Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-150/2025 18.03.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Nəbiyev Cavanşir Şirvan oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1961-ci il tarixdə Goranboy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, 1(101)-1739/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, «ArxDizayn MS» Məhdud Məsuliyyəti Cəmiyyətinin təsisçisi olmaqla həmin Cəmiyyətin direktoru vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, 1(101)-1739/2024 nömrəli hökmünə əsasən cəza çəkən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin külli miqdarda əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə «ArxDizayn MS» Məhdud Məsuliyyəti Cəmiyyətinin direktoru kimi öz qulluq mövqeyindən istifadə edərək Astara şəhəri sakini Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Nazirlər Kabineti və Azərbaycan Respublikası Şəhərsalma və Arxiektura Komitəsində rəhbər vəzifələrdə işləyən tanışlarının olduğunu bildirib, buna inandıraraq etibarını qazandıqdan sonra Zərərçəkmiş şəxs məxsus Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən kənd təsərrüfat təyinatlı, ümumi sahəsi 0.65 ha olan torpaq sahəsinin təyinatını (sənaye təsərrüfatlıya) dəyişdirməyi və həmin torpaq sahəsində Zərərçəkmiş şəxs gələcəkdə tikmək istədiyi yanacaq doldurma məntəqəsinin layihəsini hazırlayacağına yalandan vəd verib, aldadaraq 15 aprel 2023-cü il tarixdə, istintaqla dəqiq müəyyən edilməyən vaxtda Astara şəhərindəki Şindan restoranında Zərərçəkmiş şəxs əlbəəl formada verdiyi 25.000 (iyirmi beş min) manat, 24 aprel 2023-cü il tarixdə, saat 18:53-də Zərərçəkmiş şəxs tərəfindən istifadəsində olan 4628-1671-4105-6102 saylı «Bank Respublika»-nın debit kartına göndərilən 500 (beş yüz) manat, 27 aprel 2023-cü il tarixdə, saat 22:47-də üzərində Anar Quliyev adı qeyd olunmuş 4169-7385-8742-0849 saylı "xxxx" kartına göndərilmiş 1.500 (min beş yüz manat), 2023-cü ilin may ayının istintaqla dəqiq müəyyən edilməyən tarixdə və vaxtda Zərərçəkmiş şəxs oğlu Şahid1 Bakı şəhəri Dəniz Vağzalının qarşısında əlbəəl aldığı 10.000 (on min) ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 17.000 (on yeddi min) manat, 05 may 2023-cü il tarixdə, saat 11:32-də istifadəsində olan 4628-1671-4105-6102 saylı «Bank Respublika» nın debit kartına göndərilən 2.500 (iki min beş yüz) manat, 08 may 2023-cü il tarixdə, saat 21:08-də istifadəsində olan 4628-1671-4105-6102 saylı «Bank Respublika» nın debit kartına göndərilən 2.000 (iki min) manat, 21 may 2023-cü il tarixdə, saat 17:26-da istifadəsində olan 4628-1671-4105-6102 saylı «Bank Respublika» nın debit kartına göndərilən 1.800 (min səkkiz yüz) manat, 06 iyun 2023-cü il tarixdə, saat 17:34-də istifadəsində olan 4628-1671- 4105-6102 saylı «Bank Respublika» debit kartına göndərilən 1.000 (bir min) manat, 12 iyun 2023-cü il tarixdə, saat 15:58-də "xxxx" ASC tərəfindən verilmiş 416973******1105 saylı debit kartına göndərilən 1.500 (min beş yüz) manat, 25 iyun 2023-cü il tarixdə, saat 17:07-də istifadəsində olan 4628-1671-4105-6102 «Bank Respublika» nın debit kartına göndərilən 500 (beş yüz) manat, 2023-cü ilin iyul ayının istintaqla dəqiq müəyyən edilməyən tarixdə və vaxtda Zərərçəkmiş şəxs qohumu Şahid3 Bakı şəhəri, Sabunçu rayonu ərazisində dəqiq müəyyən edilməyən yerdə əlbəəl aldığı 8.000 (səkkiz min) ABŞ dolları, dövrün məzənnəsi ilə 13.600 (on üç min altı yüz) manat və 100 (bir yüz) manat, 08 iyul 2023-cü il tarixdə, saat 16:26-da istifadəsində olan 4628-1671-4105-6102 saylı «Bank Respublika» nın debit kartına göndərilən 4.000 (dörd min) manat, 09 iyul 2023-cü il tarixdə, saat 16:59-də istifadəsində olan 4169-7388-4176-9817 saylı "xxxx" ın debit kartına göndərilən 4.000 (dörd min) manat, 09 iyul 2023-cü il tarixdə, saat 17:02-də istifadəsində olan 4169-7388-4176-9817 saylı "xxxx" ın debit kartına göndərilən 4.000 (dörd min) manat, 09 iyul 2023-cü il tarixdə, saat 17:18-də istifadəsində olan 4169-7388-4176-9817 saylı "xxxx" ın debit kartına göndərilən 1.000 (bir min) manat və 04 oktyabr 2023-cü il tarixdə, saat 11:33-də istifadəsində olan 4169-7388- 4176-9817 saylı "xxxx" ın debit kartına göndərilən 5.000 (beş min) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə torpaq sahəsinin təyinatını dəyişdirmək üçün 80.000 (səksən min) manat, yanacaq doldurma məntəqəsinin layihəsini hazırlamaqdan ötrü 5.000 (beş min) manat olmaqla Zərərçəkmiş şəxs ümumilikdə 85000 (səksən beş min) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 85000 (səksən beş min) manat pulu Zərərçəkmiş şəxs almış, lakin dələduzluq etməmişdir. Astara rayonunda yol kənarında Yanacaqdoldurma məntəqsi və restoran lahiyəsi üçün torpaq sahəsi iki hissədən ibarət olmuşdur. Qanunvericiliklə yol kənarında olan kənd təsərrüfatı sahələrində müstəsna halda qeyri-yaşayış sahələri üçün restoran və ya motel tikilişindən ötrü icazə alınmalı idi. Bununla bağlı şəhərsalma komitəsinə müraciət olunmuşdur, icazənin alınması bu günkü qanunvericiliklə 5-6 ay bəzən 1 il də çəkə bilir. Zərərçəkmiş şəxs lahiyələrə görə pul almışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, Zərərçəkmiş şəxs torpaq sahələrinin təyinatını dəyişdirəcəyi ilə bağlı söz verməmiş, demişdir ki, izacə alıb tikinti aparacaqlar. Lahiyələrə 60.000-65.000 pul xərcləmişdir. Lahiyəni «Whatsapp»la Zərərçəkmiş şəxs göndərmişdir. Sahibkardır, VÖEN-ni vardır. Zərərçəkmiş şəxs aldığı pullara görə sonuncuya heç bir çek verməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs 63 yaşında olmasını, müxtəlif xəstəliklərdən əziyyət çəkməsini, himayəsində sağamlıq imkanları məhdud uşağının olmasını, əməlindən peşman olmasını, ailə, maddi və sosial vəziyyətini, ailədə yeganə qazanc gətirən şəxs olmasını, ödənişli əsaslarla təhsil alan uşağının olmasını bildirərək, məhkəmə tərkibindən ona yüngül cəza verilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ifadələrində, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı müvafiq olaraq ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 1961-ci il tarixdə Goranboy rayonunda anadan olmuş, evlidir, 2 övladı var, "xxxx" MMC-nin direktoru olmuşdur. Hazırda törətdiyi cinayət əməllərimə görə Bakı İstintaq Təcridxanasında saxlanılır. Zərərçəkmiş şəxs tanışı Şahid2 görə tanımış, Akifi sonuncuya məxsus olan Astara şəhərindəki «Şindan» otelinin layihələndirilməsini həyata keçirən zaman tanımış, Akif 2023-cü ilin aprel ayında onunla əlaqə saxlayan zaman tanışı olan Elşadın yanacaq doldurma məntəqələrinin olduğunu, yenisini tikmək istədiyini bildirmiş, Akif ondan həmin yeni yanacaq doldurma məntəqəsi üçün yeni layihə hazırlatdırmağını və bunun xərcinin nə qədər olacağını demiş, o da işin müqabilində əvvəlcə 90000 manat məbləğində pul lazım olacağını desə də Elşad Akifə pulun çox olduğunu deyərək ona 80000 manat məbləğində pul verə biləcəyini demiş, o da nəticədə 85000 manat müqabilində razılaşmışdır. 15 aprel 2023-cü il tarixdə həm işçisi, həm də ki, dayısıoğlu olan Şahid4 ilə Astara rayonuna getmiş, orada Elşadla tanış olmuş, Akif də həmin vaxt orda olmuş, məhz elə onlar Akifin «Şindan» restoranında əyləşmiş, layihə ilə bağlı danışmağa başlamış, Elşada layihənin müddətinin təxminən 6-7 ay çəkəcəyini demiş, daha sonra Elşad ona kağızın içərisində 25000 manat məbləğində pul vəsaitini vermiş, qalan məbləğidə 2 ay müddətində hissə-hissə alacağını demiş, sonra oradan qalxmışlar və Elşada məxsus olan Ərçivan qəsəbəsindəki torpaq sahəsinə gedib baxmışlar, torpaq sahəsinə baxdıqdan sonra Elşad ilə sağollaşmış, Beyləqan rayonunda olan tikinti layihələrinə baxmağa getmiş, Bakı şəhərində olan zaman adını hazırda xatırlamadığı topoqraf kimi layihələrində işləyən şəxsləri torpaq sahəsinin topoqrafik xərtisənin çəkmək üçün Astara rayonuna göndərmiş, topoqraflar ona qeyd etdiyi xəritəni çəkib bitirdikdən sonra təqdim etmiş, o da xəritəni aldıqdan sonra layihəni işçiləri ilə çəkməyə başlamış, layihə üçün hissə-hissə olmaqla Elşaddan pulları almış, ümumilikdə Elşaddan 85000 manat məbləğində pul almışdır. Belə ki, Elşad ilə istifadəsində olan ***-***- **-** mobil nömrənin «WhatsApp» mobil tətbiqi vasitəsi ilə əlaqə saxlamış, Elşada bank kartlarının fotoşəkillərini ataraq bildirdiyi məbləğləri almış, Elşadın oğlu Elvin 2023-cü ilin may ayının dəqiq xatırlamadığı günündə ona Bakı şəhəri, Dəniz Vağzalının qarşısında 10000 «ABŞ» dolları, yəni məzənnəyə uyğun olaraq 17000 manat məbləğində pul vəsaitini vermiş, əlavə olaraqda Elşadın kürəkəni Dinar da həmin ilin iyul ayında Sabunçu rayonu ərazisində ona 8000 ABŞ dolları və 100 manat məbləğində pulu vermiş, qalan pulları da istifadəsində olan 4628-1671-4105-6102 nömrəli, 02/26 tarixli «Bank Respublika» kartına və 4169-7388-4176-9817 nörməli, 04/26 tarixli və gizli kodu 800 olan "xxxx" kartına göndərtdirərək nağdlaşdırmışdər. Elşad onun istifadəsində olan 4628-1671-4105-6102 nömrəli, 02/26 tarixli «Bank Respublika» kartına xx.xx.2023-cü il tarixdə saat 18:53-də 500 manat, xx.xx.2023-cü il tarixdə saat 11:32-də 2500, xx.xx.2023-cü il tarixdə 2000, xx.xx.2023-cü il tarixdə saat 17:26-da 1800, xx.xx.2023-cü il tarixdə saat 17:34-də 1000, xx.xx.2023-cü il tarixdə saat 17:07-də 500 və xx.xx.2023-cü il tarixdə saat 16:26-da 4000 manat məbləğindəki pulları köçürtmüş, özünə məxsus digər 4169-7388-4176-9817 nörməli, 04/26 tarixli və gizli kodu 800 olan "xxxx" kartına xx.xx.2023-cü il tarixdə saat 16:59-da 4000, saat 17:02-də 4000, saat 17:18-də 1000 və xx.xx.2023-cü il tarixdə saat 11:33-də 5000 manat məbləğindəki pulu köçürmüş, Elşada göndərdiyi Anar Quliyev adına rəsmiləşdirilmiş 4169-7385-8742-0849 saylı "xxxx" kartına xx.xx.2023-cü il tarixdə saat 22:47-də 1500 manat məbləğindəki pulu köçürmüş, ancaq hazırda Anarın kim olduğunu xatırlaya bilməmiş, həmin pulları alan zaman layihənin üzərində də işləmiş, hazırladığı layihəni işin prosedur qaydasına uyğun olaraq razılışdırılması üçün Azərbaycan Respublikası Şəhərsalma və Arxiektura Komitəsinə və Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət Agentliyinə qeyrirəsmi formada təqdim etmişdir. Ona irad kimi həmin torpaq sahəsinin təyinatı kənd təsərrüfatlı olmasını və ona görə də yanacaq doldurma məntəqəsi üçün layihə hazırlana bilinməyəciyini bildirmişlər. Həm də ona bir müddət sonra yol kənarındakı kənd təsərrüfatlı təyinatlı torpaq sahələrində müstəsna hal kimi kommersiya obyektlərinin tikintilərinə Nazirlər Kabineti tərəfindən icazə veriləcəyini demişlər, ona göstərilən iradları olduğu kimi Elşada bildirmiş, daha sonra törətdiyi dələduzluq cinayətlərinə görə həbs edilmiş, ona görə də Elşadın layihə işini tam yekunlaşdıra bilməmiş, Elşaddan aldığı pulları da həm bir hissəsini layihə üçün, qalan hissəsini də öz xərcləri üçün xərcləmişdir. Elşaddan ümumilikdə 85000 manat məbləğində pul vəsaitini aldığını etiraf etmiş, ancaq həmin pulu təyinat dəyişdirmək üçün yox, torpaq sahəsində tikiləcək yanacaq doldurma məntəqəsinin layihəsini hazırlamaq üçün almış, lakin layihəni yekunlaşdıra bilməmiş, hazırda da nə layihəni təqdim edə bilmiş, nə də ki, pulu geri vermişdir. əm. İstifadəsində olan ***-***-**-** mobil nömrəsinin «WhatsApp» mobil tətbiqindən Elşada yazdığı ismaricdəki xüsusatları nə üçün yazdığını xatırlamamış, Elşaddan ümumilikdə 85000 manat məbləğində pul almış, Elşad 25000 manat məbləğindəki pulu Astara rayonundakı «Şindan» restoranında olan zaman əlbəəl vermiş, sonra da sonuncunun oğlu Elvin Bakı şəhərindəki «Dəniz Vağazalı» nın qarşısında onunla görüşərək 10000 «ABŞ» dolları, məzənnəyə uyğun olaraq 17000 manat məbləğində pulu əlbəəl vermiş, daha sonra da ona məxsus 4628-1671-4105-6102 nömrəli, 02/26 tarixli «Bank Respublika» kartına xx.xx.2023-cü il tarixdə saat 18:53-də 500 manat, xx.xx.2023-cü il tarixdə saat 11:32-də 2500, xx.xx.2023-cü il tarixdə 2000, xx.xx.2023-cü il tarixdə saat 17:26-da 1800, xx.xx.2023-cü il tarixdə saat 17:34-də 1000, xx.xx.2023-cü il tarixdə saat 17:07-də 500 və xx.xx.2023-cü il tarixdə saat 16:26-da 4000 manat məbləğindəki pulları köçürülmüşdür. Onun Elşada fotoşəkilini göndərdiyi Anar Quliyev adına rəsmiləşdirilmiş 4169-7385-8742-0849 saylı "xxxx" kartına sonuncu xx.xx.2023-cü il tarixdə saat 22:47-də 1500 manat məbləğindəki pulu köçürmüş, ancaq Anar Quliyevin kim olduğunu xatırlamamış, ona məxsus digər 4169-7388-4176-9817 nörməli, 04/26 tarixli və gizli kodu 800 olan "xxxx" kartına Elşad xx.xx.2023-cü il tarixdə saat 16:59-da 4000, saat 17:02-də 4000, saat 17:18də 1000 və xx.xx.2023-cü il tarixdə saat 11:33-də 5000 manat məbləğindəki pulu köçürmüşdür. Elşadın kürəkəni Dinar da ona 2023-cü ilin iyul ayının dəqiq xatırlamadığı günündə da əlbəəl 8000 «ABŞ» dolları, yəni 13600 manat məbləğində pul və 100 manat məbləğində pul vermişdir. O, Akif vasitəsi ilə Elşadı tanımış, Akiflə onun dostluğu olsa da, Elşada qarşı etdiyi əməllərdə heç bir əlbirliyi olmamış, Kamranın onunla Elşad arasında olan pul haqq-hesabından məlumatı olsa da heç bir əlbirliyi olmamış, Kamran sadəcə onun yanında işçi kimi işləmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs oxşar məzmunlu izahat, və ifadə verərək törətdiyi cinayət əməlini qismən etiraf etmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni özünün qismən etirafedici ifadəsi, iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Astara rayonu, Ərçivan qəsəbəsi ərazisindəki ümumi sahəsi 0.65 ha olan torpaq sahəsinin kateqoriyasını dəyişmək istəmiş, 2023-cü ilin aprel ayında tez-tez getdiyi Astara şəhəri ərazisindəki «Şindan» restoranında restoranın sahibi Şahid2 ilə çay içmiş, Akifin öz restoranı üçün lazımı sənədlərini tanışı vasitəsi ilə həll elətdirdiyini bildiyindən onun üçün də torpaq sahəsinin kateqoriyasını, yəni təyinatını dəyişdirmək üçün danışmasını xahiş etmişdir. Akif də həmin şəxsin adının Təqsirləndirilən şəxs olduğunu demiş, Akif yanında zəng vuraraq Şahlara onun dediklərini demiş, Şahlar da torpaq sahəsinin 0.65 ha olduğundan işin müqabilində 90000 manat pul alacağını və 6 ay müddətində çıxarışın hazır olacağını demişdir. O da Akifə həm qiymətin çox olduğunu, həm də müddətin uzun olduğunu deyərək razılaşmamış, bir neçə gün sonra Akif Şahlarla əlaqə saxlayan zaman Şahlar 80000 manat müqabilində həll edəcəyini və 5 ay müddətinə çıxarışı hazırıb eləyib verəcəyini demişdir. Akif də bunu ona dedikdə razılaşaraq Şahlarla görüşmək istədiyini demişdir. Şahlar 15 aprel 2023-cü ildə yanında dayısıoğlu kimi tanıtdırdığı, adını sonradan bildiyi Şahid4 ilə Astara rayonuna gəlmiş, o və Akif onlarla «Şindan» restoranında görüşmüş, Şahlar ona uzun müddətdir ki, tikinti sahəsində işlər gördüyünü, məhz Akif üçün də həmin işlərdən görüb sonda həll etdiyini bildirmiş, yəni, onun da işini rahat şəkildə həll edəcəyini və bunun üçün də Nazirlər Kabinetində və Şəhərsalma və Arxiektura Komitəsində yaxşı rəhbər vəzifədə işləyən dostlarının olduğunu demişdir. O Şahlara torpağın təyinatını kənd təsərrüfatlıdan sənaye təsərrüfatına dəyişməli olacağını demiş, Şahlar da ona problem olmadığını, hər şeyi həll edəcəyini və əgər problem çıxacağı təqdirdə aldığı pulu tam şəkildə geri qaytaracağını demişdir. Şahlara 80000 manat məbləğindəki pulu tam olaraq hansı müddət ərzində verməli olduğunu dedikdə sonuncu ona 2 ay müddətinə pulu tam olaraq həll etməli olduğunu demişdir. Söhbət zamanı ağ kağızın içərisinə bükdüyü 25000 manat məbləğində pul vəsaitini Akiflə Kamranın yanında Şahlara vermiş, Şahlar da pulu saymadan götürmüş, Şahlar ona bu işi Akifə görə etdiyini və heç bir qazancı olmadığını demişdir. Şahlara qazanc əldə etməsi üçün torpaq sahəsinin təyinatı dəyişəndən sonra orada tikdirəcəyi obyektin layihələndirmə işini aparmasını təklif etmiş, Şahlar da onunla razılaşmış, dövlət rüsumlarını onun ödəyəcəyi şərti ilə orada tikdirəcəyi yanacaq doldurma məntəqəsini layihəsinə ümumilikdə 16000 manat məbləğində pul alacağını demişdir. O, Şahlar və Kamran oradan qalxıb gedib torpaq sahəsinə baxmışlar və oradan da çıxıb getmişlər. Həmin gündən təxminən 2-3 gün sonra Şahlar ona zəng edib 2 nəfər nümayəndəsini torpaq sahəsinə baxış keçirtmək üçün göndərdiyini və onlara 300 manat məbləğində pul verməli olduğunu demiş, o da problem olmadığını və gözlədiyini demiş, həmin gün ərzində tanımadığı 2 nəfər şəxs gəlib torpaq sahəsinə baxış keçirtmişlər, nümayəndələr gəlib gedəndən sonra Şahların bu işi həll edəcəyinə tam əmin olmuş, sonrakı müddət ərzində Şahlarla onun istifadəsinə olan ***-***- **-** mobil nömrənin «WhatsApp» mobil tətbiqi vasitəsi ilə əlaqə saxlamış, Şahlar ona hər dəfəsində zəng edib pul lazım olduğunu demiş, o da Şahların göndərdiyi bank kartlarına dediyi məbləğləri köçürmüş, qeyd etdiyi 2 ay müddətində həmin kartlara müxtəlif vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 20800 manat məbləğində pul köçürtmüş, həmin vaxt ərzində də oğlu Şahid1 Bakı şəhərindəki Dəniz Vağzalının qarşısında Şahlara 10000 «ABŞ» dolları, yəni məzənnəyə uyğun olaraq 17000 manat məbləğində pul vermiş, köçürdüyü pulların qəbzlərinin fotoşəkillərini Şahlara göndərmiş, Şahların sonradan istifadə etdiyi ***- ***-**-** mobil nömrəsindən ona yazdığı ismariclərdə onun göndərdiyi pulların məbləğini özü qeyd edərək pul aldığını təsdiq etmişdir. Şahlar 07 iyul 2023-cü il tarixdə qeyd etdiyi mobil nömrəsi ilə ona göndərdiyi pulların məbləğini göndərmiş, yəni, hissə-hissə olmaqla 25000, 15000, 17000, 2500 (kadastr), 1800 (rüsum), 1000 (kurator) və 500 manat məbləğində (bayrampayı) üçün, ümumilikdə 62800 manat məbləğində pul vəsaiti göndərdiyini təsdiq etmiş, həmin ismaricdə Şahlar 13000 manat məbləğində pul verilməli olduğunu qeyd etmiş və sonradan göndərdiyi səs yazısında pul tez verilməsə toplanmış sənədlərin Baş Nazirin imzasına getməyəcəyini və buna görə də çıxarışın hazır olma müddətinin gec olacağını demiş, o da Şahlara məxsus olan 4628-1671-4105-6102 nömrəli, 02/26 tarixli «Bank Respublika» kartına 4000 manat məbləğindəki pulu 08 iyul 2023-cü il tarixdə saat 16:26 da oğlunun adına olan 4169-7388-3004-5823 saylı "xxxx" kartından köçürmüş, qəbzin fotoşəkilini Şahlara göndərmiş, ertəsi gün, yəni 09 iyul 2023-cü il tarixdə yenə oğlunun kartından saat 16:59-da 4000, oğlunun digər 4169-7388-9386-5471 saylı "xxxx" kartından saat 17:02-də 4000 məbləğindəki pulu və saat 17:18-də Astara şəhər ərazisindəki Soliton mağazasındakı ödəmə terminalından 1000 manat məbləğindəki pulu Şahlara məxsus 4169- 7388-4176-9817 nörməli, 04/26 tarixli və gizli kodu 800 olan "xxxx" kartına köçürtmüş, qəbzlərin fotoşəkillərini də göndərmişdir. Şahlar 04 oktyabr 2023-cü il tarixdə onunla əlaqə saxlayaraq 5000 manat məbləğində pul göndərməyini istəmiş, o da oğlunun 4169-7388- 9386-5471 saylı "xxxx" kartından saat 11:33-də 5000 məbləğindəki pulu Şahlara məxsus 4169-7388-4176-9817 nörməli, 04/26 tarixli və gizli kodu 800 olan "xxxx" kartına köçürtmüş, daha sonra da Şahlar ona pulun hesaba çatdığını bildirmiş, ondan sonra Şahlardan çıxarışın hazır olduğunu xəbərini gözləsə də heç bir xəbər çıxmamış, bir müddətdən sonra mütəmadi olaraq əlaqə saxlamaq istəsə də heç bir zənglərinə cavab verməmiş, bununla bağlı Kamrana demiş, sonuncu da ona hər dəfəsində yalandan Şahların övladının xəstə olduğunu və Almaniya Respublikasına müailəcəyə getdiyini demiş, sonradan Akif ona Şahların həbs olunduğunu demiş, o da bunu Kamrana bildirmiş, sonuncu da ona məcbur qalıb yalan dediyini və Şahların həbsdə olduğunu demişdir. Şahlara Astara rayonu, Ərçivan qəsəbəsindəki ümumi sahəsi 0.65 ha olan torpaq sahəsinin təyinatını kənd təsərrüfatından sənaye təyinatına dəyişdirmək üçün hissə-hissə olmaqla ümumilikdə 80000 manat məbləğində pul və orada gələcəkdə tikdirəcəyi yanacaq doldurma mənətəqəsinin layihəsi üçün 5000 manat məbləğində pul vermiş, o, 25000 manat məbləğindəki pulu Astara rayonundakı «Şindan» restoranında olan zaman əlbəəl vermiş, sonra da oğlu Elvin tarixi dəqiq xatırlamadığı vaxtda Bakı şəhərindəki «Dəniz Vağazalı»nın qarşısında Şahlarla görüşərək 10000 «ABŞ» dolları, məzənnəyə uyğun olaraq 17000 manat məbləğində pulu əlbəəl vermiş, kürəkəni Dinar iyul ayının dəqiq xatırlamadığı günündə Bakı şəhəri, Sabunçu rayonu ərazisində Şahlarla görüşərək 8000 «ABŞ» dolları məbləğində, yəni məzənnəyə uyğun olaraq 13600 manat və 100 manat məbləğində pul vermişdir. Şahlara məxsus 4628- 1671-4105-6102 nömrəli, 02/26 tarixli «Bank Respublika» kartına xx.xx.2023-cü il tarixdə saat 18:53-də 500 manat, xx.xx.2023-cü il tarixdə saat 11:32-də 2500, xx.xx.2023-cü il tarixdə 2000, xx.xx.2023-cü il tarixdə saat 17:26-da 1800, xx.xx.2023-cü il tarixdə saat 17:34-də 1000, xx.xx.2023-cü il tarixdə saat 17:07-də 500 və xx.xx.2023-cü il tarixdə saat 16:26-da 4000 manat məbləğindəki pulları köçürmüş, Şahların ona fotoşəkilini göndərdiyi Anar Quliyev adına rəsmiləşdirilmiş 4169-7385-8742-0849 saylı "xxxx" kartına xx.xx.2023-cü il tarixdə saat 22:47-də 1500 manat məbləğindəki pulu köçürmüş, ancaq Anar Quliyevi nə tanımış, nə də ki, görmüş, Şahlara məxsus 4169-7388-4176-9817 nömrəli, 04/26 tarixli və gizli kodu 800 olan "xxxx" kartına xx.xx.2023-cü il tarixdə saat 16:59-da 4000, saat 17:02-də 4000, saat 17:18-də 1000 və xx.xx.2023-cü il tarixdə saat 11:33-də 5000 manat məbləğindəki pulu köçürtmüş, xx.xx.2023-cü il tarixdə saat 15:58-də 416973******1105 saylı, "xxxx" kartına 1500 manat məbləğində pul köçürtməyinin qəbzi olsa da, həmin kartın kimin adına rəsmiləşdirildiyini xatırlamamışdır. Şahlar onun nə torpaq sahəsinin təyinatını dəyişmiş, nə layihəni hazırlamış, nə də ki, verdiyim pulu geri qaytarmışdır. Şahlar ona yalan vədlər verərək aldadıb 85000 manat məbləğində pulunu ələ keçirmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanın ödənilmədiyindən sonuncudan şikayətçi olduğunu bildirmiş və məhkəmədən Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş etmişdir. Dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Elşad Şahverən oğlu atasıdır. Atası özünə məxsus Astara rayonu, Ərçivan qəsəbəsi ərazisindəki ümumi sahəsi 0.65 ha olan torpaq sahəsinin kateqoriyasını dəyişmək istəmiş, 2023-cü ilin aprel ayında Astara şəhəri ərazisindəki «Şindan» restoranın sahibi olan Şahid2 ilə söhbətləşən zaman torpaq sahəsinin təyinatını dəyişdirmək lazım olduğunu demiş, Akif də Təqsirləndirilən şəxs adlı tanışının şəxsi əlaqələrinin yaxşı olduğunu, bu işi də həll edə biləcəyini demiş, Akif Şahlarla danışığı zamanı sonuncu torpaq sahəsinin 0.65 ha olduğundan 90000 manat xərci çıxacağını, 6 ay müddətində çıxarışın hazır olacağını demiş, ancaq atası razılaşmamış, daha sonradan Şahlar 80000 manata həll edəcəyini, 5 ay müddətinə çıxarışı əldə edəcəklərini dediyini bilmiş, atası razılaşmış, Şahlar 15 aprel 2023-cü ildə yanında dayısıoğlu kimi tanıtdırdığı Kamran adlı şəxslə Astara rayonuna gəlmiş, atası ilə Akif onlarla «Şindan» restoranında görüşmüş, görüş zamanı Şahlar atasına Nazirlər Kabinetində və Şəhərsalma və Arxiektura Komitəsində rəhbər vəzifədə işləyən tanışlarının olduğunu, buna görə də problem olmadığını, hər şeyi həll edəcəyini, əgər problem çıxacağı təqdirdə verilən pulu tam geri qaytaracağını bildirmişvşk. Şahlar atasına 2 ay müddətinə 80000 manat məbləğində pulu həll etməli olduğunu demiş, elə həmin gün də atası 25000 manat məbləğində pulu Şahlara vermiş, həmin gündən təxminən 2-3 sonra tanımadıqları 2 nəfər şəxs gəlib torpaq sahəyə baxmış, ərazinin ölçülərini götürüb çıxıb getmişdir. Atası Şahlarla sonuncunun istifadəsində olan ***-***-**-** mobil nömrənin «WhatsApp» mobil tətbiqi vasitəsi ilə əlaqə saxlamış, Şahlar hər dəfəsində zəng edib pul lazım olduğunu demiş, atası da Şahların göndərdiyi bank kartlarına qeyd olunan məbləğləri köçürmüş, əlavə olaraqda o, təxminən 2023-cü ilin may ayının dəqiq xatırlmadığı günündə Bakı şəhərindəki Dəniz Vağzalının qarşısında Şahlara 10000 «ABŞ» dolları, yəni məzənnəyə uyğun olaraq 17000 manat məbləğində pul vermişdir. X8 məxsus 4628-1671-4105-6102 nömrəli, 02/26 tarixli «Bank Respublika» kartına xx.xx.2023-cü il tarixdə saat 18:53-də 500 manat, xx.xx.2023-cü il tarixdə saat 11:32-də 2500, xx.xx.2023-cü il tarixdə 2000, xx.xx.2023-cü il tarixdə saat 17:26-da 1800, xx.xx.2023cü il tarixdə saat 17:34-də 1000, xx.xx.2023-cü il tarixdə saat 17:07-də 500 və xx.xx.2023-cü il tarixdə saat 16:26-da 4000 manat məbləğindəki pulları köçürmüş, Şahlar atası Elşada fotoşəkilini göndərdiyi Anar Quliyev adına rəsmiləşdirilmiş 4169-7385-8742-0849 saylı "xxxx" kartına sonuncu xx.xx.2023-cü il tarixdə saat 22:47-də 1500 manat məbləğindəki pulu köçürmüş, X8 məxsus 4169-7388-4176-9817 nörməli, 04/26 tarixli və gizli kodu 800 olan "xxxx" kartına xx.xx.2023-cü il tarixdə saat 16:59-da 4000, saat 17:02-də 4000, saat 17:18də 1000 və xx.xx.2023-cü il tarixdə saat 11:33-də 5000 manat məbləğindəki pulu köçürtmüşdür. Sonradan nə qədər müddət Şahlardan çıxarışın hazır olduğunu xəbərini gözləsələr də heç bir xəbər çıxmamış, bir müddətdən sonra atası mütəmadi olaraq Şahlarla əlaqə saxlamaq istəsə də heç bir zənglərinə cavab verməmiş, atası Elşad da Şahların yanında tanış olduğu Kamran ilə əlaqə saxlayaraq Şahların harada olduğunu və niyə telefon zənglərinə cavab vermədiyini soruşmuş, Kamran da hər dəfəsində yalandan Şahların övladının xəstə olduğunu və Almaniya Respublikasına müaliəcəyə getdiyini demiş, sonradan X5 həbs olunduğunu demiş, atası da bunu Kamrana bildirmiş, Kamran da məcbur qalıb yalan dediyini və Şahların həbsdə olduğunu demişdir. X9 rayonu, Ərçivan qəsəbəsindəki ümumi sahəsi 0.65 ha olan torpaq sahələrinin təyinatını kənd təsərrüfatından sənaye təyinatına dəyişdirmək üçün hissə-hissə olmaqla ümumilikdə 80000 manat məbləğində və torpaq sahəsində gələcəkdə tikdirməyi planladıqları yanacaq doldurma məntəqəsi üçün isə 5000 manat məbləğində pul vəsaitini vermişdir. Dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Astara şəhərindəki özütə məxsus «Şindan» otelində yaşayır. Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanımış, dostluq münasibətləri olmuş, mütəmadi olaraq ona məxsus olan «Şindan» restoranında axşamlar görüşüb çay içmişlər. Təqsirləndirilən şəxs təxminən 2018-ci ildən tanımış, restoranın ərazisini böyüdən zaman Şahlar FHN-nin əməkdaşı olaraq gəlmiş, restoranın torpaq sahəsindən müəyyən analizlər götürüb getmiş, həmin vaxt layihəni Şahlar hazırlamış, ona görə layihə ilə bağlı Şahlar ilə əlaqə saxlamış, işin hansı yerdə olduğun soruşmuş, ancaq həmin vaxt Şahlar ilə arasında pul söhbəti olmamış, qanuni dövlət rüsumlarını ödəmiş, Şahlar üzərinə düşən xidməti vəzifəni icra etmişdir. Elşad 2023-cü ilin aprel ayında onunla restoranda olan zaman özünə məxsus ümumi sahəsi 0.65 ha olan torpaq sahəsinin kateqoriyasını, yəni təyinatını dəyişmək istədiyini və bunu tez etmək üçün adam axtardığını demiş, daha sonra ona torpaq sahəsinin sənədlərini həll etdirdiyi şəxsdən bunu eləyib-eləyə bilməyəcəyini soruşmuş, o da elə Elşadın yanında Şahlara mobil telefon vasitəsi ilə zəng vurmuş, Şahlara Elşadın dediklərini demiş, Şahlar da torpaq sahəsinin 0.65 ha olduğundan 90000 manat xərci olacağını və 6 ay müddətində çıxarışın hazır olacağını demiş, ancaq Elşad ona həm qiymətin çox olduğunu, həm də müddətin uzun olduğunu deyərək razılaşmamış, bir neçə gün sonra Şahlar ona zəng edib 80000 manat müqabilində həll edəcəyini, 5 ay müddətinə çıxarışı əldə edəcəyini demişdir. Şahların dediyini Elşad bildirmiş, sonuncu da razılaşmış, Şahlarla görüşmək istədiyini demişdir. Şahlar 15 aprel 2023-cü ildə yanında dayısıoğlu kimi tanıtdırdığı, adını sonradan bildiyi Şahid4 ilə Astara rayonuna gəlmiş, o və Elşad onlarla «Şindan» restoranında görüşmüşdür. Şahlar Elşada bu formadakı işlər məhz onun işlərinin olduğunu, Nazirlər Kabinetində və Şəhərsalma və Arxiektura Komitəsində rəhbər vəzifədə işləyən vəzifəli şəxslərlə yaxşı münasibətlərinin olduğunu, buna görə də rahat şəkildə nə lazım olsa həll edə biləcəyini demişdir. Elşad Şahlara torpaq sahəsinin təyiantını kənd təsərrüfatlıdan sənaye tsərrüfatlıya dəyişilməli olduğunu bildirmiş, Şahlar da Elşada problem olmadığını, hər şeyi həll edəcəyini, əgər problem çıxacağı təqdirdə aldığı pulu tam şəkildə geri qaytaracağını demiş, Elşad Şahlara pulu tam olaraq hansı müddət ərzində verməli olduğunu dedikdə Şahlar 2 ay müddətinə həll etməli olduğunu demişdir. Elşad elə yanlarında çıxardıb ağ kağızın arasında bükülü olan 25000 manat məbləğində pulu Şahlara vermiş, daha sonra da sağollaşıb çıxıb torpaq sahəyə baxmağa getmişlər. Ondan sonra Şahlar ilə əlaqə saxlamasa da Elşad Şahlara pul verən zaman ona Şahların göndərdiyi bank kartlarına deyilən məbləği göndərdiyini demiş, Elşad Şahlara ümumilikdə 85000 manat məbləğində pul verdiyini demiş, həmin puldan 5000 manat məbləğini də gələcəkdə torpaq sahəsində tikəcəyi yanacaq doldurma məntəqsinin layihəsi üçün vermişdir. Ancaq 5 ay müddət tamam olsa da Şahlar çıxarışı verməmiş, Elşad hər dəfə ona zəng etdikdə cavab vermədiyini görüb Kamrana zəng vurmuş, Kamran da Elşada Şahların guya Almaniya Respublikasında olduğunu deyib müxtəlif bəhanələr gətirirək vaxt qazanmışdır. X6 rayonu, Ərçivan qəsəbəsindəki ümumi sahəsi 0.65 ha olan torpaq sahəsinin təyinatını kənd təsərrüfatından sənayə təsərrüfatlı təyinata dəyişdirmək üçün hissə-hissə olmaqla ümumilikdə 85000 manat məbləğində pul verdiyini bilmişdir. Elşad 15 aprel 2023-cü il tarixdə o, Şahlar və dayısıoğlu olan Kamranın yanında 25000 manat məbləğində pulu vermiş, daha sonra da müxtəlif vaxtlar da Şahların göndərdiyi bank kartlarına pulu köçürmüş, Şahlar ancaq nə verdiyi vədə əməl etməmiş, nə də ki, pulu geri qaytarmışdır. Dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qaynatasıdır. Təqsirləndirilən şəxs bir dəfə görmüş, 2023-cü ilin iyul ayının dəqiq xatırlamadığı günündə Bakı şəhəri, Sabunçu rayonu ərazisində Şahlarla görüşmüş, qaynatası Elşadın ona verdiyi 8000 ABŞ dolları, yəni məzənnəyə uyğun olaraq 13600 manat məbləğdə və 100 manat məbləğdə pul vəsaitini Şahlara vermişdir. Pul verən zaman özü tək olmuş, Şahların yanında isə tanımadığı şəxs olmuşdur. Pulu verdikdən sonra çıxıb getmiş, sonra da Şahları görməmişdir. Şahlar onun qaynatası Elşada torpaq sahəsinin təyinatını dəyişdirməyə görə 80000 manat və gələcəkdə torpaq sahəsində tikdirəcəyi yanacaq doldurma məntəqəsinin layihəsi üçün isə 5000 manat məbləğində pul vəsaitini aldığını eşitmişdir. Şahlar dələduzluq edərək pulu ələ keçirmiş və heç bir işidə icra etməmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq materiallarından, yəni; -«cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında» 20 iyul 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən 85000 (səksən beş min) manat məbləğdə pul vəsaitini etibarından sui-istifadə etməklə və aldatma yolu ilə ələ keçirməsi barədə Bakı şəhəri, Yasamal rayon prokurorluğuna və Yasamal Rayon Polis İdarəsinə etdiyi müraciət və toplanmış materiallar əsasında fakta görə Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır.(i.v.1) -Zərərçəkmiş şəxs 22 aprel 2024-cü il tarixli şikayət ərizəsindən görünür ki, onun mülkiyyətində olan torpaq sahəsinin təyinatını dəyişdirməsi üçün 80.000 manat və orda tikintisini nəzərdə tutduğu Yanacaqdoldurma məntəqəsinin layihələndirilməsi üçün 16.000 manat pul lazım olduğunu deyən Təqsirləndirilən şəxs ümumilikdə 85.000 min manat pulunu aldadaraq əlindən alması barədə ərizə ilə Yasamal rayon prokurorluğuna və Yasamal Rayon Polis İdarəsinə müraciət etmişdir.(i.v.06) -«materialın ərazi aidiyyatı üzrə göndərilməsi haqqında» 06 may 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material əlavə istintaqın davam etdirilməsi üçün Cinayət-Prosessual Məcəlləsinin 216-cı maddəsinə əsasən ərazi aidiyyəti üzrə Astara RPŞ-nə göndərilməsi qərara alınmışdır.(i.v.15-16) -«cinayət işinin icraata qəbul edilməsi haqqında» 22 iyul 2024-cü il tarixli qərardan görünür ki, Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi istintaq aparılması üçün icraata qəbul edilmişdir.(i.v.49) -«telefon danışıqlarına baxış keçirilməsi haqqında» 24 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində aranan və arayan nömrələrin siyahısının və abonentlərin şəxsiyyətləri barədə məlumatın, smslərin məntlərini, qeyd olunan mobil nömrələrlə ilə aparılan danışıqların qeydə alındığı inzibati ərazi vahidi (şəhər (rayon) qəsəbə, kənd, küçə, şosse və sair inzibati ərazi vahidləri qeyd olunmaqla) barədə məlumatlar məhkəmə qərarı əsasında "xxxx" MMC-dən ələ keçirilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə aşağıdakı məzmunda smslər yazılmışdır: Smslərin məzmunu olduğu kimi heç bir dəyişiklik və əlavə edilmədən protokola köçürülmüşdür. xx/xx/2023 13:00:59, **********11,**********08,Wahlar mellim bawa duwmedim men size hardasa 1 qram bele olsa hormetsizlik etmiwem ki? xx/xx/2023 13:01:15,**********11,**********08,Nece aydi odeniwi etmirsiz men o mawina ayda 2096 azn kridit verirem, xx/xx/2023 13:01:26, **********11, **********08,1 ci gun gelerem iw yerinize uz be uz daniwariq, xx/xx/2023 13:01:44, **********11,**********08,Telfonlara cavab vermirsiz uz be uz daniwariq, xx/xx/2023 13:04:10, **********11,**********08, 1 aydan cox mawini saxlamisiz duwunceniz olsun bu mawinin kriditini cammat neynen verir, xx/xx/2023 13:04:46,**********11,**********08, Elwad 600 manata iwdiyen adamdi 400 ona borclusuz uwaginin bogazindan kesib sizin yerivize bankin pulunu atib, xx/xx/2023 13:05:07,**********11,**********08,Telfonu ya goturun 1 kelme soz deyin yada 1 ci gun iwde olacaqsizsa orda goruwek, xx/xx/2023 13:27:11,**********11, **********08, Hardasiz indi gelim daniwaq, xx/xx/2023 13:30:37,**********11, **********08, Hardasiz siz deyirem gelim daniwaq elwadda mene ses atib hara gelim men, xx/xx/2023 11:02:32,**********73,**********08,Eleykum salam sizin zenginizi gözleyecem maqazinin borcun vermey lazimdi.mene zeng eliyir utandiqimnan göture bilmirem biz ona 5 gine demisdiy, xx/xx/2023 16:02:44,**********08,**********57,Ceyhun m. bir də salam. Mənə sabah kimi 350 m kredit verə bilərsən, xx/xx/2023 18:51:00,**********71,**********08,Salam. Ne yerde qaldi. Nomremi blokdan cixardin, xx/xx/2023 13:34:55,**********71,**********08,Salam mene tecili zeng eleyin, xx/xx/2023 13:39:06,**********71,**********08,Wahlar bey, evinize gelecem once,sonra agliniza gelmeyen yerlere gedecen mene zeng eleyin zehmet olmasa, xx/xx/2023 15:15:53,**********71,**********08,Salam. Şahlar bey. Zeng eleyin zehmet olmasa, xx/xx/2023 23:04:54,**********08,**********71, ki, Sən Aygünə böyük qardaşlıq edə bilim, İnan səmimiyyərimə Sən A, xx/xx/2023 23:04:54,**********08,**********71,Aygün x. Qadan alaram bağışla. Görüşdəydim. Allah Mənə nəsib eləsin, xx/xx/2023 23:04:54,**********08, **********71,ygübün kişi qeyrətini qiymətlənsirirəm. Rugu şad olsu Qardaşının. xx/xx/2023 23:04:55,**********08,**********71,ən Sənin paylaşmalarından tam düydum Sən kimsən. Qəti narahat olmag, xx/xx/2023 23:04:55,**********08,**********71,inən, Mən göeırsiniz necə əvəzini çıxacam bu incitməyimin. Səbirli, xx/xx/2023 23:04:55,**********08,**********71, utanıram. Hər Səndən zəng gələndə ölüb yerə girirəm. Minnətdaram. xx/xx/2023 23:04:55, **********08,**********71,ol, savaha birigünə "doymuç" pul əlimizdə olacaq. Valkah Səndən çox, xx/xx/2023 23:11:27,**********71,**********08,Xahis edirem yiganda açin telefonu. Acmamaq hormetsizlikdir. Bunun, xx/xx/2023 23:11:28,**********71,**********08,bawqa aciglamasi yoxdur. Men yiganda açin. Sag olun.insallah 6 ci, xx/xx/2023 23:11:30, **********71,**********08,une kimi calisin ne duzeltseniz verin bir hisse odeyim kassaya, xx/xx/2023 23:14:48,**********08,**********71,Atamın ruhu haqqı utandığımdan, xx/xx/2023 23:14:54,**********08,**********71,Baş üstə, xx/xx/2023 23:20:51,**********71, **********08, Sag olun, xx/xx/2023 14:08:10,**********71,**********08,Zeng eleyin, Zenginizi, xx/xx/2023 17:20:28,**********08,**********71,Salam. Mümkünsə sonra əlaqə saxlayarıq, xx/xx/2023 17:20:47,**********71,**********08,Ne vaxt? xx/xx/2023 17:21:14, **********71,**********08,İllaaaah da meni mecbur edirsiz ki bawqa cur davranim. Açin bu zehr, xx/xx/2023 17:21:15,**********71,**********08,imari, xx/xx/2023 12:12:38, **********71,**********08,Mene cavab verin. Evinize gelecem. Polise gedecem. Agliniza gelmeyen weylere el atdirmayin mene. Acin telefonu, xx/xx/2023 16:05:20, **********71, **********08,4169 7388 5615 6496, Kapital bank, xx/xx/2023 11:24:19, **********71, **********08,Dunen idi 2 ci gun. Demisdiniz odrnis edeceksiniz. Zehmet olmasa bu gun odenis eleyin. xx/xx/2023 16:03:47,**********08,**********71,Salam Ayğün xanım. Bir az səbirli olun. Göndərəcəm. xx/xx/2023 16:06:49,**********71,**********08,Yaxş, xx/xx/2023 15:46:17, **********71,**********08,Salam ne oldu?xx/xx/2023 13:06:22,**********71, **********08, Ne yerde qaldi? xx/xx/2023 13:51:07,**********08,**********71,Salam. Cavab verə bilmədim baxışlayın. İnşallah yekunlaşır göndərəc, xx/xx/2023 14:55:25, **********37, **********08,evinin adresin vermisem ozleri gelib evinde sohbet ederler, xx/xx/2023 16:00:13, **********71, **********08,Sabah adresinize gelecem, xx/xx/2023 13:32:55, **********08, **********08,Telfonu sondurmusuz mesayada cavab yazmirsiz.Biz 27000 pulun ustunda az qalib 27000 faiz verak siz hala bu iwi duzaldib qurtarmirsiki Sizinda caniniz qu, xx/xx/2023 13:32:56, **********08,**********08,rtara manimda, xx/xx/2023 13:33:31,**********08, **********08, Axi mani yorublar zang vurmaqdan, xx/xx/2023 13:33:45, **********08, **********08, Telfonu acinda, xx/xx/2023 13:34:12,**********08, **********08,Goruwak gorak iw na yerdadi, xx/xx/2023 14:30:17,**********08,**********08,Wahlar muallum daha man soz tapa bilmiram.Vallah.cavab yazinda.necada goruwak.manimda iwim var axi. Sms mətnlərinə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yerinə yetirəcəyinə söz verdiyi işin müqabilində 2023-cü ilin aprel-iyul ayları arasında Elşaddan başqa şəxslərdən də iş görəcəyi adı altında müxtəlif pul vəsaitləri almışdır. Sms mətnlərində müxtəlif şəxslərin verdikləri pul vəsaitlərini Təqsirləndirilən şəxs geri istəmələri, lakin sonuncunun həmin pul vəsaitini verə bilməməsi müəyyən edilmişdir.(i.v. 52-54) -«zərərçəkmiş şəxs qismində tanınma haqqında» 28 iyul 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v.56-57) -«10 avqust 2024-cü il tarixli üzləşdirmə» protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində gösətrdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir.(i.v.82-85) -«mobil telefona baxış keçirilməsi haqqında» 12 avqust 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş DVD diskdən görünür ki, mobil telefonun içərisində ***-***-**-** saylı mobil nömrə vardır. Mobil telefonun «WhatsApp» mobil tətbiqinə baxış zamanı ismariclər siyahısında Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrinin qeydiyyata salındığını və adının da «Şahlar Arxitektor» qeyd olunduğu müəyyən olundu. Baxış zamanı müəyyən edilmişdir ki, telefondakı «WhatsApp» ani mesajlaşma tətbiqi ***-***-**-** mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmişdir. Təqsirləndirilən şəxs göndərdiyi istifadəsində olan 4628-1671-4105-6102 saylı «Unibank»-a məxsus olan bank kartının fotoşəkilini, 4169-7385-8742-0849 saylı "xxxx"-a məxsus bank kartının fotoşəkilini, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs istəyinə əsasən 500, 1500, 2500, 2000, 1800, 1000, 1500, 500, 4000, 4000, 4000, 5000 və 1000 manat məbləğində göndərdiyi pulların qəbzlərinin fotoşəkilini göndərməsi aşkar edilmişdir. 07 iyul 2023-cü il tarixdə, saat 12:27-də göndərilən ismaricdə Salam Elşad m. 25.000+, 15.000+, 17.000+, 2.500+(kadastır), 1.8000+(rüsum), 1.000+(kurator), 500(bayrampayı)=62.800 manat. 13.000 m verməliyik Sənələr iqtisad Nazirliyinə gedir imzalara, ordan da elektron Baş Nazirə. Qalanını sənəd hazır olanda ödəyəcəyik. Amma, elə eliyin dollar olmasın, ötən dəfə xırdalayanda əziyyət çəkdim, həm də 100 manat itirdik. Yaxşısı ya ka karta vurmaqdır, ya da əlbəəl vermək. İstəsəniz Mən adam göndərərəm. Allah qoysa 2 ay-3 ay arası sənəd çıxacaq. P.S. Ola bilsin ki, Astara başçısından razılıq məktubu alınsın, çalışacayıq onsuz ötüşsün. Onsuz da Zapravkanın tikintisinə dair razılığına məktub verəcək. İsmariclərdə olan səs yazılarının içərisində olan 08 iyul 2023-cü il tarixdə, saat 13:19-də göndərilən 3 dəqiqə 49 saniyəlik səs rolikində Təqsirləndirilən şəxs Elşada bildirmişdir ki, «Elşad müəllim bir də salam. Yani, prosedura bilirsiniz necədi? Yəni bütün bu sənədlər gedir İqtisadiyyat Nazirliyinə, o, Mikayil Cabbarovun imzasına, yəni orda vizalar yığılır, elektron variantda göndərilir Nazirlər Kabinetinə, yəni orda tək bizim sənəd deyil də, 8 ya 9 sənəddi belə, mən də sizə yazdım ki, bizim deməli verdiyimiz pulların siyahısını yazdım və dedim 13.000 manat pul verməliyik ki, biz bir də qalan o, 4000 qalır, 4200 qalır nə qalır sənəd çıxanda verəcəyik. Onu da sizə ona görə yazım göndərdim ki, yəni biləsiniz ki, ardıcıllıq necədi, nətərdi. Biz bir də məktub alacayıq Allah qoysa, sənəd dəyişəndən sonra, zapravkanın tikintisi üçün rayon icra hakimiyyətinin başçısından məktub alacayıq, o heç də, layihə üçün, proseduradı, o olacaq sonra. Bu da çəkəcəkdi 2 ay, 2 ay yarım, təqribən belə çəkir. Mən də yazdım ki, 2 ay, 3 ay arası, siğortaladım 3 gün, 5 gün. Yəni biz ora 13.000 manat pul verməliyik. Sənədlərimiz gedir imzalara. Yəni onlar öz aralarında yazırlar, pozurlar, elektron versiyada alırlar, verirlər, yəni sənədləşmə prosesində. Yəni ki, getməlidi Nazirlər Kabinetinə, onu da mən, bilirsiniz necədi, səmimi deyim də, həmi biz münasib formada onu formalaşdırdıq, yəni belə götürək, 1500-dən aşağı heç kim eləmirdi, 90.000-ə eləyirdi, Akif müəllim dedi ki, 80.000-ə eləmək lazımdı, o du, bu du, layihəsini də sən eləyəssən fılam peşməkan. Biz də o xahişi, minnəti keçmişik. Yəni, camaatdan da sözün açığı böyük bir hissəsini o dəqiqə alırdılar, biz də imkanımız çatan qədər verdik, mən də sizə dedim ki, 2 aydan sonra ödəmə yaranacaqdı, yəni bir sözlə ora vermişik 62.800 manat pul, paylı-püşlü, kuratorlu zadlı, 13.000 manat verməliyik. Sənədlər gedir vizalara, sonra gedir Nazirlər Kabinetinə. Mən onsuz da yazıb göndərdim, siz də gördüm oxudunuz, dedim nəsə aydın oilmayıb, ona görə aydınlığı belə şifahi sizə veridm. Yəni mən də belə götürün ki, Allah ölənlərinə rəhmət eləsin, anamın ilidi, ora gedəcəm, 2-ci günü səhər çıxmalıyam, mən onu uzağı 1-ci günü verib getməliyəm, 13.000 manatı, əgər vermiyib sonraya qalsa, qalacaq o biri siyahiya, qalacaq da, yəni bir də bir neçə nəfər gərək yığıla, tək-tək getmir də. Yəni o baxımdan söylədim ki, salamat gücə bağlıdı, o imkanı indi eləyə bilirikmi, yoxsa qalacaq sonraya mı, sonraya qalsa bizim hər günümüzün öz hökmü var da, ayımız donacaq, günümüz donacaq, o baxımdan mən sizə yazdım göndərdim nə di nə deyil». 08 iyul 2023-cü il tarixdə, saat 17:46-də göndərilən 05 saniyəlik səs rolikində Şahlar Elşada bildirmişdir ki, «Elşad müəllim 4.000 manat gəldi» 09 iyul 2023-cü il tarixdə, saat 17:00-da göndərilən 02 saniyəlik səs rolikində Şahlar Elşada bildirmişdir ki, «4.000 gəldi Elşad müəllim». 04 oktyabr 2023-cü il tarixdə, saat 10:46-da göndərilən 21 saniyəlik səs rolikində Şahlar Elşada bildirmişdir ki, «bir də Elşad müəllim, o, vallah 5.000, yəqin özlərində xırda qeydiyyat aparmırlar, ya bilmirəm nədi orada əgər 250 manat, nəblim 350 manat kəsilsə də onu kəsr göndərmiyin də elə 5000 göndərək 250,300 manat bizi öldürməz, qoy xırdaçılıq eləməyək». 04 oktyabr 2023-cü il tarixdə, saat 11:40-da göndərilən 05 saniyəlik səs rolikində Şahlar Elşada bildirmişdir ki, «Elşad müəllim gəldi, xeyirli olsun, gəldi» (i.v.86-92) -«qəbzə baxış keçirilməsi haqqında» 13 avqust 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi qəbz nömrəsi ********* olan, əməliyyat tarixi xx.xx.2023-cü il tarixdə saat 18:53-də "xxxx" ASC-dən 500 manat məbləğində köçürmə, qəbz nömrəsi ********** olan, əməliyyat tarixi xx.xx.2023-cü il tarixdə saat 22:47-də "xxxx" ASC-dən 1500 manat məbləğində köçürmə, qəbz nömrəsi ********* olan, əməliyyat tarixi xx.xx.2023-cü il tarixdə saat 11:32-də "xxxx" ASC-dən 2500 manat məbləğində köçürmə, qəbz nömrəsi ********* olan, əməliyyat tarixi xx.xx.2023-cü il tarixdə saat 21:08-də "xxxx" ASC-dən 2000 manat məbləğində köçürmə, qəbz nömrəsi ********* olan, əməliyyat tarixi xx.xx.2023-cü il tarixdə saat 17:26-də "xxxx" ASC-dən 1800 manat məbləğində köçürmə, qəbz nömrəsi ********* olan, əməliyyat tarixi xx.xx.2023-cü il tarixdə saat 17:34-də "xxxx" ASC-dən 1000 manat məbləğində köçürmə, qəbz nömrəsi ********* olan, əməliyyat tarixi xx.xx.2023-cü il tarixdə saat 15:58-də "xxxx" ASC-dən 1500 manat məbləğində köçürmə, qəbz nömrəsi ********* olan, əməliyyat tarixi xx.xx.2023-cü il tarixdə saat 17:07-də "xxxx" ASC-dən 500 manat məbləğində köçürmə, qəbz nömrəsi ********** olan, əməliyyat tarixi xx.xx.2023-cü il tarixdə saat 16:26-da "xxxx" ASC-dən 4000 manat məbləğində köçürmə, qəbz nömrəsi ********* olan, əməliyyat tarixi xx.xx.2023-cü il tarixdə saat 16:59-də "xxxx" ASC-dən 4000 manat məbləğində köçürmə, qəbz nömrəsi ********** olan, əməliyyat tarixi xx.xx.2023-cü il tarixdə saat 17:02-də "xxxx" ASC-dən 4000 manat məbləğində köçürmə, qəbz nömrəsi ********* olan, əməliyyat tarixi xx.xx.2023-cü il tarixdə saat 11:33-də "xxxx" ASC-dən 5000 manat məbləğində köçürmə və Təqsirləndirilən şəxs 416973******9817 saylı "xxxx"-ın debit kartına Astara rayonu, R.Məmmədov küç. Soliton mağazasında yerləşən «MilliOn» ödəmə terminalından xx.xx.2023-cü il tarixdə saat 17:18-də əməliyyat nömrəsi ********** olan, terminal nömrəsi 00403 olan qəbzdə 1000 manat məbləğində pul vəsaitini köçürməsi müəyyən edildi.(i.v.93-97) -«cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında» 13 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 178.1-ci maddəsindən həmin Məcəllənin178.3.2-ci maddəsinə tövsif edilmişdir.(i.v.113) -«təqsirləndirilən şəxsə ittiham elan etmə haqqında» 13 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmiş, Astara Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 4(018)-69/2024 nömrəli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.(i.v.141-143, 171-172) -«cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında» 05 noyabr 2024-cü il tarixli qərardan görünür ki, pul köçürmələrinə dair 13 (on üç) ədəd müvafiq qəbzlər, diskə baxış keçirilməsi zamanı istifadə olunmuş və mobil telefona baxış keçirilməsi zamanı götürülmüş səs yazılarının köçürüldüyü 2 (iki) ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir.(i.v.180-197) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən-hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən-hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayət Məcəlləsinin 178.1-ci maddəsində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin Məcəllənin 178.2.3-cü maddəsinə əsasən dələduzluq şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə həmin maddə ilə cinayət məsuliyyəti müəyyən edilir. Həmin Məcəllənin 178.3.2-ci maddəsinə görə Cinayət Məcəlləsinin 178.1 və 178.2-ci maddələrində nəzərdə tutulmuş dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyəti müəyyən edilir və həmin maddənin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət-Prosessual Məcəlləsinin 139.0-cı maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasından çıxış edərək məhkəmə tərkibi hesab etmişdir ki, Cinayət- Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olubolmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olub-olmamasının da sübutlar əsasında müəyyən edilməsi tələb olunur. «X2 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib- qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. «Fuşe Fransaya qarşı», «Bulut Avstriyaya qarşı», «Bobek Polşaya qarşı» və «Klimentyev Rusiyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclasında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən zərərçəkmiş şəxsə və şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə tədqiq olunmuş sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Beləliklə, məhkəmə tərkibi məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, verilmiş ittiham üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında 25 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.(i.v. 66-67) -Nəsimi Rayon 51 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 19 sentyabr 2024-cü il tarixli, 783 nömrəli arayışından və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşamır. Ailə tərkibi-arvadı X1, 2005-ci il təvəllüdlü qızı Banu Allahverdiyeva və 2004-cü il təvəllüdlü oğlu Odər Allahverdiyevdən ibarətdir.(i.v.115-121) Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, 1(101)-1739/2024 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə ona 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkəmə tərkibi tədqiq olunmuş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalı və təyin olunmuş cəzanı çəkməlidir. Məhkəmə tərkibi göstərilənlərə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, 63 yaşında olmasını, müxtəlif xəstəliklərdən əziyyət çəkməsini, himayəsində sağamlıq imkanları məhdud uşağının olmasını, əməlindən peşman olmasını, ailə, maddi və sosial vəziyyətini, ailədə yeganə qazanc gətirən şəxs olmasını, ödənişli əsaslarla təhsil alan uşağının olmasını (Cinayət Məcəlləsinin 59.2-ci maddəsi) məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 46.2-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası da tətbiq olunmalıdır. Cinayət Məcəlləsinin 46.2-ci maddəsində göstərilir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əlavə cəzasının təyin edilməsi məqsədə müvafiqdir. Cinayət Məcəlləsinin 66.4-ci maddəsində göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, birinci işi üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təqsirləndirilən şəxs cəza təyin olunarkən Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələri nəzərə alınmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən (ağır cinayət törətmələri nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 4 dekabr 2023-cü il tarixdən hesablanmalı və Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, 1(101)-1739/2024 nömrəli hökmü ilə cəza çəkməsi nəzərə alınmalıdır. İş üzrə xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuş, pul köçürmələrinə dair 13 (on üç) ədəd müvafiq qəbzlər, diskə baxış keçirilməsi zamanı istifadə olunmuş və mobil telefona baxış keçirilməsi zamanı götürülmüş səs yazılarının köçürüldüyü 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində ona vurulmuş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında müllki iddia qaldırmaq hüququnun olması izah edilməlidir. İş üzrə məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 51-2, 132, 179-188, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə ona 1 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, 1(101)-1739/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə təyin olunmuş 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökm üzrə ona təyin olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, ona cinayətlərin məcmusu ilə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, 1(101)-1739/2024 nömrəli hökmü ilə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 4 dekabr 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuş, pul köçürmələrinə dair 13 (on üç) ədəd qəbzlər, diskə baxış keçirilməsi haqqında istifadə olunmuş və mobil telefona baxış keçirilməsi zamanı götürülmüş səs yazılarının köçürüldüyü 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs cinayət əməli nəticəsində ona vurulmuş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında müllki iddia qaldırmaq hüququnun olması izah edilsin. İş üzrə məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-150/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-150/2025
18.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver