Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-156/2025 19.06.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Nəbiyev Cavanşir Şirvan oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi- X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3155324Zərərçəkmiş şəxs3, müdafiəçi – Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, 2-ci dərəcə əlil, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ rayon məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 06 ay 25 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmış, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq təcrixanasında saxlanılan Təqsirləndirilən şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM-nin) 182.2.2 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 19 iyun 2025-ci il tarixdə saat 16:10-da Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 1 nömrəli məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını hədə-qorxu ilə tələb edib ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 Əlövsət oğlunun həkim kimi işlədiyi xəstəxananın iş otağında müayinə etdiyi pasiyentdən pul almasını özündə əks etdirən videogörüntünü sosial şəbəkələrdə ictimailəşdirəcəyini deyərək, həmin rüsvayedici məlumatları yayacağı hədəsi ilə 11 mart 2024-cü il tarixdə saat 10 radələrində Şirvan şəhər onkoloji xəstəxanasının inzibati binasında Zərərçəkmiş şəxs1 Əlövsət oğlunun xidməti iş otağında sonuncunun 1000 (min) manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edərək ələ keçirmişdir. Bundan başqa o, özgənin əmlakını təkrarən hədə-qorxu ilə tələb edib ələ keçirmək məqsədilə 14 mart 2024-cü il tarixdə saat 23 radələrində istifadəsində olan mobil telefona quraşdırılmış “Whatsapp” mobil tətbiqi vasitəsilə Zərərçəkmiş şəxs2 istifadəsində olan mobil nömrəyə zəng edib Zərərçəkmiş şəxs2 baş tibb bacısı kimi işlədiyi xəstəxananın iş otağında həkim Zərərçəkmiş şəxs1 Əlövsət oğlunun müayinə olunan pasiyentdən pul alaraq həmin pulu ona verməsini özündə əks etdirən videogörüntünü sosial şəbəkələrdə ictimailəşdirəcəyini deyərək, həmin rüsvayedici məlumatları yayacağı hədəsi ilə Zərərçəkmiş şəxs2 hədə-qorxu ilə 1000 (min) manat məbləğində pul tələb etməklə özgənin əmlakını hədə-qorxu ilə təkrar tələb etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 09 mart 2024-cü il tarixdə həyat yoldaşı və qayınanası Bəsti ilə birlikdə xəstəxanadan qayıdarkən qayınanası ona Şirvan şəhər onkoloji xəstəxanasında müalicə alan bacısını ziyarət edib müalicəsi üçün maddi yardım etmək istədiyini bildirmiş, əlavə olaraq bacısı Nazilənin həmin xəstəxanada müalicəsi ilə əlaqədar hər müalicə proseduruna görə hər dəfə müxtəlif məbləğlərdə pul ödəməsi barədə məlumat vermişdir. O, Bəstiyə onkoloji xəstələrin müalicəsinin dövlət tərəfindən tam pulsuz aparıldığını, bacısı Nazilədən müalicəyə görə pul tələb edilməsinin qanunsuz olduğunu bildirmişdir. O, həmin gün Bəsti ilə birlikdə Şirvan şəhər onkoloji xəstəxanasına getmiş, xəstəxanada Naziləyə “sistem” köçürüldüyünü görmüşdür. Nazilə ilə söhbət zamanı Nazilə ona köçürülən “sistem”ə görə 60 manat, 18 mart 2024-cü il tarixdə keçirilməli olan “kimya” müalicəsinə görə isə 200 manat pul ödəməli olduğunu bildirmişdir. Naziləyə “sistem” köçürülüb qurtardıqdan sonra onlar birlikdə həkim Zərərçəkmiş şəxs1 və tibb bacısı Ofelyanın olduğu otağa getmişlər. O, otağa daxil olarkən istifadəsində olan “Samsung” markalı mobil telefonla gizli şəkildə çəkiliş etməyə başlamışdır. Belə ki, gizli çəkiliş etməkdə niyyəti xəstəxanada baş verən qanunsuzluqlarla bağlı sübut əldə etmək olmuşdur. Onlar otaqda olarkən Nazilə həkim Zərərçəkmiş şəxs1 “Neypogen” adlı dərmana görə 60 manat pul vermiş, Zərərçəkmiş şəxs1 da həmin pulu götürərək tibb bacısı Zərərçəkmiş şəxs2 vermişdir. O, bütün bu prosesi mobil telefonla videgörüntüyə almışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs1 etdiyi qanunsuzluğa görə etirazını bildirmiş və xəstəxanadan çıxıb getmişdir. O, şikayət məqsədilə X3 baş direktorunun qəbuluna getmiş, ona Zərərçəkmiş şəxs1 etdiyi qanunsuzluqlarla bağlı məlumat verərək mobil telefonda qeydə aldığı videogörüntüləri göstərmişdir. Bundan başqa o həmin faktla bağlı Səhiyyət Nazirliyinin “Qaynar xətti”nə eləcə də, Korrupsiyaya qarşı mübarizə baş idarəsinin “Qaynar xətti”nə şikayət etmişdir. 11 mart 2024-cü il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs1 ona zəng edərək Şirvan şəhər onkoloji xəstəxanasına çağırmışdır. O, Zərərçəkmiş şəxs1la xəstəxanada xidməti iş otağında görüşərək söhbət etmiş, ona qohumu Nazilədən indiyə qədər müalicə üçün aldığı pulları Nazilənin özünə qaytarmasını, həmçinin Nazilənin müalicəsini nəzarətə götürməsini istəmişdir. Bundan bir müddət sonra Zərərçəkmiş şəxs1 ona yenidən zəng edərək telefon danışığı zamanı guya ona min manat pul verdiyi bildirmiş, o da Ədalətin ünvanına nalayiq, təhqiramiz ifadələr işlətmişdir. Bundan başqa o, xx.xx.2024-cü il tarixdə səhhətinin pisləşməsi ilə əlaqədar Şirvan şəhər mərkəzi xəstəxanasının “Təcili yardım” şöbəsinə gəlmiş, həmin vaxt həkim Zərərçəkmiş şəxs3 müayinə etdiyi xəstə və xəstə yaxınları ilə kobud davrandığını görmüş, xəstəxanada baş verən bu kimi neqativ halı ictimailəşdirmək üçün həmin hadisəni mobil telefon vasitəsilə görüntüyə almışdır. Xəstəxanadan çıxdıqdan bir müddət sonra həmin görüntünü sosial şəbəkələrdə paylaşmışdır. Lakin, bununla bağlı Zərərçəkmiş şəxs3 hər hansı məbləğdə pul tələb etməmişdir. Özünə məxsus “Əlillik vəsiqəsi”ndə Qarabağ əlili yazısını isə 06 mart 2024-cü il tarixdə yazmışdır. Hansı səbəbdən vəsiqədə saxta məlumat qeyd etdiyini xatırlamır, Qarabağ əlili yazısını vəsiqədə qeyd edərkən spirtli içkilərin təsiri altında olmuşdur. Həmin vəsiqədən heç vaxt istifadə etməmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, o Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1la əlaqə yarada bilməməsi səbəbindən zəng etmişdir. Zərərçəkmiş şəxs2 onun telefon zənglərinə cavab vermədiyindən elə hesab etmişdir ki, Zərərçəkmiş şəxs2 zəng edənin kim olduğunu bilmədiyi üçün telefon zənglərinə cavab vermir. Buna görə də, kimliyini ona bildirmək üçün xəstəxanada çəkilmiş videogörüntünü onun mobil telefonuna göndərmişdir. Lakin, Ofelyadan heç bir məbləğdə pul tələb etməmişdir. Təqsirləndirilən şəxs son sözündə özünü Azərbaycan Respublikası CM-in 182.2.2-ci maddəsi ilə təqsirli bilmədiyini, Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə təqsirli bildiyini, əməlindən peşman olduğunu bildirərək ona aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra -CPM) 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, CPM-nin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Şirvan şəhər onkoloji xəstəxanasının baş həkimidir. Onkoloji xəstə olan Nazilə Xankişiyeva onun həmkəndlisi olmaqla pasiyentidir. Nazilənin oğlu Murad Bakı şəhərində işləməsi ilə əlaqədar hər dəfə Şirvan şəhərinə gəlib-gedə bilmədiyindən anasının müalicəsi üçün lazım olan dərmanları almağı ondan xahiş etmiş, o da Muradın xahişinə görə, hər dəfə dərmanları şəxsi vəsaiti ilə özü almış, Nazilə isə sonradan həmin dərmanların pulunu ona vermişdir. 09 mart 2024-cü il tarixdə Nazilə Xankişiyevə müalicəsi ilə bağlı xəstəxanada olarkən istifadə olunmuş “neypogen” dərmanının pulunu ona geri qaytarmış, o həmin pulu aldıqdan sonra həmin vaxt otaqda olan sonradan tanıdığı Təqsirləndirilən şəxs əynindəki gödəkçənin altından mobil telefonla onu videogörüntüyə aldığını görmüşdür. O, Təqsirləndirilən şəxs iradını bildirərək onu otaqdan uzaqlaşdırmışdır. O, Təqsirləndirilən şəxs Nazilə Xankişiyevanın qohumu olduğunu öyrənmişdir. Bundan təxminən üç-dörd saat sonra Şirvan şəhər mərkəzi xəstəxanasının direktoru Pərviz Rüstəmbəyov ona zəng edərək Təqsirləndirilən şəxs şikayətlə onun yanına gəldiyini, telefonunda onun videogörüntüsünün olduğunu, bu məsələni yoluna qoymaq lazım olduğunu bildirmişdir. O, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs zəng edərək onu Şirvan şəhəri onkoloji xəstəxanasına çağırmış, həmin gün səhər saatlarında Təqsirləndirilən şəxsla xəstəxanada xidməti iş otağında görüşmüşdür. Söhbət zamanı o, Təqsirləndirilən şəxs nə istədiyini soruşmuş, Taleh də ona videogörünütünün sosial şəbəkələrdə yayılmaması müqabilində 5000 manat pul istədiyini bildirmişdir. O, Talehə 5000 manat pulunun olmadığını, yalnız 1000 manat pul verə biləcəyini deyərək üzərində olan 1000 manat pulu ona vermişdir. O, pulu Talehə verdikdən sonra həmin videogörünütünün heç harada yayılmamasını bildirmiş, Taleh də həmin görüntüləri yaymayacağına dair ona söz vermişdir. Bundan sonra Taleh otaqdan çıxıb getmişdir. Həmin gün onun yanına qonaq gəlmiş jurnalist işləyən dostu Tural onun fikirli olduğunu görüb ondan nə baş verdiyini soruşmuş, o da, başına gələn hadisəni ona danışmışdır. Tural ona Talehə pul verməkdə səhv etdiyini bildirərək Talehə zəng edərək telefon danışığı zamanı ona pul verdiyini deməsini həmin danışığı səsyazanla qeydə almağı təklif etmişdir. O da Turalın təklifi ilə razılaşaraq Təqsirləndirilən şəxs mobil telefonuna zəng etmiş, telefon danışığı zamanı Talehə min manat pul verdiyini, videogörüntülərin sosial şəbəkələrdə yayılmamasını, bundan sonra Talehin ondan heç nə tələb etməməsini bildirmiş və həmin telefon danışığının audioyazısı aparılmışdır. dir. 15 mart 2024-cü il tarixdə tibb bacısı Zərərçəkmiş şəxs2 ona yaxınlaşaraq Təqsirləndirilən şəxs hər axşam ona zəng etdiyini bildirmiş, o bu hala əsəbiləşərək Təqsirləndirilən şəxs zəng edərək Ofelyadan nə istədiyini soruşmuş, Taleh ona videogörüntüdə Ofelyanın da olduğunu, Ofelyanın da ona videogörünütünün yayılmaması üçün pul verməli olduğunu bildirmişdir. O, Talehə bir daha onlara zəng edib narahat etməməsini bildirmişdir. Növbəti gün, yəni xx.xx.2024-cü il tarixdə qeyd olunan videogörüntü sosial şəbəkələrdə yayılmışdır. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxsla barışdığını, ondan heç bir şikayət və ya tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 09 mart 2024-cü ildə xəstəsi olan Nazilə Xankişiyeva müalicəsini bitirib evə gedərkən ona istifadə olunmuş üç ədəd “Neypogen” adlı dərmanın 60 manat pulunu onun otağında masanın üzərinə qoymuşdur. Zərərçəkmiş şəxs1 isə pulu ona tərəf itələyib təqdim etmişdir. Belə ki, Nazilə Xankişiyevanın müalicəsində istifadə olunmuş həmin dərmanı öz vəsaiti hesabına almışdır. Daha sonra Talehin videoçəkiliş apardığı onlara məlum olmuşdur. Ədalət həkim Talehin çəkiliş apardığını görüb əsəbiləşmiş, Talehdən otağı tərk etməyi tələb etmişdir. Taleh Zərərçəkmiş şəxs1 hədələyərək “Sən sonuncu gündür ki, burada işləyirsən! Bundan sonra burada işləməyəcəksən!” deyib otağı tərk etmişdir. 11 mart 2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 ona Talehin videogörüntünü sosial şəbəkələrdə yaymaması üçün ondan 1.000 manat pul aldığını bildirmişdir. Növbəti günlər yəni 12-14 mart 2024-cü il tarixlərdə tanımadığı nömrədən ona çoxsaylı zənglər gəlmiş, lakin o, həmin zənglərə cavab verməmişdir. 14 mart 2024-cü il tarixdə təxminən saat 23 radələrində həmin nömrədən ona “WhatsApp” mobil tətbiqi vasitəsi ilə xəstəxanada çəkilmiş videogörüntü göndərilmişdir. Bundan sonra o, zəng edənin Taleh olduğunu anlamışdır. Taleh ona zəng etdikdə bu dəfə onun zənginə cavab vermiş, Talehə Ədalət həkimlə razılaşdıqlarını deyərək nəyə görə belə etdiyini soruşmuşdur. Taleh ona “sən də öz günahına görə məbləğ ödəməlisən” demiş, o isə heç bir günahının olmadığını bildirmişdir. Buna baxmayaraq Taleh ona videogörünütünün sosial şəbəkədə yayılmaması üçün 1000 manat pul verməli olduğunu demişdir. O, baş verənlər barədə 15 mart 2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 məlumat vermiş, Zərərçəkmiş şəxs1 onun yanında Talehə zəng edərək “Niyə belə edirsən? Biz axı söz danışmışıq!” demişdir. Taleh Ədalət həkimə “Ofelya da mənə pul ödəməlidir” demişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və ya tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Şirvan şəhər mərkəzi xəstəxanasında nevropatoloq vəzifəsində işləyir. Dəqiq xatırlamadığı tarixdə xəstəxanın “Təcili yardım” şöbəsində növbətçi həkim olarkən xəstələrdən birinin yaxını ilə aralarında sözlü mübahisə olmuşdur. Bundan bir müddət sonra xəstəxanada stasionar müalicədə olan “qazi” xəstələr ona yaxınlaşıb xəstə yaxını ilə aralarında olan sözlü mübahisənin əks olunduğu videogörüntünün “Tiktok” sosial şəbəkəsində yayıldığını bildirərək həmin videonu ona göstərmişlər. O, həmin xəstələrdən videonu çəkib sosial şəbəkələrdə yayanın Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Talehin harada olduğunu soruşduqda ona Talehin az öncə xəstəxanadan çölə çıxdığını söyləmişlər. O, Talehin arxasınca gedərək ona çatıb “sənin nə ixtiyarın var ki, məndən icazəsiz məni çəkmisən?” demişdir. O, Talehdən həmin videogörüntünü silməyi tələb etmiş, Taleh ona məhəl qoymayaraq avtomobilə oturub həmin yeri tərk etmişdir. Taleh növbəti gün ona həm “Whatsapp” mobil tətbiqi vasitəsilə həm də “Nar mobile” operatoruna məxsus nömrə ilə bir neçə dəfə zəng etmiş, lakin o Talehin zənglərinə cavab verməmişdir. O, Talehin onu şantaj etmək istədiyini bildiyindən onun zənglərinə cavab verməmişdir. Daha sonra Taleh ona “Sənin videogörüntün məndədi. Telefonumu aç sözüm var” yazmış, lakin bunlara baxmayaraq o, onun zənglərinə cavab verməmişdir. Bundan sonra Taleh ona “Aç telefonu, aç telefonu, elə eləmə səni Cavadovun gününə salım!” demişdir. Talehin ona “Səni Cavadovun gününə salaram” yazmağından və onu gizlicə çəkməyindən ondan pul istədiyini düşünmüşdür. O, Talehlə ümumiyyətlə danışmamış, Taleh nə özü nə də başqası vasitəsilə ondan hər hansı məbləğdə pul istəməmişdir. Növbəti gün isə həmin videogörüntülər bütün sosial şəbəkələrdə yayılmışdır. Talehin barəsində polis şöbəsinə şikayət ərizəsi yazmışdır. Məhkəmədə CPM-nin 330.1-ci maddəsinə əsasən (zərərçəkmiş şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş həmin ifadəsində göstərmişdir ki, səhərsi gün yəni, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Taleh ona zəng vurmuşdur. O, telefonu açmadığı üçün Taleh ona hədə-qorxu mesajları yazaraq hədələyirmiş. O, Talehə bu barədə bildirəndə Taleh onu hədələyərək bildirmişdir ki, səni də Cavadov həkimin gününə salacam. O, Talehlə xoş danışaraq videonu silməsi üçün nə istədiyini soruşmuşdur. Taleh ona bildirmişdir ki, Cavadovdan maraqlan nə qədər pul veribsə sən də həmin pulu hazırla. O, Talehin Ədalət həkimdən 1000 manat pul aldığını bildiyi üçün ondan soruşmuş ki, 1000 manat? Taleh də “bəli,min manat” deyə cavab vermişdir. Bundan sonra o Talehə “get əlindən gələni et, onsuzda orada mənim heç bir qanunsuz hərəkətim yoxdur” demişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs3 göstərmişdir ki, o həmin ifadəni oxumadan imzalamışdır. Taleh ona bir neçə dəfə zəng etsə də, o Talehin zənglərinə cavab verməmiş, onlar arasında heç bir telefon danışığı olmamışdır. O, Talehin zənglərinə cavab vermədiyindən Taleh ona “Whatsapp” mobil tətbiqi vasitəsilə hədə-qorxu məzmunlu ismarıclar yazmışdır. Lakin, Taleh nə özü, nə də başqası vasitəsilə ondan konkret olaraq hər hansı məbləğdə pul istəməmişdir. Bununla belə o düşünmüşdür ki, Talehin həmin videonu çəkməkdə və ona zəng etməkdə məqsədi ondan pul almaq olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir, məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiq edir. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxsla barışmadığını, ondan şikayətçi olduğunu bildirmişdir. Şahid məhkəmə iclasında iştirak etmədiyindən CPM-nin 327.1.2 və 329.1-ci maddələrinin tələblərinə əsasən onun ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, həmin ifadəsində göstərmişdir ki, o, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs ilə orta məktəbdə bir sinifdə oxumuşlar. Onunla sinif yoldaş kimi münasibətləri olmuş, heç bir düşmənçilikləri və ədavətləri olmamışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 19 radələrində küçələrində dayanıb Rəhimlə söhbət etmişlər. Bu vaxt sonradan adını bildiyi Murad adlı şəxs və yanında olan tanımadığı şəxs onlara yaxınlaşaraq Talehi onlardan soruşmuşdur. Onlar nə üçün Talehi soruşduqlarını soruşduqda, Murad bildirmişdir ki, Şirvan şəhər Mərkəzi xəstəxanasında həkim işləyən Dürdanə həkimi iş vaxtı videoya çəkmiş və sosial şəbəkə olan “Tik-Tok”da paylaşmışdır. O, həmin vaxtı Talehə zəng vuraraq olduqları yerə çağırmışdır. Taleh gəldikdən sonra onlar hamısı Talehə irad bildirmişlər ki, “ayıbdır, qadına qarşı elə hərəkət etməzlər”. Taleh onların iradlarını başa düşərək onlara bildirmişdir ki, bu dəqiqədən sonra “Tik-Tok” sosial şəbəkədən həmin video silinəcək. Öz telefonunda olan çəkilişidə yanlarında silmişdir. Bundan sonra Murad və yanında gələn tanımadığı şəxs çıxıb getmişlər. Həmin vaxtı onların küçələrinin yaxınlığında olan dəmir yolunun üstündə söhbət etmişlər. Həmin vaxt mehribançılıqla söhbət etmişlər və mehribançılıqla da ayrılmışlar. Həmin vaxtı Talehi hədələyən olmamışdır. O, həmin vaxtı bilmişdir ki, Taleh kimisə videoya çəkib internet sosial şəbəkədə paylaşmışdır. İşdə olan “Cinayət işinin başlanması haqqında” 29 iyun 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 182.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (Cild 1, i.v. 1;) İşdə olan, Lənkəran Şirvan ŞPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı İlkin Xudiyevin xx.xx.2024-cü il tarixli “Raport”undan görünür ki, Zərərçəkmiş şəxs1 Şirvan şəhər prokurorluğuna ünvanlandığı müraciət daxil olmuş, həmin müraciətin icrasını davam etdirmək məqsədilə materialın PŞ-nin İB-nə verilməsindən ötrü aidiyyatı üzrə göstəriş verilməsi xahiş edilmişdir. (Cild 1, i.v 4;) İşdə olan, Şirvan şəhər Onkoloji Xəstəxanasının baş həkimi Zərərçəkmiş şəxs1 Şirvan şəhər Prokuroruna ünvanlamış ərizəsindən və izahatından görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ondan hədə-qorxu ilə pul tələb etdiyini, sonuncuya 1000 (bir min) manat pul verdiyini bildirmişdir. (Cild 1, i.v 10-12;) İşdə olan, Şirvan şəhər PŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Vüqar Qədirovun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 14 aprel 2024-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ondan hədə-qorxu ilə pul tələb etdiyi, sonuncuya 1000 (bir min) manat pul verdiyi barədə toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. (Cild 1, i.v 14;) İşdə olan, Şirvan şəhər prokuroru, baş ədliyyə müşaviri Kamal Talıbovun “cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi haqqında vəsatətin ləğv edilməsi barədə” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 müraciəti ilə bağlı material üzrə təhqiqat bölməsinin təhqiqatçısı Vüqar Qədirovun xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi ilə bağlı təhqiqat bölməsinin rəisi Nahid Bağırlının xx.xx.2024-cü il tarixli vəsatəti təmin edilməyərək ləğv edilmişdir. (Cild 1, i.v 18;) İşdə olan, “zərərçəkmiş şəxs qismində tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, i.v 22;) İşdə olan, “zərərçəkmiş şəxsin dindirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ondan hədə-qorxu ilə 5000 (beş min) manat pul tələb etdiyi, sonuncuya 1000 (bir min) manat pul verdiyi bildirmişdir. (Cild 1, i.v 27-30;) İşdə olan, “götürmə aparılması və baxış keçirilməsi haqqında” 30 iyun 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş bir ədəd diskdəki videogörüntüdən görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi disklərin birinin içərisində 01 ədəd 03 dəqiqə 37 saniyədən ibarət videogörüntü vardır. Həmin videogörüntü açıldıqda videogörüntüdə 4-5 şəxsin danışıqları qeydə alınır. Danışıqlar aşağıdakı kimidir. Şərti olaraq A-həkim, B-tibb bacısı, C-vətəndaş, D-çəkilişi aparan şəxs, E-digər şəxs qeyd olunmuşdur. A-Yaxşı ver bura sənədini, bəsdi o qədər. Sağol C-Allah köməyin olsun E-İndi həkim haçan gətirək xəstəni? A-Bax demişəm sənə məni çaşdırma. C-Ayın 17-si hə? A-Siz bir yerdəsiniz?Birinci başa düşmədim e. Ayın neçəsi demişəm?ayın 18-i demişəm, bax 19-dan sonra işləmirik. Gedin salamat qalın. Evdə salam dua verin, oğlun zəng vurmuşdu dünən. C-Doktor indi “ximyaya” 50 faiz ödəyəcəyik yenə? A-Kimnən danışırsan sən? C-Onunla. Nazilə ilə. A-Onun ağ qanı düşmüşdü ona görə. C-İndi yox. Bundan əvvəl ona “ximya” vurmusunuz da. Ayın 17-18-i vurmusunuz “ximya”nı. A-Bu qanı, ki qız götürdü soyuducudan çıxardı ha, həmin dərman aptekdə olmur. O buzun içərisində olur. O kimyanın üstünə vurulur. Biz elə vurulanda çatdıra bilmirəm. Bu alınma şeydi. Mən ona görə deyirəm. Bu da dünənki gün işləmirdik, sırağagün işləyirdik. Bu da 1,4 mindi. Norma 4 mindən 9 min arasındadı. Mən məcbur qalıb bilmirəm axı sabahsı gün işləyəcəyik, analiz olmayacaq bir şey olmayacaq. Mən nağarım. İki gündə ona görə elə cür çıxdı, ayrı vaxtı belə çıxmayacaq. C-İndi ximyanın vaxtı 21 gün sonradı da? A-Ayın tarixini demişəm. 18-i demişəm. Nə qədər ödəyib bu? C-İki dəfəyə iki yüz manat ödəyib. B-Cəmi 195 manat. A-Mən bilmirəm e, qorxuram ki, o heçe kimyası o yana. Yenə qanı düşə bilər. Belə tərslikdən də bayram çoxdu e. Onda bizim işimiz. Onu da analizsiz bilmək olmur e başına dönüm. C-Bu mənim üzr istəyirəm qayınanamdı. Bu da qayınanamın böyük bacısıdı. A-nə deyirəm ki? C-Mən özüm də Qarabağ qazisiyəm. A-Xəstə sənin nəyindi? C-Yoldaşımın xalasıdı. A-Demək sənin ailə üzvün deyil. C-Qanun hamı üçün qanundu da. A-Mən nə deyirəm ki, sənə. C-Qanun hamı üçün qanundu da. Fərqi var qazi oldum və ya vətəndaş oldum. A-Sən Azərbaycana cavabdeh deyilsən ki. C-Bir vətəndaş kimi mən qanunu bilirəm. A-Bunlar məndən inciməsin e. Qapını ört bala. Sən ailə üzvünə düz deyirsən. C-Böyük tibb bacısıdır bu? B-Bəli. A-Bəli bu böyük tibb bacısıdır. Sən ailə üzvünə baş üstə hər şey güzəşt olunur da. Bizlik bir iş yoxdur. Yoldaşının xalasıdı da belə deyirsən. E-Bəli yoldaşımın xalasıdır. A-Xanım, bacı, əzizim, qardaşım. Bura Bakı deyil. Bura Bakıdan aşağısı 50 faiz aşağıdı, güzəştlidir. O dərmanı da Neypogeni birini 100 manata vururlar. Biz onu vururuq 20 təxminən 22 manata. O ayrı sistemlə vurulur. Evdə də vurulur burda da vurulur. Ona görə onun 60 manat pulu çıxıb. Hər dəfə çıxmayacaq. Hər dəfə qalxmır. Ancaq kimyəvi dərmanı bizə gəlirsən mənim otağıma mən məsləhət bilirəm. Sən çəkiliş edirsən? C-Hə, Allah razı olsun. Eyni zamanda “götürmə aparılması və baxış keçirilməsi haqqında” 30 iyun 2024-cü il tarixli protokola əlavə edilmiş digər bir ədəd diskdəki audioyazılardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 1000 manat pul almasını təsdiq etmiş, həmçinin danışıqlarda Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs nə üçün tibb bacısı Zərərçəkmiş şəxs2 da pul tələb etməsini soruşmuş və bu məsələnin sonlandırmağını demiş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs1 onunla razılaşdıqlarını, əl sıxışdıqlarını demişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 təqdim etdiyi disklərin birində olan videogörüntü Təqsirləndirilən şəxs mobil telefonu ilə çəkib ona hədə-qorxu gəldiyi videogörüntü olduğunu, digər diskdə olan videogörüntü və audiofaylların Təqsirləndirilən şəxsla aralarında telefon danışığı aparılan zaman yazılmış fayllar olduğunu bildirmişdir. (Cild 1, i.v 33-36;) İşdə olan, “materialın cinayət işinə birləşdirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 qarşı törədilmiş cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən edildiyindən, Zərərçəkmiş şəxs3 müraciəti əsasında toplanmış HK-1/1331 nömrəli material Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 182.1-ci maddəsi ilə istintaq aparılan ********* nömrəli cinayət işinə birləşdirilmiş və istintaq davam etdirilmişdir. (Cild 1, i.v 37;) İşdə olan, Zərərçəkmiş şəxs3 izahatından görünür ki, Zərərçəkmiş şəxs3 xəstəxanada söhbət edərkən Təqsirləndirilən şəxs onu çəkərək “Tik-tok” və digər səhifələrində paylaşdığını, sonradan Təqsirləndirilən şəxs onu hədələdiyini, videonu silmək üçün ondan 1000 (bir min) manat məbləğində pul tələb etdiyini bildirmişdir. (Cild 1, i.v 46;) İşdə olan, “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 182.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, i.v 52;) İşdə olan, “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 13:00-da Şirvan şəhər polis şöbəsində müdafiəçi Şirvan regional vəkil bürosunun vəkili X2 iştirakı ilə tutulmuşdur. (Cild 1, i.v 65;) İşdə olan, şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs ikinci dərəcəli əlildir. (Cild 1, i.v 66-67;) İşdə olan, götürmə aparılması və baxış keçirilməsi haqqında 03 iyul 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd dördkünc kitabça formasında olan vəsiqə qırmızı rəngdə olmaqla vəsiqənin qarşı hissəsində «Əlilin vəsiqəsi» yazılmışdır, yuxarı hissədə isə Azərbaycan Respublikasına aid qerb həkk olunmuşdur. Vəsiqəni açıb içərisində baxıldıqda vəsiqənin nömrəsinin №080267 olması müşahidə edilir, vəsiqənin ilk vərəqində Soyadı, adı və atasının adı qrafalarında «Təqsirləndirilən şəxs» yazılmış, aşağı sol hissədə fotoşəkil, sağ hissədə isə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin möhürü və imza əks olunmuşdur. Vəsiqənin ikinci vərəq hissəsində «vəsiqə verən təşkilatın adı, vəsiqənin sahibi, əlilliyin qrupu və səbəbi» qrafalarında «Şirvan şəhər ƏSMM, İİ (ikinci), Qarabağ əlili» sözləri göy rəngli qələmlə yazılmışdır. Aşağı hissədə «verilmə tarixi» qrafasında isə «31 Mart 2021» yazılmışdır. Diqqət etdikdə vəsiqənin «əlilliyin qrupu və səbəbi» qrafasında, həmçinin «verilmə tarixi» qrafasında olan «Qarabağ əlili və Mart 2021» sözlərinin yayılmış və pozularaq təzədən yazılmış formada olması müşahidə edilir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs təqdim etdiyi vəsiqənin özünə məxsus olduğunu, həmin vəsiqə suya düşdükdən sonra «əlilliyin qrupu və səbəbi» qrafasında, həmçinin «verilmə tarixi» qrafasında olan «Qarabağ əlili və Mart 2021» sözlərini özünün göy rəngli qələmlə yazdığını bildirmişdir. (Cild 1, i.v 73-74;) İşdə olan, “zərərçəkmiş şəxs qismində tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, i.v 75;) İşdə olan, “götürmə aparılması və baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş «whatsapp» mobil tətbiqində aparılmış danışıqlar ilə bağlı olan çıxarışdan görünür ki, ***-***-**-** mobil telefon nömrəsinin «whatsapp» mobil tətbiqindən Zərərçəkmiş şəxs3 mobil telefon nömrəsinin «whatsapp» mobil tətbiqinə 02 iyun 2024-cü il tarixdə saat 23:19-da 2 dəfə zəng olunmuş, lakin Zərərçəkmiş şəxs3 tərəfindən zənglərə cavab verilməmiş, həmin tarixdə ***-***-**-** mobil telefon nömrəsinin «whatsapp» mobil tətbiqindən Zərərçəkmiş şəxs3 «whatsapp» mobil tətbiqinə «Telfonma cavab ver səni emtim cağırsa demə demədi ha Cavadovu etdiyim kimi edim», «Ver adboy verdim», «MTX», «Sabah olan nə ola» məzmunda ismarıcların göndərilməsi müşahidə olunmuşdur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs3 təqdim etdiyi çıxarışlarda olan ismarıcları ona Təqsirləndirilən şəxs göndərdiyini bildirmişdir. (Cild 1, i.v 85-86;) İşdə olan, “üzləşdirmə aparmaq haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 xəstəxanada söhbət edərkən Təqsirləndirilən şəxs onu çəkərək “Tik-tok” və digər səhifələrində paylaşdığı, sonradan Təqsirləndirilən şəxs onu hədələdiyi, videonu silmək üçün ondan 1000 (bir min) manat məbləğində pul tələb etdiyinə cavab olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 xəstəni gətirən şəxslə kobud rəftar etməsini həqiqətən videoya çəkdiyini, internet səhifələrində yerləşdirdiyini, lakin Dürdanədən heç vaxt videogörüntünün yayılması üçün pul istəmədiyini və ondan pul almadığını bildirmişdir. (Cild 1, i.v 87-88;) İşdə olan, “üzləşdirmə aparmaq haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ondan hədə-qorxu ilə 5000 (beş min) manat pul tələb etdiyi, sonuncuya 1000 (bir min) manat pul verdiyinə cavab olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xəstədən pul almasını həqiqətən videoya çəkdiyini, “Youtube” platformasında yerləşdirdiyini, lakin Zərərçəkmiş şəxs1 heç vaxt videogörüntünün yayılması üçün pul istəmədiyini və ondan pul almadığını bildirmişdir. (Cild 1, i.v 89-90;) İşdə olan, “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 182.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (Cild 1, i.v 93;) İşdə olan, xx.xx.2024-cü il tarixli, 4(032)-155/2024 nömrəli Şirvan şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 03 iyul 2024-cü ildən hesablanmışdır. (Cild 1, i.v 111-116;) İşdə olan, Şirvan şəhər mərkəzi xəstəxanası X22 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-35/2-1095/2024 nömrəli müraciətin cavablandırılması barədə məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər mərkəzi xəstəxanası X19 poliklinika şöbəsinin Ruhi-əsəb kabinetində “Üzvi şəxsiyyət pozuntusu” və narkoloji kabinetdə “çətənə bitkisi preparatından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi” diaqnozu ilə qeydiyyatdadır. (Cild 1, i.v 126;) İşdə olan, “zərərçəkmiş şəxs qismində tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, i.v 133;) İşdə olan, “zərərçəkmiş şəxsin dindirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ondan hədə-qorxu ilə pul tələb etdiyi bildirmişdir. (Cild 1, i.v 138-140;) İşdə olan, Şirvan şəhər İHB-nın İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Şirvan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. (Cild 1, i.v 144;) İşdə olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı Şirvan-Salyan Regional filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/2-192476/2024 nömrəli və 13 avqust 2024-cü il tarixli, 3-17-1/2-208776/2024 nömrəli sosial ödəniş alıb-almaması haqqında məktublardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il tarixdən ümumi xəstəliyə əsasən 2-ci dərəcəli əlillik təyin olunmuş, hazırda ödənişi davam etdirilir. Təqsirləndirilən şəxs təkrar müayinə nəticəsində xx.xx.2016-cı tarixindən müddətsiz 2-ci dərəcə (orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə) əlilliyi müəyyən edilib. MEİS-in “Sosial ödənişlər” altsistemində olan məlumatlara əsasən Təqsirləndirilən şəxs 2-ci dərəcə (orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə) əlilliyə görə sosial müavinət təyin edilib, hazırda ödənişi davam etdirilir. (Cild 1, i.v 148; Cild 1, i.v 167) İşdə olan, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəər Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-43- 87/2-968/2024 nömrəli məktubdan və 2055 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1985-ci il təvəllüdlü hərbi vəzifəsi əsgər Təqsirləndirilən şəxs məxsus olmuş xx.xx.2003-cü il tarixli ******* nömrəli hərbi biletdəki hərbi hissələr tərəfindən aparılmış qeydlər əsasında tərtib edilmiş uçot kartasına əsasən o, xx.xx.2003cü il tarixdən xx.xx.2004-cü il tarixədək Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçmişdir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2004-cü il tarixli, 2055 nömrəli qərarına əsasən “Xəstəliklər cədvəlinin” 17 B maddəsinin İİ qarafasına (mülayim dərəcədə ifadə olunmuş psixopatabənzər davranışla nəticələnmiş keçirilmiş uzun müddətli psixoz) əsasən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Füzuli Hərbi Prokurorunun xx.xx.2005-ci il tarixli qərarı ilə barəsində ARCM-nin 334.1-ci (hərbi hissəni özbaşına tərk etməsi) maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilmişdir. Hərbi xidmətə yararsız olduğu üçün xx.xx.2004-cü il tarixdə müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Vətəndaş Təqsirləndirilən şəxs döyüş əməliyyatlarında və ya müharibədə iştirakı, həmçinin xəstəliyinin Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar olması haqqında məlumatlar Xidmətin Şirvan şəhər şöbəsinə daxil olmadığı üçün o, müharibə veteranı və ya əlili kimi qeydiyyata alınmamışdır. (Cild 1, i.v 149-150;) İşdə olan, “üzləşdirmə aparmaq haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ondan hədə-qorxu ilə 1000 (bir min) manat pul tələb etdiyinə cavab olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 xəstədən pul almasını həqiqətən videoya çəkdiyini, “Youtube” platformasında yerləşdirdiyini, lakin Zərərçəkmiş şəxs2 heç vaxt videogörüntünün yayılması üçün pul istəmədiyini və ondan pul almadığını bildirmişdir. (Cild 1, i.v 162-163;) İşdə olan, xx.xx.2024-cü il tarixli DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, Lənkəran Ağır Cinayətlər məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ rayon məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 06 ay 25 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmış. (Cild 1, i.v 164-166;) İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5/1050 nömrəli sənədlərin məhkəmə texniki ekspertizasından görünür ki, təqdim edilmiş Təqsirləndirilən şəxs adına olan 31 mart 2021-ci il tarixli 080267 nömrəli əlilin vəsiqəsində «Qarabağ Əlili» və «Mart 2021» yazılarının altında olan ilkin yazılar kimyəvi üsulla pozularaq indiki yazılar yazılmışdır. Həmin pozulmalar yerli və intensiv olduğu üçün ilkin yazıları müəyyən etmək mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat məbləğində təşkil edir. (Cild 1, i.v 169-171;) İşdə olan, “cinayət işi üzrə istintaq müddətinin uzadılması barədə” qərardan görünür ki, Şirvan şəhər polis şöbəsinin istintaq bölməsində Azərbaycan Respublikası CM-in 182.2.2-ci maddəsi ilə istintaq aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək uzadılmışdır. (Cild 1, i.v 179- 180;) İşdə olan, xx.xx.2024-cü il tarixli, 4(032)-2045/2024 nömrəli Şirvan şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 (bir) müddətinə, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. (Cild 1, i.v 187-191;) İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 4/1427 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasından görünür ki, Məhkəmə-xətşünaslıq ekspertizasının 16 oktyabr 2024-cü il tarixli, 4/1427 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs 080267 seriyalı əlillik vəsiqəsində «Vəsiqənin sahibi» qrafasındakı «Qarabağ Əlili» yazıları Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Təqsirləndirilən şəxs 080267 seriyalı əlillik vəsiqəsində “verilmə tarixi” qrafasındakı “Mart 2021” yazıları - Təqsirləndirilən şəxs tərəfindən icra olunubolunmamasını müəyyən etmək mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 110 (bir yüz on) manat məbləğində təşkil edir. (Cild 1, i.v 193-195;) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X22 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2599 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs üzvi şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs təsvir edilən hadisəni törədən zaman üzvi şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, qeyd olunan hadisə vaxtı öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs qeyd olunan hadisə vaxtı öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. (Cild 1, i.v 198-199;) İşdə olan, “sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli və “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 182.2.2-ci maddəsindən həmin Məcəllənin 182.2.2 və 320-ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 182.2.2 və 320.1-ci maddələri yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs götürülmüş 01 (bir) ədəd “Əlillik vəsiqəsi”, Zərərçəkmiş şəxs1 təqdim etdiyi 02 (iki) ədəd disk, Zərərçəkmiş şəxs3 təqdim etdiyi çıxarışlar maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır. (Cild 1, i.v 200-215; Cild 1, i.v 225-226) Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı toplanıb elan edilərək tədqiq edilmiş məhkəmə istintaqı materiallarından, yəni; İşdə olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reavilitasiya Agentliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-17-4/2-12380/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 1992-ci il 25 avqust tarixli 284 nömrəli Qanunun 4-1-ci maddəsinə əsasən, əlilə və ya sağlamlıq imkanları məhdud uşağa nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəsiqə verilirdi. Lakin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 31 may 2018-ci il tarixli 1153 nömrəli Qanunun 40-cı maddəsində də göstərildiyi kimi bu Qanun qüvvəyə mindiyi gündən “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 1992-ci il 25 avqust tarixli 284 nömrəli Qanunu ləğv edilmişdir. Bu Qanunun 3.1-ci bəndində qeyd olunur ki, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi Qaydası”ı təsdiq edilmişdir. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Hazırda əlilliyin təsdiqi üçün istifadə olunan sənəd elektron sistem üzərindən formalaşdırılan və şəxsi kabinet vasitəsilə əldə edilən Tibbi-sosial ekspert komissiyasının əlilliyin müəyyən olunmasına dair qərarıdır. (Cild 2) İşdə olan, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Səhiyyə Nazirliyinin Şirvan X6 baş həkimi Zərərçəkmiş şəxs1 qanunsuz hərəkətləri ilə bağlı Baş İdarənin “161-Qaynar xətt” əlaqə mərkəzinə xx.xx.2024cü il tarixdə daxil olmuş müraciətinə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq baxılmış və müraciətində cinayət qanunu ilə nəzərdə tutulmuş hüquqpozuntusu müəyyən edilməmişdir. (Cild 2) İşdə olan, Şirvan şəhər Polis Şöbəsi tərəfindən tərtib olunmuş 29 may 2025-ci il tarixli, 3-13-111/2-12917/25 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Şirvan şəhər Polis Şöbəsində Azərbaycan Respublikasının CM-nin 182.2.2 və 320.1-ci maddələri ilə təqsirləndirici material qeydiyyata alınmışdır, bundan əlavə heç bir təqsirləndirici material yoxdur. (Cild 2) İşdə olan, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən olan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı il təvəllüdlü X10, xx.xx.2009-cu il təvəllüdlü X14, xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X5, X11 və xx.xx.2018-ci il təvəllüdlü X8 adlı uşaqları var. (Cild 2) İşdə olan Təqsirləndirilən şəxs “Tiktok” sosial şəbəkəsində istifadə etdiyi “Təqsirləndirilən şəxs Qazi” adlı profilindən çıxarışlardan görünür ki, o Zərərçəkmiş şəxs1 barəsində olan videogörüntünü xx.xx.2024-cü il tarixdə, Zərərçəkmiş şəxs2 xəstə yaxını ilə mübahisəsini əks etdirən videogörüntünü isə xx.xx.2024-cü il tarixdə istifadəsində olan “Təqsirləndirilən şəxs Qazi” adlı profildə yayımlamışdır. (Cild 2) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarlarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Təqsirləndirilən şəxs ifadəsi zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ifadələri ilə qarşılıqlı təhlil edilməlidir. Məhkəmə qeyd edir ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Şirvan şəhər onkoloji xəstəxanasının inzibati binasında iş otağında həmin vaxt müalicədə olan qohumu xəstə Nazilə Xankişiyevadan 60 manat məbləğində pul almalarını istifadəsində olan mobil telefonla gizli şəkildə çəkmiş, həmin videogörüntünü xx.xx.2024-cü il tarixdə “Tiktok” sosial şəbəkəsində özünə məxsus “Təqsirləndirilən şəxs Qazi” adlı profildə yayımlamışdır. Həmçinin, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Şirvan şəhər mərkəzi xəstəxanasının “Təcili yardım” şöbəsində Zərərçəkmiş şəxs3 xəstə yaxını ilə olan sözlü mübahisəsini istifadəsində olan mobil telefonla gizli şəkildə çəkərək həmin videogörüntünü xx.xx.2024-cü il tarixdə “Tiktok” sosial şəbəkəsində özünə məxsus “Təqsirləndirilən şəxs Qazi” adlı profildə yayımlamışdır. Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində qeyd olunan videogörüntüləri çəkərək sosial şəbəkələrdə paylaşsa da, həmin videogörüntülərin yayılmaması üçün nə Zərərçəkmiş şəxs1, nə Zərərçəkmiş şəxs2, nə də Zərərçəkmiş şəxs3 heç bir məbləğdə pul istəmədiyini bildirmişdir. O, ifadəsində Zərərçəkmiş şəxs1 yol verdiyi qanun pozuntusuna görə müxtəlif dövlət orqanlarına müraciət etdiyini, Zərərçəkmiş şəxs1 onu yanına çağıraraq məsələni yoluna qoymaq istədiyini, Zərərçəkmiş şəxs1 qohumu Nazilə Xankişiyevadan müalicə üçün aldığı pulları Nazilə Xankişiyevanın özünə geri qaytarmasını tələb etdiyini bildirmişdir. O, ifadəsində bir neçə dəfə Zərərçəkmiş şəxs1 zəng etdiyini, lakin Zərərçəkmiş şəxs1 onun zənglərinə cavab vermədiyi üçün məcbur qalıb Zərərçəkmiş şəxs2 zəng etdiyini, Zərərçəkmiş şəxs2 da onun zənglərinə cavab vermədiyindən Zərərçəkmiş şəxs2 zəng edənin kim olduğunu bilmədiyini düşündüyünü, kimliyini bildirmək üçün Zərərçəkmiş şəxs2 mobil telefonuna xəstəxanada çəkilmiş videogörüntünü göndərdiyini, ondan heç bir məbləğdə pul tələb etmədiyini göstərmişdir. Məhkəmə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 barəsində olan videogörüntünün sosial şəbəkələrdə paylaşım tarixinə diqqət çəkərək qeyd edir ki, həmin videogörüntü çəkiliş aparılmasından 7 gün sonra yəni, 16 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən yayımlanmışdır. Halbuki, Təqsirləndirilən şəxs istintaq müddətində həmin videogörüntünü Şirvan şəhər onkoloji xəstəxanasında həmin Zərərçəkmiş şəxs1 tərəfindən yol verilən qanunsuzluqlarla bağlı sübut əldə etmək, həmin qanunsuzluqların qarşısının alınması üçün ictmailəşdirmək olduğunu bildirmişdir. Təbii ki, bu hal obyektiv müşahidəçidə Təqsirləndirilən şəxs iddia etdiyi qanun pozuntularını niyə dərhal və ya qısa zaman sonra yox, məhz Zərərçəkmiş şəxs2 ilə 14 mart 2024-cü il tarixli, Zərərçəkmiş şəxs1la 15 mart 2024-cü il tarixli telefon danışıqlarından sonra sosial şəbəkələrdə yayması ilə bağlı ciddi sual doğurur. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə Zərərçəkmiş şəxs1 qanunsuz hərəkətləri barəsində xx.xx.2024-cü il tarixdə yəni, iddia etdiyi qanunsuzluq baş verdikdən 1 aydan çox müddət sonra müraciət etmişdir. Eləcə də, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 “Zərərçəkmiş şəxs1la əlaqə yarada bilməməsinə görə” zəng etməsi, “kimliyini bildirmək üçün” Zərərçəkmiş şəxs2 xəstəxanada çəkilmiş videogörünütünü göndərməsi ilə bağlı göstərdikləri məntiqə uyğun olmayan cəfəng fikir kimi səslənir. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1la əlaqə yaratmaq zərurəti olsaydı o, buna Zərərçəkmiş şəxs1 iş yerinə getməklə də, hansı ki, həmin xəstəxanada əvvəllər də olmuşdur, eləcə də, müxtəlif digər vasitələrlə də nail ola bilərdi. Onun Zərərçəkmiş şəxs1la “əlaqə yaratmaq üçün” məhz həmin xəstəxanada tibb bacısı işləyən Zərərçəkmiş şəxs2 ilə əlaqə yaratması ağlabatan hesab edilə bilməz. Zərərçəkmiş şəxs2 “kimliyini bildirmək üçün” xəstəxanada çəkilmiş videogörüntünü göndərməsi ilə bağlı göstərdiklərinə münasibətdə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs niyyəti Zərərçəkmiş şəxs2 “kimliyini çatdırmaq” olsaydı o bunu videogörüntünü göndərdiyi “Whatsapp” mobil tətbiqi vasitəsilə adını yazılı və ya səsli ismarıcla qeyd etməklə də edə bilərdi. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs zənglərinə cavab verməməsi fonunda sonuncunun onun mobil telefonuna qeyd olunan videogörüntünü göndərməsi Təqsirləndirilən şəxs tərəfindən “kimliyini çatdırmağa” deyil, Zərərçəkmiş şəxs2 hədəni və hədənin reallığını çatdırmağa hesablanmışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, cinayət işinin materiallarına əlavə edilmiş götürmə aparılması və baxış keçirilməsi haqqında” 30 iyun 2024-cü il tarixli protokola əlavə edilmiş bir ədəd diskdəki audioyazılar məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, istintaq orqanının gəldiyi nəticədən fərqli olaraq həmin səs yazıları Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 1000 (bir min) manat məbləğində pul alması ilə bağlı etiraf etməsini təsdiqləmir. Belə ki, həmin səs yazılarının məzmunundan aydın olur ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ya zəng edərək narahat etməsi ilə bağlı iradını bildirir. Eləcə də, həmin səs yazılarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs xəstəxanada çəkdiyi videogörüntülərin yayılmaması ilə bağlı Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs arasında razılıq olmuşdur. Lakin, həmin razılığın şərtlərinin nədən ibarət olması həmin səs yazıları ilə konkret olaraq müəyyən olmur. Həmin səs yazılarında Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs 1000 manat məbləğində pul verdiyini qeyd etsə də, Təqsirləndirilən şəxs bunu təsdiq və ya inkar etməsi səs yazıları ilə müəyyən olunmur. Odur ki, məhkəmə hesab edir ki, həmin səs yazıları yuxarıda qeyd olunan faktların təqsidi hissəsində mötəbər sübut kimi qəbul edilməlidir. Həmin səs yazılarını Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 1000 manat məbləğində pul almasını təsdiq edən birbaşa sübut kimi qiymətləndirmək yolverilməzdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hədəqorxu ilə pul tələb etməməsi ilə bağlı göstərdikləri işin faktiki halları ilə uzlaşmayan, cinayət məsuliyyətindən yayınmasına hesablanmış özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirilməlidir. Həmçinin, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələri yalnız özlərinin birbaşa iştirak və şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir. Məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən, müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhlərinə ifadə verən zərərçəkmiş şəxslərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onların müdafiəçsi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı bu hissədə mübahisələndirsələr də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı bu hissədə irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə istintaqı zamanı tərəflərin iştirakı ilə tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 dair hissədə ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 182.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, məhkəmə əməlin tövsifi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CM-nin 182.2.2-ci maddəsinin dispozisiyasına görə, bu Məcəllənin 182.1-ci maddəsində nəzərədə tutulmuş əməllərinə hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə təkrar törədildikdə cinayət məsuliyyətinə cəlb edilməsinə və CM-nin 182.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalarla cəzalandırılmasına səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 25 dekabr 1998-ci il tarixli 2 №-li qərarının 1-ci bəndində göstərilir ki, CM-in 182.1-ci maddəsinə görə bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün hədənin məhz maddənin dispozisiyasında göstərilən məzmunda olması, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə və yaxud onların haqqında rüsvayedici məlumatları yaymaqla və ya onların əmlakının tələf edilməsi ilə hədələmədə ifadə olunması tələb olunur. Həmin qərarın 3-cü bəndində qeyd edilir ki, rüsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə dedikdə, zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şərəf və ləyaqətinə xələl gətirə biləcək rüsvayedici məlumatların yayılması hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin yerinə yetirilməsini tələb etmə başa düşülür. Nəzərə almaq lazımdır ki, hədə-qorxu ilə tələb etmə zamanı gələcəkdə yayılması ilə hədələnilən rüsvayedici məlumatların həqiqətə uyğun olub-olmaması əhəmiyyət kəsb etmir. Zərər çəkmiş şəxsin yaxın qohumları dedikdə, CPM-in 7.0.32-ci maddəsində göstərilən şəxslər, yəni babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr başa düşülməlidir. Həmin qərarın 3-1-ci bəndində vurğulanmışdır ki, hədə-qorxu ilə tələb etmə cinayəti əmlakın, ona olan hüququn real olaraq ələ keçirilməsindən, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsindən asılı olmayaraq CM-in 182.1-ci maddəsində göstərilən məzmunda hədələri işlətməklə əmlakın (əmlaka olan hüququn) verilməsi, əmlak xarakteri daşıyan digər hərəkətin edilməsi barədə tələbinin zərərçəkmiş şəxsə çatdırıldığı andan başa çatmış hesab edilir. Bu səbəbdən təqsirkarın məqsədi ilə ehtiva olunan əmlakın bir hissəsinin real olaraq ələ keçirilməsi, digər hissəsinin əldə edilməsinin isə onun iradəsindən asılı olmayan səbəblərdən mümkün olmaması, əməlin ələ keçirilmiş əmlakın dəyərinə görə tövsif edilməsini, o cümlədən başa çatmayan cinayət (cinayətə cəhd) kimi qiymətləndirilməsini istisna edir. Bu halda əməl təqsirkarın məqsədinin hansı miqdarda əmlakın əldə edilməsinə yönəlməsindən asılı olaraq, yəni “xeyli miqdarda” əmlakın əldə edilməsinə yönəldildikdə CM-in 182.2.4-cü maddəsi, “külli miqdarda” əmlakın əldə edilməsinə yönəldikdə CM-in 182.3.2-ci maddəsi, “xüsusilə külli miqdarda” əmlakın əldə edilməsinə yönəldikdə isə CMin 182.4-cü maddəsi ilə tövsif olunmalıdır. Həmin qərarın 4- cü bəndində göstərilir ki, CM-in 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndində göstərilmiş cinayətlərdən hər hansı birini törətmiş, lakin həmin cinayətə görə məhkum edilməmiş və cinayət məsuliyyətindən azad edilməmiş şəxs əvvəl törədilən cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmədiyi halda hədə-qorxu ilə tələb etmə cinayətini törədərsə, bu halda birinci əməl (əgər əvvəlki əməl CM-in 182.1-ci maddəsi ilə ehtiva olunan cinayət deyilsə) CM-in Xüsusi hissəsinin müvafiq maddəsi ilə, hədə-qorxu ilə tələb etmə isə cinayətlərin təkrar törədilməsi əlaməti üzrə - CM-in 182.2.2-ci maddəsi ilə, yəni bu cinayətlərin məcmusu kimi tövsif edilməlidir. Bir və ya bir neçə şəxsə qarşı yönəlmiş əmlakı və yaxud ona olan hüququ və yaxud əmlak xarakteri daşıyan digər hərəkətlərin yerinə yetirilməsini dəfələrlə tələb etmə, əgər bu tələblər vahid qəsdlə əhatə olunmuşsa və eyni bir əmlakın (eyni bir əmlaka olan hüququn) ələ keçirilməsinə, əmlak xarakteri daşıyan eyni bir hərəkətin yerinə yetirilməsinə yönəlmişsə, bu halda əməl təkrar hədə-qorxu ilə tələb etmə kimi tövsif edilə bilməz. Həmin qərarın 7-ci bəndində göstərilir ki, hədə-qorxu ilə tələb etmə, istər xeyli miqdarda əmlak əldə etmək (CM-in 182.2.3-cü maddəsi), istər külli miqdarda əmlak əldə etmək (CM-in 182.3.2-ci maddəsi), istərsə də xüsusilə külli miqdarda əmlak əldə etmək (CM-in 182.4-cü maddəsi) məqsədi ilə törədilmiş olsun, formal tərkibli cinayətlər olduğundan müvafiq məqsədin müəyyən edilməsi CM-in həmin maddələri ilə məsuliyyətin yaranması üçün kifayət edir və ziyanın real olaraq vurulması tələb olunmur. Təqsirkarın əməli cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif edildikdə təkrarlığı təşkil edən hər bir hədə-qorxu ilə tələb etmə cinayəti üzrə təqsirkarın məqsədinin yönəldiyi əmlakların miqdarları toplanılmayaraq əməllərin hər biri üzrə ayrı-ayrılıqda müəyyən olunmalıdır. Bu zaman təkrarlıq yalnız CM-in 182.1-ci maddəsində göstərilən cinayətlərdən təşkil olunduqda, bütövlükdə bu cinayətlərin çoxluğu CM-in 182.2.2-ci maddəsi ilə, cinayətlərin təkrar törədilməsi ilə yanaşı təqsirkarın əməllərində CM-in 182.2-ci maddəsində göstərilən digər tövsifedici əlamətlər olduqda isə CM-in 182.2.2-ci, habelə həmin tövsifedici əlamətləri nəzərdə tutan CM-in 182.2-ci maddəsinin digər normaları ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Plenum Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsinə əsasən hədə-qorxu ilə tələb etmə cinayət əməli özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə anından başa çatmış hesab edilir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.2-ci maddəsi ilə irəli sürülmüş ittihamda göstərilmiş, təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs3 əmlakını hədə-qorxu ilə tələb etməsi ilə bağlı hissədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə ilk öncə qeyd edir ki, istintaq orqanı tərəfindən kobud səhvə yol verilərək həm təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda həm də, ittiham aktının nəticəvi hissəsində Təqsirləndirilən şəxs 01 may 2024-cü il tarixdə Şirvan şəhər mərkəzi xəstəxanasının “Təcili yardım” şöbəsində Zərərçəkmiş şəxs3 xəstə yaxınları ilə sözlü mübahisə etməsini mobil telefonla gizli olaraq çəkməsi, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 zəng edərək sonuncudan hədə-qorxu ilə pul tələb etməsi göstərilsə də, məhkəmə istintaqı zamanı xx.xx.2024-cü il tarixli “götürmə aparılması və baxış keçirilməsi haqqında” protokola əlavə edilmiş “Whatsapp” mobil tətbiqindən çıxarışdan, eləcə də, “Tiktok” sosial şəbəkəsində Təqsirləndirilən şəxs məxsus “Təqsirləndirilən şəxs Qazi” adlı profildən çıxarışlardan, eləcə də Zərərçəkmiş şəxs3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində təsvir etdiyi hadisələrin xronoloji ardıcıllığından görünür ki, qeyd olunan görüntü xx.xx.2024-cü il tarixdə çəkilmiş, xx.xx.2024-cü il tarixdə isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 zəng etmiş, xx.xx.2024-cü il tarixli həmin videogörüntünü sosial şəbəkələrdə paylaşmışdır. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 23 radələrində ona zəng edərək barəsində olan videogörüntünü sosial şəbəkədə paylaşacağı hədəsi ilə ondan min manat pul tələb etdiyini bildirsə də, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxsla aralarında heç bir telefon danışığı olmadığını, Təqsirləndirilən şəxs ona hədə-qorxu məzmunlu ismarıclar yazsa da, ondan heç bir məbləğdə pul tələb etmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra həmin ifadəni oxumadan imzaladığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini həmin hissədə təsdiq etmədiyini, məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, yuxarıda qeyd olunan hal- Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində, eləcə də digər sənədlərdə Təqsirləndirilən şəxs qeyd olunan videogörüntünü xx.xx.2024-cü il tarixdə çəkməsi, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs3 zəng etməsi ilə bağlı göstərilənlər Zərərçəkmiş şəxs3 həmin ifadəni həqiqətən də, oxumadan imzaladığını təsdiq edir. Məhkəmə xüsusilə qeyd edir ki, digər zərərçəkmiş şəxslərdən fərqli olaraq Zərərçəkmiş şəxs3 məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslə barışmadığını, ondan şikayətçi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxsə qarşı belə bir prinsipial mövqedə olması fonunda məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs ondan heç bir məbləğdə pul tələb etməməsi ilə bağlı göstərdiklərini həqiqətə uyğun, səmimi ifadə kimi qiymətləndirərək iş üzrə mötəbər sübut kimi qəbul edir. Beləliklə aydın olur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 barəsində olan videogörüntünü sosial şəbəkədə yayması ilə bağlı hədəsini sonuncuya çatdırsa da, ona hər hansı əmlak xarakterli tələbinin olmasını bildirməmiş, bu tələbi bu və ya digər formada ona çatdırmamışdır. Bu fikrin məntiqi davamı olaraq məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsi mötəbər sübut kimi qəbul edilə bilməz və həmin ifadə sübutların siyahısından çıxarılmalıdır. Eləcə də, məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı ifadələrini Zərərçəkmiş şəxs3 heç bir məbləğdə pul tələb etməməsi ilə bağlı göstərdiyi hissədə işin faktiki hallarına uyğun mötəbər sübut kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 87.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır. Azərbaycan Respublikası CPM-nin 12.2-ci maddəsinə əsasən cinayətin əlamətləri olan əməldən zərər çəkmiş şəxsin bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət təqibinin başlanılmasını tələb etməyə, onun həyata keçirilməsində zərər çəkmiş şəxs və ya xüsusi ittihamçı qismində iştirak etməyə, habelə vurulmuş mənəvi, fiziki və maddi ziyana görə kompensasiya almağa hüququ vardır. Azərbaycan Respublikası CPM-nin 87.5-ci maddəsinə əsasən zərər çəkmiş şəxs qismində tanındıqdan sonra şəxsin zərər çəkmiş şəxs qismində qalmasına əsaslar olmadığı müəyyən edilərsə, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə əsaslandırılmış qərarı ilə həmin şəxsin cinayət prosesində zərər çəkmiş şəxs qismində iştirakına xitam verir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 əmlakını hədə-qorxu ilə tələb etməsi ona qarşı irəli sürülmüş Azərbaycan Respublikasının CM-nin 182.2.2-ci maddəsi ilə olan ittihamın həcmindən xaric edilməli, Zərərçəkmiş şəxs3 işdə zərərçəkmiş şəxs qismində iştirakına xitam verilməlidir. Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın Azərbaycan Respublikası CM-nin 320.1-ci ilə olan hissəsi üzrə məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsinin dispozisiyasına görə hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma cinayət məsuliyyətinə cəlb edilməsinə və CM-nin 320.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalarla cəzalandırılmasına səbəb olur. Bu cinayət əməli obyektiv cəhətdən aşağıdakı hərəkətlər vasitəsilə törədilə bilər: - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi saxtalaşdırma; - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi qanunsuz hazırlama, habelə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama; - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi, habelə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı satma. Saxtalaşdırma rəsmi sənədin məzmununun təhrif edilməsidir və saxta olmayan vəsiqəyə və ya rəsmi sənədə hər hansı vasitə ilə yanlış məlumatların daxil edilməsi, boş blankın belə məlumatlarla doldurulması, onun məzmununa dəyişikliklər edilməsi və s. üsullarla həyata keçirilir və bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir. Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli formal tərkibli olmaqla, dispozisiyasında göstərilən hərəkətlərdən hər hansı birinin edildiyi andan başa çatmış hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli Plenum Qərarına əsasən Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsində nəzərdə tutulmuş hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma rəsmi sənəd barəsində və onun üzərində elə qanunsuz hərəkətlərin edilməsini nəzərdə tutur ki, bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir, o, əsassız və qanunsuz olaraq hər hansı hüquq əldə edir və ya vəzifədən azad edilir, eləcə də hüquqlarının həyata keçirilməsi və ya vəzifələrinin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə edir. Həmin Plenum qərarında göstərilmişdir ki, bu əməlin predmetini təşkil edən rəsmi sənədin anlayışının və əlamətlərinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, sənədlərin idarəetmədəki əhəmiyyəti, sənəd dövriyyəsi sahəsinin genişlənməsi, yeni növ sənədlərin, o cümlədən elektron sənədin əmələ gəlməsi, cinayət qanununda rəsmi sənəd anlayışının və əlamətlərinin açıqlanmaması cinayətin tövsifində müəyyən çətinliklər yaradır. Sənədin rəsmi sənədə aid edilməsi üçün o, bir sıra əlamətlərə malik olmalıdır. Bunun üçün sənəd səlahiyyətli şəxs tərəfindən tərtib və təsdiq edilməli, müəyyən edilmiş formaya uyğun olmalı, vacib rekvizitləri (möhürü, ştampı, imzanı və s.) əks etdirməlidir. Rəsmi sənədin əsas şərtlərindən biri də onun hüquqi əhəmiyyəti ilə bağlı olub təqdim edilə bilmə qabiliyyətinin, yəni sənəddə əks olunmuş məlumatın hüquq münasibətlərinə təsir etmək imkanının mövcud olmasını tələb edir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın 24-cü bəndinə əsasən, sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınması və ona möhür vurulması vasitəsilə həyata keçirilir. Beləliklə, rəsmi sənəd hüquq əhəmiyyətli faktları müəyyən edən, dövlət tərəfindən səlahiyyət verilmiş hüquqi və (və ya) fiziki şəxslər tərəfindən tərtib və təsdiq edilən, qanunla müəyyən olunmuş formaya malik olan, qeydiyyat, ciddi hesabatlılıq və dövriyyəsi nəzarət sisteminin təsiri altına düşən sənəddir. Cinayət Məcəlləsinin 320.1-ci maddəsində təsbit edilən cinayətin predmetini təşkil edən rəsmi sənəd hüquqlar verməli və ya vəzifələrdən (öhdəliklərdən) azad etməlidir. Hüquqlar verməyən və ya vəzifələrdən azad etməyən sənədin saxtalaşdırılması, hazırlanması və ya satılması Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaratmır. Beləliklə, hər hansı sənədin Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin predmeti qismində çıxış etməsi üçün onun hüquq münasibətlərinə (onların yaranmasına, dəyişdirilməsinə və xitamına) təsir etməklə hüquq və vəzifələr yaratması, eləcə də hüquqların həyata keçirilməsi və ya vəzifələrin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar kimi hüquqi nəticələrə səbəb olma xüsusiyyətinin mövcudluğu mütləqdir. Cinayət işində olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reavilitasiya Agentliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-17- 4/2-12380/2025 nömrəli sorğuya cavab məktubuna əsasən “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 1992-ci il 25 avqust tarixli 284 nömrəli Qanunun 4-1-ci maddəsinə əsasən, əlilə və ya sağlamlıq imkanları məhdud uşağa nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəsiqə verilirdi. Lakin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 31 may 2018-ci il tarixli 1153 nömrəli Qanunun 40-cı maddəsində də göstərildiyi kimi bu Qanun qüvvəyə mindiyi gündən “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 1992-ci il 25 avqust tarixli 284 nömrəli Qanunu ləğv edilmişdir. Bu Qanunun 3.1-ci bəndində qeyd olunur ki, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi Qaydası”ı təsdiq edilmişdir. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Hazırda əlilliyin təsdiqi üçün istifadə olunan sənəd elektron sistem üzərindən formalaşdırılan və şəxsi kabinet vasitəsilə əldə edilən Tibbi-sosial ekspert komissiyasının əlilliyin müəyyən olunmasına dair qərarıdır. Təqsirləndirilən şəxs tərəfindən 15 mart 2007-ci il tarixdə İİ dərəcəli əlilliklə bağlı verilmiş 080267 nömrəli «Əlilin vəsiqəsi»-nin «əlilliyin qrupu və səbəbi» və «verilmə tarixi» qrafalarında olan yazıların 2023-cü ilin yay aylarında kimyəvi üsulla pozduğu, göy rəngli qələmlə həmin vəsiqənin «əlilliyin qrupu və səbəbi» qrafasında «Qarabağ Əlili», «verilmə tarixi» qrafasında isə «Mart 2021» yazılarının yazıldığı məhkəmə istintaqı zamanı iş materiallarında olan sübutlarla (götürmə aparılması və baxış keçirilməsi haqqında 03 iyul 2024-cü il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərə əsasən Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd dördkünc kitabça formasında olan vəsiqə qırmızı rəngdə olmaqla vəsiqənin qarşı hissəsində «Əlilin vəsiqəsi» yazılmışdır, yuxarı hissədə isə Azərbaycan Respublikasına aid qerb həkk olunmuşdur. Vəsiqəni açıb içərisində baxıldıqda vəsiqənin nömrəsinin №080267 olması müşahidə edilir, vəsiqənin ilk vərəqində Soyadı, adı və atasının adı qrafalarında «Təqsirləndirilən şəxs» yazılmış, aşağı sol hissədə fotoşəkil, sağ hissədə isə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin möhürü və imza əks olunmuşdur. Vəsiqənin ikinci vərəq hissəsində «vəsiqə verən təşkilatın adı, vəsiqənin sahibi, əlilliyin qrupu və səbəbi» qrafalarında «Şirvan şəhər ƏSMM, İİ (ikinci), Qarabağ əlili» sözləri göy rəngli qələmlə yazılmışdır. Aşağı hissədə «verilmə tarixi» qrafasında isə «31 Mart 2021» yazılmışdır. Diqqət etdikdə vəsiqənin «əlilliyin qrupu və səbəbi» qrafasında, həmçinin «verilmə tarixi» qrafasında olan «Qarabağ əlili və Mart 2021» sözlərinin yayılmış və pozularaq təzədən yazılmış formada olması müşahidə edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs təqdim etdiyi vəsiqənin özünə məxsus olduğunu, həmin vəsiqə suya düşdükdən sonra «əlilliyin qrupu və səbəbi» qrafasında, həmçinin «verilmə tarixi» qrafasında olan «Qarabağ əlili və Mart 2021» sözlərini özünün göy rəngli qələmlə yazdığını bildirmişdir. (Cild 1, i.v 73-74;) Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-43-87/2-968/2024 nömrəli məktubdan və 2055 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətinə əsasən vətəndaş Təqsirləndirilən şəxs döyüş əməliyyatlarında və ya müharibədə iştirakı, həmçinin xəstəliyinin Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar olması haqqında məlumatlar Xidmətin Şirvan şəhər şöbəsinə daxil olmadığı üçün o, müharibə veteranı və ya əlili kimi qeydiyyata alınmamışdır. (Cild 1, i.v 149-150;) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5/1050 nömrəli sənədlərin məhkəmə texniki ekspertizasına əsasən təqdim edilmiş Təqsirləndirilən şəxs adına olan 31 mart 2021-ci il tarixli 080267 nömrəli əlilin vəsiqəsində «Qarabağ Əlili» və «Mart 2021» yazılarının altında olan ilkin yazılar kimyəvi üsulla pozularaq indiki yazılar yazılmışdır. Həmin pozulmalar yerli və intensiv olduğu üçün ilkin yazıları müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 4/1427 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasına əsasən Məhkəmə-xətşünaslıq ekspertizasının 16 oktyabr 2024-cü il tarixli, 4/1427 nömrəli rəyinə əsasən ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs 080267 seriyalı əlillik vəsiqəsində «Vəsiqənin sahibi» qrafasındakı «Qarabağ Əlili» yazıları Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Təqsirləndirilən şəxs 080267 seriyalı əlillik vəsiqəsində “verilmə tarixi” qrafasındakı “Mart 2021” yazıları - Təqsirləndirilən şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. (Cild 1, i.v 193-195;)) təsdiq olunsa da, həmin sənəd hüquq verən və ya vəzifədən azad edən vəsiqə və ya digər rəsmi sənəd sayılmadığından (31 may 2018-ci il tarixli Qanunla hüquqi qüvvəsini itirdiyindən) təqsirləndirilən şəxs tərəfindən həmin sənədə saxta məlumatlar daxil edilərkən həmin sənəd Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin predmeti olmamışdır. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığından ona Azərbaycan Respublikasının CPM-nin 42.1.2-ci maddəsinə əsasən (əməldə cinayət tərkibi olmadıqda) Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi üzrə bəraət verilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarın 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə CM-nin 59.1.4-cü maddəsinin tələbinə əsasən himayəsində 4 (dörd) azyaşlı uşağının olmasını, CM-in 59.1.9-ci maddəsinin tələbinə görə anlaqlılığı istisna etməyən psixi pozuntudan əziyyət çəkməsini, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışmasını, CM-nin 59.2-ci maddəsinə əsasən 2-ci dərəcə əlil olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Habelə qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən ağır cinayət törətdiyindən məhkəmə cinayətin təhlükəli residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin yenidən qəsdən ağır cinayət törətməsi cinayətin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən altı il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən 59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal olduğundan (CM-nin 61.1.1-ci maddəsi) Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tələbləri ona cəza təyin edilərkən nəzərə alınmamalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, Təqsirləndirilən şəxs münasibətdə cəzanı ağırlaşdıran halın olmasını, eləcə də, cəzasını yüngülləşdirən halların olmasını habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 182.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandıqları müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, 03 iyul 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1, 132.1.4-cü maddələrinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan Təqsirləndirilən şəxs götürülmüş 01 (bir) ədəd “Əlillik vəsiqəsi”, Zərərçəkmiş şəxs1 təqdim etdiyi 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə bəraət veriləcəyindən və aparılmış ekspertiza tədqiqatları ona qarşı Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla əlaqədar olduğundan o, ekspertiza tədqiqatının dəyəri olan 210 (iki yüz on) manat məbləğində pulu ödəməkdən azad edilməli, həmin məbləğ dövlət büdcəsinə aid edilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42, 318, 344-347, 349, 351-354, 356, 358, 384- 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci madəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 03 iyul 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs götürülmüş 01 (bir) ədəd “Əlillik vəsiqəsi”, Zərərçəkmiş şəxs1 təqdim etdiyi 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə olan 210 (iki yüz on) manat məbləğdə ekspertiza xərcinin ödənilməsindən azad edilsin və həmin məbləğ dövlətə aid edilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Cavanşir Nəbiyev Hakimlər: Neymət Məmmədov Esmira Məmmədova
Məhkəmə qərarları › İş №1(099)-156/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-156/2025
19.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver