Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-149/2023 13.04.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1988-cı ildə Cəbrayıl rayonu, Dərzili kəndində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvələr məhkum olunmamış, Cəbrayıl rayonu Dərzili kəndində qeydiyyatda olan, Kürdəmir rayonu 564 ailəlik qəsəbə bina 9 mənzil 18-də müvəqqəti məskunlaşmış qeydiyyatda olan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 10 sentyabr 2022-ci il tarixdə saat 10:30 radələrində Kürdəmir şəhəri Bakı prospektində yerləşən “Əlibayramın çayxanası” adlı kafenin arxasında, qonşusu Zərərçəkmiş şəxs 09 sentyabrdan 10 sentyabr 2022-ci il tarixə keçən zaman, gecə saat 01 radələrində yaşadığı mənzilin eyvanından nalayiq sözləri kimə ünvanladığını soruşduqda, sonuncu ona kim səs küy salırdısa onu söymüşdür dediyinə görə aralarında şəxsi münasibətlər zəmnində münaqişə və dava dalaş zamanı, Zərərçəkmiş şəxs şillə və təpiklə vuraraq döydükdən sonra, Zərərçəkmiş şəxs üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, məişət təyinatlı turist bıçağı ilə onun sol qolundan bir dəfə qəsdən vuraraq ona sol bazunun arxa səthinin yarası ilə müşaiət olunan, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirdiyinə görə, üzərində gəzdirdiyi bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, məişət təyinatlı turist bıçağı ilə Zərərçəkmiş şəxs bir dəfə qəsdən vuraraq ona döş qəfəsinin sol tərəfinin sol plevra boşluğuna keçən kəsilmiş-deşilmiş yarası, ürəyin sağ mədəciyinin zədələnməsi ilə sol tərəfli hemopnevmatoraks, tənəffüs çatışmamazılığı, hemorragik şok İİİ dərəcə, posthemorragik anemiya ilə müşayiət olunan, ağırlıq dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qonşusudur. Yaşadığı binanın birinci mərtəbəsində Mehman, özü isə ikinci mərtəbədə ailə üzvləri ilə birlikdə yaşayır. 9 sentyabrdan 10 sentyabr 2022-ci il tarixə keçən vaxt, saat 01 radələrində siqaret çəkmək üçün eyvana çıxmış, Mehmanın səsini eşitmiş, Mehman uca səslə danışıb “heyvan oğlu heyvan yatda” sözlərini demiş və “varyox” söyüşü istifadə etmişdir. Mehmanın söyüşlərini eşidib özü-özünə “səhər açılsın səninlə danışaram” düşünmüş, gecə nə qədər etsə də Mehmanın söyüşlərini qəbul edə bilməyib yata bilməmişdir. Durub, anasıgilə getmişdir. Mehmanla görüşüb onun söydüyü söyüşləri özünə qaytarmaq üçün səhərin açılmağın gözləmişdir. Səhər açılmış, saat təxminən 08 radələrində evdən çıxıb getmişdir. Mehman maşınla gəlib keçərkən, saxlatdırmaq üçün Kürdəmir rayonu Dörd Yol adlanan yerə gəlib gözləmişdir. Lakin nə qədər gözləsə də Mehman gəlməmişdir. Saat təxminən 10:30 radələrində, Dörd yolda olan dayanacaqdan boylananda Mehmanın idarə etdiyi Ford markalı avtomobilin Bakı prospektində yerləşən “Əlibayramın” çayxanasının qarşısında dayandığını görmüşdür. Bunu görüb ona tərəf getmişdir. Mehman həmin yolun kənarında dayanmışdır. Onu çağırıb “gəl bura səninlə işim var”demişdir. Mehman “nə olub nə məsələdi?”demişdir. Mehmana “dur gəl bura səninlə işim var”demişdir. Bundan sonra, Mehman yanına gəlmişdir. Əlibayramın çayxanasının arxasında olan parka getmişlər. Çayxananın arxasında Mehmandan “axşam kimin var yoxuna söyürdün?” demişdir. Mehman isə rəng verib rəng alaraq, tutulub qalmış, cavab verə bilməmişdir. Əsəbindən Mehmanın üzündən bir dəfə şillə ilə və təpiklə qarnından vurmuşdur. Mehman üzərində olan bıçağı çıxarıb ona doğru vurmaq üçün hərəkət etmiş, lakin hərəkət edib bir çox zərbələrdən yayınmışdır. Lakin bıçağın biri qoluna dəymişdir. Bundan sonra üzərində mütamadi olaraq gəzdirdiyi açılıb bağlanan cib bıçağını çıxarıb Mehmana doğru vurmaq üçün hərəkət etmişdir. Bir neçə zərbələri boşa çıxmışdır. Mehmanın yan hissəsindən vurmaq istəmişdir. Lakin Mehman zərbələrindən yayınmışdır. Bundan sonra onun qolundan vurmaq istəyəndə, bıçaq onun sinə nahiyyəsindən dəymişdir. Bundan sonra Mehmana yaxınlaşıb “adamın var yoxunu bax elə edirdilər”demişdir. Bunu deyib oradan uzaqlaşıb polis şöbəsinə gedərək təslim olmuşdur. Əməlindən peşimandır, artıq islah olunub, zərərçəkmiş şəxslə barışıb, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 9 sentyabrdan 10 sentyabr 2022-ci il tarixə keçən vaxt, gecə saat 01 radələrində yaşadığı mənzildə olarkən, səs küy səslərini eşitmişdir. Eyvana çıxıb səs küy salanları söyüb təhqir edib “varyoxuna lənət olmuşlar qoymurlar ki yatam”demişdir. Lakin həmin söyüşü konkret olaraq Rasimə ünvanlamamışdır. Lakin sonradan Rasimin həmin vaxt eyvanda olduğunu və həmin söyüşləri də özünə götürdüyünü öyrənmişdir. Səhəri günü yəni xx.xx.2022-ci il tarixdə saat 10:30 radələrində özünə məxsus “Ford Transit” markalı ** SG *** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmir rayonu “Dörd yol” adlanan ərazidə olan yağlama yerinə getmişdir. Avtomobilini orada saxlayıb aşağı düşmüşdür. Rasim onu görüb yaxınlaşaraq Əlibayramın çayxasının arxasına çağırmış, çayxananın arxa tərəfində olarkən Rasim “axşam sən kimin varyoxun söyürdün?” demişdir. Rasimə “kim səs küy salırdısa onuda söymüşəm”demişdir. Bunu deyən kimi Rasim onun üzərinə gələrək şillə ilə üzündən və təpiklə qarnından vurmuşdur. Rasim tərəfindən döyülməsini həzm edə bilməyib üzərində gəzdirdiyi cib bıçağını çıxarıb onun qolundan vurmuşdur. Rasim bundan sonra üzərində gəzdirdiyi cib bıçağını çıxarıb onun qarın nahiyyəsindən bir dəfə vurmuş və oradan uzaqlaşmışdır. Yağlamada işləyən Hafiz adlı şəxs yaxınlaşaraq dəsmal ilə yarasının üstünü örtmüş, oraya gələn taksi sürücüsü Fərhad isə onu öz avtomobilinə mindirib xəstəxanaya aparmışdır. Rasimlə barışmışlar, ondan heç bir şikayət və tələbi yoxdur, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, özünə məxsus Mersedes markalı avtomobil ilə taksi fəaliyyəti göstərir. Zərərçəkmiş şəxs tanıyır, Təqsirləndirilən şəxs adlı şəxsi isə ümumiyyətlə tanımır. 10 sentyabr 2022-ci il tarixdə saat 10:30 radələrində avtomobili ilə Kürdəmir şəhəri Bakı prospekti ilə hərəkətdə olarkən, “Əlibayramın çayxananın” qarşısında yağlamada işləyən Hafizlə Mehmanın dayandığını, Hafizin isə qışqıraraq kömək istədiyini görüb dayanmışdır. Mehmanın sinə nahiyyəsindən qan axdığını görüb onu avtomobilinə mindirib xəstəxanaya aparmışlar. Yolda olarkən Mehmanı Rasim adlı qonşusu tərəfindən bıçaqla vuraraq xəsarət yetirməsi ona məlum olmuşdur. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Kürdəmir şəhəri Bakı prospektində yağlama sexində fəhlə işləyir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs uzun illərdir ki tanıyır. 10 sentyabr 2022-ci il tarixdə səhər saatlarında işlədiyi sexdə olarkən, Rasimlə Mehmanın “Əlibayramın çayxanası” adlı kafe tərəfdən gəldiyini görmüşdür, Rasim qabaqda, Mehman isə ondan arxada gəlirmiş, Mehman Rasimə nə isə demiş, Rasim geri qayııtmaq istəyən zaman onu geri qayıtmaması üçün çağırmışdır. O, Rasimlə Mehmanın kafenin arxa hissəsinə keçmələrini, Mehmanın hansı şəraitdə xəsarət aldığını, Mehmanın və Rasimin əllərində olan bıçaqları görməmişdir. Daha sonra taksi kimi işləyən Fərhad öz avtomobili ilə Rasim və Mehmanın yanında saxlamışdır. Mehmanı avtomobilə mindirib xəstəxanaya aparmışlar. Yolda olarkən Mehmanın halı olmadığına görə bir söz danışmamışdır. Şahid1 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət olduğu üçün onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilmiş, həmin ifadədə o, xx.xx.2022-ci il tarixdə saat 10:30 radələrində, işlədiyi sexdə olarkən, Rasimlə Mehmanın “Əlibayramın çayxanası” adlı kafenin arxasına doğru getdiklərini, təxminən 4-5 dəqiqə sonra Rasimin, onun arxası ilə isə Mehmanın sinəsini tutub gəldiyini, hər ikisinin əlində isə bıçaq olduğunu bildirmişdir. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Kürdəmir şəhəri Bakı prospektində “Əlibayramın çayxanası” adlı kafeni işlədir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs uzun illərdir ki tanıyır. 10 sentyabr 2022-ci il tarixdə saat səhər saatlarında işlədiyi kafedə olarkən görmüşdür ki, Mehman yaralı vəziyyətdədir, Hafiz adlı şəxs Mehmanın qolundan yola doğru gətirir. O, hadisənin hansı şəraitdə baş verdiyini görməmişdir, hadisə olan zaman o kafedə olmamış və hadısə baş verdikdən sonra kafeyə gəlmişdir. O, Rasimlə Mehmanın kafenin arxa hissəsinə keçmələrini və Mehmanın və Rasimin əllərində olan bıçaqları görməmişdir. Şahid3 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət olduğu üçün onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilmiş, həmin ifadədə o, xx.xx.2022-ci il tarixdə saat 10:30 radələrində, işlədiyi sexdə olarkən, Rasimlə Mehmanın “Əlibayramın çayxanası” adlı kafenin arxasına doğru getdiklərini, təxminən 4-5 dəqiqə sonra Rasimin, onun arxası ilə isə Mehmanın sinəsini tutub gəldiyini, hər ikisinin əlində isə bıçaq olduğunu bildirmişdir. Məhkəmə şahidlər Şahid1 və Şahid3 həm ibtidai istintaq, həmdə məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi məlumatları tədqiq etmişdir. Belə ki, Şahid1 məhkəmə baxışı zamanı ifadəsində “Rasimlə Mehmanın kafenin arxa hissəsinə keçmələrini, Mehmanın hansı şəraitdə xəsarət aldığını, Mehmanın və Rasimin əllərində olan bıçaqları görməmişdir” göstərdiyi xüsusatı, Şahid3 isə məhkəmə baxışı zamanı ifadələrində “hadisənin hansı şəraitdə baş verdiyini görməmişdir, hadisə olan zaman o kafedə olmamış və hadisə baş verdikdən sonra kafeyə gəlmişdir, Rasimlə Mehmanın kafenin arxa hissəsinə keçmələrini və Mehmanın və Rasimin əllərində olan bıçaqları görməmişdir” xüsusatlarını göstərmişlər. Məhkəmə qeyd olunan xüsusatlar Təqsirləndirilən şəxs müdafiə məqsədini daşıdığı qənaətinə gəlir və sübut kimi qəbul etmir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” 10 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Hadisə yeri Kürdəmir şəhəri, Bakı prospektində yerləşən “Əlibayramın çayxanası” adlanan kafenin arxa hissəsidir. Hadisə yerində yerin yzərində dairəvi formada qan ləkələri və üzü Bakı istiqamətinə doğru olan yolda qan ləkələri müşahidə olunur. İş materiallarında olan 10 sentyabr 2022-ci il tarixli “baxış keçirilməsi və götürmə haqqında haqqında” protokoldan görünür ki, təqdim olunmuş bir ədəd bıçağın tiyəsi boz rəngli olmaqla metaldan hazırlanmışdır. Dəstəyin əsas boz rəngli metaldandır və tiyənin davamı deyildir., tiyənin üzərində taxta metaldıan bəzək və üzərində kompas var. Bıçağın ümumi uzunlubu 17,5 sm-dir, dəstəyin uzunluğu 8 sm-dir. Dəstəyin sol üzərində bir ədəd düyməcik rolunu oynayan detal yerləşir, arxa tərəfindən metaldan ibarət keçəcək vardır, bıçağın üzərində qan izləri vardır. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 476 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs bədən səthində aşağıdakı xəsarətləri vardır: sol bazunun arxa səthinin yarası. Qeyd olunan xəsarət iti uca və iti kənara malik olan alətin(əşyanın) təsirindən törənmişdir. Törənmə müddəti xx.xx.2022-ci il tarixinə uyğundur.Ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 475 nömrəli rəyində göstərilir ki, Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətləri vardır: döş qəfəsinin sol tərəfinin sol plevra boşluğuna keçən kəsilmiş-deşilmiş yarası, ürəyin sağ mədəciyinin zədələnməsi ilə sol tərəfli hemopnevmatoraks, tənəffüs çatışmamazılığı, hemorragik şok İİİ dərəcə, posthemorragik anemiya. Qeyd olunan xəsarət iti uca və iti kənara malik olan alətin(əşyanın) təsirindən törənmişdir. Törənmə müddəti xx.xx.2022-ci il tarixinə uyğundur. Ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli hal olduğu üçün sağlamlığa AĞİR zərərvurmaya aiddir. İş materiallarında olan məhkəmə ambulator psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 669/237 nömrəli rəyində qeyd olunur ki, 1) Təqsirləndirilən şəxs hazır ki cinayətini törətməzdən əvvəl və həmin əməli törədərkən hr hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal hazırda da heç bir xoroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə( şəxsiyyətin psixopatik çizgiləri) baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22—ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda barəsində tibbi xarakterli məcburi tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. 2) Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən patoloji və yaxud fizioloji affekt vəziyyətində olmamışdır(keçirməmişdir). 3) Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən əsəbi psixi emosional halda olsa da həmin vəziyyət onun hərəkətlərinə mühüm təsir göstərə bilməzdir. İş materiallarında olan komleks məhkəmə ballistik və trasoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3/1445, 3/1467 nömrəli rəyində qeyd olunur ki, -Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir və üzərində hər hansı dəyişiklik edilməmişdir. I. -Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir və üzərində hər hansı dəyişiklik edilməmişdir. II. -Təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs ...”yazı qeydləri olan bağlamadan aşkar edilmiş bir ədəd qısaqol köynəyin və bir ədəd maykanın səthində rəyin tətqi hissəsində yerləşmə sahəsi və sayı göstərilməklə təsvir edilən zədələr vardır. Həmin zədələr kəsici, ucu deşici xassəyə malik olan predmetin (bıçaq və ya ona bənzər xassəlli hər hansı bir alətin) təsiri nəticəsində yaranmağa xarakterik dşilmə-kəsilmə zədələridir. III. -Təqdim edilmiş qısaqol kəynəyin və maykanın səthindəki zədələrdə zədə yaradan predmetə xarakterik xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədiqiqata təqdim edilmiş bıçaqların təsirindən yaranmasını müəyyən etmək mümküm deyildir. IV. -Təqdim edilmiş qısaqol köynəyin və maykanın material xüsusiyyətlərindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından zədənin istiqamətini müəyyən etmək mümkün olmadı. V. -Təqdim edilmiş qısaqol köynəyin və mayknın səthində fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik zədə yoxdur. VI. -Xüsusi kriminalistik ədəbiyyatlarda zədələrin yaranma ardıcıllığını müəyyən etmək üçün metodlar müvcud olmadığına görə bu halın krimanlistik tədqiqat aparmaqla müəyyən edilməsi mümkün deyil. -Təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs..” yazı qeydləri olan bağlamadan aşkar edilmiş bir ədəd uzunqol köynəyin səthində zədə yoxdur. Ekspert rəyinə əlavə olunmuş arayışa əsasən aparılmış tədqiqatın dəyəri 180 (yüz səksən) manatdır. İş materiallarında olan materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 6/5996 nömrəli rəyində qeyd olunur ki, 1. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi 1№li cədvəlində göstərilmişdir. 2. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxus olduğu qeyd edilən 01 ədəd köynəyin səthi üzərindən aşkar edilmiş qara rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxus olduğu qeyd edilən 01 ədəd köynəyin tərkib lifllərinə uyğun gəlirlər.3. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd köynəyin səthi üzərindən aşkar edilmiş qəhvəyi rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd köynəyin tərkib lifllərinə uyğun gəlirlər. Ekspert rəyinə əlavə olunmuş arayışa əsasən aparılmış tədqiqatın dəyəri 154 (yüz əlli dörd) manatdır. İş materiallarında olan 10 sentyabr 2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:30-da Kürdəmir RPŞ-nə gələrək qonşusu Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirdiyini, könüllü olaraq təslim olmağa gəldiyini bildirmişdir. İş materiallarında olan 01 dekabr 2022-ci il tarixli «bıçağın tanınmaya təqdim olunması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi bıçaq digər oxşar bıçaqlarla birlikdə tanınması üçün Zərərçəkmiş şəxs təqdim edilmiş, Zərərçəkmiş şəxs bıçaqları nəzərdən keçirib, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi bıçağı göstərərək, bildirmişdir ki, həmin bıçaqla xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona xəsarət yetirmişdir. Bu barədə protokol və fotocədvəl tərtib edilərək cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan 09 dekabr 2022-ci tarixli Kürdəmir Mərkəzi Rayon X5 şəxsin arayışından görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs Kürdəmir rayon Mərkəzi xəstəxanasınin Poliknika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında yoxdur. İş materiallarında 1310.2022-ci il tarixli Kürdəmir, Ucar və Göyçay raonları mənzil-X4 arayışından, xasiyyətnamədən, nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Cəbrayıl rayonu köçkünü olmaqla Kürdəmir rayonu 564 ailəlik qəsəbə bina 9 mənzil 18-də müvəqqəti məskunlaşmış, ailə tərkibi arvadından və xx.xx.2017-ci il təvəllüdlü qızından ibarətdir, yaşadığı müddətdə barəsində heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Daxili İşlər Nazirliyindən ünvanlanmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan 10 sentyabr 2022-ci il tarixli protokolla Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 10 sentyabr 2022-ci il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 05 oktyabr 2022-ci il tarixli Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan 07 fevral 2023-cü il tarixli Zərərçəkmiş şəxs məhkəməyə təqdim ərizəsindən görünür ki, Təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan 09 dekabr 2022-ci il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərala Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd qəhvəyi rəngli qolu qısa köynək, bir ədəd mayka, bir ədəd bıçaq, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qara rəngli qolu uzun köynək və bir ədəd bıçaq maddi sübut kimi tanınmış, saxlanılması üçün Kürdəmir RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliyi tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası 126.1ci maddəsi ilə düzgün tövsif edilərək ittiham edilmişdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, şəxsin könüllü gəlib təqsirini boynuna almasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını, əvvəllər məhkum olunmadığını, əməlini səmimi etiraf etməsini və peşiman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.8, 59.1.10, 59.1.12 və 59.2-ci maddələrinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 62.1 və 62.2-ci maddələrinə əsasən “Cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər”, “Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər”. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini, cəzanı ağırlaşdıran halın olmamasını, cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, könüllü gəlib təqsirini boynuna almasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını, əvvəllər məhkum olunmadığını, əməlini səmimi etiraf etməsini və peşiman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alıb qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hallar kimi qiymətləndirib hesab edir ki, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələblərinə riayət edilməklə, o cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsiplərinin işığında təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilib həmin Məcəllənin 52-1-ci maddəsinin tələbi nəzərə alınmaqla ona CM-nin 126.1-ci maddəsində müəyyən ediləndən daha yüngül cəza növü – müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs 10 sentyabr 2022-ci il tarixdən 13 aprel 2023-cü il tarixədək həbsdə saxlanıldığı 7 (yeddi) ay 3 (üç) gün müddət bir günü azadlıqdan məhrumetmə cəzasının azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər tutulmaqla ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti cəza təyin edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub, Kürdəmir rayon Polis Şöbsində saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd qəhvəyi rəngli qolu qısa köynək, bir ədəd mayka, bir ədəd bıçaq, Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli qolu uzun köynək və bir ədəd bıçaq məhv edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o saxlanıldığı istintaq təcridxanasından həbsdən azad olunmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 334 (üç yüz otuz dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs 10 sentyabr 2022-ci il tarixdən 13 aprel 2023-cü il tarixədək həbsdə saxlanıldığı 7 (yeddi) ay 3 (üç) gün müddətin bir günü azadlıqdan məhrumetmə cəzasının azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər tutulmaqla ona təyin olunmuş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 1 (bir) il 2 (iki) ay 6 (altı) gün müddət çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 9 (doqquz) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, saxlanıldığı istintaq təcridxanasından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə 334 (üç yüz otuz dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış - Kürdəmir rayon Polis Şöbsində saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd qəhvəyi rəngli qolu qısa köynək, mayka və təqdim etdiyi bir ədəd, Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli qolu uzun köynək və təqdim etdiyi bir ədəd bıçaq məhv edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Neymət Məmmədov Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-149/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-149/2023
13.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver