Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-151/2025 09.01.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx xxxx 1986-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 50, mənzil 20də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin (bundan sonra CM-nin) 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin külli miqdarda əmlakını qanunsuz və əvəssiz olaraq dələduzluq yolu ilə ələ keçirmək məqsədi ilə “Facebook.az” sosial şəbəkəsində istifadə etdiyi profilində bank təşkilatı kimi nağd pul krediti verilməsi barədə elanlar yerləşdirməklə, instaqram sosial şəbəkəsində “nağd-pul-kreditləri” səhifəsi açaraq və özünü bank olmayan kredit təşkilatının əməkdaşı kimi təqdim etməklə 2022-ci ilin iyul ayının əvvəllərində ona 35000 manat məbləğində kredit almaq məqsədi ilə müraciət edən Zərərçəkmiş şəxs1 etibardan sui-istifadə edərək guya həmin məbləğdə kreditin verilməsi üçün əvvəlcədən 10 faiz miqdarında 3500 manat pul ödəməli olduğunu bildirmiş, Zərərçəkmiş şəxs1 ilkin ödəniş etmək üçün pulu olmadığını bildirdikdə ona 800 manat pul ödəməsini, guya həmin pulla başqa bir müştərinin kreditini bağlayaraq həmin müştərinin adına 3500 manat kredit götürüb onun krediti üçün ilkin ödəniş edəcəyini demiş, Zərərçəkmiş şəxs1 onun təklifi ilə razılaşaraq xx.xx.2022-ci il tarixdə yaşadığı ünvan 1 ünvanından “birbank” mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs məxsus **********169881 kart hesabına 800 manat pul göndərmiş, daha sonra o, Zərərçəkmiş şəxs1 işinin həlli üçün yerdə qalan 2700 manat pulu da ödəməli olmasını tələb etdiyindən Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə 1500 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat pulu eyni üsulla onun kart hesabına göndərmiş, guya 3500 manat ilkin ödənişin qalan 200 manatını da özünün Zərərçəkmiş şəxs1 yerinə ödəyəcəyini bildirməklə dələduzluq əməllərini davam etdirərək Zərərçəkmiş şəxs1 ilə əlaqə saxlamaqla 35000 manat pulu kredit kimi götürməyin mümkün olmadığını, kreditin növünü dəyişəcəyini, ona ipoteka krediti kimi 50000 manat kredit verəcəyini, bunun üçün 3300 manat ödədiyi ilkin ödənişin məbləğini 5000 manata çatdırmalı olduğunu bildirərək əlavə olaraq 1700 manat da pul isətmiş, Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə onun yuxarıda qeyd etdiyi kart hesabına 1600 manat pul göndərmiş, ona kredit verilmədiyindən artıq aldanıldığını dərk edən Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs verdiyi pulları qaytarmasını tələb etməyə başlamış, lakin daha çox pul ələ keçirmək niyyətində olan Təqsirləndirilən şəxs artıq özündən asılı vəziyyətə salmış olduğu Zərərçəkmiş şəxs1 verdiyi pulların qaytarılmasının mümkün olmadığını, ona 120.000 manat ipoteka kreditinin ayrılacağını vəd edərək kredit işinin alınması üçün yenidən pul vermək lazım olduğunu demiş, Təqsirləndirilən şəxs asılı vəziyyətdə olan Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə onun kart hesabına 1000 manat, bir neçə dəqiqə sonra isə 600 manat, xx.xx.2022ci il tarixdə 2000 manat, 30 iyul 2022-ci il tarixdə eyni ünvandan həmin kart hesabına 500 manat, 31 iyul 2022-cü il tarixdə eyni ünvandan həmin kart hesabına 1500 manat, Zərərçəkmiş şəxs1 xahişi ilə xalası oğlu Xəlfəli Soltanov onun əvəzindən 31 iyul 2022-ci il tarixdə Hacıqabul rayonu Qubalı Baloğlan kəndindən “eManat” terminalı vasitəsi ilə Yaşar Əliyevin **********636400 saylı kart hesabına 2000 manat, 01 avqust 2022-ci il tarixdə Hacıqabul rayonu Qubalı Baloğlan kəndindən “eManat” terminalı vasitəsi ilə 500 manat, 01 avqust 2022-ci il tarixdə ünvan 1 ünvanından “birbank” mobil tətbiqi vasitəsilə **********169881 kart hesabına 2500 manat, 04 avqust 2022-ci il tarixdə eyni ünvandan həmin kart hesabına 2000 manat, 05 avqust 2022-ci il tarixdə eyni ünvandan həmin kart hesabına 1000 manat, 09 avqust 2022-ci il tarixdə eyni ünvandan həmin kart hesabına 3000 manat, 11 avqust 2022-ci il tarixdə eyni ünvandan həmin kart hesabına 3798 manat, 20 avqust 2022-ci il tarixdə eyni ünvandan həmin kart hesabına 3000 manat, 31 avqust 2022-ci il tarixdə eyni ünvandan həmin kart hesabına 2000 manat, 01 sentyabr 2022-ci il tarixdə eyni ünvandan həmin kart hesabına 1500 manat, 02 sentyabr 2022-ci il tarixdə eyni ünvandan həmin kart hesabına 3700 manat, 03 sentyabr 2022-ci il tarixdə eyni ünvandan həmin kart hesabına 335 manat, 04 sentyabr 2022-ci il tarixdə eyni ünvandan həmin kart hesabına 3000 manat, 14 sentyabr 2022-ci il tarixdə eyni ünvandan həmin kart hesabına 1000 və 150 manat, 15 sentyabr 2022-ci il tarixdə eyni ünvandan həmin kart hesabına 500 və 3965 manat, 16 sentyabr 2022-ci il tarixdə eyni ünvandan həmin kart hesabına 2000 və 2000 manat, 22 sentyabr 2022-ci il tarixdə eyni ünvandan həmin kart hesabına 500 və 35 manat, 27 sentyabr 2022-ci il tarixdə eyni ünvandan həmin kart hesabına 250 manat, 28 sentyabr 2022-ci il tarixdə eyni ünvandan həmin kart hesabına 200 və 1300 manat, 30 sentyabr 2022-ci il tarixdə eyni ünvandan həmin kart hesabına 500 manat, 04 oktyabr 2022-ci il tarixdə eyni ünvandan həmin kart hesabına 200 manat, 05 oktyabr 2022-ci il tarixdə eyni ünvandan həmin kart hesabına 300 manat, 05 oktyabr 2022ci il tarixdə eyni ünvandan həmin kart hesabına 10 manat, 06 oktyabr 2022-ci il tarixdə eyni ünvandan həmin kart hesabına 150 və 200 manat, 07 oktyabr 2022-ci il tarixdə eyni ünvandan həmin kart hesabına 60 və 50 manat, 08 oktyabr 2022-ci il tarixdə eyni ünvandan həmin kart hesabına 300, 50, 50, 100, 40, 10, 200 və 200 manat və 14 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Sovxoz Ramana qəsəbəsi Yurdum Marketdə quraşdırılmış “eManat” terminalı vasitəsilə Zərərçəkmiş şəxs1 atası Şahid1 **********636400 saylı kart hesabına 4500 manat məbləğlərində ödədikləri pulu alıb ələ keçirərək, vədinə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs1 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 57653 (əlli yeddi min altı yüz əlli üç) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə “Facebook.az” sosial şəbəkəsində istifadə etdiyi profilində bank təşkilatı kimi nağd pul krediti verilməsi barədə elanlar yerləşdirməklə və instaqram sosial şəbəkəsində “nağd-pul-kreditləri” səhifəsi açaraq özünü bank olmayan kredit təşkilatının əməkdaşı kimi təqdim etməklə ona müraciət edən Zərərçəkmiş şəxs2 etibarından suistifadə edib sonuncunun kürəkəni Şahid3 illik 10 faizlə 20.000 manat məbləğində nağd pul krediti veriləcəyini yalan vəd verib aldadaraq və kreditin sənədləşməsinin aparılması üçün əvvəlcədən 3000 manat pul ödəməli olmasını deməklə Zərərçəkmiş şəxs2 bu məqsədlə ona inanaraq 01 sentyabr 2023-cü il tarixdə Biləsuvar rayonu, Amankənd kəndində yerləşən marketdə quraşdırılmış “eManat” terminalı vasitəsilə Təqsirləndirilən şəxs məxsus 4098-5844-5063-6400 saylı kart hesabına göndərdiyi 2000 manat, xx.xx.2023-cü il tarixdə Şahid3 **********169881 saylı bank kartına göndərdiyi 250 manat pulu alıb ələ keçirərək, vədinə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs2 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 2250 (iki min iki yüz əlli) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən X6 ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs2 əvvəlcədən tanımamışdır. Zərərçəkmiş şəxs2 yeznəsi Şahid3 ilə «Facebook.az” internet sosial şəbəkəsində hazırda adını xatırlamadığı profilində tanış olmuşdur. “Facebook.az” sosial şəbəkəsində istifadə etdiyi profilində bank təşkilatı kimi nağd pul krediti verilməsi barədə elanlar yerləşdirmişdir. 28 avqust 2024-cü il tarixdə Şahid3 ona “Facebook.az” sosial şəbəkəsində mesaj yazmışdır. O, Şahid3 “Facebook.az” sosial şəbəkəsi vasitəsi ilə zəng vurmuş və danışmağa başlamışlar. Danışan zaman Şahid3 nağd pul krediti götürmək istədiyini və bu haqda məlumat almaq istədiyini bildirmişdir. O, Şahid3 istifadə etdiyi ***- ***-**-** saylı mobil nömrəsi ilə zəng edərək kreditin götürülməsi üçün sənədlərin hazırlanması ilə bağlı 3000 manat pul lazım olacağını və ümumilikdə 20000 manat pulu illik 10 faizlə əldə edə biləcəyini demişdir. Bundan sonra İsmayıl Xələfovun qaynatası Zərərçəkmiş şəxs2 ona zəng vurmuş və hazırda 3000 manat pulunun olmadığını, kredit rəsmiləşdirdikdən sonra pulu verəcəyini demişdir. O, Fikrətə mümkün olmadığını deyərək, hələlik 2000 manat pul verməsini, 1000 manatını da daha sonra verməsini təklif etmişdir. Zərərçəkmiş şəxs2 onun təklifi ilə razılaşmışdır. O, vhatsap proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs2 bank kartının fotoşəkli göndərəcəyini və pulu da həmin karta göndərməsini demişdir. Zərərçəkmiş şəxs2 Leobanka məxsus özünə aid olan 4098-5844- 5063-6400 nömrəli plastik kartın şəklini göndərmişdir. 01 sentyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 ona zəng vuraraq şəklini göndərdiyi plastik bank kartına 2000 manat pulu göndərməsini bildirmişdir. O da kart hesabına baxmış və pulun gəlməsini görmüşdür. Bundan sonra Zərərçəkmiş şəxs2 bir neçə gün ərzində kreditin rəsmiləşdiriləcəyini demişdir. Bu hadisədən təxminən bir ay sonra Zərərçəkmiş şəxs2 onunla əlaqə saxlamış və kreditin nə vaxt veriləcəyini soruşmuşdur. O da Fikrətə kreditin tam hazır olması üçün əlavə olaraq 250 manat pulun lazım olmasını demişdir. Zərərçəkmiş şəxs2 də onunla razılaşmışdır. Bundan sonra o Zərərçəkmiş şəxs2 **********169881 saylı bank seriyalı plastik kartın fotoşəklini göndərmişdir. Bundan az sonra 250 manat pulu həmin karta göndərmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs2 və Şahid3 ilə əlaqəsini kəsmişdir. Daha sonra Fikrətlə Xələfin onun barəsində polisə şikayət etmələrini eşitmişdir. Bundan başqa 2022-ci ilin iyul ayının əvvəllərində Bakı şəhər sakini Zərərçəkmiş şəxs1 ona instaqram sosial şəbəkəsində olan “nağd_pul_kreditləri” səhifəsinə yazaraq kredit şərtləri barədə maraqlanmışdır. Zərərçəkmiş şəxs1 ilk olaraq ona 30000-35000 civarında kredit üçün müraciət etmişdir. O, özünü Zərərçəkmiş şəxs1 səhifəni idarə edən şəxs kimi təqdim etmiş və bank olmayan kredit təşkilatında işlədiyini bildirmişdir. Əslində isə heç bir bankda və ya kredit təşkilatında işləməmişdir. Zərərçəkmiş şəxs1 ona heç bir iş yeri olmadığını demişdir. Daha sonra o, öz istifadəsinə olan ***-***-**-** saylı mobil nömrəsi ilə Zərərçəkmiş şəxs1 ilə əlaqə saxlamağa başlamışdır. Telefonda danışan zaman Aytənə 35000 manat kredit ayrılmasını, lakin krediti almaq üçün 10 faiz yəni 3500 manat ilkin olaraq ödəməli olmasını demişdir. Zərərçəkmiş şəxs1 da ona həmin məbləğdə pulunun olmadığını demişdir. O, Zərərçəkmiş şəxs1 800 manat pul göndərməsini, başqa bir müştərinin kreditini bağlamasını və həmin müştərinin adına 3500 manat kredit götürüb onun krediti üçün ilkin ödəniş etməsini demişdir. Aytən onun təklifi ilə razılaşmışdır. Zərərçəkmiş şəxs1 ***-***-**-** saylı nömrə ilə qeydiyyatdan keçdiyi vhatsap mesajlaşma vasitəsi ilə özünə məxsus olan üzərində **********169881 şifrəsi olan plastik kartın fotoşəklini göndərmişdir. Aytən xx.xx.2022-ci il tarixdə 800 manat pulu kart hesabına göndərmiş və bu barədə ona məlumat vermişdir. Daha sonra o, Zərərçəkmiş şəxs1 işinin həlli üçün yerdə qalan 2700 manat pulu da ödəməli olmasını bildirmişdir. Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə 1500 manat pulu həmin kart hesabına göndərmişdir. xx.xx.2022-ci il tarixdə 1000 manat pulu eyni üsulla kart hesabına göndərmişdir. Bununla da Zərərçəkmiş şəxs1 3300 manat pulu onun kart hesabına göndərmişdir. Bundan sonra Aytənə yerdə qalan 200 manat pulu da özünün onun yerinə ödəyəcəyini demişdir. Bir neçə gün sonra yenidən Zərərçəkmiş şəxs1 ilə əlaqə saxlamış, işinin öz həllini tapmaq üzrə olmasını, sadəcə olarq 35000 manat pul kredit kimi götürməyin mümkün olmadığını, 50000 manatdan aşağı məbləğ kredit götürməyin mümkün olmayacağını demişdir. Zərərçəkmiş şəxs1 onun təklifi ilə razılaşmışdır. Bundan sonra Aytənə kreditin növünü dəyişməsini və ipoteka krediti adı ilə kredit götürəcəyini demişdir. Çünki kreditin məbləği 50000 manat olmuşdur. Daha sonra o, Aytənə verdiyi 3300 manat pulu 5000 manata qaldırmalı olduğunu deyərək sonuncudan əlavə olaraq 1700 manat pul istəmişdir. Bütün bunlara səbəb olaraq Aytənin 20 yaşının tamam olmadığını deyərək kreditin verilməməsini bəhanə edərək, aldadıb pul almışdır. Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə onun kart hesabına 1600 manat pul göndərmişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxs1 ona əgər kredit alınmırsa, pulunu qaytarmasını, ona ipoteka lazım olmadığını demişdir. O isə Aytənə pulun qaytarılmasının mümkün olmadığını, ona görə də bu işin alınması üçün yenidən pul vermək lazım olduğunu demişdir. Bundan bir neçə saat sonra Zərərçəkmiş şəxs1 ilə telefon əlaqəsi yaratmış, ona 120000 manat ipoteka krediti ayrılacağını deyərək verdiyi 5000 manat pulu 12000 manat etməsini tələb edərək Aytəndən əlavə olaraq 7000 manat pul istəmişdir. xx.xx.2022-ci il tarixdə Aytən onun kart hesabına 1000 manat, bir neçə dəqiqə sonra isə 600 manat pul göndərmişdir. Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 1500 manat pulu eyni üsulla ona göndərmişdir. Zərərçəkmiş şəxs1 ona pul göndərməkdə davam edən zaman bir nəfər şəxs ona zəng vurmuş və adının Xəlfəli olmasını, Aytənin xalası oğlu olmasını bildirirərək onun işlədiyi təşkilatdan öz adına kredit götürmək istəməsini demişdir. O, Xəlfəlidən nə işlə məşğul olmasını soruşan zaman, sonuncu hazırda hərbiçi olmasını və maaşının yüksək olmasını demiş, bundan əlavə Xəlfəli ona bir neçə banka borcunun olmasını və buna görə də heç bir bankın yeni kredit verməməsini deyərək, Zərərçəkmiş şəxs1 düzələcəyi kredit kimi yüksək məbləğdə, yəni 50000 manat pul istədiyini bildirmişdir. O, Xəlfəliyə ilkin olaraq 5000 manat pulu komissiya haqqı kimi verməli olduğunu demişdir. Buna görə də Leobanka məxsus **********636400 seriyalı plastik kartının şəklini Xəlfəliyə göndərmişdir. xx.xx.2022-ci il tarixdə Xəlfəli **********636400 seriyalı plastik kartına 2000 manat və xx.xx.2022-ci il tarixdə də 500 manat pulu göndərmiş və yerdə qalan 2500 manat pulu da bir neçə gün ərzində ödəyəcəyini bildirmişdir. Bu hadisədən təxminən 30 gün ərzində hissə-hissə 7500 manatı pulu da onun kart hesablarına Xəlfəli göndərmişdir. Xəlfəli adlı şəxs onunla telefonda danışan zaman hazırda işinə görə Qarabağ zonasında olduğunu deyərək tanışları vasitəsi ilə ümumilikdə ona 10000 manat pul göndərmişdir. Zərərçəkmiş şəxs1 ona hər dəfəsində müxtəlif məbləğdə pullar göndərmişdir. 2022-ci ilin oktyabr ayında Aytən ona zəng vuraraq Şahnaz adlı qadına borclu olmasını deyərək 5000 manat pul istəmişdir. O da Aytənə pulunun olmadığını demişdir. Bu zaman Aytən ona atası ilə danışaraq pul almaq istədiyini demişdir. O, Aytənə əvvəl onun atasına zəng vursa, atasının ona inanmayacağını, buna görə də atasına deməsini, atasının özünün ona zəng etməsini demişdir. Həmin gün Aytənin atası Əkrəm ona zəng vurmuş və firma barədə maraqlanmışdır. O isə Şahid1la yalandan dərman firması barədə danışmış və ona pul göndərməsinə inandırmışdır. Bundan sonra Aytənin atası Əkrəm onun Leobanka məxsus **********636400 seriyalı plastik kartına 4500 manat pul göndərmişdir. Bu hadisədən bir gün sonra Aytənin yaşadığı evin yaxınlığına getmiş və orada atasından aldığı 4500 manat pulun 1000 manatını ona vernmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 ona pul göndərməmiş və verdiyi pulları geri qaytarmasını tələb etmişdir. Şahid3 nağd pul krediti düzəldəcəyini deyərək onun qaynatası Zərərçəkmiş şəxs2 2250 manat pul almışdır. Zərərçəkmiş şəxs2 aldığı 2250 manat puldan heç kimə verməmiş və şəxsi ehtiyacları üçün xərcləmişdir. O, heç vaxt hər hansı bir bankda və ya bank olmayan kredit təşkilatında işləməmişdir. Zərərçəkmiş şəxs1 yalan danışır. Belə ki, əldə etdiyi 57653 manat pulun 10000 manatı Aytənin xalası oğlu Xəlfəliyə məxsusdur, həmin pulu ayrı bir işə görə almışdır. 4500 manatını da Aytənin atasına aiddir və ayrı bir işə görə almışdır. Bununla da o, ümumilikdə Zərərçəkmiş şəxs1 43153 manat pul almışdır. Zərərçəkmiş şəxs2 həqiqətən də aldadıb göstərilən məbləğdə pulunu almışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, 28 avqust 2023-cü il tarixdə qızı Ayan İsmayılovanın həyat yoldaşı Şahid3 ona zəng edərək “internetdə bir nəfər şəxslə tanış olduğunu, həmin şəxsin ona nağd pul krediti ilə bağlı kömək edəcəyini, pul kreditinin hazırlanması ilə bağlı görüləcək və hazırlanacaq bütün sənədlərə görə həmin şəxsin 3000 manat pul istədiyini demişdir. Xələf kredit alması üçün ondan 3000 manat pul köməkliyi etməsini xahiş etmişdir. O isə kredit veməli olan şəxslə şəxsən danışmaq istədiyini demiş və Xələfdən onun ***-***-**-** saylı mobil telefon nömrəsini almışdır. O, həmin şəxslə danışarkən həmin şəxs adının Yaşar olmasını, nağd pul krediti ilə məşğul olduğunu bildirmişdir. Yaşara kredit düzəltməsi üçün əvvəlcədən 3000 manat pul vermək imkanlarının olmadığını bildirmişdir. Yaşar isə heç olmasa 2000 manat pul düzəldib vermələrini, nağd pul krediti düzələndən sonra qalan 1000 manatı da vermələrini demişdir. O, Yaşarın təklifi ilə razılaşmış və zəng edib Xələfə bu haqda məlumat vermişdir. 2000 manat pulu qonşusu X3 borc götürmüşdür. Yaşar ona Leobanka məxsus plastik kartın şəklini göndərmişdir. O da həmin karta 01 sentyabr 2023-cü il tarixdə saat 16:07 dəqiqədə yaşadığı Amankənd kəndində, ərzaq mağazalarının birində quraşdırılmış «Milli ön» ödəmə terminalı vasitəsi ilə 2000 manat pulu göndəmişdir. Pulu köçürəndən sonra Yaşara vatsap sosial şəbəkəsi vasitəsi ilə zəng edib pulu köçürdüyünü bildirmişdir. Yaşar onunla əlaqə saxlayacağını demişdir. 04 oktyabr 2023-cü tarixdə Yaşara zəng vurmuş və kreditlə bağlı maraqlanmışdır. Yaşar ona nağd pul krediti gələn həftəyə hazır olacağını demiş və yenidən 250 manat pul istəmişdir. O da Yaşarın təklifi ilə razılaşmış və buna görə də kürəkəni Şahid3 istifadəsində olan kartına 250 manat pulu göndərərək, həmin pulu Yaşara göndərməsini istəmişdir. Xələf də göndərdiyi 250 manat pulu Yaşarın kartına göndərmiş və bu barədə qəbzi ona göndərmişdir. Bir neçə gün sonra Yaşarla əlaqə saxlamış, lakin Yaşarın müxtəlif bəhanələr gətirərək onu aldatmasını bilmişdir. Bir neçə gün sonra Yaşar onun telefon nömrəsini bloka salmış və buna görə də əlaqə saxlamaq mümkün olmamışdır. Buna görə də Yaşarın barəsində polisə şikayət etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, 2022-ci ilin iyul ayında instaqram sosial şəbəkəsində «asl.mmdz» adı ilə profil səhifəsi yaratmış və həmin səhifədən öz şəxsi maraqlarına istifadə etmişdir. 2022-ci ilin iyul ayının əvvəllərində o, parfumeriya mağazası almaq qərarına gəlmiş, lakin onun həmin məbləğdə pulu olmadığı üçün kredit götürmək qərarına gəlmişdir. Həmin vaxtlar instaqram sosial şəbəkəsində onun qarşısına “nağd_pul_kreditləri” səhifəsi çıxmışdır. O, həmin səhifəyə yazaraq 30000-35000 civarında kredit üçün müraciət etmişdir. Biraz sonra səhifəni idarə edən şəxs ona özünü X2 təqdim etmiş və bank olmayan kredit təşkilatında işləmisini bildirmişdir. Təqsirləndirilən şəxs ona kredit məsələsinin onlarda alınmadığını, amma bir nəfər tanışının olduğunu, həmin şəxslə kredit məsələsini həll edəcəyini demişdir. Yaşar ona 35000 manat kredit üçün üçün 10 faiz, yəni 3500 manat ilkin olaraq ödəməli olmasını demişdir. O isə Yaşara ilkin ödəniş üçün pulunun olmadığını demişdir. Yaşar ona 800 manat pul göndərməsini, həmin pul ilə başqa bir müştərinin kreditini ödəməklə həmin müştərinin adına onun üçün 3500 manat krediti götürəcəyini demişdir. O, Yaşarın təklifi ilə razılaşmışdır. Yaşar ona ***-***-**-** saylı nömrə ilə qeydiyyatdan keçirilmiş Vhatsap mesajlaşma vasitəsi ilə özünə məxsus olmasını dediyi plastik kartının tam xatırlamadığı şifrəsini göndərmişdir. O, xx.xx.2022-ci il tarixdə 800 manat pulu «Kapitalbank»a məxsus hazırda şifrəsini xatırladığı və işlətmədiyi kart hesabından Yaşarın ona göndərdiyi kart hesabına göndərmişdir. Daha sonra Yaşarın ondan tələb etdiyi 3500 manat pulu tamamlamaq üçün xx.xx.2022-ci il tarixdə 1500 manat pulu kart hesabımdan yaşadığı evdə olan zaman Yaşarın qeyd etdiyi kart hesabına göndərmiş, xx.xx.2022-ci il tarixdə isə 1000 manat pulu eyni üsulla Yaşarın həmin kart hesabına göndərmişdir. Beləliklə artıq 3300 manat pulu Yaşarın kart hesabına göndərmişdir. Yaşar ilkin ödəniş üçün qalan 200 manatı pulu öz hesabına ödəyəcəyini demişdir. Bir müddət sonra Yaşar ona işlərinin öz həllini tapmaq üzrə olduğunu, 35000 manat pul götürməyin mümkün olmadığını, 50000 manat puldan aşağı məbləğ götürməyin mümkün olmayacağını demişdir. Yaşar ona işlədiyi kredit təşkilatının müdürünün Elman adlı şəxs olmasını və sonuncu ilə ona 50000 manat pul ayrılacağına dair razılıq əldə etməsini bildirmişdir. Bundan sonra Yaşar onu kreditin növünün dəyişməsini və ipoteka krediti adı ilə kredit götürəcəyini bildirmiş, çünki kreditin məbləği 50000 manat olmuşdur. Daha sonra Yaşar ondan verdiyi 3300 manat pulu 5000 manata qaldırmalı olduğunu deyərək 1700 manat pul tələb etmiş və bütün bunlara səbəb olaraq onun 20 yaşının tamam olmadığını deyərək kreditin verilməməsini göstərmişdir. O da xx.xx.2022-ci il tarixdə öz kart hesabından yaşadığı evdə Yaşarın verdiyi kart hesabına 1600 manat pul göndərmişdir. Lakin Yaşar bununla qane olmayaraq ondan yenidən hər dəfə müxtəlif bəhanərlə pul tələb etməyə davam etmişdir. O, Yaşara kredit alınmırsa, pulunu qaytarmasını, kreditin lazım olmadığını demişdir. Yaşar isə ona verdiyi pulun qaytarılmasının mümkün olmadığını, ona görə də kreditin alınması üçün yenidən pul vermək lazım olduğunu demişdir. Elə həmin gün Yaşar artıq ona 120000 manat ipoteka kreditinin ayralacağını deyərək ondan verdiyi 5000 manat pulu 12000 manat etməsini tələb edərək əlavə 7000 manat pul istəmişdir. O da Yaşarın vədlərinə inanıb yenə də xx.xx.2022-ci il tarixdə evindən öz kart hesabından Yaşarın kart hesabına 1000 manat, bir neçə dəqiqə sonra isə 600 manat pul göndərmişdir. Yaşar ona göndərdiyi pulların kreditin rəsmiləşdirilməsi üçün xərclənməsini demişdir. Bundan sonra Yaşar yenədə müxtəlif bəhanələr gətirərək pul istəməyə davam etmişdir. xx.xx.2022-ci il tarixdə öz kart hesabından tanışlardan borc aldığı 2000 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 1500 manat və bir neçə saat sonra yenə də 2000 manat pulu Yaşara göndərmişdir. Lakin Yaşar onun şirniləşdirməkdə və onun etibarından sui istifadə etməkdə davam etmiş, amma bunu o, hiss etməmiş, Yaşara ipoteka krediti düzəldəcəyinə tam olaraq inanmışdır. Yaşar öz əməllərinin davamı olaraq xx.xx.2022-ci il tarixdə ondan yenə müxtəlif bəhanələrlə pul tələb etməyə davam etmişdir. Yaşarın əsas bəhanələrindən biri onun yaşının tamam olmaması olmuş və o da borc tapdığı 500 manat pulu və bir neçə saat sonra 2500 manat eyni üsulla Yaşarın kart hesabına göndərmişdir. Bir neçə gün sonra Yaşar onun başının altına yastıq qoymağa davam edib, yenə bir bəhanə gətirərək, ona pul sənəd düzəltmək üçün pul istəmişdir. O, xx.xx.2022-ci il 2000 manat, xx.xx.2022-ci il tarixdə yenədə öz kartımdan Yaşarın kartına 500 manat, həmin tarixdə yenə də 500 manat göndərmişdir. 4 gün sonra Yaşar yenədə mənə yalan vədlər verərək ipoteka düzəltmək üçün pul istəmiş, o da borc pul tapıb xx.xx.2022-ci il tarixə eyni üsulla Yaşarın kart hesabına 3000 manat pul göndərmişdir. Yaşar ondan 2 gün sonra yenə də pul istəsə də, o Yaşara “artıq sənə nə qədər pul vermişəm amma heç bir iş yoxdur ortada” sözlərini demişdir. Yaşar onu yenə aldadaraq kreditin düzəlmək üzrə olduğunu, ona ipoteka krediti olaraq 120000 manat pul ayrıldığı üçün əlavə pul tələb olunduğunu demiş və yenə də pul istəmişdir. O da Yaşarın şirin vədlərinə inanıb xx.xx.2022-ci il tarixdə 3 dəfəyə birinci dəfə 3400 manat, ikinci dəfə 200 manat üçüncü dəfə isə 198 manat pulu eyni üsulla göndərmişdir. Yaşar bir neçə gün “sənin işin düzəlmək üzrədir” sözlərini deyərək onu inandırmağa çalışmışdır. xx.xx.2022-ci il tarixdə Yaşar yenə də onunla əlaqə saxlayaraq ona yenə də bilmədiym bir sənəd üçün pul verməli olduğunu demiş, o da borc tapdığı 3000 manat pulu eyni üsulla Yaşarın kart hesabına göndərmişdir. Bu hadisədən Yaşardan bir neçə gün xəbər olmamışdır. xx.xx.2022-ci il tarixdə Yaşar yenə hansısa sənəd düzəltmək adlı ilə ondan 2000 manat pul tələb etmişdir. O da Yaşara inanıb həmin tarixdə iki dəfəyə, birinci dəfə 1600 manat, ikinci dəfə isə 400 manat pulu eyni üsulla Yaşarın kart hesabına göndərmişdir. Bir gün sonra Yaşar yenə də onu aldatmağa davam edərək ondan naməlum bir sənədi düzəltmək adı ilə 1500 manat pul istəmişdir. O da xx.xx.2022-ci il tarixdə üç dəfəyə yəni birci dəfə 1000 manat, ikinci dəfə 200 manat, üçüncü dəfə isə 300 manat pulu eyni üsulla Yaşarın kart hesabına göndərmişdir. xx.xx.2022-ci il tarixdə Yaşar ondan eyni yollarla pullar tələb etməyə davam etmiş, o da Yaşara 4 dəfə olmaqla, birinci dəfə 2700 manat, ikinci dəfə 500 manat, üçüncü dəfə 450 manat, sonuncu dəfə isə 50 manat pulu eyni üsulla öz kart hesabından Yaşarın kart hesabına göndərmişdir. xx.xx.2022-ci il tarixdə Yaşarın tələbi üzrə 335 manat, xx.xx.2022-ci il tarixdə isə borcla tapdığı 3000 manat pulu eyni üsulla kart hesabına göndərmişdir. O, 10 gün sonra Yaşarla danışaraq “əgər alınmırsa mənim pulumu qaytar” sözlərini deyən zaman, Yaşar onu kreditin düzələcəyinə inandırmışdır. xx.xx.2022-ci il tarixdə Yaşarın yalanlarına inanaraq iki dəfə olmaqla, birinci dəfə 1000 manat, ikinci dəfə isə 150 manat pulu eyni üsulla Yaşara göndərmişdir. xx.xx.2022-ci il tarixdə Yaşarın yalan vədlərinə inanaraq birinci dəfə 500 manat, ikinci dəfə isə 3965 manat pulu öz kart hesabından Yaşarın kart hesabına göndərmişdir. Bildirir ki, bu hadisələrin heç birindən onun valideyinlərinin xəbəri olmamışdır. xx.xx.2022-ci il tarixdə o, iki dəfəyə ilk dəfə 2000 manat, ikinci dəfə isə yenə 2000 manat pulu Yaşarın kart hesabına göndərmişdir. xx.xx.2022-ci il tarixdə Yaşar yenədə onu aldadaraq iki dəfə olmaqla, ilk dəfə 500 manat, ikinci dəfə isə 35 manat pulu eyni üsulla Yaşarın kart hesabına köçürtmüşdür. xx.xx.2022-ci il tarixdə o, yenədə Yaşarın yalan vədlərinə inanıb 250 manat, xx.xx.2022-ci il tarixdə isə iki dəfə olmaqla, ilk dəfə 200 manat, ikinci dəfə isə 1300 manat pulu Yaşarın kart hesabına göndərmişdir. xx.xx.2022-ci il tarixdə Yaşar ondan yenədə aldatmaq yolu ilə 500 manat pul almışdır. Bir neçə gün sonra, yəni xx.xx.2022-ci il tarixdə Yaşar onunla əlaqə saxlayaraq işin düzəlməsi üçün pul tələb etmiş, o da 200 manat pulu göndərmişdir. xx.xx.2022-ci il tarixdə isə üç dəfə olmaqla, birinci dəfə 300 manat, ikinci dəfə 50 manat, üçüncü dəfə 10 manat pulu Yaşarın kart hesabına göndərmişdir. Bundan sonra Yaşar ondan yenə də pul tələb edərək işin hazır olmasını deyərək inandırmağa çalışmışdır. xx.xx.2022-ci il tarixdə iki dəfə olmaqla, ilk dəfə 150 manat, ikinci dəfə 200 manat, xx.xx.2022-ci il tarixdə 80 manat bir 50 manat bir, xx.xx.2022-ci il tarixdə 50 manat bir, 300 manat bir, 50 manat bir, 100 manat bir, 40 manat bir, 200 manat bir, 200 manat bir və 20 manat bir eyni üsulla öz kart hesabından Yaşarın kart hesabına göndərmişdir. Daha sonra bu barədə atasına və anasına danışmışdır. O, atası Əkrəmə “mağaza var onu alıram ona görə də 4500 manat lazımdır ki, həmin mağazanın sənədlərini alım” sözlərini demişdir. Atası da Yaşarla danışmaq istədiyini deyərək sonuncunun telefon nömrəsini istəmişdir. Yaşar da atası Əkrəmlə danışan zaman Yaşar sonuncunu sənədlər verilməsi üçün 4500 manat pul verilməsi üçün lazım olacağına inandırmışdır. Atası Şahid1 Bakı şəhəri, Sabunçu rayonu Ramanı qəsəbəsində sosial binaların həyətində yerləşən Yurdum marketdən 4500 manat pulu xx.xx.2022-ci il tarixdə ödəmə terminalı ilə Yaşarın kart hesabına göndərmiş və beləliklə Yaşara ümumilikdə 57653 (əlli yeddi min altı yüz əlli üç) manat pul göndərmişdir. Bu məsələdən sonra Yaşar heç bir iş düzəltməmiş və Yaşarın onu aldadıb pullarını ələ keçirməsini başa düşmüşdür. Bir dəfə hətta atası Əkrəm Yaşarı yaşadığı evə dəvət etmişdir. Yaşar da onun yaşadığı evə gəlmişdir. O, real həyatda birinci dəfə Yaşarı yaşadığı evdə görmüşdür. Yaşar onun yaşadığı evdə oturub söhbət edən zaman 60000 manata yaxın pul aldığını və həmin pulları ipoteka düzəldəcəyini etiraf etmişdir. Bildirir ki, Yaşarın onlarla telefon danışıqlarını yazıb bir diskdə təqdim etmişdir. Yaşar ipoteka düzəltmək adı ilə onun etibarından sui istfiadə edib aldatmaqla 57653 manat pulunu ələ keçirmişdir. Təqdim etdiyi ödəniş qəbzlərində olan pulları hesablayan zaman ümumi məbləğin 54853 manat olması göstərilsə də, həmçinin 300 manat və 2500 manat olan qəbzləri də istinqtaqa əlavə olaraq təqdim etmişdir. Şahid1 Bakı şəhəri, Sabunçu rayonu Ramanı qəsəbəsində sosial binaların həyətində yerləşən Yurdum marketdən 4500 manat pulu xx.xx.2022-ci il tarixdə ödəmə terminalı ilə Yaşarın kart hesabına göndərdiyi pul ona məxsusdur. Təqsirləndirilən şəxs yalan danışır o, ondan ümumilikdə 57653 manat pul almışdır. Təqsirləndirilən şəxs istədiyi pulları ödəyə bilmədiyi üçün hazırda vəfat etmiş xalası oğlu Xəlfəli Sultanovdan borc pul istəmiş, sonuncu da verməyə razılaşmışdır. O da Xəlfəli Sultanovdan pulu birbaşa Yaşara göndərməyini istəmiş, Yaşara da pulu xalası oğlundan almasını demişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid1 göstərdi ki, qızı Zərərçəkmiş şəxs1 2022-ci ilin oktyabr ayında ona Bakı şəhərində bir ədəd mağaza olduğunu, həmin mağazanı almaq istədiyini, mağazanın sənədlərini qaydasına qoymaq üçün 4500 manat pul lazım olmasını bildirmişdir. O da qızı Zərərçəkmiş şəxs1 həmin mağazanın sənədlərini kimin hazırlamasını soruşmuş və Aytən də Yaşarın nömrəsini ona vermişdir. O, Yaşarla danışmış, Yaşar onunla elə danışmışdır ki, Yaşara 4500 manat pul verməli olduğuna razılaşmışdır. Buna görə də qızı ona verdiyi 4500 manat pulu Bakı şəhəri, Sabunçu rayonu Ramanı qəsəbəsində sosial binaların həyətində yerləşən Yurdum marketdən xx.xx.2022-ci il tarixdə ödəmə terminalı ilə Yaşarın adına olan 50636400 saylı kart hesabına göndərmişdir. Bundan bir neçə gün keçdikdən sonra, qızından mağazanın sənədlərinin hazır olub-olmadığını soruşan zaman qızı Aytən ona Yaşar adlı şəxsin aldatmasını və ümumilikdə 57653 manat pul almasını bildirmişdir. Buna görə də o, Yaşarla telefonla danışmış və sonuncunu yaşadığı evə dəvət etmişdir. Yaşar onun yaşadığı evə gəlmiş və o, real həyatda birinci dəfə Yaşarı görmüşdür. Yaşarla söhbət edən zaman 60000 manata yaxın pul aldığını etiraf etmiş və həmin pullara ipoteka düzəldəcəyini demişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid2 da əri Şahid1la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Unibank ASC-dən 07 dekabr 2023-cü il tarixdə Biləsuvar RPŞ-nə daxil olmuş 24 noyabr 2023-cü il tarixli TİD-OUT-37726-2023 nömrəli məktuba əlavə edilmiş daşıyıcı diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, müştərinin adı Təqsirləndirilən şəxsdur, kartın kodu 409858GBSOK6400, müştərinin doğum tarixi xx.xx.1986-ci il, müştərinin telefon nömrəsi 773552353, pin kod-1GUoC9R-dır. Kartın açılma tarixi xx.xx.2021-ci ildir. Həmin disk daşıyıcısında olan məlumatlar 2020-ci ilin yanvar ayının 01-dən 2023-cü ilin yanvar ayı ərzində olan müddət aralığını təşkil edir. Unibank ASC-dən 07 dekabr 2023-cü il tarixdə Biləsuvar RPŞ-nə daxil olmuş 24 noyabr 2023-cü il tarixli TİD-OUT-37726-2023 nömrəli məktuba əlavə edilmiş daşıyıcı disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarında saxlanılmışdır. İstintaq zamanı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 bir ədəd “eManat”-ın ödəniş qəbzi və bank əməliyyatını göstərən bir ədəd fotoşəkil təqdim etmiş və həmin sənədlər cinayət işinə əlavə edilmişdir. “eManat”-ın ödəniş qəbzinə baxış zamanı xx.xx.2023-cü il tarixdə saat 16:07-də Təqsirləndirilən şəxs məxsus olan son 8 rəqəmi 50636400 nömrəli kart hesabına 2000 (iki min) manat pul Biləsuvar rayon, Amankənd kəndində yerləşən marketdən göndərilməsi müəyyən edilmişdir. Bank əməliyyatını göstərən iki ədəd fotoşəkilə baxış zamanı xx.xx.2023-cü il tarixdə saat 12:19-də 5167*********0921 saylı kart hesabından 5505*********9881 saylı kart hesabına 250 (iki yüz əlli) manat pul köçürülməsi müəyyən edilmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs2 bir ədəd “eManat”-ın ödəniş qəbzi və bank əməliyyatını göstərən bir ədəd fotoşəkil maddi sübut kimi tanınmış və cinayət işi materiallarında saxlanılmışdır. İstintaq zamanı iş üzrə Zərərçəkmiş şəxs1 anası Şahid2 tərəfindən 14 noyabr 2022ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Əməliyyat təminatı şöbəsinin mühüm işlər üzrə böyük əməliyyatçısı, ədliyyə müşaviri X5 təqdim etdiyi 59 vərəqə ödəniş qəbzlərinə və bir ədəd CD diskə baxış keçirilmişdir. 59 vərəqədə ödəniş qəbzlərinə baxış keçirən zaman müəyyən edilmişdir ki, iş üzrə Zərərçəkmiş şəxs1 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-cü il tarixədək 54853 (əlli dörd min səkkiz yüz əlli üç) manat pulu Təqsirləndirilən şəxs məxsus olan bank kartlarına göndərmişdir. Bir ədəd CD diskinə baxış keçirən zaman içərisində ümumilikdə 7 ədəd səs yazısının olması müəyyən edilmişdir. Həmin səs yazılarına baxış zamanı Təqsirləndirilən şəxs ilə iş üzrə Zərərçəkmiş şəxs1 anası Şahid2 vhatsapp sosial şəbəkəsi vasitəsi ilə danışmaları müəyyən edilmişdir. Həmin səs yazılları aşağıdakılardır: Təqsirləndirilən şəxs - “xalan sənin başına dönüm hələlik 1000 (bir min) manat pul verim, sonra isə hər ay 5000 (beş min) manat pulu verərək qaytararam” Təqsirləndirilən şəxs - “Mən qaçmıram ki, hər ay 5000 manat ödəyirəm, ondan artığına gücüm çatmır.” Təqsirləndirilən şəxs - “Başa düşürəm, mən hər bir şeyə and içmişəm, bu əziyyətlərin içində sənin qızına 60000 (altmış min) manat pul versəm qızın Aytənin canı qurtaracaq, məni düşəcəm bəlaya, sənin qızın özünü öldürəcəyini deyir, belə vəziyyətdə ona kim pul verər.” Təqsirləndirilən şəxs - “Mən də şad oldum ki, Aytənin valideynləri də bu məsələni bildi ki, tam arxayn olun bu ayın 10-na qədər məsələ tam həllin tapacaq” Təqsirləndirilən şəxs- “ Biraz əvvəl də Aytən xanıma da dedim ki, saat 14:00-dək pul ödənilməlidi, maksimum saat 15:00-dək ödənilməlidi.” Şahid2 – “ Yaşar borc sahibləri evimə gəlirlər, sən Elman adlı şəxsdən 10000 manat pul al ver mənə, borc sahiblərinə qaytarım, sonra da səni 3 ay gözləyim”. Təqsirləndirilən şəxs- “Mən Elmana 2000 manat pul vermək istəyirəm ki, krediti düzəltsin, ondan necə 10000 manat alım, bəs daha sonra 60000 manat pulu necə geri alacam” Təqsirləndirilən şəxs – “Xala mən sənə bir ay sonra 5000 manat verəcəm, 4 ay sonra isə bütün borcu qaytaracam” Şahid2 “Yaşar sən elə elemə hər ay mənə pul ver” Təqsirləndirilən şəxs – “sən razısanki, mən sənə hər ay 5000 manat verim, bu ayın 25-i sənə 600 manat pul verim, gələn ayın 15-i də sənə 5000 manat verim, qalanını da 4 ay sonra verəcəm”. Şahid2 “ sən Elman adlı şəxsi nizə bizə vermirsən” Təqsirləndirilən şəxs- “Çünki Elman adlı şəxsdən mənim çörəyim gəlir, onu sənə verə bilmərəm”. Cinayət işi üzrə təqdim edilən 59 vərəqə ödəniş qəbzləri və bir ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarında saxlanılmışdır İstintaq zamanı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı vhatsapp sosial şəbəkəsi vasitəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı nömrəmə göndərərək təqdim etdiyi 7 ədəd vərəqədə fotoşəkillərə baxış keçirtmişdir. Fotoşəkillərə baxış zamanı 2 ədədinin ödəniş qəbzləri olması və iş üzrə Zərərçəkmiş şəxs1 tərəfindən xx.xx.2022-ci il tarixdə 2500 (iki min beş yüz) manat pulu Təqsirləndirilən şəxs məxsus olan 550578*******9881 saylı bank kartına, daha sonra həmin karta xx.xx.2022-ci il tarixdə 300 manat göndərməsi müəyyən edilmişdir. Bundan başqa təqdim edilən iki ədəd fotoşəkildə Təqsirləndirilən şəxs “İnstagram” sosial şəbəkəsində “nagd_pul_kreditləri” səhifəsini işlətməsi və orada illik 17 faizlə kredit pul verilməsi barədə elanlar yerləşdirilməsi müəyyən edilmişdir. Həmçinin təqdim edilən son üç ədəd fotoşəkildə Təqsirləndirilən şəxs vhatsapp sosial şəbəkəsində ***-***-**-** saylı nömrə ilə qeydiyyatdan keçməsi və orada mesajlaşan zaman Zərərçəkmiş şəxs1 60000 (altmış min) manata yaxın pul almasını və hər ay 5000 manat ödəmək istəməsi müəyyən edilmişdir. Qeyd olunan fotoşəkillər çıxarılaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işi üzrə təqdim edilən 7 ədəd fotoşəkil maddi sübut kimi tanınmış və cinayət işi materiallarında saxlanılmışdır. İstintaq zamanı Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə üzləşmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ona dəymiş 57653 manat maddi ziyandan 1000 (bir min) manatını ödəməsini bildirmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 06 il, 06 ay, 07 gün müddətə azadlıqdan məhrum edilmiş, 02 il sınaq müddəti müəyyən olunmaqla cəzası şərti olaraq tədbiq edilmiş, həmin məhkəmənin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 11 il azadlıqdan məhrum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-nin 178.3.2-cü maddəsi ilə təqsirli bilindiyi əməli CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş, cəzası 05 ilə azaldılmış, həbsdə olduğu 5 ay 23 gün cəzadan çıxılmaqla 04 il 06 ay 07 gün müddətə azadlıqldan məhrum etmə cəzası saxlanılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci ilə CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilindiyi əməli xx.xx.2017-ci il tarixdə qüvvədə olan CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş, cəza müddəti 05 ilə endirilmiş, CM-nin 67-ci maddəsinə əsasən 07 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə üzərində 06 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2021-ci ildə cəzanın sonu ilə azad olunmuşdur. Zərərçəkmiş şəxs1 ərizəsi əsasında fakta görə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən 05 dekabr 2022-ci il tarixli qərarla CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılmış, cinayət işi üzrə ibtidai istintaq Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən aparılmış, Təqsirləndirilən şəxs istintaqdan qaçıb gizləndiyinə görə barəsində 10 yanvar 2023-cü il tarixli qərarla axtarış elan olunmuş, 07 sentyabr 2024-cü il tarixdə tutulmuş və barəsində Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməklə həmin vaxtdan həbsdə saxlanılır. Təqsirləndirilən şəxs barəsində həmçinin Biləsuvar Rayon Polis Şöbəsinin İstintaq bölməsində 16 dekabr 2023-cü il tarixli qərarla CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Hər iki cinayət işi Biləsuvar Rayon Polis Şöbəsinin istintaq bölməsində bir icraatda birləşdirilmişdir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs subaydır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi, CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, əldə etdiyi 57653 manat pulun 10000 (on min) manatının Zərərçəkmiş şəxs1 xalası oğlu Xəlfəli Soltanova məxsus olması və sonuncunun işinə görə alması, 4500 manatını isə Zərərçəkmiş şəxs1 atası Şahid1 sonuncunun işinə görə alması barədə ifadəsini əməlinin külli miqdarda ziyan vurmaqla dələduzluq kimi tövsif olunmaması məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Belə ki, məhkəmə nəzərə alır ki, həm Zərərçəkmiş şəxs1 qohumu Xəlfəli Soltanov, həm də atası Şahid1 Təqsirləndirilən şəxs pulu Zərərçəkmiş şəxs1 əvəzindən və onun hesabına olmaqla vermişlər. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən etmədi, əməlində cinayətlərin təhlükəli residivinin olmasını isə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Yaşar Əbürrəhmanova CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CMnin 56.1.3-cü maddəsinə əsasən əməlində cinayətlərin təhlükəli residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 07 sentyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin edilən cəzanın müddətini müəyyən edərkən CM-nin 65.2-ci maddəsinin tələbini nəzərə alır. Belə ki, CM-nin 65.2-ci maddəsinin tələbinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Beləliklə, CM-nin 178.3.2-ci maddəsində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının son həddi on il müəyyən edildiyindən Təqsirləndirilən şəxs təiyn olunan cəzanın müddəti on ilin üçdə ikisindən az ola bilməz. İş üzrə maddi sübut kimi tanınmış Unibank ASC-nin xx.xx.2023-cü il tarixli, TİD- OUT-37726-2023 nömrəli məktubuna əlavə edilmiş daşıyıcı disk, Zərərçəkmiş şəxs2 təqdim etdiyi bir ədəd “eManat”-ın ödəniş qəbzi və bank əməliyyatını göstərən bir ədəd fotoşəkil, 59 vərəqədə ödəniş qəbzləri və bir ədəd CD disk, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilən 7 ədəd fotoşəkil cinayət işinin materiallarında saxlanılmalıdır. Zərərçəkmiş şəxs1 dəymiş 57653 manat maddi ziyanın 1000 manatı ödənilmiş, Zərərçəkmiş şəxs2 dəymiş 2250 manat maddi ziyan ödənilməmişdir. Odur ki, Zərərçəkmiş şəxs1 cinayət əməli nəticəsində dəymiş 56653 manat, Fikrət Nuriyevə isə 2250 manat məbləğində maddi ziyanı Təqsirləndirilən şəxs mülki mühakimə icraatı qaydasında tələb etmək hüquqları izah olunmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib ona cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 07 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Unibank ASC-nin xx.xx.2023-cü il tarixli TİD- OUT-37726-2023 nömrəli məktubuna əlavə edilmiş daşıyıcı disk, Zərərçəkmiş şəxs2 təqdim etdiyi bir ədəd “eManat”-ın ödəniş qəbzi və bank əməliyyatını göstərən bir ədəd fotoşəkil, 59 vərəqədə ödəniş qəbzləri və bir ədəd CD disk, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilən 7 ədəd fotoşəkillər cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs1 cinayət əməli nəticəsində dəymiş 56653 (əlli altı min altı yüz əlli üç) manat, X4 dəymiş 2250 (iki min iki yüz əlli) manat məbləğində maddi ziyanı Təqsirləndirilən şəxs mülki mühakimə icraatı qaydasında tələb etmək hüquqları izah olunsun. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlikedən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-151/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-151/2025
09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver