Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-157/2023 25.01.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Cinayət işinin baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçilər-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx xxxx 1984-cü ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 177.2.1, 177.2.2, 177.2.3 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1993-cü il tarixdə Əli Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olan, ünvan 3 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə hazırlıq iclasında Dövlət ittihamçısı cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair vəsatətinə və cinayət işinin materiallarına məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Həmin cinayət işi üzrə ibtidai istintaq Şirvan ŞPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X2 tərəfindən aparılaraq tamamlanmış, daha sonra cinayət işi xx.xx.2022-ci il tarixdə baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Cinayət işi üzrə məhkəmənin hazırlıq iclasları 16 və 25 yanvar 2023-cü il tarixlərə təyin edilməklə cinayət prosesi tərəflərinin iştirakı ilə irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanması üçün ilkin dinləmələr aparılmışdır. Cinayət işi öyrənilərkən və məhkəmənin hazırlıq iclasında ilkin dinləmələr zamanı müəyyən edilmişdir ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən cinayət işi üzrə ittiham aktında ittihamın irəli sürülməsi təsdiq edilməmişdir. Yol verilmiş prosessual pozuntu ilə bağlı Dövlət ittihamçısı vəsatət qaldıraraq, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Dövlət ittihamçısı vəsatətini belə əsaslandırdı ki, həmin cinayət işinin materialları məhkəmənin hazırlıq iclası keçirilənədək tərəfindən öyrənilən zaman müəyyən edilmişdir ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən cinayət işi üzrə ittiham aktında, ittihamın irəli sürülməsi təsdiq edilməmişdir. Müdafiə tərəfi qaldırılan vəsatətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə qaldırılan vəsatəti müzakirə edib, cinayət prosesi tərəflərini dinləyib belə nəticəyə gəlir ki, vəsatət əsaslı olduğundan təmin edilməli, cinayət işinə baxılmasına xitam verilməli və məhkəməyədək icraat mərhələsində yol verilmiş prosessual pozuntuların aradan qaldırılması məqsədi ilə cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, məhkəmə hazırlıq iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 CMnin 177.2.1, 177.2.2, 177.2.3 və 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham irəli sürülsə də, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən cinayət işi üzrə ittiham aktında ittihamın irəli sürülməsi təsdiq edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 300.1 və 300.1.5-ci maddəsinə əsasən cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində çıxarılır. Azərbaycan Respublikası CPM-nin 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: Həmin Məcəllənin 303.3.5-ci maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunda ittihamın irəli sürülməsinin təsdiq edilməməsi; Həmin Məcəllənin 303.4-cü maddəsinin tələblərinə görə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərarda belə qərarın çıxarılması üçün əsaslar göstərilir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 300.1.5-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edərkən həmin Məcəllənin 306cı maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri ilə bağlı məsələyə də baxmalıdır. İş materialları öyrənilərkən və məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbiri üzrə həbsdə saxlama müddəti 13 yanvar 2023-cü il və 17 yanvar 2023-cü il tarixlərində bitməli olduğundan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 yanvar 2023-cü və 16 yanvar 2023-cü il tarixli qərarlarına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclasında qətimkan tədbirinə dair məsələyə baxılana qədər dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 306.2 və 306.2.1-ci maddələrinə əsasən ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda təqsirləndirilən şəxsin həbsdə saxlama (ev dustaqlığı) müddətinin uzadılması barədə məsələyə baxılmalıdır. Həmin Məcəllənin 300.2.3-cü maddəsinə görə isə qətimkan tədbirinə dair məsələnin həlli məhkəmə hazırlıq iclasında həll edilən məsələlərdən biridir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CPM-nin 159.7.2 və 159.7.3-cü maddələrində nəzərdə tutulan az ağır və ağır cinayətlər üzrə təqsirləndirilən şəxslərin həbsdə saxlanılmasının son müddəti tükənməmişdir. Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi əməl təsnifatına görə ağır cinayətlər kateqoriyasına, Təqsirləndirilən şəxs2 isə təqsirləndirildiyi əməl təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aid olduğunu nəzərə alan məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin həbsdə saxlama müddətini nizamlayan Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 159-cu maddəsinin tələbləri onların barəsində pozulmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması ilə əlaqədar təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbiri və onların həbsdə saxlanılma müddəti ilə əlaqədar məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqda qalacaqları təqdirdə istintaqdan və ya məhkəmədə qaçıb gizlənmə, istintaqın və ya məhkəmə baxışının gedişatına maneçilik törətmə və ən nəhayət, yeni cinayətlər törədə bilmə ehtimalının olması nəzərə alınmaqla barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməli, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanma müddəti hazırlıq iclasının qərarının çıxarıldığı 25 yanvar 2023-cü il tarixdən 1 (bir) ay müddətinə, yəni 25 fevral 2023-cü il tarixədək uzadılmalıdır Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.1, 300.1.5, 303.3.5, 306.2 və 306.2.1-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilsin və həmin iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şirvan şəhər prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbiri, dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanma müddəti hazırlıq iclasının qərarının çıxarıldığı 25 yanvar 2023-cü il tarixdən 1 (bir) ay müddətinə, yəni 25 fevral 2023-cü il tarixədək uzadılsın. Qərarın surəti proses iştirakçılarına və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsi işinə əlavə edilib icrası təmin edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Sədrlik edən: Əli Əliyev Hakimlər: Xamməd Nuriyev Oruc Cəlilov
Məhkəmə qərarları › İş №1(099)-157/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(099)-157/2023
25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver