Məhkəmə qərarları › İş №1(099)-158/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-158/2022

28.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-158/2022 28.02.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X9, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1972-ci ildə Saatlı rayonunun Minbaşıllı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, Saatlı şəhəri, Musabəyov küçəsi, ev 11-də qeydiyyatda olmaqla Saatlı rayonunun Bəylik kəndində yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özünə məlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-10,022 qram psixotrop maddə olan metamfetamin və 0,460 qram narkotik vasitə olan heroin əldə edib, saxlayıb daşıyaraq yaşadğı Saatlı rayonunun Bəylik kəndində yerlşən fərdi yaşayış evinə aparmış, bundan sonra o, həmin maddələrin satışını realizə etmək üçün onları ayrı-ayrı bükümlərə qablaşdırmış, daha sonra 28 avqust 2021-ci il tarixdə yaşadığı evin həyətində bir ədəd “gümüşü” rəngli kağız bükümdə 0,224 qram metamfetamini tanışı X6 10 manata satmış, daxil olmuş məlumat əsasında 30 avqust 2021-ci il tarixdə, saat 15 radələrində istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs yaşadğı Saatlı rayonunun Bəylik kəndində yerlşən fərdi yaşayış evində axtarış zamanı 13 ədəd polietilen kəsiyi bükümlərdə, ayrı-ayrılıqda 1,054 qram, 2,320 qram, 0,765 qram, 0,849 qram, 0,872 qram, 0,870 qram, 0,841 qram, 0,368 qram, 0,362 qram, 0,369 qram, 0,359 qram, 0,402 qram və 0,367 qram olmaqla cəmi 9,798 qram psixotrop maddə olan metamfetamin və 2 ədəd polietilen kəsiyi bükümündə, ayrı-ayrılıqda 0,210 qram və 0,250 qram olmaqla cəmi 0,460 qram narkotik vasitə olan heroin, habelə bir ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, Saatlı şəhəri, Musabəyov küçəsi, ev 11-də qeydiyyatda olmaqla ailəsi ilə birlikdə Saatlı rayonunun Bəylik kəndində olan fərdi yaşayış evində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməmiş, təsrrüfat işləri ilə məşğul olmuşdur. Bir neçə ildir ki, narkotik maddələrdən istifadə etməyə başlamış, əsasən də metamfetamin və heroindən istifadə etmişdir. Xeyli vaxtdır ki, xərçəng xəstəliyindən əziyyət çəkir. Xəstəliyi ilə bağlı 2020-ci ilin yay aylarında müalicə üçün İrana getmiş, orada özünün istifadəsi üçün tanımadığı şəxsdən bir ədəd bağlamada təxminən 16 qram metamfetamin almışdır. Aldığı bağlamanın içərisindən 2 ədəd bükümdə heroin də çıxmışdır. İrandan qayıdandan sonra aldığı həmin metamfetaminin bir hissəsini istifadə etmiş, qalan hissəsini və heroini evində saxlamışdır ki, sonradan istifadə etsin. Peyman adlı şəxsi (X7) tanıyır, münasibətləri yaxşı olmuşdur. Peyman da narkotik istifadəçisidir. 28 avqust 2021-ci il tarixdə Peyman ona zəng edib narkotik vasitə istəmiş, bundan sonra günorta saatlarında Peyman onun yaşadığı evin həyətinə gəlmiş və o, (Təqsirləndirilən şəxs) Peymana bir dəfə istifadəsi üçün az miqdarda bir büküm metamfetamini 10 manata satmışdır. 30 avqust 2021-ci il tarixdə, günorta saatlarında bir qrup polis əməkdaşları və kənd bələdiyyəsinin sədri həyətinə gəlmiş, polis əməkdaşları ona evdə nrakotik maddələr saxladığını və buna görə də evdə axtarış aparılacağını demiş, o da etiraz etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən özünün iştirakı ilə və videoçəkilişlə evində axtarış aparılmışdır. Axtarış zamanı evin otağında olan stolun üstündə 13 ədəd bükümdə metamfetamin, 2 ədəd bükümdə heroin, 1 ədəd elektron tərəzi, narkotiklərdən istifadə etmək üçün saxladığı falqa kağızı və kağızdan düzəltdiyi balaca siqaret formasında olan borular aşkar edilmişdir. Şifahi sorğu zamanı o, evində aşkar olunmuş metamfetamin və heroinin özünə məxsus olmasını, özünün şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Aşkar olunmuş metamfetamin və heroinin bükümləri, elektron tərəzi və digər əşyalar polis əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüş, sonra sənədləşmə aparılmışdır. İstifadəsi üçün metamfetamin və heroin əldə edib evində saxladığına və az miqdarda metamfetamini tanışı Peymana satdığına görə əməlindən peşmandr. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid7 ifadəsində göstərmişdir ki, o, Saatlı RPŞnin əməkdaşıdır. Əvvəlcə daxil olmuş məlumata əsasən 28 avqust 2021-ci il tarixdə, özünün də daxil olmadığı, əməliyyat müvəkkili Şahid3 rəhbərlik etdiyi əməliyyat qrupu (Saatlı RPŞ-nin əməkdaşları) tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Peyman adlı şəxs (X10) saxlanılıb polis şöbəsinə gətirilmiş və polis şöbəsində üzərində axtarış zamanı narkotik maddə aşkar olunmuş, şifahi sorğu zamanı həmin narkotik maddəni tanışı Azər adlı şəxsdən aldığını gösərmişdir. Azər adlı şəxsin Saatlı rayonunun Bəylik kəndində yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edildikdən sonra Peymanın barəsində olan cinayət işini aparan müstəntiqin rəhbərliyi ilə özünün də iştirak etdiyi əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evdə (Saatlı rayonunun Bəylik kəndində) axtarışın aparılmasında iştirak etmişdir. Axtarış vaxtı Təqsirləndirilən şəxs da evində olmuşdur. Evdə axtarış zaman evin otağında olan stolun üstündə çoxsaylı bükümlər və həmin bükümlərin içərisində narkotik maddələr, bir ədəd elektron tərəzi, habelə narkotik maddələrdən istifadə üçün kiçik kağız borular aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik maddələrin özünə məxsus olmasını, həmin maddələri tanımadığı şəxsdən alıb özünün istifadəsi üçün evində saxladığını bildirmiş, həmçinin tanışı Peyman adlı şəxsə də narkotik maddə satdığını etiraf etmişdir. Aşkar olunmuş kütlələr və digər əşyalar müstəntiq tərəfindən qablaşdırılıb götürülmüş, bundan sonra axtarışla bağlı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahid X11 Şahid7 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, o, Saatlı rayonunun Bəylik kənd bələdiyyəsinin sədri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Bəylik kənd sakini kimi tanıyır. 30 avqust 2021-ci il tarixdə Saatlı RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış zamanı o, və Bəylik kənd İƏD-si üzrə Nümayəndəliyində mühasib işləyən Şahid2 iştirak etmişlər. Onların və Təqsirləndirilən şəxs onların iştirakı ilə, həm də videoçəkilişlə evdə axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin otaqdakı stolun üstündə çoxsaylı bükümlər və həmin bükümlərin içərisində narkotik maddələr və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik maddələrin özünə məxsus olmasını, həmin maddələri tanımadığı şəxsdən alıb özünün istifadəsi üçün evində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlələr polis əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüş, sonra axtarışla bağlı protokol tərtib olunmuşdur. İşdə olan, Saatlı RPŞ-nin əməkdaşının 28 avqust 2021-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, Saatlı şəhər Babək küçəsi ev 22-də qeydiyyatda olmaqla yaşayan X3 qanunsuz olaraq narkotik vasitələr əldə etməsi və saxlaması ilə bağlı daxil olmuş məlumata əsasən Saatlı RPŞ-nin əməkdaşları tərəfindən o, saxlanılıb Saatlı RPŞ-nə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması barədə” 28 avqust 2020-ci il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərin surətləri ilə müəyyən olunur ki, həmin tarixdə Saatlı RPŞ-də təhqiqatçı Əlizadə Əliyev tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə X3 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Peyman Mahmudovun əynindəki şalvarının cibindən 1 ədəd gümüşü rəngli kağız büküm və həmin bükümün içərisində psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Peyman Mahmudov üzərində aşkar edilmiş metamfetamini Saatlı rayon sakini Təqsirləndirilən şəxs 10 manata aldığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarışının aparılmasına dair videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 28 avqust 2021-ci il tarixli, 18/934 №-li rəyinin surəti ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “X3 üzərindən …” sözləri yazılmış kağız paketdəki 1 ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi-0,224 qram olan madddə kustar üsulla hazırlanmış, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddə-metamfetamindir. İşdə olan, Saatlı Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı Saatlı rayonunun Bəylik kəndində yerləşən fərdi yaşayış evində axtarış və götürmə barədə qərar qəbul edilmişdir. İşdə olan, “Axtarış və götürmə aparılması haqqında” 30 avqust 2021-ci il tarixli protokol və fotoşəkillərlə müəyyən edilir ki, həmin tarixdə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs yaşadığı Saatlı rayonunun Bəylik kəndində yerləşən fərdi yaşayış evində axtarış aparılmışdır. Axtarış zamanı evin otağında 13 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə və 2 ədəd bükümdə narkotik vasitə olan heroinə oxşar kütlələr, bir ədəd elektron tərəzi, 2 ədəd narkotiklərdən istifadə etmək üçün kustar üsulla kağızdan hazırlanmış kiçik borular və bir ədəd rulon-falqa aşkar edilmişdir. Aşkar olunmuş kütlələr və elektron tərəzi qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüş və axtarışının aparılmasına dair videoçəkliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 31 avqust 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş “... Təqsirləndirilən şəxs yaşadığı ...” sözləri yazılmış kağız paketdəki: 13 ədəd polietilen kəsiyi bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri- 1,054 qram, 2,320 qram, 0,765 qram, 0,849 qram, 0,872 qram, 0,870 qram, 0,841 qram, 0,368 qram, 0,362 qram, 0,369 qram, 0,359 qram, 0,402 qram və 0,367 qram olmaqla ümumi təmiz çəkisi-9,798 qram olan maddə kustar üsulla hazırlanmış, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş eyni tərkibli psixotrop maddəmetamfetamindir. 02 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri-0,210 qram və 0,250 qram olmaqla ümumi təmiz çəkisi-0,460 qram olan maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs yaşadığı evdən və X4 üstündən aşkar olunduğu qeyd edilən metamfetaminlər eyni tərkiblidir. Ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq heroin 0,360 qram və qalıq metamfetamin 9,278 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49 (qırx doqquz) manat 74 qəpik təşkil edir. İşdə olan, “Maddi sübut kimi tanınma haqqında” 31 avqust 2021-ci il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 9,278 qram metamfetaminin, 0,360 qram heroin, bir ədəd elektron tərəzi, 2 ədəd narkotiklərdən istifadə etmək üçün kustar üsulla kağızdan hazırlanmış kiçik borular və bir ədəd rulon-falqa iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Saatlı RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə axtarışın aparılmasına dair videoçəkilişin yazıldığı 2 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 28 oktyabr 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, məhkəmə narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabiodlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəricisi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 18 dekabr 2021-ci il tarixli qərarla müəyyən olunur ki, X4 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan cinayət işindən 18 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 18 dekabr 2021-ci il tarixli qərarla, habelə ittiham aktına əlavə edilmiş 22 dekabr 2021-ci il tarixli arayışla müəyyən olunur ki, X2 götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq 0,134 qram heroinin Peyman Mahmudovun barəsində olan cinayət işi üzrə maddi sübut kimi tanınmaqla həmin işə aid olması, habelə Təqsirləndirilən şəxs götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq 9,278 qram metamfetaminin və 0,360 qram heroinin hazırki üzrə maddi sübut kimi tanınması nəzərə alınmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (yaşadığı evdə aşkar olunmuş narkotik maddələri yalnız özünün şəxsi istifadəsi üçün əldə edib saxlamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Məhkəmə tədqiq olunmuş sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adları “Heroin” olan maddə narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 10,022 qram psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir, habelə 0,460 narkotik vasitə olan heroin şəxsi istehlak miqdarından artıqdır. Həmçinin Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda narkotik vasitə olan heroinin bir hissəsini Peyman Mahmudova satması, daha çox hissəsini isə yaşadığı evdə saxlamasını onun bu maddələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb daşaması kimi qiymətləndirilməyə əsas verən hallardan biri kimi qəbul edilir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni şahidlər və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroin əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Saatlı Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli, tutulduğu tarixdən-30 avqust 2021-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Saatlı rayon İHB-nın Bəylik kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 06 dekabr 2021-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Saatlı şəhəri, Musabəyov küçəsi, ev 11-də qeydiyyatda olmaqla Saatlı rayonunun Bəylik kəndində yaşamış və yaşayış yeri üzrə qənaətbəxş (yaşadığı müddətdə onun barəsində nümayəndəliyə şikayət daxil olmamışdır) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsində göstərilən) yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 30 avqust 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsi tətbiq edilməli o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Saatlı RPŞ-nin maddi sübutlar otağında saxlanılan 0,360 qram narkotik vasitə olan heroin, 9,278 qram psixotrop maddə olan metamfetamin, üzərində heroin izləri olan bir ədəd elektron tərəzi, üzərində heroin izləri olan kiçik borular hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə «Azərbaycan Respublikasının Narkomanlığa və X5 X8 üzrə Dövlət Komissiyası» tərəfindən həyata keçirilməlidir. İş üzrə maddi sübutlar olan və cinayət işinin materiallarına əlavə edilmiş, axtarışın aparılması ilə bağlı videoçəkilişin yazıldığı 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-49 (qırx doqquz) manat 74 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 30 avqust 2021-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Saatlı Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 0,360 qram narkotik vasitə olan heroin, 9,278 qram psixotrop maddə olan metamfetamin, üzərində heroin izləri olan 1 (bir) ədəd elektron tərəzi və üzərində heroin izləri olan kiçik borular hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübutlar olan və cinayət işinin materiallarına əlavə edilmiş, axtarışın aparılması ilə bağlı videoçəkilişin yazıldığı 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Oruc Cəlilov Hakimlər: Xamməd Nuriyev Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar