Məhkəmə qərarları › İş №1(099)-153/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-153/2024

13.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-153/2024 13.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X11, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şirvan şəhəri “1 May” küçəsi, ev 41-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs barəsində istintaq olunmuş cinayət işinin ittiham aktının nəticəvi hissəsində göstərilmişdir ki, o, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 3,011 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində daşımaqla saxlamış, 26 may 2023-cü il tarixdə saat 13:30 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-tədbiri nəticəsində o, Şirvan şəhəri G.Şıxbaloğlu küçəsində piyada hərəkət edən zaman saxlanılaraq Şirvan şəhər polis şöbəsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 14:40-da üzərində axtarış aparılan zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümün içərisində təmiz çəkisi 3,011 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu səbəbdən də, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymət verməklə, belə nəticəyə gəlir ki, iş üzrə ittiham tərəfinin istinad etdiyi sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübut olunmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun heç bir günahı yoxdur. Polis əməkdşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmamışdır. 26 may 2023-cü il tarixdə evinə gedərkən polis əməkdaşları ona yaxınlaşmış, qoluna qandal vurub üstünə baxış keçirmişlər və sonra polis şöbəsinə getməli olduğunu ona demişlər və o, da razılaşmışdır. Həmin vaxt da saat 12 ya 13 radələri olardı. Polis şöbəsinə gətirdikdən sonra sorğu-sualsız ona işgəncə verməyə başlamışlar ki, o, narkotik istifadə edir. O, da narkotik vasitə istifadə etdiyini, lakin son 2-3 ayda narkotik istifadə etmədiyini bildirmişdir. Yenə də işgəncə verməyə başlamışlar və əməliyyatçılar şkaflarından bir kiloqram narkotik vasitə çıxarıb onun dediklərini etmədiyi halda həmin narkotiki evinə atacaqlarını və evindən çıxaracaqlarını bildirmişlər. Evində xəstə anası, üç azyaşlı uşağı olduğu üçün bunu özünə sığışdırmamış, onların dediyi ilə razılaşmışdır. Belə ki, polislər ona bir bükümdə narkotiki verib istifadəçi kimi gedəcəyini bildirmiş, o, da razılaşmışdır. Lakin onun üzərində saxlanılarkən heç nə olmamışdır. Əvvəllər məhkumluğu olmadığından narkotik vasitələr barədə anlayışı olmamış, istifadəçi kimi məsuliyyətə cəlb edilməsinə razılaşmış, lakin onun üzərinə çox narkotik vasitə qoymuşlar. Ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddə ilə məsuliyyətə cəlb ediləcəyi deyilmiş, ona ittiham edilən maddənin nə olmasını bilməmişdir. Barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəməyə gedərkən və barəsində həbs qətimkan tədbiri seçildikdən sonra təcridxanaya gedərkən ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edildiyini bilmişdir. Onun üzərində narkotik vasitə olmamışdır. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, 26 may tarixində saxlanılmışdır. Həmin günə qədər əvvəllər narkotik istifadə etmiş, lakin 2-3 aydır ki istifadə etməmişdir. Polis şöbəsində videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Polis əməkdaşları ondan tələb etmişlər ki, onların verdiyi narkotiki boynuna götürsün və videoçəkiliş zamanı küçədən tapdığını bildirsin. O, da polislərlə razılaşmış, onların dediyi formada ifadə vermişdir. Lakin təzyiq altında olduğundan, işgəncə verildiyi üçün belə demişdir. Qolu qandallı olan vaxt polis əməkdaşı narkotiki cibinə qoymuş, şəxsi axtarış zamanı narkotik vasitəni cibindən özü çıxarmışdır. Bədəni üzərində xəsarətlər olmuş, təcridxanaya daxil olarkən də həmin xəsarətləri qeyd etmişlər. Barəsində həbs qətimkan tədbiri seçilərkən hakim qarşısına çıxarılarkən polis əməkdaşları tərəfindən fiziki təzyiq göstərildiyini deməmiş, lakin deməməyi polis əməkdaşları ona tapşırmışdır. Lakin sonradan ona CM-in 234.4.3-cü maddəsi ilə məsuliyyətə cəlb edildiyini bildikdə Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə şikayət ərizəsi yazmış, bir aydan sonra prokurorluğun müstəntiqi ondan izahat almış, ekspertizadan keçirilmiş, orada da olduğu kimi danışmışdır. Tutulmamışdan əvvəl qəssab kimi işləmiş, bununla ailəsini dolandırmışdır. Narkotik vasitədən 5-6 ay istifadə etmiş, lakin yaxşı şey olmadığını bilib bu hərəkətlərini davam etdirməmişdir. Bədəni üzərində xəsarətlər 3 saylı istintaq təcridxanasına daxil olarkən aşkar edilmişdir. Həmin xəsarətləri məhkəmədə şahid qismində dindirilən iki polis əməkdaşı, eləcə də tanımadığı 5-6 polis əməkdaşları yetirmişdir. Onu 28 may tarixdə hakim qarşısına çıxarmışlar, bundan 4-5 gün sonra isə İstintaq təcridxanasına aparmışlar. Polis əməkdaşları onu 13 nömrəli məktəbin yanında, Şıxbalaoğlu küçəsində saxlamışlar. Polis əməkdaşları onun ayağının altına, bədəninin digər yerlərinə vurmuşlar. Ayağının altında da xəsarət olmuşdur. Onun şikayətindən sonra bədəni üzərində xəsarətlərin olması faktı üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan məlumatı olmuş, həmin qərardan şikayət etməmişdir. Cinayət işi materialları ilə tanış olarkən tərtib edilmiş protokola özünü Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilməsi ilə bağlı qeydləri ona görə etmişdir ki, narkotik vasitədən istifadə etdiyinə görə və həmin maddədə narkotik istifadə edilməsinə görə məsuliyyət nəzərdə tutulduğunu bildiyindən belə qeyd etmişdir, lakin üzərində narkotik vasitə olmamışdır. Təqsirləndirilən şəxs məhkəməyə ünvanladığı son sözündə günahkar olmadığını, barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi istintaq hərəkətinə əlavə edilmiş videoçəkilişə baxıldıqdan sonra verilən suallara cavab olaraq bildirmişdir ki, onun üzərinə şəxsi axtarış axşam saatlarında, təxminən saat 5 ya 6 radələrində keçirilmişdir. Polis əməkdaşları onu saxladıqdan üzərinə baxış keçirilənədək olan dövrdə ona işgəncə vermişlər, narkotik vasitəni qarşısına qoyub boynuna götürməyi tələb etmişlər, bunu etmədiyi halda evindən narkotik vasitə çıxaracaqları ilə hədələmişlər. Heç bir günahı olmadığı halda, heç bir səbəb olmadan yol getdiyi yerdə onu saxlayıb polis şöbəsinə gətirmişlər və dediklərini etmişlər. O, əvvəllər narkotik istifadə etmiş, lakin tutulan ərəfədə narkotik də istifadə etməmişdir. Polis əməkdaşları qolunu qandallayıb onu yerə yıxıb yumruq, təpik və dubinka ilə onu döymüşlər. Polis şöbəsində X10 daxil olarkən də bədəni üzərində xəsarətlər olmuş, orada polislər yaşadığı evdə qapının üstündən tullanıb həyətə girərkən xəsarət aldığını deməsini tələb etdiklərindən belə izahat vermişdir. Həmin vaxt hər iki ayaq pəncəsində qançır xəsarətlərini almasına səbəb polis əməkdaşlarının dubinka ilə ayaqlarının altına dayanmadan vurması olmuşdur. "xxxx" MMC-dən onun stifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə daxil olan smslərdə narkotik vasitələrin ondan istənilməsi ilə bağlı bildirir ki, ona həmin mesajları yazan şəxsləri tanımır, həmin şəxslərin ona niyə bu xarakterli mesajlar yazmasının səbəbini bilmir, həmin mesajlardan xəbəri olmamışdır. Əvvəllər narkotik istifadə etmiş, lakin tutulmamışdan 2-3 ay əvvələdək narkotik istifadə etməmişdir. Heç kimə narkotik satmamışdır. Qeyd edilən “sms”lər ona yazılsa da o, həmin “sms”lərdən heç birinə cavab verməmişdir. MSY-yə daxil olarkən ayaqları şişdiyindən, bədənində də xəsarətlər olduğundan orada onun ayaqlarının da altına baxmışlar. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə tərkibi, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də tədqiq edərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə Şirvan şəhəri 1 may küçəsində yaşayır və həmin ərazinin əməliyyat müvəkkilidir. 26 may 2023-cü il tarixdə xidmətdə olarkən Təqsirləndirilən şəxs qanunsuz yolla narkotik vasitələr əldə edib üzərində saxlamaqla, satışı ilə məşğul olmasna dair ona əməliyyat məlumatı daxil olmuş, məlumatın yoxlanılması məqsədilə rəhbərliyə məruzə etmiş, əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs müşahidəyə göürülmüşdür. Həmin gün Təqsirləndirilən şəxs yaşadığı məhlədə - Şirvan şəhər 1 may küçəsində evlərinin yaxınlığında olarkən saxlayaraq Şirvan ŞPŞ-yə dəvət etmişlər. Polis Şöbəsinin inzibati otaqlarının birində vəkilin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Bu zaman Təqsirləndirilən şəxs özü səmimi etiraf edərək öz şəxsi istifadəsi üçün saxladığı narkotik vasitə heroini bir ədəd sellofan bükümdə təqdim etmişdir. Əməliyyat məlumatı daxil olsa da Təqsirləndirilən şəxs narkotik satışını müəyyən edə bilməmişlər, lakin sonuncu şəxsi istifadəsi üçün saxladığı narkotiki təqdim etmişdir. Həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə günorta saatlarında yaşadığı küçədən yerdən tapdığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən özünə məxsus “İtel” markalı mobil telefon aşkar olunmuşdur. Başqa hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı ona daxil olmuşdur. Sonuncu barədə əməliyyat məlumatı ona birinci dəfə daxil olmuşdur. Teymurun kiməsə narkotik satması barədə əvvəllər eşitmiş, lakin hər hansı bir vətəndaşı Teymurdan narkotik vasitə alması barədə bildirməmiş, Teymurun narkotik vasitələrin satışı ilə məşğul olmasını sübuta yetirə bilməmişlər. Təqsirləndirilən şəxs saxlanılarkən velosipedlə hardansa gəlirdi, ona yaxınlaşdıqdan sonra velosipedini evlərinin yaxınlığına harasa qoymuş, heç bir etiraz etmədən onlarla polis şöbəsinə gəlmişdir. Üzərinə şəxsi axtarış videoçəkiliş vasitəsi ilə keçirilmişdir. Daxil olmuş əməliyyat məlumatını qeydə almışlar, lakin əməliyyat- qeydiyyat işi açmamışlar. Əməliyyat qeydiyyat işi əməliyyat məlumatı şəxsin saxlanılmasından çox əvvəl daxil olduqda açılır, Təqsirləndirilən şəxs barədə əməliyyat məlumatı daxil olduqda təxirəsalınmaz qaydada əməliyyat axtarış tədbirləri keçirmişlər. Ona əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması, istifadəsi və satışı ilə bağlı olmuş, lakin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı təsdiqini tapmamış, lakin üzərində narkotik vasitə saxlaması təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs üzərinə onun tərəfindən narkotik vasitə qoyulmamışdır. Sonuncunun belə ifadə verməsi düzgün deyildir. Teymuru köhnə şəhər deyilən ərazidə, 1 may küçəsində evinin yaxınlığında günorta vaxtında saxlamış və polis şöbəsinə aparmışlar. Polis şöbəsinə çatdıqdan az sonra üzərinə şəxsi axtarış keçirmişlər. Təqsirləndirilən şəxs qarşı hrə hansı fiziki zor tətbiq olunmamış, Teymur daim onun nəzarətində olmuş, polis əməkdaşı Hacımurad da ona kömək etmişdir. Teymurun üzərinə şəxsi axtarış keçirilərkən videoçəkiliş də olmuşdur, orada da üzərində hər hansı xəsarət olmamışdır. Polis şöbəsində Teymur xəsarət almamışdır. Gətirilərkən də üzərində xəsarət almamış, ərazinin əməliyyatçısı olduğundan Teymur onu tanımış, buna görə də polis şöbəsinə gəlməyə razılaşmışdır. Teymurgilin yaşadığı ərazidə artıq narkoman qalmamışdır, belə ki bir-iki nəfər qalmış narkoman qalmış, onlar da qaçdığından tuta bilməmişlər və gələcəkdə tutacaqlar. Ərazinin əməliyyatçısı olduğundan ərazini tam tanıyır. Polis şöbəsində Teymur səmimi olaraq etiraf etmişdir ki, əvvəllər narkotik vasitə satmış, lakin son bir ayda dayanmış, narkotik vasitə satmamışdır. Lakin Teymurun çox sözlərini protokollaşdırmamışlar, hətta Teymur məsuliyyətə cəlb edilməməsi üçün onlara pul da təklif etmişdir. Teymur narkotik vasitəni küçədən tapdığını dediyindən təhqiqatçıyla birlikdə həmin küçəyə tərəflərindən baxış keçirilmiş, lakin Təqsirləndirilən şəxs həmin yerə aparmamışlar, bununla bağlı hər hansı protokol tərtib etməmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin əməkdaşı Şahid2 ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə verməklə sonuncunun ifadəsini təsdiq etmiş, ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs hər hansı fiziki zor tətbiq edilməmiş, üzərinə şəxsi axtarış videoçəkiliş vasitəsi ilə keçirilmiş, hər hansı hala etiraz etməmiş, narkotik vasitəni könüllü olaraq özü təqdim etmiş, yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Teymuru saxladıqlarından çox vaxt keçdiyi üçün bəzi halları xatırlamır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Teymurun üzərində şəxsi axtarış səhv etmirsə günün birinci yarısında olmuşdur, lakin saat dəqiq yadında qalmamışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Teymurla hər hansı söhbət aparılmayıb. Teymur ona hər hansı təklif etməmiş, ondan heç nə istəməmişdir. Teymuru polis şöbəsinə gətirdikdən şəxsi axtarış keçirənədək onun yanında olmuşdur. Ola bilər ki,Bəhruz müəllimə nəsə təklif edə bilər, lakin onun yanında belə hal olmayıb. Ola bilər ki, Teymurun yanından bir-iki dəqiqəlik hər hansı ehtiyacı üçün aralaşmışdır. Teymuru heç kim döyməmişdir. Teymurun cibinə narkotik vasitə qoyulmasının şahidi olmamışdır, belə hal olmamışdır. Onun tərəfindən də Teymur döyülməsi barədə ifadə verməsi yalandır. Teymurun konkret olaraq kiməsə narkotik vasitə satması barədə onda real fakt olmamışdır. Teymur narkotik vasitəni küçədən tapdığını desə də həmin küçəyə onun tərəfindən baxış keçirilməmişdir. Beləliklə, həm ibtidai istintaq, həm də məhkəmə baxışında toplanmış sübutlar məhkəmə tərkibi tərəfindən müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs törədilmiş cinayətdə təqsirinin sübuta yetirilmədiyi müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsi, üzərində saxlaması və satışı ilə məşğul olması barədə Şirvan ŞPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. (i.v. 4) -“Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 26 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir.(i.v. -65) -“Əməliyyat-axtarış qrupunun yaradılması haqqında” 26 may 2023-cü il tarixli qərardan görünür ki, Şahid1 raportu əsasında əməliyyat tədbirlərinin həyata keçirilməsi məqsədilə Şirvan ŞPŞ-nin ƏİÜ rəis müavini Farid Vəliyevin rəhbərliyi ilə əməliyyat müvəkkili Şahid1, Şahid2 və təhqiqatçı Mustafa Əsgərovdan ibarət əməliyyat qrupu yaradılmışdır. (i.v. 9) - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 13:30 radələrində Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsində Təqsirləndirilən şəxs yolun kənarında hərəkət edərkən saxlanılmış və Şirvan ŞPŞ-yə gətirilmişdir. (i.v.10) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:25-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v.25- 26 ) -“Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında xx.xx.2023-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin bükümün içində heroin olduğunu bildirmiş, həmin kütlə aşkar edilərək bir ədəd kağız zərfə qablaşdırılıb götürülmüşdür. Həmin istintaq hərəkəti saat 14:40-da başlamış və 15:00-da bitmişdir. (i.v. 29-31) - Məhkəmə fiziki-kimyəvi ekspertizasının 27 may 2023-cü il il tarixli, 18/554 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «…Təqsirləndirilən şəxs üzərindən…» sözləri yazılmış kağız paketdəki 01 ədəd polietilen kəsiyi bükümündə, təmiz çəkisi 3,011 qram olan maddə kustar üsulla hazırlanmış heroindir. (i.v.37-40) -“Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 28 may 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə istintaq edilən cinayət işi həmin Məcəllənin in 234.4.3-cü maddəsinə tövsif edilmişdir. (i.v.55) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 28 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 57-58) - Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(032)-193/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (i.v. 75-76) - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v 90-91; 92-96) - Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ŞMP-nin ruhi əsəb və narkoloji kabinetində qeydiyyatda yoxdur. (i.v. 97) - “baxış keçirilməsi haqqında” 01 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan “İtel” markalı mobil telefona baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən məlumat əldə olunmamışdır. (i.v. 102) - Şirvan şəhər İcra Hakimiyyətinin 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs şəhərin 1 may küçəsi ev 41 ünvanında yaşayır. Onun barəsində nümayəndəliyə yazılı və şifahi şikayət daxil olmamışdır. Təqdim edilmiş sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il, xx.xx.2017-ci il və xx.xx.2019-cu il təvəllüdlü yetkinlik yaşına çatmayan uşaqları vardır. (i.v. 106-107; 123-129) - Şirvan ŞPŞ-nin vəzifəli şəxsinin imzaladığı xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin haradan və hansı mənbədən əldə etməsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyataxtarış tədbirlərinə baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olubolmaması barədə əməliyyat məlumatları və məxfi aqentlərdən əldə olunmuş məlumatlara əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən olunmuşdur. (i.v. 110) - “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 19 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 03 saylı İstintaq Təcridxanasına daxil olarkən müayinə zamanı hər iki bazunun arxa səthində bənövşəyi rəngli qançır xəsarətinin aşkar edilməsi faktı üzrə Şirvan şəhər Prokurorluğunda ilkin yoxlama aparılmış, Təqsirləndirilən şəxs Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması təsdiqini tapmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarın təsviri əsaslandırıcı hissəində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Şirvan ŞPŞ-nin MSY-yə daxil olarkən üzərinə və bədəninə baxış keçirilən zaman hər iki ayaq pəncəsində qançır, sağ qolunda sıyrıq, boğaz ətrafında qızartılar, sağ qulaq ətrafında syrıq və qızartılar aşkarlanmış və bu barədə akt tərtib edilmişdir. Təqsirləndirilən şəxs izahatında bədənindəki xəsarətləri evinin darvazasından tullanarkən aldığını bildirmişdir. (i.v. 111-117) - Məhkəmə-psixatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 1859 saylı rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v. 138-140) -X8 tibbi yoxlamanın 18 avqust 2023-cü il tarixli, 5306 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlunda opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 141-142) Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı toplanıb elan edilərək tədqiq edilmiş aşağıdakı məhkəmə istintaqı materiallarından müəyyən edilir ki ; - Təqsirləndirilən şəxs adına “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin tərtib etdiyi 5966/2023 nömrəli məhkumun tibbi kitabçası»nın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs 31 may 2023-cü il tarixdə 03 saylı İstintaq Təcridxanasına gətirilmiş, baxış zamanı “hər iki bazunun arxa səthində bənövşəyi qançırlar” xəsarətləri aşkar edilmiş, həbs olunmazdan əvvəl xəsarət aldığını bildirmişdir. - Məhkəmə komputer-texniki ekspertizasının 09 fevral 2024-cü il tarixli, 5/73 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş 1 ədəd “DVD- R” tipli optik diskin yaddaşında “ *.mp4” formatlı “X17” adlı vidoe fayl müəyyən olunmuş, həmin video faylın tədqiq edilən diskin yaddaşında yaradılma tarixi “xx.xx.2023-cü il saat 16:59” kimi əks olunmuşdur. - Məhkəmə komputer-texniki ekspertizasının 23 fevral 2024-cü il tarixli, 3-16-16/2- 4/83 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş 1 ədəd “Princo” markalı DVD-R diskdə olan olan mübahisəli videofonoqramda kadrdaxili və kadrlararası montaj əlamətləri, audioaxının videoaxına sintezi kimi montaj əlamətləri müəyyən olunamdı. Mübahisəli video fonoqramın 04 dəq 49-cu saniyəsindən 05 dəq 16-cı saniyəsindək otaqda olan əməliyyat müvəkkili Şahid2 sol biləyində olan saat göstəricisi 16:58 +- 2-yə uyundur. Həmin videofonoqramın 03 dəq 50-ci saniyəsindən 04 dəq 40-cı saniyəsindək olan hissəsindəki görüntülərdə otaqda yerləşdirilmiş kompüter monitorunun yuxarı sağ küncündə görünən rəqəmlər saat 16:57-yə və 16:58-ə uyğundur. - "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, BKC/LGL-15186/23 saylı məktubla müşaiyət olunan 01 ədəd diskdə təqdim olunmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM mobil telefon nömrəsinə 01 yanvar 2023-cü il tarixdən 27 may 2023-cü il tarixədək olan müddət ərzində daxil olmuş məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM mobil telefon nömrəsinə narkotik vasitələrin ondan istənilməsi ilə bağlı fikirlər yaradan smslər daxil olsa da, Təqsirləndirilən şəxs tərəfindən həmin “sms”lərə hər hansı cavab verilməmiş, Təqsirləndirilən şəxs müxtəlif mobil nömrələr yazdığı “sms” mətinlərində narkotik vasitələrin satışı ilə bağlı hər hansı məlumat yoxdur. Məhkəmə tərkibi cinayət işinin materiallarını nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və ibtidai istintaq orqanının müəyyən etdiyi halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, habelə ilkin sübutlar qanunsuz yolla əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından Təqsirləndirilən şəxs bəraət verilməlidir. Məhkəmə tərkibi hesab edir ki, cinayət işi üzrə obyektiv nəticəyə gəlmək üçün ilk olaraq ibtidai araşdırma orqanının Təqsirləndirilən şəxs ittiham elan etmək üçün əsaslandığı sübutların dairəsi dəqiqləşdirilməli, sonra həmin sübutların qiymətləndirilməsi aparılmalıdır. İbtidai istintaq orqanı hesab etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması əməlini təsdiq edən sübutlar – Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, şahid ifadələri, “şəxsi axtarış keçirilməsi haqqında” protokollar, 27 may 2023-cü il tarixli, 18/554 nömrəli rəyi, ambulator məcburi tibbi yoxlamanın 18 avqust 2023cü il tarixli, 5306 saylı rəyi, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə daxil olan mesajlar, istintaq hərəkəti protokolları, maddi sübut və cinayət işinin digər istintaq materiallarıdır. Məhkəmə tərkibi ilkin olaraq təqsirləndirilən şəxsin özünün həm ibtidai araşdırma zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin təhlil edilməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. - Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün sübutlardan biri kimi sonuncunun şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrinə şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 3,011 çəkidə narkotik vasitə heroinin ona aid olmasını bildirməsidir. Lakin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polis əməkdaşı Şahid1 və Hacımurad Hacı-zadə və tanımadığı digər polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması ilə bağlı Şahid1 tərəfindən ona verilmiş heroinlə bağlı etirafedici ifadə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs fiziki zorakılığa məruz qalmasını barəsində həbs qətimkan tədbiri seçildikdən 3 gün sonra ƏN-nin PX-nin 03 saylı İstintaq Təcridxanasına daxil olarkən də bildirmiş, bu barədə “xüsusi məlumat” 19 iyun 2023-cü il tarixdə Şirvan şəhər Prokurorluğuna daxil olmuş və həmin fakt üzrə Şirvan şəhər prokurorluğu tərəfindən ilkin yoxlanılma aparılsa da 19 iyul 2023-cü il tarixdə “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Halbu ki, prokurorluğun xx.xx.2023-cü il tarixli qərarının təsviri əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, materiala əlavə edilmiş Şirvan ŞPŞ-dən daxil olan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Şirvan ŞPŞnin MSY-də saxlanılarkən akt tərtib edilmiş, belə ki, sonuncu MSY-yə daxil olarkən üzərinə və bədəninə baxış keçirilən zaman hər iki ayaq pəncəsində qançır, sağ qolunda sıyrıq, boğaz ətrafında qızartılar, sağ qulaq ətrafında sıyrıq və qızartılar aşkar edilmişdir. Təqsirləndirilən şəxs Şirvan ŞPŞ-nin MSY-də verdiyi izahatında yaşadığı evin darvazasını bağlı görüb hasardan həyətlərinə tullanarkən yıxılan zaman həmin xəsarətləri aldığını bildirmişdir. Həmçinin həmin qərarda istinad edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 322 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədənində heç bir xəsarət aşkar edilməmiş, lakin sonuncu İstintaq Təcridxanasında müayinə olunan zaman bədən səthində aşkar olunan xəsarətlər – hər iki bazunun arxa səthində bənövşəyimtil rəngli qançır – küt əşyanın təsirindən törənmiş və sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Qeyd olunan xəsarət məhkəmə tibbi müayinə zamanı təsdiqini tapmadığına görə müddəti və yetirilmə mexanizmi barədə fikir bildirmək mümkün hesab edilmir, həmin xüsusatların dəqiqləşdirilməsində araşdırma materialları əhəmiyyət kəsb edir. Göründüyü kimi Təqsirləndirilən şəxs Şirvan ŞPŞ-nin MSY-yə daxil olarkən bədənində çoxsaylı xəsarətlər olmuş, sonuncu istintaq təcridxanasına tutulmasından 5 gün sonra göndərildiyindən istintaq təcridxanasında onun bədəni üzərində yalnız “hər iki bazunun arxa səthində bənövşəyimtil rəngli qançır” xəsarətləri aşkar olunmuşdur. İlkin yoxlamanı aparan Şirvan şəhər prokurorluğunun böyük müstəntiqi isə iş üzrə əhəmiyyətli halların müəyyən edilməsi üçün məhkəmə tibbi ekspertizası təyin etsə də ekspertə tədqiq edilməsi üçün Şirvan ŞPŞ-nin MSY-də Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş aktı təqdim etməmiş, belə olan halda sonuncunun bədənində olan müxtəlif xəsarətlərin, hətta hər iki ayaq pəncəsində qançır xəsarətlərinin yetirilmə mexanizmi barədə araşdırma aparılmamışdır. Hansı ki, həmin xəsarətin, eləcə də Təqsirləndirilən şəxs bədəni üzərində olan digər xəsarətlərin sonuncunun hasardan tullanarkən yerə yıxılma zamanı əmələ gəlməsi məhkəmə üçün inandırıcı deyildir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs həm hazırkı məhkəmə istintaqı zamanı, həm də Şirvan şəhər prokurorluğunda ilkin yoxlama aparılarkən zorakılığa və hədəyə məruz qalmasını bildirməsi barədə eyni xarakterli ifadələrinə münasibət bildirərək qeyd edir ki, sözügedən halla bağlı cinayət işi üzrə müəyyən olunan hallar İnsan Hüquqları üzrə Avropa Məhkəməsində baxılmış “Layıcov Azərbaycana qarşı” işi üzrə məhkəmənin müəyyən etdiyi hallarla bənzərlik təşkil etdiyindən, məhkəmə kollegiyası “Layıcov Azərbaycana qarşı” işi üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərarında əks olunanların nəzərə alınmasını və məhz həmin qərarda yaradılan presedent hüququnun hazırkı iş üzrə tətbiq edilməsini məqsədəmüvafiq sayır. Belə ki, “Layıcov Azərbaycana qarşı” işi üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinin tələblərinin pozulması hallarının araşdırılması ilə bağlı qeyd edilmişdir ki, şəxs 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar (bax: yuxarıda qeyd edilmiş “Assenov və Digərləri” işi, 103-cü bənd və digərləri). Onlar hadisə ilə bağlı sübutları toplanması, o cümlədən, inter alia, hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmətibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar (bax: “Tanrıkulu Türkiyəyə qarşı” (Tanrıkulu v. Turkey [GC], no. 23763/94, ECHR 1999-İV, § 104 et seq.) və “Gül Türkiyəyə qarşı” (Gülv. Turkey, no. 22676/93, § 89, 14 December 2000). Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə əsasən qeyd edilir ki, ... Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətlərin ən fundamental dəyərlərindən birini təsbit edir. Terrorizmə və mütəşəkkil cinayətkarlığa qarşı kimi hətta ən çətin hallarda Konvensiya mütləq şərtlərdə işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının əksər maddi cəhətlərindən fərqli olaraq, Konvensiyanın 3-cü maddəsi istisnalar üçün hər hansı müddəaları əks etdirmir və bu qaydadan hətta millətin həyatına təhlükə törədən ictimai həyəcan halında belə, Konvensiyanın 15-ci maddəsinin 2-ci bəndinə əsasən hər hansı kənara çıxma yolverilməzdir (baxın, “Selmoni Fransaya qarşı və “Assenov və digərləri Bolqarıstana qarşı”). Ən çıxılmaz halda belə Konvensiyanın 3-cü maddəsinin müddəalarının pozulmasına yol verilməməsinə dair Avropa Məhkəməsinin əvvəlki qərarlarında, o cümlədən yuxarıda adıçəkilən qərarında yaratdığı presedent hüququnu əsas götürən məhkəmə kollegiyası hazırkı iş üzrə ilk növbədə Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə pis rəftara məruz qalıb-qalmamasına münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs bədənində xəsarətlərin olması xx.xx.2023-cü il tarixdə Şirvan ŞPŞ-nin MSY-yə daxil olarkən, eləcə də xx.xx.2023-cü il tarixdə ƏN-nin PX-nin 03 saylı istintaq təcridxanasına daxil olanda bədəninə baxış keçirilərkən aşkar olunmuşdur. İlk öncə Şirvan ŞPŞ-nin MSYyə daxil olarkən bədənində akar edilmiş xəsarətlərlə bağlı Təqsirləndirilən şəxs həyət qapılarının bağlı olması səbəbindən hasardan həyətə tullanarkən yıxılması səbəbindən xəsarət almasını bildirmiş, hazırkı məhkəmə istintaqı zamanı da bunu polislərin nəzarəti altında olduğu üçün belə dediyini bildirmişdir ki, bunda da haqlı olmuşdur. X13 Yerinin rəhbərliyi Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin olması barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməli olduğu halda məlumat verməmiş, eləcə də X2rın icrasına nəzarət etməli olan müvafiq prokurorluq əməkdaşı tərəfindən də lazımı diqqət göstərilməklə bu hal aşkar edilməmiş, nəticədə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə fakt üzrə vaxtında ilkin yoxlama aparılmamışdır. Təqsirləndirilən şəxs ƏN-nin PX-nin 03 saylı istintaq təcridxanasına daxil olduqdan sonra həbs olunan zaman fiziki zorakılığa məruz qalmasını bildirmiş, bu barədə xüsusi məlumat 19 iyul 2023-cü il tarixdə Şirvan şəhər prokurorluğuna daxil olmuş, beləliklə Təqsirləndirilən şəxs tutulmasından 24 gün sonra araşdırma aparılmağa başlanılmış, bu fakt üzrə ilkin yoxlama da səthi aparılmışdır. Avropa Məhkəməsi öz qərarlarında müəyyən etdiyi presedent hüququnda belə məqamlarda ibtidai istintaqı aparan orqandan asılı olmayan müstəqil qurum tərəfindən səmərəli rəsmi araşdırmanın aparılmasını, dövlət orqanlarının daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərilməsini və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalarını, hadisə ilə bağlı sübutların toplanmasını, o cümlədən, inter alia, hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımların atılmasının vacib olduğunu göstərməsinə baxmayaraq, sözügedən qərardan görünür ki, Təqsirləndirilən şəxs qeyd etdiyi xüsuatların araşdırılması ilə bağlı olaraq prokurorluq orqanlarında ətraflı araşdırma aparılmamış, ilk növbədə Təqsirləndirilən şəxs, daha sonra saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının izahatları alınmış, Təqsirləndirilən şəxs bədənində mövcud olan xəsarətlərin hansı vaxt və hansı şəraitdə yetirilməsinin müəyyən edilməsi məqsədilə məhkəmə tibbi ekspertizası təyin edilsə də souncunun X10 daxil olarkən bədəni üzərində xəsarətlərin olmasını göstərən akt ekspertə təqdim edilməmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra polis şöbəsinin X10 yerləşdirilərkən onun saxlama yerinə qəbul edilməsi barədə tərtib olunan sənəddə həmin vaxt sonuncunun üzərində xəsarətlərin olub-olmaması ilə bağlı hər hansısa qeydin olubolmadığını müəyyən etmək üçün müvafiq sənədlər götürülsə də və müvafiq xəsarətlər aşkar olunsa da həmin xəsarətlər barədə hansı səbəbdən prokurorluğa məlumat verilməməsi araşdırılmamış, Təqsirləndirilən şəxs X10 qəbul edən şəxs izahatında Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:20-də MSY-yə daxil olduğunu bildirsə də Təqsirləndirilən şəxsla keçirilən istintaq hərəkətinin həmin gün saat 15:00-da bitməsinə baxmayaraq hansı səbəbdən 2 saat 20 dəqiqədən sonra MSY-yə təhvil verilməsi araşdırılmamış və nəticədə yalnız Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının izahatları əsas götürülməklə material üzrə cinayət tərkibi olmadığından, CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin cinayət işi materiallarına əlavə edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin tərtib etdiyi 5966/2023 nömrəli məhkumun tibbi kitabçası»nın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs 31 may 2023-cü il tarixdə 03 saylı İstintaq Təcridxanasına gətirilmiş, baxış zamanı bədəni üzərində xəsarətlər aşkar edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs 26 may 2023-cü il tarixdə şübhəli şəxs qismində saxlanıldığı və 28 may 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçildiyi halda 24 saatdan artıq X9 saxlanıla bilməməsi barədə imperativ norma olmasına baxmayaraq sonuncu barəsində həbs qətimkan tədbiri seçildikdən 3 gün sonra, yəni 31 may 2023-cü il tarixdə Penitensiar Xidmətin 03 saylı istintaq təcridxanasına keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-in 157.3-cü maddəsində qeyd edilmişdir ki, məhkəmə qərarına əsasən həbs olunmuş şəxs X9 24 saatdan artıq saxlanıla bilməz və bu müddət bitənədək o, istintaq təcridxanasına keçirilməldir. Məhkəmə tərkibi polis orqanının Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu vaxtdan 5 gün, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçildiyi gündən 3 gün sonra istintaq təcridxanasına aparılmasını sonuncunun polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində bədəni üzərində yaranmış xəsarətlərin üzərindən günlərin keçməsinə, vaxtında polis şöbəsi ilə əlaqəsi və ya hər hansı asılılığı olmayan həkim müayinəsindən vaxtında keçməsinin qarşısının alınmasına şərait yaradan hal kimi qiymətləndirir. Beləliklə vaxtında ətraflı araşdırmanın təmin edilməməsi, həbs edilmiş şəxsin istintaq təcridxanasına keçirilməməsi Teymur Səfəroun bədənində olan xəsarətlərə dair mövcud sübutların, izlərin itirilməsi ilə nəticələnmişdir ki, hazırkı məqamda həmin xüsusatlarla bağlı əlavə araşdırmanın aparılması və ya əlavə məhkəmə tibbi ekspertizasının təyin edilərək yetirilmiş xəsarətlərin yetirilmə mexanizminə dair hər hansı dəqiq məlumatın əldə olunması qeyri-mümkün olmuşdur. Lakin yuxarıda sadalananların müqabilində, yəni Təqsirləndirilən şəxs saxlanıldığı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək polisin nəzarəti altında olması, saxlanıldığı zaman, həmçinin saxlanıldıqdan sonrakı müddət ərzində onun bədənində hər hansı xəsarətlərin olmasına dair müvafiq sənədlərdə qeydin olmaması, habelə nə saxlanılarkən və polis şöbəsinə gətirilərkən, nə də polis şöbəsində olarkən qaçmağa çalışmaması, polis əməkdaşlarına heç bir müqavimət göstərməməsi müqabilində Təqsirləndirilən şəxs Şirvan ŞPŞ-nin MSY-yə daxil olarkən bədənində aşkar xəsarətlərin müəyyən olunması məhkəmə kollegiyasında Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə polis şöbəsində olduğu müddətdə pis rəftara məruz qalması ilə bağlı haqlı şübhələr yaranmasına səbəb olmuşdur. Baxmayaraq ki, prokurorluq orqanının qəbul etdiyi 19 iyul 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar müdafiə tərəfindən mübahisələndirilməyib, hazırda qüvvədədir, həmin qərar cinayət prosessual qanunvericiliyin əsas prinsip və şərtləri pozulmaqla qəbul edildiyindən məhkəmə üçün preyudisial əhəmiyyətli ola bilməz. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətlərin edilməsi faktının araşdırılması ilə bağlı Şirvan şəhər Prokurorluğunda qəbul olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarla bağlı qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Baxılan cinayət işi üzrə məhkəmə tərkibi tərəfindən araşdırılmalı olan məsələlərə dair Avropa Məhkəməsinin kifayət qədər geniş presedent təcrübəsi olduğundan məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə araşdırma apararkən Avropa Məhkəməsinin presedentlərinə müraciət edərək onun mövqeyini nəzərə almışdır. Konrekt olaraq «Layıcov Azərbaycana qarşı» işi üzrə qərarının 53-cü bəndində Avropa Məhkəməsi bildirir ki, pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar. Onlar hadisə ilə bağlı sübutların toplanmas, o cümlədən «inter alia» hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibbi ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar. Məhkəmə tərkibi qeyd edir ki, məhkəmənin müdafiə tərəfinin məhkəmə baxışında təkrarladığı işgəncə barədə iddialarını müstəqil araşdırma aparmadan, müstəsna olaraq həmin iddianın məhkəməyədək icraatda yoxlanılmasına və əsassızlığının müəyyən olunmasına görə rədd edilməsi həm də ona görə qəbuledilməzdir ki, bu vəziyyət cinayət prosesində heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmamasına dair Cinayət-Prosessual Məcəlləsinin 33.3-cü və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmasına dair Cinayət-Prosessual Məcəlləsinin 349.5.2-ci maddəsinin tələbləri ilə qəti şəkildə uzlaşmır. Faktiki olaraq məhkəmə işgəncə barədə iddianı yoxlamadan yalnız məhkəməyədək icraat dövründə aparılmış araşdırmanın nəticələrinə görə rədd edərkən və bu iddia ilə mübahisələndirilən sübutuda, o cümlədən Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi etirafetdici ifadəsini mümkün və mötəbər sübut kimi qəbul edərkən, həmin ifadənin mümkünlüyü məsələsini məhkəmə baxışının nəticələrinə görə deyil, cinayət işinin başlanmasının rədd edilməsinə dair qərara əsasən həll edir və beləliklə, sözügedən sübutun qüvvəsini qabaqcadan müəyyən etmiş olur. Məhkəmə tərkibi təhlil edilən hallar ilə bağlı belə nəticəyə gəlir ki, işgəncə barədə iddiaların yoxlanılmasına və rədd edilməsinə dair məhkəməyədək icraatda səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərarlar olduqda da, məhkəmələr buna özü-özlüyündə işgəncə barədə məhkəmədə yenidən irəli sürülən iddianın əsassız olduğunu göstərən, məhkəməni işgəncə barədə iddianı araşdırmaq vəzifəsindən azad edən hal kimi baxmamalı, məhkəməyədək icraatda aparılmış araşdırmanın keyfiyyətinin yoxlanılması da daxil olmaqla işgəncə barədə iddianın səmərəli şəkildə araşdırılması üçün bütün zəruri tədbirləri görməli, o cümlədən tərəflərin təqdim etdikləri və öz təşəbbüsü ilə zəruri sübutları tədqiq etməlidirlər. İşgəncə barədə iddia, sübutların yolverilənliyi məsələləri üzrə məhkəmə qənaəti də məhkəməyədək icraat dövründə qəbul olunmuş qərar görə deyil, məhkəmədə baxılmış sübutlara müvafiq olaraq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası Avropa İnsan Hüquqları Məhkəməsinin şərh olunan məsələ üzrə formalaşmış presedent təcrübəsinə əsaslanmaqla işin faktiki hallarının təhlilini apararaq hesab edir ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra pis rəftara məruz qalmış, məhz bunun təsiri ilə məhkəməyədək icraatda üzərindən aşkar olunmuş narkotik vasitə ilə bağlı etirafedici izahat, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirmə protokollarındakı ifadələri vermişdir. Cinayət-Prosessual Məcəlləsinin 125.2.2-ci maddəsinə əsasən zorakılıq, hədəqorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qanunun qeyd olunan müddəasını nəzərə alaraq kollegiya hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı «Şəxsi axtarış və götürmə aparılması» barədə 26 may 2023-cü tarixli protokolundakı izahatı, 26 may 2023-cü il tarixli izahatı, həmin tarixli şübhəli və təqsirləndirilən şəxs qismində dindirmə protokollarındakı ifadələri də sübutlar siyahısından çıxarılmalı və həmin sübutlar əsaslı sübut növü kimi qəbul edilib Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamın əsasına qoyulan sübutlar kimi qəbul edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı təqdim edildiyini, təqsirləndirilən şəxs tərəfindən göstərilən xüsusatlar araşdırlarkən həmin halların təsdiq edildiyini, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin olmasını və onun 4 saatdan artıq vaxt müddətində müdafiəçisi olmadan polis şöbəsində polisin nəzarətində qalmasını nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz fiziki təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsaslıdır və həmin etirafedici ifadələr sübut növü kimi qəbul edilib Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamı təsdiq edə biləcək sübut kimi qəbul edilə bilməz. Eyni zamanda Təqsirləndirilən şəxs fiziki təzyiqlərə məruz qalması və nəticədə şəxsi axtarış keçirilərkən etirafedici ifadələr verməsi barədə şübhələri məhkəmə istintaqı zamanı əldə edilmiş digər sübutlar daha da qüvvətləndirir ki, bu sübutlar barədə fikirlər Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı əldə edilmiş sübutları qiymətləndirərkən məhkəmə tərkibi tərəfindən qeyd ediləcəkdir. - ittihamın əsası kimi istinad edilmiş digər sübut növü kimi şahid ifadələrinin olması qeyd edilmişdir ki, ibtidai istintaq zamanı ifadələri alınmış Şirvan ŞPŞ-nin yuxarıda adları qeyd edilmiş əməkdaşları yalnız narkotik vasitənin aşkar edilməsinə şahid olduqlarını bildirmişlər. İbtidai istintaq orqanının ittiham aktında əks etdirdiyi epizod üzrə (yəni Təqsirləndirilən şəxs üzərində 3,011 qram heroinin aşkar edilməsi) Təqsirləndirilən şəxs əleyhinə ittiham aktında istinad olunan və ittihamın daha bir əsasını təşkil edən sübutlar polis əməkdaşları Şahid1 və X20-zadənin şahid ifadələridir. Məhkəmə tərkibi məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları Şahid1 və Şahid2 ifadələrini həqiqi, obyektiv, işin faktiki hallarına uyğun ifadələr kimi qəbul etməyərək hesab edir ki, həmin şəxslər iş üzrə maraqlı şəxslərdir və onların verdikləri ifadələr ittihamın müdafiəsinə yönəlmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi «Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı», «X4rşı» və bir sıra qərarlarında sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Yeni məzmunlu yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Muradov Azərbaycana qarşı» qərarında da öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi verdiyi ifadələrin «əsaslı şübhə doğurmayan» sübut növünə aid olmadığı göstərilmişdir. Məhkəmə, bu halı nəzərə alıb həmin ifadəyə istinad edilməsinin yolverilməz olduğunu nəzərə alıb həmin ifadənin sübutlar siyahısından çıxarılmasını əsaslı sayır. - İstintaq orqanının Təqsirləndirilən şəxs elan edilmiş ittihamı təsdiq edən sübut kimi istinad etdiyi digər protokol Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin aparılmasına dair 26 may 2023-cü il tarixli protokoldur və həmin sənəddən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə 26 may 2023-cü il tarixdə, saat 14:40-dan 15:00-dək həyata keçirilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs oğunun üzərinə şəxsi axtarış və götürmənin saxlanıldıqdan 1 (bir) saatdan artıq vaxt keçdikdən sonra həyata keçirilməsi özü-özlüyündə narkotik vasitənin onun üzərinə qoyulması ilə bağlı məhkəmədə narahatlıq yaranmasına əsas verir. Belə ki, həmin müddət ərzində şəxs polislərin nəzarəti altında olmuşdur. Həbs olunduqdan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut isə iş materiallarında mövcud deyildir. Hətta yuxarıda qeyd edilən istintaq hərəkətinin həqiqətən də 26 may 2023-cü il tarixdə, saat 14:40-dan 15:00-dək həyata keçirilməməsi məhkəmə tərkibində əsaslı şübhələr yaradır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26 may 2023-cü il tarixdə 13:30 radələrində saxlanılmış və saat 14:40-da üzərinə şəxsi axtarış keçirilmişdir. Bundan əlavə məhkəmə istintaqı zamanı şəxsi axtarış keçirilməsi istintaq hərəkətinə əlavə edilmiş videoçəkilişə baxış keçirilərkən müəyyən edilmişdir ki, videoyazının 04 dəq 49-cu saniyəsindən 05 dəq 16-cı saniyəsindək otaqda olan əməliyyat müvəkkili Şahid2 sol biləyində olan saat göstəricisi, eləcə də 03 dəq 50-ci saniyəsindən 04 dəq 40-cı saniyəsindək olan hissəsindəki görüntülərdə otaqda yerləşdirilmiş kompüter monitorunun yuxarı sağ küncündə görünən saatın şəxsi axtarış protokolunda qeyd edilən fərqli saat olması görünür. Həmin videoyazıda əks etdirilən əməliyyat müvəkkilinin qolundakı və komputer monitorunun yuxarı sağ küncündə saatın neçə olmasının müəyyən edilməsi üçün müdafiə tərəfi məhkəmə videotexniki ekspertizanın keçirilməsi barədə vəsatət vermiş və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihama düzgün hüquqi qiymət verilməsi, ittihamın qanuniliyini və əsaslılığını yoxlamaq və cinayət işinə obyektiv baxılmasının yoxlanılması məqsədi ilə məhkəmə tərəfindən müdafiə tərəfinin vəsatəti əsaslı olduğundan təmin edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə video-texniki ekspertizasının 23 fevral 2024-cü il tarixli, 3-16-16/2-4/83 nömrəli rəyində göstərilmişdir ki, video fonoqramın 04 dəq 49-cu saniyəsindən 05 dəq 16-cı saniyəsindək otaqda olan əməliyyat müvəkkili Şahid2 sol biləyində olan saat göstəricisi 16:58 +- 2-yə uyğundur. Həmin videofonoqramın 03 dəq 50-ci saniyəsindən 04 dəq 40-cı saniyəsindək olan hissəsindəki görüntülərdə otaqda yerləşdirilmiş kompüter monitorunun yuxarı sağ küncündə görünən rəqəmlər saat 16:57-yə və 16:58-ə uyğundur. Həmçinin məhkəmə istintaqı zamanı tədqiq edilmiş komputer-texniki ekspertizasının 09 fevral 2024-cü il tarixli, 5/73 nömrəli rəyində göstərilmişdir ki, həmin video faylın tədqiq edilən diskin yaddaşında yaradılma tarixi “xx.xx.2023-cü il saat 16:59” kimi əks olunmuşdur. Göründüyü kimi ekspert rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı saat 16:57 olmuşdur. Həmin videoçəkiliş 16:59-da yaradılması da ekspert rəyi ilə müəyyən olunduqda və videoçəkilişin 06 dəqiqə 07 saniyə davam etdiyi nəzərə alındıqda bu qənaətə gəlməyə tam əsas yaranır ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış 26 may 2023-cü il tarixdə saat 16:53-də keçirilməyə başlanmış və həmin gün saat 16:59-da sona çatmışdır. Prokurorluq orqanının qəbul etdiyi 19 iyul 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın təsviri hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs X10 qəbul edən şəxs izahatında Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:20-də MSY-yə daxil olduğunu bildirmişdir. Belə olan halda cinayət işi materiallarında göstərilənlərə, yəni Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış istintaq hərəkətinin xx.xx.2023-cü il tarixdə saat 15:00-da bitməsinə inansaq və bundan sonra təqsirləndirlən şəxslə heç bir istintaq hərəkəti aparılmadığı halında Təqsirləndirilən şəxs 2 saat 20 dəqiqə sonra X10 təhvil verilməsi səbəbi şübhə doğurur. Bu hal da özlüyündə şəxsi axtarış istintaq hərəkətinin cinayət işi materiallarına əlavə edilmiş protokolda qeyd edildiyi kimi saat 15:00-da yox, saat 17 radələrində bitməsi qənaətinə gəlməyə əsas verir ki, bu da həmin istintaq hərəkətinin həmin gün saat 14:40 deyil daha gec başlamasını təsdiq edir. Yuxarıda qeyd edilənlərə əsasən belə qənatə gəlmək olur ki, Təqsirləndirilən şəxs 26 may 2023-cü il tarixdə, saat 13:30-da saxlanılıb polis şöbəsinə gətirilsə də onun faktiki azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən 3 saat 20 dəqiqədən çox vaxt keçdikdən sonra müdafiəçi ilə təmin edilmiş və üzərinə şəxsi axtarış keçirilmişdir və həmin müddət ərzində Təqsirləndirilən şəxs polisin nəzarəti altında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra 3 saatdan çox vaxt ərzində polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər edilməsi və üzərinə narkotik qoyulması barədə dəlili əsaslı sayılmalıdır. “Layıcov Azərbaycana qarşı” işi üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərarında məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını araşdıraraq qeyd etmişdir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmamışdır. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, həbslə axtarış arasındakı təxminən 30 (otuz) dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarmış, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında olmuşdur. Hər bir halda hazırkı işdə axtarışın ərizəçinin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil olmamışdır. Bundan əlavə, onun hansı səbəbə həbs yerindən təxminən beş-on dəqiqə aralıda yerləşən Balakən Rayon Polis Şöbəsinə deyil, Zaqatala Rayon Polis Şöbəsinə aparıldığı aydın olmamışdır. Həmçinin məhkəmə iş üzrə ərizəçinin 2005-ci il 17 martda polis tərəfindən həbs olunduğu və polisdə saxlandığı zaman, yəni polis tərəfindən üzərində axtarışın aparıldığı və ona qarşı sübut kimi çıxış etmiş narkotik maddənin tapıldığı vaxt pis rəftara məruz qaldığını artıq müəyyən etmişdir. “Sakit Zayidov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin 12 fevral 2016cı il tarixli qərarının məzmununa əsasən şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət (həmin qərarda 20 dəqiqə) keçərsə, bu zaman aşkar olunan sübutun «qoyulması» ilə bağlı əsaslı narahatlıq yaranır. Bu müddət ərzində ərizəçi tamamilə polis əməkdaşlarının nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliyini ciddi şübhələr altına alır. Bununla da Təqsirləndirilən şəxs istinad edilən narkotik vasitənin ona aid olmaması ehtimalına əsas verməklə, polisin tam nəzarəti altında olduğu vaxtda həmin narkotik vasitənin əldə edilmə üsulu, ümumilikdə isə ittiham tərəfinin təqdim etdiyi “boz rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə aşkar edilmiş heroin” ilə bağlı şəxsi axtarış və götürmə istintaq hərəkəti, onun nəticəsində aparılan protokollaşmanın sübut kimi mötəbərliyi şübhə altına alınır. Həmçinin iş materialda olan CD diskdə göründüyü kimi, şəxsi axtarış və götürmə istintaq hərəkətlərini özündə əks etdirən video görüntü 06 dəqiqə 07 saniyə davam edir, “Şəxsi axtarış və götürmə aparılması haqqında" protokolda isə şəxsi axtarışın başlanma vaxtı 14:40, bitmə vaxtı isə 15:00 olaraq göstərilmiş, faktiki olaraq 6 dəqiqə davam edən istintaq hərəkətinin yuxarıda adı qeyd edilən protokolda 20 dəqiqə davam etdiyi göstərilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 51.4-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişini və nəticələrini protokollaşdıran sənədlər elə tərtib olunmalıdır ki, onların məzmunu bilavasitə və ya texniki vasitələrin köməyindən istifadə edilməklə aydın başa düşülsün. Qanunvericiliyin müddəaları baxımından aşkardır ki, tərtib edilmiş protokolla müvafiq istintaq hərəkətlərini özündə əks etdirən video yazılar uyğunluq təşkil etməli, iş materialları arasında ziddiyyət olmamalıdır. Beləliklə, «şəxsi axtarışın keçirilməsi haqqında» protokol ilə həmin istintaq hərəkətini özündə əks etdirən cinayət işinin materiallarına əlavə edilmiş video yazının arasında ziddiyyətlər mövcud olduğundan, qeyd edilən sənədlərin sübut kimi qəbul edilməsi yolverilməz hesab edilməlidir. Azərbaycan Respublikasının CPM-in 124.1-ci maddəsinə əsasən “Məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur”. Həmin Məcəllənin 124.1.1 və 124.1.2-ci maddələrinə əsasən bu sübutlar “cinayət prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı”, “hadisənin cinayət hadisəsi olubolmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir”. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qanunun qeyd olunan normalarının əlaqəli təhlilindən görünür ki, cinayət prosesi tərəflərinin əldə etdiyi sübutun mötəbərliyi ilk olaraq onun cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə əldə edilməsi baxımından qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən hallar 26 may 2023-cü ildə saat 16:53-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı 01 ədəd bükümdə narkotik vasitə heroin götürülməsinə dair «şəxsi axtarış və götürmə aparılması haqqında» 26 may 2023-cü il tarixli protokolun mötəbərliyini ciddi formada şübhə altına almaqla yanaşı, həmin protokolun həqiqiliyinə şübhə yarandığından qeyd edilən protokol iş üzrə sübut hesab olunmamalıdır. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi orqanının cinayət prosessual qanunvericiliyin tələblərini pozmaqla topladığı ittiham edici sübutlarla bağlı qeyd edir ki, ittihamın əsasını təşkil edən yuxarıda qeyd olunan sübutlar Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyinin tələblərinin, cinayət prosesi prinsiplərinin və ya şərtlərinin ciddi pozuntusu ilə əldə edildiyindən həmin sənədlərin sübut kimi qəbul edilməsi yolverilməz olmaqla, başa çatmış icraatın bütovlükdə etibarsızlığına, materialların isə sübutedici qüvvəsinin olmamasına dəlalət edir. - ittihamın əsası kimi istinad edilmiş digər sübut növləri məhkəmə-fiziki kimyəvi ekspertizasının 27 may 2023-cü il il tarixli, 18/554 nömrəli, ambulator məhkəmə-narkoloji ekspertizasının 18 avqust 2023-cü il tarixli, 5306 saylı rəyləri, istintaq hərəkəti protokolları, maddi sübut və cinayət işinin digər istintaq materiallarıdır. Cinayət işinin materiallarında olan «məhkəmə-kimyəvi ekspertizası»nın rəyi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, bu rəy Təqsirləndirilən şəxs aşkar edilməsi sübuta yetirilməyən narkotik vasitə ilə bağlıdır. Rəyin özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddə ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, narkotik vasitənin təqsirləndirilən şəxsə məxsus olmaması ilə bağlı gəlinmiş nəticə və buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə, qeyd edilən ekspert rəyinin təqsirləndirilən şəxsə qarşı deyil, həmin narkotik vasitəni əldə etmiş, hazırlamış, saxlamış, daşımış və satmış şəxsin müəyyən edilməsində sübut kimi istifadə oluna bilməsi mümkündür. Məhkəmə tərəfindən «X8 tibbi yoxlama»nın rəyindən görünür ki, Teymur Mustafayev opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Mövcud sübutların məcmusu da nəzərə alınmaqla ittiham aktında sübut kimi istinad olunan bu rəy heç bir halda təqsirləndirilən şəxsin külli miqdarda psixotrop maddəni satış məqsədi olmadan qanunsuz olaraq əldə etməsi, daşıması və aşkar edilib götürülənədək üzərində saxlama əməllərini törətməsini təsdiq etmir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə fiziki-kimyəvi eksertizanın rəyi mövcud olan maddi sübutun narkotik vasitə olması faktını təsdiq edir, həmin narkotik vasitənin aşkar olunması isə narkotik vasitənin Təqsirləndirilən şəxs aid olması olması barədə nəticəyə gəlməyə kifayət etmir. Həmçinin məhkəmə-narkoloji ekspertizasının müvafiq rəyi də təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əzab çəkib-çəkmədiyini müəyyən edir. Cinayət işinin materiallarının 110-cu səhifəsində olan Şirvan ŞPŞ-nin verilmiş əməliyyat tapşırığına cavab olaraq daxil olmuş 19 iyul 2023-cü il tarixli, 3-13111/2- 55611/23 nömrəli məktubda göstərilmiş keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş hallarla bağlı qeyd edilənlərlə əlaqədar məhkəmə tərkibi qeyd edir ki, Cinayət- Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyataxtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar Cinayət- Prosessual Məcəlləsinin 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 17-ci bəndində göstərilmişdir ki, əməliyyataxtarış tədbiri nəticəsində əldə olunmuş və yaxud əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəmə baxışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməməli, belə məlumat (məsələn, əməliyyat-qeydiyyat işində olan) tədqiq edildikdə isə məlumatın məxfiliyinin qorunması məhkəmə tərəfindən təmin edilməlidir. Məhkəmə tərkibi bildirir ki, hazırkı cinayət işi üzrə əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş və 19 iyul 2023-cü il tarixli məktubla istintaqa təqdim edilmiş həmin məlumatlar Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun şəkildə əldə edilmədiyindən, təqdim edilmədiyindən, məhkəmə nəzarəti qaydasında yoxlanılmadığından cinayət prosesində sübut kimi qəbul edilə bilməz. İstintaq orqanı tərəfindən bu məlumatlar təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qeyd olunsa da, məhkəmə hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin «məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır» tələblərinə əsasən bu kimi sənədlər və məlumatlar ittihamın mahiyyətinə aid olmadığından təqsirləndiriləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. - ittihamın əsası kimi dövlət ittihamçısı tərəfindən istinad edilmiş digər sübut növü olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə "xxxx" MMC-dən əldə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə daxil olan “SMS” mətnlərinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, cinayət işinin materiallarından göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə elan edilmiş ittihama əsasən, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 3,011 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində daşımaqla saxlamış, 26 may 2023-cü il tarixdə saat 13:30 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-tədbiri nəticəsində o, Şirvan şəhəri G.Şıxbaloğlu küçəsində piyada hərəkət edən zaman saxlanılaraq Şirvan şəhər polis şöbəsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 14:40-da üzərində axtarış aparılan zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümün içərisində təmiz çəkisi 3,011 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göründüyü kimi yuxarıda adı çəkilən SMS mətnlərində olan yazışmalar əsasında təqsirləndirilən şəxsə ittiham irəli sürülməmiş, ümumiyyətlə ibtidai istintaq mərhələsində həmin sms mətnləri əldə edilməmiş, həmçinin məhkəmə istintaqında həmin SMS mətnlərinin təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə istinad edilən cinayət əməli ilə səbəbli əlaqəsi müəyyən edilməmişdir. Bununla yanaşı qeyd etmək zəruridir ki, "xxxx" MMC-dən əldə edilmiş SMS yazışmaları dövlət ittihamçısı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşıma cinayət əməlini törətməsini təsdiq edən dolayı sübut kimi qeyd edilsə də, məhkəmə baxışı zamanı sonradan əldə edilmiş bu dolayı sübutların Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə aidiyyatı müəyyən edilməmiş, onun Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsiri istər ibtidai istintaq, istərsə də birinci instansiya icraatında sübuta yetirilməmişdir. Belə ki, sübut edilməli olan hallarla əlaqələrin xarakterinə görə sübutlar birbaşa və dolayı sübut növlərinə ayrılır. Əgər sübutun məzmununu təşkil edən məlumatlar müəyyən edilməli olan hallarla üst-üstə düşürsə, buna birbaşa sübut deyilir. Dolayı sübut sübut edilməli olan halların mövcud olmasını birbaşa göstərmir və Azərbaycan Respublikası CPM-in 139-cu maddəsində sadalanan halların sübut edilməsinə xidmət edən digər faktları müəyyən edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Odur ki, istintaq orqanı tərəfindən yuxarıda qeyd edilən sübutlar (eləcə də dövlət ittihamçısı tərəfindən məhkəmə baxışı zamanı əldə edilmiş sübutlar) təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qeyd olunsa da, məhkəmə hesab edir ki, Cinayət- Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin «məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır» tələblərinə əsasən bu kimi sənədlər və məlumatlar ittihamın mahiyyətinə aid olmadığından təqsirləndiriləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların onu döyüb zor tətbiq etməklə, eləcə də cinayət prosesual qanunvericiliyin tələbləri pozulmaqla əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Cinayət Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid ifadələri ilə iş üzrə toplanmış digər sübutlar arasında aradan qaldırılması mümkün olmayan şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayətprosessual qanunvericiliyin tələblərinin, həmçinin «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olar. Azərbaycan Respublikası Konstitusiyasının və Cinayət-Prosessual Məcəlləsinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin, istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən onun hüquqlarını kobud şəkildə pozaraq bütün şübhələri onun ziyanına təfsir etmiş və nəticədə qeyd olunan konstitusion və prosessual təminatların tələblərinə zidd olan qanunsuz və əsassız nəticəyə gəlmişdir. Bundan əlavə məhkəmə tərkibi qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 11-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 14-cü maddəsində öz əksin tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində «accusatio desiderat crimen» («ittiham cinayətin mövcudluğunu ehtimal edir») prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə «in dubio pro reo» («şübhə olduğu halda təqsirləndirilənin xeyrinə») prinsipi hər zaman gözlənilməlidir. Adıçəkilən prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyi-nəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırması hüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Dorson Niderlanda qarşı», «Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı», «Lüdi İsveçrəyə qarşı», «Van Mexelen və digərləri Niderlanda qarşı» qərarlarında «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Həmin qərarlarda həmçinin məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Barbara, Messege və Yabardo İspaniyaya qarşı» şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiyası və Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. Cinayət Prosessual Məcəlləsinin 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası adından çıxarılır, qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan bir olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini nəzərdə tutur. Cinayət Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Cinayət Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə tərkibi ibtidai istintaq zamanı toplanmış və məhkəmə baxışında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli və ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyi üçün Təqsirləndirilən şəxsə bəraət verilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verildiyi üçün onun haqqında seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və o, dərhal həbsdən azad edilməlidir. Məhkəmə baxışı zamanı ambulator məcburi tibbi yoxlamanın 18 avqust 2023-cü il tarixli, 5306 saylı həmin rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Qeyd olunan bu ekspertiza rəyi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmalı olduğundan onun barəsində tibbi xarakterli məcburi tədbirlər təyin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası CPM-nin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Cinayət Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Cinayət Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Cinayət Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxsə cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Cinayət Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə tərkibi hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şirvan ŞPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 2,961 qram heroin cinayət işi üzrə materiala əlavə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət veriləcəyindən keçirilmiş məhkəmə-kimyəvi, məhkəmə komputer texniki və məhkəmə video-texniki ekspertizaları ilə bağlı ümumilikdə 329 (üç yüz iyirmi doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində ekspertiza xərcinin-məhkəmə məsrəfinin ödənilməsindən Təqsirləndirilən şəxs azad olunmalı və həmin məbləğ dövlətə aid edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə tərkibi gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli və «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Məhkəmə tərkibi göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 21, 42, 51-2, 55, 346-347, 349-350, 352-354, 356-358, 384-385ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. O, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından həbsdən azad edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs iş üzrə olan 329 (üç yüz iyirmi doqquz) manat 74 (yetmiş dörd) qəpik ekspertiza xərcinin ödənilməsindən azad azad edilsin və həmin məbləğ dövlətə aid edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi çəkisi 2,961 qram heroin cinayət işi materialına əlavə edilməsi üçün Şirvan ŞPŞ-də saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar