Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-159/2022 25.02.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işsiz, barəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə cinayət işinə baxılan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.3.2, 228.1, 228.4 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, tamah niyyətilə, yəni qazanc əldə etmək üçün şəxsiyyəti özünə məlum olan “Elşən” adlı və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə külli miqdarda narkotik vasitələrin, külli miqdarda psixotrop və güclü təsir edən maddələrin, eləcə də, odlu silah və qaz silahının qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması, habelə qrupun üzvü tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməli olan külli miqdarda narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri, eləcə də odlu və qa silahlarını əldə edib qrupun digər üzvünə çatdırmağı (realizə etməyi) qabaqcadan vəd vermiş və bundan sonra cinayətkar qrupun üzvü tərəfindən məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilmiş külli miqdarda narkotik vasitə olan 3087 qram qurudulmuş marixuana və 2941,4 qram heroin narkotik vasitələri, 730 ədəd həb şəklində təsir maddəsinin ümumi miqdarı 29,2 qram təşkil edən metadonu, külli miqdarda psixotrop maddə olan təmiz halda çəkisi 1945,8 qram metamfetamini, külli miqdarda güclü təsir edən maddə olan 120 kapsul şəklində təsir maddəsinin ümumi miqdarı 21 qram olan preqabalin adlı dərman vasitələrini, habelə “BAREDDA A6” modelli 18-01942 nömrəli gözyaşardıcı qıcıqlandırıcı maddə ilə təchiz olunmuş eləcə də, səs-işarəverici patronlardan iştifadə etməklə atəş açmaq üçün nəzərdə tutulmuş, özünümüdafiə təyinatlı üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş lüləli qaz silahı olan tapançanı və yivli odlu silah hesab edilən Türkiyədə zavod üsulu ilə hazırlanmış “LORD T822” modelli LDAYDO190900026 nömrəli 8 mm kalibrli yarımavtomatik tapançanının Beyləqan rayonu İmamverdili kəndi ərazisində gizlədilməsi barədə ona məlumat verməsindən sonra o, 27 fevral 2021-ci il tarixdə 01 radələrində qeyd edilən külli miqdarda narkotik vasitələri, külli miqdarda psixotrop və güclü təsir edən maddələri, eləcə də, odlu silah və qaz silahını cinayətdən xəbərsiz olan Şahid1 yolun kənarındakı həmin yerdən götürməsini xahiş edərək onun vasitəsi ilə əldə etmiş, sonuncu Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdikləri tədbir nəticəsində hadisə yerində saxlanmış, bu vaxt o, Şahid1 vasitəsi ilə qanunsuz əldə etdiyi sözü gedən maddə və əşyaları özü ilə aparılmasına imkan tapmayaraq idarə etdiyi avtomobilə əyləşərək hadisə yerindən qaçmağa nail olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 26 fevral 2021-ci il tarixdə rəhmətə getmiş bibisinin evinə baş çəkmək üçün Beyləqan rayonu, Daşburun kəndində olmuş, həmçinin bir nəfər Elşən adlı şəxsin ona 2.500 manat olduğu borcu qaytarmaq üçün onu Beyləqana çağırmışdır. Belə ki, özünü müdafiə etmək üçün Elşəndən odlu silah tapancanı 2.500 manata almağa razılaşmış, pulunu «MilliÖn» ödəmə terminalı vasitəsi ilə ödəmiş, lakin tapancanı əldə edə bilmədiyi üçün Elşən pulu qaytaracağını demişdir. Elşən həmin gün, saat 20-21 radələrində pulu verəcəyini dediyi üçün gözləmiş, həmin vaxtlar Daşburun kəndində olan «Oscar» yanacaqdoldurma məntəqəsinə gəlmiş, benzin doldurduqdan sonra, bir nəfər, sonradan adını bildiyi Şahid1 hərbi geyimdə yaxınlaşaraq, Bakıya gedəsi olduğu halda onu da aparmasını xahiş etmişdir. O, da razılaşaraq Natiqi avtomobilinə əyləşdirmiş, ona pul verməli olan şəxs telefonla əlaqə saxlayaraq pulu bağlamada qoyduğu yeri izah etmiş, Daşburun ərazisində həmin yerə sürərək getmiş, lakin bağlamanı tapa bilməmiş, sonra pul borcu olan şəxs yenidən əlaqə saxlayaraq bağlamanı digər yerdə gizlətdiyini bilmirməklə həmin yeri izah etmişdir. O, da həmin yerə avtomobili sürmüş, özü yorulduğu üçün Natiqdən maşından düşərək bağlamanı götürməyi xahiş etmişdir. Natiq də, avtomaşından düşüb bağlamanı götürmüş, bu vaxt hərbi geyimli şəxslər Natiqi tutmuşlar, o, is qorxduğu üçün avtomobillə uzaqlaşmışdır. Sonradan o, bilmişdir ki, həmin bağlamada, silah və narkotik vasitələr olmuşdur. Şahid1 həmin günü görmüş, əvvələr onunla heç bir tanışlığı olmamışdır. Narkotik vasitə və silah barədə məlumatı olmamış, həmin bağlamada Elşənin ona borcunu qaytaracağı pulun olmasını düşünürmüş. Heç bir günahı yoxdur, nəzərə alınmasını xahiş edir. Şahid Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət olduğu üçün onun ibtidai istintaqda verdiyi ifadəsi elan edilmiş, həmin ifadədə o, Elşən adlı şəxsdən silah əldə etmək üçün pulu geri almaq məqsədilə deyil, elə silahı almaq üçün Beyləqan rayonu ərazisinə getmiş, Elşənin göndərdiyi bağlamada silah (tapanca) olduğunu düşünürmüşdür. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 iş üzrə verdiyi ifadəsində göstərmişdir ki, Laçın rayonu ərazisində hərbi xidmət aparmış, səhhəti ilə əlaqədar Bakı şəhərinə yollanmış, Qubadlı rayonundan Horadiz şəhərinə, oradan isə Beyləqan rayomuna getmişdir. 26 fevral 2021-ci il tarixdə axşam saatlarında Beyləqan rayonu ərazisində “Oscar” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Bakı şəhərinə getmək üçün yol maşını axtarmış, həmin vaxt sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi Hyunday Sonata markalı avtomobil ilə yanacaqdoldurma məntəqəsinə yaxınlaşmışdır. Yaxınlaşaraq Bakı şəhərinə gedəcəyi halda onu da aparmağı xahiş etmiş, Emil də hərbiçilərə hörmətin olduğunu və özü ilə aparacağını demişdir. O, da avtomobilə əyləşərək yola çıxmışlar. Onlar yolda olarkən Emil telefon vasitəsilə kimləsə danışmış, “əmanətin” harada olduğu yeri soruşmuş, telefonla danışarkən nalayiq ifadələrdən istifadə etmiş və olduqca əsəbi olmuşdur. Beyləqan rayonunun İmamverdili yazılan plakatı keçdikdən sonra Emil hərəkəti dayandırıb ona borcu olan bir nəfər Beyləqanlının pulu alma kisəsinə qoyaraq dirəyin yanına qoyduğunu deyərək avtomaşından düşüb burada gözləməyini, gedib pulunu götürüb gələcəyini bildirmişdir. Sonra Emil onun da gəlməyimi bildirmişdir. O, Emilin əsl niyyətini bilmədiyinə görə bağlamanı axtarmaqda köməklik etmiş, lakin tapa bilmədikləri üçün avtomobilə qayıtmışlar. Emil yenə də telefonla kimləsə danışmış və qarşıdakı adamı söymüş, “əmanəti” tapmadığını təkrarlamışdır. Həmin vaxt sürücü nə silah, nə də narkotik vasitə barədə bir söz deməmiş sadəcə “əmanət” söyləmişdir. Yolda Emilin mobil telefonuna “Whatsap” proqramından şəkil göndərilmişdir. Emil həmin şəkli ona göstərərk tanıyıb-tanımadığını soruşmuşdur. O, həmin şəklə baxıdqdan sonra bir qədər əvvəl getdiyi yolda olan dirəyə bənzədiyi demişdir. Emil avtomobili həmin yerə sürərək saxlamış, Emil soyuq olduğunu, əllərinin ağradığını deyərək onun düşüb bağlamanı taparaq gətirməsini xahiş etmişdir. Bundan sonra o, şəkildə göstərilən dirəyə çatdıqda orada ağ rəngli kisə görmüşdür. O, kisəni götürdükdə bu kisənin ağır olduğunu, içərisində alma olmadığını başqa şey olduğunu Emilə demişdir. Elə bu vaxt iki nəfər şəxs ona yaxınlaşaraq saxlamışlar, şəxslərdən biri avtomobilə tərəf qaçsa da sürücü avtomobilə əyləşib oradan uzaqlaşmışdır. Sonra onu saxlayan şəxslər sərhəd xidmətinin əməliyyatçıları olduqlarını bildirmişlər. Onu və bağlamanı hərbi hissəyə aparmışlar. Orada bağlamaya baxış keçirilmiş, həmin bağlamanın içərisində silah və narkotik vasitələr aşkar edilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 26 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası ərazisinə küllü miqdarda narkotik vasitələrin keçirilməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında Beyləqan rayonunun İmamverdili kəndində 22-ci zastavanın arxa hissəsində olan yerə gələrək pusqu naryadı qurmuşlar. 27 fevrala keçən gecə saat 01-02 arası ağ rəngli Hyunday Sonata markalı avtomobil müşahidə edilmiş, həmin avtomobildən bir nəfər mülkü geyimli (sonradan adının Təqsirləndirilən şəxs olmasını bildiyi) və bir nəfər də hərbi qulluqçu geyimində (sonradan adının Şahid1 olmasını bildiyi) iki nəfər şəxs düşmüşdür. Həmin şəxslər pusqu qurulan ərazini axtarsalar da, sonra geri qayıdaraq avtomobilə minərək uzaqlaşmışlar, lakin bir qədər sonra geri qayıtmışlar, bu səfər isə avtomobili körpünün üzərində asfalt örtükdə saxlamışlar. Bundan sonra hər iki şəxs avtomobildən enmiş, Təqsirləndirilən şəxs Şahid1 nə isə demiş, bundan sonra sonuncu asfaltdan təxminən 20-25 metr aşağı enərək ərazini axtarmış və “tapdım, burdadı” demişdir. Mülki formalı şəxs hələ hərbiçi olan şəxsə asfaltdan enərkən “Natiq ehtiyyatlı ol” demişdir. Natiq bağlamanı götürdükdən sonra bağlamanın ağır olduğunu, içərisində alma deyil başqa bir şey olduğunu demiş, bu zaman cəld yaxınlaşaraq Natiqi saxlamışlar, bunu görən Emil avtomobilə aəyləşərək qaçıb getmişdir. Sonradan məlum olmuşdur ki, həmin bağlamanın içərisində silah və narkotik vasitələr aşkar edilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə N nömrəli hərbi hissənin 22-ci sərhəd zastavasının inzibati binasına dəvət olunmuş, daha sonra onun və digər hal şahidinin və Şahid1 iştirakı ilə saat 04 radələrində hadisənin baş verdiyi əraziyə baxış keçirilmişdir. Bundan başqa hadisə yerindən aşkar edilərək götürülmüş ağ rəngli torbaya N nömrəli hərbi hissənin inzibati binasında baxış keçirilmiş, torbanın içərisində marixuana və heroin narkotik vasitələrə bənzər, psixotrop maddə olan metamfetaminə bənzər kütlələr, fərqli fərqli dərman preparatları, həmçinin 2 ədəd tapança silahları aşkar edilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid7 eyni məzmunlu ifadə verərək Şahid6 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 1 mart 2021-ci il tarixli 7/231 nömrəli rəyindən göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd ağ rəngli sintetik torbada 5 (beş) ədəd üzərləri skoçla bağlanmış polietilen bağlamalarda: 1№-li bağlamada qara rəngli polietilen torbada, 2 ədəd ağız hissələri bağlanan polietilen paketdə və 1 ədəd sellofan torbada ümumi çəkisi 1227,0 qram; 2№-li bağlamada bənövşəyi rəngli sellofan torbada təmiz çəkisi 495,8 qram; 3№-li bağlamada təmiz çəkisi 306,7 qram; 4№-li bağlamadakı 5 ədədbağlamalarda ümumi çəkisi 494,7 qram; 5№-li bağlamadakı 5 ədəd bağlamalarda ümumi çəkisi 493,4 qram və 2 ədəd ağız hissələri bağlanan polietilen paketlərdə təmiz çəkiləri 61,8 qram və 7,6 qram olan bitki mənçəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin marixuanaların ümumi təmiz çəkisi 3087,0 qramdır. Qeyd: tədqiqat dəyəri: 66 manat 46 qəpikdir. Tədqiqatdan sonrakı qalıq 3086,86 qram təşkil edir. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 01 mart 2021-ci il tarixli 6/844 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Zərflər üçün №21” yazısı olan kəsədəki 6 ədəd bükümdə ümumi təmiz çəkisi 2941,4 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 6 ədəd bükümdə ümumi təmiz çəkisi 1945,8 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metaçfetamindir, üzərində “Methadone 40” yazısı olan 53 ədəd konvalyutdakı 530 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər və 20 ədəd konvalyutdakı 200 ədəd üzərlərində “ddp/M40” yazısı həkk olunmuş açıq qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və ümumi 730 ədəd həbdə təsiredici maddəsi metadonun ümumi miqdarı 29,2 qram təşkil edir, üzərində Preqabali- Hakim 150“ yazısı olan 7 ədəd konvalyutdakı 70 ədəd kapsul, üzərində “Preqasol (preqabalin 150)” yazısı olan 3 ədəd konvalyutdakı 30 ədəd kapsul və üzərində “Gabaprel (preqabalin 300)” yazısı olan 2 ədəd konvalyutdakı 20 ədəd kapsul preqabalin tərkibli dərman preparatıdır və ümumi 120 kapsuldan ibarət təsiredici maddəsi preqabalinin ümumi miqdarı 21 qram təşkil edir. Qeyd: tədqiqatın dəyəri 114 manat təşkil edir. Tədqiqatdan sonrakı qalıqlar: heroin 2941,16 qram, metamfetamin 1945,62 qram, metadon 720 həb, preqabalin 110 kapsula. İş materiallarında olan məhkəmə ballistik ekspertizasının 17 mart 2021-ci il tarixli 3/423 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş BAREDDA A6 modelli 18- 01942 nömrəli gözyaşardıcı qıcıqlandırıcı maddə ilə təchiz olunmuş qaz eləcə də, səsişarəverici patronlardan iştifadə etməklə atəş açmaq üçün nəzərdə tutlmuş , özünümüdafiə təyinatlı tapançadır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir, lüləli qaz silahıdır, yivli odlu silah hesab edilmir, saz vəziyyətdədir və təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş üzərində “LORD” yazısı həkk edilmiş silah- Türkiyədə zavod üsulu ilə hazırlanmış LORD T822 modelli LDAYDO190900026 nömrəli 8 mm kalibrli yarımavtomatik tapançadır, detallarında təyinatı dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir. Yivli odlu silahdır, saz vəziyyətdədir, lakin konstruksiyasında nəzərdə tutulan müvafiq 8 mm kalibrli patronlar olmadığı üçün ondan eksperimental atəş açmaq mümkün olmadığı üçün həmin silah halhazırda atəş açmaq üçün yararlı olub-olmamasını müəyyən etmək mümkün deyildir. Qeyd: tədqiqatın dəyəri 74 manat tışkil edir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 21 iyun 2021-ci il tarixli, N nömrəli rəyin surətindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “aşkar olunmuş predmetə baxış keçirilməsi” haqqında 27 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Şahid1 saxlanıldığı zaman üzərindən aşkar olunaraq götürülmüş bağlama ağ rəngli üzərində isə ərəb və fars hərfləri yazılmışdır. Həmin bağlamanın içərisinə baxış keçirilmiş, 730 “Metadon 40”, 20 ədəd “Qababrel”, 30 ədəd “Preqasol”, 70 ədəd “Preqabalin”, 24 qutu “Dexamethasone”,3182 qram narkotik vasitə olan heroinə oxşar maddə, 3490 qram narkotik vasitə olan marixuanaya oxşar maddə, 2142 qram psixotrop maddə olan metamfetaminə oxşar maddə, bir ədəd üzərində “LORD” T 822 CAL 8 mm və bir ədəd üzərində “BAREDDA” A 6 cal 9 mm yazılmış tapança silahlar aşkar olunmuşdur. İş materiallarında olan istintaq orqanının 05 mart 2021-ci il tarixli “maddi sübutun tanınması” haqqında qərardan görünür ki, aşkar edilmiş 2941,16 qram heroin qalığı, 3086,86 qram qurudulmuş marixuana qalığı, 720 ədəd həb metadon qalığı, 110 kapsul preqabalin qalığı və 1945,62 qram metamfetamin qalığı maddi sübut kimi tanınmış və saxlanılması üçün Dövlət Sərhəd Xidmətinin İstinaq və Təhqiqat İdarəsinə təhvil verilmişdir. İş materiallarında olan istintaq orqanının 18 iyun 2021-ci il tarixli “maddi sübutun tanınması” haqqında qərardan görünür ki, BAREDDA A6 modelli 18-01942 nömrəli qaz silahı olan tapançanı və yivli odlu silah hesab edilən Türkiyədə zavod üsulu ilə hazırlanmış LORD T822 modelli LDAYDO190900026 nömrəli yarımavtomatik tapança Dövlət Sərhəd Xidmətinə təhvil verilmişdir. İş materiallarında olan tələbnamədən və Sumqayıt Ağır Cinayətlər Məhkəməsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatındadır. Məhkəmənin 14 yanvar 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan yaşayış yerindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailə tərkibi ata, anasından ibarətdir. Yaşayış yeri üzrə heç bir şikayət daxil olmadığından kafi xarakterizə olunur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti özünə məlum olan “Elşən” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə, psixotrop maddə, güclü təsir edən maddə, eləcə də, odlu silah və qaz silahını əldə etmiş, saxlamış və daşımış, habelə həmin maddələrin Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsində köməkçi qismində iştirak etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Eyni zamanda məhkəmə tədqiq olunmuş sübutları, o cümlədən iş üzrə dindirilmiş şəxslərin ifadələrinə hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə, güclü təsir edən maddə, eləcə də, odlu silah və qaz silahını qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 228.1, 228.4 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə tövsif edilmişdir. Habelə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında və icraçı kimi deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirakı təsdiq olunduğundan məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən onun qeyd olunan əməli Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinə istinad edilmədən həmin Məcəllənin 206.2-ci maddəsi ilə tövsif olunmadan bu Məcəllənin 206.3.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Bu səbəbdən onun bu əməli Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinə istinad olunmaqla həmin Məcəllənin 206.2-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs və “Elşən” adlı şəxs əvvəlcədən razılaşmışlar ki, sonuncunun İrandan qaçaqmalçılıq yolu ilə keçirəcəyi narkotik vasitə, psixotrop maddə, güclü təsir edən maddə, eləcə də, odlu silah və qaz silahını Təqsirləndirilən şəxs qəbul edib Azərbaycan Respublikasında həmin maddələrin realizə olunmasını təmin edəcəkdir. Həmin razılaşmadan sonra “Elşən” adlı şəxs məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi narkotik vasitə, psixotrop maddə, güclü təsir edən maddə, eləcə də, odlu silah və qaz silahını İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsini təmin edərək qoyulduğu yer barədə məlumat verdikdən sonra Təqsirləndirilən şəxs həmin yerdən bu maddələri cinayətdən xəbərsiz olan Şahid1 vasitəsi ilə satış məqsədi ilə əldə edib saxlamış, lakin həmin vaxt sonuncu Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, həmin vaxt Təqsirləndirilən şəxs əldə etdiyi sözü gedən qanunsuz əşyaları özü ilə aparılmasına imkan tapmayaraq idarə etdiyi avtomobilə əyləşərək hadisə yerindən qaçmağa nail olmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, bu cinayətin digər bir nəfər şəxsin (şəxsiyyəti özünə məlum olan “Elşən” adlı şəxsin) icrası ilə törədilməsində köməkçi qismində iştirak etmişdir. Həmçinin Təqsirləndirilən şəxs qəsdinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən (ən azı iki nəfər icraçısı olan) qaçaqmalçılığa kömək etməyə yönəldiyi müəyyən edilməmiş, bunu təsdiq edən sübutlar əldə olunmamış və işin faktiki hallarına görə isə narkotik və silahın qaçaqmalçılığını bir nəfər icra etmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah edilir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslanmaqla nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Hazırki iş üzrə müəyyən edilmişdir ki, şəxsiyyəti məlum olmayan “Elşən” adlı şəxs tərəfindən narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələr, eləcə də odlu silah və qaz silahı qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına keçirilməsi təmin edilib bu maddələrin qoyulduğu yer barədə məlumat verdikdən sonra Təqsirləndirilən şəxs həmin maddələri cinayətdən xəbərsiz olan şəxs vasitəsi ilə əldə etmiş, yəni göstərilən halda qaçaqmalçılıq yalnız bir nəfər şəxs tərəfindən icra etmişdir. Eyni zamanda müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi maddə və əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsində bilavasitə iştirak etməmiş, lakin satış məqsədi ilə əldə edilməsi üçün şəxsiyyəti məlum olmayan “Elşən” adlı şəxs tərəfindən həmin maddə və əşyaların qaçaqmalçılıq yolu ilə keçiriləcəyini əvvəlcədən bilmiş, həmçinin bu maddələrin İrandan qaçaqmalçılıq yolu ilə keçirildikdən sonra əldə edib, realizə olunmasını təmin edəcəyinə vəd verərək qaçaqmalçılıq cinayətində qabaqcadan vəd etməklə iştirak etmişdir. Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin (Qaçaqmalçılıq) məzmununa görə həmin cinayətin subyekti malları bilavasitə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmiş şəxsdir, yəni bu əməlin icraçısıdır. Habelə Azərbaycan Respublikası CM-nin 32.1-ci maddəsinə əsasən cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan “Elşən” adlı şəxs tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən və gömrük nəzarətindən kənar və ya gizli keçirilmiş külli miqdarda narkotik vasitə, psixotrop və güclü təsir edən maddələr, eləcə də odlu silah və qaz silahını əldə edib realizə olunmasına əvvəlcədən razılaşmaqla, cinayət yolu ilə əldə edilmiş əşyalar üzərində sərəncam verməyi qabaqcadan vəd etmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah verilir ki, bu cinayətin (qaçaqmalçılıq cinayətin) törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da Azərbaycan Respublikası CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Azərbaycan Respublikası CM-nin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında və icraçı kimi deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirak etdiyindən onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinə istinad edilməklə CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası CM-nin cinayətlərin təsnifatına dair 15-ci maddəsinə əsasən CM-nin 206.2-ci maddəsi ilə törədilən əməllər az ağır, CM-nin 206.3.2-ci maddəsi ilə törədilən əməllər isə ağır cinayət hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 32-ci maddəsinə istinad edilməklə CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 228.1, 228.4 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Həmçinin, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə, psixotrop və güclü təsir edən maddələr “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq “narkotik vasitə, psixotrop və güclü təsir edən maddələr, eləcə də odlu və qaz silahı əldə etməməsi, Beyləqan rayonu ərazisindən əldə olunan bağlamada “Elşən” adlı şəxs tərəfindən borcu bağlamaq üçün 2.500 manat pul vəsaitinin bağlamada olmasını, qanunsuz maddə və əşyalardan ümumiyyətlə xəbərsiz olması” hissəsini məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. İfadəsində göstərdiyi bu xüsusatları ona cəza təyin edilməməsinə, başqa sözlə, cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə X2 cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə Azərbaycan Respublikası CM-in 32.5,206.2, 228.1, 228.4 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələ ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- Dövlət Sərhəd Xidmətində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq tədqiqatından sonrakı qalıq- 2941,16 qram heroin, 3086,86 qram qurudulmuş marixuana, 720 ədəd həb metadon, 110 kapsul preqabalin və 1945,62 qram metamfetamin məhv edilməli, BAREDDA A6 modelli 18- 01942 nömrəli qaz silahı olan tapança və yivli odlu silah hesab edilən Türkiyədə zavod üsulu ilə hazırlanmış LORD T822 modelli LDAYDO190900026 nömrəli yarımavtomatik tapança Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə 254 manat 46 qəpik manat məbləğində ekspertiza xərcinin ondan tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 14 yanvar 2022-ci il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 325, 206.2, 228.1, 228.4 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. CM-in 32.5, 206.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 228.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə maddəsi ilə 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və CM-in 240.3.2-ci maddəsi ilə ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq ona 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 yanvar 2022-ci il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 254 manat 46 qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Maddi sübutlar olan: - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və təhqiqat idarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq- 2941,16 qram heroin, 3086,86 qram qurudulmuş marixuana, 720 ədəd həb metadon, 110 kapsul preqabalin və 1945,62 qram metamfetamin məhv edilsin. - BAREDDA A6 modelli 18-01942 nömrəli qaz silahı olan tapançanı və yivli odlu silah hesab edilən Türkiyədə zavod üsulu ilə hazırlanmış LORD T822 modelli LDAYDO190900026 nömrəli yarımavtomatik tapança Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-159/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-159/2022
25.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver