Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-150/2023 18.05.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1968-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda və yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair «Cəlil» adı ilə tanıdığı şəxslə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü tərəfindən qanunsuz olaraq əldə edilib, daşıyaraq Ələt-Astara magistral avtomobil yolunun Astara rayonu ərazisindən keçən hissəsində yerləşən körpünün yaxınlığındakı yolun kənarından gizlədilmiş bir ədəd çantanın içərisindəki külli miqdarda, 4020,516 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini 15 sentyabr 2022-ci il tarixdə saat 11 radələrində yeni tikilmiş Ələt-Astara magistral avtomobil yolunun Astara rayonu ərazisindən keçən hissəsində yerləşən körpünün yaxınlığındakı yolun kənarından sintetik parçadan olan "NİKE" markalı çiyindən asma çantada 4 (dörd) ədəd üzəri yapışqan lentlə (skoçla) sarılmış qara rəngli sellofan bükülülərdə əldə edib daşıyaraq yaşadığı ünvan 3 nömrəli evin həyətinə gətirmiş, həmin narkotik vasitə olan heroindən 02 ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 0,281 qr, 0,235 qram, ümumi təmiz çəkisi 0,516 qramını satış üçün ayıraraq əynindəki şalvarın sağ yan cibində, qalan hissəsini isə yaşadığı evin həyətində evə bitişik olan dəmir dolabın içərisində gizlətməklə saxlamış, Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşlarının 22 sentyabr 2022-ci il tarixdə keçirdikləri əməliyyat tədbirləri nəticəsində, həmin günü saat 22 radələrində Lənkəran şəhəri Ş.Xiyabanı küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman 0,516 qram çəkidə narkotik vasitə olan heroin 02 ədəd ağ rəngli sellofan kəsiyi bükümlərində əynində olan şalvarının sağ yan cibindən, həmin tarixdə saat 24 radələrində yaşadığı ünvan 2 ünvanına baxış keçirilən zaman qalan 4020,0 qram çəkidə narkotik vasitə olan heroin isə 4 (dörd) ədəd üzəri yapışqan lentlə (skoçla) sarılmış qara rəngli sellofan bükülülərdə sintetik parçadan olan "NİKE" markalı çiyindən asma çantanın içərisində yaşadığı evin həyətində evə bitişik olan dəmir dolabdan aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə istifadə etdiyinə görə iki dəfə məhkum edilmişdir. Uzun müddətdir ki, narkotik vasitə olan heroindən zərli kağızda yandırıb tüstüsünü udmaqla istifadə edir. 2011-ci ildə cəzaçəkmə müəssisəsində cəza çəkdiyi zaman İran vətəndaşı Cəlil adlı şəxslə tanış olmuşdur. 2013-cü il tarixdə həbsxanadan çıxarkən ev telefon nömrəsini Cəlilin istəyi ilə ona vermişdir. 2022-ci ilin sentyabr ayının əvvəllərində Cəlil bir dəfə onun ev telefonuna zəng vuraraq nə işlə məşğul olduğunu soruşmuş, o, da heç bir yerdə işləmədiyini bildirmiş, Cəlil ondan mobil telefon nömrəsini istəmiş və o da ***-***-**-** mobil telefon nömrəsini Cəlilə söyləmişdir. 15 sentyabr 2022-ci il tarixdə, saat 10 radələrində hazırda xatırlamadığı nömrədən istifadəsində olan mobil telefon nömrəsinə zəng gəlmiş və o, zəngə cavab verərkən zəng edənin Cəlil olduğunu eşitmişdir. Cəlil ona "sənə bir ədəd qara rəngli çantada 4 bağlama heroin göndərmişəm, mənim adamım çantanı təzə Ələt- Astara avtomobil yolunun Astara ərazisindən keçən hissəsində yerləşən 1-ci körpünün yanında yolun kənarına qoyub, gedib götürərsən, mənim adamım sənə zəng edəcək heroini ona verərsən, o da sənə 1000 manat pul verəcək" bildirmişdir. Amma Cəlil heroini körpünün yanına qoyacaq şəxsin və heroini ondan götürəcək şəxsin adlarını deməmişdir. Bundan sonra, o, həmin günü, saat 11 radələrində tanımadığı taksi maşınına əyləşib yeni tikilmiş Ələt-Astara avtomobil yolunun Astara rayon ərazisinə getmişdir. Piyada Astara rayon ərazisində yerləşən 1-ci körpüyə tərəf getmişdir. O, körpünün altına yaxınlaşandan sonra ətrafa baxmağa başlamış və yolun kənarında qara rəngli bir çantanın olduğunu görmüşdür. Həmin çantanı götürmüş və yenidən taksi taparaq yaşadığı Lənkəran şəhəri Ş.Xiyabanı küçəsinə gəlmişdir. Çantanı evin arxasında açmış və çantanın içərisində dörd bağlamada heroin olduğunu görmüş, həmin bağlamanın birini açmış və bağlamanın içərisindən özü istifadə etmək üçün az miqdarda heroin götürüb üç ədəd sellofan bükülüyə qoymuşdur. Sonra isə həmin çantanı arvadı görməsin deyə evin divarının yanına qoyduğu dəmir dolabın içərisində gizlətmişdir. Bir neçə gün ərzində üç bükümdə olan heroinin bir bükümünü hissə-hissə zərli kağızda yandırıb tüstüsünü udmaqla qəbul etmişdir. 22 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində yaşadığı evdən küçəyə çıxmış və heroindən istifadə etmək üçün münasib yer axtarmağa başlamışdır. Bu zaman polis işçiləri onu küçədə tutub Lənkəran polis şöbəsinə gətirib üzərində videoçəkilişlə axtarış aparmışdır. Axtarış aparılmazdan əvvəl polis işçisi, ona təklif etmişdir ki, əgər üzərində qanunla saxlanması qadağan olunmuş hər hansı bir əşya və maddə varsa təqdim etsin. O da şalvarının şalvarının sağ yan cibində gizlətdiyi iki ədəd sellofan bükümdə olan heroini çıxardıb masanın üzərinə qoymuşdur. Şifahi sorğu zamanı o, bildirmişdir ki, həmin iki bükümdə olan heroini özü istifadə etmək məqsədilə tanışı Cəlil adlı İran vətəndaşının başqasına verməyi üçün İrandan ona göndərdiyi içərisində heroin olan 4 ədəd bağlamanın birindən götürdüyünü bildirmişdir. Polis əməkdaşları həmin bağlamaların harada olmasını soruşduqda bildirmişdir ki, yaşadığı evdə gizlədib. Bundan sonra cibindən aşkar edilmiş heroin qablaşdırılaraq götürülmüşdür. Sonra polis əməkdaşları ilə yaşadığı evə getmişlər, o, da yaşadığı evin divarına bitişik olan dəmir dolabın içərisində gizlətdiyi 4 bağlama heroin olan qara rəngli çiyindən asma çantanı götürüb polis işçisinə təqdim etmişdir. Bağlamalara baxış keçirildikdə heroin olması məlum olmuşdur. Bundan sonra həmin maddələr qablaşdırılaraq götürülmüşdür. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Lənkəran şəhər rayon Polis Şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 22 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, üzərində daşıması, yaşadığı evdə saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 22 sentyabr 2022-ci il tarixdə, saat 22 radələrində Lənkəran şəhəri Ş.Xiyabanı küçəsində piyada hərəkətdə olarkən tutularaq, şəhər-rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif etmişdir ki, əgər üzərində qanunla saxlanması qadağan olunmuş hər hansı bir əşya, predmet və maddə varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da əynində olan şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroinə bənzər kütlələr olan iki ədəd sellofan bükülünü çıxardıb masanın üzərinə qoymuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin iki ədəd bükülünün içərisində narkotik vasitə olan heroin olduğunu və həmin iki bükümdə olan heroini özü istifadə etmək məqsədilə tanışı Cəlil adlı İran vətəndaşının başqasına verməyi üçün İrandan ona göndərdiyi içərisində heroin olan 4 ədəd bağlamanın birindən götürdüyünü və həmin 4 ədəd bağlamanı yaşadığı evdə gizlətdiyini bildirmişdir. Bundan sonra cibindən aşkar edilmiş maddələr qablaşdırılaraq götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına getmişlər. Təqsirləndirilən şəxs arvadı X5 da yaşadıqları evə baxış keçirilməsinə etirazının olmadığı barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra, onlar evin həyətinə daxil olmuşlar. Evə baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif etmişdir ki, əgər yaşadığı evdə qanunla saxlanması qadağan olunmuş hər hansı bir əşya və maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs da yaşadığı evin divarına bitişik olan dəmir dolabın içərisindən qara rəngli çiyindən asma çantanı götürüb təqdim etmişdir. Çatanın içərisinə baxış keçirilmiş və çantanın içərisindən 4 ədəd bağlama aşkar olunmuşdur. Bağlamalara baxış keçirmiş və 4 ədəd bağlamanın içərisindən narkotik vasitə heroinə bənzər kütlələr aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin 4 ədəd bağlamanın içərisindəkinin heroin olduğunu və həmin heroini ona tanışı Cəlil adlı İranlının göndərdiyini bildirmişdir. Bundan sonra, həmin maddələr qablaşdırılaraq götürülmüşdür. Məhkəmə baxışında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin əməkdaşı Şahid2 oğlu eyni məzmunlu ifadə verərək şahid X2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-fiziki kimyəvi ekspertizasının 23 sentyabr 2022-ci il tarixli 19/1011 saylı rəyində qeyd edilmişdir ki: -tədqiqata təqdim edilmiş üzərində “Vət.Təqsirləndirilən şəxs məxsus bükümlər..." sözlər və imzalar olan bir ədəd zərfdəki,2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri:-0,281 qr;-0,235 qram: ümumi təmiz çəkisi:- 0,516 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. -tədqiqata təqdim edilmiş üzərində "Vət.Təqsirləndirilən şəxs məxsus 4 ədəd heroinə bənzər kütlə....." sözlər və imzalar olan bir ədəd paketdəki, 4 ədəd bükülülərdə ayrıayrılıqda təmiz çəkiləri:-1005,0 qr;-1000,0 qr;-1010 qr;-1005,0 qram:ümumi təmiz çəkisi:- 4020,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Beləliklə, üzərilərində "Vət.Təqsirləndirilən şəxs məxsus bükümlər......." və "Vət. Təqsirləndirilən şəxs məxsus 4 ədəd heroinə bənzər kütlə......" sözlər və imzalar olan bir ədəd zərfdəki və bir ədəd paketdəki,ümumilikdə sayı 6 büküm olmaqla ümumi təmiz çəkisi:-4020,516 qram olan heroinlər,xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Heroin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in siyahısına (Siyahı İ) daxildir. Heroinin ümumi təmiz çəkisi 4020,516 qram, cəmi tədqiqata sərf edildi 0,3 qr (hər 0b.-0,05.qr) qalıq çəkisi 4020,216 qram. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 60 (altmış) manatdır. İş materiallarında olan 26 sentyabr 2022-ci il tarixli 1004 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində 2016-cı ildən "Opium narkomanlığı" diaqnozu ilə qeydiyyatda durur. İş materiallarında olan 26 sentyabr 2022-ci il tarixli 976 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, saxlanılandan sonra Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan 22 sentyabr 2022-ci il tarixli «şəxsi axtarış və götürmə haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən 2 (iki) ədəd bükülüdə narkotik vasitə olan heroin və bir ədəd “Samsung” markalı mobil telefon aşkar edilərək götürüldü. Təqsirləndirilən şəxs həmin 2 (iki) ədəd bükülüdə narkotik vasitə olan heroinin özünə məxsus olduğunu təsdiq edir. Bir ədəd “Samsung” markalı telefon və 2 ədəd bükülü iş üçün əhəmiyyət kəsb edildiyindən götürülmüşdür. İş materiallarında olan 22 sentyabr 2022-ci il tarixli «baxış keçirilməsi və əşyanın götürməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış keçirilmiş, baxış zamanı evin həyətində olan evə bitişik dəmir dolabdan sintetik parçadan olan 1(bir) ədəd "NİKE" markalı çiyindən asma çantanın içərisindən 4 ədəd qara rəngli sellofan bükülülərdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan «sübutların qiymətləndirilməsi haqqında» 19 dekabr 2022-ci il tarixli qərarla ekspertiza tədqiqatından sonrakı qalıq 4020,216 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış saxlanılmasından ötrü Lənkəran şəhər-rayon polis şöbəsinin saxlama kamerasına təhvil verilmişdir. İş materiallarında olan «cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında» qərardan görünür ki, “Cəlil” adlı İran İslam Respublikası vətəndaşı və qeyrilərinin barəsində hazırki cinayət işinin materiallarından Azərbaycan Respublikası CMnin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrı icraatda cinayət işi ayrılmışdır. İş materiallarında olan Lənkəran rayon məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxsn ətrafında əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair lənkəran ŞRPŞ-nin Narkomaniya Qrupunun əməliyyat müvəkkili polis mayoru X3 22 sentyabr 2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan 22 sentyabr 2022-ci il tarixli protokolla Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Lənkəran rayon məhkəməsinin 24 sentyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 22 sentyabr 2022-ci il tarixdən hesablanmmaqla “həbs” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Kazımov X4 Rayon Məhkəməsinin 01 iyun 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 10 (on) ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmişdir. İş materiallarında olan Lənkəran şəhər Psixatriya Xəstəxanasının 04 oktyabr 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada qeydiyyatda yoxdur. İş materiallarında olan Lənkəran şəhər 1 nömrəli inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 dekabr 2022-ci il tarixli yaşayış yeri və ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Kazımov X4 şəhəri, Şəhidlər Xiyabanı ev 54-də qeydiyyatda olmaqla yaşayır ailə tərkibi arvadından, xx.xx.1995-ci il təvəllüdlü və xx.xx.2001-ci il təvəllüdlü yetkinlik yaşına çatmış uşaqlarından ibarətdir, yaşadığı müddət ərzində barəsində nümayəndəliyə neç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, o cümlədən təqsirləndirilən şəxsin etdiyi əməllərin, yəni külli miqdarda narkotik vasitəni əldə etməsi, özündə saxlamaqla daşıması müqabilində həmin maddənin bir qismini əldə etmək niyyətində olması, onun məhz narkotik vasitənin əvəzli olaraq yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı həmçinin CM-in 206.3.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə baxışında dövlət ittihamçısı Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihamdan Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsindən imtina etdiyinə görə Məhkəmə tərəfindən həmin hissədə cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilmiş və məhkəmə istintaqı CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə davam etdirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasi CM-in 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxslər CM-nin yuxarida qeyd olunan maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyalari daxilində cəza təyin edilməlidir. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından Füzuli Kazımovun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs oğlunun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onların barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə maddələr “külli miqdar” kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə yüngülləşdirici hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- Lənkəran Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 4020,216 qram narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 60 (altmış) məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs dan tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin əvvəlinin 22 sentyabr 2022-ci il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 22 sentyabr 2022-ci il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış - Lənkəran Rayon Polis Şöbəsində saxlanılan ekspert təhqiqatından sonrakı qalıq- 4020,216 qram narkotik vasitə heroin məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Cəlil Nəbiyev Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-150/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-150/2023
18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver