Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-153/2025 21.01.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, işləməyən, Lənkəran şəhəri, Səttərxan küçəsi ev 2, mənzil 9-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Abdullayev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Abdullayev Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə İran İslam Respublikasında (bundan sonra İİR) olan digər şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən İİR-də olan digər şəxsin və qeyrilərinin satış məqsədi ilə göndərdikləri qanunsuz olaraq xüsusilə külli miqdarda 58947,150 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib satışını həyata keçirmək məqsədi ilə həmin narkotik vasitənin xeyli miqdarda 12,150 qram çəkidə hissəsini öz üzərində, qalan 01 ədəd bağlamada və 03 ədəd kisədə olan xüsusilə külli miqdarda 58935 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı isə əlində və yanında Astara-Ələt magistral avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən 52-ci kilometrliyində yerləşən «Sinovlu» adlanan körpünün yaxınlığında yolun kənarına daşımaqla saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində Regonal şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Abdullayev 05 avqust 2024-cü il tarixdə saat 23:20-də Astara-Ələt magistral avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən 52-ci kilometrliyində yerləşən «Sinovlu» adlanan körpünün yaxınlığında saxlanılaraq qeyd edilən ünvandan təxminən 10-12 metr kənarda aralıda 05 avqust 2024-cü il tarixdə saat 23:30-dan etibarən Təqsirləndirilən şəxs Abdullayevin üzəri yoxlanılıb baxış keçirilən zaman onun əynində olan cins şalvarının sol yan cibindən bir sellofan bükümdə xeyli miqdarda 12,150 qram çəkidə, həmin yerdə sol əlində və yanında yerdə olan ümumilikdə 01 ədəd bağlama və 03 ədəd kisədən 01 ədəd bağlamanın içərisindəki 03 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 2350 qram, 2070 qram və 2465 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 6885 qram olan, 03 ədəd kisədən, birinci kisənin içərisində olan 04 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 2805 qram, 3475 qram, 2230 qram, 3070 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 11580 qram olan, ikinci kisənin içərisində olan 20 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 990 qram, 1005 qram, 1005 qram, 990 qram, 1000 qram, 995 qram, 1005 qram, 995 qram, 995 qram, 995 qram, 1000 qram, 985 qram, 995 qram, 995 qram, 995 qram, 990 qram, 990 qram, 1000 qram, 995 qram, 1010 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 19930 qram olan, üçüncü kisənin içərisində olan 22 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qram, 1000 qram, 1000 qram, 1030 qram, 490 qram, 1005 qram, 1005 qram, 1005 qram, 1015 qram, 1005 qram, 1010 qram, 1020 qram, 995 qram, 1005 qram, 415 qram, 980 qram, 995 qram, 1010 qram, 1015 qram, 1000 qram, 1050 qram və 490 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 20540 qram olan, üzərindən, əlində və yanında olan bağlama və kisələrdən ümumilikdə xüsusilə külli miqdarda 58947,150 qram çəkidə orqanoleptik əlamətlərinə və bioloji komponentlərinə görə bir-biriləri ilə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Abdullayev Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özü iranlı ilə danışmamışdır. İstifadəsində tanışı qazi olan, hazırda vəfat etmiş bir şəxsin nömrəsi ilə whatsapp sosial şəbəkəsindən istifadə etmişdir. Həmin nömrəyə dördbeş ay hadisədən əvvəl evdə olarkən zəng gəlmişdir. Zəng edən şəxs həmin vəfat etmiş tanışını soruşmuşdur. Ona həmin şəxsin rəhmətə getdiyini bildirmişdir. Lakin zəng vuran adam ölən şəxsin ona borcunun olduğunu demişdir. Borcun nə olduğunu soruşduqda isə, ondan ot götürdüyünü, yəni “nəşə” aldığını demişdir. Beləcə həmin şəxslə tanış olmuşdur. Lakin vəfat etmiş tanışı ilə nə kimi münasibətdə olamaları barədə dərinə getməmişdir. Sonra həmin adama demişdir ki, “səndə “nəşə” varsa mənə də düz qoş elə, yaxşıdısa beş-on manat verərəm”. Ondan nə düzəldə biləcəyini soruşduqda, özü isə demişdir ki, “on-on iki qram düzəltsən bəsimdi, kart atarsan pulunu da göndərərəm”. O isə zəng vuracağını demişdir. Sonra isə zəng vurub demişdir ki, “sənin üçün düzüb qoşacam, gedib götürərsən, pulunu da elə həmin yerə qoyarsan”. Özü isə problemin olmadığını demişdir. Bundan sonra isə taksi sürücüsü Samirə zəng vurub, Masallıda işinin olduğunu, onu aparmağını xahiş etmişdir. Özü isə düşünmüşdür ki, ayaqyolu adı ilə düşər, balaca bir bükümdür, götürüb cibinə qoyub sonra isə maşına minib gedər. Ayın beşi axşammış. Danışdığı şəxs isə demişdir ki, “gələrsən körpünün yanına, posta az qalmış, körpüdən pilləkənlə düşən kimi ora qoymuşam”. Özü də Samirlə maşında gedərkən həmin yerə çatanda demişdir ki, “saxla düşürəm ayaqyoluna”. Gedib həmin yerə çatıb, düşüb, narkotiki götürüb cibinə qoyanda, tökülüşüb onu tutmuşlar. Sən demə körpü altında bir talpa adam varmış. Onu orda tutub sıxmışlar, özü qaça da bilməzmiş, əlində çəlik olmuşdur. O yanda isə sürücünü yerə yıxmışdılar. Həmin polislərə sürücünün günahının olmadığını, yazığı buraxmalarını, narkotiki özünün götürdüyünü və özündə olduğunu demişdir. Onu otuzdurmuşlar, yenə demiş ki, “sürücünü buraxın”. Polislər isə çəkiliş edib buraxacaqlarını demişlər və onlarla razılaşmağını bildirmişlər. Özü isə polislərə bu işə getməyəcəyini demişdir. Bundan sonra polislər onların hər ikisinin də sənədləşdiriləcəklərini bildirmişlər. Bundan sonra onlarla razılaşdığını demişdir. Polislər isə videoçəkiliş olacağını, sakit onlar nə desə onu deməyini bildirmişlər. Bundan sonra görmüş ki, narkotiki götürdüyü yerə iki yekə kisə qoyurlar. Ora çatmamışdan qabaq isə görmüş ki, hadisə yerində bir pikap dayanıb, düşünür ki, narkotikləri də həmin maşınla gətiriblər. Hadisə yerinə iki yekə və iki balaca bağlama qoymuşlar. Bağlamaları gördükdən sonra onu bədbəxt etməmələrini xahiş etmiş, lakin polislər onların hər ikisini də tutacaqlarını bildirmişdir. Bundan sonra dayanmalarını, bunu etməmələrini xahiş etmişdir. Çünki Samirin bu işdə heç bir günahı və xəbəri olmamışdır. Polislər ora “nəşə” qoyduqlarını demiş, o isə o yetim Samirə görə bunu öz üzərinə götürmüşdür. Lakin Samir orada olmasa, tək olsa imiş, heç vaxt üzərinə götürməzmiş. Oradakı bağlamalar isə çox böyük olmuş, özü isə onu götürə bilməzmiş, çünki çəliklə gəzir, ağır götürə bilmir. Həm onları götürə bilsəymişdə maşına qoyduqda da sürücü görərmiş. Müstəntiq də onu görən kimi demişdir ki, “bu sənlik deyil yəqin, günahkar sürücüdür”. Özünün isə iranla heç bir danışığı yoxdur, bu işi sürücü Samirə görə üzərinə götürmüşdür. Üzərinə götürmüş ki, Samiri buraxsınlar. Polislər isə söyüş söymüş ki, üzərinə götürürsə, Samiri buraxacaqlar. Bu səbəbdən polislərlə razılaşmışdır. Çəkiliş olmuş, sürücü də yanında olmuşdur. Hadisə yerində sumkaları qabağına qoymuşlar, cibindəki malı da çıxarıb çəkiliş etmişlər. Hər ilin axırı polislər kimisə belə yükləyirlər. Müstəntiq isə demişdir ki, “araşdırıb köməklik edəcəm, sənin bu sumkalara gücün çatmazdı”. Çünki polislər onu hesablamamışlar, bu ayaqla həmin sumkaları heç cür daşıya bilməzmiş. Sürücünü buraxmışlar, oda özünü bədbəxt etmişdir. Özü pilləkənləri düşüb bir bükümü götürəndə, həmin yerdə sumkaları görməmişdir. Sonra onu həmin yerə aparanda bağlamaları orada görmüşdür. Orada iki yekə, iki də balaca bağlama olmuşdur. Müstəntiqə verdiyi ifadəni oxuyub imzalayıb, müstəntiq ona heç bir fiziki və psixi təsir göstərməyib. Polis də onu döyməyib. Gözü yolda qalanı var, özü əlildir, günahsız düşmüşdür, özü bu əlilliklə 60 kq yükü necə qaldıra, üzü yuxarı necə çıxara bilərmiş, bu işi eləməmiş, bütün bunların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) təqsirləndirilən şəxs Abdullayev Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs Abdullayev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2009-cu ildə avtoqəza keçirmişdir. Buna görə də əsadan istifadə edir. Həmçinin bir müddətdir ki, narkotik vasitənin müxtəlif növlərindən istifadə edir. Son zamanlar maddi imkanı zəif olduğu üçün pul qazanmağın yollarını axtarmışdır. Bir müddət əvvəl whatsapp ani mesajlaşma proqramı vasitəsi ilə iranlı Əli adlı şəxslə tanış olmuşdur. Əli adlı şəxs İran İslam Respublikasının (bundan sonra İİR) vətəndaşı olduğunu, istədiyi təqdirdə ona narkotik vasitə göndərəcəyini, göndərilən narkotik vasitələri Əli adlı şəxsin dediyi ünvanlara qoyub qazanc əldə edə biləcəyini bildirmişdir. Maddi imkanı zəif olduğu üçün Əli adlı şəxslə danışmış, danışıq əsasında Əli adlı şəxs ona birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı təklif etmişdir. Buna görə də ona narkotik vasitə göndərməsini və həmin narkotik vasitəni onun dediyi ünvanlara qoya biləcəyini bildirmişdir. İranlı Əli adlı şəxs isə narkotik vasitə göndərəcəyini və həmin narkotik vasitənin deyilən ünvanlara qoymaq müqabilində ona pul verəcəyini bildirmişdir. Lakin konket olaraq nə qədər pul verəcəyini deməmişdir. Əli adlı şəxslə razılaşmışdır. Həmçinin Əli adlı şəxs ona konkret olaraq nə qədər narkotik vasitə göndərəcəyini də bildirməmişdir və narkotikləri götürüb Əli adlı şəxslə əlaqəni kəsəcəkdir. Sadəcə olaraq əvvəldən iranlıya demişdir ki, həmin narkotikləri götürüb onun dediyi ünvanlara qoyacaqdır. Bundan sonra Əli adlı şəxs 05 avqust 2024-cü il tarixdə onunla whatsapp ani mesajlaşma proqramında əlaqə saxlayaraq Lənkəran rayonu ərazisindən keçən 52-ci kilometrliyində yerləşən «Sinovlu» adlanan körpünün yaxınlığında yolun kənarına narkotik vasitə qoyduğunu və həmin narkotik vasitələri götürməyini bildirmişdir. Əli adlı şəxslə razılaşmışdır. Həmin ünvana getmək üçün taksi çağırmışdır. Taksi sürücüsü Şahid6 olmuşdur. Şahid6 Mercedes markalı, **-EB-*** qeydiyyat nişanlı avtomobili vardır. Samiri uşaq vaxtlarından tanıyır, eyni məktəbdə oxumuşdur. Şahid6 onu idarə etdiyi avtomobili ilə Lənkəran şəhəri, Səttarxan küçəsində yaşadığı evin yaxınlığından götürmüşdür. Samirə Masallı rayona gedəcəyini bildirmişdir. Samir onu Masallı rayonunda bibisigilə aparmasına görə 50 manat pul alacaqdır. Bundan sonra Şahid6 avtomobilinə minib deyilən ünvana yollanmışdır. 05 avqust 2024-cü il tarixdə Astara-Ələt magistral avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən 52-ci kilometrliyində yerləşən «Sinovlu» adlanan körpünün yaxınlığında gəlmişdir. Həmin yerdə Samirə maşını saxlamasını və təbii ehtiyacını ödəmək istədiyini bildirmişdir. Buna görə də Samirin maşınından düşüb maşından uzaqlaşmışdır. Çünki Şahid6 onun narkotik vasitə götürmək üçün həmin yerə gəldiyindən məlumatlı olmamışdır və ona bu barədə heçnə deməmişdir. Göndərilən narkotik vasitəyə baxıb hansı formada maşına qoyaraq şübhə çəkməməyini düşünmüşdür. Buna görə maşından düşüb iranlı Əlinin dediyi yerə çatmışdır. Orada bir ədəd bağlamanın, üç ədəd kisənin və bir ədəd bükümün olmasını görmüşdür. Bir ədəd bükümü götürüb cibinə qoymuşdur ki, istifadə edər. Bir ədəd bağlamanı sol əlinə götürmüşdür. 05 avqust 2024-cü il tarixdə saat 23:20-də Astara-Ələt magistral avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən 52-ci kilometrliyində yerləşən «Sinovlu» adlanan körpünün yaxınlığında yolun kənarında əlində bir ədəd bağlama və yanında 03 ədəd kisə olarkən bir neçə nəfər şəxs tərəfindən saxlanılmışdır. Həmin şəxslər özlərini təqdim edib Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində Regional Şöbəsinin əməkdaşları olduqlarını bildirmiş və özünü təqdim etməyini xahiş etmişdir. Özünü təqdim edərək Abdullayev Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları onun saxlanıldığı yerdən 10-12 metr yolun sağ tərəfinə aparmışdır. İranlı tərəfindən göndərilən narkotik vasitələri götürüb yolun sağ tərəfinə keçmişdir. Yolun sağ tərəfinə keçəndən sonra Şahid6 da olduğu yerə gətirilmişdir. Bundan sonra videoçəkilişlə üzərini yoxlayacaqlarını bildirmişdir. Üstünü yoxlamazdan əvvəl ona üzərində qanunsuz hər hansı əşya varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra əynində olan cins şalvarının sol yan cibindən bir ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı və bir ədəd Samsung markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Üzərində təqdim etdiyi əşyalardan başqa digər bir əşya aşkar olunmamışdır. Üzəri yoxlanılarkən aşkar olunmuş sellofan büküm elektron tərəzidə çəkilmiş, zərfdə qablaşdırılmış, möhürlənmiş, zərfin üstünə müvafiq qeydlər aparılmaqla imzalanmış və götürülmüşdür. Mobil telefon isə polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan başqa saxlanılarkən əlində və yanında olan dörd ədəd sintetik torbalara baxış keçirilmiş və baxış zamanı torbaların içərisindən ümümilikdə 49 ədəd sellofan bükülüdə narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, üzəri möhürlənmiş və torbaların üstünə müvafiq qeydlər aparılmış, onun və digər iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür.Verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəllər iki d əfə məhkum olunmuşdur, narkotik vasitə marixuana çəkir, təqdim etdiyi mobil telefon özünə məxsusdur, özü istifadə edir, aşkar olunmuş narkotik maddələri tanışı İran vətəndaşı Əli adlı şəxsin vasitəsi ilə Lənkəran rayonu ərazisinə gəlib yol kənarından götürməklə əldə etmişdir, həmin narkotik vasitələri götürməklə gizlədib İran vətəndaşı Əlini aldatmaq fikri olmuşdur. Aşkar olunmuş narkotik maddələrdən başqa hər hansı bir yerdə narkotik maddə yoxdur. Həmçinin bildirmişdir ki, 2009-cu ildə avtoqəza keçirmə səbəbindən əsadan istifadə edir. İfadələri elan olunduqdan sonra təqsirləndirilən şəxs Abdullayev Təqsirləndirilən şəxs elan olunmuş ifadələri təsdiq etmədiyini, həmin sözləri qoyulan şeyə uyğun yazdıqlarını, özünün isə onlarla razılaşıb imzaladığını bildirmişdir. Təqsirləndirilən şəxs Abdullayev Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional şöbəsinin XMİÜ baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis polkovnik-leytenantıdır. 05 avqust 2024-cü il tarixdə Abdullayev Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyataxtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs Abdullayevin Astara-Ələt magistral avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən 52ci kilometrliyində yerləşən «Sinovlu» adlanan körpünün yaxınlığında olduğunu öyrəndiyi üçün 05 avqust 2024-cü il tarixdə həmin ünvana gəlmişlər. Həmin gün saat 23:20-də əməliyyat qrupunun üzvləri ilə birlikdə qeyd edilən ünvanın yaxınlığında olduğu zaman Təqsirləndirilən şəxs Abdullayevə oxşar bir nəfər şəxsin olduğunu görmüşdür. Həmin vaxt onun əlində və yanında torbalar olmuşdur. Həmin şəxs saxlanılmışdır. Həmin vaxt yaxınlıqda olan Mersedes markalı, **-EB-*** qeydiyyat nişanlı avtomobilin yanında Şahid6 olduğu müəyyən edilmiş və həmin şəxsdə Təqsirləndirilən şəxs Abdullayevin yanına gətirilmişdir. Şahid6 Təqsirləndirilən şəxs Abdullayevin üzəri yoxlanılarkən iştirak etməyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Abdullayevin üzərindən və əşyalarında qanunsuz hər hansı bir əşya varsa götürülməsi zərurəti yarandığından, saxlanıldığı yerdə insanların sıx toplaşması, avtomobillərin intensiv hərəkət etməsi səbəbindən Abdullayev Təqsirləndirilən şəxs üstünü həmin yerdə yoxlamaq mümkün olmadığı üçün Astara-Ələt magistral avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən 52-ci kilometrliyində körpünün yaxınlığında yolundan sağ tərəfdə təxminən 10-12 metr kənarda aralıda yoxlamağa başlamışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Abdullayev Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Abdullayev Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sol yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə və bir ədəd «Samsung» markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs Abdullayevin üzərində təqdim etdiyi əşyalardan başqa digər bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs Abdullayevin üzəri yoxlanılarkən aşkar olunmuş sellofan büküm elektron tərəzidə çəkilmiş və zərfdə qablaşdırılmış, möhürlənmiş, zərfin üstünə müvafiq qeydlər aparılmış, iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Mobil telefon əhəmiyyət kəsb etdiyindən götürülərək protokola əlavə olunmuşdur. Təqsirləndirilən şəxs Abdullayev saxlanılarkən əlində və yanında olan dörd ədəd sintetik torbalara baxış keçirilmiş və baxış zamanı torbaların içərisində ümümilikdə qırx doqquz ədəd sellofan bükülüdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, möhürlənmiş və torbaların üstünə müvafiq qeydlər aparılmış, iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs Abdullayevə verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəllər iki dəfə məhkum olunmuşdur, narkotik vasitə marixuana çəkir, təqdim etdiyi mobil telefon özünə məxsusdur, özü istifadə edir, aşkar olunmuş narkotik maddələri tanışı İran vətəndaşı Əli adlı şəxs onunla telefonla danışmış və Lənkəran rayonu ərazisinə gəlib yol kənarından götürmüş, həmin narkotik vasitələri götürməklə gizlədib İran vətəndaşı Əlini aldatmaq fikri olmuşdur. Təqsirləndirilən şəxs Abdullayev məhkəməyə yalan ifadə verir, ona qarşı heç bir təsir və ya təzyiq edilməmişdir. Məhkəmə iclasında şahidlər Şahid4 və Şahid5 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid6 bildirmişdir ki, Təqsirləndirilən şəxs ondan iki məhəllə o tərəfdə yaşayır. Hadisə günü xx.xx.2024-cü ildə evdə oturubmuş, həmin vaxt Təqsirləndirilən şəxs ona zəng vurub demişdir ki, “Masallıya gedə bilərik”. Özü taksi sürücüsü olmuşdur, Təqsirləndirilən şəxs da apara biləcəyini demişdir. Təqsirləndirilən şəxsı Lənkərandan saat gecə on, on birə işləmiş aparmışdır. Taksi pulunu da verməmişdir. Onunla 50 manata razılaşmışlar. Təqsirləndirilən şəxs ona xalasıgilə gedəcəyini demişdir. Yolda gedərkən Boladi körpüsünə çatmamış, Təqsirləndirilən şəxs maşını saxlamağını istəmişdir. Təqsirləndirilən şəxs böyrəklərinin xəstə olduğunu bildiyindən, maşını saxlamışdır. Təqsirləndirilən şəxs isə bir dəqiqəyə gələcəyini demişdir. Üstündən bir dəqiqə keçməmiş, şöbənin işçiləri gəlmiş ki, “bizlə getməlisən”. Onlardan nə məsələ olduğunu soruşduqda, “orda bilərsən” demişlər. Özünü maşından düşürmüşlər, elə orada yerdə on dəqiqə gözlətmişlər. Sonra özünü aşağı gətirmişlər. Görmüş ki, Təqsirləndirilən şəxsı orada tutublar, yerdə də kisələr vardır. Xatırladığı qədər üç-dörd ədəd kisə görmüşdür. Onları sonra kameraya çəkib şöbəyə gətirmişlər. Ordan isə səhərçağı onları Bakıya BMCMİ-yə gətirmişlər, orada sənədlərə qol çəkmiş, onu buraxmışlar. Video çəkiləndə Təqsirləndirilən şəxs yerdəki kisələrin onun olduğunu demişdir. Onun heçnədən xəbəri yoxdur. Aşkar olunmuş narkotiklərdən heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs maşından düşüb üzü aşağı kol tərəfə getmişdir, qaranlıq olduğundan oranı görə bilməmişdir. Təqsirləndirilən şəxs qarşı təsir edilməsini, döyülməsin falan görməyib. İş materiallarında olan BNMİ-nin CBRŞ-nin XMİÜ baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2024-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Abdullayev Təqsirləndirilən şəxs Səttərxan oğlunun külli miqdarda qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələri satış məqsədi ilə əldə edib Lənkəran rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 5) İş materiallarında olan «təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2024-cü il tarixli qərarın məzmunundan görünür ki, Abdullayev Təqsirləndirilən şəxs Səttərxan oğlunun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair BNMİ-nin CBRŞ-nin XMİÜ baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 6-7) İş materiallarında olan “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılması və baxış keçirilməsinə dair” xx.xx.2024-cü il tarixli protokoldan və videoçəkilişdən görünür ki, 05 avqust 2024-cü il tarixdə saat 23:20-də Astara-Ələt magistral avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən 52-ci kilometrliyində yerləşən «Sinovlu» adlanan körpünün yaxınlığında saxlanılaraq qeyd edilən ünvanda 05 avqust 2024cü il tarixdə saat 23:30-dan etibarən Abdullayev Təqsirləndirilən şəxs üzəri yoxlanılıb baxış keçirilən zaman onun əynində olan cins şalvarının sol yan cibindən bir sellofan bükümdə, həmin yerdə yanında olan 01 ədəd bağlamanın və 03 ədəd kisənin içərisindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilərək götürülmüşdür. (c İ, i.v 10-13) İş materiallarında olan «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Abdullayev Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:20-dən faktiki olaraq azadlığı məhdudlaşdırılmışdır. (c İ, i.v 28) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X2 Bölməsinin 06 avqust 2024-cü il tarixli 19/599 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Abdullayev Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik maddə olan marixuanaya bənzər kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükülüdə təmiz çəkisi: 12,150 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Abdullayev Təqsirləndirilən şəxs təqdim etdiyi 1(bir) bağlama narkotik maddə olan marixuanaya bənzər kütlə...” sözlər və imzalar olan bir ədəd kisədəki, 03 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 2350,0 qram, 2070,0 qram, 2465,0 qram: ümumi təmiz çəkisi: 6885,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim edilmiş üzərində “Abdullayev Təqsirləndirilən şəxs təqdim etdiyi 1(bir) ədəd kisədə narkotik maddə olan marixuanaya bənzər kütlə...” sözlər və imzalar olan bir ədəd kisədəki, 04 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 2805,0 qram, 3475,0 qram, 2230,0 qram, 3070 qram: ümumi təmiz çəkisi 11580,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim edilmiş üzərində “Abdullayev Təqsirləndirilən şəxs təqdim etdiyi 1(bir) sintetik kisədə narkotik maddə olan marixuanaya bənzər kütlə...” sözlər və imzalar olan bir ədəd kisədəki 20 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 990,0 qr, 1005,0 qr, 1005,0 qr, 990,0 qr, 1000,0 qr, 995,0 qr, 1005,0 qr, 995,0 qr, 995,0 qr, 995,0 qr, 1000,0 qr, 985,0 qr, 995,0 qr, 995,0 qr, 995,0 qr, 990,0 qr, 990,0 qr, 1000,0 qr, 995,0 qr, 1010,0 qram ümumi təmiz çəkisi: 19930,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim edilmiş üzərində “Abdullayev Təqsirləndirilən şəxs təqdim etdiyi 1(bir) sintetik kisədə narkotik maddə olan marixuanaya bənzər kütlə...” sözlər və imzalar olan bir ədəd kisədəki 22 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 1000,0 qr, 1000,0 qr, 1000,0 qr, 1030,0 qr, 490,0 qr, 1005,0 qr, 1005,0 qr, 1005,0 qr, 1015,0 qr, 1005,0 qr, 1010,0 qr, 1020,0 qr, 995,0 qr, 1005,0 qr, 415,0 qr, 980,0 qr, 995,0 qr, 1010,0 qr, 1015,0 qr, 1000,0 qr, 1050,0 qr, 490,0 qram ümumi təmiz çəkisi: 20540,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Abdullayev Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd zərfdəki və 4 ədəd kisədəki ümumilikdə 50 bükülü olmaqla, ümumi təmizi çəkisi: 58947,150 qram olan marixuanalar orqanoleptik əlamətlərinə və bioloji komponentlərinə görə bir-biriləri ilə eynidirlər. Qeyd: Marixuananın ümumi təmiz çəkisi – 58947,150 qr, cəmi tədqiqata sərf edildi – 5,0 qr (hər ob 0,1 qr) qalıq – 58942,150 qr (1, 2-4, 5-8, 9-28, 29-60 N-li ob). Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 120 (bir yüz iyirmi) manatdır. (c 1, i.v 54-57) İş materiallarında olan 06 avqust 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, ifadələr arasında ziddiyyət olduğundan Şahid6 ilə Abdullayev Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, həmin istintaq hərəkəti zamanı Şahid6 ifadələrində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs Abdullayevin üzünə deyərək bir daha ifadələrini təsdiqləmişdir. (c 1, i.v 95-100) İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-1004/2024 saylı qərarından görünür ki, Abdullayev Təqsirləndirilən şəxs barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 05 avqust 2024-cü ildən hesablanmışdır. (c İ, i.v 126-131) İş materiallarında olan 09 avqust 2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Abdullayev Təqsirləndirilən şəxs üzərindən və yanında olan bağlamalardan aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 58942,150 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün BMCMİ-yə verilmişdir. (c İ, i.v 133-135) İş materiallarında olan DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Abdullayev Təqsirləndirilən şəxs Bakı Qarnizon Hərbi Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 241-ci maddənin B bəndi ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Milli Məclisin xx.xx.2001-ci il Amnistiya qərarının 3.4-cü bəndinə əsasən cəzası 1/3 qədər azaldılıb, üzərində qəti 01 il 23 gün cəza saxlanılıb. xx.xx.2003-cü ildə cəzasının sonu ilə azad edilib. Bundan başqa Abdullayev Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinərək 07 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 10 ay 04 gün müddətinə vaxtından əvvəl şərti azad olunub. xx.xx.2021-ci ildə cəza müddəti başa çatdığı üçün şöbənin qeydiyyatından çıxarılmışdır. (c İ, i.v 143-145) İş materiallarında olan “Respublika Narkoloji Mərkəzi” X7 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Abdullayev Təqsirləndirilən şəxs 2016-cı il tarixdən narkoloji qeydiyyatdadır. (c İ, i.v 147) İş materiallarında olan 26 avqust 2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Abdullayev Təqsirləndirilən şəxs üzərindən və yanında saxladığı kisələrdən aşkar edilmiş narkotik vasitələri satış məqsədi ilə əldə edib saxladığına, bu kimi maddələrin qanunsuz ticarət dövriyyəsində tanışı İran İslam Respublikasının vətəndaşı olan Əli adlı şəxslə əlaqələrinin olmasına və fəaliyyət göstərmələrinə, “Əli” adlı şəxsin həmin narkotik vasitələri cinayətdə əlbir olduqları digər naməlum şəxslər vasitəsi ilə Təqsirləndirilən şəxs Abdullayeva göndərdiklərinə, sonuncunun narkotik vasitələri satış məqsədi ilə qanunsuz əldə etdikdən sonra bu kimi maddələri qanunsuz daşıma fəaliyyəti ilə məşğul olmasına və qanunsuz saxlamasına dair əlavə məlumatlar əldə edilmişdir. Lakin onların qaçaqmalçılıq yolu ilə narkotik vasitələri Azərbaycan Respublikası ərazisinə gətirmələri, “Əli” adlı şəxsin, eləcə də cinayətin digər iştirakçılarının şəxsiyyətlərinin, onların yaxın əlaqələrinin müəyyən edilməsi hələlik mümkün olmamışdır. Nəticəsi barədə əlavə məlumat veriləcəkdir. (c İ, i.v 149) İş materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və X5” X7 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 728 nömrəli rəydən görünür ki, Abdullayev Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. (c İ, i.v 195) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 06 avqust 2024-cü il tarixli 640 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Abdullayev Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulundan yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Lakin ƏƏSMN-nın Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair verdiyi məlumata əsasən İİİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Abdullayev Təqsirləndirilən şəxs narkoloji ekspertizadan keçən zaman öz deməsinə görə narkotik vasitə olan marixuananı 2 ildir ki, intranazal yolla qəbul etdiyini bildirmişdir. (c İ, i.v 197) İş materiallarında olan 30 oktyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərardan görünür ki, əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılması və baxış keçirilməsini özündə əks etdirən ümumilikdə 02 ədəd DVD disk maddi sübut hesab edilmiş və cinayət işinin materiallarında saxlanılmışdır. (c İ, i.v 198-209) İş materiallarında olan ********* nömrəli cinayət işinin materiallarından mənbə xüsusatı ilə bağlı Azərbaycan Respublikası CM-in 206.3.2 və 234.4-1-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilmişdir. (c İ, i.v 211-213) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı qismən mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Abdullayev Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs Abdullayev Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamın faktiki tərəfini mübahisələndirdiyi və özünün müdafiəsi üçün dəlillər irəli sürdüyü üçün, məhkəmə tərkibi hesab edir ki, həmin ittihamlar üzrə hüquqi tövsifə qiymət verilməmişdən öncə, Təqsirləndirilən şəxs Abdullayevin müdafiəsi üçün irəli sürdüyü dəlillər yoxlanılmalıdır. Təqsirləndirilən şəxs Abdullayev elan olunmuş ittihamın faktiki tərəfinə dair müdafiəsi üçün gətirdiyi dəlillər: whatsapp sosial şəbəkəsində tanımadığı şəxslə danışmış və ona şəxsi istifadəsi üçün on-on iki qram marixuana sifariş vermiş, həmin şəxs daha sonra sifariş etdiyi marixuananı körpünün yanına, posta az qalmış, körpüdən pilləkənlə düşən kimi ora qoyduğunu bildirmiş, özü hadisə yerinə gedib, bir büküm narkotik vasitə qurudulmuş marixuananı götürüb cibinə qoyanda saxlanılmış, bundan sonra görmüş ki, narkotiki götürdüyü yerə yekə kisələr qoyurlar və onu gətirən taksi sürücüsünü də məsuliyyətə cəlb edəcəkləri ilə onu hədələdiklərindən həmin narkotik vasitənin özünə məxsus olmasını etiraf etmişdir. Təqsirlərdirilən şəxs Təqsirləndirilən şəxs Abdullayevin polis əməkdaşları tərəfindən təhdidlərə və pis rəftara məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs Abdullayev işin məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründə ondan izahatın, şübhəli və təqsirləndirilən şəxs kimi etirafedici ifadələrin təhdidlər edilməklə alındığını, yəni tutulduqdan sonra polis əməkdaşlarının psixoloji təzyiqinə məruz qaldığını, təzyiqin isə polis əməkdaşları tərəfindən onu hadisə yerinə gətirmiş taksi sürücüsünün də məsuliyyətə cəlb edilməsi və qəbildən olan digər məsələlərdə ifadə olunduğunu bildirmişdir. Məhkəmə bu hissədə təqsirləndirilən şəxsin iddia etdiyi halla razılaşmır və hesab edir ki, o, belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişdir. Belə ki, təqsirləndirilən şəxs iddia etdiyi halın ilk baxışdan mümkün ola biləcəyi görünsə də, yəni tutulduqdan sonrakı qısa müddət ərzində onun iddia etdiyi halların baş verməsi mümkün olsa da, onun əməliyyat orqanından asılılığı bitdikdən sonra, yəni barəsində həbs qətimkan tədbiri seçilərkən, İstintaq Təcridxanasına təhvil verilərkən, ibtidai istintaqın sonrakı mərhələlərində iddia etdiyi hallarla bağlı vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişdir. Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs Abdullayevin özü, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda o, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Beləliklə, təqsirləndirilən şəxs üç aydan artıq müddət ərzində aparılmış ibtidai araşdırma zamanı psixoloji təzyiqlərə və pis rəftara məruz qaldığını mübahisələndirməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Abdullayev şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı da əməliyyatçı tərəfindən verilmiş suallara cavab olaraq söylədiyi səsli nitqində saxlanılarkən ona qarşı polis əməkdaşları tərəfindən saxlanılarkən təsir və ya təzyiqin edilmədiyini bildirmiş, eyni zamanda onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs Abdullayevə qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini, üzərinə narkotik vasitə qoyulmadığını bildirmişlər. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunanlar təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz psixoloji təzyiq və pis rəftar nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən psixoloji təzyiqə və pis rəftara məruz qalması ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12- 20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Abdullayevin işin məhkəmə baxışı zamanı tutulduqdan sonra psixoloji təzyiqə və pis rəftara məruz qalmaqla ondan şübhəli və təqsirləndirilən şəxs kimi izahat və etirafedici ifadələr alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs Abdullayevin məhkəmə iclasında verdiyi ifadəsində yuxarıda göstərilən xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən onun özünü ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri (şübhəli və təqsirləndirilən şəxs qismində), şahid ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadələrini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs Abdullayev müdafiəçisinin iştirakı ilə xx.xx.2024-cü ildə şübhəli (cild İ – i.v. 87-91), xx.xx.2024-cü ildə təqsirləndirilən şəxs (cild İ – i.v. 111-114) qismində verdiyi ifadələrində, eləcə də üzərinə video-çəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin ifadələrində və istintaq hərəkətində Təqsirləndirilən şəxs Abdullayev İranlı Əli adlı şəxsin narkotik vasitə göndərəcəyini və həmin narkotik vasitənin deyilən ünvanlara qoymaq müqabilində ona pul verəcəyi barədə razılaşdığını, bundan sonra Əli adlı şəxsin 05 avqust 2024-cü il tarixdə onunla whatsapp ani mesajlaşma proqramında əlaqə saxlayaraq Lənkəran rayonu ərazisindən keçən 52-ci kilometrliyində yerləşən «Sinovlu» adlanan körpünün yaxınlığında yolun kənarına narkotik vasitə qoyduğunu və həmin narkotik vasitələri götürməyini bildirməsini, özünün də deyilən ünvana yollanıb, orada bir ədəd bağlamanın, üç ədəd kisənin və bir ədəd bükümün olmasını gördüyünü, bir ədəd bükümü götürüb cibinə qoyduğunu, bir ədəd bağlamanı isə sol əlinə götürdüyünü, 05 avqust 2024-cü il tarixdə saat 23:20-də Astara-Ələt magistral avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən 52-ci kilometrliyində yerləşən «Sinovlu» adlanan körpünün yaxınlığında yolun kənarında əlində bir ədəd bağlama və yanında 03 ədəd kisə olarkən saxlanıldığını bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Abdullayevin məhkəmə istintaqında vermiş olduğu ifadəsindəki xüsusatlar onun hadisə yerində saxlanılmasında iştirak etmiş şahid ifadələri (şahidlər Şahid1, Şahid4 və Şahid5 həmin ifadələrində Təqsirləndirilən şəxs Abdullayevin bilavasitə hadisə yerində əlində və yanında bağlamalar olarkən tərəflərindən saxlanılmasını, Şahid6 isə hadisə yerinə gətirilərkən Təqsirləndirilən şəxs Abdullayevin kisələrin yanında saxlanıldığını və kisələrin özünə məxsus olmasını deməsini bildirmişlər) ilə də tam təkzib edilmişdir. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə irəli sürdüyü dəlillərin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinin (şübhəli və təqsirləndirilən şəxs qismində) isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs Abdullayevin məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Abdullayevin cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs Abdullayevin məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Abdullayevin cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs Abdullayevin ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Bu ifadələrin təhlili göstərir ki, Təqsirləndirilən şəxs Abdullayev digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə xüsusilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmiş, saxlamış, daşımış, ölkə ərazisində qanunsuz olaraq narkotik vasitənin realizə edilməsi istiqamətində fəal hərəkətlər etmişdir. Belə ki, həm cinayət işinin materialları əsasında yuxarıda tətqiq edilmiş təkzibedilməz sübutlarla, həm də təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu (şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi) ifadələri əsasında təsdiq olunmuşdur ki, təqsirləndirilən şəxs digər şəxslə cinayət əlaqəsinə girərək artıq ölkə ərazisində mövcud olmuş xüsusilə külli miqdarda narkotik vasitənin əldə edilib saxlanması və daşınması, faktiki olaraq isə həmin narkotik vasitə ilə bağlı “kuryerlik” funksiyasını icra etmək vəzifəsini öz öhdəsinə götürmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin icra etdiyi hərəkətlərin mahiyyətini, eləcə də onun digər şəxslə (Əli adlı şəxs, lakin onun şəxsiyyəti ibtidai isitntaq zamanı müəyyən edilməmiş, bu səbəbdən də məhkəmə Əli adını şərti olaraq qəbul edir) cinayət əlaqəsinə girməsini, cinayət əlaqəsinə girdiyi şəxslə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə razılıq əldə etməsini, cinayət əlaqəsinə girdiyi şəxsin Astara-Ələt magistral avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən 52-ci kilometrliyində yerləşən «Sinovlu» adlanan körpünün yaxınlığında yolun kənarında narkotik vasitə qoydurmasını və ya başqa üsulla yerləşdirilməsini təmin etməsini, bu barədə təqsirləndirilən şəxsə dəqiq məlumatlar ötürməsini, cinayət əlaqəsinə girdiyi şəxsin niyyətinin ölkə ərazisində xüsusilə külli miqdarda narkotik vasitənin satışını həyata keçirmək olmasını, ən əsası isə təqsirləndirilən şəxsin həmin şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyd edilən hərəkətləri icra etməsini və cinayət əlaqəsinə girdiyi şəxsin məqsədinin xüsusilə külli miqdarda narkotik vasitənin satışını həyata keçirmək olmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdi onun cinayət əlaqəsinə girdiyi və qabaqcadan əlbir olduğu başqa şəxsin qəsdi ilə əhatə olunur. Bununla da təqsirləndirilən şəxs CM-nin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs Abdullayevin törətdiyi cinayət əməlləri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsbit edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 109.1-ci sətrinə əsasən qurudulmuş marixuana narkotik vasitə hesab edilir, həmin vasitənin xeyli miqdarının aşağı həddi 5 qram, külli miqdarının aşağı həddi 500 qram, xüsusilə külli miqdarının aşağı həddi isə 50000 qramdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.7-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 6-cı bəndində qeyd olunur ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıbçatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başqa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 9-cu bəndinə görə, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Abdullayev Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs Abdullayevin Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs Abdullayevə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Abdullayevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Habelə məhkəmə qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs Abdullayevin məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən xüsusilə ağır cinayət törətdiyindən məhkəmə cinayətin xüsusi təhlükəli residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Abdullayevin cəzalarını ağırlaşdıran hal qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.3.3-cü maddəsinə əsasən qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətməsi cinayətin xüsusi təhlükəli residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs Abdullayev ona istinad edilən cinayət əməllərini, ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən altı il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən xüsusi təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən az ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmamasını və cəzanı ağırlaşdıran halın olmasını, aşkar edilmiş narkotik vasitənin çəkisini, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitənin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, təqsirləndirilən şəxsin əvvəllərdə anoloji cinayətlərdə təqsirli bilinərək məhkum edilməsini, onun kriminal keçmişini, narkotik vasitənin aşkar olunmayacağı təqdirdə məhz çəkisinin külli miqdar təşkil etməsi səbəbindən satış məqsədilə əldə edilən 58947,150 qram qurudulmuş marixuananın ondan istifadə edəcək böyük əksəriyyəti gənc olmaqla yüzlərlə Azərbaycan vətəndaşının həyatını və sağlamlığını təhlükə qarşısında qoyacağını, bununla əlaqədar baş verəcək nəticələrin ağırlığını, son nəticədə isə əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərin, eyni zamanda ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin normal fəaliyyətinin, konkret müəyyən qrup insan və fərdin sağlamlığının ciddi şəkildə pozulmasına səbəb olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyası həddində yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməli və o, həmin cəzanı çəkməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Abdullayev Azərbaycan Respublikası CM-nin 56.1.4-cü maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs Abdullayevin həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, 05 avqust 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli, 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası»nın təsdiq edilməsi barədə Qərarı ilə təsdiq edilmiş «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası»nın 3-cü bəndinin (məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər) 3.2-ci maddəsinə əsasən (əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara) məcburi müalicə narkomanlıq xəstəliyinə düçar olmuş əlillərə tətbiq oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Abdullayevin İİİ dərəcə əlilliyi olan şəxs olduğu üçün barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Həmçinin Təqsirləndirilən şəxs Abdullayevin ərazi narkoloji kabinetində profilaktik qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübut kimi tanınaraq DİN-in BMCMİ-nin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 58942,150 qram qurudulmuş marixuana məhv edilməli, iş materiallarında olan videogörüntüləri özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 120 (bir yüz iyirmi) manat Təqsirləndirilən şəxs Abdullayevdən alınaraq, “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsinə əsasən) yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Abdullayev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 11 (on bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Abdullayev Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 05 avqust 2024-cü ildən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq DİN-in BMCMİ-nin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 58942,150 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan videogörüntüləri özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manat Abdullayev Təqsirləndirilən şəxs tutulub “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Abdullayev Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-153/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-153/2025
21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver