Məhkəmə qərarları › İş №1(099)-157/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-157/2025

10.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-157/2025 10.06.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Nuriyev Aqil Abdul oğlu (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Vəliyeva Ayşən Umud qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi – X17, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi - X4, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi- Nümayəndə, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, 22 avqust 1990-cı ildə Masallı rayonu Qasımlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Masallı rayonu Yeddioymaq ərazi dairəsi Qasımlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X3 həbsdə saxlanılan Təqsirləndirilən şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 10 iyun 2025-ci il tarixdə, saat 15:15-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 2 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməyən (ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş) şəxsdən istifadə etməklə xüsusi amansızlıq və ümumi təhlükəli üsulla X7 qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan mərhum etmişdir.

2. İbtidai istintaq orqanının gəldiyi nəticəyə əsasən, o, həmkəndlisi X5, qohumu Şahid4 ilə qeyri-rəsmi sevgi münasibətində olmasını eşidərək dostu X31 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qısqanclıq zəmnində onu qəsdən öldürərək qisas almaq qərarına gəlmiş, aralarında olan cinayətkar plana əsasən o, 20 may 2024-cü il tarixdə saat 18 radələrində Semur Alışanovu aldararaq çay içmək adı ilə yaşadığı Masallı rayon Qasımlı kəndində olan evdən çıxarıb Aslan Ağazadənin qabaqcadan idarəetməsi üçün ona verdiyi “Nissan Note” markalı “**-KE-***” dövlət qeydiyyat nişanlı avtomaşınla Masallı rayonu Göyəçöl kəndi ərazisində yerləşən “Samovar” adlı yeməkxanaya aparıb birlikdə çay içib söhbət edərkən istifadəsində olan mobil telefon vasitəsi ilə bu barədə qrup üzvü Aslan Ağazadəyə məlumat vermiş, sonuncu həmin gün saat 19:30 radələrində “Vinçester” tipli, 12 kalibrli, “Mavoric MRC 112” modelli, “20AZ-0050” nömrəli, pompalı, təklüləli tüfəngi-yivsiz odlu ov silahını atəşə hazır vəziyyətə gətirib qeyd edilən ünvana gələrək öldürmək niyyəti ilə silahı Semur Alışanova tərəf tutub açılacaq atəş nəticəsində başqa şəxslərin həyatı üçün təhlükə yarada biləcəyinə əhəmiyyət verməyib yaxın məsafədən qəsdən bir dəfə atəş açaraq sonuncuya döş qəfəsinin döş boşluğuna nüfuz etməklə sol ağciyəri, ürək kisəsini, ürəyi, qalxan aortanı, sağ İV və sol V qabırğanı zədələyib dəlib keçən odlu silah yaralanması ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid (ölümünə səbəb) bədən xəsarəti yetirmiş, bununla kifayətlənməyərək üzərində gəzdirdiyi tiyəsinin uzunluğu 105 mm olan zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən məişət təyinatlı bıçağını çıxardıb öz cinayətkar niyyətini davam etdirib müstəsna dərəcədə qəddarlıq göstərərək, xüsusi amansızlıq nümayiş etdirməklə aşkar surətdə xüsusi əzab verdiyini dərk edib, bunu arzulayaraq niyyətini başa çatdırmaq və şiddətli ağrılar vermək məqsədilə atəşin təsirindən yerə yıxılmış vəziyyətdə olan Semur Alışanovun bədəninin müxtəlif nahiyələrinə qəsdən bir neçə zərbə vuraraq ona döş qəfəsinin sağ və sol yarısını arxa hissəsini sağ və sol döş boşluğuna nüfuz etməklə sağ və sol ağciyəri zədələyən dörd ədəd, başın ənsə nahiyəsinin, boynun sol yan hissəsinin, döş qəfəsinin sağ və sol arxa hissəsinin döş boşluğuna nüfuz etməyən on bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır və sol əlin və sol ayağın qançırı kimi sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək qabaqcadan əlbir olub bir qrup şəxs halında odlu silahdan istifadə etməklə xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla Semur Alışanovu qəsdən öldürmüş, yəni qəsdən həyatdan mərhum etmişdir.

İşin halları və dəlilləri:

3. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, zərərçəkmiş şəxs Semur Alışanovu həmkəndlisi kimi tanımışdır. Belə ki, zərərçəkmiş şəxs bacısı ilə birlikdə onların evinin qarşısından keçəndə əmisi oğlu Şahid3 ilə qarşılaşmış və bir qədər söhbət etmişlər, əmisi oğlu Şahid3 və Semur Alışanov həmyaşıd olmaqla dost olublar. Həmin görüş zamanı Elnur onu Semurla tanış etmişdir. Sonra onlar, yəni Elnur və Semur ondan 50-60 metr aralanıb öz aralarında söhbət etmişlər. Söhbəti bitirib Elnur gələndə, ondan Semurun kim olduğunu soruşmuş, o da müəyyən məlumat vermişdir. Təxminən 2024-cü ilin may ayının ortalarında, o, Semurun məhəlləsinin yaxınlığından, məscid tərəfdən keçərkən, Semuru görmüş, yaxınlaşıb salam vermiş, Semur ondan kim olduğumu soruşmuş, o isə Elnurun əmisi oğlu olduğunu bildirmiş, Semur da ondan Elnura salam deməsini xahiş etmişdir. O, 16 may 2024-cü ildə Aslan Ağazadəyə məxsus avtomobili şəxsi istifadəsi üçün götürüb sürmüşdür. Belə ki, Aslan avtomobili ona dost olduqları üçün sürsün deyə vermişdir. Avtomobili 16 mayda götürmüş və öz avtomabilini yeni satdığından Aslanın avtomobili 3 gün onda qalmaqla sürmüşdür, Aslandan avtomobili götürüb kənd ərazisində gəzirmiş. İş olanda da həmin avtomobildən istifadə etmiş, bəzi hallarda Aslanın avtomobilə ehtiyacı olanda ona qaytarmış, sonra yenə götürmüşdür. Hadisə baş verən günü, yəni 20 may 2024-cü ildə kənddə əmisi oğlu Elnuru görmüş və avtomobillə gəzməyi təklif etmiş, onlar birlikdə avtomobildə gəzərkən bir neçə gün öncə Semurun Elnura salam göndərməsi onun yadına düşmüş, üstündən bir-iki saat keçdikdən sonra, Elnura bildirib ki, Semur ona salam deyib və əgər istəyirsə gedib Semurla görüşə bilərlər. Onlar razılaşaraq Semurun yaşadığı evə getmiş, Semur həmin vaxt qonşuda olmuş, Elnur onu qonşudan çağırmış, Semur gəldikdə o da yaxınlaşıb Semurla görüşmüşdür. Semur onlara çay içməyi və rayona getməyi təklif etmişdir, o isə avtomobilə dair etibarnaməsinin olmadığını, bu səbəbdən rayon ərazisinə gedə bilməyəcəyini, kəndə yaxın yerdə çay içməyi təklif etmiş, onlar razılaşmışlar və Semur gedib paltarını dəyişib gəlmiş, avtomobildə arxa oturacaqda əyləşmiş və onlar hərəkətə başlamışlar. O, kəndin çıxacağında avtomobili saxlamış, düşüb avtomobilin qarşısnda söhbət etmişlər, Semur ondan avtomobilin kimə məxsus olduğunu soruşanda, o, avtomobilin Aslan Ağazadəyə məxsus olduğunu bildirmişdir. Bundan sonra birlikdə kafeyə gedərkən o, avtomobili saxlayıb və mağazadan siqaret almışdır, daha sonra kafeyə getmişlər, kafedə olan zaman Semur təklif etmişdir ki, kafenin çölündə, bağ tərəfdə əyləşsinlər. Çöldə olan masalardan birində əyləşib, təxminən 1 saat müddətində çay içib söhbət etmişlər, əmisi oğlu Elnur pivə və araq da sifariş etmişdir. Masada Elnur və Semur üzbəüz, o isə masanın baş tərəfində oturmuşdur. Kafedə oturan zaman əsasən Elnur və Semur söhbət etmiş, o isə dinləmişdir, çünki Elnur və Semur yaxın dost olmuşlar və birbirlərini uzun müddətdir ki, görməmişlər. Orada olan zaman Aslan Ağazadə ona zəng etmiş, harda olduğunu soruşmuş, o isə kafedə yoldaşlarla çay içdiyini ona bildirmiş, əgər avtomobil lazımdırsa gətirə biləcəyini demişdir. Daha sonra siqareti bitdiyindən o yaxınlıqda yerləşən Elşən adlı şəxsə məxsus mağazaya gedərək siqaret almış, bu zaman Aslan yenidən ona zəng edib, avtomobilin açarını üstünə qoymasını və gəlib götürəcəyini demişdir. O da açarı avtomobilin üstünə qoymuş və gəlib yenidən Semur və Elnurla masa ətrafında əyləşmişdir. Onlar oturan masa ilə kafenin arasında təminən 3 metr məsafə olmuşdur. Təqribən yarım saat keçdikdən sonra kafenin kənarından Aslan Ağazadənin əlində silahla onlara tərəf gəldiyini görmüş, təxminən Aslanın dayandığı yer ilə onların aralarında 2 metr məsafə olmuşdur. O, Aslanın silahla ona xəsarət yetirə biləcəyindən qorxaraq, masadan təqribən 1 metr kənara çəkilmiş və Aslana “eləmə, eləmə” deyə bildirmişdir. Aslan ona əhəmiyyət verməmiş və atəş açmışdır. Atəş açdıqdan sonra Semur yerə yıxılmışdır. O isə qaçıb oradan uzaqlaşaraq, kafenin qarşısında “Aslan öldürdüöldürdü, kömək edin” deyə qışqırmışdır. Kafenin yaxınlığında olan marketin yanında həmkəndlisi Şahid5 görmüş, onun avtomobilinə əyləşərək adam öldürüldüyünü və təcili kəndə getməklərini bildirmişdir, Sərdar ondan kimin adam öldürdüyünü soruşmuş, o isə Aslanın adam öldürdüyünü demiş, Sərdar isə Aslanın onun avtomobili ilə gəldiyini bildirmişdir, Onlar Sərdarla birlikdə hərəkətə başlayıb kəndə tərəf getdikdə, təqribən 20-30 metr sonra Elnurun da qaçaraq gəldiyini görmüş, Sərdara onu da götürməsini bildirmiş, Elnur onların avtomobilinə əyləşmiş və onlar kəndə tərəf getmişlər, yol boyunca niyə belə olması barədə söhbət etmişlər. Sərdar Aslanın onun avtomobili ilə gəldiyi üçün onu da zibilə saldığını demişdir. Onlar evə çatdıqdan təxminən 2 saat keçdikdən sonra polis əməkdaşları gəlib onları polis şöbəsinə aparmışlar.

4. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, Semuru əvvəllər şəxsən tanımamış, lakin onun kimliyi barədə məlumatlı olmuş və Semurun onun əmisi qızı Şəmsiyyənin ərini bıçaqla vurduğunu eşitmişdir. Şəmsiyyə onun həm əmisi, həm də bibisi qızıdır. Əmisi oğlu Elnurla Semurun münasibətləri olmağını əvvəllər bilməmişdir, əmisioğlu Elnurla bir həyətdə qalır, evləri yan-yanadır, Semurun narkotik istifadəçisi olduğunu bildirmişdir və Semurun 4-5 ay olarmış ki, evdən kənara çıxmadığını bildirmişdir. Kafedə olarkən Aslan ona zəng etdikdən sonra, açarı avtomobilin üstünə qoymuşdur ki, Aslan gəlib maşını götürsün, onların oturduğu masa ilə Aslanın avtomobilini saxladığı yer arasında 50-60 metr məsafə olmuşdur, Aslan əlində silahla onlar oturduğu masaya gələndə o qorxduğu üçün kənara çəkilmiş və elə qorxduğu üçün Aslanın qarşısını ala bilməmişdir. Semura qarşı qisas hissi və ya kini olmamışdır. Hadisə baş verdikdən sonra polisə məlumat vermədiyi üçün özünü həmin əməldə (hadisə barədə polisə məlumat verməməkdə) təqsirli bilir. O, Aslanın silahı olması barədə məlumatı olmayıb, o Aslanda vinçester markalı silahın, eləcə də bıçağın olması barədə məlumatsız olmuşdur, Aslan Semuru öldürəcəyi barəsində ona heçnə deməmişdir, onun Aslanın planından xəbəri olmamışdır. Eyni zamanda qeyd etmişdir ki, Aslan Ağazadənin anlaqsız olub-olmaması barədə o heçnə bilməmişdir.

5. Məhkəmədə Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri elan edilməklə tədqiq edilmişdir.

6. Belə ki, Təqsirləndirilən şəxs istintaqın ilkin mərhələsində törətdiyi cinayət əməlini etiraf edib ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək müfəssəl ifadələr vermişdir. Belə ki, şübhəli şəxs qismində verdiyi ilk ifadəsində (cild İ, iş vərəqə 89-93) bildirmişdir ki, Masallı rayonu Qasımlı kənd sakini X31 onun həmkəndlisi olmaqla eyni zamanda dostudur. Aslan Ağazadə ilə onun uzaq qohumluq münasibəti olmuşdur. Belə ki, əmisi qızı X34 Ağazadənin əmisi Cabir Nuriyevin həyat yoldaşı olmuşdur. Onlar iki il bundan əvvəl boşanmışdırlar. Masallı rayonu, Qasımlı kənd sakini X7 həmkəndli kimi tanımış, Semur Alişonov 2013-cü ildən Rusiya Federasiyasına getmiş bir müddət orada yaşamışdır, X28 əmisi Cabir Nuriyevin arasında ədavət olmuşdur. Belə ki, onun əmisi qızı, yəni Cabirin həyat yoldaşı Şəmsiyyə Nuriyeva uşaqlıqdan Semurla sevgili olmuş, Şəmsiyyə Cabirlə evləndikdən sonra da onların münasibətləri davam etmişdir. Bu səbəbdən Semurla Cabirin arasında ədavət olmuş, 2013-cü ildə Ruisya Federasiyasının Murmansk şəhərində Semur Cabiri bıçaqlamışdır. Törətdiyi cinayət əməlinə görə X35 şəhərində cinayət məsuliyyətinə cəlb edilmiş və səhv etmirsə 9 il azadlıqdan mərhum etmə cəzası təyin edilmişdir. Lakin Semur ona təyin edilmiş cəzanı axıra qədər çəkməmiş, 2022ci ildə başlanmış Rusiya-Ukraniya müharibəsinə göndərilmiş və müharibədə iştirakı ilə əlaqədar Rusiya höküməti tərəfindən əfv edilmişdir. Bildirir ki, o 2013-cü ildə yaşı az olsa da, Semurun ərdə olan əmisiqızı Şəmsiyyə ilə əxlaqsız münasibətinin olması, bu səbəbdən sonuncunun ərini bıçaqla vurub xəsarət yetirməsini eşitdikdən sonra onda Semura qarşı nifrət hissi yaranmış və qisas almaq istəmiş, bu fikir daim onun beynimdə olmuşdur. Bunun üçün o, Semurun Rusiya Federasiyasında təyin edilmiş cəzasını çəkib Azərbaycan Respublikasına, Masallı rayonuna qayıtmasını gözləmişdir. Hadisədən təxminən 20 gün əvvəl, yəni 2024-cü ilin may ayının əvvəllərində Semur Alışanovun kəndə gəldiyini bilmişdir. Belə ki, 2024-cü ilin may ayının əvvəllərində Semur bacısı ilə birlikdə onların evinin qarşısından keçəndə əmisi oğlu Şahid3 ilə qarşılaşmış və söhbət etmişlər. Şahid3 və Semur Alışanov həmyaşıd olmaqla münasibətləri yaxşı olmuşdur. Semur keçib getdikdən sonra o, Elnurdan həmin şəxsin kim olduğunu soruşmuş, sonuncu həmin şəxsin Semur Alışanov olduğunu bildirmişdir. Semuru qiyabi olaraq tanısa da üzdən tanımamışdır. Aslan Ağazadə əvvəllər uzun müddət RF-da yaşamış, sonucu dəfə 2023-cü ilin əvvəllərində RF-dan qayıtmış, onunla mütəmadi görüşləri və telefon əlaqələri olmuşdur. 2024-cü ilin may ayının əvvəllərində kənd ərazisində piyada gəzən zaman Aslan özünə məxsus “Nissan Note” markalı, ** KE *** dövlət nömrə nişanlı avtomaşını ilə hərəkətdə olduğu zaman qarşılaşmış, salamlaşdıqdan sonra o da avtomaşına əyləşmiş və birlikdə kənd ərazisində gəzmişlər. Avtomaşında olan söhbət zamanı Aslan ona Semurun kənddə olub-olmadığını soruşmuş, o da Semuru təxminən 10 gün əvvəl evlərinin qarşısından bacısı ilə birlikdə keçən zaman gördüyünü demişdir. Söhbət zamanı Aslan Semuru öldürmək lazım olduğunu demiş, o da Aslanın sözünə dəstək olaraq “lazımdır, öldürək” deyərək Semur Aslanın əmisi Şahid11 bıçaqladığına, əmisinin arvadı Şahid4 ilə görüşüb ailə namuslarını ləkələdiyinə görə qisas niyyəti ilə öldürmək qərarına gəlmişlər. Şahid4 onun doğma əmisi qızı olduğuna görə və sonuncu ərdə olduğu halda Semur Alışanovla görüşməsi onun da ailə namusunu ləkələdiyinə görə də Semuru öldürmək istəmişdir. Onların fikirləri və niyyətləri üst-üstə düşdüyünə görə elə Qasımlı kəndində baş tutmuş ilk görüş zamanı Semur Alışanovu öldürmək barədə qəti razılığa gəlmişlər. X52 öldürmək üçün silahının olduğunu demiş və avtomaşınında olan “MAVORİC 20AZ-0050” markalı silahı ona göstərmişdir. Aslan, Semuru məhz həmin silahla öldürmək istədiyini demişdir. Həmin görüşdən sonra hər ikisi kənd ərazisində Semuru axtarmağa başlamış, Aslan Semurun onun kənddə olmasını bilərək qisas almaq niyyətindən xəbərdar olub qaçmasından ehtiyat edib gündüzlər bütün gün evdən çölə çıxmayaraq kənd ərazisində görünməmişdir. O isə ətrafdakıları duyuq salmadan gizlincə Semurun olduğu yeri müəyyən etmək istəmişdir. Lakin, nə qədər axtarsa da Semur yaşadığı evdən çölə çıxmamış, kənd ərazisində görünməmişdir. O 3-4 dəfə Aslan Ağazadə ilə, 15-20 dəfə isə təkbaşına Semur Alışanovun kənd məscidinin yanında yerləşən fərdi yaşayış evinin yanından keçib sonuncunu çöldə yaxalamaq istəmişdir. Lakin nə Aslanla birlikdə, nə də təkbaşına getdiyi zamanlarda Semur Alışanovu yaşadığı evin ətrafında görməmişdir. 16-17 may 2024-cü il tarixdə Aslan Ağazadə özü çox görünməsin deyə və axtarış işini surətləndirmək üçün özünə məxsus “Nissan Note” markalı, ** KE *** dövlət nömrə nişanlı avtomaşını ona vermiş, hadisədən əvvəl son 3-4 gün, bütün günü həmin avtomaşınla Qasımlı kəndi ərazisində Semuru axtarmış, lakin rast gəlməmişdir. Keçən müddət ərzində onlar mütəmadi olaraq Aslanla görüşmüş və telefon vasitəsi ilə əlaqə saxlamışdırlar. Aslan Ağazadə də nə qədər axtarsa da Semuru tapa bilmədiyini demişdir. Hər ikisinin Semur Alışanovu axtarmaqda məqsədi gördükləri yerdə onu öldürmək olmuşdur. 20 may 2024-cü il tarixdə nahar etdikdən sonra yenidən Semuru harada axtarmaq barədə düşünmüş, onlarla bir həyətdə yaşayan Şahid3la Semurun dost olduğu, məhz Elnurun vasitəsi ilə Semurun evdə olub–olmadığını müəyyən etmək fikri ağlına gəlmişdir. Bu məqsədlə saat təxminən 15-16 radələrində Elnuru aldadıb kənd ərazisində qarşılaşdıqları zaman Semur Alışanovun ondan Elnuru maraqlandığını, sonuncuya salam dediyini bildirmişdir. Həmin vaxt Elnur vaxtı varsa gedib Semura baş çəkməklərini demişdir. Şahid3 Semur Alışanovla yaxın dost olmuş, nə onun, nədə ki, Aslanın Semuru öldürmək niyyətləri barədə heç bir məlumatı olmamışdır. Elnura yalan danışıb Semurun ona salam göndərdiyini və maraqlandığını demiş, bunu deməkdə məqsədi Elnurun vasitəsi ilə Semurun yerini müəyyən etmək olmuşdur. Onun dediklərindən sonra Elnur “gedək Semura baş çəkək” deyəndə isə məqsədinə nail olmuşdur. Belə ki, Semurun evdə olub-olmadığını müəyyən etmək istəmişdir. İstifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Aslanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng etmiş və Elnurla birlikdə Semurun evinə getdiyini, əgər evdədirsə onu bir bəhanə ilə çölə çıxardacağını bildirmişdir. Aslan isə Elnurun niyətlərindən xəbəri olub-olmadığını, Semurun onun sözü ilə evdən çıxıbçıxmayacağını soruşmuş, o, X42 öldürmək niyyətlərindən xəbəri olmadığını və sonuncunun Elnurun sözü ilə evdən çıxacağını bildirmişdir. Bundan sonra saat təxminən 17 radələrində Elnurla birlikdə Aslana məxsus idarə etdiyi “Nissan Note” markalı, ** KE *** avtomaşınla Semurgilə getmiş, Semurun yaşadığı evin yanına çatana kimi bir neçə dəfə Aslanla “WhatsApp” ani mesajlaşma mobil tətbiqi vasitəsi ilə əlaqə saxlamışdır. Elnur Semuru çağırmış və söhbət zamanı sonuncu çöldə çay içməyi təklif etmişdir. O Semurun çöldə çay içmək fikrini eşidəndə sevinmiş, Semuru öldürmək üçün əlverişli şəraitin yarandığını yəqin etmişdir. Semur yenidən evə daxil olmuş və təxminən 5-10 dəqiqədən sonra üzərindəki paltarları dəyişib onun idarə etdiyi avtomaşının arxa oturacağına əyləşmişdir. Avtomaşında olan zaman Semur Masallı şəhərində bir yerdə oturmağı təklif etmiş, o isə nəqliyyat vasitəsini idarə etmək üçün etibarnaməsi olmadığından kənara çıxa bilməyəcəyini demiş, bu səbəbdən köhnə Masallı-Lənkəran yolunun Göyəçöl və Şıxlar kəndlərinin kəsişdiyi yerdə, adını bilmədiyi kafedə əyləşməyi təklif etmişdir. Saat təxminən 18 radələrində kafedə olduqları zaman “WhatsApp” ani mesajlaşma mobil tətbiqi vasitəsi ilə Aslana mesaj yazıb olduqları yer barədə məlumat verməklə Semur Alışanovun yanında olduğunu bildirmişdir. Aslan isə ona Semuru bir qədər yubatmağını, qısa müddətə hazırlaşıb olduqları yerə gələcəyini demişdir. Aslan Ağazadə gələnə qədər o, Semur və Elnur təxminən 1 saat ərzində 2 çaynik çay içmişlər, Elnur eyni zamanda bir bakal da pivə içmişdir. Elnur Semurla üzbə-üz, o isə stolun başında əyləşmişdir. Həmin müddət ərzində o, Semur Alışanovu öldürmək üçün cəhd etmək istəmiş, lakin üzərində hər hansı silah və alət olmadığına görə bu fikrini həyata keçirməmiş, çılpaq əllə Semura hücum edəcəyi təqdirdə əlindən qaçıb qurtula biləcəyini düşünmüşdür. Semuru qəti şəkildə əldən buraxmaq istəməmiş, buna görə də Semuru yəqin olaraq öldürmək üçün Aslanın gəlməsini gözləmişdir. Gözlədikləri müddət ərzində müxtəlif mövzulardan söhbət açıb Semurun fikrini yayındırmış, sonuncunun nədənsə şübhələnməsinə yol verməmişdir. Onlar kafedə əyləşdikləri vaxtdan təxminən bir saat sonra Aslan “WhatsApp” ani mesajlaşma mobil tətbiqi vasitəsi ilə yazaraq olduqları yerə çatdığını bildirmişdir. Həmin mesajı görüb stoldan qalxaraq kənara çəkilmiş, Aslan sağ əlində silahla kafenin həyətinə daxil olub silahı iki əli ilə sıxıb Semura tuşlamış və sonuncuya “şərəfsiz” deyib bir dəfə sinə nahiyəsindən atəş açmışdır. Aslan silahla Elnurla Semurun əyləşdiyi stola yaxınlaşanda Elnur durub qaçmışdır. Aslan Ağazadə silahla Semur Alışanova bir dəfə atəş açdıqdan sonra, silahı ikinci dəfə də atəş açmaq məqsədi ilə hazır vəziyyətə gətirmək istəsə də silah kilidlənmişdir. Bunu görən Aslan əlində olan bıçaqla yerdə uzanıqlı vəziyyətdə olan Semur Alışanovun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri vurmuşdur. Yaranmış səsə ətrafdakı şəxslər toplaşmış, Aslan Semurun yanından aralanıb onun kafenin qarşısında saxladığı öz avtomaşınına doğru gedib, anidən geri qayıtmış və yerdə uzanıqlı vəziyyətdə olan Semur Alışanova yaxınlaşıb boğaz və kürək nahiyəsinə yenidən bir neçə bıçaq zərbəsi vurmuşdur. Həmin vaxt o, hadisə yerindən aralanaraq kafenin qarşısında avtomaşınını saxlamış taksi fəaliyyəti ilə məşğul olan Qasımlı kənd sakini Sərdarı saxlatdırıb sonuncunun idarə etdiyi “Opel” markalı dövlət qeydiyyat nişanını bilmədiyi avtomaşına əyləşmiş və bir qədər qabaqda isə Elnur əyləşdikdən sonra evə aparmasını xahiş etmişdir. Evə çatdıqdan təxminən 1 saat sonra Masallı RPŞ-nin polis əməkdaşları gəlib onu polis şöbəsinə aparmışlar. Sərbəst ifadəsindən sonra müstəntiqin “Semur Alışanovu qəti olaraq öldürmək niyyətiniz nə vaxtdan yaranmışdır, sonuncunu hansı səbəbdən öldürmək istəyirdiniz?” sualına cavab olaraq bildirmişdir ki, X10 2013-cü ildə əmisi qızı Şəmsiyyə Nuriyeva ilə qeyri-rəsmi münasibətə girib, sonuncunun əri Cabir Nuriyevi bıçaqladıqdan sonra ona qarşı nifrət hissi yaranmışdır. Həmin vaxtdan Semurdan qisas almaq niyyəti yaranmışdır. X43 konkret olaraq öldürmək niyyəti 2024-cü ilin may ayının əvvəllərində Alsan Ağazadə ilə ilk dəfə görüşdükləri zaman yaranmışdır. Həmin vaxt onlar Aslanla Semuru öldürmək barədə razılaşmışlar. Semur Alışanov onun evli əmisi qızı ilə görüşüb qeyri-rəsmi münasibətə girməklə onun namusunu ləkələdiyinə görə onu öldürmək istəmişdir. “Aslan Ağazadə ilə birlikdə Semur Alışanovu öldürmək niyyətiniz barədə kimin məlumatı olmuşdur? Bu işdə sizə kimlər kömək etmişdir?” sualına cavab olaraq təqsirləndirilən şəxs cavab olaraq bildirmişdir ki, Aslan Ağazadə ilə birlikdə Semur Alışanovu öldürmək niyyətləri barədə başqa heç kimin məlumatı olmamış, bu işdə onlara heç kim kömək etməmişdir. Hər bir hərəkəti özləri (Aslan və Xanmurad) planlaşdırıb icra etmişlər. “X39 Alışanova atəş açdığı silahın markası, modeli, həmin silahın ölçüləri, silahı və patronları haradan əldə etməyi barədə nə deyə bilərsiniz?” sualına cavab olaraq həmin silahın "vinçester" markalı olmaqla təxminən 50-60 sm uzunluğunda olmasını bildirmiş, lakin Aslanın həmin silahı və atəş açdığı patronu haradan əldə etməsi barədə məlumatının olmamasını demişdir. “Sizin və ya X39 Alışanovla yanaşı X9 öldürmək niyyətinizin olubolmaması barədə nə deyə bilərsiniz?” sualına cavab olaraq o qeyd etmişdir ki: “həm Aslan Ağazadənin, həm də ki, mənim Semur Alışanovla yanaşı X9 öldürmək niyyətimiz olmuşdur. Lakin, münasib fürsət yaranmadığına görə Şəmsiyyə Nuriyevanı öldürə bilmədik. Əslində bizim niyyətimiz onların ikisini birlikdə öldürmək idi. Lakin buna nail ola bilmədik. Əgər imkanım olsa əmim qızı Şəmsiyyə Nuriyevanı da öldürəcəm”. İfadənin sonunda o törətdiyi əmələ görə peşman olmadığını bildirmiş, ifadəsini oxuduğunu qeyd edib, imzası ilə təsdiq etmişdir. İstintaqın sonrakı mərhələsində Təqsirləndirilən şəxs əvvəlki ifadələrindən imtina edərək ona Azərbaycan Respublikası CM-nin 120.2.1 və 120.2.4-cü maddələr ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək müdafiə xarakterli ifadələr vermişdir.

7. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs, həmin ifadələri təsdiq etmədiyini, tutulduqdan sonra polis əməkdaşları tərəfindən döyüldüyünü, həmin ifadələri də döyüldükdən sonra təzyiq altında verdiyini bildirmişdir.

8. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

9. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.

10. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, zərərçəkmiş şəxs Semur Alışanov onun qardaşı olub, hadisə baş verən günü, yəni 20 may 2024-cü il tarixində saat təxminən 18 radələrində Xanmurad və Elnur onlara gəlmiş və Semuru çay içmək adı ilə evdən aparmışlar. Elnur evin qabağında Semurla söhbət edərkən o, Elnuru görmüş, Elnur da onu gördükdən sonra Semuru qonşuluqda yaşayan əmisinin evinə tərəf, tövlənin yanına aparmış, orada nəsə danışmışlar. Daha sonra qardaşını aparıb öldürüblər, qardaşının Xanmuradın idarə etdiyi avtomobil ilə getməini onun əmisi arvadı da görmüşdür. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslə barışmadığını, onu bağışlamadığını və ona ömürlük azadlıqdan məhrumetmə cəzası verilməsini məhkəmədən xahiş etmişdir.

11. İş üzrə şahid qismində dindirilmiş Şahid1 Həsən qızı və Şahid2 X4 ilə oxşar məzmunlu ifadə verərək, 20 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs və Şahid3 Semur Alışanovun yaşadığı evə gəlmələri, daha sonra üçünün birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli avtomobilə əyləşib getdiklərini bildirmişdir.

12. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, 2024-cü ilin fevral ayından Masallı-Lənkəran köhnə yolunun Göyəçöl kəndi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinin yanında fəaliyyət göstərən “Samovar” adlı kafeni icarəyə götürərək işlədib. 20 may 2024-cü il tarixdə, saat təxminən 20 radələrində kafedə olduğu vaxt 3 nəfər tanımadığı şəxs kafeyə gələrək çöldəki söhbətgahda (besetka) əyləşmiş və çay istəmişdir. Onlara çay verdikdən sonra içəridə işləri ilə məşğul olarkən çöldən tüfəng səsi eşitmiş, pəncərədən baxdıqda çay içən şəxslərdən birinin yerə yıxıldığını, digərinin isə əlində silahla başı üzərində dayandığını, üçüncü şəxsin bir qədər aralıda olduğunu görmüşdür. Hadisəni görən kimi dərhal çölə çıxmış, təcili tibbi yardıma və “102” xidmətinə zəng edərək məlumat vermişdir.

13. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əmisi oğludur, 20 may 2024-cü il tarixdə onu kənddə görmüş və Xanmurad ona avtomobillə kənddə gəzməyi təklif etmişdir, Xanmurad Aslanın avtomobilini sürürdü, daha sonra Xanmurad demişdir ki, Semur bir müddət öncə onu soruşub, daha sonra təklif etmişdir ki, gedib Semurla görüşsünlər, o da razılaşmışdır, birlikdə Semurun yaşadığı evə getmişlər, Semuru çağırıb çöldə biraz söhbət etmişdir, daha sonra çay içmək qərarına gəlmişlər, Semur evə gedib paltarını dəyişib onlarla gəlmişdir, onlar Xanmuradın idarə etdiyi Aslana məxsus avtomobilə əyləşib birlikdə gedib “Samovar” adlı kafedə əyləşmişlər, əyləşən zaman o, masada Semurla üzbəüz, Xanmurad isə masanın baş tərəfindən əyləşmişdir, onların oturduğu yer kafenin həyətində söhbətgah (besetka) olmuşdur, ətrafda digər masalar olsa da, onlardan başqa oturan olmamış, lakin ətrafda gəzən, gedib-gələn başqa adamlar olmuşdur, həmçinin onların oturduğu yer kafenin tualetinə gedən yolun üzərində olduğundan yanlarından tualetə gedib-gələn adamlar keçmişdir, təxminən 1 saatdan çox oturmuşlar, müxtəlif söhbətlər etmişlər, Semur və Xanmurad çay içmişdir, o isə araq və pivə sifariş verərək qarışdırıb içmişdir, orada oturduqları müddətdə Xanmurad bir dəfə çay sifariş vermək üçün masadan durub getmiş, sonra gəlib yenə oturmuşdur, daha sonra Xanmurad siqaret almaq adı ilə durub yaxınlıqda olan mağazaya getmişdir, bu zaman Aslan kafenin yanında əlində tüfəng ilə gəlib onlardan təqribən 2 metr aralıda dayanaraq Semura 1 dəfə atəş açmışdır, ikinci dəfə atəş açmaq istəsə də atəş açılmamışdır, atəşdən sonra Semur oturduğu stoldan yerə yıxılmışdır, o qorxduğundan Aslana mane ola bilməmişdir, dərhal oradan qaçaraq uzaqlaşmışdır, Aslanın Semuru bıçaqla vurmasını görməmişdir, çünki atəşdən sonra qorxub qaçmışdır, atəş açılan zaman o Semurla üzbəüz oturmuş, Aslan isə onun sağ arxa tərəfindən Semura atəş açmışdır, güllə onun yanından keçmişdir və atılan güllə ona da dəyə bilərdi. Ona verilən suallara cavab olaraq şahid bildirmişdir ki, Aslan gələn zaman Təqsirləndirilən şəxs orada olmamışdır, çünki Aslan gəlməmişdən əvvəl o siqaret almaq üçün masadan durub getmişdir, gedərkən onlardan mağazadan nəisə istəyib-istəmədiklərini soruşmuşdur, gedərkən əlində telefonu da götürmüşdür, həmin gün o ümumiyyətlə Xanmuraddan şübhələnməmişdir.

14. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Semur Alışanovla uşaqlıqdan bir-birlərini sevmişlər. Lakin Semur hərbi xidmətə getdikdən sonra onun dostu Şahid11 tərəfindən iradəsinə zidd olaraq qaçırılmış və sonuncu ilə dini nikah bağlamışdır. Bu nikahdan iki qız övladı olmuş, bir müddət Rusiya Federasiyasının Murmansk şəhərində yaşadıqdan sonra ailə münasibətləri pozulmuş və o, kiçik qızı ilə birlikdə Masallı rayonu Qasımlı kəndinə qayıtmışdır. Cabirin onu zorla qaçırması səbəbindən X32rşı uzun müddət nifrət hissi bəsləmiş, nəticədə 2014-cü ildə Cabirə bıçaqla xəsarət yetirdiyinə görə Rusiya Federasiyasında cinayət məsuliyyətinə cəlb olunmuşdur. 9 il məhkumluqdan sonra Rusiya-Ukrayna müharibəsində iştirak etdiyi üçün azadlığa buraxılmış və 2024-cü ilin mart ayında Qasımlı kəndinə qayıtmışdır. Semur kəndə qayıtdıqdan sonra onunla telefon əlaqəsi saxlamış və 2024-cü ilin may ayında evlənmək istədiyini bildirmişdir. Bu məsələ kənddə söz-söhbətə səbəb olmuş, daha sonra Murmansk şəhərində yaşayan keçmiş qaynı Qabil ona zəng edərək Semurla evlənməməsini istəmişdir. Hadisələrdən xəbər tutan Murmansk şəhərində yaşayan keçmiş qaynı Qabil 13- 14 may 2024-cü il tarixlərində ona zəng edərək bu məsələ ilə maraqlanmış və ona bildirmişdir ki, kimlə evlənirsə evlənsin, lakin Semur Alışanovla evlənməsin. Şahid4 isə Qabilə cavab olaraq, artıq onun ailəsinin gəlini olmadığını, başsız qadın kimi istədiyi şəxslə ailə qurmaq hüququna malik olduğunu və bu barədə Semura məlumat verəcəyini bildirmişdir. Daha sonra o, bu danışıq barədə Semur Alışanova zəng edərək məlumat vermiş, Semur isə öz növbəsində Qabil ilə danışacağını demiş, bir və ya iki gün sonra Semur Alışanov ona zəng edərək Qabil ilə danışdığını və Qabilin onların izdivacına razı olmadığını bildirmişdir. Bu danışıqdan sonra Şahid4 ilə Semur Alışanov arasında daha heç bir əlaqə olmamışdır. Şahid4 20 may 2024-cü il tarixində kənd sakinlərindən, əmisi oğlu Xanmurad və Aslan adlı şəxsin birlikdə X37 kənd yolu kənarında yerləşən kafedə güllələyib və bıçaqlayaraq öldürmələrini eşitmişdir.

15. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. X31 və X10 onun həmkəndliləri olmuşdur. Qardaşı Xanmuradın isə Aslan Ağazadə ilə yaxın münasibətdə olmaqla dost olduqlarını bildirmişdir. A.Ağazadə əvvəllər uzun müddət Rusiya Federasiyasında, sonra isə Bakı şəhərində yaşamış, Qasımlı kəndində isə Aslanı hadisədən 1-2 ay əvvəl görmüşdür. 20 may 2024-cü il tarixdə axşam saat 20 radələrində evdə olarkən, Xanmurad və qohumu Şahid3 gəlmiş, Xanmurad yeməkxanada əyləşib çay içən zaman Aslan, Semur Alışanovu odlu silahdan atəş açaraq və bıçaqla xəsarətlər yetirərək öldürdüyünü bildirmişdir. Elə həmin vaxt polis əməkdaşları gələrək Xanmuradı çağırmışlar və polis şöbəsinə aparmışlar.

16. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, qardaşı X23 ilə birlikdə Masallı rayonu Göyəçöl-Yeddioymaq kənd yolunun kəsişməsində, Göyəçöl kəndi ərazisində yerləşən “Ailə” adlı marketi Yusif Abıyev adlı şəxsdən icarəyə götürərək fəaliyyət göstərir. Marketin arxa tərəfində isə həmin Yusif Abıyevə məxsus, Ramid adlı şəxsin işlətdiyi “Samovar” adlı balaca kafe yerləşir. 20 may 2024-cü il tarixdə, saat təxminən 19:45 radələrində, həmkəndlisi Təqsirləndirilən şəxs marketə gələrək “Viceroy” markalı siqaret almış və dükanı tərk etmişdir. Bir qədər sonra arxa tərəfdən partlayışa bənzər səs eşitmiş və dükanın arxasına baxmış, bu zaman Təqsirləndirilən şəxs “vurdu, vurdu” deyə qışqıraraq yola tərəf qaçdığını görmüşdür. Bu zaman digər həmkəndlisi X21 dükanla kafenin arasında saxlanılmış, dövlət qeydiyyat nişanını xatırlamadığı ağ rəngli “Nissan Note” markalı avtomobilə tərəf gəldiyini görmüş, ona yaxınlaşaraq nə baş verdiyini soruşmaq istədikdə, Aslan “Elçin, yaxınlaşma, namus məsələsidir” deyərək əlində qara rəngli vinçestr tipli silahla avtomobilə əyləşmiş və hadisə yerindən uzaqlaşmışdır. Aslanın ərazidən getməsindən sonra o, hadisə yerinə yaxınlaşmış və həmkəndlisi Semur Alışanovu kürək və boyun nahiyələrində çoxsaylı bıçaq xəsarətləri almış, üzü üstə yerdə hərəkətsiz vəziyyətdə uzanmış halda görmüşdür.

17. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, o, 2024-cü il may ayının 20-də, saat təxminən 20 radələrində, tanışları — həmkəndlisi Ali Hüseynov və Masallı rayonu İkinci Yeddioymaq kənd sakini Anar adlı şəxslə birlikdə, Göyəçöl kəndində yerləşən və həmin kənd sakini Şahid8 işlədiyi “Samovar” adlı kafedə görüşmüşlər, görüşməkdə onların məqsədi yemək yeyib, spirtli içki qəbul etmək olub. Onlar kafedə əyləşdikdən təxminən 10-15 dəqiqə sonra çöldən fişəng partlamasına bənzər səs gəlmiş, əvvəlcə fişəng olduğunu zənn etsə də, az sonra bu səsin mənbəyini müəyyən etmək üçün pəncərəyə yaxınlaşmış və oradan baxarkən kafenin həyətindəki söhbərgahlardan (besedka) birində bir nəfərin digər şəxsə bıçaqla zərbələr endirdiyini görmüş, həmin şəxslərin kimliyini ayırd edə bilməmişdir. O, bu hadisəni görüb kafedən çölə çıxmış, lakin onunla birlikdə əyləşən şəxslərin çölə çıxıb-çıxmamasını dəqiq xatırlamır, çölə çıxdıqda isə bir nəfərin kafenin qarşısında dayanmış, markasını dəqiq xatırlamadığı, ağ rəngli avtomobildən düşərək, bir əlində bıçaq, digər əlində isə silah tutmuş halda hadisə yerinə doğru getdiyini görmüş, həmin şəxs orada toplaşan adamlara tərəf səslənərək “heç kim qarışmasın, namus məsələsidir” demiş və besedkaya yaxınlaşaraq artıq yerdə uzanmış şəxsə yenidən çoxsaylı bıçaq zərbələri endirmişdir. O, bu hadisəni müşahidə edərkən şoka düşdüyünü və qorxduğunu, buna görə də müdaxilə edə bilmədiyini qeyd etmişdir. Sonradan həmin şəxs hadisə yerindən uzaqlaşaraq gəldiyi avtomobillə Masallı rayonu istiqamətində getmiş, hadisə yerinə toplaşan şəxslərdən Şahid8 dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək baş verənlər barədə məlumat vermiş, qısa müddət sonra hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəlmişlər. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisəni törədən şəxsi əvvəllər heç vaxt görməyib, onu tanımır. Təxminən 25-27 yaşlarında, sarışın, üzü saqqallı oğlan olmuşdur. Əynində olan geyimləri xatırlamır. Silahın markası və modelini bilmədiyini, amma qara rəngdə və təxminən 40-50 sm uzunluqda olduğunu qeyd etmişdir Hadisə nəticəsində öldürülmüş şəxsi də tanımadığını, onu əvvəllər görmədiyini bildirmişdir, atəş səslərindən əvvəl çöldə heç bir mübahisə səsi eşitmədiyini yalnız qətli törədən şəxsin “namus məsələsidir” dediyini eşitmişdir.

18. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, 2006-cı ildən Masallı rayonu Qasımlı kəndində fermada çoban işləyir, həmçinin “Reno-19” markalı avtomobili ilə taksi fəaliyyəti göstərir. Aslan Ağazadəni 2-3 il əvvəl Rusiya Federasiyasından qayıtdıqdan sonra həmkəndli kimi tanımış, əvvəllər bir neçə dəfə onu evindən götürərək Masallı rayonuna “Seybətin döngəsi” adlı yerə aparmışdır. Aralarında heç bir şəxsi münasibət, narazılıq və ya düşmənçilik olmamışdır. 20 may 2024cü il tarixdə, saat 19 radələrində tanımadığı nömrədən Aslan onun mobil nömrəsinə zəng edərək onu “Seybətin döngəsi” adlanan yerə aparmasını xahiş etmişdir. O, razılaşıb Aslanın evinə getmiş, Aslan arxa oturacaqda əyləşmiş və yola düşmüşlər. Yolda olarkən Aslan 100 manatlıq əskinazı xırdalatmaq üçün Yeddioymaq kəndi ərazisindəki ərzaq dükanının yanında maşını saxlamağı xahiş etmişdir. Arif maşını saxladıqdan sonra Aslan cəld şəkildə düşərək arxa tərəfdə yerləşən kafeyə doğru getmişdir. Onun əlində nəsə olduğunu görmüş, lakin nə olduğunu ayırd edə bilməmişdir. Təxminən bir dəqiqə sonra atəş səsi eşidilmiş, insanlar kafenin həyətinə toplaşmışdır. O, Aslanın ov tüfənginə bənzər silahla ağ rəngli bir avtomobilə minib hadisə yerindən getdiyini görmüşdür. Ardınca Təqsirləndirilən şəxs “Aslan adam vurdu, tez sür” deyərək maşına əyləşmiş, az sonra yol kənarında Şahid3 da götürmüş və hər iki şəxsi Qasımlı kəndindəki evlərinə apararaq düşürmüşdür.

19. Məhkəmə istintaqı zamanı texniki vasitələrdən istifadə edilməklə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, o, Rusiya Federasiyasının Murmansk şəhərində yaşayır. Sonuncu dəfə 2018-ci ildə Azərbaycan Respublikasında olmuş, 2019-cu ildə yenidən Rusiyaya qayıtmışdır. Aslan Ağazadə onun qardaşı oğludur. X10 isə həmkəndlisi olmuşdur. O, Şahid4 ilə 12 noyabr 1992-ci ildə dini kəbin əsasında ailə həyatı qurmuş, 2014-cü ilin noyabr ayında isə ayrılmışdır. Ailə qurduqdan sonra Şəmsiyyə də onunla birlikdə Murmansk şəhərində yaşamışdır. 15 sentyabr 2014-cü il tarixdə X35 şəhərində ona məxsus avtomobildə ona 5 bıçaq xəsarəti yetirmişdir. Semurun məqsədi onu öldürərək keçmiş həyat yoldaşı Şəmsiyyə ilə evlənmək olmuşdur. Bu hadisəyə görə Semur Rusiya Federasiyasında cinayət məsuliyyətinə cəlb olunmuş və 13 il müddətinə azadlıqdan məhrum edilmişdir. Təxminən 10 il cəza çəkdikdən sonra müharibədə iştirak etmək üçün vaxtından əvvəl azad olunmuşdur. Semur tutulduqdan sonra onunla heç bir əlaqəsi olmamışdır. Onun qətlindən yalnız hadisə baş verən gün xəbər tutmuşdur. Aslan Ağazadə ilə uzun müddət görüşmədiyini, ona Semuru qətlə yetirməsi ilə bağlı heç bir tapşırıq, sifariş və ya göstəriş vermədiyini bildirmişdir. Təqsirləndirilən şəxs yalnız həmkəndli kimi tanımış, onunla şəxsi münasibəti olmamışdır. Semur azadlığa çıxdıqdan sonra Şəmsiyyə ilə qeyri-rəsmi münasibətləri olub-olmadığı barədə heç bir məlumatı yoxdur və ümumiyyətlə ayrıldıqdan sonra Şəmsiyyə ilə maraqlanmamışdır.

20. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

21. “Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 09 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.4-cü maddələri ilə ********* saylı cinayət işi ayrıca icraata ayrılmış və istintaqının aparılması üçün icraata qəbul edilmişdir. (Cild 1, i.v.1-3).

22. “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və fotcədvəllərdən görünür ki, hadisə yeri köhnə Masallı-Lənkəran yolunun Masallı rayonu Yeddioymaq-Şıxlar və Göyəçöl kəndlərinin kəsişməsi hissəsində yolun sol çiynində “Ailə” marketin arxasında yerləşən yeməkxananın həyətidir. Həmin yeməkxananın divarları çəhrayı rəngli boya ilə boyanmışdır. Yeməkxanın ön tərəfdə iki giriş qapısı və iki pəncərəsi, qarşısında 20-25 sm hündürlüyündə betondan hazırlanmış hasarı vardır. Yeməkxananın ön tərəfi ilə hərəkət edib sol tərəfə döndükdə arxa tərəfdə yerləşən həyətdə iki ədəd küləfiləngə var. Həmin küləfiləngələrin hər biri 4 ədəd dəmir borudan olan dayaqların üzərində qurulmuş banla örtülmüşdür. Hər bir küləfiləngənin eni 3 metr, uzunlu 2 metr, hündürlüyü isə 2,4 metrdir. Küləfiləngələrin banı dəmir materialdan olan qırmızı rəngli şiferlə örütülmüş, yer örtükləri isə beton materialdandır. Yeməkxananın küləfiləngələr olan arxa tərəf həyətində çoxsaylı ağaclar vardır. Küləfiləngələrin sağ tərəfində dəmir materialdan hazırlanmış, 50 sm hündürlüyündə məhəccər formalı hasar var. İkinci küləfiləngənin ortasında bir ədəd dəmir materialdan hazırlanmış stol, stolun üzəri qırmızıqara-boz rəngli naxışları olan örtüklə qapadılmışdır. Stolun üzərində 20 sm uzunluğunda, nisbətədən yuxarıdan aşağıya doğoru sərt küt əşyanın təsirindən törənməyə xarakterik zədə vardır. Stolun kənarında iki ədəd normal, bir ədəd aşmış vəziyyətdə stul vardır. İkinci küləfiləngənin sağ tərəf tinində ağzı üstə uzanıqlı vəziyyətdə kişi cinsli meyit aşkar olunmuşdur. Meyit ağzı üstə uzanıqlı, sağ və sol qolu sinəsi altında qalmış vəziyyətdədir. Meyitin üzərində bir cins şalvar və tünd göy rəngli idman gödəkçəsi, ayağında qara rəngli çəkələk var. Meyitin başı şimal, ayaqları isə cənub istiqamətindədir. Meyitin başı sol tərəf çiyni üzrə çevrili vəziyyətdədir. Meyitin boynunun arxa və kürək nahiyələrində çoxsaylı kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlər vardır. Meyitin sol qolu və qarın altı nahiyələri istiqamətində küt qanabənzər maddə var. Baxış başa çatdıqdan sonra X1 meyiti xarici və daxili müayinə olunması üçün təcili tibbi yardım avtomobili ilə morqa göndərilmişdir. Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb etdiyindən pambıqda və tamponda qanabənzər nümunələr qablaşdırılaraq götürülmüşdür. (Cild 1, i.v.13-19).

23. “Meyitin xarici müayinəsi haqqında” 20 may 2024-cü il tarixli, 623 saylı protokoldan və fotocədvəllərdən görünür ki, meyit kişi cinsli olub, düzgün bədən quruluşlu, kafi qidalıdır. Əl ilə yoxladıqda meyitdə soyuma əlamətləri müəyyən edilir. Meyit qacıması yoxlanılan əzələ qruplarında kafi inkişaf etmişdir. Meyit ləkələri gövdənin arxa və yan-aşağı nahiyələrində yerləşmişdir, qırmızımtıl-göyümtül-bənövşəyi rəngdədirlər. Ləkələrə barmaqla təzyiq etdikdə avazıyır, təzyiq götürüldükdən bir-iki dəqiqə sonra ləkələr öz əvvəlki vəziyyətinə qayıdır. Başın alın-təpə nahiyəsinin tükləri seyrəkdir. Digər nahiyələrdə 1,0-1,5 sm ölçüdə qara rəngli nisbətən seyrək tükləri vardır. Gözləri örtülüdür. Burun və qulaq keçəcəkləri sərbəstdirlər, ağzı yarım-açıqdır, görünən dişləri özününki olub, tamdırlar. Meyitin döş qəfəsini və bel nahiyəsini örtən böyük məcsid döyməsi vardır. Sağ əlin dördüncü barmağının falanqası nahiyəsində bir ədəd 02 sm enində sarımtıl rəngli metaldan qaşsız üzük vardır. Xəsarətlər: Ənsǝ nahiyəsinin aşağı hissəsində boyunla sərhəddə iki ədəd köndələn və boylama-çəp istiqamətdə yerləşmiş 3,0x0,3 sm vǝ 2.0x0,4 sm ölçüdə kənarları hamar bir ucu iti, digər ucu küt yara vardır. Başın digər nahiyələri xəsarətsizdir. Boynun sol yan hissəsində köndələn istiqamətdə yerləşmiş dörd ədǝd 3,0x1,0 sm, 3,0x0,8 sm, 2,5x0,7 sm və 2,3x0,4 sm ölçüdə kənarları nahamar, bir ucu iti, digər ucu küt yara vardır. Döş qəfəsinin sağ ön hissəsində İİİ qabırğa səviyyəsində bir ədəd qeyri-müəyyən formalı, kənarları nahamar 3,0x2,0 sm ölcüdə yara vardır. Yaranın aşağı kənarının ətrafı 6,0x5,5 sm ölçüdə bənövşəyi rəngdə qançırlıdır. Döş qəfəsinin sol yan hissəsində arxa qoltuq xətti üzərində bir ədəd 2,5x2,5 sm ölçüdə kənarları bir qədər nahamar oval formalı yara toxuma çatmamazlığı vardır. Döş qəfəsinin arxa hissəsində kürək xətti üzərində qabırğa səviyyəsində bir ədəd boylama istiqamətdə yerləşmiş bir ədəd 4,0x1,0 sm olçüdə bir ucu iti, digər ucu küt, kənarları hamar yara kanalı yuxarıdan aşağıya doğru olan yara, döş qəfəsinin arxa hissəsində sağ onurğayanı xətt üzərində boylama istiqamətdə yerləşmiş bir ədəd 2,5x0,4 sm ölçüdə kənarları hamar, bir ucu iti, digər ucur küt yara döş qəfəsinin sol arxa hissəsində İ-Vİ qabırğalararası sahədə yeddi ədəd-l qabırğa səviyyədə üç ədəd 5,0x1,5 sm, 2,5x0,6 sm və 1,5x0,4 sm, İl qabırğa səviyyəsində bir ədəd 3,2x1,0 sm və V-Vİ qabırğa səviyyəsində üç ədəd hər biri 3,0x0,4 sm ölçüdə kənarları hamar, bir ucu iti, digər ucu küt yara vardır. Döşqəfəsinin sağ arxa hissəsindəki bir, sol arxa hissəsindəki üç yara kanalı döş boşluğuna nüfuz etmişdir. Sol əlin iç kənarında bir eded 4,0x2,5 sm ve sol ayağın iç hissəsində iki müvafiq olaraq 4,0x2,5 sm ve 3,0x2,0 sm ölçüdə qeyri-müəyyən formalı, sərhədləri aydın seçilməyən bənövşəyi rəngli qançır vardır. Xarici cinsiyyət üzvləri kişi cinsli olub, düzgün inkişaf etmişdir, zədəsizdir. Aralıq hissəsi və anal dəlik ətrafı nahiyyə bağırsaq möhtəviyyəti ilə çirklənməmişdir. Hər iki, yuxarı və aşağı ətrafları düzgün inkişaf etmişdir. Meyitin bədəni üzərində yuxarda qeyd edilənlərdən başqa hər hansı bir zədə və ya zədə əlaməti aşkar edilmədi. (Cild 1, i.v.25- 37).

24. «Şübhəli şəxsin tutulması haqqında» 20 may 2024-cü il tarixli, 569 nömrəli qərarın nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. (Cild 1, i.v. 77).

25. «Şübhəli şəxsin tutulması haqqında» 20 may 2024-cü il tarixli, 632 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 may 2024-cü il tarixdə, saat 23:55-də Masallı Rayon Vəkil Bürosunun vəkili X6 iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, i.v. 78)

26. «Vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında» xx.xx.2024-cü il tarixli protokol və tədqiq edilmiş digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məqsədi ilə dövlət hesabına müdafiəçi təqdim olunmuşdur. (Cild 1, i.v. 79-85).

27. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsinin videogörüntüləri əks etdirilmiş diskə baxış keçirilmiş, şübhəli şəxs qismində dindirilmə haqqında protokolda yazılanların, videogörüntülər ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. (Cild 1, i.v. 94).

28. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 21 may 2024-cü il tarixli, 649 №-li protokoldan və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs hadisənin baş verdiyi yeri və şəraiti, hadisə yerinə gəldiyi və getdiyi istiqamətləri əyani olaraq göstərmiş və həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmışdır. Həmin istintaq hərəkətinin aparılmasının əks olunduğu disk məhkəmə istintaqı zamanı baxılaraq tədqiq edilmiş, protokolda yazılanların diskdə də əksini tapması müşahidə olunmuşdur. (Cild 1, i.v. 119-123).

29. “Götürmə aparılması haqqında” 21 may 2024-cü il tarixli, 650 №-li protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus mobil telefon cihazının könüllü surətdə təqdim edilməsi onun qardaşı Şahid10 təklif edilmiş və Şahid10 da qardaşı Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A10” markalı mobil telefonu könüllü şəkildə təqdim etmişdir. Həmin mobil telefon istintaq hərəkətinin iştirakçılarına təqdim edilmiş və sellofan paketə qoyularaq qablaşdırılmış, bununla da götürmə başa çatmışdır. Qeyd olunan istintaq hərəkəti 21 may 2024-cü il tarixdə, saat 17:00-da başlanmış, saat 17:25-də başa çatmışdır. (Cild 1, i.v. 125-126).

30. “Telefona baxış keçirilməsi haqqında” 21 may 2024-cü il tarixli, 651 №-li protokoldan və fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung A10” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs məxsus “Samsung A10” markalı mobil telefonun “Son olunan zənglər” bölməsinə daxil olduqda 20 may 2024-cü il tarixdə, saat 20:49-da “Nuru Brat” adı ilə kontaktda qeydiyyatda olan şəxsə zəng etdiyi müəyyən edilmişdir. İş üzrə əhəmiyyət kəsb edəcək başqa hal aşkar edilməmişdir. (Cild 1, i.v. 127-131).

31. “Silaha, patronlara və bıçağa baxış keçirilməsi haqqında” 21 may 2024-cü il tarixli, 652 №-li protokoldan və fotocədvəllərdən görünür ki, silaha baxış keçirilməsi zamanı silahın təklüləli olmaqla qara rəngli olması, üzərində “MAVORİC” yazısının olması, tutacağının və çaxmağının plastik materialdan olması, mərmi yuvasını arxaya doğru çəkdikdə yuvada bir ədəd atılmış vəziyyətdə olan içi boş patronun olması, həmin patronun yuvadan çıxarılıb digər patronlara əlavə edilməsi müəyyən edilmişdir. Könüllü olaraq təqdim edilmiş 07 ədəd patrona və silahın içərisindən çıxarılmış boş vəziyyətdə olan patrona baxış keçirilərkən həmin patronların hamısının “ZUBER” markalı patronlar olması, 07 ədədinin atılmamış olması, 01 ədədinin isə atılmış olması müəyən edilmişdir. Şəxsin könüllü təqdim etdiyi bıçağa baxış keçirilərkən həmin bıçağın “BROWNİNG” markalı bıçaq olması, gümüşü rəngli olması, dəmir materialdan olması, tutacağının orta hissəsinin taxta materialdan olub qəhvəyi rəndə olması, tiyəsinin uzunluğunun 12 sm, tutacağının uzunluğunun isə 14 sm olması, tiyəsinin qatlanan hissəsinin arxa və qabaq tərəflərdən qanabənzər ləkələrə bulaşması müəyyən edilmişdir. Baxış yekunlaşdırıldıqdan sonra silah, patronlar və bıçaq müvafiq qaydada qablaşdırılmışdır. (Cild 1, i.v. 132-140).

32. “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 21 may 2024-cü il tarixli, 573 №-li qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən həmin məcəllənin 120.2.1-ci maddəsinə tövsif edilmişdir. (Cild 1, i.v. 141).

33. “Təqsirləndirilən şəxs qismində cəlb haqqında” 22 may 2024-cü il tarixli, №575 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi qərara alınmışdır. (Cild 1, i.v. 174).

34. Masallı Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli, № 4(050)-46/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 20 may 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Məhkəmə iclasında Təqsirləndirilən şəxs törədilmiş cinayət hadisəsi ilə bağlı özünü təqsirli bilir, tutduğu əməldən peşmançılıq hissi keçirmir, göstərilənləri nəzərə alaraq onun barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsinə dair qərar qəbul edilməsini xahiş edir.” (Cild 1, i.v. 200-204).

35. “Üzləşdirmə haqqında” 24 may 2024-cü il tarixli, 665 №-li protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə X31 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı hər iki şəxs istintaqa verdikləri ifadələrini təsdiq etmişlər və X7 birgə qurduqları plan əsasında öldürdüklərini biri-birilərinin üzünə deməklə etiraf etmişlər. Əlavə olaraq, Təqsirləndirilən şəxs üzləşdirmə zamanı ona verilən suallara cavab olaraq qeyd etmişdir ki: “Hörmətli müstəntiq və Aslan qeyd edim ki, mən əmimqızı Şəmsiyyənin namusuna, kənddə gəzən söz-söhbətlərə görə beynimdə Semur Alışanovu öldürməyi planlayırdım. Təsadüfən Aslan sən mənə bu barədə deyəndə mən neçə müddətdir beynimdə planladığım hadisəni törətməyi qətiləşdirdim və səninlə birlikdə Semuru öldürdük. Sən olmasaydın da, mən hər hansı vasitə ilə öz namusumu təmizləmək üçün Semuru, daha sonra isə Şəmsiyyəni öldürəcəkdim. Semuru birlikdə öldürsək də, təəssüf ki, Şəmsiyyəni öldürmək üçün real addımlar ata bilmədik”. Növbəti suala cavabında isə “Aslan san Aslansan. Məndən üzür istəməyə ehtiyac yoxdur. Sən olmasaydın da mən Semuru öldürəcəkdim. Mən səndən üzr istəyirəm ki, əmim qızı Şəmsiyyə sizin nəslinizi üzüqara etmişdir” deyə cavab vermişdir (Cild 1. i.v. 220-227).

36. “Məhkəmə-tibbi ekspertizası”nın 22 may 2024-cü il tarixli, 683 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində heç bir xəsarət aşkar edilməmişdir. (Cild 1, i.v. 234-235).

37. “Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında” 24 may 2024-cü il tarixli, 580 №-li qərarın nəticə hissəsindən görünür ki, ********* saylı cinayət işi üzrə X4 ölmüş zərərçəkmiş şəxs X5 hüquqi varisi qismində tanınmışdır. (Cild 2, i.v. 2-3).

38. “Götürmə aparılması haqqında” 26 may 2024-cü il tarixli, 581 №-li qərarın nəticə hissəsindən görünür ki, ********* saylı cinayət işi üzrə “Ailə” marketin müşahidə kameralarının 20 may 2024-cü il tarixdə çəkdiyi görüntülərin həmin dükanın fəaliyyətini həyata keçirən X11 götürülməsi qərara alınmışdır. (Cild 2, i.v. 15-16).

39. “Götürmə aparılması haqqında” 26 may 2024-cü il tarixli, 688 №-li protokoldan görünür ki, “Ailə” marketin müşahidə kameralarının 20 may 2024-cü il tarixdə çəkdiyi görüntülərin həmin dükanın fəaliyyətini həyata keçirən X11 götürülməsi barədə qərar ona elan edilmiş, həmin görüntüləri könüllü olaraq təqdim etməsi təklif edilmiş və X26 “TVT” markalı yaddaş blokunda saxlanılan görüntüləri təqdim etmiş və həmin görüntülər ondan götürülmüşdür. Həmin görüntülərin əks olunduğu disk protokola əlavə edilmişdir. (Cild 2, i.v. 17-19).

40. “Diskə baxış keçirilməsi haqqında” 26 may 2024-cü il tarixli, 690 №-li protokoldan görünür ki, 20 may 2024-cü il tarixdə, saat 19 radələrində Masallı rayonunun Göyəçöl kəndində yerləşən “Ailə” marketin qarşısında X21 hadisə yerinə gəlməsini özündə əks etdirən videogörüntünün olduğu diskə baxış keçirilmiş, videogörüntüyə baxış zamanı X21 əlində silahla “Ailə” marketin qarşısında avtomaşından düşüb həmin marketin arxa tərəfində yerləşən yeməkxanaya doğru getdiyi müşahidə olunmuşdur. (Cild 2, i.v. 20).

41. Məhkəmə istintaqı zamanı qeyd olunan disk baxılaraq tədqiq edilmiş və protokolda yazılanların düzgünlüyü müəyyən edilmişdir. (Cild 2, i.v. 19).

42. Masallı Rayon İcra Hakimiyyəti Başçısının Yeddi X50 Ərazi Dairəsi üzrə Nümayəndiliyi tərəfindən verilmiş 29 may 2024-cü il tarixli, 5-66-36/2-93/2024 nömrəli arayışla müəyyən olunur ki, Masallı rayonunun Qasımlı kənd sakini Təqsirləndirilən şəxs ailə üzvləri anası X12, qardaşları Şahid10 və X13 ibarətdir. (Cild 2. i.v. 92).

43. Masallı Rayon İcra Hakimiyyəti Başçısının Yeddi X50 Ərazi Dairəsi üzrə Nümayəndiliyi tərəfindən verilmiş 29 may 2024-cü il tarixli, 18 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Qasımlı kəndində qeydiyyatdadır, subaydır. Kənddə keçirilən heç bir ictimai tədbirlərdə iştirak etməmişdir. İkinci YeddiX50 Ərazi Dairə üzrə nümayəndəliyə Təqsirləndirilən şəxs barəsində istər qonşuları, istərsə də kənd sakinləri tərəfindən heç bir yazılı və ya şifahi ərizə daxil olmamışdır. (Cild 2, i.v. 52).

44. Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş 29 may 2024-cü il tarixli, 413 nömrəli cavab məktubundan görünür ki, təqsirləndirilən şəxs Hüseynov X15 Şəhər Narkoloji Xəstəxanasında qeydiyyatda durmur və həmin tarixədək xəstəxanaya müraciət etməmişdir. (Cild 2, i.v. 56).

45. Lənkəran Şəhər Psixiatriya Xəstəxanası tərəfindən verilmiş 29 may 2024-cü il tarixli, 437 nömrəli cavab məktubundan görünür ki, təqsirləndirilən şəxs Hüseynov X15 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. (Cild 2, i.v. 57).

46. “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş 30 may 2024-cü il tarixli, 18-1-60/2-898/2024 nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin narkoloji, ruhi-əsəb, onkoloji, vərəm və sair kabinetlərində dispanser qeydiyyatda durmur. (Cild 2, i.v. 58).

47. “Elektron yaddaş qurğusuna baxış keçirilməsi haqqında” 07 iyul 2024-cü il tarixli, 696 nömrəli protokoldan görünür ki, ölmüş zərərçəkmiş şəxs X8 məxsus “Realme” markalı mobil telefon cihazında olan silinmiş faylların bərpa edilərək köçürüldüyü elektron yaddaş qurğusuna baxış keçirilmiş, bərpa edilmiş məlumatların zənglər bölməsinə baxış keçirilən zaman Semur Alışanovun istifadə etdiyi “**********32” saylı mobil nömrə ilə Rusiya Federasiyasının mobil operatoruna məxsus “**********3” saylı mobil nömrəyə Whatsapp ani mesajlaşma mobil tətbiqi vasitəsilə xx.xx.2024-cü il tarixdə, saat 12:45-də zəng edildiyi və həmin zəngin 58 saniyə davam etdiyi müəyyən edilmişdir. (Cild 2, i.v. 103-104).

48. “Diskə baxış keçirilməsi haqqında” 08 iyul 2024-cü il tarixli, 697 nömrəli protokoldan görünür ki, Üzərində “VERBATİM 52 X 700 MB 80 Min” yazısı və mürəkkəblə “8445-xx.xx.2024” yazıları olan bir üzü ağ, digər üzü parıltılı boz rəngdə olan disk rayon prokurorluğunun balansında olan “HP” markalı kompüterin “DVD ROM”na yerləşdirilmiş, “My Computer” bələdçi proqramı vasitəsilə daxil olduqda (E:)” diskində “8445- 20.06.24.ZİP” qovluğunda «103301994_SMS», «513462732_SMS», «**********_SMS», «517922574_SMS», «**********94.txt», «**********32.txt», «**********94.txt», «**********74.txt», “abunecilər.xlsx” və “antenna.xlsx” adlı 10 ədəd faylın olduğu məlum olur. “abunecilər.xlsx” faylına daxil olduqda (010) 330-19-94, (051) ***-**-** saylı mobil nömrələrin X31, (051) ***-**-** saylı mobil nömrənin Təqsirləndirilən şəxs, (051)-346-27-32 saylı mobil nömrənin X4, (050) ***-**-** saylı mobil telefon nömrəsinin X22 adına qeydiyyatda olduğu müəyyən edilir. Həmçinin cinayət işinin istintaq materialları ilə (010) 330-19-94, (051) ***-**-** saylı mobil nömrələrin X31, (051) ***-**-** saylı mobil nömrənin Təqsirləndirilən şəxs, (051)-346-27-32 saylı mobil nömrənin X10, (050) ***-**-** saylı mobil telefon nömrəsinin isə Şahid4 istifadəsində olduğu məlumdur. «**********74.txt» və «**********94.txt» fayllarına daxil olduqda Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrədən X21 istifadəsində olan ********** saylı mobil nömrəyə xx.xx.2024-cü il tarixdə saat 20:05-də zəng edilərək 131 saniyə, xx.xx.2024-cü il tarixdə saat 12:17, 13:26, 15:49, 16:21 və 18:21-də cəmi 5 dəfə zənglər edilərək müvafiq olaraq 86 saniyə, 12 saniyə, 21 saniyə, 53 saniyə və 161 saniyə müddətində telefon danışıqları aparıldığı müəyyən edilmişdir. Bundan başqa qarşılıqlı olaraq X21 istifadəsində olan ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrəyə xx.xx.2024-cü il tarixdə saat 12:56 və 15:43-də iki dəfə olmaqla müvafiq olaraq 77 və 20 saniyə müddətlərində telefon danışıqlarının aparıldığı müəyyən edilmişdir. (Cild 2, i.v. 107- 115).

49. Masallı Rayon Polis Şöbəsinin 01 iyul 2024-cü il tarixli məktubu ilə müəyyən olunur ki, “Mavoric-112” markalı, 20AZ-0500 nömrəli, 12 kalibrli ov tüfəngi xx.xx.2022-ci il tarixli, “2209” nömrəli şəhadətnamə ilə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən Masallı rayonu, Qasımlı kənd sakini Şahid13 adına qeydiyyata alınmışdır. (Cild 2, i.v. 116).

50. “Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası”nın xx.xx.2024-cü il tarixli, 1814 nömrəli rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməldən sonrakı dövrdə də hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır.Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hirslilik, hövsələsizlik, inadkarlıq, kinlilik kimi fərdipsixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Emosional halından asılı olaraq Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Qərarın təsviri hissəsində göstərilən əməli törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik əmələ gəlməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. (Cild 2, i.v. 134- 137).

51. “Məhkəmə tibbi ekspertizası”nın xx.xx.2024-cü il tarixli, 14 nömrəli rəyindən görünür ki, X1 meyitinin xarici və daxili müayinəsi zamanı aşağıdakı xəsarətlər müəyyən olunmuşdur: a) döş qəfəsinin döş boşluğuna nüfuz etməklə sol ağciyəri, ürək kisəsini, ürəyi, qalxan aortanı, sağ İV və sol V qabırğanı zədələyən dəlib keçən odlu silah yaralanması; b) döş qəfəsinin sağ və sol yarısını arxa hissəsini sağ və sol döş boşluğuna nüfuz etməklə sağ və sol ağciyəri zədələyən dörd ədəd deşilmiş-kəsilmiş yarası, başın ənsə nahiyəsini, boynun sol yan hissəsinin, döş qəfəsinin sağ və sol arxa hissəsinin döş boşluğuna nüfuz etməyən on bir ədəd deşilmiş-kəsilmiş yarası; c) sol əlin və sol ayağın qançırı. A) bəndində qeyd olunan xəsarətlər qurğuşun tərkibli mərmi (qırma) ilə doldurulmuş odlu silahdan atəşin əlavə faktorlarinin təsir etmədiyi, lakin mərmilərin (qırmaların) nisbi kompakt təsir etdiyi məsafədən açılmış atəş nəticəsində onun ölümündən az əvvəl törənmişdir. Giriş dəliyinin döş qəfəsinin sol yan hissəsində, çıxış dəliyinin döş qəfəsinin sağ ön hissəsində yerləşməsinə əsasən demək olar ki, yara kanalının istiqaməti soldan sağa nisbətən arxadan önə və nisbətən aşağıdan yuxarıya istiqamətdədir,dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdlir. B) bəndində qeyd olunan xəsarətlər bir tərəfi iti, digər tərəfi küt deşiçi-kəsiçi əşyanın, ola bilər ki, bıçağın təsirindən onun ölümündən az əvvəl törənmişdir dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdir. C) bəndində qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən az əvvəl törənmişdir və sağlamlığa zərərvurmadıqları üçün dərəcəsi təyin edilməyən xəsarətlərin əlamətlərinə malikdir. X1 ölümünə səbəb döş qəfəsinin odlu silah yaralanması nəticəsində əmələ gəlmiş ürəyin parçalanıb dağılması olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, ölüm meyit meyitxanada müayinə olunmağa başlandığı vaxtdan 10-14 saat əvvəl baş vermişdir. X1 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı zamanı qanda alkoqol və hər hansı bir narkotik maddə aşkar olunmamışdır. (Cild 2, i.v. 138-145).

52. “Mobil telefona baxış keçirilməsi haqqında” 01 avqust 2024-cü il tarixli, 710 nömrəli protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki, zərərçəkmiş şəxs X8 məxsus “REALME” markalı mobil telefona Masallı rayon prokurorluğunun inzibati binasında X2 iştirakı ilə baxış keçirilmiş və vatsap mesajlaşma tətbiqinə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edəcək 12 may 2024-cü il tarixli, 14:30 dəqiqəlik səs yazısı aşkar edilmiş və həmin səs yazısında gedən söhbətlərin iş üzrə zərərçəkmiş şəxs X40 Nuriyev arasında olduğu müəyyən edilmişdir. Həmin səs yazısı stenoqram şəklində yazıya çevrilərək protokola əlavə edilmişdir. Bundan başqa vatsap tətbiqinin zənglər bölməsinə daxil olduqda xx.xx.2024-cü il tarixdə X41 Nurievə zəng etdiyi müəyyən olunmuşdur. Həmin səs yazısı və istintaq hərəkətinin videogörüntüsü diskə köçürülməklə protokola əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı həmin disk baxılaraq tədqiq edilmiş və protokolun düzgün tərtib edildiyi müəyyən edilmişdir. (Cild 2, i.v. 171-176).

53. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, elə həmin tarixdə də Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. (Cild 2. i.v. 177-178).

54. “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 15 avqust 2024-cü il tarixli, 591 nömrəli qərarın nəticə hissəsindən görünür ki, ********* saylı cinayət işi üzrə meyitə baxış zamanı götürülmüş X8 məxsus "Realme" markalı mobil telefon və həmin telefondan silinmiş məlumatların bərpa edilərək yazıldığı elektron yaddaş qurğusu, Təqsirləndirilən şəxs məxsus olan “Samsung A10” markalı mobil telefon və X24 məxsus olan “Samsung Galaxy J2 Prime” mobil telefonlar iş üzrə maddi sübut hesab edilmişlər. (Cild 2. i.v. 181- 182).

55. “Məhkəmə-ballistik ekspertizası”nın xx.xx.2024-cü il tarixli, 3-16-16/2-3/929;3/930 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş, “Vinçester” tipli, 12 kalibrli. “Mavoric MRC 112” modelli, “20AZ-0050” №-li, pompalı təklüləli tüfəngdir – yivsiz odlu ov silahıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 7 (yeddi) ədəd patron zavod üsulu ilə hazırlanmış, 12 kalibrli olmaqla, həmin kalibrə malik, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardırlar, atəşə yararlıdırlar. Tədqiqata təqdim edilmiş 1 ( bir) ədəd giliz zavod üsulu ilə hazırlanmış, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 12 kalibrli patronun atəşlə ayrılmış hissəsidir – gilizidir. Təqdim edilmiş 01 ədəd giliz hazırlanma üsuluna və üzərindəki zavod işarələrinə əsasən atəş prosesindən əvvəl daxilinə doldurulmuş atəş komponentlərinə görə təqdim edilmiş 07 ədəd patronla eynilik təşkil edir. Həmin giliz təqdim edilmiş “Mavoric MRC 112” modelli, “20AZ- 0050” №-li ov tüfəngindən atılmışdır. Tədqiqata təqdim edilmiş tüfəngin hər lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə əsasən, sonuncu təmizləmədən sonra həmin silahdan atəş(lər) açılmışdır. Lakin müvafiq metodika olmadığından atəşin vaxtını müəyyən etmək mümkün deyil. Aparılmış tədqiqatın dəyərinin 128 (bir yüz iyirmi səkkiz) manat olduğu qeyd edilmişdir. (Cild 2. i.v. 186-189).

56. “Məhkəmə tibbi-bioloji ekspertizası”nın xx.xx.2024-cü il tarixli, 355/2024-MTBŞ nömrəli rəyindən görünür ki, X5 ABO sistemi üzrə qrup göstərcisi: AB/H(İV). X21 ABO sistemi üzrə qrup göstərcisi: O(İ) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstərcisi: AB(İV) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş S.B.Alışanova məxsus bir ədəd tuman, qısaqol mayka, papaqlı uzunqol gödəkcə, şalvar, boz rəngli corabın bir tayı və bir cüt yay çəkələyi, üç ədəd salfet kağızına hopdurulmuş nümunə, bir ədəd qatlanan bıçağın tiyəsi üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi Abo sistemi üzrə dəqiq tədqiq edildikdə “A”, “B” və “H” antigenləri alındı, aqqlyutininlər isə alındı. Bu qan ləkələri AB/H/(İV) qruplu bir şəxsə, o cümlədən X8 və ya Təqsirləndirilən şəxs (əgər sonuncunun hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olmuşdursa və qanında müşayiətçi “H” antigeni varsa) məxsus ola bilər. Lakin qanın qarışıq olduğu halında isə ləkələrdə həmçinin Oalfa, beta(İ) qruplu şəxs X21 (əgər onda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olmuşdursa) qarışıq qanının olması da inkar olunmur. Təqdim edilmiş bıçağın dəstəyi üzərində qan, S.B.Alışanova məxsus bir cüt boz rəngli corabın digər tayı üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. (Cild 2. i.v. 191-196).

57. "xxxx"nın xx.xx.2024-cü il tarixli, 250-MTKŞ/2024 nömrəli rəyindən və fotocədvəldən görünür ki, ekspertizaya təqdim olunmuş mərhum X8 məxsus idman gödəkcəsinin və köynəyin ön səthinin sağ yaxalığında hərəsində bir ədəd (giriş dəliyi), idman gödəkcəsinin ön səthinin sol yaxalığında bir ədəd, idman gödəkcəsnin arxa səthinin sol nahiyəsində bir ədəd (çıxış dəliyi) aşkar edilmiş zədələr odlu silah zədələridir, silahın lüləsinin ağız kəsiyi giriş dəliklərinin yerləşdiyi nahiyələrə doğru yönəlmiş vəziyyətdə olmaqla yetirilmişlər. Ekspertizaya təqdim olunmuş mərhum X8 məxsus idman gödəkcəsinin və köynəyin arxa səthinin orta nahiyəsində aşkar edilmiş on üç ədəd deşilmiş-kəsilmiş zədə, ülgücü və küpü olan yastı tiyə tipli, deşici-kəsici alətin (alətlərin) təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən törənmişlər. Paltarlarda olan zədələrin yetirilmə ardıcılığı barədə fikir söyləmək mümkün deyil. Ekspertizaya təqdim olunmuş mərhum X8 məxsus şalvar, tuman, iki cüt corab və bir cüt çəkələk üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. (Cild 2. i.v. 198-204).

58. “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 31 avqust 2024-cü il tarixli, 593 nömrəli qərarın nəticə hissəsindən görünür ki, ********* saylı cinayət işi üzrə 1 (bir) ədəd “vinçester” tipli, 12 kalibrli, “Mavoric MRC 112”, “20AZ-0050” N-li təklüləli ov tüfəngi, 1 (bir) ədəd giliz və 4 (dörd) ədəd zavod üsulu ilə hazırlanmış patron, 1 (bir) ədəd bıçaq, 3 (üç) ədəd qanabənzər ləkəyə batırılmış tampon, mərhum X8 məxsus 1 (bir) ədəd idman gödəkcəsi, 1 (bir) ədəd köynək, 1 (bir) ədəd trusik (tuman), 1 (bir) cüt corab, 1 (bir) cüt çəkələk maddi sübutlar hesab edilmişlər. (Cild 2. i.v. 205-206).

59. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(050)-83/2024 saylı qərarının nəticə hissəsindən görünür ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 3 (üç) ay müddətinə, yəni 20 dekabr 2024-cü il tarixədək uzadılmışdır. (Cild 3. i.v. 16-18).

60. “Məhkəmə narkoloji ekspertizası”nın xx.xx.2024-cü il tarixli, 684 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan Kannabinoidlərdən istifadə halları olub. Lakin Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 2. i.v. 24).

61. “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, 604 nömrəli qərarın nəticə hissəsinin 4-cü abzasından görünür ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs əməlinin Azərbacan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsindən həmin məcəllənin 120.2.1 və 120.2.4-cü maddələrinə tövsif edilməsi, həmin maddələrlə Təqsirləndirilən şəxs barəsində ********* saylı cinayət işinin ayrıca icraata ayrılması və Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbacan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.4-cü maddələri ilə yenidən ittiham elan edilməsi qərara alınmışdır. (Cild 2. i.v. 133).

62. “Təqsirləndirilən şəxs qismində cəlb olunmuş şəxsə yenidən ittiham elan etmək haqqında” xx.xx.2024-cü il tarixli, 608 nömrəli qərarın nəticə hissəsindən görünür ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs Azərbacan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək onun Azərbacan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.4-cü maddələri ilə təqsirəndirilən şəxs qismində cəlb olunması və ona həmin maddələrlə yenidən ittiham elan olunması qərara alınmışdır. (Cild 2. i.v. 135-137).

63. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-152/2025 saylı, xx.xx.2025-ci il tarixli anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 və 232.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini anlaqsız vəziyyətdə törətmiş şəxs X31 cinayət məsuliyyətindən və cəzadan azad edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə əsasən X31 barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilməsi qərara alınmışdır.

64. Məhkəmə tərəfindən sorğu edilərək əldə edilmiş Masallı Rayon Polis Şöbəsi tərəfindən göndərilmiş “Tibbi Müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”nın surətinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Masallı RPŞ-də saxlanıldıqdan sonra xx.xx.2024-cü il tarixdə, saat 04:25-də müayinədən keçirilmiş və “praktiki sağlam” olduğu yazılmış, “İlkin müayinə zamanı aşkar olunmuş xəsarətlər, yaxud şəxsin şikayəti, görülmüş tədbirlər”, qrafasında “yoxdur” qeyd edilmişdir. Növbətçi həkim tərəfindən verilmiş tibbi arayışa əsasən məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 04:25-də tibbi müayinədən keçirilmiş və praktiki sağlam olması qeyd edilmişdir. Məhkəməyə təqdim edilmiş №182 saylı “Tutulmuş şəxsin tibbi kitabçası”na əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs tutulmazdan əvvəl alınmış zədə və bədən xəsarətləri barədə məlumat, baxış zamanı dəri səthində aşkar edilən çapıq və ya zədə təsviri olmamışdır.

Əməlin tövsifi və digər hüquqi məsələlər:

65. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

66. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

67. «Orlov Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cımaddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir.

68. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

70. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

71. CPM-in 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır.

72. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

73. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

74. Məhkəmə tərkibi məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur.

75. Bundan əlavə sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur.

76. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

77. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir, tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir.

78. İbtidai istintaqın ilkin mərhələsində təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək, özünü təqsirli bilsə də, istintaqın sonrakı gedişində və məhkəmə baxış iclasında özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadələri təsdiq etmədiyini, Aslan Ağazadə ilə əlbir olmadığını, X39 Alışanovu öldürmək planından məlumatsız olduğunu, zərərçəkmiş şəxs Semur Alışanovu öldürmək niyyətinin olmadığını qeyd etmişdir.

79. Məhkəmə, təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlillərə münasibət bildirməyi mütləq və zəruri hesab edir.

80. Əvvəla, təqsirləndirilən şəxs qeyd edir ki, ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri təsdiq etmir, o polis əməkdaşları tərəfindən döyülmüş və həmin ifadələri təzyiqi altında vermişdir. Məhkəmə təqsirləndirilən şəxsin bu ifadəsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxs həmin ifadələri (şübhəli və təqsirləndirilən şəxs qismində ilkin ifadələri) ona təyin edilmiş müdafiəçinin iştirakı ilə, videoçəkiliş aparılmaqla vermişdir, həmin videogörüntülərdən də müəyyən olunur ki, Təqsirləndirilən şəxs kifayət qədər aydın və sərbəst formada özünü və fikirlərini ifadə edir, müstəntiqin ona ünvanladığı suallara düşünərək, sərbəst cavablar verir, sonda isə qətiyyətlə əməlindən peşman olmadığını qeyd etmişdir. Həmçinin, polis əməkdaşları tərəfindən döyüldüyünü, təsir və təzyiqlərə məruz qaldığını bildirsə də, polis əməkdaşlarının ona qarşı fiziki güc tətbiq etməsi və yaxud cinayət prosesini həyata keçirən orqanın, o cümlədən müstəntiqin özünün və yaxud onun prosessual hərəkətlərindən və ya qərarlarından hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etmək səlahiyyətinin olmasına baxmayaraq, bu hüququndan istifadə etməmişdir. Həmçinin, şəxsin bədənində hər hansı xəsarət izləri olmamış, müvəqqəti saxlama yerinə verilərkən və istintaq təcridxanasına daxil olarkən bədənində hər hansı xəsarət izləri aşkar edilməmişdir. Təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən psixoloji təzyiqə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilərə məhkəmə tərkibi münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi peşəkar vəkil – müdafiəçi ilə təmsil edilməsinə baxmayaraq, istər təqsirləndirilən şəxsin özü, istərsə də müdafiəçisi ibtidai istintaq dövründə şikayətlə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş, eyni zamanda bu halı hər hansı tutarlı dəlillə əsaslandırmamış və izah etməmişlər. Təqsirləndirilən şəxs ibtidai istintaqın sonrakı dövrlərində yalnız Aslan Ağazadə ilə əlbir olmadığını, Semur Alışanovu öldürmək niyyətinin olmadığını qeyd etmiş və bu barədə ibtidai istintaq orqanına müəyyən vəsatətlər vermiş, polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı hər hansı fikir bildirməmişdir. Həmçinin, nəzərə almaq lazımdır ki, Masallı Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli, № 4(050)-46/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilərkən o özünü təqsirli bilmiş və törətdiyi əməldən peşmançılıq hissi keçirmədiyini qeyd etmişdir. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bədənində hər hansı xəsarətin olmadığını, bununla yanaşı, onun döyülmək məsələsi ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığını göstərməsini nəzərə alaraq, göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən təsir və təzyiqlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onun izahat və ifadələrinin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur.

81. Avropa İnsan Hüquqları Məhkəməsinin “X18rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Məhkəmə cinayət işinin materiallarına istinadən təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı şübhəli şəxs qismində sərbəst ifadəsini, həmin ifadənin videogörüntüsü, eləcə də ifadələri müdafiəçisinin iştirakı ilə verməsini, ifadənin sonunda həm özü, həm də müdafiəçisi tərəfindən imza edilərək, oxuyub təsdiq etdiyini bildirdiyinə, bunların da işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir.

82. Təqsirləndirilən şəxs digər şəxs Aslan Ağazadə ilə birlikdə hərəkət etməsi, zərərçəkmiş şəxs X7 öldürmək barədə razılığa gəlmələri, onu öldürmək üçün birlikdə plan qurmaları, Aslan Ağazadənin silah əldə etdiyi barədə məlumatlı olması, 3 gün müddətində Semur Alışanovu kənddə axtarmaları, daha sonra Təqsirləndirilən şəxs Semur Alışanovu çay içmək bəhanəsi ilə aldadaraq evdən çıxarıb, kafeyə aparması, Aslan Ağazadəyə məlumat verməsi, əvvəlcədən Aslanın gələcəyini bilərək açarı avtomobilin üzərinə qoyması, Aslan Ağazadə ona çatdığını bildirdikdən sonra masadan qalxaraq uzaqlaşması məhkəmə istintaqında tədqiq edilən iş materialları və sənədlərlə tam təsdiq edilmişdir.

83. Məhkəmə kollegiyası ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-nin 120.2.1-ci maddəsinə münasibətdə, yəni onun digər şəxs X31 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə cinayətini törətməsinə dair ittihamla əlaqədar qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli həmin hissədə düzgün tövsif edilməmişdir. Məhkəmə bu xüsusatla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

84. Belə ki, iş materiallarında mövcud olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-152/2025 saylı, xx.xx.2025-ci il tarixli Qərarına əsasən CM-nin 120.2.1, 120.2.4 və 232.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini anlaqsız vəziyyətdə törətmiş şəxs X31 cinayət məsuliyyətindən və cəzadan azad edilmiş, onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilməsi qərara alınmışdır. Həmin qərar preyudisial əhəmiyyətə malik olmaqla, X21 anlaqsız vəziyyətdə cinayət törətməsini mübahisəsiz şəkildə təsdiq edir.

85. Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 6 may 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 19-cu maddəsinə müvafiq olaraq bu Məcəllə ilə müəyyən edilmiş yaş həddinə çatmış və anlaqlı olaraq cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi müəyyən edildiyindən, yaş həddinə çatmadığına və ya anlaqlı olmadığına görə cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxsin iştirakı ilə cinayət əməlinin törədilməsi iştirakçılıq kimi tövsif edilə bilməz.

86. Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarına əsasən müəyyən edilmişdir ki, şəxs cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan və yaxud anlaqlılığı istisna edən psixi xəstəliyi səbəbindən cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxsdən istifadə etməklə (onlar vasitəsilə) qəsdən adam öldürmə cinayətini törətdikdə, o, CM-in 32.2-ci maddəsinə əsasən, cinayətin icraçısı hesab edilir və bu halda, eləcə də qeyd edilən məsuliyyətə cəlb edilə bilməyən şəxslərin köməyindən hər hansı başqa şəkildə istifadə olunmaqla qəsdən adam öldürmə cinayəti törədildikdə, hətta cinayətin icraçısı yanlışlıqla bu şəxslərin cinayət məsuliyyətinə cəlb edilə bilən şəxs olduqlarını zənn etdiyi hallarda belə, əməl bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə, cinayətkar birlik (təşkilat) tərəfindən törədilmiş cinayət kimi CM-in 120.2.1-ci maddəsi ilə tövsif edilə bilməz. Çünki iştirakçılıqla törədilən cinayətlər üçün zəruri şərt olaraq yalnız zahiri cəhətdən deyil, həm də psixi aspektdə birgəlik, yəni cinayətin törədilməsi üçün səylərin birləşdirilməsinin (bunun ictimai təhlükəli xarakterinin) cinayətin törədilməsinə cəlb olunan bütün şəxslər tərəfindən (yalnız icraçı tərəfindən deyil) dərk edilməsi tələb olunur. Lakin qəsdən adam öldürmə cinayətinə görə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinin 14 yaş olaraq müəyyən edilməsi və anlaqsız şəxslərin cinayət məsuliyyətinin istisna edilməsi məhz ondan irəli gəlir ki, bu yaşa çatmayan, eləcə də anlaqsız hesab edilmiş şəxslər öz əməllərinin ictimai təhlükəli xarakterini, o cümlədən hərəkətlərinin (hərəkətsizliyin) ictimai təhlükəli əmələ töhfə verən xarakterdə olmasını (cinayətin törədilməsi üçün səylərin birləşdirilməsini) dərk etmirlər. Qeyd olunan hal isə birgəliyin mövcud olmadığını göstərir və təqsirkarın cinayət məsuliyyətinə cəlb edilə bilməyən başqa şəxsləri cəlb etməklə törətdiyi cinayətin CM-in 120.2.1-ci maddəsi ilə tövsif olunmasını istisna edir.

87. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda şərh edilən Plenum qərarlarını və qanunvericilikdə formalaşmış hüquqi mövqeyi nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham CM-nin 120.2.1-ci hissəsinə münasibətdə düzgün deyil, bu səbəbdən məhkəmə hesab edir ki, həmin hissə ittihamdan xaric edilməlidir.

88. CPM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.

89. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihama dair CMnin 120.2.4-cü hissəsinə münasibətdə hesab edir ki, ittiham əsaslıdır, məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə tam təsdiq edilir.

90. Belə ki, iş materiallarından, təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı verdiyi geniş, təfərrüatlı və sərbəst ifadələrindən, eləcə də ifadənin yerində yoxlanması istintaq hərəkətinin protokolundan və Aslan Ağazadə ilə Təqsirləndirilən şəxs arasında keçirilən üzləşdirmə istintaq hərəkətinin protokolundan tam müəyyən edilir ki, Təqsirləndirilən şəxs X5, qohumu Şahid4 ilə qeyri-rəsmi sevgi münasibətində olmasını eşitdiyindən qısqançlıq zəminində onu qəsdən öldürərək qisas almaq qərarına gəlmiş, daha sonra dostu X31 ilə birləşərək, ondan istifadə etməklə, aralarında olan cinayətkar plana əsasən 20 may 2024-cü il tarixdə saat 18 radələrində Semur Alışanovu çay içmək adı ilə aldararaq yaşadığı Masallı rayon Qasımlı kəndində olan evdən çıxarıb Aslan Ağazadənin qabaqcadan ona verdiyi avtomobillə kafeyə gətirmiş, mobil telefon vasitəsi ilə bu barədə qrup üzvü Aslan Ağazadəyə məlumat vermiş, Aslanın qətli törətdikdən sonra hadisə yerindən rahat gedə bilməsi üçün özünün gəldiyi, lakin Aslana məxsus olan avtomobilin açarını avtomobilin üzərinə qoymuş, Aslan gələnə qədər Semur Alışanov və Şahid3 ilə birlikdə kafedə əyləşib söhbət etmiş, Aslan Ağazadə çatması barədə ona bildirdikdə isə masadan kənarlaşaraq, X39 Alışanovu öldürməsi üçün şərait yaratmış, hadisə baş verdikdən sonra oradan uzaqlaşaraq evinə getmişdir.

91. “Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 6 may 2022-ci il tarixli qərarına və “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarına və Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs anlaqsız şəxsdən istifadə etməklə cinayət törətdiyindən, o, törədilmiş cinayətin icraçısı hesab edilməlidir.

92. Əməlin CM-nin 120.2.4-cü maddəsi, yəni, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə kimi tövsif edilməsinin əsaslılığını yoxlamaq üçün məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli və hadisənin detallarını təhlil etməyi zəruri hesab edir. Belə ki, məhkəmə araşdırması nəticəsində hadisənin müəyyən edilmiş, mübahisəsiz və iş materialları, ekspertiza rəyləri, şahid ifadələri və təqsirləndirilən şəxsin özünün də ifadəsi ilə tam təsdiq edilən mənzərəsi bundan barətdir ki, hadisə Masallı- Lənkəran magistral yolunun Şıxlar Göyəçöl kəndinin kəsişməsində yerləşən “Samovar” adlı kafenin həyətində, söhbətgahda (besetka) baş vermişdir. Aslan Ağazadə atəş açarkən masada zərərçəkmiş şəxs Semur Alışanovla birlikdə Şahid3 da əyləşmişdir. Aslan Ağazadə həmin masa ilə təqribən 2 metr məsafədə dayanaraq masada olan digər şəxsin də həyatı üçün təhlükəli olduğunu bilib, dərk edərək “Vinçester” tipli, 12 kalibrli, “Mavoric MRC 112” modelli, “20AZ-0050” nömrəli pompalı tüfəng-yivsiz odlu ov silahından 1 dəfə atəş açmış, ikinci dəfə atəş açmaq istəsə də tüfəng tutulmuş, Aslan Ağazadə bununla kifayətlənməyərək üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən məişət təyinatlı bıçağını çıxardıb öz cinayətkar niyyətini davam etdirib müstəsna dərəcədə qəddarlıq göstərərək, xüsusi amansızlıq nümayiş etdirməklə aşkar surətdə xüsusi əzab verdiyini dərk edib, bunu arzulayaraq niyyətini başa çatdırmaq və şiddətli ağrılar vermək məqsədilə atəşin təsirindən yerə yıxılmış vəziyyətdə olan Semur Alışanovun bədəninin müxtəlif nahiyələrinə qəsdən 15 bıçaq zərbəsi vuraraq deşilmiş-kəsilmiş yaralar ilə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır xəsarətlər yetirərək öldürmüşdür. Hadisənin təsvir edilən görüntüsündən, törədilmə üsulundan müəyyən edilir ki, zərərçəkmiş şəxs X10 xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum edilmişdir. İbtidai istintaq orqanı tərəfindən əməl düzgün olaraq CM-nin 120.2.4-cü maddəsinə tövsif edilmişdir.

93. Məhz Təqsirləndirilən şəxs CM-nin 120.2.4-cü maddəsi ilə təqsirli hesab edilməsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan edilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətin törədilməsi, yəni CM-nin 120.2.1-ci maddəsi hazırki ittihamdan xaric edildiyindən və Təqsirləndirilən şəxs CM-nin 32.2-ci maddəsinə əsasən anlaqsız şəxsdən istifadə etməklə öz cinayətkar məqsədinə nail olduğundan və o cinayətin icraçısı hesab edildiyindən, o, baş vermiş nəticəyə münasibətdə məsuliyyət daşıyır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından və işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs Aslan Ağazadə ilə cinayətin hansı üsulla törədilməsi barədə konkret razılığa gəlməmişdir (və ya hansısa bir üsulu konkret olaraq istisna etməmişdir), bu səbəbdən Təqsirləndirilən şəxs cinayətin törədilməsi üçün vasitə kimi istifadə etdiyi X38 öldürmək üçün istənilən üsuldan istifadə edəcəyini əvvəlcədən qəbul etmiş və bunu bilə-bilə Aslan Ağazadəni cinayətin törədilməsinə yönəltmişdir. Daha bir mühüm məqam isə ondan ibarətdir ki, Təqsirləndirilən şəxs Semur Alışanovu çay içmək bəhanəsi ilə aldadaraq ictimaiyyət üçün açıq olan, gündəlik fəaliyyətdə olan və insanların mütəmadi olaraq gəlib-getdiyi “Samovar” adlı kafeyə gətirmiş, burada Şahid3 ilə bir masada əyləşdirmişdir. Şahid ifadələrinə əsasən müəyyən olunur ki, kafenin tualetindən istifadə etmək üçün adamlar onların yanından gəlib-getmişdir. Təqsirləndirilən şəxs Aslan Ağazadənin silahla gələcəyini bildiyi halda kafedə olan digər şəxslərin, xüsusilə Semur Alışanov ilə bir masada əyləşən Şahid3 həyatını ciddi təhlükə altında qoyduğunu dərk edərək, buna şüurlu surətdə yol vermişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs CM-nin 120.2.4-cü maddəsi ilə təqsirli bilinməsi və məsuliyyətə cəlb edilməsi qanuni və əsaslıdır.

94. Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

95. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

96. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır.

97. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə əsasən ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.

98. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

99. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur.

100. CM-nin 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır.

101. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət və cinayətprosessual qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” və 20 may 2011-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” qərarlarını rəhbər tutur, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının müddəalarını da nəzərə alır.

102. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, ekspertiza rəylərini və digər sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə olan əməlinin CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilməsi düzgün və qanunidir.

103. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməllərində Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən cinayət məsuliyyətinə cəlb etməyə imkan verməyən, anlaqsız şəxsdən istifadə edilməklə törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməllərini qəsdən törətmişdir, əməlləri başa çatmış cinayətlərdir və cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

104. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası CM-in, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur.

105. Azərbaycan Respublikası CM-in 2.2-ci maddəsində göstərilir ki, “... Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir”.

106. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir.

107. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

108. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə desək, cəza «talion» prinsipinə (İus talionis), yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir.

109. Məhkəmə, Azərbaycan Respublikası CM-in 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır.

110. Göstərilən maddələrin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun.

111. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

112. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını (CM 59.1.4), yaşayış yeri və kənd sakinləri tərəfindən müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır.

113. Məhkəmədə Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.

114. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır.

115. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.

116. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır.

117. Məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı).

118. «Vinter və başqaları Birləşmiş Krallığa qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir.

119. Təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsinin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur.

120. Törədilmiş cinayətin sanksiyasında yalnız azadlıqdan məhrumetmə cəza növünün olmasını, eləcə də həmin cinayətin zorakı cinayət növünə aid olmasını, xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla törədilməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar.

121. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cinayət qanunvericiliyinin tələblərinə və cəza təyin edilərkən nəzərə alınan hallara görə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və ya şərti məhkum etmənin tətbiq edilməsi üçün əsaslar yoxdur.

122. Təqsirləndirilən şəxsin təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 120.2.4cü maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayətdir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, qəsdən törədilmiş xüsusilə ağır cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

123. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

124. CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

125. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20 may 2024-cü il tarixdə, saat 23:55-də şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli qərarı ilə onun barəsində əvvəli 20 may 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.

126. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 20 may 2024-cü il tarixdən hesablanmalıdır.

127. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.

128. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar qeyd edir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(099)-152/2025 saylı qərarına əsasən iş üzrə maddi sübut qismində tanınmış və Masallı Rayon Polis Şöbəsinə təhvil verilmiş 1 (bir) ədəd «Vinçester» tipli, 12 kalibrli, «Mavoric MRC 112, 20AZ-0050» Nli pompalı, təklüləli tüfəng və 4 (dörd) ədəd zavod üsulu ilə hazırlanmış patron qərar qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi- Texniki Təminat Baş İdarəsinə təhvil verilməsi, 1 (bir) ədəd gilizin məhv edilməsi, iş üzrə maddi sübut qismində tanınmış və Masallı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd bıçaq, 3 ədəd qanabənzər ləkəyə batırılmış tampon, mərhuma məxsus 1 (bir) ədəd idman gödəkcəsi, 1(bir) ədəd köynək, 1(bir) ədəd trusik (tuman), 1 (bir) cüt corab, 1 (bir) cüt çəkələk qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə maddi sübut qismində tanınmış və Masallı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan X8 məxsus «Realme» markalı mobil telefon və həmin telefondan silinmiş məlumatların yazıldığı elektron yaddaş qurğusu, Təqsirləndirilən şəxs məxsus olan «Samsung A10» markalı mobil telefon və X24 məxsus «Samsung Galaxy J2 Prime» mobil telefon qərar qanuni qüvvəyə mindikdən sonra onların yaxın qohumlarına qaytarılması qərara alınmışdır. Bu səbəbdən maddi sübutlarla bağlı məsələnin digər hökmlə həll edilməsi nəzərə alınmalıdır. Hazırki cinayət işi üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, sənədləri və görüntüləri özündə əks etdirən 10 (on) ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır.

129. İş üzrə ekspertiza xərcinin olmaması nəzərə alınmalıdır.

130. Məhkəmə qeyd edir ki, hazırlıq iclasında təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası CPM-in 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə olan halda müdafiəçilərin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir.

131. İş üzrə mülki iddianın və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınmalıdır.

132. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

133. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

134. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 193, 344-347, 349, 351-353, 356, 358, 381, 383, 384, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 17 (on yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 10 (on) ədəd CD disklər cinayət işinin materiallarında saxlanılsın İş üzrə digər maddi sübutların Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(099)-152/2025 saylı qərarı ilə məhv edilməsi və eləcə də təqsirləndirilənlərin yaxın qohumlarna qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən hakim: Aqil Nuriyev Hakimlər: Cavid Səfərli Ayşən Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar