Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-155/2024 24.09.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən və məruzəçi), X31 və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X32, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X6 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı1, zərərçəkmiş şəxsin hüquqi varisi X19, Təqsirləndirilən şəxs və müdafiəçiləri - Cəlilabad rayon Vəkil Bürosunun vəkilləri – Müdafiəçi1 və Müdafiəçi3 iştirakları ilə, xx xxx 2006-cı ildə Cəlilabad rayonu, Ağusəm kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməmiş, Cəlilabad rayonu, Ağusəm kəndində qeydiyyatda olmaqla, Cəlilabad şəhəri, H.Z.Tağıyev (Cavadxan) küçəsində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in (bundan sonra – Azərbaycan Respublikası CM-in) 120.2.9-cu maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə qapalı məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 16 may 2023-cü il tarixdə, saat 14:07 radələrində - yetkinlik yaşına çatmadığı dövrdə yaşadığı Cəlilabad şəhəri, Cavadxan küçəsində yerləşən ata evinin həyətində işlərini yekunlaşdırıb evə daxil olduqdan sonra həmin evdə onunla birlikdə yaşayan, bacısı X9 internet vasitəsi ilə tanış olduğu İraq Respublikasında yaşayan “Hüseyn” adlı şəxslə sevgi münasibəti saxlamaqla həmin ölkəyə göndərilməsini onlardan tələb etməsi ilə əlaqədar əxlaqa və mentalitetə uyğun olmayan davranışlarını xatırlayaraq Rəqsanə Şahbazovanın otağına getdikdə sonuncunun yenidən “Hüseyn” adlı şəxslə danışmaq istəməsini bildikdə onunla mübahisə edib həmin səbəbdən Rəqsanə Şahbazovanı əxlaqa zidd hərəkətlərinə görə qisas almaq məqsədilə öldürmək qərarına gələrək otaqda yerdə olan bel kəmərini (qayışı) götürüb arxasını ona çevirib çarpayıya tərəf gedən Rəqsanə Şahbazovanın boynuna ilgək formasında keçirərək möhkəm sıxmaqla onu boğaraq sonuncuya boyunun orta 1/3 hissəsində bir ədəd stranqulyasiya şırımı, boyunun yumşaq toxumalarına qansızma, sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən burunun sol və sağ yan səthində sıyrıqlardan ibarət xəsarət yetirmiş, həmin vaxt Rəqsanə Şahbazovanın qışqırıq səsinə gəlmiş anası Şahid1 onu kənara itələdiyi üçün kəməri buraxıb otaqdan çıxmış, lakin Şahid1 və sonradan isə ora gəlmiş Şahid2 tərəfindən göstərilən yardımlara baxmayaraq X23 Şahbazov tərəfindən boyun üzvlərinin ilgəklə sıxılması nəticəsində yaranmış mexaniki asfiksiya səbəbindən 16 may 2023-cü il tarixdə, saat 16 radələrində yaşadığı evdə ölmüş, bu hərəkəti ilə Təqsirləndirilən şəxs bacısı X12 qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.9-cu maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 16 may 2023cü il tarixdə, səhər saat 10 radələrində yuxudan oyanmış, yemək yedikdən sonra həyətdə velosipedini təmir etmişdir. Həmin gün atası məsciddə işləməyə getmişdir. Həmin vaxtlarda velosipedi rəngləmək üçün kraska almaq istəmiş, anası pul vermədiyi üçün biraz əsəbiləşmiş, sonra anası ona pul vermişdir. Sonra çölə çıxıb kraska almış, məscid də işləyən atasının yanına getmişdir. Həmin vaxt atası məsciddə beton işləri ilə məşğul olmuşdur. Orada olarkən atasına zəng gəlmiş, atasından nə olduğunu soruşsa da atası ona heç nə deməmiş və atası ilə birlikdə evlərinə getmişlər. Küçəyə çatanda çox adam olduğunu görmüş, həyət girdikdə bacısı Rəqsanənin vəfat etdiyi deyilmiş, atası ağlayaağlaya evə girmiş, o, da şok vəziyyətində olmuşdur. Bacısının hüzr mərasimində, dəfnində iştirak etmiş, 19 may 2023-cü il tarixdə gecə saatlarında onu polis şöbəsinə aparmışlar. Orada Tural adlı polis əməkdaşı və müstəntiq Pərviz müəllim ona bacısını öldürməsi barədə demişlər. O, isə bunu inkar etmiş, əvvəllər bacısı özünü öldürmək istəssə də bunun qarşısını aldığını bildirmişdir. Buna görə onu döymüşlər, həmçinin atasını və anasını da həbs edəcəkləri, döyəcəkləri ilə hədələmişlər. Bu təzyiqlərə görə bacısı Rəqsanəni öldürməsi barədə ifadə vermişdir. Belə ki, bütün olmayan şeyləri ona yazdırmışlar. Guya evə girəndə bacısı ondan telefon istəmiş, buna görə bacısı ilə mübahisəsi yaranmış və kəmərlə onu boğmuşdur. Sonra həmin ifadənin də düz gəlmədiyini görüb ona başqa ifadə verməyə məcbur etmişlər. Guya ki, o, bacısını yatdığı yerdə boğub öldürmüşdür. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, ailədə iki uşaq olmuşlar. Mərhum bacısı ondan 3 yaş böyük olmuşdur. Bacısının hansı səbəbdən vəfat etməsindən xəbəri yoxdur. Lakin bacısı dəfələrlə özünü öldürmək istəmiş, özünü doğramışdır. O, evdən çıxanda evdə anası və bacısı qalmışdır. Anası işləmir, daim evdə olmuşdur. Anasından bacısının ölümü barədə soruşduqda anası bildirmişdir ki, Rəqsanə kəmərlə özü-özünü boğmuş, buna görə onu müalicə etmək üçün təcili tibbi yardım da çağırmışlar. O, həmin vaxt evdə olmadığından bacısının necə öldüyünü bilməmişdir. Bacısının istədiyi olmuş, ona vermədikləri üçün bacısı dəfərlərlə özünü öldürmək istəmişdir. Bacısı uzun müddət nənəsigildə qalmış, son dövrlər isə onlarla birlikdə olmuşdur. Bacısı ilə onun arasında hər hansı ziddiyyət olmamış, bacısının istədiyi iraqlı Hüseyn adlı oğlanla telefonla danışmasını bilmiş, lakin bacısını həmin şəxslə danışmağa qoymasalar da bacısı danışmağa davam etmişdir. Bu barədə bacısına da, Hüseyn adlı şəxsə də demişdir. Bacısı ən çox anasının telefonu ilə həmin oğlanla danışmış, telefonu anasından xəbərsiz götürmüşdür. Bacısının Hüseynlə danışmasına evdə narazıçılıq yaranmışdır. Onu polis şöbəsinə 19 may 2023-cü il tarixdə axşam saatlarında gətirmişlər, sonra onu vuraraq hadisə barədə soruşmuşlar, həmçinin valideyinlərini də polis şöbəsinə gətirəcəkləri ilə hədə-qorxu gəlmişlər, buna görə də yalan olaraq hadisəni törətdiyini demişdir. Həmin vaxt prokurorluğun müstəntiq Pərviz Novruzlu və polis rəisinin müavini Tural müəllim olmuş, Tural tərəfindən ona qarşı daha çox hədə-qorxu gəlmişdir. Mərhum Rəqsanə iraqlı şəxslə öz telefonu ilə də, anasının telefonu ilə də danışmışdır. Rəqsanə nənəsigildə qalmış, oğlanla danışması barədə məlumatları olduğundan onu özlərinin evlərinə gətirmişlər. Rəqsanəyə iraqlı şəxslə danışmaması barədə etirazını bildirmiş, lakin buna görə onunla mübahisə etməmiş, onu başa salmağa çalışmışdır. 16 may da Rəqsanəni sonuncu dəfə səhər görmüşdür. Rəqsanənin əvvəllər özünü öldürməyə cəhd etməsi barədə hər hansı orqanda araşdırma olmamışdır. Rəqsanənin samanlıqda özünü öldürməyə hazırlaşdığını hesab etdiyindən bacısına belə etməməyi xahiş etmiş, hətta onu başa salmaq istəmişdir ki, lazımsız adama görə özünü öldürməsin. Bacısının özünü boğduğu kəmərin atası tərəfindən yandırılması ilə bağlı deyə bilər ki, Rəqsanənin özünü həmin kəmərlə boğmasını anası demiş, atası da təmizlik məqsədi ilə həmin kəməri yandırmışdır. 16 may tarixində saat 14 radələrində evə daxil olarkən bacısı Rəqsanə ilə mübahisə etməmiş, anası ilə mübahisə etmişdir. Barəsində həbs qətimkan tədbiri seçilməsi üçün onu məhkəməyə apararkən onu qorxutduqları üçün hakimə təzyiqlərə məruz qalması barədə heç nə deməmişdir. Əvvəllər polis əməkdaşları ilə hər hansı ziddiyyəti olmamışdır. 16 may 2023-cü ildə evdən nə vaxt çıxmasını dəqiq deyə bilməz, lakin evə atası ilə birgə qayıtmışdır. Rəqsanəyə telefonla danışması üçün şərait yaratdıqları halda sonuncunun hansı səbəbdən özünü öldürməsini izah edə bilmir. İş materiallarına əlavə edilmiş videoda qıza aid qışqırıq səsinin kimin səsi olmasını bilmir, həmin səsi eşitməmişdir. Rəqsanənin özünü haradan asmasını, özünü necə boğmasını bilməmişdir. Anası Rəqsanəni kəmər boğazında çarpayıda uzanıqlı vəziyyətdə görmüşdür. Təqsirləndirilən şəxs məhkəməyə ünvanladığı son sözündə Rəqsanə Şahbazovanın onun bacısı olduğunu, onu öldürmədiyini, onu öldürmək üçün hər hansı səbəb olmadığını, onunla həmin gün hər hansı mübahisə etmədiyini, mərhum bacısı Rəqsanəni görmədiyini bildirib onun barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi izahat və ifadələri elan edilməklə tədqiq edilmişdir. Cinayət işi materiallarının İ cild 29-cu səhifəsində olan Təqsirləndirilən şəxs Cəlilabad rayon prokurorluğuna əlyazma ilə verdiyi izahatdan görünür ki, sonuncu 16 may 2023-cü il tarixdə saat 10 radələrində aralarında baş vermiş mübahisə zamanı Rəqsanənin otağında ona məxsus paltarın üzərindəki kəməri götürüb arxadan onun boynuna dolayıb sıxaraq Rəqsanəni boğub öldürdüyünü bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində xx.xx.2023cü il tarixdə hazırda hüquqlarını müdafiə edən Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla şübhəli şəxs qismində vermiş olduğu ifadəsi (İ cild, 57-60) məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və həmin ifadə də Təqsirləndirilən şəxs göstərmişdir ki, bacısı Rəqsanə təxminən 2015-ci ildən 2023-cü ilin mart ayına qədər babası Boyandura məxsus evdə yaşamışdır. Lakin, bacısı Rəqsanə babasına məxsus evdə özünə məxsus mobil telefonla oğlanlarla danışdığı üçün atası Habil onu nəzarət etmək üçün yaşadıqları evə gətirmişdir. Rəqsanə onlarla birlikdə yaşamağa başladıqdan sonra ona və valideynlərinə internet vasitəsilə əslən İraqlı olan və orada yaşayan Hüseyn adlı bir oğlanla tanış olduğunu, həmin oğlanla arasında sevgi münasibəti olduğunu, onunla evlənmək istədiyini bildirmişdir. Valideynləri, eləcə də onlar Rəqsanəyə bunun mümkün olmadığını demişlər. Atası Rəqsanəni yaşadığı evə gətirdiyi gün onun mobil telefonunu əlindən alaraq sındırıb odun sobasına atmışdır. Həmin vaxtdan sonra demək olar ki, hər gün Rəqsanə İraqda yaşayan Hüseynlə evlənmək istədiyini, onun Azərbaycana, yaşadıqları Cəlilabad rayonuna gələrək onu İraqa aparacağını demişdir. Bundan başqa, Rəqsanə gizlincə onun, atası Habilin və anası Nahidənin telefonunu götürərək İraqda yaşayan Hüseyn adlı şəxslə danışmışdır. Qeyd etmişdir ki, Hüseyn Türk dilində danışmışdır. Belə ki, o, Rəqsanənin həmin şəxslə danışmasını və oğlanın türk dilində danışmasını eşitmişdir. Bununla bağlı demək olar hər gün aralarında mübahisə olmuşdur. Valideynləri, eləcə də o, Rəqsanənin bu hərəkətlərindən bezmişlər. Onlar Rəqsanəyə dəfələrlə ağılsız hərəkətlər etməməsini, həmin oğlanın onun ardınca Azərbaycana gəlməyəcəyini, gəldiyi halda belə onun həmin şəxslə evlənərək ölkədən getməsini istəmədiklərini demişlər. Lakin, Rəqsanə hər gün ağlayaraq atasına yalvardığı üçün atası məcbur qalaraq həmin oğlanla danışacağını bildirmişdir. Bundan sonra Rəqsanə atasını onun telefonunda olan “WhatsApp” proqramı vasitəsilə özünü Hüseyn kimi təqdim edən oğlanla danışdırmışdır. Atası Rəqsanəni aldadıb onu fikrindən daşındırmaq istəmişdir. Hüseyn isə “WhatsApp” proqramında xatırlamadığı xarici nömrə ilə qeydiyyatdan keçmişdir. Hüseyn həmin vaxtdan sonra tez-tez atasına zəng edərək Azərbaycana gəlib Rəqsanə ilə evlənəcəyini demişdir. Atası isə hər dəfə ona Azərbaycana gəlməməsini, Rəqsanəni ona verməyəcəklərini demişdir. Sonradan isə bir nəfər atasına zəng edərək İraqda yaşayan Hüseynin dostu olduğunu, özünün Bakı şəhərində yaşadığını, Hüseyn Azərbaycan gələ bilmədiyi üçün yaşadıqları Cəlilabad rayonuna gələrək Rəqsanəni İraqa aparmaq istədiyini demişdir. Atası isə buna etiraz edərək həmin şəxsə Cəlilabada gəlməməsini və onları rüsvay etməməsini demişdir. Həmin şəxsin adını və telefon nömrəsini bilmir. Lakin, bacısı Rəqsanə bunu bildikdən sonra onlardan narazı qalaraq atasından Hüseynin dostunun onu İraqa aparmasına icazə verməsini tələb etmişdir. Valideynləri, eləcə də o, Rəqsanəyə həmin şəxslərin onu aldatdıqlarını, həmin şəxslərə inanıb gedəcəyi halda yaşadıqları ərazidə və tanışlar içərisində rüsvay olacaqlarını demişlər. Lakin, Rəqsanə onların sözlərinə əhəmiyyət verməmiş, həmin şəxslə birlikdə İraqda yaşayan Hüseynin yanına gedəcəyini bildirmişdir. Bundan başqa, tez-tez onun və ya valideynlərinin telefonunu götürüb öz otağında onlara əhəmiyyət vermədən Hüseyn adlı oğlanla danışmışdır. Rəqsanənin bu hərəkəti onu qıcıqlandırmışdır. O, hər dəfə Rəqsanəyə onu və valideynlərini boğaza yığdığını, onu və atasını kişi kimi saymadığını, onları el içində rüsvay edəcəyini demişlər. Lakin, Rəqsanə dediklərinə əhəmiyyət verməmişdir. 16 may 2023-cü il tarixdə, səhər saatlarında yuxudan oyandıqdan sonra o, valideynləri ilə birlikdə səhər yeməyi yemişdir. Rəqsanə isə həmin vaxt öz otağında olmuşdur. Atası Habil yemək yedikdən sonra yaşadıqları evə yaxınlıqda yerləşən məsciddə işləməyə getmişdir. Atası tikintilərdə usta işləyərək ailələrini dolandırmışdır. Anası isə evdar qadındır. O, yemək yedikdən sonra evdə bir qədər vaxt keçirib daha sonra həyətə düşərək velosipedinin detallarını sökməyə başlamışdır. 16 may 2023-cü il tarixdə, saat 16 radələrində velosipedi tam sökdükdən sonra onu həmin vəziyyətdə qoyaraq yaşadığı evə getmişdir. O, evə gedib hazırlaşaraq atasının yanına getmək istəmişdir. O, üst-başını düzəltdikdən sonra saçını daramaq üçün bacısı Rəqsanənin otağına daxil olmuş, həmin vaxt Rəqsanə çarpayısında uzanmış vəziyyətdə olmuşdur. Otaqda termonun qarşısında saçını daradığı vaxt Rəqsanə çarpayıdan qalxıb ona tərəf gələrək Hüseynlə danışmaq üçün mobil telefonu ona verməyi istəmiş, o, isə həmişəki kimi Hüseynlə danışmamasını, ağılsız hərəkətlərinə son qoymasını tələb etmişdir. Lakin Rəqsanə kimlə istəyirsə danışacağını, atasının və qardaşının onun işinə qarışa bilməyəcəyini bildirmişdir. Rəqsanənin bu sözlərinə əsəbiləşib onu öldürmək qərarına gəlmiş, həmin vaxt Rəqsanənin əynində olmuş qara rəngli gödəkçəyə uyğun üst geyiminin üzərindəki kəməri çıxarmış, Rəqsanə onun əsəbiləşdiyini və kəməri çıxardığını görüb “neyləmək istəyirsən, neyləmək istəyirsən” deyərək geriyə dönüb öz çarpayısına tərəf getmək istəyərkən həmin kəməri arxadan onun boynuna dolayıb möhkəm sıxaraq boğmağa başlamış, lakin Rəqsanə müqavimət göstərdiyinə görə onu ayaq üstə boğa bilməyəcəyini görüb onu üzüüstə yerə yıxıb boğmağa davam etmiş, təxminən 2-3 dəqiqə sonra Rəqsanənin hərəkət etmədiyini görüb onun öldüyünü bilmiş, bundan sonra həyəcanlı halda əsə-əsə otaqdan çölə çıxmış, tövlənin qarşısından evin girişinə tərəf gələn anası onun həyəcanlı olduğunu görüb nə olduğunu soruşmuş, o, cavab verənə kimi anası Nahidə Rəqsanənin otağına daxil olub onun boğazında kəmər olduğunu və hərəkətsiz qaldığını görüb qışqırmağa başlamış, anası həyəcanlı halda onun yanına gəlib niyə belə iş gördüyünü soruşmuş, o, da Rəqsanənin Hüseynlə danışmaq üçün telefon istədiyinə görə aralarında mübahisə yarandığını, buna görə Rəqsanəni boğduğunu bildirmişdir. Anası Nahidə ona “Niyə evimizi yıxdın” demiş, o, isə həyəcanlı halda evdən çıxaraq məscidə atasının yanına getmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində xx.xx.2023cü il tarixdə hazırda hüquqlarını müdafiə edən Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsi (İ cild, 140-143) məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özünü məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq şübhəli şəxs qismində verdiyi ifadəsinə uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən şübhəli və təqsirləndirilən şəxs qismində ifadəsində bildirdiyi halları 22 may 2023-cü il tarixdə ifadəsinin yerində yoxlanılması zamanı hadisə yerində bir daha təsdiq edərək törətdiyi cinayətin baş vermə mexanizmini göstərmişdir. (İ cild, 155-156) Həmçinin Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində xx.xx.2023-cü il tarixdə hazırda hüquqlarını müdafiə edən Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla təqsirləndirilən şəxs qismində vermiş olduğu əlavə ifadəsi (İ cild, 173-177) məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı əvvəl verdiyi ifadələrini qismən təsdiq etdiyini bildirmiş və göstərmişdir ki, 16 may 2023-cü il tarixdə, səhər saatlarında yuxudan oyandıqdan sonra o, valideynləri ilə birlikdə səhər yeməyi yemişdir. Rəqsanə isə həmin vaxt öz otağında olmuşdur. Atası Habil yemək yedikdən sonra yaşadıqları evə yaxınlıqda yerləşən məscid də işləməyə getmişdir. Atası tikintilərdə usta işləyərək ailələrini dolandırmışdır. Anası isə evdar qadındır. O, yemək yedikdən sonra evdə bir qədər vaxt keçirib daha sonra həyətə düşərək velosipedinin detallarını sökməyə başlamışdır. 16 may 2023-cü il tarixdə, saat 14 radələrində velosipedi tam sökdükdən sonra onu həmin vəziyyətdə qoyaraq yaşadığı evə getmişdir. O, evə gedib hazırlaşaraq atasının yanına getmək istəmişdir. O, üst-başını düzəltdikdən sonra Rəqsanənin hərəkətləri yadına düşdüyü üçün əsəbiləşdiyinə görə onun otağına getmişdir. O, otağın qapısını açıb içəri daxil olduqda Rəqsanənin öz çarpayısında yatdığını görüb onu boğaraq öldürmək qərarına gəlmişdir. Qeyd etmişdir ki, Rəqsanənin otağına getdiyi vaxt onu öldürmək fikri olmamışdır. Rəqsanənin hərəkətləri bir anlıq yadına düşdüyü üçün onun otaqda nə etdiyini öyrənmək üçün otağa getmişdir. Lakin, onun yatdığını, yəni boğacağı halda müqavimət göstərməyəcəyini, eləcə də atası Habil də evdə olmadığından ona mane olmayacağı üçün Rəqsanəni öldürmək qərarına gəlmişdir. Həmin vaxt Rəqsanənin otaqda yerdə olan qara rəngli şalvarı üzərindəki kəməri (qayışı) çıxarıb əlində tutaraq çarpayıya tərəf getmişdir. Kəmər təxminən 2-3 sm enində, 70-80 sm uzunluğunda idi. O, kəməri belə bağlanıldığı formada, yəni rezin hissəni metal hissənin içərisindən keçirib çarpayıya tərəf getmişdir. O, Rəqsanənin baş nahiyəsi tərəfdə dayanıb onun başını cəld hərəkətlə yuxarı qaldırıb kəməri ilgək formasında onun boynuna keçirmiş, daha sonra möhkəm formada kəməri sıxmağa başlamışdır. Həmin vaxt Rəqsanə bir dəfə ucadan qışqırmışdır. O, Rəqsanənin baş tərəfində dayanmışdır ki, o müqavimət göstərib çarpayıdan qalxa bilməsin. Rəqsanə müqavimət göstərsə də o, onu boğmağa davam etmişdir. Rəqsanə daha çox əlləri ilə boynundan kəməri açmaq istəmişdir. Rəqsanə ucadan səs çıxarmağa çalışsa da boğulduğu üçün qışqıra bilməmişdir. Təxminən 2-3 dəqiqə o, Rəqsanəni boğmağa davam etmişdir. Səs-küyə evin digər otağında olan anası Nahidə ora gəlmişdir. Nahidə otağa daxil olan kimi onu kənara itələdiyi üçün o, kəməri əlindən buraxmışdır. Həmin vaxt Rəqsanənin gözləri yarıyumulu vəziyyətdə olmuş, üzünün rəngi isə göyərmişdir. Anası Nahidə ona “Niyə evimizi yıxdın” deyərək həyəcanlı halda Rəqsanəyə kömək göstərməyə başlamışdır. O, Rəqsanənin boğazından kəməri açıb yerə atdıqdan sonra ona nəfəs veməyə çalışmışdır. O, isə bu vaxt otaqdan çıxmışdır. O da həmin vaxt həyəcanlı olduğu üçün evin dəhlizinə gedib divara söykənərək özünə gəlmək üçün bir qədər gözləmişdir. Həmin müddətdə anası Nahidə 1-2 dəfə mətbəxə gedib əlində qabda su tutmuş halda geri qayıtmışdır. O, anasının Rəqsanəyə onun özünə gəlməsi üçün yardım göstərdiyini fikirləşmişdir. Lakin, Rəqsanənin vəziyyəti barədə ondan heç nə soruşmamışdır. Anası da bu barədə ona heç nə deməmişdir. O, daha sonra evin içərisində olan krantda əl-üzünü yuyaraq evdən çıxıb məscidə atasının yanına getmişdir. O, evdən həyətə çıxdığı vaxt anasından mobil telefonununu istədiyi üçün anası evdən onun mobil telefonunu gətirib həyətdə ona vermişdir. O, telefonu götürdükdən sonra evdən çıxıb məscidə getmiş, anası isə həyət darvazasını içəridən bağlamışdır. Qeyd etmişdir ki, həmin vaxt anası ilə Rəqsanə barədə danışmamış, anası özü də bu barədə heç nə deməmişdir. O, evdən çıxdıqdan sonra əvvəlcə mağazaya gedərək oradan velosipedi rəngləmək üçün kiçik ölçü qara rəngli boya alıb məscidə atasıgilin yanına getmişdir. O, atasıgilin yanına getdikdə atasının orada babası Boyandur, əmisi Xəqani, Kamil adlı usta və bir neçə fəhlə ilə birlikdə işlədiklərini görmüşdür. O, atasına hadisə barədə demək istəsə də qorxduğu üçün heç nə deməmişdir. Orada olduğu vaxt təxminən saat 16 radələrində atası Habilin telefonuna zəng gəlmişdir. Atası telefona cavab verib danışdıqdan sonra bibisinin əri Zaurun ona zəng edərək Rəqsanəyə nəsə olduğunu demişdir. O, həmin vaxt həyəcanlı olduğu üçün hadisəni atasına deyə bilməmişdir. Telefonla danışdıqdan sonra atası Habil, əmisi Xəqani, babası Boyandurla birlikdə evə gəlmişlər. Evə çatdıqda həyətdə 10-15 nəfər şəxs olduğunu görmüşlər. Evə daxil olduqdan sonra atası Habil anasından nə baş verdiyini soruşsa da ətrafda adamlar olduğu üçün anası atasına Rəqsanənin özünü boğduğunu demişdir. O da atasına Rəqsanəni boğması barədə məlumat verməmişdir. Həmin vaxt yaşadıqları evə çoxlu sayda adam toplaşmışdır. O, törətdiyi cinayət hadisəsi ilə bağlı həyəcanlı olduğundan özünü pis hiss etdiyi üçün atası ona insanların içində dayanmamasını demişdir. Atası isə elə düşünmüşdür ki, o, Rəqsanənin ölümünə görə həyəcanlıdır. O da buna görə həyətlərinin aşağı tərəfinə gedib orada gözləmişdir. Bir qədər sonra yaşadıqları evə polis əməkdaşları gəlmişdir. O, həmin vaxt onların gəlməsini kənardan görmüşdür. Polislərin gəlməsindən sonra daha da həyəcanlandığı üçün onlarla qonşuluqda yaşayan bibisigilə getmiş, onların həyətindən öz həyətlərinə baxmışdır. Sonradan bilmişdir ki, bacısının meyitini avtomobilə qoyub morqa aparmışlar. Həmin gün axşam bacısının meyiti yaşadıqları evə gətirildikdən sonra onu dəfn etmişlər. Həmin gün hər kəsin başı dəfn işlərinə qarışmışdır. Ertəsi gün anası Nahidə atasını başqa otağa keçirib ona təklikdə Rəqsanəni boğub öldürməsi barədə məlumat vermişdir. Atası otaqdan çıxdıqdan sonra yanına gəlib niyə belə etdiyini soruşub “bacın torpağa, sən də türməyə gedəssən” demişdir. O isə Rəqsanənin hərəkətlərinə və sözlərinə dözə bilmədiyi üçün onu boğaraq öldürdüyünü bildirmişdir. Qeyd etmişdir ki, onlar əvvəlcə onun həbs olunacağından qorxaraq hadisə barədə düzgün məlumat verməmişlər. Törətdiyi cinayət əməlindən peşmandır. Sonradan bilmişdir ki, anası Nahidə və nənəsi Sürəya o, hadisəni törətdikdən sonra Rəqsanənin boynundakı xəsarətin görünməməsi üçün onun boynuna turşu vurmuşlar. Nənəsi də həmin gün anası Nahidədən Rəqsanəni onun boğduğunu öyrənmişdir. Atası Habil isə onun Rəqsanəni boğduğu kəməri həyətdə yandırmışdır. Təqsirləndirilən şəxs elan edilmiş ifadəsinin bir hissəsini düz yazdığını, hadisə ilə bağlı yazılanların isə səhv yazıldığını, buna görə təsdiq etmədiyini bildirmişdir. Ona hədə qorxu gəldikləri, döydükləri üçün belə ifadə vermişdir. Onu Tural adlı polis əməkdaşı vurmuşdur. İfadə verərkən müdafiəçisi yanında olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X19 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. 16 may 2023-cü il tarixdə səhər saatlarında məscidə beton tökmək üçün getmişdir. Həmin gün Məhəmməd də evdə olmuş, velosipedini təmir etmişdir. Məsciddə iş görərkən oğlu Məhəmməd də həmin yerə gəlmiş, əlində qara rəngli kraska olmuşdur. Məhəmməd onun yanında olarkən yeznəsi Zaur ona zəng edərək təcili evə gəlməsini istəmişdir. Buna görə də narahat olub Məhəmmədlə birlikdə evə getmişdir. Evə çatdıqda həyətlərində adamların və təcili tibbi yardım maşınının olmasını görmüş, həmin vaxt da qızı Rəqsanənin vəfat etdiyini bilmişdir. Dəfn işləri ilə məşğul olduqdan sonra 19 mayda evinə bir maşın gəlmiş, gələn şəxslər Məhəmmədi aparıb dindirəcəklərini deyib Məhəmmədi aparmışlar. Bundan sonra 5 aydır ki Məhəmmədi qanunsuz həbs etmişlər. Sonradan Məhəmmədlə danışarkən sonuncu onu polislərin işgəncə ilə, atasını tutacaqları ilə hədələdiklərini, buna görə də bacısını öldürməsi barədə ifadə verdiyini bildirmişdir. Məhəmməd qorxduğu üçün belə ifadə vermişdir. Hətta Tural adlı şəxs onu da şöbəyə aparıb döymüşdür. Qızı Rəqasənəyə telefonla danışmağa şərait yaratmış, lakin boş vaxt itirdiyini ona başa salmağa çalışmışdır. Qızı hər dəfə həmin oğlanla danışdıqdan sonra həmin oğlanın elçi gələcəyini desə də həmin oğlan gəlməmiş, buna görə də qızı narahatçılıq keçirmişdir. Onun oğlu Məhəmməd günahsızdır. Habil Şahbazov ona verilən suallara cavab olaraq bildirmişdir ki, onun evi 13x8 metr ölçüdə ev olmaqla iki yataq otağı, mətbəx və qonaq otağından ibarətdir. Hadisə vaxtı həyat yoldaşı Nahidə evdə olmuşdur. Rəqsanə onun evində olduğu vaxt demək olar ki, otaqdan çölə çıxmamışdır. Rəqsanənin hansı formada ölməsi ilə bağlı həyat yoldaşından soruşduqda sonuncu Rəqsanənin özünü öldürdüyünü bildirmiş, lakin hansı formada özünü öldürdüyünü ona deməmişdir. Həmçinin yoldaşı kəməri ona göstərərək Rəqsanənin həmin kəmərlə özünü öldürdüyünü bildirmiş, sonra həmin kəməri həyətə atmış, həyəti təmizləyən şəxslərdən kimsə kəməri təndirə atıb yandırmışdır. Kəmər qara rəngli olmaqla Rəqsanəyə məxsus olmuşdur. Rəqsanə əvvəllər özünə xəsarət yetirməsə də onun özünü öldürmək fikrində olmasını hiss etmişdir. Rəqsanə telefonla danışanda rahat olmuş, danışmadığı halda pis olmuşdur. Hadisə baş verən gün Məhəmməd onun yanında olmuşdur. Polis şöbəsində onu Məhəmməd tutulan gün döymüşlər, lakin o, Rəqsanənin ölümündən məlumatının olmadığını bildirmişdir. Prokurorluqda dindirilərkən onun yanında müstəntiqdən başqa heç kim olmamışdır. Qızı Rəqsanə də hesab edir ki, psixi pozuntu olmuşdur. Belə ki, qızına paltar almağı, saçını düzəltdirməyi təklif etsə də qızı sanki öz aləmində olmuşdur. Rəqsanə özünü öldürmüşdür. Məscidə səhər saat təxminən 8-də getmiş, nahar vaxtı Məhəmməd də onun yanına gəlmişdir, lakin saatı xatırlamır. X25 hardansa özünü asmasını deməmiş, çarpayıda uzanmış vəziyyətdə boğazında kəmər olduğunu gördüyünü bildirmişdir. Rəqsanə özü-özünü boğaraq öldürmüşdür. Zərərçəkmiş şəxsin hüquqi varisi X33 Təqsirləndirilən şəxs bu hadisəni törətmədiyini, buna görə ona bəraət verilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən (zərərçəkmiş şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş X10 ibtidai araşdırma zamanı müvafiq olaraq 30 may 2023-cü il tarixdə zərərçəkmiş şəxs qismində verdiyi ifadəsində məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq göstərmişdir ki, qızı Rəqsanə onlarla birlikdə yaşamağa başladıqdan sonra ona və digər ailə üzvlərinə internet vasitəsilə əslən İraqlı olan və orada yaşayan Hüseyn adlı bir oğlanla tanış olduğunu, həmin oğlanla arasında sevgi münasibəti olduğunu, onunla evlənmək istədiyini bildirmişdir. O, oğlu Məhəmməd, eləcə də arvadı Nahidə Rəqsanəyə bunun mümkün olmadığını demişlər. O, Rəqsanəni yaşadığı evə gətirdiyi gün onun mobil telefonunu əlindən alıb sındıraraq odun sobasına atmışdır. Həmin vaxtdan sonra demək olar ki, hər gün Rəqsanə İraqda yaşayan Hüseynlə evlənmək istədiyini, onun Azərbaycana, yaşadıqları Cəlilabad rayonuna gələrək onu İraqa aparacağını demişdir. Bundan başqa, Rəqsanə gizlincə onun, Nahidənin və oğlu Məhəmmədin telefonunu götürərək İraqda yaşayan Hüseyn adlı şəxslə danışmışdır. Bununla bağlı demək olar hər gün aralarında mübahisə olmuşdur. Qeyd etmişdir ki, Hüseyn Türk dilində danışmış və buna görə də onun danışığını başa düşmüşlər. O və ailə üzvləri Rəqsanənin bu hərəkətlərindən bezmişlər. Onlar Rəqsanəyə dəfələrlə ağılsız hərəkətlər etməməsini, həmin oğlanın onun ardınca Azərbaycana gəlməyəcəyini, gəldiyi halda belə onun həmin şəxslə evlənərək ölkədən getməsini istəmədiklərini demişlər. Lakin, Rəqsanə hər gün ağlayaraq ona yalvardığı üçün o, məcbur qalaraq həmin oğlanla danışacağını bildirmişdir. Bundan sonra Rəqsanə onu öz telefonunda olan “WhAtsapp” proqramı vasitəsilə özünü Hüseyn kimi təqdim edən oğlanla danışdırmışdır. Hüseyn isə +**********360, +**********847, +**********341 mobil telefon nömrələri ilə “WhAtsapp” proqramında qeydiyyatdan keçmiş və həmin nömrələrlə Rəqsanə ilə əlaqə saxlamışdır. O, istəmişdir ki, Rəqsanəni aldadıb onu fikrindən daşındırsın. Hüseyn həmin vaxtdan sonra tez-tez ona zəng edərək Azərbaycana gəlib Rəqsanə ilə evlənəcəyini demişdir. O, isə hər dəfə ona Azərbaycana gəlməməsini, Rəqsanəni ona verməyəcəklərini demişdir. Sonradan isə bir nəfər ona zəng edərək İraqda yaşayan Hüseynin dostu olduğunu, özünün Bakı şəhərində yaşadığını, Hüseynin Azərbaycan gələ bilmədiyi üçün Cəlilabad rayonuna gələrək Rəqsanəni İraqa aparmaq istədiyini demişdir. O, isə buna etiraz edərək həmin şəxsə Cəlilabada gəlməməsini və onları rüsvay etməməsini demişdir. Həmin şəxsin adını və telefon nömrəsini bilmir. Lakin, Rəqsanə bunu bildikdən sonra onlardan narazı qalaraq ondan Hüseynin dostunun onu İraqa aparmasına icazə verməsini tələb etmişdir. O, oğlu Məhəmməd və arvadı Nahidə Rəqsanəyə həmin şəxslərin onu aldatdıqlarını, həmin şəxslərə inanıb gedəcəyi halda yaşadıqları ərazidə və tanışlar içərisində rüsvay olacaqlarını demişlər. Lakin, Rəqsanə onların sözlərinə əhəmiyyət verməmiş, həmin şəxslə birlikdə İraqda yaşayan Hüseynin yanına gedəcəyini bildirmişdir. Son vaxtlar isə Rəqsanə, tez-tez onun, oğlu Məhəmmədin və arvadı Nahidənin telefonunu götürüb öz otağında onlara əhəmiyyət vermədən Hüseyn adlı oğlanla danışmışdır. Rəqsanənin bu hərəkəti onları əsəbiləşdirmişdir. Onlar hər dəfə Rəqsanəyə onları boğaza yığdığını, onu və qardaşını kişi kimi saymadığını, onları el içində rüsvay edəcəyini demişlər. Lakin, Rəqsanə dediklərinə əhəmiyyət verməmişdir. O, Rəqsanəyə telefon vermədikdə isə Rəqsanə öz həyatına qəsd edərək özünü öldürəcəyini demişdir. Hətta iki dəfə Rəqsanə sol qolunu kəsmişdir. Lakin, həmin vaxt Rəqsanə onları qorxutmaq üçün qolunu üzdən kəsdiyi üçün onun səhhətində hər hansı problem olmamışdır. Onlar rüsvay olacaqlarını düşünüb Rəqsanənin bu hərəkəti barədə hüquq-mühafizə orqanlarına məlumat verməmişlər. Onlar da məcbur qalaraq ona telefon vermişlər. Lakin, Rəqsanə saymazyana öz otağında onlar eşidə-eşidə oğlanla danışmışdır. O da, Məhəmməd də Rəqsanəyə belə hərəkətlər etməməsini demişlər. Məhəmməd də dəfələrlə ona və Rəqsanənin özünə də onun hərəkətlərinə dözə bilmədiyini demişdir. Habil Şahbazov həmçinin, ifadəsində göstərmişdir ki, Almaniya Federativ Respublikasında yaşayan qardaşı Xəqani 2023-cü ilin may ayının əvvəllərində yaşadıqları Cəlilabad şəhərinə gəlmişdir. Xəqani xeyriyyə məqsədilə evlərinin yaxınlığındakı məscidin həyətinə beton tökdürmüşdür. O, da usta olduğu üçün orada beton tökülməsində köməklik edəcəkmiş. Onlar 16 may 2023-cü il tarixdə beton tökməyi planlaşdırmışlar. 16 may 2023cü il tarixdə, səhər saatlarında yuxudan oyandıqdan sonra səhər yeməyi yemişdir. Həmin vaxt Məhəmməd və Rəqsanə öz otaqlarında yatmışdır. O, yemək yedikdən sonra yaşadıqları evə yaxınlıqda yerləşən məscidə işləməyə getmişdir. Arvadı Nahidə isə evdə iş görmüşdür. O, 16 may 2023-cü il tarixdə saat 16 radələrinədək məsciddə iş görmüşdür. Həmin vaxt məsciddə o, Xəqani, atası Boyandur, usta Kamil və bir neçə fəhlə olmuşdur. Anası Sürəya həmin gün saat 15 radələrində evdə bişirdiyi xörəyi onların yeməsi üçün məscidə gətirmişdir. Anası yeməyi məscid də işləyən qadına verdikdən sonra arvadı Nahidəyə dəymək üçün onun yaşadığı evə getmişdir. Qeyd etmişdir ki, Nahidə bir gün əvvəl zəhərlənmişdir. Anası yeməyi gətirdikdən sonra məscid də işləyən qadın isidib onlara vermişdir. Onlar yemək yedikdən sonra işləməyə başlamışlar. Həmin gün saat 16 radələrində oğlu Məhəmməd məscidə gəlmişdir. Məhəmməd yenicə çatmışdır ki, bacısı Günayın əri Zaur ona zəng edərək təcili evə gəlməsini bildirmişdir. O, da bundan sonra öz avtomobili ilə yaşadığı evə getmişdir. Oğlu Məhəmməd də onunla birlikdə evə getmişdir. O, evə çatdıqda evə və həyətə çoxsaylı şəxslər toplaşdığını və evdən ağlaşma səsləri gəldiyini eşitmişdir. O, evə daxil olduqdan sonra qızı Rəqsanənin öldüyünü bilmişdir. Həmin gün evdə olmuş arvadı Nahidə və anası Sürəya Rəqsanənin özünü boğaraq öldürdüyünü demişlər. Bunda başqa, qızı əvvəllər özünü öldürmək istədiyi üçün də o da onların sözünə inanmışdır. Həmin vaxt yaşadığı evə çoxlu sayda adam toplaşmışdır. Bir qədər sonra yaşadığı evə təcili tibbi yardım maşını gəlmişdir. Sonradan bilmişlər ki, Rəqsanənin ölməsi barədə Zaura məlumat verdikdən sonra o, təcili yardıma zəng etmişdir. Təcili yardım həkimi Rəqsanəni müayinə edib onun artıq ölmüş olduğunu bildirmişdir. Həmin həkim onlardan Rəqsanənin boğazındakı xəsarəti hansı şəraitdə yarandığını soruşsa da ona həqiqəti deməmişlər. Təcili yardım həkimi getdikdən sonra Rəqsanənin meyitini otağından götürüb qonaq otağında yerdə uzatmışlar. Daha sona polis və prokurorluq əməkdaşları da yaşadığı evə gəlmişlər. Şifahi sorğu və ilkin izahatlarında hadisə barədə düzgün məlumat verməmişlər. Daha sonra Rəqsanənin meyiti morqa aparılaraq müayinə edilmişdir. Daha sonra Rəqsanənin meyiti onlara təhvil verilmiş və onlar onun meyitini dəfn etmişlər. Hadisə günü axşam arvadı Nahidə ona qara rəngli bir ədəd qadın kəməri göstərib Rəqsanənin özünü həmin kəmərlə boğduğunu demişdir. O, da özünü pis hiss edərək həmin kəndiri aparıb həyətdəki yardımçı tikilidə olan təndirdə yandırmışdır. Ertəsi gün Nahidə ona Məhəmmədin Rəqsanəni boğaraq öldürməsi barədə məlumat vermişdir. Həmin vaxta qədər onun bundan məlumatı olmamışdır. O, bu barədə bildikdən sonra oğlu Məhəmmədin həbs olunacağından qorxaraq bu barədə hüquqmühafizə orqanlarına məlumat verməmişdir. Sonradan Məhəmməd hadisə günü Rəqsanənin öz çarpayısında uzandığı yerdə ondan Hüseynlə danışmaq üçün telefonunu istədiyini, o, da bundan əsəbiləşərək Rəqsanənin otaqdakı şalvarının üzərindəki qara rəngli bel kəmərini götürüb onun boğazına dolayıb boğaraq öldürdüyünü demişdir. Təqribən 20 may 2023-cü il tarixə kimi hadisə barədə o, Məhəmməd, Nahidə, anası Sürəyadan başqa digər şəxsin məlumatı olmamışdır. Əlavə olaraq qeyd etmişdir ki, yaşadığı həyətdən əvvəllər oğurluq olduğu üçün təxminən 2023-cü ilin fevral və ya mart ayında yaşadığı evdə kamera quraşdırmışdır. Həmin kameranı onlara Xəqani Almaniyadan gətirmişdir. Bundan başqa, həmin kameraya Məhəmməd öz telefonunda baxmışdır. Xəqani və Almaniyada yaşayan digər qardaşı Nizami də Almaniyadan internet vasitəsilə həmin kameranın görüntülərinə baxa bilmişdir. Hadisə baş verən gün yaşadığı evə gəldikdən sonra o, qardaşı Nizaminin kameradan evdə baş verənləri görə biləcəyini düşünüb kameranı açdırmışdır. Lakin, hadisə baş verən vaxt da daxil olmaqla 16 may 2023-cü il, axşam saatlarına qədər qeydə alınmış görüntülər kameranın üzərində olan yaddaş kartında olmuşdur. Qeyd etmişdir ki, Almaniyada yaşayan qardaşı Xəqani və dayısı Şahid3 Məhəmmədin tutulmasından sonra yaşadığı evdə olan görüntü kamerasında 16 may 2023-cü il tarixdə qeydə alınmış görüntülərə baxmışlar. Fariz həmin görüntü kamerasında olan görüntülərə baxdıqdan sonra onlara Məhəmmədin 16 may 2023-cü il tarixdə, saat 14 radələrində evə daxil olduqdan 1-2 dəqiqə sonra Rəqsanənin qışqırıq səsinin gəldiyini eşitdiyini bildirmişdir. Lakin, onun ürəyi tab gətirməyəcəyi üçün Fariz həmin görüntünü ona göstərməmişdir. Qeyd etmişdir ki, 19 may 2023-cü il tarixdə o, da kameraya baxmışdır. Lakin, o yalnız ona məlumat verildikdən sonra evə gəldiyi vaxtlara baxmışdır. Qeyd etmişdir ki, qardaşı Xəqani, atası Boyandur xəstə qardaşı Nizaminin 16 may 2023-cü il tarixdə baş verənləri görməməsi üçün həmin günki görüntüləri silmək istəmişdir. Lakin, həmin görüntülərin silinib-silinməməsi barədə məlumatı yoxdur. X14 əxlaqa və mentalitetə uyğun olmayan hərəkətlərinə dözməyərək onu kəmərlə boğaraq öldürmüşdür. Zərərçəkmiş şəxs Habil Şahbazov ifadəsi elan olunduqdan sonra həmin ifadəni təsdiq etmədiyini, müstəntiq tərəfindən ona hədə-qorxu gəlindiyi üçün, eləcə də yanında mütəxəssis olmadığı üçün ifadə də nə yazıldığını bilmədən həmin ifadəni imzaladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 16 may 2023-cü il tarixdə səhər saatlarında yoldaşı Habil iş görmək üçün məscidə getmişdir. Uşaqları isə hərəsi bir otaqda yatmışlar. Az sonra Məhəmməd yuxudan oyanıb həyətə düşmüş, velosipedini düzəltməklə məşğul olmuşdur. Günorta saatlarında o, Məhəmmədi yemək yeməyə çağırmış, Məhəmməd də çölə çıxıb kraska alacağını və sonra atasının yanına gedəcəyini bildirmişdir. O, Məhəmmədə ac getməməyi, yemək yedikdən sonra getməyi təklif edib onu evə çağırmış, lakin Məhəmməd yemək istəmədiyini bildirmişdir. Az sonra Məhəmməd evin qapısından evə girmiş, həmin vaxt xəmir etdiyindən əli yağlı olmuş, buna görə də evin içində olan əl-üz yuma yerində əlini yumağa başlamışdır. Bu zaman Məhəmməd qapıdan evin içinə keçmişdir. Onun əli pendirli olmuş, o pendir yeməmiş, uşaq əlini onda tutduqda o, “ımmm” deyə səs çıxarmışdır. Həmin vaxt Rəqsanə də hamamda çimmiş, otağında olmamışdır. Məhəmməd ondan pul istəmiş, o, pulqabısına baxdıqda pul olmadığını görüb Məhəmmədə demiş, Məhəmməd də evdən çıxıb getmişdir. Az sonra qızı Rəqsanə də hamamdan çıxmış, bu zaman qapının zəng çalınmış, Rəqsanədən qapını açmağı xahiş etmiş, sonuncu isə “cərə gəlib cəhənnəmə gəliblər” deyib baldızının qapısını açmamış, buna görə də qapını özü gedib açmışdır. Baldızı Günay ondan qazan istəmiş, səhərsi gün qızına nişan edəcəyini bildirmişdir. Biraz söhbət edib çıxıb getmişdir. Az sonra qaynanası da gəlmiş, içəri girməsə də pilləkəndə oturu söhbət etmişlər, qaynanasının təzyiqini ölçmüşdür. Bundan sonra çay gətirmək üçün evə gedəndə qızını görüb qışqırmış, qaynanasına da demişdir. Qızını çarpayının üstündə , boynunda kəmər özündə olmadığını görmüş, qaynanasına “axır ki dediyin elədi, özünü öldürdü” demişdir. Qaynanası ilə birlikdə kəməri Rəqanənin boğazından çıxarmışlar. Rəqsanə özünü heç yerdən asmamışdır. Telefonu qızında olduğundan telefonunu tapa bilməmişdir. Rəqsanə onun telefonu ilə iraqlı oğlanla danışmışdır. Həmin gün Rəqsanə zirzəmiyə girmiş, onu oradan çıxarıb gətirmişdir. Rəqsanəni boğazında kəmərlə görən vaxt bədəni isti olmuş, buna görə hesab etmişdir ki, Rəqsanə yenicə özünü boğmuşdur. Bundan sonra həyətə düşüb qonşusu Zaura Habilə zəng etməyi xahiş etmişdir. Rəqsanənin boğazından açdığı kəməri yerə atmış, sonradan kəmərin harada olmasını bilməmişdir. 19 may da Məhəmmədi polis şöbəsinə aparmışlar. 21 may da isə onu da aparıb dindirmişlər. Həmin vaxt həyətlərində kamera olduğunu demişdir. Müstəntiq onun dedikləri halda Məhəmmədi buraxacağını bildirdiyindən, müstəntiqin dediklərini demiş, guya Məhəmmədin Rəqsanəni boğduğunu gördüyünü bildirmişdir. 22 may da onu yenidən çağırıb Məhəmmədin Rəqsanəni yatanda öldürməsini tələb etmişlər, o, bunu demədikdə Məhəmmədi öldürməklə onu hədələmişlər, buna görə də onların dediklərini demişdir. Həmçinin ona qarşı edilənləri heç kimə deməməyi də ondan tələb etmişlər. Rəqsanə intihar etmiş, Məhəmməd onu öldürməmişdir. Həmçinin sonradan sənədlərə imza çəkmədiyi halda onu və yoldaşını da tutacaqları ilə hədələmişlər, buna görə də ifadələrinə imza çəkmişdir. Onun qızı 7 il nənəsigildə qalmış, həmin vaxt Hüseyn adlı şəxs onunla tanış olmuşdur. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Rəqsanə 1 il 6 ay idi ki, Hüseyn adlı şəxslə danışmışdır. Rəqsanənin telefonu partladığından atası sobaya atmış, buna görə də Rəqsanə onun telefonu ilə Hüseynlə daşımışdır. Rəqsanə 15 mayda da, 16 mayda da Hüseynlə danışmışdır. Hüseyn onu aldatdığı üçün Rəqsanə özünü öldürmüşdür. Qızının Hüseynlə danışmasına şərait yaratdıqları halda Rəqsanənin özünü öldürməsinə səbəb Hüseynin Cəlilabad rayonuna gəlməməsi olmuşdur. Rəqsanənin əvvəl də özünü öldürmək istəməsini bilmiş, daim onu nəzarətdə saxlamışlar. Müstəntiq Pərviz onu müxtəlif sözlərlə, namusu ilə hədələmişdir. Ondan gecə saatlarında ifadə alınmış, həmin vaxt otaqda müstəntiqdən başqa heç kim olmamışdır. Pərviz həmçinin onu hədələmişdir ki, ifadə verməyə məcbur edilməsi barədə heç kimə deməsin, buna görə də başına gələnləri nəinki vəkilə, hətta ailə üzvlərinə də deməmişdir. Həmin günü qızına elçi gəlməli olmuş, lakin kimin elçi gələcəyini bilməmişlər, həmin adamı tanımamışlar. Rəqsanə boğazındakı kəməri heç bir yerə bərkitməmişdir. Rəqsanənin boğazına alça turşusu vurmuşlar ki, Rəqsanənin özünü asdığını qonşulardan gizlətsinlər ki, biabır olmasınlar. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid1 ibtidai araşdırma zamanı 20 may 2023-cü il tarixdə verdiyi ilkin izahatı və şahid qismində ifadəsi, eləcə də 24 may 2023-cü il tarixdə videoçəkilişdən istifadə edilməklə verdiyi ifadəsində məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq göstərmişdir ki, 16 may 2023-cü il tarixdə, səhər saatlarında yuxudan oyandıqdan sonra Habil səhər yeməyi istəmişdir. Həmin vaxt uşaqları öz otağında yatmışlar. Qızı Rəqsanə evin girişdən sol tərəfdə yerləşən qonaq otağına daxil olduqda sağdan axırıncı, yəni ikinci otaqda, oğlu Məhəmməd isə evin girişi ilə üzbəüz yerləşən otaqda qalmışdır. Habil yemək yedikdən sonra yaşadıqları evə yaxınlıqda yerləşən məsciddə işləməyə getmişdir. O, isə əvvəlcə tövlədə və həyətdə, sonra isə evdə günlük işlərini görmüşdür. Məhəmməd səhər yuxudan oyandıqdan sonra yemək yeyib həyətə düşərək öz velosipedini sökməyə başlamışdır. Məhəmməd velosipedini rəngləmək istədiyi üçün onu sökmüşdür. Qeyd etmişdir ki, səhər saatlarında Məhəmməd mağazaya gedərək velosipedi rəngləmək üçün rəng almışdır. Rəqsanə isə demək olar ki otağında olmuş, yalnız bəzi vaxtlarda ayaqyoluna getmişdir. Rəqsanə səhər və ondan sonra yemək yeməmişdir. Məhəmməd 16 may 2023-cü il, günorta saatlarına qədər velosipedi sökməklə məşğul olmuşdur. 16 may 2023-cü il, saat 14 radələrində Rəqsanənin otağından qışqırıq səsləri gəldiyini eşitmişdir. İlk olaraq Rəqsanənin qışqırığını eşitsə də, sonradan Məhəmmədin əsəbi formada danışdığını eşitmişdir. O, bundan sonra Məhəmmədin Rəqsanəni döydüyünü düşünüb Rəqsanənin otağına getmişdir. Rəqsanənin otağına daxil olduqda Məhəmmədin Rəqsanəni kəmərlə boğduğunu görmüşdür. Həmin vaxt Rəqsanə baş tərəfi pəncərəyə, ayaqları qapıya tərəf öz çarpayısında uzanmış, Məhəmməd isə sol dizini Rəqsanənin qarnına qoyaraq sağ ayağını isə çarpayıya söykənmiş vəziyyətdə hər iki əli ilə qadın bel kəməri ilə Rəqsanəni var gücü ilə boğmuşdur. O, bunu görüb Məhəmməd “sən neynirsən bala” dedikdə, Məhəmməd cavabında “küçüyünü öldürürəm, daha canımız ondan qurtaracaq” demişdir. O, isə cəld Məhəmmədi kənara itələmişdir. Bundan sonra Məhəmməd kəməri buraxmışdır. O, bundan sonra kəməri Rəqsanənin boynundan çıxarıb yerə atmışdır. Qeyd etmişdir ki, kəmər təxminən 1-2 sm enində, 70-80 sm uzunluğunda olmuşdur. Həmin vaxt Rəqsanə zəif şəkildə nəfəs almış, lakin özündə olmamışdır. Belə ki, Rəqsanənin gözləri yarıyumulu vəziyyətdə olmuş, sanki onun gözləri axmış və gözlərinin rəngi dəyişilmiş, üzünün rəngi isə göyərmişdir. Qeyd etmişdir ki, o, Məhəmmədi kənara itələdikdən sonra sonuncu, otaqdan çıxmışdır. O, dərhal Rəqsanənin dodaqlarını çətinliklə aralayıb ona süni nəfəs vermişdir. Bundan sonra Rəqsanə dərindən nəfəs alaraq gözlərini tam açıb yummağa başlamış, getdikcə Rəqsanə daha yaxşı nəfəs almağa başlamışdır. O, Rəqsanənin nisbətən yaxşı nəfəs aldığını və onun vəziyyətinin düzəldiyini görmüşdür. Lakin, nə qədər danışdırmağa çalışsa da Rəqsanə danışa bilməmişdir. Rəqsanə yavaşyavaş sanki özünə gəlmişdir. Rəqsanənin vəziyyətinin nisbətən düzəldiyini görüb onu öz çarpayısında oturdub kürəyini divara söykəmişdir. Daha sonra otaqdan çıxaraq Məhəmmədi axtardıqda onun ayaqyolunda olduğunu görmüşdür. Bundan sonra o, çörək bişirdiyi üçün mətbəxə keçmişdir. O, geri qayıtdıqda Məhəmmədin qonaq otağında əvvəlcədən onun üçün qoyduğu toyuq ətindən ayaqüstə yediyini görmüşdür. O, Məhəmmədi görüb niyə belə etdiyini demişdir. Məhəmməd isə ona acıqlı cavab verərək “bir də mənim yanımda küçüyün adın çəkmə” demişdir. Bundan sonra Məhəmməd ona atası Habilin yanına məscidə getdiyini deyib həyətə düşmüşdür. Həyətə düşdükdən sonra Məhəmməd onu çağırıb telefonunu istəmişdir. O, telefonu Məhəmmədə verdiyi vaxt Məhəmməd velosipedi üçün boya almaq istədiyini bildirdikdə ondan pulu olub-olmadığını soruşmuşdur. Məhəmməd isə ona pulu olduğunu dedikdə o, bir daha ondan pulun çatıbçatmayacağını soruşmuşdur. Məhəmməd isə ona pulunun çatacağını bildirmişdir. Məhəmməd həyətdən çıxdıqdan sonra o, həyət darvazasını içəridən bağlayıb evə daxil olub Rəqsanənin otağına getmişdir. Otağa daxil olduqda Rəqsanənin çarpayıda uzandığını və qəribə şəkildə ətrafda ora-bura baxdığını görmüşdür. O, əlini Rəqsanənin alnına qoyub ondan su və ya çay istəyib-istəmədiyini soruşmuş, Rəqsanə isə başı ilə istəmədiyini işarə etmişdir. O, bundan sonra Rəqsanəni qaldırıb evin girişindəki dəhlizə gətirmişdir. Orada Rəqsanəni yerdə oturdub kürəyini divara söykəmişdir. Daha sonra mətbəxə gedib su gətirmişdir. O, stəkanda olan suyu Rəqsanənin ağzına aparsa da qızı ağzını açaraq sudan içməmişdir. O, həmin sudan Rəqsanənin üzünə vurmuşdur. Həmin vaxt Rəqsanə tam özündə olmasa da, lakin onun vəziyyətinin nisbətən düzəldiyini hiss etmişdir. Rəqsanə adətən çay içdiyi üçün ona çay gətirmək üçün mətbəxə keçmişdir. O, mətbəxdən geri qayıtdıqda Rəqsanənin dəhlizdə olmadığını görüb stəkanı yerə qoyub əvvəlcə evin otaqlarına baxmışdır. Sonra Rəqsanənin evdə olmadığını bilib dəhlizdən çölə çıxmışdır. Evin girişində tövlə tərəfə, samanlığa baxaraq Rəqsanəni səsləmişdir. Rəqsanənin samanlıqda və həyətdə olmadığını görüb onun evin zirzəmisində ola biləcəyini düşünüb ora getmişdir. Zirzəminin girişində qapı olmadığı üçün ora asdığı palazı qaldırdıqda Rəqsanənin zirzəminin girişinə yaxın kərpicin üzərində oturub qeyri-normal formada ətrafda ora-bura baxdığını görmüşdür. O, Rəqsanəyə çölə çıxmasını desə də gəlmədiyi üçün o, içəri keçib onun əlindən tutaraq çölə çıxarmışdır. O, Rəqsanəni çölə çıxardıqdan sonra sonuncu, onun əlini kənara itələyib özü pilləkənlə evin girişinə qalxmışdır. Rəqsanə içəri daxil olduqdan sonra o, da onun ardınca evə daxil olub onu öz otağına aparmışdır. Rəqsanəni öz çarpayısına uzadıb yenidən çay istəyib-istəmədiyini soruşmuşdur. Rəqsanə isə yenidən başı ilə istəmədiyini işarə etmişdir. O, bundan sonra onun üzərinə qurşağa qədər adyal örtüb mətbəxdəki işlərini görüb gələcəyini bildirmişdir. Qeyd etmişdir ki, həmin müddət ərzində Rəqsanə boynunun ön və arxa tərəfini ovuşdurmuşdur. O, bundan sonra mətbəxə keçib elektrik sobasında bişirdiyi çörəyi çıxarıb təzə kündə qoymuşdur. Bir qədər də sonra yenidən Rəqsanəyə baxmağa getdikdə həyət darvazasının döyüldüyünü eşitmişdir. O, həyətə düşüb darvazanı açdıqda baldızı Günayın gəldiyini görmüşdür. Günay onunla görüşüb nişan mərasimdə yemək bişirmək üçün qazan altdığı lazım olduğunu bildirmişdir. O, isə Günaya onlarda qazan altdığı olmadığını bildirmişdir. Günayla bir qədər söhbət etdikdən sonra o, həyətdən getmişdir. Qeyd etmişdir ki, ertəsi gün Günayın qızının nişanı olacaqdı. Günay getdikdən sonra həyət darvazasını bağlayıb yenidən evə daxil olmuşdur. Evə daxil olduqdan sonra Rəqsanənin otağına getmişdir. Həmin vaxt Rəqsanənin əvvəlki vəziyyətdə ətrafa baxdığını görmüşdür. O, Rəqsanədən “Yaxşısan” deyə soruşduqda sonuncu ona başı işə yaxşı olduğunu işarə etmişdir. O, bundan sonra yenidən mətbəxə keçib çörəyə baxmışdır. Çörək hələ tam bişmədiyi üçün mətbəxdə digər işlərini görmüşdür. Daha sonra dəhlizə çıxmışdır. Həmin vaxt evin qapı zənginin çalındığını eşitmişdir. O, dəhlizdən çölə çıxıb qayınanası Sürəyanın gəldiyini bildikdən sonra ona gəldiyini deyib mətbəxdə çörəyi çıxarıb elektrik sobasını söndürmüşdür. Daha sonra həyətə düşüb darvazanı açmışdır. Sürəya gəldikdən sonra pilləkənlə yuxarı qalxıb dəhlizə keçmişlər. Həmin müddətdə qayınanası ilə özünün xəstələnməsi və Rəqsanə barədə danışmışlar. Dəhlizə daxil olduqları vaxt Rəqsanə dəhlizdə yerdə oturmuş və kürəyini divara söykəmişdir. Sürəya Rəqsanəni görüb ona nə olduğunu soruşduqda o, X15 kəmərlə boğduğunu, həmin vaxt Rəqsanənin ağlının başından çıxdığını, lakin, sonradan ayıldığını demişdir. Həmin vaxt Sürəya Rəqsanəni danışdırmağa çalışsa da o, danışa bilməmişdir. Rəqsanə həmin vaxt qeyri-normal formada ətrafda ora-bura baxmışdır. Onun üzünün rəngi azacıq göyərmiş, gözləri axmışdır. Qeyd etmişdir ki, həmin vaxt Rəqsanənin boynunda boğulma izi, eləcə də öz boyunbağıları da olmuşdur. O, Sürəya ilə Rəqsanənin üzünə, boynuna və ayağına su vurmuşlar. Bir qədər sonra o, Rəqsanəni aparıb öz çarpayısına uzadıb Sürəyanın təzyiqini ölçmək üçün Rəqsanənin otağında olan təzyiq ölçəni götürüb dəhlizə qayıtmışdır. Orada Sürəyanın təzyiqini ölçdükdən sonra yenidən Rəqsanəyə baxmağa getmişdir. Rəqsanənin vəziyyəti yaxşı olmadığı üçün onu yenidən hava alması üçün aparıb dəhlizdə yerdə oturtmuşdur. Qeyd etmişdir ki, evin giriş qapısı açıq olduğu üçün ora hava getmişdir. Hətta Rəqsanə ayağa qalxaraq ayaqyoluna tərəf getdiyi üçün Sürəya ilə onu ayaqyoluna da aparmışlar. O da Rəqsanə ilə birlikdə ayaqyolunun içərisinə daxil olmuşdur. Rəqsanə orada təbii ehtiyaclarını ödədikdən sonra onu ayaqyolundan çıxarıb öz otağına aparmışdır. Sürəya isə dəhlizdən çölə çıxıb pilləkənin yuxarısında oturmuşdur. Daha sonra Rəqsanəni çarpayısına uzadıb otaqdan çıxaraq Sürəyanın yanına gedib yerdə oturmuşdur. Bir qədər müxtəlif mövzulardan danışdıqdan sonra o, Sürəyaya çay qoyacağını və Rəqsanəyə baxacağını deyərək içəri daxil olub Rəqsanənin otağına getmişdir. O, otağa daxil olduqda Rəqsanənin üzünü adyalla örtdüyünü görmüşdür. O, adyalı açdıqda onun gözünün bağlandığını və nəfəs almadığını görmüşdür. O, Rəqsanənin öldüyünü bilib qışqıraraq ağlamağa başlamışdır. Onun səsinə Sürəya həmin otağa gəlmişdir. Rəqsanənin boğazında Məhəmməd tərəfindən boğulma nəticəsində iz olduğu üçün Sürəya ona izin başqa şəxslər tərəfindən görünəcəyini, həmin izin görünməməsi üçün onun üzərinə nəsə çəkmək lazım olduğunu bildirmişdir. O, da bundan sonra alça turşusu gətirib Rəqsanənin boynuna vurub üzərini yaylıqla bağlamışdır. Bundan sonra o, evdən çıxaraq qışqıra-qışqıra onlarla qonşu olan Habilin yeznəsi Zaura məxsus evə gedib Zaura Rəqsanənin öldüyünü bildirib Habilə zəng edərək ona evə gəlməsini deməsini bildirmişdir. O, Zaura Habilə zəng edərkən ona qorxmaması üçün Rəqsanənin ölməsi barədə məlumat verməməsini demişdir. Zaur da Habilə zəng edərək evə gəlməsini bildirmişdir. O, X24 öldürməsi barədə məlumat verməmişdir. Onun qışqırığına çoxlu sayda qonşu yaşadığı evə gəlmişdir. Bir qədər sonra əri Habil, qayınatası Boyandur, qayın Xəqani və oğlu Məhəmməd yaşadığı evə gəlmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 16 may 2023-cü il tarixdə günorta saatlarında oğlunun evinə getmiş, evdə gəlini Nahidə və nəvəsi mərhum Rəqsanə olmuşdur. Gəlini Nahidədən təzyiqini ölçməyi xahiş etmiş, Nahidə onun təzyiqini ölçdükdən sora qızı Rəqsanəni çağırmaq istəmişdir ki, gəlib ona çay versin. Buna görə Nahidə evə girmiş, az sonra Nahidə qışqıra-qışqıra onun üstünə gəlib Rəqsanənin özünü öldürdüyünü demişdir. O, isə “axır kı iraqlı oğlan qızımı öldürdü” deyib qışqırmışdır. Dərhal Rəqsanənin otağına getmiş, Rəsqanəni boğazında kəmər çarpayıda olduğunu görmüş, kəməri Rəqsanənin boğazından açmış, təcili yardım çağırmaq üçün telefonu tapa bilmədiklərindən Nahidə həyətə düşüb Zaurdan kömək istəmiş, Zaur və digər qonşular da evə gəlmişlər. Zaur təcili yardıma və Habilə zəng edib bu barədə məlumat vermişdir. Az sonra təcili yardım həkimi də gəlib Rəqsanənin öldüyünü demişdir. Həmin vaxt oğlu Habil və nəvəsi Məhəmməd məsciddə olmuşdur. Məhəmmədin bu hadisədə günahı olmamışdır. Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, prokurorluğun Pərviz adlı müstəntiqinə bir dəfə ifadə vermiş, hazırda danışdıqlarını bildirmişdir. Mərhum Rəqsanə 7 il onun yanında qalmış, əqli çatışmazlığı olmuş, belə ki, Rəqsanə onlarla birlikdə yemək yeməmiş, otağında tək yaşamış, onlara qoşulmamışdır. Rəqsanə son bir ildə xəstələnmiş, buna görə onu xəstəxanaya apardıqda qanının azaldığını demişlər, sonradan bilmişdir ki, Rəqsanə təzyiq dərmanı atıb özünü öldürmək istəmişdir. Rəqsanənin oğlanla danışmasından məlumatı olmamışdır. Prokurorluqda dindirilərkən otaqda yalnız müstəntiq olmuş, latın dilini də bilməmişdir. Evə daxil olanda kəmər Rəqsanənin boğazında olmuş, kəməri Nahidə ilə birlikdə açmışlar. Kəmərin başlıq hissəsi səhv etmirsə Rəqsanənin əl tərəfində olmuşdur. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid2 ibtidai araşdırma zamanı 22 may 2023-cü il tarixdə verdiyi ifadəsində məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq göstərmişdir ki, 16 may 2023-cü il tarixdə, günorta saatlarında evdə yemək bişirib məsciddə işləyən ailə üzvlərinə yemək aparmışdır. O, Habilgilə yemək verdikdən sonra oradan çıxaraq həm Nahidəyə dəymək üçün, həm də təzyiqini ölçdürmək üçün oğlu Habilə məxsus evə getmişdir. O, onların yaşadığı evin həyət darvazasının qarşısına çatıb evin qapı zəngini basmışdır. Qapının zənginə Nahidə içəridən cavab verib gəlib qapını açacağını demişdir. Bir qədər sonra Nahidə gəlib qapını açmışdır. Nahidə ilə salamlaşdıqdan sonra o, öz xəstəliyindən və zəhərlənməsindən danışmışdır. Nahidə ilə danışa-danışa pilləkənlə yuxarı qalxıb evin dəhlizinə daxil olmuşlar. Dəhlizə daxil olduqdan sonra Rəqsanənin qonaq otağının girişinə yaxın dəhlizdə yerdə oturduğunu və kürəyini divara söykədiyini görmüşdür. Nahidə ona Məhəmmədin Rəqsanəni kəmərlə boğduğunu, həmin vaxt Rəqsanənin ağlının başından çıxdığını, lakin, sonradan ayıldığını demişdir. Həmin vaxt Rəqsanəni danışdırmağa çalışsa da o, danışa bilməmişdir. Rəqsanə həmin vaxt qeyri-normal formada ətrafda ora-bura baxmışdır. Onun üzünün rəngi azacıq göyərmiş, gözləri isə sanki axmışdır. Həmin vaxt Rəqsanənin boynunda xəsarət izi, eləcə də onun öz boyunbağıları da olmuşdur. O, Nahidə ilə Rəqsanənin üzünə, boynuna və ayağına su vurmuşdur. Bir qədər sonra Nahidə Rəqsanəni aparıb öz çarpayısına uzadıb təzyiq ölçəni gətirmişdir. O, isə həmin vaxt dəhlizdə olmuşdur. Nahidə təzyiqölçəni gətirib onun təzyiqini ölçdükdən sonra yenidən Rəqsanəyə baxmağa getmişdir. Bir qədər sonra Nahidə Rəqsanəni yenidən gətirib hava alması üçün dəhlizdə oturtmuşdur. Qeyd etmişdir ki, evin giriş qapısı açıq olduğu üçün ora hava getmişdir. Hətta Rəqsanə ayağa qalxaraq ayaqyoluna tərəf getdiyi üçün onu ayaqyoluna da aparmışlar. Nahidə də onunla birlikdə ayaqyolunun içərisinə daxil olmuşdur. Rəqsanəni ayaqyolundan çıxardıqdan sonra Nahidə onu öz otağına aparmışdır. O, da dəhlizdən çölə çıxıb pilləkənin yuxarısında oturmuşdur. Daha sonra Nahidə də onun yanına gəlib yerdə oturmuşdur. Bir qədər müxtəlif mövzulardan danışdıqdan sonra Nahidə içəri keçib Rəqsanə ilə maraqlanmışdır. Həmin vaxt Rəqsanənin vəziyyəti pisləşdiyi üçün Nahidə onu yenidən hava alması üçün dəhlizə gətirmişdir. O, da buna görə dəhlizə daxil olmuşdur. Yenidən Rəqsanənin üzünə və bədəninə su vursalar da onun daha başının boynu üstündə dayanmadığını, gözlərinin daha da axdığını görüb onu öz otağına aparıb çarpayısına uzatmışlar. Bir qədər sonra isə Rəqsanənin tam özündən getdiyini və onun hərəkət etmədiyini görmüş, yoxladıqda onun öldüyünü bilmişlər. Rəqsanənin boğazında Məhəmməd tərəfindən boğulma nəticəsində iz olduğu üçün Nahidəyə izin başqa şəxslər tərəfindən görünəcəyini bildirmişdir. Nahidə də bundan sonra alça turşusu gətirib Rəqsanəni boynuna vurub üzərini yaylıqla bağlamışdır. Bundan sonra Nahidə evdən çıxaraq qışqıra-qışqıra onlarla qonşu olan kürəkəni Zauru çağırmışdır. Şahid2 ifadəsi elan olunduqdan sonra ona verilmiş suala cavab olaraq bildirmişdir ki, həmin ifadəni təsdiq etmir, həmin ifadəni oxumadan imza etmiş, həmin vaxt yanında mütəxəssis olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Məhəmməd onun bacısı oğludur, bacısı Nahidəni özü saxlamış, böyütmüşdür. 16 may 2023-cü il tarixdə işdə olarkən ona zəng edilib hadisə barədə deyilmiş, dərhal Habilin evinə gəlmiş və Rəqsanənin otağında olmasını görmüş, az sonra təcili yardım maşını da gəlmiş, həkim Rəqsanənin vəfat etdiyini bildirmişdir. Sonra meyiti müayinəyə aparmışlar və bir neçə saat sonra meyiti onlara təhvil vermişlər. Rəqsanənin yas mərasimini yola vermişlər. 3 gün keçdikdən sonra o, evdə olarkən ona zəng edib polis şöbəsinə çağırmışlar. Orada ona bu hadisənin Məhəmməd tərəfindən törədildiyini bildirmişlər. Şahid3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Rəqsanənin Məhəmməd tərəfindən öldürülməsindən məlumatı olmadığını müstəntiqə demişdir. Məhəmmədin 19 may 2023-cü il tarixdə, təxminən saat 20 radələrində saxlanılmasını bilmişdir. Yazıb oxumağı bacarmışdır. Mərhum Rəqsanənin evində olan videokameranın görüntülərinə ilk dəfə özü baxmışdır. Məhəmməd tutulduqdan sonra həmin videoya baxmağa başlamışdır. Həmin videolarda Məhəmmədi izləmiş, hər hansı şübhəli bir məqam görməmişdir. Hadisə gününə aid videogörüntüləri özü götürüb 23 mayda müstəntiq Pərviz müəllimə təqdim etmişdir. Həmin görüntülərdə 16 mayda olan bütün görüntülər olmuşdur. Məhəmmədi 19 mayda polis əməkdaşları tutduqdan sonra hər hansı orqana şikayət etməmişlər. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid3 ibtidai araşdırma zamanı 22 may 2023-cü il tarixdə verdiyi ifadəsində məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq göstərmişdir ki, 16 may 2023-cü il tarixdə, saat 16 radələrində bacısı qızı Günayın əri Zaur ona zəng edərək Rəqsanənin öldüyünü bildirmiş, o da bundan sonra Habilə məxsus evə getmişdir. O, Habilə məxsus evə çatdıqda ora çoxlu sayda insan toplaşdığını, evin qarşısında dayanmış təcili tibbi yardım avtomobilinin getdiyini görmüşdür. O, həyətə daxil olduqdan sonra Habil, Nahidə və Sürəyadan Rəqsanənin nədən öldüyünü soruşmuşdur. Onlar ona Rəqsanənin sudurğadan öldüyünü bildirmişlər. O orada Rəqsanənin boğazında xəsarət olmasını bildikdən sonra onlardan xəsarətin necə və hansı şəraitdə yarandığını soruşmuşdur. Lakin, onlar ona Rəqsanənin boğazına spirtlə kompres etdiklərini, boğazında sep olduğu üçün onun izinin boğazına düşdüyünü bildirmişdir. Daha sonra polis və prokurorluq əməkdaşları da Habilə məxsus evə gəlmişlər. O, yalnız 20 may 2023-cü il tarixdə Məhəmməd şübhəli şəxs qismində tutulduqdan sonra öyrənmişdir ki, Məhəmməd 16 may 2023-cü il tarixdə Rəqsanə öz çarpayısında uzandığı yerdə ondan Hüseynlə danışmaq üçün telefonunu istəmiş, o, da bundan əsəbiləşərək Rəqsanənin otaqdakı şalvarının üzərindəki qara rəngli bel kəmərini götürüb onun boğazına dolayıb boğaraq öldürdüyünü etiraf etmişdir. Bir daha qeyd etmişdir ki, bundan Məhəmmədin şübhəli şəxs kimi tutulmasından sonra məlumatı olmuşdur. Məhəmmədin Rəqsanəni öldürməsini onların valideynlərinin, eləcə də başqa şəxsin bilib-bilmədiyini bilmir. Qeyd etmişdir ki, 20 may 2023-cü il tarixdə Məhəmmədin tutulmasından sonra Habilin Almaniyada yaşayan qardaşı Xəqani oradan ona zəng edərək Habilə məxsus evdə quraşdırılmış kamerada olan görüntülərə baxmasını bildirmişdir. O, da bundan sonra həmin görüntü kamerasında olan görüntülərə baxdıqda Məhəmmədin 16 may 2023-cü il tarixdə, saat 14 radələrində evə daxil olduqdan 1-2 dəqiqə sonra Rəqsanənin qışqırıq səsinin gəldiyini eşitmişdir. Daha sonra bu barədə Xəqaniyə məlumat vermişdir, həm də həmin görüntüləri Xəqaniyə göndərmişdir. Lakin, görüntülər Xəqaniyə getməmişdir. Xəqani bunu bildikdən sonra ona qardaşı Nizami xəstə olduğu üçün onun həmin görüntüləri görə biləciyini düşünüb 16 may 2023-cü il tarixdə qeydə alınmış görüntüləri silməsini bildirmişdir. Qeyd etmişdir ki, həmin kameranı da X26 gətirmişdir. Bundan başqa, həmin kameraya Məhəmməd öz telefonunda baxmışdır. Xəqani və onun Almaniyada yaşayan digər qardaşı Nizami də Almaniyadan internet vasitəsilə həmin kameranın görüntülərinə baxa bilmişdir. Bundan başqa, həmin gün Habil də ona Nizamiya görə kamera görüntülərini silməsini bildirmişdir. O da onlara yalandan 16 may 2023-cü il tarixdə olan görüntüləri siləcəyini bildirib həmin faylları öz telefonunda təhlükəsiz qovluğa köçürmüşdür. O, həmin görüntüləri CD diskdə ifadəsinə əlavə etmişdir. O, Məhəmmədin tutulduğu günədək Rəqsanənin onun tərəfindən qəsdən öldürülməsindən məlumatı olmamışdır. 16 may 2023-cü il tarixdən 20 may 2023-cü il tarixədək o, Rəqsanənin boğazındakı xəsarətin onun özü tərəfindən yetirildiyini düşünmüşdür. Şahid3 ifadəsini tam təsdiq etdiyini, ifadəsini oxuyub imza etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, qızı Yeganənin 17 may 2023-cü il tarixdə nişanı olacaqdı. Nişan mərasimini Cəlilabad şəhəri, Cavadxan küçəsində yerləşən evlərində 17 may 2023-cü il tarixdə keçirməyi planlaşdırmışlar. Buna görə də o və ailə üzvləri 16 may 2023-cü il tarixdə səhər saatlarında nişan mərasiminə hazırlaşmaq üçün Cəlilabad şəhəri, Cavadxan küçəsində yerləşən evlərinə gəlmişlər. Qeyd etmişdir ki, Habil də ailə üzvləri ilə birlikdə Cavadxan küçəsində onlara məxsus evin qarşı tərəfində yerləşən özlərinə məxsus evdə yaşamışdır. Qeyd etmişdir ki, Habilgilin yaşadığı ev onlara məxsus Cəlilabad şəhəri, Cavadxan küçəsində yerləşən evlə qonşudur, evləri arasında təxminən 10-15 metr məsafə vardır. 16 may 2023-cü il tarixdə, səhər saatlarında Cavadxan küçəsində yerləşən evə gəldikdən sonra mağazaya gedərək alış-veriş edib daha sonra evə qayıtmışdır. Həmin gün saat 16 radələrində Cəlilabad şəhəri, Cavadxan küçəsində yerləşən evlərinin həyətində olduqları vaxt Nahidəgildən qışqırıq səslərinin gəldiyini, daha sonra isə Nahidənin ağlaya-ağlaya evlərinin arxa tərəfindən həyətdən onların həyətə tərəf gəldiyini görmüşdür. O, qorxulu nəsə baş verdiyini görüb digər ailə üzvləri ilə birlikdə yola çıxıb Nahidəgilin evinin qarşısına gedib darvazanı döymüş, oğlu Seymur isə həyətləri arasında olan setka (tor) çəpərin üzərindən aşaraq Habilgilin həyətinə getmişdir. Bundan sonra onunla birlikdə ora gələnlər evə daxil olmuşlar. Həmin vaxt qayınanası Sürəya da orada pilləkənin yuxarısında dayanmışdır. Həyətə daxil olduqda həyətdə olan Nahidə və Sürəyadan nə baş verdiyini soruşduqda onlar ona Rəqsanənin sudurğa keçirdiyini və deyəsən öldüyünü bildirmişdir. Onlardan başqa qışqırıq səsinə ora qonşular da gəlmişdilər. Həyətə gəlmiş qonşular da evə daxil olmuşlar. Nahidəgil Rəqsanənin sudurğa keçirdiyini dediyi üçün o, təcili tibbi yardıma zəng etmişdir. Daha sonra isə istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Habilə zəng edib öz yaşadığı evə gəlməsini bildirmişdir. O, Habili qorxutmamaq üçün ona telefonda arvadının səhhətinin ağırlaşdığını demişdir. Habilə zəng etdikdən bir qədər sonra təcili tibbi yardım avtomobilində iki nəfər tibb işçisi ora gəlmişdir. Həmin vaxt Habil və oğlu Məhəmməd də öz yaşadıqları evə gəlmişlər. O, təcili tibbi yardım işçiləri ilə birlikdə içəri daxil olub qonaq otağından götürdükdə axırdan ikinci otağına daxil olduqdan sonra tibb işçisi olan bir nəfər oğlan Rəqsanəni müayinə etmişdir. Adını bilmədiyi tibb işçisi Rəqsanəni müayinə edib onun öldüyünü bildirmişdir. 20 mayda isə Rəqsanənin Məhəmməd tərəfindən öldürüldüyünü eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 16 may 2023-cü il tarixdə məscidin yaxınlığında beton tökmə işləri ilə məşğul olmuşlar, Habil də onunla və digərləri ilə birlikdə işləmişdir. Səhər saatlarında Məhəmmədin ora gəlməsini görmüşdür. Özü bərbər olduğu üçün Məhəmmədin saçının səliqəli olması onun diqqətini cəlb etmişdir. O, işinə davam etmiş, həmin yerdə Məhəmməd bir müddət olmuş, hətta nahar edəndə də həmin uşaq onların yanında olmuşdur. Nahardan sonra Habilin iş yerində olmadığını görmüş, digərlərindən soruşduqda Habilə zəng gəldiyini və Məhəmmədlə birlikdə getdiyini demişlər. Az sonra Habilin qızının ölməsi barədə eşitmiş, hətta buna təəcüblənmiş, adlarını bilmədiyi adamlar Habilin qızının xəstə olmasını demişlər. Həmin yas mərasimində də iştirak etmişdir. Məhəmmədi də yas mərasimində görmüşdür. Sonradan eşitmişdir ki, Habilin qızını Məhəmməd öldürmüşdür. O, buna təəccüblənmişdir ki, Məhəmməd necə sakitliklə yasda iştirak edib onlara çay vermişdir. Şahid5 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Habilin evində hər hansı problem olmasından məlumatı olmamış, sonuncu ilə elə bir yaxınlığı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 oğlu ifadəsində göstərmişdir ki, 2022-ci ilin noyabr ayından Cəlilabad Rayon Mərkəzi X27 X18 Tibbi Yardım stansiyasında təcili tibbi yardım həkimi işləyir. Təcili tibbi yardım şöbəsində digər həkimlərlə birlikdə növbəyə çıxır. O, 16 may 2023-cü il tarixdə, saat 09:00-dan həmin gün saat 21:00-a qədər növbədə olmuşdur. 16 may 2023-cü il tarixdə, saat 16:30 radələrində növbədə olduğu vaxt 103 xidməti zəng mərkəzinin dispetçerindən Cəlilabad şəhəri, Cavadxan küçəsində yaşayan X2 olan problemlə bağlı çağırış olması barədə məlumat verilmişdir. Onlar da dərhal növbətçi briqada ilə birlikdə həmin ünvana getmişlər. Hadisə yerində çoxlu insan olmuşdur. O, evin içinə daxil olduqda adının X20 olmasını sonradan bildiyi şəxsin otağın girişindən sol tərəfdə yerləşən çarpayıda hərəkətsiz vəziyyətdə uzandığını görmüşdür. O, cəld Rəqsanəni müayinə edib auskultasiya edərək ürək döyüntülərini yoxlamışdır. O, stetoskopu Rəqsanənin ürək nahiyəsinə qoyarkən onun boyun nahiyəsində stranqulyasiya izinə xarakterik iz olduğunu və həmin izin üzərinə meyvə turşusuna bənzər maddə yaxıldığını görmüşdür. Lakin, ilk öncə ürək döyüntülərini yoxlayıb onda ürək döyüntüləri olmadığını müəyyən etmişdir. Daha sonra nəbzini yoxladıqda nəbzinin olmadığını, göz bəbəklərinin işığa reaksiya vermədiyini və onun artıq ölmüş olduğunu müəyyən etmişdir. Daha sonra orada olan Rəqsanənin tanımadığı yaxınlarından Rəqsanənin hər hansı xəstəliyi olub-olmadığını soruşmuşdur. Onlardan tanımadığı bir qadın ona Rəqsanənin temperaturu olduğunu, digər qadın isə onun aybaşı olduğunu bildirmişdir. O qadınların sözlərindən və Rəqsanənin boğaz nahiyəsində stranqulyasiya izləri olmasından şübhələnib onun boğazını daha ətraflı müayinə etmişdir. Belə ki, onun boyun nahiyəsinə yaxılmış maddəni əli ilə təmizləyib onun boyun nahiyəsində stranqulyasiya izinə oxşar iz (qançır) olduğunu görmüşdür. O, xəstənin yaxınlarından Rəqsanənin boyun nahiyəsindəki həmin stranqulyasiya izinin necə və hansı şəraitdə yaranmasını soruşmuşdur. Orada olan qadınlar ona Rəqsanənin bir neçə gündür ki, boğazı ağrıdığını, buna görə də anasının onun boğazına alça turşusu sürtdüyünü bildirmişlər. O, həmin izin turşu, spirt və yod məhlulu yaxılması nəticəsində yarana bilməyəcəyini bildirib yenidən onlardan həmin izin necə və hansı şəraitdə yarandığını soruşmuşdur. Lakin, onlar ona konkret cavab verməmişlər. Qeyd etmişdir ki, həmin vaxt Rəqsanənin boğazında iki ədəd boyunbağı da olmuşdur. O, Rəqsanənin boğaz nahiyəsində olan stranqulyasiya izinin boğulma nəticəsində yarandığını ehtimal edib onun özünü asaraq intihar edə biləcəyini və ya onun boğularaq öldürülə biləcəyini düşünüb bu barədə Cəlilabad Rayon Polis Şöbəsinə məlumat vermişdir. Şahid6 ona verilən suallara cavab olaraq bildirmişdir ki, həmin yerdə olan şəxslər səs-küy salmış, ağlaşmalar olmuşdur. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid7 Camalxan oğlu ifadəsində göstərmişdir ki, Cəlilabad rayon prokurorluğu tərəfindən mütəmadi olaraq mütəxəssis kimi dəvət edilmiş, Təqsirləndirilən şəxs da təqsirləndirilməsinə dair cinayət işi üzrə mütəxəssis qismində dəvət edilmişdir. Mütəxəssis kimi latın qrafikası ilə yazıb-oxuya bilməyən şəxslərin verdikləri ifadələrin yazıldığı protokolları oxumuş, həmin şəxslər oxuduqlarını təsdiq etdikləri halda protokolu imzalamış, daha sonra isə özü də həmin protokolları imzalamışdır. Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə də əvvəlki cümləsində dediyi fəaliyyəti göstərmişdir. Şahid7 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Lerik rayonunda anadan olmuş, həmin rayonda da daimi qeydiyyatdadır. Cəlilabad şəhərində 03 saylı tam orta məktəbdə müəllim işləyir. Ona təqdim edilən sənədlərdə olan imzalar ona məxsusdur. Şəxsiyyət vəsiqəsinin surəti həmişə prokurorluqda olmuşdur. Belə ki, əvvəlki dövrdə sənədin surətini vermiş, həmin surət də onlarda qalmışdır. İki ildir ki, şəxssiyyət vəsiqəsini dəyişmiş, yeni nəsil şəxsiyyət vəsiqəsi almışdır. Köhnə şəxsiyyət vəsiqəsinin surəti müstəntiqdə olduğundan həmin sənədi cinayət işinə əlavə etmişdir. Həm şəxsiyyət vəsiqəsində, həm də cinayət işi materiallarında olan imzalar ona məxsusdur. Şahbazov Habil, Şahid2 şahid qismində dindirilmə protokollarındakı imzalar ona məxsusdur. Həmin şəxslərin dindirilməsində də iştirak etmişdir. Həmin şəxslərin verdiyi ifadələrdən bəzi epizodlar yadında qalmışdır. Belə ki, Habilin məscid tikintisində işləməsi, təcili yardımın gəlməsi və s. hallar yadında qalmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«Meyitə baxış keçirilməsi haqqında» 16 may 2023-cü il tarixli protokoldan görünür ki, X9 meyitinə baxış zamanı meyitin boynunun yuxarı 1/3 hissəsində aşağıdan azacıq yuxarıya, öndən bir qədər arxaya istiqamətlənmiş, 1-1,5 sm enində, 0,1 sm dərinliyində, boyunun sol yan səthində bir-birindən 9 sm aralıda qurtaran qırmızımtıl-qəhvəyimtil rəngli bir qədər bərk konsistensiyalı qapanmayan stranqulyasiya şırımı və burunun sağ və sol yan səthində qartmaqsız sıyrıqdan başqa xəsarət aşkar edilməmiş, meyitin əynində olmuş paltarlar və boyun nahiyəsində olmuş iki ədəd boyunbağı müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (cild 1, i.v. 07-15) - Cəlilabad RPŞ-dən Cəlilabad rayon prokurorluğuna ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2003-cü il təvəllüdlü Rəqasanə Şahbazovanın yaşadığı evdə ölməsi faktı üzrə bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, müəyyən edilmişdir ki, hadisə xx.xx.2023-cü il tarixdə günorta saatlarında baş vermiş, həmçinin Rəqsanə Şahbazovanın sevgi münasibətində olduğu şəxslə evlənməsi ilə bağlı ailə üzvləri ilə arasında tez-tez söhbətlər olmuşdur. Təqsirləndirilən şəxs həmin tarixdə günorta saatlarında öz yaşadıqları evdə bacısı Rəqsanə Şahbazovanı kəmərlə boğaraq öldürməsinə şübhələr yaranmışdır. (cild 1, i.v. 28) - «Şübhəli şəxsin tutulması haqqında» 20 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsinə şübhə etməyə kifayət qədər əsaslar olduğundan 20 may 2023-cü ildə saat 14:15-də şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, i.v. 42) -«Götürmə aparılması haqqında» 20 may 2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 könüllü təqdim etdiyi özünə məxsus “Samsung Galaxy J5” markalı, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung Galaxy A12” markalı smartfon tipli mobil telefon, habelə hadisə günü özünün əynində olmuş bir ədəd qırmızı rəngli ətək hissəsi uzun olan jaket, Təqsirləndirilən şəxs əynində olmuş paltarlar olan bir adəd qırmızı rəngli qısaqol köynək və bir ədəd qara rəngli cins şalvar götürülmüş və onlara baxış keçirilmişdir. (cild 1, i.v. 81-92) -«Hadisə yerinə baxış keçirilməsi haqqında» 20 may 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Cəlilabad şəhəri, Cavadxan küçəsində yerləşən, X13 məxsus fərdi yaşayış evidir. Baxışda iştirak edən Habil Şahbazov qonaq otağına daxil olduqda sağdan birinci otağın onların qaldığı, sağdan ikinci otağın isə qızı Rəqsanə Şahbazovanın qaldığı otaq olduğunu, sonradan oğlu Məhəmmədin 16 may 2023-cü il tarixdə həmin otaqda qızı Rəqsanə Şahbazovanı kəmərlə boğmasını öyrəndiyini göstərmişdir. Rəqsanə Şahbazovanın qalmış olduğu otağa daxil olub baxış keçirilimişdir. Baxış davan etdirilərkən Habil Şahbazov evlə qarşı-qarşıya yerləşən tikili ilə üzbəüz dayandıqda sağ tərəfdə yerləşən təndiri göstərib 16 may 2023-cü il tarixdə, axşam arvadı Nahidənin ona qara rəngli bir ədəd qadın kəməri göstərib Rəqsanənin özünü həmin kəmərlə boğmasını dediyini, o da özünü pis hiss edərək həmin qara rəngli qadın kəmərini aparıb həyətdəki yardımçı tikilidə olan təndirdə yandırdığını, kəmərin dəmir metaldan olan başlıq hissəsini isə təndirin yanına yerə atdığını bildirmişdir. Baxış zamanı Habil Şahbazovun göstərdiyi həmin kəmər başlığı təndirin yanında, yerdə aşkar olunaraq müvafiq qaydada götürülmüşdür. Bundan başqa, Habil Şahbazov baxış zamanı bir neçə ay əvvəldən yaşadığı evin qarşısında olan talvarın yuxarı hissəsinə videokamera qoyduğunu və həmin kameranın quraşdırıldığı vaxtdan 16 may 2023-cü il tarixə, axşam saatlarına qədər evin və tövlənin qarşı tərəfində baş verənləri qeydə aldığını, qeydə alınmış görüntülərin kameranın üzərindəki SD yaddaş kartına avtomatik köçürüldüyünü, Rəqsanə öldüyü gün axşam həmin kameranı ayırdıqlarını göstərib həmin kameranı istintaqa təqdim etmişdir. Habil Şahbazovun təqdim etdiyi “hama” markalı kamera iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada götürülmüşdür. (cild 1, i.v.100-107) - “Videokameraya baxış keçirilməsi” 21 may 2023-cü il tarixli, P278-23 nömrəli protokoldan görünür ki, X10 təqdim etdiyi “hama” markalı videokamera görüntü və səs qeydə alan kameradır. Kameranın aşağı tərəfdə orta hissəsində yaddaş kartı çün yer vardır. Yaddaş kartı yerində 64 GB yaddaş tutumuna malik bir ədəd SD yaddaş kartı vardır. Kamera işlək vəziyyətdədir. Kameranın üzərindəki yaddaş kartını çıxarıb kart oxuyucu vasitəsilə HP” markalı kompüterin USB portuna daxil etməklə kartdakı 20230516-AM adlı qovluqdakı video fayllara baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il, saat 00:01dən həmin gün saat 12:00-dək görüntülər qeydə alınmışdır. Həmin görüntülərə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 07:32 dəqiqədə X10 özünə məxsus “Vaz-2107” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobillə həyətdən çıxaraq getmişdir. Həmin gün səhər saatlarından etibarən saat 12:00-dək Təqsirləndirilən şəxs evin qarşısında velosiped təmiri ilə məşğul olmuşdur. Həmin müddətdə Şahid1 isə müxtəlif vaxtlarda evə, eləcə də həyətdəki tövləyə girib-çıxaraq müxtəlif işlər görmüşdür. 20230516-AM adlı qovluqdakı görüntülərdə X20 görüntülənməmişdir. 20230516-PM adlı qovluğa daxil olunduqda həmin qovluqda hər hansı fayl olmadığı müəyyən edilmişdir. 20230515-AM və 20230515-PM adlı qovluqlardakı görüntülərə baxış zamanı X9 xx.xx.2023-cü il tarixdə, saat 18:05-də əlində qab tutmuş halda evdən çıxaraq Təqsirləndirilən şəxs və X19 ilə birlikdə sonuncuya məxsus avtomobillə əyləşib həyətdən çıxmaları, həmin gün saat 23:33 dəqiqədə isə geri qayıtmaları müəyyən edilmişdir. (cild 1, i.v.108-110) -«Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 22 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə nəzərdə tutulan ittiham elan olunmuş və Cəlilabad Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir, həbsəetmənin əvvəli 20 may 2023-cü il tarixdən hesablanmışdır. (cild İ, i.v. 123-124 və 151-154) - “İfadənin yerində yoxlanılması haqqında” 22 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilkin ifadəsində bildirdiyi halları ifadəsinin yerində yoxlanılması zamanı hadisə yerində bir daha təsdiq edərək törətdiyi cinayətin baş vermə mexanizmini göstərmişdir. (cild İ, i.v. 155-156) - “Diskə baxış keçirilməsi haqqında” 22 may 2023-cü il tarixli protokoldan görünür ki, Şahid3 təqdim etdiyi “DVD” diskə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 14:07 dəqiqədə Təqsirləndirilən şəxs həyətdən evə daxil olmuş, o evə daxil olduqdan sonra içəridən zəif şəkildə danışıq, 14:08:37-də isə içərindən qadın cinsinə mənsub şəxsin ucadan qışqırıq səsi gəlmişdir. Baxışda iştirak edən Şahid1 həmin qışqırıq səsinin qızı X5 olduğunu, məhz həmin səsdən sonra onun otağına getdiyi vaxt Məhəmmədin Rəqsanəni boğmasını gördüyünü bildirmişdir. Görüntülərə baxış zamanı həmçinin, müəyyən edilmişdir ki, qışqırıq səsindən sonra da içəridən zəif şəkildə danışıq səsləri gəlmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il, saat 14:07-dən həmin gün saat 14:28-dək evdə olmuş, həmin vaxt evdən çıxaraq ayaqqabılarını geyinib həyət darvazasından çölə çıxmış, bir neçə saniyə sonra həyətə qayıdıb evin içərisində olan anasını səsləyərək ondan öz telefonunu istəmiş, anası telefonu içəridən gətirib ona verdikdən sonra onlar bir qədər söhbət etmiş, Təqsirləndirilən şəxs saat 14:31 dəqiqədə həyət darvazasından çölə çıxaraq getmiş, Şahid1 isə həyət darvazasını içəridən bağlayıb evə daxil olmuşdur. xx.xx.2023-cü il saat 14:46 dəqiqədə X20 (baxışda iştirak edən Şahid1 deməsinə görə Rəqsanə Şahbazova) evdən çıxaraq pilləkənlərlə aşağı düşüb həyət darvazası istiqamətdə götürdükdə sol tərəfdə yerləşən zirzəminin girişindən içəri daxil olmuş, o, zirzəmiyə daxil olduqdan 6-7 saniyə sonra Şahid1 evdən çıxıb ətrafa baxaraq “Ay Rəqsanə, Rəqsanə və məzmunu tam aydın olmayan sözlər demiş, daha sonra aşağı düşüb zirzəmiyə gedərək Rəqsanənin qolundan tutub zirzəmidən çıxarmış, Rəqsanə oradan çıxdıqdan sonra sol əli ilə boynunun arxa tərəfini ovuşduraraq pilləkənlərlə yuxarı qalxıb saat 14:48 dəqiqədə evə daxil olmuş, onun ardınca da Şahid1 evə daxil olmuşdur. İçəri daxil olduqdan sonra Şahid1 məzmunu anlaşılmayan sözlər demişdir. xx.xx.2023-cü il, saat 15:33-ə qədər Şahid1 evin içərisində olmuş, həmin vaxt həyət darvazasından döyülməsindən sonra evdən çıxaraq onlara gəlmiş qadınla həyətdə söhbət etmiş, saat 15:44 dəqiqədə qadının getməsindən sonra Şahid1 həyət darvazasını bağlayıb yaşadığı evə daxil olaraq evin giriş qapısını bağlamışdır. Şahid1 xx.xx.2023-cü il, saat 15:49-da yenidən evdən həyətə çıxaraq tələsik formada hərəkət etməklə həyətdəki ipin üzərində asılmış olan şalvarları yığaraq saat 15:50-də yenidən evə daxil olmuş, həmin vaxt evin giriş qapısını açıq qoymuşdur. xx.xx.2023-cü il, saat 15:58-də qapı zəngi çalındığı üçün Şahid1 həyətə düşərək darvazanı açdıqdan sonra onlara gəlmiş yaşlı qadınla (baxışda iştirak edən Şahid1 deməsinə görə qayınanası Şahid2) birlikdə yenidən evə daxil olmuş, saat 16:07-dək evin içərisində olmuşlar. Nahidə və Sürəya evə daxil olana qədər, eləcə də evə daxil olduqdan sonra onlar məzmunu tam aydın olmayan formada aralarında danışmışlar. xx.xx.2023-cü il, saat 16:07-də əvvəlcə Sürəya evdən eyvana, pilləkənin yuxarı hissəsinə çıxaraq yerdə əyləşmiş, bir qədər sonra saat 16:10-da isə Nahidə evdən çıxaraq onun yanında yerdə oturmuş və saat 16:20-dək məzmunu anlaşılmayan söhbət etmişlər. xx.xx.2023-cü il, saat 16:20-də Şahid1 evin içərisində daxil olmuş, ondan iki dəqiqə sonra Şahid2 evə daxil olmuşdur. xx.xx.2023-cü il, saat 16:23-dən etibarən evin içərisindən zəif şəkildə ağlaşma səsləri gəlmiş, saat 16:27-də Şahid1 ağlayaraq evdən çıxıb həyətin digər tərəfinə getmiş, bir qədər sonra onun çağırdığı şəxslər, eləcə də digər səslər səs-küyə ora gəlmişlər. (İ cild, i.v. 160-161) - 30 may 2023-cü il tarixli qərardan görünür ki, X19 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. (cild İ, i.v. 216) - "xxxx" MMC-dən daxil olmuş rabitə məlumatlarının əks olunduğu “CD” diskə baxış keçirilməsi haqında” 28 iyun 2023-cü il tarixli protokoldan görünür ki, X9 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi 17 yanvar 2023-cü il tarixdən 18 fevral 2023-cü il tarixədək istifadə olunmuşdur. X9 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə İraq Respublikasının mobil operatoruna məxsus **********386341 mobil telefon nömrəsi arasında 18 yanvar 2023-cü il tarixdə, saat 22:22 dəqiqədə 1 saniyə telefon danışığı qeydə alınmışdır. Həmin nömrələr arasında 07 fevral 2023-cü il tarixdə, saat 07:07 dəqiqə ərzində hər dəfə 1 saniyə olmaqla 3 dəfə danışıq qeydə alınmışdır. (cild İİ, i.v. 10-17) -«Məhkəmə-tibbi ekspertizasının» 22 may 2023-cü il tarixli, 388 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xəsarət aşkar edilməmişdir. (cild İİ, i.v. 55- 55) -«Məhkəmə-tibb ekspertizasının» 10 iyun 2023-cü il tarixli, 13 nömrəli rəyindən görünür ki, X3 ölümünə boyun üzvlərinin öndən arxaya ilgəklə (kəndir, ip və ya bunlara oxşar digər predmetlərlə) sıxılması nəticəsində əmələ gəlmiş mexaniki asfiksiya səbəb olmuşdur. X3 boyun nahiyəsindəki stranqulyasiya şırımının yerləşmə nahiyəsinə və formasına əsasən demək olar ki, stranqulyasiya şırımı kənar şəxs tərəfindən öndən arxaya ilgəklə sıxılma nəticəsində əmələ gəlmişdir, özünü asması və ya digər formada özü tərəfindən yetirilməsi nəticəsində əmələ gələ bilməsi inkar olunur. X3 meyitində boyunun orta 1/3 hissəsində 1 (bir) ədəd stranqulyasiya şırımı, boyunun yumşaq toxumalarına qansızma, burunun sağ və sol yan səthində sıyrıq müəyyən olunmuşdur. Müəyyən olunan xəsarətlər həyatidir. X3 meyitinin bədəni üzərində stranqulyasiya şırımından başqa, burunun sağ və sol yan səthində sıyrıq müəyyən olunmuşdur, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən bir qədər əvvəl törənmişdir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən əlamətlərə malikdirlər. X3 meyitindən götürülmüş qanda etil spirti və narkotik maddə aşkar edilməmişdir. X3 qızlıq pərdəsinin anatomik tamlığı pozulmamışdır. X4 hamiləlik aşkar olunmamışdır. X11 qeyri-təbii yolla (anus dəliyi vasitəsi ilə) cinsi əlaqədə olmaya dair əlamətlər aşkar olunmamışdır. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, ölüm meyit meyitxanada müayinə olunmağa başlandığı vaxtdan 4-8 saat əvvəl baş vermişdir. (cild İİ, i.v. 63-67) - məhkəmə-lifli ekspertizasın xx.xx.2023-cü il tarixli, 6/3161 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş X17 məxsus olduğu qeyd edilən köynəyin səthi üzərindən aşkar edilmiş qara rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. (cild İİ, i.v. 69-75) -«Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının» 02 iyun 2023-cü il tarixli, 1527 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisə barədə soruşulduqda bildirmişdir ki, bacısı İraq vətəndaşı olan Hüseyn adlı şəxslə tanış olmuş və onunla evlənməyə qərar vermişdir. Bacısını bu yoldan daşındırmaq üçün nə qədər tövsiyyələr versələr də Hüseynin onu aldadacağını, rüsvay olacaqlarını bildirsələr də, onlarla raazılaşmamış, onunla telefonla danışmağa davam etmiş, Hüseynin Cəlilabada gəlib özü ilə aparacağını bildirmişdir. Hadisə baş verən gün bacısının otağına keçdikdə ondan Hüseynlə əlaqə saxlamaq üçün mobil telefonunu istəmiş, buna görə aralarında mübahisə yaranmış, onu öldürmək qərarına gəlib kəməri götürüb boğazına keçirib boğaraq öldürmüşdür.Yoxlanılan şəxs törətdiyi hadisədən emosional sabit tərzdə danışır, öz hərəkətlərinə haqq qazandırmağa çalışmaqla aşağıdakıları söyləmişdir: “Mən həmin iraqlıya etibar etmirdim, mənə elə gəlirdi ki, o bacımı aldadır. Həm də ki, o, iraqlıya ərə getməklə bizi rüsvay edəcəkdi. Camaat içinə çıxa bilməyəcəkdik. Ona nə qədər məsləhət versək də, bizim söhlərimizi nəzərə almırdı. Atamla dilləşirdi, cavab qaytarırdı, gedəcəyini deyirdi. Mən də artıq onun bu hərəkətlərinə dözə bilmədim. Hansısa iraqlıya ərə getməkdənsə, ölməyi yaxşıdır”. Əhval-ruhiyyə fonunun sabit olduğu, peşmançılıq hissi keçirmədiyi, eqosentrizm əlamətləri müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs hazırda hər hansı bir xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə özünə və ətrafındakılara zərər yetirmək təhlükəsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət törədildiyi zaman onun şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. (cild İİ, i.v. 77-81) - məhkəmə-fonoskopik ekspertizasının 05 iyul 2023-cü il tarixli, 4/948-4/955 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş 1 ədəd optik diskdə və 1 ədəd fləş yaddaş kartında olan “14H08M24S-14400EN-WN65” adlı mübahisəli videofonoqramın 13cü saniyəsində qapalı şəraitdən gələn gənc qadın (qız) səsi üçün xarakterik olan zil səslə qışqırıq, qışqırıqdan 30-40 saniyə sonra isə həmin məkandan bir qadın və bir kişi cinsinə məxsus səslə mənası başa düşülmyən danışıqların eşidildiyi müəyyən olunmuşdur. Digər mübahisəli videofonoqramlarda, eləcə də “14H08M24S-14400EN-WN65” adlı videofonoqramın digər hissələrində istintaqı maraqlandıran mövzu üzrə danışıqların olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Ekspertizaya təqdim olunmuş 1 ədəd optik diskdə və 1 ədəd fləş yaddaş kartında olan mübahisəli videofonoqramlarda montaj əlamətləri müəyyən olunmamışdır. (cild İİ, i.v. 83-87) - məhkəmə kompüter-texniki ekspertizasının 25 iyun 2023-cü il tarixli, 5/794 nömrəli rəyində göstərilmişdir ki, təqdim edilmiş bir ədəd sensor ekran və “Android 12” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A12” markalı, “SM-A127F/DSN” modelli “**********28037, **********28036” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş bir ədəd sensor ekran və “Android 7.0” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy J5” markalı, “SM-J530F” modelli “**********54388, **********54386” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş “Samsung Galaxy J5” markalı, “SM-J530F” modelli mobil smartfonun yaddaşından toplanması mümkün ola biləcək bütün hal-hazırda mövcud olan və pozulmuş məlumatlar müəyyən olundu, həmin müəyəyn olunmuş məlumatlar əsasında tərtib edilən (Report-hesabat) hesabat “Ekspertiza 5-794” adlı iş çantasında üç ədəd DVD-R tipli diskə köçürülərək ekspert eəyinə əlavə edilmişdir. Təqdim edilmiş “Samsung Galaxy J5” markalı, “SM-J530F” modelli mobil smartfonun yaddaşından toplanması mümkün olan məlumatlara dair bütün xüsusiyyətlər (nə zaman yaradılıb, nə zaman dəyişdirilib, hansı tip fayllara aid olması və s.) rəyə əlavə olunmuş “DVD-R” tipli optik disklərdə (Report-hesabat) öz əksini tapmışdır. Təqdim edilmiş “Samsung Galaxy J5” markalı, “SM-J530F” modelli mobil smartfonun yaddaşından “UFED TOUCH 2” markalı qurğu vasitəsilə əldə edilmiş hesabata baxış keçirildikdə “+**********78” nömrəsi ilə qeydiyyatdan keçmiş “Whatsapp” proqram təminatında pozulmuş olan iki ədəd texniki qeyd müəyyən olundu (Şəkil 7). Lakin, pozulmuş məlumatların məzmunu və nə zaman silinməsinin müəyyən edilməsi mümkün olmamışdır. Təqdim edilmiş “Samsung Galaxy A12” markalı, “SM-A127F/DSN” modelli mobil smartfonun konstruktiv və təhlükəsizlik xüsusiyyətlərinə görə həmin telefonun yaddaşında hər hansı bir (foto, video, audio fayllar, “Whatsapp” sosial şəbəkələr vasitəsilə aparılmış məlumat mübadilələrinin və s.) məlumatların pozulub-pozulmaması üzrə tədqiqat işləri aparılmamışdır. Təqdim edilmiş “Micro SD” (64GB) xarici yaddaş qurğusunun daxilindəki “H:\sdrec\T-103376319\mp4rec\20230516-PM” ünvanda olan qovluq üzərində bərpa zamanı müəyyən edilmiş videofayllar müxtəlif “Video Player”-lər vasitəsilə açılmağa cəhd olunsa da dəstəklənməməsi səbəbindən həmin ideo faylların məzmununa baxış keçirmək mümkün olmamışdır. Həmin vide fayllar “.mp4” bir ədəd “DVD-R” tipli optik diskə köçürülərək ekspert rəyinə əlavə edilmişdir. Məlumat üçüçn bildirilir ki, “Micro SD” (64GB) xarici yaddaş qurğusu üzərində bərpa zamanı aşkar edilmiş videofayllar ın hansı üsullarla silinməsi, silinmə tarixlərinin müəyyən edilməsi texniki qeydlər əsasında mümkün olmadığından ekspert qarşısında qoyulmuş “Əgər silinmişdirsə nə vaxt və hansı qayda, yəni kartın özündən və ya kameranın yaddaşına mobil proqram vasitəsilə daxil olmaqla silinmişdir? Sualı üzrə tədqiqat işi aparılmamışdır. (cild İİ, i.v. 195-200) - komisyon məhkəmə-tibbi ekspertizasının 31 iyul 2023-cü il tarixli, T544/2023 nömrəli rəyində göstərilmişdir ki, mərhum R.H.Şahbazovanın ölümünə səbəb boyun üzvərinin ilgəklə sıxılmasından yaranmış mexaniki asfiksiya olmuşdur ki, bu meyitin müayinəsi zamanı qeyd edilmiş patomorfoloji dəyişikliklər və meyitdən götürülmüş biomaterialların məhkəmə-histoloji tədqiqatının nəticələri ilə təsdiq edilir. Mexaniki asfiksiyanın davam etmə müddətindən asılı olaraq şəxsin müəyyən müddət, o cümlədən iki-üç saat sağ qalmasına tibbi praktikada rast gəlinir. Bir müddət keçdikdən sonra asfiksiyadan ölüm baş verməsi baş beynin hipoksiyası ilə əlaqədardır, bu zaman kəsiyində isə zərərçəkmiş müəyyən hərəkətlər etmək iqtidarında ola bilər. Asfiksiyanı törədən səbəbin vaxtında aradan qaldırılması zərərçəkmişin ölümünün qarşısını ala bilərdi. Mərhum R.H.Şahbazovanın ölümü ilə mexaniki asfiksiya arasında birbaşa səbəbli əlaqə vardır. İş üzrə verilmiş xx.xx.2023-cü il tarixli, 13 saylı rəyin nəticəsi təsviri hissəyə uyğun tərtib edilmişdir. (cild İİ, i.v. 202-208) - “Sübutların qiymətləndirilməsi haqqında” 08 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə istintaq edilən cinayət işinin həmin Məcəllənin 120.2.9-cu maddəsinə tövsüf edilməsi, həmin cinayət işindən Şahid1 qız, X7 və qeyrilərinin barəsində CM-nin 307.3-cü maddəsi ilə cinayət işi ayrıca icraata ayrılması, hadisə yerinə baxış zamanı götürülmüş kəmər başlığı, “hama” markalı kamera və kameranın üzərindəki SD yaddaş kartı, meyitin boyun nahiyəsində olmuş iki ədəd boyunbağ,ı əynində olmuş qırmızı rəngli uzunqol kofta, üzərində sarı rəngli dama şəkilli haşiyələr olan yaşıl rəngli yubka və alt paltarları, Götürmə aparılması haqqında qərar və protokola əsasən götürülmüş Şahid1 məxsus “Samsung Galaxy J5” markalı, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung Galaxy A12” markalı smartfon tipli mobil telefon, habelə hadisə günü Şahid1 əynində olmuş bir ədəd qırmızı rəngli ətək hissəsi uzun olan jaket, Təqsirləndirilən şəxs əynində olmuş bir adəd qırmızı rəngli qısaqol köynək və bir ədəd qara rəngli cins şalvar, “Azerfon MMC”-dən daxil olmuş telefon danışıqlarının əks olunduğu 01 ədəd CD disk, ekspert rəyinə əlavə edilmiş 04 ədəd DVD disk, istintaq hərəkətlərinin protokollarına əlavə edilmiş 04 ədəd CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması qərara alınmışdır (cild İİ, i.v. 218- 248) -«təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında» 09 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə yenidən ittiham elan olunmuşdur.(cild İİ, i.v. 71-72) Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı toplanıb elan edilərək tədqiq edilmiş məhkəmə istintaqı materiallarından, yəni; - təqsirələndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş vəsatət əsasında 23 yanvar 2024-cü il tarixdə məhkəmə vidoe-texniki ekspertizası təyin edilmiş və həmin ekspertizanın xx.xx.2024-cü il tarixli 4/235 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 01 ədəd “Princo” markalı DVD-R diskdə qeydə alınmış “14H46M32S-14400EN-WN91” və “14H48M00S-14400EN-WN92” adlı videoyazılara görə videogörüntülərdə əks olunan şəxsin – Rəqsanə Şahbazovanın boğaz nahiyəsində hər hansı bir xəsarət və ya xəsarət izinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. - təqsirələndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş vəsatət əsasında 23 yanvar 2024-cü il tarixdə əlavə komissyon məhkəmə-tibbi ekspertizası təyin edilmiş və həmin ekspertizanın xx.xx.2024-cü il tarixli T 120/2024 saylı rəyindən görünür ki, mexaniki asfiksiyanın davam etmə müddətindən asılı olaraq şəxsin müəyyən müddət, o cümlədən iki-üç saat sağ qalmasına tibbi praktikada rast gəlindiyi halda Rəqsanə Şahbazovanın kənar şəxs tərəfindən kəmərlə boğulduqdan sonra onun həmin vaxt deyil, təxminən iki saat sonra ölməsinədək olan dövr ərzində konkret olaraq hansı vəziyyətdə ( koma vəziyyətində, huşsuz vəziyyətdə, yataqda uzanıqlı və hərəkətli vəziyyətdə) sağ qalmasının mümkünlüyü mexaniki asfiksiyaya səbəb olacaq amilin tez aradan qaldırılmasından və vaxtında görülən reanimasion tədbirlərdən asılı olaraq dəyişir. Belə ki, beyin hipoksiyası 5-6 dəqiqədən az davam edərsə insan sağ qala bilər. Bütün bu hallarda asfiksiyadan sonrakı dövrdə mərkəzi sinir sisteminin müxtəlif dərəcəli pozğunluqları, eləcə də daxili üzvlərin, xüsusən də ağciyərlərin funksional pozğunluqları inkişaf edir. Asfiksiya keçirmiş və sağ qalmış şəxslərdə asfiktik koma (arefleksiya, əzələ atoniyası, tonik-klonik qıcolmalar, karlaşma (sopor, yuxululuq) dezoriyentasiya və yaddaş pozulması kimi simptomlar kompleksi müşahidə olunur. R.H.Şahbazovanın kənar şəxs tərəfindən kəmərlə boğulduqdan sonra onun həmin vaxt deyil, təxminən iki saat sonra ölməsindək olan dövr ərzində o, Birliyə təqdim edilmiş evdən çıxma anına dair videogörüntüdə göstərilən formada (onun evdən çıxaraq pilləkənlərlə aşağı düşüb həyət darvazası istiqamətində sol tərəfdə yerləşən zirzəminin girişindən içəri daxil olması) hərəkət etmək iqtidarında ola bilərdi. R.Şahbazovanın ölümünə səbəb “boyun üzvlərinin ilgəklə sıxılmasından yaranmış mexaniki asfiksiya” olduğu halda boyun üzvlərindən hər hansı birinin (dilaltı sümüyün, qırtlaq qığırdaqlarının) zədələnməsi müşahidə edilmədiyi halda meyitin daxili müayinəsi zamanı mexaniki asfiksiyanın ümumi əlamətlərdən – boyun nahiyəsinin yuxarı və orta 1/3 hissəsinin yumşaq toxumalarında tünd qırmızı rəngli yayılmış qansızmalar, boyunun venoz damarlarının doluqanlılığı, ağciyər toxumasının qırmızımtıl rəngdə və doluqanlı, kəsik uclarının barmaqlar arasında sıxılarkən çoxlu miqdarda qanlı-köpüklü mayenin xaric olması, ağciyər plevrası altına və ürəyin xarici qişasında böyük və kiçik nöqtəşəkilli tünd qırmızı rəngli qansızmalar – Tardye ləkləri, ürək boşluğunda tünd qırmızı duru qanın olması, sağ mədəcikdə olan qanın miqdarı sola nisbətən çox olması, dalağın azqanlığı – Sabinski əlaməti aşkar edilmişdir. Belə ki, ilgəklə boğulmada ölümün genezində əsas amil tənəffüs yollarının sıxılması prosesi yox, beyinin və bütünlüklə orqanizmin hemodinamikasının pozulmasına səbəb olan boyunun arteriya və venalarının, damar-sinir dəstəsinin sıxılmasıdır. - Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş vəsatət əsasında 23 yanvar 2024-cü il tarixdə məhkəmə-fonoskopik ekspertizası ekspertizası təyin edilmiş və həmin ekspertizanın xx.xx.2024-cü il tarixli 4/237 saylı rəyindən görünür ki, ekspertə təqdim edilmiş fonoqramlarda danışıqların məzmunu aşağıdakı yazılı mətnlərdən ibarətdir: “13H52M16S-14400EN-WN64” K- Az sənin yolun budu da. Qudurufsan? (anlaşılmayan danışıq səsləri gəlir) “14H08M24S-14400EN-WN64” Q- dedim saa K-... gəlir (13-cü saniyyədə gənc qadın (qız) səsi üçün xarakterik olan qışqırıq səsi eşidilir) K- Di get K- Qorxdum boğaram Q- yoxx mən də gəldim bu məni narahat eliyir də..... dalaşanda dincəldin? K- Məsələni bilmir az K- onun... gözünü açmer hələ? Q- Dur, dala dur K – Sən onu otuzdur görüm Q- Mən eliyim “14H08M24S-14400EN-WN64” Q-Sən bunumu öldürdün K- Bilerəm o yater, buna bax maa..... evinə? Bax mənə.... Q- Gəbədi? Q- Boğazdı? - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı istintaq təcridxanasının tibbisanitar hissəsinin rəisi tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq təcridxanasına gətirilmiş, ilkin tibbi müayinə zamanı bədəninə baxış keçirilərkən hər hansı xəsarət aşkar edilməmiş, həbs alınmasından əvvəl xəsarət almadığını bildirmişdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Rəqsanə Şahbazovanı öldürmədiyini, ona qarşı fiziki zor tətbiq edilməsi və ona hədə-qorxu gəlinməsi ilə bağlı sonuncunu boğaraq öldürməsini bildirməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, şahid ifadələrinə, eləcə də işin faktiki hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirlən şəxs hazırkı məhkəmə iclasında müqavilə əsasında onun hüquqlarını müdafiə edən vəkilinin iştirakı ilə 20 may, 22 may 2023-cü il tarixlərdə verdiyi müvafiq olaraq şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində mərhum Rəqsanə Şahbazovanı aralarında yaranmış mübahisə zamanı kəmərlə boğaraq öldürdüyünü, sonuncunun hərəkətsiz olduğunu bilib öldüyünü fikirləşib otaqdan çıxdığını bildirmişdir. Təqsirləndirilən şəxsin yuxarıda qeyd edilən ifadələri, həmçinin təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti videoçəkiliş vasitəsi ilə keçirilmiş və sonuncu ifadəsi yerində yoxlanılarkən bir daha Rəqsanə Şahbazovanı öldürməsini etiraf etmişdir. Həmçinin təqsirləndirilən şəxs 23 may 2023-cü il tarixdə verdiyi əlavə ifadəsində bacısı Rəqsanə Şahbazovanı öldürməsini bildirmiş, hətta sonuncunu yatdığı zaman boğazına kəmər dolayaraq boğub öldürdüyünü qeyd etmişdir. Bundan əlavə ibtidai istintaq zamanı ifadə vermiş Şahid1 da Təqsirləndirilən şəxs mərhum Rəqsanə Şahbazovanı boğmasını gördüyünü bildirmişdir. Bundan əlavə həm ibtidai istintaq zamanı, həm məhkəmə istintaqı zamanı keçirilmiş məhkəmə tibbi ekspertizaların rəylərindən görünür ki, X3 boyun nahiyəsindəki stranqulyasiya şırımının yerləşmə nahiyəsinə və formasına əsasən demək olar ki, stranqulyasiya şırımı kənar şəxs tərəfindən öndən arxaya ilgəklə sıxılma nəticəsində əmələ gəlmişdir, özünü asması və ya digər formada özü tərəfindən yetirilməsi nəticəsində əmələ gələ bilməsi inkar olunur. Həmçinin ibtidai istintaq zamanı keçirilmiş məhkəmə fonoskopik ekspertizasının 05 iyul 2023-cü il tarixli, 4/948-4/955 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş 1 ədəd optik diskdə və 1 ədəd fləş yaddaş kartında olan “14H08M24S-14400EN- WN65” adlı mübahisəli videofonoqramın 13-cü saniyəsində qapalı şəraitdən gələn gənc qadın (qız) səsi üçün xarakterik olan zil səslə qışqırıq, qışqırıqdan 30-40 saniyə sonra isə həmin məkandan bir qadın və bir kişi cinsinə məxsus səslə mənası başa düşülmyən danışıqların eşidildiyi müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında təkrar məhkəmə fonoskopik ekspertizası təyin edilmiş və ekspertizanın xx.xx.2024-cü il tarixli 4/237 saylı rəyində göstərilmişdir ki, “13H52M16S-14400EN-WN64”adlı fonoqramda danışıqların məzmunu - K- Az sənin yolun budu da. Qudurufsan? (anlaşılmayan danışıq səsləri gəlir), “14H08M24S-14400EN-WN65” adlı fonoqramda danışıqların məzmunu – “Q- dedim saa; K-... gəlir; (13-cü saniyyədə gənc qadın (qız) səsi üçün xarakterik olan qışqırıq səsi eşidilir); K- Di get; K- Qorxdum boğaram; Q- yoxx mən də gəldim bu məni narahat eliyir də..... dalaşanda dincəldin?; K- Məsələni bilmir az; K- onun... gözünü açmer hələ?; Q- Dur, dala dur; K – Sən onu otuzdur görüm; Q- Mən eliyim” kimi qeyd edilmişdir. Yuxarıda göstərilən ekspert rəylərini cinayət işinin digər materialları ilə ümumi şəkildə müqayisə etdikdə bu qənaətə gəlmək olar ki, Təqsirləndirilən şəxs 16 may 2023-cü il tarixdə, saat 14:07 radələrində evin giriş qapısından evə daxil olmuş, bundan sonra isə yuxarıda qeyd edilən ekspert rəyində göstərilən formada səslərin gəlməsi isə Təqsirləndirilən şəxs mərhum Rəqsanə Şahbazovanı öldürməsi barədə verdiyi ifadələrinin düzgün olmasını qəbul etməyə tam əsas verir. Bundan əlavə cinayət işinə əlavə edilmiş “kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının” 02 iyun 2023-cü il tarixli, 1527 nömrəli rəyinin təsviri əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs hadisə barədə soruşulduqda bildirmişdir ki, bacısı İraq vətəndaşı olan Hüseyn adlı şəxslə tanış olmuş və onunla evlənməyə qərar vermişdir. Bacısını bu yoldan daşındırmaq üçün nə qədər tövsiyyələr versələr də, Hüseynin onu aldadacağını, rüsvay olacaqlarını bildirsələr də, onlarla razılaşmamış, onunla telefonla danışmağa davam etmiş, Hüseynin Cəlilabada gəlib özü ilə aparacağını bildirmişdir. Hadisə baş verən gün bacısının otağına keçdikdə ondan Hüseynlə əlaqə saxlamaq üçün mobil telefonunu istəmiş, buna görə aralarında mübahisə yaranmış, onu öldürmək qərarına gəlib kəməri götürüb boğazına keçirib boğaraq öldürmüşdür.Yoxlanılan şəxs törətdiyi hadisədən emosional sabit tərzdə danışır, öz hərəkətlərinə haqq qazandırmağa çalışmaqla aşağıdakıları söyləmişdir: “Mən həmin iraqlıya etibar etmirdim, mənə elə gəlirdi ki, o, bacımı aldadır. Həm də ki, o, iraqlıya ərə getməklə bizi rüsvay edəcəkdi. Camaat içinə çıxa bilməyəcəkdik. Ona nə qədər məsləhət versək də, bizim söhbətlərimizi nəzərə almırdı. Atamla dilləşirdi, cavab qaytarırdı, gedəcəyini deyirdi. Mən də artıq onun bu hərəkətlərinə dözə bilmədim. Hansısa iraqlıya ərə getməkdənsə, ölməyi yaxşıdır”. Bundan başqa cinayət işi materiallarından görünür ki, Habil Şahbazov evə gəldikdən sonra Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi kəməri yandırmış, bununla da oğlu Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayəti gizlətməyə cəhd etmişdir. Həmçinin Şahid1 və Surəya Şahbazova mərhum zərərçəkmiş şəxs Rəqsanə Şahbazovanın boğazında olan stranqulyasiya şırımının üzərinə alça turşusu çəkib sonuncunun boğazını bintlə bağlayıb sonuncunun boğularaq öldürülməsinin hadisə yerinə gələn təcili tibbi yardım həkimindən gizlətməyə çalışmış, bununlada da onlar da Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayəti gizlətməklə sonuncunu məsuliyyətdən yayındırmağa çalışmışdır. Məhkəmə istintaqı zamanı da Şahid1, Habil Şahbazov və Sürya Şahbazova verdikləri ifadələrində Təqsirləndirilən şəxs hər hansı cinayət törətməməsini, mərhum Rəqsanə Şahbazovanın özünü boğaraq öldürməsini, ibtidai istintaqı aparan müstəntiq tərəfindən onlara hədə-qorxu gəlinməsi və protokolda yazılanları oxumadan imza etdiklərini göstərərək Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etməməklə məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs məsuliyyətdən yayındırmaq istəmişlər. Lakin məhkəmə istintaqı zamanı dindirilmiş hər üç şəxs Rəqsanə Şahbazovanın özünü haradan asaraq öldürməsi sualına cavab verməmiş, sonuncunun əli ilə özü-özünü boğaraq öldürməsini bildirmişlər ki, bu hal məhkəmə tibbi ekspertizasının cinayət işinə əlavə edilmiş rəyləri ilə də tam təkzib edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 23 may 2023-cü ilədək verdiyi ifadələrini inandırıcı hesab edir və onun ibtidai istintaqın növbəti mərhələlərində, eləcə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Bundan əlavə məhkəmə istintaqı zamanı şahid qismində dinrilimiş zərərçəkmiş şəxsin hüquqi varisi, eləcə də Təqsirləndirilən şəxs atası Habil Şahbazov, təqsirləndirilən şəxsin anası – Şahid1, təqsirləndirilən şəxsin nənəsi – Şahid2 məhkəmə istintaqında verdiyi ifadələrində hadisənin mexanizmi və inkişafı barədə yanlış məlumatlar verməklə məhkəmə istintaqını səhv yönə yönləndirməyə çalışmış, buna görə də məhkəmə həmin şəxslərin məhkəmə istintaqı zamanı göstərdiklərini cinayət işinin materiallarına uyğun olmayan, təqsirləndirilən şəxsi müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə həmin şahidlərin məhkəmə istintaqında verdiyi ifadələrini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, şahidlər – Habil Şahbazov, Şahid1, Şahid2 məhkəmə istintaqında belə ifadə verməklə yaxın qohumları olan təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən və cəzadan yayındırmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşlər. Bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili - polis əməkdaşı və cinayət işini aparan müstəntiq tərəfindən fiziki təzyiqə məruz qalması, eləcə də valideyinlərinin də həbs ediləcəkləri hədəsi ilə bacısı Rəqsanə Şahbazovanı öldürməsi barədə etirafedici ifadələr verməsi barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs polis əməkdaşları və ibtidai istintaqı aparan müstəntiq tərəfindən fiziki zorakılığa və hədəyə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istərsə də onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər və eyni zamanda onlar, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Lakin Təqsirləndirilən şəxs bütün hadisə barədə etirafedici ifadə verdikdən və törətdiyi əmələ görə hansı cəzaya məruz qalacağını öyrəndikdən və ƏN-PX-nin Bakı İstintaq Təcridxanasına göndərildikdən bir müddət sonra – xx.xx.2023-cü il tarixdə müdafiəçisinə zəng edərək Rəqsanə Şahbazovanı öldürməsini inkar etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs, təqsirləndirilən şəxs qismində, eləcə də təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı müdafiəçisinin iştirakı ilə sərbəst ifadə vermiş, səsli nitqində ona qarşı hər hansı bir hədə və fiziki təsirlərin edilmədiyini, bu barədə heç bir şikayətlərinin olmadığını bildirmiş, eyni zamanda törətdiyi cinayəti tam etiraf etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs saxlanılarkən Cəlilabad RPŞ-nin polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə dəlilinin yoxlanılması ilə bağlı məhkəmə tərəfindən sonuncunun saxlanıldığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına sorğu vermiş və həmin sorğuya cavab olaraq Bakı istintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan və həmin məktuba əlavə edilmiş 5713/2023 nömrəli “Məhkumun tibbi kitabçası”nın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə PX-nin Bakı İstintaq Təcridxanasına daxil olmuş, ilkin tibbi müayinə zamanı bədəninə baxış keçirilərkən hər hansı xəsarət aşkar edilməmiş, həbs alınmasından əvvəl xəsarət almadığını bildirmişdir. Bundan əlavə məhkəmə-tibb ekspertizasının 22 may 2023-cü il tarixli, 388 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xəsarət aşkar edilməmişdir. Məhkəmə hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı onun hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq fiziki təzyiqlər edilməsinə, döyülməsinə və hədələnməsinə görə etirafedici ifadələri verdiyini göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz fiziki zorakılıq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən psixi zorakılığa məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Avropa İnsan Hüquqları Məhkəməsinin “X8rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dəfələrlə ifadə verərək özünü ona irəli sürülmüş ittiham üzrə təqsirli bilmişdir. Lakin o, məhkəmə istintaqında fərqli məzmunda ifadə verərək ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Məhkəmə tərkibi cinayət işi üzrə təqsirləndirlən şəxs və şahidlərin ifadələrinə qiymət verdikdən sonra Təqsirləndirilən şəxs elan edilmiş ittihamın düzgün olub-olmaması məsələsini də araşdırmışdır. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq zərərçəkmiş şəxs X1 yetirilən xəsarət və onun ölümü ilə bağlı əməlin tövsifinə dair ibtidai istintaq orqanının gəldiyi qənaətlə razılaşmır və Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 120.2.9-cu maddəsi ilə irəli sürülmüş ittihamın əsaslı olmadığı nəticəsinə gəlir. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri aşağıdakı əsaslara görə ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə düzgün tövsif edilməmişdir. Azərbaycan Respublikası CM-in 120.2.9-cu maddələrində təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə cinayət əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə əsassız ittiham irəli sürərkən belə qənaətə gəlmişdir ki, o, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan, yəni yatmış vəziyyətdə olan bacısı X12 qəsdən öldürmüş, yəni aşkar surətdə köməksiz vəziyyətdə olan digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməllərini tövsif etməklə yekun qərar - ittiham hökmü çıxararkən cinayət qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli və «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23 mart 2004-cü il tarixli Qərarlarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, həmin Qərarın 13-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı,bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.9-cu maddəsi ilə ittiham irəli sürərkən yalnız sonuncunun 23 may 2023-cü il tarixli ifadəsinə istinad etmişdir. Həmin ifadədə Təqsirləndirilən şəxs bildirmişdir ki, “ ... Rəqsanənin hərəkətləri yadına düşdüyü üçün əsəbiləşdiyinə görə onun otağına getmiş, otağın qapısını açıb içəri daxil olduqda Rəqsanənin öz çarpayısında yatdığını görüb onu boğaraq öldürmək qərarına gəlmişdir. ........onun yatdığını, yəni boğacağı halda müqavimət göstərməyəcəyini, eləcə də atası Habil də evdə olmadığından ona mane olmayacağı üçün Rəqsanəni öldürmək qərarına gəlmişdir”. Lakin cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs digər ifadələrində isə bildirmişdir ki, “...termonun qarşısnda saçını daradığı vaxt Rəqsanə çarpayıdan qalxıb ona tərəf gələrək Hüseynlə danışmaq üçün mobil telefonu ona verməyi istəmiş, o, isə həmişəki kimi Hüseynlə danışmamasını, ağılsız hərəkətlərinə son qoymasını tələb etmişdir. Lakin Rəqsanə kimlə istəyirsə danışacağını, atasının və qardaşının onun işinə qarışa bilməyəcəyini bildirmişdir. Rəqsanənin bu sözlərinə əsəbiləşib onu öldürmək qərarına gəlmiş, həmin vaxt Rəqsanənin əynində olmuş qara rəngli gödəkçəyə uyğun üst geyiminin üzərindəki kəməri çıxarmış, Rəqsanə onun əsəbiləşdiyini və kəməri çıxarıdğını görüb “neyləmək istəyirsən, neyləmək istəyirsən” deyərək geriyə dönüb öz çarpayısına tərəf getmək istəyərkən həmin kəməri arxadan onun boynuna dolayıb möhkəm sıxaraq boğmağa başlamış, lakin Rəqsanə müqavimət göstərdiyinə görə onu ayaq üstə boğa bilməyəcəyini görüb onu üzü üstə yerə yıxıb boğmağa davam etmiş, təxminən 2-3 dəqiqə sonra Rəqsanənin hərəkət etmədiyii görüb onun öldüynü bilmiş....” İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs ittiham irəli sürərkən əsas götürdüyü 23 may 2023-cü il tarixli ifadə də göstərilən halların işin digər halları ilə, digər sübutlarla təsdiq olunub-olunmamasını qiymətləndirməmiş, halbuki, cinayət prosessual qanunvericiliyin tələblərinə görə təqsirləndirilən şəxsin ifadəsi digər sübutlarla təsdiq olunduğu halda cinayət işi üzrə sübut kimi qəbul edilə bilər. Lakin cinayət işi materiallarına əlavə edilmiş Şahid1 ifadəsi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs otağa keçərkən Rəqsanə Şahbazova ilə mübahisə etmiş, onların səsi də evin digər otağında eşidilmişdir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Rəqsanə Şahbazovanı öldürmək qərarına gələrkən sonuncu yatmış vəziyyətdə olmamış, sadəcə təqsirləndirilən şəxsə arxasını çevirib getdiyindən Təqsirləndirilən şəxs onun boğazına kəməri dolayaraq onun sağlamlığına ölümünə səbəb olmuş ağır dərəcəli xəsarət yetirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsüf etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmədə cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı əldə edilmiş sübutlara əsasən müəyyən edildi ki, Təqsirləndirilən şəxs 16 may 2023-cü il tarixdə, saat 14:07 radələrində - yetkinlik yaşına çatmadığı dövrdə yaşadığı Cəlilabad şəhəri, Cavadxan küçəsində yerləşən ata evinin həyətində işlərini yekunlaşdırıb evə daxil olduqdan sonra həmin evdə onunla birlikdə yaşayan, bacısı X9 internet vasitəsi ilə tanış olduğu İraq Respublikasında yaşayan “Hüseyn” adlı şəxslə danışmaq üçün ondan telefon istəməsi ilə əlaqədar aralarında yaranmış mübahisə zamanı Rəqsanə Şahbazovanı əxlaqa zidd hərəkətlərinə görə qisas almaq məqsədilə öldürmək qərarına gələrək otaqda yerdə olan bel kəmərini (qayışı) götürüb ilgək formasında Rəqsanə Şahbazovanın boynuna keçirərək möhkəm sıxmaqla onu boğaraq xəsarət yetirmiş, həmin vaxt Rəqsanə Şahbazovanın qışqırıq səsinə gəlmiş anası Şahid1 onu kənara itələdiyi üçün kəməri buraxıb otaqdan çıxmış, lakin Şahid1 və sonradan isə ora gəlmiş Şahid2 tərəfindən göstərilən yardımlara baxmayaraq X23 Şahbazov tərəfindən boyun üzvlərinin ilgəklə sıxılması nəticəsində yaranmış mexaniki asfiksiya səbəbindən 16 may 2023-cü il tarixdə, saat 16 radələrində yaşadığı evdə ölmüşdür. Odur ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsüf edilməsini Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun tövsiyyələri baxımından da əsaslı və qanuni hesab edir. X22 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi), hətta ittiham tərəfi də (zərərçəkmiş şəxsin hüquqi varisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi ictimali-təhlükəli hərəkəti törətməsi və bunun müvafiq nəticələrə səbəb olması əməlində Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlaməti vardır və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini qəsdən törətmişdir. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CPM-in) 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, X28 Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X19, şahid qismində dindirilmiş Şahid1, Şahid2 ibtidai istintaq zamanı verdikləri ifadələri, Şahid3, Şahid4, Şahid5, Şahid6 və Şahid7 Camalxan oğlunun məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdikləri ifadələri, cinayət işi materiallarında olan “Meyitin baxışının aparılması haqqında” 16 may 2023-cü il tarixli, “götürmə aparılması haqqında» 20 may 2023-cü il tarixli, “Hadisə yerinin baxışının aparılması haqqında” 20 may 2023-cü il tarixli, “Videokameraya baxış keçirilməsi” 21 may 2023-cü il tarixli , “ifadənin yerində yoxlanılması haqqında” 22 may 2023-cü il tarixli, “diskə baxış keçirilməsi haqqında” 22 may 2023-cü il tarixli, "xxxx" MMC-dən daxil olmuş rabitə məlumatlarının əks olunduğu “CD” diskə baxış keçirilməsi haqında” 28 iyun 2023-cü il tarixli protokollar və digər istintaq hərəkəti protokolları, məhkəmə-tibbi ekspertizasının 22 may 2023-cü il tarixli, 388 nömrəli, məhkəmə-tibbi ekspertizasının 10 iyun 2023-cü il tarixli, 13 nömrəli, məhkəmə-lifli ekspertizasın xx.xx.2023-cü il tarixli, 6/3161 nömrəli, məhkəməfonoskopik ekspertizasının 05 iyul 2023-cü il tarixli, 4/948-4/955 nömrəli, məhkəmə kompüter-texniki ekspertizasının 25 iyun 2023-cü il tarixli, 5/794 nömrəli, komisyon məhkəmə-tibbi ekspertizasının 31 iyul 2023-cü il tarixli, T544/2023 nömrəli, məhkəmə vidoe-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 4/235 nömrəli, komissyon məhkəmətibbi ekspertizasının xx.xx.2024-cü il tarixli T 120/2024 nömrəli, məhkəmə-fonoskopik ekspertizasının xx.xx.2024-cü il tarixli 4/237 nömrəli rəyləri və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış predmetlərlə müəyyən edilmiş işin faktiki halları, yəni toplanmış sübutların məcmusu ilə, həmin əməli anlaqlı vəziyyətdə törətməsi isə kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 02 iyun 2023-cü il tarixli, 1527nömrəli rəyi ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirini tam sübuta yetirmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluğun yoxlanılmasına dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum edilməmişdir. (cild İİ, i.v. 08) - Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Cəlilabad şəhər İƏD üzrə nümayəndəliyindən verilmiş 11 sentyabr 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir təşkilatdan şikayət xarakterli məktub daxil olmamış, sonuncunun ailə tərkibi atası və anasından ibarətdir. (cild İİ, i.v. 274-283) Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməllərinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, ilk dəfə cinayət törətməsini, cəzasını yüngülləşdirən hal kimi cinayəti yetkinlik yaşına çatmayan dövrdə törətməsini (CM-in 59.1.2-ci maddəsi), cəzasını ağırlaşdıran halların olmadığını (CM-in 61.1-ci maddəsinə əsasən) təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Bundan əlavə məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxsin hüquqi varisi Habil Şahbazov zərərçəkmiş şəxs X16 Şahbazov tərəfindən öldürülmədiyini bildirmiş, zərərçəkmiş şəxsin intihar edərək ölməsini bildirmişdir. Göründüyü kimi hazırkı cinayət işi üzrə mərhum zərərçəkmiş şəxs hüquqi cəhətdən müdafiəsiz qalmış, ibtidai isitntaq və məhkəmə istintaqı zamanı Rəqsanə Şahbazovanın kənar şəxs tərəfindən öldürülməsi mötəbər sübutlarla təsdiq olunduğu halda hüquqi varis olan Habil Şahbazov mərhumun intihar etdiyini göstərərək Təqsirləndirilən şəxs məsuliyyətdən yayındırmaq istəmişdir. Təqsirləndirilən şəxs isə Rəqsanə Şahbazovanı öldürmədiyini, həmin cinayətə görə özünü günahkar bilmədiyini bildirmişdir. Yuxarıda qeyd edilənləri təhlil edərkən təqsirləndirlən şəxsin zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi formal olaraq görünsə də məhkəmə cəza təyini zamanı bu halı, yəni CM-in 59.1.12-ci maddəsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmasının cəzanın məqsədlərinə, eləcə də CM-in 59.1-ci maddəsinin məqsədlərinə xidmət etmədiyini hesab edir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, CM-in 59.1.12-ci maddəsində təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Lakin hazırkı cinayət işindən görünür ki, Təqsirləndirilən şəxs ümumiyyətlə ona ittiham olunan əməli törətmədiyini bildirmiş və zərərçəkmiş şəxsin hüquqi varisi ilə də hər hansı barışıq əldə etməsini bildirməmişdir. Bu halın cəzanı yüngülləşdirən hal kimi nəzərə alınması ilə bağlı məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi o halda cəzanı yüngülləşdirən hal kimi sayıla bilər ki, təqsirləndirilən şəxsi bu barışığı onun hərəkətələri ilə təsdiq olunmalı, davranışında ifadə olunmalı və həmin davranışlarla uzlaşmalıdır. Yəni şəxsin zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi onun hərəkətləri və davranışı ilə uzlaşmadığı halda bu hal barışıq kimi qiymətləndirilə bilməz. Zərərçəkmiş şəxsin hüquqi varisi olan Habil Şahbazov isə təqsirləndirilən şəxs tərəfindən hər hansı cinayət törədilmədiyini, ümumiyyətlə hüquqi varisi olduğu zərərçəkmiş şəxsi həyatdan məhrum edən şəxsin olmadığını, sonuncunun intihar etməsi səbəbindən ölməsini bildirməklə, bununla da mərhum zərərçəkmiş şəxsin hər hansı hüququnu qorumaqda maraqlı olmadığını məhkəmə istintaqı zamanı nümayiş etdirmişdir. Buna görə də onun bu hərəkətləri təqsirləndirlən şəxslə barışıq kimi qəbul edilməməli və bu hal da təqsirləndirlən şəxsə cəza təyin edilməsində nəzərə alınmamalıdır. Butun bu halları birlikdə nəzərə alan məhkəmə tərkibi hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsi cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmamalı və təqsirləndirlən şəxsə cəza həmin Məcəllənin 60.1-ci maddəsinə istinad edilmədən təyin edilməldir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı da bu mövqedən çıxış edir. Həmin qərarın 1-ci maddəsində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanunun ədalət prinsiplərindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli, 415 saylı qərarının 45-ci bəndində göstərilir ki, məhkəmələr cəza təyini zamanı həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanı onun islah olunmasına və ailəsini həyat şəraitinə təsirini nəzərə almalıdır. Avropa İnsan hüquqları məhkəməsi özünün bir çox qərarlarında (Delkourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-cil tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X35rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi aydın görünməlidir.” Bundan başqa, «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli Azərbaycan Respublikası Qanunun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsininn 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, istənilən məhkəmə aktının qanuni və əsaslı həll edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi aydın görülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli, 2 saylı qərarının 12-ci bəndində göstərilir ki, şəxs yetkinlik yaşına çatmadığı dövrdə qəsdən cinayət törətmiş şəxs (o cümlədən xüsusilə ağır cinayət) hökm çıxarılan vaxt yetkinlik yaşına çatarsa və azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, o, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilməlidir. Həmin Plennum qərarının tövsiyəsini nəzərə alan məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 20 may 2023-cü il tarixdən hesablanmalı, Cəlilabad Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 654 (altı yüz əlli dörd) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 654 (altı yüz əlli dörd)manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə tərkibi hesab edir ki, iş üzrə istintaq orqanı tərəfindən maddi sübut qismində tanınaraq Cəlilabad rayon prokurorluğunda saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş kəmər başlığı, əynində olmuş qırmızı rəngli uzunqol kofta, üzərində sarı rəngli dama şəkilli haşiyələr olan yaşıl rəngli yubka və alt paltarları, habelə hadisə günü Şahid1 əynində olmuş bir ədəd qırmızı rəngli ətək hissəsi uzun olan jaket, Təqsirləndirilən şəxs əynində olmuş bir adəd qırmızı rəngli qısaqol köynək və bir ədəd qara rəngli cins şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad rayon prokurorluğunda saxlanılan “hama” markalı kamera, meyitin boyun nahiyəsində olmuş iki ədəd boyunbağı, Şahid1 məxsus “Samsung Galaxy J5” markalı, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung Galaxy A12” markalı mobil telefonlar zərərçəkmiş şəxsin hüquqi varisinə və ya təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44, 51-2, 132, 346, 351- 353, 356-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 20 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad rayon prokurorluğunda saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş kəmər başlığı, əynində olmuş qırmızı rəngli uzunqol kofta, üzərində sarı rəngli dama şəkilli haşiyələr olan yaşıl rəngli yubka və alt paltarları, habelə hadisə günü Şahid1 əynində olmuş bir ədəd qırmızı rəngli ətək hissəsi uzun olan jaket, Təqsirləndirilən şəxs əynində olmuş bir adəd qırmızı rəngli qısaqol köynək və bir ədəd qara rəngli cins şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, müşahidə kameralarına baxış aparılması zamanı götürülmüş video görüntülərin olduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad rayon prokurorluğunda saxlanılan “hama” markalı kamera, meyitin boyun nahiyəsində olmuş iki ədəd boyunbağı, Şahid1 məxsus “Samsung Galaxy J5” markalı, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung Galaxy A12” markalı mobil telefonlar zərərçəkmiş şəxsin hüquqi varisinə və ya təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə Təqsirləndirilən şəxs 654 (altı yüz əlli dörd) manat məbləğində pul tutulub Azərbaycan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-155/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-155/2024
24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver