Məhkəmə qərarları › İş №1(099)-150/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-150/2024

08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-150/2024 08.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakları ilə, xx xxxxx 1982-ci ildə Lerik rayonu, Hildərə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkum olunmayan, Lənkəran rayonu Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla, Lənkəran rayonu Balıqçılar qəsəbəsində yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM-in) 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 20 aprel 2023-cü il tarixdə Lənkəran rayonu Balıqçılar qəsəbəsində istintaqla müəyyən edilməmiş şəraitdə qanunsuz olaraq 1 (bir) ədəd nömrəsi silinmiş, zavod üsulu ilə hazırlanmış “Kalaşnikov” konstruksiyalı 5,45 mm kalibrli, “AK-74” markalı, təyinatı dəyişdirilməmiş, saz vəziyyətdə və atəşə (istifadəyə) yararlı yivli odlu avtomatik döyüş silahını, 10 (on) ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən açılan 5,45 mm kalibrli, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK- 74”, “AKC-74”,”AKC-74Y” markalı avtomat silahlarda, “RPK-74”, “PPKC-74” markalı əl pulemyotlarında və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulan döyüş sursatı hesab edilən atəşə (istifadəyə) yararlı patronları, 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, “Kalaşnikov” konstruksiyalı “AK-74”, “AKC-74”,”AKC-74Y” markalı avtomat silahların komlekt hissəsi olan 30 (otuz) ədəd 5,45X39 mm kalibrli patron tutumuna malik, təyinatı üzrə istifadəyə yararlı sandqçanı əldə edib üzərində saxlayaraq daşımış, gəzdirmiş və yaşadığı Lənkəran rayonu Balıqçılar qəsəbəsindəki evinə gətirərək evin həyətində yerləşən anbarda sadığın içərisində gizlətmiş, 29 may 2023-cü il tarixdə onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və yaşadığı evində qanunsuz odlu silah saxlaması barədə alınmış məlumatların yoxlanması məqsədilə Lənkəran ŞRPŞ-nın Liman PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində o, həmin tarixdə saat 17:50 radələrində Lənkəran rayonu Balıqçılar qəsəbəsində saxlanılaraq Liman PB-yə gətirilmiş, əməliyyat tədbirinin davamı olaraq 29 may 2023-cü il tarixdə tarixdə saat 20:00 radələrində yaşadığı Lənkəran rayonu Balıqçılar qəsəbəsində yerləşən evinə keçirilən baxış zamanı evin həyətində yerləşən anbarda sandığın içərisindən bir ədəd odlu silah, döyüş sursatı hesab edilən on ədəd partonlar və onun komplekt hissəsi olan sandıqça aşkar edilib götürülmüşdür. Bundan əlavə Təqsirləndirilən şəxs 22 may 2023-cü il tarixdə Bakı şəhərində istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdar hesab edilən 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,071 qram, 0,195 qram, 0,232 qram, ümumi təmiz çəkisi 4,498 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdar hesab edilən 1 (bir) ədəd bükümdə 3,056 qram psixotrop maddə metamfetamini əldə edib daşımaqla üzərində saxlamış, 29 may 2023-cü il tarixdə onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və yaşadığı evində qanunsuz odlu silah saxlaması barədə alınmış məlumatların yoxlanması məqsədilə Lənkəran ŞRPŞnın Liman PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində o, həmin tarixdə saat 17:50 radələrində Lənkəran rayonu Balıqçılar qəsəbəsində saxlanılaraq Liman PB-nə gətirilmiş, polis bölməsində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən 3 (üç) ədəd bükümdə ümumi 4,498 qram çəkidə narkotik vasitə olan heroin, 1 (bir) ədəd bükümdə ümumi 3,056 qram psixotrop maddə metamfetamin və şalvarının sol yan cibindən üzərində psixotrop maddə metamfetamin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bu səbəbdən də, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun barəsində olan ittiham aktında yazılmış avtomat və digər narkotik vasitələrin heç biri ona aid deyil. O, 26 may 2023-cü il tarixdə səhər saat 10-11 radələrində Lənkəran rayonu Balıqçılar qəsəbəsinə gəlmişdir. Belə ki, o, Bakı şəhərində işləmiş və həmin gün də uşaqlarını görmək üçün Balıqçılar qəsəbəsində yerləşən evinə gəlmişdir. Həmin gün evində heç kim yaşamadığından evində təmizlik işləri aparmışdır ki, uşaqları gəldikdə ev səliqəli olsun. Səhərisi günü yəni 27 may 2023-cü il tarixdə, səhər saat 10-11 radələrində evinə 7 nəfər polis əməkdaşı basqın etmiş, evin içində onu döymüşlər, evini axtarmışlar. Lakin evin içində heç bir narkotik çıxmamışdır. Həmin vaxt evində siqaret qutusunda qram yarım qurudulmuş marixuana olmuşdur. O, narkotik istifadəçisi olsa da heç vaxt onda 7 qram olmamış, üzərində bu qədər narkotik vasitə ilə çölə də çıxmamışdır. Polislər evində axtarış aparmış və heç nə çıxmamışdır, bundan sonra onu polis şöbəsinə aparmışlar. 27 maydan 29 mayadək onu polis şöbəsində saxlamışlar. Həmin vaxt ona təzyiqlər etmişlər, döymüşlər, hədə-qorxu gəlmişlər. Onun başında travma olmuş, buna baxmayaraq döyülmüşdür. Buna görə də polis əməkdaşlarının dedikləri ilə razılaşmış, sənədlərə imza etmişdir. Avtomatı da bölmə rəisinin otağında yerdə parçaya bükülü vəziyyətdə görmüşdür. Nə avtomat, nə də narkotik onda olmamışdır. Onun evində oğurluq olmuş, lakin polislər oğrunu tapa bilməmişlər, o, da polis əməkdaşlarına nalayiq ifadə işlətmişdir. Buna görə də sonradan onu tutmuşlar. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, barəsində həbs qətimkan tədbiri seçilərkən hakim qarşısına çıxarılanda orada 27 mayda tutulması, fiziki zora məruz qalması, narkotik vasitənin və silahın ona aid olmaması barədə heç nə deməmişdir. Buna səbəb isə polislərin onu hədələməsi olmuşdur. Saxlanılarkən üzərində 1,5 qram “nəşəsi” olmuş, lakin hər hansı heroin və metamfetamin, eləcə də silah onda olmamışdır. Təcridxanaya daxil olarkən bədəni üzərində olan xəsarətlər yazılmışdır. Həmçinin onu polislər döyməklə yanaşı evindən daha çox narkotik vasitə çıxaracaqları ilə də hədələmişlər. 27 maydan sonrakı dövrlərdə növbətçi hissədə olan bütün polisləri də üzdən tanıyır. Belə ki, 28 mayda növbətçi hissədə olarkən Şaiq adlı növbətçi köməkçisi növbətçinin maşınını götürüb evinə getmiş, az sonra növbətçiyə zəng edib onun maşınını Xanbulanda olmasını demişlər, növbətçi də Şaiqə zəng edib evə getməməsi , Xanbulanda yeyib içməsi barədə məlumatının olmasını bildirmişdir. Bu söhbətləri polisdə saxlanıldığı üçün bilmişdir. Onu 29 mayadək Liman PB-də saxlamışlar. Onun istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuş, telefonu da tutulanadək evində olmuşdur. Telefonunu polislər qohumlarına qaytarmışlar. Həmçinin o, tutulan vaxt bacısı Təhminə Kişiyeva da Balıqçılar qəsəbəsinə gəlmişdir. 27 mayda Liman PB-də olan növbətçinin bədən qurluşunu tam xatırlamır, onun köməkçisi isə 35-40 yaşlı serjant rütbəli şəxs olmuşdur. 28 mayda isə kök bədən qurluşu, 60-65 yaşlı bir mayor olmuş, köməkçi isə ondan hündür, saçını arxaya daramış, eşitdiyinə görə Lerik yolunda yaşayan şəxs olmuşdur. 29 mayda isə növbətçi mayor rütbəsində olmuş, arıq bədən qurluşlu, saçları ağarmış, onun köməkçisi isə ondan biraz kök olan serjant rütbəli şəxs olmuşdur. Evində heç kim yaşamamış, uşaqları da həmin evdə yaşamamışdır. Bəzi ərizələrində və məhkəmədəki bəzi ifadələrində 26 mayda tutulmasını bildirsə də əslində 27 may saat 10-11 radələrində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs məhkəməyə ünvanladığı son sözündə narkotik vasitələrin, psixotrop maddənin, elektron tərəzinin, eləcə də silahın və döyüş sursatlarının ona aid olmadığını, hazırkı cinayət işi üzrə günahkar olmadığını nəzərə alaraq barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və evinə baxış keçirilməsi istintaq hərəkətinə əlavə edilmiş videoçəkilişlərə baxıldıqdan sonra verilən suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən təzyiqlərə və hədələrə məruz qaldığı üçün etirafedici izahat verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin Liman PBnin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində saxlaması, daşıması, satması, həmçinin yaşadığı Balıqçılar qəsəbəsində yerləşən evində odlu silah saxlaması barədə məlumat əldə etmiş, həmin məlumat əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. 29 may 2023-cü il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs Lənkəran rayonu Liman şəhəri Balıqçılar qəsəbəsi ərazisində piyada hərəkətdə olarkən onun və əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılmış, saxlama səbəbini ona bildirdikdən sonu onu Liman PB-yə gətirmişlər. Orada təhqiqatçı tərəfindən ona hüquqları izah olunmuş, müdafiəçi ilə təmin edilmiş daha sonmra üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən 3 ədəd bükümdə heroinə bənzər kütlə, eləcə də bir ədəd bükümdə metamfetaminə bənzər kütləni, digər cibindən isə elektron tərəzini təqdim etmişdir. Həmin bükümlər qablaşdırılaraq götürülmüşdür. Daha sonra məlumatın yoxlanılması məqsədi ilə Təqsirləndirilən şəxs razılıq ərizəsi alındıqdan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə onun evinə getmiş, Təqsirləndirilən şəxs həyətində yardımçı tikilidə bir ədəd “Kalaşnikov” markalı silahı, 10 ədəd patron və bir ədəd sandıqçanı təqdim etmişdir. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı ona daxil olmuşdur. Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş, aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin özünə aid olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onda əməliyyat məlumatı olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı qəsəbə ərazisində saat 17 radələrində küçədə saxlanılmış, yanında heç kim olmamışdır. Samirə qarşı hər hansı fiziki zor tətbiq edilməmiş, sonuncu evində saxlanılmamışdır. Samir təcridxanaya daxil olarkən bədəni üzərində xəsarətlər aşkar edilməsi barədə heç nə deyə bilməz, həmçinin Samir saxlanılarkən paltyarlarını çıxarıb bədəni üzərində xəsarət olub-olmamasını yoxlamamışlar. Samiri Liman-Balıqçılar avtomobil yolunun kənarında saxlamışlar, onu evində tutmamışlar. Samir tutulduqdan təxminən 3 saat sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Samirin evində axtarış keçirilərkən işttirak etmişdir. Samiri 27 mayda yox, 29 mayda tutmuşlar. Samirlə aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin polis sahə rəisi Şahid2 ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə verməklə sonuncunun ifadəsini təsdiq etmiş, ona verilən suallara cavab olaraq bildirmişdir ki, Samir narkotik vasitə və psixotrop maddəni istifadə və satış məqsədi ilə əldə etmişdir. Sonuncunun silahı saxlamaqda məqsədini dəqiq bilmir, lakin Samir dəfələrlə düşməni olduğunu, onu öldürəcəyini demiş, bu barədə onda məlumat olmuşdur. Həmin şəxs də Samirin həmkəndlisi Ramazandır, lakin onun familyasını bilmir. Samiri küçədə saxlamışlar, evda saxlanılması barədə Samirin dedikləri yalandır. Samirə qarşı hər hansı fiziki zor tətbiq edilməmiş, hər hansı hədə qorxu gəlinməmişdir. Samir narkotik vasitəni və psixotrop maddəni könüllü şəkildə təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin polis nəfəri Şahid3 ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə verməklə sonuncunun ifadəsini təsdiq etmiş, ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki zor tətbiq edilməmiş, hədə-qorxu gəlinməmişdir. Samir Balıqçılar qəsəbəsində küçədə saxlanılmışdır. Üzərinə şəxsi axtarış keçirildikdən sonra evinə baxış keçirilmişdir. Samir silahı tapdığını demişdir. Silahı saxlamaqda məqsədinin nə olmasını bilməmiş, səhv xatırlamırsa Samir düşməni olduğu üçün silahı saxladığını bildirmişdir. Samirin üzərində heroin və metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Samir saxlanılarkən bədəni üzərində hər hansı xəsarət olmasını görməmişdir. Samiri evində saxlamamışlar. Onu küçədə saxlayarkən 4 nəfər olmuşlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin polis nəfəri Şahid4 ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə verməklə sonuncunun ifadəsini təsdiq etmiş, ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs evində yox evindən 50-60 metr aralıda küçədə saxlanılmışdır. Həmçinin sonuncu 27 mayda yox, 29 mayda saxlanılmışdır. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin məsul növbətçisi X7 ifadəsində göstərmişdir ki, 29 may 2023-cü il tarixdə saat 09:00-da Liman PB-də növbəni qəbul etmiş, 30 may 2023-cü il tarixdə saat 09:00-da növbəni təhvil vermişdir. 29 may axşam saatlarında təxminən 17-18 radələrində Təqsirləndirilən şəxs bölmədə görmüşdür. Ondan əvvəlki növbətçi səhv etmirsə Ələkbər Nəhmətzadə olmuşdur. 27 mayda isə Məmmədhüseyn Vəliyev növbətçi olmuşdur. Növbətçi köməkçilərinin kim olmasını xatırlamır. O, növbəni təhvil alarkən Təqsirləndirilən şəxs saxlama yerində görməmişdir. PB-də Şaiq adlı polis nəfəri vardır. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 27 mayda saat 18 radələrində Lənkəran şəhərində mağazadan işdən çıxıb evinə çatan vaxt dayısı arvadı Şahid7 “WhatsApp” vasitəsi ilə ona mesaj yazıb ona zəng etməsini istəmişdir. O, da istifadəsində olan mobil nömrə ilə dayısı arvadı Dilbərə zəng etmişdir. Onunla danışan zaman polislərin qardaşı Samirin evinə gəldiyini, həyəti dağıtdıqlarını və Samiri apardıqlarını bildirmiş, həmçinin evi açıq vəziyyətdə qoyub getdiklərini, evdə oğru girməməsi üçün evə gəlməsini istəmişdir. O, da evə gəlib çantasını evə qoyduqdan sonra təxminən saat 19 radələrində Bəhruz adlı taksi sürücüsü ilə Liman şəhərinə , qardaşının yaşadığı evə getmişdir. Evə çatdıqda evin hər əşyasının dağıldığın, qapıların açıq olduğunu görmüşdür. Bundan sonra evi təmizləmiş, gecəni də dayısıgildə qalmışdır. 28 mayda isə Lənkəran şəhərinə qayıtmışdır. Şahid5 ona verilən suallara cavab olaraq bildirmişdir ki, 27 mayda qardaşınn polis əməkdaşları tərəfindən tutulduğunu bildikdən sonra 2012-ci ildən tanıdığı ailə vəkili olan Elçin adlı şəxsə zəng etmiş, bu barədə danışmışdır. Elçin adlı şəxs hal-hazırda Yardımlıda işləyir, lakin vəkil işləmir. Elçinə hadisə barədə danışdıqdan sonra Elçin məlumat alıb ona bildirəcəyini bildirmişdir. Az sonra Elçin ona bildirmişdir ki, təhqiqatçı ilə danışmış, X18 Bölməsinə aparıldığını öyrənmişdir. Həmçinin Elçin bildirmişdir ki, təhqiqatçının deməsinə görə Samiri narkotik istifadəçisi kimi sənədləşdirib buraxacaqlar. Elçinin hal-hazırda Yardımlı RPŞ-də rəis müavini vəzifəsində işlədiyini bilir. Elçinin ona dediklərindən sonra rahat olmuşlar və Samirin çıxmasını gözləmişlər. Elçinin ona yazdıqları “WhatsApp” proqramında olmuş, həmin yazışmaları ekran çəkilişi onda qalmışdır. Lakin həmin sosial şəbəkədi səsli danışıqları onda qalmamışdır. Elçinin mobil nömrəsi ***-***-**-**-dir. Lakin o, hazırda vəkil işləmədiyindən məhkəmə iclasında ifadə vermək istəmir. Həmin gün Elçinlə danışdıqdan sonra xalası Şəhlaya, bacısına zəng edib bu barədə demişdir. Şəhlanın mobil nömrəsi ***-***-**-** olmuşdur. Öz istifadəsində isə ***-***-**-** mobil nömrəsi olmuşdur. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid7 Nicat qızı ifadəsində göstərmişdir ki, 27 may 2023-cü il tarixdə küçədən polis maşını keçdiyini görmüş, küçəyə çıxdıqdan polislərin Samirin evinin həyətində olmasını görmüşdür. O, polislərdən nə üçün gəldikərini soruşsa da ona heç nə deyilməmişdir. Həmin vaxt təxminən saat 13radələri olmuşdur. Lakin polislərin yanında Samiri görməmişdir. Samiri nə vaxt apardıqlarını da bilmir. O, polislərə Samirin dayısı arvadı olduğunu, onun qohumlarına deyəcəyini bildirmişdir. Bundan sonra evinə gəlmişdir. Ev telefonu ilə qızı Aytənə zəng edərək Samirin bacısı Fəxriyəyə zəng etməyi, Samirin polislər tərəfindən aparılmasını deməsini tapşırmışdır. Şahid7 ona verilən suallara cavab olaraq bildirmişdir ki, polislər evi və həyəti axtarıb qapıları da açıq qoyub getmişdilər. Polisləri gördükdən sonra ev telefonu ilə qızına zəng etmişdir.Lakin nömrəni xatırlamır. Səhv etmirsə nömrə ***-***-**-** olmuşdur. Aytənin nömrəsi ***-***-**-** olmuşdur. Qızına zəng edib polislərin Samirgilə gəlməsi barədə dəqiq nə vaxt zəng edib deməsini xatırlamır, təxminən saat 13-17 arası olmuşdur. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Samir onun bacısı oğludur. 27 may 2023-cü il tarixdə onun ad günüdür. Həmin gün Təhminə ona zəng etmiş, o, onu təbrik edəcəyini fikirləşsə də Fəxriyyə Samiri tutduqlarını bildirmişdir. Onun mobil nömrəsi ***-***-**-** olmuşdur. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin Liman PB-nin əməkdaşı Şahid10 Məhəbbət oğlu ifadəsində göstərmişdir ki, o, Liman PB-də polis nəfəri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs saxlanılıb polis bölməsinə gətirilməsindən məlumatı olmuş, lakin sonuncunun saxlanılmasında iştirak etməmişdir. Şahid10 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, bölmədə növbətçi köməkçisi işləməmişdir. 27 may 2023-cü il tarixdə növbətçi hissədə olub-olmaması yadında deyildir. Onun avtomobili yoxdur. O, nə vaxtsa bölmənin növbətçisindən maşın götürüb Xanbulana getməmişdir. Anası dializ xəstəsi olmuş, tez-tez icazə alıb işdən çıxmışdır. O, Təqsirləndirilən şəxs bölmədə olan vaxt ona çörək və sosiska alıb verməmişdir. Onun mobil nömrəsi ***-***-**-**-dir. O, 5-6 ildir ki, Xanbulana getmir. Liman PB-də növbətçilərdən heç birinin Vaz 2106 markalı maşını yoxdur. O, maşın sürməyi bacarmır, sürücülük vəsiqəsi də yoxdur. Təqsirləndirilən şəxs onun qonşusudur, onun niyə onun haqqında danışdığını bilmir. Samirin dəqiq olaraq hansı tarixdə tutulması, polis bölməsində neçə gün saxlanılmasını bilmir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin Liman PB-nin əməkdaşı X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır. O, Liman PB-də növbətçi vəzifəsində işləyir. Növbətçilik rejimi 24 saatdır. Növbətçi kimi ona bir köməkçi və bir sürücü ayrılır. Növbətçi otağında inzibati qaydada tutulmuş şəxslər üçün saxlam otağı da vardır və həmin şəxslərin qeydiyyatını növbətçi aparır. Növbətçi olduğu müddətdə Təqsirləndirilən şəxs bölmədə görməmişdir. Dəqiq olaraq 2023-cü ilin may ayında hansı gündə növbətçi olmasını xatırlamır. Təqsirləndirilən şəxs növbətçi otağında olan “müvəqqəti saxlama otağı”nda olmamışdır. O, növbəni adətən Vasif Adıgözəlovdan təhvil almışdır. Buna görə hesab edir ki, 30 may 2023-cü il tarixdə növbətçi olmuşdur. Məmmədhüseyn adlı növbətçinin “Mercedess” markalı maşını olmuşdur. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin Liman PB-nin əməkdaşı Şahid9 İqbal oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdən Liman PB-də növbətçi köməkçisi vəzifəsində işləyir. O, 2023-cü ilin may ayında rəhmətlik Məmmədhüseyn Vəliyevin köməkçisi olmuşdur. Təqsirləndirilən şəxs tanımır. Təxmini xatırladığına görə 2023-cü ilin may ayında növbətçilər Məmmədhüseyn Vəliyev,Vasif Adıgözəlov, Ələkbər Nəhmətzadə və Ənvər adlı şəxs olmuşdur. Həmin ərəfədə növbətçilər dəyişdiyi üçün konkret olaraq həmin şəxsləri və köməkçilərinin kim olmasını xatırlamır. Ələkbər Nəhmətzadənin köməkçisi Habil Əliyev olmuşdur. 2023-cü ilin may ayının 30-da növbətçi köməkçisi olmuşdur. 27 mayda da növbədə olmuş, lakin Təqsirləndirilən şəxs görməmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin Liman PB-nin əməkdaşı Şahid12 ifadəsində göstərmişdir ki, Liman PB-də növbətçi köməkçisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Liman şəhər sakini kimi tanıyır. O, növbədə olarkən, yəni 29 may 2023-cü il tarixdə saaat 17-18 radələrində Təqsirləndirilən şəxs Liman PB-nin əməkdaşları Şahid1, Şahid2 və digərləri əməliyyat qrupunun otağına gətirmişlər. O, da Təqsirləndirilən şəxs “PB-yə gətirilmiş şəxslərin qeydiyyatı kitabı”na qeyd etmişdir. Sonradan Samirin üzərindən narkotik vasitə aşkar edildiyini eşitmişdir. O, növbəni Məmmədhüseyn Vəliyevdən təhvil almışdır. Onun köməkçisi Aqil adlı şəxs ollmuşdur. Səhv etmirsə Fərid adlı şəxs də sonuncunun köməkçisi olmuşdur. Təqsirləndirilən şəxs bölməyə gətirilərkən onun üzərində hər hansı xəsarət görməmişdir. ***-***-**-** saylı mobil nömrə onun istifadəsindədir. ***-***-**-** saylı mobil nömrə Şahid9 istifadəsindədir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin Liman PB-nin əməkdaşı Şahid13 ifadəsində göstərmişdir ki, Liman PB-də növbətçi köməkçisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs tanımır, onu heç vaxt görməmişdir. 2023-cü ilin mart ayında Liman PB-yə növbətçi köməkçisi vəzifəsinə təyin olunmuşdur. Liman PB-də 3 nəfər növbətçi olmuşdur. Onların köməkçiləri özü, Şahid12 və Şahid9 olmuşdur. X11 də növbətçilərdən birini əvəz etmişdir. 27-30 may 2023cü il tarixləri aralığında hansı gün növbətçi köməkçisi olmasını xatırlamır. O, Ələkbər Nəhmətzadənin köməkçisi olmuşdur.Onun istifadəsində 2018-ci ildə avtomobil olmuş, lakin hazırda yoxdur. O, Masallının Səmidxan kəndindəndir.Onun növbədə olduğu vaxt Təqsirləndirilən şəxs polis bölməsinə gətirilməmişdir. ***-***-**-** saylı nömrə onun istifadəsindədir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid14 Məmmədəli oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs heç vaxt tanımamışdır. Şahid14 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Fəxriyyə Ağakişiyevi tanıyır, uzaq qohumudur. Sonuncunun hüquqi məsələsi ilə bağlı bir neçə il əvvəl onun nümayəndəsi olmuşdur. Fəxriyyə Ağakişiyev 2023-cü il tarixdə tarix dəqiq xatırlamadığı bir vaxtda ona zəng etmiş, qardaşı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılması barədə məlumat vermişdir. O, da hüquqşunas olduğu üçün, həmçinin yardımlı RPŞ-də xidmət etdiyindən ona bildirmişdir ki, Təqsirləndirilən şəxs onun xidmət etdiyi ərazidə saxlanılmamışdır. Sonradan isə Fəxriyyə xanım Samirin narkotik vasitələrlə bağlı tutulduğunu müəyyən etmiş və ona da bu barədə məlumat vermişdir. Ona təqdim edilmiş vatsap proqramından çıxarışda əksini tapan danışıqlar onun tərəfindən yazılmış, həmin yazışmalar ona aid olmuşdur. Həmin yazışmalardan görünür ki, həmin söhbətlər 27 may 2023-cü il tarixdə aparılmışdır. Lakin həmin tarixi dəqiq xatırlamır. O, həmin məsələ ilə bağlı polis əməkdaşlarından kimlə danışdığını xatırlamır. Bu hadisə bir il yarıma yaxın vaxt keçmişdir, buna görə də həmin hadisələri xatırlamır. İstifadəsində olan mobil telefonu dəyişdiyindən həmin yazışmalar hazırda onun istifadəsində olan telefonda yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində saxlaması, daşıması və alqı-satqısı ilə məşğul olması, habelə yaşadığı Balıqçılar qəsəbəsində yerləşən evdə qanunsuz odlu silah saxlaması barədə Lənkəran ŞRPŞ-nin Liman PB-nin Cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. (i.v. 3) -“Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 29 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir.(i.v. 4-5) -“Əməliyyat-axtarış qrupunun yaradılması haqqında” 29 may 2023-cü il tarixli qərardan görünür ki, Şahid1 raportu əsasında əməliyyat tədbirlərinin həyata keçirilməsi məqsədilə sonuncunun rəhbərliyi ilə Liman PB-nin sahə rəisi Şahid2. Polis nəfəri Şahid4 və Şahid3, eləcə də təhqiqatçı Məhəmməd Abdullazadədən ibarət əməliyyat qrupu yaradılmışdır. (i.v. 8) - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 17:50 radələrində Lənkəra rayonu Balıqçılar qəsəbəsində piyada hərəkətdə olan Təqsirləndirilən şəxs saxlanılmış və Liman PB-yə gətirilmişdir. (i.v.09) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:50-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 12) -“Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında xx.xx.2023-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən sağ yan cibindən üç bükümdə 4,60 qram narkotik vasitə heroini, bir bükümdə 3,28 qram psixotrop maddə metamfetamini və şalvarının sol yan cibindən bir ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. (i.v. 29-31) -“Baxış keçirilməsi və götürmə” haqqında xx.xx.2023-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Lənkəran rayonu Balıqçılar qəsəbəsindəki evinin həyətində yerləşən anbarda sandığın içərisindən ağ rəngli parçaya bükülmüş 1 ədəd “kalaşnikov AK-74” markalı silah, həmin silahın qundaq hissəsinə bərkidilmiş 1 ədəd sandıqça içərisində 10 ədəd patronlar aşkar olunaraq götürülmüş, həmin silahı, sandıqçanı və patronları bu ilin aprel ayında dəniz kənarında taparaq orada saxladığını göstərmişdir. (i.v. 32-35) - Məhkəmə fiziki-kimyəvi ekspertizasının 30 may 2023-cü il il tarixli, 19/594 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd zərfdəki 3 ədəd bükümdə ayrıayılıqda təmiz çəkiləri: - 4,071 qr: -0,195 qr; -0,232 qram: ümumi təmiz çəkisi: -4,498 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitələr heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi :-3,056 qram olan maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş bir ədəd zərfdəki, 1 ədəd elektron tərəzinin üzərində psixotrop maddə olan metamfetamin izləri vardır. Metamfetamin iz şəklində olduğuna görə tədqiqata təqdim olunmuş metamfetaminlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmamışdır. (i.v.52-56) - məhkəmə-ballistik ekspertizasının 30 may 2023-cü il tarixli, 3/867 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah 1986-cı ildə, İjevsk mexaniki zavodunda istehsal edilmiş, “Kalaşnikov” konstruksiyalı 5,45 mm kalibrli, “AK-74” markalı, zavod işarələri mexaniki təsir nəticəsində silinmiş avtomat silahdır - yivli odlu avtomatik döyüş silahı hesab edilir, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır, üzərində təyinatını dəyişdirən hər hansı əlavə və ya dəyişiklər edilməmişdir, silahın üzərindəki zavod işarələri və nişanları dərin pozulduğu üçün pozulmuş zavod işarələrinin nişanlarının ilkin formasını müəyyən etmək mümkün olmamışdır. - Tədqiqata təqdim edilmiş 10 (on) ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən açılan 5,45 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK-74”, (“AKC-74”, ”AKC-74Y” markalı avtomat silahlarda, “RPK-74”, “PPKC-74”) markalı əl pulemyotlarında və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır-döyüş sursatıdırlar və atəşə (istifadəyə) yararlıdırlar, patronların dib hissəsindəki zavod işarələri mexaniki üsulla dərindən silindiyi üçün onların eyni bir və ya ayrı-ayrı zavodlarda istehsal edildiyini müəyyən etmək mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd sandıqça “Kalaşnikov” konstruksiyalı “AK-74”, (“AKC-74”,”AKC- 74Y”) markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə istehsal edilmiş, 30 (otuz) ədəd 5,45X39 mm kalibrli patron tutumuna malik olan sandıqçadır və təyinatı üzrə istifadəyə yararlıdır. (i.v.57-61) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 31 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 69-71) - Lənkəran rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(049)-162/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (i.v. 85-90) - X9 tibbi yoxlamanın 01 iyun 2023-cü il tarixli, 571 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. (i.v. 91) - məhkəmə tibbi ekspertizasının 01 iyun 2023-cü il tarixli 526 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. ( i.v. 92- 93) - “baxış keçirilməsi haqqında” 12 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan 1 ədəd “Samsung” və 1 ədəd “HTC” markalı mobil telefonlara baxış keçirilmiş, “Samsung” markalı mobil telefonun üzərində ***-***-**-** saylı mobil nömrə olmuş, digər telefonda mobil nömrə olmamışdır. Həmin mobil telefonlarda iş üçün əhəmiyyət kəsb edən məlumat əldə olunmamışdır. (i.v. 103-104) - Lənkəran ŞRPŞ-nin Liman PB-nin vəzifəli şəxsinin imzaladığı xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubunda göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində, Lənkəran rayonu Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla, Lənkəran rayonu Balıqçılar qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qəbulu, üzərində saxlaması, daşıması, həmçinin narkorik vasitələrin və psixotrop maddələrin satması barədə məlumatlar daxil olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən anbardan aşkarlanmış 1 ədəd Kalaşnikov Ak-74 markalı odlu silahı, onun sandıqçasını və 10 ədəd patronları haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. (i.v. 120) Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı toplanıb elan edilərək tədqiq edilmiş aşağıdakı məhkəmə istintaqı materiallarından müəyyən edilir ki ; - Təqsirləndirilən şəxs adına “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin tərtib etdiyi 5752/2023 nömrəli məhkumun tibbi kitabçası»nın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs 03 iyun 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş, baxış zamanı “sol dirsək nahiyyəsində 1-2 sm ölçüdə, sağ balıdırın ön nahiyyəsində 3-4 sm ölçüdə üzəri qərtməkli sıyrılmış yara” xəsarətləri aşkar edilmiş, həbs olunmazdan əvvəl xəsarət aldığını bildirmişdir. - "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, AZF/LGL-1845/24 saylı məktubla müşaiyət olunan 01 ədəd diskdə təqdim olunmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM mobil telefon nömrəsinə 25 may 2023-cü il tarixdən 30 may 2023-cü il tarixədək olan müddət ərzində daxil olmuş məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan yuxarıda qeyd edilən mobil telefon nömrəsininin anten dairəsi xx.xx.2023-cü il tarixdə Bakı şəhərində müxtəlif ünvanlarda, xx.xx.2023-cü il tarixdən 27 may 2023-cü il tarixə saat 15:50-dək Lənkəran rayonu Liman şəhəri, Balıqçılar qəsəbəsində yerləşən anten dairəsinin əhatəsində olmuşdur. 27 may 2023-cü il saat 15:50-dən sonra isə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə istifadə olunmamışdır. - "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, AZF/LGL-2581/24 saylı məktubla müşaiyət olunan 01 ədəd diskdə təqdim olunmuş Şahid5 istifadəsində olan ***- ***-**-** saylı GSM mobil telefon nömrəsinə 27 may 2023-cü il tarixdən 30 may 2023-cü il tarixədək olan müddət ərzində daxil olmuş məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18:25:24-də həmin mobil nömrədən ***-***-**-** mobil nömrəsinə zəng edilmiş və 133 saniyyə danışıq aparılmış, həmin vaxt Şahid5 istifadəsində olan mobil nömrənin anten dairəsi “Shilavar Lukoil YD/"Lənkəran ray., Ələt-Astara şossesi, Konfort restoran yaxınlığı"/Lankaran/ “ ünvanında olmuşdur. Bundan əlavə xx.xx.2023-cü il tarixdə saat 19:46:58-də həmin mobil nömrədən ***-***-**-** mobil nömrəsinə zəng edilmiş və 124 saniyyə danışıq aparılmış, həmin vaxt Şahid5 istifadəsində olan mobil nömrənin anten dairəsi “ BALİQCİLAR/" Lənkəran rayonu, Balıqçılar qəsəbəsi" /Lankaran/ (38.938xx/xx.92291)“ ünvanında olmuşdur. - "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 9819 saylı məktubla müşaiyət olunan 01 ədəd diskdə təqdim olunmuş Şahid14 istifadəsində olan ***-***-**-** saylı GSM mobil telefon nömrəsinə 27 may 2023-cü il tarixdən 30 may 2023-cü il tarixədək olan müddət ərzində daxil olmuş məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil nömrədən 18-18 sonluqlu mobil nömrəyə xx.xx.2023-cü il tarixdə saat 19:46:58-də zəng edilmiş 124 saniyyə , daha sonra həmin gün 19:53:35-də zəng edilmiş və 24 saniyyə danışıq aparılmışdır. Həmin mobil nömnrədən daha sonra 29 və 30 may tarixlərdə də Şahid14 istifadəsində olan mobil nömrəyə zənglər edilərək danışıqlar aparılmışdır. - "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 10221 saylı məktubla müşaiyət olunan 01 ədəd diskdə təqdim olunmuş Şahid7 istifadəsində olan ***-***-**-** saylı GSM mobil telefon nömrəsinə 27 may 2023-cü il tarixdən 30 may 2023-cü il tarixədək olan müddət ərzində daxil olmuş məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2023cü il tarixdə saat 18:25:24-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** mobil nömrəsinə zəng edilmiş və 132 saniyyə danışıq aparılmışdır. - Şahid5 tərəfindən təqdim edilmiş “WhatsApp” sosial şəbəkəsində olan yazışmalardan görünür ki, Fəxriyyə Kişyeva “Elçin. Vekil” adı yazılmış şəxslə yazılı və səsli yazışmalar aparmışdır. “Elçin. Vekil” adı ilə qeyd edilmiş şəxs 27 may 2023-cü il tarixdə saat 21:07-də “Mən danışdım yenə, dedim istifadəçidir”, “Başqa şey yükləməsinlər”, “Razılaşdılar. Sənədləşmə olsa ancaq istifadəçi kimi sənədləşəcək narahat olma”, “o biri nömrə mənim deyildir. Onu silərsən” məzmununda olan mesajları Şahid5 yazmışdır. Növbəti gün isə “Elçin. Vekil” adı ilə qeyd edilmiş şəxs yenidən Şahid5 istifadəsində olan mobil nömrəyə “Dedilər yox”, “Mənə də elə deyildi. Sonra da dedilər 234.1-lə sənədləşəcək.”, “Yəni istifadəçi kimi”, “həmin maddə ilə də çox vaxt məhkəmə buraxıb cərimə eliyir” - Lənkəran ŞRPŞ-nin Liman PB-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Lənkəran ŞRPŞ-nin Liman PB-nin məsul növbətçilərinin xidmətləri səhər saat 09:00-dan ertəsi gün səhər saat 09:00-a kimi davam edir. Belə ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək polis mayoru Məmmədhüseyn Vəliyev (vəfat edib), xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək polis leytenantı Ələkbər Nəhmətzadə, xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək polis mayoru Vasif Adıgözəlov olmuşdur. - Müdafiə tərəfindən təqdim edilmiş Şahid5 tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinə və digər ali dövlət orqanlarının rəhbərlərinə ünvanlanmış şikayət məktubundan görünür ki, Şahid5 həmin şikayətdə qardaşı Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-nin Liman PB-nin əməkdaşları tərəfindən 27 may 2023-cü il tarixdə yaşadığı evdən qanunsuz olaraq saxlanılıb polis bölməsinə aparılması barədə bildirmişdir. Müvafiq qəbzlərdən isə görünür ki, həmin şikayət xx.xx.2023-cü il tarixdə qeyd olunmuş ünvanlara çatdırılması üçün poçta verilmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci və “Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarlarında göstərilmişdir ki, “cinayətin tövsifi” törədilən konkret cinayət əməlinin faktiki hallarının cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi proses olmaqla, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə və ona ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Məhkəmə göstərilən hüquqi mövqeyə uyğun olaraq, iş üzrə Təqsirləndirilən şəxs törətdiyi əməlin ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilib-edilməməsinə hüquqi qiymət verilməsi üçün aşağıdakı halların qeyd edilməsini zəruri hesab edir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma, həmin Məcəllənin 228.1-ci maddəsində qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə cinayət əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə göstərilən cinayət-prosessual qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Müvafiq ittihamın sübut edilməsinə maneə yaradan şübhələr digər sübut növü ilə aradan qaldırılmadıqda təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə hökmündə şəxsin cinayət əməlini törətməkdə təqsiri ehtimal əsasında deyil, yalnız sübutlara əsasən müəyyən edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs Əsəd Əsədova Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, məhkəmə istintaqı zamanı aparılmış hərtərəfli araşdırma nəticəsində təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi, belə bir əməlin törədilməsində iştirakı və belə iştiraka yönəlmiş hər hansı qəsdi sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ittiham elan edərkən iş üzrə toplanmış sübutların məcmusuna düzgün istinad etməklə obyektiv, əsaslı hüquqi nəticəyə gəlsə də, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürməklə əsassız qənaətə gəlmişdir. Məhkəmə tərkibi cinayət işinin materiallarını nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və ibtidai istintaq orqanının müəyyən etdiyi halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, habelə ilkin sübutlar qanunsuz yolla əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından Təqsirləndirilən şəxsna bəraət verilməlidir. Məhkəmə tərkibi hesab edir ki, cinayət işi üzrə obyektiv nəticəyə gəlmək üçün ilk olaraq ibtidai araşdırma orqanının Təqsirləndirilən şəxsa CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan etmək üçün əsaslandığı sübutların dairəsi dəqiqləşdirilməli, sonra həmin sübutların qiymətləndirilməsi aparılmalıdır. İbtidai istintaq orqanı hesab etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitəni və psixotrop maddəni qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması əməlini təsdiq edən sübutlar – Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, şahid ifadələri, “şəxsi axtarış keçirilməsi haqqında” 29 may 2023-cü il tarixli protokol, 30 may 2023-cü il tarixli, 19/594 nömrəli rəyi, ambulator məcburi tibbi yoxlamanın 01 iyun 2023-cü il tarixli, 571 saylı rəyi, istintaq hərəkəti protokolları, maddi sübut və cinayət işinin digər istintaq materiallarıdır. Məhkəmə tərkibi ilkin olaraq təqsirləndirilən şəxsin özünün həm ibtidai araşdırma zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin təhlil edilməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. - Təqsirləndirilən şəxsa ittiham elan edilməsi üçün sübutlardan biri kimi sonuncunun şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrinə şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin ona aid olmasını bildirməsidir. Lakin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən 27 may 2023-cü il tarixdə saxlanılaraq 02 gün ərzində Liman PBdə saxlanılıb fiziki zorakılığa məruz qalması ilə bağlı ona verilmiş heroin və metamfetaminlə, eləcə də elektron tərəzi ilə bağlı etirafedici ifadə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs fiziki zorakılığa məruz qalmasını barəsində həbs qətimkan tədbiri seçildikdən 3 gün sonra ƏN-nin PX-nin Bakı İstintaq Təcridxanasına daxil olarkən də bildirmiş , lakin bu barədə hər hansı yoxlama aparılmamışdır. Bundan əlavə cinayət işi materiallarına əlavə edilmiş məhkəmə tibbi ekspertizasının 01 iyun 2023-cü il tarixli 526 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlər olmamasını bildirən ekspert rəyi olsa da sonuncu təcridxanaya daxil olarkən bədəni üzərində xəsarətlər aşkar edilmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs həm hazırkı məhkəmə istintaqı zamanı zorakılığa və hədəyə məruz qalmasını bildirməsi barədə ifadələrinə münasibət bildirərək qeyd edir ki, sözügedən halla bağlı cinayət işi üzrə müəyyən olunan hallar İnsan Hüquqları üzrə Avropa Məhkəməsində baxılmış “Layıcov Azərbaycana qarşı” işi üzrə məhkəmənin müəyyən etdiyi hallarla bənzərlik təşkil etdiyindən, məhkəmə kollegiyası “Layıcov Azərbaycana qarşı” işi üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərarında əks olunanların nəzərə alınmasını və məhz həmin qərarda yaradılan presedent hüququnun hazırkı iş üzrə tətbiq edilməsini məqsədəmüvafiq sayır. Belə ki, “Layıcov Azərbaycana qarşı” işi üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinin tələblərinin pozulması hallarının araşdırılması ilə bağlı qeyd edilmişdir ki, şəxs 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar (bax: yuxarıda qeyd edilmiş “Assenov və Digərləri” işi, 103-cü bənd və digərləri). Onlar hadisə ilə bağlı sübutları toplanması, o cümlədən, inter alia, hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmətibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar (bax: “Tanrıkulu Türkiyəyə qarşı” (Tanrıkulu v. Turkey [GC], no. 23763/94, ECHR 1999-İV, § 104 et seq.) və “Gül Türkiyəyə qarşı” (Gülv. Turkey, no. 22676/93, § 89, 14 December 2000). Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə əsasən qeyd edilir ki, ... Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətlərin ən fundamental dəyərlərindən birini təsbit edir. Terrorizmə və mütəşəkkil cinayətkarlığa qarşı kimi hətta ən çətin hallarda Konvensiya mütləq şərtlərdə işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının əksər maddi cəhətlərindən fərqli olaraq, Konvensiyanın 3-cü maddəsi istisnalar üçün hər hansı müddəaları əks etdirmir və bu qaydadan hətta millətin həyatına təhlükə törədən ictimai həyəcan halında belə, Konvensiyanın 15-ci maddəsinin 2-ci bəndinə əsasən hər hansı kənara çıxma yolverilməzdir (baxın, “Selmoni Fransaya qarşı və “Assenov və digərləri Bolqarıstana qarşı”). Ən çıxılmaz halda belə Konvensiyanın 3-cü maddəsinin müddəalarının pozulmasına yol verilməməsinə dair Avropa Məhkəməsinin əvvəlki qərarlarında, o cümlədən yuxarıda adıçəkilən qərarında yaratdığı presedent hüququnu əsas götürən məhkəmə kollegiyası hazırkı iş üzrə ilk növbədə Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə pis rəftara məruz qalıb-qalmamasına münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs bədənində xəsarətlərin olması xx.xx.2023-cü il tarixdə ƏN-nin PX-nin Bakı istintaq təcridxanasına daxil olanda bədəninə baxış keçirilərkən aşkar olunmuşdur. Lakin Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə fakt üzrə vaxtında ilkin yoxlama aparılmamışdır. Avropa Məhkəməsi öz qərarlarında müəyyən etdiyi presedent hüququnda belə məqamlarda ibtidai istintaqı aparan orqandan asılı olmayan müstəqil qurum tərəfindən səmərəli rəsmi araşdırmanın aparılmasını, dövlət orqanlarının daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərilməsini və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalarını, hadisə ilə bağlı sübutların toplanmasını, o cümlədən, inter alia, hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımların atılmasının vacib olduğunu göstərməsinə baxmayaraq, Təqsirləndirilən şəxs qeyd etdiyi xüsuatların araşdırılması ilə bağlı olaraq prokurorluq orqanlarında ətraflı araşdırma aparılmamış, Təqsirləndirilən şəxs bədənində mövcud olan xəsarətlərin hansı vaxt və hansı şəraitdə yetirilməsinin müəyyən edilməsi məqsədilə məhkəmə tibbi ekspertizası təyin edilsə də souncunun müvəqqəti saxlama yerinə daxil olarkən bədəni üzərində xəsarətlərin olmasını göstərən akt ekspertə təqdim edilməmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra polis şöbəsinin müvəqqəti saxlama yerinə yerləşdirilərkən onun saxlama yerinə qəbul edilməsi barədə tərtib olunan sənəddə həmin vaxt sonuncunun üzərində xəsarətlərin olub-olmaması ilə bağlı hər hansısa qeydin olubolmadığını müəyyən etmək üçün müvafiq sənədlər götürülməmiş, Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerinə qəbul edən şəxsin izahatı alınmamışdır. Həmçinin cinayət işi materiallarına əlavə edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin tərtib etdiyi 5752/2023 nömrəli məhkumun tibbi kitabçası»nın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs 03 iyun 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş, baxış zamanı bədəni üzərində xəsarətlər aşkar edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs 29 may 2023-cü il tarixdə (iş materialları ilə 27 may 2023-cü ildə saxlanılması təsdiq edilir) şübhəli şəxs qismində saxlanıldığı 31 may 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçildiyi halda 24 saatdan artıq müvəqqəti saxlama yerində saxlanıla bilməməsi barədə imperativ norma olmasına baxmayaraq sonuncu barəsində həbs qətimkan tədbiri seçildikdən 3 gün sonra, yəni 03 iyun 2023-cü il tarixdə Penitensiar Xidmətin Bakı istintaq təcridxanasına keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-in 157.3-cü maddəsində qeyd edilmişdir ki, məhkəmə qərarına əsasən həbs olunmuş şəxs müvəqqəti saxlama yerində 24 saatdan artıq saxlanıla bilməz və bu müddət bitənədək o, istintaq təcridxanasına keçirilməldir. Məhkəmə tərkibi polis orqanının Təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçildiyi gündən 3 gün sonra istintaq təcridxanasına aparılmasını sonuncunun polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində bədəni üzərində yaranmış xəsarətlərin üzərindən günlərin keçməsinə, vaxtında polis şöbəsi ilə əlaqəsi və ya hər hansı asılılığı olmayan həkim müayinəsindən vaxtında keçməsinin qarşısının alınmasına şərait yaradan hal kimi qiymətləndirir. Beləliklə vaxtında ətraflı araşdırmanın təmin edilməməsi, həbs edilmiş şəxsin istintaq təcridxanasına keçirilməməsi Təqsirləndirilən şəxs bədənində olan xəsarətlərə dair mövcud sübutların, izlərin itirilməsi ilə nəticələnmişdir ki, hazırkı məqamda həmin xüsusatlarla bağlı əlavə araşdırmanın aparılması və ya əlavə məhkəmə tibbi ekspertizasının təyin edilərək yetirilmiş xəsarətlərin yetirilmə mexanizminə dair hər hansı dəqiq məlumatın əldə olunması qeyri-mümkün olmuşdur. Lakin yuxarıda sadalananların müqabilində, yəni Təqsirləndirilən şəxs saxlanıldığı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək polisin nəzarəti altında olması, saxlanıldığı zaman, həmçinin saxlanıldıqdan sonrakı müddət ərzində onun bədənində hər hansı xəsarətlərin olmasına dair müvafiq sənədlərdə qeydin olmaması, habelə nə saxlanılarkən və polis şöbəsinə gətirilərkən, nə də polis şöbəsində olarkən qaçmağa çalışmaması, polis əməkdaşlarına heç bir müqavimət göstərməməsi müqabilində Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-nin MSY-yə daxil olarkən bədənində aşkar xəsarətlərin müəyyən olunması məhkəmə kollegiyasında Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə polis şöbəsində olduğu müddətdə pis rəftara məruz qalması ilə bağlı haqlı şübhələr yaranmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası Avropa İnsan Hüquqları Məhkəməsinin şərh olunan məsələ üzrə formalaşmış presedent təcrübəsinə əsaslanmaqla işin faktiki hallarının təhlilini apararaq hesab edir ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra pis rəftara məruz qalmış, məhz bunun təsiri ilə məhkəməyədək icraatda üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddə, eləcə də elektron tərəzi ilə bağlı etirafedici izahat, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirmə protokollarındakı ifadələri vermişdir. Cinayət-Prosessual Məcəlləsinin 125.2.2-ci maddəsinə əsasən zorakılıq, hədəqorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qanunun qeyd olunan müddəasını nəzərə alaraq kollegiya hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı «Şəxsi axtarış və götürmə aparılması» barədə 29 may 2023-cü tarixli protokolundakı şifahi izahatı, 29 may 2023-cü il tarixli izahatı, daha sonrakı tarixlərdə olan şübhəli və təqsirləndirilən şəxs qismində dindirmə protokollarındakı ifadələri də sübutlar siyahısından çıxarılmalı və həmin sübutlar əsaslı sübut növü kimi qəbul edilib Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamın əsasına qoyulan sübutlar kimi qəbul edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin məhkəmə istintaqı zamanı təqdim edildiyini, təqsirləndirilən şəxs tərəfindən göstərilən xüsusatlar araşdırlarkən həmin halların təsdiq edildiyini, Təqsirləndirilən şəxsun bədəni üzərində xəsarətlərin olmasını və onun 02 gündən artıq vaxt müddətində müdafiəçisi olmadan polis bölməsində polisin nəzarətində qalmasını nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz fiziki təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsaslıdır və həmin etirafedici ifadələr sübut növü kimi qəbul edilib Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamı təsdiq edə biləcək sübut kimi qəbul edilə bilməz. Eyni zamanda Təqsirləndirilən şəxs fiziki təzyiqlərə məruz qalması və nəticədə şəxsi axtarış keçirilərkən ondan aşkar edilmiş kütlələrə və elektron tərəziyə münasibətdə etirafedici ifadələr verməsi barədə şübhələri məhkəmə istintaqı zamanı əldə edilmiş digər sübutlar daha da qüvvətləndirir ki, bu sübutlar barədə fikirlər Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı əldə edilmiş sübutları qiymətləndirərkən məhkəmə tərkibi tərəfindən qeyd ediləcəkdir. - ittihamın əsası kimi istinad edilmiş digər sübut növü kimi şahid ifadələrinin olması qeyd edilmişdir ki, ibtidai istintaq zamanı ifadələri alınmış Lənkəran ŞRPŞ-nin Liman PB-nin yuxarıda adları qeyd edilmiş əməkdaşları yalnız narkotik vasitənin, psixotrop maddənin və elektron tərəzinin aşkar edilməsinə şahid olduqlarını bildirmişlər. İbtidai istintaq orqanının ittiham aktında əks etdirdiyi epizod üzrə (yəni Təqsirləndirilən şəxsun üzərində heroin, metamfetamin və elektron tərəzi aşkar edilməsi) Təqsirləndirilən şəxs əleyhinə ittiham aktında istinad olunan və ittihamın daha bir əsasını təşkil edən sübutlar polis əməkdaşları Şahid1, Şahid2, Şahid3 və Şahid4 şahid ifadələridir. Məhkəmə tərkibi məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin Liman PB-nin əməkdaşlarının ifadələrini həqiqi, obyektiv, işin faktiki hallarına uyğun ifadələr kimi qəbul etməyərək hesab edir ki, həmin şəxslər iş üzrə maraqlı şəxslərdir və onların verdikləri ifadələr ittihamın müdafiəsinə yönəlmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi «Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı», «X3rşı» və bir sıra qərarlarında sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Yeni məzmunlu yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Muradov Azərbaycana qarşı» qərarında da öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi verdiyi ifadələrin «əsaslı şübhə doğurmayan» sübut növünə aid olmadığı göstərilmişdir. Məhkəmə, bu halı nəzərə alıb həmin ifadəyə istinad edilməsinin yolverilməz olduğunu nəzərə alıb həmin ifadənin sübutlar siyahısından çıxarılmasını əsaslı sayır. - İstintaq orqanının Təqsirləndirilən şəxsna elan edilmiş ittihamı təsdiq edən sübut kimi istinad etdiyi digər protokol Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin aparılmasına dair 29 may 2023-cü il tarixli protokoldur və həmin sənəddən görünür ki, Təqsirləndirilən şəxsun üzərində şəxsi axtarış və götürmə 29 may 2023-cü il tarixdə həyata keçirilmişdir. Həmin istintaq hərəkəti saat 18:45-də başlamış və saat 19:10-da bitmişdir. Lakin məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri və şahid tərəfindən təqdim edilmiş “WhatsApp” yazışmalarından çıxarışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs həqiqətən də ifadəsində göstəriyi kimi 27 may 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Belə ki, Şahid5 ifadəsində bildirmişdir ki, qohumu Şahid7 27 may 2023-cü il tarixdə təxminən saat 18 radələrində ona zəng edərək Samirin polis əməkdaşları tərəfindən aparıldığını bildirmiş, buna görə də o, Lənkəran şəhərindən Liman şəhərinə gəlmişdir. Bu halı məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirlmiş Şahid7 da ifadəsində təsdiq etmiş, həmçinin telefon danışıqları əlavə edilmiş CD diskə məhkəmə tərəfindən baxış keçirilərkən də bu hal müəyyən edilmişdir. Həmçinin Şahid5 “WhatsApp” yazışmalarını təqdim etmiş, həmin yazışmalar ətrafında dindirilmiş şahd Şahid14 də bu halı məhkəmə istintaqı zamanı verdiyi ifadəsində tam təsdiq etmişdir. Həmçinin Şahid5 istifadəsində olan mobil nömrəyə daxil olan və çıxan zəngləri özündə əks etdirən CD diskə baxış keçirilərkən də sonuncu ilə Şahid14 arasında 27 may 2023-cü il tarixdə zənglər olması müəyyən edilmişdir. Göründüyü kimi yuxarıda qeyd edilən sübutlar ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlalnıldıqdan 02 gün sonra, yəni 29 may 2023-cü il tarixdə üzərinə şəxsi axtarış keçirilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən belə qənatə gəlmək olur ki, Təqsirləndirilən şəxs 27 may 2023-cü il tarixdə saxlanılıb polis şöbəsinə gətirilsə də onun faktiki azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən 02 gün vaxt keçdikdən sonra müdafiəçi ilə təmin edilmiş və üzərinə şəxsi axtarış keçirilmişdir və həmin müddət ərzində Təqsirləndirilən şəxs polisin nəzarəti altında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra 02 gün vaxt ərzində polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər edilməsi və üzərinə narkotik qoyulması barədə dəlili əsaslı sayılmalıdır. “Layıcov Azərbaycana qarşı” işi üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərarında məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını araşdıraraq qeyd etmişdir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmamışdır. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, həbslə axtarış arasındakı təxminən 30 (otuz) dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarmış, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında olmuşdur. Hər bir halda hazırkı işdə axtarışın ərizəçinin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil olmamışdır. Bundan əlavə, onun hansı səbəbə həbs yerindən təxminən beş-on dəqiqə aralıda yerləşən Balakən Rayon Polis Şöbəsinə deyil, Zaqatala Rayon Polis Şöbəsinə aparıldığı aydın olmamışdır. Həmçinin məhkəmə iş üzrə ərizəçinin 2005-ci il 17 martda polis tərəfindən həbs olunduğu və polisdə saxlandığı zaman, yəni polis tərəfindən üzərində axtarışın aparıldığı və ona qarşı sübut kimi çıxış etmiş narkotik maddənin tapıldığı vaxt pis rəftara məruz qaldığını artıq müəyyən etmişdir. “Sakit Zayidov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin 12 fevral 2016cı il tarixli qərarının məzmununa əsasən şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət (həmin qərarda 20 dəqiqə) keçərsə, bu zaman aşkar olunan sübutun «qoyulması» ilə bağlı əsaslı narahatlıq yaranır. Bu müddət ərzində ərizəçi tamamilə polis əməkdaşlarının nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliyini ciddi şübhələr altına alır. Bununla da Təqsirləndirilən şəxsa istinad edilən narkotik vasitənin ona aid olmaması ehtimalına əsas verməklə, polisin tam nəzarəti altında olduğu vaxtda həmin narkotik vasitənin və psixotrop maddənin əldə edilmə üsulu, ümumilikdə isə ittiham tərəfinin təqdim etdiyi kütlələr ilə bağlı şəxsi axtarış və götürmə istintaq hərəkəti, onun nəticəsində aparılan protokollaşmanın sübut kimi mötəbərliyi şübhə altına alınır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən hallar 29 may 2023-cü ildə saat 18:45-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı narkotik vasitə və psixotrop maddə götürülməsinə dair «şəxsi axtarış və götürmə aparılması haqqında» 29 may 2023-cü il tarixli protokolun mötəbərliyini ciddi formada şübhə altına almaqla yanaşı, həmin protokolun həqiqiliyinə şübhə yarandığından qeyd edilən protokol iş üzrə sübut hesab olunmamalıdır. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi orqanının cinayət prosessual qanunvericiliyin tələblərini pozmaqla topladığı ittiham edici sübutlarla bağlı qeyd edir ki, ittihamın əsasını təşkil edən yuxarıda qeyd olunan sübutlar Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyinin tələblərinin, cinayət prosesi prinsiplərinin və ya şərtlərinin ciddi pozuntusu ilə əldə edildiyindən həmin sənədlərin sübut kimi qəbul edilməsi yolverilməz olmaqla, başa çatmış icraatın bütovlükdə etibarsızlığına, materialların isə sübutedici qüvvəsinin olmamasına dəlalət edir. - ittihamın əsası kimi istinad edilmiş digər sübut növləri məhkəmə-fiziki kimyəvi ekspertizasının 30 may 2023-cü il tarixli, 19/594 nömrəli, ambulator məhkəmə-narkoloji ekspertizasının 01 iyun 2023-cü il tarixli, 571 saylı rəyləri, istintaq hərəkəti protokolları, maddi sübut və cinayət işinin digər istintaq materiallarıdır. Cinayət işinin materiallarında olan «məhkəmə-kimyəvi ekspertizası»nın rəyi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, bu rəy Təqsirləndirilən şəxs aşkar edilməsi sübuta yetirilməyən narkotik vasitə və psixotrop maddə ilə bağlıdır. Rəyin özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddə ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, narkotik vasitənin təqsirləndirilən şəxsə məxsus olmaması ilə bağlı gəlinmiş nəticə və buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə, qeyd edilən ekspert rəyinin təqsirləndirilən şəxsə qarşı deyil, həmin narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, hazırlamış, saxlamış, daşımış və satmış şəxsin müəyyən edilməsində sübut kimi istifadə oluna bilməsi mümkündür. Məhkəmə tərəfindən «X9 tibbi yoxlama»nın rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Mövcud sübutların məcmusu da nəzərə alınmaqla ittiham aktında sübut kimi istinad olunan bu rəy heç bir halda təqsirləndirilən şəxsin külli miqdarda psixotrop maddəni və narkotik vasitəni satış məqsədi olmadan qanunsuz olaraq əldə etməsi, daşıması və aşkar edilib götürülənədək üzərində saxlama əməllərini törətməsini təsdiq etmir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə fiziki-kimyəvi eksertizanın rəyi mövcud olan maddi sübutun narkotik vasitə və psixotrop maddə olması faktını təsdiq edir, həmin narkotik vasitənin və psixotrop maddənin aşkar olunması isə narkotik vasitənin və psixotrop maddənin Təqsirləndirilən şəxs aid olması olması barədə nəticəyə gəlməyə kifayət etmir. Həmçinin məhkəmə-narkoloji ekspertizasının müvafiq rəyi də təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əzab çəkib-çəkmədiyini müəyyən edir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların onu döyüb zor tətbiq etməklə, eləcə də cinayət prosesual qanunvericiliyin tələbləri pozulmaqla əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Cinayət Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid ifadələri ilə iş üzrə toplanmış digər sübutlar arasında aradan qaldırılması mümkün olmayan şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, həmçinin «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olar. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin, istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən onun hüquqlarını kobud şəkildə pozaraq bütün şübhələri onun ziyanına təfsir etmiş və nəticədə qeyd olunan konstitusion və prosessual təminatların tələblərinə zidd olan qanunsuz və əsassız nəticəyə gəlmişdir. Cinayət Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. Cinayət Prosessual Məcəlləsinin 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası adından çıxarılır, qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan bir olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini nəzərdə tutur. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməlidir. Ona görə ki, onun həmin cinayət əməlini törətməsinə dair təqsirliliyi cinayət işi materialları ilə sübuta yetirilmir. Yuxarıda qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə onun müvafiq cinayət əməlini törətməsinə dair təqsirinin cinayət işi materialları ilə sübuta yetirilməməsi səbəbindən ona Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən bəraət verilməlidir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə müvafiq olaraq qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə cinayət əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Belə ki, Təqsirləndirilən şəxs verilmiş ittihamdan müəyyən edilir ki, o, 20 aprel 2023cü il tarixdə Lənkəran rayonu Balıqçılar qəsəbəsində istintaqla müəyyən edilməmiş şəraitdə qanunsuz olaraq 1 (bir) ədəd nömrəsi silinmiş, zavod üsulu ilə hazırlanmış “Kalaşnikov” konstruksiyalı 5,45 mm kalibrli, “AK-74” markalı, təyinatı dəyişdirilməmiş, saz vəziyyətdə və atəşə (istifadəyə) yararlı yivli odlu avtomatik döyüş silahını, 10 (on) ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən açılan 5,45 mm kalibrli, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK-74”, “AKC-74”,”AKC-74Y” markalı avtomat silahlarda, “RPK-74”, “PPKC-74” markalı əl pulemyotlarında və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulan döyüş sursatı hesab edilən atəşə (istifadəyə) yararlı patronları, 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, “Kalaşnikov” konstruksiyalı “AK-74”, “AKC-74”,”AKC-74Y” markalı avtomat silahların komlekt hissəsi olan 30 (otuz) ədəd 5,45X39 mm kalibrli patron tutumuna malik, təyinatı üzrə istifadəyə yararlı sandqçanı əldə edib üzərində saxlayaraq daşımış, gəzdirmiş və yaşadığı Lənkəran rayonu Balıqçılar qəsəbəsindəki evinə gətirərək evin həyətində yerləşən anbarda sadığın içərisində gizlətmişdir. Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində qeyd edilmişdir ki, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatını əldə etmə və saxlama cinayət məsuliyyətinə səbəb olur. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-ballistik ekspertizasının 30 may 2023-cü il tarixli, 3/867 saylı ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs evindən aşkar edilmiş “Kalaşnikov” konstruksiyalı 5,45 mm kalibrli, “AK-74” markalı,zavod işarələri mexaniki təsir nəticəsində silinmiş avtomat silahdır- yivli odlu avtomatik döyüş silahı hesab edilir . 10 (on) ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən açılan 5,45 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK-74”, (“AKC- 74”, ”AKC-74Y” markalı avtomat silahlarda, “RPK-74”, “PPKC-74”) markalı əl pulemyotlarında və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır-döyüş sursatıdırlar. 1 (bir) ədəd sandıqça “Kalaşnikov” konstruksiyalı “AK- 74”, (“AKC-74”,”AKC-74Y”) markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə istehsal edilmiş, 30 (otuz) ədəd 5,45X39 mm kalibrli patron tutumuna malik olan sandıqçadır və təyinatı üzrə istifadəyə yararlıdır. Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayətin obyektiv cəhəti həm də döyüş sursatının qanunsuz olaraq əldə edilib saxlanılmasıdır. Döyüş sursatının qanunsuz əldə edilməsi dedikdə həmin hərəkətin normativ aktların tələblərini pozmaqla əldə edilməsi nəzərdə tutulur. CM-in 228.1-ci maddəsində sadalanan predmetləri qanunsuz əldə etmə dedikə onların satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, habelə qeyd edilən predmetlər tapıldıqda onların mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətlərin predmetini qanunsuz saxlama dedikdə isə onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşülməldir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs odlu silah və döyüş sursatının da ona aid olmadığını bildirsə də bu hal məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Buna görə məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə düzgün ittiham elan edilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələri, Təqsirləndirilən şəxs evinə “baxış keçirilməsi və götürmə aparılması haqqında” 29 may 2023-cü il tarixli protokol, digər istintaq hərəkəti protokolları, məhkəmə ballistik ekspertizasının 30 may 2023-cü il tarixli, 3/867 saylı rəyi digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış odlu silah və döyüş sursatı hesab edilən predmetlər, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur . (i.v. 105) - Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Balıqçılar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən verilmiş 01 iyun 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qəsəbədə özünü sakit bir sakin kimi aparmış, son illər isə işləmək məqsədi ilə Bakı şəhərinə getmişdir. Evlidir, 2 azyaşlı uşağı vardır. (i.v. 96-100) Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdikləri cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə normal xasiyyətləndirilmələrindən ibarət şəxsiyyətini xarakterizə edən halı, Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən, himayəsində iki azyaşlı uşağı olması ilə bağlı (Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən) cəzası yüngülləşdirən hal olduğunu, Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alıb təyin olunacaq cəzanın islah olunmalarına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara, cinayətin törədilməsində iştirak dərəcələrinə əsasən təyin edilməlidir. Buna görə də onlara qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə faktiki olaraq azadlığının məhdudlaşdırıldığı 27 may 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 01 iyun 2023-cü il tarixli, 571 saylı nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə 02 oktyabr 2020-ci il tarixli məhkəmə-ballistik ekspertizasına görə ekspertə ödənilməli haqq kimi 64 (altımış dörd) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 64 (altımış dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs iş üzrə 30 may 2023-cü il tarixli məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsi üzrə tədqiqatı dəyəri olan 60 (altımış) manat ekspertiza xərcinin ödənilməsindən azad azad edilsin və həmin məbləğ dövlətə aid edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan 1 ədəd “Kalaşnikov” “AK-74” markalı zavod işarələri mexaniki təsir nəticəsində silinmiş avtomat silah, 7 ədəd döyüş sursatı hesab edilən patron və 1 ədəd sandıqça hökm qanuni qüvvəyə mindikdən sonra DİN-nin X14 İdarəsinə təhvil verilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən narkotik vasitə və psixotrop maddələrlə bağlı cinayət törətmiş şəxsin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq qalan çəkisi 4,298 qram heroin, 2,956 qram metamfetamin və 1 ədəd elektron tərəzi ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndəriləcək cinayət işi materiallarına əlavə edilməsi üçün Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Məhkəmə tərkibi göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 21, 42, 51-2, 55, 346-347, 349-350, 352-354, 356-358, 384-385ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə faktiki olaraq azadlığının məhdudlaşdırıldığı 27 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. 30 may 2023-cü il tarixli məhkəmə-ballistik ekspertizasına görə ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 64 (altımış dörd) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs iş üzrə 30 may 2023-cü il tarixli məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsi üzrə tədqiqatı dəyəri olan 60 (altımış) manat ekspertiza xərcinin ödənilməsindən azad azad edilsin və həmin məbləğ dövlətə aid edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan 1 ədəd “Kalaşnikov” “AK-74” markalı zavod işarələri mexaniki təsir nəticəsində silinmiş avtomat silah, 7 ədəd döyüş sursatı hesab edilən patron və 1 ədəd sandıqça hökm qanuni qüvvəyə mindikdən sonra DİN-nin X14 İdarəsinə təhvil verilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən narkotik vasitə və psixotrop maddələrlə bağlı cinayət törətmiş şəxsin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq qalan çəkisi 4,298 qram heroin, 2,956 qram metamfetamin və 1 ədəd elektron tərəzi ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndəriləcək cinayət işi materiallarına əlavə edilməsi üçün Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar