Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-159/2023 11.05.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi - Bakı şəhəri, “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkum olunmamış, subay, rəsmi olaraq işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsininn (bundan sonra – Azərbaycan Respublikası CM-in) 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-cü maddələri ilə, xx.xx.1990-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkum olunmamış, subay, rəsmi olaraq işsiz, Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov 14 mənzil 2-də qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz aralarında və haqqında icraat ayrılmış başqa şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə, külli miqdarda psixotrop maddə və narkotik vasitə və psixotrop maddələrə aid ollmayan külli miqdarda güclü təsir edən maddənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilib saxlanılıb daşınması və cinayətkar qrupun digər üzvünə çatdırılması barədə razılaşaraq, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 2-ci sərhəd zastavasının arxa tərəfində gizlədilmiş külli miqdarda narkotik vasitə, külli miqdarda psixotrop maddə və narkotik vasitə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddəni gizlədildiyi yerdən götürmək məqsədi ilə 04 mart 2022-ci il tarixdə saat 04 radələrində haqqında icraat ayrılmış başqa şəxsin idarə etdiyi avtomobil ilə həmin əraziyə gəlmiş və həmin vaxt haqqında icraat ayrılmış başqa şəxs cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olmayan digər üzvi ilə telefon vasitəsilə danışaraq, sonuncudan yuxarıda qeyd edilən kütlələrin qoyulduğu yer barədə dəqiq məlumat alıb həmin ərazidə - Biləsuvar- Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu Aranlı kəndi istiqamətində avtomobili dayandırdıqdan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobildən düşüb kolluq ərazidə gizlədilmiş qeyd edilən kütlələri gizlədildiyi yerdən qanunsuz olaraq satış məqsədilə əldə edib, saxlayıb, daşıyarkən Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində hadisə yerində saxlanılmış və onların götürdükləri 3 ədəd bağlamaya baxış keçirilən zaman həmin torbaların içində olan külli miqdar təşkil edən - 835,3 qram tiryək, 38,1 qram heroin, 42,9 qram metamfetamin, 14609,3 qram qurudulmuş marixuana və 1650 ədəd kapsul şəklində təsiredici maddəsinin ümumi miqdarı 247,50 qram olan külli miqdarda güclü təsir edən preqabalini aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir, hətta həmin xəstəlikdən müalicə olunmaq üçün “metadon suyu” içir. Əsəd adlı şəxsi bir neçə ildir ki, tanımış, onun da narkotik istifadəçisi olmasını bilmiş, bir neçə dəfə Əsəddən narkotik də almışdır. Özü və qeyri rəsmi olaraq birlikdə yaşadığı Təqsirləndirilən şəxs2 narkotik vasitə istifadəçisi olduğundan onların yeni doğulmuş uşağı mədə-bağırsaq xəstəliyindən əziyyət çəkmiş, buna görə də həkimlər həmin uşağa adları yadında qalmayan dərmanlar almağı tövsiyyə etmişlər. Buna görə də Əsəd Əsədova bir neçə gün əvvəldən uşağı üçün dərman lazım olduğunu demiş, Əsəd də ona dərman tapmaqda kömək edəcəyini bildirmiş və Əsədə 200 manat pul vermişdir. Əsəd ona bir müddət sonra dərmanın artıq göndərildiyini bildirmiş və dərmanları götürmək üçün getməkdə ona yoldaşlıq etməyi təklif etmiş, o, da Təqsirləndirilən şəxs2 da özü ilə götürmüş və 03 mart 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhərindən çıxmışlar. Avtomobildə o, və Gülnar arxada oturmuşlar. Əsəd əvvəlcə dərmanın Salyan rayonu ərazisində olan polis postuna gətiriləcəyini demiş, həmin yerə getmişlər. Həmin postda polis əməkdaşları Əsədin idarə etdiyi avtomobili saxlamış, Əsəd avtomobildən düşdükdən sonra 15-20 dəqiqə sonra geri qayıtmış və Cəlilabad rayonuna getməli olduqlarını demiş, lakin sonra avtomobili başqa istiqamətə İmişli istiqamətinə sürmüşdür. O, və Gülnar avtomobildə arxa oturacaqda oturub narkotik istifadə etdiklərindən Əsədin avtomobili İmişli rayonu istiqamətinə sürməsinə fikir verməmişlər və narkotikin təsiri altında olmuşlar. İmişli rayonu ərazisinə çatdıqdan sonra Əsəd idarə etdiyi “Opel Zafira” markalı avtomobili saxlayıb avtomobilin “kapotunu” açmış və onlar da təbii ehtiyaclarını ödəmək üçün avtomobildən düşmüşlər. O, və Gülnar avtomobildən bir neçə metr aralandıqdan sonra Əsəd avtomobili sürüb ərazidən uzaqlaşmışdır. Az sonra yolun kənarında kolluqda gizlənmiş hərbiçilər gizləndikləri yerdən çıxıb onları saxlamışlar və həmin ərazidə olan torbaları onlara göstərib həmin narkotik vasitələri götürmək üçün gəldiklərini bildirib şəkillərini çəkmişlər. Həmin vaxt da o, sərhədçilərə həmin narkotik vasitələrin onlara aid olmadığını, həmin əraziyə yeni doğulmuş uşağı üçün dərman götürmək üçün gəldiklərini, ərazidə narkotik olması barədə məlumatı olmadığını bildirmişdir. X20 Xidmətinin əməkdaşları onu döyərək torbalarda olan narkotik vasitələri götürmək üçün gəlməsini etiraf etməsini tələb etmişlər. Həmin ərazidən sərhəd xəttinə qədər çox məsafə olmuş, həmin ərazinin sərhəd olmasını bilməmiş, həmin ərazi çöllük ərazi olmuşdur. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq bildirmişdir ki, yeni doğulmuş uşağını anası Şahid5 saxlamış, onun Gülnarla münasibəti olmamışdır. O, müalicə olunması məqsədi ilə “Semaşka” adlanan xəstəxanada metadon suyu içərkən Gülnarla yenidən barışmış, həmin vaxt da Əsəd də onunla görüşmüşdür. Hadisə günü İmişli rayonuna gəlməmişdən əvvəl yəni 03 mart 2022-ci il tarixdə saat 9-10 radələrində evində olmuş, Əsəd və Gülnar birlikdə gəlib onu evdən götürmüşlər və sonra Əsəd avtomobili Salyan rayonu istiqamətinə sürmüşdür. Onun “Tolik” adlı şəxslə hər hansı tanışlığı olmamışdır. DSX-nin əməkdaşları ona fiziki təzyiq edərək həmin əraziyə gəlməkdə məqsədinin narkotik vasitələri götürmək olduğunu bildirməsini tələb etmişlər. Əsəd kimləsə telefonla yolda danışmış, lakin Əsədin iranlı şəxslə danışması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 himayəsində xəstə bir nəfər azyaşlı uşağı və xəstə anasının olmasını, İİ Qarabağ Müharibəsində iştirak etmiş qazi qardaşının olduğunun nəzərə alınmaqla verilmiş ittiham üzrə Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə bəraət verilməsi və digər maddələr üzrə əməlinin həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edilməklə barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş edir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı müvafiq olaraq 04 və 05 mart 2022-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü, məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə tam təqsirli bilmiş və göstərmişdir ki, təxminən 5-10 gün hadisədən qabaq tanışı Əsəd Əsədova zəng edərək övladının xəstəliyi ilə əlaqədar İran İslam Respublikasından dərman gətirməsini xahiş etmiş, övladının baş nahiyəsində şiş olduğu üçün dərmanın Azərbaycan Respublikasında baha olduğundan ona demişdir. Əsəd də bununla bağlı tanışlarının olduğunu və kömək edəcəyini bildirmiş, 03 mart 2022-ci il tarixdə saat 19 radələrində tanışı Əsəd Əsədov ona zəng edərək İran İslam Respublikası istiqamətindən onun uşağı üçün dərmanların gəldiyini bildirmiş, daha sonra 1 saylı Şəhər klinik xəstəxanasına (semaşqaya) gələrək onunla görüşmüşdür. O, 1 saylı Şəhər klinik xəstəxanasında (semaşqada) görüşdükdən sonra, ona dərmanları götürmək üçün getməli olduğunu bildirmiş, həmin vaxt qeyri rəsmi birlikdə yaşadığı (ər-arvad) münasibətində olduğu Təqsirləndirilən şəxs2 da 1 saylı Şəhər klinik xəstəxanasında olmuş, daha sonra onlar həmin ərazinin yaxınlığında yerləşən restoranların birində yemək yemiş, təxminən saat 23 radələrində Əsəd, Gülnarı və onu həyətdən götürürək İmişli rayonu istiqamətində hərəkət etmişlər. Onlar yolla hərəkət edən zaman Əsəd ona həmin yerə narkotik vasitələrin, dərman preparatları ilə bir yerdə qoyulduğunu, dərmanların onun götürəcəyini, narkotik vasitələri isə özünün götürəcəyini demişdir. Onlar İmişli rayonu Aranlı kəndi ərazisinə catdıqda Əsəd avtomobili saxlamış və yüklərin qaranlıq yerdə olduğunu ona bildirmiş, o və Gülnar avtomobildən düşərək həmin istiqamətə doğru getmişlər. Onlar qaranlıq ərazidə olan torbalara doğru gedən zaman Gülnar ona burada 1 ədəd torba olacağı təqdirdə 3 ədəd çanta olduğunu bildirmiş, sonra onlara sərhədçilər “dayan” deyə qışqırmışlar. Ərazidən qaçmaq istəyən zaman sərhədçilər onları saxlamışlar. Həmin vaxt Əsəd avtomobili sürətlə idarə edərək ərazidən uzaqlaşmış, daha sonra sərhədçilər onların iştirakı ilə torbaları açmış və torbaların içərisində narkotik vasitələrin olması ona məlum olmuşdur. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, elan olunmuş ifadələrini qismən təsdiq edir, həmin ifadəni DSX-nin hərbi qulluqçularının fiziki təzyiqi ilə vermiş, bəzi hissələrdə isə ifadəsini imzalamamış, onun əvəzinə başqaları imzalamışdır. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadə verməkdən imtina etmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.1-ci maddəsinə əsasən (təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdikdə) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı müvafiq olaraq 04 və 05 mart 2022-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü məhkəmə istintaqında qeyd etdiyi kimi ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə tam təqsirli bilməmiş və göstərmişdir ki, 28 fevral 2022-ci il tarixdə qeyri rəsmi olaraq birlikdə yaşadığı Təqsirləndirilən şəxs1la aralarında anlaşılmazlıq olması səbəbindən münasibətlərinin pozulduğundan, o, bir neçə gün anası ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsi 8 də yerləşən mənzildə qalmışdır. 03 mart 2022-ci il tarixdə 26 yanvar 2022-ci il təvəllüdlü X9 nevroloji xəstəliyi ilə əlaqədar 1 saylı Şəhər klinik (Semaşqa) xəstəxanasında olduğu müddətdə təxminən saat 15 radələrində Təqsirləndirilən şəxs1 onların olduğu xəstəxanaya gələrək onunla barışmaq istədiyini bildirmiş, ilk öncə o, onunla barışmaq istəməmiş, lakin daha sonra onunla barışmışdır. Təqsirləndirilən şəxs1 ondan şəhərdə gəzməklərini onunla söhbət etmək istədiyini, ondan xahiş etmiş, daha sonra o, əvvələr tanıdığı Əsəd adlı şəxsə zəng vuraraq onları xəstəxanadan götürməsini istəmiş, bir qədər vaxt keçdikdən sonra Əsəd öz idarə etdiyi avtomobili ilə xəstəxanaya gələrək onları xəstəxanadan götürmüşdür. Onlar şəhərdə bir neçə dəqiqə gəzdikdən sonra övladlarını yaşadıqları ünvana aparmışlar. Uşağı evdə qaynanası Şahid5 yanında qoymuşlar. Onlar uşaığı evə qoyub çıxdıqdan sonrada Təqsirləndirilən şəxs1la yenə mübahisə etmiş, sonra Nurla övladları Nurel Bədəlovaya yaxınlıqda olan magazalardan alış veriş etmişlər. Yolda gedərkən Əsədlə Nurun planları olduğunu görmüş və onlardan onu evə aparmaqlarını istəmiş, Nur və Əsəd cavab olaraq biraz hava dəyişməklərini, həm də, yolda söhbət edib barışmağını demiş, təxminən saat 23 radələrində onlar Bakı şəhərindən çıxmışlar. Şəhərdən çıxan zaman o, Nurdan hara getdiklərini və onu şəhərdə düşürməklərini xahiş etmiş, lakin Təqsirləndirilən şəxs1 ona, Əsədlə bir qədər işinin olduğunu və Əsədin uşağın həkiminə görə onlara pul verəcəyini və artıq sual verməməyini bildirmiş, lakin o, onların artıq Bakı şəhərindən çıxdığını görmüş, bir qədər getdikdən sonra o, avtomobilin arxa oturacağında mürgüləmiş və həmin vaxt onlar ona hara gedəcəklərini deməmişdirlər. Təxminən Bəhramtəpə adlanan əraziyə çatana yaxın o, danşıq səslərinə oyanmış və Nurla, X23 Respublikasıyla danışdıqlarını eşitmişdir. Onlar rayona çatdıqda istiqamət lövhəsini axtararaq, İran İslam Respublikasıyla tez-tez görüntülü və zəng edərək danışırdılar. O, bu danışıqları eşitdikdən sonra onlardan bir daha hara və nəyə getdiyini soruşmuş, Nur ona təkrarən Əsədlə işinin olduğunu demişdir. Sonra həmən əraziyə çatdıqda onlar avtomobildən düşmüşdür. Nur telefonla danışa-danışa yol kənarına getmiş və sonra Nur təzədən geri qayıdıb Əsədlə birgə nəsə axtarmağa getmişdir. O, Əsəddən nələrin baş verdiyini soruşmuş və Əsəd avtomobilin xarab olduğunu ona demişdir. Onlara yol kənarında niyə dayandıqlarını və qorxduğunu demişdir. Sonra onlar yenə avtomobili qabağa arxaya verərək nəsə axtarmışdırlar. Axtardıqları müddətdə həm də, İran İslam Respublikasına zəng edib harda olduğunu dəqiqləşdirirdilər. Onlar yeri dəqiqləşdirməyə çalışırdılar. X22 Respublikasından danışdıqları şəxsdən “whatsap” sosial şəbəkə vasitəsi ilə istiqamət lövhəsinin şəkilin atdıqlarını görmüşdür. Əsəd və Nur ikinci səfər gedib qayıtıqdan sonra onu avtomobildən düşürtmüşdürlər. Ona avtomobilin xarab olduğunu, düşüb biraz itələyəcəklərini demişdirlər. Daha sonra Nur telefonla danışa-danışa üzü asfalt olmayan qaranlıq tərəfə getmişdir. O, ora gedərkən o və Əsəd avtomobilin yanında gözləyirdilər. Sonra həmin qaranlıq istiqamətdən qışqırıq səsləri eşidilmişdir. Onların avtomobilə tərəfə gəldiyini, həmin dəqiqə Əsədin qaçaraq avtomobilə oturaraq sürüb qaçdığını görmüşdür. Sərhədçilər onu və Nuru saxlamışdırlar. Daha sonra məlum olmuşdur ki, Nur və Əsəd adlı şəxs əraziyə narkotik vasitələr götürmək üçün gəlmişdirlər. Təqsirləndirilən şəxs2 himayəsində iki nəfər azyaşlı uşağının olmaqla, əvvəllər məhkum olunmamasının nəzərə alınıb Azərbaycan Respublikası CM-in 79-cu maddəsinin tətbiq edilməklə barəsində aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DSX-nin X6 zabiti Şahid2 ifadəsində göstərdi ki, 04 may 2022-ci il tarixdə 2-ci sərhəd zastavasının 22-ci sahəsinin arxa istiqamətində külli miqdarda narkotik vasitələrin gizlədilməsi ilə bağlı əməliyyat məlumatı daxil olması ilə bağlı o, və 1-ci sərhəd komendantlığının əməliyyat müvəkkili kapitan Şahid1 həmin ərazi istiqamətində “Pusqu” xidmətinə təyin olunmuşdur. Həmin gün təxminən gecə saat 04 radələrində həmin əraziyə bir maşın yaxınlaşmış və həmin maşından iki nəfər şəxs düşüb yolun kənarından bağlamaları götürmək istəyərkən tərəflərindən saxlanılmış, həmin vaxt səs-küy olduğundan avtomobilin sürücüsü avtomobili sürərək həmin ərazidən qaçmışdır. Bundan sonra saxlanılan şəxsləri və torbaları inzibati binaya aparmışlar. Həmin şəxslərə qarşı hər hansı fiziki zor tətbiq edilməmişdir. Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, iki nəfərin kolluq ərazidə olmasını, bir nəfərin isə maşının işıqları qarşısında dayandığını görmüşdür, saxlanılan şəxslərdən biri bağlama götürülmüş, oğlan bağlamanı atıb qaçmaq istəyərkən saxlanılmış, qız isə oğlandan arxada olmuşdur. Həmin şəxsləri saxladıqdan sonra sərhəd zastavasına aparmışlar, onların işləri həmin şəxsləri saxlamaq olmuşdur, tutulduqdan dərhal sonra zastavaya aparıb təhqiqat qrupuna təhvil vermişlər. Həmin hadisə Cəbrayıl qəsəbəsi ərazisi, səhv etmirsə 7 saylı qəsəbə ərazisi , İmişli rayonu istiqaməti olmuşdur. Bağlamanı oğlanın götürməsini görmüş, qız isə oğlandan bir-iki metr aralıda olmuşdur. Saxlanılan şəxslər özləri etiraf etmişdirlər ki, narkotik vasitə götürmək üçün gəlmişlər, həmin iki nəfəri saxladıqdan sonra avtomobillə qaçan şəxsi saxlamaq mümkün olmamışdır. Həmin şəxsləri o, Şahid1 və adını xatrlamadığı bir gizirlə saxlamışdır. Ona daxil olmuş əməliyyat məlumatında bağlamanın olduğu yer barədə məlumat olmuş, lakin həmin bağlamanın kim tərəfindən ora qoyulması barədə məlumat olmamış, onlar bağlamanı sifariş etmiş şəxslərin müəyyən edilməsi istiqamətində pusquda gözləmişlər. Təqsirləndirilən şəxs1 bağlamanı götürməsini şəxsən görmüş, “Dayan” əmri verdikdə həmin şəxs bağlamanı atıb qaçmaq istəmişdir. Saxlanılan şəxslər avtomobildən düşən kimi narkotik vasitə olan istiqamətə getmişlər. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid2 ibtidai araşdırma zamanı 11 avqust 2022-ci il tarixdə verdiyi ifadəsində məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq göstərmişdir ki, 2-ci sərhəd zastavasının 22-ci sahəsinin arxa istiqamətində külli miqdarda narkotik vasitələrin gizlədilməsi ilə bağlı əməliyyat məlumatının xx.xx.2022-ci il tarixdə daxil olmuş, xx.xx.2022-ci il tarixdə saat 04:00-da iki nəfər şəxsin avtomobildən düşməsini müşahidə etmişdir. Həmin şəxslərdən biri avtomobilin yanında digəri isə qaranlıq ərazi istiqamətində hərəkət etdiyini bildirmişdir. O, bir qədər hərəkət etdikdən sonra sonuncu axtarışlara başlamışdır. Bir neçə dəqiqədən sonra həmin şəxs 3 ədəd çanta götürmüş, ərazidən uzaqlaşmaq istəyərkən onlar ona “Dayan” çağırışı vermiş, o da üzərindəki torbanı atıb qaçmaq istəyərkən üz üstə yıxılmış və dayanmışdır. Onlar həmin şəxsi saxlayıb bu barədə aidiyyəti üzrə məruzə etmiş, həmin əraziyə gələn heyət şəxsləri və çantaları sərhəd zastavasına aparmışdırlar. Həmin bağlamalarda narkotik vasitələr olmasını bilmişdir. Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 və Gülnar Hüseynovu təxmini olaraq 04 may 2022-ci il tarixdə saxladığını demiş, həmçinin ifadəsində göstərdiyi kimi həmin şəxslər 3 bağlama götürmüşlər. İl ərzində bir çox əməliyyat tədirlərində iştirak etdiyindən həmin faktı dəqiq xatırlamayıb məhkəmə istintaqında həmin şəxslərin bir bağlama götürdüyünü, həmin şəxsləri 04 mayda saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Hadisə dəqiq yadında qalmasa da bildirir ki, 04 mart 2022-ci il tarixdə DSX-nin əməkdaşları onu “komendaturaya” dəvət etmiş və hal şahidi kimi iştirak etməyi təklif etmiş , o, da hərbiçilərlə razılaşmışdır. Həmin vaxt inzibati binada stolun üstündə dəqiq yadında qalmasa da bir və ya iki bağlama görmüş və həmin bağlama açıldıqda içində narkotik vasitələr olduğu deyilmişdir. O, narkotik vasitələri tanımadığından bağlamanın içində nə olmasını bilməmişdir. Həmin vaxt məhkəmə iclasında təqsirləndirilən şəxs kimi əyləşmiş şəxslərdən bağlama barədə soruşulmuş, həmin şəxslər bağlamaların onlara məxsus olmasını bildirmişlər. Həmin vaxt şəxslərin üzərində hər hansı xəsarət olmamış, həmin şəxslərə hər hansı fiziki təzyiq edilməsini görməmiş və belə hal hiss etməmişdir. Həmin bağlamalara baxış keçirilərkən təxminən səhərə yaxın saatlar olmuş, lakin saat dəqiq yadında qalmamışdır. O, həmin zastavanın yaxınlığındakı ərazidə yaşamış, buna görə də sərhədçilər onu çağırmışdır. O, ikinci dəfədir ki, sərhədçilərlə birlikdə bağlamalara baxış keçirmiş, bu hadisələr arasında bir ildən çox müddət olmuş, hal şahidi kimi itirak etməsi üçün hər hansı şəxsi marağı olmamışdır. Hadisənin üstündən bir ildən çox vaxt keçdiyindən həmin vaxt bağlamaların rəngi və ölçüləri, eləcə də dəqiq sayı yadında qalmamışdır. Həmin vaxt xanımın qoluna heç qandal da vurulmamış, onlara qarşı hər hansı təzyiq edilməsini də görməmişdir. Saxlanılan şəxsləri hansı maşınla inzibati binaya gətirilməsini görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Hadisə dəqiq yadında qalmasa da bildirir ki, Cəbrayıl qəsəbə sakinidir. Təxminən bir il əvvəl DSX-nin əməkdaşı onu çağırıb hal şahidi kimi iştirak etməyi təklif etmişlər və o, da razılaşmışdır. Həmin vaxt “komendatura”ya gəlmiş, otaqda bir nəfər oğlanın qarşısında bağlama görmüş, lakin içində nə olmasını görməmişdir. Həmin vaxt orada bir nəfər xanım da olmuş, lakin o, çöldə olmuşdur. Bağlamaların sayı dəqiq yadında qalmamışdır. Həmin bağlamanın hazırkı Təqsirləndirilən şəxs1 aid olub-olmadığını soruşmamış, lakin bağlamanın onun qarşsında olduğunu gördüyündən bağlamanın həmin şəxsə məxsu olmasını fikirləşmişdir. Ondan başqa həmyerlisi Şahid3 də otaqda olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs1 qarşı hər hansı fiziki təzyiq edilməmiş, hətta onun qarşısnda çay da qoyulduğunu görmüşdür. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid4 ibtidai araşdırma zamanı 07 iyul 2022-ci il tarixdə verdiyi ifadəsində məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq göstərmişdir ki, xx.xx.2022ci il tarixdə o, və Şahid3 2-ci sərhəd zastavasının inzibati binasına iştirakçı kimi dəvət olunmuşdurlar. Xidməti otaqda onlara bildirilmişdir ki, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilmiş içərisində narkotik vasitələr olan bağlamanı götürdüyü hadisə yerinə, qeyd olunan bağlamaya, həmçinin qeyd olunan şəxsin üzərinə və hadisə yerinə baxış keçiriləcəyi deyilmişdir. Bundan sonra onlara hüquq və vəzifələri izah olunmuş və onların razılığı olduqdan sonra baxış başlanılmışdır. Bundan sonra hadisə yerinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanıldıqları yeri əli ilə göstərmişdirlər. Həmin yer İmişli rayonu ərazisidir və həmin yerə baxış zamanı Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanıldığı yer 2-ci sərhəd zastavasının 22-ci sahəsinin çöl istiqamətində saxlandığı yerdə bir ədəd qara rəngli üzərində “adidas” sözləri yazılmış, bir ədəd üzərində “Razzagh” sözü yazılmış torba aşkar edilərək götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs1 həmin, aşkar edilmiş bağlamanı götürmək üçün əraziyə gəldiyini bildirmişdir. Məhkəmə Şahid4 məhkəmə istintaqında hal şahidi kimi iştirak edərkən aşkar edilmiş bağlamaların açılmaması, içərisində nə olması barədə məlumatının olmamağı barədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, hadisənin törədildiyi gündən məhkəmədə ifadə verdiyi vaxtadək uzun müddətin keçməsi səbəbindən tam dəqiq olmayan və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə şahidin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Şahid4 məhkəmə istintaqında belə ifadə verməsi sadəcə hadisənin tördilməsindən bir ildən çox vaxt keçməsi səbəbindən xatrlamaması ilə bağlıdır. Şahid4 verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DSX-nin X6 zabiti Şahid1 ifadəsində göstərdi ki, bu tip hadisələr çox olduğundan hadisə tam dəqiq yadında qalmamışdır. Təxminən bir il əvvəl Arazbari və ya Hacırüstəmli kəndi ərazisində zastavanın arxa istiqamətində naməlum avtomobil dayanmış və avtomobildən iki nəfər düşüb yolun kənarında nə isə axtarmağa başlamışlar, daha sonra avtomobilə qayıtmış və bir neçə dəqiqə sonra iki nəfər yenidən avtomobildən təxminən 50-60 metr aralaşıb nə isə axtarmağa başladılar. Həmin şəxslər onlara ərazidə olan torbaları götürüb avtomobilə qayıtmaq istəyərkən onları saxlamışlar. Həmin vaxt saxlanılan şəxslərdən birinin xanım olması müəyyən edilmiş, digər şəxsin deməsinə görə həmin xanım onun həyat yoldaşı olmuşdur. Həmin şəxsləri müşahidə etmişlər və danışıqlarından nə isə axtardıqlarını bilmişdir, birinci dəfə həmin əraziyə gələn şəxslər bağlamanı tapa bilməsələr də xanım həmin əraziyə gəldikdən sonra axtardıqları bağlamanı tapıb götürmüşlər. Həmin bağlamaların ölçüsü və üzərində nə isə yazılması yadında qalmamışdır. Həmin bağlamalara baxış keçirilərkən o, da iştirak etmiş və həmin şəxslər bağlamaları gətirmək üçün gəldiklərini bildirmişlər və hər hansı hala etiraz etməmişlər. Həmin şəxsləri saxladıqdan sonra avtomobildə olan şəxs yəqin ki, səsləri eşitdikdən sonra avtomobili yüksək sürətlə idarə edərək ərazidən uzaqlaşdı və onu saxlamaq mümkün olmadı. Həmin vaxt Təqsirləndirilən şəxs1 ərazidə olan bağlamanı götürdüyünü, daşıdığını görmüş, onu saxlayarkən bağlamanı əlindən yerə atıb qaçmaq istəmişdir. Həmin bağlamda nə olmasını dəqiq xatırlamasa da əksər hissəinin marixuana olması yadında qalmışdır. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid1 ibtidai araşdırma zamanı 11 avqust 2022-ci il tarixdə verdiyi ifadəsində məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq göstərmişdir ki, xx.xx.2022ci il tarixdə 2-ci sərhəd zastavasının 22-ci sahəsinin arxa istiqamətində külli miqdarda narkotik vasitələrin gizlədilməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında o, və 1-ci sərhəd komendantlığının əməliyyat müvəkkili kapitan Şahid2 xx.xx.2022-ci il tarixdə saat 01:00-dan 05:00-dək 2-ci sərhəd zastavasının 22-ci sahəsinin arxa istiqamətində “Pusqu” xidmətinə təyin olunmuşdur. Xidmətin təşkili zamanı xx.xx.2022-ci il tarixdə saat 04:00-da iki nəfər şəxsin avtomobildən düşməsini müşahidə etmişdir. Həmin şəxslərdən biri avtomobilin yanında digəri isə qaranlıq ərazi istiqamətində hərəkət etdiyini bildirmişdir. O, bir qədər hərəkət etdikdən sonra sonuncu axtarışlara başlamışdır. Bir neçə dəqiqədən sonra həmin şəxs 3 ədəd çanta götürmüş, ərazidən uzaqlaşmaq istəyərkən onlar ona “Dayan” çağırışı vermiş, o da üzərindəki torbanı atıb qaçmaq istəyərkən üz üstə yıxılmış və dayanmışdır. Onlar həmin şəxsi saxlayıb bu barədə aidiyyəti üzrə məruzə etmiş, həmin əraziyə gələn heyət şəxsləri və çantaları sərhəd zastavasına aparmışdırlar. Daha sonra onlara həmin bağlamaların içərisində külli miqdarda narkotik vasitələrin olması məlum olmuşdur.Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanıldıqdan sonra onlara qarşı fiziki və ya psixoloji təzyiq göstərilməmiş, onları döyən, təhqir edən olmamışdır. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, həmin ərazidə narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan bir çox şəxsin saxlanılmasında iştirak etdiyini, buna görə konkret hadisə ilə bağlı bir sıra halların yadında qalmadığını, buna görə məhkəmə istintaqında yuxarıda qeyd edilən formada ifafdə verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 anasıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik istifadəçisidirlər, lakin narkotik vasitələrin satışı ilə məşğul deyillər. Həmin şəxslər Əsəd adlı şəxsin qurbanlarıdır. Oğlunu və Gülnarı Əsəd adlı şəxs həmin əraziyə aparmış və onları tutdurmuşdur. Təqsirləndirilən şəxs2 uşağı doğulduqdan sonra oğlu Təqsirləndirilən şəxs1 həmin uşağı baxmaq üçün evinə gətirmişdir, belə ki, Təqsirləndirilən şəxs2 uşağa yaxşı baxa bilmədiyindən həmin uşağı özü saxlamış, buna görə də Gülnarla da münasibətləri pozulmuşdur.Həmin uşağın valideyinləri narkotik istifadəçisi olduğundan uşaqda müxtəlif xəstəliklərdən əziyyət çəkmiş və həkimlər ona müxtəlif dərmanlar yazılmışdır. O, da keyfiyyətli dərmanlar almasını Nurdan xahiş etmiş, Türkiyədən, Gürcüstandan dərmanlar gətirməyi istəmiş, lakin İrandan dərman gətirməsini deməmişdir. Nurun isə dərman gətirməyi Əsədə tapşırmasından məlumatı olmamışdır. 03 mart 2022-ci il tarixdə Nur evdə yatarkən Əsəd idarə etdiyi avtomobillə evinə gəlib Nuru çağırmış, həmin vaxt Gülnar da avtomobildə olmuşdur. O, Nura Əsədin yanına getməməsini desə də Nur çıxıb getmiş, bundan sonra nə qədər zəng etsə də Nurla əlaqə saxlaya bilməmişdir. Sonra isə Təqsirləndirilən şəxs1 DSX-nin əməkdaşları tərəfindən saxlanıldığını bilmişdir. Əsas cinayətkar Əsəd olsa da onun tapılması istiqamətində hər hansı işlər görülmür. Bu hadisədən sonra bir neçə dəfə Əsədi görmüş, lakin polis əməkdaşları Əsədi saxlayaraq məsuliyyətə cəlb etmirlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” 02 mart 2022-ci il tarixli qərardan çıxarışdan görünür ki, həmin tarixdə Biləsuvar (Cəbrayıl) rayonu 6-cı qəsəbəsi istiqamətindən külli miqdarda narkotik vasitələrin keçirildiyi və qeyd edilən yerdə gizlədildiyi barədə məlumat daxil olmuş, həmin məlumat əsasında Biləsuvar- Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu Aranlı kəndi istiqamətindən narkotik vasitələri götürən şəxs və ya şəxslərin saxlanılması məqsədi ilə sərhəd naryadı təşkil edilmişdir.( İ cild, i.v. 9- 10 ) - DSX-nin vəzifəli şəxsinin xx.xx.2022-ci il tarixli raportundan görünür ki, 04.03. 2022ci il tarixdə saat 04:03-də 2-ci sərhəd zastavasının 24-25-ci sahələrində mühəndis texniki qurğuları boyu avtomobil yolunda “Sərhəd gözətçisi” sərhəd naryadı tərəfindən İran İslam Respublikası ərazisində sərhəd zastavasının 30-1-ci sahələri istiqamətində 1 ədəd avtomobilin hərəkəti müşahidə olunmuş, qeyd edilən avtomobil 22-ci sahə istiqamətinə çatdıqda dayanaraq işıqlarını söndürmüş və 5 dəqiqədən sonra hərəkətini davam etdirmişdir. Sərhəd naryadı tərəfindən sərhəd zastavasına məlumat verilmiş və ərazi müşahidə altında saxlanılmışdır. Aparılan əməliyyat axtarış tədbirləri zamanı təqribən saat 04:25-də sərhəd zastavasının arxa isiqamətindən keçən Biləsuvar-Bəhrəmtəpə avtomagistral yolunun İmişli rayonu Aranlı kəndindən keçən hissəində - Aranlı kəndi yaxınlığında 1 ədəd şübhəli avtomobilin 15 dəqiqə dayanaraq sonradan ərazidən uzaqlaşması barədə məlumat daxil olmuş, tədbirlər nəticəsində özlərini Bakı şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kimi təqdim edən şəxslər saxlanılmış, üzərlərinə baxış keçirilərkən 3 ədəd bağlamanın olması müəyyən edilmişdir. Həmin şəxslər ətrafında aparılan filtirasiya tədbirləri zamanı onların xx.xx.2022-ci il tarixdə gecə saatlarında Gəncə şəhər sakini X13 məxsus “Opel Zafira” markalı avtomobillə ərazidən narkotik vasitələrin götürülməsi məqsədi ilə sərhəd zastavasının ərazisinə gəldikləri müəyyən edilmişdir. Qeyd edilən faktla bağlı sərhəd zastavasının ərazisində nəzarətedici vasitələr baxış keçirilmiş, nəzarət iz zolağı və əsas mühəndis çəpərində dövlət sərhədinin pozulması əlamətləri aşkar edilməmiş, narkotik vasitənin İİR ərazisindən gətirilərək nəzarətedici vasitələrə müdaxilə edilmədən arxa istiqamətə atılması ehtimal edilir.( İ cild, i.v. 7-8 ) - “Hadisə yerinə baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer N nömrəli hərbi hissənin İmişli rayonu ərazisində yerləşən 2-ci sərhəd zastavasının 22-ci sahəsidir. 2-ci sərhəd zastavasında Azərbaycan Respublikası istiqamətində 7 nömrəli Cəbrayıl qəsəbəsi yerləşir. 22-ci sahədən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanıldığı yerə qədər olan məsafə 1000 metrdir. Həmin şəxslərin saxlanıldığı yerdə bir ədəd qara rənli üzərində “adidas” sözləri yazılmış idman çantası, bir ədəd qara rəngli, üzərində qırmızı zolaqlar olan və “deuter” sözü və bir ədəd üzərində “Razzagh” sözü yazılmış torbalar aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 həmin torbaları oradan götürmək üçün həmin əraziyə gəldiyini bildirmişdir. ( İ cild, i.v. 11-13) - “Aşkar edilmiş predmetə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanıldığı ərazidən aşkar olunaraq götürülmüş torbaların daxillərinə baxış keçirildi, torbalarda 15 kiloqram marixuanaya bənzər, 860 qram tiryəkə bənzər, 50 qram heroinə bənzər, 50 qram metanfetaminə bənzər maddələr, 110 konvalyut (1650 ədəd) üzərinə “Pregabalin 150” yazılmış həblər aşkar olunmuşdur. (İ cild, i.v. 14-15 ) - “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 04 mart 2022-ci il tarixdə saat 07:00-da İXM-nin 570-ci maddəsində göstərilmiş inzibati xətanı törətdiyindən tutulmuşdur. (İ cild, i.v. 16 ) - “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 04 mart 2022-ci il tarixdə saat 07:10-da İXM-nin 570-ci maddəsində göstərilmiş inzibati xətanı törətdiyindən tutulmuşdur. (İ cild, i.v. 17 ) - “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində bir ədəd “Samsung A12” makalı smartfon tipli mobil telefon olmuşdur. (İ cild, i.v. 22-23) - “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində hər hansı əşya aşkar olunmamışdır. (İ cild, i.v. 24-25) - DSX-nin vəzifəli şəxsinin imzaladığı 04 mart 2022-ci il tarixli raportdan görünür ki, əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanıldığı yerdən qaçmış şəxsin xx.xx.1983-cü il təvəllüdlü X15 olması müəyyən edilmişdir. (İ cild, i.v. 82) -Materialların məhkəmə ekspertizasının 05 mart 2022-ci il tarixli, 6/1332 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş “2003 N-li HƏRBİ HİSSƏ LİTER Ə” dairəvi möhür əksi olan 1 ədəd sarı rəngli sellofanda 110 ədəd üzərində “Pregabalin 150” yazılan konvalyutda hər birində 15 ədəd olmaqla, ümumi sayı 1650 ədəd narıncı-göy rəngli kapsulalar güclü təsir edən maddə-preqabalin olub, 1650 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 247,50 qramdır. Bir ədəd parça torbada, 1 ədəd qara qırmızı rəngli bel çantasında və 1 ədəd qara rəngli idman çantasında 20 ədəd bağlamda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 900,3 qr, 850,8 qr və 960,4 qram, 190,3 qr, 200,7 qr, 650,4 qr, 1400,8 qr, 700,4 qr, 600,2 qr, 600,3 qr, 990,0 qr, 690,4 qr və 940,9 qram, 185,5 qr, 205,4 qr, 1064,2 qr, 900,6 qr, 800,4 qr, 950,8 qr və 826,5 qram olmaqla, ümumi çəkisi 14609,3 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuanadır, 1 ədəd bağlamada təmiz çəkisi 835,3 qram qətranabənzər maddə tiryəkdir, 1 ədəd bağlamada təmiz çəkisi 38,1 qram qəhvəyi rəngli maddə heroindir, 1 ədəd bağlamada təmiz çəkisi 42,9 qram ağ rəngli kristalşəkilli maddə metamfetamindir.(İ cild, i.v.87-92 ) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 05 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ cild, i.v. 96-97) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 05 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ cild, i.v. 108-109) - Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(009)-69/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (İ cild, i.v. 148-149) - Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(009)-68/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (İ cild, i.v. 150-151) - 05 mart 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə istintaq edilən cinayət işinin ibtidai istintaqının davam etdirilməsi DSX-nin İstintaq və Təhqiqat İdarəsinə həvalə edilmişdir. (İ cild, i.v. 178-180) - 11 mart 2022-ci il tarixli qərardan görünür ki, aparılmış ekspertiza tədqiqatından sonrakı 835,25 qram tiryək qalığı, 42,85 qram metamfetamin qalığı, 38,05 qram heroin qalığı 1640 ədəd kapsul Preqabilin qalığı, 14608,3 qram marixuananın qalığı maddi sübut kimi tanınaraq DSX-nin İstintaq və Təhqiqat İdarəsinin saxlanc yerində saxlanılır. (İ cild, i.v. 186-187) - Dövlət Sərhəd Xidmətinin Əməliyyat-Axtarış Baş İdarəsindən alınmış sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs1 2016-cı illər ərzində dövlət sərhədindən 3 halda hərəkəti, Təqsirləndirilən şəxs2 2010-2019-cu illər ərzində dövlət sərhədindən 10 halda hərəkəti qeydə alınmışdır. (İ cild, i.v. 189-190; 191-192) - Dövlət Sərhəd Xidmətinin Əməliyyat-Axtarış Baş İdarəsindən əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, şəxsiyyəti istintaqa “Tolik” adı ilə məlum olan şəxsin İİR Parsabad şəhər sakini 1971-ci il təvəllüdlü X10 olması müəyyən olmuşdur. Belə ki, G.Azadi şəxsiyyətinin müəyyən edilməməsi üçün AR vətəndaşı Təqsirləndirilən şəxs1 özünü Tolik kimi təqdim etmişdir. (İ cild, i.v. 216) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzdən daxil olmuş sənəddən görünür ki, Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 2014-2017–ci illərdə, Təqsirləndirilən şəxs2 2017-2018-ci illərdə Respublika Narkoloji Mərkəzində müalicədə olmuşdurlar. (İ cild, i.v. 221-222) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 04 iyun 2022-ci il tarixli qərardan görünür ki, X15 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (İİ cild, i.v. 27-28) -“şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” 04 iyun 2022-ci il tarixli qərardan görünür ki, X11 olduğu yer məlum olmadığından barəsində axtarış elan edilmiş və tutulması qərara alınmışdır. (İİ cild, i.v. 29-29) - Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(009)-238/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 (üç) ay müddətinə , yəni xx.xx.2022-ci il tarixdək uzadılmışdır. (İİ cild, i.v. 66-69) - Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(009)-238/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 (üç) ay müddətinə , yəni xx.xx.2022-ci il tarixdək uzadılmışdır. (İİ cild, i.v. 70-73) - Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(009)-398/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 (üç) ay müddətinə , yəni xx.xx.2023-cü il tarixdək uzadılmışdır. (İİ cild, i.v. 120-123) - Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(009)-397/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 (üç) ay müddətinə , yəni xx.xx.2023-cü il tarixdək uzadılmışdır. (İİ cild, i.v. 124-127) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş Təqsirləndirilən şəxs1 adına açılmış 2210/2022 nömrəli “Məhkumun tibbi kitabçası”ndan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə BİT-ə daxil olmuş, həbs olunmazdan əvvəl hə hansı xəsarət almadığını bildirmiş, baxış zamanı bədəni üzərində yalnız “təpə nahiyyəsində köhnə sıyrıq toxuması” aşkar edilmişdir. (İİ cild, i.v. 173-177) - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bədəlov X5 RPİ-inin X12 daxil olarkən bədəni üzərinə baxış keçirilmiş və heç bir xəsarət aşkar edilməmişdir. (İİ cild, i.v. 178) - Ambulator məhkəmə-psixiatrik ekspertizasının 04 iyul 2022-ci il tarixli 1741 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs1 hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. O, hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur, hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. (İİ cild, i.v. 183-184) - Ambulator məhkəmə-psixiatrik ekspertizasının 04 iyul 2022-ci il tarixli 1742 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs2 hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21ci maddəsinin təsiri altına düşmür. O, hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur, hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. (İİ cild, i.v. 185-186) - Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 02 iyul 2022-ci il tarixli, 3588 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İİ cild, i.v. 187-188) - Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 02 iyul 2022-ci il tarixli, 3592 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İİ cild, i.v. 189-190) - 09 dekabr 2022-ci il tarixli qərardan görünür ki, hazırkı cinayət işindən X15, şəxsiyyəti istintaqa “Tolik” adı ilə məlum olan İİR vətəndaşı və cinayətin digər iştirakçıları barəsində Azərbaycan Respublikası CM-in 318.2, 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə cinayət işi ayrıca icraata ayrılmışdır. (İİ cild, i.v. 204-205) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci və “Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarlarında göstərilmişdir ki, “cinayətin tövsifi” törədilən konkret cinayət əməlinin faktiki hallarının cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi proses olmaqla, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə və ona ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Məhkəmə göstərilən hüquqi mövqeyə uyğun olaraq, iş üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməlin ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilib-edilməməsinə hüquqi qiymət verilməsi üçün aşağıdakı halların qeyd edilməsini zəruri hesab edir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və ya kənar keçirilməsi, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrində müvafiq olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və ya satma cinayət əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-in: 21.3-cü maddəsinə əsasən ittihamı sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olmasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 139.0.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə göstərilən cinayət-prosessual qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Müvafiq ittihamın sübut edilməsinə maneə yaradan şübhələr digər sübut növü ilə aradan qaldırılmadıqda təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə hökmündə şəxsin cinayət əməlini törətməkdə təqsiri ehtimal əsasında deyil, yalnız sübutlara əsasən müəyyən edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, məhkəmə istintaqı zamanı aparılmış hərtərəfli araşdırma nəticəsində təqsirləndirilən şəxslərin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmələri, belə bir əməlin törədilməsində iştirakları və belə iştiraka yönəlmiş hər hansı qəsdləri sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxslərə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edərkən iş üzrə toplanmış sübutların məcmusuna düzgün istinad etməklə obyektiv, əsaslı hüquqi nəticəyə gəlsə də, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham irəli sürməklə əsassız qənaətə gəlmişdir. Belə ki, iş üzrə toplanmış sübutların, bütövlükdə cinayət işinin materiallarının təhlili göstərir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələrini təsdiq edə biləcək hər hansı mötəbər sübut əldə olunmamışdır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə ona görə ittiham irəli sürülmüşdür ki, onlar İİR vətəndaşı ilə əvvəlcədən müvafiq məzmunda razılaşdıqdan sonra qabaqcadan əlbir olan bir qrup halında külli miqdarda narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələri İİR-dən Azərbaycan Respublikasına Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirmişlər. İbtidai istintaq orqanı bu nəticəyə gəlməsini iş materiallarında olan istintaq hərəkətinin protokolları, ekpsertiza rəyləri və digər sübutlar əsasında gəlmişdir. Məhkəmənin mövqeyinə görə, qaçaqmalçılıq cinayətinin obyektiv tərəfini təşkil edən iki və daha çox şəxsin qabaqcadan razılaşması dedikdə, Azərbaycan Respublikası CM-in 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılığa gəlmələri, yəni cinayət əməlinin iştirakçılarının birlikdə və ya fərdi qaydada qarşılıqlı razılaşma əsasında qaçaqmalçılıq əməlinin törədilməsinə yönələn dispozitiv hərəkətləri törətmələri başa düşülür. Bu mənada qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış qrupun üzvü cinayətin törədilməsi məqsədi ilə uğurlu şəraitin yaradılması və ya törədilməsi üçün hər hansı hərəkət etdikdə o, cinayətin iştirakçısı olur. Qaçaqmalçılıq cinayətinin obyektiv tərəfinin əlamətlərinin dəqiq dairəsi də Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin dispozisiyasında göstərilmişdir. Həmin dispozisiyada nəzərdə tutulmuş bütün hərəkətlərin eyni şəxs tərəfindən törədilməsi digər şəxslərin həmin cinayətin törədilməsində iştirakını istisna edir. Qaçaqmalçılıq yolu ilə, yəni əşyanın gömrük sərhəddindən keçirilməsindən sonra həmin əmlakı qəbul etmiş şəxsin hərəkətlərində qaçaqmalçılığa görə cinayət məsuliyyəti nəzərdə tutan həmin maddənin dispozisiyasında nəzərdə tutulan hərəkətlərdən hər hansı birinin olmaması şəxsin hərəkətlərində Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin tərkibinin olmasını istisna edir. Çünki, məhkəmədə araşdırılan cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslərin cinayət əməlinin predmetini təşkil edən kütlələrin xarici ölkənin ərazisində əldə olunmasında, onun saxlanılmasında, daşınmasında, gömrük nəzarətindən kənar Azərbaycan Respublikasının ərazisinə keçirilməsində iştirak etməsini təsdiq edən sübut müəyyən olunmamışdır. Həmçinin qeyd edilməlidir ki, məhkəmə tərəfindən sübut kimi qəbul edilmiş, ittiham tərəfindən də sübut kimi məhkəməyə təqdim edilmiş Təqsirləndirilən şəxs1 həm şübhəli ,həm də təsirləndirilən şəxs qismində müxtəlif tarixlərdə verdiyi və cinayət işi materiallarına əlavə edilmiş ifadələrində “...03 mart 2023-cü il tarixdə Əsəd adlı şəxs mənə zəng edərək uşağım üçün dərmanların gəldiyini bildirmiş, buna görə dərmanları götürmək üçün Əsədlə birlikdə İmişli rayonuna yola düşdük. Yolda olarkən Əsəd bizə həmin yerdə narkotik vasitələrin də qoyulduğunu, dərmanların mənim, narkotik vasitələrin isə özünün götürəcəyini dedi...” fikirləri qeyd edilmişdir. Həmin ifadələrdən də görünür ki, haqqnda haqqında icraat ayrılmış başqa şəxs narkotik vasitələrin artıq Azərbaycan Respublikası ərazisində olması barədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məlumat verir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah edilir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-in 34.2-ci maddəsinin tələblərinə əsaslanmaqla nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-in 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. Məhkəmə bu hüquqi mövqeyə əsaslanaraq belə nəticəyə gəlir ki, qaçaqmalçılıq cinayətinin predmeti olan mal və ya əşyaları Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən sonra bu barədə məlumat almış, onları Azərbaycan Respublikası ərazisində qəbul edəcəyini qabaqcadan vəd etməmiş və Azərbaycan Respublikasının ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən, yəni cinayət başa çatdıqdan sonra bilavasitə keçirildiyi yerdə deyil, yaşayış məntəqəsində qəbul etmiş şəxs cinayətin köməkçisi kimi də qəbul edilməməlidir. Həmçinin məhkəmə yuxarıda qeyd edilən hüquqi mövqedən çıxış edərək belə nəticəyə gəlir ki, əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq kimi tövsif edilməsi üçün həmin cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı biri və ya bir neçəsinin bu barədə əvvəlcədən razılaşmış iki və ya daha çox şəxs tərəfindən törədilməsinin müəyyən edilməsi tələb olunur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamın məzmununda sonuncuların qaçaqmalçılıq cinayət əməlinin obyektiv cəhətini “Tolik” adlı İİR vətəndaşı ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətdikləri göstərilsə də, cinayət işi materiallarında bu halı, eləcə də həmin cinayət əməlinin obyektiv cəhətinə aid əlamətlərin baş verməsini təsdiq edən hər hansı sübut növü mövcud deyildir. Digər tərəfdən, cinayət işi materiallarında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin kütlələrin Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçiriləcəyindən qabaqcadan məlumatlı olmasına dair hər hansı sübut növü, o cümlədən sonuncuların bu məzmunda etirafedici ifadələri, şahid ifadələri, eləcə də telefon danışıqları haqqında məlumatlar mövcud deyildir. Əksinə: - Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı verdiyi ifadələrində “...dərmanları götürmək üçün Əsədlə birlikdə İmişli rayonuna yola düşdük. Yolda olarkən Əsəd bizə həmin yerdə narkotik vasitələrin də qoyulduğunu, dərmanların mənim, narkotik vasitələrin isə özünün götürəcəyini dedi...” deyə bildirmiş, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində isə bu halı təsdiq etməmişdir. -Cinayət işi materiallarında olan izahatdan görünür ki, Təqsirləndirilən şəxs1 saxlanılarkən üzərində “Samsung A12” markalı mobil telefon olmuş və həmin telefon tədqiq edilməsi üçün məhkəmə komuter texniki ekspertizası təyin edilmiş və həmin ekspertizanın rəyinə əsasən həmin telefon istifadəçi tərəfindən tətbiq edilmiş “qrafik açarla” mühafizə olunduğundan həmin telefonun yaddaşında olan məlumatları silmədən ekran kilidini sıfırlamaq üçün texniki imkanın olmaması müəyyən edilmişdir. (İ cild, i.v 247- 250) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 qaçaqmalçılq cinayətini törətməsinin sübutlarından biri də mobil telefonunda aşkar edilənlər (səs yazıları, smslər, fotooşəkillər) ola biləcəyi halda istintaq orqanı tərəfindən həmin mobil telefonun açılması və baxış keçirilməsi ilə bağlı hər hansı hərəkətlər edilməmiş, telefonun ekran kilidinin nə olması barədə Təqsirləndirilən şəxs1 hər hansı sual verilməmiş, bu hal ümumiyyətlə istintaq orqanın marağında olmamışdır. Məhkəmə tərkibi hesab edir ki, yalnız Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrində həmin kütlələrin İran İslam Respublikasından göndərilməsini onlara haqqında cinayət işi ayrılmış şəxs Əsəd Əsədovun bildirməsi, yalnız sonuncunun onlara dedikləri əsasında həmin kütlələrin İİR vətəndaşı olmasının ehtimal edilməsi, lakin bunu təsdiq edəcək hər hansı sübutun olmaması Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 206.3.2-ci maddəi ilə ittiham verilməsini əsassız edir. Qaçaqmalçılıq cinayəti ilə bağlı yuxarıda şərh olunan hüquqi mövqelərə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən kütlələri göndərən şəxsin İİR vətəndaşı olmasının müəyyən edilməsi belə özü-özlüyündə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin kütlələrin Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçiriləcəyini qabaqcadan bilməsinə əsas vermir. Bu hal konkret sübut növləri ilə müəyyən edilməli və ya sübut edilməlidir. Ümumiyyətlə isə ittihamda göstərilən narkotik vasitənin xaricdə və ya ölkə ərazisində olması, narkotik vasitənin ölkə ərazisinə nə vaxt gətirilməsi, təqsirləndirilən şəxsin narkotik vasitənin ölkə ərazisinə keçirilməsində hansı qaydada iştirak etməsi kimi suallara cinayət işinin materiallarında cavab tapılmır. Belə olan halda təqsirləndirilən şəxsin qeyd olunan hərəkəti yalnız qabaqcadan əlbir olan bir qrup şəxs qismində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək daşıyıb saxlama cinayətinin tərkibi ilə əhatə olunur. Yuxarıda göstərilən hallara əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən kütlələri əldə etməsindən əvvəl Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçiriləcəyindən qabaqcadan məlumatlı olmasına dair hissəsi cinayət işi materiallarında olan hər hansı sübut növü ilə təsdiq edilməyən ehtimal xarakterlidir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara qarşı irəli sürülmüş ittihamda göstərilən qaçaqmalçılıq cinayət əməlinin obyektiv cəhətini icra etmələrini və ya həmin cinayətin törədilməsinə köməklik etmələrini sübut edə bilməmişdir. Beləliklə, məhkəmə şərh olunanlara əsasən cinayət işi materialları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara qarşı irəli sürülmüş ittihamda göstərilən narkotik vasitələrin İİR-dən Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinin obyektiv cəhətini icra etməsi və ya həmin cinayətin törədilməsinə köməklik göstərməsinin sübut edilməməsinə və ya müəyyən edilməməsinə görə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanının həmin şəxslərə qarşı irəli sürdüyü ittihamın qaçaqmalçılıq cinayətinə dair hissəsinin sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxs kimi sonuncuların xeyrinə həll edilməli olduğu halda, onlara qarşı Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə şübhə və ehtimallar üzrə ittiham irəli sürməsi əsassız olmuşdur. Azərbaycan Respublikası CPM-in 42.1.4 və 350.2-ci maddələrinin məzmunundan görünür ki, məhkəmə baxışı nəticəsində həmin Məcəllənin 39.2-ci maddəsində nəzərdə tutulmuş halın, yəni şəxsin təqsirliliyinin sübuta yetirilmədiyi müəyyən edildiyi halda bəraət hökmü çıxarılır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməlidir. Ona görə ki, onların həmin cinayət əməlini törətmələrinə dair təqsirliliyi cinayət işi materialları ilə sübuta yetirilmir. Yuxarıda qeyd edilənlərə əsasən ədəlov Nur Məhərrəm oğlu və Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə onların müvafiq cinayət əməllərini törətmələrinə dair təqsirinin cinayət işi materialları ilə sübuta yetirilməməsi səbəbindən onlara Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən bəraət verilməlidir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrinə müvafiq olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə, psixotrop maddələri və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmə, saxlama, daşıma cinayət əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla birbir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Əsəd adlı şəxlə birlikdə uşaqları üçün dərman götürmək üçün İmişli rayonuna gəldiklərini, Əsədin narkotik vasitələr də götürəcəyindən məlumatları olmadığını, saxlanıldıqları ərazidə Əsəd adlı şəxslərin onları avtomobildən düşürüb qaçdığını və həmin ərazidən hər hansı torba götürmədiklərini, Təqsirləndirilən şəxs1 həmçinin Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının fiziki təzyiqi ilə narkotik vasitələrdən məlumatının olmasını deməsi barədə məhkəmə istintaqı zamanı verdikləri ifadələri həqiqətə uyğun deyil, onların müvafiq məzmunlu ifadə vermələri əsassız olaraq törətdikləri cinayət məsuliyyətindən kənarda qalmalarına hesablanmışdır. Təqsirləndirilən şəxslər tərəfindən qeyd edilən ifadələr özlərini müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində Əsəd Əsədovla yolda gələrkən sonuncunun həmin ərazidə narkotik vasitələr də qoyulduğunu ona dediyini, həmçinin narkotik vasitə olan torbaları götürmək üçün gedərkən Təqsirləndirilən şəxs2 ona “burada bir torba olacağı deyildiyi halda 3 torba olduğunu deməsini göstərməsi bir daha həmin şəxslərin onlara ittiham elan edilmiş əməli törətmələrini təsdiq edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı saxlanıldığı əraziyə gələrkən orada narkotik vasitələr olması barədə məlumatı olduğunu, hətt abu barədə Təqsirləndirilən şəxs2 da məlumatlı olduğunu göstərmişdir. Lakin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə baxışı dövründə verdiyi ifadələrində hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada təhrif edildiyi müəyyən edilmiş, ümumiyyətlə onların qeyd olunan mərhələdə verdiyi ifadələri yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, məhkəmə istintaqının səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DSX-nin yuxarıda adları qeyd edilən əməkdaşları da ifadələrində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs1 yolun kənarındakı çöllük ərazidən torbaları götürüb hərəkət yoluna çıxarkən saxladıqlarını, bu zaman Təqsirləndirilən şəxs1 torbaları yerə atıb qaçmaq istədiyini, Təqsirləndirilən şəxs2 da həmin vaxt Təqsirləndirilən şəxs1 yanında olduğunu, saxlanılarkən Təqsirləndirilən şəxs1 şifahi sorğu zamanı narkotik vasitələrin ona məxsus olmasını, tanımadığı şəxs tərəfindən həmin əraziyə qoyulduğunu və s. halları tam etiraf etmiş, hər hansı etirazı olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxslərin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Bundan əlavə Təqsirləndirilən şəxs2 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı saxlanıldığı əraziyə gələrkən narkotik vasitələr barədə məlumatı olmadığını bildirsə də Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən də görünür ki, barəsində ayrca icraat ayrılmış şəxs Əsəd Əsədov ona və Təqsirləndirilən şəxs2 gedəcəkləri ərazidə narkotik vasitələrin qoyulması barədə yolda olarkən məlumat vermişdir. Hətta narkotik vasitələr olan torbaları gizlədildiyi yerdən götürməyə gedərkən Təqsirləndirilən şəxs2 orada bir torba olması deyildiyi halda üç torba olduğunu demişdir. Bu hal isə bir daha təsdiq edir ki, Təqsirləndirilən şəxs2 həmin əraziyə gəlməkdə məqsədi narkotik vasitələri götürmək olmuşdur. -bundan əlavə Təqsirləndirilən şəxs1 Məhhərrəm oğlunun özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili - saxlanılarkən DSX-nin əməkdaşları tərəfindən ona fiziki təzyiqlər edildiyi üçün həmin kütlələr barədə etirafedici ifadələr vermsi barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs1 DSX-nin əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs1 özü, istərsə də onun vəkili ibtidai istintaqın ilkin dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər və eyni zamanda onlar, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Lakin ibtidai istintaqın sonunda Təqsirləndirilən şəxs1 müqavilə əsasında hüquqlarını müdafiə etməsi üçün müstəqil olaraq müdafiəçi ilə müqavilə bağladıqdan sonra fiziki təzyiqlərə məruz qalması barədə müraciətlər etmiş, həmin müraciətlər əsasında da ibtidai istintaq orqanı tərəfindən müvafiq yoxlayıcı tədbirlər həyata keçirilmi, sorğular verilərək cavablar alınmışdır. Belə ki, Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş Təqsirləndirilən şəxs1 adına açılmış 2210/2022 nömrəli “Məhkumun tibbi kitabçası”ndan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə BİT-ə daxil olmuş, həbs olunmazdan əvvəl hə hansı xəsarət almadığını bildirmiş, baxış zamanı bədəni üzərində yalnız “təpə nahiyyəsində köhnə sıyrıq toxuması” aşkar edilmişdir. Həmçinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bədəlov X5 RPİ-inin X12 daxil olarkən bədəni üzərinə baxış keçirilmiş və heç bir xəsarət aşkar edilməmişdir. Məhkəmə göstərilən xüsusatları, o cümlədən, hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldığını göstərməsi nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxslər tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək dövrdə özünə və Təqsirləndirilən şəxs2 qarşı verdiyi ifadənin məhz fiziki təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra DSX-nin əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalmsı ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhlərinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxslər və onların müdafiəçiləri) təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsələr də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 2403.3.2-ci maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətmələri özlərinin ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri, “hadisə yerinə baxış keçirilməsi haqqında”, “aşkar edilmiş predmetlərə baxış keçirilməsi haqqında” 04 mart 2022-ci il tarixli protokollar, digər istintaq hərəkəti protokolları, məhkəmə fiziki-kimyəvi ekspertizasının 05 mart 2022-ci il tarixli, rəyi, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitələr, psixotrop maddələr və onlara aid olmayan güclü təsir edən maddələr , yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, CM-nin 234.2-ci maddəsində qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələr, psixotrop maddələr və onlara aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə əldə etmək üçün barəsində cinayət işi ayrılmış Əsəd Əsədovla razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, DSX-nin N nömrəli hərbi hissəsinin 2-ci sərhəd zastavasının arxa tərəfində gizlədilmiş narkotik vasitələr, psixotrop maddələr və onlara aid olmayan güclü təsir edən maddələri götürərək satış məqsədi ilə saxlamış, daşımışlar. Yuxarıda qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla törətmələri təsdiq olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə görə məhkum edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1-ci, 234.4.3 və 240.3.2-ci maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslərin qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3 və 240.3.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Buna görə də onlar Azərbaycan Respublikası CM-in 234.4.1-ci, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyaları həddində ədalətli şəkildə cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 240.3.2ci maddəsində isə 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkum olunmamışlar . (İ cild, i.v. 80-81) - Bakı şəhəri, Nərimanov rayonu MKTB-nin 37 saylı Mənzil Komunal İstismar Səhəsindən verilmiş 12 dekabr 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, N.Şahbazov küçəsi 44, ev 18-də Ağdam rayonundan olan məcburi köçkün kimi yerləşib. Yaşadığı müddət ərzində onun və ailəsinin barəsində istər hüquq mühafizə orqanları, istərsə də qonşuları tərəfindən 37 saylı MKİS-ə heç bir şikayət və təqsirləndirici material daxil olmamışdır. - xx.xx.2022-ci il tarixli Doğum haqqında arayışdan və doğum haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2022-ci il tarixdə anadan olmuş. Atası Təqsirləndirilən şəxs1, anası Təqsirləndirilən şəxs2dır. Həmçinin Atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 doğulmuş Nurel Hüseynovanın atası Təqsirləndirilən şəxs1dur. (İ cidl, i.v. 204-208) -Bakı şəhəri, Nəsimi rayonu MKTB-nin 16 saylı Mənzil Komunal istismar Səhəsindən verilmiş 31 mart 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 heç yerdə işləmir, hazırda qeydiyyatda olduğu yerdə yaşmır, ailə tərkibi anası və, bacısı və qardaşından ibarətdir. Qeydiyyatda olduğu ünvanda yaşadığı müddət ərzində onun barəsində 16 saylı MKİS-ə heç bir şikayət daxil olmamışdır. (İ cild, i.v. 217-220). Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdikləri cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə normal xasiyyətləndirilmələrindən ibarət şəxsiyyətlərini xarakterizə edən halı, himayələrində azyaşlı uşaqlarının olması ilə bağlı cəzalarını yüngülləşdirən halın olduğunu (Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən), cəzalarını ağırlaşdıran halların olmadığını nəzərə alıb təyin olunacaq cəzanın islah olunmalarına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara, cinayətin törədilməsində iştirak dərəcələrinə əsasən təyin edilməlidir. Buna görə də onlara qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onların ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduqları 04 mart 2022-ci il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 02 iyul 2022-ci il tarixli, 3592 nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 02 iyul 2022-ci il tarixli, 3592 nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 141 (bir yüz qırx bir) manat 65 (altımış beş) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 141 (bir yüz qırx bir) manat 65 (altımış beş) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər məbləğdə tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq DSX-nin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 42,85 qram metamfetamin, 38,05 qram heroin, 835,25 qram tiryək, 14.608,3 qram marixuana və 1640 ədəd kapsul Preqabilin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 51-2, 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 240.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 04 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 240.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 04 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 141 (bir yüz qırx bir) manat 65 (altımış beş) qəpik məbləğində pul bərabər qaydada tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq DSX-nin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 42,85 qram metamfetamin, 38,05 qram heroin, 835,25 qram tiryək, 14.608,3 qram marixuana və 1640 ədəd preqabilin kapsulu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-159/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-159/2023
11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver