Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-15/2025 18.04.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi4 iştirakları ilə, xx xxx 1999-cu ildə Beyləqan rayonunun Təzəkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsi ev 46/8, mənzil 12-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş X3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə xx xxxxxx 2000-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Lənkəran şəhəri, M.Əsədov küçəsi, ev 55-də qeydiyyatda olmaqla Talışiniski küçəsi ev 10da yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Lənkəran şəhərində qonşuluqda yaşayan, aralarında tanışlıq münasibətləri olan X7 və Təqsirləndirilən şəxs1 2023-cü ilin avqust ayının əvvəlində öz aralarında və digər şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin Lənkəran şəhərində əldə edilməsi, saxlanması, daşınması və onlara ödənilməli olan 1500 manat pul müqabilində onlara deyiləcək yerə qoymaq barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi niyyətə uyğun olaraq cinayətkar qrupun digər üzvləri tərəfindən bir ədəd bağlamada 1110 qram, iki ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 8,575 qram və 8,029 qram olmaqla, ümumi təmiz çəkisi 1126,604 qram olub külli miqdar təşkil edən, tiryəkdən kustar üsulla hazırlanmış, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan narkotik vasitə heroini, iki ədəd bağlamalarda, ayrı-ayrılıqda təmiz çəkiləri 2760 qram və 3010 qram olmaqla, ümumi təmiz çəkisi 5770 qram olub külli miqdar təşkil edən, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, botaniki əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan bitki mənşəli narkotik vasitə qurudulmuş marixuananı və 20 ədəd konvalyutda hər birində 10 ədəd olmaqla ümumi sayı 200 ədəd, təsiredici maddəsinin ümumi miqdarı 8 qram (bir həbdə 0,04 qr) olub, külli miqdar təşkil edən, xarici görünüşlərinə və təsiredici maddənin göstəricilərinə görə birbiriləri ilə eyni olan, qəhvəyi rəngli dairəvi formalı narkotik vasitə metadon həblərini 04 avqust 2023-cü il tarixdə Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində Nurlan Məmmədovun yaşadığı evə yaxın ərazidə yerləşən Lənkəran şəhər “Kiçik bazar” qəbirstanlığının ərazisində gizlətdikdən sonra“WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə qəbirstanlığın oxla işarələnmiş qapısının fotoşəklini Nurlan Məmmədovun telefonuna göndərməklə narkotik vasitənin qoyulduğu yer barədə məlumat verdikdən sonra X10 Yusubovla birlikdə 04 avqust 2023-cü il tarixdə saat 22 radələrində piyada narkotik vasitələrin gizlədildiyi, Lənkəran şəhər “Kiçik bazar” qəbirstanlığının onlara məlum olan ərazisinə gedib, aralarında olmuş ümumi niyyətə uyğun olaraq hər ikisi satış məqsədi ilə qanunsuz olaraq bir ədəd qara rəngli sellofan torbanın içərisində olan qeyd olunan çəkilərdə narkotik vasitə heroini, qurudulmuş marixuananı və metadon həblərini götürməklə birgə əldə etdikdən sonra heroindən bir ədəd bükülüdə 8,029 qram çəkidə olan hissəsini Təqsirləndirilən şəxs1, bir ədəd bükülüdə, 8,575 qram çəkidə olan hissəsini isə Nurlan Məmmədov götürmüş, digər narkotik vasitələri isə qara sellofan torbada özləri ilə piyada hərəkət etməklə daşıyarkən bu barədə əməliyyat məlumatları əldə etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 şöbəsinin əməkdaşlarının 04 avqust 2023-cü il tarixdə saat 22:15 radələrində Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı hər ikisi həmin küçədə yanacaqdoldurma məntəqəsinin yaxınlığında saxlanılaraq regional şöbənin ünvan 1 ünvanında yerləşən inzibati binasına gətirilib üzərlərində şəxsi axtarış aparılarkən 1 ədəd sellofan bükülüdə təmiz çəkisi 8,575 qram heroin Nurlan Məmmədovun, bir ədəd bükümdə 8,029 qram heroin Təqsirləndirilən şəxs1 üzərlərində, bir ədəd bağlamada təmiz çəkisi 1110 qram olan heroin, iki ədəd bağlamada, ayrı-ayrılıqda təmiz çəkiləri 2760 qram və 3010 qram olmaqla, ümumi təmiz çəkisi 5770 qram qurudulmuş marixuana və 20 (iyirmi) ədəd konvalyutda hər birində 10 ədəd olmaqla, ümumi sayı 200 (iki yüz) ədəd, təsiredici maddəsinin ümumi miqdarı 8 qram (bir həbdə 0,04 qr) olan narkotik vasitə metadon həbləri özləri ilə daşıdıqları qara rəngli sellofan torbanın içərisindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən X7, ona Azərbaycan Respublikası CM-nın 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, narkotik vasitə heroindən istifadə etmişdir. O, istifadə etdiyi heroini Lənkəran şəhəri ərazisində tanımadığı şəxsdən almışdır. Təqsirləndirilən şəxs1 onun dostudur və onlar bir-birilərini uşaqlıqdan tanıyırlar. 03 avqust 2023-cü il tarixdə +98914-5667-914 saylı iran nömrəsindən onun ***-***-**-** mobil telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi "Whatsapp"ına zəng gəlmişdir.O, həmin zəngə cavab verərkən, onunla danışan şəxs adının “Araz” və İran vətəndaşı olduğunu bildirmişdir. Həmin şəxs “Kiçik bazar” qəbirstanlığına 0,5 kiloqram narkotik vasitə qurdulmuş marixuana qoyulacağını, onu götürməsini demişdir. O, narkotikdən istifadə etdiyindən düşünmüşdür ki, pulsuz narkotikdir götürsün. 04 avqust 2023-cü il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs1la Lənkəran şəhəri Şəhidlər Xiyabanı dairəsində yerləşən çayxanaya tərəf piyada gedərkən Araz adlı şəxs ona narkotik vasitənin olduğu yerin fotoşəklini atmışdır. Fotoşəkildə daş hasarın dibində oxla narkotik vasitənin olduğu yeri göstərmişdir. Onlar çayxanaya gedərək təxminən 1 saat oturub çay içmiş və saat 22 radələrində çayxanadan küçəyə çıxmışlar. Təqsirləndirilən şəxs1 qəbirstanlıqda “yüngül” işinin olduğunu, yəni ayaqyoluna getmək istədiyini bildirmiş və birlikdə qəbirstanlığa getmişlər. Qəbirstanlıqda Təqsirləndirilən şəxs1 20-30 metr aralanmaqla Araz adlı şəxsin fotoşəkildə göstərdiyi yerə çatanda orada 0,5 kiloqram marixuana yox, bir böyük sumka olduğunu görmüşdür. Sumkanı ayağı ilə itələmişdir. Bu zaman polis işçiləri onu və Təqsirləndirilən şəxs1 tutmuşlar. O, polis işçilərini görərkən qaçmış və torbanı əlinə götürməmişdir. Təqsirləndirilən şəxs1 onun qəbirstanlığa narkotik vasitəni götürmək üçün getməsi barədə məlumatı olmamışdır. Həmçinin sumkada olan heroindən özü və Təqsirləndirilən şəxs1 götürməmişlər. Polis işçiləri onları tutaraq sumka ilə birlikdə polis şöbəsinə aparmışlar. Polis şöbəsində videoçəkilişdən istifadə edilərək üzərlərində şəxsi axtarış aparılmış və sumkaya baxış keçirilmiş, sumkada narkotik vasitələr aşkar olunmuşdur. Onların üzərlərinə narkotik vasitə heroin isə polis işçiləri tərəfindən qoyulmuşdur. Polislər onu döymüşlər. ***- ***-**-** telefon nömrəsi ona məxsusdur. Həmin telefonda bir həftə əvvəl yarım kilo məzmunlu yazışma olması o deməkdir ki, ona yarım kilo nəşə göndərməli olmuşlar. Onun qəbirstanlıqda narkotik vasitə götürmək məqsədi barədə Təqsirləndirilən şəxs1 məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 bu barədə heç bir söz deməmişdir. Lakin təqsirləndirilən şəxs Nurlan Məmmədov ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, ünvan 2 ünvanında yaşamışdır. O, 2021-ci il tarixdən etibarən narkotik vasitə olan heroindən yandırıb tüstüsünü udmaqla istifadə etmişdir. İstifadə etdiyi heroini Lənkəran şəhəri ərazisində tanımadığı şəxslərdən almışdır. Təqsirləndirilən şəxs1 onun dostudur və onlar bir-birilərini uşaqlıqdan tanıyırlar. 03 avqust 2023-cü il tarixdə +98914-5667-914 saylı İran nömrəsindən onun ***-***-**-** mobil telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi "WhatsApp"na zəng gəlmişdir. Onunla danışan şəxs İran vətəndaşı olduğunu və adının Araz olduğunu bildirmişdir. Araz adlı şəxs ona Lənkəranda olan adamları vasitəsi ilə bir yerə narkotik qoyduracağını, gedib həmin narkotiki götürməsini, onun deyəcəyi yerə qoymasını, bunun qarşılığında ona pul göndərəcəyini bildirmişdir. Sonra Araz adlı şəxs ona Şəhidlər Xiyabanı ərazisində yerləşən qəbirstanlığın oxla işarələnmiş qapısının fotoşəklini ataraq narkotiki oraya qoyacağı barədə məlumat vermişdir. O, Araz adlı şəxslə razılaşmışdır. Araz “WhatsApp” vasitəsi ilə ona qəbirstanlığın daş hasarının dağılmış hissəsindən içəri daxil olmasını, qəbristanlığın həyətində olan ağacların birinin yanına içərisində iki sellofan bağlamada marixuana, üç sellofan bükümdə heroin və 20 list metadon həbləri olan qara rəngli sellofan torba qoyduracağını, özünün istifadə etməsi üçün torbada olan iki ədəd kiçik bükümlərdə olan heroini özü istifadə etmək üçün götürməsini, torbada qalan narkotikləri isə Bakı şəhərinə aparmasını, Bakı şəhərində onun telefonla deyəcəyi yerə qoyduqdan sonra ona kart nömrəsi göndərməsini, buna görə onun kartına 1500 manat pul göndərərəcəyini bildirmişdir. Araz adlı şəxs ona atdığı şəkilləri silməyini tapşırmış, o da Araz adlı şəxsin ona atdığı şəkili telefonundan silmişdir. O, 04 avqust 2023-cü il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs1la yaşadıqları məhlə ərazisində yerləşən stadionun yanında görüşmüş və çay içmək üçün Şəhidlər Xiyabanı dairəsində yerləşən “Praqa” çayxanasına tərəf piyada getməyə başlamışlar. Həmin vaxt Araz adlı şəxs onun “WhatsApp”na bir şəkil atmış və o, şəkili açıb baxan zaman Şəhidlər Xiyabanı küçəsində yerləşən qəbristanlığın daş hasarının dağılmış hissəsinin və qəbristanlığın həyətində olan bir ağacın yanında sellofan torbanın fotoşəkilini görmüşdür. Həmin vaxt Nurlan ondan nə şəkildi baxırsandeyə soruşmuşdur. O da sonra ona deyəcəyini Nurlana bildirmişdir. O, həmin şəkili dərhal telefonundan silmişdir. Onlar çayxanaya daxil olmuşlar və orada təxminən 1 saat oturub çay içmişlər. Sonra isə çayxanadan küçəyə çıxmışlar və o, Nurlana iranlı tanışının qəbristanlıqda narkotik vasitələr qoyduğunu, onunla gedib həmin narkotik vasitələri götürüb Bakı şəhərinə aparmalarını, narkotik vasitələri iranlı tanışının telefonla ona dediyi yerə qoyduqdan sonra iranlıya kart göndərəcəyini, iranlının onun kartına 1500 manat pul göndərəcəyini və həmin pulun 500 manatını ona verəcəyini bildirmişdir. Nurlan da onunla razılaşmışdır. Həmçinin o, Nurlana iranlı tanışının onların istifadə etməsi üçün iki bükümdə heroin də göndərdiyini bildirmişdir. Nurlan da onun kimi heroindən istifadə etmişdir. Onlar birlikdə Şəhidlər Xiyabanı küçəsində yerləşən qəbristanlığa daş hasarının dağılmış hissəsindən daxil olmuşlar və Nurlan içəri tərəfdə daş hasarın yanında dayanmış, o isə bir neçə metr qabağa gedib ətrafı axtararaq torbanı tapıb götürmüşdür. Sonra isə o, Nurlanın yanına gəlmiş və Araz adlı şəxsin onların istifadə etmələri üçün göndərdiyi iki bükümdə olan heroini torbadan götürüb birini Nurlana vermiş, birini isə əynindəki şalvarının sağ yan cibində gizlətmişdir. Nurlan da bir bükümdə olan heroini şalvarının cibinə qoymuşdur. Onlar birlikdə qəbristanlıqdan küçəyə çıxmışlar və bu zaman polis işçiləri onları tutub avtomobillərə əyləşdirmişlər və Lənkəran şəhərində yerləşən regional polis şöbəsinə gətirmişlər. Polis şöbəsində hər ikisi şübhəli şəxs kimi tutulmuşlar. Polis işçiləri onlara üzərlərində videoçəkilişlə və vəkilin iştirakı ilə şəxsi axtarış aparılacağını bildirmiş və əgər üzərlərində narkotik vasitə vardırsa, təqdim etməsini təklif etmişlər. O əynindəki cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükülünü və saxlanılarkən əlində olmuş içərisində narkotik vasitələr olan bir ədəd qara rəngli sellofan torbanı təqdim etmişdir. Təqsirləndirilən şəxs1 da əynindəki cins şalvarının sağ yan cibindən içərisində heroin olan bir ədəd sellofan bükülünü çıxardıb təqdim etmişdir. O təqdim etdiyi bükülünün içərisində heroin və torbanın içərisində narkotik vasitələr olduğunu bildirmişdir. Sonra isə polis işçisi Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd sellofan bükülünün içərisində nə olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs1 da təqdim etdiyi həmin bükülünün içərisində heroin olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Polis işçisi ondan həmin narkotik vasitələri haradan əldə etdiklərini soruşduqda təqdim etdiyi içərisində heroin olan bir ədəd bükülünü, içərisində narkotik vasitələr olan bir ədəd torbanı və dostu Nurlan Yusibovun təqdim etdiyi içərisində heroin olan bir ədəd bükülünü onlara üç gün əvvəl "WhatsApp" vasitəsilə tanış olduğu, özünü İran vətəndaşı Araz kimi təqdim edən şəxsin bu gün göndərdiyini, tanımadığı şəxsin də həmin narkotik vasitələri Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsində yerləşən qəbristanlığın ərazisinə qoyduğunu və Nurlanla birlikdə gedib həmin narkotik vasitələri götürdüyünü, Arazın özləri istifadə etmələri üçün onlara göndərdiyi təqdim etdikləri həmin iki bükümdə olan heroini torbadan götürdükdən sonra torbanın içərisində qalan narkotik vasitələri Bakı şəhərinə aparıb Arazın telefon vasitəsilə ona deyəcəyi yerə qoymalı olduqlarını, bunun müqabilində Arazın ona kart vasitəsilə 1500 manat pul göndərəməli olduğunu, onun da həmin pulun 500 manatını Təqsirləndirilən şəxs1 verəcəyini bildirmişdir. Polis işçisi əvvəlcə onun təqdim etdiyi bir ədəd sellofan bükülüyə baxış keçirmiş və baxış zamanı həmin bükülünün içərisindən narkotik vasitə heroin aşkar olunmuşdur. Sonra isə polis işçisi Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd sellofan bükülüyə baxış keçirmiş və həmin bükülünün içərisindən də heroin aşkar olunmuşdur. Polis işçisi onun təqdim etdiyi içərisində heroin olan bir ədəd sellofan bükülünü elektron tərəzidə çəkmişdir. Polis işçisi onun təqdim etdiyi içərisində heroin olan həmin bükülünü bir ədəd zərfin içərisinə qoymuş və zərfin üzərinə möhür vurmuşdur. Bundan sonra polis işçisi Təqsirləndirilən şəxs1 təqdim etdiyi içərisində heroin olan bir ədəd sellofan bükülünü elektron tərəzidə çəkmişdir. Polis işçisi Təqsirləndirilən şəxs1 təqdim etdiyi içərisində heroin olan həmin bükülünü bir ədəd zərfin içərisinə qoymuş və zərfin üzərinə möhür vurmuşdur. Bundan sonra polis işçisi onun təqdim etdiyi bir ədəd qara rəngli sellofan torbaya baxış keçirmiş və baxış zamanı sellofan torbanın içərisindən 2 ədəd sellofan bükülüdə narkotik vasitə olan qurudulmuş marixuana, bir ədəd bükülüdə heroin və 20 ədəd listdə metadon həbləri aşkar olunmuşdur. Polis işçisi tərəfindən həmin kütlələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və torbaya qoyularaq qablaşdırılıb götürülmüşdür. Bu barədə onların iştirakları ilə protokol tərtib olunmuşdur. O, digər iştirakçılarla birlikdə həmin protokola imza etmişdir. Polis işçiləri onları döyməmişlər, onlara təzyiq göstərməmiş və hədə-qoxu gəlməmişlər. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1, ona Azərbaycan Respublikası CM-nın 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, valideynləri və qardaşı ilə Lənkəran şəhərində yaşayır. 04 avqust 2023-cü il tarixdə saat 21 radələrində Nurlan Məmmədovla telefonla danışmış, çay içmək məqsədi ilə Raypo adlanan yerdə, stadionun yanında görüşmüşlər. Birlikdə çay içmək üçün çayxanaya getmişlər. Sonra evlərinə qayıdırkən Nurlan Məmmədov ona onu orada gözləməsini, bir yerə dəyib 5 dəqiqəyə gələcəyini demişdir ki, həmin vaxt polis əməkdaşları gələrək onları tutmuşlar. O qaçmağa cəhd eləməmiş, çünki nə baş verdiyini anlaya bilməmişdir. Onları regional narkotiklə mübarizə şöbəsinə aparmışlar. Şöbədə olarkən Nurlan Məmmədovun səsini eşitmişdir, onu döymüşlər. Sonra polis işçiləri onu da döymüşlər. Daha sonra valideynlərinin səslərini eşitmişdir. Valideynləri onun arxasınca şöbəyə gəlmişlər. Polislər qara rəngdə olan bükümü ona verərək şalvarının sol cibinə qoymasını demişlər. Bir ədəd mobil telefonu vermiş, telefonu da şalvarının sağ cibinə qoymasını demişlər. Polislər onu istifadəçi kimi sənədləşdirəcəklərini demişlər. Daha sonra polis işçilərinin onu altadmalarını başa düşmüşdür. Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilən ifadəsində isə göstərmişdir ki, təxminən 5-6 ay olarki narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Marixuana çəkmək istəyəndə uşaqlıq dostu Nurlan Məmmədova müraciət etmişdir. Nurlan Məmmədov kimdənsə onun üçün qurudulmuş marixuana alıb gətirmişdir. O, marixuanaya görə pulu Nurlan Məmmədova vermişdir. Nurlan Məmmədovun marixuananı kimdən almasını bilməmişdir. 04 avqust 2023-cü il tarixdə saat 21 radələrində Nurlan Məmmədovla yaşadıqları məhəllə ərazisində yerləşən stadionun yanında görüşmüş və birlikdə çay içmək üçün Şəhidlər Xiyabanı dairəsində yerləşən “Praqa” çayxanasına getmişlər. Onlar çayxanada təxminən 1 saat oturub çay içmişlər,sonra isə çayxanadan çıxıb piyada evə tərəf getməyə başlamışlar. Nurlan Məmmədov “WhatsApp”la kiminləsə danışdığını görmüşdür. Ondan kiminlə danışdığını soruşmuş, o isə tanışı ilə danışdığını bildirmişdir. Şəhidlər Xiyabanı küçəsində yerləşən "Kiçik bazar" qəbristanlığının daş hasarının yanına çatanda Nurlan Məmmədov ona burada bir nəfərin “şey”, yəni qurudulmuş marixuana qoyduğunu, onu götürmələrini, bir hissəsini öz istifadələri üçün götürmələrini demişdir. Qəbirstanlığın yanında o küçədə dayanıb gözləmiş, Nurlan Məmmədov qəbirstanlığın dağılmış daş hasarından içəri keçmiş və az sonra əlində qara rəngli sellofan torba olmaqla qəbristanlıqdan çıxmış və ona tərəfə gəlməyə başlamışdır. Bu zaman polis işçiləri onlara yaxınlaşmış və Nurlan Məmmədov torbanı atıb qaçmışdır. O isə nə baş verdiyini bilmədiyinə görə yerində donub qalmışdır. Polis işçiləri Nurlan Məmmədovu tutub onun yanına gətirmişlər. Sonra isə onu və Nurlan Məmmədovu döyə-döyə maşına əyləşdirib Baş Narkotiklərlə Mübarizə İdarəsinin Lənkəran şəhərində yerləşən Regional polis şöbəsinə aparmışlar. Regional polis şöbəsinin binasında adını bildiyi Aqşin adlı polis işçsi və adını bilmədiyi digər bir polis işçisi ciblərini axtarmış, amma ciblərindən narkotik vasitə çıxmamışdır. Polis işçisi Aqşin və ucaboylu, iri cüssəli tanımadığı digər bir polis işçisi otağa daxil olmuşlar. Həmin tanımadığı polis işçisi onu döymüş və polis işçisi Aqşin onun cibinə bir bükümdə heroin qoymuş, videoçəkilişdə həmin narkotik vasitənin ona Nurlan Məmmədov tərəfindən verilməsini deməyi tələb etmişdir. O da qorxusundan və canını salamat qurtarmaq üçün Aqşinlə razılaşmışdır. Nurlan Məmmədovun da həmin otaqda olduğunu görmüşdür. Polis işçisi ona və Nurlan Məmmədova təklif etmişdir ki, əgər üzərilərində narkotik vasitə və ya qanunsuz əşya vardırsa, təqdim etsinlər. Nurlan Məmmədov da əynindəki cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükülünü və əlində olan bir ədəd qara rəngli sellofan torbanı təqdim etmişdir. O da polis işçisi Aqşinin əynindəki cins şalvarının sağ yan cibinə qoyduğu içərisində heroin olan bir ədəd sellofan bükülünü çıxardıb təqdim etmişdir. Polis işçisi Nurlan Məmmədovdan təqdim etdiyi bir ədəd sellofan bükülünün və bir ədəd sellofan torbanın içərisində nə olduğunu soruşmuşdur. Nurlan Məmmədov da həmin bükülünün içərisində heroin və torbanın içərisində narkotik vasitələr olduğunu bildirmişdir. Sonra isə polis işçisi ondan təqdim etdiyi bir ədəd sellofan bükülünün içərisində nə olduğunu soruşmuşdur. O da qorxusundan həmin bükülünün içərisində narkotik vasitə heroin olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Həmin vaxt Nurlan Məmmədov təqdim etdiyi içərisində heroin olan bir ədəd bükülünü, içərisində narkotik vasitələr olan bir ədəd torbanı və güya onun təqdim etdiyi içərisində heroin olan bir ədəd bükülünü onlara üç gün əvvəl "WhatsApp" vasitəsilə tanış olduğu, özünü Araz adlı İran vətəndaşı kimi təqdim etmiş şəxsin bu gün göndərdiyini, güya onunla birlikdə gedib həmin narkotik vasitələri götürdüyünü, Arazın güya özləri istifadə etmələri üçün onlara narkotik göndərdiyini, təqdim etdikləri həmin iki bükümdə olan heroini torbadan götürdükdən sonra torbanın içərisində qalan narkotik vasitələri Bakı şəhərinə aparıb Arazın telefon vasitəsilə ona deyəcəyi yerə qoymalı olduqlarını, bunun müqabilində Arazın ona 1500 manat pul göndərəcəyini və onun da həmin pulun 500 manatını ona verməli olduğunu bildirmişdir. Polis işçisi əvvəlcə Nurlan Məmmədovun təqdim etdiyi bir ədəd sellofan bükülüyə baxış keçirmiş və bükülünün içərisindən kütlə aşkar olunmuşdur. Sonra isə polis işçisi Aqşinin onun cibinə qoyduğu bir ədəd sellofan bükülüyə baxış keçirmiş və həmin bükülünün içərisindən də narkotik aşkar olunmuşdur. Polis işçisi Nurlan Məmmədovun təqdim etdiyi içərisində narkotik olan bir ədəd sellofan bükülünü elektron tərəzidə çəkmişlər. Bundan sonra polis işçisi Aqşinin onun cibinə qoyduğu içərisində kütlə olan bir ədəd sellofan bükülünü elektron tərəzidə çəkmişdir. Bundan sonra polis işçisi Nurlan Məmmədovun təqdim etdiyi bir ədəd qara rəngli sellofan torbaya baxış keçirmiş və baxış zamanı sellofan torbanın içərisindən 2 ədəd sellofan bükülüdə narkotik vasitə, bir ədəd bükülüdə narkotik vasitə və 20 ədəd listlərdə həblər aşkar olunmuşdur. Polis işçisi tərəfindən həmin kütlələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və həmin qara rəngli sellofan torbaya qoyularaq qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirnildən şəxsləp Nurlan Məmmədov və Təqsirləndirilən şəxs1 cinayət əməlləri özlərinin ifadələrindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 04 avqust 2023-cü il tarixdə icraatına Lənkəran şəhər sakinləri X7 və Təqsirləndirilən şəxs1 birlikdə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Nurlan Məmmədov və Təqsirləndirilən şəxs1 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirməklə 04 avqust 2023-cü il tarixdə saat 22:15 dəqiqədə Nurlan Məmmədov və Təqsirləndirilən şəxs1 Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsində yerləşən Yanacaqdoldurma məntəqəsinin yaxınlığında dayandıqlarını və Nurlan Məmmədovun əlində sellofan torba olduğunu görmüşlər. Onlar dərhal Nurlan Məmmədov və Təqsirləndirilən şəxs1 tutub Lənkəran şəhərində yerləşən regional şöbənin inzibati binasına gətirmişlər. Bundan sonra təhqiqatçı tərəfindən müdafiəçilərin iştirakları ilə Nurlan Məmmədov və Təqsirləndirilən şəxs1 üzərlərində şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl onlara üzərilərində narkotik vasitə və ya qanunsuz əşya vardırsa, təqdim etmələri təklif olunmuşdur. Nurlan Məmmədov əynindəki cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükülünü və saxlanılarkən əlində olan bir ədəd qara rəngli sellofan torbanı təqdim etmişdir. Təqsirləndirilən şəxs1 da əynindəki şalvarının sağ yan cibindən bir ədəd sellofan bükülünü çıxardıb təqdim etmişdir. Nurlan Məmmədov bükülünün içərisində heroin və torbanın içərisində narkotik vasitələr olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 da təqdim etdiyi bükülünün içərisində narkotik vasitə olan heroin olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Nurlan Məmmədov özündə və dostu Təqsirləndirilən şəxs1 aşkar olunan narkotik vasitələri üç gün əvvəl "WhatsApp" vasitəsilə tanış olduğu, özünü ona Araz adlı İran vətəndaşı kimi təqdim etmiş şəxsin bu gün göndərdiyini, tanımadığı şəxsin də həmin narkotik vasitələri Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsində yerləşən qəbristanlığın ərazisinə qoyduğunu, onun da Təqsirləndirilən şəxs1la birlikdə gedib həmin narkotik vasitələri götürdüyünü, Arazın özləri istifadə etmələri üçün onlara göndərdiyi iki bükümdə olan heroini torbanın içərisindən götürdüklərini, qalan narkotik vasitələri isə Bakı şəhərinə aparıb Arazın telefon vasitəsilə ona deyəcəyi yerə qoymalı olduqlarını, bunun müqabilində Arazın ona 1500 manat pul göndərəməli olduğunu, onun da həmin pulun 500 manatını Təqsirləndirilən şəxs1 verməli olduğunu bildirmişdir. Nurlan Məmmədovun təqdim etdiyi sellofan bükülüyə baxış zamanı həmin bükülünün içərisindən narkotik vasitə olan heroinəbənzər kütlə aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi sellofan bükülüyə baxış keçirilərkən bükülünün içərisində heroinəbənzər kütlə aşkar olunmuşdur. Həmin bükümlər elektron tərəzidə çəkilib götürülmüşdür. X9 təqdim etdiyi bir ədəd qara rəngli sellofan torbaya baxış zamanı torbanın içərisindən 2 ədəd sellofan bükülülərdə narkotik vasitə olan qurudulmuş marixuanayabənzər kütlələr, bir ədəd bükülüdə heroinəbənzər kütlə və 20 ədəd listdə metadon tabletlərinə bənzər tabletlər aşkar olunmuşdur. Həmin kütlələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs1 və Nurlan Məmmədova qarşı heç bir təsir-təzyiq göstərməmişlər. Nə o, nə də ki hər hansı bir polis əməkdaşı Təqsirləndirilən şəxs1 və Nurlan Məmmədovun üzərlərinə narkotik qoymuşlar. Məhkəmə istintaqında şahid kimi dindirilən Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbənin əməliyyat müvəkkili Şahid2 da polis əməkdaşı Şahid1la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Həmçinin göstərdi ki, Nurlan Məmmədov və ya Təqsirləndirilən şəxs1 üzərlərinə narkotik vasitə qoymamışlar və onlara heç bir təsirtəzyiq göstərməmişlər. Məhkəmə istintaqında şahid kimi dindirilən X4 göstərdi ki, 04 avqust 2023-cü il tarixdə Nurlan Məmmədov və Nurlan Yusibovun üzərlərində şəxsi axtarış, habelə Nurlan Məmmədovun təqdim etdiyi sellofan torbaya baxış onun tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilərək keçirilmişdir. Üzərlərində şəxsi axtarış aparılarəkn Nurlan Məmmədov və Təqsirləndirilən şəxs1 polis işçiləri tərəfindən heç bir təzyiq və ya təsir göstərilməmiş, onların üzərlərinə narkotik vasitələr polis işçiləri tərəfindən qoyulmamışdır. Cinayət işində olan şəxsi axtarış və baxış keçirilməsi haqqında 04 avqust 2023-cü il tarixli protokoldan, həmçinin şəxsi axtarış və baxış keçirilən zaman aparılmış videoçəkilişdən görünür ki, Nurlan Məmmədov əynindəki cins şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümü, şalvarın arxa sağ cibindən bir ədəd “Samsung” markalı mobil telefonu və əlindəki qara rəngli sellofan torbanı təqdim etmişdir. Təqsirləndirilən şəxs1 isə əynindəki cins şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Nurlan Məmmədov bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində heroin vardır, heroin özünə məxsusdur, həmin büküm və təqdim etdiyi torbada olan narkotik maddələr üç gün əvvəl tanış olduğu və “WhatsApp” vasitəsi ilə həmin gün əlaqə saxladığı Araz adlı İran vətəndaşı tərəfindən Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsində yerləşən qəbirstanlığın ərazisində qoyulmuşdur. Tanışı Təqsirləndirilən şəxs1la birlikdə gedib həmin narkotik vasitələri götürmüşlər. Narkotik vasitələri Bakı şəhərinə aparıb telefonla deyiləcək yerə qoymalı olmuşlar. Bunun müqabilində Araz adlı şəxs tərəfindən 1500 manat pul ödənilməli olmuşdhur. Həmin pulun 500 manatını Təqsirləndirilən şəxs1 verməli olmuşdur. Onun özünün və Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş heroinləri Araz adlı şəxs özlərinin istifadə etmələri üçün göndərmişdir. Təqsirləndirilən şəxs1 ona verilən suallara cavab olaraq təqdim etdiyi 1 ədəd bükülüdə narkotik vasitə heroinin özünə məxsus olduğunu və həmin bir bükümdə olan heroini Nurlan Məmmədovun qara rəngli torbanın içərisindən götürüb ona verdiyini təsdiq etmişdir. Nurlan Məmmədov və Təqsirləndirilən şəxs1 təqdim etdikləri bükümlərə baxış keçirilərkən içərisində heroinəbənzər maddələrin olması müəyyən edilmişdir. Elektron tərəzidə çəkilərkən Nurlan Məmmədovun təqdim etdiyi bükümdəki kütlə 11,70 qram, Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümdəki kütlə isə 9,71 qram olmuşdur. Həmin maddələr ayrı-ayrılıqda zərfdə qablaşdırılaraq götürlmüşdür. Nurlan Məmmədovun əlində olmuş 1 ədəd qara rəngli sellofan torbanın içərisindən 2 ədəd sellofan bükülülərdə narkotik vasitə olan qurudulmuş marixuanayabənzər kütlələr, 1 ədəd bükümdə heroinəbənzər kütlə və 20 ədəd konvalyutda hər birində 10 ədəd olmaqla ümumi sayı 200 ədəd olan narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüşdür. Nurlan Məmmədovun təqdim etdiyi torbada aşkar olunan bükümlər elektron tərəzidə çəkilərkən marixuanayabənzər kütlənin çəkisinin 5 kq 900 qram, heroinəbənzər kütlənin çəkisinin isə 1 kq 215 qram olması müəyyən edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs1 barəsində həbs növündə qətimkan tədbiri seçilməsinə dair Lənkəran Rayon Məhkəməsinin 06 avqust 2023-cü il tarixli, 4(049)-224/2023 nömrəli qərarından görünür ki, 06 avqust 2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsində Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən Təqsirləndirilən şəxs1 məhkəmə iclasında narkotik vasitə olan marixuanadan istifadə etdiyini, Nurlan Məmmədovun 04 avqust 2023-cü il tarixdə ona qəbristanlığa gedərək oradan bir bağlama götürəcəyini bildirib, ora birlikdə getməyi təklif etdiyini, o da Nurlan Məmmədovla razılaşaraq birlikdə qəbristanlığa getdiyini və qəbristanlığın qapısından içəri daxil olduqda Nurlan Məmmədovun ona həmin bağlamanın içərisində narkotik vasitə marixuana olduğunu və bağlamanı götürəndən sonra ona da pay verəcəyini bildirdiyini, həmin bağlamanı götürdüklərindən təxminən 10 saniyə sonra onları polis əməkdaşlarının tutduqlarını göstərmişdir. İş üzrə təqsirləndirilən şəxs X3 barəsində həbs növündə qətimkan tədbiri seçilməsinə dair Lənkəran Rayon Məhkəməsinin 06 avqust 2023-cü il tarixli, 4(049)- 225/2023 nömrəli qərarından görünür ki, 06 avqust 2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsində Nurlan Məmmədov barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən Nurlan Məmmədov məhkəmə iclasında uzun müddətdir ki, narkotik vasitə olan heroini tüstü yolu ilə qəbul etdiyini, bir həftə bundan əvvəl ona deməsinə görə iran vətəndaşı olan Araz adlı şəxsin "WhatsApp" vasitəsilə yazaraq Lənkəran şəhərində qəbristanlıqda içində narkotik olan bağlama qoyacağını bildirib, həmin bağlamanı oradan götürərək bildirəcəyi ünvana verməsini ona təklif etdiyini və bunun müqabilində ona da narkotik vasitədən pay düşəcəyini bildirdiyini və o əvvəlcədən razılaşdıqları kimi tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qəbristanlığa gedərək həmin bağlamanı götürdüklərini və təxminən 10 saniyə sonra qəbristanlığın içərisində polis əməkdaşlarının onları saxladıqlarını göstərmişdir. İş üzrə təyin edilmiş ekspertizanın 05 avqust 2023-cü il tarxli, 19/775 nömrəli rəyindən görünür ki, Nurlan Məmmədovun təqdim etdiyi 01 ədəd bükümdə təmiz çəkisi 8,575 qram olan qəhvəyi rəngli maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd bükümdə təmiz çəkisi 8,029 qram olan qəhvəyi rəngli maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Nurlan Məmmədovun təqdim etdiyi bir ədəd torbada olan 1 ədəd bükülüdə təmiz çəkisi 1110 qram olan qəhvəyi rəngli maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2760 qram və 3010 qramümumi təmiz çəkisi 5770 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, botanik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər; 20 ədəd konvalyutda ümumi sayı 200 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər metadondurlar, xarici görünüşlərinə və təsiredici maddənin göstəricilərinə görə birbiriləri ilə eynidirlər, həblərin təsiredici maddəsinin ümumi miqdarı:-8,0 qramdır. Nurlan Məmmədovun üzərindən və əlindəki torbadan aşkar edilmiş ümumilikdə 2 ədəd olmaqla ümumi təmiz çəkisi: 1118,575 qram olan heroinlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Təqsirləndirilən şəxs1 aşkar edilmiş 1 ədəd bükümdə təmiz çəkisi 8,029 qram olan heroin, X2 ümumilikdə 2 ədəd olmaqla ümumi təmiz çəkisi 1118,575 qram olan heroinlərlə xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Məhkəmə-ambulator narkoloji ekspertizasının 05 avqust 2023-cü il tarixli, 784 və 785 nömrəli rəylərindən görünür ki, müayinə zamanı Nurlan Məmmədov və Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmaları məsləhət görülür. Məhkəmə-tibb ekspertizasının 05 avqust 2023-cü il tarixli, 791 və 792 saylı rəylərində göstərilmişdir ki, həmin tarixdə aparılmış tibbi müayinə zamanı Nurlan Məmmədov və Təqsirləndirilən şəxs1 bədənləri üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında təqsirləndirilən şəxslər Nurlan Məmmədov və Təqsirləndirilən şəxs1 04 avqust 2023-cü ildə polis işçiləri tərəfindən saxlanılmaları və ilkin araşdırma zamanı onlara təzyiq göstərilməsi, döyülmələri və işgəncəyə məruz qalmaları ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət olunmuşdur. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfitndən araşdırma aparılmış, Nurlan Məmmədov və Təqsirləndirilən şəxs1 polis işçiləri tərəfindən təzyiqlərə, işgəncəyə məruz qalmaları və döyülmələri təsdiq olunmadığına görə xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd olunmuşdur. Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 11 avqust 2023-cü il tarixli, 10245 və 10246 nömrəli arayışlarından görünür ki, təqsirləndirilən şəxslər Nurlan Məmmədov və Təqsirləndirilən şəxs1 qeyd olunan xəstəxanada qeydiyyatda deyildirlər. İşdə olan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Nurlan Məmmədov əvvəllər məhkum olunmamışlar. Lənkəran Şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışında və xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 ünvan 3 ünvanında daimi qeydiyyatda olmaqla Talışiniski küçəsi ev 10 ünvanında yaşamış, subaydır, yaşayış yerindən müsbət səciyyələnir. Lənkəran Şəhər Mənzil İstismar İdarəsinin 30 avqust 2023-cü il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, təqsirləndirilən şəxs X8 şəhəri, Şəhidlər Xiyabanı ev 46/8, mənzil 12-də nənəsi ilə yaşayıb, subaydır və yaşayış yerindən müsbət səciyyələnir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Nurlan Məmmədov və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini, qurudulmuş marixuananı və metadon həblərini ələdə edərək saxlamaları və daşımaları, əməllərində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən təqsirləndirilən şəxs Nurlan Məmmədovun məhkəmə istintaqında verdiyi - polis işçiləri tərəfindən saxlanıldığı yerə cəmi 0,5 kiloqram narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmək üçün getməsi, oraya külli miqdarda narkotik vasitələrin qoyulmasından məlumatsız olması, içərisində narkotik vasitələr olan bağlamanı faktiki olaraq əldə etməməsi, onun narkotik vasitə götürmək üçün getməsi barədə yoldaşı Təqsirləndirilən şəxs1 məlumatının olmaması barədə ifdəsini öz məsuliyyətini yüngülləşdirmək, Təqsirləndirilən şəxs1 isə cinayət məsuliyyətindən kənarlaşdırmaq məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmr. Məhkəmə Nurlan Məmmədovun ibtidai istintaqda verdiyi etirafedici ifadəsini işin faktiki halları ilə tam uyğunluq təşkil etməklə obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Eyni ilə məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında verdiyi Nurlan Məmmədovun 04 avqust 2023-cü il tarixdə gecə saatlarında Nurlan Məmmədovla birlikdə olduqları zaman onun narkotik vasitələri əldə etmək məqsədi ilə getməsindən məlumatsız olması barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Belə ki, Nurlan Məmmədovun şübhəli şəxs kimi tutulmaqla üzərində şəxsi axtarış aparılarkən verdiyi izahatında və sonradan ifadəsində göstərmişdir ki, 04 avqust 2023-cü il tarixdə saat 22 radələrində Lənkəran şəhəri ərazisində qəbirstanlığa gedərkən Təqsirləndirilən şəxs1 oraya narkotik vasitələr qoyulduğunu, narkotik vasitələri götürməklə Bakı şəhərinə çatdırmalı olduqlarını, bunun əvəzində ona 1500 manat pul veriləcəyini, onun da həmin pulun 500 manatını Təqsirləndirilən şəxs1 verəcəyini demiş və bununla razılaşmışlar. Bundan başqa məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs1 üzərində videoçəkilişdən istifadə etməklə şəxsi axtarış aparılarkən bir ədəd bükümdə 8,029 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Nurlan Məmmədov və Təqsirləndirilən şəxs1 əməlləri CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxlərə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, hər birinin cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətlərini, təyin olunan cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Nurlan Məmmədov və Təqsirləndirilən şəxs1 cəzalarını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Nurlan Məmmədov və Təqsirləndirilən şəxs1 hər birinə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldıqları müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətlərinin başlanğıcı 04 avqust 2023-cü il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla təqsirləndirilən şəxslərin hər birinə CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdırlar. İş üzrə maddi sübut kmi tanınmaqla Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan 1126,304 qram narkotik vasitə heroin, 5769,9 qram narkotik vasitə qurudulmuş marixuana və 185 ədəd narkotik vasitə metadon həbləri məhv edilməlidir. İstintaq hərəkətləri barədə 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza xərci 120 (bir yüz iyirmi) manat təqsirləndirilən şəxslər Nurlan Məmmədov və Təqsirləndirilən şəxs1 hər birindən 60 (altmış) manat alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: X7 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 04 avqust 2023-cü il tarixdən hesablansın. X3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X7 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 04 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kmi tanınmaqla Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan 1126,304 qram narkotik vasitə heroin, 5769,9 qram narkotik vasitə qurudulmuş marixuana və 185 ədəd narkotik vasitə metadon həbləri məhv edilsin. İstintaq hərəkətləri barədə 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci 120 (bir yüz iyirmi) manat təqsirləndirilən şəxs X7 və Təqsirləndirilən şəxs1 hər birindən 60 (altmış) manat alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu (X7 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-15/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-15/2025
18.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver