Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-148/2025 31.01.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Nəbiyev Cavanşir Şirvan oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi-X16, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə3 Tağı qızı, Təqsirləndirilən şəxs1, onun qanuni nümayəndəsi Qanuni nümayəndə1 və müdafiəçisi-Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, onun qanuni nümayəndəsi Qanuni nümayəndə2 və müdafiəçisi-Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 2008-ci il tarixdə Astara rayonu, Alaşa kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Astara rayonu, Alaşa kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, 08 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində Astara Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, 4(018)- 25/2024 nömrəli qərarı ilə 3 (üç) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 150.3.3, 151 və 156.1-ci maddələri ilə, xx xxxxxx 2008-ci il tarixdə Astara rayonu, Alaşa kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Astara rayonu Alaşa kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, 08 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində Astara Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, 4(018)- 24/2024 nömrəli qərarı ilə 4 (dörd) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 150.3.3 və 151-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə qapalı məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinsi ehtiraslarını pozğun formada təmin etmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 14 yaşına çatmayan 12 avqust 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs 2023cü ilin avqust ayında istintaqa və məhkəməyə məlum olmayan gündə və vaxtda iki dəfə, həmin ilin sentyabr ayında istintaqa və məhkəməyə məlum olmayan gündə və vaxtda bir dəfə Astara rayonu, Alaşa kənd orta məktəbinin sinif otağında və zirzəmisində zor tətbiq etməklə qollarını arxada tutub sıxaraq və sillə ilə vuraraq müqavimət imkanlarından məhrum edib iradəsinə zidd olaraq Zərərçəkmiş şəxs əyninə geyindiyi paltarı aşağı çəkib gərilmiş vəziyyətdə olan cinsi orqanlarını ayrı-ayrılıqda Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsinə və ağzına salmaqla cinsi ehtiraslarını pozğun formada təmin edərək təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri etmişlər. Bundan əlavə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs şəxsi həyatının sirri olan məlumatları əks etdirən video çəkliş materiallarının başqasına verilməsi və qanunsuz toplanması məqsədi ilə digər Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs qarşı təkrar seksual xarakterli digər zorakılıq hərəkətlərini məhkəməyə məlum olmayan tarixdə və vaxtda icra edən zaman öz telefonu ilə video çəklişini edərək qanunsuz toplamış, 2024-cü ilin yanvar ayının sonlarında isə istintaqa və məhkəməyə məlum olmayan gündə və vaxtda qanunsuz topladığı Zərərçəkmiş şəxs şəxsi həyatının sirri olan məlumatları əks etdirən video çəkliş materiallarını telefon vasitəsi ilə Təqsirləndirilən şəxs2 göndərib başqasına verməklə Zərərçəkmiş şəxs şəxsi həyatının toxunulmazlığı hüququnu pozmuşdur. Bundan əlavə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında cinsi ehtiraslarını pozğun formada təmin etmələrindən ibarət olan cinayətkar hərəkətlərini davam etdirərək 2024-cü ilin fevral və mart aylarında istintaqa və məhkəməyə məlum olmayan gündə və vaxtda iki dəfə və 06 aprel 2024-cü il tarixdə istintaqa məlum olmayan vaxtda bir dəfə Astara rayonu, Alaşa kənd orta məktəbinin sinif otağında və zirzəmisində Zərərçəkmiş şəxs zor tətbiq etməklə iradəsinə zidd olaraq onun əyninə geyindiyi paltarı aşağı çəkib gərilmiş vəziyyətdə olan cinsi orqanlarını ayrı-ayrılıqda Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsinə və ağzına salmaqla cinsi ehtiraslarını pozğun formada təmin edərək təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri etməklə yanaşı onlarda Zərərçəkmiş şəxs smslərinin, video və foto çəkliş materiallarının olması ilə əlaqədar yaranmış sair asılılığından istifadə edib təkrarən cinsi ehtiraslarının pozğun formada təmin edilməsinə yönələn seksual xarakterli digər hərəkətlərə məcbur etməklə həmin hərəkətləri ayrı-ayrılıqda Zərərçəkmiş şəxs qarşı icra etmişlər. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş və demişdir ki, 29 yanvar 2023-cü il tarixdə Məryəm, Rəhmanı “TikTok”da təbrik etmişdir. Rəhman ondan “mənə nə hədiyyə verəcəksən” demişdir. Məryəm də ona yazaraq “məktəbin həyətinə gəl, mən sənin əşyanı verəcəm” bildirmişdir. Rəhman da saat 17 radələrində məktəbə getmişdir. Məktəbin ətrafında evlər var, məktəbin həyəti görünür. Rəhman “qonşular görəcək, hədiyyəni ver gedim” demişdir. Məryəm Rəhmana “məktəbin podvalına (zirzəmisinə) girək, orda hədiyyəni verim” demişdir. Onlar razılaşıb məktəbin podvalına (zirzəmisinə) girmişlər. Rəhman Məryəmdən bura nə üçün gəldiklərini soruşmuş, həmin vaxtı Məryəm şalvarını aşağı salaraq əyilmiş, sonra isə bu da sənin hədiyyəndir demişdir. Mağazanın qabağında oturacaqda oturan zaman Rəhman onun yanına gəlmiş, hadisəni ona danışmış, o da Rəhmanla razılaşmış və “əgər Məryəm razılaşsa bir yerdə gedərik” demişdir. Rəhman Məryəmə deyəcəyini və Məryəmin fikrini öyrənəcəyini demişdir. Bir müddət keçəndən sonra Rəhman Məryəmlə danışdığını, Məryəmin onların təklifi ilə razılaşdığını demişdir. Anası məktəbdə gözətçi olduğundan, məktəbin açarları onlarda olmuşdur. Məktəbin açarlarını evlərindən götürərək məktəbə getmişlər. Məktəbdə pilləkənin üstündə 5-10 dəqiqə oturub gözləmişlər, sonra Məryəm gəlmişdir. Onlar birlikdə məktəbin qapısını açıb məktəbin içərisinə daxil olmuşlar. Məryəm öz şalvarını aşağı salmış, partanın üstündə əyilmişdir. Hardasa 10 dəqiqə ərzində, Məryəmlə qeyri-təbii yolla cinsi əlaqədə olmuşlar. Sonra çıxıb getmişlər. Bir müddət keçəndən sonra Məryəm Rəhmanla danışmışdır. Rəhman ona “Məryəm gələcək açarı götür gedək” demişdir. O, da açarı götürərək getmişlər, yenə 10 dəqiqə Məryəmlə cinsi əlaqədə olmuşdur. Həmişə belə olmuşdur, onlar eyni formada Məryəmlə cinsi əlaqədə olmuşlar, sonra isə çıxıb getmişlər. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Məryəmi çoxdan tanımış və Məryəmlə bir məktəbdə oxumuşlar. O, 10-cu sinifdə oxumuş, Məryəm ondan 2 sinif aşağı oxumuşdur. Cinsi əlaqədə olan zaman Məryəmin yaşının az olduğunu bilmişdir. Əvvəllər Məryəmlə bir-birlərini istəməmişlər. Məryəmin Rəhmanla istəkli olduqlarını sinif yoldaşlarından eşitmişdir. Məryəmin Rəhmana arxasını göstərməsini Rəhman ona danımış, həmin hadisəni özü gözləri ilə görməmişdir. Rəhman ona danışdıqdan sonra, o da Rəhmanla getmişdir. Rəhman onunla danışanda Məryəm razılıq vermişdir. Rəhmanın Məryəmlə yazışmasını görməmişdir. Rəhman ona Məryəmin razılıq verdiyini demişdir. Rəhman ona demişdir ki, Məryəm hər ikisi ilə cinsi əlaqədə olmasına razılıq vermişdir. Məktəbin gözətçi anası olmuş, məktəbin açarları evlərində olmuşdur. Zirzəminin qapısında açar olmamış, sinif otaqlarının açarları anasında olmuşdur. 1-ci dəfə Məryəmlə sinif otağında cinsi əlaqədə olmuşdur. Məryəmlə hər dəfə eyni sinifdə cinsi əlaqədə olmuşlar, həmin sinifin qapısını özü açmışdır. Birinci dəfə Rəhman Məryəmlə cinsi əlaqədə olmuş, sonra isə o, Məryəmlə cinsi əlaqədə olmuşdur. Onların Məryəmlə cinsi əlaqədə olmalarına Məryəm heç vaxt etiraz etməmişdir. Rəhmanın Məryəmi şantaj etməsindən xəbəri olmamış, heç nə görməmişdir. Rəhmanın Məryəmlə yazışmalarını görməmişdir. Məryəmin şəklini çəkmiş, ancaq Məryəmin şəklini nə vaxt çəkməsini xatırlamamışdır. Cinsi əlaqədə olandan sonra Məryəmin fotoşəklini çəkmişdir, Məryəmin üzü görsənməmişdir. Məryəm onun şəklini çəkdiyini bilmiş, ancaq Məryəm şəklinin çəkilməsinə narazılığını bildirməmişdir. Məryəmin şəklini öz telefonu ilə çəkmiş, ancaq sonra silmişdir. Rəhmana Məryəmin şəklin özü atmışdır. Günelə Məryəm haqqında heç nə deməmiş, Məryəmin şəkilini Günelə göstərməmişdir. Məryəmlə oral sekslə məşğul olmamış, ancaq elə qeyri-təbii yolla Məryəmlə cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Məryəmə qarşı səhv etdiyini başa düşdüyünü, lakin səhvini 15 yaşında etdiyini, həmin vaxtı səhv etməsini dərk etmədiyini bildirmiş və ona 6-7 il müddətə azadlıqdan məhrum etmə cəzası verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, ona elan edilmiş Cinayət Məcəlləsinin 150.3.3, 151 və 156.1-ci maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə eyni məktəbdə oxumuşdur. 2023-cü ilin aprel ayının əvvəllərində dostu Təqsirləndirilən şəxs2 ad günündə Məryəmin “Tik-Tok”-da mesaj yazaraq onu təbrik etdiyini, 2 dəfə Məryəmlə məktəbdə görüşdüyünü bildirmişdir. Rəhmandan növbəti dəfə Məryəmlə görüşə getdikdə onu da aparmasını xahiş etmişdir. 2023-cü ilin mart ayının əvvəllərində Rəhman mesaj yazaraq Məryəmlə görüşə gedəcəyini demiş, Rəhmandan onu aparmasını xahiş etmiş, Rəhman razılaşmışdır. Rəhman Məryəmə onun da görüşə gedəcəyi barədə məlumat vermiş, Məryəm buna narazılıq etməmişdir. Həmin gün saat 21 radələrində evdən çıxıb Rəhmanla birgə Alaşa kənd məktəbinin həyətinə getmiş, bir neçə dəqiqə sonra Məryəm məktəbin həyətinə daxil olmuşdur. Anası Şahid3 Alaşa kənd məktəbində gözətçi işlədiyi üçün məktəbin açarları anasında olmuş, Rəhmanın Məryəmlə məktəbin zirzəmisində görüşdüyünü bildiyi üçün gəlməzdən əvvəl anasından gizli olaraq məktəbin açarlarını evdən götürmüşdür. Məryəm məktəbin həyətinə daxil olan kimi məktəbin qapısına yaxınlaşaraq qapını açarla açmış, birlikdə məktəbin içərisinə daxil olmuş və məktəbin qapısını içəridən bağlamışdır. Məryəm sinif otaqlarından birinə girib əynində olan şalvarı və tumanı aşağı çəkmişdir. İlk olaraq Rəhman Məryəmə yaxınlaşmış, lakin Məryəm Rəhmana əvvəlki kimi cinsi əlaqə istəmədiyini, porno videolardakı kimi cinsi əlaqə istədiyini demişdir. Məryəm əlini parta üstünə qoyub, aşağıya tərəf əyilmiş və arxasını onlara tərəf çevirmişdir. Məryəmə arxa tərəfindən yaxınlaşıb cinsiyyət orqanını Məryəmin anus dəliyinə salıb-çıxarmışdır. Bu proses bir neçə dəqiqə davam etmiş, sonra Rəhman Məryəmə yaxınlıb cinsiyyət orqanını Məryəmin anus dəliyinə salıb-çıxarmışdır. Onun və Rəhmanın Məryəmlə cinsi əlaqədə olması cəmi 10 dəqiqə çəkmiş və sonra evə getmişlər. İlk görüşdən təxminən 15-20 gün keçdikdən sonra Rəhman axşam Məryəmlə görüşə gedəcəyini bildirmiş, həmin gün saat 22 radələrində Rəhmanla birlikdə məktəbin həyətinə gedib Məryəmi gözləmiş və bir neçə dəqiqə sonra Məryəm gəlmişdir. Məktəbin qapısını açmış, birlikdə məktəbin içərisinə daxil olmuş və qapını içəridən bağlamışdır. Məryəm yenə sinif otaqlarından birinə daxil olmuş və içəri girən kimi əynində olan şalvarı və tumanı aşağı çəkmiş, Rəhmanla o Məryəmlə anus dəliyindən cinsi əlaqədə olmuşdur. Həmin hadisədən bir müddət keçdikdən sonra, dəqiq xatırlamadığı tarixdə təxminən saat 22 radələrində yenə də Rəhmanla birlikdə Alaşa kənd məktəbində Məryəmlə görüşmüş və hər ikisi Məryəmlə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Həmin görüşdən sonra, eyni qaydada Rəhmanla birlikdə yenə də Məryəmlə Alaşa kənd məktəbində görüşmüş və Məryəmlə qeyri-təbii yolla cinsi əlaqədə olmuşlar. Təxminən 4 ya da 5-ci görüşdən sonra Rəhman Məryəmin qardaşının yazışmalarını gördüyü üçün Məryəmin artıq gec-gec mesaj yazdığını demiş və təxminən 40 gün Məryəmlə görüşməmişlər. Sonradan yenə Məryəm Rəhmana “TikTok”-da yazmış və yenə eyni qaydada görüşüb cinsi əlaqdə olmuşlar. Ümumilikdə, Məryəmlə 7-8 dəfə Rəhmanla birlikdə görüşmüş və hər dəfə Məryəmlə cinsi əlaqədə olmuşdur. xx.xx.2024-cü il tarixdə Rəhman mesaj yazaraq axşam Məryəmlə görüşəcəyini demiş, saat 21 radələrində Rəhmanla birlikdə məktəbin həyətinə getmiş və təxminən 5 dəqiqə sonra Məryəm gəlib məktəbin içərisinə daxil olmuş və o, qapını içəridən bağlamışdır. Məryəm sinif otaqlarının birinə daxil olub əynində olan şalvarı və tumanı aşağıya çəkmiş, dirsəklərini partanın üzərində qoyub arxasını onlara tərəf çevirmişdir. Məryəm hazır vəziyyətdə qaldığından Rəhman arxadan yaxınlaşaraq cinsiyyət orqanını Məryəmin anus dəliyinə salıb-çıxarmışdır. Rəhman hərəkətini təxminən 3-4 dəqiqə davam etdirmişdir. Məryəmlə cinsi əlaqədə olmaq fikri olmadığından Məryəmə cinsiyyət orqanını ağzına salmağı təklif etmiş, Məryəm dizləri üstə yerə çöküb ağzını açmışdır. Cinsiyyət orqanını Məryəmin ağzına salıb-çıxartmış, sonra Rəhman da, cinsiyyət orqanını Məryəmin ağzına salıb-çıxartmışdır. Məryəmin cinsiyyət orqanını ağzına alması onu ehtiraslandırdığı üçün Məryəmlə cinsi əlaqədə olmaq istəmiş, Məryəm dirsəklərini partanın üzərinə qoyub əyilmiş, arxadan Məryəmə yaxınlaşıb cinsiyyət orqanını sonuncunun anus dəliyinə salıb-çıxartmışdır. Təxminən 1 dəqiqə sonra məktəbin həyətindən işıq gəldiyini görüb dərhal aşağı əyilmişlər. Məryəm fənərli adamın qonşusu ola biləcəyini demiş, təxminən 15 saniyə keçdikdən sonra məktəbin qapısının səsinin gəldiyini eşitmiş, kimsə məktəbin qapısını açmağa cəhd etmişdir. Bu ərəfələrdə Məryəmin anası da ona zəng etmiş, sadəcə olaraq Məryəmin üzərində olan telefon səssizdə olduğu üçün çöldə olanlar zəngin səsini eşitməmişdir. Məktəbin həyətindən Məryəmin anasının səsini eşitdiyi üçün valideynlərinin Məryəmi axtardığını başa düşmüşdür. Bir neçə saniyə keçdikdən sonra Məryəmin valideynləri əks istiqamətdə getmiş, Məryəm evə getmişdir. xx.xx.2024-cü il tarixdə saat 00 radələrində Məryəmin valideynləri yaşadığı evə gəlmiş, Məryəmə mesaj yazdığı üçün ona iradını bildirmişlər. Ümumilikdə Məryəmlə 2023-cü il tarixdə 4-5 dəfə görüşüb cinsi əlaqədə olmuş, 2024-cü il tarixdə 2 dəfə mart ayında dəqiq xatırlamadığı gündə, bir dəfə isə aprel ayının 6-da cinsi əlaqədə olmuşdur. Məryəmlə 5-6-cı görüşlərdən birində Rəhman Məryəmlə cinsi əlaqədə olan zaman şəkil və 5 saniyəlik video çəkmişdir. Həmin şəkil və videonu 2023-cü il tarixdə çəkmiş, şəkli 2023-cü ildə dəqiq xatırlamadığı tarixdə, videonu isə 2024-cü ilin yanvar ayının sonlarında Rəhmana göndərmiş, daha sonra həmin şəkil və videonu silmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında, Zərərçəkmiş şəxs zor tətbiq edərək onunla arxa keçəcəklə cinsi əlaqədə olmamasını, cinsi orqanını zərərçəkmiş şəxsin ağzına salmadığını, çəkdiyi şəkillə Zərərçəkmiş şəxs hədələyərək sonuncu ilə təkrar seksual xarakterli digər hərəkətlərə məcbur etmədiyini bildirməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında belə ifadə verməklə ittiham olduqları maddələr ilə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş və demişdir ki, 29 yanvar 2023-cü il tarixdə Məryəm onun “Tik-Tok” səhifəsinə yazıb ad gününü təbrik etmişdir. Məryəmə ad gününə nə hədiyyə verəcəksən demiş, Məryəm isə sabah gələrsən məktəbə görərsən demişdir. Səhəri gün saat 17 radələrində məktəbin həyətinə getmişdir. Məktəblə qonşuluqda yaşayan şəxslər məktəbin həyətin gördükləri üçün evə çıxıb getmələrini demiş, Məryəm isə onda podvala (zirzəmiyə) gedək demişdir. Məktəbin podvalına (zirzəmisinə) girmişlər, Məryəmə nə hədiyyə verəcəksən demiş, Məryəm həmin vaxtı ona arxasın çevirmiş, həmin vaxt Məryəm əyninə geyindiyi qardaşının hərbi şalvarını aşağı çəkmiş və nə istəyirsən elə demişdir. O, da heç nə edə bilməmiş, təxminən 5 dəqiqə çəkmiş, Məryəmə sadəcə əl vurmuş, daha sonra çıxıb evə getmişlər. Məryəm ona atası ilə anası görməsin deyə “Tik-Tok” səhifələrini sildiyini demişdir. Məryəm gecələr valideynləri yatandan sonra “Tik-Tok”u yükləyib yazmışdır, o da həmişə Məryəmə cavab yazmışdır. Bir müddət keçəndən sonra dükanın qabağına getmiş, həmin vaxtı Nadir orada skamiyada (oturacaqda) oturmuşdur. Nadirə Məryəmin ona yazdığını, sonra isə Məryəmlə etdiyi hərəkətləri demişdir. Nadir ona əgər Məryəm yenə yazsa, özünün də gedəcəyini demişdir. Həmin gecə evə gedəndən sonra Məryəmin “Tik-Tok”da təzə video paylaşdığını görmüş, o da Məryəmə sms yazmışdır. Məryəmə Nadirin də onunla gəlmək istədiyini demiş, Məryəm də “hə, yaxşı, “no problem” gəlsin” demişdir. Nadirin anası məktəbdə gözətçi işləmiş, Nadir məktəbin açarlarını evlərindən götürmüş və birlikdə getmişlər. Nadir məktəbin qapısını açmış və onlar birlikdə məktəbin sinif otağına keçmişlər. Otaqda Nadirlə birlikdə qeyri-təbii yolla Məryəmlə cinsi əlaqədə olmuşlar və həmin vaxdan sonra da həmişə elə davam etmişdir. Məryəmə heç vaxt zor tətbiq etməmiş, onunla cinsi əlaqədə olmağa məcbur etməmiş, əlini belə Məryəmə vurmamışdır. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Məryəmə heç vaxt zor tətbiq etməmiş, ancaq smslərlə və şəkillə hədə qorxu gəlmiş, heç özü də bunu niyə etdiyini bilməmişdir. Şəkli kimsəyə atmayacağını Məryəm özüdə bilmişdir. Birinci dəfə Məryəmlə cinsi əlaqədə olmamış, sadəcə Məryəmi əlləmiş, həmin vaxtı cinsi əlaqədə olmaqdan başı çıxmamışdır, bu barədə Nadirə demişdir. Məryəmə Nadirlə birlikdə onunla cinsi əlaqədə olacaqlarını demişdir. Məryəmin onda olan şəklini Günel adlı qıza göstərməmiş və Məryəmlə olan əlaqələri barədə Günelə heç nə deməmişdir. Təpəyə çıxmaq məsələsi olmamışdır. Məryəmin ona birinci dəfə nə vaxt sms yazması tam yadında qalmamışdır. Cinsi əlaqə olduqdan sonra spermanı Məryəmin üstünə yox yerə boşaltmışlar. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 dostu Təqsirləndirilən şəxs1 dedikləri ilə razı olduğunu, cinayət əməllərini törədən vaxtı 15 yaşı olduğunu, hər şeyin könüllü olduğunu bildirmiş və işləri üzrə ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, ona elan edilmiş Cinayət Məcəlləsinin 150.3.3 və 151-ci maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə eyni məktəbdə oxumuş, X sinifdən etibarən təhsilini Artupa kənd orta məktəbində davam etdirmişdir. xx.xx.2023-cü il tarixdə Məryəm “Tik-Tok” sosial şəbəkəsində mesaj yazıb doğum gününü təbrik etmiş, Məryəmdən nə hədiyyə verəcəyini soruşanda sonuncu “sabah gələrsən məktəbə, hədiyyəni görərsən” mesajını yazmışdır. Növbəti gün saat 15 radələrində “Tik-Tok”-a daxil olduqda Məryəm mesaj yazıb harada olduğunu soruşmuş, Məryəmə evdə olduğunu bildirmişdir. Məryəm söz verdiyi hədiyyəni vermək istədiyini deyib, məktəbə gəlməsini istəmişdir. Məryəmə saat 17 radələrində məktəbə gedə biləcəyini demiş, bir neçə saat sonra Məryəm mesaj yazaraq məktəbə getdiyini demişdir. Məktəbə çatdıqdan sonra Məryəmlə məktəbin zirzəmisinə daxil olmuşlar. Məryəmdən hədiyyənin harada olduğunu soruşduqda Məryəm arxasını ona tərəf çevirib, şalvarını yarıya kimi aşağı çəkmiş və əli ilə bədəninə toxunmasını istəmişdir. Məryəmin bədəninə toxunmuş, hər ikisi ehtiraslanmış və cinsiyyət orqanını Məryəmin ayaqlarının arasına salıb-çıxarmağa başlamışdır. Bu təxminən 5 dəqiqə davam etmiş, ilk dəfə olduğu üçün Məryəmə evə getmək istədiyini demiş və hər ikisi evə getmişdir. Həmin gecə Məryəm “Tik-Tok”-da ona mesaj yazıb görüşün təəsüratlarını bölüşəndə porno videolara baxdığını, aralarında olan görüşün o səviyyədə olmadığını demişdir. Bundan sonra Məryəm tez-tez “Tik-Tok”-da onunla yazışmış, təxminən 2023-cü ilin fevral ayının ortalarında Məryəm “Tik-Tok”-da ona mesaj yazaraq ikinci dəfə görüşmək istədiyini demiş və o, razılaşmışdır. Yenə də saat 17 radələrində Alaşa kənd məktəbinin zirzəmisində görüşmüş, həmin görüşdə Məryəm şalvarını və tumanını aşağı çəkmiş, cinsiyyət orqanını Məryəmin ayaqlarının arasına salıb-çıxarmış, lakin qorxduğu üçün Məryəmlə cinsi əlaqədə olmamışdır. Təxminən 10 dəqiqə keçdikdən sonra evə getmişlər. Növbəti gün qohumu Təqsirləndirilən şəxs1 ilə söhbət edən zaman Nadirə Məryəmin ona mesaj yazdığını bildirmiş, daha sonra isə mesajları göstərib görüşləri haqda məlumat vermişdir. Nadir Məryəmi tərbiyəsiz qız kimi tanıdığını bildirib, Məryəm növbəti dəfə mesaj yazıb görüşə dəvət edəndə onu da aparmasını xahiş etmişdir. Həmçinin, Nadir anasının məktəbdə gözətçi işlədiyini bildirib, gecə vaxtı görüşəcəyi təqdirdə gizli formada evdən məktəbin giriş qapısının açarını götürə biləcəyini demişdir. Bundan sonra Məryəmə Nadirin də onunla görüşmək istədiyini bildirmiş, Məryəm “no problem” yazaraq razılıq vermişdir. 2023-cü ilin mart ayının əvvəlində Məryəmdən vaxtı olacağı təqdirdə gecə onunla görüşə bilib-bilməyəcəyini soruşmuş, Məryəm də razılaşmış və Məryəm saat 22 radələrində məktəbin yaxınlığına gəlib onları gözləmişdir. Nadirlə birlikdə məktəbin qarşısına gəlmiş, Nadir evdən götürdüyü açarla məktəbin giriş qapısını açmış və üçü də məktəbə daxil olmuşdur. Məryəm öndə hərəkət edərək sinif otaqlarının birinə daxil olmuş və onlara baxıb gülərək sinif otağının zirzəmidən qat-qat yaxşı olduğunu demişdir. Məryəm özü şalvar və tumanını aşağı çəkmiş, cinsi əlaqədə olmaqdan qorxduğu üçün öncə Nadir Məryəmə yaxınlaşıb, şalvarını aşağıya tərəf çəkmiş və cinsiyyət orqanını Məryəmin anus dəliyinə salmışdır. Nadir təxminən 10 dəqiqə Məryəmlə qeyri-təbii yolla cinsi əlaqədə olmuş, sonra Məryəmin razılığı ilə o da Məryəmlə qeyri-təbii yolla cinsi əlaqədə olmuş, sonra hər üçü evə getmişlər. Bir neçə gün sonra Məryəmə mesaj yazıb görüşmək istədiyini bildirmiş, Məryəm razılaşmışdır. 2023-cü ilin mart ayının sonlarında Nadirlə birlikdə Məryəmlə Alaşa kənd məktəbinin sinif otaqlarının birində görüşmüş, həm Nadir, həm də o, Məryəmlə anus dəliyindən cinsi əlaqədə olmuşdur. Məryəm valideynlərinin şübhələnməməsi və onları heç kimin görməməsi üçün cinsi əlaqə başa çatan kimi yaşadığı evə qayıtdığına görə Məryəmlə görüşləri adətən 10-15 dəqiqə davam etmişdir. Daha sonra Məryəm “Tik-Tok”-da mesaj yazaraq qardaşının mesajları gördüyünə görə ona yazmamasını istəmiş, mümkün olduğu vaxt özü yazacağını demiş və bundan sonra təxminən 2 ay Məryəm ona mesaj yazmamışdır. 2023-cü ildə dəqiq xatırlamadığı tarixlərdə Nadirlə birlikdə Məryəmlə təxminən 5-6 dəfə görüşmüş, ilk 2 görüşdə Nadir iştirak etməsə də, sonrakı görüşlərdə iştirak etmişdir. 2024-cü ildə Nadirlə birlikdə Məryəmlə iki dəfə mart ayında, bir dəfə isə xx.xx.2024-cü il tarixdə cinsi əlaqədə olmuşdur. Məryəmlə hər dəfə Alaşa kənd məktəbinin sinif otaqlarından birində qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. O və Nadir 2024-cü ilin aprel ayının əvvəllərində Məryəmlə cinsi əlaqədə olmaq istədiyi üçün “Tik-Tok”-da Məryəmə yazaraq görüşmək istədiyini demiş, Məryəm görüşmək istədiyini, lakin imkanı olmadığını bildirmişdir. xx.xx.2024-cü il tarixdə Məryəm görüşəcəyinə söz versə də, görüşə gəlməmişdir. xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində Məryəm ona mesaj yazaraq vaxtı olduğu üçün görüşə biləcəyini və evdən çıxdığını demişdir. Evi tərk edib məktəbin həyətinə getmiş, lakin Məryəmə nə qədər mesaj yazsa da, Məryəm cavab yazmamışdır. Təxminən 1 saat keçdikdən sonra Məryəm mesaj yazıb, evi tərk etdiyini, lakin həmin vaxt valideynləri gördüyü üçün görüşə gələ bilmədiyini demişdir. Məryəm ikinci dəfə onu aldadaraq görüşə gəlmədiyi üçün əsəbiləşib Tik-Tok”-da Məryəmin istintaqa təqdim etdiyi yazışmalardakı sözləri yazmışdır. Həmin sözləri yazmaqda məqsədi Məryəmin görüşə gəlməsi olmuş, lakin Məryəmlə arasında olan yazışmaları, İbrahim Ağayev də daxil olmaqla heç kimə göstərməmiş və Məryəmlə aralarında olan münasibət barədə Nadirdən başqa heç kimə məlumat verməmişdir. Məryəmə növbəti gün görüşməyi təklif etmiş, Məryəm razılaşmışdır. xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində Məryəm “TikTok”-da mesaj yazaraq evi tərk etdiyini, bir neçə dəqiqəyə məktəbdə olacağını demişdir. Bir neçə dəqiqə keçdikdən sonra Nadir Məryəmin məktəbə tərəf gəldiyini görüb ona məlumat vermiş və Məryəm gülə-gülə məktəbə daxil olmuşdur. Nadirlə birlikdə Məryəmin ardınca gedərək məktəbə daxil olmuş, sinif otağına daxil olduqda Məryəm şalvarını və tumanını aşağı çəkmişdir. Məryəmə yaxınlaşıb, cinsiyyət orqanını onun anus dəliyinə salıb-çıxarmağa başlamış, təxminən 3 dəqiqə hərəkətini davam etdirmiş və sonra kənara çəkilmişdir. Bundan sonra Nadir Məryəmə yaxınlaşmış və cinsiyyət orqanını onun anus dəliyinə salıb-çıxarmağa başlamışdır. Təxminən 3-4 dəqiqə keçdikdən sonra Məryəmə cinsiyyət orqanını ağzına salmasını təklif etmişdir. Məryəm dizləri üstə yerə çöküb ağzını açmış və Nadirin cinsiyyət orqanını ağzına almışdır. Nadir cinsiyyət orqanını Məryəmin ağzına salıb-çıxarmağa başlamış, həmin vaxt Nadir məktəbin həyətindən işıq gəldiyini və kiminsə fənərlə məktəbin həyətində olduğunu demiş, Məryəm atasının yatdığını, fənərli adamın qonşusu olacağını demişdir. Nadirin hərəkəti təxminən 1-2 dəqiqə davam etmiş, sonra o cinsiyyət orqanını Məryəmin ağzına salıb-çıxarmışdır. Bir neçə saniyə keçdikdən sonra məktəbin giriş qapısından səs gəldiyini eşitmiş və həyəcanlanıb dərhal cinsiyyət orqanını Məryəmin ağzından çıxartmışdır. Qapı bağlı olduğu üçün həmin şəxs qapını aça bilməmişdir. Dərhal paltarlarını geyinib aşağı əyilmiş, Məryəmi axtardıqlarını başa düşüb sonuncudan nə edəcəyini soruşmuş, Məryəm də valideynlərinə yuxarı bağda olduğunu deyəcəyini bildirmişdir. Məryəm məktəbi tərk edib evinə getmiş, o da Nadirlə birlikdə Səncərədi kəndinə gedib sonra Alaşa kəndinə qayıtmışdır. Həmin gecə Məryəmin atası ilə anası yaşadığı evə gəlmiş, Qanuni nümayəndə3 qızı Məryəmə mesaj yazdığı üçün ona iradını bildirimişdir. 2023-cü ildə Məryəmlə arasında olan 4 və ya 5-ci görüşdə Nadir gizli formada Məryəmin şəkilini çəkmiş və gecə evə getdikdən sonra həmin şəkli ona göndərmişdir. Nadirdən həmin şəkli niyə çəkdiyini soruşmuş, sonuncu lazım olacağını demişdir. Bir dəfə Nadir ona həmin fotoşəkli silmədiyini və Məryəm bir gün görüşə gəlmək istəməsə həmin şəkil vasitəsi ilə görüşə çağıra biləcəyini demiş, bu sözü yadında saxlayıb və Məryəm görüşə gəlmədiyi üçün sonuncuya təhdid mesajı yazıb görüşə çağırmışdır. Nadir Məryəmə mesaj yazmasa da, Məryəmlə arasında olan yazışmalardan və Məryəmə hədə-qorxu gələrək görüşə çağırmasından Nadirin xəbəri olmuş, bütün bunları birgə etmişlər. Nadir Məryəmin onunla cinsi əlaqədə olan zaman çəkdiyi videonu 2024-cü ilin yanvar ayının sonlarında ona göndərmiş, lakin bir müddət sonra həmin videonu silmiş və heç kimə göndərməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında, Zərərçəkmiş şəxs zor tətbiq edərək onunla arxa keçəcəklə cinsi əlaqədə olmamasını və seksual xarakterli digər hərəkətlərə məcbur etmədiyini bildirməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında belə ifadə verməklə ittiham olduqları maddələr ilə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 150.3.3, 151 və 156.1-ci maddələrində və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 150.3.3 və 151-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o 6-cı sinifdə oxuyan zaman Nadirlə Rəhman 8-ci sinifdə oxumuşlar. Astara rayonu, Alaşa kənd orta məktəbində oxumuşlar. Alaşa kəndində yaşamış, Nadirlə Rəhman həmkəndliləridir. Əvvəllər Rəhmanı sevmiş, qarşılığı olmadığı üçün sonradan bir bağlılıqları olmamışdır. 7-ci sinifdə oxuyanda Nadir ona sevgisini demiş, bir ay sonra əlaqələri olmamışdır. Daha sonra “Tik-tok” sosial şəbəkəsindən bir qız ona əxlaqsız işlərlə məşğul olması ilə bağlı sms yazmış, sonra isə sizin məktəbdə Ayxan adlı oğlan var onun yaraşıqlı olduğunu demişdir. Həmin qız ona Astara şəhəri, 5 saylı orta məktəbində oxuduğunu bildirmişdir. Belə bir şey etməyini təklif etmiş, ancaq o razı olmamışdır. Daha sonra Rəhmana yazıb, bir müddət sonra Rəhman ona yazmışdır. Bu danışdıqları 2022-ci ildə baş vermişdir. Rəhman ona sms yazaraq o qızın dediklərini ona demiş, ancaq o Rəhmanla razılaşmamışdır. “Tik-tok” sosial şəbəkəsindən istifadə etdiyini valideynləri bilməmiş, yazışmaları olduğu üçün Rəhman ona yazışmaları qardaşına atacağını demiş, o isə yazışmalarını qardaşının bilməsini istəməmişdir. Rəhman sinifdə görüşüb əlini bədəninə toxundurmaq istədiyini demiş, o razı olmadığı üçün Rəhman onu şantaj etmişdir. 2022-ci ildə onlar fiziki tərbiyə dərsində məktəbin həyətində oynamışlar, Rəhmangilin sinifi də onlarla olmuşlar. Rəhmangil deyəsən Günel Hacızadəyə demişdilər ki, onu siniflərinə çağırsın, yanlarında müəllim olduğu üçün getməmişdir. Rəhmangil ona getməsən pis mesajlara görə pis şeylər olacaq demiş, o da getmək məcburiyyətində qalmışdır. Qapıdan içəri girəndə Rəhman və Nadir ona baxmışlar, qaçmaq istəyəndə Rəhman ona “yazışmaların məndədir, qardaşına ataram” demişdir, o da getmək məcburiyyətində qalmışdır. Otağa girən kimi telefonu istəmiş, mesajları silmək istəmiş, Rəhman telefonu verməmiş, çölə çıxmaq istəyəndə Rəhman qolundan tutub burmuş, Nadir qabağda qalmışdır ki, kiminsə gəlib-gəlmədiyinə baxsın. Rəhman kalkotkasını aşağı çəkmış, Nadir qaldıqları yerdə şəkillərini çəkmişdir. Rəhman ağzını tutduğu üçün qışqıra bilməmişdir. Daha sonra fiziki tərbiyyə müəllimi gəldiyi üçün onların hər ikisi pəncərədən tullanmışlar. Sonra dərsinə getmiş, dərsdən sonra da evinə gedəndə sinif yoldaşı olan bir qızın yanında, Rəhman yanına gəlib şəklini ona göstərmiş və demişdir ki, “sinifə gəlməsən şəklini paylaşaram, qardaşına ataram”, Rəhmanın dediklərini sinif yoldaşı eşitməmişdir. Evinə getmiş, bir müddət sonra Rəhman sms yazaraq görüşmək istədiyini bildirmiş, o, işlərini bəhanə edib onunla görüşməmişdir. Rəhman avqust ayına qədər ona yazmamış, avqust ayında xatırlamadığı tarixdə Rəhman “Tik-Tok” sosial şəbəkəsindən ona yazıb məktəbin həyətində görüşmək istədiyini demişdir. Nadirin anası həmin məktəbdə gözətçi işlədiyinə görə məktəbin açarları onun anasında olmuş, Nadirin gələcəyini bilməmişdir. Rəhman onu şantaj edib “sənin şəkillərini yayaram” demişdir. Axrıncı dəfə məktəbdə həyətdə olanda Rəhman “sən təpəyə çıxmasan, şəkilini paylaşaram” demiş, o da təpəyə çıxıb qayıtmışdır. Rəhman avqust ayında ona “sən gəlməsən pis şeylər olacaq” demiş, ancaq o isə getməmiş, Rəhman onu qardaşı ilə şantaj etmiş, bundan sonra o da getmək məcburiyyətində qalmışdır. Şəkillərini Rəhmana sildirib qayıdacağdır. O, gələndə Rəhman və Nadir sinifin qapısını açmışdılar, sinifə girmiş, Rəhmandan telefonda olan şəkilləri silməyi istəmiş, Rəhman ona “mənimlə birlikdə olmasan, şəkilləri silməyəcəm” demişdir. Nadiri də orada görərək Nadirin orada nə işinin olduğunu Rəhmana demiş, Rəhman isə Nadirin elə-belə gəldiyini demişdir. Qaçmaq istəyəndə Rəhman qolunu burub onu partaya əymiş, Nadir də qırağdan videolarını çəkmişdir. 2022-ci ilin avqust ayında Rəhman onu partaya əyib onunla əlaqədə olmuş, həmin vaxtı Nadir videolarını çəkmişdir. Sonra Nadir onunla əlaqədə olmuşdur. Rəhman onun pis olduğunu görüb şəkli sildim demiş, ancaq şəkli silməmişdir. Evə getmişlər, Rəhman bir müddət ona yazmamışdır. Sonradan Rəhman yenə ona yazaraq “sənin videonu çəkmişik məndədir, əgər gəlməsən videonu paylaşıb qardaşına ataram sən biabır olarsan” demişdir. Məcbur olub getmiş, həmin vaxt məktəbin zirzəmisindən səs gəlmiş, ora getmiş Rəhmangilə bezdiyini demiş, çıxmaq istəyəndə qolunu tutub burmuşlar, onunla cinsi əlaqədə olmuşlar, ona qarşı digər seksual hərəkətlər də etmişlər, ancaq yenə şəkli və videonu silməmişlər. Rəhman videosu ilə onu şantaj edərək Fevral ayında bir dəfə, mart ayında da bir dəfə onunla cinsi əlaqədə olmuşlar. Sonuncu dəfə Rəhmangil 2024-cü ilin aprel ayının 6-da onu şantaj edib çağırmışlar. Həmin vaxtı İbrahim Ağazadə 9-cu sinifdə oxumuş, Rəhmanın İbrahimlə tanışlığı olmuş, Rəhman İbrahimə deyəcəyini və getməsə onu rüsvay edəcəyini bildirmişdir. Daha sonra yenə getmiş, yenə də Rəhman və Nadir həmin qaydada onun qolunu burub onunla cinsi əlaqədə olmuşlar, sonra atasının səsi gəlmiş, işıq düşmüş, hamısı gizlənmişlər. Rəhman və Nadir ondan onların adlarını verməməsini xahiş etmişlər, valideynlərinə onların ona heç nə etmədiklərini və bağda olduğunu deməsini bildirmişlər. Evə gələndən sonra anasına hər şeyi danışmış, səhəri gün isə polis şöbəsinə getmişlər. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, atası həyəti gəzmiş, ancaq onu tapmamışdır. Həmin vaxtı evdən xəbərsiz çıxmışdır. Axşam saat 20-21 radələrində evdən çıxmışdır. Məktəblə evlərinin arasındakı məsafə 5 dəqiqəlik yol olardı. Həmişə 1-ci ona Rəhman yazmışdır. Əvvəllər Nadirlə bir-birlərini istəmişlər, daha sonra Rəhmanı istəmişdir. Rəhmanı istədiyi dövrdə onunla danışmamış, bir dəfə Rəhmanın “ad günün” təbrik etmişdir. Rəhmanın ad gününü “Tik-tok”dan təbrik etmişdir. Nadirlə yazışması olmamışdı. Ona yazan qızı tanımamışdır. Qız ona yazmayana qədər Rəhmanın ona heç bir seksual təklifi olmamışdır. Ona “Tik-tok”da yazan qıza Alaşa kənd orta məktəbində oxuduğunu demişdir. Qız ona Rəhmanın yaraşıqlı olduğunu demişdir. Qız ona Rəhmanla hər hansı bir seksual hərəkət etdiyini deməmişdir. Qız Nadir barədə ona heç nə deməmişdir. “Tik-tok”da ona yazan qızla bir dəfə yazışmış, sonra həmin qıza yazaraq nə üçün ona yazdığını soruşduqdan sonra qız bir daha ona yazmamışdır. Qız ona pozğunluqla məşğul olduğunu demişdir. Rəhman birinci dəfə ona yazanda qızın yazdığını ona demişdir. Ona yazan qız Rəhmana da yazmışdır. Sonra Rəhman ona qızın dediklərini istəyirsən demiş, o da Rəhmana istəmədiyini demişdir. Rəhman ona həmin qızla deyil, tək ona istəyibistəmədiyini demişdir. Rəhman ona yazdığı yazışmalarla, onlar onu şantaj edib çağırmışlar. Rəhman onun qardaşını tanımışdır. Birinci dəfə məktəbdə cinsi əlaqədə olmuşlar. Kalkotkasını Rəhman aşağı çəkmişdir. Kalkotka tam məktəbli formasına aid deyildi, həmin vaxt yubka geyinmişdir. Sinifə girəndə Nadirin nə işi var demişdir. Rəhman kalkotkasını aşağı çəkəndə Nadir şəkil çəkmişdir. Rəhman kalkotkasını tam aşağı çəkməmiş, arxa tərəfi görünmüşdür. Kalkotkasını çəkən vaxt Rəhman arxasında dayanmışdır, həmin vaxtı Nadir şəkilini çəkmişdir. Əynində olan yubka dizindən olmuş, Rəhman yubkanı kalkotka qarışıq aşağı çəkmişdir. Şəkli çəkib həmin vaxt ona göstərməmişlər, Rəhmangilə kalkotkanı niyə çəkdiz demiş, onlar isə sildiklərini demişlər. Bir müddət sonra Rəhman ona yazanda şəklinin onda olduğunu bildirmişdir. Şəkli ona Rəhman göstərmişdir, şəkilini isə Nadir çəkmişdir. Rəhman şəkili Nadirin telefonunda ona göstərmişdir. Onunla birinci dəfə əlaqədə olanda Rəhman və Nadirin hər ikisi bir yerdə olmuşlar. Hər ikisi onunla əlaqədə olmuşlar. Rəhman və Nadir bir yerdə onunla əlaqədə olmamışlar, ayrı-ayrı əlaqədə olmuşlar. Rəhman və Nadir bir əlini burub, onunla cinsi əlaqədə olmuşlar. Rəhman və Nadir hər dəfə onun qolunu burmuşlar. Rəhman və Nadir onunla sinifdə və zirzəmidə cinsi əlaqədə olmuşlar. Sinifdə qolunu burub üzünü partaya əyib arxadan onunla cinsi əlaqədə olmuşlar. Zirzəmidə də eyni vəziyyətdə cinsi əlaqədə olmuşlar. Nadir və Rəhman başqa formada və başqa vəziyyətdə onunla cinsə əlaqədə olmamışlar. Rəhman və Nadir, beli partanın üzərində olan formada onunla cinsi əlaqədə olmamışlar. Rəhman və Nadir evə getmək istədiyi üçün qolunu burmuşlar. Bir dəfə çox hərəkət etdiyinə görə Rəhman başına sillə də vurmuşdur. Rəhman və Nadir onunla vaginadan onunla cinsi əlaqədə olmamışlar. Rəhman və Nadirin spermalarını hara boşaltdıqlarını bilməmişdir. Rəhman və Nadir onunla məzələnib onu təpəyə çıxartmışlar. X35 demişdir ki, “təpəyə çıxmasan Rəhman və Nadir şəkillərini yayacaqlar”. Rəhman və Nadir onun şəkilini Günelə göstərmişlər. Günel təpəyə çıxmasa Rəhman və Nadirin onun şəkilini düzəldib yayacaqlarını demişlər. Təpəyə çıxıb sinifə qayıtmış, həmin vaxtı tənəffüs vaxtı olmuşdur. Təpəyə çıxan vaxt Rəhman ətrafda olmuşdur. İbrahim Ağazadə onların qohumu deyil, Rəhmangilin İbrahimə onun haqqında deməkdə məqsədləri onu məktəbdə rüsvay etmək olmuşdur. “Tik-tok”da Rəhmanın doğum gününü təbrik etmiş, ona qədər Rəhmanla tanışlığı olmuş, çünki Rəhmanla bir məktəbdə oxumuşdur. Elə-belə yadına düşdüyü üçün Rəhmanı təbrik etmişdir. Həmin vaxta kimi Rəhman “Tik-tok”da dostluğunda olmamışdır. Rəhmanla canlı məktəbdə söhbət etməmişdir. Rəhmanın ad gününü sinif guşəsindən görüb bilmişdir. Soyadından bilmişdir ki, Rəhmanın “Tik-tok”da səhifəsi onundur. 2022-ci ildə “Tik-tok” sosial şəbəkəsindən qeydiyyatdan keçib özünə səhifə açmışdır. 7-ci sinifdə oxuyarkən özünə “Tik-tok”da səhifə açmışdır. Sinif yoldaşları açdığı üçün o da özünə “Tik-tok”da səhifə açmışdır. Mobil telefonu olmamışdır. Əvvəl anasının telefonu ilə “Tik-tok” açmış, anasının telefonu satılmış, daha sonra atasının telefonu ilə yeni səhifə açmışdır. Anası və atası “Tik-tok”da açdığı səhifəsində olmamışlar. Valideynlərinin onun “Tik-tok”da səhifəsinin olmasından xəbərlərinin olmasını istəməmişdir. Telefon boş olanda “Tik-tok”dan istifadə etmişdir. Həmin səhifənin şifrə parolu olmamışdır. “Tik-tok” səhifəsinin adı yadında qalmamışdır. “14..Karona” səhifəsinin adı olmuşdur. Bu səhifədən başqa səhifəsi olmamışdır. 13 yaşı olanda səhifəni açmışdır. 13 yaşı 2023-cü ilin avqust ayında tamam olmuşdur. Səhifəni ad günündən əvvəl açmışdır. Bu səhifədə Rəhmanla danışmışdır. Rəhmanla danışdığı səhifə onun soyadı idi. “Axmedov_.7” Rəhmanın səhifəsi olmuş, bu səhifə ilə Rəhmanla danışmışdır. 2024-cü ilin aprel ayına kimi Rəhmanla danışmışdır. “Tik-Tok”dan başqa yerdən Rəhmanla danışmamışdır. Rəhmanla bir-birlərinə video göndərməmişlər, ancaq yazışmışlar. Polisdə nə vaxt “Tik-Tok” açdıqlarını soruşmamışlar. Yazışma barədə polisdə ondan soruşmuşlar. Polisdə yazışmaları görmüşlər, ancaq yazışmaları birinci kimin gördüyünü xatırlamamışdır. Sonuncu dəfə 2024-cü ilin aprel ayının 6-da görüşmüş, 2024-cü ilin aprel ayının 7-də polisə şikayət olunmuşdur. Polisdə yəqin ki, yazışmaları görmüşlər, polisləri tanımamışdır. Atasının telefonu ilə “Tik-Tok” səhifəsinə girmişlər. Atasının telefonu polisdə qalmış, polis əməkdaşları telefonu qaytarmamışlar. Polis əməkdaşları “Tik-Tok”a girib baxmışlar, hər hansı kod olmamışdır. “Tik-Tok”u silmiş, polis əməkdaşları dedikdən sonra yenidən yükləmişlər. Anasına deyəndən sonra “Tik-Tok”u yükləmiş və polis əməkdaşlarına göstərmişdir. Telefonu polisə verən zaman “Tik-Tok” səhifəsi telefonda olmuşdur. 2023-cü ilin avqust ayından 2024-cü ilin aprel ayının 6-na kimi Rəhmanla yazışmışdır. Rəhman ən geci bir gündən bir ona sms yazmışdır. Rəhman ona hardasan yazmış, Rəhman heç vaxt ona darıxıram smsini yazmamışdır. Rəhman onu hər gün zorlamaq üçün məktəbə çağırmış, ancaq bəhanələr taparaq hər gün getməmişdir. Qız ona səhər vaxtı demiş, o sinif otağına getmiş, həmin vaxtı dərs vaxtı olmuş, Rəhman və Nadir onun şəkilini sinif otağında çəkmişdir. Rəhman və Nadirlə dərsdən sonra görüşmüşlər, həmin vaxtı məktəb qurtarmışdır. Yay aylarında anası ilə atası günorta vaxtlarında yatırmışlar. Həmin vaxtı məktəbə gedərək Rəhman və Nadirlə görüşmüşdür. 2024-cü ildə fevral, mart və aprel aylarında Rəhman və Nadirlə görüşmüşdür. Rəhman və Nadir qolunu burub onunla cinsi əlaqədə olmuşdur. Üzərində hər hansı bir xəsarət aşkarlanmamışdır. Hadisələr Alaşa məktəbində oxuyan zaman günortadan sonra baş vermişdir. Cinayət-Prosessual Məcəlləsinin 327.1.3, 329.1 və 330.1-ci maddələrinə əsasən (zərərçəkmiş şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 2022-ci ilin yay aylarında bir nəfər şəxs qız adı ilə “Tik-Tok”da ona mesaj yazaraq, oxuduğu məktəbdə Rəhman adlı yaraşıqlı oğlan olduğunu bildirib, Rəhmanla cinsi əlaqədə olmağı təklif etmişdir. Həmin şəxsin kim olduğunu bilməmiş və təklifini qəbul etməmişdir. Bundan sonra həmin şəxs ona yazdıqları barədə Rəhmana da yazmışdır. Çünki bir neçə gün sonra Rəhman özü “Tik-Tok”da mesaj yazaraq bir qızın mesaj yazdığını deyib, qızın dediyi şeyi istəyib-istəmədiyini soruşmuş, Rəhmana belə bir şey istəmədiyini demişdir. Daha sonra Rəhman ona cinsi əlaqədə olmağı təklif etmiş, Rəhmanla razılaşmamış, sonra Rəhman sadəcə olaraq əlini bədəninə vuracağını bildirmiş, lakin yenə də razılaşmamışdır. 2023-cü ilin yanvar ayında “Tik-Tok”-da mesaj yazıb Rəhmanın ad gününü təbrik etmiş, sonra Rəhman mesaj yazaraq görüşməyi və ad günü hədiyyəsi verməyi təklif etmiş, lakin razılaşmamışdır. Rəhman bundan sonra da mesaj yazaraq məktəbdə fiziki tərbiyə dərsi və tənəffüs zamanı onunla görüşmək istəmiş, lakin razılaşmamışdır. 2023-cü ilin yanvar ayında, səhər saatlarında məktəbin həyətində onlara fiziki tərbiyə dərsi keçirilən vaxt Rəhmanın sinif yoldaşı X13 yaxınlaşıb Rəhmanla Nadirin öz sinif otaqlarında onu gözlədiklərini demiş, getməyəcəyi təqdirdə Rəhmanın aralarında olan yazışmaları qardaşına göndərəcəyini bildirmişdir. Buna görə də məcbur qalıb dərsi tərk edərək məktəbin binasına daxil olmuş və Rəhmanla Nadirin sinif otağının qarşısında dayandığını görmüşdür. Əvvəlcə geri qayıtmaq istəmiş, lakin Nadirlə Rəhman onu çağırıb, “Tik-Tok”da yazışmalarının onlarda olduğunu və onların sinfinə gedəcəyi təqdirdə həmin yazışmaları siləcəklərini demişdir. Məcbur qalıb sinfə daxil olmuş, yazışmaları silməsi üçün Rəhmandan telefonu istəmiş, lakin Rəhman telefonu məktəbə gətirmədiyini bildirmişdir. Daha sonra Rəhman onun qolundan tutmuş, Nadir isə kimsə gələcəyi təqdirdə xəbər verməsi üçün qapının yanında gözləmişdir. Sinfi tərk etmək istəmiş, lakin Rəhman qolundan tutub sinfi tərk etməsinə imkan verməmişdir. Bundan sonra Rəhman əllərini arxaya tərəf burmuş, bir əli ilə biləklərindən tutub digər əli ilə onu soyundurmağa başlamış və əynində olan yubkanı və kalqotkanı aşağı çəkmişdir. Həmin vaxt qapının yanında dayanan Nadir dayandığı yerdən onların şəkilini çəkmiş, daha sonra Nadir yaxına gəlib bir daha Rəhmanla onun şəkilini çəkmişdir. Bundan sonra Rəhman onu buraxmış, Nadirə yaxınlaşıb şəkili silməsini istəmiş, Nadir şəkili sildiyini bildirmişdir. Daha sonra Nadir müəllimin gəldiyini deyib Rəhmanla birlikdə pəncərədən çölə tullanmışdır. Bu hadisədən təxminən 3-4 gün sonra məktəbdən çıxıb evə gedən zaman Rəhman ona yaxınlaşıb Nadirin sinifdə çəkdiyi şəkili göstərmiş və onunla görüşməyəcəyi halda şəkili qardaşına göndərəcəyini demişdir. 2023-cü ilin avqust ayında dəqiq xatırlamadığı gündə saat 14 radələrində evdə olduğu zaman Rəhman “Tik-Tok”da mesaj yazaraq şəkilinin onda qaldığını bildirib təcili təhsil aldığı məktəbə gedib görüşməsini istəmiş, əks təqdirdə isə həmin dəqiqə şəkili qardaşına göndərəcəyini demişdir. Rəhmanın hədəsindən qorxub razılaşmış və valideynlərinin yatdığını görüb məktəbə getmişdir. Məktəbə daxil olduqdan sonra Nadirin də məktəbdə olduğunu görmüş, Rəhmandan Nadirin burada nə işinin olduğunu soruşmuş, Nadir elə-belə gəldiyini demişdir. Rəhman və Nadirdən şəkili silməyi tələb etmiş, Rəhman cinsi əlaqədə olacağı təqdirdə şəkili siləcəyini bildirmişdir. Şəkilini silməsi üçün Rəhmana yalandan onunla cinsi əlaqədə olacağını demiş və sinif otağına girmişdir. Məqsədi Rəhmanı aldadıb telefondan şəkilini sildirmək və çıxıb getmək olmuşdur. Lakin Rəhman şəkili silməyəcəyini demiş, o da sinif otağından çıxıb getmək istəmişdir. Rəhman onun qolundan tutub özünə tərəf çəkmiş, müqavimət göstərmək istəsə də, gücü çatmamışdır. Rəhman onun qollarını arxadan burub sıxmış və onu partanın üzərinə yıxmışdır. Sonra isə paltarını aşağı endirib öz cinsiyyət orqanını zorla onun anal dəliyinə salmışdır. Qışqırmaq istəyəndə Rəhman digər əli ilə onun ağzını tutub saxlamışdır. Nadir isə kənarda qalıb onlara baxmışdır. Rəhman ona zor tətbiq edərək onunla zorla qeyritəbii yolla cinsi əlaqədə olduqdan sonra kənara çəkilmiş, bu dəfə Nadir ona yaxınlaşmışdır. Nadir də, eyni qaydada qollarını burub arxada saxlamış və bir əli ilə qollarını sıxıb digər əli ilə ağzını tutaraq zorla onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Həmçinin, Nadirlə Rəhman cinsi orqanını onun ağzına salıb-çıxartmışdır. Rəhmanla Nadir onunla zor tətbiq edərək cinsi əlaqədə olduqdan sonra onun ağladığını görən Rəhman şəkili telefondan sildiyini demişdir. Bundan sonra evə getmiş, lakin qorxduğu üçün olanlar barədə ailə üzvlərinə heç bir söz deməmişdir. 2023-cü ilin avqust ayının sonlarında Rəhman yenə də Tik-Tok”da mesaj yazaraq şəkili qardaşına göndərəcəyi ilə hədələyib işinin olduğunu demiş və məktəbə çağırmışdır. Məcbur qalıb günorta saatlarında evdə heç kim olmadığı vaxt məktəbə getmişdir. Məktəbin həyətinə daxil olduqda zirzəmidən səs gəldiyini eşitmiş və Rəhmanla Nadirin zirzəmidə olduğunu görmüşdür. Zirzəmiyə daxil olub Rəhman və Nadirdən ondan əl çəkməsini xahiş etmişdir. Rəhman onun şəkilini göstərmiş və onunla cinsi əlaqədə olacağı təqdirdə siləcəyini bildirmişdir. Rəhmanla razılaşmamış və şəkili silməyi tələb etmişdir. Rəhmanla Nadir isə israrla cinsi əlaqədə olmasa şəkili qardaşına göndərəcəyi hədəsi ilə onu hədələmişdir. Zirzəmindən çıxmaq istəyərkən Rəhman qəfil ona yaxınlaşmış və qollarını tutub arxaya burmuşdur. Müqavimət göstərmək istəsə də gücü çatmamış, müqavimət göstərmək üçün bədənini o tərəf bu tərəfə tərpətmək istəmişdir. Həmin vaxt Rəhman digər əli ilə başına bir şillə vurmuşdur. Bundan sonra Rəhman digər əli ilə paltarını soyundurmuş və onunla zorla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Sonra isə eyni qaydada Nadir onunla zorla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Həmçinin, Rəhmanla Nadir cinsi orqanını onun ağzına salıb-çıxarmışdır. Bundan sonra isə evə getmişdir. 2023-cü ilin sentyabr ayının ortalarında günortadan sonra, yəni dərslər bitdikdən sonra Rəhman “Tik-Tok”da mesaj yazıb, onunla tək görüşmək istədiyini bildirmişdir. Rəhmana şəkili silməyəcəyi təqdirdə görüşə gəlməyəcəyini bildirmişdir. Rəhman da görüşməyəcəyi təqdirdə şəkili qardaşına göndərəcəyini bildirmişdir. Yenə məcbur qalıb Rəhmanın şəkili silməsi üçün məktəbə getmişdir. Məktəbdə siniflərin birində Rəhmanla görüşmüş, həmin vaxt Nadir də orada olmuşdur. Məktəbdə olan zaman Nadir və Rəhmandan şəkili və mesajları silməyi tələb etmiş, onlar yenə cinsi əlaqədə olacağı təqdirdə siləcəklərini demişdir. Razılaşmayıb qaçıb evə getmək istəmiş, Rəhmanla Nadir onun qaçmaq istədiyini görüb tutub saxlamış, növbə ilə həmişəki kimi qollarını arxada burub sıxaraq, zor tətbiq etməklə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuş və cinsi orqanını onun ağzına salıb-çıxartmışdır. Rəhman 2024-cü ildə müxtəlif tarixlərdə ona mesaj yazaraq videogörüntüsünü Alaşa tam orta məktəbində İX sinifdə təhsil alan İbrahim Ağayevə göndərəcəyini bildirərək gecə saatlarında məktəbə gedib onunla görüşməyi tələb etmişdir. Rəhman və Nadir onunla zorla cinsi əlaqədə olan zaman Nadir videosunu çəkmiş və Rəhmana göndərmişdir. Bezdiyi üçün məcbur qalaraq 2024-cü ilin fevral ayında bir dəfə və mart ayında bir dəfə məktəbə gedib Rəhman və Nadirlə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Həmin vaxtlarda da, Rəhman və Nadir ona zor tətbiq etmiş və onunla zorla qeyritəbii yolla cinsi əlaqədə olmuşdur. Sonuncu dəfə, yəni xx.xx.2024-cü il tarixdə, saat 07 radələrində Rəhman “Tik-Tok”da mesaj yazıb, saat 22 radələrində onunla görüşmək istəmiş, əks təqdirdə isə onunla cinsi əlaqədə olması, şəkil və videoları barədə İbrahim Ağayevə deyib onu rüsvay edəcəyini bildirmişdir. Məcbur qalıb görüşməyə razı olmuş və xx.xx.2024cü il tarixdə saat 21 radələrində məktəbə getmişdir. Rəhman və Nadir onu videosunu yayacağı ilə hədələmiş, artıq bezdiyini və ailəsinə məlumat verəcəyini onlara bildirmişdir. Lakin, Rəhmanla Nadir “əgər demək istəsəydin indiyə qədər deyərdin” deyib inanmamışlar. Daha sonra Rəhman və Nadir eyni qaydada ona zor tətbiq etmiş və qollarını tutub saxlayıb hərəkətsiz hala gətirmişdir. Qız olduğuna, eləcə də yaşı az olduğuna görə müqavimət göstərmək istəsə də, gücü çatmamışdır. Rəhman və Nadir onunla zorla qeyri-təbii yolla əlaqədə olduğu vaxt anidən atasının səsi gəlmiş və atası əlindəki işığı məktəbin içərisinə tərəf tutmuşdur. Lakin, qorxudan gizləndikləri üçün atası onları görməmişdir. Atası getdikdən sonra məktəbdən çıxıb evə getmiş, Rəhmanla Nadirin onu aldatmasından və ona qarşı zor tətbiq edərək və onu hədələyərək qeyri-təbii yolla cinsi əlaqədə olmalarından bezdiyi üçün baş vermiş hadisəni anasına danışmışdır. Növbəti gün anası Astara RPŞ-nə ərizə ilə müraciət edib baş vermiş hadisə barədə məlumat vermişdir. Rəhman və Nadir onunla heç vaxt təbii yolla cinsi əlaqədə olmamış, ancaq qeyri-təbii yolla cinsi əlaqədə olmuş və cinsi orqanlarını onun ağzına salıb-çıxartmışdır. Dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, gecə xəstələndiyi üçün uzanmış, sonra isə yuxuya getmiş və təxminən saat 20 radələrində arvadı Məryəmin olmadığını demişdir. Necə ola bilər ki, uşaq yoxdur deyib, ayağa duraraq kəndi gəzmişdir. Fikirləşmişdir ki, bu hara gedə bilər ancaq tapa bilməmişdir. Daha sonra “102”-xidmətinə zəng etmişdir. Ondan sonra məktəbin həyətinə girmiş, fanarı yandıran zaman Məryəmi görmüşdür. Sonra Məryəm gəlmiş, Məryəmə nə var nə yox de, onsuzda telefonu polislərə verəcəyini bildirmişdir. Məryəm Rəhman və Nadirin “bunlar mənimlə belə ediblər” demişdir. Verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Məryəm telefonda olan hər şeyi göstərmişdir. Telefonda yazışmaları oxumamış, Məryəm demişdir. Yazışmaları oğlu da oxumuş, ancaq ona heç nə deyə bilməmiş, oğlu ondan utandığı üçün heç nə deməmişdir. Hadisəni 2024-cü ilin aprel ayının 6-da bilmişdir. Hadisəni biləndən sonra telefonu aprel ayının 7-də polis əməkdaşına təhvil vermişdir. Polisdə telefonu adını bilmədiyi təhqiqatçıya vermişdir. Telefonu Ərəstun ondan alıb təhqiqatçıya vermişdir. Telefonu polis əməkdaşlarına verən zaman sənədə imza etmişdir. Telefondan heç nə silməmişdir. Ərəstun onun yanında telefona baxmamışdır. Dindirilmiş şahid X9 ifadəsində bildirmişdir ki, yoldan keçən zaman səs-küy gəlmiş, nə olduğunu soruşan zaman vəziyyət belədir demişlər. Zərərçəkmiş şəxsin dayısıdır. Verilən suallara cavab olaraq şahid Fərmayıl Nehmətov bildirmişdir ki, çayxanada oturmuşlar, istirahət etmişlər, yolda səs-küy eşitmişlər, yola çıxmış, bacısından nə olduğunu soruşmuş, bacısı oğlanların qızına sataşdığını demişlər. Telefonda olan yazışmadan gecə xəbəri olmuşdur. Nadir qıza mesaj yazmış, nə mesaj olduğunu soruşmamışdır. Nadirgilin evinə getməmiş, Rəhmangilin evinin qapısının ağzında qalmışdır. Rəhmanın atası ilə əlbəyaxa olmamışdır. Telefonu ondan almaq istəməmişdir. Məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, hadisə barəsində 2024-cü ilin aprel ayının 07-də məlumatı olmuşdur. Məktəbin gözətçisi dediyinə görə 06 aprel 2024-cü il tarixdə xəstə olmuş və dərman içməyə evinə getmişdir. Məktəbin gözətçisi Şahid3dır. Məktəbin açarları məktəbin gözətçisi Şahid3 olur, özü də ayrıayrı vaxtlarda gecələr məktəbə gedib nəzarət etmişdir. Hadisədən sonra ona rəhbərlik tərəfindən şiddətli töhmət verilmiş və sonuncu xəbərdarlıq edilmişdir. Verilmiş suallara cavab olaraq şahid Vaqif Ağayev bildirmişdir ki, mütəmadi olaraq şagirdlərlə marifləndirici söhbətlər aparmışdır. 8-9-cu siniflərlə söhbətlər aparıb təhsil şöbəsinə məlumat vermişlər. Dərslər bitəndən sonra rəhbər işçilər saat 16-a kimi məktəbdə olmuşlar. 1993-cü ildən həmin məktəbin direktorudur. Təqsirləndirilən şəxslər tutulan günə qədər onlar barəsində mənfi heç nə eşitməmiş və görməmişdir. 2008-ci il tarixdən təqsirləndirilən şəxs Nadirin anası Şahid3 məktəbin gözətçisidir. Məktəbin zirzəmisi havalandırmaq üçün nəzərdə tutulmuşdur. Məktəbdə müşahidə kameraları olmamışdır. Dərs bitəndən sonra Nadir və Rəhmanı məktəbdə görməmişdir. Nadir və Rəhman onların məktəbinin şagirdləri olmamışlar. Zərərçəkmiş şəxs Məryəm məktəblərinin şagirdi olmuşdur. Məktəbin zirzəmisinin hündürlüyü 80 sm olar. Məktəbin zirzəmisində cinsi əlaqədə olmaq mümkün deyildir. Məktəbin zirzəmisinin səthi qış aylarında palçıq olur. Məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, prokurorluqda bu işlə bağlı onu dindirməmişlər. 5 ildir ki, məktəb direktoru vəzifəsində işləyir. Hadisə baş verəndən sonra hadisə barədə məlumatı olmuşdur. Hadisə onun direktor olduğu məktəbdə baş verməmişdir. Təqsirləndirilən şəxslər 2023-cü il tarixdə onun direktor olduğu məktəbə oxumağa gəlmişlər, normal uşaqlar olmuşlar. Dərsləri günorta saat 13:00-da bitmişdir. Hadisədən sonra digər məktəbin gözətçisini işdən çıxartmışlar. Dərslər səhər saat 08:00-da başlayıb saat 13:00-da bitmişdir. Artuba kənd məktəbi ilə Alaşa kənd orta məktəbinin arasında olan məsafə piyada 25 dəqiqəlik yoldur. Nadir və Rəhmanın davranışları ilə bağlı heç bir problem olmamış, oxuyan uşaq olmamışlar, ancaq davamiyyətlərində problem olmamışdır. Məhkəmə trəkibi Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 08 aprel 2024-ü il tarixli qərardan görünür ki, Astara rayonu, Alaşa kənd sakini Qanuni nümayəndə3 Tağı qızının həmkəndliləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 12 avqust 2010-cu il təvəllüdlü qızı Zərərçəkmiş şəxs şəkillərini yaymaqla hədələyib 06 aprel 2024-cü il tarixdə, saat 21 radələrində Alaşa kənd orta məktəbinin sinif otağında sonuncu ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaları barədə müraciəti və həmin müraciətlə əlaqədar toplanmış ilkin materiallar üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır.(cild İ, i.v.1- 30) -“baxış keçirilməsi haqqında” 07 aprel 2024-cü il tarixli protokoldan görünür ki, “Tecno” markalı mobil telefona quraşdırılmış “Tik-Tok” proqramına baxış keçirilərkən Zərərçəkmiş şəxs “Tik-Tok sosial şəbəkəsində “@14..karona” adi ilə qeydiyyatdan keçdiyi, sonuncunun “Tik-Tok”-da “@akmedoff” istifadəçi adı ilə yazışdığı və həmin hesabın Təqsirləndirilən şəxs2 məxsus olması müəyyən edilmişdir. Həmin yazışmanın məzmununa baxıldıqda müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Tik-Tok” vasitəsi ilə Zərərçəkmiş şəxs təhdid məzmununda mesajlar yazaraq onda Zərərçəkmiş şəxs aid fotoşəkillər olduğunu, əgər onlarla (onunla və Təqsirləndirilən şəxs1) ilə görüşə gəlmədiyi halda həmin mesajları hamıya yayacağını, şəkilləri isə İbrahim Ağayevə göndərəcəyini deyərək Zərərçəkmiş şəxs onlarla qeyri-təbbi yolla cinsi əlaqədə olmağa və seksual xarakterli hərəkətlər etməyə vadar etmişdir. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 arasında olan yazışma 04 aprel 2024-cü il tarixdən 06 aprel 2024-cü il tarixədək olan müddətdə olmuşdur. Bundan başqa baxış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa heç nə aşkar edilməmişdir.(cild İ, i.v.11-18) -“zərərçəkmiş şəxs qismində tanıma haqqında” 08 aprel 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır.(cild İ, i.v.39) -“əşyanın götürülməsi haqqında” 08 aprel 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan paltarlar-bir ədəd açıq qəhvəyi rəngli finka, bir ədəd yun köynək, bir ədəd qara qəngli jilet götürülmüşdür.(cild İ, i.v.48) -“qanuni nümayəndə qismində tanınma haqqında” 08 aprel 2024-cü il tarixli qərardan görünür ki, Qanuni nümayəndə2 yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi qismində tanınmışdır.(cild İ, i.v.54) -“cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında” 08 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 15:30-da Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur.(cild İ, i.v.58-59) -“qanuni nümayəndə qismində tanınma haqqında” 08 aprel 2024-cü il tarixli qərardan görünür ki, X4 yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi qismində tanınmışdır.(cild İ, i.v.87) -“cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında” 08 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 19:40-da Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur.(cild İ, i.v.106) -“əşyanın götürülməsi haqqında” 09 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 hadisə zamanı əynində olan paltarlar-qara rəngli cins şalvar, qara rəngli köynək, boz rəngli jilet, ağ rəngli mayka, qara rəngli tuman və istifadəsində olan “Redmi Note 8” markalı mobil telefon götürülmüşdür.(cild İ, i.v.117) -“əşyanın götürülməsi haqqında” 09 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 hadisə zamanı əynində olan paltarları-qara rəngli gödəkcə, üzərində şir təsviri olan köynək, tünd boz rəngli cins şalvar, ağ rəngli mayka, qara rəngli tuman və istifadəsində olan “Redmi Note 12 pro” markalı mobil telefon götürülmüşdür.(cild İ, i.v.120) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 09 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Astara Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, 4(018)-24/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 08 aprel 2024-cü il tarixdən hesablanmışdır.(cild İ, i.v.122-123, 146-150) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 09 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Astara Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, 4(018)-25/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 08 aprel 2024-cü il tarixdən hesablanmışdır.(cild İ, i.v.151-152, 172-174) -“məhkəmə-tibbi ekspertizası”nın 09 aprel 2024-cü il tarixli, 118 nömrəli rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Zərərçəkmiş şəxs qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmişdir. Qeyri-təbii yolla cinsi əlaqə zamanı xəsarət qalmadıqda müddət təyin etmək mümkün deyildir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Zərərçəkmiş şəxs zöhrəvi xəstəliklər aşkar edilməmişdir.(cild İ, i.v.175-177) -Astara Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 4(018)-45/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbs müddəti 1 (bir) ay, yəni 08 avqust 2024-cü il tarixədək uzadılmışdır.(cild İ, i.v.249-253) -“kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası”nın 27 iyun 2024-cü il tarixli, 1870 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs hər hansı psixi xəstəlik və kəmağıllıq aşkar olunmur. Zərərçəkmiş şəxs ona qarşı qərarda təsvir olunan əməli törədilərkən öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək qabliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barədə istintaqa düzgün ifadə vermək qabliyyətindədir. Zərərçəkmiş şəxs ona qarşı edilən hüquqazidd hərəkətlərin mənasını dərk etmək qabiliyyətindədir. Zərərçəkmiş şəxs ünsiyyətçillik, hər kəslə yaxşı yola getmək, sadəlöhvlük, çətin situasiyalar zamanı çıxış yolu tapa bilməmək kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs emosional halından aslı olaraq öz hərəkətlərini tam dərk etmək qabliyyətində olmuşdur. Cinayət əməlinə məruz qalarkən (hədə-qorxu gəlinərək rüsvayedici video və şəkillərinin ailə üzvlərinə və məktəb yoldaşlarına yayılacağının deyilməsi və s.) Zərərçəkmiş şəxs psixi-emosional vəziyyətində həyəcan və qorxu kimi hallar əmələ gəlmişdir. Zərərçəkmiş şəxs baş verən hadisə(lər) zamanı fizoloji affekt halında olmamışdır. Sonuncuda təlqinə qapılma və özündən uydurmağa meyillik əlamətləri müşahidə edilməmişdir.(cild İİ, i.v.8-11) -“kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası”nın 01 iyul 2024-cü il tarixli 1901 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs1 cinayət əməlini törərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hərəkətləri CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 idrak prosessləri, dünyagörüşü, intellektual imkanları normaya uyğundur. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdipsixi xüsusiyyətlərində, hərəkət və davranışını iradı olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl dövründə emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Sonuncuda təlqinə qapılma və özündən uydurmağa meyillik əlamətləri müşahidə edilməmişdir. Lakin, Təqsirləndirilən şəxs1 situasiyanı öz xeyrinə yönəltmək məqsədi ilə yalan danışa bilər.(cild İİ, i.v.12-15) -“kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası”nın 01 iyul 2024-cü il tarixli, 1902 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs2 cinayət əməlini törərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 hərəkətləri CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 idrak prosessləri, dünyagörüşü, intellektual imkanları normaya uyğundur. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdipsixi xüsusiyyətlərində, hərəkət və davranışını iradı olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl dövründə emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Sonuncuda təlqinə qapılma və özündən uydurmağa meyillik əlamətləri müşahidə edilməmişdir. Lakin, Təqsirləndirilən şəxs2 situasiyanı öz xeyrinə yönəltmək məqsədi ilə yalan danışa bilər.(cild İİ, i.v.16-19) -“ibtidai istintaq müddətinin uzadılması barədə” 31 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 4 (dörd) ay olmaqla 8 (səkkiz) ayadək, yəni 08 avqust 2024-cü il tarixdən 08 dekabr 2024-cü il tarixədək uzadılmışdır.(cild İİ, i.v.43-44) -Astara Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 4(018)-53/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbs müddəti 4 (dörd) ay, yəni 08 dekabr 2024-cü il tarixədək uzadılmışdır.(cild İİ, i.v.59-61) -Astara Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 4(018)-54/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbs müddəti 4 (dörd) ay, yəni 08 dekabr 2024-cü il tarixədək uzadılmışdır.(cild İİ, i.v.62-66) -“cinayət işi üzrə əməlin tövsif edilməsi və cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 14 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsindən həmin Məcəllənin 150.3.3 və 156.1-ci maddələrinə tövsif edilmişdir. Cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Astara rayon prokurorluğuna göndərilmişdir.(cild İİ, i.v.68-70) -“cinayət işinin icraata qəbul edilməsi haqqında” 20 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Astara rayon prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas Rahib Baratov tərəfindən icraata qəbul olunaraq istintaq aparılmışdır.(cild İİ, i.v.74-75) -“birgə istintaq qrupunun yaradılması haqqında” 21 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Astara rayon prokurorluğunun böyük müstəntiqi Rahib Baratov və Astara RPŞ-nin İB-nin baş müstəntiqi İlkin Bağırzadədən ibarət birgə istintaq qrupu yaradılmış, istintaq qrupuna rəhbərlik Rahib Baratova həvalə olunmuşdur.(cild İİ, i.v.79-80) -07 sentyabr 2024-cü il tarixli “üzləşdirmə haqqında protokol”dan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi halları Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir.(cild İİ, i.v.183-190) -07 sentyabr 2024-cü il tarixli “üzləşdirmə haqqında protokol”dan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi halları Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir.(cild İİ, i.v.191-200) -“Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X27 18 sentyabr 2024-cü il tarixli, 18-1- 58/2-1230/2024 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 PHŞ-ə xəstəliklə bağlı müraciəti qeydə alınmamışdır.(cild İİİ, i.v.8) -“Astara Rayon Mərkəzi Xəstəxanası” X27 19 sentyabr 2024-cü il tarixli, 18-1-26/3- 2231/2024 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 PHŞ-ə xəstəliklə bağlı müraciəti qeydə alınmamışdır.(cild İİİ, i.v.10) -“Astara Rayon Mərkəzi Xəstəxanası” X27 19 sentyabr 2024-cü il tarixli, 18-1-26/3- 2232/2024 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 PHŞ-in Poliklinika şöbəsinin ruhi-əsəb, narkoloji və onkoloji kabinetində dispanser qeydiyyatda durmurlar.(cild İİİ, i.v.11) -Lənkəran Şəhər Psixatriya X12 Şəxsin 19 sentyabr 2024-cü il tarixli, 646 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir.(cild İİİ, i.v.12) -“istintaq qrupunun tərkibinin dəyişdirilməsi haqqında” 28 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Astara RPŞ-nin baş müstəntiqi, polis kapitanı X10 18 oktyabr 2024-cü il tarixdə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat idarəsinin nəzarətmetodiki idarənin müstəntiqi vəzifəsinə təyin olunduğundan istintaq qrupundan çıxarılmış və İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X18 istintaq qrupuna əlavə edilmişdir. İstintaq qrupuna rəhbərlik Astara rayon prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas X11 həvalə edilmişdir.(cild İİİ, i.v.15-16) -“təkrar psixoloji ekspertizası”nın 07 oktyabr 2024-cü il tarixli, 11/578 nomrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs fərdi-psixoloji xüsusiyyətlərində təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs yaş və fərdi-psixoloji xüsusiyyətlərinə, əqli və psixi inkişafına görə ona qarşı edilən hərəkətlərin xarakterini və mahiyyətini dərk etmək və həmin hərəkətlərə qarşı müqavimət göstərmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs ona qarşı edilən hərəkətlər zamanı psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edən hər hansı kəskin dəyişikliklərin baş verməsi müəyyən olunmamışdır.(cild İİİ, i.v.19-25) -“məhkəmə kompüter texniki ekspertizası”nın 11 oktyabr 2024-cü il tarixli, 5/1063 nömrəli rəyində göstərilmişdir ki, 01 ədəd sensor ekranlı “Android 9” əməliyyat sistemi ilə təhciz olunmuş “Tecno Camon 12 Air” markalı “Tecno CC6” modelli “**********55027, **********55035 “ımeı” kodlu mobil smartfondur. Mobil smartfonun yaddaşında (kontakt, zəng, SMS mesaj, foto, audio, video fayıllar Whatsapp proqram təminatı vasitəsi ilə aparılmış məlumat mübadiləsi və.s) mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən edilmiş və “Ekspertiza 5-1063” adlı iş çantasında xarici yaddaş qurğuya köçürülmüşdür.(cild İİİ, i.v.30-33) -“məhkəmə kompüter texniki ekspertizası”nın 14 oktyabr 2024-cü il tarixli, 5/1064 nömrəli rəyində göstərilmişdir ki, 01 ədəd sensor ekranlı “Android 14” əməliyyat sistemi ilə təhciz olunmuş “X36 12 Pro” markalı “23021RAA2Y” modeilli “**********86722”, “**********86730” “ımeı” kodlu mobil smartfondur. Mobil smartfonun yaddaşında (kontakt, zəng, SMS mesaj, foto, audio, video fayıllar “Facebook Messenger, Telegram, Whatsapp Business proqram təminatları İnstagram və Tik-Tok sosial şəbəkləri vasitələri ilə aparılmış məlumat mübadilələri və.s) mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən edilmiş və “Ekspertiza 5-1064” adlı iş çantasında xarici yaddaş qurğuya köçürülmüşdür.(cild İİİ, i.v.34-37) -“cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 06 noybar 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Cinayət Məcəlləsinin 150.3.3 və 156.1-ci maddələrindən həmin Məcəllənin 150.3.3, 151 və 156.1-ci maddələrinə tövsif olunmuşdur. (cild İİİ, i.v.89-90) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 06 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə elan olunmuş ittihama əlavə və dəyişikliklər edilərək, o həmin Məcəllənin 150.3.3, 151 və 156.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham yenidən elan edilmişdir.(cild İİİ, i.v.98-99) -“əşyaya baxış keçirilməsi haqqında” 07 noyabr 2024-cü il tarixli protokolda göstərilmişdir ki, elektron daşıyıcı açılan zaman içərisində “Ekspertiza 5-1063” və “Ekspertiza 5-1064” adlı 02 ədəd fayl aşkar edilmişdir. “Ekspertiza 5-1063” adlı fayla baxış zamanı içərisində Zərərçəkmiş şəxs istifadəsində olmuş “Tecno Camon 12 Air” markalı mobil telefondan silinmiş faylların bərpa edildiyi müəyyən edilmiş, lakin həmin fayllar içərisində iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar edilməmişdir. “Ekspertiza 5-1064” adlı fayla baxış zamanı içərisində Təqsirləndirilən şəxs2 istifadəsində olmuş “Redmi Note 12 pro” markalı mobil telefondan silinmiş faylların bərpa edildiyi müəyyən edilmişdir. Fayllardan “chats” adlı fayla, oradan da “Tik-Tok_” adlı fayla daxil olunmuş və həmin faylda “chat163” adlı yazışmaya baxış keçirilmişdir. Həmin yazışmada Təqsirləndirilən şəxs2 “Tik- Tok” sosial şəbəkəsində qeydiyyatdan keçdiyi “@akmedoff” istifadəçi adı ilə Zərərçəkmiş şəxs “Tik-Tok”-da qeydiyyatdan keçdiyi “@14..karona” hesaba “sən bitdin, gəlmədin əyər gələn səfər gələndə ananıda gətirərsən, axrin pis olar bu gün uje və s.” hədə-qorxu məzmunlu mesajlar yazdığı müəyyən edilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə könüllü formada cinsi əlaqədə olmaq istəməsi ilə bağlı hər hansı mesaj yazması müəyyən edilməmişdir. Həmçinin, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa heç nə aşkar edilməmişdir.(cild İİİ, i.v.118- 119) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 07 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə elan olunmuş ittihama əlavə və dəyişikliklər edilərək, o həmin Məcəllənin 150.3.3 və 151-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham yenidən elan edilmişdir.(cild İİİ, i.v.121-122) -“sübutları qiymətləndirilməsi haqqında” 09 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 hadisə zamanı əynində olan paltarlar: 1 (bir) ədəd qara rəngli cins şalvar, 1 (bir) ədəd qara rəngli köynək, 1 (bir) ədəd boz rəngli jilet, 1 (bir) ədəd ağ rəngli mayka, 1 (bir) ədəd qara rəngli tuman, Təqsirləndirilən şəxs2 hadisə zamanı əynində olan paltarlar: 1 (bir) ədəd qara rəngli gödəkçə, 1 (bir) ədəd üzərində şir təsviri olan köynək, 1 (bir) ədəd qara rəngli cins şalvar, 1 (bir) ədəd ağ rəngli mayka, 1 (bir) ədəd qara rəngli tuman, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan paltarlar: 1 (bir) ədəd açıq qəhvəyi rəngli finka, 1 (bir) ədəd yun köynək və 1 (bir) ədəd qara rəngli jilet, Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd “Tecno Camon 12 Air” markalı mobil telefon, Təqsirləndirilən şəxs1 məxsus 1 (bir) ədəd “Redmi Note 8” markalı mobil telefon, Təqsirləndirilən şəxs2 məxsus “Redmi Note 12 Pro” markalı mobil telefon və ekspertiza tədqiqatı zamanı faylların köçürüldüyü elektron daşıyıcı maddi sübut qismində tanınmışdır.(cild İİİ, i.v.141-163) Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri Cinayət Məcəlləsinin 150.3.3, 151 və 156.1-ci maddələri, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri Cinayət Məcəlləsinin 150.3.3 və 151-ci maddələri ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün:- məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini müdafiə etmək üçün irəli sürdükləri dəlillər, yəni: -məhkəmə istintaqı zamanı verdikləri ifadələrində zor tətbiq edərək Məryəmlə arxa keçəcəklə cinsi əlaqədə olmamaları və seksual xarakterli digər hərəkətlərə məcbur etməmələrini bildirmələri ilə bağlı hissədə göstərdikləri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, ibtidai istintaq zamanı özlərinin qismən etirafedici ifadələri, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmə iclasında zərərçəkmiş şəxsin və şahid qismində dindirilmiş şəxslərin ifadələri və toplanmış digər sübutların məcmusu ilə təkzib edilir. Cinayət Məcəlləsinin 150.1-ci maddəsində göstərilmişdir ki, zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinin 150.3.3-ci maddəsində isə göstərilmişdir ki, on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə cinayət məsuliyyətinə səbəb olur. Bu cinayətin obyektiv cəhəti fiziki zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıqdan və ya seksual xarakterli digər zorakılıq hərəkətlərində ifadə olunur. Fiziki zor tətbiq etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmə dedikdə, qadının, onun yaxın qohumlarının, habelə seksual xarakterli digər zorakılıq hərəkətləri etmə cinayətinin törədilməsinə mane ola bilən hər hansı kənar şəxsin əl-qolunu, ayaqlarını bağlamaqla, döyməklə, bədəninin müxtəlif hissələrinə zərbələr endirməklə, habelə sair fiziki ağrı yetirməklə zərərçəkmiş şəxslə cinsi əlaqədə olma başa düşülür. Burada fiziki zor tətbiq etmə zərərçəkmişin müqavimətini qırmağa yönəldilir. Zərərçəkmiş şəxs həm ibtidai istintaq həm də məhkəmə istintaqı zamanı ona qarşı törədilmiş cinayət əməlləri barədə ətraflı və sərbəst şəkildə ifadələr vermişdir. Cinayət işinin materiallarına əlavə olunmuş “məhkəmə-tibbi ekspertizası”nın rəyindən də Zərərçəkmiş şəxs qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilməsi görünmüşdür. Həmçinin cinayət işinin materiallarına əlavə olunmuş “kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası”nın rəyindən görünür ki, Zərərçəkmiş şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barədə istintaqa düzgün ifadə vermək qabiliyyətindədir. Zərərçəkmiş şəxs ona qarşı edilən hüquqazidd hərəkətlərin mənasını dərk etmək qabiliyyətindədir. Zərərçəkmiş şəxs ünsiyyətçillik, hər kəslə yaxşı yola getmək, sadəlöhvlük, çətin situasiyalar zamanı çıxış yolu tapa bilməmək kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs cinayət əməlinə məruz qalarkən (hədə-qorxu gəlinərək rüsvayedici video və şəkillərinin ailə üzvlərinə və məktəb yoldaşlarına yayılacağının deyilməsi və sair) psixi-emosional vəziyyətində həyəcan və qorxu kimi hallar əmələ gəlmişdir. Zərərçəkmiş şəxs təlqinə qapılma və özündən uydurmağa meyillik əlamətləri müşahidə edilməmişdir. Zərərçəkmiş şəxs ifadəsində bildirdiyi hallar Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsi rəhbər tutularaq cinayət təqibi üzrə toplanmış digər sübutlar ilə birlikdə tam, hərtərəfli və obyektiv yoxlanılmış, təhlil olunaraq müqayisə edilmiş və Zərərçəkmiş şəxs ifadəsində bildirdiklərinin işin obyektiv halları eyni olduğu müəyyən edilmişdir. Məhkəmə tərkibi qeyd edir ki, seksual xarakterli digər zorakılıq hərəkətlərinə uşaqbazlıq istisna olmaqla, cinsi ehtirasın pozğun formada təmin edilməsinə yönələn qalan bütün zorakılıq hərəkətləri aiddir. Bu cinayət formal tərkiblidir və dispozisiyada göstərilən hərəkətlər edildiyi andan başa çatmış sayılır. Seksual xarakterli zorakılıq hərəkətləri subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Təqsirkar zor tətbiq etməklə və ya belə zor tətbiq etməklə hədələmə yolu ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətlərinə yol verildiyini dərk edir və bunu arzu edir. Cinayətin motivi, bir qayda olaraq, cinsi ehtirası təmin etməkdir. Cinayət Məcəlləsinin 150-ci maddəsi üzrə cinayətin subyekti cinayət törədənədək 14 yaşına çatmış anlaqlı fiziki şəxs ola bilər. Məhkəmə tərkibi bildirir ki, zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə əməlinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmə kimi tövsif edilməsi üçün bir halda qrup üzvlərinin hər birinin zor tətbiq etməklə zərərçəkmiş şəxslə cinsi əlaqədə olması, digər halda iştirakçılardan birinin faktiki belə əməl etməsi, digərlərinin isə ona kömək etmək üçün zərərçəkmiş şəxs barəsində zor tətbiq etməsi və ya zor tətbiq etməklə hədələnməsi tələb olunur. Bu halda qrup üzvlərini cinayətin birgəicraçıları kimi cinayət məsuliyyəti daşıyır. Təqsirləndirilən şəxslərin əməlinin Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə tövsif edilməsi üçün zərərçəkmiş şəxsin 14 yaşına çatmaması ona aşkar surətdə bəlli olmalıdır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər Nadir və Təqsirləndirilən şəxs2lər Zərərçəkmiş şəxs 14 yaşına çatmamasını yəqinliklə bilmələrinə bamayaraq ona qarşı cinayət əməllərini törətmişlər. Belə ki, məhkəmə istintaqı nəticəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinsi ehtiraslarını pozğun formada təmin etmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 14 yaşına çatmayan 12 avqust 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs 2023-cü ilin avqust ayında istintaqa və məhkəməyə məlum olmayan gündə və vaxtda iki dəfə, həmin ilin sentyabr ayında istintaqa və məhkəməyə məlum olmayan gündə və vaxtda bir dəfə Astara rayonu, Alaşa kənd orta məktəbinin sinif otağında və zirzəmisində zor tətbiq etməklə qollarını arxadan tutub sıxaraq və sillə ilə vuraraq müqavimət imkanlarından məhrum edib iradəsinə zidd olaraq Zərərçəkmiş şəxs əyninə geyindiyi paltarı aşağı çəkib gərilmiş vəziyyətdə olan cinsi orqanlarını ayrı-ayrılıqda Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsinə və ağzına salmaqla cinsi ehtiraslarını pozğun formada təmin edərək təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri etmişlər. Bundan əlavə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında cinsi ehtiraslarını pozğun formada təmin etmələrindən ibarət olan cinayətkar hərəkətlərini davam etdirərək 2024-cü ilin fevral və mart aylarında istintaqa və məhkəməyə məlum olmayan gündə və vaxtda iki dəfə və 06 aprel 2024-cü il tarixdə istintaqa məlum olmayan vaxtda bir dəfə Astara rayonu, Alaşa kənd orta məktəbinin sinif otağında və zirzəmisində Zərərçəkmiş şəxs zor tətbiq etməklə iradəsinə zidd olaraq onun əyninə geyindiyi paltarı aşağı çəkib gərilmiş vəziyyətdə olan cinsi orqanlarını ayrı-ayrılıqda Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsinə və ağzına salmaqla cinsi ehtiraslarını pozğun formada təmin edərək təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri etməklə yanaşı onlarda Zərərçəkmiş şəxs smslərinin, video və foto çəkliş materiallarının olması ilə əlaqədar yaranmış sair asılılığından istifadə edib təkrarən cinsi ehtiraslarının pozğun formada təmin edilməsinə yönələn seksual xarakterli digər hərəkətlərə məcbur etməklə həmin hərəkətləri ayrı-ayrılıqda Zərərçəkmiş şəxs qarşı icra etmişlər. Cinayət Məcəlləsinin 151-ci maddəsində göstərilmişdir ki, əmlakının məhv edilməsi, zədələnməsi və ya götürülməsi hədəsi ilə və yaxud zərərçəkmiş şəxsin maddi və ya sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə, uşaqbazlığa və ya seksual xarakterli digər hərəkətlərə məcbur etmə cinayət məsuliyyətinə səbəb olur. Bu cinayətin bilavasitə obyektindən biri də qadınların cinsi azadlığı və cinsi toxunulmazlığı (cinsi əlaqəyə girməyə məcbur etmədə), qadınların cinsi azadlığı (seksual xarakterli digər hərəkətlərə məcbur etmədə) çıxış edir. Cinayətdə zərərçəkmiş şəxs qismində həm kişi həm də qadın cinsindən olan (azyaşlı, yetkinlik yaşına çatmamış şəxs, belə yaşına çatmış şəxs) şəxslər ola bilər. Seksual xarakterli zorakılıq hərəkətlərə məcbur etmə obyektiv cəhətdən əmlakının məhv edilməsi, zədələnməsi və ya götürülməsi hədəsi ilə və yaxud zərərçəkmiş şəxsin maddi və ya sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə, uşaqbazlığa və ya seksual xarakterli digər hərəkətlərə məcbur etmədə ifadə olunur. Seksual xarakterli hərəkətlərə məcbur etmə zərərçəkmiş şəxsin iradəsi əleyhinə onu Cinayət Məcəlləsinin 151-ci maddəsində sadalanan hərəkətlərə vadar etmədə ifadə olunur. Məcbur etmə müxtəlif formada-yazılı, şifahi formada həyata keçirilə bilər. Cinayət işi materiallarında olan “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “Tecno” markalı mobil telefona quraşdırılmış “Tik-Tok” proqramına baxış keçirilərkən Zərərçəkmiş şəxs “Tik-Tok sosial şəbəkəsində “@14..karona” adi ilə qeydiyyatdan keçdiyi, sonuncunun “Tik-Tok”-da “@akmedoff” istifadəçi adı ilə yazışdığı və həmin hesabın Təqsirləndirilən şəxs2 məxsus olması müəyyən edilmişdir. Həmin yazışmanın məzmununa baxıldıqda müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Tik-Tok” vasitəsi ilə Zərərçəkmiş şəxs təhdid məzmununda mesajlar yazaraq onda Zərərçəkmiş şəxs aid fotoşəkillər olduğunu, əgər onlarla (onunla və Təqsirləndirilən şəxs1) ilə görüşə gəlmədiyi halda həmin mesajları hamıya yayacağını, şəkilləri isə İbrahim Ağayevə göndərəcəyini deyərək Zərərçəkmiş şəxs onlarla qeyri-təbbi yolla cinsi əlaqədə olmağa və seksual xarakterli hərəkətlər etməyə vadar etmişdir. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 arasında olan yazışma 04 aprel 2024-cü il tarixdən 06 aprel 2024-cü il tarixədək olan müddətdə olmuşdur. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bildirmişdir ki, 2023cü ilin avqust ayında xatırlamadığı tarixdə Rəhman “Tik-Tok” sosial şəbəkəsindən ona yazıb məktəbin həyətində görüşmək istədiyini demişdir. Nadirin gələcəyini bilməmişdir. Rəhman onu şantaj edib “sənin şəkillərini yayaram” demişlər. Rəhman ona “sən gəlməsən pis şeylər olacaq” demiş, ancaq o isə getməmiş, Rəhman onu qardaşıyla şantaj etmiş, bundan sonra o da getmək məcburiyyətində qalmışdır. Şəkillərini Rəhmana sildirib qayıdacağdır. O gələndə Rəhman və Nadir sinifin qapısını açmışdılar, sinifə girmiş, Rəhmandan telefonda olan şəkiləri silməyi istəmiş, Rəhman ona “mənimlə birlikdə olmasan, şəkilləri silməyəcəm” demişdir. Nadiri də orada görərək Nadirin orada nə işinin olduğunu Rəhmana demiş, Rəhman isə Nadirin elə-belə gəldiyini demişdir. Qaçmaq istəyəndə Rəhman qolunu burub onu partaya əymiş, Nadir də qırağdan videolarını çəkmişdir. Sonra onunla qeyri təbii yolla cinsi əlaqədə olmuşlar, digər seksual xarakterli hərəkətlər etmişlər. Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, bu hallar bir neçə dəfə təkrar olunmuşdur. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı olduğu kimi məhkəmə istintaqı zamanı da verdiyi ifadəsində Məryəmə smslərlə və şəkillə hədə-qorxu gəldiyini etiraf etmişdir. Cinayət Məcəlləsinin 151-ci maddəsində sair asılılıq dedikdə, maddi asılılıq istisna olmaqla, zərərçəkmiş şəxsin təqsirkardan xidməti, işi, habelə sosial vəziyyəti ilə əlaqədar asılı olması başa düşülür. İş materiallarından da görünür ki, Nadir və Təqsirləndirilən şəxs2lər özlərindən sair asılılıqda olan Zərərçəkmiş şəxs smslərlə və şəkillə hədə-qorxu gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar seksual xarakterli digər hərəkətlərə məcbur etmişlər. Məhkəmə tərkibi qeyd edir ki, seksual xarakterli məcbur etmə cinayəti formal tərkiblidir. Zərərçəkmiş şəxsin sair asılılığından istifadə etmə yolu ilə seksual xarakterli hərəkətlərə məcbur etmə məcbur etmə anından başa çatmış hesab edilir. Təqsirkarın seksual xarakterli hərəkətləri etməyə nail olub-olmamasının əməlin Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə tövsifinə heç bir təsiri yoxdur. Cinayət Məcəlləsinin 151-ci maddəsində nəzərdə tutulan cinayət subyektiv cəhtdən birbaşa qəsdlə törədilir. Təqsirkar qanunda göstərilən üsullardan istifadə etməklə başqa şəxsi seksual xarakterli hərəkətlərə məcbur etdiyini dərk edir və belə hərəkətləri törətməyi arzu edir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 151-ci maddəsində nəzərdə tutulmuş cinayəti cinsi ehtiraslarını təmin etmək motivi ilə törətmişlər. Cinayət Məcəlləsinin 151-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyekti cinayət törədənədək 16 yaşına çatmış anlaqlı fiziki şəxs ola bilər. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər zərərçəkmiş şəxsə qarşı Cinayət Məcəlləsinin 151-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini 2024-cü ilin fevral və mart aylarında istintaqa və məhkəməyə məlum olmayan günlərdə və vaxtda iki dəfə, üçüncü dəfə isə 06 aprel 2024-cü il tarixdə istintaqa və məhkəməyə məlum olmayan vaxtda qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar olaraq törətmişlər. Cinayət Məcəlləsinin 156.1-ci maddəsinə əsasən şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması cinayət məsuliyyətinə səbəb olur. Bu cinayətin obyekti Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsində təsbit olunmuş şəxsi toxunulmazlıq hüququdur. Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa şəxsi həyata müdaxilə etmək qadağandır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatların toplanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Şəxsi və ailə həyatının sirri olan məlumatlar, blə məlumatları əks etdirən sənədlər, video və foto çəkliş materialları, səs yazıları sözügedən cinayətin predmetidir. Şəxsi və ailə həyatının sirri olan məlumatlara intim və digər münasibətlərə aid məlumatlarda daxildir. Cinayət Məcəlləsinin 156.1-ci maddəsində nəzərdə tutulmuş cinayət obyektiv cəhətdən göstərilən əməllərin törədilməsində ifadə olunur; -şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, -şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının satılması, -şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının başqasına verilməsi, -şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının qanunsuz toplanılması Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması dedikdə, həmin məlumatların, habelə belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkliş məlumtalarının, səs yazılarının başqa şəxslərə verilməsi (çatıdırılması, bildirilməsi) başa düşülməlidir. Belə verilmə (çatdırılma, bildirilmə) şifahi və ya yazılı formada həyata keçirilə bilər. Şəxsi və ailə həyatının sirri olan məlumatları, belə məlumatları əks etdirən sənədləri həm belə məlumatları və sənədləri toplayan şəxs, həm də belə məlumatları və sənədləri toplamayan, lakin onlar haqqında məlumatı olan şəxs yaya bilər. Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının başqasına verilməsi belə məzmunlu məlumatların (şifahi formada) və sənədlərin (yazılı formada), video və foto çəklişi materiallarının, səs yazılarının hər hansı üsulla və formada, habelə şəxsən və ya vasitəçilərdən istifadə etməklə başqa şəxslərə çatdırılmasını nəzərdə tutur. Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının qanunsuz toplanılması dedikdə həmin məlumatları şəxsin özündən, ailə üzvülərindən, yaxın qohumlarından, tanışlarından, zərərçəkmiş şəxsin əlaqəli olduğu yerlərdən alınması başa düşülür. Toplama açıq və ya gizli üsulla, şifahi və ya yazılı formada həyata keçirilə bilər. Məhkəmə tərkibi bildirir ki, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması əhəmiyyət kəsb etmir. Cinayət Məcəlləsinin 156.1-ci maddəsinə əsasən şəxsi və ailə həyatının sirri olan məlumatların toplamanın qanunsuzluğu onda ifadə olunur ki, həmin məlumatlar, onların aid olduğu şəxsin razılığı olmadan və ya cinayət təqibi üzrə ibtidai araşdırma ilə əlaqədar müvafiq qərar olmadan və ya səlahiyyəti olamayan şəxs tərəfindən toplanır. Bu cinayət formal tərkiblidir və şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəklişi materiallarının, səs yazılarının qanunsuz yayıldığı, başqasına verildiyi, toplandığı, habelə belə məzmunlu məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəklişi məlmatlarının, səs yazılarının satıldığı andan başa çatmış hesab olunur. Məhkəmə istintaqı nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 digər Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri edən zaman öz telefonu ilə çəkdiyi videogörüntünü 2024-cü ilin yanvar ayının sonlarında istintaqa və məhkəməyə məlumat olmayan gündə və vaxtda Təqsirləndirilən şəxs2 göndərib Zərərçəkmiş şəxs şəxsi həyatın toxunulmazlığı hüququnu pozmuşdur. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bildirmişdir ki, Rəhman yenə ona yazaraq “sənin videonu çəkmişik məndədir, əgər gəlməsən videonu paylaşıb qardaşına ataram sən biabır olarsan” demişdir. Məcbur olub getmiş, həmin vaxt məktəbin zirzəmisindən səs gəlmiş, ora getmiş Rəhmangilə bezdiyini demiş, çıxmaq istəyəndə Rəhmangil qolunu tutub burmuşlar, onunla cinsi əlaqədə olmuşlar, yenə şəkili və videonu silməmişlər. Rəhman videosu ilə onu şantaj edərək fevral ayında bir dəfə, mart ayında da bir dəfə onunla cinsi əlaqədə olmuşlar. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadələrində həmçinin bildirmişdir ki, Məryəmin şəkilini çəkmiş, ancaq Məryəmin şəkilini nə vaxt çəkməsini xatırlamamışdır. Cinsi əlaqədə olandan sonra Məryəmin fotoşəkilini çəkmişdir, Məryəmin üzü görsənməmişdir. Məryəm onun şəkilini çəkdiyini bilmiş, ancaq Məryəm şəkilinin çəkilməsinə narazılığını bildirməmişdir. Məryəmin şəkilini öz telefonu ilə çəkmiş, ancaq sonra silmişdir. Rəhmana Məryəmin şəkilin özü atmışdır. Cinayət Məcəlləsinin 156.1-ci maddəsində nəzərdə tutulmuş cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Cinayətin subyekti 16 yaşına çatmış anlaqlı fiziki şəxs ola bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2008-ci il tarixdə Astara rayonu, Alaşa kəndində doğulmuşdur. Cinayət əməli isə 2024-cü ilin yanvar ayının sonlarında istintaqa və məhkəməyə məlum olmayan gündə və vaxtda törədilmişdir. Göründüyü kimi sözügedən cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs1 artıq 16 yaşı tamam olmuş və o cinayətin subyektidir. “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Fuşe Fransaya qarşı, Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, qapalı məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçiləri ilə birlikdə iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüşlər, əleyhlərinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçiləri vasitəsi ilə kifayət qədər suallar vermişlər, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və onlara qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə tərkibi təqsirləndirilən şəxslərin ibtidai araşdırma zamanı verdikləri “etirafedici” ifadələrinə münasibətdə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “X1rşı” iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxslərin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək təqsirləndirilən şəxslərin Məryəmə zor tətbiq edərək arxa keçəcək vasitəsi ilə cinsi əlaqədə olmamaları və digər seksual xarakterli etməmələri, məhkəmə istintaqı zamanı ifadələrində Məryəmlə oral yolla cinsi əlaqəda olmamaları barədə özlərinimüdafiə xarakterli ifadələr kimi qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd etmişdir ki, cinayət qanununun başlıca prinsiplərindən olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Qanunçuluq prinsipinin mahiyyəti cinayət qanununun tətbiqi ilə bağlı hüquqtətbiqedən orqanın fəaliyyətinin yalnız qanuna əsaslanmasından və qanun əsasında həyata keçirilməsindən, eləcə də əməlin cinayət sayılması və belə əməli törədən şəxsin təqsirli hesab edilməsi və onun barəsində cəzanın tətbiqinə yalnız cinayət qanunu əsasında yol verilməsindən ibarətdir. Eyni zamanda, şəxsin cinayət tərkibi yaradan ictimai-təhlükəli əməli törətməsinin onun cinayət məsuliyyətinin əsaslarını yaratması, əməlin cinayət sayılması və cəzalanmalı olmasının yalnız cinayət qanunu ilə müəyyən edilməsi qanunçuluq prinsipinin təmin edilməsinin əsas üsullarındandır. Cinayət qanununun prinsiplərinin sabitliyi onların xarakterik cəhətidir. Bununla belə, cəmiyyətin inkişafı bu prinsiplərin məzmununu dərinləşdirir, nəticədə onlar cinayət hüququnda daha əhatəli əksini tapmış olur. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Cinayət Prosessual Məcəllənin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Cinayət Prosessual Məcəllənin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 150.3.3, 151 və 156.1-ci maddələri, Təqsirləndirilən şəxs2 isə Cinayət Məcəlləsinin 150.3.3 və 151-ci maddələri ilə təqsirli bilinmələri işin müəyyən edilmiş hallarına uyğun olmaqla yanaşı cinayət və cinayət-prosessual qanunların normalarının tələblərinə də tam cavab verən hüquqi və obyektiv nəticədir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır.(cild İ, i.v.214) -tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır.(cild İ, i.v.215) -Astara rayon İHB-nin Səncərədi kənd İƏD üzrə nümayəndəliyindən daxil olmuş 17 sentyabr 2024-cü il tarixli, 74/2 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 atası X5 ilə anası X6 nikahları rəsmi şəkildə ləğv olunmuşdur. Valeh Ağayev uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır. Gülnar Əhmədova ikinci dəfə ailə həyatı qurmuş və Şəki şəhərində yaşayır. Təqsirləndirilən şəxs2 babası X19 və nənəsi X2 himayəsində yaşamışdır.(cild İİİ, i.v.3) -Astara rayon İHB-nin Səncərədi kənd İƏD üzrə nümayəndəliyindən daxil olmuş 17 sentyabr 2024-cü il tarixli, 74/3 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 atası X20 ilə anası Şahid3 nikahları rəsmi şəkildə ləğv olunmuşdur. Rüstəm Ağayev uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır.(cild İİİ, i.v.4) Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilmişdir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 84.1-ci maddəsində göstərilmişdir ki, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 84.2-ci maddəsində göstərilmişdir ki, yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Təqsirləndirilən şəxslər Nadir və Rəhman Ağzadələrin Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmamaları cəzalarını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxslər Nadir və Rəhman Ağzadələrin Cinayət Məcəlləsinin 61.1.1 və 61.1.3-cü maddələrinə əsasən, Cinayət Məcəlləsinin 151-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin təkrar olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmələri cəzalarını ağırlaşdıran hallar hesab edilir. Cinayət Məcəlləsinin 86.1-ci maddəsində göstərilmişdir ki, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmin Məcəllənin 86.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Göründüyü kimi təqsirləndirilən şəxslərə cəza təyin edilərkən Cinayət Məcəlləsinin 85.5-ci maddəsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən (ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar üçün) ümumi rejimli tərbiyə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onların ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduqları 08 aprel 2024-cü il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə tərkibi hesab edir ki, hökm qanuni qüvvəyə mindirkdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Astara rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs1 hadisə zamanı əynində olan 1 (bir) ədəd qara rəngli cins şalvar, 1 (bir) ədəd qara rəngli köynək, 1 (bir) ədəd boz rəngli jilet, 1 (bir) ədəd ağ rəngli mayka, 1 (bir) ədəd qara rəngli tuman, Təqsirləndirilən şəxs2 hadisə zamanı əynində olan 1 (bir) ədəd qara rəngli gödəkçə, 1 (bir) ədəd üzərində şir təsviri olan köynək, 1 (bir) ədəd qara rəngli cins şalvar, 1 (bir) ədəd ağ rəngli mayka, 1 (bir) ədəd qara rəngli tuman, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan 1 (bir) ədəd açıq qəhvəyi rəngli finka, 1 (bir) ədəd yun köynək və 1 (bir) ədəd qara rəngli jilet məhv edilməli, Təqsirləndirilən şəxs1 məxsus 1 (bir) ədəd “Redmi Note 8” markalı mobil telefon, Təqsirləndirilən şəxs2 məxsus 1 (bir) ədəd “Redmi Note 12 Pro” markalı mobil telefon yaxın qohumlarına, Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd “Tecno Canon 12 Air” markalı mobil telefon isə özünə qaytarılmalı, ekspertiza tədqiqatı zamanı faylların köçürüldüyü elektron daşıyıcı cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 449 (dörd yüz qırz doqquz) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46-cı maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsi on beş yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən bu Məcəllənin 312-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilir. On beş yaşından on səkkiz yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.3-cü maddəsində göstrəilmişdir ki, 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Həmin Məcəllənin 30.3-cü maddəsində göstərilmişdir ki, 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.1 və 30.2-ci maddələrinə uyğun bağladıqları əqdlər üzrə müstəqil surətdə əmlak məsuliyyəti daşıyırlar. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar vurduqları ziyana görə bu Məcəlləyə uyğun məsuliyyət daşıyırlar. Göründüyü kimi Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 449 (dörd yüz qırz doqquz) manat məbləğdə məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 51-2, 132, 346, 351-353, 356-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3, 151 və 156.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə 1 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Rəhman oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə təyin olunmuş 1 (bir) il müddətə islah işləri cəzasının dörd günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 3 (üç) ay müddət olan azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş az ciddi cəzanı təyin olunmuş daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 08 aprel 2024-cü il tarixdən hesablansın. Astara Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, 4(018)-25/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3 və 151ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş az ciddi cəzanı təyin olunmuş daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 08 aprel 2024-cü il tarixdən hesablansın. Astara Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, 4(018)-24/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 449 (dörd yüz qırz doqquz) manat məbləğdə pul bərabər məbləğdə tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Astara rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs1 hadisə zamanı əynində olan 1 (bir) ədəd qara rəngli cins şalvar, 1 (bir) ədəd qara rəngli köynək, 1 (bir) ədəd boz rəngli jilet, 1 (bir) ədəd ağ rəngli mayka, 1 (bir) ədəd qara rəngli tuman, Təqsirləndirilən şəxs2 hadisə zamanı əynində olan 1 (bir) ədəd qara rəngli gödəkçə, 1 (bir) ədəd üzərində şir təsviri olan köynək, 01 ədəd qara rəngli cins şalvar, 01 ədəd ağ rəngli mayka, 1 (bir) ədəd qara rəngli tuman, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan 1 (bir) ədəd açıq qəhvəyi rəngli finka, 1 (bir) ədəd yun köynək və 1 (bir) ədəd qara rəngli jilet hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Astara rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs1 məxsus 1 (bir) ədəd “Redmi Note 8” markalı mobil telefon, Təqsirləndirilən şəxs2 məxsus 1 (bir) ədəd “Redmi Note 12 Pro” markalı mobil telefon yaxın qohumlarına, Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd “Tecno Canon 12 Air” markalı mobil telefon isə özünə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatı zamanı faylların köçürüldüyü elektron daşıyıcı cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə isə hökmün surətinin onlara verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-148/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-148/2025
31.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver