli sellofan torbanı təqdim edərək həmin torbada narkotik vasitə olmasını bildirmişdir. Təqdim etdiyi sellofan torba açılıb baxıldıqda içərisində 5 ədəd şəffaf rəngli büküm olması müəyyən edilmişdir. Birinci büküm açılıb baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmiş, elektron tərəzidə çəkildikdə isə 25 qram olması müəyyənləşdirilmişdir. İkinci büküm açılıb baxıldıqda içərisində psixotrop maddə metamfetamin olması müəyyən edilmiş, həmin metamfetamin elektron tərəzidə çəkildikdə isə 160 (bir yüz altmış) qram olması müəyyənləşdirilmişdir. Üçüncü bağlama açılıb baxıldıqda içərisində narkotik vasitə həşiş olması müəyyən edilmiş, həmin həşiş elektron tərəzidə çəkildikdə isə 335 qram olması müəyyənləşdirilmişdir. Dördüncü sellofan bağlama açılıb baxıldıqda içərisində narkotik vasitə olması müəyyən edilmiş, elektron tərəzidə çəkildikdə isə 205 qram olması müəyyənləşdirilmişdir. Sonuncu beşinci sellofan bağlama açılıb baxıldıqda həmin bağlamada da narkotik vasitə heroin olması, elektron tərəzidə çəkildikdə isə 1385 (bir min üç yüz səksən beş) qram olması müəyyənləşdirilmişdir. Aşkar edilmiş narkotik vasitələr zərfə qoyularaq qablaşdırılmış və möhürləndikdən sonra götürülmüşdür. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq bildirmişdir ki, Biləsuvar rayonu ərazisində, “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən üzərində “Şuşa-Biləsuvar İran yolu” sözləri yazılmış lövhənin altından götürdüyü, içərisində narkotik vasitə və psixotrop maddə olan sellofan torbanın həmin yerə kim tərəfindən qoyulmasını bilmir, bu barədə X5 heç bir məlumat verməmişdir. Məmmədbağır Səfərov narkotik vasitəni Biləsuvar rayonuna göndərmiş İran İslam Respublikasının vətəndaşının kim olması barədə hər hansı məlumat verməmişdir, həmçinin həmin İİR vətəndaşı ilə hər hansı şəkildə əlaqə saxlamamış və kim olmasını da bilmir. Təqsirləndirilən şəxs2 Biləsuvar rayonuna taksi ilə gəlməsini və onu Ağcəbədi rayonuna aparmasını xahiş etmiş, lakin Nurlana narkotik vasitə əldə etmək üçün gəlməsini deməmiş, Təqsirləndirilən şəxs2 Şahid7 birlikdə gəlməsini Biləsuvar rayonu ərazisində “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında görüşən zaman bilmişdir. Şahid6 da orada taksi sürücüsü kimi tanımış, lakin əvvəllər heç bir tanışlığı olmamışdır. İfadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs1 bildirmişdir ki, elan olunmuş ifadələrini təsdiq etmir, ifadələri müstəntiq tərəfindən ona oxunmamış, özü də ifadələrini oxumadan imza etmiş, çünki ona təsir və təzyiqlər edildiyindən qorxmuş, həm də əvvəlcədən bu barədə polis əməkdaşları ilə də razılaşmışdır, məhkəmədə bildirdikləri isə doğrudur. Verilmiş suallara cavab olaraq da bildirmişdir ki, “narkotik vasitəni atdım dedikdə yəni o mənada ki, Nurlan atdı”. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır. Bu hadisə baş verməmişdən əvvəl onunla Ağcabədi rayonu, Hindarx qəsəbəsində görüşmüşdür. Həmin vaxt Sadiq demişdir ki, “Biləsuvara gedək oradan dayımın dostundan sənəd götürüm gələk”. Onunla razılaşıb, özü Zaur və Sadiq birlikdə idarə etdiyi avtomobillə Biləsuvar rayonuna getmişlər. Biləsuvarda işıqforun qırmızı işığından keçdiyinə görə YPX əməkdaşları tərəfindən saxlanılmış, lakin heç bir sənədi olmadığından ona məxsus avtomobili duracağa aparmışlar. Axşam tərəfi saat 7-8 radələrində qayıdıb geriyə Ağcabədiyə qayıtmışlar. Hadisə günü də özü, Zaur, Tural birlikdə Biləsuvar rayonuna getmişlər. Onları ora Sadiq dəvət etmiş, söz vermiş ki, avtomobilini duracaqdan çıxarmağa köməklik edəcəkdir. Sadiqin özü isə Biləsuvara Bakıdan gəlib. Onunla Biləsuvar rayonunda yanacaqdoldurma məntəqəsinin yanında görüşmüşlər. Özləri həmin yerə Turala məxsus avtomobillə getmişlər. Sadiq onlarla görüşdükdən sonra demişdir ki, “dayımın dostu da burdadır, gedək ondan sənəd götürüm gələk”. Həmin yerdən isə Turala məxsus avtomobili özü idarə etmişdir. Biləsuvar rayonunda ikinci dəfə imiş olurmuş, rayonu da yaxşı tanımırmış. Odur ki, Sadiq hara demişsə avtomobili də ora sürmüşdür. Gecə saat 12-1 radələri olarmış. Yolda olan löhvənin yanında isə Sadiq maşını saxladıb, yerə düşmüş, onlar isə maşında qalmışlar. Daha sonra Sadiq əlində bir ədəd bükümlə maşına qayıdıb əyləşmişdir. O zaman Sadiqdən soruşmuş ki, bu büküm nədir? Sadiq isə həmin bükümün marixuana olduğunu demişdir. Sadiqə dərhal maşından düşməsini, ya da həmin bükümü atmasını bildirmiş, əks halda özünün çıxıb gedəcəyini demişdir. Həmin vaxt Sadiq ona pul da, narkotik də təklif etmiş, lakin onunla razılaşmamışdır. Maşını 5-6 metr sürdükdə bunları görüb dərhal saxlamışdır. Elə həmin vaxt da polis əməkdaşları gəlib onları tutmuşdur. Polislər gələndə isə Sadiq artıq narkotiki maşından atmışdır. Biləsuvara getməkdə məqsədi Sadiqin ona məxsus avtomobili duracaqdan çıxarmağa söz verməsi olmuşdur. Maşını Sadiq saxladan da onlar yerə düşməmiş, özü də fikirləşmiş ki, yol gəlib təbii ehtiyac üçün düşür. Maşına qayıdan da isə Sadiqin əlində balaca büküm olmuşdur. Sadiqdən bükümün nə olduğunu soruşduqda “nəşə” olduğunu, onu Bakıya aparmağını istəmişdir. O isə Sadiqə iki körpəsinin olduğunu, bunu eliyə bilmədiyini, ya tullamasını, ya da onu aparmayacaqlarını demişdir. Sadiq ona pul narkotik təklif etmiş, lakin onunla razılaşmamışdır. Sadiqin yol boyu kiminləsə telefon danışığını eşitməmişdir. Sadiq hadisə günü onu Zaurun vasitəsilə tapmışdır. Həmin vaxt çayxanada domino oynayırmış, Sadiq Zaura zəng vurmuş, Zaur isə telefonu ona gətirmişdir. Həmin vaxt telefonu götürüb Sadiqlə danışmış, Sadiq isə Biləsuvara gəlməyini, maşınını duracaqdan çıxarmağa kömək edəcəyini demişdir. Sadiqə etirazın bildirdikdə, o əlindəki bağlamanı maşından çölə atmış, daha sonra polislər gəlib onları saxlamışdır. Saxlanılarkən isə üzərlərində və maşında heç bir narkotik vasitə olmamışdır. Özünün heç bir günahının, çəkilişi və telefon danışığının olmadığını, barəsində bəraət verilməsini məhkəmədən xahiş etmiş, ailəsinə gedib qovuşmaq istədiyini bildirmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, arabir narkotik vasitə qurudulmuş marixuana istifadə etsə də, lakin digər narkotik vasitələrdən istifadə etməmişdir. Təqsirləndirilən şəxs1 Biləsuvar rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılmazdan təxminən 7-8 ay əvvəl, yəni 2022-ci ilin oktyabr ayından tanıyır. Belə ki, 2022-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs1 onun yaşadığı Kəhrizli kəndinə qonaq gələn zaman tanış olmuş, həmin vaxtdan da dostluq münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitə istifadə etməsini görməmiş və narkotik vasitə istifadə etməsindən məlumatı olmamışdır. Biləsuvar rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılmazdan əvvəl, yəni 2023-cü ilin may ayının əvvəllərində Ağcabədi şəhərində olan zaman Sadiq və yanında olan başqa şəxslər ona bildirmişlər ki, Biləsuvar şəhərinə getməliyik avtomobil axtarırıq. O da həmin şəxsləri özünə məxsus olan “Niva” markalı avtomobillə Biləsuvar rayonuna gətirməyə razılaşmışdır. Hətta orada olan şəxslərdən biri onları idarə etdiyi avtomobillə Biləsuvar rayonuna gətirməsi qarşılığında onun da xeyrinin olacağını bildirmişdir. Hazırda Sadiqin adını xatırlamadığı dayısı həmin şəxsləri Biləsuvar şəhərinə göndərmiş, lakin onların hansı səbəbdən gəlmələrini bilməmişdir. Onlar həmin günü də Sadiqlə birlikdə Ağcabədi şəhərindən Biləsuvar şəhərinə yola düşmüşlər və saat təxminən 19 radələrində çatmışlar. Biləsuvar şəhərində mərkəzində olan işıqforun qadağanedici işığını gözləmədən keçdiyi üçün, yol patrul xidmətinin əməkdaşları onun avtomobilini polis şöbəsinin duracağına yerləşdirmişlər. Bundan sonra onlar Sadiqlə birlikdə Ağcabədi şəhərinə qayıtmışlar. Bundan başqa, 24 may 2023-cü il tarixdə saat 16 radələrində Ağcəbədi rayonu, Kəhrizli kəndində yerləşən Mustafa adlı şəxsin işlətdiyi çayxanda Şahid6 və Şahid7la birlikdə domino oynayan zaman Təqsirləndirilən şəxs1 onun mobil telefonuna zəng edərək Bakı şəhərindən Biləsuvar rayonuna taksi ilə gəlməsini və Biləsuvar rayonundan dayısına aid bir sənədi tanışına verəcəyini bildirmiş, taksiyə vermək üçün yol pulu olmadığına görə Biləsuvar rayonuna gəlib yol pulunu verməsini və taksi ilə onu Ağcəbədi rayonuna aparmasını xahiş etmişdir. O da Təqsirləndirilən şəxs1la dostluq münasibətlərinin olmasını nəzərə alıb həmin vaxt bir stolda əyləşmiş Şahid6 idarə etdiyi “Opel” markalı, hal-hazırda dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə taksi kimi onu Biləsuvar rayonuna gətirməsini, Biləsuvar rayonunda olan Təqsirləndirilən şəxs1 götürüb Ağcabədi rayonuna geri qayıdacağını və bunun qarşılığında 50 (əlli) manat pul verəcəyini bildirmişdir. Tural da idarə etdiyi avtomobillə onu Biləsuvar rayonuna gətirməyə razılaşmışdır. Həmin vaxt yanında olan qohumu Şahid7 onunla birlikdə Biləsuvar rayonuna yoldaş kimi gəlməsini xahiş etmiş, Zaur da vacib bir işi olmadığını bildirərək Turalın idarə etdiyi avtomobillə Biləsuvar rayonuna onlarla birlikdə gəlməyə razılaşmışdır. Bundan sonra saat 18 radələrində Şahid6 idarə etdiyi “Opel” markalı avtomobillə Biləsuvar rayonuna gəlməyə başlamışlar. Yolda olarkən Təqsirləndirilən şəxs1 ona zəng edərək Biləsuvar rayonunda yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanına gəlməsini istəmişdir. Həmin gün saat 21 radələrində Biləsuvar rayonuna çatmışlar və Biləsuvar rayonunda yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanına getmişlər. Onlar həmin yerdə təxminən 30-40 dəqiqə dayanıb Sadiqin gəlməsini gözlədikdən sonra Sadiq həmin yerə tanımadığı bir şəxsin idarə etdiyi taksi ilə gəlmişlər. “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanında Sadiqlə görüşən zaman onu qohumu Şahid7 və həmkəndlisi taksi sürücüsü Şahid6la tanış etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 dayısına aid sənədi göstərib avtomobillə onu dediyi yerə aparmasını istəmişdir. O da Şahid6 məxsus olan avtomobili idarə etmiş, qabaq sağ oturacaqda Şahid6, arxa sol oturacaqda Şahid7, arxa sağ oturacaqda isə Təqsirləndirilən şəxs1 əyləşmişdir. Sadiq avtomobili göstərdiyi yolla hərəkət etdirməsini istədiyi üçün o da həmin yolla hərəkət etmişdir. Asfalt yolla təxminən 500-600 metr məsafə getdikdən sonra yolun kənarında hal-hazırda üzərində xatırlamadığı yazılar olan lövhənin yanına çatarkən Təqsirləndirilən şəxs1 avtomobili saxlamasını istəmişdir. O da avtomobili həmin lövhənin yanında saxlamışdır. Sadiq avtomobilin sağ arxa qapısını açmışdır. Həmin vaxt mobil telefonla danışdığı üçün Sadiqin avtomobildən düşməsini görməmiş, avtomobilin qapısını açdıqdan 2-3 saniyə sonra Sadiq avtomobili sürməsini istəmişdir. O da avtomobili irəli hərəkət etdirmişdir. Lakin, tanımadığı bir dairəyə çatdıqda Sadiq avtomobili geri döndərib “Azpetrol” yanacaqdoldurma məntəqəsi istiqamətində hərəkət etdirməsini istəmişdir. O, avtomobili geri döndərib “Azpetrol” yanacaqdoldurma məntəqəsi istiqamətində hərəkət etdirmişdir. Yolda hərəkətdə olan zaman YPX əməkdaşları ona avtomobili saxlamaq işarəsi vermişlər. Buna görə də avtomobili yolun sağında saxlamışdır. İlk olaraq YPX əməkdaşları, daha sonra isə mülki geyimdə olan polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmişlər, üzərilərində, habelə idarə etdiyi avtomobildə narkotik vasitə, psixotrop maddə daşımaları şübhəsini izah edərək Biləsuvar RPŞ-nə gətirmişlər. Polis şöbəsində şübhəli şəxs qismində vəkili Mehman Mütəllimovun iştirakı ilə tutulduqdan sonra vəkili və polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. İlk olaraq ona üzərində narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş digər hər hansı əşya, predmet vardırsa, könüllü olaraq çıxarıb təqdim etməyim təklif edilmişdir. Lakin, o, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilsə də, lakin üzərindən hər hansı narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra, o, Şahid6, Şahid7 və Təqsirləndirilən şəxs1, vəkilləri və polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş aparılmaqla “Opel” markalı avtomobilə baxış keçirilmişdir. İlk olaraq onlara həmin avtomobildə narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş digər hər hansı əşya, predmet vardırsa, könüllü olaraq çıxarıb təqdim etmələri təklif edilmişdi. Lakin, onlar avtomobildə hər hansı narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olmadığını bildirmişlər. Bundan sonra polis əməkdaşları tərəfindən “Opel” markalı avtomobilə baxış keçirilsə də, lakin avtomobildən hər hansı narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. O, Biləsuvar RPŞ-də Təqsirləndirilən şəxs1 Biləsuvar rayonuna narkotik vasitə əldə etmək üçün gəldiyini, idarə etdiyi avtomobili saxlayarkən narkotik vasitə əldə etməsini bilmişdir. Lakin, həmin vaxta qədər Sadiqin Biləsuvar rayonuna narkotik vasitə əldə etmək üçün gəlməsindən heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1, həmçinin Həsənov və Şahid7 ifadələrində qeyd etdikləri yalandır. Belə ki, 24 may 2023-cü il tarixdə saat 00:00 radələrində Biləsuvar rayonunda “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında iradə etdiyi “Opel” markalı avtomobili saxladıqdan sonra yolun kənarında üzərində “Şuşa-İran yolu-Biləsuvar” sözləri yazılmış lövhənin altında gizlədilmiş bir ədəd bağlamanı götürdükdən sonra Sadiqin narkotik vasitə əldə etməsini bilməmiş, bu barədə onlara məlumat verməmişdir. Təqsirləndirilən şəxs1 onlara narkotik vasitəni Bakı şəhərinə aparıb çatdırmasında köməklik etmələri qarşılığında pul və narkotik vasitə verməyi təklif etməmiş, Şahid6 və Şahid7 Sadiqin bu hərəkətinə etiraz etməmişlər. İfadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs2 bildirmişdir ki, elan olunmuş ifadələrini təsdiq etmir, özü də ifadələrini oxumadan imza etmişdir. Verilmiş suallara cavab olaraq da bildirmişdir ki, narkotik vasitəni Sadiqin əlində alıb özü avtomobildən çölə atmışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 Biləsuvar rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun həmin cinayət əməlini ifşa etmək məqsədi ilə 24 may 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmişdir. Həmin cinayət əməlinin ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun tərkibinə o, CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Fikrət İskəndərov, CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3, NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, DYPB-nin YPX-nin inspektorları daxil edilmişdir. 24 may 2023-cü il tarixdə saat 00:05 radələrində Təqsirləndirilən şəxs1 içərisində əyləşdiyi ehtimal etdikləri “Opel” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar şəhəri, Q.Həsənova küçəsində hərəkətdə olan zaman əməliyyat müşahidəsinə götürülmüş, təxminən 5 dəqiqə sonra həmin avtomobil Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Xan” şadlıq sarayının qarşısında hərəkətdə olan zaman DYPB-nin YPX-nin inspektorları, polis serjantı Şahid4 və Rəşad Mirzəyev avtomobilin sürücüsünə avtomobili saxlamaq işarəsi vermişlər. Həmin sürücü də avtomobili yolun kənarında saxlamışdır. O və yaradılmış əməliyyat qrupunun digər üzvləri avtomobilə yaxınlaşıb sürücü və avtomobildə sərnişinin kimi əyləşmiş üç şəxsə özlərini təqdim etmişlər. Həmin avtomobilin sürücüsünə, həmçinin avtomobildə olan digər üç şəxsə üzərilərində və avtomobildə narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş digər əşya daşımaları şübhəsinin olduğunu izah edərək avtomobillə birlikdə RPŞnə gətirmişlər. RPŞ-də “Opel” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün Ağcəbədi rayon sakini Təqsirləndirilən şəxs2, avtomobildə sərnişin kimi əyləşmiş digər üç şəxsin isə Ağcəbədi rayon sakinləri Təqsirləndirilən şəxs1, Şahid6 və Şahid7 olmasını müəyyən etmişlər. Bundan sonra RPŞ-nin xidməti otaqlarının birində müdafiəçinin iştirakları ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 da əlində olan bir ədəd sellofan bağlamanı təqdim edərək həmin bağlamanın içərisində narkotik vasitə olmasını, narkotik vasitəni Rusiya Federasiyasında yaşayan X14un xahişi ilə Biləsuvar rayonu ərazisindən əldə etməsini, Bakı şəhərinə aparmaq məqsədilə daşımasını, bunun qarşılığında dayısının ona pul verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi üzəri yapışqan lentlə bağlanmış bağlama açılıb baxıldıqda içərisində 5 ədəd bağlama olması müəyyən edilmişdir. Bükümlər açılıb baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər, psixotrop maddə mefamfetaminə bənzər, narkotik vasitə heroinə və tiryəkə bənzər maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə tiryək, qurudulmuş marixuana və heroin, həmçinin psixotrop maddə metamfetamin ayrı-ayrı zərflərə qoyularaq qablaşdırılmış, götürülmüşdür. Bundan sonra Şahid7, Təqsirləndirilən şəxs2 və Şahid6 ayrı-ayrılıqda üzərlərinə şəxsi axtarış keçirilmiş, lakin hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya, predmet aşkar olunmamışdır. Son olaraq isə tərəflərin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 idarə etdiyi “Opel” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobildə narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Onda Zaur və Turalla bağlı heç bir əməliyyat məlumatı olmamışdır. Narkotik vasitələr olan torba Sadiqin əlində olmuşdur. Saxlanılan şəxslərə qarşı isə heç bir təsir və ya təzyiq göstərilməmişdir. Sadiqin əlindəki bağlamanı tullaması halı olmayıb, bununla bağlı da digər şəxslər heç bir söz deməyib. Nurlanla bağlı da onda heç bir əməliyyat məlumatı olmayıb. Saxlanılarkən bağlamanı Sadiqin əlində görmüşdür. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində bildirmişdir ki, 24 may 2023-cü il tarixdə əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs1 barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Onunla bağlı Biləsuvar rayonunda Opel markalı avtomobil əməliyyat müşahidəsinə götürülmüş, Xan şadlıq sarayı yaxınlığında prospektdə həmin Təqsirləndirilən şəxs1 içində olduğu ehtimal olunan Opel markalı avtomobil saxlanılaraq sürücü Nurlan adlı şəxs və digər sərnişinlərlə birlikdə rayon polis şöbəsinə gətirilmişdir. Onların içirəsindən Tural adlı şəxs varmış, həmin şəxsi özü götürüb şöbəyə aparmışdır. Şahid1 raportu ilə təhqiqatçıya təhvil verilmiş, xidməti otaqların birində onların üzərində şəxsi axtarış keçirilmişdir. Özü Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarışda iştirak etməyib, lakin digər üç şəxsin üzərində keçirilmiş şəxsi axtarışda iştirak etmişdir. Onların üzərində qanunla qadağan edilmiş heçnə narkotik vasitə qanunla qadağan olunmuş əşya aşkar edilməmiş, narkotik vasitə ilə bağlı da heçnə deməmişlər. Daha sonra avtomobilə baxışda iştirak etmiş, avtomobildən də heçnə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 əlində isə torba görmüşdür. Torbanı onları saxlayarkən görmüşdür. Məhkəmə istintaqı zamanı Şahid4 Ramiz oğlu ifadəsində bildirmişdir ki, DYPB-nin YPX inspektoru vəzifəsində işləyir, 24 may 2023-cü ildə CAB-ın əməliyyat müvəkkili Şahid1 tərəfindən əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs1 barəsində Biləsuvar rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında yaradılmış əməliyyat qrupunda digər polis əməkdaşları ilə birlikdə iştirak etmişdir. Hadisə günü Şahid1 göstərişi əsasında rayonda Qızqayıt Həsənova küçəsində Təqsirləndirilən şəxs1 içərisində olmduğu ehtimal olunan Opel markalı avtomobili əməliyyat müşahidəsinə götürmüşlər və beş dəqiqə təqib etdikdən sonra həmin maşın Heydər Əliyev küçəsinə daxil olmuşdur. Xan şadlıq sarayının yaxınlığında maşına saxla işarəsi vermişlər və maşın saxlamışdır. Ondan sonra əməliyyat qrupunun üzvləri ilə birgə yaxınlaşıb, özlərini təqdim edib, maşında psixotrop maddələrin şübhəsi olması barədə məlumat verib, onlarla birgə polis şöbəsinə gəlmişlər. Polis şöbəsinə təhvil verdikdən sonra isə öz xidməti ərazilərinə qayıtmışlar. Məhkəmə istintaqı zamanı Şahid6 ifadəsində bildirmişdir ki, 24 may 2023-cü il tarixdə Ağcabədi rayonunda çayxanada domino oynayırmış. Həmin vaxt uşağı nasaz olduğundan, hər gün həkimə aparıb sistem köçürdürmüş. Oyun oynayarkən qəfil Nurlan ona demişdir ki, “bir yer var ora gedib gələciyik”. O isə Nurlana uşağı həkimə aparmalı olduğunu demişdir. Nurlan isə narahat olmamağını, tez gedib gələcəklərini, maşınını çıxartmağa getdiyini bildirmişdir. Onlarla birlikdə maşında Zaur da getmişdir. Nurlanın təklifi ilə yol pulu almaq məqsədilə razılaşmışdır. Belə ki, Nurlan 50 manat daha sonra isə 60 manat alıb verəcəyini demişdir. Birlikdə yola çıxıb Beyləqanda Görüş kafesinə çatmağa az qalmış, Nurlan həmin adama orada görüş verdiyini demişdir. Sonra Nurlan onu İmişli rayonuna aparmasını istəmiş, avtomobilinin İmişli rayonunda olduğunu demişdir. Buna görə də idarə etdiyi avtomobillə Nurlanı və Zauru İmişli rayonuna aparmağa başlamışdır. İmişli rayonuna yönələndə isə Nurlana sürücülk vəsiqəsinin olmadığını demiş, Nurlan isə ona “narahat olma mənlikdi” demişdir. Yolda isə Nurlana zəng gəlmiş hardasan sözün dediyin eşitmişdir. Biləsuvarda isə Nurlan ona demişdir ki, “gəl sənə bir söz deyib, olar maşını mən idarə edim”. O isə problem olmadığını demiş, maşını Nurlan idarə etmişdir. Biləsuvarın içindən Nurlan maşını sürmüş ona zəng gəlmiş, Nurlan mobil telefonla kimləsə danışmış və harada olmasını soruşmuş, həmin şəxs də “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığına gəlməsini istəmişdir. Təxminən saat 23 radələrində Biləsuvar rayonuna çatmışlar. Biləsuvar şəhəri ərazisində bir qədər hərəkət etdikdən sonra tanımadıqları bir şəxsdən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin olduğu istiqaməti soruşub həmin tərəfə getmişlər və yanacaqdoldurma məntəqəsinin yanına çatmışlar. Nurlan yenidən bir şəxsə zəng edərək harada olmasını soruşduqda həmin şəxs 5 dəqiqəyə oraya çatacağını bildirmişdir. Həmin vaxt Nurlana tələsdiyini demişdir. Nurlandan azyaşlı uşağının xəstə olmasını dedikdə “narahat olma həkimə iki manat verərsən mən sənə 10 manat verərəm ona verərsən sözlərini” demişdir. Lakin, 30-40 dəqiqə sonra tanımadığı bir şəxs onların olduqları yerə gəlmişdir. Həmin şəxs taksidən düşdükdən sonra onların əyləşdikləri avtomobilin sağ arxa oturacağında əyləşmişdir. Nurlan da həmin şəxsin yaxın dostu olmasını və adının Sadiq olduğunu, pulu olmadığına görə onu taksi kimi Biləsuvar rayonuna həmin dostunu aparmaq üçün gətirdiyini bildirmişdir. Sadiq adlı şəxs Nurlanla danışmış, Nurlan Sadiqdən “nə oldu, bəs harada qaldı” sözlərini demiş, Sadiq isə “gəlir, atır” sözlərini demişdir. Beş dəqiqə keçdikdən sonra Nurlana artıq pis vəziyyətdə qaldığını demişdir. Lakin Nurlan onları saat 00:00-dək gözlətmişdir. Orda arxa tərəfə baxarkən Sadiqin mobil telefonunda “Azpetrol” yanacaqdoldurma məntəqəsinin fotoşəkilinin olmasını görmüşdür. Nə məsələ olduğunu soruşmuş, görmüş ki, olduqları ünvanı kiməsə atıb. Həmin vaxt Nurlana tələsdiyini demiş, sonra Sadiq Nurlandan avtomobili sürməsini istəmiş, alayı-dolayı xeylaq getdikdən sonra Sadiq Nurlana maşını saxlamasını demiş, Nurlan isə maşını saxlamışdır. Nurlan avtomobili saxladıqdan sonra Sadiq yerə düşüb qısa zaman sonra avtomobilə qayıtmış və Nurlan da avtomobili dərhal irəli hərəkət etdirmişdir. Nurlan Sadiqə “noldu götürdün” sözlərini demiş, Sadiq isə “hə” cavabını vermişdir. Həmin vaxt arxa oturacaqda əyləşmiş Zaur Sadiqdən əlindəki bağlamada nə olmasını soruşmuş, buna görə də arxaya dönərək Sadiq adlı şəxsin əlində bağlama olmasını görüb həmin bağlamada nə olduğunu soruşmuşdur. Sadiq onlara da həmin bağlamada narkotik vasitə olmasını və Bakı şəhərinə aparmaqda köməklik göstərmələri qarşılığında hər birinə 100 manat pul və ya narotik vasitə verməyi təklif etmişdir. Sadiq narkotikdi deyəndə Nurlanla danışırmış. O və Zaur Sadiqin bu sözlərinə etiraz edərək Nurlandan avtomobili saxlamasını tələb etmişlər. Lakin, Nurlan avtomobili hərəkət etdirməyə davam etmişdir. Demək ki, Nurlan Sadiqlə razılaşmışdı, ona görə də sürürdü maşını. O və Zaur isə təkidlə Nurlandan avtomobili saxlamağı tələb etməyə davam etdikləri üçün qarşıda olan dairəyə çatarkən Nurlan avtomobili geri döndərmiş və “Azpetrol” yanacaqdoldurma məntəqəsi istiqamətində hərəkət etdirmişdir. Yolda hərəkətdə olan zaman YPX əməkdaşları Nurlana avtomobili saxlamaq işarəsi versələr də lakin Nurlan əvvəlcə avtomobili “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanında saxlayacağını bildirmiş, sonra Nurlan Sadiqə demişdir ki, “mənə ver”, Sadiqdən bağlamanı alıb yerə tullamış, özü isə avtomobilin qapısını açıb özünü atmaq istədiyi üçün Nurlan avtomobili yolun sağında saxlamışdır. Polis əməkdaşları yaxınlaşıb onları öz maşınında şöbəyə aparmışlar. Orada üzərinə və maşınına baxış keçirilmiş, lakin heçnə aşkar edilməmişdir. Yol boyu Nurlan onu aldatmış Nurlan hətta ona 200 (iki yüz) manat pul verəcəyini, daha sonra isə 400 ( dörd yüz) manat verəcəyini bildirmişdir. Polis şöbəsində olarkən isə onlara qarşı təsir və ya təzyiq edilmələrinin şahidi olmamışdır. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. İş üzrə Şahid6 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanında 2 saata yaxın gözlədikdən sonra Sadiq Nurlandan avtomobili hərəkət etdirməsini istəmiş, Nurlan da avtomobili təxminən 500-600 metr məsafə getdikdən sonra sağa doğru hərəkət etdirmişdir. Sadiq göstərdiyi yerdə Nurlandan avtomobili saxlamasını istəmiş, Nurlan avtomobili saxladıqdan sonra Sadiq yerə düşüb təxminən 10-15 saniyə sonra avtomobilə qayıtmış və Nurlan da avtomobili dərhal irəli hərəkət etdirmişdir. Nurlan Sadiqə “düzəldi işin bir problem olmadı ki” sözlərini desə də, həmin sözləri hansı mənada deməyini başa düşməmişdir. Həmin vaxt arxa oturacaqda əyləşmiş Zaur Sadiqdən əlindəki bağlamada nə olmasını soruşmuş, buna görə də arxaya dönərək Sadiq adlı şəxsin əlində bağlama olmasını görüb həmin bağlamada nə olduğunu soruşmuşdur. Sadiq onlara da həmin bağlamada narkotik vasitə olmasını və Bakı şəhərinə aparmaqda köməklik göstərmələri qarşılığında hər birinə 100 manat pul və ya narotik vasitə verməyi təklif etmişdir. O və Zaur Sadiqin bu sözlərinə etiraz edərək Nurlandan avtomobili saxlamasını tələb etmişlər. Lakin, Nuran Sadiqin təklifi ilə razılaşdığına görə avtomobili hərəkət etdirməyə davam etmişdir. O və Zaur isə təkidlə Nurlandan avtomobili saxlamağı tələb etməyə davam etdikləri üçün qarşıda olan dairəyə çatarkən Nurlan avtomobili geri döndərmiş və “Azpetrol” yanacaqdoldurma məntəqəsi istiqamətində hərəkət etdirmişdir. Yolda hərəkətdə olan zaman YPX əməkdaşları Nurlana avtomobili saxlamaq işarəsi versələr də lakin Nurlan əvvəlcə avtomobili “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanında saxlayacağını bildirmiş, o, avtomobilin qapısını açıb özünü atmaq istədiyi üçün Nurlan avtomobili yolun sağında saxlamışdır. Əvvəlcə YPX əməkdaşları, daha sonra isə mülki geyimdə olan polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmişlər, üzərilərində, habelə Nurlanın idarə etdiyi avtomobildə narkotik vasitə, psixotrop maddə daşımaları şübhəsini izah edərək Biləsuvar RPŞ-nə gətirmişlər. İfadəsi elan olunduqdan sonra Şahid6 həmin ifadəsini təsdiq etdiyini, yazılanların doğru olduğunu, Nurlanın isə maşından nəsə atdığını gördüyünü, istintaq zamanı bu barədə sual verilmədiyini bildirdi. Məhkəmə istintaqı zamanı Şahid7 ifadəsində bildirmişdir ki, Biləsuvara gələn günü Kəhrizli kəndində Mustafa adlı şəxsin çayxanasına gəlmiş, orada uşaqların domino oynadığını görmüşdür. Həmin vaxt orda olarkən Nurlan onu çağırıb demişdir ki, “Niva markalı maşınımı çıxardacam Tural qorxur getməyə, sən də bizimlə bir bələdçi kimi get”. O isə Nurlanla razılaşmış, saat 3-4 ərəfələrində birlikdə yola çıxmışlar. Maşında özü, Tural və Nurlan olmuşdur. Gəlib Biləsuvara çatmışlar. Orada yanacaqdoldurma məntəqəsində maşını saxlayıb gözləmişlər. Nurlan demişdir ki, “bir yoldaş var gəlib pul gətirəcək”. Həmin yoldaş da sonra taksi ilə gəlib maşına əyləşmişdir. Həmin şəxs Sadiq olmuşdur. Sadiq maşına əyləşdikdən sonra xahiş etmişdir ki, “300-400 m irəlidə yer var gedək ora qayıdaq”. Sonra maşınla dediyi yerə getmişlər. Sadiq orada maşından düşüb geri qayıtmışdır. Qayıtdıqda isə onun koftasının altına bağlama qoyduğunu görmüşdür. Sadiq maşına əyləşən kimi “sür-sür” demişdir. Həmin vaxt Sadiqdən bağlamanın nə olduğunu soruşmuş, Sadiq ilk əvvəl yalnız sür sözün demiş, daha sonra bir daha bağlamadakının nə olduğunu soruşduqda Sadiq “nəşə” olduğunu demişdir. Sadiqə dərhal onu tullamasını xahiş etmişdir. Bunu deyəndə YPX maşını gəlmiş, Sadiq isə əlindəki bağlamanı maşından çölə atmışdır. Sadiq bağlamanı maşının arxa pəncərəsindən yerə atmışdır. YPX maşını saxladıqda demiş ki, “sizə xəbərdarlıq etdim, niyə saxlamırdız”. Bundan sonra əməliyyat qrupu gəlib onları birlikdə şöbəyə aparmışlar. Şöbədə isə onlardan ayrı-ayrı izahatlar almışlar. Sadiq maşından düşərkən maşını Nurlan idarə etmişdir. Sadiq Nurlana harada saxlamalı olduğunu demişdir. Sadiq maşında arxada onun yanında oturmuşdur. Sadiq əlində bağlama maşına gələndə Nurlanın ona nə deməsini xatırlamır, çünki özü çox həyacanlı olmuşdur. Sadiq maşına gələndə görmüş ki, əli paltarındadı orda nəsə gizlədib, özündə bu şübhə yaratmış, Sadiqdən nə olduğunu soruşmuş, Sadiq isə demişdir. Həmin vaxt Sadiq bağlamanı aparmaq üçün hərəsinə 100-200 manat pul təklif etmiş, o isə Sadiqə tullamasını, ona elə pulun lazım olmadığını, o pulun Sadiqin özünə də xeyir gətirməyəcəyini demişdir. Bağlamanı maşından dəqiq Sadiq özü tullamışdır. Tural isə qabaqda əyləşmiş, nə dediyini isə xatırlamır. Həmin vaxt Nurlan maşını sürüb, Nurlan bağlamanı ata bilməzdi. Nurlanla ataları əmioğludurlar. Saxlanılan zaman isə əllərində heçnə olmamışdır. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. İş üzrə Şahid7 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 əmisi nəvəsidir, Ağcəbədi rayonu Kəhrizli kəndində yaşayır, münasibətləri normal olmuşdur. Şahid6 həmkəndlisidir, qohumluq əlaqələri olmasa da, lakin yaxın dostluq münasibətləri vardır. Təqsirləndirilən şəxs1 06 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 vasitəsilə tanımış, əvvəllər heç bir tanışlığı olmamışdır. 06 may 2023-cü il tarixdə saat 19 radələrində Ağcəbədi rayonu, Kəhrizli kəndində yerləşən Mustafa adlı şəxsin işlətdiyi çayxanada domino oynayan zaman Təqsirləndirilən şəxs2 onun yanına gəlib idarə etdiyi “Niva” markalı avtomobillə Biləsuvar rayonuna gəlməsini istəmiş və Biləsuvar rayonunda yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığına qoyulmuş çantanı götürərək yerini bildirmədiyi hərbi hissəyə aparıb tanışı olan bir hərbçiyə verəcəyini demişdir. O da Nurlanla birlikdə Biləsuvar rayonuna gəlməyə razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi “Niva” markalı avtomobillə Biləsuvar rayonuna gəlməyə başlamışlar. Nurlan yolda olan zaman bir şəxsə zəngə edərək harada olmasını soruşmuş, daha sonra avtomobillə Ağcəbədi rayonu, Hindarx qəsəbəsinə getmiş və orada bir şəxs də onların olduqları avtomobilə əyləşmişdir. Nurlan həmin şəxsin dostu Təqsirləndirilən şəxs1 olmasını bildirmişdir. Bundan sonra birlikdə Biləsuvar rayonuna gəlməyə başlamışlar. Təqsirləndirilən şəxs1 özünə məxsus olan mobil telefonla kimləsə mesajlaşmış və Nurlanla öz aralarında söhbət etmişlər. Həmin gün saat 21 radələrində Biləsuvar rayonuna çatmışlar. Biləsuvar şəhəri ərazisində Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə işıqforun qadağanedici işığında hərəkət etdiyi üçün YPX əməkdaşları Nurlandan avtomobili saxlamasını tələb etmişlər. Nurlan avtomonili saxladıqdan sonra YPX əməkdaşları yaxınlaşıb özlərini təqdim etmişlər və avtomobili idarə etmək sürücülük vəsiqəsi, etibarnaməsinin olmaması, habelə işıqforun qadağanedici işığındə hərəkətinə davam etdiyinə görə protokol yazmışlar, həmçinin Nurlanın idarə etdiyi “Niva” markalı avtomobili duracağa yerləşdirmişlər. Bundan sonra Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən 4 nömrəli tam orta məktəbin yaxınlığında olarkən Təqsirləndirilən şəxs2 kənara çəkilərək kimləsə mobil telefon vasitəsilə danışmış, daha sonra onların yanına qayıtmışdır. Nurlandan Biləsuvar rayonu ərazisindən çanta götürəcəyini soruşduqda həmin çantanı başqa şəxslərin aparacağını demişdir. Bundan sonra tanımadığı bir şəxs idarə etdiyi avtomobillə onları taksi kimi İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsinə aparmışdır. Oradan isə başqa bir avtomobillə Ağcəbədi rayonuna getmişlər. Bundan başqa 24 may 2023-cü il tarixdə saat 20 radələrində Ağcəbədi rayonu, Kəhrizli kəndində yerləşən Mustafa adlı şəxsin işlətdiyi çayxanada Şahid6 və Təqsirləndirilən şəxs2la birlikdə domino oynayan zaman Nurlanın mobil telefonuna zəng gəlmiş, Nurlan kənara çəkilib telefonla danışdıqdan sonra onların yanına qayıtmış və Turaldan idarə etdiyi avtomobillə Beyləqan rayonunda yerləşən “Görüş” kafesinə aparmasını istəmiş, bunun qarşılığında 50 (əlli) manat pul verəcəyini bildirmişdir. Tural da Nurlanın bu təkilfi ilə razılaşmışdır. Həmçinin, Nurlan ona da yoldaş kimi birlikdə getməsini istəmiş, o, vacib bir işi olmamasına görə Nurlanla birlikdə getməyə razılaşmışdır. Lakin Beyləqan rayonu ərazisində yerləşən “Görüş” kafesinə çatarkən Nurlana kimsə zəng etmiş, Nurlan həmin şəxlə danışdıqdan sonra Turaldan onu İmişli rayonuna aparmasını xahiş etmiş və orada bir tanışı ilə görüşəcəyini demişdir. Tural da Nurlanın sözündən sonra idarə etdiyi avtomobillə onları İmişli rayonuna aparmışdır. İmişli rayonuna çatarkən isə Nurlan Turala orada olan tanışı ilə görüşə bilməyəcəyini, həmin tanışının Biləsuvar rayonunda yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında olmasını demiş və buna görə də onları Biləsuvar rayonuna gətirməsini xahiş etmişdir. Tural əvvəlcə Nurlan bu hərəkətinə narazılıq etsə də, lakin sonradan Biləsuvar rayonuna gətirməyə razılaşmışdır. Həmçinin, o da Nurlanın bu hərəkətinə narazılıq etsə də, lakin yolun çox hissəsini gəldiyinə görə birlikdə Biləsuvar rayonuna gəlməyə razılaşmışdır. Yolda olarkən Nurlan dəfələrlə kimləsə şifrəli şəkildə danışsa da, lakin nə barədə danışmasını dəqiq başa düşməmişdir. Həmin gün saat 22:30 radələrində Biləsuvar şəhərinə çatdıqdan sonra isə Nurlan Turaldan avtomobilini idarə etməsini təklif etmiş, Tural da avtomobili idarə etmək üçün Nurlana vermişdir. Biləsuvar şəhəri ərazisində hərəkət edərkən Tural tanımadıqları bir şəxsdən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yerini soruşmuş, daha sonra Nurlan avtomobili həmin istiqamətdə hərəkət etdirmiş və qeyd edilən yerə çatmışlar. Həmin yerdə 30-40 dəqiqə gözlədikdən sonra bir şəxs taksidən düşüb onların əyləşdiyi avtomobilin sağ arxa oturacağına əyləşmişdir. O həmin şəxsin Nurlanın dostu Sadiq olmasını göürmüşdür. Həmçinin Nurlan da həmin şəxsi Şahid6la tanış etmişdir. Avtomobildə əyləşən zaman Nurlan Sadiqdən haraya gedəcəklərini soruşmuş, “nə oldu, kimlə zəngləşib danışırsan bəs nə oldu” sözlərini demişdir. Sadiq isə dayısı ilə danışdığını bildirmişdir. Həmin vaxt o, özünə məxsus olan mobil telefonda oyun oynamış, bu zaman Sadiqin mobil telefonuna sms göndərilmiş, Sadiq də Nurlana avtomobili “Azpetrol” yanacaqdoldurma məntəqəsindən sağ tərəfə hərəkət etdirməsini istəmişdir. Nurlan həmin istiqamətdə Turala məxsus olan “Opel” markalı avtomobillə hərəkət edib 500-600 metr məsafə getdikdən sonra yolun sağ kənarında üzərində Şuşa-İran yolu-Biləsuvar sözləri yazılmış lövhənin yanına çatarkən Sadiq Nurlandan avtomobili saxlamasını istəmişdir. Nurlan da həmin lövhənin yanında avtomobili saxladıqdan sonra Sadiq avtomobilin sağ arxa oturacağından yerə düşüb təxminən 10-15 saniyə sonra avtomobilə qayıtmışdır. Nurlan Sadiqə “düzəldi işin bir problem olmadı ki” sözlərini desə də, həmin sözləri hansı mənada deməyini başa düşməmişdir. Həmin vaxt Sadiqin əlində olan görmədiyi bir əşyanı əynindəki köynəyin altına qoymuş və “sür, sür, irəlidən geri dönüb qayıdaq” sözlərini demişdir. Təqsirləndirilən şəxs1 həmin bağlamada nə olması soruşmuş, bu zaman avtomobilin sağ qabaq oturacağında əyləşmiş Tural da arxaya dönərək Sadiqin əlində bağlama olmasını görmüş və onun kimi Sadiqdən həmin bağlamada nə olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs1 onlara həmin bağlamada narkotik vasitə olmasını demiş və Bakı şəhərinə aparmaqda köməklik göstərmələri qarşılığında hər birinə 100 manat pul və ya narotik vasitə verməyi təklif etmişdir. O və Tural Sadiqin bu sözlərinə etiraz edərək Nurlandan avtomobili saxlamasını tələb etmişlər. Lakin, Nurlan Sadiqin təklifi ilə razılaşdığına görə avtomobili hərəkət etdirməyə davam etmişdir. O və Zaur isə təkidlə Nurlandan avtomobili saxlamağı tələb etməyə davam etdikləri üçün qarşıda olan dairəyə çatarkən Nurlan avtomobili geri döndərmiş və “Azpetrol” yanacaqdoldurma məntəqəsi istiqamətində hərəkət etdirmişdir. Yolda hərəkətdə olan zaman YPX əməkdaşları avtomobili saxlamasını tələb etmişlər. Nurlan da avtomobili yolun sağ kənarında saxlamışdır. İlk olaraq YPX əməkdaşları, daha sonra isə mülki geyimdə olan polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmişlər, üzərilərində, habelə idarə etdiyi avtomobildə narkotik vasitə, psixotrop maddə daşımaları şübhəsini izah edərək Biləsuvar RPŞ-nə gətirmişlər. Polis şöbəsində şübhəli şəxs qismində vəkili Fədai Quliyevin iştirakı ilə tutulduqdan sonra vəkili və polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. İlk olaraq ona üzərində narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş digər hər hansı əşya, predmet vardırsa, könüllü olaraq çıxarıb təqdim etməsi təklif edilmişdir. Lakin, o, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onun üzərinə şəxsi axtarış keçirilsə də, lakin üzərindən hər hansı narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra, o, Şahid6, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, vəkilləri və polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş aparılmaqla “Opel” markalı avtomobilə baxış keçirilmişdir. İlk olaraq onlara həmin avtomobildə narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş digər hər hansı əşya, predmet vardırsa, könüllü olaraq çıxarıb təqdim etmələri təklif edilmişdir. Lakin, onlar avtomobildə hər hansı narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olmadığını bildirmişlər. Bundan sonra polis əməkdaşları tərəfindən “Opel” markalı avtomobilə baxış keçirilsə də, lakin avtomobildən hər hansı narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. O, Biləsuvar RPŞ-də Təqsirləndirilən şəxs1 Biləsuvar rayonuna narkotik vasitə əldə etmək üçün gəldiyini, idarə etdiyi avtomobili saxlayarkən narkotik vasitə əldə etməsini bilmişdir. Lakin, həmin vaxta qədər Sadiqin Biləsuvar rayonuna narkotik vasitə əldə etmək üçün gəlməsindən heç bir məlumatı olmamışdır. Şahid7 ifadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdikləri yalandır. Belə ki, Biləsuvar rayonunda yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanında o, Təqsirləndirilən şəxs2 və Şahid6la birlikdə Təqsirləndirilən şəxs1la görüşən zaman Sadiqlə Rusiya Federasiyasında yaşayan dayısının verdiyi sənədi Biləsuvar rayonunda yaşayan bir şəxsə çatdırmaq üçün gəldiyini bildirmişdir. Lakin, həmin vaxt Sadiq ona, həmçinin Təqsirləndirilən şəxs2 və Şahid6 narkotik vasitə əldə etmək üçün gəlməsini bildirməmiş, narkotik vasitəni Bakı şəhərinə aparmaqda köməklik göstərmələri qarşılığında onlara hər hansı pul verməyi təklif etməmiş, onlar da Sadiqin bu təklifi ilə razılaşmamışlar. İfadəsi elan olunduqdan sonra Şahid7 həmin ifadəsini təsdiq etmədiyini, müstəntiqə məhkəmədə olduğu kimi danışdığını bildirmişdi. İş materiallarında olan Biləsuvar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixli Biləsuvar RPŞ-nin rəisi Nəsib Məmmədova ünvanladığı “Raport”undan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Biləsuvar rayonu ərazisində narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və istifadəsi barədə əməliyyat məlumatı daxil olmuşdur. (c 1, i.v 5) İş materiallarında olan «əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» 24 may 2023-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Biləsuvar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c 1, i.v 6-7) İş materiallarında olan «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 00:50-də şübhəli şəxs qismində tutulmuşdur. (c 1, i.v 24) İş materiallarında olan şəxsi axtarış və götürmə barədə xx.xx.2023-cü il tarixli protokoldan və video-çəkilişdən görünür ki, video-çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılarkən o, əlində olan bir ədəd sellofan bağlamanı təqdim edərək həmin bağlamanın içərisində narkotik vasitə olmasını, narkotik vasitəni Rusiya Federasiyasında yaşayan X14un xahişi ilə Biləsuvar rayonu ərazisindən əldə etməsini, Bakı şəhərinə aparmaq məqsədilə daşımasını, bunun qarşılığında dayısının ona pul verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi üzəri yapışqan lentlə bağlanmış bağlama açılıb baxıldıqda içərisində 5 ədəd bağlama olması müəyyən edilmişdir. Birinci büküm açılıb baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olması müəyyən edilmiş, həmin marixuanaya bənzər maddə elektron tərəzidə çəkildikdə 25 qram olması müəyyənləşdirilmişdir. İkinci bağlama açılıb baxıldıqda içərisində psixotrop maddə mefamfetaminə bənzər maddə olması müəyyən edilmiş, metamfetaminə bənzər maddə elektron tərəzidə çəkildikdə 160 qram olması müəyyənləşdirilm işdir. Üçüncü bağlama açılıb baxıldıqda içərisində narkotik vasitə həşişə bənzər maddə olması müəyyən edilmiş, həşişə bənzər maddə elektron tərəzidə çəkildikdə 335 qram olması müəyyənləşdirilmişdir. Dördüncü bağlama açılıb baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmiş, heroinə bənzər maddə elektron tərəzidə çəkildikdə 205 qram olması müəyyənləşdirilmişdir. Sonuncu beşinci bağlama açılıb baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmiş, heroinə bənzər maddə elektron tərəzidə çəkildikdə 1385 qram olması müəyyənləşdirilmişdir. (c 1, i.v 33-35) İş materiallarında olan «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 01:30-da şübhəli şəxs qismində tutulmuşdur. (c 1, i.v 24) İş materiallarında olan şəxsi axtarış və götürmə barədə xx.xx.2023-cü il tarixli protokoldan və video-çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. (c 1, i.v 77-79) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki-kimyəvi və bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 19/577 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «.....Təqsirləndirilən şəxs1 təqdim etdiyi bağlamanın qablaşdırıldığı zərf.....» sözlər və imzalar olan bir ədəd paketdəki bir ədəd bükülüdə təmiz çəkisi 1365,0 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bükülüdə təmiz çəkisi 151,636 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir, 2 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 335, 0 qram və 200,0 qram, ümumi təmiz çəkisi 535,0 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər, 1 ədəd bükülüdə təmiz çəkisi 66,580 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Heroinin təmiz çəkisi 1365,0 qram, tədqiqata sərf edildi 0,15 qram, qalıq 1364,85 qram, Metamfetaminin təmiz çəkisi 151, 636 qram, tədiqaqata sərf edildi, 0,1 qalıq 151,536 qram, Tiryəkin təmiz çəkisi 535 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq 534,8 qram, Marixuananın təmiz çəkisi 66,580 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 66,480 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 120 (bir yüz iyirmi) manat təşkil edir. (c 1, i.v 115-118) İş materiallarında olan xx.xx.2023-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid6 Təqsirləndirilən şəxs2 üzünə ifadəsində göstərdiyi xüsusatları deyərək təsdiq etmişdir. (c 2, i.v 1-4) İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(022)- 28/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 25 may 2023-cü ildən hesablanmışdır. (c 2, i.v 9-12) İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(022)- 29/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 25 may 2023-cü ildən hesablanmışdır. (c 2, i.v 13-14) İş materiallarında olan 27 may 2023-cü il tarixli əşyanın maddi sübut kimi tanınması və həlli barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əlindəki sellofan torbadan aşkar edilərək götürülmüş 1 ədəd sellofan bağlamada olan 66,580 qram narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonrakı 66,480 qram qalığı, 535,0 qram narkotik vasitə tiryəkin tədqiqatdan sonrakı 534,8 qram qalığı, 1385,0 qram narkotik vasitə heroinin tədqiqatdan sonrakı 1364,85 qram qalığı, 160,0 qram psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı 151,536 qram qalığı cinayət işi üzrə maddi sübut hesab edilərək məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar Rayon Polis Şöbəsinin saxlancına təhvil verilmişdir. (c 2, i.v 19-20) İş materiallarında olan 28 may 2023-cü il tarixli “Təqsirləndirilən şəxs1 məxsus mobil telefona baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus olan mobil telefon «POCO » markalı, qara rəngli mobil telefondur. Həmin mobil telefonun üzərində ***-***-**-** və ***-***-**-** mobil nömrəsi vardır. Telefonun “kontaktlar”-na hissəsinə baxış keçirilərkən adı Mamed kimi yazılmış ***- ***-**-** saylı mobil nömrənin, adı İ.Tanış Behnam kimi yazılmış İran İslam Respublikası mobil operatorlarına məxsus olan + **********33 saylı mobil nömrənin olması müəyyən edilmişdir. Həmin mobil telefonun Qalareya hissəsinə baxış zamanı adı Mamed kimi yazılmış şəxsə Biləsuvar rayonu ərazisində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin fotoşəkilinin göndərilməsi, Mamed adlı şəxsin üzərində Şuşa-Bəhrəmtəpə-İran sərhədi- Biləsuvar sözləri yazılmış lövhənin, üzərində Şuşa-Fizuli yolu sözü yazılmış lövhənin fotşəkilini göndərməsi müəyyən edilmişdir. Bundan başqa həmin mobil telefonun “WhatsApp” proqramına baxış keçirilən zaman Mamed adlı şəxslə Təqsirləndirilən şəxs1 bir-birinə aşağıdakı sms-ləri göndərməsi müəyyən olunmuşdur: -Təqsirləndirilən şəxs1------salam dayı nətərsən, dayı mən çıxıram, yoldayam gedirəm, 2 saata ordayam, internetim zəifdi yükləyəcəm indir, rus nömrən pozulub ondan yaz mənə,6 dəyqəyə ordayam, qırmızı tablonun yanın keçdim sms-ni göndərmişdir. -Mamed- səsnin 6 dəyqən uje bir sahat oldu, harda qaldın, aloo---- sms-ni göndərmişdir. -Təqsirləndirilən şəxs1 -- burda set yoxdur, internet tutmur, catram, biur az səbrli ol-ms-ni göndərmişdir. Mamed—zapqarfqaya çatdın, ay qa r daş sən piyada fedirsən, mənim başıma oyun açma sms-ni göndərmişdir. -Təqsirləndirilən şəxs1--- başına dönüm, denən noldu day mən nətər eliyim, noldu ay dayı sms-ni göndərmişdir. -Təqsirləndirilən şəxs1--- çatdım burdayam, dayan internet vurum, dayı denən tez olsun, tez ol başına dönüm – sms-ni göndərmişdir. -Mamed- Azpetrolun yanından Şuşa-Fizuli yoluna gir sağda, 500 metr qabaq da bu tablun dibində ----sms-ni göndərmişdir. -Təqsirləndirilən şəxs1 –oldu gedirəm---sms-ni göndərmişdir. Mamed—özünüzü gözləyin –sms-ni göndərmişdir. -Mamed- Azpetrolun yanından Şuşa Fizuli yoluna çıx sms-ni göndərmişdir. -Təqsirləndirilən şəxs1--- dayı noldu, pis yerdi bura gözdüyə bilmirəm, denən bir az cəld olsun, a zəngnən yığ, yaxşı bir az cəld olsun sms-ni göndərmişdir. -Mamed- bura deyir qoyuram, səbrli ol –səsli mesajı göndərmişdir. -Mamed- Azpetrol biraz qabağa 10 metr keçəndə tablu var, yazşıb şuşa iran yoludur, ünvan atram, gütür tak 7 daiaq atram—sms-ni göndərmişdir. -Təqsirləndirilən şəxs1--- yaxşı ordayam, konum atsln ama axdarmıyım denən şəkil konum atsın—sms-ni göndərmişdir. -Təqsirləndirilən şəxs1--- noldu dayı sms-ni göndərmişdir. -Mamed- tak 4 dəqiqəyə deyir atıram—sms-ni göndərmişdir. -Təqsirləndirilən şəxs1 –noldu, bu der 20 dəqə gözdüyürəm, alınmasa qayıdıram, 150 manatda pul verməlisən, deyir başına dönüm bu boyda prablem, denən noldu day sms-ni göndərmişdir. Təqsirləndirilən şəxs1 məxsus olan mobil telefona baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən sms-lərin fotoşəkilləri çəkilərək cinayət işinin istintaqı materiallarına əlavə olunmuşdur. (c 2, i.v 23-32) İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(022)- 174/2023 nömrəli qərarından görünür ki, Biləsuvar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs1 ətrafında müvafiq əməliyyat axtarış tədbirinin keçirilməsinə dair 25 may 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. (c 2, i.v 38) İş materiallarında olan Biləsuvar RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru, polis baş leytenantı X7 xx.xx.2023-cü il tarixli 3-13\69\1-16720\2023 nömrəli raportundan görünür ki, Daxili İşlər Nazirliyinin BDYPİ-nin mərkəzi informasiya sistemində araşdırma aparılarkən X4 adına hər hansı nəqliyyat vasitəsinin olmaması, xx.xx.2023-cü il tarixdə onun Biləsuvar rayonu ərazisində sürücülük vəsiqəsi və etibarnaməsi olmadan “VAZ-2121” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozmasına görə barəsində RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı Orxan Həsənov tərəfindən Azərbaycan Respublikası İXM-nin 332.1, 332.2, 339.1-1 və 342.5-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunması, “VAZ-2121” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin RPŞ-nin müvəqqəti duracağına yerləşdirilməsi, həmin avtomobilin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Ağcəbərdi rayonu, Kəhrizli kənd sakini X3 məxsus olması müəyyən edilmişdir. (c 2, i.v 53) İş materiallarında olan xx.xx.2023-cü il tarixli, İXP-5403145 nömrəli inzibati xəta haqqında protokoldan və xx.xx.2023-cü il tarixli TP-5721074 nömrəli qərardan görünür ki, DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı Orxan Həsənov tərəfindən X8 barəsində Azərbaycan Respublikası İXM-nin 332.1, 332.2, 339.1-1 və 342.5-ci maddələri ilə protokol tərtib edilmiş və qərar qəbul olunmuşdur. (c 2, i.v 54-55) İş materiallarında olan Biləsuvar RPŞ-nin CAB-dən daxil xx.xx.2023-cü il tarixli 3-13- 69\1-16979\2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı X1 hazırda Rusiya Federasiyasında yaşaması müəyyən edilmiş, buna görə də onun RPŞ-nin İB-nə gətirilməsi mümkün olmamışdır. (c 2, i.v 57) İş materiallarında olan xx.xx.2023-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid7 Təqsirləndirilən şəxs2 üzünə ifadəsində göstərdiyi xüsusatları deyərək təsdiq etmişdir. (c 2, i.v 74-77) İş materiallarında olan ambulator-məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 714 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 kannabiodlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata götürürlməsi məsləhət görülür. (c 2, i.v 84) İş materiallarında olan ambulator-məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 717 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabiodlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata götürürlməsi məsləhət görülür. (c 2, i.v 85) İş materiallarında olan DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Səfərov X12 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 400 (dörd yüz) manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci ildə cəriməni tam ödəmişdir. Məhkumluğu yoxdur. (c 2, i.v 96-97) İş materiallarında olan DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Tərtər Hərbi Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat cərimə cəzasına məhkum edilmişdir. Məhkumluğu yoxdur. (c 2, i.v 98- 99) İş materiallarında olan Ağcabədi RİHB-nın Kəhrizli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2010-cu il və xx.xx.2012-ci il təvəllüdlü uşaqları vardır, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (c 2, i.v 101-102) İş materiallarında olan vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 “Vətən müharibəsi iştirakçısı”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. (c 2, i.v 112-114) İş materiallarında olan Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 1895 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, onun psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur, barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətinin dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. (c 2, i.v 140-142) İş materiallarında olan "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli 22229 nömrəli məktubla göndərilmiş CD diskdə olan məlumatlara baxış keçirilməsi haqqında 24 avqust 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı xx.xx.2023 cü il tarixdə saat 19:29 dəqiqədə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nörməyə mənəm sadiq 10,luq temaya əlin catır sms-nin göndərilməsi müəyyən olunmuşdur. Həmin CD diskə baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olan 051-340- 57-99 saylı nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə saat 19:04 dəqiqədə 98 saniyə, 20:18 dəqiqədə 35 saniyə, 20:32 dəqiqədə 51 saniyə, 20:53 dəqiqədə 90 saniyə, 21:04 dəqiqədə 14 saniyə, 21:05 dəqiqədə 62 saniyə, 21:11 dəqiqədə 52 saniyə, 21:13 dəqiqədə 62 saniyə, 21:31 dəqiqədə 24 saniyə, 21:39 dəqiqədə 96 saniyə, 21:50 dəqiqədə 25 saniyə telefon danışığının olması müəyyən edilmişdir. (c 2, i.v 147) İş materiallarında olan Ağcabədi RİHB-nın Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Səfərov X13 rayonu, Hindarx qəsəbəsində qeydiyyatdadır, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (c 2, i.v 153-154) İş materiallarında olan 26 avqust 2023-cü il tarixli sübutların qiymətləndirilməsi və cinayət işinin ayrılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 saxlanılarkən onun üzərindənaşkar edilib götürülmüş bir ədəd “POCO” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq məhkəmə baxışına qədər saxlanılmasından ötrü RPŞ-nin saxlancına təhvil verilmiş, Təqsirləndirilən şəxs1 əlindəki sellofan torbadan aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddənin əldə edilməsində ona köməklik göstərmiş X1 təqsirləndirilməsinə dair, habelə İİR-nin vətəndaşı “Məhəmməd” adlı şəxsin şəxsiyyətini və cinayətin digər iştirakçılarını müəyyən etmək məqsədi ilə hazırki cinayət işindən şəxs Azərbaycan Respublikası CM-nin 32.3, 234.4.1 və 32.3, 234.4.3-cü maddələri ilə cinayət işinin ayrıca icraata ayrılması və ibtidai istintaqın davam etdirilməsi qərara alınmışdır. (c 2, i.v 157-178) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X9 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçiləri vasitəsi ilə suallar vermiş, habelə onlara qarşı irəli sürülmüş ittihamı tam mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar X11 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxslər X16 və Təqsirləndirilən şəxs2 onlara elan olunmuş ittihamın faktiki tərəfini tam mübahisələndirdikləri və özlərinin müdafiəsi üçün dəlillər irəli sürdükləri üçün, məhkəmə tərkibi hesab edir ki, həmin ittihamlar üzrə hüquqi tövsifə qiymət verilməmişdən öncə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəsi üçün irəli sürdüyü dəlillər yoxlanılmalıdır. Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamın faktiki tərəfinə dair müdafiəsi üçün gətirdiyi dəlillər: hadisə günü X14un ona 300 qram narkotik vasitə marixuananıgötürüb, daha sonra Bakı şəhərinə aparıb dayısı hara desə həmin yerə qoyub və qarşılığında 400 manat pul alacağı barədə razşılaşdığını, bu barədə dayısı ilə telefon danışıqları olduğunu, dayısı narkotikin olduğu yerin şəkilini də atdığını, Biləsuvara gəldikdə isə Nurlanla telefon vasitəsilə əlaqə saxlayıb, Biləsuvar rayonundan sənəd götürməyə gəldiyini, üzərində pulunun olmadığını, onu qarşılayıb taksi pulunu verib, daha sonra onu aparmağı xahiş etdiyini, Nurlanın narkotik vasitə götürmək məqsədilə gəlməsindən məlumatı olmadığını, ərazidən balaca bir büküm marixuana götürdüyünü, Nurlanın isə bunu görüb etiraz edib, onu aldatdığını, maşında onunla mübahisə edib, onu aldadıb gətirdiyini, bu barədə polisə şikayət edəcəyini deməsini, həmin vaxt isə YPX-nin gəlib onları saxladığını, bu zaman əlindəki bükümü maşından yerə atdığını, polis şöbəsinə aparılarkən isə üzərində heç bir narkotik vasitənin olmadığını, aşkar edilmiş maddələrin ona aidiyyətinin olmadığını, polis şöbəsində təzyiqlər və təhdidlər göstərildiyini, nəticədə etirafedici ifadələr verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamın faktiki tərəfinə dair müdafiəsi üçün gətirdiyi dəlillər: hadisə günü Hadisə günü də özü, Zaur, Tural birlikdə Biləsuvar rayonuna getdiklərini, Biləsuvara getməkdə məqsədinin Sadiqin ona məxsus avtomobilini duracaqdan çıxarmağa söz verməsi olduğunu, hadisə yerində maşını Sadiq saxladan da onların yerə düşmədiklərini, özünün də Sadiqin yol gəlib təbii ehtiyac üçün düşdüyünü düşündüyün, maşına qayıdan da isə Sadiqin əlində balaca büküm olduğunu, Sadiqdən bükümün nə olduğunu soruşduqda “nəşə” olduğunu, onu Bakıya aparmağını istədiyini, özünü isə Sadiqə iki körpəsinin olduğunu, bunu eliyə bilmədiyini, ya tullamasını, ya da onu aparmayacaqlarını deməsini, Sadiqin ona pul narkotik təklif etdiyini, lakin onunla razılaşmadığını, Sadiqin yol boyu kiminləsə telefon danışığını eşitmədiyini, Sadiqə etirazın bildirdikdə, Sadiqin əlindəki bağlamanı maşından çölə atdığını, daha sonra polislərin gəlib onları saxladığını, saxlanılarkən isə üzərlərində və maşında heç bir narkotik vasitənin olmadığını, özünün heç bir günahının, çəkilişi və telefon danışığının olmadığını, polis şöbəsində ona təsir və təzyiqlər edildiyini, lakin heç bir etirafedici ifadə vermədiyini bildirmişdir. Təqsirləndirilən şəxslərin müdafiəsi üçün gətirdiyi dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 irəli sürdükləri saxlanılarkən və polis şöbəsində olarkən onlara polis əməkdaşları tərəfindən fiziki təzyiq, təhdid və pis rəftar edilməsi ilə bağlı irəli sürdükləri dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Məhkəmə bu hissədə təqsirləndirilən şəxslərin iddia etdiyi halla razılaşmır və hesab edir ki, onlar belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişlər. Belə ki, təqsirləndirilən şəxslərin iddia etdiyi halın ilk baxışdan mümkün ola biləcəyi görünsə də, yəni tutulduqdan sonraki qısa müddət ərzində onların iddia etdiyi halların baş verməsi mümkün olsa da, onların əməliyyat orqanından asılılığı bitdikdən sonra, yəni barələrində həbs qətimkan tədbiri seçilərkən, İstintaq Təcridxanasına təhvil verilərkən, ibtidai istintaqın sonraki mərhələlərində iddia etdikləri hallarla bağlı heç bir orqana müraciət etməmiş, habelə sair qaydada iddia etdikləri halları mübahisələndirməmişlər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özləri istər onların vəkilləri ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda o, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs1 şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı müdafiəçinin suallarına cavab olaraq, təqdim etdiyi kütlələrin iranlı tərəfindən qoyulduğunu, həmin iranlının dayısı ilə danışdığını, özünə də bu barədə dayısının məlumat verdiyini, polis şöbəsində ona qarşı zorakılıq, döymə, fiziki, pisixi təsirlərin edilmədiyini, hər hansı bir şikayətinin, deyəcək sözünün olmadığını bildirmiş, eyni zamanda onların saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən onlara qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini, bildirmişlər. Bundan başqa barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmə iclasında verdiyi izahatında polis əməkdaşları tərəfindən saxlanıldığı andan hal-hazıradək onlara qarşı hər hansı fiziki və ya psixi zor və ya təzyiq tətbiq olunmadığını qeyd etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs2 da şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı müdafiəçinin suallarına cavab olaraq, polis əməkdaşlarında narazılıq və şikayətinin olmadığını, ona qarşı hər hansı bir təzyiq, təsir, hədə-qorxu edilmədiyini bildirmişdir. Bundan başqa barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmə iclasında verdiyi izahatında polis əməkdaşları tərəfindən saxlanıldığı andan hal-hazıradək onlara qarşı hər hansı fiziki və ya psixi zor və ya təzyiq tətbiq olunmadığını qeyd etmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunanlar təqsirləndirilən şəxslərin məhkəməyədək dövrdə özlərinə qarşı verdikləri ifadələrin məhz fiziki təzyiq, təhdid və pis rəftar nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxslərin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə, təhdidlərə və pis rəftara məruz qalmaları ilə bağlı göstərdikləri xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onlardan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxslərin məhkəmə iclasında verdikləri ifadəsində yuxarıda göstərilən xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Təqsirləndirilən şəxs1 özlərinin ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri, şahid ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdikləri ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onların bu ifadələrini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə xx.xx.2023-cü ildə əlyazma qaydasında icra etdiyi izahatında (cild İ – i.v. 105), xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 135-138), xx.xx.2023-cü ildə təqsirləndirilən şəxs (cild İ – i.v. 186-190) qismində, barəsində həbs qətimkan tədbiri seçilərkən xx.xx.2023-cü ildə (cild İİ – i.v. 9-12) məhkəmədə verdiyi izahatında, eləcə də üzərinə video-çəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn izahat və ifadələr vermişdir. Həmin ifadələrində Təqsirləndirilən şəxs1 hadisə günü Biləsuvar rayonuna gəldiyini, bu zaman Təqsirləndirilən şəxs2 zəng edərək dayısı Məmmədbağırın Biləsuvar rayonunda yaşayan dostuna etibarnamə verəcəyini bildirdiyini, narkotik vasitəni gizlədildiyi yerdən götürmək üçün özünə yoldaşlıq etmək məqsədilə Nurlana yalandan pulu olmadığını və taksi ilə gəlib Biləsuvar rayonundan onu Ağcəbədi rayonuna aparmasını xahiş etdiyini, Ağcəbədi rayonuna getdikdən sonra dayısı Məmmədbağırın ona göndərəcəyi puldan Nurlana idarə etdiyi avtomobilin Biləsuvar rayonu ərazisində YPX əməkdaşları tərəfindən saxlanılıb inzibati qaydada cərimə olunmasına görə cərimənin ödənilməsində köməklik etmək üçün pul verəcəyini deməsini, Təqsirləndirilən şəxs2 da onun bu sözlərindən sonra taksi ilə Ağcəbədi rayonundan Biləsuvar rayonuna gəlib onunla görüşdüyünü, X14la “WhatsApp” proqramı vasitəsilə danışaraq ona narkotik vasitənin gizlədildiyi yerin fotoşəkilini göndərdiyini, Nurlanın avtomobili idarə edib həmin yerə sürdüyünü, özünün isə avtomobildən düşüb arxa sağ tərəfdə olan lövhənin altında gizlədilmiş bir ədəd sellofan bağlamanı götürüb avtomobilə əyləşdiyini, həmin vaxt Təqsirləndirilən şəxs2, Şahid7 və Şahid6 onun oradan bağlama götürməsini gördükləri üçün bağlamada nə olduğunu soruşduqlarını, onun da bağlamada narkotik olmasını, həmin şəxslərə narkotik vasitəni Bakı şəhərinə aparmasında köməklik etmələri qarşılığında hər birinə 100 manat pul və istifadə etmək üçün narkotik vasitə verməyi təklif etdiyini, Tural və Zaur adlı şəxslərin onun bu hərəkətinə etiraz edərək Nurlandan avtomobili saxlamasını istəmələrini, Nurlan isə onun təklifi ilə razılaşıb və buna görə də avtomobili saxlamayaraq Bakı şəhəri istiqamətində hərəkət etdirməsini, Tural və Zaur isə təkidlə Nurlandan avtomobili saxlamağı tələb etmələrini, daha sonra YPX əməkdaşları tərəfindən saxlanılaraq, ora gələn mülki geyimdə olan polis əməkdaşları ilə şöbəyə gətirildiklərini, polis şöbəsində vəkilinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və əlində olan sellofan bağlamaya baxış keçirildiyini və sözügedən maddələrin aşkar edildiyini bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı Nurlanın narkotik vasitə götürmək məqsədilə gəlməsindən məlumatının olmaması, bununla bağlı aralarında heç bir razılığın əldə edilməməsi, ərazidən balaca bir büküm marixuana götürməsi, Nurlanın isə bunu görüb etiraz edib, onu aldatdığını, maşında onunla mübahisə edib, onu aldadıb gətirdiyini, bu barədə polisə şikayət edəcəyini deməsini, həmin vaxt isə YPX-nin gəlib onları saxlaması, bu zaman əlindəki bükümü maşından yerə aması, polis şöbəsinə aparılarkən isə üzərində heç bir narkotik vasitənin olmaması, aşkar edilmiş maddələrin ona aidiyyətinin olmaması barədə ifadəsində göstərdiyi xüsusatlar yuxarıda göstərilən ifadələrlə, eləcədə Təqsirləndirilən şəxs1 hadisə yerində saxlanılmasında iştirak etmiş şahid ifadələri (şahidlər Şahid1 və Şahid3 həmin ifadələrində Sadiqin Səfərovun bilavasitə hadisə yerindən bir ədəd bağlamanı götürdükdən sonra tərəflərindən saxlanılmasını və polis şöbəsinə gətirilərkən bağlamanın əlində olmasını bildirmişlər) ilə tam təkzib edilmişdir. Artıq bu hallar Təqsirləndirilən şəxs1 məhkəmə baxışı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs1 məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Bu hallar isə ona dəlalət edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında aşkarlanmış narkotik vasitələr və psixotrop maddə ilə bağlı ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs1 ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı heç bir təsir və təzyiq göstərilmədən, müdafəçinin iştirakı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni qanunsuz olaraq əldə edib, saxlayıb və daşımasını, həmin vasitələr və maddənin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsini etiraf etmiş və onun bu ifadələri iş üzrə CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən əldə edilmiş digər sübutlarla da tam təsdiq edilmişdir. Çünki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməlini törətməsinə dair ittihamın əsasını təşkil edən sübut olaraq keçirilmiş 25 may 2023-cü il tarixli şəxsi axtarış və götürməyə dair protokol, həmçinin bu protokolun tərkib hissəsi olan video-görüntülər və maddi sübut, şahid ifadələri və ekspert rəyləri CPM-nin 125-ci maddəsinə uyğun olaraq qiymətləndirildikdə onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığı müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında təqdiq edilmiş sənədlərdən görünür ki, 25 may 2023-cü il tarixdə cinayət işinin başlanmasından əvvəl Təqsirləndirilən şəxs1 barəsində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulması haqqında və ona dövlət hesabına müdafəçi ayrılmasına dair qərarlar qəbul olunmuşdur. Bununla əlaqədar Biləsuvar Rayon Vəkil Bürosunun vəkili Habil Məmmədov Təqsirləndirilən şəxs1 təqdim olunmuş, sonuncu isə həmin vəkilin onu müdafiə etməsini ifadə edərək bu barədə tərtib olunmuş protokolu vəkillə birlikdə imzalamışdır. Məhkəmə iclasında tədqiq olunmuş şəxsi axtarış və götürməyə dair 25 may 2023cü il tarixli protokoldan və ona əlavə edilmiş video-görüntülərdən görünür ki, müdafiəçisinin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs1 şəxsi axtarış həyata keçirilmiş və onun əlində olan bir ədəd sellofan bağlamanın içərisindən külli miqdarda, 1365,0 qram narkotik vasitə heroin, külli miqdarda 151,636 qram psixotrop maddə metamfetamin, külli miqdarda, 535,0 qram çəkidə tiryək və şəxsi istehlak miqdarından artıq miqdarda, 66,580 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək qablaşdırılmış və götürülmüşdür. Məhkəmə qeyd edir ki, həmin videogörüntüdə, Təqsirləndirilən şəxs1 üzərində hərhansı zorakılıq əlaməti müşahidə edilməmiş, eləcə də, digər iştirakçılar və vəkil tərəfindən, habelə onun özü tərəfindən videogörüntüdə ona qarşı hər-hansı qanunsuzluq edilməsini ifadə etməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında 04 mart 2011-ci il tarixli qərarının 28-ci bəndinə əsasən Məhkəmələrin diqqətinə çatdırılmışdır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bu protokol məhkəmə tərəfindən CPM 125-ci maddəsinin tələblərinə uyğun qaydada yoxlanıldıqdan sonra mötəbər sübut kimi qəbul edilir. Çünki, Azərbaycan Respublikası CPM-nin 207.4 və 217.1-ci maddələrinin tələblərinə əsasən cinayət işi başlanmazdan şəxsin şübhəli şəxs qismində tutulmasına və şəxsi axtarışının aparılmasına yol verilir, digər tərəfdən isə istər məhkəməyədək icraat zamanı, istər məhkəmə baxışında, Təqsirləndirilən şəxs1 qarşı qeyri-insani və ya ləyaqəti alçaldan hərkətlərə yol verilməsi, habelə ona işgəncə verilməsini, təhdidlər edilməsini, pis rəftara məruz qalmasını təsdiq edən hər-hansı dəlil aşkar edilməmişdir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduqda onun bütün hüquqları, o cümlədən müdafiəçinin iştirakı təmin edilməklə tutulmasına dair protokol tərtib olunduqdan sonra şəxsi axtarışı həyata keçirilmiş, şəxsi axtarışın keçirilməsində hər-hansı qanun pozuntusu müşahidə olunmamışdır. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs2 istər ibtidai istintaq zamanı, istəsə də məhkəmə istintaqı zamanı ifadələrində göstərdiyi Təqsirləndirilən şəxs1la aralarında narkotik vasitələrin və psixotrop maddənin əldə edilməsi, saxlanması və daşınması barədə heç bir razılığın olmaması, ümumiyyətlə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlindən məlumatsız olmaması, ittiham olunduğu əməllərlə heç bir təqsirinin olmaması barədə bildirdikləri onun məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Belə ki, əvvəla Təqsirləndirilən şəxs2 istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı cinayətin törədilməsindən məlumatsız olmasını bildirməsinə baxmayaraq, ziddiyyətli ifadələr vermişdir. Təqsirləndirilən şəxs2 yuxarıda qeyd edilən ifadələrinin təhlilindən görünür ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs2 müdafiəçisinin iştirakı ilə xx.xx.2023-cü ildə əlyazma qaydasında icra etdiyi izahatında (cild İ – i.v. 106), xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 172-174), xx.xx.2023-cü ildə təqsirləndirilən şəxs (cild İ – i.v. 199-203) qismində ifadələrində, eləcə də barəsində həbs qətimkan tədbiri seçilərkən xx.xx.2023-cü ildə (cild İİ – i.v. 13-14) məhkəmədə verdiyi izahatında hadisə günü yəni, 24 may 2023-cü il tarixdə saat 16 radələrində Ağcəbədi rayonu, Kəhrizli kəndində yerləşən Mustafa adlı şəxsin işlətdiyi çayxanda Şahid6 və Şahid7la birlikdə domino oynayan zaman Təqsirləndirilən şəxs1 onun mobil telefonuna zəng edərək Bakı şəhərindən Biləsuvar rayonuna taksi ilə gəlməsini və Biləsuvar rayonundan dayısına aid bir sənədi tanışına verəcəyini bildirdiyini, taksiyə vermək üçün yol pulu olmadığına görə Biləsuvar rayonuna gəlib yol pulunu verməsini və taksi ilə onu Ağcəbədi rayonuna aparmasını xahiş etdiyini, bundan sonra Şahid6 idarə etdiyi “Opel” markalı avtomobillə taksi kimi Şahid7la da birlikdə yoldaş kimi Biləsuvar rayonunda yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanına gedib, orada Təqsirləndirilən şəxs1la görüşüb Təqsirləndirilən şəxs1 dediyi yerə avtomobili sürməsini, avtomobili lövhənin yanında saxladığını, Sadiqin isə avtomobilin sağ arxa qapısını açdığını, həmin vaxt mobil telefonla danışdığı üçün Sadiqin avtomobildən düşməsini görmədiyini, avtomobilin qapısını açdıqdan 2-3 saniyə sonra Sadiq avtomobili sürməsini istəməsini, yolda hərəkətdə olan zaman YPX əməkdaşlarının ona avtomobili saxlamaq işarəsi verdiyini, buna görə də avtomobili yolun sağında saxladığını, daha sonra Biləsuvar RPŞnə gətirildiklərini, özünün isə Biləsuvar RPŞ-də Təqsirləndirilən şəxs1 Biləsuvar rayonuna narkotik vasitə əldə etmək üçün gəldiyini, idarə etdiyi avtomobili saxlayarkən narkotik vasitə əldə etməsini bildiyini lakin, həmin vaxta qədər Sadiqin Biləsuvar rayonuna narkotik vasitə əldə etmək üçün gəlməsindən heç bir məlumatı olmadığını bildirsə də, məhkəmə istintaqı zamanı əksinə Biləsuvara getməkdə məqsədinin Sadiqin ona məxsus avtomobilini duracaqdan çıxarmağa söz verməsi olduğunu, hadisə yerində maşını Sadiq saxladan da onların yerə düşmədiklərini, özünün də Sadiqin yol gəlib təbii ehtiyac üçün düşdüyünü düşündüyünü, maşına qayıdan da isə Sadiqin əlində balaca büküm olduğunu, Sadiqdən bükümün nə olduğunu soruşduqda “nəşə” olduğunu, onu Bakıya aparmağını istədiyini, özünü isə Sadiqə iki körpəsinin olduğunu, bunu eliyə bilmədiyini, ya tullamasını, ya da onu aparmayacaqlarını deməsini, Sadiqin ona pul narkotik təklif etdiyini, lakin onunla razılaşmadığını, Sadiqin yol boyu kiminləsə telefon danışığını eşitmədiyini, Sadiqə etirazın bildirdikdə, Sadiqin əlindəki bağlamanı maşından çölə atdığını, daha sonra polislərin gəlib onları saxladığını qeyd etmişdir. Daha sonra isə məhkəmə iclasında şahidlər dindirilmiş Təqsirləndirilən şəxs2 isə verilmiş sualları cavablandırarkən bir daha ziddiyyətli ifadələr verərək, Sadiqin əlində olan bağlamanı alıb maşından özü tərəfindən atıldığını qeyd etmişdir. Bu hallar isə ona dəlalət edir ki, Təqsirləndirilən şəxs2 aşkarlanmış narkotik vasitələr və psixotrop maddə ilə bağlı ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs2 həmin ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab etmir. Təqsirləndirilən şəxs2 bu ifadələri iş üzrə ibtidai istintaq zamanı dindirilmiş digər Təqsirləndirilən şəxs1, eləcədə şahid qismində dindirilmiş Şahid7 və Şahid6 ifadələri ilə də tam təkzib edilir. İbtidai istintaq zamanı Şahid6 və Şahid7 vermiş olduğu ifadələrdən də görünür ki, hər iki şahid Təqsirləndirilən şəxs2 avtomobili saxladıqdan sonra Sadiqin yerə düşüb təxminən 10-15 saniyə sonra avtomobilə qayıtmasını və Nurlanın da avtomobili dərhal irəli hərəkət etdirməsini, Nurlanın Sadiqə “düzəldi işin bir problem olmadı ki” sözlərini desə də, həmin sözləri hansı mənada deməyini başa düşmədiklərini, həmin vaxt Sadiqin əlində olan görmədikləri bir əşyanı əynindəki köynəyin altına qoyub və “sür, sür, irəlidən geri dönüb qayıdaq” sözlərini deməsini, onların isə Sadiqdən əlindəki bağlamada nə olmasını soruşmasını, Sadiqin onlara da həmin bağlamada narkotik vasitə olmasını və Bakı şəhərinə aparmaqda köməklik göstərmələri qarşılığında hər birinə 100 manat pul və ya narotik vasitə verməyi təklif etməsini, Tural və Zaurun Sadiqin bu sözlərinə etiraz edərək Nurlandan avtomobili saxlamasını tələb etmələrini, lakin, Nurlanın Sadiqin təklifi ilə razılaşdığına görə avtomobili hərəkət etdirməyə davam etməsini, onların isə təkidlə Nurlandan avtomobili saxlamağı tələb etməyə davam etdikləri üçün qarşıda olan dairəyə çatarkən Nurlanın avtomobili geri döndərib və “Azpetrol” yanacaqdoldurma məntəqəsi istiqamətində hərəkət etdirməsini bildirmişlər. Bundan başqa şahidlər Şahid6 və Şahid7 sözügedən ifadələrində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs2la aralarında üzləşdirmə zamanı da sonuncunun üzünə deyərək bir daha təsdiq etmişlər. Məhkəmə isə şahidlər Şahid7 və Şahid6 ibtidai araşdırma dövründə verdikləri ifadələri işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gələrək məhkəmə baxışında verdikləri ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onların ibtidai araşdırma dövründə verdikləri qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istər təqsirləndirilən şəxslərin, istərsə də şahidlər Şahid6 və Şahid7 məhkəmə iclasında Təqsirləndirilən şəxs1 tərəfindən götürülmüş bağlamanın avtomobildən atılması ilə bağlı qeyd etdikləri sübut kimi qəbul etmir. Çünki, sözügedən məsələ ilə bağlı istər təqsirləndirilən şəxslərin özləri, istərsə də şahidlər bir-birilərinə tamamilə zidd ifadələr verərək, narkotik vasitənin bir qismi Təqsirləndirilən şəxs1 tərəfindən (Şahid7 və Təqsirləndirilən şəxs1 özü) maşından atıldığını, digər qismi isə Təqsirləndirilən şəxs2 tərəfindən (Şahid6 və Təqsirləndirilən şəxs2) bildirmişlər. Məhz bu səbəbdən həmin şahidlərin məhkəmədə verdikləri ifadələrində göstərilən xüsusatlar yuxarıda sadalanan mötəbər sübutlar ilə tam təkzib olunduğundan, eləcədə şahidlər Şahid7 Təqsirləndirilən şəxs2 qohumu, həm kəndlisi, Şahid6 isə həmkəndlisi olmasını, həmin şəxslərin təqsirləndirilən şəxsi məsuliyyətdən yayındırmaq məqsədilə məhkəmə iclasında verdikləri ifadələrini sübut kimi qəbul etmir və onların bu ifadələrini Təqsirləndirilən şəxs2 müdafiəsi məqsədi daşımaqla törədilmiş cinayət hadisəsini öz mülahizələri baxımından yanlış təqdim etmələri kimi qiymətləndirir. Belə ki, həm cinayət işinin materialları əsasında, həm də təqsirləndirilən şəxslərin yuxarıda göstərilən vermiş olduqları ifadələri əsasında təsdiq olunmuşdur ki, təqsirləndirilən şəxslər digər şəxslə cinayət əlaqəsinə girərək artıq ölkə ərazisində mövcud olmuş külli miqdarda narkotik vasitənin və psixotrop maddənin əldə edilib saxlanması və daşınması, faktiki olaraq isə həmin vasitələr və maddənin ölkə ərazisində qanunsuz olaraq realizə edilməsini icra etmək vəzifəsini öz öhdələrinə götürmüşlər. Məhkəmə təqsirləndirilən şəxslərin icra etdiyi hərəkətlərin mahiyyətini, eləcə də onların digər şəxslə cinayət əlaqəsinə girməsini, cinayət əlaqəsinə girdiyi şəxslərin Biləsuvar rayonu, «Çaylı-Əsgərabad» dairəvi yolunun kənarında, «Şuşa-Biləsuvar-İran yolu» sözləri yazılmış lövhənin altında narkotik vasitələr və psixotrop maddə qoydurmasını və ya başqa üsulla yerləşdirilməsini təmin etməsini, bu barədə Təqsirləndirilən şəxs1 dəqiq məlumatlar ötürməsini, sonuncunun isə Təqsirləndirilən şəxs2la bu barədə aralarında razılıq əldə etməsini, onların cinayət əlaqəsinə girdiyi şəxslərin niyyətinin ölkə ərazisində külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddənin satışını həyata keçirmək olmasını, ən əsası isə təqsirləndirilən şəxslərin həmin şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyd edilən hərəkətləri icra etməsini və cinayət əlaqəsinə girdikləri şəxsin məqsədinin külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddənin satışını həyata keçirmək olmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin qəsdi onların cinayət əlaqəsinə girdikləri və qabaqcadan əlbir olduqları digər şəxslərin qəsdi ilə əhatə olunur. Bununla da təqsirləndirilən şəxslər CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Habelə məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Cinayət törədilən zaman qüvvədə olmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 5, 12(a) və 19-cu sətrlərinə əsasən heroin, qurudulmuş marixuana və tiryək narkotik vasitə hesab edilir, həmin vasitələrin sətr ardıcıllığına müvafiq olaraq şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram, 5 qram və 0,5 qram, külli miqdarının aşağı həddi isə 2 qram, 500 qram və 50 qramdır. Habelə bu Qanunun İİ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı «Metamfetamin» olan maddə psixotrop maddədir. Metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.7-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxslərin əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdırlar. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmişlər. Ona görə də, təqsirləndirilən şəxslər CM-in qeyd olunan maddələri ilə təqsirli bilinərək, onlara həmin maddələrin sanksiyaları daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində iki nəfər azyaşlı uşağının olmasını, “Vətən Müharibəsi”ndə aktiv döyüşlərdə iştirak etməklə, medallarla təltif olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını (Təqsirləndirilən şəxs2 münasibətdə) və cəzanı ağırlaşdıran halın olmamasını, aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin çəkisini, həmin cinayətlərin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitələrin və psixotrop maddənin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini, eləcədə Təqsirləndirilən şəxs2 ümumi cinayətkar məqsədin əldə edilməsindəki rolunun cinayətin digər iştirakçısı Təqsirləndirilən şəxs1 ilə müqayisədə daha az əhəmiyyətli olmasını nəzərə alaraq hesab edir ki, onlara təqsirləndirildikləri maddələrin sanksiyaları həddində yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməli və onlar həmin cəzanı çəkməlidirlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 25 may 2023-cü il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəylərini nəzərə alıb, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və hər iki təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkiləri 1364,85 qram narkotik vasitə heroin, 151,536 qram psixotrop maddə metamfetamin, 534,8 qram narkotik vasitə tiryək, 66,480 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs1 götürülmüş bir ədəd POCO markalı mobil telefon cəza çəkdiyi müddətdə saxlanılması və sonda özünə qaytarılması üçün saxlanıldığı istintaq təcridxanasında və ya cəza çəkdiyi müəssisədə olan şəxsi işinə əlavə edilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-120 (bir yüz iyirmi) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər məbləğdə (hər birindən 60 manat olmaqla) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona həmin maddələr üzrə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 25 may 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona həmin maddələr üzrə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 25 may 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Biləsuvar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkisi 1364,85 qram narkotik vasitə heroin, 151,536 qram psixotrop maddə metamfetamin, 534,8 qram narkotik vasitə tiryək, 66,480 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut olan və Biləsuvar RPŞ-nin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs1 götürülmüş bir ədəd POCO markalı mobil telefon cəza çəkdiyi müddətdə saxlanılması və sonda özünə qaytarılması üçün saxlanıldığı istintaq təcridxanasında və ya cəza çəkdiyi müəssisədə olan şəxsi işinə əlavə edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-120 (bir yüz iyirmi) Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bərabər məbləğdə (hər birindən 60 manat olmaqla) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-147/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-147/2024
15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver