Məhkəmə qərarları › İş №1(099)-15/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-15/2024

20.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-15/2024 20.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim – X4 oğlunun sədrliyi ilə, hakimlər – Hüseynov Nahid Nəsir oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, Rəhimov Emil Vəliağa oğlunun katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər: Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi3, «Mərkəz» Vəkil Bürosunun vəkilləri Müdafiəçi6, Müdafiəçi5 və tərcüməçi – X2 iştirakları ilə, xx xxxx 1982-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himaəsində 4 azyaşlı uşağı olan, məhkumluğu olmayan, işləməyən, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxx 1998-ci il tarixdə İran İslam Respublikasında anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, İran İslam Respublikasının Xumarlı rayonunun Lahican kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə 12 avqust 1980-ci il tarixdə İran İslam Respublikasında anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, İran İslam Respublikasının Xumarlı rayonunun Lahican kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə və xx xxxx 1977-ci il tarixdə İran İslam Respublikasında anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, İran İslam Respublikasının Xumarlı rayonunun Lahican kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 qəsdən tamah niyyətilə, yəni qazanc əldə etmək üçün, İran İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, şəxsiyyəti istintaqa Yahya adı ilə məlum olan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddənin qanunsuz olaraq satış məqsədi ilə İran İslam Respublikasında əldə edilməsi, saxlanması və daşınaraq Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilməsi ilə bağlı qabaqcadan razılıq əldə etmiş, bundan sonra cinayətkar qrupun üzvlərinin aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Ə.X5 Respublikasında olan zaman 03 ədəd bağlamada külli miqdarda narkotik vasitələr təmiz halda çəkisi 51,811 qram tiryək, 34485 qram heroin, 13351,2 qram qurudulmuş marixuana, 1987 ədəd həbdən ibarət təsiredici maddəsinin ümumi miqdarı 78,8 qram olan metadon və külli miqdarda psixotrop maddə təmiz halda çəkisi 13915 qram olan metamfetamini qəsdən qanunsuz olaraq əldə edib, saxlayıb daşıyaraq, xx.xx.2022-ci il tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənar yəni, N nömrəli hərbi hissənin Cəbrayıl rayonunda yerləşən 14-cü sərhəd zastavasının xidməti ərazisindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qəsdən qanunsuz olaraq keçirmiş, qeyd olunan külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddə Azərbaycan Resublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirildikdən sonra Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Cəbrayıl rayonunda yerləşən 14-cü sərhəd zastavasının xidməti ərazisində gizlədilmiş, cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 qeyd olunan külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddəni götürmək üçün xx.xx.2022-ci il tarixdə Cəbrayıl rayonuna gəlmiş, həmin gün saat 12.20-də 03 ədəd bağlamada külli miqdarda narkotik vasitələr təmiz halda çəkisi 51,811 qram tiryək, 34485 qram heroin, 13351,2 qram qurudulmuş marixuana, 1987 ədəd həbdən ibarət təsiredici maddəsinin ümumi miqdarı 78,8 qram olan metadon və külli miqdarda psixotrop maddə təmiz halda çəkisi 13915 qram olam metamfetamini əldə edib, saxlayıb daşıyarkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, həmin külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddə aşkar edilərək götürülmüş, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdə, saat 19.30-da N nömrəli hərbi hissənin Cəbrayıl rayonunda yerləşən 13-cü sərhəd zastavasının 28-ci sahəsində, Təqsirləndirilən şəxs4 isə xx.xx.2022-ci il tarixdə, saat 13.15-də 13-cü sərhəd zastavasının Cəbrayıl rayonunda yerləşən 25-ci sahəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs2 qəsdən tamah niyyətilə, yəni qazanc əldə etmək üçün, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1, İran İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, şəxsiyyəti istintaqa Yahya adı ilə məlum olan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddənin qanunsuz olaraq satış məqsədi ilə İran İslam Respublikasında əldə edilməsi, saxlanması və daşınaraq Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilməsi ilə bağlı qabaqcadan razılıq əldə etmiş, bundan sonra cinayətkar qrupun üzvlərinin aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq, o, Təqsirləndirilən şəxs4 və M.X6 Respublikasında olan zaman 03 ədəd bağlamada külli miqdarda narkotik vasitələr təmiz halda çəkisi 51,811 qram tiryək, 34485 qram heroin, 13351,2 qram qurudulmuş marixuana, 1987 ədəd həbdən ibarət təsiredici maddəsinin ümumi miqdarı 78,8 qram olan metadon və külli miqdarda psixotrop maddə təmiz halda çəkisi 13915 qram olam metamfetamini qəsdən qanunsuz olaraq əldə edib, saxlayıb daşıyaraq, xx.xx.2022-ci il tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət- buraxılış məntəqələrindən kənar yəni, N nömrəli hərbi hissənin Cəbrayıl rayonunda yerləşən 14-cü sərhəd zastavasının xidməti ərazisindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qəsdən qanunsuz olaraq keçirmiş, qeyd olunan külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddəni Azərbaycan Resublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirildikdən sonra Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Cəbrayıl rayonu ərazisində yerləşən 14-cü sərhəd zastavasının xidməti ərazisində gizlədilmiş, cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 qeyd olunan narkotik vasitələr və psixotrop maddəni götürmək üçün xx.xx.2022-ci il tarixdə Cəbrayıl rayonuna gəlmiş, həmin gün saat 12.20-də 03 ədəd bağlamada külli miqdarda narkotik vasitələr təmiz halda çəkisi 51,811 qram tiryək, 34485 qram heroin, 13351,2 qram qurudulmuş marixuana, 1987 ədəd həbdən ibarət təsiredici maddəsinin ümumi miqdarı 78,8 qram olan metadon və külli miqdarda psixotrop maddə təmiz halda çəkisi 13915 qram olam metamfetamini əldə edib, saxlayıb daşıyarkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, həmin narkotik vasitələr və psixotrop maddə aşkar edilərək götürülmüş, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdə saat 19.30-da N nömrəli hərbi hissənin Cəbrayıl rayonunda yerləşən 13-cü sərhəd zastavasının 28-ci sahəsində, Təqsirləndirilən şəxs4 isə xx.xx.2022-ci il tarixdə saat 13.15-də 13-cü sərhəd zastavasının Cəbrayıl rayonunda yerləşən 25-ci sahəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs3 qəsdən tamah niyyətilə, yəni qazanc əldə etmək üçün, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1, İran İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqa Yahya adı ilə məlum olan İİR-sı vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddənin qanunsuz olaraq satış məqsədi ilə İİR-da əldə edilməsi, saxlanması və daşınaraq Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilməsi ilə bağlı qabaqcadan razılıq əldə etmiş, bundan sonra cinayətkar qrupun üzvlərinin aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq, o, Təqsirləndirilən şəxs4 və Ə.X7 Respublikasında olan zaman 03 ədəd bağlamada külli miqdarda narkotik vasitələr təmiz halda çəkisi 51,811 qram tiryək, 34485 qram heroin, 13351,2 qram qurudulmuş marixuana, 1987 ədəd həbdən ibarət təsiredici maddəsinin ümumi miqdarı 78,8 qram olan metadon və külli miqdarda psixotrop maddə təmiz halda çəkisi 13915 qram olam metamfetamini qəsdən qanunsuz olaraq əldə edib, saxlayıb daşıyaraq, xx.xx.2022-ci il tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət- buraxılış məntəqələrindən kənar yəni, N nömrəli hərbi hissənin Cəbrayıl rayonunda yerləşən 14-cü sərhəd zastavasının xidməti ərazisindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qəsdən qanunsuz olaraq keçirmiş, qeyd olunan külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddə Azərbaycan Resublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirildikdən sonra Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Cəbrayıl rayonunda yerləşən 14-cü sərhəd zastavasının xidməti ərazisində gizlətmiş, cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 qeyd olunan külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddəni götürmək üçün xx.xx.2022-ci il tarixdə Cəbrayıl rayonuna gəlmiş, həmin gün saat 12.20-də 03 ədəd bağlamada külli miqdarda narkotik vasitələr təmiz halda çəkisi 51,811 qram tiryək, 34485 qram heroin, 13351,2 qram qurudulmuş marixuana, 1987 ədəd həbdən ibarət təsiredici maddəsinin ümumi miqdarı 78,8 qram olan metadon və külli miqdarda psixotrop maddə təmiz halda çəkisi 13915 qram olam metamfetamini əldə edib, saxlayıb daşıyarkən DSX-nin əməkdaşları tərəfindən saxlanılmış, həmin narkotik vasitələr və psixotrop maddə aşkar edilərək götürülmüş, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdə, saat 19.30-da N nömrəli hərbi hissənin Cəbrayıl rayonunda yerləşən 13-cü sərhəd zastavasının 28-ci sahəsində, Təqsirləndirilən şəxs4 isə xx.xx.2022-ci il tarixdə, saat 13.15-də 13-cü sərhəd zastavasının Cəbrayıl rayonunda yerləşən 25-ci sahəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs4 qəsdən tamah niyyətilə, yəni qazanc əldə etmək üçün, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1, İİR-sı vətəndaşları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, şəxsiyyəti istintaqa Yahya adı ilə məlum olan İİR-sı vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddənin qanunsuz olaraq satış məqsədi ilə İİR-da əldə edilməsi, saxlanması və daşınaraq Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilməsi ilə bağlı qabaqcadan razılıq əldə etmiş, bundan sonra cinayətkar qrupun üzvlərinin aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq, o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 İİR-da olan zaman 03 ədəd bağlamada külli miqdarda narkotik vasitələr təmiz halda çəkisi 51,811 qram tiryək, 34485 qram heroin, 13351,2 qram qurudulmuş marixuana, 1987 ədəd həbdən ibarət təsiredici maddəsinin ümumi miqdarı 78,8 qram olan metadon və külli miqdarda psixotrop maddə təmiz halda çəkisi 13915 qram olam metamfetamini qəsdən qanunsuz olaraq əldə edib, saxlayıb daşıyaraq, xx.xx.2022-ci il tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənar yəni, N nömrəli hərbi hissənin Cəbrayıl rayonunda yerləşən 14-cü sərhəd zastavasının xidməti ərazisindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qəsdən qanunsuz olaraq keçirmiş, qeyd olunan külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddə Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə İİR-dan Azərbaycan Respublikasına keçirdikdən sonra DSX Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Cəbrayıl rayonunda yerləşən 14-cü sərhəd zastavasının xidməti ərazisində gizlədilmiş, cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 qeyd olunan külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddəni götürmək üçün xx.xx.2022-ci il tarixdə Cəbrayıl rayonuna gəlmiş, həmin gün saat 12.20-də 03 ədəd bağlamada külli miqdarda narkotik vasitələr təmiz halda çəkisi 51,811 qram tiryək, 34485 qram heroin, 13351,2 qram qurudulmuş marixuana, 1987 ədəd həbdən ibarət təsiredici maddəsinin ümumi miqdarı 78,8 qram olan metadon və külli miqdarda psixotrop maddə təmiz halda çəkisi 13915 qram olam metamfetamini əldə edib, saxlayıb daşıyarkən DSXnin əməkdaşları tərəfindən saxlanılmış, həmin narkotik vasitələr və psixotrop maddə aşkar edilərək götürülmüş, əməliyyat axtarış tədbirləri nəticəsində, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdə, saat 19.30-da N nömrəli hərbi hissənin Cəbrayıl rayonunda yerləşən 13-cü sərhəd zastavasının 28-ci sahəsində, Təqsirləndirilən şəxs4 isə xx.xx.2022-ci il tarixdə, saat 13.15-də 13-cü sərhəd zastavasının Cəbrayıl rayonunda yerləşən 25-ci sahəsində saxlanılmışdır. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o İrana 10 ədəd araq keçirib orada satmaq istəmiş, lakin mina təmizləyənlərlə qarşılaşmış və onu tutmuşlar. Ertəsi gün Əli və Maliki, bundan bir gün sonra isə Əkbəri də gətirib ona qrup kimi qoşmuşlar. O həmin şəxsləri tanımamış, onlarla Kürdəxanıda, İstintaq Təcridxanasında tanış olmuşdur. Saxlanılandan sonra yazılanlara imza etməmişdir. İş üzrə dindirilən şahidlər hərbiçi olduqları üçün onların ifadələrini qəbul etmir. Onun ittihamda göstərilən narkotik vasitələrə aidiyyəti yoxdur. Sərhəddən araq keçirmək istədiyinə görə özünü təqsirli bilir. O Dövlət sərhəddini qanunsuz keçmək istəyərkən tutulmuş, İrana araq aparıb bir nəfər taparaq satmaq istəmişdir. Hər hansı bir İran vətəndaşı ilə əlaqəsi olmamışdır. Yəhya adlı İran vətəndaşını tanımır, belə bir şəxslə telefon əlaqəsi olmamışdır. Araqları Arazın sahilində gizlədib müştəri tapandan sonra satacağını fikirləşmişdir. Heç vaxt narkotik vasitələrlə əlaqəsi olmamış, ümumiyyətlə narkotik vasitə görməmişdir. Saxlanıldığı ərazidə əvvəllər İrana dəmir yolu çəkiləndə fəhlə kimi işləmiş, ona görə də oradan araq keçirib satmaq istəmişdir. Saxlanıldıqdan sonra Horadizdə heç bir sənədə imza etməmişdir. Yalnız Bakıda ona vəkil təyin olunmuş, həmin vəkilin təqdim etdiyi iki vərəqi imzalamışdır. Digər heç bir sənədə imza etməmişdir. Aşkar olunan 3 torbanın içərisində araq olmuş, buna görə həmin torbalara əl uzatmış və şəkil çəkilmişdir. Ona araqların qırıldığı və buna görə korobkalarda olan araqların torbalara yığıldığı bildirilmişdir. Arağın birini 11 manata almış, İranda isə arağın birinin 100 manata satıldığını eşitmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq onun bu ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü və digər təqsirləndirilən şəxsləri müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında belə ifadə verməklə məsuliyyətdən yayınmaq məqsədi güdmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş ittihamda qismən, yəni yalnız Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, onlar sərhədyanı ərazidə növbəliklə heyvan otarmışlar. O İran tərəfdə sərhəddə olan növbətçiyə zəng edib heyvanları ilə maraqlandıqda sonuncu ona heyvanlarımın sərhəddən Arazın o tayına keçdiklərini demişdir. Ona görə də dayısı Təqsirləndirilən şəxs3 ilə Araz çayını keçib gəzsə də heyvanlarını tapmamışdır. Sonra onunla oturub çörək yemişlər. Bu zaman əsgərləri görüb onların birindən heyvanlarını görüb-görmədiyini soruşmuşdur. Həmin vaxt əsgərlər onları saxlayıb zastavaya gətirmişlər. Sonra içərisində narkotik vasitə olan bir bağlama gətirib onlara «siz gətirmisiniz» demişlər. Daha sonra isə Mehmanı gətirib onların narkotik gətirdiklərini, Mehmanın isə almağa gəldiyini bildirmişlər. Onun yaşadığı kənddən Araz çayına qədər təxminən 500-600 metr məsafə vardır. O heyvanlarını tapmaq üçün Maliklə Araz çayını keçmişdir, həmin vaxt Arazın suyu dizdən olmuşdur. Onların kəndində əvvəllər də heyvanlar sərhəddi keçmiş, sərhəddə maneə çəpəri olmamışdır. Onlar 10 mart 2022-ci il tarixdə səhər saat 7-8 radələrində sərhədi keçmişlər, Əkbəri də Horadizdə, hərbi hissədə görmüş, o da heyvanını axtarmaq üçün sərhəddi keçdiyini bildirmiş, onu bir həmkəndli kimi əvvəllər tanımışdır. Saxlanılan zaman onlara təzyiq olmamış, 3-4 nəfər əsgər onları saxlamış, həmin vaxt əllərində heç nə olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq onun bu ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü və digər təqsirləndirilən şəxsləri müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında belə ifadə verməklə məsuliyyətdən yayınmaq məqsədi güdmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 özünü ona elan olunmuş ittihamda qismən, yəni yalnız Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulduqları gün Təqsirləndirilən şəxs2 sübh tezdən saat 07:30 radələrində ona zəng vurub heyvanının itdiyini bildirmiş, onunla birlikdə heyvanı gecəyə kimi gəzib axtarmış, ancaq tapa bilməmişlər. Heyvanı axtarmaq üçün də Araz çayını, yəni sərhəddi keçmişlər. Gün başa çatanda əsgər səslərinin gəldiyini eşidib onları çağırmış, heyvan görüb-görmədiklərini soruşmuşlar. Əsgərlər isə onları tutaraq zastavaya, oradan da Horadizə aparmışlar. Onlar heyvanı axtarmaq üçün sərhəddi keçmiş, sərhəddi keçəcəkləri halda tutulacaqlarını bilməmişlər. Əlinin bir heyvanı itmiş, onlar əsgərləri heyvanı görüb görməmələrini soruşmaq üçün səsləmişlər. O əvvəllər Azərbaycanın həmin əraziləri işğal altında olanda da bir dəfə heyvan axtarmaq üçün sərhəddi keçmişdir. Saxlanılan vaxt onların üzərində heç bir yük olmamışdır. Onları 3-4 nəfər əsgər saxlamış, Saxlanılan zaman onlara təzyiq olmamış, onun üzərində telefon olmamış, heç kimlə telefon əlaqəsi saxlamamışdır. O Mehmanı əvvəllər tanımamışdır. Məhkəmə Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq onun bu ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü və digər təqsirləndirilən şəxsləri müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs3 məhkəmə istintaqında belə ifadə verməklə məsuliyyətdən yayınmaq məqsədi güdmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs4 özünü ona elan olunmuş ittihamda qismən, yəni yalnız Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o mart ayının 09-da saat 16 radələrində heyvanlarımın biri itdiyinə görə onu axtarmaq üçün Araz çayını keçərək Azərbaycan Respublikası ərazisinə keçmiş, həmin inəyi ərazidə axtaran zaman malqaranın ayaq izlərindən başa düşmüşdür ki, inəyi Araz çayını keçərək Azərbaycan Respublikası ərazisinə keçmişdir. Araz çayını keçərək Azərbaycan Respublikası ərazisinə keçdikdən sonra inəyi axtarmış və gecəni çay kənarında qalaraq özü ilə götürdüyü çörəyi yemişdir. Səhər inəyin su içmək üçün çay kənarına gələcəyini fikirləşmişdir. Səhər yenə də Araz çayını keçib Azərbaycan Respublikası tərəfdə inəyini axtarmağa başlamışdır. Həmin vaxt əsgərlər onu gördüyünə görə gizlənmiş, sonra mart ayının 11-də onu Azərbaycan Respublikası ərazisində tutmuşlar. O sərhəddi keçdiyi yerdə maneə çəpəri olmamış, əsgərləri görüb tutulacağından qorxduğuna görə gizlənmişdir. O Azərbaycan ərazisinə keçmək üçün İİR əsgərlərinə müraciət etmiş, onlar ona getməməyini, tutula biləcəyini demişlər. Lakin o İran əsgərlərindən aralanandan sonra sərhəddi keçmişdir. O sərhəddi tək keçmişdir, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmkəndli kimi tanımışdır, həmçinin onlarla uzaq qohumluğu vardır, onların da heyvan axtarmaq üçün sərhəddi keçdiklərini bilməmişdir. Mehmanı isə əvvəllər tanımamış, onunla heç bir əlaqəsi olmamışdır. O təxminən 500-600 metr əraziyə heyvanını tapmaq üçün baxış keçirmişdir, müşahidə kamerasına düşmüş videogörüntüdə görünən şəxslərin içərisində olmamış, Araz çayını tək keçib Azərbaycan Respublikası ərazisində heyvanını axtarmış, onun yanında heç kim olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs4 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq onun bu ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü və digər təqsirləndirilən şəxsləri müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs4 məhkəmə istintaqında belə ifadə verməklə məsuliyyətdən yayınmaq məqsədi güdmüşdür. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 törətmiş olduqları cinayət əməlləri məhkəmə iclasında tədqiq edilmiş iş materialları və şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilən N nömrəli hərbi hissənin 3-cü sərhəd komendantlığının qərargah rəisi , kapitan Şahid1 Cəlal oğlu ifadəsində göstərmişdir ki, 2022-ci ilin mart ayının 09-da mobil müşahidə sistemi tərəfindən N nömrəli hərbi hissənin 14-cü sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dörd nəfər şəxs tərəfindən dövlət sərhədinin pozulması, həmin şəxslərin yüklə dövlət sərhəddini pozmaları faktı aşkar olunmuş və ərazi qapadılmışdır. Lakin ərazi minalı olduğu üçün axtarış aparmaq mümkün olmamış, kömək gəldikdən sonra həmin şəxslərin yerini müəyyən etmişlər. Həmin şəxslər yüklərini qoyub geri qayıdarkən naryadla rastlaşmış, naryad tərəfindən xəbərdarlıq atəşi açıldıqdan sonra Azərbaycan Respublikası tərəfə qaçaraq ayrılmışlar. 10 mart 2022-ci il tarixdə 14-cü sərhəd zastavasının xidməti ərazisində axtarış qrupunda olan zaman zastavanın arxa tərəfində bir nəfər şəxsin həmin əraziyə gəldiyini və qamışlıq ərazidə nə isə axtardığını müşahidə etmişlər. Həmin şəxsin hərəkətlərini müşahidədə saxladıqları zaman onun oradan 2-3 ədəd bağlama götürdüyünü və dəmiryol xəttinə tərəf getdiyini görmüşlər. Dayan komandası verildikdən sonra həmin şəxs bağlamaları yerə ataraq qaçmış və qamışlıqda gizlənmişdir. Lakin onlar həmin şəxsi aşkar edərək saxlamış və hərbi hissədən təhqiqat qrupu gəlib araşdırma aparmışdır. İlkin araşdırma zamanı saxlanılan şəxsin Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 olması, qeyd olunan bağlamalarda isə 65 kq. yaxın narkotik vasitələrə bənzər maddələrin və araqların olması məlum olmuşdur. Saxlanılan zaman Mehman əvvəl aşkar olunan bağlamaların kimin olduğunu deməmiş, «siz bilirsiniz kimin malıdır?» sözlərini demiş, sonra isə iranlıların gətirdiyini etiraf etmişdir. Daha sonra N nömrəli hərbi hissənin şəxsi heyəti tərəfindən xidməti ərazidə aparılan axtarış tədbirləri nəticəsində elə həmin gün, yəni 10 mart 2022-ci il tarixdə daha iki nəfər iranlı saxlanılmış, onları gətirib sərhəd zastavasına təhvil vermişlər. Səhəri gün isə, yəni 11 mart 2022-ci il tarixdə axtarış tədbirləri nəticəsində digər İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs4 qamışlıq ərazidə gizlənərkən aşkar olunub saxlanılmışdır. İran vətəndaşları saxlanılarkən onların üzərlərindən heç nə aşkar olunmamışdır. Məhkəmə iclasında, şahid qismində dindirilən N nömrəli hərbi hissənin Dövlət sərhədinin mühafizəsi bölməsinin baş zabiti, mayor Şahid2 ifadəsində göstərmişdir ki, o 09 mart 2022-ci il tarixdə mobil müşahidə sistemi tərəfindən N nömrəli hərbi hissənin 14-cü sərhəd zastavasının xidməti ərazisindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin 4 nəfər şəxs tərəfindən pozulmasının aşkar edilməsi faktı ilə bağlı həmin ərazidə axtarış qrupuna təyin edilmişdir. 10 mart 2022-ci il tarixdə kapitan Şahid1 ilə birlikdə 14-cü sərhəd zastavasının xidməti ərazisində axtarış qrupunda olan zaman zastavanın arxa tərəfində bir nəfər şəxsin həmin əraziyə gəldiyini və qamışlıq ərazidə nə isə axtardığını müşahidə etmişlər. Həmin şəxsin hərəkətlərini müşahidədə saxladıqları zaman onun oradan bağlamalar götürdüyünü, bağlamanın birini çiyninə ataraq hərəkət etdiyini görmüşlər. Həmin şəxs onları görən kimi bağlamaları bir-bir yerə ataraq qaçmış və qamışlıqda gizlənmişdir. Lakin onlar həmin şəxsi aşkar edərək saxlamışlar. İlkin araşdırma zamanı saxlanılan şəxsin Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 olması, qeyd olunan bağlamalarda isə narkotik vasitələrə bənzər maddələrin olması məlum olmuşdur. Onlar Təqsirləndirilən şəxs1 saxlayan zaman ərazidə başqa şəxslər müşahidə etməmişlər. Mehmanın tutulduğu yerdən təxminən 10 metr aralıda içərisində 5-6 araq şüşəsi olan qutu da aşkar olunmuşdur. Saxlanılan zaman Mehman aşkar olunan bağlamaların kimin olduğunu deməmiş, «siz bilirsiniz kimin malını tutursunuz?» sözlərini demişdir. Məhkəmə iclasında, şahid qismində dindirilən N nömrəli hərbi hissənin 13-cü sərhəd zastavasının təminat qrup komandiri, gizir Şahid5 ifadəsində göstərmişdir ki, 11 mart 2022ci il tarixdə, saat 11:00-dan etibarən N nömrəli hərbi hissənin 13-cü sərhəd zastavasının 25-ci sahəsinə axtarış qrupu xidmətinə təyin edilmiş, xidmətdə olduqları zaman kolluqda bir nəfər şəxsin «azbes» trubanın içərisinə girib gizləndiyini, ayaqlarının çöldə olduğunu görüb digər naryad üzvü ilə birlikdə onu saxlamış və aidiyyəti üzrə təhvil vermişlər. Bundan sonra onlara məlum olmuşdur ki, həmin şəxs İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs4dur. Məhkəmə iclasında, şahid qismində dindirilən N nömrəli hərbi hissənin təhqiqatçısı vəzifələrini icra edən, ədliyyə leytenantı Şahid8 ifadəsində göstərmişdir ki, o 10 mart 2022ci il tarixdə qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilmiş içərisində narkotik vasitələr olan bağlamaları əldə etdiyi zaman saxlanılmış Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 barəsində toplanılmış ilkin araşdırma materiallarını rəsmiləşdirmişdir. Saxlanılmış şəxsə tərəfindən hüquq və vəzifələri elan edilmiş, hadisə yerinə baxış istintaq hərkəti keçirilmişdir. Hadisə yerinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 saxlanıldığı yeri göstərmişdir. Həmin yerə baxış zamanı Təqsirləndirilən şəxs1 saxlanıldığı yerdən ümumilikdə dörd ədəd bağlama aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 bağlamaların birində olan araqları qoyub əvəzində İran tərəfindən keçirilən narkotik vasitələri götürmək istədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 saxlanıldığı yerdən aşkar edilərək götürülmüş ümumilikdə dörd ədəd bağlamalara baxış keçirildikdə bağlamaların içərisindən üzəriləri sıx yapışqan lentlə sarılmış bükümlər və spirtli içkilər aşkar edilmişdir. Daha sonra N nömrəli hərbi hissənin şəxsi heyəti tərəfindən xidməti ərazidə aparılan axtarış tədbirləri nəticəsində elə həmin gün, yəni 10 mart 2022-ci il tarixdə daha iki nəfər iranlı saxlanılmış, həmin şəxslər saxlanıldıqdan sonra onların İran İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 olması müəyyən edilmişdir. Səhəri gün isə, yəni 11 mart 2022-ci il tarixdə axtarış tədbirləri nəticəsində digər İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs4 saxlanılmışdır. Hər üç iranlının dövlət sərhədini İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində nə vaxt və haradan keçmələri ilə bağlı müvafiq rəsmiləşdirmə işləri aparılaraq toplanılmış materiallar qərar qəbul edilməsi üçün Dövlət Sərhəd Xidmətinin İstintaq və təhqiqat idarəsinə göndərilmişdir. O, saxlanılan şəxslərin izahatlarını almış, İran vətəndaşları aşkar olunmuş narkotik vasitələrdən məlumatları olmadıqlarını, əraziyə heyvan otarmaq üçün keçdiklərini bildirmişlər. Məhkəmə istintaqı zamanı «MƏMAS» vasitəsilə xx.xx.2022-ci il tarixdə saat 22:40 radələrində qeydə alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd kompakt diskə baxış keçirilmişdir. Həmin videogörüntülərdən 03 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, 4 nəfər şəxs hərəkət edir, həmin şəxslər əvvəlcə bir yerdə toplaşmaqla söhbətləşirlər, daha sonra birinci şəxs bir ədəd bağlamanı çiyninə alıb irəliləyir və bir qədər irəlilədikdən sonra büdrəyir, sonra ikinci şəxs daha bir bağlamanı çiyninə alıb birinci şəxs istiqamətində irəliləyir, bundan sonra üçüncü şəxs daha əvvəl çiynində bağlama ilə hərəkət edən şəxslərə doğru qaçaraq çatır və dördüncü şəxs də bir ədəd bağlamanı çiyninə alıb onlar istiqamətində irəliləyir. Cinayət işinin materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığının xx.xx.2022-ci il tarixli, 16/589 nömrəli məktubundan görünür ki, 09 mart 2022-ci il tarixdə, saat 22:40-da dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulması ilə bağlı daxil olmuş məlumat əsasında şəxsi heyət “Silaha” komandasına qaldırılmış, 10 mart 2022-ci il tarixdə, saat 12:20-də “Axtarış qrupu” xidmətinə təyin edilmiş sərhəd naryadları Cəbrayıl rayonu, Kərxulu kəndi istiqamətində əkin sahəsinə doğru bir nəfər şəxsin gəldiyini, həmin şəxsin əkin sahəsinin kənarında olan qamışlıq əraziyə çataraq qamışlıq əraziyə daxil olduğunu, oradan bağlamaları götürüb ərazidən uzaqlaşmaq istədiyini görüb, həmin şəxsi saxlamış, qeyd olunan şəxsin saxlanıldığı ərazidən ümumilikdə dörd ədəd bağlamalar aşkar edilərək götürülmüşdür. Bundan sonra ərazidə axtarış tədbirləri həyata keçirilən zaman 10 mart 2022-ci il tarixdə, saat 19:30-da İİR-sı vətəndaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, 11 mart 2022-ci il tarixdə isə İİR-sı vətəndaşı Təqsirləndirilən şəxs4 saxlanılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer N nömrəli hərbi hissənin 14-cü sərhəd zastavasının 4-cü sahəsinin arxa istiqaməti, əkin sahəsinin kənarıdır. Həmin istiqamətdə saxlanılmış Təqsirləndirilən şəxs1 saxlanıldığı yerdən üç ədəd narıncı rəngli və bir ədəd ağ rəngli torbalar olmaqla ümumilikdə dörd ədəd torbalar aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs1 həmin torbaları kol bitkilərinin arasından götürdüyünü və İran İslam Respublikası vətəndaşının həmin torbaları həmin yerə atdığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş aşkar olunmuş predmetlərə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 saxlanıldığı ərazidən aşkar olunaraq götürülmüş üç ədəd narıncı rəngli və bir ədəd ağ rəngli olmaqla, ümumilikdə dörd ədəd torbalara baxış keçirilən zaman həmin torbaların içərisindən üzərləri sıx yapışqan lentlə sarılmış bükümlər və spirtli içkilər aşkar olunmuş, aşkar edilmiş bükümlərin daxilinə baxış keçirildikdə isə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddənin çəkisi 13660 qram, narkotik vasitə olan heroinə bənzər maddənin çəkisi 35450 qram, psixotrop maddə olan metamfetaminə bənzər maddənin çəkisi 14140 qram, narkotik vasitə olan tiryəkə bənzər maddənin çəkisi 55 qram, dərman preparatlarına oxşar üzərilərində “Metadon-40” yazılmış dərman preparatlarının sayı 1970 ədəd və 1,7 litrlik üzərində “Çaykovski” yazılmış spirtli içkilərin sayı isə 6 ədəd olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, İran İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 saxlanıldıqları və baxış keçirilən yer N nömrəli hərbi hissənin 13-cü sərhəd zastavasının 28-ci sahəsidir. Həmin istiqamətdə dövlət sərhəd xəttinə və Araz çayının sahilinə baxış keçirilən zaman Araz çayının sahilində iki nəfərə məxsus ayaq izləri aşkar olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs4 saxlanıldığı və baxış keçirilən yer N nömrəli hərbi hissənin 13-cü sərhəd zastavasının 25-ci sahəsidir. Həmin istiqamətdə dövlət sərhəd xəttinə və Araz çayının sahilinə baxış keçirilən zaman Araz çayının sahilində bir nəfərə məxsus ayaq izləri aşkar olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 12 mart 2022-ci il tarixli, 6/1444 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərilərinə “Azərbaycan Respublikası DSX Zərflər üçün №21” dairəvi möhür əksləri olan kağız bərkidilmiş 3 ədəd narıncı rəngli sintetik torbada 36 ədəd bükümdə ümumi təmiz çəkisi 34485 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə - heroindir, 14 ədəd bükümdə ümumi təmiz çəkisi 13915 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 1 ədəd bükümdə təmiz çəkisi 51,811 qram olan tünd-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir, 197 ədəd üzərilərində “Methadone 40” göstəricisi olan dərman konvolyutlarında 1970 ədəd olan açıq-qəhvəyi rəngli, “F/M 40” göstəricili dərman həblərini əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 78,8 qram təşkil edir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının 12 mart 2022-ci il tarixli, 7/244 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd narıncı rəngli sintetik torbadakı 12 (on iki) ədəd sellofan bağlamalarda, bir ədəd qara rəngli və bir ədəd ağ rəngli politilen bağlamalarda ümumi çəkisi 13351,2 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin materiallarına əlavə edilmiş DSX-nin Əməliyyat-axtarış baş idarəsindən alınmış sorğunun cavabından görünür ki, İran İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 dövlət sərhədindən hərəkəti qeydə alınmasa da, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 2017-2019-cu illər ərzində sonuncusu “Biləsuvar” DSBM-dən olmaqla İİR-dan Azərbaycan Respublikasına “Giriş” istiqamətində olmaqla dövlət sərhədindən ümumilikdə 8 halda hərəkəti qeydə alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsindən əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, keçirilmiş tədbirlər nəticəsində daxil olmuş əməliyyat məlumatına əsasən və MƏMAS avtomobilinin müşahidəsinə əsasən xx.xx.2022-ci il tarixdə 14-cü sərhəd zastavasının 4-cü sahəsinin arxa istiqamətində naməlum şəxslər tərəfindən İİR-AR istiqamətində içərisində külli miqdarda narkotik vasitələr, psixotrop maddə olan bağlamaların keçirilərək kol və qamış bitkilərinin arasında gizlədilməsi müşahidə olunmuş, nəticədə qeyd olunan istiqamətdə “Pusqu” sərhəd naryadı təşkil olunarkən xx.xx.2022-ci il tarixdə saat 12:20-də həmin bağlamaları qeyd olunan ərazidən götürməyə gəlmiş 1 nəfər AR vətəndaşı saxlanılmış, həmin şəxsin Təqsirləndirilən şəxs1 olması müəyyən edilmiş, həmin şəxslə filtirasiya işləri aparılan zaman qeyd olunan şəxs həmin bağlamaların İİR-nın Parsabad şəhər sakinləri Əyyub Əfsun və Qurban Bəradariyə məxsus olmasını, ərazidən götürdüyü bağlamaları 1000 manat pul müqabilində Cəbrayıl rayonu, Marallı kəndi ərazisində yolun kənarında gizlədəcəyini bildirmişdir. Bundan sonra təxirəsalınmaz zəruri agentur tədbirləri həyata keçirildiyi zaman narkotik vasitələri qaçaqmalçılıq yolu ilə İİR-AR istiqamətində keçirmiş İİR-sı vətəndaşlarının şəxsiyyətləri mənbələr vasitəsi ilə dəqiqləşdirildikdə onların İİR-sı vətəndaşları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 olması müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Dövlət Sərhəd Xidmətinin Əməliyyataxtarış baş idarəsindən əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitələri dövlət sərhəddini pozaraq ölkə ərazisinə gətirməyə cəhd edən İran İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 saxlanılmış, saxlanılan şəxslər dövlət sərhədini pozan zaman N nömrəli hərbi hissənin 13-cü sərhəd zastavasında olan mütəmadi olaraq fasiləsiz xidməti ərazini müşahidə altında saxlayan müşahidə kamerasına, eləcə də həmin istiqamətdə xidmət aparan “MƏMAS” tərəfindən ərazidə hər hansısa bir iribuynuzlu mal-qaranın olmasının müşahidə edilməmiş, saxlanılmış şəxslər törətdikləri cinayət əməlindən boyun qaçırmaq üçün bilərəkdən yalan ifadə vermişlər. Belə ki, 09 mart 2022-ci il tarixdən 11 mart 2022-ci il tarixədək N nömrəli hərbi hissəsinin 13-cü sərhəd zastavasının xidməti ərazisində həyata keçirilən axtarış tədbirləri nəticəsində 09 mart 2022-ci il tarixdə dövlət sərhədini qanunsuz yolla keçən şəxslərin hərəkət trayektoriyasında İran İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 başqa İİR-AR istiqamətində qanunsuz yolla gələn şəxslər olmamış, ərazidə adları qeyd olunan şəxslərdən başqa dövlət sərhədindən qanunsuz yolla hərəkət edən başqa şübhəli şəxs saxlanılmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 18 iyul 2022-ci il tarixli, 4/887 №-li rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 10 mart 2022-ci il tarixli aşkar olunmuş predmetə baxış keçirilməsi haqqında “Protokol”un aşağı hissəsində “İştirakçılar” qrafasında “Təqsirləndirilən şəxs1” yazılarının qarşısında olan imza; hadisə yerinə baxış keçirilməsi və götürülmə haqqında “Protokol”un aşağı hissəsində “İştirakçılar” qrafasında “Təqsirləndirilən şəxs1” yazılarının qarşısında olan imza – Təqsirləndirilən şəxs1 tərəfindən icra olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 1681 nömrəli, 1682 nömrəli, xx.xx.2022-ci il tarixli 1746 nömrəli, 1747 nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 onlara ittiham olunan əməllər barəsində anlaqlı hesab edilirlər, Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmürlər. Cinayət işinin materiallarına əlavə edilmiş ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 3599 nömrəli, 3602 nömrəli, 3603 nömrəli və xx.xx.2022ci il tarixli 3621 nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzam çəkmirlər və narkomaniyadan məcburi müalicəyə ehtiyacları yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş 24 dekabr 2022-ci il tarixli yaddaş qurğusuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus mobil telefonun yaddaşı bərpa olunduqdan sonra həmin mobil telefonda «Yəhya» adlı şəxslə baş vermiş cinayət hadisəsinin planlaşdırılaraq həyata keçirilməsi istiqamətində audio danışıqların olması müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 12 mart 2022-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus «Samsung Galaxy A30s» markalı mobil telefonun içərisində olan mobil nömrə “***-***-**- **”dur. Həmin mobil telefonda “WhatsApp” proqramı mövcuddur və həmin proqrama baxış keçirilən zaman qeyd olunan proqramda olan yazışmaların və danışıqların silinməsi aşkar olunmuşdur. Bundan başqa həmin mobil telefonun yaddaşında olan mobil nömrələrə baxış keçirilən zaman adı “Xalaoğlu” kimi qeyd olunmuş şəxsin nömrəsinin İİR-sı operatoruna məxsus “+98-***-***-**-**” olması müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış tələbnamələrdən görünür ki Təqsirləndirilən şəxs1 ödənilməmiş məhkumluğu yoxdur, həmçinin İİR vətəndaşları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 barələrində DİN-nin BƏSİİ Əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Beyləqan rayon Birinci Şahsevən kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 05 aprel 2022-ci il tarixli 383 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 ailə tərkibi həyat yoldaşı, 2011-ci il, 2012-cü il, 2015-ci il və 2021-ci il təvəllüdlü dörd övladından ibarətdir. Cinayət işinin materiallarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Beyləqan rayon Birinci Şahsevən kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə heç bir ərizə və şikayətlər daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş protokollardan görünür ki. Təqsirləndirilən şəxs1, İran İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 10 mart 2022-ci il tarixdə, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs4 isə 11 mart 2022-ci il tarixdə inzibati qaydada saxlanılmış, onlar 12 mart 2022-ci il tarixdə isə şübhəli şəxs qismində tutulmuşlar. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilsə də, onun CM-in 206.3.2-ci maddəsi ilə olan əməli düzgün tövsif edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 həmin əməlinin CM-in 206.3.2-ci maddəsinin deyil, CM-in 32.5, 206.3.2-ci maddələrinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Azərbaycan Respublikası CM-in 32.5-ci maddəsinə əsasən “Cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır”. Məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla, eləcə də iş materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar İran İslam Respublikası istiqamətindən keçirilərək Azərbaycan Respublikasına gətirilməsində bilavasitə iştirak etməmiş, yalnız göstərilən narkotik vasitələrin və psixotrop maddənin bir yerdən başqa bir yerə daşınmasında iştirak etmişdir. Yəni, o, faktiki olaraq qeyd edilən qaçaqmalçılıq cinayətinin icraçısı olmamış, həmin cinayətdə köməkçi kimi iştirak etmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-in 33.3cü maddəsinə əsasən CM-in 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.3.2-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: şahid ifadələri, işin digər obyektiv halları Təqsirləndirilən şəxs1 istinad edilən cinayət əməllərinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində dörd azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: şahid ifadələri, işin digər obyektiv halları Təqsirləndirilən şəxs2 istinad edilən cinayət əməllərinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Eyni zamanda məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: şahid ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs3 istinad edilən cinayət əməllərinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs3 cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: şahid ifadələri, işin digər obyektiv halları Təqsirləndirilən şəxs4 istinad edilən cinayət əməllərinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs4 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs4 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs4 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs4 cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən onlara təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə, həmçinin hesab edir ki, İİR vətəndaşları olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əlavə cəza kimi Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilməli və həmin cəza onlar əsas cəza növünü çəkdikdən sonra icra edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını müzakirə edərək, iş üzrə maddi sübut kimi tanınaraq Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan 13350,5 qram narkotik vasitə olan qurudulmuş marixuana qalığının, 34484,9 qram narkotik vasitə olan heroin qalığının, 51,711 qram narkotik vasitə olan tiryək qalığının, 1963 ədəd metadon həblərinin qalığının və 13914,9 qram psixotrop maddə olan metamfetamin qalığının hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 01 ədəd "Samsung" markalı, "Galaxy A30s" modelli mobil telefonun isə hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılması qərarına gəlir. İş üzrə keçirilmiş ekspertiza xərci olan cəmi 567 (beş yüz altmış yeddi) manat 94 (doxsan dörd) qəpik puldan 141 (yüz qırx bir) manat 99 (doxsan doqquz) qəpik Təqsirləndirilən şəxs1, 141 (yüz qırx bir) manat 99 (doxsan doqquz) qəpik Təqsirləndirilən şəxs2, 141 (yüz qırx bir) manat 98 (doxsan doqquz) qəpik Təqsirləndirilən şəxs3, 141 (yüz qırx bir) manat 98 (doxsan doqquz) qəpik isə Təqsirləndirilən şəxs4 alınmaqla dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti cəza olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli 10 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti cəza olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2, həmçinin Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilsin və həmin cəza Təqsirləndirilən şəxs2 əsas cəza növünü çəkdikdən sonra icra edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli 10 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti cəza olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3, həmçinin Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilsin və həmin cəza Təqsirləndirilən şəxs3 əsas cəza növünü çəkdikdən sonra icra edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 cəza çəkməsinin əvvəli 10 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs4 qəti cəza olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4, həmçinin Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilsin və həmin cəza Təqsirləndirilən şəxs4 əsas cəza növünü çəkdikdən sonra icra edilsin. Təqsirləndirilən şəxs4 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs4 cəza çəkməsinin əvvəli 11 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınaraq Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan 13350,5 qram narkotik vasitə olan qurudulmuş marixuana qalığı, 34484,9 qram narkotik vasitə olan heroin qalığı, 51,711 qram narkotik vasitə olan tiryək qalığı, 1963 ədəd metadon həblərinin qalığı və 13914,9 qram psixotrop maddə olan metamfetamin qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 01 ədəd "Samsung" markalı, "Galaxy A30s" modelli mobil telefon isə hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılsın. İş üzrə ekspertiza xərci olan cəmi 567 (beş yüz altmış yeddi) manat 94 (doxsan dörd) qəpik puldan 141 (yüz qırx bir) manat 99 (doxsan doqquz) qəpik Təqsirləndirilən şəxs1, 141 (yüz qırx bir) manat 99 (doxsan doqquz) qəpik Təqsirləndirilən şəxs2, 141 (yüz qırx bir) manat 98 (doxsan doqquz) qəpik Təqsirləndirilən şəxs3, 141 (yüz qırx bir) manat 98 (doxsan doqquz) qəpik isə Təqsirləndirilən şəxs4 alınmaqla dövlət nəfinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 münasibətdə həmin müddət hökmün surətinin onlara verildiyi andan hesablanır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar