Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-152/2022 06.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçilər Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi4, Müdafiəçi2, Müdafiəçi5 və Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə xx xxxx 1965-ci il tarixdə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayanişləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ndə Şirvan şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 238.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair, xx xxxxx 1966-cı il tarixdə Sabirabad rayonu Zalqarağac kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ndə Şirvan şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 238.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair və xx xxxxxx 1992-ci il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, bitərəf, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, , işsiz, məhkumluğu lmayan ünvan 3 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində Şirvan şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 arvadı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə narkotik vasitə və psixotrop maddənin satışını həyata keçirmək ilə bağlı qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib, cinayət əlaqəsinə girərək sonuncunun istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi ümumi təmiz çəkisi 82,37 qram olmaqla külli miqdar təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroinin 80,038 qramını və ümumi təmiz çəkisi 81,378 qram olmaqla külli miqdar təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin 60,082 qramını əldə edərək, eynitərkibli narkotik vasitə olan heroinin 0,089 qramını şərti alıcı qismində əməliyyat tədbirində iştirak edən Şahid10 04 avqust 2021-ci il tarixdə saat 17 radələrində yaşadığı Şirvan şəhəri, Xəqani küçəsi 639, ev 83 ünvanında 15 manata qanunsuz olaraq satmış, 0,597 qram çəkidə narkotik vasitə olan heroini və 0,277 qram çəkidə psixotrop maddə metamfetamini açıq vəziyyətdə taxta parçasının üzərində saxlayıb, qalan narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini elektron tərəzi vasitəsilə ölçüb, narkotik vasitə olan heroini 0,089 qram, 58,985 qram, 19,278 qram, 0,140 qram, 0,078 qram, 0,098 qram, 0,090 qram, 0,100 qram, 0,108 qram, 0,088 qram, 0,087 qram, 0,096 qram, 0,115 qram və 0,089 qram olmaqla on dörd ədəd bükümlərə, psixotrop maddə olan metamfetamini 0,169 qram, 0,467 qram və 59,169 qram olmaqla üç ədəd bükümlərə qablaşdıraraq, açıq vəziyyətdə olan 0,597 qram narkotik vasitə heroin və 0,277 qram psixotrop maddə metamfetamini, həmçinin 0,169 qram və 0,467 qram çəkidə iki ədəd bükümlərdə psixotrop maddə olan metamfetamini, üzərində heroin izləri olan bir ədəd elektron tərəzini yaşadıqları Şirvan şəhəri, Xəqani küçəsi 639, ev 83 ünvanındakı evinin qonaq otağında olan masanın üzərində, 19,278 qram, 0,140 qram, 0,078 qram, 0,098 qram, 0,090 qram, 0,100 qram, 0,108 qram, 0,088 qram, 0,087 qram, 0,096 qram, 0,115 qram və 0,089 qram çəkidə olmaqla on iki ədəd bükümlərdə narkotik vasitə olan heroini evə girişdən sol tərəfdə olan birinci otaqdakı rəfdə, 59,169 qram çəkidə bir ədəd bükümdə psixotrop maddə metamfetamini və 58,985 qram çəkidə bir ədəd bükümdə narkotik vasitə olan heroini yaşadıqları evə girişdən sol tərəfdə yerləşən ikinci yataq otağındakı rəfdə satış məqsədilə gizlətməklə saxlamış, habelə arvadı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək narkotik vasitələrin və psixotrop maddələrin istehlakını təmin etmək məqsədilə həmin ünvanda narkotik vasitələrin və psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil etmiş, 0,089 qram çəkidə narkotik vasitə olan heroin şərti alıcı qismində əməliyyat tədbirində iştirak edən Şahid10 tərəfindən 04 avqust 2021-ci il tarixdə Şirvan şəhər polis şöbəsinin Təhqiqat bölməsinə təqdim olunmaqla götürülmüş, qalan açıq vəziyyətdə 0,597 qram çəkidə narkotik vasitə olan heroin, açıq vəziyyətdə 0,277 qram çəkidə psixotrop maddə metamfetamin, həmçinin 0,169 qram və 0,467 qram çəkidə iki ədəd bükümlərdə psixotrop maddə olan metamfetamin, üzərində heroin izi olan bir ədəd elektron tərəzi, həmçinin şərti alıcı qismində əməliyyat tədbirində iştirak edən şərti alıcı Şahid10 tədbirdə istifadə olunması üçün verilmiş A09954201, A42036910, A02147256 seriyalı üç ədəd beş manatlıq pul əskinasları onun yaşadığı Şirvan şəhəri, Xəqani küçəsi 639, ev 83 ünvanına Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən Şirvan şəhər məhkəməsinin qərarına əsasən 04 avqust 2021-ci il tarixdə saat 18 radələrində keçirilmiş baxış zamanı evin qonaq otağındakı masanın üzərindən, 19,278 qram, 0,140 qram, 0,078 qram, 0,098 qram, 0,090 qram, 0,100 qram, 0,108 qram, 0,088 qram, 0,087 qram, 0,096 qram, 0,115 qram və 0,089 qram çəkidə olmaqla on iki ədəd bükümlərdə narkotik vasitə olan heroin yaşadığı evə girişdən sol tərəfdə olan birinci otaqdakı rəfdən, 59,169 qram çəkidə bir ədəd bükümdə psixotrop maddə metamfetamin və 58,985 qram çəkidə bir ədəd bükümdə narkotik vasitə olan heroin yaşadığı evə girişdən sol tərəfdə yerləşən ikinci yataq otağındakı rəfdən, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin istehlakı üçün nəzərdə tutulmuş içərisində narkotik vasitə heroinin izləri olan üç ədəd birdəfəlik şprislər evə girişdə olan pilləkənin üzərindən aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 əri Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs3 ilə narkotik vasitə və psixotrop maddənin satışını həyata keçirmək ilə bağlı qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib, cinayət əlaqəsinə girərək sonuncunun istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi ümumi təmiz çəkisi 82,37 qram olmaqla külli miqdar təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroinin 80,038 qramını və ümumi təmiz çəkisi 81,378 qram olmaqla külli miqdar təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin 60,082 qramını əldə edərək, eynitərkibli narkotik vasitə olan heroinin 0,089 qramını şərti alıcı qismində əməliyyat tədbirində iştirak edən Şahid10 04 avqust 2021-ci il tarixdə saat 17 radələrində yaşadığı Şirvan şəhəri, Xəqani küçəsi 639, ev 83 ünvanında 15 manata qanunsuz olaraq satmış, 0,597 qram çəkidə narkotik vasitə olan heroini və 0,277 qram çəkidə psixotrop maddə metamfetamini açıq vəziyyətdə taxta parçasının üzərində saxlayıb, qalan narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini elektron tərəzi vasitəsilə ölçüb, narkotik vasitə olan heroini 0,089 qram, 58,985 qram, 19,278 qram, 0,140 qram, 0,078 qram, 0,098 qram, 0,090 qram, 0,100 qram, 0,108 qram, 0,088 qram, 0,087 qram, 0,096 qram, 0,115 qram və 0,089 qram olmaqla on dörd ədəd bükümlərə, psixotrop maddə olan metamfetamini 0,169 qram, 0,467 qram və 59,169 qram olmaqla üç ədəd bükümlərə qablaşdıraraq, açıq vəziyyətdə olan 0,597 qram narkotik vasitə heroin və 0,277 qram psixotrop maddə metamfetamini, həmçinin 0,169 qram və 0,467 qram çəkidə iki ədəd bükümlərdə psixotrop maddə olan metamfetamini, üzərində heroin izləri olan bir ədəd elektron tərəzini yaşadıqları Şirvan şəhəri, Xəqani küçəsi 639, ev 83 ünvanındakı evinin qonaq otağında olan masanın üzərində, 19,278 qram, 0,140 qram, 0,078 qram, 0,098 qram, 0,090 qram, 0,100 qram, 0,108 qram, 0,088 qram, 0,087 qram, 0,096 qram, 0,115 qram və 0,089 qram çəkidə olmaqla on iki ədəd bükümlərdə narkotik vasitə olan heroini evə girişdən sol tərəfdə olan birinci otaqdakı rəfdə, 59,169 qram çəkidə bir ədəd bükümdə psixotrop maddə metamfetamini və 58,985 qram çəkidə bir ədəd bükümdə narkotik vasitə olan heroini yaşadıqları evə girişdən sol tərəfdə yerləşən ikinci yataq otağındakı rəfdə satış məqsədilə gizlətməklə saxlamış, habelə arvadı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək narkotik vasitələrin və psixotrop maddələrin istehlakını təmin etmək məqsədilə həmin ünvanda narkotik vasitələrin və psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil etmiş, 0,089 qram çəkidə narkotik vasitə olan heroin şərti alıcı qismində əməliyyat tədbirində iştirak edən Şahid10 tərəfindən 04 avqust 2021-ci il tarixdə Şirvan şəhər polis şöbəsinin Təhqiqat bölməsinə təqdim olunmaqla götürülmüş, qalan açıq vəziyyətdə 0,597 qram çəkidə narkotik vasitə olan heroin, açıq vəziyyətdə 0,277 qram çəkidə psixotrop maddə metamfetamin, həmçinin 0,169 qram və 0,467 qram çəkidə iki ədəd bükümlərdə psixotrop maddə olan metamfetamin, üzərində heroin izi olan bir ədəd elektron tərəzi, həmçinin şərti alıcı qismində əməliyyat tədbirində iştirak edən şərti alıcı Şahid10 tədbirdə istifadə olunması üçün verilmiş A09954201, A42036910, A02147256 seriyalı üç ədəd beş manatlıq pul əskinasları onun yaşadığı Şirvan şəhəri, Xəqani küçəsi 639, ev 83 ünvanına Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən Şirvan şəhər məhkəməsinin qərarına əsasən 04 avqust 2021-ci il tarixdə saat 18 radələrində keçirilmiş baxış zamanı evin qonaq otağındakı masanın üzərindən, 19,278 qram, 0,140 qram, 0,078 qram, 0,098 qram, 0,090 qram, 0,100 qram, 0,108 qram, 0,088 qram, 0,087 qram, 0,096 qram, 0,115 qram və 0,089 qram çəkidə olmaqla on iki ədəd bükümlərdə narkotik vasitə olan heroin yaşadığı evə girişdən sol tərəfdə olan birinci otaqdakı rəfdən, 59,169 qram çəkidə bir ədəd bükümdə psixotrop maddə metamfetamin və 58,985 qram çəkidə bir ədəd bükümdə narkotik vasitə olan heroin yaşadığı evə girişdən sol tərəfdə yerləşən ikinci yataq otağındakı rəfdən, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin istehlakı üçün nəzərdə tutulmuş içərisində narkotik vasitə heroinin izləri olan üç ədəd birdəfəlik şprislər evə girişdə olan pilləkənin üzərindən aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirmək ilə bağlı qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib, cinayət əlaqəsinə girərək istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq satış məqsədi ilə ümumi təmiz çəkisi 82,37 qram olmaqla külli miqdar təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumi təmiz çəkisi 81,378 qram olmaqla külli miqdar təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, təmiz çəkisi 24,784 qram olmaqla kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki əldə edərək, heroinin 80,038 qramını və psixotrop maddə metamfetaminin 60,082 qramını Şirvan şəhəri, Xəqani küçəsi 639, ev 83 ünvanında yaşamış Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satışının həyata keçirilməsi məqsədi ilə vermiş, qalan 21,296 qram çəkidə psixotrop maddə metamfetamini və 2,332 qram narkotik vasitə heroini elektron tərəzi vasitəsilə ölçüb, narkotik vasitə heroini 0,408 qram, 0,400 qram, 0,351 qram, 0,354 qram, 0,381 qram, 0,397 qram, 0,041 qram olmaqla yeddi ədəd bükümlərə, psixotrop maddə metamfetamini isə 20,965 qram, 0,054 qram, 0,050 qram, 0,055 qram, 0,068 qram, 0,053 qram, 0,051 qram olmaqla yeddi ədəd bükümlərə qablaşdırmaqla, bir ədəd bükümdə 24,784 qram çəkidə narkotik vasitə tiryəklə birlikdə qara rəngli çantada satış məqsədilə saxlayıb üzərində daşımış və 14 sentyabr 2021-ci il tarixdə saat 21 radələrində Şirvan şəhər polis şöbəsinin Narkotiklərlə Mübarizə qrupunun əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman bir ədəd bükümdə 20,965 qram çəkidə psixotrop maddə metamfetamin, bir ədəd bükümdə 24,784 qram çəkidə narkotik vasitə tiryək, 0,408 qram, 0,400 qram, 0,351 qram, 0,354 qram, 0,381 qram, 0,397 qram, 0,041 qram çəkilərdə narkotik vasitə olan heroin bir ədəd sarı rəngli plastmas qabın içərisindən yeddi ədəd bükümlərdə, 0,054 qram, 0,050 qram, 0,055 qram, 0,068 qram, 0,053 qram, 0,051 qram çəkilərdə psixotrop maddə metamfetamin bir ədəd sarı rəngli plastmas qabın içərisindən altı ədəd bükümlərdə, bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan «Aosai pocket scale» markalı elektron tərəzi çiynində olan qara rəngli çantadan aşkar olunaraq götürülmüşdür. Dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyib, ifadəsində göstərmişdir ki, 04 avqust 2021-ci il tarixdə Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları onun yaşadığı evə videoçəkilişlə baxış keçirmişlər.Baxış zamanı evindən külli miqdarda narkotik vasitə və tərəzi götürülmüşdür. Lakin həmin narkotik vasitələr və tərəzi ona ona aid deyil. Bir qram yarım heroin ona aiddir. Qalan narkotik vasitələri polis əməkdaşı Namaz onun evinə qoymuşdur. Arvadı Qönçəgülün heç bir şeydən məlumatı olmamışdır. Həmin gün Cəlal onun evinə gələrək arvadına 15 manat pul vermişdir. Lakin həmin pulun müqablində ona narkotik satmamışlar. O taksi sürücüsüdür. Cəlaln da ona borcu olduğundan həmin borcunu qaytarmışdır. Evə baxış videoçəkilişlə keçirilmişdir.Həmin vaxt evindən aşkar edilmiş narkotik vasitələrdən bir qram yarımın ona aid olduğunu demişdir.Evinin həyətindən aşkar ediən şpirislər onlara aiddir. Həmin şpirislərlə arvadı toryuqlara dərman vurmaq üçün istifadə etmişdir. Təqsirləndirilən şəxs3 onun arvadı Qönçəgüllə toyuq-cücə alveri edir. Asifə narkotik vasitə satmamış və ya ondan narkotik vasitələr almamışlar. İbtidai istintaq zamanı verdiyi ifadələri təstiq etmir.Evinə baxış keçirilərkən və sonra polis əməkdaşları tərəfindən onlara hər hansı zor tətbir olunmamışdır. Məhkəmədə CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və hazırki məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs1 vəkilinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 həmin ifadəsində göstərmişdir ki, təxminən 1 aydır ki, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğuldur. Narkotik vasitə və psixotrop maddələrin istifadəçisi deyildir. 04 avqust 2021-ci il tarixdə axşam saatlarında Asif adlı Şirvan şəhər sakini onun yaşadığı ünvana gələrək onu çağırıb 2 ədəd sellofan bükümdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin vermişdir. O, Asifə həmin 02 ədəd sellofan bükümdə narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin müqabilində 40 manat pul vermişdir. Həmin tarixdə saat 17 radələrində Cəlal adlı Şirvan şəhər sakini onun yaşadığı ünvana gəlmişdir. Cəlal ondan 01 ədəd bükümdə narkotik vasitə heroin istəmişdir. Bunun müqabilində o, Cəlaldan 15 manat pul istəmişdir. Cəlal ona 03 ədəd 5 manatlıq pul əskinasları verdikdən sonra o, evdən 01 ədəd sellofan bükümdə narkotik vasitə heroin gətirərək Cəlala vermişdir. Daha sonra Cəlal yaşadığı Şirvan şəhəri, Xəqani küçəsi 639, ev 83 ünvanının qarşısından uzaqlaşaraq getmişdir. Təxminən saat 18 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları yaşadığı ünvana gəlmişlər. Həmin vaxt evdə arvadı Qönçəgül olmuşdur. Polis əməkdaşları onlara Şirvan şəhər Məhkəməsinin 04 avqust 2021-ci il tarixli daxil olma və baxış keçirilməsi haqqında qərarını elan etdikdən sonra yaşadıqları ünvana daxil olmuşlar. Evə daxil olduqda evin girişdə sağda yerləşən qonaq otağına daxil olduqda masanın üzərində 01 ədəd sellofan bükümdə narkotik vasitə heroin, 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin, 01 ədəd açıq vəziyyətdə olan elektron tərəzi, 15 manat və 50 manat pul əskinasları aşkar olunmuşdur. 50 manat pul ona məxsus olmuş, lakin 15 manat pul isə narkotik vasitənin Cəlala satmağından əldə olunan gəlir olmuşdur. O, orada etiraf etmişdir ki, narkotik vasitə və psixotrop maddə ona məxsusdur. Həmin vaxt polis əməkdaşları evdə sərbəst vəziyyətdə gəzmişlər. Daha sonra onun evinə girişdə solda yerləşən 2 yataq otağının da ikisindən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Həmin 2 yataq otağından aşkar olunan narkotik vasitə və psixotrop maddələr ona məxsus deyil. Həmin narkotik vasitə və psixotrop maddələri polis əməkdaşları onun evinin hər iki yataq otağına qoymuşlar. Yalnız evin qonaq otağından aşkar olunan narkotik vasitələr ona məxsusdur. O, görmüşdür ki, Namaz adlı polis əməkdaşı narkotik vasitə və psixotrop maddələri yataq otağından aşkar edir. Həmin narkotik vasitə və psixotrop maddələri elə Namaz onun evinin yataq otaqlarına qoymuşdur. Həmin vaxt orada dəvət olunmuş hal şahidləri də olmuşdur. Evdən aşkar olunmuş vasitələr polis əməkdaşları tərəfindən götürülmüşdür. Polis əməkdaşları tərəfindən tərtib olunmuş protokola o da imza etmişdir. Daha sonra onlar polis əməkdaşları tərəfindən polis şöbəsinə dəvət olunmuşlar. Şirvan şəhər polis şöbəsində hüquqlarının müdafiəsi üçün ona vəkillərin siyahısı təqdim olunduqda o, hüquqlarının müdafiəsi üçün vəkil X1. İlqar Tapdıqov polis şöbəsinə gəldikdən sonra polis əməkdaşları və onun iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl ona bu barədə etirazı olub-olmadığı soruşulmuşdur. O, etirazı olmadığını bildirmişdir. Şifahi sorğu zamanı üzərində narkotik vasitə, döyüş sursatı və sair qadağan olmuş əşyanın olub-olmadığı soruşulduqda o, üzərində heç bir qanunsuz əşya və predmet olmadığını bildirmişdir. Şifahi sorğu zamanı bildirmişdir ki, evinin qonaq otağından aşkar olunan 1 ədəd sellofan bükümdə narkotik vasitə heroin və 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin, tərəzi ona məxsusdur. Lakin, evinin yataq otaqlarından aşkar olunan narkotik və psixotrop maddələr ona məxsus deyil. Həmçinin evinin qonaq otağında olan narkotik vasitə və psixotrop maddə ümumilikdə 1,5 qram təşkil edir. Daha sonra şəxsi axtarışa başlanılmışdır. Şəxsi axtarış zamanı üzərindən qanunsuz predmet aşkar olunmamışdır. Daha sonra polis əməkdaşları tərəfindən protokol tərtib olunmuş, o, həmin protokol ilə tanış olaraq orada imza etmişdir. Dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 04 avqust 2021-ci il tarixdə Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları onun yaşadığı evə videoçəkilişlə baxış keçirmişlər.Baxış zamanı evindən külli miqdarda narkotik vasitə və tərəzi götürülmüşdür. Lakin həmin narkotik vasitələrdən onun heç bir məlumatı olmamışdır. Həmin gün Cəlal onlara gələrək 15 manat pul verib Firuza borclu olduğunu bildirmişdir. Ondan narkotik vasitə istəməmişdir. Həyətlərindən şpirislər aşkar edilərək götürülmüşdür. Həmin şpirislər onun toyuqlara dərman vurduğu şpirislərə oxşamır. Onun istifadə etdiyi spirislər böyük olmuşlar. Onun əri Firuzun narkotik vasitələr satmasından məlumatı olmamışdır. Firuz onun işlərinə qarışmasına imkan verməmişdir. Təqsirləndirilən şəxs3 narkotik vasitələr almamışdır. Onunla toyuq-cücə alveri etmişlər. O istintaqda verdiyi ifadəsini təsdiq etmir. Məhkəmədə verdiyi ifadə düzdür. Məhkəmədə CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və hazırki məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs2 vəkilinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. İbtidai istintaq zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 04 avqust 2021-ci il tarixdə saat 14 radələrində əri Təqsirləndirilən şəxs1 ilə birgə yaşadığı Şirvan şəhəri, Xəqani küçəsi 639, ev 83 ünvanında olan zaman Firuz istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən tanışı Asif adlı şəxsə zəng etmişdir. Asif adlı şəxs mütəmadi olaraq evlərinə gəlmişdir. Asifin yaşadığı yeri bilmir. Firuzun Asifə zəng etməyində məqsəd onların narkotik vasitə və psixotrop maddələrin alqı-satqısından irəli gələn söhbətlər etməsi olmuşdur. Təxminən bir neçə dəqiqə sonra Asif həyətə gəlmişdir. Asif Firuza narkotik vasitə gətirmişdir. O, Firuza demişdir ki, narkotik vasitə lazım deyil. Lakin Firuz ona qulaq asmamışdır. Sonradan eşitmişdir ki, Firuz Asifə narkotik vasitənin müqabilində 30 manat pul vermişdir. Əri Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğuldur. O, Firuza hətta irad bildirmişdir ki, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasın. 04 avqust 2021-ci il tarixdə saat 17 radələrində yaşadıqları ünvanın qapısı döyülmüşdür. Həmin şəxs əri Firuzu səsləmişdir. O, qapını açdıqda həmin şəxs özünü Cəlal adlı şəxs kimi təqdim etmişdir. Həmin şəxsi ilk dəfədir ki, görmüşdür. Firuz evin pəncərəsindən həmin şəxsi görərək sonuncunu həyətyanı sahəsinə dəvət etmişdir. Cəlal ona bildirmişdir ki, narkotik vasitə istəyir. Həmçinin Cəlal qeyd etmişdir ki, Firuzla əlaqə saxlamışdır. Bundan sonra həmin şəxs ona 15 manat pul təqdim etmişdir. Firuz ona bildirmişdir ki, həmin pul vəsaitini həmin şəxsdən qəbul etsin. O, 15 manat pulun narkotik vasitənin pulu olduğunu bilmişdir. O, həmin pulu Firuza verdikdən sonra Firuz Cəlala narkotik vasitə verəcək. O, pulu Cəlaldan alıb Firuza verdikdən sonra Firuz evdən bir bükümdə narkotik vasitə gətirərək Cəlala vermişdir. Bundan sonra Cəlal getmişdir. Həmin tarixdə saat 18 radələrində Şirvan ŞPŞ-nin əməkdaşları yaşadıqları ünvana gəlmişdir. Onlar Şirvan şəhər Məhkəməsinin daxil olma və baxış keçirilməsi haqqında qərarını elan etmişlər. Polis əməkdaşları evin həyətindən girişdə sağda yerləşən bir mərtəbəli evlərinə daxil olmuşlar. Onlar hamısı birlikdə evin girişdə sağda yerləşən qonaq otağına daxil olmuşlar. Qonaq otağına daxil olduqda masanın üzərində 01 ədəd elektron tərəzi, 03 ədəd 5 manatlıq əskinas və 01 ədəd 50 manatlıq əksinas vardır. Bundan başqa həmin qonaq otağının üzərində 1 ədəd sellofana bükülmüş vəziyyətdə psixotrop maddəyə bənzər kristal şəkilli kütlə, 01 ədəd gümüşü rəngli kağıza bükülmüş psixotrop maddəyə bənzər kütlə, 01 ədəd ağ rəngli kağızda psixotrop maddə və 01 ədəd rəngli kağıza bükülmüş narkotik vasitə heroin aşkar edilmişdir. Bundan sonra evin girişdə solda yerləşən yataq otağına daxil olduqda yataq otağında olan rəfdən 01 ədəd sellofan və kağız bükümlərdə narkotik vasitə heroin aşkar olunmuşdur. Evin girişdə solda yerləşən 2-ci yataq otağındakı rəfdən də 2 bükümdə narkotik vasitə aşkar edilmişdir. Ola bilər ki, narkotik vasitələrin bir çoxunu xatırlamır. Çünki evdən çox şey çıxmışdır. Bundan başqa evin həyətindəki pilləkənin üzərindən 03 ədəd şpiris aşkar edilmişdir. Həmin gün səhər evlərinə gələn 2 nəfər şəxs həyətlərində həmin şpirislərlə narkotik vasitəni inyeksiya yolu ilə qəbul etmişlər. Həmin şəxsləri tanımır. Həmin şəxslər kişi cinsli, orta yaşlı şəxslər olmuşdur. Baxış istintaq hərəkəti yekunlaşdıqdan sonra polis əməkdaşları Firuzla onu polis şöbəsinə gətirmişlər. Şirvan şəhər polis şöbəsində hüquqlarının müdafiəsi üçün Şirvan regional vəkil bürosundan fəaliyyət göstərən vəkillərin siyahısına nəzər saldıqda orada hüquqlarının müdafiəsi üçün vəkil X2. X12 gəldikdən sonra üzərinə polis əməkdaşları və müdafiəçi Ulduzə Əhmədovanın iştirakı ilə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış başlamazdan əvvəl üzərində qanunsuz əşya, predmet və ya maddə vardırsa onları könüllü təqdim etməyini təklif etmişlər. O, üzərində sadalanan əşyaların olmamasını bildirmişdir. Şəxsi axtarış zamanı üzərindən heç bir qanunsuz predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı ondan yaşadığı ünvandan aşkar olunan narkotik vasitə və psixotrop maddələrin kimə məxsus olması soruşulduqda həmin vasitələrin əri Firuza məxsus olmasını demişdir. Daha sonra polis əməkdaşları tərəfindən protokol tərtib olunmuş, o, həmin protokol ilə tanış olaraq orada imza etmişdir. O ifadəsində həmçinin göstərmişdir ki,04 avqust 2021-ci il tarixdə saat 17 radələrində Şahid10 adlı şəxsdən 15 manat pulu qəbul edərək əri Təqsirləndirilən şəxs1 sonuncunun göstərişi ilə vermişdir. Əri Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olarkən hər hansı bir kömək etməmişdir. Əri Firuz evdə kiminsə narkotik vasitə istifadə etməsinə icazə verməmişdir. Evə gələn şəxslər yalnız evin həyətyanı sahəsində narkotik vasitələrdən istifadə etmişdir. Həmin şəxslər narkotik vasitəni istifadə etmək üçün lazım olan avadanlığı, yəni flakonu, iynəni özləri ilə gətirmişlər. Asif adlı şəxs orta yaşlarda kişi cinsli şəxsdir. Asifin saçının qarşısını azca ağarmış, uca boylu şəxsdir. Asif Şirvan şəhəri, H.Əliyev prospektinin qarşısında yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin arxasındakı evlərdə yaşayır. Asifin evinin harada olmasını dəqiq bilmir. Asif ərinə bir sellofan bükümdə narkotik vasitə heroin gətirmişdir. O, Şirvan ŞPŞ-nə gətirilərkən və Şirvan ŞPŞ-də olarkən ona qarşı heç bir fiziki zor tətbiq olunmamışdır. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs3 özünü ona elan olunmuş ittiham üzrə təqsirli biməyərək ifadəsində göstərmişdir ki, o Firuzu tanımamışdır. Onun arvadı Qönçəgüllə toyq-cücə alveri etdiyindən onu tanımışdır. O narkotik vasitə istifadəçisi olmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılarkən onun əlində narkotik vasitə olmuşdur. Həmin narkotik vasitə polis əməkdaşı Şamxalındır. O heç kimdən narkotin vasitə almamış və heç kimə narkotik vasitə satmamışdır. Ondan narkotik vasitə aşkar olunması barədə verdiyi ifadəni təsdiq etmir. İfadə verərkən ona zor tətbi olunmamışdır. İfadəni verərkən anlaqsız olmuşdur. Məhkəmədə CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və hazırki məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs3 vəkilinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs3 həmin ifadəsində özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Narkotik vasitə aludəçisidir, əsasən heroin növündən olmaqla narkotik vasitələrdən 6 ilə yaxın müddətdir ki, istifadə edir. 2021-ci ilin sentyabr ayının əvvəllərində yenə narkotik vasitə almaq istəmiş, buna görə də kimdən narkotik vasitə alacağını fikirləşməyə başlamışdır. Vurğun adlı dostundan ona narkotik almağa bir nəfər tapmasını istəmişdir. Vurğun İlkin adlı Salyan rayon sakinin narkotik vasitənin bir çox növündən atdığını demişdir. Vurğunun İlkini haradan tanıdığını bilməmişdir. Elə həmin gün də saat 18 radələrində Vurğunun idarə etdiyi “VAZ 2106” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə İlkinin yaşadığı evə getmişlər. Onlar Salyan rayonunda, “Pambıq zavod” adlanan əraziyə getmişlər. Yolda olduqları müddətdə Vurğun İlkinin mobil nömrəsinə zəng edib xəbər verdiyini demişdir. Onlar “Pambıq zavod” deyilən yerə çatanda İlkin artıq onları gözləmişdir. İlkinlə görüşəndən sonra 2000 (iki min) manat pul müqabilində metamfetamin, heroin və tiryək almışdır. Metamfetamin və tiryək hər biri 20 qramdan artıq, heroin isə 3 qrama yaxın çəkidə olmuşdur. O, həmin narkotik vasitələrdən təkcə heroindən bir neçə dəfə istifadə etmişdir. İlkin adlı şəxsdən aldığı narkotik vasitələri və psixotrop maddəni həmişə özünə məxsus olan qara rəngli çantaya qoyub özü ilə gəzdirmişdir. Çantada özünə məxsus olan, əvvəlcədən qoyduğu elektron tərəzi də olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 21 radələrində Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Azpetrol” yanacaqdoldurma yaxınlığında Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək üzərinə baxış keçirmək istədiklərini bildirmişlər. O, polis əməkdaşlarına üzərində belə bir şeyin olmadığını bildirib onlardan yayınmaq istəmişdir. Lakin onlar onu Şirvan şəhər Polis Şöbəsinə dəvət etmişlər. O, əvvəlcə polis əməkdaşlarına polis şöbəsinə getmək istəmədiyini bildirsə də, sonradan onlarla razılaşıb birlikdə Şirvan şəhər Polis Şöbəsinə gəlmişlər. Polis Şöbəsində polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah ediləndən sonra vəkillərin siyahısı təqdim olunmuşdur. O, həmin siyahıda adı qeyd olunmuş vəkil Müdafiəçi1 hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir. Vəkil Müdafiəçi1 polis şöbəsinə gələndən sonra polis əməkdaşları vəkilin yanında videoçəkilişlə üzərində qanunsuz olaraq saxlanılan narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmetlər varsa könüllü təqdim etməyini istəyəndə o, əlində olan qara rəngli çantanın ön cibindən üç ədəd mobil telefonu, psixotrop maddə olan metamfetamini, arxa cibindən isə elektron tərəzini və narkotik vasitə olan heroinlə tiryəki çıxardaraq könüllü təqdim etmiş və üzərində ondan başqa heç bir narkotik vasitə və qanunsuz əşya olmadığını bildirmişdir. Həmin bükülülər vəkilin iştirakı ilə açılaraq içərisinə baxılmışdır. Bundan sonra polis əməkdaşı tərəfindən üzərinə şəxsi axtarış aparılsa da üzərindən başqa heç bir narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmetlər aşkar olunmamışdır. Polis işçilərinin sorğusuna cavab olaraq bildirmişdir ki, şəxsi axtarış zamanı könüllü olaraq təqdim etdiyi bükümlərdəki, psixotrop maddə olan metamfetamin, narkotik vasitə olan heroin və tiryəkdir. Onların hamısını 2021-ci ilin sentyabr ayının əvvəllərində İlkin adlı Salyan rayon sakinindən 2000 manat müqabilində almışdır. Polis işçiləri tərəfindən bu barədə protokol tərtib edilərək ucadan oxunmuşdur. Heç bir şikayəti və tələbi olmadığından tərtib edilmiş protokolu özü də imzalamışdır. O narkotik vasitələri və psixotrop maddələri özü istifadə etmək üçün üzərində saxlamışdır. Narkotik vasitələri elektron tərəzi ilə çəkib, sonra istifadə etmiş, buna görə də tərəzini üzərində gəzdirmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmur, narkotik vasitə istifadəçisidir, lakin narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. İlkini tanımamış, sonuncunu Vurğun adlı dostunun vasitəsilə tanımışdır. Vurğun Salyan rayonunda, “kauçuk zavodu” adlanan zavodun yanındakı qəsəbədə yaşayır, onunla dostdur. Vurğunu 1 ilə yaxındır ki, tanıyır. Belə ki, Vurğunla bir dəfə hansısa bir toyda təsadüfən rastlaşmışlar və münasibətləri də elə oradan yaranmışdır.Təqsirləndirilən şəxs3 14 sentyabr 2021-ci il tarixdə verdiyi ifadəsində göstərmişdir ki, Şirvan şəhər sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanıyır. Firuz Şadlinksi və sonuncunun arvadı Təqsirləndirilən şəxs2 bir ildir ki, tanıyır. Onlar narkotik vasitə və psixotrop maddələrin birgə satışı ilə məşğuldurlar. O da narkotik vasitə istifadəçisi olduğundan dəfələrlə onların yaşadığı ünvana gedərək orada narkotik vasitə istifadə etmişdir. Çünki onlar narkotik vasitəni satdıqdan sonra həmin narkotik vasitəni aparmağa qoymurlar. Yəni onlar evlərində tiryəkxana təşkil edirlər. Təxminən 2021-ci ilin iyul ayında onların Şirvan şəhəri,”Bağ evləri” yaşayış massivində yerləşən evlərinə gedərək Firuza 10 manat pul vermiş, sonuncu da bunun müqabilində ona 1 ədəd bükümdə narkotik vasitə heroin vermişdir. Bu zaman Firuzun arvadı Qönçəgül də orada olmuşdur. Firuz ona verdiyi narkotik vasitəni elə oradaca da istifadə etməyi tapşırmış, o da həmin narkotik vasitəni istifadə etmişdir. Narkotik vasitəni inyeksiya yolu ilə qəbul etmək üçün Firuz və Qönçəgül şpris və sair avadanlıqlar vermişlər. Firuz Şadlinksi və Qönçəgül Başxəliyeva onların yaşadığı ünvanda narkotik vasitə istifadə etmək üçün ondan pul almamış, onlar sadəcə onlardan alınan narkotik vasitənin pulunu almışlar. Narkotik vasitəni isə alıb aparmağa icazə verməmişlər. Əgər onların narkotik vasitə alınırdısa narkotik vasitə orada istifadə olunmalı olmuşdur. Təqsirləndirilən şəxs1 narkotik vasitə satmamış, Firuzun və Qönçəgülün dedikləri yalandır. O, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul deyil. O, Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “Azpetrol” YDM-nin arxasında yerləşən evlərdə yaşayır,onun “Hyundai İx 35” markalı avtomobili yoxdur, həmin avtomobili onun idarə etdiyi dövr olmuşdur. Həmin markalı avtomobil onun yeznəsi Teyyub Həsənova məxsusdur. Avtomobilin dövlət qeydiyyat nişanını xatırlamır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittiham olunan cinayət əməllərini törətmələri, özlərinin məhkəmədə tədqqiq edilmiş ibtidai istintaq zamanı vermiş olduqları ifadələrindən başqa, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspertiza rəyləri, istintaq hərəkəıti protokolları, maddi sübutlar sənədlər və işin faktiki halları ilə onlara tamamilə sübutdur. Belə ki, məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 03 avqust 2021ci il tarixdə ünvan 11 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 və onun arvadı Təqsirləndirilən şəxs2 birgə yaşadıqları həmin ünvanda tiryəkxana təşkil etməklə narkotik vasitə və psixotrop maddələrin saxlanılması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar Şirvan şəhər məhkəməsinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadığı şəhərin Xəqani küçəsi 639 ev 83 ünvanına baxış keçirilməsi ilə bağlı qərar qəbul edilmişdir. 04 avqust 2021-ci il tarixdə Şirvan şəhər sakini Şahid10 ərizə ilə Şirvan şəhər polis şöbəsinə müraciət edərək Təqsirləndirilən şəxs1 və onun arvadı Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olmalarını və həmin şəxslərin ifşa olunmasında köməklik göstərə biləcəyini bildrmişdir. Ona görə də Şahid10 şərti alıcı qismində 3 ədəd 5 manatlıq əskinaslardan ibarət 15 manat pul verilmiş və həmin pulun Şahid10 verilməsi ilə bağlı protokol tərtib edilməklə pulların seriya nömrələri protokola qeyd olunmaqla, pulların surətləri çıxarılıb protokola əlavə olunmuşdur. Bundan sonra Şahid10 şərti alıcı kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadığı ünvana getmiş, bir qədər sonra Cəlal polis şöbəsinə gələrək ərizə ilə müraciət edib Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aldığı bir bükümdə narkotik vasitə olan heroini təqdim etmişdir. Bundan sonra Şirvan şəhər polis şöbəsinin əməliyyat müvəkkilləri Şahid3, Şahid7, təhqiqatçısı Şahid6, polis nəfərləri Şahid5, Şahid4 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Həmçinin Şahid8 və Şahid9 hal şahidi qismində dəvət olunmuşlar. Daha sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadığı ünvana getmişlər. Həmin ünvana çatdıqdan sonra Şirvan şəhər məhkəməsinin qərarı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş və hal şahidlərinin iştirakları ilə evə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı evin qonaq otağında masanın üzərində iki ədəd bükümlərdə psixotrop maddə metamfetaminə bənzər, həmçinin masanın üzərində olan yumru taxtanın üzərində açıq vəziyyətdə psixotrop maddə metamfetamin və narkotik vasitə heroinə bənzər maddələr, bir ədəd işlək vəziyyətdə olan elektron tərəzi, üç ədəd beş manatlıq, bir ədəd əlli manatlıq pul əskinasları aşkar olunmuşdur. Baxış zamanı evə girişdən sol tərəfdə yerləşən yataq otağındakı rəfdən on iki ədəd bükümlərdə narkotik vasitə heroin, digər yataq otağındakı rəfdən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 qonaq otağından aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrin, o cümlədən elektron tərəzinin ona məxsus olduğunu, beş manatlıq əskinasları narkotik vasitənin satışından əldə etdiyini, evindən aşkar olunmuş digər narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olmadığını bildirmişdir. Daha sonra baxış zamanı evin həyətindən narkotik vasitədə istifadə olunmuş şprislər aşkar olunmuşdur. Sonra təhqiqatçı tərəfindən baxış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və həmin protokola bütün iştirakçılar imza etmişlər. Daha sonra isə Firuz və Qönçəgül polis şöbəsinə dəvət olunmuşlar. Orada onların üzərlərinə ayrı-ayrılıqda axtarış keçirilmişdir.Şəxsi axtarış zamanı onların üzərlərindən heç bir qanunsuz əşya və maddə aşkar olunmamışdır. Sorğu zamanı Qönçəgül Şahid10 onların evinə gələrək ondan narkotik vasitə istədiyini, o da Cəlaldan 15 manat pul alıb ona heroin verməsi üçün əri Firuza verdiyini, evlərində aşkar olunan narkotik vasitələr və psixotrop maddələrin əri Firuza məxsus olduğunu bildirmişdir. Firuzda Şahid10 15 manat müqabilində narkotik vasitə satdığını, evinin qonaq otağından aşkar olunmuş narkotik vasitə və psixotrop maddələr ona məxsus olduğunu, digər otaqlardan aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələri otaqlara polis əməkdaşları qoyduqlarını, qonaq otağından aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri Asif adlı şəxsdən 40 manata aldığını, arvadı Qönçəgülün bundan xəbəri olduğunu və onu bu əməlindən çəkindirməyə çalışdığını, 1 ay olarki narkotik vasitələrin satışı ilə məşğul olduğunu və özü istifadə etdiyini bildirmişdir. Bununla əlaqədar olaraq protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. O daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələri və psixotrop maddələri polis əməkdaşlarının onun evinə qoyması barədə verdiyi ifadəsi yalandır, onlar narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmuşlar. Bununla yanaşı həmin şəxslər evlərinə narkotik vasitə almağa gələn şəxsləri narkotik vasitə ilə buraxmayaraq, öz həyətində narkotik vasitəni istifadə etmələrini tələb etmişlər. Şadlinskinin yaşadığı evinə baxış zamanı aşkar olunmuş şpirislər bunu təstiq edir. Onların narkotik vasitələrin satışı ilə məşqul olmaları barədə əməliyyat məlumatlarıpolis şöbəsinə daxil olmişdur. Dindirilmiş şahidlər Şahid7, Şahid4 və Şahid5 Şahid1 ifadəsində göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadələr verdilər. Dindirilmiş şahid Şirvan şəhər polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı Şahid6 ifadəsində göstərmişdir ki, 03 avqust 2021-ci il tarixdə ünvan 11 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 və onun arvadı Təqsirləndirilən şəxs2 birgə yaşadıqları həmin ünvanda tiryəkxana təşkil etməklə narkotik vasitə və psixotrop maddələrin saxlanılması və satışı ilə məşğul olması barədə Şirvan şəhər polis şöbəsinə daxil olmuş əməliyyat məlumatları əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadığı ünvana baxış keçirilməsi ilə bağlı Şirvan şəhər məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadığı şəhərin Xəqani küçəsi 639 ev 83 ünvanına baxış keçirilməsi ilə bağlı qərar qəbul edilmişdir. 04 avqust 2021-ci il tarixdə Şirvan şəhər sakini Şahid10 ərizə ilə Şirvan şəhər polis şöbəsinə müraciət edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olmalarını və həmin şəxslərin ifşa olunmasında köməklik göstərə biləcəyini göstərmişdir. Ona görə də Şahid10 şərti alıcı qismində 3 ədəd 5 manatlıq əskinaslardan ibarət 15 manat pul verilmiş və həmin pulun Şahid10 verilməsi ilə bağlı müvafiq protokol tərtib edilməklə pulların seriya nömrələri protokola əlavə edilmiş və pulların surətləri çıxarılıb protokola əlavə olunmuşdur. Bundan sonra Şahid10 şərti alıcı kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadığı ünvana getmiş, sonra da Şahid10 polis şöbəsinə gələrək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aldığı bir bükümdə narkotik vasitə olan heroini təqdim etmişdir. Bundan sonra Şirvan şəhər X11 ilə Mübarizə Qrupunun baş əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkili Şahid3, Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid7, polis nəfərləri Şahid5 və Şahid4 ibarət əməliyyat qrupu yaradılmşdır. Şahid8 və Şahid9 hal şahidi qismində dəvət olunmuşlar. Əməliyyat qrupu hal şahidlkəri ilə birgə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadığı ünvana getmişlər. Həmin ünvana çatdıqdan sonra qapını açan Təqsirləndirilən şəxs2 gəlmə səbəbini izah edib evə daxil olmuşlar, orada Şirvan şəhər məhkəməsinin qərarı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş və evə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı evin qonaq otağında masanın üzərində iki ədəd bükümlərdə psixotrop maddə metamfetaminə bənzər maddələr, həmçinin masanın üzərində olan yumru taxtanın üzərində açıq vəziyyətdə psixotrop maddə metamfetamin və narkotik vasitə heroin, bir ədəd işlək vəziyyətdə olan elektron tərəzi, üç ədəd beş manatlıq, bir ədəd əlli manatlıq pul əskinasları aşkar olunmuşdur. Daha sonra baxış zamanı evə girişdən sol tərəfdə yerləşən birinci yataq otağındakı rəfdən on iki ədəd bükümlərdə narkotik vasitə heroin, evin digər yataq otağındakı rəfdən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 qonaq otağından aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrin, o cümlədən elektron tərəzinin ona məxsus olduğunu, beş manatlıq əskinasları narkotik vasitənin satışından əldə etdiyini, evindən aşkar olunmuş digər narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olmadığını bildirmişdir. Daha sonra baxış zamanı evin həyətindən, evin giriş qapısına qalxmaq üçün nəzərədə tutulmuş pilləkanda narkotik vasitədə istifadə olunmuş şprislər aşkar olunmuşdur. Sonra tərəfindən baxış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və həmin protokola bütün iştirakçılar imza etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 və onun arvadı Təqsirləndirilən şəxs2 polis şöbəsinə dəvət olunmuşlar .Polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən şübhəli şəxs qismində tutulmuşlar. Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmək üçün təqdim olunmuş vəkilin, həmçinin baş əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkili Şahid3, həmçinin uçot qeydiyyat statistik qrupun kiçik inspektoru Zülfiyyə Nuriyevanın iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən heç bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Şifahi verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Şahid10 adlı şəxs onların evinə gələrək ondan narkotik vasitə istəmiş, o da Cəlaldan 15 manat pul alıb əri Firuza vermişdir ki, Cəlala narkotik vasitə heroin versin. Evlərindən aşkar olunmuş heroin və metamfetaminin əri Firuza məxsus olduğunu bildirmişdir. Sonra tərəfindən protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Daha sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən heç bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Şifahi verilən suallara cavab olaraq o Şahid10 15 manat müqabilində narkotik vasitə satdığını, evinin qonaq otağından aşkar olunmuş narkotik vasitə və psixotrop maddələr ona məxsus olduğunu, digər otaqlardan aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələri otaqlara polis əməkdaşlarının qoyduqlarını, qonaq otağından aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri Asif adlı şəxsdən 40 manat verməklə aldığını, arvadı Qönçəgülün bundan xəbəri olduğunu, arvadının onu bu əməlindən çəkindirməyə çalışdığını bildirmişdir. Sonra tərəfindən protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələri onun evinə polis əməkdaşlarının qoyduqları barədə dediklər tamamilə yalandır.Baxış və götürmə zamanı onlara heç bir təsir və ya təzyiq olunmamışdır. Dindirilmiş şahid Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs3 üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi və saxlaması barədə məlumat daxil olduğundan onun ətrafında təxirə salınmaz əməliyyat axtarış tədbirləri keçirilməsi barədə tərəfindən qərar qəbul edilmişdir. Həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra 14 sentyabr 2021-ci il tarixdə saat 21:00-da o, Şirvan şəhər X11 ilə Mübarizə Qrupunun əməliyyat müvəkkili Şahid3 ilə birlikdə əməliyyat tədbirləri keçirtmişlər və şəhərin Heydər Əliyev prospektində yerləşən "Azpetrol" yanacaq doldurma məntəqəsinin arxasında Təqsirləndirilən şəxs3 saxlanılaraq Şirvan şəhər polis şöbəsinə dəvət olunmuşdur. Orada Vəkil Müdafiəçi1 iştirakı ilə onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Axtarış aprılmazdan əvvəl ona üzərində videoçəkilişlə ona üzərində qanunla qadağan olunmuş narkotik vasitə və predmet varsa, təqdim etməsi ona təklif olunmuşdur. Təqsirləndirilən şəxs3 çiynindən asdığı bir ədəd qara rəngli çantadan 1 ədəd "NOKİA" markalı, 1 ədəd "İPHONE 5S" markalı və 01 ədəd "SAMSUNG DUOS" markalı mobil telefonları, bir ədəd şəffaf sellofan bükümdə olan kütləni və 1 ədəd qara rəngi üzərində "Aosai pocket scale" sözləri olan elektron tərəzini, 1 ədəd şəffaf sellofana bükülü qara rəngli kütləni və 2 ədəd sarı rəngli kauçuk materialından olan qabları təqdim etmişdir. Təqsirləndirilən şəxs3 təqdim etdiyi 1 ədəd şəffaf sellofan bükümdə olan kütlənin psixotrop maddə olan metamfetamin olduğunu, digər 1 ədəd sellofan bükümdə olan kütlənin narkotik vasitə tiryək olduğunu, həmçinin 2 ədəd sarı rəngli kauçuk qabın birində yeddi ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin olduğunu, digər kauçuk qabda isə altı ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirmiş və özünün iştirakı ilə təqdim etdiyi bükümlərə baxış keçirilmişdir. Bundan sonra onun üzərinə vəkilin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs3 üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs3 təqdim etdiyi bükümlərdə olan narkotik vasitəyə və psixotrop maddəyə bənzər kütlələri Salyan rayonunda yerləşən Pambıq zavodnun yerləşdiyi küçədə yaşayan İlkin adlı şəxsdən 2000 manat pul müqabilində aldığını, elektron tərəzinin isə ona məxsus olduğunu, həmin elektron tərəzi vasitəsilə narkotik vasitələri və psixotrop maddələri çəkib bükümlərə ayırmaq üçün istifadə etdiyini bildirmişdir. Şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs3 təqdim etdiyi içərisində narkotik vasitəyə və psixotrop maddəyə bənzər kütlələr və 1 ədəd elektron tərəzi, həmçinin 1 ədəd "NOKİA" markalı, 1 ədəd "İPHONE 5S" markalı və 1 ədəd "SAMSUNG DUOS" markalı mobil telefonlar götürülərək qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunmuş, ucadan oxunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün protokol iştirakçılar, eləcə də Təqsirləndirilən şəxs3 özü tərəfindən imzalanmışdır. Dindirilmiş Şahid3 dindirilmiş şahidlər Şahid1 və Şahid2 ifadələrində göstərdikləri xüsusatları təsdiq edərək onlarla eyni məzmunlu ifadə verdi. Dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 04 avqust 2021-ci il tarixdə saat 16 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən o və Şahid9 hal şahidi qismində dəvət olunmuşlar. Polis şöbəsində şərti alıcı kimi Cəlal adlı şəxsə polis əməkdaşları tərəfindən 3 ədəd beş manatlıq pul əskinasları verilmişdir. Cəlal da gedib bir müddət sonra qayıtmışdır. Bundan sonra onlar polis əməkdaşları ilə birlikdə Şirvan şəhəri, Xəqani küçəsi 639, ev 83 ünvanına getmişlər. Orada qapını sonradan adını bildiyi Qönçəgül açmış və polis əməkdaşları ona gəlmə səbəbini izah etdikdən sonra evə daxil olmuşlar. Evdə bir nəfər kişi sonradan adını bildiyi Firuz da olmuşdur. Polis əməkdaşları onlara məhkəmə qərarını təqdim edib həmin qərara əsasən evə baxış keçirəcəklərini bildirmişlər.Baxış zamanı evin qonaq otağında masanın üzərində iki ədəd bükümlərdə psixotrop maddə metamfetaminə bənzər maddələr, həmçinin masanın üzərində açıq vəziyyətdə psixotrop maddə metamfetamin və narkotik vasitə heroin, bir ədəd işlək vəziyyətdə olan elektron tərəzi, üç ədəd beş manatlıq, bir ədəd əlli manatlıq pul əskinasları aşkar olunmuşdur. Daha sonra baxış zamanı evə girişdən sol tərəfdəki otaqdakı rəfdən on iki ədəd bükümlərdə narkotik vasitə heroin aşkar olunmuşdur. Daha sonra baxış zamanı evin ikinci yataq otağındakı rəfdən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər, bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 qonaq otağından aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrin, o cümlədən elektron tərəzinin ona məxsus olduğunu, beş manatlıq əskinasları narkotik vasitənin satışından əldə etdiyini, evindən aşkar olunmuş digər narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olmadığını bildirmişdir. Daha sonra baxış zamanı evin həyətindən narkotik vasitədə istifadə olunmuş şprislər aşkar olunmuşdur. Sonra təhqiqatçı tərəfindən baxış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və həmin protokola bütün iştirakçılar imza etmişdir. Evə baxış keçirilən zaman onlara heç bir təsir və ya təzyiq olunmamışdır. Dindirilmiş şahid İsmayılov X7 Hüseynovun ifadəsində göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə verdi. Dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Firuzla qonşudur. Özü narkotik istifadəçisidir. O Firuzdan və Firuzun arvadı Qönçəgüldən dəfələrlə heroin və metamfetamin almışdır. 03 avqust 2021-ci il tarixdə Şirvan şəhər Polis şöbəsinə gedərək Firuzun arvadı ilə narkotk vasitə satdıqları və narkotik vasitə istifadə etmək üçün həyətində şərait yaratdıqlarını bildirmiş və onların saxlanmalrına kömək etmək istədiyini bildirmişdir. 04 avqust 2021-ci il tarixdə saat 17.30 radələrində Şirvan şəhər Polis Şöbəsində təhqiqatçının otağında ona narkotik vasitə almaq üçün 3 ədəd 5 manatlıq verilmiş və onu Firuzun yaşadığı evə göndərmişdir. O, Qönçəgülə 15 manat pul verərək 1 ədəd bükümdə psixotrop maddə metamfetamin, 2 ədəd bükümdə narkotik vasitə heroin istəmişdir. Onlar narkotik vasitələri aparmağa icazə vermədiklərindən və həyətdə olan ayaqyolunda qoyulmuş spirislər vasitəsi ilə istifadə etməsini bildiklərindən o həyətdə olan ayaqyoluna gedərək bir büküm heroini və bir büküm metamfetamini istifadə etmişdir. Lakin, heroinin bir bükümünü polis şöbəsinə təqdim etmək üçün üzərində gizlətmiş, oradan çıxdıqdan sonra aldığı bir bükümdə heroini aparıb Şirvan şəhər polis şöbəsinə təqdim etmişdir. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən gəlməyən Şahid11 ibtidai istintaq zamanı veriyi ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid11 həmin ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisidir. O, dəfələrlə Firuz Şadlinksi və Təqsirləndirilən şəxs2 narkotik vasitə heroin almışdır. Onlar narkotik vasitə heroinin bir bükümünü 5 manata satmışlar. Qönçəgül və Firuz narkotik vasitəni aparmağa icazə verməmişlər. Onlardan narkotik vasitə alan şəxs narkotik vasitəni elə oradaca da istifadə edirdi. Bunun üçün onların lazımi ləvazimatı vardır. Buna misal olaraq həyətlərində həmişə saxladıqları şprisləri deyə bilər. Təxminən 2021-ci ilin iyul aylarında sonuncu dəfə o, Qönçəgüldən 5 manatlıq heroin bükümü götürmüşdür. Narkotik vasitəni elə onların həyətində istifadə etmişdir. Cinayət işinin materiallarında olan baxış keçirilməsi haqqında 04 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı Şirvan şəhəri, Xəqani küçəsi 639, ev 83 ünvanına baxış keçirilərkən həmin evin giriş qapısının qarşısındakı pilləkandan 3 ədəd şpris, evin qonaq otağındakı masanın üzərindən 3 ədəd beş manatlıq və 1 ədəd əlli manatlıq pul əskinasları, iki ədəd bükümlərdə psixotrop maddə metamfetaminə, yumru taxta üzərində açıq vəziyyətdə narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər maddələr, bir ədəd işlək vəziyyətdə elektron tərəzi, evin birinci yataq otağındakı rəfdən on iki ədəd bükümlərdə narkotik vasitə heroinə, evin ikinci yataq otağındakı rəfdən bir ədəd bükümdə narkotik vasitə heroinə və bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar olunaraq götürülmüşdür. Cinayət işi materiallarında olan 04 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Şahid10 təqdim etdiyi bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə götürülmüşdür. Cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 14 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 üzərinə Şirvan şəhər polis şöbəsində şəxsi axtarış keçirilərkən çiynindən asdığı bir ədəd qara rəngli çantadan bir ədəd bükümdə psixotrop maddə metamfetaminə, bir ədəd bükümdə narkotik vasitə tiryəkə, bir ədəd sarı rəngli plastmass qabın içərisindən yeddi ədəd bükümdə narkotik vasitə olan heroinə, bir ədəd sarı rəngli plastmas qabın içərisindən altı ədəd bükümlərdə psixotrop maddə metamfetaminə bənzər maddələr və bir ədəd «Aosai pocket scale» markalı elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan baxış keçirilməsi haqqında 21 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən götürülmüş telefon danışıqları ilə bağlı göndərilən 01 ədəd CD diskdəki məlumatlara baxış keçirilən zaman müəyyən olunmuşdur ki, CD diskin içərisində 6 fayl vardır. Orada olan 1-ci fayla daxil olunduqda həmin faylda sms tarixçəsi qeyd olunmuşdur. Həmin falyda iş üçün əhəmiyyəti sms aşkar olunmamışdır. 3-4-cü fayllarda zənglərin detallaşdırılması qeyd olunmuşdur. Faylda ***-***-**-** saylı mobil telefon nömrəsinin abonenti ilə ***-***-**-** saylı mobil telefon nömrəsinin abonenti arasından xx.xx.2021-ci il tarixdə saat 00:02-də edilən zəng zamanı 24 saniyə, həmin tarixdə saat 16:16-da edilən zəng zamanı 65 saniyə, həmin tarixdə saat 16:37-də edilən zəng zamanı 13 saniyə, həmin tarixdə saat 18:43-də 16 saniyə, xx.xx.2021-ci il tarixdə saat 18:39-da 33 saniy, həmin tarixdə saat 21:55-də 51 saniyə, xx.xx.2021-ci il tarixdə saat 13:49-da 24 saniyə, xx.xx.2021-ci il tarixdə saat 16:39-da 45 saniyə, saat 16:44-də 67 saniyə, saat 16:46-da 42 saniyə, saat 16:59-da 15 saniyə, saat 17:10-da 42 saniyə, saat 19:12-də 2 saniyə, saat 19:12-də 27 saniyə, saat 19:13-də 24 saniyə, 207.2021-ci il tarixdə saat 15:03-də 36 saniyə, saat 16:19-da 133 saniyə, saat 17:15-də 12 saniyə, saat 18:21-də 21 saniyə və xx.xx.2021-ci il tarixdə saat 23:01-də 37 saniyə danışıq olması müəyyən edilmişdir. Bundan başqa növbəti fayla daxil olduqda xx.xx.2021-ci il tarixdə saat 09:34-də ***-***-**-** saylı mobil telefon nömrəsinin abonenti ilə ***-***-**-** saylı mobil telefon nömrəsinin abonenti arasında 27 saniyə, xx.xx.2021-ci il tarixdə saat 16:45-də 31 saniyə, saat 19:21-də 39 saniyə telefon danışığı olması göstərilmişdir. Sonuncu 2 fayla daxil olduqda da orada bütün danışıq nömrələrin məxsusluq tarixçələri əks olunmuşdur. Həmin fayllar iş üçün əhəmiyyət kəsb etmədiyindən protokola köçürülməmişdir. Baxışla müəyyən olunmuşdur ki, 15 iyul 2021-ci il tarixdən 22 iyul 2021-ci il tarixə kimi ***-***-**-** saylı mobil telefon nörməsinin sahibi ilə ***-***-**-** saylı mobil telefon nömrəsinin abonenti arasında 20 dəfə danışıq olmuşdur. Bundan başqa müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsinin abonenti ilə ***-***-**-** saylı mobil telefon nömrəsinin abonenti arasında xx.xx.2021 tarixdən xx.xx.2021 tarixə kimi 03 dəfə telefon danışığı olmuşdur. ***- ***-**-** saylı mobil telefon nömrəsi Şirvan şəhəri N.Nərimanov küçəsi, dalan 3, ev 53-də qeydiyyatda olan Zakir Nəzərovun adına olsa da faktiki olaraq oğlu Təqsirləndirilən şəxs3 istifadəsində, ***-***-**-** saylı mobil telefon nömrəsi Sabirabad rayonu, Zalqarağac kəndində qeydiyyatda olan X4 adına olsa da faktiki olaraq Təqsirləndirilən şəxs2 faktiki istifadəsində, ***-***-**-** saylı mobil telefon nörməsi isə Bakı şəhəri, H.Cavid prospekti, ev 51-ə qeydiyyatda olan İlqar Əkbərovun adına olsa da faktiki olaraq X6 istifadəsində olmuşdur. İşdə olan baxış keçirilməsi haqqında 07 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və X5 yaşadığı ünvandan aşkar edilmiş pullara baxış keçirilərkən müəyyən olunmuşdur ki, 3 ədəd beş manatlıq pul əskinasları A09954201, A42036910, A02147256 nömrəlidir. Pullar istifadə olunmuş pullardır və təzə əskinas deyil. Pulların üzərində hər hansı bir cırılma izləri müşahidə olunmamışdır. İşdə olan baxış keçirilməsi haqqında 27 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən götürülmüş telefon danışıqları ilə bağlı göndərilən 01 ədəd CD diskdəki məlumatlara baxış keçirilən zaman müəyyən olunmuşdur ki, CD diskin içərisində 12 fayl vardır. Orada olan 1-ci fayla daxil olunduqda həmin faylda məxsusluq tarixçəsi qeyd olunmuşdur. Orada ***-***-**-** saylı mobil telefon nömrəsinin Şirvan şəhəri, N.Nərimanov küçəsi, dalan 3 ,ev 53-də yaşayan X13 adına rəsmiləşdirilməsi göstərilmişdir. Lakin həmin nömrə faktiki oplraq Təqsirləndirilən şəxs3 istifadəsində olmuşdur. Növbəti faylda ***-***-**-** saylı mobil telıefon nömrəsinin Şirvan şəhəri, Xəqani küçəsi, ev 19, mənzil 11-də yaşayan Musayev Musa qurban oğlunun adına olması göstərilmişdir. Həmin nömrə də tutulduğu zaman faktiki olraq Təqsirləndirilən şəxs3 istifadəsində olmuşdur. Növbəti faylda ***-***-**-** saylı mobil telefon nömrəsinin Salyan şəhəri, M.Dadaşov küçəsi, ev 70-də yaşayan X9 adına olması göstərilmişdir. Lakin həmin nömrə də faktiki olraq Təqsirləndirilən şəxs3 istifadəsində olmuşdur. Növbəti 6 faylda sms tarixçəsi qeyd olunmuşdur. Həmin tarixçələrdə iş üçün əhəmiyyət kəsb edən sms aşkar olunmamışdır. Növbəti 3 fayl zəng detallaşdırılması faylıdır. Həmin fayllara nəzər saldıqda Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə müxtəlif tarixlərdə Təqsirləndirilən şəxs3 istifadəsində olan mobil telefon nömrələri ilə əlaqə saxladığı əks olunur. Zənglərin detallaşdırılması faylının 30-cu səhifəsindən görünür ki, 04 avqust 2021-ci il tarixdə saat 18:13-də 05-754-6-59 saylı mobil telefon nömrəsinin abonenti ilə ***-***-**-** saylı mobil telefon nömrəsinin abonenti arasında 261 saniyə, saat 18:25-41 saniyə, saat 18:26-da 26 saniyə və saat 18:29-da 12 saniyə mobil telefon danışığı olmuşdur. Saat 18:13-də olan telefon danışığının anteni ünvan 14 ünvanını göstərmişdir. Baxışla müəyyən olunmuşdur ki, 04 avqust 2021-ci il tarixdə ***-***-**-** saylı mobil telefon nömrəsinin sahibi ilə ***-***-**-** saylı mobil telefon nömrəsinin abonenti arasında 4 dəfə danışıq olmuşdur. Həmin tarixdə saat 18:13-də olan danışığın anten şəbəkəsi ünvan 14 ünvanını göstərmişdir. İşdə olan videoçəkilişlə keçirilmiş üzləşdirmədə istintaq hərəkəti protokolundan görünür ki, Şahid7 ilə aralarında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 04 avqust 2021-ci il tarixdə saat 17-18 radələrində evin qonaq otağında oturduğunu, qəfildən polis əməkdaşlarının evə daxil olduğunu, qarşısında qram yarım heroin olduğunu, daha sonra ona və yoldaşının qoluna qandal vurulduğunu, sonra Şamxal və Namazın evin yataq otağına daxil olduqlarını, Namazın uşağının otağından, Şamxalın isə onun yataq otağından “mal”ı çıxardıqlarını, 140 qram malı onun evinə atdıqlarını, Ramil müəllimin orada olduğunu, Namazı da tanımadığını, sonuncu ilə düşmənçiliyi ədavətinin olmadığını, Namazın otaqda olduğunu, baxdıqda Namazın “eşələndiyini” gördüyünü, otağa “mal” qoyduqlarını, qram yarım malı da Şamxal müəllimin «İş verəni» vasitəsilə ona göndərdiyini, bu barədə daha sonra açıqlama verəcəyini, «140 qram “mal”ım olsaydı niyə qram yarım “mal” alırdım?» bildirdiyini, bu yaşa çatmaqla 140 qram “mal” görmədiyini göstərmişdir. Həmin üzləşdirmə zamanı Şahid7 04 avqust 2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatını realizə etmək üçün Təqsirləndirilən şəxs1 yaşadığı ünvana getdiklərini, orada hal şahidlərinin də iştirak etdiyini, baxışın evin qonaq otağından başladığını, qonaq otağından sonra digər otaqlara da baxış keçirildiyini, Təqsirləndirilən şəxs1 barədə dəfələrlə əməliyyat məlumatı daxil olduğunu, Firuzun öz işinin ustası olduğunu, evə qapıdan daxil olduqda sağ tərəfdə qonaq otağının olduğunu, Firuzun öz iştirakı ilə bir-bir otaqlara baxış keçirtdiyini, soldakı otağdakı şkafdan narkotik vasitə aşkar olunduğunu, evi tam təsvir edə bilməyəcəyini, buna səbəb uzun müddət keçməsinin olduğunu, Firuz Şadlinksi ilə əvvəllər rastlaşmadığını, sonuncu ilə ədavətinin olmadığını göstərmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 05 avqust 2021-ci il tarixli, 18/827 nömrəli rəyində göstərilmişdir ki, 1 ədəd kağız bükümdə təmiz çəkisi-0,597 qram, 1 ədəd polietilen kəsiyibükümndə olan təmiz çəkisi58,985 qram ,siqaret qutusunun içərisində 1 ədəd polietilen kəsiyi bükümündə olan təmiz çəkisi-19,278 qram, 11 ədəd kağız bükümdə ayrı-ayrılıqda çəkiləri 0,140 qram, 0,078 qram, 0,098 qram, 0,090 qram, 0,100 qram, 0,108 qram, 0,088 qram, 0,087 qram, 0,089 qram, 0,096 qram, 0,115 qram, ümumi təmiz çəkisi 79,949 qram olan maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. 1 ədəd “gümüşü” rəngli kağıza bükülmüş polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,169 qram, 1 ədəd kağız bükümdə təmzi çəkisi 0,277 qram, 2 ədəd poletilen kəsiyi bükümündə təmiz çəkisi 0,467 qram və 59,169 qram, ümumi təmiz çəkisi 60,082 qram olan maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psxiotrop maddə metamfetamindir. 1 ədəd qara rəngli tərəzinin üzərində narkotik vasitə heroinin izi vardır. İz mikrohiccəsikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki ) və bu səbəbdən də müqayisəli tədqiqatın aparılması mümkün deyildir. 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,089 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Şahid10 təqdim etdiyi qeyd edilən heroin ilə X6 və Təqsirləndirilən şəxs2 evindən aşkar olunduğu qeyd edilən heroinlər eyni tərkiblidir. Məhkəmədə tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 15 sentyabr 2021-ci il tarixli, 18/994 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «…Təqsirləndirilən şəxs3 üzərində…» sözləri və imzalar olan kağız paketdəki 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 20,965 qram və 1 ədəd sarı rəngli plastmas qabın içərisində 6 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,054 qram, 0,050 qram, 0,055 qram, 0,068 qram, 0,053 qram, 0,051 qram, cəmi 7 ədəd bükümdə ümumi təmiz çəkisi 21,296 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 1 ədəd sarı rəngli plastmas qabın içərisində 7 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,408 qram, 0,400 qram, 0,351 qram, 0,354 qram, 0,381 qram 0,397 qram, 0,041 qram, ümumi təmiz çəkisi 2,332 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 24,784 qram olan maddə kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. 1 ədəd qara rəngli elektron tərəzinin üzərində narkotik vasitə heroinin izi və psixotrop maddə metamfetaminin izi vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən və bu səbəbdən də müqayisəli tədqiqatın aparılması mümkün olmadığından iz mikrohissəciklərinin miqdarını və eyniliyini müəyyən etmək mümkün deyildir. Məhkəmədə tədqiq edilmiş əlavə məhkəmə-kimyəvi ekspertizasının 29 noyabr 2021-ci il tarixli 18/1156 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 və əri Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar olunmuş 14 büküm narkotik vasitə heroin habelə Şahid10 təqdim etdiyi 01 büküm heroin Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş 06 büküm heroin xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir. Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş 7-ci bükümdəki heroinin qalığının miqdarı az olduğuna görə eynilik tədqiqatı aparılmadı. Təqsirləndirilən şəxs2 və əri Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar olunmuş 04 büküm psixotrop maddə metamfetamin habelə Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş 07 büküm psixotrop maddə metamfetamin xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir. Tədqiqata təqdim edilmiş üzərində «…Təqsirləndirilən şəxs2 və əri Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilmiş 3 ədəd şpris….» sözləri yazılmış kağız paketi açdıqda içərisində qəhvəyimtil izlər olan 03 ədəd birdəfəlik şprisin içərisində narkotik vasitə ola heroinin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən iz mikrohissəciklərinin miqdarını və tədqiqata təqdim edilən maddələrlə eyni tərkibli olub-olmadığını müəyyən etmək mümkün deyildir. İşdə olan ibtidai istintaq orqanının qərarından və raportdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadığı Şirvan şəhəri, Xəqani küçəsi 639, ev 83 ünvanına baxış keçirilərkən aşkar olunmuş ümumi təmiz çəkisi 79,949 qram və Şahid10 təqdim etdiyi eyni tərkibli 0,089 qram narkotik vasitə heroinlərin ekspertiza tədqiqatlarından sonrakı 79,588 qram qalığı, ümumi təmiz çəkisi 60,082 qram psxiotrop maddə metamfetaminin ekspertiza tədqiqatlarından sonrakı 59,882 qram qalığı, 3 ədəd beş manatlıq pul əskinasları, bir ədəd elektron tərəzi, 3 ədəd şpris, Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş ümumi təmiz çəkisi 21,296 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatlarından sonrakı 21,086 qram qalığı, ümumi təmiz çəkisi 2,332 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatlarından sonrakı 2,052 qram qalığı, 24,784 qram narkotik vasitə tiryəkin ekspertiza tədqiqatından sonrakı 24,684 qram qalığı, bir ədəd elektron tərəzi xüsusiyyətlərinə, əlamətlərinə, aşkar edildikləri vaxta və yerə görə iş üçün əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq maddi sübut hesab edilmiş, 3 ədəd beş manatlıq əskinaslar əməliyyat xərci olduğu üçün Narkotiklərlə Mübarizə qrupuna təhvil verilmiş, digər maddi sübutlar isə Şirvan şəhər polis şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlamanın 27 oktyabr 2021-ci il tarixli 4177 nömrəli rəyində göstərilmişdir ki, hal-hazırda Təqsirləndirilən şəxs2 Cəmil qızında müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlamanın 28 oktyabr 2021-ci il tarixli 4187 nömrəli rəyində göstərilmişdir ki, hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlamanın 25 noyabr 2021-ci il tarixli 4693 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 21 sentyabr 2021-ci il tarixli 2215 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən hər hansı bir ruhi xəstəlik keçirməmişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs2 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs2öz psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs2 psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs2 ona ittiham olunan cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Məhkəmədə tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 27 avqust 2021-ci il tarixli 1953 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən hər hansı bir ruhi xəstəlik keçirməmişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs1 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs1 öz psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs1 psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs1 ona ittiham olunan cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 27 noyabr 2021-ci il tarixli 2788 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs3 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs3 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs3 da xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs3 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs3 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. İşdə olan Şirvan şəhər mərkəzi xəstəxanasının 21 sentyabr 2021-ci il tarixli, 661 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 «tiryəkdən istifadə nəticəsində narkomaniya xəstəliyi» diaqnozu ilə Şirvan ŞMP-nın narkoloji kabinetində qeydiyyatdadır. Cinayət işinin materiallarında olan verilmiş əməliyyat tapşırığına cavab olaraq Şirvan şəhər polis şöbəsinin məktubunda göstərilmişdir ki, CM-in 234.4.3-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroin, tiryək və psixotrop maddə metamfetamini haradan və hansı mənbədən əldə etməsinin müəyyənləşdirilməsi istiqamətində tərəfimizdən bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs3 narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə dəfələrlə əməliyyat məlumatları daxil olmuşdur və məhz sonuncu dəfə bununla bağlı əməliyyat məlumatı daxil olduqda Təqsirləndirilən şəxs3 saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş narkotik vasitə heroin, tiryək və psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə saxlamışdır. Həmçinin bir sıra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə baxmayaraq İlkin və Vurğun adlı şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan verilmiş əməliyyat tapşırığına cavab olaraq Şirvan şəhər polis şöbəsinin məktubunda göstərilmişdir ki, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə verilmiş əməliyyat tapşırığında göstərilən xüsusatlarla bağlı bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 arvadı Təqsirləndirilən şəxs2 ilə əlbir olub birlikdə narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirirlər. Bundan əlavə, əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları Şirvan şəhəri, Xəqani küçəsi 639, ev 83 ünvanında tiryəkxana təşkil etməklə həmin evin həyətyanı sahəsinə narkotik vasitə almağa gələn şəxslər üçün həyətdə narkotik vasitə istifadə etmələri üçün lazımi şərait yaratmışlar, buna sübut 04 avqust 2021-ci il tarixdə həmin ünvana baxış keçirilərkən evin həyətində pilləkanda bir neçə ədəd şprisin aşkar olunmasıdır. Bununla yanaşı qeyd edirik ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları evindən aşkar olunmuş narkotik vasitə heroinləri və psixotrop maddə metamfetaminləri əldə etdikləri və Təqsirləndirilən şəxs1 ifadəsində adını qeyd etdiyi Asif adlı şəxs Təqsirləndirilən şəxs3dur. Keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri ilə Təqsirləndirilən şəxs3 14 sentyabr 2021-ci il tarixdə saxlanılaraq Şirvan şəhər polis şöbəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilərkən üzərində olan çantanın içərisindən bir neçə növ narkotik vasitə və psixotrop maddə aşkar olunmuş, Təqsirləndirilən şəxs3 barəsində hazırda Şirvan şəhər polis şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılır. Məhkəmədə Təqsirləndirilən şəxs1 ifadəsində yaşadığı evin yataq otaqlarından aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin ona məxsus olmaması, həmin maddələrin polis əməkdaşları tərəfindən qoyulması, Təqsirləndirilən şəxs3 narkotik vasitə və psixotrop maddə almaması, Şahid10 onun yaşadığı evə gəlsə də ondan heroin və metamfetamin almaması, yaşadığı evin qonaq otağından aşkar olunmuş narkotik vasitə heroini onun evinə Namaz adlı polis əməkdaşının qoymasını bildirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 ifadəsində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, yaşadığı evindən aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin əri Firuza məxsus olmasından məlumatı olmadığını, Cəlal adlı şəxs onun evinə gələrək 15 manat pul verdiyini, lakin həmin pulu ona narkotik vasitə satmaq üçün deyil, Firuza borclu olduğu üçün verdiyini, Təqsirləndirilən şəxs3 onların evinə toyuq-cücə alveri etməklə əlaqədar gəldiyini, Asifdən narkotik vasitə almadıqlarını və ya ona narkotik vasitə satmadıqlarını bildirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs3 ifadəsində göstərmişdir ki, o Firuzu tanımamışdır. Onun arvadı Qönçəgüllə toyq-cücə alveri etdiyindən onu tanımışdır. O narkotik vasitə istifadəçisi olmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılarkən onun əlində narkotik vasitə olmuşdur. Həmin narkotik vasitə polis əməkdaşı Şamxalındır. O heç kimdən narkotin vasitə almamış və heç kimə narkotik vasitə satmamışdır. Ondan narkotik vasitə aşkar olunması barədə verdiyi ifadəni təsdiq etmir. İfadə verərkən ona zor tətbiq olunmamışdır. İfadəni verərkən anlaqsız olmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərin qeyd edilən ziddiyyətli ifadələrini özlərini və biridigərini müdafiə məqsədi ilə verildiyindən, işin faktiki hallarına uyğun gəlməyən ifadə olmaqla heç bir sübutla təsdiq edilmədiyindən, habelə məhkəmədə tədqiq edilmiş onların vəkillərinin iştirakları ilə verdikləri ilkin ifadələri, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmədə elan olunmaqla tədqiq edilmiş gəlməyən Şahid11 ifadəsi, təqsirləndirilən şəxslərin üzərlərinə axtarış, yaşadıqları evlərə baxış keçirilməsi haqqında protokollarla, üzləşdirmədə istintaq hərəkəti protokolları ilə, telefon məlumatlarına baxış keçirilməsi haqqında istintaq hərkəti protkolları ilə, məhkəmədə tədqiq edilmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 evindən aşkar edilərək götürülmüş maddələrin narkotik vasitə heroin və psixotrop maddə olması, şərti alıcı Şahid10 təqdim etdiyi heroinlə onların evlərində aşkar edilərək götürülmüş heroinin eyni tərkibli olması, evdən aşkar edilərək götürülmüş tərəzinin üzərində və həyətdən aşkar edilərək götürülmüş spirislərdə heroinin izlərinin aşkar olunması barədə məhkəmə kimyəvi və əlavə məhkəmə kimyəvi ekspertizalarının rəyləri, əldə olunan maddi sübutlar, sənədlər və işin faktiki halları ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələrə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Eyni zamanda təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı vəkillərinin iştirakları ilə verdikləri ifadələrini ittihamı təstiq edən hissədə həqiqətə uyğun ifadə kimi qiymətlədirir və sübut kimi qəbul edir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 234.4.1, 234.4.3 və 238.2.1-ci maddələrində, Təqsirləndirilən şəxs3 isə CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onların tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində onlar təqsirlidirlər. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 234.4.1, 234.4.3 və 238.2.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 isə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cəzalanmalıdırlar. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxx 1965-ci il tarixdə Qazı-Məmməd şəhərində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatda olmaqla Şirvan şəhəri, Xəqani küçəsi 639, ev 83 ünvanında yaşamışdır. Təqsirləndirilən şəxs2 1966-cı il tarixdə Sabirabad rayonu Zalqarağac kəndində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Şirvan şəhəri, Xəqani küçəsi 639, ev 83 ünvanında yaşamışdır. Təqsirləndirilən şəxs3 xx xxxxxx 1992-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuşdur, Şirvan şəhəri, Nəriman ünvan 18 ünvanda yaşamışdır. Himayəsində iki nəfər azyaşlı uşaqları vardır. İşdə olan Şirvan şəhər məhkəməsinin 06 avqust 2021-ci il tarixli qərarlarının surətlərindən görünür ki, həmin qərarlara əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində həbs müddətinin əvvəli 04 avqust 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Şirvan şəhər məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs3 barəsində həbs müddətinin əvvəli 14 sentyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan DİN-nin BƏSİİ-nin məlumatından və işdə olan hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 17 dekabr 2007-ci il tarixli hökmü ilə CM-nin 234.4.3 və 238.1ci maddələri ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs3 əvvəllər dəfələrlə məhkum olunmaqla sonuncu dəfə Şirvan şəhər məhkəməsinin 14 mart 2018-ci il tarixli hökmü ilə CM-nin 234.1 maddə ilə təqsirli bilinib, CM-in 67.1-ci maddəsinə əsasən 2 il müddətə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs3 Xəzər rayon məhkəməsinin 19 iyul 2018-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CMin 66.5-ci maddəsinə əsasən 2 il nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 14 sentyabr 2019-cu il tarixdə cəzasının sonu ilə əsas cəzadan azad olunmuşdur. Təqsirləndirilən şəxs2 Əli-Bayramlı şəhər məhkəməsinin 07 fevral 2008-ci il tarixli hökmü ilə CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 17 noyabr 2009-cu il tarixdə Qaradağ rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs2 Şirvan şəhər məhkəməsinin 28 dekabr 2010-cu il tarixli hökmü ilə CM-in 132-ci maddəsi ilə təqsirli bilinərək 1 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla həmin cəza 1 il şərti sınaq müddəti müəyyən edilməklə cəza şərti olaraq tətbiq edilmişdir. Göründüyü kimi CM-in 83-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkumluqları qanunla qadağan edilmiş qaydada ödənilmişdir. Ona görə də onlar məhkumluğu olmayan şəxs hesab edilirlər. Eyni zamanda məhkəmədə müəyyə edilmişdir ki, Təqsirləndirilən şəxs3 təyin edilmiş 2 il müddətə sürücülük hüququndan məhrum etmə əlavə cəzası da çəkildiyindən ona cəza təyin edilərkən bu nəzərə alınmalıdır. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-in 59.1-ci Təqsirləndirilən şəxs3 himayəsində az yaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halın olmasını müəyyən etmədi. Eyni zamanda məhkəmə CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran halın olmasını müəyyən etmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir neçə cinayətdə təqsirli bilindiklərindən onlara təyin olunacaq cəzalar CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəsisələrində çəkməlidirlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 04 avqust 2021-ci il tarixdən, Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli isə 14 sentyabr 2021-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə görə Təqsirləndirilən şəxs3 barəsində CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdırlar. İş üzrə məhkəmə xərci 120 manat 78 qəpik Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 40 manat 26 qəpik alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Şirvan şəhər Polis Şöbəsində saxlanılan qalıq çəkiləri 79,588 və 2,052 qram heroin, 24,684 qram tiryək, 59,882 qram və 21,086 metafetamin, tərəzi, 3 ədəd şpris, 2 ədəd elektron tərəzi məhv edilsin. 3 ədəd beş manatlıq pul əskinaslarının surətləri cinayət işinin materiallarında saxlanılsın. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 44, 51-2, 132, 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: İ. Təqsirləndirilən şəxs1 CM-in 234.4.1, 234.4.3 və 238.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına və CM-in 238.2.1-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinin tələbinə əsasən cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 04 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.
2. Təqsirləndirilən şəxs2 CM-in 234.4.1, 234.4.3 və 238.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-in 234.4.1 və 234.4.3-cü maddələri təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və CM-in 238.2.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinin tələbinə əsasən cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 04 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.
3. Təqsirləndirilən şəxs3 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 14 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. O ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə məhkəmə xərci 120 manat 78 qəpik Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 40 manat 26 qəpik alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Şirvan şəhər Polis Şöbəsində saxlanılan qalıq çəkiləri 79,588 və 2,052 qram heroin, 24,684 qram tiryək, 59,882 qram və 21,086 metafetamin, 3 ədəd şpris, 2 ədəd elektron tərəzi məhv edilsin. 3 ədəd beş manatlıq pul əskinaslarının surətləri cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan məhkumlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.