Məhkəmə qərarları › İş №1(099)-153/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-153/2022

26.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-153/2022 26.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X20 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və «Hümbətov və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Ağdam rayonu Əhmədavar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, Ağdam rayonu Əhmədavar kəndində qeydiyyatda olan və Oğuz rayonu Xalxalqışlaq kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tanışı, Azərbaycan Respublikasının vətəndaşı X18 və digər şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama və daşınaraq gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə qabaqcan razılaşaraq əlbir olub, bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, Xətai Əhmədli ümumi cinayətkar niyyətə uyğun olaraq və Təqsirləndirilən şəxs göstərişi ilə 08 noyabr 2019-cu il tarixdə İran İslam Respublikasının Biləsuvar şəhərində cinayətkar qrupun üzvündən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-140,563 qram narkotik vastə olan heroini və külli miqdarda-233,593 qram psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və həmin maddələri aşkar edilməsini çətinləşdirən üsuldan istifadə edərək ayağına geyindiyi ayaqqabının hər iki tayının tərliyinin altında gizlətməklə daşıyaraq 09 noyabr 2019-cu il tarixdə saat 03 radələrində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Ağdam rayonu Əhmədavar kəndində qeydiyyatda olmaqla məcburi köçkün kimi ailəsi ilə Oğuz rayonu Xalxalaqışlaq kəndində yaşayır. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, Xətai Əhmədlini tanımış, lakin onunla yaxın münasibəti olmamışdır. Lakin Xətainin qardaşı Hikmət Əhmədli ilə yaxın münasibəti olmuşdur. Xətai Əhmədlini qardaşı Hikmətin vasitəsi ilə tanımış və onunla iki dəfə görüşmüşdür. O, 2019-cu ildə Bakı şəhərində yaşamaqla «Ford» markalı çörəkdaşıyan avtomaşını idarə etmişdir. Həmin avtomaşınla Bakı şəhəri Dərnəgül qəsəbəsində yerləşən sexdən çörək götürərək Yasamal rayonu ərazisində yerləşən marketlərə paylamışdır. O cümlədən «Saf Su» ərazisində yerləşən marketə çörək aparmışdır. Xətai Əhmədlinin qardaşı Hikmətin iş yeri həmin marketin yaxınlığında yerləşmişdir. O, marketə çörək aparanda orada Hikmətlə görüşmüşdür. O, İran İslam Respublikasında yaşayan Rza adlı şəxsi tanmamış, onunla heç bir münasibəti olmamışdır. 2019-cu ilin noyabr ayında o, Xətai Əhmədlini narkotik gətirmək üçün İran İslam Respublikasına göndərməmişdir. X27 Respublikasından narkotik gətirməsi ilə bağlı onun istifadəsində olan ***-******* telefon nömrəsinə öz istifadəsində olan ***-***-**-** telefon nömrəsindən zəng etməmişdir. 2019-cu il noyabr ayının 8-də və 9-da idarə etdiyi avtomobil ilə Bakı şəhərində marketə çörək apararkən orada Xətainin qardaşı Hikmət ilə görüşmüşdür. Həmin vaxt Hikmət öz telefonunda kontur olmadığını bildirməklə onun telefonunu almış və onun istifadəsində olan ***-***-**-** telefon nömrəsindən qardaşı Xətaiyə zəng edərək onunla danışmışdır. Hikmətin Xətai ilə hansı məzmunda danışmasını bilməmişdir. O, özü şəxsən Xətai ilə telefon vasitəsi ilə danışmamışdır. X21 İslam Respublikasına getməsi barədə məlumatı olmamışdır. Onun «Əfən» ləqəbi olmamış, onu tanıyan şəxslər «Əfən» kimi çağırmamışlar. Məhkəmə istintaqında şahid kimi dindirilən X18 məhkəmədə göstərdi ki, özü əvvəllər narkotik vasitə istifadəçisi olmuşdur. Təqsirləndirilən şəxs tanımış, lakin onu «Əfən» kimi tanımamış və çağırmamışlar. Əlfəsiyafla onun qardaşı Hikmətin münasibətləri yaxşı olmuşdur. O, Əlfəsiyafı qardaşı Hikmətin vasitəsi ilə tanımış və onunla bir-iki dəfə görüşmüşlər, yaxın münasibətləri olmamışdır. Əlfəsiyafla aralarında İran İslam Respublikasında narkotik vasitə və ya psixotrop maddənin əldə edilməsi və qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə söhbət və razılaşma olmamışdır. Özünün haqqında olan cinayət işinin istintaqı zamanı «Əfən» adlı şəxsin tapşırığı ilə 08 noyabr 2019-cu il tarixdə İran İslam Respublikasına gedərək orada heroin və metamfetamin əldə edərək qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirməsi barədə ifadəsi tamamilə yalandır. O, öz istifadəsi üçün narkotik vasitə gətirmək məqsədi ilə İran İslam Respublikasında olan tanışı ilə əlaqə saxlamaqla 08 noyabr 2019-cu il tarixdə təklikdə İran İslam Respublikasına getmişdir. İran İslam Respublikasında öz istifadəsi üçün narkotik vasitə almışdur. Həmin narkotik vasitənin «Əfən» adlı şəxsə heç bir aidiyyəti olmamışdır. 08 və 09 noyabr 2019-cu il tarixlərdə İran İslam Respublikasına getdiyi və qayıtdığı müddətdə onun istifadəsində olan ***-******* mobil telefon nömrəsinə qardaşı Hikmət Əlfəsiyafın istifadəsində olan ***-***-**-** telefon nömrəsindən zəng etmiş və danışmışlar. Onunla həmin vaxt Əlfəsiyaf danışmamışdır. Hikmətlə Əlfəsiyafın münasibətləri yaxın olmuş, həm də iş yeriləri yaxın olmuş, tez-tez görüşmüşlər. X5 Azərbaycan Respublikası CM-nin 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 1(099)-252/2020 №-li hökmündən görünür ki, o, həmin işin məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərmişdir ki, xeyli müddətdir ki, narkotik vasitələrdən, əsasən də heroindən istifadə etməyə başlamış, həmçinin metamfetamindən də istifadə etmişdir. 2019-cu ilin noyabr ayının əvvələrində Bakı şəhərində təsadüfən «Əfən» adlı şəxslə (X7) tanış olmuşdur. Həmin şəxs də narkotik vasitələrin istifadəçisi olmuşdur. «Əfən» adlı şəxslə görüşüb söhbət edərkən «Əfən» adlı şəxs İranda Rza adlı tanışının olduğunu, İrana getsə, həmin şəxsdən narkotik vasitə ala biləcəyini demiş, sonra Rzanın telefon nömrəsini ona vermişdir. 08 noyabr 2019-cu il tarixdə o, Biləsuvar gömrük postunu piyada yolla keçib İranın Biləsuvar şəhərinə getmişdir. Orada «Əfən»-in ona verdiyi «Vhatsapp» vasitəsi ilə «Əfən»-nin ona verdiyi telefon nömrəsinə zəng edib Rza adlı şəxslə danışmışdır. Həmin şəxs gəlib onunla görüşmüş və çayxanada oturub çay içməklə söhbət etmişlər. O, Rza ilə razılaşıb 1 qramı 10 manata olmaqla iki büküm heroin və iki büküm metamfetamin almışdır. Aldığı heroinin və metamfetaminin cəmi çəkisi təxminən 300-350 qram olmuşdur. Aldığı heroini və metamfetamini gətirib qramını 20 manatdan satmaq, həm də özü istifadə etmək, həmdə tanışı «Əfən» istəsə, ona da bu narkotik vasitədən vermək fikrində olmuşdur. Rzadan narkotik vasitələri aldıqdan sonra onları ayağına geyindiyi ayaqqabıların içərisində gizlətmişdir. 09 noyabr 2019-cu il tarixdə gecə saatlarında (saat 03 radələrində) İran gömrüyünü keçib Azərbaycanın Biləsuvar gömrük polstuna daxil olmuşdur. Gömrük postunda sərhədçilər və gömrük əməkdaşları tərəfindən saxlanılıb, üzərində şəxsi yoxlama aparılmış və yoxlama zamanı ayağına geyindiyi ayaqqabının hər iki tayının içərisində gizlətdiyi narkotik vasitələr (narkotik vasitə və psixotrop maddə) aşkar edilib götürülmüşdür. Şifahi sorğu zamanı o, həmin maddələri İranda bir nəfər şəxsdən özünün şəxsi istifadəsi üçün alıb gətirdiyini bildirmişdir. O, heç kimə narkotik maddələr satmamış və narkotik vasitələrin satışı ilə bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin özünün şəxsi istifadəsi üçün İrandan narkotik maddələr alıb gətirdiyinə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Bundan başqa məhkəmənin qeyd olunan hökmündən görünür ki, Xətai Əhmədli həmin cinayət işi üzrə ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin noyabr ayının əvvələrində Yasamal rayonu ərazisində təsadüfən özünü «Əfən» kimi təqdim edən şəxslə tanış olmuş, onunla çayxanada oturub çay içmiş, sonra söhbət zamanı «Əfən» İranda Rza adlı tanışının olduğunu deyib təklif etmişdir ki, o, (Xətai Əhmədli) İrana gedib həmin Rza adlı şəxslə görüşüb Rzadan narkotik vasitəri götürüb gətirib ona versə, bunun müqabilində ona bir qədər narkotik vasitə verəcəkdir. O, «Əfən»-in təklifi ilə razılaşmışdır. Bundan sonra 07 noyabr 2019-cu il tarixdə o, “Əfən”lə görüşmüş və görüş zamanı «Əfən» ona Rza adlı iranlının mobil telefon nömrəsini vermiş, həm də Biləsuvara gedib oradan İrana keçməyini ona demişdir. 08 noyabr 2019-cu il tarixdə o, Biləsuvar rayonuna gedib oradan sərhəd məntəqəsini (X16 Məntəqəsini) və gömrük postunu (Biləsuvar gömrük postunu) qanuni yolla keçib İrana getmişdir. İrana keçdikdən sonra o, “vvhatsapp» vasitəsilə Rzaya zəng etmiş və Rza gəlib onu qarşılamış, sonra birlikdə çayxanaya getmişlər. Çayxanada iranlı Rza ona içərisində narkotik vasitələr olan bir cüt ayaqqabı vermiş, o, həmin ayaqqabını geyinmiş, öz ayaqqabısını kənara atmışdır. O, bir gün orada qalmış, 09 noyabr 2019-cu il tarixdə, gecə saatlarında X1i yolla Azərbaycan tərəfə keçmiş və sərhədçilər tərəfindən saxlanılmışdır. Sonra onun üzərində yoxlama aparılan zaman ayağında olan ayaqqabının içərisindən narkotik vasitələr aşkar olunub götürülmüşdür. Məhkəmə istintaqında şahid kimi dindirilən X12 göstərdi ki, Xətai Əhmədli onun qardaşıdır. Təqsirləndirilən şəxsla yaxın münasibəti olmuşdur. Hətta onunla bir yerdə işləmişlər. Əlfəsiyaf 2019-cu ildə «Ford» markalı çörəkdaşıyan avtomaşınla Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən marketlərə çörək gətirmişdir. O isə həmin marketin yaxınlığında işləmişdir. Əlfəsiyaf marketə çörək gətirdiyi hallarda onunla görüşmüşlər. O, 08-09 noyabr 2019-cu il tarixlərdə marketə çörək gətirərkən Əlfəsiyafla görüşmüş, öz telefonunda kontur olmadığına görə Əlfəsiyafın telefonunu alaraq onun ***-***-**-** telefon nömrəsi ilə qardaşı Xətai Əhmədlinin istifadəsində olan ***-******* telefon nömrəsinə zəng edərək onunla danışmışdır. Həmin vaxt X27 Respublikasına getməsini bilmişdir. Beləliklə də, qardaşı X31 Respublikasında olan zaman Əlfəsiyafa məxsus ***-***-**-** telefon nömrəsindən qardaşı Xətaiyə zəng etməklə danışan şəxs o olmuşdur. Əlfəsiyaf Xətai ilə telefon vasitəsi ilə danışmamışdır. X9 Azərbaycan Respublikası CM-nin 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 1(099)-252/2020 tarixli hökmündən görünür ki, həmin iş üzrə şahid kimi dindirilmiş X13 ifadəsində göstərmişdir ki, o, DSX-nin Biləsuvar SNM-də xidmət edir. 09 noyabr 2019cu il tarixdə Biləsuvar SNM-də İrandan Azərbaycan Respublikasına piyada gəliş xəttində “sənədlərin yoxlanışı” xidmətində olarkən gecə saat 03 radələrində Azərbaycan Respublikasının vətəndaşı X2 rəsmiləşdirilməsi üçün ona təqdim etmişdir. Sənədləri rəsmiləşdirərkən o, həmin şəxslə ilkin söhbət apararkən onun ikinci dəfə İrana getməsi və çox az müddətdə İranda qalıb geri qayıtması onda şübhə oyatdığından o, Xətai Əhmədlidən üzərində narkotik vasitə və ya digər qanunla qadağan olunmuş əşyaların olub-olmamasını soruşmuş, Xətai Əhmədli də üzərində qanunsuz heç nə olmadığını bildirmişdir. Sonra o, növbə rəisi Əlişir Həsənova məruzə etmiş və bundan sonra həmin şəxs şəxsi yoxlama otağına aparılıb orada gömrük əməkdaşları ilə birlikdə hal şahidlərinin iştirakı ilə Xətai Əhmədlinin üzərində yoxlama (şəxsi axtarış) aparılmışdır. Yoxlama zamanı Xətai Əhmədlinin ayağında olan ayaqqabının hər iki tayından, hər tayında 2 büküm olmaqla 4 büküm, həmin bükümlərin ikisinin içərisində heroinə oxşar, digər ikisinin içərisində metamfetaminə oxşar kütələlər olmuşdur. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilmiş, sonra həmin kütlələr qablaşdırılıb götürülmüş, daha sonra yoxlama ilə bağlı protokol tərtib olunmuşdur. Şahid qismində dindirilmiş X11 şahid Vüsal Həsənovun ifadəsinə uyğun ifadə vermişdir. Şahid X19 ifadəsində göstərmişdir ki, o, 09 noyabr 2019-cu il tarixdə, gecə saatlarında bir nəfər gömrük əməkdaşının xahişi ilə Biləsuvar gömrük postunda İrandan gələn Xətai adlı şəxsin (X9) üzərində yoxlama (şəxsi axtarış) aparılması zamanı hal şahidi kimi iştirak etmiş, həmçinin onunla birlikdə fəhləlik edən Nazim də (X14) orada hal şahidi olmuşdur. Yoxlama zamanı Xətai adlı şəxsin ayağında olan ayaqqabının hər iki tayının içərisində gizlədilmiş cəmi 4 ədəd bükümdə narkotikə oxşar kütlələr aşkar olunmuşdur. Aşkar olunmuş həmin maddələr qablaşdırılıb gömrük əməkdaşları tərəfindən götürülmüş, sonra yoxlama ilə bağlı protokol tərtib olunmuşdur. Hazırkı iş üzrə məhkəmədə şahid kimi dindirilən Şahid məhkəmədə göstərdi ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusudur. 31 avqust 2021ci il tarixdə Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş məlumata əsasən Dövlət Sərhəd Xidməti üzrə axtarışda olan, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs saxlanıldığı məlum olmuşdur. Həmin məlumata əsasən Bərdə Rayon Polis Şöbəsinə gedərək orada saxlanılan Təqsirləndirilən şəxs polisdən təhvil almış və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə təhvil vermişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin cinayət işinin materiallarına əlavə olunmuş 29 oktyabr 2020-ci il tarixli, 1(099)-252/2020 №-li hökmünün surətindən görünür ki, X18 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə məhkum olunmuşdur ona görə ki, o, digər şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama və daşıma barədə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşib, 08 noyabr 2019-cu il tarixdə İran İslam Respublikasının Biləsuvar şəhərində cinayətkar qrupun üzvündən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda- 140,563 qram narkotik vasitə olan heroini və külli miqdarda-233,593 qram psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və həmin maddələri aşkar edilməsini çətinləşdirən üsuldan istifadə edərək ayağına geyindiyi ayaqqabının hər iki tayının tərliyinin altında gizlətməklə daşıyaraq 08 noyabr 2019-cu il tarixdə, saat 03 radələrində Azərbaycan Respublikasını DGK-nin Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Materialların məhkəmə ekspertizasının 09 noyabr 2019-cu il tarixli, 28001 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 2 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkilər 87,145 qram və 53,418 qram-ümumi təmiz çəkisi 140,563 qram olan, qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, digər 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 126,145 qram və 107,448 qram- ümumi təmiz çəkisi 233,593 qram olan, ağ rəngli, kristal şəkilli maddə kütlələri kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin olmuşdur. Ekspertiza tədqiqatından sonra qalmış və maddi sübut kimi tanınmış 140,503 qram narkotik vasitə heroin və 233,533 qram psixotrop maddə olan metamfetamin Lənkəran Ağır Cinayətlər Məhkəməsinin X9 məhkum olunmasına dair qeyd olunan hökmünə əsasən məhv edilmişdir. Məhkəmə-psixatrik ekspertizasının xx.xx.2021-ci il tarixli, 2333 saylı rəyindən göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmamışdır, ona istinad olunan cinayət əməlini törədərkən anlaqlı olmuş, əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 4237 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmur. Ərazi narkoloji dispanserdə proftlaktik qeydiyyata alınması məsləhət görülür. Dövlət Sərhəd Xidmətinin Əməliyyat-Axtarış Baş İdarəsinin məktubundan görünür ki, daxil olmuş əməliyyat məlumatlarına əsasən X9 İran İslam Respublikasında Rza adlı şəxsdən əldə etdikdən sonra qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirdiyi narkotik vasitələri, «Əfən» adlı şəxsə təhvil verməli olması müəyyən edilmişdir. Həmin «Əfən» adlı şəxsin Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, onun Ağdam rayonu Əhmədavar kəndində qeydiyyatda olmasına baxmayaraq Oğuz rayonu Xalxalqışlaq kəndində məskunlaşması və sonradan Bakı şəhərinə köçərək yaşaması məlum olmuşdur. Sərhəd Nəzarətindən daxil olmuş məktubdan görünür ki, X.Əhmədli ilə əlaqəsi olan «Əfən» adlı şəxsin istifadəsində 077 305 05 25 mobil nömrəsinin olması, həmin şəxsin X8 olması müəyyən edilmişdir. Şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə əlaqədar Bərdə şəhərində yerləşən Bərdə Asan Xidmət mərkəzinə müraciət etmiş Təqsirləndirilən şəxs DSX tərəfindən məhdudiyyət siyahısına daxil edildiyindən saxlanılaraq xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi ilə razılaşdırılaraq Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 1(099)- 252/2020 №-li hökmü ilə X9 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işinə əlavə olunmuş, Azərfon MMC-dən daxil olmuş telefon danışıqlarına dair məlumatlardan görünür ki, Xətai Əhmədlinin istifadəsində olan ***-***-**-** telefon nömrəsindən xx.xx.2019-cu il tarixdə saat 23:16-da və 23:19-da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** telefon nömrəsinə zəng olunmaqla danışıq aparılmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs istifadəsində olan 077 305 05 25 telefon nömrəsindən xx.xx.2019-cu il tarixdə saat 13:29-da Xətai Əhmədovun istifadəsində olan 050 893 23 13 telefon nömrəsinə zəng olunmaqla 52 saniyə danışıq aparılmışdır. Həmin danışıq vaxtı Təqsirləndirilən şəxs istifadəsində olan 077 305 05 25 telefon nömrəsinin anteni Bakı şəhəri, Yasamal rayonu D.Bünyadzadə küçəsi 165 əhatə dairəsində olmuşdur. Təqsirləndirilən şəxs öz istifadəsində olan 077 305 05 25 telefon nömrəsindən xx.xx.2019cu il tarixdə saat 04:28 dəqiqədə Xətai Əhmədovun istifadəsində olan 050 893 23 13 telefon nömrəsinə zəng olunmaqla 86 saniyə danışıq aparılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs istifadəsində olan 077 305 05 25 telefon nömrəsinin anteni ünvan 2 əhatə dairəsində olmuşdur. Bundan başqa xx.xx.2019-cu il tarixdə 050 221 30 05 telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan 077 305 05 25 telefon nömrəsinə «patının pulundan nə xəbər», 6.09.2019-cu ildə «əfən 600 düzəlt sonra gəl posolka kirova» məzmunlu mesajlar göndərilmişdir. xx.xx.2019-cu ildə **********1 telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ********** telefon nömrəsinə «əfən dəqəq maşında qalıb?», «ala ibiş səni görüb evdə deyir ki, əfən gözdüyür» məzmunlu mesajlar göndərilmişdir. İş materiallarında olan 21 sentyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs subaydır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Əlfəsiyaf X3 və qeyriləri ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin və psixotrop maddə olan metamfetaminin əldə edilməsi, saxlanılması və daşınaraq Azərbaycan Respublikasının gömrük nəzarətindən gizli olaraq, qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsi barədə qabaqcadan razılaşmaqla bir qrup şəxs halında əlbir olub cinayət əlaqəsinə girməsi, aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq Xətai Əhmədlinin 08 noyabr 2019-cu il tarixdə İran İslam Respublikasına gedərək orada külli miqdarda heroini və psixotrop maddə metamfetamini əldə edərək 09 noyabr 2019-cu il tarixdə saat 03 radələrində Biləsuvar gömrük postunda gömrük nəzarətindən gizli olaraq, qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirməsi, əmlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs Xətai Əhmədli ilə yaxın münasibətinin olmaması, yalnız Xətai Əhmədlinin qardaşı Hikmət Əhmədli ilə yaxın münasibətinin olması, Xətai Əhmədli ilə İran İslam Respublikasından narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirmək barədə heç bir əlaqəsinin olmaması, Xətai Əhmədlinin narkotik vasitələrin əldə edilməsi məqsədi ilə İran İslam Respublikasına getdiyi gün-yəni 08 noyabr 2019-cu il tarixdə, eləcə də İran İslam Respublikasından Azərbaycana qayıtdığı gün-09 noyabr 2019-cu il tarixlərdə onun istifadəsində olan ********** telefon nömrəsindən Xətai Əhmədlinin istifadəsində olan ********** telefon nömrəsinə zəng olunmaqla danışıq aparılsa da, Xətai Əhmədli ilə danışan şəxsin o olmaması, Bakı şəhərində olduqları vaxt Xətai Əhmədlinin qardaşı Hikmət Əhmədlinin ona məxsus telefonla qardaşı Xətai Əhmədlinin telefon nömrəsini yığaraq onunla danışması, tanışları tərəfindən «Əfən» deyə çağrılmaması, «Əfən» adının onunla bağlı olmaması, Xətai Əhmədli həbs olunarkən istintaqda verdiyi ifadəsində narkotik gətirmək üçün İran İslam Respublikaksına «Əfən» adlı şəxs tərəfindən göndərilməsini bildirsə də, həmin adın ona aid olmaması, ümumiyyətlə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaması barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə eləcə də Xətai Əhmədlinin əvvəlki ifadələrindən fərqli olaraq Təqsirləndirilən şəxs barəsində olan hazırkı cinayət işi üzrə verdiyi ifadəsində 08 noyabr 2019-cu il tarixdə İran İslam Respublikasına gedərək orada narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamini əldə etməklə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirməsində Təqsirləndirilən şəxs iştirakının olmaması, narkotik vasitələrin əldə edilməsi üçün 08 noyabr 2019-cu il tarixdə İran İslam Respublikasına getdiyi və 09 noyabr 2019-cu il tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikasına qayıtdığı gün ona məxsus ********** telefon nömrəsinə Təqsirləndirilən şəxs istifadəsində olan ********** telefon nömrəsindən zəng olunmaqla danışıqlar aparılsa da, onunla danışan şəxsin Təqsirləndirilən şəxs olmaması, Təqsirləndirilən şəxs Bakı şəhərində onun qardaşı Hikmət Əhmədli ilə görüşməsi zamanı qardaşı Hikmətin Təqsirləndirilən şəxs məxsus telefonla zəng edərək onunla danışması, həmçinin Hikmət Əhmədlinin 2019-cu il noyabr ayının 8-də və 9-da Bakı şəhərində Təqsirləndirilən şəxsla görüşərkən öz telefonunda kontur olmadığına görə Təqsirləndirilən şəxs telefonu ilə qardaşı Xətaiyə zəng edərək onunla danışması barədə ifadələrini Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayındırmaq məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə Xətai Əhmədlinin özünün barəsində olun cinayət işi üzrə verdiyi-yəni İran İslam Respublikasında narkotik vasitə və psixotrop maddənin əldə edilməklə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirməsini ona «Əfən» adlı şəxsin təklif etməsi, bu barədə aralarında qabaqcadan razılaşma olması barədə ifadəsini obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Belə ki, telefon danışıqları barədə məlumatlardan görünür ki, 08 noyabr 2019-cu il tarixdə-Xətai Əhmədli narkotik vasitələri əldə etmək üçün iran İslam Respublikasına getdiyi gün saat 13.:29-da Təqsirləndirilən şəxs istifəadsində olan ********** telefon nömrəsindən Xətai Əhmədlinin istifadəsində olan ********** telefon nömrəsinə zəng olunmaqla 52 saniyə danışıq aparılarkən ********** telefon nömrəsinin anten dairəsi ünvan 1 ünvanı üzrə olsa da, 09 noyabr 2019-cu il tarixdə saat 04:28 radələrində zəng olunmaqla 86 saniyə danışıq aparılması zamanı ********** telefon nömrəsinin anten dairəsi ünvan 2 ünvanında olmuşdur. Beləliklə də müəyyən edilir ki, X30 İslam Respublikasından narkotik vasitə heroini və psixotrop maddə metamfetamini üzərində gətirməklə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Biləsuvar gömrük postuna daxil olması ərəfəsində Təqsirləndirilən şəxs da onu qarşılamaq üçün Biləsuvar şəhərinə getmiş və orada olduğu zaman öz istifadəsində olan mobil telefonla Xətai Əhmədliyə məxsus mobil telefona zəng etmiş və onunla danışmışdır. Beləliklə də, Təqsirləndirilən şəxs, Xətai Əhmədli və onun qardaşı Hikmət Əhmədlinin 2019-cu il noyabr ayının 8 və 9 günlərində X21 İslam Respublikasna getdiyi və qayıtdığı müddətdə onun istifadəsində olan ********** telefon nömrəsinə Təqsirləndirilən şəxs istifadəsində olan ********** telefon nömrəsindən zəng olunarkən danışıqların Təqsirləndirilən şəxs tərəfindən yox, Bakı şəhərində olan Hikmət Əhmədli tərəfindən aparılması barədə ifadələri uydurma və əsassız ifadə olmaqla Təqsirləndirilən şəxs müdafiə məqsədi daşıyır. Bundan əlavə Təqsirləndirilən şəxs istifadəsində olan ********** telefon nömrəsinə 2019-cu ilin sentyabr ayında digər mobil telefon nömrələrindən göndərilmiş mesajların məzmunundan görünür ki, narkotik vasitələrin satışı və pulunun ödənilməsindən bəhs olunur. Məsələn: «patının pulundan nə xəbər». Eyni zamanda 2019-cu ilin sentyabr ayında Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsinə göndərilmiş mesajların məzmunundan görünür ki, ayrı-ayrı şəxslər ona «Əfən» deyə müraciət etmişlər. Məsələn: «əfən 600 düzəlt gəl pasyolka kirova», «əfən dəqiq maşında qalıb?» və sairə. Beləliklə də müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması, onu tanıyan şəxslər tərəfindən ona «Əfən»-deyə müraciət olunmaması, «Əfən» adının ona aidiyyətinin olmaması, eləcə də Xətai Əhmədlinin istintaqda onu narkotik gətirmək üçün İran İslam Respublikasına göndərən şəxsin «Əfən» olmaması, Əlfəsiyafı «Əfən» kimi tanımaması barədə ifadələri də qeyri-obyektiv ifadə olmaqla sübut kimi qəbul edilmir. Bununla məhkəmə Təqsirləndirilən şəxs cinayət əməllərinin sübuta yetirilməsi nəticəsinə gəlməklə hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Lakin qaçaqmalçılıq cinayətinə münasibətdə Təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin Xətai Əhmədli tərəfindən gömrük nəzarətindən gizli olaraq qaçaqmalçılıq yolu ilə keçirilməsində onunla bərabər, birgə icraçı kimi iştirak etməmiş, həmin maddələri Azərbaycan Respublikası ərazisində qəbul etməyi əvvəlcədən vəd etməklə qaçaqmalçılıq cinayətində köməkçi kimi iştirak etmişdir. Ona görə də onun əməli qaçaqmalçılıq cinayətinə münasibətdə CM-nin 32.5,206.2-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinəəsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-32.5,206.2, 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 31 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 140,503 qram narkotik vasitə heroin və 233,533 qram psixotrop maddə olan metamfetaminin X10 Azərbaycan Respublikası CM-nin 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 1(099)-252 nömrəli hökmü ilə məhv edilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin. Ona CM-nin 32.5,206.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 31 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 140,503 qram narkotik vasitə heroin və 233,533 qram psixotrop maddə olan metamfetaminin X10 Azərbaycan Respublikası CM-nin 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 1(099)-252 nömrəli hökmü ilə məhv edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar