Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-150/2022 04.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, Talışlı Röyalə Mirsaleh qızının katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər, Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 və «Yusifbəyli və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə,
1. xx xxxxxxx 1982-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, evli, Yevlax şəhəri M.F.Axundov küçəsi ev 73-də qeydiyyatda olan və yaşayan, iş üzrə 22 iyun 2021-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs1
Azərbaycan Respublikası CM-nin (bundan sonra CM-nin) 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə;
2. xx xxxxxx 1981-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, evli, Yevlax şəhəri Q.Əşrəfbəy küçəsi ev 9, mənzil 43-də qeydiyyatda olan və yaşayan, iş üzrə 22 iyun 2021-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs2
Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq
MÜƏYYƏNETDİ:
Yevlax şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz aralarında və İran İslam Respublikasında olan digər şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin, psixotrop maddənin və güclü təsir edən dərman preparatlarının əldə edilməsi, saxlanılması və daşınmaqla qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsi, həmin maddələrin Azərbaycan Respublikası ərazisində Elçin Xudaverdiyev və Təqsirləndirilən şəxs2 tərəfindən qəbul ediləcəyi barədə razılaşmaqla qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmişlər. Əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun İran İslam Respublikasında olan üzvləri tərəfindən külli miqdarda - 26442,6 qram narkotik vasitə heroin, külli miqdarda-5863,68 qram narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda-920 ədəd həb şəklində, təsir maddəsinin miqdarı 36,8 qram olan narkotik vasitə metadon, külli miqdarda-3299,1 qram psixotrop maddə metamfetamin və külli miqdarda-150 ədəd kapsul şəklində təsir maddəsinin miqdarı 22,5 qram olan güclü təsir edən maddə “Preqabalin” dərman preparatları əldə edilmiş, saxlanılmış və daşınmaqla Azərbaycan Respublikasının dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilmiş və bu barədə 21 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 məlumat verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sonuncunun idarə etdiyi «MAZ 21070» markalı, «AZ **-BM-***» qeydiyyat nişanlı avtomaşınla Yevlax rayonundan Beyləqan rayonu ərazisinə gedərək 22 iyun 2021-ci il tarixdə gecə saat 01 radələrində Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 22-ci sərhəd zastavasının 31-ci sahəsinin arxa tərəfində narkotik vasitələrin qoyulduğu yerə getmişlər. Orada Təqsirləndirilən şəxs1 avtomaşından düşərək narkotik vasitələrin olduğu yerə yaxınlaşmış, Təqsirləndirilən şəxs2 isə avtomobildə qalmaqla onu gözləmişdir. Təqsirləndirilən şəxs1 2 ədəd bağlamalarda olan külli miqdarda narkotik vasitələri, psixotrop maddəni və güclü təsir edən maddəni qoyulduqları yerdən götüməklə ümumi niyyətlə satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb, avtomobilə tərəf daşıyarkən Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hadisə yerində saxlanılmış, onların birgə əldə etdikləri, cinayətkar qrupa məxsus 2 ədəd bağlamaya baxış keçirilərkən göstərilən miqdarda narkotik vasitə heroin, qurudulmuş marixuana, metadon həbləri, psixotrop maddə metamfetamin və güclü təsir edən maddə “Preqabalin” adlı dərman preparatları aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxs kimi dindirilən X2 ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, İran İslam Respublikasında Kiyani adlı tanışı olmuşdur. Kiyani ona demişdir ki, Beyləqan rayonu ərazisində sumka vardır, gedib həmimn sumkanı götürmək lazımdır. Kiyani ona sumkada paltar və az miqdarda, 105 qram marixuana olduğunu bildirmişdir. Kiyani ona sumkada digər külli miqdarda narkotik vasitələr olması barədə deməmişdir. Lakin Kiyani ona sumkanı götürməsinə görə 700 manat pul verəcəyini vəd etmişdir. Tanışı Təqsirləndirilən şəxs2 özünə mxsus «MAZ» markalı avtomobili lə həmin yerə getməli olmuşdur. Ona görə o da Ceyhunun idarə etdiyi avtomaşınla həmin yerə getmişdir. Təqsirləndirilən şəxs2 sumka götürəcəyini demiş, lakin sumkada külli miqdarda narkotik olacağını deməmişdir. Onun telefonunda enerji qurtardığına görə İranlı Kiyani sumkanın olduğu yerin fotoşəklini çəkib Təqsirləndirilən şəxs2 telefonuna atmışdır. Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomaşınla sumkanın olduğu yerə getmişlər. Orada sumkanı gətirən sürücü ilə görüşmüşdür. Sürücü ona sumkanın yerini demiş və sumkada bir az marixuna olduğunu demişdir. Həmin yerə çatanda sumkanın körpünün gözündə olduğunu bildirmişlər. Həmin yerdə avtomaşından düşüb sumkanı götürərkən onu tutmuşlar. Onun sumkada qeyd edilən külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin olması barədə məlumatı olmamışdır. Lakin Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində göstərmişdir ki, saxlanılmazdan təxminən 2 ay əvvəl iranlı Kiyani adlı şəxslə tanış olmuşdur. Kiyani ilə həmin vaxtdan etibarən mütəmadi olaraq “WhatsApp” mobil tətbiqi üzərindən əlaqə saxlamışdır. Kiyani ona qaçaq yolla göndərilən narkotik vasitələri əldə edib özünün deyəcəyi yerə aparmasını, bunun qarşılığında ona pul veriləcəyini bildirmişdir. Kiyani bir dəfə ona İrandan göndərilən narkotiki götürməsini demiş, lakin o razılaşmamışdır. 21 iyun 2021-ci il tarixdə günorta saatlarında Kiyani yenidən mobil telefonla zəng edərək Beyləqan rayonu İmamverdili kəndi ərazisində qaçaq yolla İran İslam Respublikasından gətirilmiş içərisində narkotik vasitə marixuana və pul olan çanta gizlədildiyini, onun həmin çantanı götürüb Bərdə rayonuna apararaq sonradan deyəcəyi şəxsə çatdırmasını, həmin çantada ona və başqa “uşaqlara” çatacaq marixuana olduğunu, qeyd olunan çantanın içərisində olan ona çatacaq marixuananı götürüb, digər şəxslərə çatacaq narkotik vasitəyə dəyməməsini və özünün deyəcəyi yerə aparmasını, bunun qarşılığında ona əlavə olaraq 700 manat pul verəcəyini bildirmişdir. Bundan sonra tanışı Təqsirləndirilən şəxs2, “Beyləqan rayonu İmamverdili kəndinə iranlının bağlama göndərdiyini, həmin bağlamada ona çatası marixuana olduğunu, özünün həmin marixuananı götürdükdən sonra bağlamanı iranlının deyəcəyi yerə qoyacağını, yaxud da deyəcəyi adama verəcəyini, bunun qarşılığında 700 manat alacağını, əgər onunla birlikdə Beyləqan rayonu İmamverdili kəndinə gedərsə, qarşılığında Ceyhuna 150 AZN pul verəcəyini bildirmişdir. Ceyhun onunla razılaşdıqdan sonra xx.xx.2021-ci il tarixdə, saat 20 radələrində sonuncunun idarə etdiyi “MAZ” markalı, **-BM-*** qeydiyyat nişanlı avtomaşınla birlikdə Yevlax rayonundan Beyləqan rayonu, İmamverdili kəndi istiqamətində yola düşmüşlər. Yolda olduqları zaman iranlı Kiyani onunla bir neçə dəfə əlaqə saxlamışdır. Yolda olduqları zaman özünün mobil telefonunun sensoru donduğundan və həmçinin də mobil telefonun enerjısinın qurtarmasına az qaldığından Təqsirləndirilən şəxs2 mobil telefonunu almış, həmin telefona Kiyaninin mobil nömrəsini yazmış və həmin telefonla Kiyani adlı şəxslə ““Vhatsapp” tətbiqi üzərindən danışmağa və yazışmağa başlamışdır. X4 mobil telefonuna içərisində narkotik vasitə olan bağlamanın olduğu yerin fotoşəklini və həmin yerin videosunu göndərmişdir. Qeyd olunan yerə çatdıqda orada olan körpünün yaxınlığında Ceyhuna avtomaşını saxlamasını deyərək avtomaşından düşüb əkin sahəsinə doğru hərəkət etmişdir. xx.xx.2021-ci il tarixdə, saat 01 radələrində əkin sahəsinə çatıb orada olan beton dirəyin yaxınlığında 2 ədəd bağlama olduğunu gördükdən sonra bağlamaları götürüb avtomobilə doğru hərəkət etdiyi zaman kimsə uca səslə “Dayan!” demiş, bu vaxt o, əlində olan bağlamaları yerə atıb qaçmaq istədikdə sərhədçilər tərəfindən saxlanılmışdır. Saxlanıldıqdan sonra hər şeyi səmimi olaraq etiraf etməklə saxlanıldığı əraziyə Kiyaninin qaçaq yolla İran İslam Respublikasından göndərdiyi içərisində narkotik vasitə olan bağlamanı götürmək üçün gəldiyini bildirmişdir. Məhkəmə istintiaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 21 iyun 2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs1lə birlikdə söhbətləşərkən Elçinə son zamanlar iş olmadığını, evdə imkansızlıq olduğunu demişdir. Bu vaxt Elçin onun ikinci Qarabağ müharibəsi zamanı cəbhə bölgəsinə mütəmadi olaraq dizel daşınması işi ilə məşğul olduğunu bildiyi üçün Beyləqan rayonunun İmamverdili kəndini tanıyıb-tanımadığını soruşmuş, o isə öz növbəsində tanıdığını bildirmişdir. Bir qədər sonra Elçin onu Beyləqan rayonu İmamverdili kəndinə aparmasını xahiş etmişdir. Elçindən nə səbəbə Beyləqan rayonunun İmamverdili kəndinə getdiyini soruşduqda Elçin orada olan bir nəfər tanışından 700 AZN pul və çəkmək üçün qurudulmuş marixuana götürəcəyini demişdir. Elçin əlavə olaraq onu qeyd olunan yerə aparmasının qarşılığında 150 AZN pul verəcəyini bildirmişdir. Həmin vaxt Elçinlə razılaşmış və xx.xx.2021-ci il tarixdə saat 20 radələrində özünün idarə etdiyi “MAZ” markalı, **-BM-*** qeydiyyat nişanlı avtomaşında Elçinlə birlikdə Yevlax rayonundan Beyləqan rayonunun İmamverdili kəndi istiqamətində yola düşmüşlər. Yolda olduqları zaman Elçin kiminləsə mobil telefonla danışmış, bir qədər sonra özünün mobil telefonunun ekranının sensorunda donma olduğunu və enerjının qurtarmasına az qaldığını deyərək ondan mobil telefonunu istəmişdir. Telefonunu Elçinə verdikdə həmin vaxt sonuncunun onun mobil telefonuna kiminsə adını qeyd etdiyini görmüşdür. Beyləqan rayonu İmamverdili kəndinə çatdıqda orada olan körpünün yaxınlığında Elçin avtomobili saxlamasını istəmişdir. O, avtomobili saxlamışdır. Elçin avtomobildən düşüb əkin sahəsinə doğru hərəkət etmiş və bundan təxminən 5 dəqiqə sonra avtomobildən siqaret çəkmək üçün yerə düşüb siqareti yandırarkən bir neçə nəfər sərhədçi yaxınlaşaraq onu saxlamışlar. Saxlanıldıqdan sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 içərisində narkotik vasitələr olan bağlamaları götürən zaman sərhədçilər tərəfindən saxlanılmışdır. Bundan sonra Elçinin onu işə saldığını başa düşmüşdür. O kisələrdə külli miqdarda narkotik vasitələr olmasını bilməmişdir. Elçin onu bağışlamasını, kisələrdə narkotik vasitələrin olmasını orada bildiyini demişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri özlərinin qismən etirafedici ifadələri ilə yanaşı məhkəmədə dindirilən şahidlərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspertiza rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Şahid1 məhkəmədə göstərdi ki, N nömrəli hərbi hissənin çevik hərəkət taborunun 2-ci çevik hərəkət bölüyünün baş texnik sürücüsü, kiçik gizirdir. Daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2021-ci il tarixdə saat 22:00-dan xx.xx.2021-ci il, saat 03:00-dək N nömrəli hərbi hissənin 22-ci sərhəd zastavasının 31-ci sahəsinin arxa istiqamətində baş leytenant Şahid2 və gizir Şahid3lə birlikdə “pusqu” xidmətinə təyin edilmişlər. Xidmətdə olduqları zaman xx.xx.2021-ci il tarixdə saat 01:30-da Beyləqan rayonu İmamverdili kəndi istiqamətində bir avtomobilin hərəkət etdiyini, həmin avtomobilin kəndə çatdıqda yolun kənarında dayandığını və avtomaşından bir nəfərin düşərək əkin sahələrinə doğru hərəkət etdiyini görüb bu barədə dərhal aidiyyatı üzrə məruzə etmişlər. Həmin şəxsin əkin sahəsinin kənarında nə isə axtardığını və oradan 2 ədəd bağlamanı götürüb avtomobilə doğru hərəkət etdiyini gördükləri vaxt baş leytenant Şahid2 tərəfindən “Dayan!” komandası verilmişdir. Bağlamaları götürən şəxs əlində olan bağlamaları yerə ataraq oradan avtomobilə doğru qaçmaq istədikdə o və gizir Şahid3 qeyd olunan şəxsi saxlamışlar. Baş leytenant Şahid2 isə avtomobilə doğru hərəkət edərək avtomaşında olan 1 nəfər şəxsi saxlayaraq bu barədə aidiyyəti üzrə məruzə etmişdir. Bundan sonra onlara məlum olmuşdur ki, iki ədəd bağlamanı götürdükdən sonra qaçmaq istəyən zaman əlində olan bağlamaları atan, tərəflərindən saxlanılmış şəxs Təqsirləndirilən şəxs1dur. Elçinlə birlikdə hadisə yerinə gəlmiş və avtomaşının yanında saxlanılmış şəxs isə Təqsirləndirilən şəxs2dur. Sonradan bilmişlər ki, Təqsirləndirilən şəxs1 götürdüyü bağlamalara baxış keçirildikdə içərisindən müxtəlif növlü narkotik vasitələr, psixotrop maddə və güclü təsir edən maddə olan dərman preparatları aşkar edilibdir. Şahid4 məhkəmədə göstərdi ki, xx.xx.2021-ci il tarixdə onu və Şahid5 22-ci sərhəd zastavasının inzibati binasına hal şahidi kimi dəvət etmişlər. Onların iştirakları ilə Təqsirləndirilən şəxs1 saxlanıldığı yerə baxış keçirilmişdir. Orada iki ədəd narıncı və mavi rəngli politilen bağlamalar aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 qeyd olunan bağlamaları götürmək üçün əraziyə gəldiyini bildirmişdir. Qeyd olunan bağlamalara baxış keçirilən zaman tünd rəngli, kəskin qoxulu, heroinə bənzər maddə, kəskin qoxulu, ot şəkilli marixuanaya bənzər maddə və ağ rəngli, kəskin qoxulu, kristallik formada, metamfetaminə bənzər maddə, üzərində “M-40” və “Preqabalin” yazısı olan dərmanlar aşkar edilmişdir. Şahid5 da məhkəmədə Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. N nömrəli hərbi hissənin komandiri, polkovnik Zəfər Bayramovun xx.xx.2021-ci il tarixli, 16/1415 nömrəli məktubundan görünür ki, 22 iyun 2021-ci il tarixdə saat 01:30-da həmin hərbi hissənin 22-ci sərhəd zastavasının 31-ci sahəsinin arxa istiqamətində “Pusqu” xidmətinə təyin edilmiş sərhəd naryadları Beyləqan rayonu İmamverdili kəndi istiqamətində 01 avtomobilin hərəkət etdiyini, həmin avtomobilin qeyd olunan kənddə olan əkin sahələrinin yaxınlığında dayandığını, içərisindən 1 nəfər şəxsin düşərək əkin sahələrinə doğru hərəkət etdiyini, oradan 02 ədəd torbanı götürüb ərazidən uzaqlaşdığını görmüş, bundan sonra həmin şəxs saxlanılmış, saxlanıldığı ərazidən 02 ədəd torba aşkar edilərək götürülmüşdür. Bundan sonra saxlanılmış şəxsi qeyd olunan hadisə yerinə gətirmiş avtomobilə sərhəd naryadı yaxınlaşmış, orada daha 1 nəfər şəxsin olduğunu aşkar etmişdir. xx.xx.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, baxış keçirilən yer N nömrəli hərbi hissənin 22-ci sərhəd zastavasının 31-ci sahəsidir. Həmin istiqamətdə Beyləqan rayonu, İmamverdili kəndi yaxınlığında əkin sahəsində saxlanılmış Təqsirləndirilən şəxs1 saxlanıldığı yerdən 02 ədəd bağlama aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs1 həmin bağlamanı götürmək üçün əraziyə gəldiyini bildirmişdir. xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 saxlanıldığı ərazidən aşkar olunaraq götürülmüş bağlamalara baxış keçirilən zaman içərisindən bükümlərlə birlikdə çəkisi 29500 qram olan tünd rəngli, kəskin qoxulu, heroinə bənzər maddə, bükümlərlə birlikdə çəkisi 3500 qram olan ağ rəngli, kristallik, kəskin qoxulu, metamfetaminə bənzər maddə və bükümlərlə birlikdə çəkisi 6500 qram olan kəskin qoxulu, ot şəkilli, marixuanaya bənzər maddə, 92 konvolyut hər konvolyutka 10 ədəd üzərində M/40 yazısı olmaqla ümumilikdə 920 ədəd metadon həbləri və 10 konvolyut hər konvolyutka 15 ədəd üzərində «Preqabalin» yazısı olmaqla ümumilikdə 150 ədəd preqabalin dərmanları aşkar olunmuşdur. Materialların məhkəmə ekspertizasının 22 iyun 2021-ci il tarixli, 6/2528 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bağlamada 12 ədəd bükümdə ümümi təmiz çəkisi 3299,1 qram olan ağ rəngli kristalşəkilli maddə kütlələri kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, 5 ədəd bükümdə ümumi təmiz çəkisi 26442,6 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, üzərilərində “M-40” göstəriciləri olan ümumi sayı 920 ədəd metadon həblərin əsas təsiredici maddəsinin miqdarı 36,8 qram təşkil edir və üzərilərində “Preqabalin 150” göstəriciləri olan ümumi sayı 150 ədəd preqabalin tərkibli dərman preparatlarının əsas təsiredici maddəsinin miqdarı 22,5 qram təşkil edir. Məhkəmə-bioloji ekspertizasının 22 iyun 2021-ci il tarixli, 7/580 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş göy və narıncı rəngli sintetik torbalarda olan ümumi təmiz çəkisi 5863,68 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. 23 iyun 2021-ci il tarixli qərarla 26442,35 qram narkotik vasitə olan heroin qalığı, 3298,9 qram psixotrop maddə olan metamfetamin qalığı, 910 ədəd həb Metadon qalığı, 5863,52 qram narkotik vasitə olan marixuana qalığı, 135 kapsul güclü təsir edən maddə olan Preqabalin qalığı maddi sübut kimi tanınmış və saxlanılması üçün DSX-nin İTİ-nin saxlanc yerinə təhvil verilmişdir. Maddi sübut olan 26442,35 qram narkotik vasitə olan heroin qalığı, 3298,9 qram psixotrop maddə olan metamfetamin qalığı, 910 ədəd həb Metadon qalığı, 5863,52 qram narkotik vasitə olan marexuana qalığı, 135 kapsul güclü təsir edən maddə olan Preqabalin qalığı DSX-nin İstintaq və Təhqiqat İdarəsinin saxlanc yerində saxlanılır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 3640 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabiodlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmin ekspertizanın eyni tarixli, 3638 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Məhkəmə-psixatrik ekspertizasının xx.xx.2021-ci il tarixli 1827 və 1828 saylı rəylərindən görünür ki, təqsirləndjirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər hansı psixi xəstəlik yoxdur, əməlləri CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. 22 iyun 2021-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus «Sumsung J1» markalı, ağ rəngli mobil telefonda “WhatsApp” proqramı mövcuddur və həmin proqram üçün istifadə olunan mobil nömrə “***-***-**-**”-dir. Qeyd olunan “WhatsApp” proqramında olan mobil nömrə ilə xx.xx.2021-ci il tarixdə mobil telefonun yaddaşında adı “Kiya” kimi qeyd edilmiş şəxsin “+98-***-***-**-**” saylı nömrəsi arasında “harda qalırsan qadan alım”, “ona denən yerini desin də az qalıb ee”, “qaqa oralarda bir yerdə bir 5-10 dəqiqə saxla, qadan alım”, “gözdəmək lazım deyil də, bizə gözdəmək alınmır, o uje apasnıdı gözdəmək”, “qaqa gözdəmiyəssən ee, prosda bir 10 dəqiqiə gec çat da ora, yavaş-yavaş gəl, bildin?, saxlama neynək, yavaş-yavaş gəl” məzmununda səs yazıları, xx.xx.2021-ci il tarixdə isə içərisində narkotik vasitələr olan bağlamanın gizlədiyi yerin fotoşəkilləri, həmçinin “evakuvator xidməti yazılıbdı, plakatın yanındadı? Sütunların dibində”, “Qaqa Daşburundan dönür üzü Bakıya tərəf gəlir İmamverdilər körpüsünə çatmamış bax bu 156 evakuvator xidməti yazılan znakından 10 metr qabağa maşın yolu cönür maşını versin ora yoldan görsənməsin. Piyada gedəcək düz qabağa beton işıq dirəyinin altında”, “Ay qaqa orda hər şeyə yazılıb, sən niyə ora baxmırsan, Daşburuna çönəndə Bakı yoluna, yazıb ki, Bakıya tərəf, Daşburunun kruqundan çönürsən üzü Bakıya tərəf, qoy indi konumu da atdıq səbirli ol”, “Qaqa ona deyərdin ki, Füzulidən gələndə Daşburunu dümdüz keçən tərəfdə, yəni üzü Bakı yoluna tərəf eləmi? Düzdüz keçən də day heç hara dönmüyək, elə bil ki, Füzulidən gəlib dümdüz üzü 3 yola tərəf, İmişliyə tərəf, Bakı tərəf ,həm Ağcəbədi you çıxır ora”, “Qaqa başa dönərəm bax bir, o kruq var ee, o kruq bir dənədi də orda düzdü? Sən o kruqu üzü Bakıya tərəf gedən yoldu, gör o yol hansıdı, qaqa oradı, sadə söhbətdi qaqa”, “bildim ee qaqa, biraz möhkəm danış, eşitmirəm, mən yekə maşında dırıltıdan eşitmək olmur, sən bir dənə mənə düzgün başa sal ki, Bakı yolu bildim ee, ordan gəlib, o yolu gəlmişik biz, bilsəydik buraynan gəlib burdan çıxardıq, mən ona görə ordan çönüb abıratnı qayıtmadım, kruqda doludu maşın, patrul matrul doludu kruqda, ona görə qayıtmadıq, başa düşdün uje şübhə doğururdu, ona görə belə desəydiz Beyləqanın içiynən gəlib o yola çıxardıq da, ordan da götürərdik, kruqdan ora nə qədər məsafədədi o kənd, İmamverdilər, ordan 300-500 metr var? Bilim də qoy dəqiq, onu örgən bir dənə, prosda uje o kruqdan bizim çönüb qayıtmağımız nitoydu, taksi var nə qədər”, “qaqa sən ged oranı tap, uzaq olmaz, yaxın olar, yəni ki, 1 kilometrdən oyana inanmıram ola qaqa, sən get də indi oranı tap, qoy biz də soruşuruq, İmamverdi körpüsünü tapsan vso, hər şey tapılacaq”, “əə bildim ee bildim qardaş, hələ yolumuz var, qoy qayıdırıq ora da, həmin yerə” məzmununda SMS və səs danışıqlarının olması, içərisində narkotik vasitələrin və psixotrop maddənin olduğu bağlamaların gizlədildiyi yerin fotoşəklinin və məkanının göndərilməsi aşkar olundu. Bundan başqa qeyd olunan “WhatsApp” proqramında olan mobil nömrə ilə xx.xx.2021-ci il tarixdə mobil telefonun yaddaşında adı “Kiya” kimi qeyd edilmiş şəxsin istifadəsində olan “+98-***-***-**-**” saylı nömrə arasında bir neçə dəfə audio və video zənglərin olması müəyyən edildi. 22 iyun 2021-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus «Sumsung Galaxy A01» markalı tünd, göy rəngdə mobil telefonda “WhatsApp” proqramı mövcuddur və həmin proqram üçün istifadə olunan mobil nömrə “***-***-**- **”-dir. Qeyd olunan “WhatsApp” proqramında olan mobil nömrə ilə xx.xx.2021-ci il tarixdə şəxsiyyəti istintaqa Kiyani kimi məlum olan şəxsin istifadəsində olan “+98-***-***-**-**” saylı nömrədən “Salam ay qaqa, Ay qaqa sabahın xeyir, neynirsən, niyə cavab vermirsən brat, ay qaqa necəsən, salam ay qaqa” məzmununda səs danışıqlarının göndərilməsi aşkar olundu. Bundan başqa qeyd olunan “WhatsApp” proqramında olan mobil nömrəyə xx.xx.2021-ci il tarixdə şəxsiyyəti istintaqa Kiyani kimi məlum olan şəxsin istifadəsində olan “+98-***-***-**-**” saylı nömrədən bir neçə dəfə cavabsız audio zənglərin edilməsi müəyyən edildi. 29 noyabr 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs1 aşkar edilmiş 01 ədəd “Sumsung Galaxy A01” markalı mobil telefon və Təqsirləndirilən şəxs2 aşkar edilmiş 01 ədəd “Sumsung J1” markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün DSX-nin İTİ-nin saxlanc yerinə təhvil verilmişdir. Maddi sübut olan Təqsirləndirilən şəxs1 aşkar edilmiş 01 ədəd “Sumsung Galaxy A01” markalı mobil telefon və Təqsirləndirilən şəxs2 Eyvaz oğlundan aşkar edilmiş 01 ədəd “Sumsung J1” markalı mobil telefon DSX-nin İstintaq və Təhqiqat İdarəsinin saxlanc yerində saxlanılır. İş materiallarında olan tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. İş materiallarında olan ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ailəlidir, himayəsində uşaq yoxdur. Təqsirləndirilən şəxs1 yaşayış yerindən verilmiş xasiyyətnamədə müsbət səciyyələnir. Ailə tərkibi haqqında arayışdın görünür ki, Təqsirləndirilən şəxs2 ailəlidir, himayəsində 2002, 2004, 2009 və 2013-cü illərdə doğulmuş uşaqları vardır. Yaşayış yerindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs2 müsbət səciyyələnir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, onları biri-biri ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv təhlil edib hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitələrin, psixotrop maddənin və güclü təsir edən dərman preparatlırının satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanılması, daşınması və qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsi barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmələri, həmçinin qaçaqmalçılıq yolu ilə keçirilməli olan maddələri Azərbaycan Respublikası ərazisində qəbul etməyi əvvəlcədən vəd etmələri, cinayətkar qrupun digər üzvləri tərəfindən ümumi niyyətlə əldə edilməklə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilmiş narkotik vasitələri qəbul etməklə faktiki olaraq satış məqsədi ilə qanunsuz olaraq əldə etmələri, saxlamaları və daşımaları, əməllərində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirlilikləri tam sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 İran İslam Respublikasından keçirilmiş kisələrdə külli miqdarda narkotik vasitələr və psixotrop maddənin olmasını bilməmələri, iranlı şəxsin kisələrdə paltar və az miqdarda qurudulmuş marixuana olmasını bildirməsi, Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 aralarında narkotik vasitələrin və psixotrop maddənin əldə edilməsi barədə əvvəlcədən razılıq olmaması, Təqsirləndirilən şəxs2 özünə məxsus avtomaşınla Beyləqan rayonu ərazisinə dizel yanacığı ilə bağlı gəlməsi barədə ifadələrini özlərini müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-cü maddələri ilə düzgün tövsif edilmişdir. Lakin onlar narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsində birgə icraçı kimi iştirak etməmişlər. Narkotik vasitələri Azərbaycan Respublikası ərazisində qəbul etməyi əvvəlcədən vəd etməklə qaçaqmalçılıq cinayətinin törədilməsimndə köməkçi kimi iştirak etmişlər. Odur ki, onların əməlləri Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsindən 32.5,206.2-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-nin 58, 59, 61-ci maddələrinin tələblərini nəzərə alaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, təyin olunan cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini, habelə hər birinin cinayətin törədilməsində faktiki iştiraklarının xarakterini və dərəcəsini nəzərə alır. Məhəkmə Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən edilmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1,234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən azadlıqldan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldıqları müddət cəzaçəkmə müddətinə daxil edilməklə hər ikisinin cəzaçəkmə müddətinin başlanğıcı 22 iyun 2021-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertinin rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs1 CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkkoloji dispanserdə proftlaktik qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan 26442,35 qram narkotik vasitə heroin, 3298,9 qram psixotrop maddə metamfetamin, 910 ədəd metadon həbləri, 5863,52 qram narkotik vasitə qurudulmuş marixuana, 135 kapsul güclü təsir edən maddə preqabalin məhv edilməli, «Sumsung Galaxy A01» markalı mobil telefon Təqsirləndirilən şəxs1 ailəsinə, «Sumsung J1» markalı mobil telefon isə Təqsirləndirilən şəxs2 ailəsinə verilməlidir. İş üzrə ekspertiza xərci 175 manat 46 qəpik təqsirləndirilən şəxslərin hər birindən 87 manat 73 qəpik alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə
H Ö K M E T D İ:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin. Ona CM-nin 32.5,206.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 240.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 16 (on altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 22 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə proftlaktik qeydiyyata alınsın.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin. Ona CM-nin 32.5,206.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 240.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 22 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə proftlaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan 26442,35 qram narkotik vasitə heroin, 3298,9 qram psixotrop maddə metamfetamin, 910 ədəd metadon həbləri, 5863,52 qram narkotik vasitə qurudulmuş marixuana, 135 kapsul güclü təsir edən maddə preqabalin məhv edilsin. «Sumsung Galaxy A01» markalı mobil telefon Təqsirləndirilən şəxs1 ailəsinə, «Sumsung J1» markalı mobil telefon isə Təqsirləndirilən şəxs2 ailəsinə verilsin. Ekspertiza xərci 175 (yüz yetmiş beş) manat 46 (qırx altı) qəpik pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 87 manat 73 qəpik alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev