Məhkəmə qərarları › İş №1(099)-15/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-15/2023

01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-15/2023 01.06.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Lənkəran rayon vəkil bürosunun vəkilləri Müdafiəçi3 Əfladdin oğlu, Müdafiəçi5 və Bakı şəhəri,12 saylı vəkil bürosunun vəkili Müdafiəçi4 iştirakı ilə, xx xxxxxx 1992-ci ildə İsmayıllı rayonunun Topçu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, həmin kənddə qeydiyyatda olmaqla Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi, ev 110 A-da yaşamış, barəsində 20 noyabr 2021ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, xx xxxxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsi, ev 44, mənzil 21-də qeydiyyatda olmaqla Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsi, ev 44-də yaşamış, barəsində 20 noyabr 2021-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 və xx xxxxxxxx 1987-ci ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, evli, əvvəllər məhkum olunmamış, Ucar şəhəri, Həbibi küçəsi, döngə 2, ev 6-da qeydiyyatda olmaqla Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Azər Nəsirov küçəsində nömrəsiz fərdi yaşayış evində yaşamış barəsində 20 noyabr 2021-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddənin əldə edilməsi, saxlanması, daşınması və satılması ilə bağlı razılığa gəlməklə yanaşı sonunculara İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli yolla keçirəcəkləri həmin maddələrin satışının təşkil edilməsinə köməklik etməyi qabaqcadan vəd etmiş, bu məqsədlə şəxsiyyəti məlum olmayan şəxslər naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli keçirdikləri külli miqdarda 5008,3 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdar təşkil edən 2000,9 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini Biləsuvar rayonu ərazisində məlum olmayan yerdə yerləşdirib bu barədə «WhatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs1 məlumat verdikdən sonra sonuncu tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə birlikdə narkotik vasitə və psixotrop maddənin əldə olunması məqsədi ilə Təqsirləndirilən şəxs2 idarə etdiyi “Lada Priora 21723 138 21 minik” markalı **-XR-*** qeydiyyat nişanlı avtomobillə 18 iyun 2021-ci ildə Biləsuvar rayonuna məlum olmayan yerə gedərək oradan satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 5008,3 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda 2000,9 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib aralarında olan razılaşmaya əsasən həmin narkotik vasitə heroinin bir bükümdə olan 16,2 qramını Təqsirləndirilən şəxs1, bir bükümdə olan 12,9 qramını Təqsirləndirilən şəxs3 və bir bükümdə olan 4,4 qramını Təqsirləndirilən şəxs2 üzərində saxlamaqla daşımış, qalan 4974,8 qramını ayrıayrılıqda 3909,4 qram və 1065,4 qram olmaqla iki ədəd bağlamada və 2000,9 qram çəkidə olan psixotrop maddə metamfetamini bir ədəd bağlamada qablaşdırıb Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildə saxlayaraq daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 18 noyabr 2021-ci ildə keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin gün saat 23:00-da Ələt-Astara avtomobil yolunun 29-cu kilometrliyində yerləşən DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 10-cu tağımının stasionar postunun qarşısında saxlanılaraq qeyd olunan postun inzibati binasına gətirilib orada üzərilərinə şəxsi axtarış keçirilən zaman külli miqdarda - 16,2 qram çəkidə narkotik vasitə heroin Təqsirləndirilən şəxs1 gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə, külli miqdarda - 12,9 qram çəkidə narkotik vasitə heroin Təqsirləndirilən şəxs3 şalvarının sağ yan cibindən bir ədəd bükümdə, külli miqdarda - 4,4 qram çəkidə narkotik vasitə heroin Təqsirləndirilən şəxs2 gödəkçəsinin sol yan cibindən bir ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 19 noyabr 2021-ci ildə gecə saat 02:05-də Təqsirləndirilən şəxs2 idarə etdiyi “Lada Priora 21723 138 21 minik” markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilə özünün, eləcə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 iştirakları ilə baxış keçirilən zaman külli miqdarda - 4974,8 qram çəkidə narkotik vasitə heroin ayrı-ayrılıqda 3909,4 qram və 1065,4 qram olmaqla iki ədəd bağlamada, külli miqdarda 2000,9 qram çəkidə psixotrop maddə olan metamfetamin bir ədəd bağlamada olmaqla avtomobilin qabaq sərnişin oturacağının ayaqaltı hissəsindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 18 noyabr 2021-ci ildə axşam saatlarında evdə olarkən İİR-nın vətəndaşı Allahşükür adlı şəxs ona zəng edərək Biləsuvar şəhərində 6 kq narkotik vasitə qoyduğunu, həmən narkotik vasitəni götürüb onun deyəcəyi şəxsə çatdıracağının müqabilində ona 3000 manat pul verəcəyini dedi, maddi imkansızlığı səbəbindən onunla razılaşaraq tanışı Fərhad və Vuqarla, sonuncunun idarə etdiyi avtomobillə Biləsuvar rayonuna gedərək narkotik vasitəni götürüb geri qayıdarkən polis əməkdaşları tərəfindən saxlanılmışlar. Vuqar və Fərhada Biləsuvar rayonuna narkotik vasitə ilə bağlı deyil, tanışından pul almaq məqsədilə getdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Lakin Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilməklə tədqiq edilərkən müəyyən olunur ki, müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və avtomobilə baxış keçirilərkən, eyni zamanda istintaq orqanında izahat və ifadə verərkən törətdiyi cinayət əməli barəsində özünü tam təqsirli bilməklə ətraflı ifadələr vermiş və ifadəsində göstərmişdir ki, istifadəsində olan “intagram” sosial şəbəkəsində özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş “Allahşükür” adlı şəxslə tanış olmuş, Allahşükür 18 noyabr 2021-ci ildə saat 19 radələrində «WhatsApp» vasitəsilə zəng edərək Biləsuvar şəhərində, dairənin yanında 06 kq narkotik vasitə və psixotrop maddənin olduğunu deyərək onları götürüb Bakı şəhərinə apararaq deyəcəyi şəxsə verəcəyinin müqabilində ona 3000 (üç min) manat pul verəcəyini bildirmiş, maddi imkansızlıqdan onunla razılaşmış, bu barədə tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bildirmiş, onlara narkotik vasitə verəcəyini demiş, sonuncular onunla razılaşmış, onlar Vuqarın taksi sürücüsü kimi idarə etdiyi avtomobillə Biləsuvar rayonuna gəlmiş, Allahşükürlə danışıqdan sonra sonuncu narkotik vasitələrin və psixotrop maddələrin olduğu yerin şəklini çəkib ona göndərmiş, onlar həmin yerə getmiş, Vuqar və Fərhad maşında qalmış, özü avtomobildən düşərək gedib bağlamanı götürüb özü ilə birlikdə arxa sərnişin oturacağına Fərhadın yanında qoymuş, sonra bağlamanı açıb özləri üçün bir qədər narkotik vasitə götürüb yenidən bağlamanı skoçla bağlayıb qabaq sərnişin oturacağının ayaqaltı hissəsinə yerləşdirmiş, Bakı şəhərinə gedərkən Salyan postunda DYPİ-inin əməkdaşı Vuqara avtomobili saxlamasına işarə vermiş, Vuqar avtomobili saxladıqdan sonra hər üçü avtomobildən düşmüş, bir neçə mülki geyimli şəxslər onları posta dəvət etmiş, postda müdafiəçinin iştirakı ilə üzərlərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan gödəkcənin sağ yan cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd bükümü polis əməkdaşına təqdim etmiş, həmin büküm elekton tərəzidə çəkilərək qablaşdırılıb götürülmüş, sonra Vüqarın idarə etdiyi avtomobilə baxış keçirilmiş, baxış zamanı Vüqar avtomobilin qabaq sərnişin oturacağında ayaqaltı olan yerdən bir ədəd bağlamanı təqdim etmiş, həmin bağlama açılarkən orada 03 ədəd bağlama olmuş, həmin bağlamalar açıldıqdan sonra 02 ədədinin içərisində narkotik vasitə heroin və 01 ədədinin içərisində isə psixotrop maddə metamfetamin aşkar edilmiş, sonra həmin kütlələr qablaşdırılaraq götürülmüş, keçirilmiş şəxsi axtarışla və baxışla bağlı tərtib edilmiş protokol orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 18 noyabr 2021-ci ildə tanışı Röyal ona zəng edərək Biləsuvar rayonuna getmək istədiyini deyərkən etiraz etməmiş, həmin gün Röyal və Fərhadla birlikdə onun idarə etdiyi avtomobillə Biləsuvara getmiş, Röyal Biləsuvarda yolun kənarında olan plakatın yanında avtomobili saxlatdırıb düşərək harasa getmiş, az sonra qayıdaraq avtomobilə oturmuş, ancaq onun əlində nə isə gətirdiyinə fikir verməmişdir. Biləsuvardan Bakıya qayıdarkən Salyan rayonunda yerləşən postda yol polisinin əməkdaşları avtomobili saxlatdırıb onları düşürərək inzibati binaya aparıb orada onlara təzyiq göstərib döyərək yazılanlara imza etdirmiş, üzərinə baxış zamanı üzərində heç bir narkotik maddə olmamış, polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı heç bir orqana şikayət etməmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 18 noyabr 2021-ci ildə tanışı Röyal və Vuqarla birlikdə sonuncunun idarə etdiyi avtomobillə Biləsuvar rayonuna getmiş, yolda Royal avtomobildən düşüb sonra geri qayıtmış, Biləsuvardan Bakıya qayıdarkən Salyan rayonunda yerləşən postda yol polisinin əməkdaşları avtomobili saxlatdırıb onları düşürərək inzibati binaya aparıb orada onlara təzyiq göstərib döyərək yazılanlara imza etdirmişlər. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onların məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilməklə tədqiq edilərkən müəyyən olunur ki, müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və avtomobilə baxış keçirilərkən, eyni zamanda istintaq orqanında izahat və ifadə verərkən törətdikləri cinayət əməli barəsində özlərini təqsirli bilməklə ifadələrini digər Təqsirləndirilən şəxs1 ifadəsinə uyğun vermiş, eyni zamanda ifadələrində Biləsuvar rayonuna İran vətəndaşının göndərdiyi narkotik vasitələri götürmək üçün gəldiklərini bildiklərini və pul əvəzinə onlara həmin narkotikdən pay veriləcəyini göstərmişlər. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətməsini, həmçinin onların bu əməlin törədilməsində təqsirkar olub-olmamalarını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazıki ifadəsində göstərmişdir ki, 18 noyabr 2021-ci ildə Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib sonuncunun “Lada Priora 21723 138 21 minik” markalı, **-XR-*** qeydiyyat nişanlı avtomobildə olması və həmin avtomobildə başqa şəxslərlə narkotik vasitələr əldə edərək Bakı şəhəri istiqamətində daşımaları barədə daxil olmuş məlumat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, həmin gün gecə saat 23 radələrində qeyd olunan avtomobil Ələt-Astara yolunun 29-cu kilometrliyində yerləşən DİN-in BDYPİ-nin YPXA-nın 10-cu tağımının stasionar posta yaxınlaşarkən saxlanılmış, saxlanılan şəxslərin üzərinə və avtombilə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan gödəkcənin sağ yan cibindən 01 ədəd büküm, Təqsirləndirilən şəxs2 əynində olan gödəkcənin sol yan cibindən 01 ədəd büküm, eləcə də Təqsirləndirilən şəxs3 əynində olan şalvarının sağ yan cibindən 01 ədəd büküm çıxarıb onlara təqdim etmiş, həmin bükümlərə baxış keçirilərkən bükümlərdə narkotik vasitə heroinə bənzər kütlə olduğu məlum olmuş, sonra Vüqar Mahmudovun idarə etdiyi avtomobilə keçirilən baxış zamanı sonuncu maşının qapısını açaraq qabaq sərnişin oturacağında ayaqaltı olan yerdən bir ədəd bağlamanı polis əməkdaşına təqdim etmiş, həmin bağlama açılarkən onların içərisindən 03 ədəd bağlama aşkar edilmiş, bağlamaların 02 ədədinin içərisində narkotik vasitə heroinə və 01 ədədinin içərisində isə psixotrop maddə olan metamfetaminə bənzər kütlələr olması müəyyən edilmiş, həmin bükümlər qablaşdırılaraq götürülmüş, sorğu zamanı saxlanılan şəxslər aşkar olunmuş narkotik vasitə və psixotrop maddəyə bənzər kütlələri İİR vətəndaşının göndərdiyini, həmin şəxsin sifarişinə əsasən onları Bakı şəhərinə aparmalı olduqlarını, bunun Royal Vəliyevə pul, onlara isə narkotik vasitə veriləcəyini bildirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2, Şahid4 və Şahid5 da Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs3 arasında keçirilən üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs3 üzünə qarşı demişdir. İş materiallarında olan üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə keçirilərkən sonuncu ifadəsində qeyd etdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. İş materiallarında olan üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 ilə X5 arasında üzləşdirmə keçirilərkən Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs3 üzünə qarşı demişdir. İş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 19 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 saxlanılaraq üzərilərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı hər birinin üzərindən külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan “avtomobilə baxış və götürmə aparılması haqqında” 19 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə baxış keçirilən zaman oradan külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 19 noyabr 2021-ci il tarixli 6/5127 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan iki ədəd kağız paketdə və bir üzəri yapışqan lentlə bağlanmış qara rəngli bağlamada olan; üzərində “Təqsirləndirilən şəxs1 avtomobilindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd üzəri yapışqan lentlə bağlanmış bir ədəd qara rəngli sellofan bağlamanın içərisində bir ədəd bağlamada təmiz çəkisi 2000,9 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Digər iki ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 3909,4 qram, 1065,4 qram ümumi təmiz çəkisi 4974,8 olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Üzərində “Təqsirləndirilən şəxs1 üzərindən” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 16,2 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Üzərində “Təqsirləndirilən şəxs3 üzərindən” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 12,9 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Üzərində “Təqsirləndirilən şəxs2 üzərindən....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 4,4 qram olan qəhvəyi rəngli maddə maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Təqdim edilmiş 5 ədəd bükümdə narkotik vasitə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi - 5008,3 qram, tədqiqata sərf edildi-0,2 qram, qalıq çəkisi - 5008,10 qram təşkil edir. Metamfetaminin təmiz çəkisi-2000,9 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq çəkisi- 2000,85 qram təşkil edir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 05 yanvar 2022-ci il tarixli 25 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs2 ambulator məcburi-narkoloji yoxlama zamanı bildirmişdir ki, təxminən 02 ildir ki, narkotik vasitə heroindən burun vasitəsilə nəfəsinə çəkib iyləməklə istifadə edir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 10 yanvar 2022-ci il tarixli 95 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs1 ambulator məcburi-narkoloji yoxlama zamanı bildirmişdir ki, təxminən 03-04 aydır ki, narkotik vasitə heroindən burun vasitəsilə nəfəsinə çəkib iyləməklə istifadə edir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 10 yanvar 2022-ci il tarixli 106 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs3 ambulator məcburi-narkoloji yoxlama zamanı bildirmişdir ki, 02-03 aydır ki, narkotik vasitə olan heroini yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir. Əvvəllər arabir düşəndə narkotik vasitə marixuanadan siqaretə doldurub çəkməklə istifadə edib. İş materiallarında olan külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddələrin əldə edildiyi mənbənin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə əməliyyat orqanına ünvanlanmış tapşırığa cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olubolmamalarını, onların narkotik vasitələrin və psixotrop maddələrin satışı və ya istifadəsi ilə məşğul olmalarını görə biləcək şahidlərin dairəsini, əlaqələrini, Təqsirləndirilən şəxs1 haqqında ifadə verdiyi “Allahşükür” adlı X11 Respublikasının vətəndaşının şəxsiyyətini, eləcə də, cinayətin digər iştirakçılarını müəyyən etmək məqsədilə keçirilmiş əməliyyat tədbirləri nəticəsində əlavə məlumat əldə etmək mümkün olmamışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs1 məxsus olan “Samsung” markalı mobil telefonun “watsapp” ani mesajlaşma mübadiləsi sistemində İran İslam Respublikasının mobil operatoruna məxsus olan +**********23 nömrəsi ilə qeydiyyatda olan “İran təzə qardaş” adı ilə qeydiyyatdan keçmiş nömrə ilə 18 noyabr 2021-ci ildə saat 22:49-da həmin nömrədən Təqsirləndirilən şəxs1 02 saniyə müddətində səsli mesaj göndərmiş və mesaj mətnində “qaqa hardasız Səlyan postuna çatdız?” cavabında Təqsirləndirilən şəxs1 həmin gün saat 22:50-də 36 saniyə müddətində səsli mesaj göndərmiş və mesaj mətnində “yox qaqa yox hələ çatmamışıq Salyan postuna maşını özümüz yavaş sürürük ki, çox palet eləməsin. Kamera, qayı, mayı saxlamasın bizi. Narahat olma salamatçılıqdı gedirik. Allah yolumuzu açıq eləsin. Bakıya çatanda mən özüm sənə xəbər edəcəm. Narahat olma mənim qardaşım. Arxain ol. Mən Bakıya çatan kimi özüm sənə xəbər eliyəcəm. Arxein ol. Çox bərk sürmürük ki yolda qayı zat naurişeniya eləmiyək da. Saxlamasınlar” deyilmişdir. Həmçinin həmin proqramda “İranlı lap təzə qardaş” adı ilə qeydiyyatda olan +**********88 İİR operatoruna məxsus mobil nömrə müəyyən edilmiş, lakin həmin nömrələr arasında danışıqlar aparılmamışdır. İş materiallarında olan “Bank məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, 157000/2-320 nömrəli müşayiət məktubu əsasında alınmış 01 ədəd diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 müxtəlif vaxtlarda, müxtəlif yerlərdə bankomatlardan pul çıxaran zaman çəkilmiş fotoşəkillərinin olması müşahidə edilmişdir. Bundan başqa bank məlumatlarında qeyd olunan kart hesablarının Təqsirləndirilən şəxs2 adına qeydiyyatda olması, həmçinin həmin kartlarından xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək olan müddət ərzində 08 dəfə 190 manat məbləğlərdə pulların mədaxil və məxaric olması barədə məlumatlar aşkar edilmişdir, həmçinin həmin kartlarından xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək olan müddət ərzində müxtəlif məbləğlərdə pulların mədaxil və məxaric olması barədə məlumatlar aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, 18 fevral 2021-ci ildə Azərbaycan Respublikası DİN-in BNMİ-nin əməkdaşları tərəfindən Salyan rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirinin əsasını təşkil edən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qanuni hesab edilmişdir. İş materiallarında olan 09 iyun 2022-ci il tarixli qərardan görünür ki, külli miqdarda narkotik vasitə heroinin və külli miqdarda psixotrop maddə metamfetaminin əldə edilməsi, saxlanması, daşınması və satılması faktlarına görə ayrıca icraatda Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. İş materiallarında olan qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərindən, eləcə də Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 5008,10 qram narkotik vasitə heroin, 2000,85 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd «Samsung» markalı mobil telefon və 01 ədəd plastik kart sübut kimi tanınmış və DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, 02 ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri etirafedici, həmçinin şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları onun törətdiyi cinayət əməllərini təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxslər Vüqar Mahmudov və Təqsirləndirilən şəxs3 məhkəmədə verdikləri ifadəsinin «polis əməkdaşlarının təzyiqi nəticəsində yazılmış ifadələrə məcbur olaraq imza etmiş, Royal Vəliyev narkotik vasitə və psixotrop maddə barədə onlara heç bir söz deməmiş» hissəsinə tənqidi yanaşaraq həmin ifadəyə məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin hissədə ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir. Məhkəmə təqsirləndirilən şəxslər Vüqar Mahmudov və Təqsirləndirilən şəxs3 məhkəmədə verdikləri ifadələrini özünü müdafiə xarakteri daşımaqla onların cinayət məsuliyyətindən kənarda qalmaq cəhdi kimi qiymətləndirir. Belə ki, narkotik vasitələrin və psixotrop maddələrin külli miqdar təşkil etməsi, şəxsi istehlak miqdarından dəfələrlə çox olması, həmçinin barələrində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı məlumatlarının olması göstərilən narkotik vasitə və psixotrop maddənin bilavasitə satış məqsədi ilə əldə olunması nəticəsinə gəlməyə əsas verir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən təqsirləndirilən şəxslərin əldə etdiyi narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onların əməlləri qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onların barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-in 32,5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri, Vüqar Mahmudov və Təqsirləndirilən şəxs3 əməlləri isə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və onlar həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərinin tövsifi məsələsini müzakirə edərək Təqsirləndirilən şəxs1 hərəkətlərini Azərbaycan Respublikası CM-in 32,5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin, Vüqar Mahmudov və Təqsirləndirilən şəxs3 isə əməlini 234.4.1 və 234.4.3cü maddələrinin dispozisiyası şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 32,5, 206.3.2, 234.4.1 və 234.4.3cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, ona təqsirli bilindiyi hər bir maddə üzrə, əsas cəza növündə, maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidirlər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, onlara təyin ediləcək cəzanın əvvəlinin onların şübhəli şəxs qismində tutulduqları gündən, yəni 18 noyabr 2021-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 20 noyabr 2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 18 noyabr 2021-ci ildən hesablanmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Vüqar Mahmudov və Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə İsmayıllı rayon məhkəməsinin 14 nyabr 2019-cu il tarixli hökmü ilə barəsində CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarında olan digər“Məhkumluq haqqında” tələbnamədən görünür ki Təqsirləndirilən şəxs2 əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə barəsində Bakı şəhəri, Səbail rayon polis idarəsinin istintaq şöbəsi tərəfindən CM-in 263.1-ci maddəsi ilə cinayət işi başlanılmış, CPM-nin 40.2 və CM-in 73.1-ci maddəsinə əsasən cinayət işinə xitam verilmişdir. İş materiallarında olan digər“Məhkumluq haqqında” tələbnamədən görünür ki Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş materiallarına əlavə edilmiş 07 dekabr 2021-ci il tarixli il tarixli 02\651 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Vəliyev X2 rayonu, Topçu kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi, ev 110 A-da heç bir yerdə işləməyən arvadı ilə birlikdə həmin ünvanda yaşamış və yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş 30 dekabr 2021-ci il tarixli, 2\5-1171 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsi, ev 44, mənzil 21-də qeydiyyatda olmaqla Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsi, ev 44-də heç bir yerdə valideynləri, qardaş və bacıları ilə birgə həmin ünvanda yaşamış və yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş 10 dekabr 2021-ci il tarixli, 1024 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Ucar şəhəri, Həbibi küçəsi, döngə 2, ev 6-da qeydiyyatda olmaqla Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Azər Nəsirov küçəsində nömrəsiz fərdi yaşayış evində atası və qardaşları ilə birgə həmin ünvanda yaşamış və yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun himayəsində azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, təqsirini qismən etiraf etməklə əməlindən peşmanlıq keçirməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını və himayəsində heç bir yerdə işləməyən arvadının olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X3 cəza təyin edərkən onun himayəsində iki azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, təqsirini qismən etiraf etməklə əməlindən peşmanlıq keçirməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını və himayəsində heç bir yerdə işləməyən arvadının olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onun təqsirini qismən etiraf etməklə əməlindən peşmanlıq keçirməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını və ilk məhkumluğunu CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərlərindən, eləcə də Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 5008,10 qram narkotik vasitə heroin, 2000,85 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd «Samsung» markalı mobil telefon və 01 ədəd plastik kart onun yaxın qohumlarına qaytarılmalı, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Qeyd edilənlərlə yanaşı, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat hər birindən 48 (qırx səkkiz ) manat, 33 qəpik olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CMin 32.5, 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs1 qəti cəza 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 18 noyabr 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 18 noyabr 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X4 Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 18 noyabr 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərindən, eləcə də Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 5008,10 qram narkotik vasitə heroin, 2000,85 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd «Samsung» markalı mobil telefon və 01 ədəd plastik kart onun yaxın qohumuna qaytarılsın, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat hər birindən 48 (qırx səkkiz) manat, 33 qəpik olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 alınaraq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiye

2. Cavid Səfərli

3. Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar