Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-157/2024 17.07.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçilər- Gəncə şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 iştirakları ilə, xx xxx 1994-cü ildə Beyləqan rayonu, Aşağı Çəmənli kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Beyləqan şəhəri, SMD- 42 qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroin, tiryək və metadonun, həmçinin, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan küllü miqdarda güclü təsir edən maddə olan tramadol hidroxloridin əldə edilməsi, saxlanması və daşınması, habelə qrupun üzvü tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməli olan sözü gedən maddələri əldə edib qrupun digər üzvünə çatdırmağı qabaqcadan vəd vermiş, bundan sonra cinayətkar qrupun üzvü tərəfindən məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilmiş külli miqdarda narkotik vasitə olan heroin, tiryək və metadonun, həmçinin, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan küllü miqdarda güclü təsir edən maddə olan tramadol hidroxloridin Beyləqan rayonu, Əhmədli kəndi ərazisindəki qəbiristanlıqdakı ağacın altında gizlədilməsi barədə 23 may 2023-cü il tarixdə onun istifadəsində olan “Realme” markalı mobil telefonda +**********93 saylı mobil nömrə ilə qeydiyyatdan keçirilmiş “Whatsapp” tətbiqinə İran İslam Respublikasının operatoruna məxsus olan +**********22 saylı mobil nömrə vasitəsilə mesajlar göndərərək məlumat verdikdən sonra o, həmin maddələri əldə etmək məqsədilə idarə etdiyi “Mercedes-Benz” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobillə 23 may 2023-cü il tarixdə, saat 22:50 radələrində Beyləqan rayonu, Əhmədli kəndinin ərazisindəki qəbiristanlığın yaxınlığına gəlib, avtomobili orada saxlayıb qəbiristanlığa daxil olaraq qəbiristanlıqdakı ağacın altında gizlədilmiş içərisində külli miqdarda narkotik vasitə olan heroin, tiryək və metadon, həmçinin narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddə tramadol hidroxlorid olan bir ədəd narıncı rəngli kisəni qanunsuz olaraq satış məqsədilə götürüb əldə edərək əlində saxlamaqla daşıyarkən yaxınlıqda polis əməkdaşlarının olmasını görüb məsuliyyətdən yayınmaq üçün əlindəki həmin kisəni yerə ataraq qaçarkən həmin gün saat 22:55-də Beyləqan rayonu, Əhmədli kəndi ərazisində Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikasına keçirilib həmin əraziyə daşınaraq gətirilmiş içərisində külli miqdarda narkotik vasitə olan heroin, tiryək və metadon, həmçinin narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddə tramadol hidroxlorid olan narıncı rəngli bir ədəd kisə ondan götürülüb, içərisinə baxış keçirilərkən həmin kisəni içərisindəki bir ədəd üzəri şəffaf yapışqan lentlə bağlanmış qara rəngli polietilen bağlamada üç ədəd üzəriləri şəffaf yapışqan lentlə bağlanmış qara rəngli polietilen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1466,0 qram, 1309,2 qram, 1647,3 qram, ümumi təmiz çəkisi 4422,5 qram külli miqdarda kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd üzəri şəffaf yapışqan lentlə bağlanmış qara rəngli polietilen bağlamada üç ədəd üzəriləri şəffaf yapışqan lentlə bağlanmış qara rəngli polietilen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 692,5 qram, 1671,0 qram, 1776,2 qram, ümumi təmiz çəkisi 4139,7 qram külli miqdarda kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək, üzərində “Methadone 40” markalanma göstəricisi olan hər konvalyutda 10 ədəd olmaqla 5 ədəd konvalyutda ümumilikdə 50 ədəd tərkibindəki təsiredici maddəsinin miqdarına və xarici əlamətlərinə görə eyni olan üzərilərində “F/M40” yazısı həkk olunmuş təsiredici maddəsinin ümumi miqdarı 2 qram külli miqdarda narkotik vasitə metadon, üzərində “Tee- Doll 225 (Tramadol Hydrochloride)” markalanma göstərici olan hər konvalyutda 10 ədəd olmaqla 10ədəd konvalyutda ümumilikdə 100 ədəd, üzərilərində “225” yazısı həkk olunmuş tərkibindəki təsiredici maddəsinin miqdarına və xarici əlamətlərinə görə eyni olan 100 ədəd tramadol hidroxlorid təsiredici maddəsinin ümumi miqdarı 22,5 qram külli miqdarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə tramadol hidroxlorid aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 17-18 may 2023-cü il tarixdə “Whatsapp” sosial şəbəkəsində istifadəsində olan mobil nömrəyə “salam Elçin” məzmununda səs yazısı gəlmişdir. O, səs yazısına qulaq asmış və həmin şəxsə Elçin olmadığı barədə mesaj yazmışdır. Həmin şəxs yenə də ona “Elçin haralardasan, görsənmirsən, Beyləqana 50 qram mal (qurudulmuş marixuana) atmışam, get onu götür” məzmununda səs yazısı göndərmişdir. Bir neçə gün sonra, 22 may 2023-cü il tarixdə həmin nömrədən ona “Whatsapp” vasitəsilə zəng gəlmişdir. O, zəngə cavab vermiş və həmin şəxs ona Elçin kimi mürasciət edərək onunla hal-əhval tutmağa başlamışdır. O, həmin şəxsin danışığından, mobil nömrəsindən İran vətəndaşı olduğunu bilmişdir. Danışıq zamanı həmin şəxs ona “Elçin” deyə müraciət edərək Beyləqan rayonuna 10 qram ot, yəni qurudulmuş marixuana atacağını, otu atdıqdan sonra ona xəbər edəcəyini bildirərək əvəzində 80 manat pul göndərməsini bildirmişdir. O, həmin şəxsə hazırda pulunun olmadığını bildirmiş və həmin şəxs malı götürdüyü günün səhərisi pulu göndərməsini ona demişdir. O, həmin şəxslə razılaşmışdır. Həmin şəxs səhəri gün axşam saatlarında marixuananı Beyləqan rayonu ərazisinə atdırıb yerini ona xəbər edəcəyini bildirmiş və sağollaşmışlar. 23 may 2023-cü il tarixdə, saat 20 radələrində həmin nömrədən ona yenə səsli mesaj gəlmişdir. O, səsə qulaq asdıqda həmin şəxsin axşam saatlarında Beyləqan rayonuna qurudulmuş marixuana atacağını söylədiyini görmüşdür. O, həmin şəxsə malı atıb yerini ona deməsini, səhəri gün pulunu göndərəcəyini bildirmişdir. Marixuananı şəxsi istifadəsi üçün istəmişdir. Saat 22 radələrində həmin şəxs ona şəkil atmış və mesaj yazaraq xalac dairəsi deyilən ərazidən sağa döndükdə sol tərəfdə yerləşən qəbiristanlığa girdikdə ağacın dibinə 20 qram daş (metamfetamin) və 10 qram ot (marixuana) qoyduğunu ona bildirmişdir. O, özünə məxsus “Mercedes Benz C230” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişdir. O, yaşadığı küçə ilə hərəkət edən zaman qonşusu Şahid1 zəng edib Beyləqan rayonu, Əhmədli kəndi ərazisində bir işi olduğunu, onunla getməsini bildirmiş, Fərhad Muxtarov da heç bir işi olmadığını bildirirərək avtomobilə əyləşmiş və onlar yola düşmüşlər. Yolda Fərhad haraya getdiklərini ondan soruşmuş, o, Fərhada kənddə bir işi olduğunu bildirib tez zamanda qayıdacaqlarını demişdir. O, avtomobili idarə edib Xalac dairəsi deyilən yerə sürüb dairədən sağa dönmüş, bir qədər getdikdən sonra sol tərəfdə qəbiristanlıq olduğunu görmüşdür. O, avtomobili döndərib saxlayaraq avtomobildən düşmüş və qəbiristanlığın içinə tərəf getmişdir. O, qəbiristanlığın girişinə çatdıqda qapısını açmaq istəmiş, lakin qapının bağlı olduğunu görmüşdür. Buna görə də o, dəmir məhəccərin üzərindən qəbiristanlığın içinə keçmişdir. O, İranlı kimi tanıdığı şəxsin ona dediyi ağacı tapıb altına yaxınlaşıb baxmış, ağacın altına baxan zaman nə isə səs eşitmiş və qaraltı görmüşdür. Bu vaxt o, qorxub geriyə, yəni qəbiristanlığın girişinə tərəf qaçmağa başlamışdır, lakin içərisində narkotik vasitələr olan hər hansı bir bağlama götürməmişdir. O, dəmir məhəccərin üzərindən tullanan zaman yerə yıxılmışdır. Bu vaxt ətrafdan bir neçə polis əməkdaşı yaxınlaşıb onu tutmuşlar. Bundan sonra videoçəkilişlə baxış keçirilmiş, polis əməkdaşları onun qabağına bağlamada narkotik vasitə qoyaraq ona məxsus olmasını demişlər. O, bağlamanın içərisində nə olduğunu bilmədiyini, həmin torbanı əldə etmədiyini, İran vətəndaşının az miqdarda təxminən 20 qram narkotik vasitə marixuana verəcəyini bildirmişdir. Torbaya baxış keçirilən zaman içərisində külli miqdarda narkotik vasitə və dərmanlar olduğu müəyyən edilmişdir. Günahı olmadığı üçün məhkəmədən ona bəraət hökmünün verilməsini xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun ifadələrində “içərisində narkotik vasitələr olan hər hansı bir bağlama götürməməsi, polis əməkdaşları onun qabağına bağlamada narkotik vasitə qoyaraq ona məxsus olmasını demələri” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi sözü gedən xüsusatı ona cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirərək sübut növü kimi qəbul etmir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Beyləqan rayon Polis şöbəsinin əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, 23 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitələri və külli miqdarda güclü təsir edən maddələri əldə edib saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuş və əməliyyat qurupu yaradılmışdır. Həmin gün, saat 22:50 radələrində Təqsirləndirilən şəxs Beyləqan rayonu Əhmədli kəndində yerləşən qəbiristanlığın ərazisində olması müəyyən edilmiş, qəbiristanlığın ətrafı dəmir məhəccərlə əhatələnmiş və qapısı bağlı olmuşdur. Onlar Təqsirləndirilən şəxs saxlamaq üçün qəbiristanlığa daxil olmuş, Təqsirləndirilən şəxs qəbiristanlıqda olan bir ağacın dibindən əlinə kisə götürmüş, bu zaman onlar Təqsirləndirilən şəxs yaxınlaşıb onu saxlamaq istəmiş, lakin sonuncu onları görüb əlində olan kisəni yerə atıb qaçmaq istəmiş, kisəni yerə ataraq məhəccərin üzərindən atılıb qaçmaq istəyən zaman məhəccərə ilişib yerə yıxılmışdır. Onlar Təqsirləndirilən şəxs saxlamış, bundan sonra həmin gün saat 23:30-da Təqsirləndirilən şəxs üzərinə, habelə Təqsirləndirilən şəxs məxsus “Mercedes Benz C230” markalı, **-KF- *** dövlət qeydiyyat nişanlı avtomobilə polis əməkdaşlarının və müdafiəçi iştirakı ilə video çəkiliş vasitəsilə şəxsi axtarış və baxış keçirmişdir. Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa təqdim etməsini təklif edilmiş, Təqsirləndirilən şəxs üzərində qanunsuz predmet və ya əşya olmadığını və qarşısında olan torbanın içərisində nə olmasından heç bir xəbəri olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman əlində olan və daha sonra qarşısına qoyduğu narıncı rəngli kisənin içərisində nə olduğunu bilmədiyini, həmin torbanı əldə etmədiyini, İran vətəndaşının ona 10 qram nəşə verəcəyini bildirib onu aldadıb oraya göndərdiyini, onu götürdükdən sonra pulunu verməyəcəyini, bu boyda riskə getməyəcəyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs götürdüyü narıncı rəngli kisə açılaraq içərisinə baxış keçirilməyə başlanmişdır. Kisənin içərisinə baxış keçirilən zaman üzəri yapışqan lentlə sarınmış 2 ədəd bağlama aşkar edilmişdir. Həmin bağlamalardan birinin içərisində olan kütləyə baxış keçirilmiş və içərisində narkotik vasitə heroinə bənzər kütlələr olduğu məlum olmuşdur. Baxış zamanı həmin bağlamanın içərisindən hər birinin içərisində 10 ədəd olmaqla 05 ədəd konvalyutda 50 ədəd “Methadone 40” adlı həblər və hər birinin içərisində 10 ədəd olmaqla 10 ədəd konvalyutda 100 ədəd “Tramadol Hydrochloride” adlı həblər aşkar edilmişdir. Sonra kisənin içərisindən aşkar edilmiş digər bağlamanın içərisinə baxış keçirilərək içərisində narkotik vasitə olan tiryəkə bənzər maddələr olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələrdən məlumatının olmadığını bildirmişdir. Daha sonra aşkar edilmiş kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Məhkəmə baxışında şahid qismində dindirilmiş Beyləqan rayon polis şöbəsinin əməkdaşları Şahid3, Şahid6, Şahid7, Şahid8, Şahid4 və Şahid9, eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 24 may 2023-cü il tarixli 6/2997 saylı rəyində qeyd edilmişdir ki: tədiqatata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN-in zərflər üçün 86 nömrəli dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilən zaman aşkar edilmiş narkotik vasitələr...” yazısı və imzalar olan narıncı rəngli kisədə bir ədəd bağlamadakı 3 (üç) ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 1466,0 qram, 1309,2 qram, 1647,3 qram, ümumi təmiz çəkisi 4422,5 qram (4 kiloqram 422,5 qram) qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd bağlamadakı 3 (üç) ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 692,5 qram, 1671,0 qram, 1776,2 qram, ümumi təmiz çəkisi 4139,7 qram (4 kiloqram 139,7 qram) tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilən zaman aşkar edilmiş güclü təsir edən vasitlərə bənzər dərmanlar” yazısı və imzalar olan zərfdəki üzərində “Methadone 40” markalanma göstəricisi olan 5 (beş) ədəd konvalyutda, hər konvalyutda 10 ədəd, ümumilikdə 50 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 50 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 2 qramdır “üzərində qeyd olunmuş göstəricisinə əsasən bir həbdə 0,4 qram metadon olmaqla). Həblər tərkibindəki təsiredici maddəsinin miqdarına və xarici əlamətlərinə görə eynidirlər. Üzərində “Tee-Doll225 (Tramadol Hydrochloride)” markalanma göstərici olan 10 ədəd konvalyutda, hər konvalyutda 10 ədəd , ümumilikdə 100 ədəd üzərilərində “225” yazısı həkk olunmuş qırmızı rəngli dairəvi formalı həblər tramadol hidroxlorid tərkibli dərman preparatıdır və 100 ədəd həbdən ibarət tramadol hidroxlorid təsiredici maddəsinin ümumi miqdarı 22,5 qramdır (bir həbdə 0,225 qram tramadol hidroxlorid olmaqla). Həblər tərkibindəki təsiredici maddəsinin miqdarına və xarici əlamətlərinə görə eynidirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təqdiq olunmuş siyahılara əsasən heroin və tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına, metadon “Azərbaycan respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in İİ siyahısına daxildirlər. 16 mart 2018-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təqdiq olunmuş siyahıya əsasn tramadol hidroxlorid “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxildir. Ekspertiza tədqiqatından sonrakı qalıq heroin 4421,9, qram, tiryək 4139,1 qram, 45 ədəd metadon həbləri və tramadol həbləri təşkil edir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manatdır. İş materiallarında olan 05 avqust 2023-cü il tarixli 4998 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispnaserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 23 may 2023-cü il tarixli «şəxsi axtarış, baxış keçirilməsi haqqında» videoçəkilişlə aparılan protokoldan görünür ki, Təqsirləndirilən şəxs qarşısında olan narıncı rəngli torba açılaraq içərisinə baxış aparılan zaman üzəri yapışqan lentlə sarınmış 2 ədəd bağlama aşkar edilmiş, həmin bağlamalardan birinin içərisində narkotik vasitə heroinə bənzər kütlələr olduğu məlum olmuşdur. Sonra həmin bağlamanın üzərinə yapşıqan lentlə bağlanmış digər bağlama aşkar edilmiş və həmin bağlama açılaraq baxış aparılan zaman həmin bağlamanın içərisindən hər birinin içərisində 10 ədəd olmaqla 05 ədəd konvalyutda 50 ədəd “Methadone 40” adlı həblər və hər birinin içərisində 10 ədəd olmaqla 10 ədəd konvalyutda 100 ədəd “Tramadol Hydrochloride” adlı həblər aşkar edilmişdir. Daha sonra kisənin içərisindən aşkar edilmiş digər bağlamanın içərisinə baxış aparılmış və həmin bağlamanın içərisində narkotik vasitə tiryəkə bənzər maddələr olduğu müəyyən edilmişdir. İş materiallarında olan 24 may 2023-cü il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğluna məxsus “Realme” markalı mobil telefona baxış zamanı həmin mobil telefonun “Whatsapp” ani mesajlaşma sosial şəbəkəsində qeydiyyatdan keçirilmiş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə +**********22 saylı İran İslam Respublikasının domen kodu ilə olan mobil nömrə arasında aşağıdakı məzmunlu səs yazışmaları müəyyən edilmişdir. 23 may 2023-cü il tarixdə, saat 21:59-da +**********22 saylı mobil nömrədən “Qaqa indi atıram haa malı, başına dönüm, indi beş dəqiqəyə atır qadan alım”, saat 22:00-da “Qaqa, özünün maşının var da sənin hə?” məzmunlu səs yazıları göndərmişdir. Təqsirləndirilən şəxs cavabında həmin gün saat 22:01-də “Var, səndən xəbər gözləyirəm, o adam yəqin problemsiz adamdır hə?” məzmunlu səs yazısı göndərmişdir. +**********22 saylı mobil nömrədən saat 22:01-də “narahat olma problemi yoxdu, mənim öz mal qoyanımdır başına dönüm, narahat olma” məzmunlu səs yazısı göndərmişdir. Təqsirləndirilən şəxs saat 22:02-də “oldu qaqa, problem yoxdu, prosta elə bir yerə atdır ki, onu tapa bilim də mən” məzmunlu səs yazısı göndərir. +**********22 saylı mobil nömrədən saat 22:02-də “Qaqa 20 dənə daşdı, 10 dənə otdu, otu prob elə mənə de, yaxşıdı ya yavadı, qadasını alım” məzmunlu səs yazısı göndərilmişdir. Təqsirləndirilən şəxs saat 22:03-də “yaxşı, yaxşı, oldu” səs yazısı göndərmişdir. Daha sonra +**********22 saylı mobil nömrədən saat 22:04də “üzərində “Dünyamalılar, Birinci Şahsevən, İkinci Şahsevən, Qaradağlı, Əhmədli” sözləri olan göy rəngli plakat, daha sonra məkan bildirən bağlantı göndərir, saat 22:04-də “Dasberundan bakiya gedende xelec kruqundan saga doneysen solda qebrestanliq var. Qebrestanliqa girende uz uze agacin dibi” məzmunlu mesaj, “qaqa, başına dönüm malı götürdün mənə denən ha, qurban olum sənə, qoy fikrim rahat olsun, oldu başına dönüm ged evə rahat söhbət eliyək”, saat 22:07-də “qaqa nə qədər yolun var ora bəs?” məzmunlu səs yazıları göndərir. Təqsirləndirilən şəxs saat 22:08-də “Qaqa 40 dəqiqəlik yoldur, yəqin heç kim yoxdur də orda, götürüm eliyim sənə xəbər eliyəcəm” məzmunlu səs yazısı göndərir. +**********22 saylı mobil nömrədən saat 22:08-də “Oldu başına dönüm, heç kəs yoxdur, götür mənə xəbər elə başına dönüm” məzmunlu səs yazısı göndərmişdir. Təqsirləndirilən şəxs saat 22:09-da “oldu da oldu baba” məzmunlu səs yazısı göndərir. +**********22 saylı mobil nömrədən saat 23:01-də “ qaqa, neynədin, nə iş gördün, orda 4 kilo 5 kilo mal qoymuşdum, onları götürdün? mənə xəbər elə də, telefonu aç” məzmunlu, saat 23:02-də “Qaqa bəs malı götürmüsən mənə cavab ver də, bəs sən dedin axı sənə 5000 manat da pul vuracam, malı götürmüsən telefonu da bağlayırsan, telefona cavab ver, bəs sən mənə dedin götürən kimi xəbər eliyəcəm axı” məzmunlu, saat 23:04-də “ay qaqa, qurban olum sənə, vallah yeyə bilməzsən o pulu, mənə sənə 4 kilo mal atmışam, dedin 5000 pul vuracam götürən kimi hanı bəs, ayıbdı telefona cavab ver” məzmunlu, saat 23:13-də “ay qaqa bu telefona cavab ver də, telefonu bağlayıbsan, malı götürdün telefona cavab verməyirsən indi? Bəs dedin axı malı götürüb telefonu açacam, danışacam, cavab ver dənə bə” məzmunlu səs yazıları göndərmişdir. Daha sonra 23:13-də cavabsız zənglər vardır. Daha sonra +**********22 saylı mobil nömrədən saat 00:17-də “ayə oğrəş, telefona cavab ver, yekə kişisən, orda 8 kilo mal idi, 4-ü ayrı adamındı, 4-ü də sənin idi, telefona cavab ver, balam canı gəlib göndərtdirirəm evində öldürərlər, quran haqqı evində vurub gedərlər səni, telefona cavab ver, yekə kişisən, 8 kilo mal qoymuşdum ora, 4-ü sənin idi, 4-ü də ayrı adamın, 8-ni də götürtübsən, ayıbdı, o malı telefona cavab ver, onun malını qoy yerinə, balam canı desəm, nömrəvi versəm gəlib evindən öldürüb aparacaqlar, malı alacaqlar ha səndən, adamın şalvarın çıxardarlar, şərəfin olsun, vicdanın olsun” məznmunsu səs yazıları göndərilmişdir. İş materiallarında olan 10 iyul 2023-cü il tarixli «Azercell MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, baxış zamanı aşağıdakılar müəyyən olundu: 31 may 2023-cü il tarixli Beyləqan rayon məhkəməsinin qərarının icrası ilə əlaqədar "xxxx" MMC-dən daxil olmuş məktuba əlavə edilmiş, yaddaşında telefon məlumatları olan üzərində "Verbatim, CD-R, 11495" sözləri yazılmış CD disk “HP” markalı kompyuterə qoşularaq və sonra «Kompüter» pəncərəsində açıldıqda “DVD RW Disk qurğusu" proqramı açıldı. Həmin proqrama daxil olduqda sonra açılmış 11495 saylı fayla daxil olduqda "abuneciler11495.xls", “517919393_SMS.txt", "5********.txt”, “507034111_SMS.txt”, “507034111 .txt” adlı fayllar açıldı. Həmin fayllara baxış keçirilən zaman Şahid1 Daşqan oğlunun adına rəsmiləşdirilmiş və istifadəsində olan ***-***-**-** saylı və Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş və istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə dair məlumatlara baxış keçirilən zaman 09 may 2023-cü il tarixdə, saat 04:13-də Təqsirləndirilən şəxs adına rəsmiləşırilmiş ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə “Nese qoysaz xeber ele” məzmunli sms mətni göndərilməsi müəyyən edildi Baxış zamanı Təqsirləndirilən şəxs adına rəsmiləşirilmiş ***-***-**-** saylı mobil nömrə ilə Şahid1 ***-***-**-** saylı mobil nömrə arasında 23 may 2023-cü il tarixdə saat 17:29-da 12 saniyə saat 19:56-da 60 saniyə, saat 19:58-də 78 saniyə, saat 22.08-də 36 saniyə telefon danışığı olmuşdur. İş materiallarında olan Beyləqan Rayon Mərkəzi X3 Şəxsin 08 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın psixoloji, psixiatrik və narkoloji kabinetlərində, ruhi-əsəb dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan «maddi sübut kimi tanınma haqqında» 25 may 2023-cü il tarixli qərarla ekspertiza tədqiqatından sonrakı qalıq 4421,9 qram narkotik vasitə heroin, 4139,1 qram narkotik vasitə tiryək, 45 ədəd metadon həbləri və 94 ədəd tramadol həbləri maddi sübut kimi tanınaraq saxlanılması üçün Beyləqan rayon polis şöbəsinin saxlama kamerasına təhvil verilmişdir. İş materiallarında olan «maddi sübut kimi tanınma haqqında» 03 iyun 2023-cü il tarixli qərarla “şəxsi axtarış, baxış və götürmə haqqında” protokola əlavə edilmiş bir ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan «maddi sübut kimi tanınma haqqında» 06 sentyabr 2023-cü il tarixli qərarla şəxcsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “Realme” markalı mobil telefon maddi sübut kimi tanınmış Beyləqan rayon polis şöbəsinin saxlama kamerasına təhvil verilmişdir. İş materiallarında olan 23 may 2023-cü il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Beyləqan rayon məhkəməsinin 25 may 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 23 may 2023-cü il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 11 sentyabr 2023-cü il tarixli «cinayət işinin başlanılmasının rədd edilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən döyülməsi faktı üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan 11 sentyabr 2023-cü il tarixli «cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında» qərarla Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitə, tramadol və metadon həblərinin əldə edilməsi mənbəyi üzrə cinayət işinin materiallarından ayrıca cinayət işi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 331.2, 331.3, 332.1-ci maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qəti olaraq aylıq pul təminatından 5 faiz tutulmaqla bir il müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş, Füzuli Hərbi Məhkəməsinin 28 iyul 2020-ci il tarixli qərarına əsasən o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 331.2 və 332.1-ci maddələri ilə törətdiyi əməllərə görə cəzadan azad edilmiş, onun Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə törətdiyi əməli Cinayət Məcəlləsinin 329.1-ci maddəsinə uyğunlaşdırılmış, onun barəsində olan Füzuli Hərbi Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsi nəzərə alınaraq ona təyin olunmuş aylıq pul təminatından 5 faiz tutulmaqla bir il müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası 200 manat miqdarında cərimə cəzası ilə əvəz edilmiş, məhkumluğu ödənilmişdir. İş materiallarında olan Beyləqan şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 iyul 2023-cü il tarixli yaşayış yeri və ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Muradlı X2 şəhəri, SMD-42 qəsəbəsində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi anasından və bacısından ibarətdir, şahadığı müddətdə barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs satış məqsədilə İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən şəxslə külli miqdarda narkotik vasitə olan heroin, tiryək və metadonun, həmçinin, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan küllü miqdarda güclü təsir edən maddə olan tramadol hidroxloridin satış məqsədilə qanunsuz olaraq əldə edilməsi, saxlama cinayət əməli törətməsi təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-in 234.4.1, 234.4.3, və 240.3.2-ci maddələri ilə tövsif edilmişdir. Habelə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında və icraçı kimi deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirakı təsdiq olunduğundan məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən onun qeyd olunan əməli CM-nin 32-ci maddəsinə istinad edilmədən həmin Məcəllənin 206.2-ci maddəsi ilə tövsif olunmadan bu Məcəllənin 32.5, 206.3.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Bu səbəbdən onun bu əməli Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinə istinad olunmaqla həmin Məcəllənin 206.2-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs və İran İslam Respublikasının vətəndaşı ehtimal olunan şəxslə əvvəlcədən razılaşmışlar ki, sonuncunun İrandan qaçaqmalçılıq yolu ilə keçirəcəyi narkotik vasitə və tramadol həblərini qəbul edib Azərbaycan Respublikasında həmin maddələrin saxlama, daşıma, satma, bir sözlə realizə olunmasını təmin edəcəklər. Həmin razılaşmadan sonra qrupun üzvü tərəfindən məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi sözü gedən maddələri İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsini təmin edərək qoyulduğu yer barədə məlumat verdikdən sonra təqsirləndirilən şəxs həmin yerdən bu maddələri satış məqsədi ilə əldə etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi qismində iştirak etmişlər. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah edilir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslanmaqla nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Hazırki iş üzrə müəyyən edilmişdir ki, qrupun üzvü tərəfindən sözü gedən qanunsuz maddələri qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına keçirilməsi təmin edilib bu maddələrin qoyulduğu yer barədə məlumat verdikdən sonra Təqsirləndirilən şəxs həmin maddələri əldə etmiş, yəni göstərilən halda qaçaqmalçılıq yalnız bir nəfər şəxs tərəfindən icra edilmişdir. Eyni zamanda müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsində bilavasitə iştirak etməmiş, lakin satış məqsədi ilə əldə edilməsi üçün İran vətəndaşı tərəfindən həmin maddələrin qaçaqmalçılıq yolu ilə keçiriləcəyinin təmin edilməsini əvvəlcədən bilmiş, həmçinin bu maddələrin İrandan qaçaqmalçılıq yolu ilə keçirildikdən sonra əldə edib, realizə olunmasını təmin edəcəyinə vəd verərək qaçaqmalçılıq cinayətində qabaqcadan vəd etməklə iştirak etmişdir. Azərbaycan Respublikası CM-in 206-cı maddəsinin (Qaçaqmalçılıq) məzmununa görə həmin cinayətin subyekti malları bilavasitə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmiş şəxsdir, yəni bu əməlin icraçısıdır. Habelə Azərbaycan Respublikası CM-nin 32.1-ci maddəsinə əsasən cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən və gömrük nəzarətindən kənar və ya gizli keçirilmiş külli miqdarda narkotik vasitə və dərman həblərinin cinayət yolu ilə əldə edilmiş əşyalar üzərində sərəncam verməyi qabaqcadan vəd etmişdir. Eyni zamanda, dövlət ittihamçısı vəsatət verərək təqsirləndirilən şəxsə ittiham elan edilmiş CM-in 206.3.2-ci maddəsinə münasibətdə Təqsirləndirilən şəxs əməlinin CM-in 32.5, 206.2-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah verilir ki, bu cinayətin (qaçaqmalçılıq cinayətin) törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da Azərbaycan Respublikası CM-in 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-in 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-in 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. CM-nin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CM-in cinayətlərin təsnifatına dair 15-ci maddəsinə əsasən CM-in 206.2-ci maddəsi ilə törədilən əməllər az ağır, CM-nin 206.3.2-ci maddəsi ilə törədilən əməllər isə ağır cinayət hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında və icraçı kimi deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirak etdiyindən onun hərəkətləri Azərbaycan Respublikası CM-in 32-ci maddəsinə istinad edilməklə CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxslərin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, ona təqsirli bilindiyi hər bir maddə üzrə, əsas cəza növündə, maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, məhkəmə yüngülləşdirici hal kimi nəzərə alır. Məhkəmə CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispnaserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübut kimi tanınaraq - Beyləqan rayon polis şöbəsində saxlanılan ekspert təhqiqatından sonrakı qalıq- 4421,9 qram narkotik vasitə heroin, 4139,1 qram narkotik vasitə tiryək, 45 ədəd metadon həbləri və 94 ədəd tramadol həbləri məhv edilməli, “şəxsi axtarış, baxış və götürmə haqqında” protokola əlavə edilmiş bir ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanılması müddəti ərzində işdə saxlanılmalı, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “Realme” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin əvvəlinin 23 may 2023cü il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. CM-in 32.5, 206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası və CM-in 240.3.2-ci maddəsi ilə ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 23 may 2023-cü ildən hesablansın. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə olunsun. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə 114 (yüz on dörd) manat məbləğində ekspertiza Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış – Beyləqan rayon polis şöbəsində saxlanılan ekspert təhqiqatından sonrakı qalıq- 4421,9 qram narkotik vasitə heroin, 4139,1 qram narkotik vasitə tiryək, 45 ədəd metadon həbləri və 94 ədəd tramadol həbləri məhv edilsin. - Şəxsi axtarış, baxış və götürmə haqqında protokola əlavə edilmiş bir ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanılması müddəti ərzində işdə saxlanılsın. - Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “Realme” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Cəlil Nəbiyev Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-157/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-157/2024
17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver