Məhkəmə qərarları › İş №1(099)-148/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-148/2022

23.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-148/2022 23.02.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Musayev Aqil Əlisa oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X14, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Balabəy oğlu, zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1984-cü il tarixdə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs bacısı X7 (bundan sonra – Dilarə Nəsirova) ayrı-ayrı şəxslərlə cinsi əlaqədə olub yüngül həyat tərzi keçirməsi səbəbindən qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə 15 sentyabr 2021-ci il tarixdə saat 16 radələrində X9 şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 37, mənzil 2 ünvanında yerləşən yaşadığı evə getmiş, sonuncuya əxlaqsız əməllərindən əl çəkməsini təklif edərkən Dilarə Nəsirovanın ona “öz şəxsi həyatımdır, necə istəyərəm elə də yaşayaram, heç kim həyatıma qarışa bilməz” sözlərini deməsindən daha da qəzəblənərək üzərində olmuş bıçaqla Dilarə Nəsirovanın bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə qəsdən zərbələr vurması, sonuncunun qışqırıq səslərini eşidib otağa daxil olmuş azyaşlı övladı Şahid6 otaqdan çıxmasını tələb etsə də, sonuncunun gözü qarşısında göstərilən cinayətkar hərəkətlərini davam etdirməklə, ümumilikdə bıçaqla Dilarə Nəsirovaya 35 dəfə qəsdən zərbələr vurması nəticəsində ənsə, boyun, döş qəfəsinin arxa və yan səthləri, yuxarı ətraf nahiyələrinə deşilmiş-kəsilmiş yaralar yetirdiyinə, onlardan cəmi 4 ədədi döş qəfəsini dəlib keçən, döş qəfəsinin arxa səthindən döş qəfəsinə nüfuz edən və ağ ciyəri zədələyən əlamətləri ilə kütləvi daxili qanitirmə səbəbindən ölümlə nəticələnməsi ilə əlaqədar yetirilmə anında həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurma, qalan 31 ədədi isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər olduğuna görə Dilarə Nəsirovaya xüsusi əzab və ağrılar, övladı Şahid6 isə əzab verdiyini dərk edib, müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirməklə Dilarə Nəsirovanı xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmiş, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq edərək göstərmişdir ki, onun iş üzrə tutulmasından təxminən dörd ay əvvəl yeznəsi Şahid5 bacısı X3 (bundan sonra – Dilarə) sonuncunun başqa kişilərlə cinsi əlaqədə olmasına görə faktiki olaraq ayrılmış, Dilarə ilə arasında bağlanmış nikahın pozulması barədə iddia ərizəsi ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan sonra Dilarə iki azyaşlı qızı ilə Ağsu rayonuna köçüb orada mağazada satıcı işləmiş və kirayədə yaşamışdır. Bu müddət ərzində də sonuncunun orada başqa şəxslərlə cinsi əlaqədə olması barədə məlumatlar eşitmişdir. O və valideynləri dəfələrlə Dilarədən əxlaqsız hərəkətlərindən çəkinməsini tələb etsələr də, sonuncu sözlərinə məhəl qoymayıb əxlaqsız hərəkətlərini davam etdirmişdir. Buna görə də valideynlərinə Dilarəni, əgər əxlaqsız həyat tərzi keçirməsinin qarşısını ala bilməsələr, öldürəcəyini demişdir. Çünki Dilarənin əxlaqsız hərəkətlər etməsi, xüsusilə də bu hərəkətləri azyaşlı qızlarının yanında etməsi, uşaqlarının da Dilarənin başqa kişilərlə görüşməsini təsdiq etməsi ona və valideynlərinə çox pis təsir etmiş, onu və valideynlərini cəmiyyət arasında biabır etmişdir. Atası onun iş üzrə tutulmasından təxminən bir həftə əvvəl Dilarəni əxlaqsız hərəkətlərinin qarşısını almaq məqsədilə Ağsu rayonundan nənəsi Şahid2 (bundan sonra – nənəsi) yaşadığı, ünvan 2 ünvanında yerləşən evinə gətirmişdir. Bundan sonra Dilarənin qızı Ayan və oğlu Bəxtiyar Dilarə ilə, sonuncunun digər qızı Dəniz isə onun valideynləri ilə yaşamışlar. Dilarəni nənəsi evində qaldığı müddətdə də başqa şəxslərlə cinsi əlaqədə olması barədə məlumatlar eşitdiyinə görə əxlaqsız hərəkətlərinə son qoyması barədə tələblərinə məhəl qoymazsa, qəsdən öldürmək qərarına gəlmişdir. Bu məqsədlə 15 sentyabr 2021-ci il tarixdə saat 16 radələrində yaşadığı evdə saxladığı bıçağı özü ilə götürüb Dilarənin nənəsinə məxsus, yaşadığı evin yerləşdiyi küçəyə gəlmiş, Dilarənin kiminlə əlaqə yaratmasını bilmək üçün bir müddət yaxınlıqda dayanıb müşahidə etmişdir. Həmin ərəfədə tanımadığı bir nəfər cavan oğlanın nənəsinin həyətinin hasarına qalxmaq istədiyini görmüşdür. Həmin şəxsi fit çalmaq və əli ilə işarə etməklə yanına çağırsa da, sonuncu qorxusundan qaçmışdır. Hasara yaxınlaşanda Dilarənin evin pəncərəsindən baxdığını və əlində mobil telefon olduğunu, onu görən kimi pəncərədən geri çəkildiyini görmüşdür. Göstərdiklərinə əsasən nənəsinin həyətinin hasarına çıxmaq istəmiş oğlanın Dilarə ilə cinsi əlaqədə olacağını başa düşmüş, beləliklə də Dilarənin nənəsinin evində yaşadığı müddət ərzində də əxlaqsız hərəkətlərini davam etdirdiyinin şahidi olmuşdur. Nənəsinin həyətinə daxil olmuş, həyətdə olmuş nənəsinə Dilarə ilə söhbət etməyə gəldiyini deyib evə qalxmış, nənəsi isə həyətdə yerləşən tualetə getmişdir. Evdə olmuş Dilarənin uşaqları Ayan və Bəxtiyar onun anaları ilə söhbət edəcəyini bildirib müvafiq xahiş etməsindən sonra həyətə düşmüşlər. Bundan sonra Dilarənin olduğu yataq otağına daxil olmuşdur. Sonuncudan bir daha azyaşlı uşaqlarının, xüsusilə də qızlarının gələcək həyatının pozulması, onun və valideynlərinin cəmiyyət arasında rüsvay olmalarının qarşısını almaq üçün əxlaqsız hərəkətlərindən əl çəkməsini istəmiş, belə olarsa, əvvəllər etdiyi hərəkətlərini bağışlayacağını demişdir. Dilarə yenə də ona etiraz edib “öz şəxsi həyatımdır, necə istəyərəm, elədə yaşayaram, heç kim həyatıma qarışa bilməz” demişdir. Dilarənin bu sözündən, yəni əxlaqsız hərəkətlərini davam etdirəcəyini ona sərt və ədəbsiz şəkildə deməsindən daha da qəzəblənib sonuncunu öldürmək qərarını qətiləşdirmişdir. Çünki Dilarə ona həmin qərarını dəyişmək üçün başqa şans və imkan qoymamışdır. Buna görə də şalvarının cibindən çıxardığı bıçaqla çarpayıda oturmuş Dilarənin bədəninin müxtəlif nahiyələrinə təxminən 3-4 dəqiqə ərzində sayını xatırlamadığı çoxsaylı zərbələr vurmuşdur. Sonuncu çarpayıdan yerə yıxılıb qışqırmış, zərbələrin qarşısını almaq üçün əlləri ilə ona mane olmaq istəmiş, sağa-sola fırlanmışdır. Dilarənin daha tez ölməsinə nail olmaq üçün bıçaqla boyun nahiyəsinə də zərbələr vurmuşdur. Cinayət əməlini törətdiyi ərəfədə Dilarənin oğlu Bəxtiyar onların olduğu otağa daxil olmaq istədikdə Bəxtiyardan getməsini istəmiş, sonuncunun həyətə düşdüyünü zənn edib bıçaqla Dilarəyə zərbələr vurmasını davam etdirmişdir. Sonuncuya bıçaqla zərbələr vurarkən bıçaq sağ əlinin beşinci barmağını kəsmişdir. Dilarənin öləcəyini düşünüb otaqdan çıxmış, həyətə düşmək istəyəndə evə girmək istəmiş nənəsindən atasına Dilarəni gəlib aparması üçün telefonla məlumat verməsini istəmişdir. Həmin ərəfədə qonşular səsküy eşidib həyətə gəlmişlər. Cinayətin aləti olmuş bıçağı həyətdəki ayaqyoluna atmış, oradan yaşadığı evə gedib polis əməkdaşlarının onu saxlamaq üçün gəlmələrini gözləmişdir. Bir neçə dəqiqə sonra polis əməkdaşları yaşadığı evə gəlib onu saxlamış, Kürdəmir RPŞ-yə gətirmişlər. Göstərdiklərinə əsasən ibtidai istintaq orqanından gizlənməmiş, belə niyyəti olmamışdır. Valideynləri ilə barışıq əldə etmişdir. Valideynlərinin ona qarşı şikayət və tələbləri yoxdur. Çünki valideynləri Dilarənin əxlaqsız hərəkətləri və danışığı ilə ona başqa çıxış yolu qoymadığını bilirlər. Lakin törətdiyi əməldən səmimi peşimandır. Çünki Dilarənin ölümü, onun isə cinayət məsuliyyətinə cəlb edilməsi valideynləri, arvadı, onun və Dilarənin azyaşlı uşaqları üçün arzuolunmaz nəticələr yaratmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə cinayət əməlini törətməsinin səbəbi və barəsində olan yüngülləşdirici hallar nəzərə alınmaqla ona ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X2 və arvadı Şahid1 ifadələrində ibtidai istintaq zamanı verdikləri ifadələrinin məzmununu təsdiq edərək təqsirləndirilən şəxs X4 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə eyni məzmunda göstərmiş və əlavə olaraq qeyd etmişlər ki, övladları Təqsirləndirilən şəxs Dilarə Nəsirovanı qəsdən öldürməkdən ibarət cinayət hadisəsini sonuncunun keçirdiyi yüngül həyat tərzi və bunun qarşısını almaq üçün ailəlikcə gördükləri bütün tədbirlərin nəticə verməməsi səbəbindən törətdiyinə görə Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur, sonuncu ilə barışmışlar. Həm bu hallar, həm də Dilarə Nəsirova və Təqsirləndirilən şəxs azyaşlı uşaqları hazırda onların himayəsində olduqlarına, onlara baxmağa fiziki və maddi imkanları olmadığına görə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının aşağı həddə təyin edilməsini xahiş edirlər. Məhkəmə iclasında X2 ifadəsində, həmçinin göstərmişdir ki, iş üzrə hadisə yerinə işi ilə əlaqədar çöldə olarkən anasının qonşuluğunda yaşayan Arif adlı şəxsin ona verdiyi telefon məlumatı əsasında getmişdir. Anasının yaşadığı evin yataq otağına daxil olanda qızı Dilarənin döşəmədə uzandığını, bədəninin qan içində olduğunu görmüşdür. Sonuncu onun tərəfindən avtomobilində xəstəxanaya aparılarkən yolda ölmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X2 təqsirləndirilən şəxs X10 ilə barışdığı, sonuncuya qarşı şikayət və tələbinin olmadığı, azadlıqdan məhrum etmə cəzasının ən aşağı həddə təyin edilməsini xahiş etdiyi barədə sadə yazılı və notariat qaydasında təsdiq edilmiş ərizələrini təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş yetkinlik yaşına çatmamış Şahid6 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, anası X11 (bundan sonra - anası) ilə atası Şahid5 (bundan sonra - atası) faktiki ayrıldıqdan sonra anası, bacıları Ayan və Dəniz Ağsu rayonuna köçüb orada yaşamışlar. O, isə atası ilə birlikdə yaşamışdır. Anası nənəsi Şərqiyənin (bundan sonra – Şərqiyə) yaşadığı evə köçdükdən sonra o, anası və Ayanla birlikdə orada yaşamış, Dəniz isə ata babası ilə yaşamışdır. 15 sentyabr 2021-ci il tarixdə anası və X13 şəhərində yerləşən evində olarkən dayısı Xəyal (bundan sonra – Xəyal) evə daxil olmuşdur. Həmin vaxt Şərqiyə həyətdəki ayaqyolunda olmuşdur. Xəyal ondan və Ayandan anası ilə söhbət edəcəyinə görə həyətə düşmələrini istəmişdir. Buna görə də Ayanla həyətə düşmüş, bundan az sonra evdən anasının qışqırıq səslərini eşitmişlər. Buna görə də evə qalxmış, Ayan isə qorxusundan həyətdə gözləmişdir. Anası və Xəyalın olduqları otağa daxil olanda sonuncunun bıçaqla anasının kürəyinə zərbələr vurduğunu, ətrafın qan olduğunu və anasının müqavimət göstərmək istədiyini görmüşdür. Anasına kömək etmək istəsə də, Xəyal qışqıraraq ondan otaqdan çıxmasını tələb etmiş və bıçaqla anasına zərbələr vurmaqda davam etmişdir. Buna görə də qorxusundan otaqdan çıxıb həyətə düşmüşdür. Həmin ərəfədə səs-küy eşitdiyinə görə Şərqiyə tualetdən çıxıb onlara tərəf gəlmiş, baş vermiş hadisə barədə sonuncuya və Ayana danışmışdır. Şərqiyə evə qalxmaq istəyəndə Xəyal Şərqiyədən atasına Dilarəni gəlib aparması üçün telefonla məlumat verməsini istəmiş, əlini yuduqdan sonra çıxıb getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş yetkinlik yaşına çatmamış Şahid7 ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək Şahid6 ilə eyni məzmunda göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilməli olan Şahid2 və Şahid5 məhkəməyə təqdim edilmiş yazılı ərizələrində xəstəliklə əlaqədar, yəni üzrlü səbəbdən məhkəmə iclasına gələ bilməyəcəklərini və ibtidai istintaq zamanı verdikləri ifadələrinin məzmununu təsdiq etdiklərini göstərmişlər. Buna görə də məhkəmə iclasında cinayət prosesi tərəflərinin razılığı ilə, Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən həmin şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələri elan edilərək tədqiq edilmişdir. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Təqsirləndirilən şəxs və Şahid6 ilə, Şahid5 isə ifadəsində Təbriz Şıxaliyevlə məhkəmə istintaqı zamanı verdikləri ifadələrinin onlara aid hissələri barədə eyni məzmunda göstərmişlər (İ cild, səh. 110-113, 137-140). Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - “Hadisə yerinə baxış keçirilməsi haqqında” 15 sentyabr 2021-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, iş üzrə cinayət hadisəsi ev 37, mənzil 2 ünvanında yerləşən, Şahid2 məxsus evin yataq otağında baş vermişdir. Baxış zamanı üzərində qanabənzər ləkələr olmuş bir ədəd adyal və hadisə yerində olmuş qanabənzər ləkəyə batırılmış nümunələr qablaşdırılaraq götürülmüşdür (İ cild, səh. 4-12). - “Meyitə baxış keçirilməsi haqqında” 15 sentyabr 2021-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, X5 meyitinin xarici müayinəsi keçirilərkən məhkəmə-tibbi ekspertizasının 15 oktyabr 2021-ci il tarixli, 16 nömrəli rəyində göstərilmiş xarici müayinəyə aid xəsarətlər aşkar edilmiş, hadisə zamanı sonuncunun əynində olmuş bir ədəd köynək, şalvar və büstqalter qablaşdırılaraq götürülmüşdür (İ cild, səh. 13-20). - “Götürmə aparılması və baxış haqqında” 15 sentyabr 2021-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd köynək və şalvar qablaşdırılaraq götürülmüşdür (İ cild, səh. 56-59). - “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 16 sentyabr 2021-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi halları hadisə yerində göstərmişdir (İ cild, səh. 78-84). - Məhkəmə-tibbi ekspertizasının 15 oktyabr 2021-ci il tarixli, 16 nömrəli rəyində göstərilmişdir ki, X5 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş, döş qəfəsinin arxa səthində sol kürək nahiyəsində 2, ondan bir qədər iç hissədə 2, kürəkarası nahiyədə 9, boynun arxa səthinin sağ yarısında 6, boynun ön səthinin sol yarısında 1, sol yarısında 2, başın ənsə nahiyəsinin boyun hissəsinə keçən yerində 4, sağ said və sağ əlin arxa səthlərində 6, sol əlin iç səthində 3 ədəd olmaqla, cəmi 35 ədəd deşilmiş-kəsilmiş yaralardan ibarət xəsarətlərin dörd ədədi döş qəfəsini dəlib keçməsi, döş qəfəsinin arxa səthindən döş qəfəsinə nüfuz etməsi və ağ ciyəri zədələməsi ilə müşayiət olunan kütləvi daxili qanitirməyə səbəb olub, yetirilən anda həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya, ənsə, boyun və yuxarı ətraf nahiyələri, döş qəfəsinin arxa və yan səthlərində yerləşən qalan 31 ədədi isə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, həmin xəsarətlərin hamısı həyatidir, eyni deşicikəsici alətlə həm üfüqi, həm də şaquli vəziyyətdə yetirilməyə xarakterikdir, əmələ gəlmə müddəti 15 sentyabr 2021-ci il tarixə uyğundur. Ölümə səbəb döş qəfəsinə nüfuz edən ağ ciyərin zədələnməsi ilə müşahidə olunan kütləvi daxili qanitirmə olmuşdur (İ cild, səh. 160- 165). - Məhkəmə-tibbi ekspertizasının 20 sentyabr 2021-ci il tarixli, 603 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş, sağlamlığa yüngül zərərvurmaya aid olan sağ əlin beşinci barmağının arxa səthinin yarasından ibarət xəsarət küt alətin təsirindən törənmiş, törənmə müddəti 15 sentyabr 2021-ci il tarixə uyğun gəlir (İ cild, səh. 166-168). - Məhkəmə-trasoloji ekspertizasının 28 oktyabr 2021-ci il tarixli, 3/1656 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, X8 məxsus köynəyin arxa kürək, sağ çiyin (boyun) və sol çiyin (boyun) nahiyələrində aşkar edilmiş çoxsaylı zədələr kəsici, ucu deşici xassəyə malik olan predmetin, o cümlədən qeyd edilən xassəyə malik olan oxşar bıçaq tiyəsinin təsiri nəticəsində yaranmağa xarakterikdir. Dilarə Nəsirovaya məxsus şalvar və büstqalter üzərində hər hansı mexaniki zədə aşkar edilməmişdir. Ekspert tədqiqatının dəyəri 110 manatdır (İ cild, səh. 176-178). - Lifli materialların məhkəmə ekspertizasının 28 oktyabr 2021-ci il tarixli, 6/4309 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvar və köynək, X8 məxsus bir ədəd şalvar, köynək və büstqalterin səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Dilarə Nəsirovaya məxsus bir ədəd köynəyin səthi üzərindən aşkar edilmiş qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus bir ədəd köynəyin liflərinə, sonuncuya məxsus həmin köynəyin səthi üzərində aşkar edilmiş tünd göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Dilarə Nəsirovaya məxsus göstərilən köynəyin tərkib liflərinə uyğun gəlir. Ekspertiza tədqiqatının dəyəri 154,16 manatdır (İ cild, səh. 170-172). - Məhkəmə-bioloji ekspertizasının 22 noyabr 2021-ci il tarixli, 819/2021-MTBŞ nömrəli rəyində göstərilmişdir ki, X5 ABO sistemi üzrə qrup göstəricisi Oalfa,beta(İ)-dir. Tədqiqata təqdim edilmiş, hadisə yerindən götürülmüş adyal, iki ədəd pambıq topasına hopdurulmuş nümunələr, Dilarə Nəsirovaya məxsus büstqalter, köynək və şalvar üzərindən aşkar edilmiş insan qanı ləkələrində qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H” antigenləri, Dilarə Nəsirovaya məxsus büstqalter və köynək üzərində, həmçinin beta aqqlyutinini də alınmışdır. Bu qan ləkələri Abeta/H/(İİ) qruplu şəxsə, o cümlədən X8 məxsus ola bilər (İ cild, səh. 224-229). - Məhkəmə kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 26 noyabr 2021-ci il tarixli, 723/237A nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs (bundan sonra - o) təqsirləndirildiyi cinayət əməlinin törədilməsindən əvvəl, törədilməsi zamanı və hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmiş və keçirmir. O, özündə xarakterioloji xüsusiyyətlərin (şəxsiyyətin tək-tək psixopatik çizgiləri) müşahidə edilməsinə baxmayaraq, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini idarə etmək iqtidarında, yəni anlaqlı olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hazırda da öz hərəkətlərini ölçüb-biçmək, hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. O, iş üzrə cinayət hadisəsinin törədilməsi zamanı patoloji və yaxud fizioloji affekt vəziyyətində olmamışdır (İ cild, səh. 201, 202). Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsində xüsusi amansızlıqla qəsdən adam öldürmə cinayət əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsində nəzərdə tutulmuş “xüsusi amansızlıq” anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsuf edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri adam öldürmə prosesində, həmçinin təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsə çoxlu miqdarda xəsarətlər yetirməklə xüsusi ağrılar vermə hallarında mövcud olur. Xüsusi amansızlıq, həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında ona xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə göstərilən hüquqi mövqeyə və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs X7 qəsdən öldürmə cinayət əməlini sonuncuya bədəninin müxtəlif nahiyələrinə bıçaqla cəmi 35 dəfə, yəni çoxlu miqdarda qəsdən zərbələr vurması nəticəsində 4 ədədi sağlamlığa ağır, qalan 31 ədədi isə sağlamlığa yüngül zərər vurmaya aid deşilmiş-kəsilmiş xəsarətlər yetirib xüsusi ağrılar verməklə və göstərilən cinayətkar hərəkətlərini cinayətin gedişatında sonuncunun qışqırıq səslərini eşidib hadisənin baş verdiyi otağa daxil olmuş azyaşlı övladı Şahid6 otaqdan çıxmasını tələb etsə də, sonuncunun gözü qarşısında davam etdirməklə törətməsi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik norması və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, şahid qismində dindirilmiş X2, Şahid1, Şahid6 və Şahid7 verdkləri ifadələr, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 və X6 məhkəmə istintaqı zamanı elan edilmiş ifadələri, “Hadisə yerinə baxış keçirilməsi haqqında”, “Meyitə baxış keçirilməsi haqqında”, “Götürmə aparılması və baxış haqqında” 15 sentyabr 2021-ci il tarixli protokollar, digər istintaq hərəkəti protokolları, məhkəmə-tibbi ekspertizasının 15 oktyabr 2021-ci il tarixli, 16 nömrəli və 20 sentyabr 2021-ci il tarixli, 603 nömrəli rəyləri, məhkəmə-trasoloji ekspertizasının 28 oktyabr 2021-ci il tarixli, 3/1656 nömrəli rəyi, məhkəmə-lifli materialların kriminalistik ekspertizasının 28 oktyabr 2021-ci il tarixli, 6/4309 nömrəli rəyi, məhkəməbioloji ekspertizasının 22 noyabr 2021-ci il tarixli 819/2021-MTBŞ nömrəli rəyi, məhkəmə kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 26 noyabr 2021-ci il tarixli, 723/237A nömrəli rəyi, digər sənədlər və iş üzrə maddi sübut qismində tanınmış predmetlər, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 30 iyun 2021-ci il tarixli qərarının surətindən görünür ki, Şahid5 arvadı X5 əxlaqsız həyat tərzi keçirməsi barədə etdiyi müraciəti üzrə Kürdəmir RPŞ-də araşdırma aparılmışdır (İ cild, səh. 142, 143). - Kürdəmir Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2(041)-1558/2021 nömrəli qərardadının surətindən görünür ki, Şahid5 X8 qarşı aralarında bağlanmış nikahın pozulması barədə verdiyi iddia ərizəsi üzrə mülki işin icraatına Dilarə Nəsirovanın ölməsinə görə xitam verilmişdir (İ cild, səh. 220). - Kürdəmir RPŞ-nin 26 noyabr 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, verilmiş əməliyyat tapşırığı üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs X7 ayrı-ayrı şəxslərlə cinsi əlaqədə olmaqla yüngül həyat tərzi keçirməsi səbəbindən qəsdən öldürdüyü müəyyən edilmişdir (İ cild, səh. 204-205). - məhkumluq haqqında tələbnamədə görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 214). - Kürdəmir rayon İcra Hakimiyyəti Mənzil istismar sahəsi tərəfindən verilmiş 22 noyabr 2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, arvadı, 2009, 2010 və 2017-ci il təvəllüdlü olmaqla, üç nəfər azyaşlı uşaqları ilə yaşamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (İ cild, səh. 185, 186). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü, cinayət prosesi tərəflərinin mübahisələndirmədiyi və ibtidai istintaq orqanının da irəli sürdüyü ittihamın məzmununda göstərdiyi kimi, cinayət işi materialları əsasında müəyyən edilmiş işin faktiki hallarına əsasən cinayət əməlini bacısı X5 ayrı-ayrı şəxslərlə cinsi əlaqədə olub yüngül həyat tərzi keçirməsi, beləliklə də zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini həmin Məcəllənin 59.1.8-ci, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini həmin Məcəllənin 59.1.12-ci, əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi və törətdiyi cinayət əməlindən səmimi peşiman olmasını həmin Məcəllənin 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun iş üzrə törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, himayəsində üç nəfər azyaşlı uşaqlarının olması, iş üzrə cinayət əməlini zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törətməsi, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsi, əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi və törətdiyi cinayət əməlindən səmimi peşiman olmasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki,: göstərilən cinayət qanunu normalarının tələbləri və cəza təyin edilərkən nəzərə alınan hallara əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Eləcə də, ona azadlıqdan məhrumetmə cəzasının Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə yaxın müddətə, konkret olaraq 14 (on dörd) il 6 (altı) ay müddətə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPMin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 15 sentyabr 2021-ci il tarixdən hesablanmalı və Kürdəmir Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qərarı ilə (İ cild, səh. 107,108) barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 264 (iki yüz altmış dörd) manat 16 (on altı) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinin hesabına ödənilməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 20 dekabr 2021-ci il tarixli qərar və ittiham aktına əlavə edilmiş arayışa əsasən iş üzrə maddi sübut kimi tanınaraq Kürdəmir Rayon Prokurorluğunda saxlanılan (İ cild, səh. 237-251, 286), hadisə zamanı X5 əynində olmuş bir ədəd şalvar, köynək və büstqalter, Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd şalvar və köynək, hadisə yerindən götürülmüş bir ədəd adyal və qanabənzər nümunələr məhv edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 15 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 246 (iki yüz qırx altı) manat 16 (on altı) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut qismində tanınaraq Kürdəmir Rayon Prokurorluğunda saxlanılan, hadisə zamanı X5 əynində olmuş bir ədəd şalvar, köynək və büstqalter, Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd şalvar və köynək, hadisə yerindən götürülmüş bir ədəd adyal və qanabənzər nümunələr məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar