Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-147/2025 14.03.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X15 və X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - xx xxx 1993-cü ildə Lənkəran rayonunun Girdəni kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, taksi fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Girdəni kəndində qeydiyyatda olmaqla, X30, nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan “Fərzad” adlı şəxs və qeyriləri ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, istintaqa və məhkəməyə məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə külli miqdarda 37 kiloqram 125 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, xüsusilə külli miqdarda 06 kiloqram 812,307 qram çəkidə heroin, külli miqdarda 01 kiloqram 990 qram çəkidə tiryək, təsir maddəsinin ümumi miqdarı külli miqdar 79,2 qram olan 1980 ədəd metadon həbi və quru maddəsinin miqdarı 0,415 qram olan 420 ml həcmində metadon məhlulu və xüsusilə külli miqdarda 02 kiloqram 02 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədilə qanunsuz olaraq əldə edib qeyd edilən narkotik vasitələrdən bir ədəd bükümdə 26,307 qram çəkidə narkotik vasitə heroini ayırıb satış məqsədilə üzərində saxlamaqla Ələt-Astara avtomobil yolunun Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən 47-ci kilometrliyinə daşımış, on ədəd bağlamada ümumi təmiz çəkisi 10 kiloqram 640 qram narkotik vasitə qurudulmuş marixuana, dörd ədəd bağlamada ümumi təmiz çəkisi 3861 qram narkotik vasitə heroin və bir ədəd bağlamada 1007 qram çəkidə psixotrop maddə metamfetamini ayırıb satış məqsədilə idarə etdiyi “Ford Fusion” markalı, **-YX-*** qeydiyyat nişanlı avtomobildə, digər hissəsini isə ünvan 1 ünvanda yerləşən evdə qanunsuz saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 28 mart 2024-cü il tarixdə, saat 03:40-da Ələt-Astara avtomobil yolunun Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən 47-ci kilometrliyində saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 26,307 qram olan narkotik vasitə heroin; idarə etdiyi “Ford Fusion” markalı, **-YX-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin arxa yük yerindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd torbanın içərisindən on ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1070,0 qram, 990,0 qram, 1055,0 qram, 1100,0 qram, 1045,0 qram, 1115,0 qram, 1070,0 qram, 1040,0 qram, 1070,0 qram, 1085,0 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdarda- 10 kiloqram 640 qram olan narkotik vasitə qurudulmuş marixuana, dörd ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 915 qram, 997 qram, 994 qram, 955 qram olmaqla, ümumi təmiz çəkisi xüsusilə külli miqdarda- 3861 qram olan narkotik vasitə heroin, bir ədəd bağlamada təmiz çəkisi xüsusilə külli miqdarda- 1007 qram olan psixotrop maddə metamfetamin; yaşadığı ünvan 1 ünvanına baxış keçirilən zaman mənzilin yataq otağındakı çarpayının altında olan beş ədəd torbanın içərisindən iyirmi altı ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1040,0 qram, 1045,0 qram, 1045,0 qram, 1035,0 qram, 1020,0 qram, 1010,0 qram, 1010,0 qram, 1015,0 qram, 1015,0 qram, 925,0 qram, 975,0 qram, 980,0 qram, 980,0 qram, 1000,0 qram, 1030,0 qram, 1025,0 qram, 955,0 qram, 965,0 qram, 1040,0 qram, 1105,0 qram, 1035,0 qram, 1035,0 qram, 1065,0 qram, 1035,0 qram, 1055,0 qram, 1045,0 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdarda- 26 kiloqram 485 qram olan narkotik vasitə qurudulmuş marixuana, üç ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 965 qram, 980 qram, 980 qram olmaqla, ümumi təmiz çəkisi xüsusilə külli miqdarda- 2925 qram olan heroin, iki ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 975 qram, 1015 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdarda- 1990 qram olan tiryək, təsir maddəsinin ümumi miqdarı külli miqdar 79,2 qram olan 1980 ədəd metadon həbi, quru maddəsinin miqdarı 0,415 qram olan 420 ml həcmində metadon məhlulu, bir ədəd bağlamada təmiz çəkisi xüsusilə külli miqdarda- 995 qram olan psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə günü ailəsi ilə birlikdə idarə etdiyi avtomobillə Bakı şəhərinə gedərkən Qaradağ rayonu ərazisində yol polisi tərəfindən işarə verilərək saxlanılmış, avtomobildən düşəndən sonra “Kamaz” markalı maşının arxasından iyirmi nəfər şəxs yaxınlaşıb hərəsi bir tərəfdən ona silah tuşlamış, əl-qolunu bağlamış, avtomobilini 200-300 metr irəli, özünü isə başqa maşınla oraya aparmış və avtomobilinin arxa yük yerini açmışlar. Avtomobilinə qoyulmuş qanunsuz predmetlərin ona aid olmasını soruşmuşlar, cavabında avtomobilin yük yerində olan paltar çemodanların özünə aid olmasını, ailəsi ilə birlikdə rayondan gəldiklərini, digərlərinin isə onun olmadığını bildirmişdir. Ona, psixotrop maddə və narkotik vasitələri boynuna almasını, əks-halda ailə üzvlərinin məsuliyyətə cəlb olunacağını, idarəyə getməli olduqlarını bildirmişlər. Polis əməkdaşları ilə problemi olduğu üçün bu tədbir təşkil olunmuşdur. İdarəyə aparılandan sonra orada avtomobilində olan şeyləri yerə tökmüş, sonra gedib rayonda yaşadığı evə narkotik qoymuş, səhəri gün saat 09-da onu həmin evə aparmışlar. Evdəki yataq otağında döşəyin altından həmin predmetləri çıxartmışlar. Polislər həmin predmetləri də boynuna götürməsini, əks-halda idarədə saxladıqları ailə üzvlərini də məsuliyyətə cəlb edəcəklərini bildirmişlər, o da məcburiyyət qarşısında qalıb sənədlərə imza etmişdir. Hadisələrin bu cür cərəyan etməsini ailə üzvləri də təsdiq edə bilər. Polis əməkdaşları evində termonun qabağında olan qızılları götürmüşlər. Bu barədə müstəntiqə bildirmiş, müstəntiq də cavabında bu haqda bilmədiyini və bunun onlara aid olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, polislər onu saxlayanda yanında rəsmi nikahda olan ailəsi olmuşdur. Arvadı Şahid2 hamilə olduğu üçün polislərin dedikləri ilə razılaşmışdır. 08 mart 2024-cü il tarixdə əvvəllər şəxsi istifadəsi üçün narkotik vasitə aldığı, ailəvi dost olduqları Kamran adlı şəxs tutulmuş, onun arvadının xahişi ilə bir neçə dəfə Kamrana zəng vurmuşdur. Bundan başqa ona, Rusiya Federasiyasında olan dostlarından zənglər gəlmişdir. “Hyundai Tucson” markalı maşını icarəyə götürüb 26 mart 2024-cü il tarixdə bayramla əlaqədar ailəsinə dəymək üçün rayona getmişdir. İcarəyə maşın götürməsinə səbəb öz maşınını əzməsi olmuşdur. Tutulduğu gün ona narkotik vasitə göndərilməyəcəkdi. Onu 26 mart 2024-cü il tarixdə tutub baş idarəyə aparmış, iki gün orada saxlayandan sonra sənədləşdirmişlər. Mobil telefonundakı narkotik vasitə şəkillərini polislər çəkmişlər. Həmin mobil telefon arvadına qaytarılmışdır. Videoçəkiliş zamanı hədə-qorxu altında ifadə vermişdir. Tutulanda ailəsi yanında olsa da, videogörüntüyə düşməmişlər. Narkotik vasitə və psixotrop maddələr aşkar olunan evi rayona gələndə yaşamaq üçün kirayə tutmuşdur. Həmin evə qanunsuz kütlələri tutulandan sonra dörd nəfər polis əməkdaşı gətirib qoymuş, polislərə baxış keçirilən evin ünvanını o deməmiş, kimin deməsini bilməmişdir. Müstəntiq ifadəyə qol çəkməsə, işinin açıq olduğunu və ailə üzvlərinin də cəlb oluna biləcəyini bildirmişdir. Məhkəmədə barəsində həbs qətimkan tədbiri seçiləndə qərar oxunmuş, ona tutulması barədə hər-hansı suallar verilməmiş, o da heç nə bildirməmişdir. İbtidai araşdırma zamanı prokuroru görməmiş, ona fiziki işgəncə verilmiş, psixi təzyiq edilmiş, buna görə də etirafedici ifadələr vermişdir. Onu döyən şəxslərdən birinin şöbə rəisi Səttar adlı şəxs olduğunu eşitmişdir. İranlı Fərzadın tanıdığı adamdan şəxsi istifadəsi üçün marixuana götürmüşdür. Bakı İstintaq Təcridxanasına daxil olarkən tibbi müayinə zamanı xəsarətləri qeydə alınmış, lakin bununla bağlı araşdırma aparılmamışdır. Mobil nömrələrdən 055 ***-**-** onun, 055 ***-**- ** isə Lənkəranlı şəxsin istifadəsində olmuşdur. Şəxsi istifadəsi, habelə uşaqlarla yığışıb pul qoyub istifadə etmək üçün həmin şəxsdən narkotik vasitə istəmişdir. Şahid1 tanıyır, onunla ədavət və ya düşmənçiliyi yoxdur. Şirəli onu döyməmişdir. Baxış keçirilən evdə rəsmi nikahda olduğu arvadı Şahid2 ilə yaşamışdır. Təzəlikcə Günəşdən övladı dünyaya gəlmişdir. Evə baxışdan əvvəl bağlamalarda hansı növdə narkotik və psixotrop maddə olması ona deyilmişdir. Ancaq marixuana istifadə etmiş, narkotik satışı ilə məşğul olmamışdır. Valideyinləri ilə münasibəti normal olmuşdur. Hal-hazırda himayəsində üç azyaşlı uşağı vardır. Məhkəmədə Təqsirləndirilən şəxs verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında yaranmış ziddiyyətlə əlaqədar, onun ibtidai istintaqa verdiyi ifadələri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan edilmiş və məlum olmuşdur ki, o, həmin ifadələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, təxminən son iki ildir Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmuş, arabir Lənkəran və Masallıya gedib ailəsinə baş çəkmişdir. Təqribən on ildir arabir “nəşə” kimi tanıdığı qurudulmuş marixuanadan istifadə etmişdir. Tutulmamışdan bir ay əvvəl “İnstagram” sosial şəbəkəsində bir nəfər ona “salam” yazmış, həmin şəxslə yazışan zaman onun İran İsam Respublikasının vətəndaşı olmaqla narkotik vasitələrin Azərbaycana göndərilməsi ilə məşğul olduğunu öyrənmişdir. Həmin şəxs bir qədər sonra özünü təqdim edərək adının Fərzad olduğunu bildirmişdir. Müəyyən müddətdən sonra onlar “WhatsApp”da yazışmağa başlamışlar. İlkin vaxtlar Fərzad ona Azərbaycana göndərdiyi narkotikləri qəbul etməsini və satışını həyata keçirməsini təklif etmiş, lakin o, buna razılıq verməmiş və Fərzada qəti şəkildə narkotiklərin satışı ilə məşğul olmayacağını, sadəcə olaraq Fərzadın göndərdiyi narkotikləri götürüb dediyi yerə çatdıra biləcəyini demiş, amma, Fərzad onunla telefonda danışaraq birlikdə işləmələri üçün onu yola gətirməyə çalışmışdır. Belə ki, Fərzad onun taksi fəaliyyəti ilə məşğul olmaqla irəli gedə bilməyəcəyini vurğulamış, göndərdiyi malın hər kilosuna görə ona 200 (iki yüz) manat verəcəyini demişdir. Borcu çox olduğundan bir dəfə götürüb malları yerbəyer edəcəyini və borclarını bağlayacağını düşünmüş, nəticədə Fərzadla razılaşmış, onunla tez-tez yazışmış, Fərzad hər dəfəsində ona hazır olmasını, xəbər verəcəyini demişdir. 19 mart 2024-cü il tarixdə ailəsini görmək üçün Bakıdan Lənkərana gəlmiş, 23 mart 2024-cü il tarixdə isə Lənkərandan Masallıya, ikinci ailəsinin yanına getmişdir. Orada olduğu zaman 26 mart 2024-cü il tarixdə Fərzad onunla əlaqə saxlayaraq malı Astaraya göndərdiyini və hazır olub ondan xəbər gözləməsini, həmçinin “mal”ın dağlıq kəndlərin birinə yerləşdiriləcəyini demişdir. İstifadəsində olan “Ford Fusion” markalı avtomobillə həmin yerlərə gedə bilməyəcəyini düşünmüş, bunun üçün Bakıya gəlib, icarəyə “Hyundai Tucson” markalı avtomobil götürüb Masallıya qayıtmış və Fərzaddan xəbər gözləməyə başlamışdır. Mart ayının 26-dan 27-nə keçən gecə Fərzad onunla əlaqə saxlayaraq malın Astara rayonu Pensər kəndində olduğunu bildirmiş, o da avtomobillə həmin kəndə gəlmişdir. Fərzad malın kəndin girişində şəhid plakatını keçəndən sonra yolun sağında kanal kimi olan yerdə qoyulduğunu demişdir. Həmin yeri tapmış və malları götürüb maşına yükləmişdir. Mallar bir neçə kisədə və çəkisi çox olmuşdur. Bundan sonra oradan çıxıb Bakı istiqamətində hərəkətə başlamışdır. Yolda polislərin onu saxlaya biləcəyini düşündüyü və onun ailəsi ilə hərəkətdə olmasını görmələri üçün arvadı Şahid2 da Masallı şəhərindən götürmüş və birlikdə Bakıya gəlmişlər. Arvadına gecə vaxtı tək yola çıxmaq istəmədiyini demiş, Şahid2 də onunla razılaşmış və birlikdə Bakıya gəlmişlər. Fərzad mallardan on bir bağlama marixuananı təcili yerləşdirmək lazım olduğunu demiş, arvadının yanında malları yerləşdirməmək üçün gecə Şahid2 rəfiqəsigilə aparmış, özü həmin bağlamaları maşında ayırıb Dövlət Statistika Komitəsinin arxasında bir küçədə gizlətmiş və bu barədə Fərzada məlumat vermişdir. Fərzadın sifarişi ilə maşını gizlətdiyi narkotiklərin yanında saxlayıb, arxa oturacaqda uzanmış, təxminən on beş-iyirmi dəqiqə sonra iki nəfər şəxs gəlib həmin bağlamaları götürmüşlər. Həmin şəxslərin üzlərini görməmiş, lakin danışıqlarından iki nəfər olduqlarını bilmişdir. Bundan sonra gedib arvadını götürmüş və Bakıda yaşadığı Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi, dalan 7-də yerləşən nömrəsiz evə getmişdir. Orada olan zaman arvadı yatandan sonra maddələri evə gətirmiş və səhər maşını geri qaytarmışdır. Bundan sonra iz itirmək üçün öz istifadəsində olan “Ford Fusion” markalı, **-YX-*** qeydiyyat nişanlı avtomobilə qalan malları yığmış və arvadı ilə birlikdə Masallıya qayıtmış, arvadını Masallıda yaşayan qohumugilə aparmış, malları isə yaşadığı ünvan 1 ünvanına daşımış və orada gizlətmişdir. 27 mart 2024-cü il tarixdə axşam radələrində Fərzad onunla əlaqə saxlayaraq, on bağlama marixuana, bir bağlama metamfetamin, dörd bağlama və bir büküm heroin götürüb Bakıya apararaq Lökbatanda bir yerə qoyub Fərzada xəbər verməsini demiş, həmin malları ayırıb avtomobilin yük yerinə yığmış, bir bükümü isə cibinə qoymuşdur. 28 mart 2024-cü il tarixdə, saat 01 radələrində evdən çıxmış, yenə də gecə vaxtı polislərin onu saxlayacağından ehtiyat etdiyindən arvadına onunla birlikdə Bakıya gedib-gəlməyi demişdir. Arvadı razılaşmış, gedib onu qohumugildən götürüb Bakı istiqamətində hərəkətə başlamış, saat 03:40 radələrində Ələt-Astara magistral yolunda saxlanılmışdır. Üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib, narkotik vasitə və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, onu Baş İdarəyə dəvət etmiş, avtomobili isə duracağa yerləşdirmişlər. Dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuş, sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməsi təklif olunmuş, o da əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir büküm narkotik vasitə olan heroini çıxarıb təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd “Redmi” markalı mobil telefon, bir ədəd avtomobil və bir ədəd ev açarı, 20 (iyirmi) manat pul, sürücülük vəsiqəsi aşkar olunmuşdur. Sonra heroin elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, imzalanmış və götürülmüşdür. Bundan başqa, mobil telefon və sürücülük vəsiqəsi də götürülmüş, pul və açarlar isə ona geri qaytarılmışdır. Verilən suallara cavab olaraq üzərindən aşkar olumuş narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı “Fərzad” adlı şəxsin göstərişi ilə Astara rayonu ərazisindən deyiləcək yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə 26 mart 2024-cü il tarixdə əldə etdiyini, narkotik maddələrin bir kiloqramının daşınmasına görə “Fərzad” adlı şəxsdən 250 (iki yüz əlli) manat pul alacağını, polis əməkdaşları tərəfindən zorakılığa məruz qalmadığını, idarə etdiyi “Ford Fusion” markalı avtomobildə narkotik vasitə saxladığını, orada saxladığı narkotik vasitələri təqdim edə biləcəyini, həmin avtomobilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış başa çatdırılmış, bu barədə protokol tərtib edilmiş və protokol imzalanaraq təsdiq edilmişdir. Daha sonra idarə etdiyi “Ford Fusion” markalı avtomobilin olduğu yerə getmişlər və orada videoçəkilişlə avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin yük hissəsində gizlətdiyi bir ədəd torbanı təqdim etmiş, torbanın içərisindən dörd ədəd bükümdə heroin, bir ədəd bükümdə metamfetamin, on ədəd bükümdə qurudulmuş marixuana aşkar olunmuş, həmin maddələr elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Avtomobilin digər hissələrinə baxış zamanı əlavə olaraq hər hansı maddə aşkarlanmamışdır. Avtomobilə baxış zamanı yaşadığı evdə əlavə olaraq narkotik vasitə saxladığını bildirmişdir. Baxış başa çatdıqdan sonra bu barədə protokol tərtib edilmiş və düzgün olduğundan imzalarla təsdiq edilmişdir. Bundan sonra onlar ünvan 2 ünvanına baxış keçirilmişdir. Həmin ünvana baxış keçirilməsinə etirazı olmadığını bildirmiş, bu barədə ərizə təqdim etmişdir. Baxış zamanı evin girişindən sol tərəfdə olan yataq otağındakı çarpayının altında gizlətdiyi beş ədəd sellofan torbanı təqdim etmişdir. Torbaların içərisindən üç bükümdə heroin, iki bükümdə tiryək, bir bükümdə metamfetamin, iyirmi altı bükümdə qurudulmuş marixuana, bir ədəd qabda metadon suyu, 2.000 ədəd metadon həbi və iki ədəd elektron tərəzi aşkar olunmuş, həmin maddələr elektron tərəzidə çəkilmiş, daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Evin digər otaqlarına və hissələrinə baxış keçirilmiş, əlavə olaraq yataq otağındakı dolabın üzərində olan ağ rəngli “Samsung” markalı mobil telefon götürülmüş, bundan sonra yenidən Baş İdarəyə qayıtmışlar. Orada mənzilə baxış keçirilməsinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Həmin maddələrin hamısını iranlı Fərzadın deyəcəyi yerlərə çatdırmaq məqsədi ilə əldə edib saxladığını bildirmişdir. Fərzadla görüşməmiş və anket məlumatlarını bilməmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Aşkar edilmiş tərəziləri də harasa narkotik vasitə yerləşdirəndə həmin tərəzilərdən istifadə etməsi üçün Fərzad göndərmişdir. Onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə heç kimin, o cümlədən ailə üzvlərinin xəbəri olmamışdır, çünki, həmin bağlamaları evdə yerləşdirəndə, eləcə də avtomobilə yükləyəndə heç kim görməmişdir. Başqa heç bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamamışdır. Nə saxlanılan, nə üzərinə şəxsi axtarış keçirilən, nə də avtomobili və evinə baxış keçirilən zaman heç bir fiziki və ya psixi təzyiqə məruz qalmamışdır (iş vərəqi 76-80, 92-96, 248-251). Təqsirləndirilən şəxs ifadələri arasındakı ziddiyyəti ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona göstərilmiş fiziki və psixoloji təzyiqlə əlaqələndirmiş, məhkəmədə verdiyi ifadəsinin doğru olduğunu bildirmiş, son sözündə məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cinayət prosesi iştirakçılarını (təqsirləndirilən şəxs və şahidləri) dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 27 mart 2024-cü il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bu məlumat barədə raportla idarənin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair 27 mart 2024-cü il tarixli qərar çıxarılmış və idarənin əməkdaşları olan əməliyyat müvəkkilləri X3, X7 və ondan ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, qrupa rəhbərlik ona həvalə edilmişdir. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar 28 mart 2024-cü il tarixdə, saat 03:40 radələrində Ələt-Astara avtomobil yolunun Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən 47-ci kilometrliyinin yaxınlığında Təqsirləndirilən şəxs bənzər şəxs saxlanılmışdır. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını deyib, həmin şəxsə öz anket məlumatlarını bildirməsini təklif etmişlər. Həmin şəxs özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş, ona saxlanılmasının səbəbi bildirilmiş və üzərində keçiriləcək istintaq hərəkətləri üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət edilmişdir. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs müdafiəçilərin siyahısı təqdim edilmiş, siyahı ilə tanış olduqdan sonra siyahı üzrə seçdiyi vəkil tərəfindən hüquqlarının müdafiə olunmasına etiraz etmədiyini bildirmiş, bundan sonra Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Rafael Allahverdiyev dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim оlunmuş və sonuncu hüquqlаrının həmin vəkil tərəfindən müdаfiə еdilməsinə еtirаzı оlmаdığını bildirmiş, ona müdafiəçisi ilə kоnfidеnsiаl ünsiyyət sахlаmаq üçün şərаit yаrаdılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin ona, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi, bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs etiraz etməmiş və üstünün yoxlanmasına razı olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs prosessual məcəllədə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, o da hüquqlarının aydın olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkətləri 28 mart 2024-cü il tarixdə videoçəkiliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Bundan əvvəl Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edilərək ona, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, o da əynində olan şalvarın sağ yan cibindən bir bükümdə narkotik vasitə heroinə bənzər kütləni çıxarıb təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən bir ədəd “Redmi” markalı mobil telefon, bir ədəd avtomobil açarı və bir ədəd ev açarı, 20 (iyirmi) manat pul, sürücülük vəsiqəsi aşkar olunmuşdur. Sonra heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, üzəri imzalanmış və götürülmüşdür. Bundan başqa, mobil telefon, sürücülük vəsiqəsi götürülmüş, pul və açarlar isə Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı “Fərzad” adlı şəxsin göstərişi ilə Astara rayonu ərazisindən deyiləcək yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə 26 mart 2024-cü il tarixdə əldə etdiyini, narkotik vasitələrin bir kiloqramının daşınmasına görə “Fərzad” adlı şəxsdən 250 (iki yüz əlli) manat pul alacağını, polis əməkdaşları tərəfindən zorakılığa məruz qalmadığını, idarə etdiyi “Ford Fusion” markalı avtomobildə narkotik vasitə saxladığını, orada saxladığı narkotik vasitələri təqdim edə biləcəyini, həmin avtomobilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış başa çatdırılmış, bu barədə protokol tərtib edilmiş və protokol düzgün tərtib olunduğundan imzalarla təsdiq edilmişdir. Daha sonra “Ford Fusion” markalı avtomobilin olduğu yerə getmiş, orada videoçəkilişlə avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin yük hissəsində gizlətdiyi bir ədəd torbanı təqdim etmiş, həmin torbanın içərisindən dörd ədəd bağlamada heroinə bənzər maddə, bir ədəd bağlamada metamfetaminə bənzər maddə, on ədəd bağlamada qurudulmuş marixuanaya bənzər maddə aşkar olunmuşdur. Sonra həmin maddələr elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Avtomobilin digər hissələrindən əlavə olaraq hər hansı maddə aşkar olunmamışdır. Avtomobilə baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə saxladığını bildirmiş, baxış başa çatdıqdan sonra bu barədə protokol tərtib edilmiş və düzgün olduğundan imzalarla təsdiq edilmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına gedib, oraya baxış keçirmişlər. Təqsirləndirilən şəxs həmin ünvana baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bu barədə ərizə təqdim etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin evin girişindən sol tərəfdə olan yataq otağındakı çarpayının altından beş ədəd sellofan torbanı təqdim etmişdir. Həmin torbaların içərisindən üç ədəd bağlamada heroinə bənzər, iki ədəd bağlamada tiryəkə bənzər, bir ədəd bağlamada metamfetaminə bənzər, iyirmi altı ədəd bağlamada qurudulmuş marixuanaya bənzər, bir ədəd qabda metadon suyuna bənzər, 2.000 (iki min) ədəd metadon həbinə bənzər maddələr və iki ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra həmin maddələr elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Evin digər otaqlarına və hissələrinə baxış keçirilmiş, əlavə olaraq yataq otağındaki dolabın üzərində olan ağ rəngli “Samsung” markalı mobil telefon götürülmüşdür. Bundan sonra yenidən Baş İdarəyə qayıtmışlar və orada mənzilə baxış keçirilməsinin nəticəsinə dair protokol tərtib edilmiş, düzgün olduğundan həmin protokol imzalarla təsdiq olunmuşdur. Şahid1 məhkəmə iclasında cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs məlum hadisə ilə əlaqədar tanıyır. Ola bilər ki, məlumat şəxs barəsində olub, sonra isə onun Qaradağ rayonu ərazisində olması müəyyən olunub. Tədbiri realizə etmək şəraiti Qaradağ rayonu ərazisində mümkün olmuşdur. Avtomobili təqib etməyə lüzum qalmamış, çünki, özü dayanmışdır. Evə baxış zamanı orada kiminsə olmasını xatırlamır. Baxış zamanı hər-hansı etiraz olmamışdır. Əməliyyat tapşırığı olmadan həmin işə müdaxilə etmək mümkün deyildir. Fərzad və digər iranlı şəxslər barəsində idarədə müvafiq araşdırma işləri davam etdirilir. Təqsirləndirilən şəxsə qarşı tərəflərindən hər-hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. Şəxsi axtarış istintaq hərəkətinin keçirildiyi saatı xatırlamamışdır. Təqsirləndirilən şəxsin ailəsini idarəyə aparmamış, onun özünü tək aparmışlar. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında dəvət olunmuş Şahid2 cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Aqillə bir-birlərini 2020-2021-ci illərdən tanımış, 2024-cü ildə nikaha girmişlər. Əvvəllər Masallı şəhərində “Müəllimlər binası”nda qalmış, binada su problemi olduğu üçün üç gün imiş ki, ünvan 1 ünvanına köçmüşlər. Həmin evdəki əşyaların bir qismi, eləcə də yataq dəsti onlara, bir qismi isə evin sahibinə məxsus olmuşdur. Üç ildir ki, lazer-epilyasiya fəaliyyəti ilə məşğul olur. Masallıda kirayədə qaldıqları ev olurmuş ki, bir-iki saat boş qalırmış və həmin vaxtlardan sonra evdə hər-hansı dəyişiklik hiss etməmişdir. Binanın ikinci mərtəbəsində qalmışlar. Müştəriləri evdə qəbul etmişdir. 28 mart 2024-cü il tarixdə, gecə saat 11-12 radələrində Masallıdakı evdən çıxaraq Bakı şəhərinə yola düşmüşlər. Həmin vaxt maşında şəxsi yükləri olmuş, qanunsuz əşya və ya predmet olmamışdır. Həmçinin evdə də qanunsuz heç nə olmamışdır. Aqil özünü şübhəli aparmamış, ailəsinə qarşı mehriban olmuşdur. Dəqiq bilmədiyi vaxtda gecə saat 01-02 radələrində onları polis postunda saxlamışlar. Yol polisi Aqilə avtomobilin işığında problem olması ilə əlaqədar maşından düşməyi bildirmiş, Aqil maşından düşdükdən sonra xeyli sayda polis əməkdaşı Aqilin üzərinə hücum çəkmişlər. Aqil həmin vaxt yerə yıxılmış və polislər onu iki-üç “TİR” nişanlı yük avtomobili olan yerə zorla aparmış, Aqilin ünvanına nalayiq ifadələr işlətmişlər, o da polislərə öz etirazını bildirmişdir. Avtomobilin qapısı bağlı olmuş, pəncərədən Aqilin döyülməsini görmüş, qışqırıb kömək istəsə də, qapını açan olmamışdır. Hadisə yerində polislər avtomobilə və Aqilə baxış keçirməmişlər. Aqil polislərə onun hamilə olmasını deyib, onunla işləri olmamasını xahiş etmişdir. Polislər onu iki uşağı ilə birlikdə “Ford Fusion” markalı avtomobildən düşürmüşlər. Həmin vaxt ayaqları tutulmuş, hadisə yerindən getmək istəməmişdir. Aqili halsız vəziyyətdə həmin avtomobilə əyləşdirmiş, başqa biri maşını idarə edərək getmişlər, onları isə səhv etmirsə, qara rəngli “Prius” markalı avtomobilə əyləşdirmişlər. Polislərin dəqiq olaraq neçə maşın olduqlarını xatırlamamışdır. Tanımadığı üç nəfər onları idarəyə aparmışlar. Həmin vaxt psixologiyası pozulmuşdur. Aqil idarədə halsız vəziyyətdə iki polisin müşayiətində uşaqlarını götürüb idarəni tərk etməyi ona bildirmişdir. İdarədə avtomobilə keçirilən baxışda iştirak etməmişdir. Aqilin maşınla adam vurması ona bildirilmiş, o isə belə bir şeyin şahidi olmadığını demişdir. Həmin vaxt psixi durumundan polislər dərin narahatçılıq keçirmiş, əvvəlcə qadını bu vəziyyətdə buraxmaq olmaz demiş, onu bir qədər sakitləşdirməyə çalışmışlar. Aqili Masallıdan gətirdikdən sonra idarədə onu görmüşdür. Həmin müddətdə idarədə öz istəyi ilə qalmış, onu orada məcbur saxlayan olmamışdır. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən çıxdıqdan sonra rəfiqəsigilə getmişdir. İbtidai istintaq zamanı izahat və ifadə vermiş, sənədləri imzalamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi İstintaq İdarəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (iş vərəqi 01). Baş Narkotiklərlə Mübarizə İdarəsinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Qaradağ rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqi 04). Baş Narkotiklərlə Mübarizə İdarəsinin xx.xx.2024-cü il tarixli qərarı, məktubları və əmrindən görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün həmin idarənin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, bu barədə cinayətprosessual qanunvericiliyə uyğun olaraq aidiyyəti prokurorluğa və məhkəməyə məlumat verilmişdir (iş vərəqi 05-09). Baş Narkotiklərlə Mübarizə İdarəsinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 03:40 dəqiqədə Ələt-Astara magistral yolunun 47-ci kilometrliyinin yaxınlığında idarə etdiyi “Ford Fusion” markalı, **-YX-*** qeydiyyat nişanlı avtomobillə saxlanılaraq həmin idarəyə aparılmış, avtomobil isə duracağa yerləşdirilmişdir (iş vərəqi 10). Baş Narkotiklərlə Mübarizə İdarəsi Təhqiqat Qrupunun xx.xx.2024-cü il tarixli qərar və protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 03:40 dəqiqədə tutulmuş hesab olunmuş və yaxın qohumuna bu barədə məlumat verilməsi təmin olunmuşdur (iş vərəqi 20-21; 23). Baş Narkotiklərlə Mübarizə İdarəsi Təhqiqat Qrupunun xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə, sol yan cibindən bir ədəd “Redmi” markalı mobil telefon, avtomobilin və evin açarı, 20 (iyirmi) manat pul, sürücülük vəsiqəsi aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilərək çəksinin 28 qram olması müəyyən olunmuşdur. Heroinə bənzər kütlə, mobil telefon, sürücülük vəsiqəsi qablaşdırılaraq götürülümüş, pul və digər əşyalar Təqsirləndirilən şəxs qaytarılmışdır. Videogörüntüləri özündə əks etdirən protokola əlavə olunmuş CD diskə məhkəmə iclasında baxılmışdır (iş vərəqi 30-33). Baş Narkotiklərlə Mübarizə İdarəsi Təhqiqat Qrupuna ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Fusion” markalı, **-YX- *** qeydiyyat nişanlı avtomobillə, habelə ünvan 1 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir (iş vərəqi 35; 41). Baş Narkotiklərlə Mübarizə İdarəsi Təhqiqat Qrupunun xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Fusion” markalı, **-YX- *** qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin arxa yük yerindən bir ədəd torbanın içərisindən on ədəd bağlamada ümumi təmiz çəkisi 11 kiloqram 20 qram narkotik vasitə qurudulmuş marixuana, dörd ədəd bağlamada ümumi təmiz çəkisi 3955 qram narkotik vasitə heroin və bir ədəd bağlamada 1007 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Videogörüntüləri özündə əks etdirən protokola əlavə olunmuş CD diskə məhkəmə iclasında baxılmışdır (iş vərəqi 36-39). Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə yaşadığı ünvan 1 ünvana baxış keçirilən zaman mənzilin yataq otağındakı çarpayının altında olan beş ədəd torbanın içərisindən iyirmi altı ədəd bağlamada ümumi təmiz çəkisi 27 kiloqram 650 qram narkotik vasitə qurudulmuş marixuana, üç ədəd bağlamada ümumi təmiz çəkisi 2997 qram heroin, iki ədəd bağlamada ümumi təmiz çəkisi 2008 qram tiryək, 2000 ədəd metadon həbi, 668 qram metadon məhlulu, bir ədəd bağlamada 1012 qram çəkidə psixotrop maddə metamfetamin, yataq otağındakı dolabın üzərində olan ağ rəngli “Samsung” markalı mobil telefon və iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Videogörüntüləri özündə əks etdirən protokola əlavə olunmuş CD diskə məhkəmə iclasında baxılmışdır (iş vərəqi 42-45). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-7/495 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyi və ona əlavə edilmiş aktdan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş ümumi sayı on ədəd skotçla bağlanmış sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1070,0 qram, 990,0 qram, 1055,0 qram, 1100,0 qram, 1045,0 qram, 1115,0 qram, 1070,0 qram, 1040,0 qram, 1070,0 qram, 1085,0 qram olmaqla, ümumi çəkisi 10 kq 640 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; yaşadığı mənzildən götürülmüş ümumi sayı iyirmi altı ədəd skotçla bağlanmış sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1040,0 qram, 1045,0 qram, 1045,0 qram, 1035,0 qram, 1020,0 qram, 1010,0 qram, 1010,0 qram, 1015,0 qram, 1015,0 qram, 925,0 qram, 975,0 qram, 980,0 qram, 980,0 qram, 1000,0 qram, 1030,0 qram, 1025,0 qram, 955,0 qram, 965,0 qram, 1040,0 qram, 1105,0 qram, 1035,0 qram, 1035,0 qram, 1065,0 qram, 1035,0 qram, 1055,0 qram, 1045,0 qram olmaqla, ümumi çəkisi 26 kq 485 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər və iki ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan marixuananın hissəcikləri olmadığından təqdim olunmuş marixuana ilə müqayisəli tədqiqat aparılmamışdır. Narkotik vasitə marixuananın 37 kq, 123,2 qram qalığı istintaq orqanına geri qaytarılmışdır. Aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat müəyyən edilmişdir (iş vərəqi 53-57). Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-6/1691 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyi və ona əlavə edilmiş aktdan görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN-in Zərflər üçün №7”-li dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə... (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan kağız paketdəki, bir ədəd şəffaf polietilen torbada təmiz çəkisi 26,307 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №7”-li dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunan kütlələr... (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan polietilen torbadakı dörd ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 915 qram, 997 qram, 994 qram, 955 qram olmaqla, ümumi təmiz çəkisi 3861 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd bükümdə təmiz çəkisi 1007 qram ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №7”-li dairəvi möhür əksi “şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunan kütlələr... (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan polietilen bağlamadakı üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 965 qram, 980 qram, 980 qram olmaqla, ümumi təmiz çəkisi 2925 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 995 qram ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 975 qram və 1015 qram olmaqla, ümumi təmiz çəkisi 1990 qram (1 kq, 990 qr) tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyə malik maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir, bir ədəd üzərində “Vafa“ yazısı olan plastik butulkadakı 420 ml həcmində sarımtıl rəngli maye kustar usülla hazırlanmlş metadon məhluludur və həmin məhlulda metadonun quru maddəsinin miqdarı 0,415 qramdır; üzərində “Methadone 40” markalanma göstəricisi olan 198 ədəd konvalyutda ümumilikdə 1980 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir və 1980 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 79,2 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram metadon olmaqla), həblər xarici əlamətlərinə və tərkibindəki təsiredici maddəsinin miqdarına görə eynidirlər; iki ədəd tərəzinin üzərində heroin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroin və metamfetaminin təmiz çəkisini və bükümlərdə olan heroin və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Vət. Təqsirləndirilən şəxs üzərindən, idarə etdiyi avtomobildən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 6812,307 qramdır (6 kq 812,307 qr) və həmin heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidirlər. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 2002 qramdır (2 kq 2 qr) və həmin metamfetamin xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş metadonun ümumi miqdarı 79,615 qram təşkil edir, butulkadakı metadon məhlul şəklində olduğu üçün metadon tərkibli həblərlə eyni tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Narkotik vasitələr heroinin 6 kiloqram 811,507 qram qalığı, tiryəkin 1 kiloqram 989,8 qram qalığı, 1970 ədəd metadon həbi, metadon məhlulunun 400 ml qalığı, metamfetaminin 2 kiloqram 1,8 qram qalığı istintaq orqanına geri qaytarılmışdır. Aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manat müəyyən edilmişdir (iş vərəqi 59-65). Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi İstintaq İdarəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 81-83). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-430/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 28 mart 2024-cü il tarixdən hesablanmaqla dörd ay müddətə həbs qətimkan tədbiri seçilmiş və sonrakı müxtəlif tarixli qərarlarla qətimkan tədbirinin müddəti 28 dekabr 2024-cü il tarixinədək uzadılmışdır (iş vərəqi 110-116; 183-187; 211-215; 217). Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi İstintaq İdarəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 37 kiloqram 123,2 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, 06 kiloqram 811,507 qram qalmış heroin, 01 kiloqram 989,8 qram qalmış tiryək, 1970 ədəd qalmış metadon həbi, 400 ml qalmış metadon məhlulu, 02 kiloqram 1,8 qram qalmış psixotrop maddə metamfetamin və iki ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq, saxlanmasından ötrü həmin idarənin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (iş vərəqi 117-120). Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi İstintaq İdarəsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı götürülmüş bir ədəd “Redmi” markalı mobil telefona baxış keçirilərkən məlum olmuşdur ki, o, 055 ***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “WhatsApp AZE” ani mesajlaşma mübadilə sistemi vasitəsilə adını “Əmioğlu” kimi qeyd etdiyi +**********86 saylı mobil nömrə ilə narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə bağlı danışıqlar aparmış, göndərilən narkotik vasitələrin bağlamalar halında fotoşəkillərini həmin istifadəçiyə göndərmişdir. Həmçinin, Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə adını “Hitler” kimi qeyd etdiyi 050 ***-**-** saylı mobil nömrə istifadəçisinə 25 mart 2024-cü il tarixdə “şey yoxdur, olsa gətir, burda da biraz qıtlıqdı” məzmunlu sms göndərmişdir. “WhatsApp” ani mesajlaşma mübadilə sistemində 050 ***-**-** saylı mobil nömrə istifadəçisi 25 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qeyd edilən tətbiq vasitəsilə “inanırsan ini nərimanabadnan danışdım, deyir yoxdur, orada tapmaq olmaz” məzmunlu sms göndərmişdir. Bu barədə fotoşəkillər protokola əlavə olunmuşdur (iş vərəqi 140-141) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 149-150). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanaya stasionar müalicə üçün son on ildə müraciət etməmişdir (iş vərəqi 152). “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır (iş vərəqi 153). Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 5(002)-90/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında Baş Narkotiklərlə Mübarizə İdarəsinin təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir (iş vərəqi 155-158). Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi İstintaq İdarəsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 22 may 2024-cü il tarixli cavab məktubuna əlavə edilmiş bir ədəd “CD” diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 500-63-41 saylı mobil nömrədən xx.xx.2024-cü il tarixdə 055 908-03-01 saylı mobil nömrə istifadəçisinə “Xalaoğlu uşaqlar ot isteyir lenkeranda cavab ver telefona”, xx.xx.2024-cü il tarixdə 055 237-87-37 saylı nömrə istifadəçisinə “Yaxşı qardaş biraz tez alınsa Yaxşı olar qardaşımsan” məzmunlu sms göndərmiş, 055 908-03-01 saylı mobil nömrə istifadəçisi xx.xx.2023-cü il tarixdə “Aqil qrjonyam evin yerini mene de” məzmunlu smsi Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 500-63-41 saylı mobil nömrəyə göndərmişdir (iş vərəqi 159-162). Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Girdəni Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 22-xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayonunun Girdəni kəndində qeydiyyatda olmaqla orada yaşamışdır, himayəsində xx.xx.2020, xx.xx.2022-ci il təvəllüdlü iki qızı var və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (iş vərəqi 165-166). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsin Ambulator Məcburi Narkoloji Tibbi Yoxlamanın xx.xx.2024-cü il tarixli, 3225 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması msələhət görülür (iş vərəqi 218-219). Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi İstintaq İdarəsinin xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə elan edilmiş ittihamda dəyişiklik edilərək ona həmin maddə ilə yeni məzmunda ittiham elan edilmiş; üzərindən aşkar edilmiş bir ədəd "Redmi" markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış; “Samsung” markalı mobil telefon və idarə etdiyi “Ford Fusion” markalı, **-YX-*** qeydiyyat nişanlı avtomobilin yaxın qohumlarına qaytarılması qərara alınmış; şəxsi axtarış və götürmə, baxış istintaq hərəkətlərinin aparılmasının videogörüntülərini özündə əks etdirən üç ədəd CD disk, eləcə də "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış; narkotik vasitələrin və psixotrop maddənin mənbəyinin, eləcə də cinayətin digər iştirakçılarının müəyyən edilməsi məqsədilə hazırki cinayət işindən icraata ayrıca cinayət işi ayrılmışdır (iş vərəqi 220-235; 239-241; 258-259). Cinayət işinin məhkəmə istintaqı zamanı məhkəmənin sorğusu əsasında daxil olmuş, həmçinin məhkəməyə təqdim olunmuş və məhkəmə iclaslarında elan olunmaqla tədqiq edilmiş aşağıdakı sənədlərdən məlum olur ki; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubu ilə daxil olmuş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair xx.xx.2024-cü il tarixdə keçirilmiş qapalı məhkəmə iclasının audio-video yazısının əks olunduğu DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və iş üzrə əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubu ilə daxil olmuş 2841/2024 nömrəli "Tibbi Kitabça"nın surətindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs hər iki budun distal hissəsinin içəri və bayır səthində xırda ölçülü köhnə çapıqlar aşkar edilmiş, şifahi sorğu zamanı o, zədə almadığını bildirmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Şahid2 ilə nikahdan xx.xx.2024-cü il tarixdə oğlu dünyaya gəlmişdir. Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 15 (on beş) iş saatı həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərə hüquqi qiymət verilməsi, habelə törətdiyi əməlin hüquqi tövsifi üçün aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir və bu ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında tərəflərin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqument və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidə, həmçinin müdafiəçisinin vasitəsi ilə suallar vermiş və bununla da ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125 və 139-cu maddələrinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146-cı maddəyə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun özünü müdafiə üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər, yəni, narkotik vasitə olan marixuana istifadə etsə də, satışı ilə məşğul olmadığı, ailəsi ilə birlikdə idarə etdiyi avtomobillə Bakı şəhərinə gedərkən Qaradağ rayonu ərazisində yol polisi tərəfindən saxlanılıb maşından düşürüləndə “Kamaz” markalı maşının arxasından iyirmi nəfərin yaxınlaşıb, hərəsinin bir tərəfdən ona silah tuşlaması, əlqolunu bağlamaları, avtomobilinin yük yerindən aşkar olunan qanunsuz predmetlərin ona məxsus olmaması, psixotrop maddə və narkotik vasitələri boynuna alması, əks-halda ailə üzvlərinin məsuliyyətə cəlb olunacağı, idarəyə getməli olduqları deyildiyi, polis əməkdaşları ilə problemi olduğu üçün bu tədbirin təşkil olunması, tutulandan sonra dörd nəfər polis tərəfindən rayonda yaşadığı evə narkotik qoyulması, halbuki, həmin qanunsuz predmetlərin də ona aid olmaması, polis əməkdaşlarının evindəki termonun qarşısındakı qızılları götürmələri, 26 mart 2024-cü il tarixdə tutulub baş idarəyə aparılması, iki gün orada saxlanılandan sonra sənədləşdirilməsi, mobil telefonundakı narkotik vasitənin şəkillərini polislərin çəkməsi, videoçəkiliş zamanı hədə-qorxu altında ifadə verməsi, iranlı Fərzadın tanıdığı adamdan şəxsi istifadəsi üçün marixuana götürməsi, polislər tərəfindən fiziki və psixi təzyiqə, təsirlərə məruz qaldığı, həmçinin arvadı hamilə olduğu üçün məcburiyyət qarşısında qalıb tərtib olunmuş sənədləri imzalaması barədə dedikləri əsassız olaraq törətdiyi əməldə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Qeyd edilən bu cür ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinin yuxarıda göstərilən hissəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında müdafiəçisinin iştirakı ilə üzərində videoçəkilişlə aparılmış şəxsi axtarış və götürmə zamanı (həmin istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən DVD diskdəki görüntülərdən görünür) əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə çıxarıb təqdim edərək, həmin narkotik vasitəni “Fərzad” adlı iranlı vasitəsilə Astara rayonu ərazisindən deyiləcək yerlərə çatdırıb pul qazanmaq məqsədilə xx.xx.2024-cü il tarixdə əldə etdiyini, narkotik maddələrin bir kiloqramının daşınmasına görə “Fərzad” adlı şəxsdən 250 (iki yüz əlli) manat pul alacağını, bundan başqa, idarə etdiyi “Ford Fusion” markalı, 77YX196 nömrəli avtomobildə və yaşadığı ünvan 1 ünvanda da narkotik vasitə və psixotrop maddələrin olmasını, həmin predmetlərin də ona məxsus olmasını səmimi etiraf etmişdir. Bundan başqa, o, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsində barəsində qətimkan tədbiri seçilərkən məhkəmədə iranlını sosial şəbəkədən tanıdığını, narkotik vasitəni Astaradan götürməsini və iranlının dediyi yerə yerləşdirməli olduğunu, bunun müqabilində ona 200 (iki yüz) manat pul veriləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs bu qeyd olunanları ibtidai istintaq zamanı şübhəli şəxs və təqsirləndirilən qismində verdiyi ifadələrində də bildirmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs üzərindən, avtomobilindən və evindən aşkar olunan narkotik vasitə və psixotrop maddələr barədə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-kimyəvi-bioloji ekspertizaların rəyləri ilə tanış olarkən hər hansı vəsatət və ya etirazının olmadığını qeyd etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən 26 mart 2024-cü il tarixdə saxlanılması, Baş İdarədə iki gün saxlanılandan sonra sənədləşdirilməsi barədə dedikləri ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan “şübhəli şəxsin tutlması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, o, həmin gün gecə saat 03:40-da Ələt-Astara magistral yolunun 47-ci kilometrliyinin yaxınlığında saxlanılmışdır. Bundan başqa, iş materiallarında olan Baş Narkotiklərlə Mübarizə İdarəsinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Qaradağ rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Belə olan halda, yəni, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmadan, onun 26 mart 2024-cü il tarixdə saxlanılması mümkün deyildir. Bundan başqa, məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs hadisə vaxtı onunla birlikdə olduğunu dediyi arvadı Şahid2 ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, 28 mart 2024-cü il tarixdə, gecə saat 11-12 radələrində Aqillə birgə Masallıdakı evdən çıxaraq Bakı şəhərinə yola düşmüş və yolda polis əməkdaşları tərəfindən saxlanılmışdırlar. Bundan əlavə, iş materiallarına əlavə olunmuş fotoşəkillərdən Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı ondan götürülmüş “Redmi” markalı mobil telefona baxış zamanı onun 055 ***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “WhatsApp AZE” ani mesajlaşma mübadilə sistemi vasitəsilə 27 mart 2024-cü il tarixdə, adını “Əmioğlu” kimi qeyd etdiyi +**********86 saylı mobil nömrə ilə narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə bağlı danışıqlar aparması, göndərilən narkotik vasitələrin bağlamalar halında fotoşəkillərini həmin istifadəçiyə göndərməsi, habelə, ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə adını “Hitler” kimi qeyd etdiyi 050 ***-**-** saylı mobil nömrə istifadəçisinə 25 mart 2024-cü il tarixdə “şey yoxdur, olsa gətir, burda da biraz qıtlıqdı” məzmunlu sms göndərməsi, 050 ***-**-** saylı mobil nömrə istifadəçisindən ona, “inanırsan ini nərimanabadnan danışdım, deyir yoxdur, orada tapmaq olmaz” məzmunlu sms göndərilməsi məlum olmuşdur ki, bütün bunlar da, Aqilin polis əməkdaşları tərəfindən 26 mart 2024-cü il tarixdə saxlanılmamasını, məhz 28 mart 2024-cü il tarixdə gecə saatlarında saxlanılmasını bir daha sübut edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndinə görə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəllənin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsin ifadələri arasındakı ziddiyyəti araşdırarkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs mövcud ziddiyyəti ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona göstərilmiş fiziki və psixoloji təzyiq və təsirlə əlaqələndirmiş, bununla əlaqədar şikayətlə hüquq-mühafizə orqanlarına, habelə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etmək səlahiyyətinin olmasına baxmayaraq, bu hüququndan istifadə etməmiş, əksinə, ibtidai istintaq zamanı ilkin izahatında, şübhəli şəxs və təqsirləndirilən qismində verdiyi ifadələrində polis əməkdaşları tərəfindən heç bir zorakılığa, fiziki və ya psixi təzyiqlərə məruz qalmadığını bildirmişdir. Təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiq və təsirlərə məruz qalması ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə tərkibi münasibət bildirərək qeyd edir ki, cinayət işinin materiallarından göründüyü kimi peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər təqsirləndirilən şəxsin özü, istərsə də vəkili ibtidai istintaq dövründə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət olunmamış, bunu qeydə alınmış xəsarətləri barədə araşdırma aparılacağını ehtimal etməsi ilə əlaqələndirmiş, başqa bir əsaslı səbəb göstərməmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində polis əməkdaşları tərəfindən saxlanılarkən döyülməsi nəticəsində aldığı xəsarətlər barədə istintaq təcridxanasına daxil olarkən bildirməsini, xəsarətlərinin qeydə alınmasını deməsinə əsasən, onun saxlanılandan sonra istintaq təcridxanasına aparıldığı vaxt üzərində xəsarət olub-olmamasını müəyyənləşdirmək üçün verilmiş sorğuya Bakı İstintaq Təcridxanasından daxil olmuş cavabda müayinə zamanı Təqsirləndirilən şəxs xəsarət aşkar edilməməsi qeyd olunmuşdur. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs tərəfindən fiziki və psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini nəzərə alaraq, göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz təsir və ya təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən təzyiq və təsirlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onun izahat və ifadələrinin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Con Murrey Birləşmiş Krallığa qarşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Məhkəmə cinayət işinin materiallarına istinadən təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə, habelə ilkin izahat və ifadələrində polis əməkdaşları tərəfindən hər hansı qanunazidd hərəkətlərə məruz qalmamasını bildirdiyinə, bunların da işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Bundan başqa, "xxxx" MMC-dən daxil olmuş “CD” diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 500-63-41 saylı mobil nömrədən xx.xx.2024-cü il tarixdə 055 908-03-01 saylı mobil nömrə istifadəçisinə “Xalaoğlu uşaqlar ot isteyir lenkeranda cavab ver telefona”, xx.xx.2024-cü il tarixdə 055 237- 87-37 saylı nömrə istifadəçisinə “Yaxşı qardaş biraz tez alınsa Yaxşı olar qardaşımsan” məzmunlu sms-in göndərilməsi, 055 908-03-01 saylı mobil nömrə istifadəçisinin xx.xx.2023-cü il tarixdə “Aqil qrjonyam evin yerini mene de” məzmunlu sms-i Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 500-63-41 saylı mobil nömrəyə göndərməsi, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrələri ilə çoxsaylı zənglərin aparılması onun ittiham olunduğu maddədə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əyani sübutdur (iş vərəqi 159-162). Beləliklə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xüsusilə külli miqdarda, habelə külli miqdarda narkotik vasitələr və xüsusilə külli miqdarda psixotrop maddəni satış məqsədi ilə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, yuxarıda qeyd olunanlardan başqa ondan aşkar olunan narkotik vasitələrin heroin, qurudulmuş marixuana, tiryək, metadon kimi müxtəlif növdə olmaları, psixotrop maddə metamfetaminin çəkiləri narkotik vasitələrə və psixotrop maddəyə münasibətdə satış niyyətinin olmasını təsdiq edir. Məhkəmə eyni zamanda cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində həmin Məcəllənin 234.1-234.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; ... qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; ... qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü tarixli, 8 nömrəli Qərarının 8 və 9-cu bəndlərində deyilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Sözü gedən Qanunun 12-ci bəndinin mənasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Bundan başqa, cinayət hüquq nəzəriyyəsinə görə, qeyd olunan cinayətlərin bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətlərdə onları birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsidir və qabaqcadan əldə edilən razılığın forması əməlin tövsifinə təsir etmir. Qeyd olunan Plenum Qərarının 16-cı bəndinin 3-cü yarımbaşlığına əsasən, bir neçə növ narkotik vasitə və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli və əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı müvafiq siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Cinayət Məcəlləsinin 234.4.3-cü, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 960-İİQ nömrəli Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların İ Siyahısı”nın 1-ci hissəsinin 49, 102 və 146-cı bəndlərinə əsasən heroin, tiryək, marixuana (kannabis) dövriyyəsi qadağan olunmuş narkotik vasitələr, 2-ci hissəsinin 27-ci bəndinə əsasən metamfetamin dövriyyəsi qadağan olunmuş psixotrop maddə və İİ Siyahısının 1-ci hissəsinin 6-cı bəndinə əsasən metadon dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitədir; Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə İ Siyahısı”nın 83-cü bəndinə əsasən təmiz halda 800 qramdan yuxarı heroin xüsusilə külli miqdar, 109.1-ci bəndinə əsasən təmiz halda 500 qramdan 50.000 qramadək çəkidə qurudulmuş marixuana (kannabis) külli miqdar; 111-ci bəndinə əsasən metadon təmiz halda 1,6 qramdan 160 qramadək çəkidə külli miqdar; 182-ci bəndinə əsasən təmiz halda 50 qramdan 5000 qramadək tiryək külli miqdar; İİ Siyahının 118-ci bəndinə əsasən təmiz halda 400 qramdan artıq çəkidə metamfetamin xüsusilə külli miqdar təşkil edir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi özünün ilkin izahatı, ibtidai araşdırma zamanı ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadələri, habelə, “”şəxsi axtarış və götürmə aparılması haqqında”, “avtomobilə baxış keçirilməsi və götürmə haqqında”, “evə baxış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokollar və həmin protokollara əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülər, təqsirləndirilənin istifadəsində olmuş mobil telefon nömrəsinə dair giriş-çıxış zəngləri, anten məlumatları, ekspert rəyləri və sair sənədlər, maddi sübut kimi tanınmış narkotik vasitələr və psixotrop maddə, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə cinayət işi üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməlində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir, əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5.1, 7.1, 8.1 və 9.2-ci maddələrinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz (başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin kommentariyasında göstərilir ki, ictimai təhlükəlilik əlaməti cinayətin maddi əlaməti sayılmaqla, əməlin qanunla mühafizə edilən ictimai münsibətlərə zərər yetirə bilmək xassəsini əks etdirir. İctimai təhlükəlilik əlaməti obyektiv kateqoriya sayılır və qanunverici orqanın mülahizəsindən asılı olmayaraq mövcud olur. Məhz bu əlamətin köməyi ilə qanunverici orqan bu və ya digər əməli kriminallaşdırır. Əməlin ictimai təhlükəiliyinə cinayət tərkibinin bütün əlamətləri təsir göstərir. Lakin əməlin qəsd etdiyi ictimai münasibətlərin onun bu xassəsinə təsiri daha mühümdür. Cinayət qanunvericiliyi cinayətin ictimai təhlükəliliyinin kəmiyyət və keyfiyyət tərəfini fərqləndirir. Belə ki, ictimai təhlükəliliyin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi sayılır, ictimai təhlükəliliyin dərəcəsi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallara cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Narkomaniya insanları tədricən məhv edən və ölümə sürükləyən sosial bəladır. Əfsuslar olsun ki, narkotik aludəçilərinin əksəriyyəti gənc nəslin nümayəndələridir. Bunun sonunda dayanan faciəni təsəvvür etmək belə çətindir. Çünki, gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur. Ona görə də, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi labüddür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşadığı və qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai-təhlükəliliyini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və ya şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət hesab olunduğundan və 56.1.3-cü maddəyə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edildiyindən ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.1, 132.1.4 və 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən, avtomobilindən, evindən götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 37 kiloqram 123,2 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, 06 kiloqram 811,507 qram qalmış heroin, 01 kiloqram 989,8 qram qalmış tiryək, 1970 ədəd qalmış metadon həbi, 400 ml qalmış metadon məhlulu, 02 kiloqram 1,8 qram qalmış psixotrop maddə metamfetamin və iki ədəd elektron tərəzi məhv edilməli; üzərindən aşkar edilmiş “Redmi” markalı mobil telefon yaxın qohumuna qaytarılmalı; şəxsi axtarış və götürmə, baxış istintaq hərəkətlərinin aparılmasının videogörüntülərini özündə əks etdirən üç ədəd, habelə "xxxx" MMC-dən daxil olmuş bir ədəd olmaqla, ümumilikdə dörd ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmaqla, həmin disklər iş materiallarında saxlanılmalıdırlar. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, onun məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, cinayət işi üzrə məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 186 (bir yüz səksən altı) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə heyəti “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözü gedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 28 mart 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 28 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə ekspertiza tədqiqatlarının dəyəri 186 (bir yüz səksən altı) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən, avtomobilindən, evindən götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 37 kiloqram 123,2 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, 06 kiloqram 811,507 qram qalmış heroin, 01 kiloqram 989,8 qram qalmış tiryək, 1970 ədəd qalmış metadon həbi, 400 ml qalmış metadon məhlulu, 02 kiloqram 1,8 qram qalmış psixotrop maddə metamfetamin və iki ədəd elektron tərəzi məhv edilsin; üzərindən aşkar edilmiş “Redmi” markalı mobil telefon yaxın qohumuna qaytarılsın; şəxsi axtarış və götürmə, baxış istintaq hərəkətlərinin aparılmasının videogörüntülərini özündə əks etdirən üç ədəd, habelə "xxxx" MMC-dən daxil olmuş bir ədəd olmaqla, ümumilikdə dörd ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmaqla, həmin disklər iş materiallarında saxlanılsınlar. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-147/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-147/2025
14.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver