Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-159/2024 14.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1989-cu il tarixdə Masallı rayonunun Səmidxan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər Azərbaycan Respublikası CM-in 186.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Masallı rayonunun Səmidxan kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 03 aprel 2023-cü il tarixdə, saat 23 radələrində sərxoş vəziyyətdə Masallı şəhəri ərazisində yerləşən “Təzə Bazar” adlanan yerin arxa tərəfində həmkəndlisi Zərərçəkmiş şəxs guya onun qardaşı İqbal Qurbanovun keçmiş arvadı Şahid3 ilə aralarında sevgi münasibəti olması səbəbindən ailənin dağılması barədə onda formalaşmış fikirləri əsas gətirib Zərərçəkmiş şəxs cəzalandırmaq və nüfuzuna xələl gətirmək məqsədilə üzərində silah qismində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış kəsicideşici xassəyə malik məişət təyinatlı, qatlanan tipli və soyuq silah hesab edilməyən cib bıçağı ilə Zərərçəkmiş şəxs sol qarın nahiyəsinə qəsdən bir dəfə vurub ona “qarnın ön divarının daxilə nüfuz edən nazik bağırsağın zədələnməsi” ilə nəticələnən bir ədəd kəsilmiş-deşilmiş yarası ilə müşayiət edilən və insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilərək, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq edərək göstərmişdir ki, həmin hadisə 03 aprel 2023-cü il tarixdə saat 23 radələrində baş vermişdir. Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirərkən hər hansı xuliqanlıq niyyəti olmamışdır. Dəfələrlə Zaurla bu barədə söhbətlər etmişdir. Belə ki, Zərərçəkmiş şəxs onun qardaşı arvadı ilə münasibətləri olması barədə hamının məlumatları olmuşdur. İstintaq zamanı da hər şeyi ifadəsində qeyd etmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, Zaur hər axşam öz yaşıdları ilə çayxanada olduğunu bilmiş, əvvəlcədən də Zaura xəsarət yetirəcəyini fikirləşmişdir. Zaurla Aygünün münasibətləri olması, buna görə də qardaşı İqballa Aygünün boşanması barədə o, 16 saylı cəzaçəkmə müəssisəsində olarkən eşitmiş, lakin bu barədə qardaşı ona konkret söz deməmişdir. Lakin Zaur qardaş dediyi İqbalın həyat yoldaşı ilə münasibət qurmuşdur. Həmin gün çayxananın pəncərəsindən içəri baxdıqda Zauru görməmiş, buna görə də içəri girib Zaurun nömrəsini almış və ona zəng etmişdir. Zaur isə idman kompleksində olduğunu demiş, o, isə işini qutardıqdan sonra ona zəng etməyi istəmiş, həmin vaxt yolu keçmək istəyərkən Zaur ona yaxınlaşmış, onda bilmişdir ki, Zaur heç idman kompleksində olmamışdır. Bundan sonra Zaurla söhbət etməyə getmişlər. Zaurla aralarında 1 yaş fərq olmuşdur. Qardaşı İqbala da bildirmişdir ki, həbsdən çıxdıqdan sonra bu məsələni həll edəcək. Zauru vurmaqda məqsədi yalnız onu cəzalandırmaq olmuşdur. Himayəsində bir qız uşağı olduğundan, Zaurun da həmkəndlisi olduğundan onun yaşadığı kənddə belə hərəkət etməsini qəbul edə bilməmişdir. İqbalın ailəsi dağıldıqdan sonra başını götürüb kənddən getmiş, evə gəlməmişdir. Həm də buna görə o, Zauru cəzalandırmaq istəmişdir. Hadisə vaxtı Zaur idman kompleksində olmasını desə də özü təsadüfən ona rast gəlmiş, söhbət zamanı Zaura bildirmişdir ki, “mənim qardaşıma qardaş demisən, niyə belə etmisən”, lakin Zaur ona müqavimət göstərmək istədiyindən ona vurmuşdur, əslində isə Zaurun arxasından vurmaq istəmiş, lakin vura bilməmişdir. O, Zauru vurduqdan sonra Zaurun əmisi uşaqları gəlmiş, bundan sonra o, hadisə yerindən uzaqlaşıb polis şöbəsinə getmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, himayəsində azyaşlı uşaqları vardır. Həmçinin İİİ qrup gözdən əlilliyi vardır. 2021-ci ildə cəzaçəkmə müəssisəsindən çıxmış, hadisəyədək keçən 2 il ərzində Zauru görmüş, lakin bəzi işləri, ailə problemləri olduğundan Zauru vurmamışdır. Lakin Zaurla bu barədə bir neçə dəfə söhbət etmişdir. Lakin Zaur əməlini etiraf etməmiş, Aygünlə münasibəti olmadığını bildirmişdir. Həmçinin Aygünlə bu barədə danışmamışdır. Aygünün mobil nömrəsi ilə Zaurun mobil nömrəsi arasında danışıqlar olduğundan onların münasibəti olmasına əmin olmuş və bu barədə qardaşından soruşmamışdır. Bu məsələlər barədə Zərərçəkmiş şəxs əmisi oğlu Üzeyir, bibisioğlu Rövşən və digər qohumları ilə söhbət etmişdir. Zərərçəkmiş şəxsla da bir dəfə söhbət etdikdən sonra bir neçə ay sonra yenidən bu barədə söhbət etmişdir. Zaurla söhbətləri arasında məsafə ona görə olmuşdur ki, hər dəfə kənd əhalisindən bu məsələ barədə eşitmiş, buna görə də Zaurla söhbətlər etmişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, himayəsində azyaşlı uşaqlarının olduğunu bildirərək, əməlinin CM-in 126.1-ci maddəsinə tövsif edilməsini və ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs verdiyi ifadəsinə uyğun ifadə verərək göstərdi ki, 03 aprel 2023-cü il tarixdə axşam saatlarına çayxanaya getmiş, sonra dostu idman kompleksində futbol oynadığından ora getmiş, həmin vaxt ona zəng gəlmiş və zəngə cavab verdikdə zəng edən şəxsin Cavid olduğunu bilmişdir. Cavid ondan harda olduğunu soruşmuş, o, isə olduğu yeri demişdir. Cavid isə onunla görüşmək istədiyini deyib Masallı rayonu “Seybəttin” dairəsində onu gözlədiyini bildirmişdir. Buna görə də həmin yerə gəlmiş vağzalın yanında Cavidlə görüşmüş, onunla danışa-danışa “Təzə Bazar”ın arxasına tərəf getmişlər. Həmin vaxt ümumi məsələlərdən danışmışlar. Bazarın arxasına çatdıqda Cavid ona qardaşının ailəsinin dağılmasını, bu işlərin axırının necə olacağını demiş, o, isə Cavidə bildirmişdir ki, qardaşı İqbalın ailəsinin dağılması ilə onun heç bir əlaqəsi yoxdur. Belə ki, İqbalın tapşırığı ilə yoldaşını anasıgilə taksi kimi aparmış, daha sonra İqballa birlikdə gedib Aygünü götürüb evinə gətirmişdir. Belə danışıqlar gedən vaxt Cavid birdən-birə bıçaq çıxarıb onu vurmuşdur. Sonra Cavid onun üstünə gələrkən hadisə yerinə Samir və Qorxmaz adlı əmisi uşaqları gəlmiş, bundan sonra Cavid oradan qaçıb getmişdir. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, Cavid onu söhbət etməyə çağırarkən hansı mövzuda söhbətə çağırdığını bilməmişdir. Cavidin çağırışına getməkdən yayınmamış, çünki Cavid ona hər dəfə görüşəcəyini demiş, buna görə də Cavidlə görüşmüşdür. Şahid3 qonşu gəlini kimi tanımış, aralarında münasibət olmamışdır. Masallı rayonunda mağazada işləyərkən Aygünün bibisi ərzaq alıb ona vermiş, Aygüngilə aparmağı xahiş etmişdir. O, da evinə gələndə yoldaşı onun telefonu ilə Aygünə zəng edib xəbər vermiş, İqbal da Aygünün nömrələrinə gələn zəngləri çıxardıqda onun nömrəsi çıxmış, buna görə də ondan şübhələnmişlər. Bunu da İqbala izah etmişdir. Lakin Cavidə bu barədə deməmişdir. Cavid həbsdən çıxdıqdan sonra da bu məsələ ilə bağlı onunla söhbət etmiş, həmçinin Cavid dəfələrlə bu barədə ona zənglər etmişdir. Cavidlə söhbətində də olanları inkar etmiş, lakin Cavid onun bu cavablarından razı qalmamış, onunla bir daha söhbət edəcəyini bildirmişdir. Cavid həbsdən çıxdıqdan sonra bu barədə ən azı iki dəfə söhbətləri olmuşdur. Söhbətləri arasında 4-5 ay məsafə olmuşdur. Lakin Aygünlə münasibətinin olması barədə Cavid ona hər hansı sübut göstərməmişdir. Lakin kənd əhalisi arasında onunla Aygün arasında münasibətlər olması barədə söz-söhbətlər olmuşdur. Həmçinin kənddə bu söhbətlərin yayılmasının səbəbi də İqbalgilin hərəkətləri olmuşdur. Zərərçəkmiş şəxs həmçinin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirib, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 03 aprel 2023-cü il tarixdə gecə saatlarında çayxanada oturduqları vaxt Nurlan adlı şəxs yaxınlaşaraq X8 Bazar tərəfdə söhbət etdiyini demiş, buna görə də əmisi oğlu Qorxmazla birlikdə “Təzə bazar” deyilən yerə getmiş, ora çatdıqda təxminən saat 23 radələrində Zaurla Cavidin söhbət etdiyini, onlara yaxınlaşdıqda isə Zaurun aşağı əyildiyini görmüşlər və Zaura çatdıqda Cavidin bıçaqla onu vurmasını bilmişlər. O və Qorxmaz Zaura çatdıqda isə Cavid onun yanından çıxıb getmişdir. Zaurdan Cavidin onu nə üçün vurmasını soruşmamış, lakin bilmişdir ki, Zaurla Cavid arasında Aygün adlı qızla bağlı söhbətlər olmuşdur. Cavidə Zaurun nömrəsini özü vermiş, lakin Cavidin belə bir iş görəcəyini fikirləşməmişdir. Cavidə Zaurun nömrəsini verdikdən sonra Zaura zəng etsə də Zaur ona cavab verməmiş, lakin sonradan telefona cavab verdikdə Cavidlə söhbət etdiklərini bildirmişdir. O, Zaurun yanına çatdıqda Cavid artıq Zauru vurmuşdu. Cavidlə Zaur arasında söhbətlər 7-8 ay idi ki davam etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 03 aprel 2023-cü il tarixdə, saat 23 radələrində Masallı RPŞ-in NH-də köməkçisi Şahid5 və sürücü Şahid6la birlikdə xidmətdə olan vaxt bir nəfər şəxs növbətçi hissəyə gəlib özünü Təqsirləndirilən şəxs kimi təqdim edərək cinayət törətdiyi üçün könüllü təslim olmaq istədiyini demiş, Təqsirləndirilən şəxs nə vaxt, harada və kimə qarşı cinayət törətdiyini soruşmuş, Cavid isə az öncə yəni xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində Masallı şəhəri ərazisində “Təzə Bazar” adlanan yerin arxa tərəfində aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs qarın boşluğuna bir dəfə bıçaqla vurub xəsarət yetirdiyini demiş, həmçinin Zaura xəsarət yetirdiyi bıçağın hazırda üzərində olduğunu və könüllü təqdim etmək istədiyini demiş və bıçağı təqdim etmişdir. Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən (şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə ) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Masallı rayonunun Səmidxan kənd sakini, X2 ilə 2013-cü il tarixdə ailə həyatı qurmuş, birgə nikahlarından iki azyaşlı övladları dünyaya gəlmiş, İqbal ilə ailə həyatı qurduqdan sonra münasibətləri bir müddət yaxşı davam etsə də sonradan xasiyyətləri uyğun gəlmədiyindən ailə daxili problemlər yaranmağa başlamışdır. O, bu səbəbdən 2021-ci ilin dekabr ayının sonlarında qarşılıqlı razılıq ilə İqbal ilə rəsmi qaydada boşanmış, övladları isə himayəsində qalmışdır. O, keçmiş əri İqbal ilə ailə həyatı qurub sonuncunun yaşadığı evə köçdüyü andan Zərərçəkmiş şəxs qonşu kimi tanımış, qarşılıqlı ailəvi gediş-gəlişləri olmuş, bundan əlavə Zaur ilə aralarında heç bir şəxsi münasibət olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - 03 aprel 2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 23:30-da Masallı RMX-dən Masallı RPŞ-yə Zərərçəkmiş şəxs “qarnın ön divarının kəsilmiş deşilmiş yarası” diaqnozu ilə xəstəxanaya daxil olması barədə məlumat verilmişdir. (İ cild, i.v. 4) - 03 aprel 2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 23:35-də özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs Masallı RPŞ-yə yaxınlaşaraq həmkəndlisi Zərərçəkmiş şəxs bıçaqla qəsdən vuraraq xəsarət yetirdiyini bildirmiş və bir ədəd bıçağı təqdim etmiş və həmin bıçaq maddi sübut kimi götürülmüşdür. (İ cild, i.v. 5-8) - “götürmə aparılması” haqqında 04 aprel 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs hadisə baş verən vaxt əynində olmuş bir ədəd ağ-qəhvəyi rəngli uzunqol köynək iş üçün sübut əhəmiyyətli olduğundan götürülmüş və baxışı aparılmışdır. (İ cild, i.v. 14-18) - “baxış keçirilməsi” haqqında 04 aprel 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxışda iştirak edən Şahid1 Masallı şəhərində yerləşən “Təzə Bazar” adlanan yerin arxa tərəfində olan ərazini göstərərək Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həmin yerdə bıçaqla vurduğunu bildirmişdir. (İ cild, i.v. 22-26) - “zərərçəkmiş şəxs qismində tanıma haqqında” 04 aprel 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (İ cild, i.v. 38-39) - “cinayət törətdikdə şübhə yarandıqda şəxsin tutulması haqqında” 04 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 18:00 dəqiqədə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, i.v. 54-55) - “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 05 aprel 2023-cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Masallı şəhərində yerləşən “Təzə Bazar” adlanan yerin arxa tərəfindəki yeri təqdim edərək 03 aprel 2023-cü il tarixdə, saat 23 radələrində əlində olan dəstəyi qara rəngli bıçaqla Zərərçəkmiş şəxs qarın boşluğuna bir dəfə vuraraq xəsarət yetirdiyi yeri göstərməklə cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş (İ cild, i.v. 75-78) - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 06 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ cild, i.v. 87-88) - Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(050)-48/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (İ cild, i.v. 103-104) - xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. (İ cild, i.v. 132) - məhkəmə-tibbi ekspertizasının 06 aprel 2023-cü il tarixli 300 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. (İ cild, i.v. 133-134) - məhkəmə-tibbi ekspertizasının 29 aprel 2023-cü il tarixli 366 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qarnın ön divarının daxilə nüfuz edən nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan bir ədəd kəsilmiş-deşilmiş yarası müəyyən olundu, müəyyən olunan xəsarət deşici-kəsici əşyanın, ola bilərki bıçağın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 03 aprel 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir (İ cild, i.v. 135-137) - 31 may 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat idarəsinin Ağır Cinayətlərin istintaqı şöbəsinə göndərilmişdir.(cild 1, i.v.140) - “cinayət işinin icraata qəbul edilməsi haqqında” 03 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat idarəsinin Ağır Cinayətlərin istintaqı şöbəsində icraata qəbul edilməklə istintaq davam edirilməsi qərara alınmışdır.( İ cild, i.v.141) - məhkəmə tibbi kriminalistik ekspertizasının 10 may 2023-ci il tarixli 161/2023- MTKŞ saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış kəsici-deşici xassəyə malik məişət təyinatlı, qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmur. Bıçağın üzərində sonradan onun təyinatını dəyişəcək heç bir əlavə və dəyişiklik edilməmişdir. ( İ cild, i.v.151-157) - məhkəmə tibbi bioloji ekspertizasının 05 may 2023-ci il tarixli 234/2023- MTBŞ saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: O-alfa, beta/1/. Zərərçəkmiş şəxs məxsus sviter üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda yalnız O-alfa, beta /İ/ qrupunun əsasını təşkil edən H antigeni alındı. Beləliklə, bu qan ləkələri O-alfa, beta /İ/ qruplu şəxsə o, cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. ( İ cild, i.v.158- 162) -«ibtidai istintaq müddətinin uzadılması barədə» 26 iyul 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 03 ay olmaqla, 07 ayadək, yəni 04 avqust 2023-cü il tarixdən 04 noyabr 2023-cü il tarixədək uzadılmışdır.( İİ cild, i.v.32-33) -Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 4(009)-513/2023 nömrəli qərarından görünür ki, Zərərçəkmiş şəxs həbsdə saxlanma müddəti 04 noyabr 2023-cü il tarixədək uzadılmışdır.( İİ cild, i.v.38-41) - məhkəmə-əlavə tibbi kriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli 247/2023- MTKŞ saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs qarnın ön divarında aşkar edilmiş deşilmiş-kəsilmiş yaranın lokalizasiyasına, xarakterinə, yara kanalının trayektoriyasına və maddi sübut-bıçağın tiyəsinin konstruktiv xüsusatlarına əsasən demək olar ki, həmin xəsarətin təqdim olunmuş bıçağın tiyəsinin və ya ona oxşar bıçaqların tiyəsinin təsirindən yetirilməsi inkar olunmur. (cild 2, i.v.46-51) - məhkəmə tibbi bioloji ekspertizasının 10 iyul 2023-ci il tarixli 234/2023- MTBŞ saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: O/İ/ (234/2023-MTBŞ saylı, xx.xx.2023-cü il tarixli rəyin göstəricilərinə əsasən) Ekspertizaya təqdim edilmiş bir ədəd bıçaq üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda yalnız H antigeni alındı. Göstərilən qan ləkələri O/İ/ qruplu şəxsə cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. (cild 2, i.v.54-58) - Masallı RPŞ-nin vəzifəli şəxsinin imzaladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri, eləcə də Masallı rayonu Səmidxan kənd sakinləri ilə söhbətlər zamanı Zərərçəkmiş şəxs ilə Şahid3 arasında münasibət olması səbəbindən İqbal Qurbanovun sonuncudan boşanması barədə fikirlər səsləndirilmişdir. (cild 2, i.v.72) - məhkəmə tibbi kriminalistik ekspertizasının 30 avqust 2023-ci il tarixli 408/2023- MTKŞ saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus sviterin ön səthinin sol yarısının aşağı hissəsində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə vardır. Bu zədə kafi itilikli ülgücü, kafi itilikli ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus sviterin üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən törənməsi istisna olunmur. ( cild 2, i.v.84-89) -«sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif olunması haqqında» 06 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 126.2.4-cü maddəsinə tövsif edilərək ona həmin maddəylə yenidən ittiham elan edilməsi, zərərçəkmiş şəxsə məxsus bir ədəd uzunqol sviter və cinayətin aləti olan bir ədəd bıçağın maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilməsi qərara alınmışdır. (cild 2, i.v.90-103) - “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 07 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.2.4cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. ( İİ cild, i.v. 107-108) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunubolunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq Zərərçəkmiş şəxs sağlamlığına yetirilən xəsarətlə bağlı əməlin tövsifinə dair ibtidai istintaq orqanının gəldiyi qənaətlə razılaşmır və Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 126.2.4cü maddəsi ilə irəli sürülmüş ittihamın əsaslı olmadığı nəticəsinə gəlir. Hazırkı iş üzrə ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə ittiham irəli sürərkən belə qənaətə gəlmişdir ki, o, 03 aprel 2023-cü il tarixdə, saat 23 radələrində sərxoş vəziyyətdə Masallı şəhəri ərazisində yerləşən “Təzə Bazar” adlanan yerin arxa tərəfində həmkəndlisi Zərərçəkmiş şəxs ilə mübahisə edərək, mötəbər məlumatı, kifayət qədər əsas və sübutu olmadan sonuncunun guya onun qardaşı İqbal Qurbanovun keçmiş arvadı Şahid3 ilə arasında sevgi münasibəti olması səbəbindən ailənin dağılmasını bəhanə edib, Zərərçəkmiş şəxs cəzalandırmaq və nüfuzuna xələl gətirmək məqsədilə, ətrafdakılara və qanunla qorunan ictimai qaydalara etinasızlıq göstərməklə, xuliqanlıq niyyəti ilə üzərində silah qismində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış kəsici-deşici xassəyə malik məişət təyinatlı, qatlanan tipli və soyuq silah hesab edilməyən cib bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs sol qarın nahiyəsinə bir dəfə vurub ona qarnın ön divarının daxilə nüfuz edən nazik bağırsağın zədələnməsi ilə nəticələnən bir ədəd kəsilmiş-deşilmiş yarası ilə müşayiət edilən və insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamda sonuncunun xuliqanlıq niyyəti ilə hərəkət edərək zərərçəkmiş şəxsə ağır dərəcəli bədən xəsarəti yetirdiyini göstərsə də, gəldiyi nəticəni heç nə ilə əsaslandırmamış, yalnız hadisəyə səbəbin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qardaşı arvadı Şahid3 ilə hər hansı münasibətinin olmamasını bildirməsinə baxmayaraq Təqsirləndirilən şəxs qardaşı arvadı Şahid3 ilə olan sevgi münasibətlərini bəhanə etməsini göstərmişdir. Hazırkı cinayət işi üzrə keçirilmiş məhkəmə istintaqında, eləcə də ibtidai istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qardaşı İqbal Qurbanovun keçmiş arvadı Şahid3 ilə Zərərçəkmiş şəxs aralarında sevgi münasibətləri olması barədə sözsöhbətlər həqiqətən də Masallı rayonu, Səmidxan kəndi ərazisində kənd sakinləri arasında yayılmışdır. Bu halı həm Təqsirləndirilən şəxs, həm də Zərərçəkmiş şəxs da təsdiq etmiş, lakin Zərərçəkmiş şəxs qeyd edilən söz-söhbətlərin olmasına baxmayaraq Şahid3 ilə hər hansı münasibətinin olmadığını bildirmişdir. Həmçinin ibtidai istintaq zamanı Zərərçəkmiş şəxsla Şahid3 arasında hər hansı münasibətlərin olub-olmamasının müəyyənləşdirilməsi ilə bağlı müvafiq əməliyyat axtarış tədbirləri keçirilməsi üçün Masallı RPŞ-yə əməliyyat tapşırığı verilmiş və Masallı RPŞ-nin vəzifəli şəxsinin imzaladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri, eləcə də Masallı rayonu, Səmidxan kənd sakinləri ilə söhbətlər zamanı Zərərçəkmiş şəxs ilə Şahid3 arasında münasibət olması səbəbindən İqbal Qurbanovun sonuncudan boşanması barədə fikirlər səsləndirilmişdir. Həmçinin Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli 2(050)2841/2021 saylı Masallı rayon Məhkəməsinin qətnaməsindən görünür ki, İqbal Qurbanov və Şahid3 arasında Masallı RİHB-nin Səmidxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində xx.xx.2014-cü il tarixdə 24 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Göründüyü kimi hazırkı cinayət işi üzrə Zərərçəkmiş şəxs ilə Şahid3 arasında sevgi münasibətlərinin olması təsdiq edilməsə də bu barədə söz-söhbətlərin kənd sakinləri arasında olması həm məhkəmə istintaqı, həm də ibtidai istintaq zamanı toplanmış sübutlarla təsdiq edilmiş, lakin nədənsə ibtidai istintaq orqanı bu halı Təqsirləndirilən şəxs tərəfindən bəhanə kimi istifadə edilməsi qənaətinə gəlib sonuncuya Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə yeni məzmunda ittihamı elan edilmişdir. Lakin mövcud sübutlara məcmu halında obyektiv şəkildə qiymət verən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi sübuta yetirilməmiş, onun xuliqanlıq niyyətinin bu və digər formada mövcud olması müəyyən edilməmişdir. Belə ki, şəxsin CM-in 126.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması üçün vacibdir ki, cinayətin məhz xuliqanlıq motivi ilə törədilməsi təsdiq olunsun. Əməlin xuliqanlıq niyyəti ilə törədilən cinayət əməli kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, yaxud da xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Bu qəbildən olan cinayətlərin törədilməsində motivin xuliqanlıq kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. Xuliqanlıq motivinin müəyyən edilməsi üçün təqsirkarın cinayət əməli törətməzdən əvvəlki, həmin cinayətin törədiməsi prosesində və cinayət törədildikdən sonrakı hər bir davranışı dərindən təhlil edilməlidir. Nəzərə alınmalıdır ki, motiv (xuliqanlıq motivi) bu qəbildən olan cinayət əməllərini nəzərdə tutan maddələrdə cinayət tərkibinin məcburi elementidir və hər bir iş üzrə işin bütün hallarının məcmusu əsas götürülməklə müəyyən edilməlidir. Odur ki, əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. «Xuliqanlıq işləri üzrə məhkəmə təctübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, «məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur.» Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli 3 №-li Qərarının 6-cı bəndinin 3-cü hissəsində qeyd olunur ki, «xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz.» Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində xuliqanlıq niyyətinin olubolmamasının müəyyən edilməsi üçün aşağıdakı zəruri əlamətlərin mövcudluğunun araşdırılması zəruridir: -şəxsin özünün şəxsiyyətinin başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub-qoymaması; -şəxsin cəmiyyətə, ictimai qaydalara, əxlaq normalarına aşkar laqeydlik, etinasızlıq, hörmətsizlik göstərib göstərməməsi; -şəxsin ətrafdakılara münasibətdə şəxsi eqoizmini, qəddarlığını, azğınlığını nümayiş etdirib-etdirməməsi. Avropa Məhkəməsinin "Qavazov Bolqarıstana qarşı" 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Məhkəmə istintaqında həm zərərçəkmiş Zərərçəkmiş şəxs, həm də Təqsirləndirilən şəxs vermiş olduğu ifadələrindən görünür ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə bıçaq xəsarəti yetirməsinə səbəb heç də əsassız bəhanə deyil, əksinə Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin qardaşı arvadı Şahid3 arasında əxlaqi baxımdan düzgün olmayan münasibtələrin baş verməsində dair Təqsirləndirilən şəxs yaranmış fikirlər olmuş, həmin münasibətlərin real olaraq baş verib-verməməsi təsdiq edilməsə də kənd sakinləri arasında da qeyd edilən söz-söhbətlərin yaranması Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsinə səbəb olan hərəkətverici qüvvə olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin motivi, yəni sonuncunun cinayət törətməsinə təhrikedici hal Zərərçəkmiş şəxs ilə qardaşı arvadı Günel Qurbanova arasında olan münasibətlər, həmin münasibətlər nəticəsində qardaşı İqbal Qurbanovun ailəsinin dağılması barədə onda olan fikirlər olmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs heç də qeyd edilən hərəkətləri ilə özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymamış, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirməmiş, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmamış, həmin qayda və normalara etinasızlıq göstərməmiş, əksinə Zərərçəkmiş şəxs əxlaqi baxımdan səhv əməlləri nəticəsində onda formalaşmış fikirləri səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı zərərçəkmiş şəxsə qəsdən ağır xəsarət yetirmişdir. Məhkəmə tərkibi onu da qeyd etməyi zəruri hesab edir ki, Zərərçəkmiş şəxsla təqsirləndirilən şəxsin qardaşının keçmiş arvadı Şahid3 arasında sevgi münasibətlərinin olması ibtidai istintaq və məhkəmə istintaqı zamanı toplanmış sübutlarla təsdiq edilmədiyi halda belə Təqsirləndirilən şəxs qeyd edilən əməli xuliqanlıq niyyəti ilə törətməsini iddia etmək olmaz. Belə ki, yuxarıda qeyd edilən şəxslər arasında münasibətləri olmadığı halda belə Masallı rayonu, Səmidxan kənd sakinləri arasında bu barədə söz-söhbətlərin olması, təqsirləndirlən şəxsin qardaşı İqbal Qurbanovla arvadı Şahid3 arasında nikahın məhkəmə qaydasında pozulması Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla Şahid3 arasında sevgi münasibətlərinin olmasını fikirləşməyə əsas verən hal olmuş, buna görə də təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməsini Zərərçəkmiş şəxs əxlaqi baxımdan səhv əməlləri və yaxud bahanə olmayıb, Təqsirləndirilən şəxs tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndirdiyindən Təqsirləndirilən şəxs əməli xuliqanlıq motivi ilə törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qardaşının keçmiş arvadı ilə Zərərçəkmiş şəxs arasında olan münasibətlərə görə sonuncu ilə mübahisə edib mübahisənin gedişində sonuncunu qəsdən sağlamlığına ağır xəsarət yetirməsini cinayətin “heç bir əsaslı səbəb olmadan”, - “xuliqanlıq niyyəti ilə” törədilməsi haqqında nəticə çıxarmasını ziddiyyətli, yəni ittihamda təsvir edilmiş faktiki hallardan irəli gəlməyən hüquqi mövqe kimi qiymətləndirmiş və bu zaman xüsusilə onu qeyd etmişdir ki, “ittihamın təsvirindən aşkar surətdə görünən, əməlin yanlış tövsif edilməsinə gətirib çıxaran hal odur ki, ibtidai istintaq orqanı “əsaslı səbəb” və sadəcə “səbəb” anlayışlarını eyniləşdirmiş, “səbəb”in mövcud olub-olmaması barədə qənaətini ilk növbədə təqsirkar şəxsin baş verənlərə subyektiv münasibətinə görə formalaşdırmalı olduğunu nəzərindən qaçırmışdır. Xuliqanlıq motivi CM-in 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin məcburi elementidir və hər bir iş üzrə işin bütün hallarının məcmusu əsas götürülməklə müəyyən edilməlidir. Xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurma çox hallarda təqsirkarın neqativ davranışı barədə zərərçəkmiş şəxsin ümumi qəbul olunmuş formada və haqlı iradına cavab olaraq törədilir. Əməlin xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərərvurma kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, yaxud da digər motivlər təqsirkarın cinayət əməlinin əsas səbəbi kimi deyil, xuliqanlıq niyyətini pərdələyən faktor kimi çıxış etməlidir. Əgər digər motivlər (qisas, qısqanclıq və s.) təqsirkarın niyyətini formalaşdırırsa, bu zəmində törədilən sağlamlığa ağır zərər vurma cinayəti CM-in 126.2.4cü maddəsi ilə tövsif edilə bilməz. Ona görə də sağlamlığa ağır zərərvurmanın xuliqanlıq niyyəti ilə törədilməsini qiymətləndirmək üçün təqsirkarın davranışının digər (xuliqanlıq olmayan) motivləri istisna edilməlidir. Xuliqanlıq motivinin müəyyən edilməsi üçün təqsirkarın əvvəlki, sağlamlığa zərər vurma prosesində və cinayət törədildikdən sonrakı hər bir davranışı təhlil edilməlidir. Hazırki iş üzrə məhkəmə tərəfindən müəyyən olunmuş hallardan, hətta ittihamın özündə belə təsvir olunmuş xüsusatlardan isə görünən odur ki, Təqsirləndirilən şəxs “səbəb” olmadan və yaxud nəyisə bəhanə etməklə hərəkət etməmiş, onun subyektiv münasibətində zərərçəkmiş Zərərçəkmiş şəxs onun qardaşı İqbal Qurbanovun keçmiş arvadı Şahid3 ilə arasında sevgi münasibəti olması səbəbindən ailənin dağılmasını əsas gətirməsi və bundan irəli gələn mübahisə bəhanə deyil, “əsl səbəb” kimi çıxış etməklə onu cinayət törətməyə sövq edən, təkanverici amil rolunu oynamışdır. Belə olduğu halda Təqsirləndirilən şəxs əməli xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayəti kimi qiymətləndirilə bilməz. Belə ki, məhkəmə tərəfindən yuxarıda qeyd edilən cinayət işinin faktiki halları ilə və sübutlarla müəyyən edilmişdir ki, baş vermiş cinayət hadisəsinə səbəb təqsirləndirilən və zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə olmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsüf etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi bıçaq ilə qəsdən bir dəfə Zərərçəkmiş şəxs qarın nahiyəsinə vuraraq ona insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməsi xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilə bilməz. Məhkəmədə cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı əldə edilmiş sübutlara əsasən müəyyən edildi ki, 03 aprel 2023-cü il tarixdə, saat 23 radələrində Masallı şəhəri ərazisində yerləşən “Təzə Bazar” adlanan yerin arxa tərəfində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sonuncunun onun qardaşı İqbal Qurbanovun keçmiş arvadı Şahid3 ilə arasında sevgi münasibəti olması səbəbindən ailənin dağılması barədə fikrini əsas gətirib Zərərçəkmiş şəxs cəzalandırmaq və nüfuzuna xələl gətirmək məqsədilə üzərində silah qismində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış kəsici-deşici xassəyə malik məişət təyinatlı, qatlanan tipli və soyuq silah hesab edilməyən cib bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs sol qarın nahiyəsinə bir dəfə vurub ona insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Odur ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsüf edilməsini Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun tövsiyyələri baxımından da əsaslı və qanuni hesab edir Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi ictimali-təhlükəli hərəkəti törətməsi və bunun müvafiq nəticələrə səbəb olması əməlində Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlaməti vardır və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini qəsdən törətmişdir. Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CPM-in) 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs, şahid qismində dindirilmiş Şahid1 oğlu, Şahid2 və Şahid4 ifadələri, cinayət işi materiallarında olan “götürmə aparılması barədə” 04 aprel 2023-cü il tarixli, “baxış keçirilməsi” haqqında 04 aprel 2023-cü il tarixli, “ifadənin yerində yoxlanılması haqqında” 05 aprel 2023-cü il tarixli protokol və digər istintaq hərəkəti protokolları, məhkəmə-tibbi ekspertizasının 29 aprel 2023-cü il tarixli 366 saylı, məhkəmə tibbi kriminalistik ekspertizasının 10 may 2023-ci il tarixli 161/2023-MTKŞ saylı, məhkəmə tibbi bioloji ekspertizasının 05 may 2023-ci il tarixli 234/2023- MTBŞ saylı, məhkəmə-əlavə tibbi kriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli 247/2023- MTKŞ saylı, məhkəmə tibbi bioloji ekspertizasının 10 iyul 2023-ci il tarixli 234/2023- MTBŞ saylı, məhkəmə tibbi kriminalistik ekspertizasının 30 avqust 2023-ci il tarixli 408/2023- MTKŞ saylı rəyləri və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış predmetlərlə müəyyən edilmiş işin faktiki halları, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o, cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - Məhkumluq haqqında tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 186.2.2-ci maddəsi ilə təqsirli bilinib 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, (cəza çəkmənin əvvəli xx.xx.2018-ci il tarixdən hesablanmaqla), Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 ay 26 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuş və xx.xx.2021-ci il tarixdə cəzanı tam çəkib qurtarmışdır. (İ cild, i.v. 107-108; 120-124; İİ cild 19-22) Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməllərində cinayətlərin sadə residivi vardır və həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. - Masallı Rayon İcra Hakimiyyəti başçısının İ Səmədxanlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 aprel 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı, himayəsində 3 azyaşlı uşağı, atası və anasından ibarətdir. Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuşdur. (i.v. 130-131) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində xx.xx.2010-cu il, xx.xx.2011-ci il və xx.xx.2018-ci il təvəllüdlü üç azyaşlı uşağı vardır. Məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, himayəsində üç nəfər azyaşlı uşağının olmasını (Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən), zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını (Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən), cinayət törətdikdən sonra könüllü gəlib təqsirini boynuna almasını (Cinayət Məcəlləsinin 59.1.10cu maddəsinə əsasən) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində göstərilən cinayətlərin sadə residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi qəbul edir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən (təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda və könüllü gəlib təqsini boynuna aldıqda Cinayət Məcəlləsinin 59.1.10 və 59.1.12-ci maddələr) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Lakin həmin maddədə qeyd edilmişdir ki, şəxsin əməlində cəzanı ağırlaşdıran hallar olmadığı halda qeyd edilən qayda tətbiq edilir. Lakin cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində göstərilən cinayətlərin sadə residivinin olması cəzasını ağırlaşdıran kimi qəbul edildiyindən cəza təyini ilə bağlı CM-in 60.1-ci maddəsində qeyd edilmiş qayda tətbiq edilməməlidir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri və törədilmiş cinayətin zorakı cinayət növünə aid olmasını, təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsinin zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün yenidən təhlükə yaradacağı ehtimalını nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Cinayət qanunvericiliyinin tələblərinə və cəza təyin edilərkən nəzərə alınan hallara görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının orta həddə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPMin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 04 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri yoxdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş “sübutların qiymətləndirilməsi haqqında” 06 sentyabr 2023-cü il tarixli qərar əsasında Səbail RPİ-nin maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd uzunqol sviter və Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Xuliqanlıq işləri üzrə məhkəmə təctübəsi haqqında” 23 mart 2004-cü il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, həmçinin Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 4 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulduğu 04 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış Zərərçəkmiş şəxs məxsus bir ədəd uzunqol sviter və Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-159/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-159/2024
14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver