Məhkəmə qərarları › İş №1(099)-152/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(099)-152/2025

13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-152/2025 13.03.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ /anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında/ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri:- Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Nəbiyev Cavanşir Şirvan oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi-Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X25, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi X4, onun nümayəndəsi Masallı rayon vəkil bürosunun vəkili Qanuni nümayəndə2, cinayət qanunu ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə1 və müdafiəçisi-Lənkəran rayon Vəkil Bürosunun vəkili X16 iştirakları ilə, xx xxxx 1994-cü ildə Masallı rayonu, Qasımlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Qasımlı kəndində qeydiyyatda olmaqla yaşamış, 20 may 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, Masallı Rayon Məhkəməsinin 22 may 2024cü il tarixli, 4(050)-471/2024 nömrəli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Masallı Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 4(050)-98/2024 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin əvəzinə, barəsində «xüsusi tibb müəssisəsinə yerləşdirmə» növündə təhlükəsizlik tədbiri tətbiq edilmiş, hazırda «Respublika Psixiatriya Xəstəxanası» X40 saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 120.2.1, 120.2.4 və 232.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat materialına Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs, həmkəndlisi X5 2014-cü ildə Rusiya Federasiyasında aralarında baş vermiş mübahisə zamanı əmisi Şahid12 xəsarət yetirməsi, eyni zamanda sonuncunun keçmiş həyat yoldaşı Şahid4 ilə qeyri-rəsmi sevgi münasibətində olmasını eşidərək qısqançlıq zəminində onu qəsdən öldürərək qisas almaq qərarına gəlib, bu məqsədini həyata keçirmək üçün öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmayaraq, yəni anlaqsız vəziyyətdə 2024-cü ilin may ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan vaxtda qohumu Zərərçəkmiş şəxs özünə məxsus olan Masallı rayon Qasımlı kəndində evində saxladığı «Vinçester» tipli, 12 kalibrli, «Mavoric MRC 112» modelli, «20AZ-0050» nömrəli pompalı, təklüləli tüfəngi-yivsiz odlu ov silahını və 8 ədəd zavod üsulu ilə hazırlanmış 12 kalibrli olmaqla, həmin kalibrə malik, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronları ələ keçirib talayaraq Qasımlı kəndində yaşadığı evdə gizlətmiş, Semur Alışanovun hərəkətləri və onu qətlə yetirmək niyyəti barədə həmkəndlisi və dostu X14 bildirməklə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək aralarında olan cinayətkar plana əsasən XanŞahid11 20 may 2024-cü il tarixdə saat 18 radələrində çay içmək adı ilə Semur Alışanovu aldadaraq yaşadığı Masallı rayon Qasımlı kəndində olan evdən çıxarıb qabaqcadan idarəetməsi üçün XanŞahid11 verdiyi «Nissan Note» markalı «**-KE-***» dövlət qeydiyyat nişanlı avtomaşınla Masallı rayonu Göyəçöl kəndi ərazisində yerləşən «Samovar» adlı yeməkxanaya aparıb birlikdə çay içib söhbət edərkən qrup üzvü XanŞahid11 istifadəsində olan mobil telefon vasitəsilə bu barədə ona məlumat vermiş, o, həmin gün saat 19:30 radələrində qanunsuz olaraq əldə etdiyi həmin 12 kalibrli, «Mavoric MRC 112» modelli, «20AZ-0050» nömrəli pompalı, təklüləli tüfəngi-yivsiz odlu ov silahını atəşə hazır vəziyyətə gətirib qeyd edilən ünvana gedərək öldürmək niyyəti ilə silahı Semur Alışanova tərəf tutub açılacaq atəş nəticəsində başqa şəxslərin həyatı üçün təhlükə yarada biləcəyinə əhəmiyyət verməyib yaxın məsafədən qəsdən bir dəfə atəş açaraq sonuncuya döş qəfəsinin döş boşluğuna nüfuz etməklə sol ağciyəri, ürək kisəsini, ürəyi, qalxan aortanı, sağ İV və sol V qabırğanı zədələyib dəlib keçən odlu silah yaralanması ilə müşaiyət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid (ölümünə səbəb) bədən xəsarəti yetirmiş, bununla kifayətlənməyərək üzərində gəzdirdiyi tiyəsinin uzunluğu 105 mm olan zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən məişət təyinatlı bıçağı çıxardıb öz cinayətkar niyyətini davam etdirib müstəsna dərəcədə qəddarlıq göstərərək, xüsusi amansızlıq nümayiş etdirməklə aşkar surətdə xüsusi əzab verdiyini dərk edib, bunu arzulayaraq niyyətini başa çatdırmaq və şiddətli ağrılar vermək məqsədilə atəşin təsirindən yerə yıxılmış vəziyyətdə olan Semur Alışanovun bədəninin müxtəlif nahiyələrinə qəsdən bir neçə zərbə vuraraq döş qəfəsinin sağ və sol yarısını arxa hissəsini sağ və sol döş boşluğuna nüfuz etməklə sağ və sol ağciyəri zədələyən dörd ədəd, başın ənsə nahiyəsinin, boynun sol yan hissəsinin, döş qəfəsinin sağ və sol arxa hissəsinin döş boşluğuna nüfuz etməyən on bir ədəd deşilmişkəsilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır və sol əlin və sol ayağın qançırı kimi sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək odlu silahı və döyüş sursatını talayıb istifadə etməklə, qabaqcadan əlbir olub bir qrup şəxs halında xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla Semur Alışanovu qəsdən öldürmüş, yəni qəsdən həyatdan mərhum etmişdir. Məhkəmə baxışında dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Semuru öldürməmişdir. Semuru tanımır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, Semuru öldürməmişdir. Siqaret istəyir. O, adam öldürməmişdir. O, imam Zaman ağadır, zühur edəcək, 313 nəfər yığaraq Azərbaycana gələcək. O, Xanmuradı tanımır. O, Rusiyada saxlanılır, istəyir ki, onu Azərbaycana aparsınlar, əmilərinin harada olmasını bilmir. Onun maşını olmamış, velosipedi olmuşdur. O, Semuru tanımır. O, peyğəmbər kimi adamdır. Ona inanmayan peşman olacaqdır. O, yemək istəyir. O, olduğu yerə gələnə qədər göylərdə yaşamışdır. O, Masallı rayon Qasımlı kəndində olmamışdır. Onun üzünü həkimlər təmizləyir. Tufan olacaq, hər yer dağılacaq bir o qalacaq. Onun əvvəllər velosipedi var idi onu sürürdü. O acdır yemək istəyir. Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində ifadələri elan olunan zaman müəyyən edilmişdir ki, özünü təqsirli bilməmişdir. Göstərmişdir ki, 1997-ci il tarixdən etibarən ailə üzvləri ilə birlikdə Rusiya Federasiyası Murmansk şəhərində yaşamış, orada yaşasa da həmin ölkənin vətəndaşlığını qəbul etməyərək Azərbaycan Respublikası vətəndaşı kimi qalmışdır. Rusiya Federasiyasında yaşadığı müddətdə tez-tez Azərbaycan Respublikasına gəlib-getmişdir. X17 ilə kökləri əvvəlki illərə dayanan ailəvi problemləri olmuşdur. Belə ki, təxminən 9 il bundan qabaq Semur Rusiya Federasiyasının Murmansk şəhərində yaşadığı müddətdə həmin şəhərdə yaşayan əmisi Cabiri bıçaqlamış, həmin hadisədən sonra Semur Rusiya Federasiyasından qaçaraq Azərbaycan Respublikasına gəlmişdir. Buna görə də həmin vaxtdan fürsət axtarmışdır ki, Semuru hər hansı vasitə ilə öldürsün. Lakin sonuncunu tapa bilmədiyi üçün bu fürsəti heç cür əldə edə bilməmişdir. Bir müddət sonra isə X34 Federasiyasında külli miqdarda narkotik vasitələrin dövriyyəsinə görə 6-7 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasından xəbəri olmuşdur. Semurun həm Azərbaycana qayıtması, həmdə Rusiya Federasiyasına gəldikdən sonra tutulmasına görə onu öldürərək intiqam ala bilməmişdir. Rusiya və Ukrayna arasında müharibə başladıqdan sonra Semur könüllü şəkildə döyüşlərdə iştirak etmək istədiyindən cəzadan azad olmuş və müharibədən sağ qayıtdıqdan sonra Rusiya Federasiyasında yaşamağa başlamışdır. O, Rusiyada olduğu vaxtlar Semurun yerini maraqlansa da, tapa bilməmiş, lakin daima öldürmək üçün fürsət axtarmışdır. Rusiya Federasiyasında olduğu müddətdə Semurun əmisi Cabirin keçmiş arvadı olan və Masallı rayonu Qasımlı kəndində Cabirə məxsus evdə tək yaşayan Şəmsiyyə ilə sevgi münasibətlərində olduğunu eşitmişdir. Şəmsiyyənin iki qızı vardır ki, onlardan biri qardaşı Xaldunun həyat yoldaşıdır. Buna görə də, Semuru öldürmək fikrini öz-özlüyündə qətiləşdirmişdir. 2023-cü ilin fevral ayının ortalarında Rusiya Federasiyası Murmansk şəhərindən Masallı rayonu Qasımlı kəndinə qayıtmış, Masallı rayonu Qasımlı kəndində olduğu 5 ay ərzində boş olan öz evlərində qaldıqdan sonra işləmək üçün Bakı şəhərinə getmişdir. Bakı şəhərində «Nur çörək» zavodundan sürücü işləmişdir. 2024-cü il tarixdə «Novruz Bayramı» ilə əlaqədar Qasımlı kəndində olarkən kənd sakinlərindən Semurun kəndə gəldiyini eşitmiş, lakin həmin vaxt Bakı şəhərində işləri olduğundan Semuru güdməyə vaxtı olmadığı üçün öldürmək fikrini reallaşdıra bilməmiş və Bakı şəhərinə qayıtmışdır. Bakı şəhərində olduğu müddətdə Semuru hansı vasitələrə və hansı şəraitdə öldürməyi planlaşdırmışdır. Buna görə də, 2024-cü ilin may ayının ilk günlərində Qasımlı kəndinə qayıdaraq Semur Alışanovla əmisinin keçmiş arvadı Şəmsiyyənin münasibətindən xəbərdar olduğu üçün onların bir-biri ilə get-gəl edə biləcəklərini düşünüb həmin vaxt ikisini də öldürməyi planlamışdır. Qətli qabaqcadan planlaşdırdığından Qasımlı kəndinə qayıtdığı ilk gün Rusiya Federsiyasında yaşayan bibisi X13 Paşazadəyə məxsus “Mavoric” markalı vinçestr tüfənginin olduğunu bildiyindən onlara getmişdir. Bibisigil ailəliklə Rusiya Federasiyasında yaşadığından həmin evdə bibisinin qaynı Oqtay olmuşdur. O yalandan Oktaya evin açarı olmadığı üçün onlarda qalacağını demiş və axşam saatlarında həmin ov tüfəngini götürüb boş olan mərhum əmisi Elmangilin evinə getmişdir. Elmangilin evində qaldığı müddətdə kənd ərazisində Semuru axtarmış və düşən ilk fürsətdə onu öldürməyi planlaşdırmışdır. Hətta təxminən 07 may 2024-cü il tarixdə kənd ərazisində üzərində gəzidirdiyi vinceçtr markalı tüfənglə gəzərkən Semuru adını xatırlamadığı bacısı ilə kənd ərazisində haradansa gəldiklərini görsə də, bacısı yanında olduğundan Semuru həmin vaxt öldürməmişdir. Şəmsiyyənin əmisi Şahid12 məxsus evdə tək yaşadığını bildiyi üçün həmin evin qonşuluğunda yerləşən və boş olan mərhum əmisi Elmanın evində qalmaqla Şəmsiyyənin evini güdmüşdür. Şəmsiyyənin evini 1-2 gün güdsə də, Semur həmin müddət ərzində ora gəlməmişdir. Şəmsiyyənin nəsillərini rüsvay etməsi barədə 15-16 may 2024-cü il tarixdə sonuncunun əmisi oğlu X1 ərazisində görüb bu barədə söhbət etmiş, Xanmurad kənd camahatı arasında Şəmsiyyənin Semurla eşq yaşaması barədə söz-söhbətin dolaşdığını demişdir. O, Xanmurada Semuru axtardığını, lakin hec cürə təklikdə və ya Şəmsiyyə ilə birlikdə tuta bilmədiyini, buna gördə də Semuru öldürmək barədə ona demiş, Xanmurad Semuru öldürməkdə kömək edəcəyini və ən uyğun vaxtda bu planı reallaşdıracağını ona bildirmişdir. Buna görə o, öz istifadəsində olan «Nissan Note» markalı **-KE-*** dövlət nömrə nişanlı avtomobilini X.Hüseynova verərək Semuru axtarmağı və tapacağı təqdirdə sonuncunu öldürmək planlarını reallaşdırmaq üçün vermişdir. 20 may 2024-cü il tarixdə saat 19 radələrində Qasımlı kəndində olan evlərində olarkən Xanmurad öz istifadəsində olan «***-***-**-**» mobil nömrəsi ilə onun istifadəsində olan «***-***-**-**» mobil nörməyə zəng edərək köhnə Masallı-Lənkəran magistralının kənarında Göyəçöl-Şıxlar kəndinin kəsişməsində yerləşən kafedə Semur və sonuncunun dostu Şahid3la birlikdə olduqlarını demişdir. O da öz növbəsində Xanmurada orda olmalarını, onu gözləməsini bildirmiş və maşının açarlarını avtomobilin içərisində saxlamasını, Semuru öldürdükdən sonra polisə könüllü təslim olacağını, özünün isə qaçmasını demişdir. O, Xanmuradın zəngindən sonra evdə saxladığı “Vinçester” markalı ov tüfəngini atəşə hazır vəziyyətə gətirərək 4 gülləni güllə yuvasına, 1 gülləni isə lüləyə yerləşdirib, 3 gülləni isə cibinə qoymuş və açılıbqatlanan cib bıçağını da götürüb öz maşını Xanmuradda olduğu üçün qeyd olunan kafeyə getmək üçün həmkəndlisi olan və taksi fəaliyyəti ilə məşğul olan Sərdar adlı şəxsə zəng edib onu Masallı şəhərinə aparmasını xahiş etmişdir. Evdən çıxarkən heç kimin görməməsi üçün “Vincester” markalı ov tüfəngini gödəkçənin içərisinə, bıçağı isə sağ bel nahiyəsinə qoyub onu həyətdə gözləyən Sərdarın markasını və dövlət nömrə nişanını xatırlamadığı avtomobilinə əyləşib kafenin qarşısında yerləşən “Ailə” marketin düz qabağında pul xırdalamaq adı ilə avtomobildən düşüb üzərində saxladığı silah ilə marketin arxasında yerləşən kafeyə getmişdir. O, kafeyə girərkən çöldə ağacların altında olan besetkanın altındakı stolda Elnur və Semurun oturduğunu görmüşdür. Onlar həmin vaxt bir stol arxasında üzbəüz oturmuşlar və Semurun sol tərəfi o gəldiyi tərəfə, Elnurun arxası isə ona tərəf olmuş, lakin Xanmurad ora gələcəyini bildiyi üçün həmin stol ətrafında oturmamış və kafenin başqa yerində gözləmişdir. Semura yaxınlaşa-yaxınlaşa “Semur sən idin əmimi öldürmək istəyən” demişdir. Semurla aralarında təxminən 7-8 metr qalmış qabaqcadan atəşə hazırladığı silahı Semura tuşlayıb bir dəfə atəş açmışdır. Həmin atəş nəticəsində güllə Semurun sinəsinin sağ tərəfinə dəymiş, sonuncu səndələməyə başlamış və yerə yıxılmışdır. Semur Alışanova ikinci dəfə atəş açmaq üçün silahı təkrar atəşə hazırlamaq istəsə də, silahın patronu kilidlənmiş və o, təkrar atəş aça bilmədiyi üçün sağ bel nahiyyəsində saxladığı açılıb-qatlanan bıçağı çıxarıb oturduğu stolun yanında üzü üstə yerdə uzanıqlı vəziyyətdə olan Semurun belindən, boynundan və başqa nahiyyələrinə çoxsaylı bıçaq zərbəsi vurmuşdur. Xanmuradla qabaqcadan razılşadığı qaydada o, avtomobilinə əyləşib getmək üçün həmin besetkanın yaxınlığında Xanmuradın saxladığı avtomobilinə tərəf gedib əyləşmiş, silahı və bıçağı sərnişin oturacağının üzərinə qoymuşdur. Lakin Semurun çabaladığını görüb təkrar silahı və bıçağı götürüb Semurun uzanıqlı vəziyyətdə olduğu yerə gedib boynuna, belinə və bədəninin müxtəlif nahiyyələrinə təkrar çoxsaylı bıçaq zərbələri vurmuşdur. Semur Alışanovun ölməsinə əmin olduqdan sonra Xanmuradla qabaqcadan planlaşdırdıqları şəkildə «Nissan Note» markalı **-KE-*** dövlət nömrə nişanlı avtomobilinə əyləşib Masallı RPŞ-nə getmiş və törətdiyi əməli etiraf etmişdir.(İ cild, i.v 62-67; 153-158; 249-251, İİ cild, i.v 202-205) Bundan əlavə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, istintaq zamanı dedikləri yadında qalmamışdır. XanŞahid11 Seymurun öldürülməsində heç bir təqsiri olmamışdır. Müstəntiq ifadələrə artıq sözlər yazmışdır. Xanmurad törətdiyi cinayətdə ona köməklik etməmişdir. Avtomobili Xanmurada sürməyə vermişdir. Xanmurada zəng edib avtomobili soruşmuşdur. Semuru evlərinin yanından güdmüş, Xanmuradın Semuru avtomobillə götürməyini görmüşdür. Bununla da Semurun Xanmuradla bir yerdə olduğunu bilmişdir. Sonra Xanmurada zəng edib harada olduğunu soruşmuş, Xanmurada kafedə çay içdiklərini demiş, kafeyə gedərək Semuru vurmuşdur. Ona maşın deyil, Semur lazım olmuşdur. Maşını Xanmurada verdikdən sonra Semuru güdmüşdür. Semuru öldürəcəyindən Xanmuradın ümumiyyətlə xəbəri olmamışdır. Dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadəsində bildirmişdir ki, onun qardaşı Semur 15-16 yaşından Şahid4 sevib, anası Şəmsiyyəyə elçi getmiş və onun «hərisin» almışdır. Şəmsiyyə subay vaxtı qardaşı Semurun sözlüsü olub. Qardaşı Semur əsgər getmiş, Aslanın əmisi Cabir Nuriyev qardaşı Semurla yaxın dost olmasına baxmayaraq, Şəmsiyyəni qaçıraraq onunla ailə qurmuşdur. Qardaşı Semur əsgərlikdən gələndən sonra heç kimə heç nə deməmiş Rusiyaya getmiş, orada ailə qurmuş bir uşağı olmuşdur. Semur Rusiyada taksi sürücüsü işləmişdir. Cabir Nuriyev də Rusiyada taksi sürücüsü işləmişdir. X41 şəhərinə getdikdən sonra digər qardaşı Azər Alışanovu da özü ilə Rusiyaya aparmışdır. X47 fəhlə işləmişdir. X29rdaşı Semur maşınla Rusiyada qarşılaşmışlar maşınları toqquşmuş, aralarında mübahisə yaranmış, Semur Cabiri bıçaqla vurmuş, bir bıçaq zərbəsinə görə qardaşı Semura Rusiyada 14 il cəza vermişlər. Ukrayna Rusiya müharibəsi başlayan zaman, Semur müharibəyə getməyə razılaşmış və cəzadan azad olunmuş müharibəyə getmişdir. Müharibədən sağ salamat evlərinə qayıtmışdır. Anası xəstə olduğundan onu görmək üçün qardaşı müharibəyə getməyə razılaşmışdır ki, sağ qalarsa qayıdıb anasın görsün. Qabil Nuriyev qardaşı Semura zəng etmiş «səni öldürtdürərəm çaşıb Şəmsiyyəyə yaxın gedəsən» demişdir. Semur da Qabilə demişdir ki, «Şəmsiyyə sənin qardaşından neçə illərdi ki, boşanıb, bir də axı mən, onların həndəvərinə getmirəm». Hər yerdə kameralar var, yoxlanıla da bilər X42gilə tərəf getməmişdir. Hadisə olan günü onun qardaşı Semuru, Elnur Hüseynov zəng vuraraq çay içməyə çağırmışdır. Qardaşına hara getdiyini demiş, qardaşı Semur ona demişdir ki, «məni çay içməyə çağırırlar 20 dəqiqəyə qayıdıram». Onlar səhər anasının gözlərini əməliyyat etdirmək üçün Bakı şəhərində yerləşən «Batı-Göz» klinikasına gedəcəkdilər. Anlaqsız adam, bir ay onun qardaşını necə güdmüş, anlaqsız adam çörək zavodunda işləmiş, varlıların balaların məktəbə aparıb gətirmişdir. O vaxtlar Aslan anlaqsız olmamış amma indi anlaqsız olmuşdur. Aslanın adamları ekspertə yaxşı pul vermişlər ki, Aslanı anlaqsız etsinlər. O, prokurorluğa şikayət etmiş və Prezident Aparatına getmiş orada da şikayət etmişdir. Onun qardaşı Semurun paltarları və telefonu prokurorluqda saxlanılır. O, X24 Ələsgərovun yanında olmuşdur. Verilən suallara cavab olaraq zərərçəkmiş şəxsin hüquqi varisi Dürdanə Alışanova bildirmişdir ki, o, qardaşı və anası ilə bir yerdə yaşamışdır. X49 yaxın dost münasibətində olmuşdur. X35 münasibəti olmayıb. Hadisə günü Elnur Hüseynov qapıdan içəri girəndə qapıları açıq olmuşdur. Hadisə günü Semuru çay içməyə Elnur çağırmışdır. O, Elnura nə lazım olduğunu demiş, Elnur «Semuru istəyirəm, çay içməyə gedirik» demişdir. Əmisinin arvadı hadisədən sonra ona qapılarnda ağ maşın dayandığını, içərisində kiminsə gizləndiyini demişdir. Hadisə günü qardaşına hara getdiyini demiş, Semur ona «gedirəm çay içəm, gələm» demişdir. O, qardaşına «qağa xahiş edirəm gec gəlmə evə, səhərə Bakıya gedəcik» demiş, qardaşı tez gələcəyini bildirmişdir. Onun Şəmsiyyə ilə əlaqəsi olmamışdır. X42 ilə danışa bilər, çünkü Semur Şəmsiyyəni gedib onu qardaşından istəyəcəkdir. Amma qardaşı Şəmsiyyə ilə görüşməmişdir. Hadisədən 15 gün əvvəl o, həyətlərinə girəndə Təqsirləndirilən şəxs pələtdə olub, öz ifadəsində də deyib ki, onu görüb vurmaq istəyib, amma o, Aslanı görməmişdir. Dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə baş verən günü o, Rusiya Federasiyasında olmuş, Azərbaycan Respublikasında olmamışdır. Hadisə vaxtı Təqsirləndirilən şəxs istifadə etdiyi silah onun silahıdır. O özünə məxsus silahı evində gizlətmişdir. Onun dayısı oğlu Təqsirləndirilən şəxs evinə gələrək ona məxsus silahı evindən götürüb aparmışdır. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, iki il yarım olar ki, Rusiya Federasiyasındadır. Hadisə zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi silah ona məxsus olub. Onun evində heç kim yaşamır. Əmisi uzaq yola yük daşıyan işləyir, arada gəlib evinə baxmışdır. Evin açarı evlərində lazım olan yerdə gizlədilmişdir. Aslan onun doğma dayısı oğludur, evinin giriş-çıxışın bilmişdir. Aslanla uzun müddətdir ki, əlaqəsi olmamışdır. Aslanın onun silahı olmasından xəbəri olmuşdur. Atası və anası silahı sandıqda gizlətmişdilər. Sandığın qıfılı olmamış, adi qıfıl ilə bağlanmışdır. O, dayısı və Şəmsiyyə barədə heç nə deyə bilməmişdir. X54 əlaqəsi yoxdur. Aslana qarşı şikayəti və tələbi yoxdur. Aslan onun evini yaxşı tanımışdır. Oktay onun əmisidir. Aslanın onun silahını götürməsindən əmisi Oktayın xəbəri olmamışdır. Aslanın əqli çatışmamazlığı vardır. Aslanın sürücülük hüququ olub-olmamasını bilməmişdir. Dindirilmiş Şahid1 Həsən qızı ifadəsində bildirmişdir ki, Semur Alışanov onun doğma oğludur. Hadisə günü Elnur Hüseynov onun oğlu Semuru çağırmış, oğlu da getmişdir. Oğlu Semurun getməsindən heç 20 dəqiqə vaxt keçməmiş oğlunun ölüm xəbəri gəlmişdir. Dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, 15-16 yaşından Semur Alışanovla istəkli olmuşdur. Semurun anası onun valideynlərinin yanına bir neçə dəfə gələrək, «hərisin» almışdır. Sonradan Semur əsgər getmişdir. Semur geri gələnə qədər onun yaxın dostu olan Cabir Nuriyev onu qaçırmışdır. O, Cabirə demişdir ki, «mən səni istəmirəm, istəməyəcəm də, vaxt gələcək səndən ayrılacam, atamın familiyasından da çıxmayacam və Semura ərə gedəcəm». Cabir Nuriyevlə evliliklərindən iki qız övladları olmuşdur. Qızlarının 26-25 yaşları var. O, 15 ildir ki, Cabir Nuriyevdən ayrılmışdır və onunla heç rəsmi nikaha girməmişdir. Onun evini də atası tikib, atası imkanlı kişi olmuşdur. Evinin tikilməsində Cabir Nuriyevin bir manatı da olmamışdır. Onun şəxsi ferması və biznesi vardır, qızlarını da özü ərə vermiş köçürmüşdür. O, Semurun türmədən çıxıb gəldiyini eşitmişdir. Semur onu qardaşından istəyəcəkdir və onlar evlənəcəkdilər. Semur onun namusunu qoruyan olmuş, o heç vaxt onun adına söz çıxarılmasına imkan verməzdi. Hadisədən əvvəl Qabil Nuriyev onunla telefonla danışaraq ona demişdir ki, «Şəmsiyə eşitmişəm Semur deyib ki, Şəmsiyyə ilə evlənəcəm». O, Qabilə cavab verərək «mənim həyatıma qarışa bilməzsiz, mən onunla ailə quracam. Mənim həyatıma qardaşım belə qarışa bilməz» demişdir. Qabil ona demişdir ki, «kimə ərə gedirsən get, Semura ərə getmə». Verilən suallara cavab olaraq Şahid4 bildirmişdir ki, Qabil Nuriyev onunla telefonda danışaraq demişdir ki, «Şəmsiyyə eşitmişəm Semur sizə gəlib-gedir». O, Qabilə demişdir ki, «sən məni tanıyırsan, mənə heç kim qarışa bilməz, mənim ağlım başımdadı. Mən heç vaxt belə hərəkətə yol vermərəm». Semura ərə gedəcəkdi. Aslanın onun qapısını güdməsini görməmişdir. Aslan onun qapısını güdə bilməz. Aslan kənddə maşın da sürmüşdür, ağlı da başında olmuşdur. Aslanın Semuru güdməsindən xəbərsiz olmuşdur. Qabilin, Semuru öldürəcəm deməsini o, eşitməmişdir. O, 35 ildir ki, Semuru istəmişdir. Aslan onun qucağında böyüyən uşaqdır. Aslan kimdir ki, ona Semura ərə getmə desin. X9q etmişdir qızının biri onlarda ərdədir. Aslanı tanıyandan Aslan sağlam olmuşdur. Aslan kənddə maşın sürmüşdür, o sağlam olmuşdur. Aslanın sürücülük hüququ olduğu üçün o kəndlərində maşın sürmüşdür. Aslan istintaq vaxtı onun ünvanına çox yalnış ifadələr işlətmişdir. Qabil Nuriyev may ayının 3-də onula telefonla danışmışdır. Hadisə də ayın 19da axşam baş vermişdir. Xanmuradla Aslan şüurlu şəkildə birləşib Semuru öldürmüşlər. Aslan anlaqlı olmasa onu 10 gün güdməzdi. Xanmurad onun ögəy əmisi oğludur, onunla 2 ildir ki, danışmır ədavəti var. Dindirilmiş Şahid9 ifadəsində bildirmişdir ki, yeməkxanada aşbaz işləyir. Hadisə olan günü partlayış səsi eşitmiş və çölə çıxmışdır. Hər kəsin orada olduğunu görmüşdür. «102» xidmətinə və xəstəxanaya zəng etmişdir. O, birinin yerə yıxıldığını, digərinin isə onun üstündə onu vurduğunu görmüş, yerə yıxılan şəxs hərəkət etməmişdir. Verilən suallar cavab olaraq Şahid9 bildirmişdir ki, özünü itirdiyi üçün hadisə yerində adamı öldürən şəxsi görməmiş, orada maşın görməmişdir. Təqsirləndirilən şəxs tanımamışdır. Dindirilmiş Şahid10 ifadəsində bildirmişdir ki, onlar kafedə əyləşdikləri vaxt, fişəng səsi gəlmiş, elə bilmişlər ki, fişəng açılmışdır. Sonra pəncərədən çölə baxdıqda kiminsə kimisə vurduğunu görmüş hava da yavaş yavaş qaralmışdır. Çölə çıxdıqları vaxt Aslanın maşından düşüb bir əlində silah bir əlində bıçaq olduğunu görmüşdür, yaxınlaşmaq istəyən zaman Aslan namus məsələsi olduğunu və heç kimin yaxınlaşmamasını xahiş etmişdir. Aslan yıxılan şəxsə yaxınlaşıb bir neçə bıçaq zərbəsi vurmuş, sonra gəlib maşına minərək oradan çıxıb getmişdir. Verilən suallara cavab olaraq Şahid10 bildirmişdir ki, Aslan yıxılana bıçaqla təxminən 3-4-5 zərbə vurmuşdur. Sonra bıçaq və silah əlində normal vəziyyətdə gəlib maşına əyləşib sürüb getmişdir. Əvvəllər Aslanı tanımamışdır. Dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, hadisə olan günü Aslan ona zəng edərək, onu Bakıya çıxarmasını demiş, o, da gəlmişdir. Aslan maşını marketin qarşısında saxlatdırmış, ondan 100 manata xırda olub-olmamasını soruşmuşdur. O, Aslana xırda pulunun olmamasını demişdir. Aslan demişdir ki, «mən düşüm marketdə pulu xırdalayım sənə də pul verim». Aslan maşından düşdükdən sonra «part» səsi eşitmişdir. Maşından düşmüş və Aslanın adam vurduğunu eşitmişdir. Aslanın əlində silah olmadığını demiş, sonra çıxıb oradan getmişdir. Verilən suallara cavab olaraq Şahid5 bildirmişdir ki, fermada qalır, taksi sürücüsüdür. Həmişə Aslan ona maşın üçün zəng vurmuşdur. Hadisə may ayında baş vermişdir, o vaxt Aslan kurtka geyinmişdir. Aslanın əlində silah görməmiş, görsəydi onu maşına mindirməzdi. Aslan hər zaman maşında arxada oturmuşdur. Hadisə yerində Aslanın maşının görməmişdir. Aslanın üzərində heç nə görməmişdir. Aslan maşından düşəndə o, telefona baxmışdır. X43 maşına minmiş, sonra isə Elnur maşına minmişdir. Xanmurad onun üstünə qaçaraq gəlmiş və demiş ki, «Nuru adam vurdu», o, Xanmurada demiş ki, «Nurunun əlində heç nə yox idi axı, Nuru adam vursun». 18 ildir ki, Qasımlı kəndində yaşamışdır. Aslanı uzun müddətdir tanıyır, ağıllı uşaq olmuşdur. Dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, dükan işlədir. Hadisə günü çöldə partlayış səsinə dükandan çölə çıxmış, o çıxanda hadisə artıq olmuşdur. O, yaxınlaşmaq istədikdə Aslan ona gəlmə demiş o, da dayanmışdır. Aslanın əlində silah olmuş, maşına minib getmişdir. Verilən suallara cavab olaraq Şahid8 bildirmişdir ki, ondan siqareti Xanmurad almışdır. Aslanın əlində silah olmuş, maşına oturub getdiyini də görmüşdür. Dindirilmiş şahid X30 ifadəsində bildirmişdir ki, onun Semurla heç bir düşmənçiliyi olmamışdır. Semur onların həmkəndlisi olmuşdur. Onun qardaşı Cabir yükdaşıyan işləmişdir. Hadisədən çox əvvəl Semur Rusiyada olan vaxt, qardaşı Cabiri aldadıb özü ilə apararaq onunla mübahisə etmiş, sonra da mübahisə zəminində qardaşını bıçaqla vurmuşdur. Qardaşı Cabir ona, arvadı Şəmsiyyəyə görə Semurla ədavəti olduğunu deməmişdir. O, may ayında evində oturduğu vaxt tanımadığı nömrədən ona zəng gəlmiş, danışanda Semur olduğunu bilmişdir. Semur telefonda ona and-aman edərək demişdir ki, «mənim sizinlə düşmənçiliyim yoxdur, hadisədir də olub». O, da ona barışın getsin, unudun hər şeyi demişdir. O, hacı-kərbalayi adamdır. Onunla Semur arasında artıq söhbət olmamışdır. Verilən suallara cavab olaraq şahid Qabil Nuriyev bildirmişdir ki, o, Şəmsiyyəyə Semura ərə getməməsini deməmişdir. Şəmsiyyə onun qardaşından ayrılmışdır, onunla heç bir söhbəti ola bilməzdi. O, 2 il əvvəl Aslanla Qasımlı kəndində görüşmüşdür. Ondan əvvəl Aslan Rusiyada olub onun atası ilə görüşəndə bəlkə Aslan da orada olub görüşmüşlər, daha sonra Aslanı görməmişdir. Hadisədən əvvəl Aslanla telefon danışığı olmamışdır. Onda Aslanın telefon nömrəsi olmamışdır. O, heç bir vaxt Semurun öldürülməsinə göstəriş verməmişdir. Semurun qardaşı Cabirlə söhbəti olmuşdur. Semur ona zəng etmiş danışmışlar. Şəmsiyyə ilə onun Semur barədə telefon danışığı olmamışdır. Semurun bacısıgil əvvəl pul üçün, borc üçün ona zəng etmişlər, o da köməklik etmişdir. Semurla aralarında heç bir narazılıq olmamışdır. O, Semuru öldürməsi üçün qardaşı oğlu Aslanla danışmamış, belə bir niyyəti olmamışdır. Dindirilmiş Şahid14 ifadəsində bildirmişdir ki, Aslan uşaq vaxtı dava etmişdi, başından xəsarət almışdı, amma xəstəxanada yatmamışdır. Aslan hərbi xidmətə gedərkən xəstə olması məlum olmuşdur. Salyanda müalicə almışdır. Hadisədən iki əvvəl Aslan Qasımlı kəndinə getmişdir. Onlar arada Azərbaycana gələrək evə dəymişlər. Aslan heç vaxt törətdiyi hadisə barədə danışmamışdır. Aslan adın dəyişdirib, özünə babasının adın qoymuşdu, özü elə istəmişdir. Aslan maşını kreditlə götürmüşdü pulunu o, vermişdir. Aslan ona demişdir ki, taksı sürür, adam aparıb gətirmişdir. Xanmurad həmkəndlisidir. O, oğluna maşınını kiməsə idarə etməyə verməsi barədə bir söz deyə bilməmişdir. Aslan Salyanda xəstəxanada müalicədə olmuşdur. Verilən suallara cavab olaraq Şahid14 bildirmişdir ki, Semur qardaşı Cabiri bıçaqla vurduğuna görə əvvəllər onunla ədavəti olmuşdur. O, qardaşı Cabirlə Semurun arasında nə ədavət olduğunu bilməmişdir. X58 xəstəxanada yataraq müalicə almışdır. Aslan Rusiyada orta təhsil almışdır. Aslanın sürücülük hüququ vardır. Aslanın hərbi biletində xəstəliyi ilə əlaqədar həqiqi hərbi xidmətə yararsız olması qeyd olunmuşdur. Yəqin Aslan nəyəsə qıcıqlanmışdır və başı götürmədiyi üçün bu hadisəni törətmişdir. Bütün kənd danışır hadisə barədə. O, şəxsən Semurun ailəsinə hadisə ilə əlaqədar üzürxahlıq etməmişdir. Semur onun qardaşı Cabiri bıçaqlayıb meşəyə atmışdır, onun da ailəsi onlara üzürxahlıq etməmişdir. Dindirilmiş şahid X22 ifadəsində bildirmişdir ki, Rusiyada eşitmişdir ki, Aslan Semuru öldürmüşdür. Semurun keçmiş arvadı Şəmsiyyə ilə əlaqəsi olmuş, sözləşmişlər ki, onu öldürsün sonra da onlar birləşsin. O, bıçaqlanana kimi Şəmsiyyə ilə imam nikahı ilə bir ailə kimi yaşamışdır. Şəmsiyyəni qaçırmamışdır. Semurla heç bir danışığı olmamışdır. Semur onu aldadaraq Rusiyada görüşə çağırıb, semurun yanında olan rus vətəndaşı ona «elektroşok» vermiş, Semur da onu bıçaqla vurmuşdur. X62 barədə heç bir söhbəti olmamışdır. Semur söz-söhbət yaratdığı üçün, Aslan onu vura bilər. Dindirilmiş Şahid11 ifadəsində bildirmişdir ki, XanŞahid11 onun qardaşıdır. Təqsirləndirilən şəxs və X17 onun həmkəndliləri olmuşdur. Həmin şəxslərlə hər hansı biri ədavəti və ya narazılığı olmamışdır. Qardaşı Xanmurad isə Təqsirləndirilən şəxs ilə yaxın münasibətdə olmaqla dost olmuşlar. Təqsirləndirilən şəxs əvvəllər uzun müddət Rusiya Federasiyasında, sonra isə Bakı şəhərində yaşamış, Qasımlı kəndində isə Aslanı hadisədən 1-2 ay əvvəl görmüşdür. 20 may 2024-cü il tarixdə axşam saat 20 radələrində evdə olarkən, Xanmurad və qohumu Şahid3 gəlmiş, Xanmurad yeməkxanada əyləşib çay içən zaman Aslan, Semur Alışanovu odlu silahdan atəş açaraq və bıçaqla xəsarətlər yetirərək öldürdüyünü bildirmişdir. Elə həmin vaxt polis əməkdaşları gələrək Xanmuradı çağırmışlar və polis şöbəsinə aparmışlar. Sonradan ona məlum olmuşdur ki, Xanmurad, Təqsirləndirilən şəxs ilə əlbir olub həmkəndliləri Semur Alışanovu qətlə yetirməyi planlaşdırmışdır. Dindirilmiş şahid X18 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs məxsus olan avtomobili mütəmadi olaraq istifadə etmişdir. 16 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus olan avtomobili şəxsi istifadəsi üçün götürmüşdür. 20 may 2024-cü il tarixdə rəhmətə gedən Semur onun tərəfindən əmisi oğlu Elnura salam göndərmişdir. Bundan qabaq Elnurdan onu soruşmuş, xaricdə işlədiyi üçün onun yanına gəlmək istəmişdir. Semurun salamını Elnura çatdırmış, həmin vaxt avtomobil onda olmuşdur. Elnur Semurgilə getmələrini, Semurdan nə olub niyə salam göndərdiyini soruşmaq istədiyini demişdir. Elnur gedib Semuru evlərindən çağırmış, Semur gəlmiş və onlar söhbət etmişlər. Daha sonra Semur gedək rayonda bir yerdə çay içək demişdir. Semura avtomobili idarə etmək üçün etibarnaməsi olmadığını, rayona çıxa bilmədiklərini kəndin çıxacağında bir yerdə otura biləcəklərini demişdir. Bir yerdə çay içməyə getmişlər, çayxanada oturmuşlar, çay sifariş vermiş, əmisi oğlu Elnur 100 qram araq içmək istədiyini demiş, Semurla o isə çay içmişlər. Daha sonra Təqsirləndirilən şəxs ona zəng edib ondan harada olduğunu soruşmuş, Aslana kənddə olmadığını, kafedə olduğunu demişdir. Aslan ona maşın lazım olduğunu demiş, o isə uzaqda uşaqlarla birlikdə olduğunu, maşın lazımdırsa gəlib maşını götürməsini demişdir. Aslan ona kiminlə olduğunu, o isə Aslana Semurla olduğunu demişdir. Aslan ona maşının açarını üstündə qoymağını və gəlib maşını götürəcəyini demişdir. Maşın onların oturduqları yerdən aralıda olmuş, açarı maşına qoyub gedib yerində oturmuşdur. Aslanın onunla telefon danışığından 20-25 dəqiqə keçəndən sonra 4- 5 metrədən Aslan əlində silahla gəldiyini və Semuru vuraraq öldürdüyünü görmüşdür. Aslan birinci atəşi açdıqdan sonra əmisi oğlu ilə hadisə yerindən qaçmışdır. Daha sonra Aslan özü gedib polisə təslim olmuşdur. Verilən suallara cavab olaraq şahid XanŞahid11 bildirmişdir ki, istintaqda döyüldüyü üçün dözə bilməyib cinayəti Aslanla bir yerdə planlaşdırdığını demişdir. Aslanı hadisədən 3-4 gün qabaq maşını alanda görmüşdür. Aslandan mütəmadi olaraq maşını almışdır. Hadisədən sonra Aslanla bir maşında getməmişlər. Semuru evdən çay içmək üçün götürmüşdür. Polis bölməsində onu döymüşlər, ona Aslanın Semuru öldürəcəyindən xəbəri olduğunu, Semuru hadisə yerinə gətirdiyini bildirmişlər. O da dözə bilməyərək polis əməkdaşları nə demişlərsə həmin formada da ifadə vermişdir. Məhkəmədə elan və tədqiq olunmuş şahid X10 ifadəsindən görünür ki, ona Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək şübhəli və təqsirləndirilən şəxs qismində dindirlərkən vermiş olduğu ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisi olmaqla eyni zamanda dostluq və qohumluq əlaqələri var. Belə ki, onun əmizi qızı Şahid4 Təqsirləndirilən şəxs əmisi Şahid12 həyat yoldaşı olmuşdur. Qasımlı kənd sakini X11 həmkəndli kimi tanımış, Seymur 2013-cü ildən Rusiya Federasiyasına getmiş bir müddət orada yaşamışdır. Semurla Şahid12 arasında ədavət olmuşdur. Belə ki, onun əmisi qızı, Cabirin həyat yoldaşı Şahid4 yeniyetmə vaxtından Semurla sevgili olmuş, Şəmsiyyə Cabirlə evləndikdən sonra da onların münasibətləri davam etmişdir. Bu səbəbdən Semurla Cabirin arasında ədavət olmuş, Rusiya Federasiyasının Murmansk şəhərində Semur Cabiri bıçaqlamışdır. Törətdiyi cinayət əməlinə görə Semur Murmansk şəhərində cinayət məsuliyyətinə cəlb edilmiş və səhv etmirsə 9 il azadlıqdan mərhum etmə cəzasına məhkum edilmişdir. Lakin Semur ona təyin edilmiş cəzanı axıra qədər çəkməmiş, 2022-ci ildə başlanmış Rusiya-Ukraniya müharibəsinə göndərilmiş və müharibədə iştirakı ilə əlaqədar Rusiya höküməti tərəfindən bu səbəbdən əfv edilmişdir. 2013-cü ildə yaşı az olsa da Semurun ərdə olan əmisi qızı Şəmsiyyə ilə əxlaqsız münasibətinin olması, bu səbəbdən sonuncunun ərini bıçaqla vurub xəsarət yetirməsini eşitdikdən sonra onda Semura qarşı nifrət hissi yaranmış və qisas almaq istəmişdir. 2024-cü ilin may ayının əvvəllərində Seymurun kəndə gəldiyini bilmiş, belə ki, sonuncu bacısı ilə birlikdə onların evinin qarşısından keçəndə əmisi oğlu Şahid3 ilə qarşılaşmış və söhbət etmişlər. Şahid3 və Semur Alışanov həmyaşıd olmaqla münasibətləri yaxşı olmuşdur. Semur keçib getdikdən sonra o, Elnurdan həmin şəxsin kim olduğunu soruşmuş, sonuncu həmin şəxsin Semur Alışanov olduğunu bildirmişdir. Semuru qiyabi olaraq tanısa da üzdən tanımamışdır. Təqsirləndirilən şəxs əvvəllər uzun müddət Rusiya Federasiyasında yaşamış, sonucu dəfə 2023-cü ilin əvvəllərində RF-dan qayıtmış, onunla mütəmadi görüşləri və telefon əlaqələri olmuşdur. 2024-cü ilin may ayının əvvəllərində kənd ərazisində piyada gəzən zaman Aslan özünə məxsus «Nissan Note» markalı, ** KE *** dövlət nömrə nişanlı avtomaşını ilə hərəkətdə olduğu zaman qarşılaşmış, salamlaşdıqdan sonra o da avtomaşına əyləşmiş və birlikdə kənd ərazisində gəzmişlər. Avtomaşında olan söhbət zamanı Aslan ona Semurun kənddə olub-olmadığını soruşmuş, o da Semuru təxminən 10 gün əvvəl evlərinin qarşısından bacısı ilə birlikdə keçən zaman gördüyünü demişdir. Söhbət zamanı Aslan Semuru öldürmək lazım olduğunu demiş, o da Aslanın sözünə dəstək olaraq “lazımdır, öldürək” deyərək Semur Aslanın əmisi Şahid12 bıçaqladığına, əmisinin arvadı Şahid4 ilə görüşüb ailə namuslarını ləkələdiyinə görə qisas niyyəti ilə öldürmək qərarına gəlmişlər. Şahid4 onun doğma əmisi qızı olduğuna görə və sonuncu ərdə olduğu halda Semur Alışanovla görüşməsi onun da ailə namusunu ləkələdiyinə görə də Semuru öldürmək istəmişdir. Onların fikirləri və niyyətləri üst-üstə düşdüyünə görə elə Qasımlı kəndində baş tutmuş ilk görüş zamanı Semur Alışanovu öldürmək barədə qəti razılığa gəlmişlər. X63 öldürmək üçün silahının olduğunu demiş və avtomaşınında olan «MAVORİC 20AZ-0050» markalı silahı ona göstərmişdir. Aslan, Semuru məhz həmin silahla öldürmək istədiyini demişdir. Həmin görüşdən sonra hər ikisi kənd ərazisində Semuru axtarmağa başlamış, Aslan Semurun onun kənddə olmasını bilərək qisas almaq niyyətindən xəbərdar olub qaçmasından ehtiyat edib gündüzlər bütün gün evdən çölə çıxmayaraq kənd ərazisində görünməmişdir. O isə ətrafdakıları duyuq salmadan gizlincə Semurun olduğu yeri müəyyən etmək istəmişdir. Lakin, nə qədər axtarsa da Semur yaşadığı evdən çölə çıxmamış, kənd ərazisində görünməmişdir. O 3-4 dəfə Təqsirləndirilən şəxs ilə təkbaşına isə 15-20 dəfə Semur Alışanovun kənd məscidinin yanında yerləşən fərdi yaşayış evinin yanından keçib sonuncunu çöldə yaxalmaq istəmişdir. Lakin nə Aslanla birlikdə, nə də təkbaşına getdiyi zamanlarda Semur Alışanovu yaşadığı evin ətrafında görməmişdir. 16-17 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs özü çox görünməsin deyə və axtarış işini surətləndirmək üçün özünə məxsus «Nissan Note» markalı, ** KE *** dövlət nömrə nişanlı avtomaşını ona vermiş, hadisədən əvvəl son 3-4 gün o, bütün günü həmin avtomaşınla Qasımlı kəndi ərazisində Semuru axtarmış, lakin rast gəlməmişdir. Keçən müddət ərzində onlar mütəmadi olaraq Aslanla görüşmüş və telefon vasitəsi ilə əlaqə saxlamışdırlar. Təqsirləndirilən şəxs də nə qədər axtarsa da Semuru tapa bilmədiyini demişdir. Hər ikisinin Semur Alışanovu axtarmaqda məqsədi gördükləri yerdə onu öldürmək olmuşdur. 20 may 2024-cü il tarixdə nahar etdikdən sonra yenidən Semuru harada axtarmaq barədə düşünmüş, onlarla bir həyətdə yaşayan Şahid3la Semurun dost olduğu, məhz Elnurun vasitəsi ilə Semurun evdə olub-olmadığını müəyyən etmək fikri ağlına gəlmişdir. Bu məqsədlə saat təxminən 15-16 radələrində Elnuru aldadıb kənd ərazisində qarşılaşdıqları zaman Semur Alışanovun ondan Elnuru maraqlandığını, sonuncuya salam dediyini bildirmişdir. Həmin vaxt Elnur vaxtı varsa gedib Semura baş çəkməklərini demişdir. Şahid3 Semur Alışanovla yaxın dost olmuş onun, nədə ki, Aslanın Semuru öldürmək niyyətləri barədə heç bir məlumatı olmamışdır. Elnura yalan danışıb Semurun ona salam göndərdiyini və maraqlandığını deməkdə məqsədim Elnurun vasitəsi ilə Semurun yerini müəyyən etmək olmuşdur. Onun dediklərindən sonra Elnur gedək Semura baş çəkək deyəndə isə məqsədinə nail olmuşdur. Belə ki, Semurun evdə olub-olmadığını müəyyən etmək istəmişdir. İstifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Aslanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng etmiş və Elnurla birlikdə Semurun evinə getdiyini, əgər evdədirsə onu bir bəhanə ilə çölə çıxardacağımı bildirmişdir. Aslan isə Elnurun niyətlərindən xəbəri olub-olmadığını, Semurun onun sözü ilə evdən çıxıbçıxmayacağını soruşmuş, o, X51 öldürmək niyyətlərindən xəbəri olmadığını və sonuncunun Elnurun sözü ilə evdən çıxacağını bildirmişdir. Bundan sonra saat təxminən 17 radələrində Elnurla birlikdə Aslana məxsus idarə etdiyi «Nissan Note» markalı, ** KE *** avtomaşınla Semurgilə getmiş, Semurun yaşadığı evin yanına çatana kimi bir neçə dəfə Aslanla «WhatsApp» ani mesajlaşma mobil tətbiqi vasitəsi ilə əlaqə saxlamışdır. Elnur Semuru çağırmış və söhbət zamanı sonuncu çöldə çay içməyi təklif etmişdir. O Semurun çöldə çay içmək fikrini eşidəndə sevinmiş, Semuru öldürmək üçün əlverişli şəraitin yarandığını yəqin etmişdir. Semur yenidən evə daxil olmuş və təxminən 5-10 dəqiqədən sonra üzərindəki paltarları dəyişib onun idarə etdiyi avtomaşının arxa oturacağına əyləşmişdir. Avtomaşında olan zaman Semur Masallı şəhərində bir yerdə oturmağı təklif etmiş, o isə nəqliyyat vasitəsini idarə etmək üçün etibarnaməsi olmadığı üçün kənara çıxa bilməyəcəyini demiş, bu səbəbdən köhnə Masallı-Lənkəran yolunun Göyəçöl və Şıxlar kəndlərinin kəsişdiyi yerində, adını bilmədiyi kafedə əyləşməyi təklif etmişdir. Saat təxminən 18 radələrində kafedə olduqları zaman «WhatsApp» ani mesajlaşma mobil tətbiqi vasitəsi ilə Aslana mesaj yazıb olduqları yer barədə məlumat verməklə Semur Alışanovun yanında olduğunu bildirmişdir. Aslan isə ona Semuru bir qədər yubatmağını, qısa müddətə hazırlaşıb olduqları yerə gələcəyini demişdir. Təqsirləndirilən şəxs gələnə qədər o, Semur və Elnur təxminən 1 saat ərzində 2 çaynik çay içmişlər, Elnur eyni zamanda bir bakal da pivə içmişdir. Elnur Semurla üzbə-üz, o isə stolun başında əyləşmişdir. Həmin müddət ərzində o, Semur Alişanovu öldürmək üçün cəhd etmək istəmiş, lakin üzərində hər hansı silah və alət olmadığına görə bu fikrini həyata keçirməmiş, çılpaq əllə Semura hücum edəcəyi təqdirdə əlindən qaçıb qurtula biləcəyini düşünmüşdür. Semuru qəti şəkildə əldən buraxmaq istəməmiş, buna görə də Semuru yəqin olaraq öldürmək üçün Aslanın gəlməsini gözləmişdir. Gözlədikləri müddət ərzində müxtəlif mövzulardan söhbət açıb Semurun fikrini yayındırmış, sonuncunun nədənsə şübhələnməsinə yol verməmişdir. Onlar kafedə əyləşdikləri vaxtdan təxminən bir saat sonra Aslan «WhatsApp» ani mesajlaşma mobil tətbiqi vasitəsi ilə yazaraq olduqları yerə çatdığını bildirmişdir. Həmin mesajı görüb stoldan qalxaraq kənara çəkilmiş, Aslan sağ əlində silahla kafenin həyətinə daxil olub silahı iki əli ilə sıxıb Semura tuşlamış və sonuncuya «şərəfsiz» deyib bir dəfə sinə nahiyəsindən atəş açmışdır. Aslan silahla Elnurla Semurun əyləşdiyi stola yaxınlaşanda Elnur durub qaçmışdır. Təqsirləndirilən şəxs silahla Semur Alışanova bir dəfə atəş açdıqdan sonra, silahı ikinci dəfə də atəş açmaq məqsədi ilə hazır vəziyyətə gətirmək istəsə də silah kilidlənmişdir. Bunu görən Aslan əlində olan bıçaqla yerdə uzanıqlı vəziyyətdə olan Semur Alışanovun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri vurmuşdur. Yaranmış səsə ətrafdakı şəxslər toplaşmış, Aslan Semurun yanından aralanıb onun kafenin qarşısında saxladığı öz avtomaşınına doğru gedib, anidən geri qayıtmış və yerdə uzanıqlı vəziyyətdə olan Semur Alışanova yaxınlaşıb boğaz və kürək nahiyəsinə yenidən bir neçə bıçaq zərbəsi vurmuşdur. Həmin vaxt o, hadisə yerindən aralanaraq kafenin qarşısında avtomaşınını saxlamış taksi fəaliyyəti ilə məşğul olan Qasımlı kənd sakini Sərdarı saxlatdırıb sonuncunun idarə etdiyi «Reno» markalı dövlət qeydiyyat nişanını bilmədiyi avtomaşına əyləşmiş və bir qədər qabaqda isə Elnur əyləşdikdən sonra evə aparmasını xahiş etmişdir. Evə çatdıqdan sonra Masallı RPŞnin polis əməkdaşları gəlib onu polis şöbəsinə aparmışlar. Dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Xanmurad ona Semurun onu axtardığını demişdir. Maşın ilə Xanmuradla bir yerdə Semurgilə getmişlər. Semuru çağırıb onu soruşduğunu demişdir. Semur çay işmələrini təklif etmiş, Semurla yolun başına gəlib çayxanada çay içmişlər. Çay içdikləri yerdə Aslan əlində tüfənglə gəlib Semura «sən mənim əmimi vururdun» demişdir. Aslana silahı yığışdırmağı demiş, Aslan isə Semura atəş açmışdır. Bundan sonra hadisə yerindən qaçaraq evinə gəlmişdir. Məhkəmədə elan və tədqiq olunmuş Şahid3 ifadəsindən görünür ki, 20 may 2024-cü il tarixdə saat 16 radələrində evdə olduğu vaxt qohumu Xanmurad onu çağırmış, yaxınlaşaraq avtomobili hardan əldə etdiyini soruşanda sonuncu Təqsirləndirilən şəxs məxsus olduğunu demişdir. Xanmurad avtomaşında gəzməyi təklif etmiş, bir qədər kənd ərazisində gəzərək evinə qayıtmışdır. Təxminən 2 saat sonra Xanmurad təkrar gələrək kənd ərazisində gəzməyi təklif etmiş, Semurun evinin yanından keçərkən Xanmurad Semura baş çəkməyi demişdir. O, Xanmuradla razılaşıb Semurun yanına getmiş, görüşüb söhbət etmiş, boşluqdursa çay içməyi təklif etmişdir. Xanmurad sürücülük etibarnaməsi olmadığı üçün kənd ərazisindən kənara çıxa bilməyəcəyini deyəndə Semur ona köhnə Masallı-Lənkəran magistral yolunun Şıxlar Göyəçöl kəndinin kəsişməsində yerləşən kafedə əyləşməyi təklif etmişdir. O, Semurla birlikdə Xanmuradın idarə etdiyi «Nissa Note» markalı **-KE-*** dövlət nişanlı avtomobilə əyləşərək həmin kafeyə gedərək ağacların altında olan besetkaların birində əyləşərək o, pivə Seymur və Xanmurad çay içmişdir. Xanmurad həmin vaxt stoldan duraraq yenidən qayıtmış və əlindəki telefonla kimsə nə isə yazmışdır. Xanmurad stoldan ikinci dəfə siqaret almaq üçün durmuş və yenidən qayıtmışdır. Təxminən 5 dəqiqə sonra Təqsirləndirilən şəxs onun sağ arxa tərəfindən “Səniydin mənim əmimi öldürmək istəyən, səniydin əmimin başını kəsmək istəyən, gör adamı nətər öldürürlər” deyə-deyə gəldiyini eşidib arxaya çöndükdə Aslanın əlində «vinçestr» markalı tüfənglə gəldiyini görüb kənara çəkilmişdir. Aslan Semura 7-8 metr yaxınlaşıb bir dəfə əlindəki silahla atəş açmış, güllə Semura dəyərək səndəlləmiş, Aslan təkrar atəş açmaq istədikdə silah açılmamış, həmin vaxt isə Semur sağ çiyni üstə yerə yıxılmış Aslan əlindəki bıçaqla yerdə uzanıqlı vəziyyətdə olan Semurun üzərinə gedərək bel və boyun nahiyyələrinə çoxsaylı zərbələr vurmuşdur. Semur inildiyərək nəsə desə də, artıq onların olduğu yerdən aralandığından nə dediyini eşitməmiş, lakin Semurun dəfələrlə Təqsirləndirilən şəxs tərəfindən bıçaqlandığını görmüşdür. O, marketin qabağında sağ tərəfdə yerləşən dayanacağa qaçmış, həmkəndliləri Sərdar adlı şəxsə məxsus markasını və dövlət nömrə nişanını xatırlamadığı avtomaşınla Xanmuradla birlikdə kəndə qayıtmışlar. X36 Semuru öldürəcəyini qabaqcadan bildiyini desə də, birinci onun dediklərini inkar edərək heç nədən xəbəri olmadığını demişdir. Yaşadığı evə gələrək hadisə barədə qardaşı Arzuya və Xanmuradın qardaşı Murada demiş, söhbət zamanı X44 Ağazadə tərəfindən öldürülməsini qabaqcadan planlaşdırdıqlarını, bunun üçün fürsət gözlədiklərini bildirmişdir. Hətta Xanmurad həmin gün onu qəsdən Semurun evinin yanına apardığını və beləliklə Semurun evdə olub-olmadığını dəqiqləşdirdiyini bildirmişdir. O, əlavə olaraq bildirmişdir ki, hadisə zamanı Aslanın arxasından 2-3 metr aralıda Xanmurad olanlara baxmış, Aslana «vur, vur, elə vur ölsün» demişdir. Semura güllənin dəydiyini görərək şoka düşüb qorxmuş, hadisənin şokunda olduğundan onlara yaxın getməmiş va hadisənin baş verdiyi yerdən qaçmışdır. Hadisə baş verdiyi 20 may 2024-cü il tarixdə Xanmurad ona Semurun salam göndərdiyini və vaxtı olarsa, baş çəkməyini Xanmuradı ona yalandan bildirmiş, o, buna görə Semurgilə getmiş, Semurun ölümünü təşkil etməkdə və ya qatillərə kömək etmək məqsədi olmamışdır. Xanmurad onu aldadaraq Semurgilə aparmış, Semurun təklifi üzrə gedib kafedə oturmuşlar. Həmin kafedə də, xəbəri olmadan Xanmurad Semurun yeri barədə Aslana məlumat vermiş və onlar birlikdə Semuru qətlə yetirmişlər. Verilən suallara cavab olaraq Şahid3 bildirmişdir ki, Aslana ibtidai istintaq zamanı ifadəsində «vur, vur, elə vur ölsün» deməmişdir. İfadəsində hadisə yerindən qaçmağını deməsi düzgündür. Müstəntiqin ifadəsində nə yazdığını bilməmişdir. Məhkəmədə elan və tədqiq olunmuş Şahid7 ifadəsindən görünür ki, X11 qətlə yetirən Təqsirləndirilən şəxs onun əmisi oğlu, XanŞahid11 isə həmkəndlisidir. Atası Qabil, əmiləri Sabir, Nuru, Cabir, Habil, bibiləri Növrəstə və Mehriban uzun müddətdir ki, ölkə xaricində olmaqla Rusiya Federasiyası Murmansk şəhərində yaşayırlar. Mərhum Semurla əmisi Cabir arasında sonuncunun arvadı Şahid4 görə ədavət olmuş, Şəmsiyyə Semurun gənc yaşlarında sözlüsü olmuş, lakin Cabirlə ailə həyatı qurmuşdur. Buna görə də, təxminən 2014-cü ildə X37 şəhərində əmisi Cabirə çoxsaylı bıçaq xəsarətləri yetirərək öldürməyə çalışmışdır. Lakin əmisi sağ qaldıqdan sonra Semur barəsində RF CM-nın müvafiq madəsi ilə cinayət işi başlanmış və sonuncu azadlıqdan məhrum edilmişdir. Semur Rus-Ukraniya müharibəsində iştirak etdiyi üçün cəzadan vaxtından əvvəl azad olunmuş və 2023-cü il tarixdə müharibədən qayıdaraq bir müddət Murmansk şəhərində sonra isə Azərbaycan Respublikasına gələrək burada yaşamışdır. Aslan əmisi oğlu olsa da, onunla əlaqəsi mütamadi olmamış, Semurun əmisini öldürmək istəməsindən sonra Aslan hər yerdə qisas almaq üçün Semuru öldürəcəyini demişdir. Nəslin böyükləri, ağsaqqalları isə Aslana Semurun artıq cəzasını çəkdiyini, iki nəsil arasında ziddiyyətin yaranmamasına lüzum olmadığını bildirsələr də Aslan əhəmiyyət verməmişdir. Aslan psixi xəstə olduğundan və psixiatriya xəstəxanasında qeydiyyatda olduğundan nəsildə heç kimin sözünə qulaq asmayıb, öz bildiyini edən biri olmuşdur. Aslan Rusiya Federasiyasında yaşadığı müddətdə də, keçirdiyi psixi xəstəliyə görə bir-iki dəfə qanunsuz hərəkətlərə yol vermişdir. Aslanın Azərbaycan Respublikasında yaxın qohumlarından ondan başqa heç kim olmadığı üçün 20 may 2024-cü il tarixdə hüquq-mühafizə orqanlarından ona zəng olunaraq Təqsirləndirilən şəxs həmkənlisi XanŞahid11la birlikdə Semur Alışanovu qətlə yetirdikləri və buna görə də şübhəli şəxs qismində saxlanılması barədə məlumat verilmişdir. O, əlavə olaraq bildirmişdir ki, 20 may 2024-cü il tarixədək Aslan Semuru öldürmək üçün hər hansı real tədbir görməmiş, Aslan uşaqlıqdan XanŞahid11la sıx dostluq münasibətində olmuş, Ailədə Aslandan başqa heç kim Semura kin güdməmiş və ədavət saxlamamışdır. Bunun əyani sübutu isə Semurun 2023-cü ilin səhv etmirsə may ayında Rus-Ukraniya müharibəsindən qayıtdıqdan sonra bir neçə ay əmisi Cabirin və digər ailə üvlərinin də yaşadığı Murmansk şəhərində yaşaması və heç vaxt onların ailəsi ilə problemi olmamasıdır. Məhkəmədə elan və tədqiq olunmuş Şahid15 ifadəsindən görünür ki, Semur Alışanov onun əmisi nəvəsidir. Münasibətləri yaxşı olmuşdur. Semur subay olmaqla ailə həyatı qurmamışdır. Semur ölkəyə qayıtmamışdan bir xeyli qabaq Şəmsiyyə artıq əri Cabirdən ayrılaraq Masallı rayonu Qasımlı kəndində tənha yaşamış, Semur da qayıtdıqdan sonra Şəmsiyyə ilə təkrar ünsiyyət qurmuş və sonuncu ilə evlənmək istədiyini ona demişdir. O Semura kənd yeri olduğu üçün belə bir addım atmağın yaxşı alınmayacağını deyərək Şəmsiyyə ilə izdivaclarının rəsmi formata salınmasına qarşı çıxmışdır. Lakin onlar bir-biri ilə tez-tez görüşmüşdürlər. 20 may 2024-cü il tarixdə qohumları vasitəsilə Cabirin qardaşı oğlu Aslan X6 silahla və bıçaqla qətlə yetirdiyini eşitmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«cinayət işinin başlanması və iş üzrə ibtidai istintaqın tapşırılması haqqında» 20 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19:30 radələrində, Masallı rayonu Göyəçöl kəndi ərazisində yerləşən yeməkxanada X11 odlu silahdan atəş açmaqla və bıçaqla çoxsaylı xəsarətlər yetirməklə qəsdən öldürməsi faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır.(cild 1,i.v.1) -«cinayət işinin icraata qəbul edilməsi haqqında» 20 may 2024-cü il tarixli qərardan görünür ki, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi Masallı rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas Elçin Abbasov tərəfindən icraata qəbul edilmişdir.(cild 1,i.v.2) -«hadisə yerinə baxış keçirilməsi haqqında» 20 may 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri köhnə Masallı-Lənkəran yolunun Masallı rayonu Yeddioymaq-Şıxlar və Gəyəçöl kəndlərinin kəsişməsi hissəsində yolun sol çiynində “Ailə” marketin arxasında yerləşən yeməkxananın həyətidir. Həmin yeməkxananın divarları çəhrayı rəngli boya ilə boyanmışdır. Yeməkxanın ön tərəfdə iki giriş qapısı və iki pəncərəsi, qarşısında 20-25 sm hündürlüyündə betondan hazırlanmışhasarı vardır. Yeməkxananın ön tərəfi ilə hərəkət edib sol tərəfə döndükdə arxa tərəfdə yerləşən həyətdə iki ədəd küləfiləngə var. Həmin küləfiləngələrin hər biri 4 ədəd dəmir borudan olan dayaqların üzərində qurulmuş banla örütlmüşdür. Hər bir küləfiləngənin eni 3 metr, uzunlu 2 metr, hündürlüyü isə 2,4 metrdir. Küləfiləngələrin banı dəmir materialdan olan qırmızı rəngli şiferlə örütülmüş, yer örtükləri isə beton materialdandır. Yeməkxananın küləfiləngələr olan arxa tərəf həyətində çoxsaylı ağaclar vardır. Küləfiləngələrin sağ tərəfində dəmir materialdan hazırlanmış, 50 sm hündürlüyündə hasar məhəccər formalı hasar var. İkinci küləfiləngənin ortasında bir ədəd dəmir materialdan hazırlanmış stol, stolun üzəri qırmızı-qara-boz rəngli naxışları olan örtüklə qapadılmışdır. Stolun üzərində 20 sm uzunluğunda, nisbətədən yuxarıdan aşağıya doğoru sərt küt əşyanın təsirindən törənməyə xarakterik zədə vardır. Stolun kənarında iki ədəd normal, bir ədəd aşmış vəziyyətdə stul vardır. İkinci küləfiləngənin sağ tərəf tinində ağzıüstə uzanıqlı vəziyyətdə kişi cinsli meyit aşkar olundu. Meyit ağzı üstə uzanıqlı, sağ və sol qolu sinəsi altında qalmış vəziyyətdədir. Meyitin üzərində bir cins şalvar və tünd göy rəngli idman gödəkçəsi, ayağında qara rəngli çəkələk var. Meyitin başı simal, ayaqları isə cənub istiqamətindədir. Meyitin başı sol tərəf çiyni üzrə çevrili vəziyyətdədir. Meyitin boynunun arxa və kürək nahiyələrində çoxsaylı kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlər vardır. Meyitin sol qolu və qarın altı nahiyələri istiqamətində küt qanabənzər maddə var. Baxış başa çatdıqdan sonra mərhum X5 meyiti xarici və daxili müayinə olunması üçün təcili tibbi yardım avtomobili ilə morqa göndərildi. Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb etdiyindən pambıqda və tamponda qanabənzər nümunələr qablaşdırılaraq götürülmüşdür.(cild 1,i.v.4-10) -«şübhəli şəxsin tutulması haqqında» 20 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsinə şübhə etməyə kifayət qədər əsaslar olduğundan 20 may 2023-cü ildə saat 23:50-də şübhəli şəxs qismində tutulmuşdur.(cild 1,i.v.44) -«şübhəli şəxsin tutulması haqqında» 20 may 2024-cü il tarixli protokoldan görünür ki, XanŞahid11 Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsinə şübhə etməyə kifayət qədər əsaslar olduğundan 20 may 2023-cü ildə saat 23:55-də şübhəli şəxs qismində tutulmuşdur.(cild 1,i.v.69) -«şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» 21 may 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində ifadəsi yerində yoxlanılarkən o, hadisənin baş verdiyi yeri və şəraiti, hadisə yerinə gəldiyi və getdiyi istiqamətləri əyani olaraq göstərməklə, ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir.(cild 1, i.v.110-113) -«şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» 21 may 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş videogörüntüdən görünür ki, XanŞahid11 şübhəli şəxs qismində ifadəsi yerində yoxlanılarkən o, hadisənin baş verdiyi yeri və şəraiti, hadisə yerinə gəldiyi və getdiyi istiqamətləri əyani olaraq göstərməklə ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir.(cild 1, i.v.114-118) -«cinayət işi üzrə əməlin tövsif edilməsi həqqında» 21 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən həmin Məcəllənin 120.2.1-ci maddəsinə tövsif edilmişdir.(cild 1, i.v.136) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 22 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və Masallı Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli, 4(050)-47/2024 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.(cild 1, i.v.138-139; 191-194) -«əşyanın tanınmaya təqdim edilməsi haqqında» 22 may 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 2-ci sırada olan bıçağın Semur Alışanovu öldürərkən istifadə etdiyi bıçaq olduğunu bildirmiş və həmin əşyanı tanıdığını təsdiq etmişdir.(cild 1, i.v.159-162) -24 may 2024-cü il tarixli «üzləşdirmə protokolundan» görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ilə XanŞahid11 arasında keçirilmiş üzləşdirmə zamanı onların hər ikisi bu cinayəti qabaqcadan planlaşdırdıqlarını və əlbir olduqlarını etiraf etmişlər.(cild 1, i.v.215-222) -«məhkəmə-tibbi ekspertizası»nın 22 may 2024-cü il tarixli, 439 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xəsarət aşkar olunmadı.(cild 1, i.v.231-232) -«zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında» 24 may 2024-cü il tarixli qərardan görünür ki, Dürdanə Alışanova iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır.(cild 2, i.v.2-3) -«diskə baxış keçirilməsi haqqında» 26 may 2024-cü il tarixli protokoldan görünür ki, 20 may 2024-cü il tarixdə saat 19 radələrində Masallı rayonu, Göyəçöl kəndində yerləşən «Ailə market»in qarşısında Təqsirləndirilən şəxs hadisə yerinə gəlməsini özündə əks etdirən 3 dəqiqə 9 saniyəlik videogörüntüyə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əlində silahla «Ailə» marketin qarşısında avtomaşından düşüb həmin marketin arxa tərəfində yerləşən yeməkxanaya doğru getdiyi qeydə alınmışdır.(cild 2, i.v.29) -«Masallı Regional «ASAN xidmət» mərkəzinin qeydiyyat şöbəsinin 29 may 2024-cü il tarixli arayışından» görünür ki, xx xxxx 1994-cü ildə Masallı rayonu Qasımlı kəndində doğulmuş X2 və adını dəyişdirmiş, soyadı-Ağazadə, adı-Aslan olmuşdur.(cild 2, i.v.68) -«Lənkəran şəhər Narkoloji Xəstəxanası»nın 29 may 2024-cü il tarixli 413 saylı arayışından görünür ki, xx xxxx 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xəstəxanada qeydiyyatda durmur və müraciət etməmişdir.(cild 2, i.v.76) -«Lənkəran şəhər Psixiatriya Xəstəxanası»nın 29 may 2024-cü il tarixli 437 saylı arayışından görünür ki, xx xxxx 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xəstəxanada qeydiyyatda deyil.(cild 2, i.v.77) -«Masallı rayon Mərkəzi Xəstəxanası» X55 30 may 2024-cü il tarixli, 18-1-60/2- 898/2024 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın narkoloji, ruhiəsəb, onkoloji, vərəm və sair kabinetlərində qeydiyyatda durmur.(cild 2, i.v.82) -«Salyan Rayonlararası Psixiatriya Xəstəxanası»nın 29 may 2024-cü il tarixli, 144 saylı arayışından görünür ki, xx xxxx 1994-cü il təvəllüdlü X31 (Təqsirləndirilən şəxs) SHXÇDX-nin Masallı rayon şöbəsinin 26 dekabr 2016-cı il tarixli 811 №-li göndərişinə əsasən psixiatrik tibbi müayinədən keçməsi üçün həmin xəstəxanada 12 yanvar 2017-ci il tarixdən 14 yanvar 2017-ci il tarixədək müddət ərzində stasionar müayinədə olmuşdur. Aparılan psixiatrik müayinələrə əsasən ona, F60.3 «Emosional davamsız tip şəxsiyyət pozuntusu» diaqnozu təyin edilmişdir.(cild 2, i.v.97) -«diskə baxış keçirilməsi haqqında» 08 iyul 2024-cü il tarixli protokoldan görünür ki, üzərində «VERBATİM 52 X 700 MB 80 Min» yazısı və mürəkkəblə «8445-xx.xx.2024» yazıları olan bir üzü ağ, digər üzü parıltılı boz rəngdə olan disk rayon prokurorluğunun balansında olan «HP» markalı kompüterin «DVD ROM»na yerləşdirildi. «My Computer» bələdçi proqramı vasitəsilə daxil olduqda «(E:)» diskdə «8445-20.06.24.ZİP» qovluğunda «103301994_SMS», «513462732_SMS», «**********_SMS», «517922574_SMS», «**********94.txt», «**********32.txt», «**********94.txt», «**********74.txt», «abunecilər.xlsx» və «antenna.xlsx» adlı 10 ədəd faylın olduğu məlum olur. «abunecilər.xlsx» faylına daxil olduqda (010) 330-19-94, (051) ***-**-** saylı mobil nömrələrin Təqsirləndirilən şəxs, (051) ***-**-** saylı mobil nömrənin X18, (051)-346-27-32 saylı mobil nömrənin X7, (050) ***-**- ** saylı mobil telefon nömrəsinin X21 adına qeydiyyatda olduğu müəyyən edilir. Həmçinin cinayət işinin istintaq materialları ilə (010) 330-19-94, (051) ***-**-** saylı mobil nömrələrin Təqsirləndirilən şəxs, (051) ***-**-** saylı mobil nömrənin X18, (051)-346-27-32 saylı mobil nömrənin X17, (050) ***-**-** saylı mobil telefon nömrəsinin isə Şahid4 istifadəsində olduğu məlumdur. «**********74.txt» və «**********94.txt» fayllarına daxil olduqda X10 istifadəsində olan ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrəyə xx.xx.2024-cü il tarixdə saat 20:05-də zəng edilərək 131 saniyə, xx.xx.2024-cü il tarixdə saat 12:17, 13:26, 15:49, 16:21 və 18:21-də cəmi 5 dəfə zənglər edilərək müvafiq olaraq 86 saniyə, 12 saniyə, 21 saniyə, 53 saniyə və 161 saniyə müddətində telefon danışıqları aparıldığı müəyyən edildi. Bundan başqa qarşılıqlı olaraq Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrədən X10 istifadəsində olan ********** saylı mobil nömrəyə xx.xx.2024-cü il tarixdə saat 12:56 və 15:43-də iki dəfə olmaqla müvafiq olaraq 77 və 20 saniyə müddətlərində telefon danışıqlarının aparıldığı müəyyən edilmişdir.(cild 2, i.v.147-155) -«kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası»nın 24 iyun 2024-cü il tarixli, 1813 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi vəziyyətinin uzun müddət və əsaslı müayinə olunması zərurəti yaranmışdır. Təqsirləndirilən şəxs barəsində istintaqın qərarda qoyduğu sualları ambulator şəraitdə cavablandırmaq mümkün olmur. Qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxstşt psixiatrik və psixoloji müayinəsini stasionar şəraitdə davam etdirmək, ekspertlər qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə onun stasionar məhkəmə psixiatrik ekspertizası şöbəsinə göndərilməsi zəruridir.(cild 2, i.v.172-173) -«məhkəmə tibbi ekspertizasının» 21 iyun 2024-cü il tarixli, 14 nömrəli rəyindən görünür ki, X38 meyitinin xarici və daxili müayinəsi zamanı aşağıdakı xəsarətlər müəyyən olundu: a) döş qəfəsinin döş boşluğuna nüfuz etməklə sol ağciyəri, ürək kisəsini, ürəyi, qalxan aortanı, sağ İV və sol V qabırğanı zədələyən dəlib keçən odlu silah yaralanması, b) döş qəfəsinin sağ və sol yarısını arxa hissəsini sağ və sol döş boşluğuna nüfuz etməklə sağ və sol ağciyəri zədələyən dörd ədəd deşilmiş-kəsilmiş yarası, başın ənsə nahiyyəsini, boynun sol yan hissəsinin, döş qəfəsinin sağ və sol arxa hissəsinin döş boşluğuna nüfuz etməyən on bir ədəd deşilmiş-kəsilmiş yarası, c) sol əlin və sol ayağın qançırı. A) bəndində qeyd olunan xəsarətlər qurğuşun tərkibli mərmi (qırma) ilə doldurulmuş odlu silahdan atəşin əlavə faktorlarinin təsir etmədiyi, lakin mərmilərin (qırmaların) nisbi kompakt təsir etdiyi məsafədən açılmış atəş nəticəsində onun ölümündən az əvvəl törənmişdir. Giriş dəliyinin döş qəfəsinin sol yan hissəsində, çıxış dəliyinin döş qəfəsinin sağ ön hissəsində yerləşməsinə əsasən demək olar ki, yara kanalının istiqaməti soldan sağa nisbətən arxadan önə və nisbətən aşağıdan yuxarıya istiqamətdədir,dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdlir. B) bəndində qeyd olunan xəsarətlər bir tərəfi iti, digər tərəfi küt deşiçi-kəsiçi əşyanın, ola bilər ki,bıçağın təsirindən onun ölümündən az əvvəl törənmişdir dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir. C) bəndində qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən az əvvəl törənmişdir və sağlamlığa zərərvurmadıqları üçün dərəcəsi təyin edilməyən xəsarətlərin əlamətlərinə malikdir. X38 ölümünə səbəb döş qəfəsinin odlu silah yaralanması nəticəsində əmələ gəlmiş ürəyin parçalanıb dağılması olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, ölüm meyit meyitxanada müayinə olunmağa başlandığı vaxtdan 10-14 saat əvvəl baş vermişdir. X38 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı zamanı qanda alkoqol və hər hansı bir narkotik maddə aşkar olunmamışdır.(cild 2, i.v.178-185) -«əşyanın maddi sübut hesab edilməsi haqqında» 15 avqust 2024-cü il tarixli qərardan görünür ki, Semur Alışanova məxsus «Realme» markalı mobil telefon və həmin telefondan silinmiş məlumatların yazıldığı elektron yaddaş qurğusu, XanŞahid11 məxsus olan «Samsung A10» markalı mobil telefon və Təqsirləndirilən şəxs məxsus «Samsung Galaxy J2 Prime» mobil telefonlar maddi sübut qismində tanınmış və Masallı Rayon Prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanmışdır.(cild İİ, i.v.241-242) -«məhkəmə-ballistik ekspertizası»nın 28 iyun 2024-cü il tarixli, 3-16-16/2-3/929;3/390 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş, «Vinçester» tipli, 12 kalibrli. «Mavoric MRC 112» modelli, «20AZ-0050» №-li, pompalı təklüləli tüfəngdir-yivsiz odlu ov silahıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 7 (yeddi) ədəd patron zavod üsulu ilə hazırlanmış, 12 kalibrli olmaqla, həmin kalibrə malik, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardırlar, atəşə yararlıdırlar. Tədqiqata təqdim edilmiş 1 ( bir) ədəd giliz zavod üsulu ilə hazırlanmış, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 12 kalibrli patronun atəşlə ayrılmış hissəsidir-gilizidir. Təqdim edilmiş 01 ədəd giliz hazırlanma üsuluna və üzərindəki zavod işarələrinə əsasən atəş prosesindən əvvəl daxilinə doldurulmuş atəş komponentlərinə görə təqdim edilmiş 07 ədəd patronla eynilik təşkil edir. Həmin giliz təqdim edilmiş «Mavoric MRC 112» modelli, «20AZ-0050» №-li ov tüfəngindən atılmışdır. Tədqiqata təqdim edilmiş tüfəngin hər lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəçiklərinin aşkar edilməsinə əsasən, sonuncu təmizləmədən sonra həmin silahdan atəş(lər) açılmışdır. Lakin müvafiq metodika olmadığından atəşin vaxtını müəyyən etmək mümkün deyil.(cild İİ, i.v.245-249) -«məhkəmə tibbi-bioloji ekspertizası»nın 27 iyun 2024-cü il tarixli, 355/2024-MTBŞ nömrəli rəyindən görünür ki, X5 ABO sistemi üzrə qrup göstərcisi: AB/H(İV). Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstərcisi: O(İ) / şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən /. X8 ABO sistemi üzrə qrup göstərcisi: AB(İV) / şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən /.Ekspertizaya təqdim edilmiş S.B.Alışanova məxsus bir ədəd tuman, qısaqol mayka, papaqlı uzunqol gödəkçə, şalvar, boz rəngli corabın bir tayı və bir cüt yay çəkələyi, üç ədəd salfet kağızına hopdurulmuş nümunə, bir ədəd qatlanan bıçağın tiyəsi üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi Abo sistemi üzrə dəqiq tədqiq edildikdə «A», «B» və «H» antigenləri alındı, aqqlyutininlər isə alındı. Bu qan ləkələri AB/H/(İV) qruplu bir şəxsə, o cümlədən X12 və ya X14 (əgər sonuncunun hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olmuşdursa və qanında müşayiətçi “H” antigeni varsa) məxsus ola bilər. Lakin qanın qarışıq olduğu halında isə ləkələrdə həmçinin Oalfa, beta(İ) qruplu şəxs Təqsirləndirilən şəxs (əgər onda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olmuşdursa) qarışıq qanının olması da inkar olunmur. Təqdim edilmiş bıçağın dəstəyi üzərində qan, S.B.Alışanova məxsus bir cüt boz rəngli corabın digər tayı üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı.(cild 3, i.v.01-07) -"xxxx"nın 07 iyul 2024-cü il tarixli, 250-MTKŞ/2024 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş mərhum X12 məxsus idman gödəkçənin və köynəyin ön səthinin sağ yaxalığında hərəsində bir ədəd (giriş dəliyi), idman gödəkçənin ön səthinin sol yaxalığında bir ədəd, idman gödəkçənin arxa səthinin sol nahiyəsində bir ədəd (çıxış dəliyi) askar edilmiş zədələr odlu silah zədələridir, silahın lüləsinin ağız kəsiyi giriş dəliklərinin yerləşdiyi nahiyələrə doğru yönəlmiş vəziyyətdə olmaqla yetirilmişlər. Ekspertizaya təqdim olunmuş mərhum X12 məxsus idman gödəkçə və köynəyin arxa səthinin orta nahiyəsində aşkar edilmiş on üç ədəd deşilmiş-kəsilmiş zədə, ülgücü və küpü olan yastı tiyə tipli, deşici-kəsici alətin (alətlərin) təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən törənmişlər. Paltarlarda olan zədələrin yetirilmə ardıcılıği barədə fikir söyləmək mümkün deyil. Ekspertizaya təqdim olunmuş mərhum X12 məxsus şalvar, tuman, iki cüt corab və bir cüt çəkələk üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı turist bıçaqğıdır və soyuq silah hesab edilmir.(cild 3, i.v.08-15) -«əşyanın maddi sübut hesab edilməsi haqqında» 31 avqust 2024-cü il tarixli qərardan görünür ki, 1 (bir) ədəd “vinçester” tipli, 12 kalibrli, «Mavoric MRC 112», «20AZ- 0050» N-li təklüləli ov tüfəngi, 1 (bir) ədəd giliz və 4 (dörd) ədəd zavod üsulu ilə hazırlanmış patron maddi sübut kimi tanınaraq saxlanılması üçün Masallı Rayon Polis Şöbəsinə verilmişdir. 1 (bir ədəd) bıçaq, 3 ədəd qanabənzər ləkəyə batırılmış tampon, mərhum X12 məxsus 1 (bir) ədəd idman gödəkcəsi, 1 (bir) ədəd köynək, 1 (bir) ədəd trusi(tuman), 1 (bir) cüt corab, 1 (bir) cüt çəkələk maddi sübut kimi tanınaraq, saxlanılması üçnü Masallı rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilmişdir.(cild 3, i.v.16-17) -«kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizası»nın 10 avqust 2024-cü il tarixli, 141 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədən zaman «İmpulsiv tip emosional davamsız şəxsiyyət pozuntusu»ndan əziyyət çəkmiş və qeyd olunan psixi pozuntunun gedişində dekompensasiya (kəskinləşmə) vəziyyəti olmuşdur. Təqsirləndirilən şəxs aşkar edilən psixi pozuntunu xarakterizə edən əlamətlər rəyin motivləşdirici hissəsində təsvir edilmisdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədən zaman əziyyət çəkdiyi impulsiv tip emosional davamsız şəxsiyyət pozuntusunun gedişində dekompensasiya vəziyyətində olduğundan o həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əmələ münasibətdə anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən impulsiv tip emosional davamsız şəxsiyyət pozuntusunun gedişində dekompensasiya vəziyyəti hal-hazırda da davam etdiyindən hal-hazırkı psixi vəziyyətinə görə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən anlaqsız vəziyyətdə olduğundan onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən və hal-hazırkı psixi vəziyyətinə görə onun stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyənləşir. Odur ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən impulsiv tip emosional davamsız şəxsiyyət pozuntusunun gedişində dekompensasiya vəziyyəti hal-hazırda da davam edir. Bununla əlaqədar olaraq Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək və onları lazımı səviyyədə yerinə yetirmək, digər-məhkəmə-istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malik deyildir. Hal-hazırkı psixi durumu onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs onda müəyyən edilən şəxsiyyət pozuntusuna xas olan diqqətində dayanıqsızlıq, tənqidi-analizetmə qabiliyyətinin sinir-gərginliyi fonunda zəifləməsi, ola biləcək nəticələri proqnazlaşdırmadan davranmaq, emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, mübahisəyə və konfliktə meyillilik, emosional dayanıqsızlıq, davranışı üzərində iradi nəzarətin çatışmazlığı, impulsivlik, psixiaktivliyin yüksəlməsi, mənfi emosiyalarının davranışında reallaşması və s. kimi xarakterik xüsusiyyətlərə malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində qeyd edilən əməli törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində qeyd edilən əməli törədərkən psixi-emosional sferasında impulsivlik, qəzəb, aqressiya və s. kimi hallar yaranmışdır. Həmin halın yaranması onda müəyyən edilən şəxsiyyət pozuntusu ilə şərtləşmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində qeyd edilən əməli törədərkən fizioloji affekt halında olmamışdır.(cild 3,i.v.29-35) -«ambulator məcburi narkoloji tibbi yoxlama»nın 05 sentyabr 2024-cü il tarixli, 683 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxsvg psixi və fiziki asılılıq olmadan kannabinoidlərdən istifadə halları olub. Lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur.(cild 3, i.v.95) -«Masallı Regional «ASAN xidmət» mərkəzinin qeydiyyat şöbəsinin 20 sentyabr 2024-cü il tarixli arayışından» görünür ki, xx xxxxxxx 1987-ci ildə Masallı rayonu Yeddioymaq kəndində doğulmuş X3 və adını dəyişdirmiş, soyadı-Paşazadə, adı-Əliş olmuşdur.(cild 3, i.v.142) -«hadisə yerinə baxış keçirilməsi haqqında» 28 sentyabr 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Masallı rayonu, Qasımlı kəndində yerləşən X32 məxsus fərdi yaşayış evidir. Fərdi yaşayış evində otaqlardan birində yerləşən içərisində Zərərçəkmiş şəxs məxsus Mavoric markalı silahın saxlanıldığı sandıqda, silah, patron və bıçaq aşkar olunmamışdır. Baxışda iştirak edən X56, Təqsirləndirilən şəxs cinayətdə istifadə etdiyi silahı məhz həmin sandıqdan götürdüyünü bildirmişdir.(cild 3, i.v.144-149) -«təkrar kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizası»nın 04 oktyabr 2024-cü il tarixli, 166 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən «Emosional davamsız şəxsiyyət pozuntusu, impulsiv tip» psixi patologiyalasından əziyyət çəkmiş və həmin psixi pozuntunun gedişində dekompensasiya (kəskinləşmə) vəziyyəti olmuşdur. Şəxsiyyətin emosional davamsız pozuntusu nəticələri nəzərə almadan müəyyən impulsiv hərəkətlərə meylliliklə səciyyələnən şəxsiyyət pozuntusudur. Təqsirləndirilən şəxs həmin pozuntu əsasən emosional kontrolun çatışmazlığı, əhvali-ruhiyyənin qeyri-stabilliyi, ətrafdakılarla tez-tez konfliktlərinin olması kimi əlamətlərlə ifadə olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən impulsiv tip emosional davamsız şəxsiyyət pozuntusundan əziyyət çəkdiyi müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən həmin psixi pozuntunun gedişində dekompensasiya (kəskinləşmə) vəziyyəti olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən əziyyət çəkdiyi impulsiv tip emosional davamsız şəxsiyyət pozuntusunun gedişində dekompensasiya (kəskinləşmə) vəziyyəti olduğundan Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda «Emosional davamsız şəxsiyyət pozuntusu, impulsiv tip» müəyyən edilir. Təqsirləndirilən şəxs düçar olduğu həmin psixi patologiya hazırda da dekompensasiya vəziyyətində olduğundan o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəsizliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Özü və ətrafdakılar üçün sosial təhlükə kəsb edir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən impulsiv tip emosional davamsız şəxsiyyət pozuntusu hazırda da dekompensasiya vəziyyətində olduğundan o, hal-hazırkı psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək, öz prosessual hüquq və vəzifələrini icra etmək qabiliyyətinə malik deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində; diqqətində dayanıqsızlıq (tez yayınıb, gec mərkəzləşməsi), təfəkkürünün tənqidliyi və proqnozlaşdırma qabiliyyətininin zəiflədiyi, emosional-iradi sferasında; davranışlarına iradi nəzarətin çatışmazlığı, nəticəsini düşünmədən ani davranmağa meyillilik, qıcığa qarşı həssaslıq, aqressivlik, emoisonal dayanıqsızlıq və s. müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs törətdiyi əməl zamanı emosinal vəziyyəti onda aşkar olunan şəxsiyyət pozuntusu ilə şərtləşmişdiyindən, o, öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmamışdır. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs psixi- emosional sferasında aqressivlik, impulsivlik, qəzəblilik əmələ gəlmişdir. Həmin halın yaranması onda aşkar olunan «Emosional davamsız şəxsiyyət pozuntusu, impulsiv tip» ilə şərtləşmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır.(cild 3,i.v.192-198) -«anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraatın başlanması haqqında» 06 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə anlaqsız vəziyyətdə cinayət törətmiş Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanmışdır.(cild 3, i.v.199-202) -Masallı Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 4(050)-97/2024 nömrəli qərarından görünür ki, Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir.(cild 3, i.v.211-217) -Masallı Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 4(050)-98/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin əvəzinə, barəsində «xüsusi tibb müəssisəsinə yerləşdirmə» növündə təhlükəsizlik tədbiri tətbiq edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixatriya Xəstəxanası» X52 yerləşdirilməsi qərara alınmışdır.(cild 3, i.v.227-229) -08 noyabr 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Qanuni nümayəndə1 cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs qanuni nümayəndəsi təyin olunmuşdur.(cild 3, i.v.246-250) -«sübutların qiymətləndirilməsi haqqında» 09 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxstşt əməli Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsindən həmin Məcəllənin 232.1, 120.2.1 və 120.2.4-cü maddələrinə tövsif edilmişdir.(cild 4, i.v.20- 60) -«sübutların qiymətləndirilməsi haqqında» 09 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və XanŞahid11 şübhəli şəxs qismində dindirmə və ifadələrinin yerində yoxlanılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 4 (dörd) ədəd, hadisənin görüntülərini özündə əks etdirən 1 (bir) ədəd, Azercell MMC-dən daxil olmuş 1 (bir) ədəd, şahidlər X61, X30 və Zərərçəkmiş şəxs videokonfrans əlaqə sistemindən istifadə edilməklə dindirilməsi zamanı lentə alınmış 3 (üç) ədəd, X45 Nuriyevin səsli yazışmalarının əks olunduğu 1 (bir) ədəd, cəmi 10 (on) ədəd CD disklər maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir.(cild 4, i.v.20-60) -«sübutların qiymətləndirilməsi haqqında» 09 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.(cild 4, i.v.20-60) -«cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında» 09 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından X10 barəsində Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır.(cild 4, i.v.61-63) -09 noyabr 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 və 232.1-ci maddələri ilə yenidən ittiham onun qanuni nümayəndəsi Qanuni nümayəndə1 elan edilmişdir.(cild 4, i.v.73-75) Məhkəmə istintaqı zamanı alınmış «təkrar kompleks komisyon stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizası»nın 17 yanvar 2025-ci il tarixli, 07 saylı rəyindən görünür ki, ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırdakı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Ekspert komissiyasının üzvləri iş materiallarının və aparılmış təkrar kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizası rəylərini tədqiq və təhlil edərək belə nəticəyə gəlir ki, verilmiş rəylər əsaslı olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törətdiyi zaman İmpulsiv tip emosional davamsız şəxsiyyət pozuntusu formasında psixi pozuntudan əziyyət çəkmiş, göstərilən psixi pozuntu həmin cinayət əməlini törətdiyi zaman dekompensasiya vəziyyətində olmuş, yəni psixi pozuntu kəskinləşmə ilə təzahür etmişdir. Buna görə də Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən anlaqsız vəziyyətdə olduğundan onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən və hal-hazırkı psixi vəziyyətinə görə onun stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyənləşir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə özü və ətrafdakılara görə zərər yetirilməsi təhlükəsi mövcüddür, buna görə də onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs oğlunda müəyyən edilən impulsiv tip emosional davamsız şəxsiyyət pozuntusu, dekompensasiya vəziyyəti hal-hazırda da davam edir. Bununla əlaqədar olaraq Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə prosessual hərəkətlərdə iştirak etmək və öz prosessual hüquq və vəzifələrini icra etmək iqtidarında deyildir. Aparılmış eksperimental-psixoloji müayinə zamanı Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərini müəyyən edərkən əqli-intellektual imkanları ümümilikdə normaya uyğun qiymətləndirilir. Lakin aparılmış eksperimental-psixoloji müayinə zamanı Təqsirləndirilən şəxs sinir-gərginliyi fonunda koqnitiv imkanlarında müəyyən dəyişikliyin yarandığı (qavramasında lənglik, diqqətində dayanıqsız mücərrəd anlayışları məhdud şəkildə şərh etmək, ixtiyari yaddaşında nisbi zəiflik, təfəkküründə ilişkənlik, emosional fonda proqnozlaşdırma qabiliyyətinin zəifləmə, davranışına tənqidi münasibət bəsləməməsi və sair) qeydə alınır. Psixi-emosional vəziyyətində əhvalının dayanıqsız olması, xarici qıcıqlara qarşı həssaslıq, emosional davamsızlıq, davranışı üzərində iradi nəzarətin çatışmazlığı, psixi aktivliyin yüksəlməsi nəticəsində aqressiyaya və impulsiv hərəkətlərə meyillilik, xarakterik xüsusiyyətlərində kinlilik, kobudluq, konfliktə meyllilik, inadkarlıq və s. aşkar edilir. Cinayət işi materiallarında verilmiş ifədələrin psixoloji prizmadan incələməsinə və şəxsin eksperimental-psixoloji müayinəsinə əsasən belə nəticəyə gəlinir ki, hadisəni törədərkən Təqsirləndirilən şəxs psixi-emosional vəziyyətində impulsivlik, qəzəb, aqressiya təzahür olunmuş, fizioloji affekt vəziyyətində olmamışdır. Sinir gərginliyi və emosional fonda koqnitiv imkanlarının zəifləməsi ilə əlaqədar öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmamışdır. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 və 232.1-ci maddələri ilə düzgün tövsif edilmişdi. Beləliklə, məhkəmədə mübahisəsiz surətdə obyektiv olaraq təsdiq edilmişdir ki, cinayəti anlaqsız vəziyyətdə törətməklə Təqsirləndirilən şəxs, Semur Alışanovun hərəkətləri və onu qətlə yetirmək niyyəti barədə həmkəndlisi və dostu XanŞahid11 bildirməklə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək aralarında olan cinayətkar plana əsasən, XanŞahid11 20 may 2024-cü il tarixdə saat 18 radələrində çay içmək adı ilə Semur Alışanovu aldadaraq yaşadığı Masallı rayon Qasımlı kəndində olan evdən çıxarıb qabaqcadan idarəetməsi üçün XanŞahid11 verdiyi «Nissan Note» markalı «**-KE-***» dövlət qeydiyyat nişanlı avtomaşınla Masallı rayonu Göyəçöl kəndi ərazisində yerləşən “Samovar” adlı yeməkxanaya aparıb birlikdə çay içib söhbət edərkən qrup üzvü XanŞahid11 istifadəsində olan mobil telefon vasitəsilə bu barədə Təqsirləndirilən şəxs məlumat vermiş, o, həmin gün saat 19:30 radələrində qanunsuz olaraq əldə etdiyi həmin 12 kalibrli, «Mavoric MRC 112» modelli, «20AZ-0050» nömrəli pompalı, təklüləli tüfəngiyivsiz odlu ov silahını atəşə hazır vəziyyətə gətirib qeyd edilən ünvana gedərək öldürmək niyyəti ilə silahı Semur Alışanova tərəf tutub açılacaq atəş nəticəsində başqa şəxslərin həyatı üçün təhlükə yarada biləcəyinə əhəmiyyət verməyib yaxın məsafədən qəsdən bir dəfə atəş açaraq sonuncuya döş qəfəsinin döş boşluğuna nüfuz etməklə odlu silah yaralanması ilə müşaiyət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid (ölümünə səbəb) bədən xəsarəti yetirmiş, bununla kifayətlənməyərək üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən məişət təyinatlı bıçaqla xüsusi amansızlıq nümayiş etdirməklə aşkar surətdə xüsusi əzab verdiyini dərk edib, bunu arzulayaraq niyyətini başa çatdırmaq və şiddətli ağrılar vermək məqsədilə atəşin təsirindən yerə yıxılmış vəziyyətdə olan Semur Alışanovun bədəninin müxtəlif nahiyələrinə qəsdən bir neçə zərbə vuraraq döş qəfəsinin sağ və sol yarısını arxa hissəsini sağ və sol döş boşluğuna nüfuz etməklə sağ və sol ağciyəri zədələyən dörd ədəd, başın ənsə nahiyəsinin, boynun sol yan hissəsinin, döş qəfəsinin sağ və sol arxa hissəsinin döş boşluğuna nüfuz etməyən on bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır və sol əlin və sol ayağın qançırı kimi sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək odlu silahı və döyüş sursatını talayıb istifadə etməklə, qabaqcadan əlbir olub bir qrup şəxs halında xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla Semur Alışanovu qəsdən öldürmüş, yəni qəsdən həyatdan mərhum etmişdir. Məhkəmə baxışı zamanı, odlu silahı və döyüş sursatını talamaqla, dostu XanŞahid11 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşməklə həmkəndlisi Semur Alışanova xüsusi amansızlıq və ümumi təhlükəli üsulla xəsarətlər yetirərək qəsdən ölümünə səbəb olan Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 və 232.1-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi, Təqsirləndirilən şəxs cinayəti anlaqsız vəziyyətdə törətməsi və məhkəmə baxışı zamanı da anlaqsız vəziyyətdə olması, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac olduğu öz təsdiqini tapmışdır. -05 iyun 2024-cü il tarixli «məhkumluq haqqında tələbnamədən» görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(cild 2, i.v.234) -Masallı rayon İcra Hakimiyyəti Başçısının Yeddioymaq kəndi İƏD-i üzrə nümayəndəliyindən verilmiş 29 may 2024-cü il tarixli, 5-66-36/2-92/2024 nömrəli arayışdan və 17 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi, valideynlərindən və bacı qardaşından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. (cild İİ, i.v.69-70) «Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli 8№-li qərarının 14-cü bəndində göstərilmişdir ki, cinayət qanununda nəzərdə tutulmuş əməlin şəxs tərəfindən anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirildikdə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi əsasları müəyyən edildikdə məhkəmə Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edir. Bu zaman qərarın təsviri hissəsində məhkəmə tərəfindən tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmiş şəxsin törətdiyi əməlin halları, əməllərinə hüquqi qiymət verilməsi və qəbul edilmiş qərarın motivləri, nəticə hissəsində isə şəxsin cinayət məsuliyyətindən azad edilməsi və ona tətbiq edilən tibbi xarakterli məcburi tədbirin növü, habelə maddi sübutların taleyinin həlli göstərilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə tərkibi hesab edir ki, iş üzrə qərar qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınaraq Masallı RPŞ-nə təhvil verilmiş 1 (bir) ədəd «Vinçester» tipli, 12 kalibrli, «Mavoric MRC 112, 20AZ-0050» N-li pompalı, təklüləli tüfəng və 4 (dörd) ədəd zavod üsulu ilə hazırlanmış patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməli və 1 (bir) ədəd giliz məhv edilməli, Masallı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd bıçaq, 3 ədəd qanabənzər ləkəyə batırılmış tampon, mərhum X12 məxsus 1 (bir) ədəd idman gödəkcəsi, 1(bir) ədəd köynək, 1(bir) ədəd trusik (tuman), 1 (bir) cüt corab, 1 (bir) cüt çəkələk məhv edilməli, X12 məxsus «Realme» markalı mobil telefon və həmin telefondan silinmiş məlumatların yazıldığı elektron yaddaş qurğusu, X14 məxsus olan «Samsung A10» markalı mobil telefon və Təqsirləndirilən şəxs məxsus «Samsung Galaxy J2 Prime» mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onların yaxın qohumlarına qaytarılmalı, cinayət işinin materiallarına əlavə edilmiş 10 (on) ədəd CD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verməklə hesab edir ki, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda göstərilən ittiham üzrə cinayət əməlləri törədilmişdir, həmin əməllərdə cinayət tərkibi vardır; bu əməllər Təqsirləndirilən şəxs tərəfindən törədilmiş və o, cinayəti törədərkən anlaqsız vəziyyətdə olmuşdur. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs cinayəti anlaqsız vəziyyətdə törətdiyi üçün o, cinayət məsuliyyətindən və cəzadan azad edilməli, onun barəsində tibbixarakterli məcburi tədbirlər tətbiq olunmalıdır. Odur ki, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1-1, 93.2, 95.0.4 və 97.4-cü maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsini zəruri hesab edir. İş materiallarından görünür ki, iş üzrə Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci və Cinayət- Prosessual Məcəlləsinin 197.1.5-cü maddəsinə əsasən dövlət vəsaiti hesabına müdafiəçiyə ödənilmiş 144 (bir yüz qırx dörd) manat olmaqla məhkəmə məsrəfi vardır. «Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli 8№-li qərarının 22-ci bəndində göstərilmişdir ki, tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üzrə icraatla əlaqədar verilmiş mülki iddia baxılmamış saxlanır və bu sonradan mülki mühakimə icraatı qaydasında həmin iddiaya baxılmasını istisna etmir. Cinayət-Prosessual Məcəlləsinin 193.2-cı, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edildiyi şəxslərdən müdafiəçiyə hüquqi yardım göstərməyə görə xərclər tutulmur və bu xərclər dövlət büdcəsi vəsaiti hesabına ödənilir. Həmin Məcəllənin 198.2-ci maddəsinə əsasən məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirirsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edilə bilər. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə məsrəflərinin tutulmasından tam azad edilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə hesab edir ki, Masallı Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 4(050)-98/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin əvəzinə, barəsində tətbiq edilmiş «xüsusi tibb müəssisəsinə yerləşdirmə» növündə təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. «Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli 8№-li qərarının 23-cü bəndinə əsasən tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qəbul etdiyi qərar, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üzrə icraat aparılan şəxs, onun müdafiəçisi və qanuni nümayəndəsi, zərər çəkmiş şəxs, zərər çəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi və prokuror tərəfindən apellyasiya qaydasında mübahisələndirilə bilər. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 348.2.1, 358, 383-385 və 477.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 və 232.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilsin. Masallı Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 4(050)-98/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin əvəzinə, barəsində tətbiq edilmiş «xüsusi tibb müəssisəsinə yerləşdirmə» növündə təhlükəsizlik tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılsın. İş üzrə maddi sübut qismində tanınmış və Masallı Rayon Polis Şöbəsinə təhvil verilmiş 1 (bir) ədəd «Vinçester» tipli, 12 kalibrli, «Mavoric MRC 112, 20AZ-0050» N-li pompalı, təklüləli tüfəng və 4 (dörd) ədəd zavod üsulu ilə hazırlanmış patron qərar qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin və 1 (bir) ədəd giliz məhv edilsin. İş üzrə maddi sübut qismində tanınmış və Masallı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd bıçaq, 3 ədəd qanabənzər ləkəyə batırılmış tampon, mərhum X12 məxsus 1 (bir) ədəd idman gödəkcəsi, 1(bir) ədəd köynək, 1(bir) ədəd trusik (tuman), 1 (bir) cüt corab, 1 (bir) cüt çəkələk qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınmış və Masallı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan X12 məxsus «Realme» markalı mobil telefon və həmin telefondan silinmiş məlumatların yazıldığı elektron yaddaş qurğusu, X14 məxsus olan «Samsung A10» markalı mobil telefon və Təqsirləndirilən şəxs məxsus «Samsung Galaxy J2 Prime» mobil telefon qərar qanuni qüvvəyə mindikdən sonra onların yaxın qohumlarına qaytarılsın. İş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 10 (on) ədəd CD disklər cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəflərinin tutulmasından tam azad edilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Qərardan elan olunduğu, andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar