Məhkəmə qərarları › İş №1(099)-159/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-159/2025

22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-159/2025 22.05.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cavanşir Şirvan oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi - Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi – Bakı şəhəri 32 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1978-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 (FİN xxxxxxx) xx.xx.1986-cı ildə Ermənistan Respublikası Kalinino rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(060)-632/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Abşeron rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi olan 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti olaraq 01 (bir) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, fərdi əməklə məşğul olan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 (FİN xxxxxxx) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə 22 may 2025-ci il tarixdə saat 13:00-da Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 1 nömrəli məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddənin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanması, eləcə də satışının həyata keçirilməsi barədə tanışı Təqsirləndirilən şəxs2, İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan “Sadiq” adlı şəxslə və qeyriləri ilə razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs2 ilə birlikdə 11 avqust 2024-cü il tarixdə cinayətkar qrupun məlum olmayan üzvləri tərəfindən naməlum tarixdə və şəraitdə qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış və Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində üzərində “Bəhramtəpə-Ağayrı” sözləri yazılmış lövhənin altında yerləşdirilmiş külli miqdarda, 3225 qram narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda, 257,345 qram çəkidə psixotrop maddə metamfetamini və külli miqdarda, ümumi təsiredici maddəsinin miqdarı 1,84 qram olan 46 ədəd narkotik vasitə metadon həblərini satış məqsədilə bir ədəd idman çantasında əldə edərək, “Toyota Prius” markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımışlar. 11 avqust 2024-cü il tarixdə saat 22 radələrində Biləsuvar rayon Polis şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “Toyota Prius” markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara yolunun 147-ci kilometrində hərəkətdə olan zaman saxlanılmış, avtomobilə baxış zamanı avtomobilin arxa sərnişin oturacağının üzərində bir ədəd qara rəngli idman çantasının içərisində 1 (bir) ədəd bükülüdə külli miqdarda, 257,345 qram ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin, 7 (yeddi) ədəd bükülüdə ayrı-ayrılqıda təmiz çəkiləri 195 qram, 1335 qram, 90 qram, 350 qram, 560 qram, 355 qram, 340 qram olmaqla külli miqdarda, ümumi təmiz çəkisi 3225 qram narkotik vasitə qurdulmuş marixuana, 1 (bir) ədəd bükülüdə külli miqdarda, ümumi təsiredici maddəsinin miqdarı 1,84 qram olan 46 ədəd narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 11 avqust 2024-cü il tarixdə saat 08-09 radələrində Təqsirləndirilən şəxs2lə yaşadığı binanın blokunda görüşərək söhbət etmiş, həmin vaxt tanımadığı nömrədən onun telefonuna “WhatsApp” mobil tətbiqi vasitəsilə ismarıc gəlmiş, həmin şəxs özünü iranlı kimi təqdim edərək onunla birlikdə cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşadıqlarını bildirmişdir. O, həmin şəxslə bir qədər söhbət etdikdən sonra Yusifə iranlı şəxsin İmişli rayonu ərazisinə 20 qram bir növdən, 20 qram da digər növ narkotik vasitədən qoyduğunu bildirmişdir. Yusif ondan həmin narkotik vasitələrin pulsuz olub-olmadığını soruşmuş, o, da Yusifə həmin narkotik vasitələrin pulsuz olduğunu, buna görə heç bir ödəniş etməyəcəklərini bildirmişdir. Bundan sonra o, Yusiflə birlikdə “20 Yanvar” dairəsinə gələrək, oradan taksi ilə İmişli rayonuna yola düşmüşdür. O, yolboyu iranlı şəxslə “WhatsApp” mobil tətbiqi vasitəsilə əlaqə saxlamış, həmin şəxs ona İmişli rayonuna çatmağa 30 dəqiqə qalmış məlumat verməyi bildirmişdir. Onlar İmişli rayonuna çatdıqdan sonra iranlı şəxs ona narkotik vasitələrin Biləsuvar rayonu ərazisində olduğunu, həmin narkotik vasitələri götürmək üçün Biləsuvar rayonuna gəlməyi bildirmişdir. Onlar İmişli rayonunda “Avtovağzal” adlanan ərazidə taksi kimi fəaliyyət göstərən Şahid4la onları Biləsuvar rayonuna, daha sonra Bakı şəhərinə aparması barədə razılaşaraq Rəşadın idarə etdiyi “Toyota Prius” markalı avtomobillə Biləsuvar rayonuna yola düşmüşlər. O, iranlı şəxsin “WhatsApp” mobil tətbiqi vasitəsilə göndərdiyi əraziyə dair koordinata gedərək orada bir ədəd idman çantası aşkar etmiş, həmin çantanı götürərək avtomobilə əyləşmişdir. O, avtomobildə olarkən çantanı açaraq içinə baxmış, çantanın içərisində narkotik vasitə deyil, ot olduğunu görmüşdür. Bundan sonra o, həmin çantanın və içərisindəki otun şəklini çəkərək “WhatsApp” mobil tətbiqi vasitəsilə iranlı şəxsə göndərmiş, ondan nəyə görə narkotik vasitə əvəzinə ot göndərdiyini soruşmuşdur. İranlı şəxs çantanın səhv verildiyini, hərəkət istiqamətində qarşıda 100 qram “patı” qoyulduğunu, həmin narkotik vasitəni götürməsini bildirmişdir. O, yenidən iranlı şəxsin “WhatsApp” mobil tətbiqi vasitəsilə göndərdiyi əraziyə dair koordinata doğru hərəkət etmiş, Yusiflə birlikdə iranlı şəxsin qeyd etdiyi “patı”nı axtarmış, lakin heç nə tapa bilməmişlər. Bundan sonra onlar Bakı şəhərinə doğru hərəkət etməyə başlamışlar. Yolda polis əməkdaşları onları saxlayaraq avtomobilə baxış keçirmiş, axtarış zamanı çantanın içərisindən narkotik vasitələr və psixotrop maddə aşkar edilmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 ifadəsinə davam edərək göstərmişdir ki, polis əməkdaşları onları saxlayarkən avtomobildə olan çantanın içərisində heç bir narkotik vasitə olmamış, onlar saxlanıldıqdan sonra həmin çanta polis əməkdaşlarının özləri ilə gətirdikləri çanta ilə dəyişdirilmiş, məhz polis əməkdaşlarının avtomobilə qoyduqları çantanın içərisində narkotik vasitələr aşkar edilmişdir. Avtomobilə baxış keçirilərkən polis əməkdaşları videoçəkilişdən istifadə etmiş, lakin həmin vaxt polis əməkdaşları onun ünvanına təhqiramiz ifadələr işlətdiyindən hal-hazırda məhkəmədə qeyd etdiyi xüsusatları orada çəkiliş zamanı qeyd etməmişdir. İranlı şəxs ona Biləsuvar rayonu ərazisində 50 qram “patı”, 50 qram da “kokos” qoyduğunu bildirmişdir. O, Yusifi tutulmamışdan təxminən 7-8 ay əvvəldən tanımış, müxtəlif vaxtlarda birlikdə narkotik vasitələrdən istifadə etmişlər. Yusif onun İmişli rayonuna daha sonra isə Biləsuvar rayonuna məhz narkotik vasitə əldə etmək üçün gəldiyini bilmiş, hətta yola çıxmamışdan öncə ona “qorxma, gedək” deyə bildirmişdir. Eləcə də, Yusif onlar avtomobildə olarkən onun iranlı şəxslə “WhatsApp” mobil tətbiqi vasitəsilə apardığı danışıqları eşitmişdir. Bundan başqa polis əməkdaşları tərəfindən saxlanılarkən onun üzərində şəxsi istifadəsi üçün nəzərdə tutulmuş narkotik vasitə olmuş, o həmin narkotik vasitəni polis əməkdaşlarına təqdim etmiş, lakin həmin narkotik vasitə protokollarda qeyd edilməmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – CPM-nin) 327.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, həmin ifadəsində Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 11 avqust 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhərində Təqsirləndirilən şəxs2 yaşadığı binanın blokunda Yusiflə dayanıb söhbət edərkən «WhatsApp» proqramı vasitəsilə tanımadığı İran İslam Respublikasına məxsus olan mobil operatora məxsus bir nömrədən tanımadığı bir şəxs zəng etmiş, telefon zəngini açaraq kim olmasını və mobil nömrəsini haradan əldə etməsini həmin şəxsdən soruşduqda telefonda onunla danışan şəxs İranda yaşadığını, cəzaçəkmə müəssisəsində birgə cəza çəkdilərini və onu oradan vacib tanıdığını bildirmişdir. O, isə öz növbəsində özünü iranlı kimi təqdim edən şəxsə onu tanımadığını demişdir. Özünü ona İİR-nin vətəndaşı kimi təqdim edən şəxs İmişli rayonunda vəsait, yəni narkotik vasitə gizlətdiyini deyərək həmin narkotik vasitəni Bakı şəhərinə aparmağını və bunun qarşılığında pul verəcəyini təklif etmişdir. O, bu barədə dostu Yusifə məlumat vermiş, Yusif onunla razılaşdıqdan sonra İranlı həmin şəxsə İmişli rayonundan onun deyəcəyi yerdən narkotik vasitəni əldə edib Bakı şəhərinə aparmaq təklifinə razılıq vermişdir. Hətta dostu Yusif bildirmişdir ki, iranlı həmin şəxsə onlara da narkotik vasitə göndərsə, yerbəyer edə bilər, yəni satıb pul əldə etmək olar. 11 avqust 2024-cü il tarixdə dostu Təqsirləndirilən şəxs2lə birlikdə Bakı şəhəri 20 Yanvar metrostansiyasının yaxınlığından taksi ilə Lökbatan dairəsinə, oradan da tanımadığı taksi ilə İmişli rayonuna getmişlər. İmişli rayonuna çatmağa təxminən 30-40 dəqiqə qalmış İranlı həmin şəxsə «WhatsApp» proqramı vasitəsilə səs göndərərək İmişliyə çatmaq üzrə olduğu barədə məlumat vermişdir. Həmin səs yazısını iranlıya göndərməyini Yusif də eşitmişdir. İmişli rayonuna çatdıqdan sonra adını bilmədiyi İran vətəndaşı ona «WhatsApp» proqramı vasitəsilə səsli mesaj göndərib narkotik vasitəni İmişi rayonundan Biləsuvar rayonu istiqamətində gedən yolun kənarında gizlətdiyini və buna görə də həmin yerə gedib narkotik vasitəni oradan götürməsini bildirmişdir. O, Təqsirləndirilən şəxs2lə birlikdə İmişli rayon avtovağzalında tanımadığı taksi sürücüsünə yaxınlaşıb idarə etdiyi «Toyota Prius» markalı avtomobillə onları Biləsuvar rayonuna aparmasını, Biləsuvarda bir qohumu ilə görüşdükdən sonra onları Bakı şəhərinə aparmasını bildirmişdir. Həmin taksi sürücüsü idarə etdiyi avtomobillə onu və Yusifi Biləsuvar rayonuna gətirib Bakı şəhərinə aparması qarşılığında 80 (səksən) manat pul alacağını demiş, taksi sürücüsünün dediyi yol haqqı ilə razılaşdıqları üçün yola düşmüşlər. Adını bilmədiyi İran vətəndaşı narkotik vasitəni götürüb bu barədə ona məlumat verən kimi ona məxsus olan Leobankdan götürdüyü bank kartına 100 (bir yüz) manat göndərəcəyini bildirmiş, hətta pul göndərməsi üçün kartın fotoşəkilini də İran vətəndaşına göndərmişdir. Buna görə də fikirləşmişdir ki, narkotik vasitəni götürən kimi bu barədə iranlıya məlumat verər, həmin iranlı da ilkin olaraq ona 100 (yüz) manat pul göndərər və həmin puldan taksi sürücüsünə 80 (səksən) manat verər. Bundan sonra adını sonradan bildiyi Rəşad adlı taksi sürücüsünün idarə etdiyi «Toyota Prius» markalı avtomobilin sağ qabaq oturacağında əyləşmiş, Yusif isə həmin avtomobilin arxa oturacağında əyləşmiş və birlikdə Biləsuvar rayonu istiqamətində gəlməyə başlamışlar. Taksi sürücüsü avtomobilin maqnitafonunda musiqiyə qulaq asdığı üçün İİR-nin vətəndaşı ilə «WhatsApp» proqramı vasitəsilə qarşılıqlı olaraq bir-birilərinə göndərdikləri səs yazılarına fikir verməmişdir. Həmin gün, yəni 11 avqust 2024-cü il tarixdə saat 21 radələrində İmişli rayonundan Biləsuvar rayonu istiqamətində gələn yolla Biləsuvar rayonu ərazisində hərəkətdə olan zaman iranlı ona narkotik vasitənin gizlədildiyi yerin fotoşəklinin konumunu (ünvanını) «WhatsApp» proqramı vasitəsilə göndərmişdir. Həmin konuma baxarkən üzərində Bəhrəmtəpə-Ağayrı sözləri yazılmış lövhənin fotoşəkilini görmüşdür. Buna görə də qeyd olunan lövhənin yaxınlığına çatarkən taksi sürücüsündən avtomobili saxlamasını və avtomobildən düşüb yolun kənarında qohumu ilə görüşüb geri qayıdacağını demişdir. Buna görə də sürücü avtomobili yolun kənarında saxlamış, o, avtomobildən düşüb arxa tərəfə, daha sonra isə yolun əks tərəfinə keçmişdir. Yusifdən isə avtomobildə gözləməsini, taksi sürücüsünün ona fikir verməməsi üçün onu söhbətə tutaraq başını qatmasını istəmişdir. Yolun əks tərəfinə keçib üzərində Bəhrəmtəpə-Ağayrı sözləri yazılmış lövhənin yaxınlığında qazılmış kanaldan içərisində narkotik vasitə olan qara rəngli idman çantasını götürüb yenidən avtomobilə qayıtmışdır. Avtomobilin arxa qapısını açıb çantanı oraya qoyarkən Yusifin avtomobildə olmadığını, bir qədər kənardan avtomobilə tərəf gəlməsini görmüşdür. Buna görə də çantanı avtomobilin arxa oturacağının ayaqaltı hissəsinə qoymuş, özü də həmin çantanın yanında əyləşmişdir. Yusif isə sağ qabaq oturacaqda əyləşdikdən sonra taksi sürücüsünə qohumu ilə görüşdüyünü demişdir. Taksi sürücüsü Rəşad ondan çantada nə olmasını soruşduqda qohumunun ona verdiyini, içərisində qorxulu bir şey olmamasını, bundan narahat olmamasını demişdir. Taksi sürücüsü Rəşad onun bu sözlərinə inanmış və yoluna davam etmişdir. Yolda hərəkətdə olan zaman iranlı tanımadığı şəxs «WhatsApp» proqramı vasitəsilə ona səsli mesaj göndərmiş, o, isə həmin səsli mesajları taksi sürücüsü eşitməsin deyə ona sakitcə qulaq asmış, həmin səsli mesajda iranlı şəxs ona demişdir ki, Biləsuvar rayonundan Salyan rayonu istiqamətində getdikdə yolun kənarında 50 (əlli) qram patı, yəni psixotrop maddə metamfetamin gizlətmiş, həmin psixotrop maddə metamfetamini götürmək üçün onun gizlədiyi yerin konumunu ona göndərmişdir. İİR-nın vətəndaşının göndərdiyi konumda qeyd olunan lövhənin yanına çatdıqdan sonra ayaqyoluna getmək adı ilə taksi sürücüsü Rəşada avtomobili saxlamasını bildirmişdir. Rəşad maşını saxladıqdan sonra o, maşından düşüb həmin yerdə içərisində psixotrop maddə metamfetamin olan bağlamanı axtarsa da, tapa bilməmiş, buna görə də yenidən Rəşadın idarə etdiyi avtomobilə əyləşib Bakı şəhərinə getmək üçün yola davam etmişlər. Təxminən 20 dəqiqə sonra yol-patrul xidmətinin əməkdaşları taksi sürücüsünə avtomobili “saxla” əmri vermişlər. Həmin vaxt Rəşadın idarə etdiyi avtomobildə nasazlıq yarandığı üçün avtomobili saxlamış, ilk olaraq onlara YPX əməkdaşları, daha sonra isə mülki geyimdə olan digər polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etmişlər. Gəlişlərinin səbəbini izah etdikdən sonra polis əməkdaşları videoçəkiliş aparmaqla onun, Təqsirləndirilən şəxs2 və taksi sürücüsü Rəşadın üzərini yoxlamışlar. Yoxlama zamanı nə onun, nə Yusifin, nə də ki, taksi sürücüsü Rəşadın üzərindən narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Üzərini yoxlayan zaman avtomobildə içərisində narkotik vasitə olan çanta olmasını polis əməkdaşlarına bildirmiş, buna görə də videoçəkiliş aparılmaqla onun, Təqsirləndirilən şəxs2 və taksi sürücüsü Rəşadın iştirakları ilə avtomobilə baxılmışdır. Avtomobilin arxa oturacağının ayaqaltı hissəsindən bir ədəd qara rəngli idman çantası aşkar olunaraq götürülmüşdür. Çanta açılıb baxıldıqda içərisində üzəri yapışqan lentlə bağlanmış 07 ədəd bağlama olması müəyyən edilmişdir. Birinci bağlama açılıb baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuana olması, elektron tərəzidə çəkildikdə 775 qram olması, ikinci bağlama açılıb baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuana olması, elektron tərəzidə çəkildikdə 450 qram olması, üçüncü bağlama açılıb baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuana olması, elektron tərəzidə çəkildikdə 450 qram olması, dördüncü bağlama açılıb baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuana olması, elektron tərəzidə çəkildikdə 280 qram olması, beşinci bağlama açılıb baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuana olması, elektron tərəzidə çəkildikdə 500 qram olması, altıncı bağlama açılıb baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuana olması, elektron tərəzidə çəkildikdə 1400 qram olması müyyənləşdirilmişdir. Yeddinci bağlama açılıb baxıldıqda içərisində üzəri yapışqan lentlə bağlanmış 02 ədəd büküm olması, birinci büküm açıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuana olması, elektron tərəzidə çəkildikdə 180 qram olması, ikinci büküm açıldıqda onun da içərisində 02 ədəd büküm olması müəyyən edilmiş, həmin bükümlər açıldıqda birincisinin içərisində psixotrop maddə metamfetamin olması, elektrin tərəzidə çəkildikdə 320 olması müəyyənləşdirilmiş, digər balaca büküm açılıb baxıldıqda üzərində M-40 sözləri yazılmış 46 ədəd narkotik vasitə metadon həblərinin olması müəyyənləşdirilmişdir. İdman çantasından aşkar edilmiş narkotik vasitə və psixotrop maddələr qablaşdırılaraq götürüldükdən sonra polis əməkdaşları onları Biləsuvar RPŞ-yə gətirmişlər. Biləsuvar Rayon Polis Şöbəsində təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. RPŞ-nin inzibati binasının həyətində onun, müdafiəçisi Habil Məmmədovun, dostu Yusifin, taksi sürücüsü Rəşadın onların müdafiəçilərinin, habelə polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş aparılmaqla yenidən «Toyota Prius» markalı avtomobilə baxış keçirilmiş, lakin avtomobildən narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş digər hər hansı əşya və ya predmet aşkar olunub götürülməmişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, taksi sürücüsü Rəşadın avtomobildən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddələrdən xəbəri olmamışdır. Həmin narkotik vasitə və psixotrop maddələri dostu Təqsirləndirilən şəxs2lə birlikdə razılaşıb əldə etmək üçün ikisi birlikdə İmişli rayonuna, daha sonra isə Biləsuvar rayonuna gəlmişlər. Əldə etdikləri narkotik vasitəni Bakı şəhərinə aparmaları müqabilində İİR-nin vətəndaşının göndərdiyi pulu və ya narkotik vasitəni də dostu Təqsirləndirilən şəxs2lə birlikdə bərabər şəkildə öz aralarında bölmək üçün Yusiflə əvvəlcədən razılaşmaları olmuşdur. Polis əməkdaşları tərəfindən RPŞ-yə gətirildikdən sonra ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq olunmamış, heç bir xəsarət almamış, bununla bağlı heç bir şikayəti yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, həmin ifadədəki imzalar ona məxsusdur. Lakin, ifadəni oxumadan imzalamışdır. Belə ki, Polis şöbəsində saxlanılarkən polis əməkdaşları ona susadığı üçün “Coca-cola” içkisi vermiş, həmin içkini içdikdən sonra onun halı pisləşmişdir. Ona görə özündə olmadığından həmin ifadəni imzalamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, o, Xaçmaz rayonu Nabran qəsəbəsindən qayıtdıqdan sonra Təqsirləndirilən şəxs1la görüşərək Salyan rayonuna getməyə qərar vermişdir. Belə ki, onlar Salyan rayonuna gedərkən əvvəlcə İmişli rayonunda Rəşadla birlikdə məhkumluq həyatı yaşamış Rəşadın tanışı ilə görüşməli imişlər. Lakin, onların İmişli rayonunda görüşü baş tutmamış, onlar İmişli rayonundan Salyan rayonuna gələrkən Biləsuvar rayonu ərazisində yolda polis əməkdaşları tərəfindən saxlanılmışlar. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 oğllu bildirmişdir ki, İmişli rayonuna getməkdə məqsədləri Rəşadın tanışından şəxsi istifadələri üçün bir miqdar narkotik vasitə əldə etmək olmuş, lakin İmişli rayonunda həmin şəxslə görüşləri baş tutmamışdır. Salyan rayonuna isə gəzmək üçün getmək niyyətində olmuşdur. Rəşadla aralarında şəxsi istifadə üçün narkotik əldə olunması ilə bağlı razılaşma olmuş, lakin külli miqdarda narkotik vasitələrin əldə olunması ilə bağlı heç bir danışıqları olmamışdır. Onun ümumiyyətlə Rəşadın hər hansı iranlı şəxslə narkotik vasitələrin əldə olunması ilə bağlı danışıqlarının olmasından məlumatı olmamışdır. Polis əməkdaşları tərəfindən avtomobildə aşkar edilmiş içərisində narkotik vasitələr olan çantanın avtomobilə nə zaman, kim tərəfindən, harada qoyulması barədə xəbəri olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən də, onlara avtomobildə aşkar edilmiş içərisində narkotik vasitələr olan çantanın onun olmaması, bu barədə məlumatının olmamasını bildirmişdir. Növbəti məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, Rəşadın yol kənarından çanta götürməsini bilmiş, həmin çantanı Rəşadın əlində gördükdən sonra qorxmağa başlamış, hətta qardaşına zəng edərək ona pul göndərməsini, təcili olaraq qayıtmaq istədiyini bildirmişdir. Həmçinin avtomobilə Rəşadın gətirib qoyduğu çanta polis əməkdaşlarının avtomobildə aşkar etdikləri çantadan fərqli çanta olmuşdur. Məhkəmə, CPM-nin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, CPM-nin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 11 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 Biləsuvar rayon ərazisində narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması barədə ona əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumat əsasında qərar qəbul edilərək 11 avqust 2024-cü il tarixdə təxminən saat 22 radələrində Təqsirləndirilən şəxs1 içərisində olması ehtimal edilən avtomobil əməliyyat qrupu tərəfindən Bəhrəmtəpə-Biləsuvar yolunun 147 kilometrində saxlanılmış, həmin vaxt avtomobildə Təqsirləndirilən şəxs1, Şahid4 və Təqsirləndirilən şəxs2 olmuşlar. Bundan sonra onun tərəfindən həmin şəxslərin üzərinə şəxsi axtarış və avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 avtomobildə ona məxsus narkotik vasitənin olduğunu bildirmiş, onun iştirakı ilə avtomobilə baxış zamanı avtomobilin arxa sağ sərnişin oturacağında bir ədəd idman çantası olduğu müəyyən edilmiş, çantaya baxış zamanı 07 ədəd büküm aşkar edilmiş, həmin bükümlərin 06 ədədində narkotik vasitə olan marixuana sonuncu bir bükümündə 02 ədəd ayrı sellofan bükümlərdə psixotrop maddə metamfetamin digər bükümdə isə metadon həbləri aşkar edilərək götürülmüşdür. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 narkotik vasitələri İran İslam Respublikası vətəndəşı ilə öncədən danışaraq Biləsuvar-İmişli ərazisində götürəcəyi və Bakı şəhərinə aparacağı barədə razılaşdıqlarını bildirmişdir. Şahid1 Habil oğlu ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq olmamış, avtomobilə “saxla” işarəsi verilən kimi avtomobili saxlamışlar. Onlar saxlanıldıqdan dərhal sonra videoçəkiliş aparılmaqla onların üzərində şəxsi axtarış aparılmış, eləcə də avtomobilə baxış keçirilərək ifadəsində sadaladığı narkotik vasitələr və psixotrop maddələr idman çantasının içərisində aşkar edilmişdir. Əməliyyat məlumatı yalnız Təqsirləndirilən şəxs1 barəsində daxil olmuş, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə polis əməkdaşlarında məlumat olmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdikləri ifadələrində iddia etdikləri kimi avtomobildə olan çantanın dəyişdirilməsi və ya çantaya polis əməkdaşları tərəfindən narkotik vasitələrin yerləşdirilməsi barədə iddiaları tamamilə əsassızdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 11 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuş, Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bununla bağlı əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna o, həmçinin yol-patrul xidmətinin əməkdaşları da daxil olmuşlar. 11 avqust 2024-cü il tarixdə təxminən saat 22 radələrində onlar tərəfindən Təqsirləndirilən şəxs1 “Toyota Prius” markalı avtomobillə Biləsuvar rayonu ərazisində hərəkətdə olması müəyyən edilərək həmin avtomobil saxlanılmışdır. Avtomobil saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və avtomobilin sürücüsünə özlərini təqdim etmiş, həmin şəxslərin üzərlərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirmişlər. Axtarış zamanı onların üzərində hər hansı qanunla qadağan olunmuş vasitələr aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 iranlı şəxslə “WhatsApp” mobil tətbiqi vasitəsi ilə yazışdığını, iranlı ilə onun İmişli-Biləsuvar rayonu ərazisinə qoyduğu narkotik vasitələri pul müqabilində götürüb Bakı şəhərinə aparması barədə razılaşdıqlarını, bu məqsədlə iranlının Biləsuvar rayonu ərazisinə qoyduğu içərisində narkotik vasitələr olan idman çantasını götürüb “Toyota Prius” markalı avtomobilə qoyduğunu bildirmişdir. Avtomobilin sürücüsü Rəşad Şahid4 və Yusifi əvvəllər tanımadığını, onları taksi kimi İmişli rayonundan Biləsuvar rayonuna daha sonra Bakı şəhərinə aparması barədə razılaşdıqlarını, narkotik vasitələrdən məlumatının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 isə nə onun, nə də avtomobilin sürücüsünün narkotik vasitələrdən məlumatlı olmadığını demişdir. Bundan sonra avtomobildə Təqsirləndirilən şəxs1 göstərdiyi yerdən idman çantası götürülmüş, çantaya baxış zamanı içərisində yeddi fərqli bükümdə marixuana, metamfetamin və metadon həbləri aşkar edilmişdir. Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı polis əməkdaşları tərəfindən heç bir zorakılığa yol verilməmiş, avtomobilə “saxla” işarəsi verilən kimi avtomobili saxlamışlar, Rəşad və Yusif polis əməkdaşlarına heç bir müqavimət göstərməmişlər. Onları saxladıqdan dərhal sonra videoçəkiliş aparmaqla üzərlərinə şəxsi axtarış keçirilmiş, eləcə də avtomobilə, avtomobildə aşkar edilmiş içərisində narkotik vasitələr olan bağlamalara baxış keçirilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 avtomobildə aşkar edilmiş narkotik vasitələrdən Təqsirləndirilən şəxs2 də məlumatının olduğunu, həmin narkotik vasitələri Bakı şəhərinə aparması müqabilində qazanc əldə etmək istədiyini bildirmişdir. Həmçinin, idman çantasına baxış zamanı çantanın içərisində ot deyil, ifadəsində qeyd etdiyi kimi müxtəlif növ narkotik vasitələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 isə ilkin sorğu-sual zamanı narkotik vasitələrdən məlumatının olmadığını, Biləsuvar rayonuna Təqsirləndirilən şəxs1 qohumunu ziyarət etməyə gəldiklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumat əsasında tərkibində onun da daxil olduğu əməliyyat qrupu yaradılmış, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. 11 avqust 2024-cü il tarixdə saat 22 radələrində içərisində Təqsirləndirilən şəxs1 olması ehtimal edilən “Toyota Prius” markalı avtomobil yol-patrul xidməti əməkdaşları tərəfindən “saxla” işarəsi verilərək saxlanılmışdır. Avtomobildə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və sürücü Şahid4 olmuşlar. Axtarış zamanı avtomobildə içərisində narkotik vasitələr olan idman çantası aşkar edilərək götürülmüşdür. Həmin çantanın içərisində qurudulmuş marixuana, metamfetamin və metadon həbləri olmuşdur. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs2 aşkar olunmuş narkotik vasitələrdən məlumatının olmadığını desə də, Təqsirləndirilən şəxs1 Yusifin yalan dediyini həmin narkotik vasitələrdən onun da məlumatının olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı polis əməkdaşları tərəfindən heç bir zorakılıq hallarına yol verilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2024-cü ilin avqust ayında dəqiq xatırlamadığı tarixdə özünə məxsus “Toyota Prius” markalı avtomobillə İmişli rayonunda “Təzə bazar” adlanan yerdə “İmişli-Bakı” taksilərinin duracağında müştəri gözləyərkən sonradan tanıdığı Rəşad və Yusif ona yaxınlaşmış, Bakı şəhərinə getmək istədiklərini bildirmişlər. Rəşad ona Bakıya gedərkən yolüstü Biləsuvar rayonuna gedərək oradan qohumundan çanta götürməli olduğunu bildirmişdir. Onlar ödənişlə bağlı razılaşdıqdan sonra Biləsuvar rayonu istiqamətində yola düşmüşlər. Biləsuvar rayonu ərazisində dəqiq xatırlamadığı yerdə Rəşad ondan avtomobili dayandırmasını xahiş etmiş, avtomobildən enərək bir neçə dəqiqə sonra əlində çanta ilə geri qayıtmış, bundan sonra yollarına davam etmişlər. Avtomobillə bir qədər hərəkət etdikdən sonra Rəşad ondan yenidən avtomobili dayandırmasını xahiş etmiş, avtomobildən düşərək bir qədər kənara getmiş, bir neçə dəqiqə sonra avtomobilə geri qayıtmışdır. Bundan sonra onlar Bakı şəhəri istiqamətində hərəkətdə olarkən polis əməkdaşları onları saxlamış, videoçəkiliş aparılmaqla onların üzərinə və avtomobilə baxış keçirmişlər. Baxış zamanı avtomobildə idman çantası aşkar edilmiş, həmin çantanın içərisində narkotik vasitələr olmuşdur. Rəşad həmin çantanın ona məxsus olduğunu bildirmişdir. Daha sonra onları Biləsuvar RPŞ-yə aparmışlar. Onun narkotik vasitələrlə heç bir əlaqəsi olmadığı müəyyən edildiyindən o, polis şöbəsindən buraxılmışdır. Şahid4 ona verilən suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən onlara qarşı heç bir zorakılıq hərəkətlərinə yol verilməmişdir. Polis əməkdaşlarının onları konkret olaraq harada saxlamalarını hazırda xatırlamır. Avtomobilin arxa sərnişin oturacağında olan çantada narkotik vasitələr aşkar edilərkən Rəşad buna heç bir etirazını bildirməmişdir. Yusif polis əməkdaşlarının sorğu-sualı zamanı narkotik vasitələrdən məlumatının olmadığını demişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: İşdə olan, “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 12 avqust 2024-cü il tarixdə qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. (Cild 1, i.v. 1-2;) İşdə olan, Biləsuvar RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 xx.xx.2024-cü il tarixli raportu ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması, daşıması, istifadəsi və satışı ilə məşğul olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericiliklə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsulla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (Cild 1, i.v. 5;) İşdə olan, “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2024-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Biləsuvar RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (Cild 1, i.v. 6-7;) İşdə olan, “əməliyyat qrupunun yaradılması haqqında” xx.xx.2024-cü il tarixli əmrin surətindən görünür ki, qrup rəhbəri polis kapitanı Şahid1 olmaqla, polis baş leytenantı Şahid3, polis baş leytenantı Şahid2, polis baş serjantı X8 və polis baş serjantı X3 ibarət əməliyyat qrupu yaradılmışdır. (Cild 1, i.v. 8-9;) İşdə olan, “şübhəli şəxsin üzərinin yoxlanılmasına dair” 11 avqust 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş videogörüntülərin əks olunduğu bir ədəd CD diskdən görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı üzərindən bir ədəd “X16 9s” markalı mobil telefon aşkar edilərək götürülmüş, üzərində hər hansı qanunsuz predmet müəyyən edilməmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 Biləsuvar rayonuna üç gündür tanış olduğu iranlı şəxsin tapşırığına əsasən narkotik vasitə əldə etmək üçün gəldiyini bildirmişdir. (Cild 1, i.v. 14-16;) İşdə olan, “şübhəli şəxsin üzərinin yoxlanılmasına dair” 11 avqust 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş videogörüntülərin əks olunduğu bir ədəd CD diskdən görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı üzərində hər hansı qanunsuz predmet, iş üçün əhəmiyyət kəsb edən əşya aşkar edilməmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs2 Biləsuvar rayonuna Təqsirləndirilən şəxs1la birlikdə gəldiyini, lakin Təqsirləndirilən şəxs1 narkotik vasitə əldə etməsindən məlumatının olmadığını bildirmişdir. (Cild 1, i.v. 17-19;) İşdə olan, “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və avtomobilə baxış keçirilməsinə dair” 11 avqust 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş videogörüntülərin əks olunduğu bir ədəd CD diskdən görünür ki, daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs1 içində olması ehtimal olunan **-LX-*** dövlət qeydiyyat nömrəli “Toyota Prius” markalı avtomobil əməliyyat qrupunun üzvləri tərəfindən 11 avqust saat 22:00-da Ələt-Astara yolunun 147-ci kilometrində saxlanılmış, avtomobilin sürücüsünün Şahid4, sərnişinlərin isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqları müəyyən edilmişdir. Avtomobilə baxış zamanı arxa sərnişin oturacağının üzərində bir ədəd qara rəngli sarı rəngli ipləri olan idman çantası aşkar edilmiş, çantaya baxış zamanı içərisində 320 qram metamfetaminə bənzər kütlə, yeddi bağlamada ümumi çəkisi 4035 qram marixuanaya bənzər kütlə və 46 ədəd üzərində M40 sözləri yazılmış həblər aşkar edilmişdir. Şifahi sorğu-sual zaman Təqsirləndirilən şəxs1 içərisində narkotik vasitələr olan çantanı iranlı şəxsin tapşırığına əsasən Biləsuvar rayonu ərazisindən əvvəlcədən gizlədilmiş yerdən götürdüyünü, həmin çantanı Bakı şəhərinə apararaq iranlı şəxsin deyəcəyi ünvanlara çatdıracağını, bundan tanışı onunla birlikdə Biləsuvar rayonuna gəlmiş Təqsirləndirilən şəxs2 da məlumatlı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 isə şifahi sorğu-sual zamanı narkotik vasitələrdən xəbərinin olmadığını bir daha bildirmişdir. (Cild 1, i.v. 23-25;) İşdə olan, 12 avqust 2024-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 12 avqust 2024-cü il tarixdə müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və ona hüquq və vəzifələri izah edilmişdir. (Cild 1, i.v. 31, 39, 42-46;) İşdə olan, 12 avqust 2024-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 12 avqust 2024-cü il tarixdə müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və ona hüquq və vəzifələri izah edilmişdir. (Cild 1, i.v. 47, 55, 58-62;) İşdə olan, Təqsirləndirilən şəxs1 ilkin izahatından görünür ki, Həsənov X7 rayonunda içərisində narkotik vasitələr olan çantanı götürüb maşına əyləşdikdən sonra ön oturacaqda əyləşmiş Yusif ondan iranlının qoyduğu narkotik vasitələri götürüb götürmədiyini soruşmuş, o da narahat olmamasını, narkotik vasitələri götürdüyünü bildirmişdir. (Cild 1, i.v 84;) İşdə olan, kompleks məhkəmə kimyəvi və bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 19/606 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «..... **-LX-*** dqn-lı avtomobildən Təqsirləndirilən şəxs1 məxsus aşkar edilmiş narkotik vasitə, psixotrop maddə və 46 ədəd həblər...» sözlər və imzalar olan kisədəki 7 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri -195,0 qram, -1335,0 qram, -90,0 qram, -350,0 qram, -560,0 qram, -355,0 qram, -340,0 qram, ümumi təmiz çəkisi -3225,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır; təmiz çəkisi -257,345 qram olan ağ rəngli kristallardan ibarət maddələr metamfetamindir; ümumi sayı 46 ədəd olan qəhvəyi rəngli, dairəvi formalı həblər metadon həbləridir. Həblərin təsiredici maddəsinin ümumi miqdarı -1,84 qramdır. Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr” siyahısına daxildir (Siyahı İ). Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr” siyahısına daxildir (Siyahı Ⅱ). Metadon Azərbaycan Respublikasının ərazisində məhdudlaşdırılan narkotik vasitələrin İİ siyahısının İ bəndinə (sıra №6) daxildir. Aparılmış tədqiqatın dəyəri 120 (yüz iyirmi) manatdır. Tədiqaqata sərf edildikdən sonra qurudulmuş marixuananın qalıq çəkisi 3224,3 qram, metamfetaminin qalıq çəkisi 257,245 qram, metadon həblərinin qalıq sayı 40 ədəddir. (Cild 1, i.v. 93-96;) İşdə olan, “üzləşdirmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş videogörüntünlərin əks olunduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə keçirilmiş, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində verdiyi ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs2 iranlıdan narkotik vasitə əldə edilməsi ilə bağlı danışıqlardan xəbəri olduğunu, hətta Yusifin həmin narkotik vasitəni yerbəyer edə biləcəyini, satıb pul əldə etməyin mümkün olduğunu dediyini bildirmişdir. Təqsirləndirilən şəxs2 isə Rəşadın Biləsuvar rayonuna narkotik vasitə əldə etmək üçün gəlməsindən, onun iranlı ilə narkotik vasitələrin əldə olunmasına dair razılaşmadan xəbəri olmadığını bildirmişdir (Cild 1, i.v. 141-145;) İşdə olan, “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 13 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. (Cild 1, i.v. 149-150;) İşdə olan, “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 13 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmişdir. (Cild 1, i.v. 152-153;) İşdə olan, “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 13 avqust 2024-cü il qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmişdir. (Cild 1, i.v. 168-169;) İşdə olan, Biləsuvar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(022)-55/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 11 avqust 2024-cü il tarixdən hesablanmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs1 izahatında elan olunmuş ittiham üzrə özünü təqsirli bilmişdir. (Cild 1, i.v. 201-206;) İşdə olan, Biləsuvar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(022)-56/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 12 avqust 2024-cü il tarixdən hesablanmışdır. (Cild 1, i.v. 207-210;) İşdə olan, “maddi sübutun tanınması və həlli barədə” 14 avqust 2024-cü il tarixli qərardan görünür ki, “Toyota Prius” markalı **-LX-*** dövlət qeydiyyat nömrəli avtomobildən aşkar edilərək götürülmüş 3225,0 qram qurudulmuş marixuananın tədqiqatdan sonrakı 3224,3 qram qalığı, 257,345 qram metamfetaminin tədqiqatdan sonrakı 257,245 qram qalığı, 46 ədəd metadonun tədqiqatdan sonrakı 40 ədəd qalığı cinayət işi üzrə maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü Biləsuvar rayon Polis şöbəsinin saxlancına təhvil verilməsi qərara alınmışdır. (Cild 1, i.v. 211-212;) İşdə olan, “Təqsirləndirilən şəxs1 məxsus mobil telefona baxış keçirilməsi haqqında” 26 avqust 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş ekran görünütülərinin, multimedia məlumatlarının, səs yazılarının əks olunduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs1 məxsus mobil telefonun üzərində ***-***-**-** saylı gsm nömrə olmuş, mobil telefonun “kontaktlar” bölməsinə baxış keçirilən zaman adı “X17” kimi qeyd edilmiş İran İslam Respublikasının mobil operatoruna məxsus olan +**********37 saylı, adı “İranli” kimi qeyd edilmiş +**********95 saylı, hər hansı ad altında qeydə alınmamış +**********90, +**********81 və +**********88 saylı mobil nömrələr müəyyən edilmişdir. Həmçinin, həmin mobil telefonun “Qalareya” bölməsinə baxış zamanı “Toyota Prius” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş içərisində narkotik vasitələr və psixotrop maddə olan qara rəngli sarı rəngli ipləri olan çantanın avtomobilin arxa sərnişin oturacağının üzərində olarkən və arxa sərnişin oturacağının ayaqaltı hissəsində olarkən çəkilmiş fotoşəkilləri müəyyən edilmişdir. Bundan başqa həmin mobil telefona quraşdırılmış “WhatsApp” mobil tətbiqinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 adı “İranli” kimi qeyd edilmiş +**********95 saylı mobil nömrə ilə aşağıdakı məzmunda səs yazılarını qarşılıqlı olaraq bir-birinə göndərmələri müəyyən edilmişdir: Təqsirləndirilən şəxs1: torpağın var, yaxşı torpağın? İranli: salam necəsiz yaxşısız? Təqsirləndirilən şəxs1: hə sağ ol, yaxşıyam, torpağın var, daşın var? bir dənə onu de mənə, neçəyədi? Bundan başqa, həmin mobil telefona quraşdırılmış “WhatsApp” mobil tətbiqinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 adı “X17” kimi qeyd edilmiş İran İslam Respublikası mobil operatoruna məxsus olan +**********37 saylı mobil nömrə ilə aşağıdakı səs yazılarını qarşılıqlı olaraq bir-birinə göndərmələri müəyyən edildi: Təqsirləndirilən şəxs1: kimdi danışan kimdi, bir dənə mənə çıxginən kimsən? X17: qağam mənəm, İranlı, bayaq səs atıbsan, vəsait istəyirsən, mən Sadiğəm Təqsirləndirilən şəxs1: salam, nətərsən, nə var, nə yox, neynirsən, bir dənə mənə de də görüm nə qədər götürə bilirəm, götürə bilmirəm, mənə tez deginən, əlaqə saxlamırsız da, zəng eliyəndə də biznən əlaqə saxlama. X17: deyirəm vəsait istəyirsən varımdı, vəsait istəyirmişsən, qardaş məndə set zəifdi, səs göndər səs. Təqsirləndirilən şəxs1: bax baba, 21 dənə rayon öz əlimizdədi, sırf mənim öz əlimdə, başa düşdün, evimizə də göndərə bilərsən, istəsən İrana da qaçaq gələ bilərəm, yəni belə gəlmirəm, sora sən də gələ bilərsən inşallah, yəni problem deyil, başlayaq inşallah, Allah xeyirimizi versin. X17: əmioğlu, işləyəcəyik, kişi kimi amma, arada şərəfsizlik bir-birimizə eləmiyək, ondan sora da mənə zəmanət verəcəksən zamin, indi bilmirəm vəsiqə verəcən, bir nəfərə qaldığı yerin konumunu verəcən, işdəməyə da özün bilirsən, hamı kuryernən o cür eləyir, Allah köməyin olsun, qapımız üzüvə açıqdı, haçan gəldin buralara mən de deyərəm qardaşım gəldi. Təqsirləndirilən şəxs1: arxayın baba, pasportumdu verəcəm, bir də olduğum, qaldığım yer, onu da konuma, qaldığım yerə kimi, onların hamısını, burda bir iş var, mən bu işə başlasam gərək 1-2 aydan sonra gərək bi dənə maşın götürəm çünki, başqa maşınlarla bu işi görmək olmur. X17: Sən nə vaxt hazırlaşıb gedə bilərsən? Mənim malımı İmişlidən götürəcəksən, İmişlidən. X17: Ayə bir-iki aya yox e, nə bir-iki ay, sənə on-on beş günə bir dənə maşın alacağıq. Təqsirləndirilən şəxs1: Mən bir-iki ay demədim, sən hansı gün dedin? Malı atdır, mən bir iki günə ordayam. X17: Mənim malım hazırdı, mən helə adam axtarıram mənimlə işləməyə, mən sənin qulluğundayam, kişi kimi əl-ələ verək işləyək. Mən dünəndən neçə nəfərə zəng etmişəm, setdə yoxdular. Sən qismətə çıxmısan, sənlə türmədə qarşılaşmışıq. Qoydurum, tez-bazar götür gəl işimizi başlayaq. Təqsirləndirilən şəxs1: malın hazırdırsa ver götürüm də tez, sən mənə de indi gedim. Təqsirləndirilən şəxs1: baba sabah 6-da sübh tezdən sübh namazında mən burdan yola çıxacam. X17: Sən indi orda hansılarını həll edə biləcəksən? Mən sənə gül də verəcəm, dərman da verəcəm, bir də patı kola verəcəm, orada mənim adamlarım istəyir, biri beş dənə biri 10 dənə onları da qoyarsan. X17: 6-da adam yoxdu axı qardaş, adam yoxdu orda. Adam bu gün günbatanda gedəcək, bir yerdə müştərək işi var. Bu gün 7-8-ə kimi ordadı, gecə çıxıb gedəcək başqa yerə biri gün gələcək. Təqsirləndirilən şəxs1: baba saata bax çıxım indi, bu dəqiqə çıxıram X17: Bizdə saat 1-di, sizdə 2-yə işləyib, indi çıxsan 5-6-ya qayıdarsan. Təqsirləndirilən şəxs1: Hə baba inşallah mən indi çıxıram, gedirəm evə əl-üzümü yuyuram, bir tikə çörək yeyirəm. İnşallah, Allah Məhəmməd ya Əli mən gedirəm. İndi bir az üstümdə pul var. Yəni abedə ora gedib qayıtmağı fikirləşirəm. Tuda-abratnı maşınla getməliyəm. Oldu baba davay. X17: Sən getginən pulu orda sənə göndərəcəyəm, bir də gör nə deyirəm, ordan çıxanda, evdən çıxanda mənə səs at ki, mən çıxdım. Sənə bir dənə konum göndərəcəm konumla gedərsən. Konuma bir az qalanda mənə deyərsən. X17: 4-5-ə qayıdarsan, axşamüstü də paylaşdırarıq. Day işimiz dala düşməsin. Təqsirləndirilən şəxs1: Oldu başına dönərəm, narahat olmaginən, mən indi uzaqbaşı yarım saata Bakıdan çıxıram. X17: İşlərini gör mənə xəbər et çıxanda. X17: Baba bir də vəsiqəni mənə atarsan əllərin ağrımasın. Olduğun yerin konumudu. Onların hamısını atarsan mənə. Qalsın mənim telefonumda Rəşad: bax mən indi gedirəm evə. Evdən sənə konum atacam. Ordan da pasportu sənə, yaxşı, arxayın ol, narahat olma. X17: Vəsiqəni zadı göndər qadan alım. “Whatsapp” mobil tətbiqində Təqsirləndirilən şəxs1 ilə “X17” adı ilə qeyd olunmuş istifadəçi arasında aparılmış danışıq pəncərəsinin multimedia bölməsindən görünür ki, Təqsirləndirilən şəxs1 özünə məxsus şəxsiyyət vəsiqəsinin videosunu və olduğu yerin konumunu qarşı tərəfə göndərmişdir. X17: Salam qardaşım hardasan? Təqsirləndirilən şəxs1: Nəvaini keçirəm. Təqsirləndirilən şəxs1: Bura taksilər 10 manat gətirir, 30 manat verdim. Cibimdə 8 manat pul qalıb. X17: vəsaitləri götür qayıdarsan problem deyil. Təqsirləndirilən şəxs1: İmişlinin içindəyəm bu dəqiqə, oturmuşuq çay içirik, sən atdığın yer Biləsuvar yolunun üzərindədir. Oturduğum yerdən vururam sənə göndərirəm. Təqsirləndirilən şəxs1: Narahat olma baba, hər şey yaxşıdı, bir az işimiz yaxşı olsun maşın götürəcəm özümə. X17: Hə qardaş bir dənə maşın götürərsən, mən atdığım konuma nə qədər yolun var dəqiq? Təqsirləndirilən şəxs1 atılan konuma gedən yolun çəkilimiş ekran şəkilini “X17” adı ilə qeyd olunmuş şəxsə göndərmişdir. X17: Vəsaitləri qoydurmuşam. Sənin qadan alım gör nağayreysən. Təqsirləndirilən şəxs1: Başıva dönərəm narahat olma taksilərin yanındayam. X17: Malı qoydurmuşam, özün bilirsən də yekə maldı, bir az qorxuram, deyirəm, tez-bazar götürəsən. Mən də gedəm işimin dalınca, sənə dedim işim nə mənədi. Təqsirləndirilən şəxs1: Bir az səbrli ol, bir az səbirli ol, deyirlər ora uzaqdı getmirəm, amma indi bir dənə maşın danışım gedirəm. X17: Bir az artıq verərsən, beş on manat artıq verərsən Təqsirləndirilən şəxs1: 100 manat verəcəm aparsın X17: Konuma 20 dəqiqə qalanda mənə deyərsən. Təqsirləndirilən şəxs1: Baba çatıram mən, inşallah 20 dəqiqəlik yolumuz qaldı. X17: Qardaşım sən hardasan çatmadın? Təqsirləndirilən şəxs1: 18 kilometr mənim gedib çatmağa Təqsirləndirilən şəxs1: Çatıram uje gözlə deyirəm neçə dəqiqəlik yol var. X17: Yaxşı-yaxşı oldu. X17: Demişdim, hərəsindən bir az-bir az qoysun daş torpaq. Təqsirləndirilən şəxs1: Burdaye burda bunun içindən danışıram sənə, bunun içində var? Təqsirləndirilən şəxs1 götürdüyü narkotik vasitənin olduğu idman çantasının şəkilini çəkərək “X17” adı ilə qeyd olunmuş qarşı tərəfə göndərmişdir. X17: Qadan alım danışdım. Onu apar Bakıya, bir də gör sənə nə deyirəm, sənin yolunun üzərində 50 qram daş var onu da götür. X17: Daş bir nəfərin idi, gəlmədi, var yoxun ....... gəlmədi, onu qoyub getmə. Təqsirləndirilən şəxs1: 7 kilometr yoldu 12 dəqiqəyə çatıram ora. X17: 50 qramı qoyma qala tərtəmiz maldı. X17: qismət sənin imiş Allah rast gətirsin. X17: Baba sənə bir söz deyim qadanı alım, bir kilo gül var e onu Salyan istiqamətində qoya bilərsən o adam ordadı. Sən də özünkün ordan götür çıx get. Getdiyin yerdə yolun qırağına bax. X17: qadan alım dedim yol üstündə sənə mal verə bilməz, mən Bakıda sənə mal verəcəm. Təqsirləndirilən şəxs1: İnşallah bu işlər qurtarsın, 10-15 günə özüm də yer var ordan keçib gələrəm İrana. X17: Qorxma qardaş, əbədi işləyək, mənə sənə 20 kiloyla mal verəcəm. Təqsirləndirilən şəxs1: Sağ ol başına dönüm, sağ ol Allah razı olsun X17: 50 qramı götürdün qadan alım mənə səs at Təqsirləndirilən şəxs1: Onu dedin mənim kartıma bir az pul atsın? gedən kimi çıxardım verim də onu. X17: Dedim 100 manat atsın, dedi kənardayam, bir saata atacam. Təqsirləndirilən şəxs1: yaxşı-yaxşı başına dönüm, qoy atsın, taksiyə pul demişəm, onun üçün deyirəm. X17: Baba götürdün? mənə de də. X17: Səndə set zəifdi zəhrimar. Təqsirləndirilən şəxs1: Ay baba bu 50 qram nəyin içindədi, hardadı, yoxdu burda. X17: Baba mənə cavab ver də götürdün? Mobil telefonun yaddaşına eləcə də, mobil telefona quraşdırılmış mobil tətbiqlərə baxış zamanı iş üçün əhəmiyyətli digər məlumatlar aşkar edilməmişdir. (Cild 2, i.v. 13-16;) İşdə olan, Biləvuvar RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2024-cü il tarixli raportundan görünür ki, **-LX-*** dövlət qeydiyyat nömrəli avtomobildən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddəni Biləsuvar rayonuna göndərmiş İran İslam Respublikasının vətəndaşının şəxsiyyətini, habelə narkotik vasitənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. (Cild 2, i.v. 32;) İşdə olan, “Azercell MMC-dən xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş bir ədəd CD diskə baxış keçirilməsi haqqında” 03 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə daxil olan və göndərilən sms mətnlərinə baxış zamanı aşağıdakılar aşkar olunmuşdur (təhqiramiz sözlər *** qeyd olunmuşdur): - Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrə vasitəsi ilə ***-***- **-** saylı mobil nömrəyə “Kişi oğlu telefonu ac səninlə işim var” ismarıcını göndərmişdir. - Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrə vasitəsi ilə ***-***- **-** saylı mobil nömrəyə “Mənə deyirsən ki göndərirəm kartına pılı nə oldu bəs*** mala dəymə *** ismarıcını göndərmişdir. - Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrə vasitəsi ilə ***-***- **-** saylı mobil nömrəyə “olanı saxla qaytarım” ismarıcını göndərmişdir. - 070-709-95-25 saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***- ***-**-** mobil nömrəyə “Aaa kisi oglu 4 saatdiyeee yeke cahilsandaaaaa bele sey olur?” ismarıcı göndərilmişdir. - 070-709-95-25 saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***- ***-**-** mobil nömrəyə “O temanin ele tuxtda zay olduqunu bile bile bize verenin yasayisin *** oglaniqda payi yoxdu sexsiyeti menniyi yoxdu . Di ozun oz vijdaninan uzdes” ismarıcı göndərilmişdir. - ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**- ** mobil nömrəyə “Menem tural qapinizin agzindayam qapini doymuyum menen sizvyaza cix bu nomre ile” ismarıcı göndərilmişdir. - ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**- ** mobil nömrəyə “Qapivizi doymuyunde bu vaxd sivyaz ele goren mene hormetsizlik eleme telefonu ac mene qulag as” ismarıcı göndərilmişdir. - ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində ***-***-**-** mobil nömrəyə “Resad harasa qoy goturum .anasin *** yaxsi olmaz sencun 1 beyax verdiyib birde ramize de verim pay diyim resad verdi .seni gozduyrem” mesajını göndərmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən digər məlumatlar aşkar edilməmişdir. (Cild 2, i.v. 105-106, 120-121;) İşdə olan, “Bakcell MMC-dən xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş bir ədəd CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə daxil olan və göndərilən sms mətnlərinə baxış zamanı aşağıdakılar aşkar olunmuşdur (təhqiramiz sözlər *** qeyd olunmuşdur): - ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəyə “Resad pulun var hec ?” ismarıcı göndərilmişdir. - ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəyə “Hec pulum yoxdu .vusal zeng vurduki,qewek maldan var,30manatim vardi,verdim vusala,donanin *** gununde olanin verdi.amma ustumdu esl qizil var,istisen birge gozleyek saat 9 da acilir,mende acilmagin gozdiyiremki satim” ismarıcı göndərilmişdir. - ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəyə “İndi hec eve getmeye pulum yoxdu,senol colde qalmisam,mende temasizam,eger saat 9 da goture bilersense,190 manat edecek qizilim,satim iki qardas gedek,mende lomkada qalmayim.qrami necye verir? Birdeki donandi?” ismarıcı göndərilmişdir. - ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəyə “Ay Qaqa men sennen hecne istemirem,saat 9 da pul olacag mende,sebr ele,her wey olacag, yol pulunda olacag,Bidene mene,komeklik edersen,yaxsi temadisa,qram” ismarıcı göndərilmişdir. - ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəyə “Konturum cox azdi.ona gore zeng vururdumki tam danisa bilim.gelmisen ecemiye? Yoxsa hacan gelesen? Qrami necye verir? Yaz” ismarıcı göndərilmişdir. - Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**- ** saylı mobil nömrəyə “Yarimi var bi dene qaqass 35 e deyir” ismarıcı göndərilmişdir. - ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəyə “Eger nisye verirse gotur gel,anasin bacin sen ***,35 manativida verecem,yol puluvuda verecem.saat 9 da acilir.vermiyen oglanin ezizlerin,baki ***” ismarıcı göndərilmişdir. - ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəyə “pul deqiq olacag,birazdan.goture bilirsense,gotur gel,mehlenizdeyem.” ismarıcı göndərilmişdir. - Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**- ** saylı mobil nömrəyə “Sebrli olun qaqas hell edecemn 30 u siz saxliyin yaxsimi catiram eve” ismarıcı göndərilmişdir. - Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**- ** saylı mobil nömrəyə “Gedib sonra 20 den almaqdansa gel men sene duz qos eliyiremde” ismarıcı göndərilmişdir. - ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəyə “X11sun TEK ALLAHİN VARLİGİNA EVDE CEMİ 10 MAN VAR İDİ ONUDA VERİDM SENEKİ DERMAN GOTURUM MAL ALMAYİM SEHERE KİMİ SAXLA SEHER GOTUREMDE SENOL.” ismarıcı göndərilmişdir. - Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**- ** saylı mobil nömrəyə “Saxliya bilmiremde qaqa gelib gotrecey ona gore deyirem qaqqs kakosds isdiyir indi ona kakos almaq ucun ele eliyiremde gelib gotrub ozu edecey” ismarıcı göndərilmişdir. - ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəyə “Tez dede mene 2 karopka ot var isteyen var” ismarıcı göndərilmişdir. - Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**- ** saylı mobil nömrəyə “Serf elemedi qaqas ozvunkini qaldirib qoydun daq basjna bizimkini eledin xuyna. Loxuq zadiq Ferrux yoxda qiymetini bilmirik sabax gedib ozum yazdiracam” ismarıcı göndərilmişdir. - ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəyə “Bunu sen aramiza saldina anasinu *** qeh*** s*** pe*** agzini mene s*** gele bilersen s*** senin mastivi cix qapiya otumu ver anasini s*** gele” ismarıcı göndərilmişdir. - ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəyə “Bu bor coxart mali 14 manati gele si*** basimnan” isamrıcı göndərilmişdir. - ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəyə “Ailen qalire anasini *** utaniram gondererem 1 cete 5 defe doydurderem orani boqeyretsen gorsen seni bele *** eledina *** usaqibin qedrini bil” ismarıcı göndərilmişdir. - ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəyə “Brat mənəm elcan.Yusqa ? 10 luk kola 5diy patı alındırmaq olar” ismarıcı göndərilmişdir. - ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəyə “Yuska mənəm Ağa elcanin dostu ot yoxdu brat??” ismarıcı göndərilmişdir. - Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**- ** saylı mobil nömrəyə “Allaha qurban olum. Allaha Cox sukur seni Kimi mrazi yarim patiynan qirdi mennen. Haram xosvuz olsun yaxsimi. Bu gecenin sahibinnen isdiyirem Ceka nece” ismarıcı göndərilmişdir. - Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**- ** saylı mobil nömrəyə “O oqlanin her bir seyni *** yalan deyenin Turalin yanda demirdin ozumde kola var idi isdiyirdim sene qonaq edim indi yeyersen Bax. Sene men salam el uz” mesajını göndərmişdir. - Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**- ** saylı mobil nömrəyə “Qaqa tecili dasin pulun atda o yatmaq isdiyir e onu at otu ona kimi hell ederik” ismarıcı göndərilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən digər məlumatlar aşkar edilməmişdir. (Cild 2, i.v. 122-123, 160-162;) İşdə olan, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(060)-632/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 26 mart 2024-cü il tarixdə saat 15:50-də Sumqayıt ŞPİ-nin 1-ci Polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılmışdır. Həmin hökmün nəticə hissəsinə əsasən, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi olan 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə bu hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilmiş və Təqsirləndirilən şəxs2 qəti olaraq 01 (bir) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. (Cild 2, i.v. 173-180;) İşdə olan, məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 338 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi müayinəsinə əsasən Təqsirləndirilən şəxs2 hər hansı bir xəsarət aşkar olunmadı. (Cild 2, i.v. 181-182;) İşdə olan, məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 339 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi müayinəsinə əsasən Təqsirləndirilən şəxs1 hər hansı bir xəsarət aşkar olunmadı. (Cild 2, i.v. 183-184;) İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli 652 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 STİMULYATORLARİN qəbunulundan yaranan ASİLİLİQ SİNDROMU (TOKSİMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, i.v. 185;) İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli 651 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 KANNABİNOİDLƏRİN qəbunulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, i.v. 186;) İşdə olan, “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2391 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 hər hansı psixi pozuntu aşkar olunmur. Təqsirləndirilən şəxs1 barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. (Cild 2, i.v. 187-189;) İşdə olan, “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2392 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 hər hansı psixi pozuntu aşkar olunmur. Təqsirləndirilən şəxs2 barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. (Cild 2, i.v. 190-192;) İşdə olan, “sübutların qiymətləndirilməsi haqqında” 15 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş bir ədəd mobil telefon, Azercell MMC-dən xx.xx.2024-cü il tarixli 19823 nömrəli və Bakcell MMC-dən xx.xx.2024-cü il tarixli BKC/LGL-13624/24 nömrəli məktublarla daxil olmuş disklər maddi sübut kimi tanınmışdır. (Cild 2, i.v. 224-248;) İşdə olan, “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 15 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əlbir olduğu İran İslam Respublikasının vətəndaşı və qeyrilərinin barəsində ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. (Cild 2, i.v. 251-252;) Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı toplanıb elan edilərək tədqiq edilmiş məhkəmə istintaqı materiallarından, yəni; - Məhkəmənin sorğusuna əsasən Sumqayıt şəhər məhkəməsindən daxil olmuş 05 fevral 2025-ci il tarixli məktubdan və məktuba əlavə edilmiş məhkəmə göstərişinin surətindən görünür ki, Sumqayıt şəhər məhkəməsinin Təqsirləndirilən şəxs2 barəsində olan xx.xx.2024-cü il tarixli hökmü xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir. (Cild 3) - Məhkəmənin xx.xx.2025-ci il tarixli qərarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-dən daxil olmuş 05 mart 2025-ci il tarixli məktubdan və məktuba əlavə edilmiş məlumat cədvəlindən görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş mobil telefonda müəyyən edilmiş İran İslam Respublikasına məxsus mobil operatorlarının gsm nömrələrinə dair məlumatlarda iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. (Cild 3) - Məhkəmə kompyuter-texniki ekspertizasının 19 mart 2025-ci il tarixli 5/173 nömrəli rəyindən görünür ki, təqdim edilmiş obyektin sensor ekran və “Android 11” əməliyyat sistemi ilə təchiz olunmuş bir ədəd “X16 9S” markalı “M2003J6A1G” modelli “**********63290, **********13291” İMEİ kodlu mobil smartfon işlək vəziyyətdə olub istifadə üçün yararlıdır. Təqdim edilmiş “X16 9S” markalı “M2003J6A1G” modelli mobil smartfonun yaddaşından toplanmış mövcud olan və pozulmuş məlumatlar (telefon kitabçası, daxil olan zənglər, yığılan zənglər, buraxılmış zənglər, foto, audio və video fayllar “Whatsapp” proqram təminatında aparılmış məlumat mübadiləsi və sairə) müəyyən olundu, həmin müəyyən olunmuş məlumatlar xarici yaddaş qurğusuna köçürüldü. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 (yüz) manatdır. (Cild 3) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Belə ki təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun özlərini müdafiə etmək üçün aşağıdakı dəlilləri irəli sürmüşlər: Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Biləsuvar rayonu ərazisində özünü iranlı kimi təqdim edən şəxsin tapşırığına əsasən sonuncunun “Whtasapp” mobil tətbiqi vasitəsilə göndərdiyi “konum”dan əldə etdiyi idman çantasına baxarkən çantanın içərisində narkotik vasitələr olmadığını, çantanın içərisində yalnız narkotik tərkibli olmayan ot olduğunu, hətta bununla bağlı iranlı kimi tanıdığı şəxsə həmin otların şəklini çəkib atdığını, onu aldatması ilə bağlı iradını iranlıya səs yazısı ataraq çatdırdığını, polis əməkdaşlarının onları saxladıqdan sonra çantanı dəyişdirdiklərini, içərisində narkotik vasitələr olan çantanı avtomobilin arxa oturacağına qoyduqlarını, götürdüyü çanta ilə avtomobildə aşkar edilmiş çantanın fərqli olduğunu, avtomobilə baxış keçirilərkən polis əməkdaşları onu döyüb təhqir etdikləri üçün videoçəkiliş zamanı həmin çantada aşkar edilmiş narkotik vasitələrlə bağlı etirazını bildirmədiyini, Biləsuvar RPŞ-yə gətirildikdən sonra polis əməkdaşlarının ona içmək üçün verdiyi “Coca-cola” içkisini içdikdən sonra halının pisləşməsi səbəbindən etirafedici ifadəsini oxumadan imzaladığını göstərmişdir. Təqsirləndirilən şəxs2 isə məhkəmə istintaqı zamanı ifadəsində Təqsirləndirilən şəxs1 iranlı şəxslə narkotik vasitələrin əldə olunması, satışı ilə bağlı razılaşmasından xəbərinin olmadığını, Təqsirləndirilən şəxs1la İmişli rayonuna sonuncunun tanışı ilə görüşüb istifadə üçün bir miqdar narkotik vasitə qurudulmuş marixuana əldə etmək üçün getdiyini bildirmişdir. Eləcə də, Təqsirləndirilən şəxs2 müdafiəçisi məhkəmə çıxışları zamanı təqsirləndirilən şəxslərin Biləsuvar rayonuna narkotik vasitələr əldə etmək üçün gəlmələrini “polis təhriki” ilə əlaqələndirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 özünü müdafiəsi üçün gətiridiyi dəlilləri cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla qarşılıqlı təhlil edərək aşağıdakıları qeyd edir: “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və avtomobilə baxış keçirilməsinə dair” 11 avqust 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş videogörüntülərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 şifahi sorğu-sual zamanı Biləsuvar rayonu ərazisinə iranlı şəxsin göstərişinə uyğun olaraq aralarındakı razılaşmaya uyğun olaraq sonuncunun Biləsuvar rayonu ərazisində yerləşdirdiyi narkotik vasitələri əldə edib Bakı şəhərinə apararaq ayrı-ayrı ünvanlara çatdırmaq üçün gəldiyini, iranlı şəxs tərəfindən yerləşdirilmiş içərisində narkotik vasitələr olan çantanı götürüb maşına əyləşdiyini bildirir. Həmçinin həmin videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs1 çantanın ona məxsus olmaması, çantanın içərisində narkotik vasitələrin olmaması və ya çantanın dəyişdirilməsi ilə bağlı hər hansı etirazını bildirmir. Bundan başqa Həsənov X7 RPŞ-də izahatında, müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində yuxarı qeyd olunanları təsdiq edərək etirafedici ifadələr vermişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 barəsində Biləsuvar rayon prokurorunun təqdimatına əsasən həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılması ilə əlaqədar Biləsuvar rayon məhkəməsində xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında ona istinad olunan cinayət əməli üzrə özünü tam təqsirli bilmiş, çıxışında polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılığa məruz qalması ilə bağlı hər hansı bir halı qeyd etməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 götürdüyü çantanın içərisində narkotik vasitələrin olmaması, bununla bağlı iranlı şəxsə içərisində ot olan çantanın şəklini çəkib göndərməsi, ona səsli ismarıc yollayaraq iradını bildirməsi, çantanın polis əməkdaşları tərəfindən dəyişdirilərək içərisində narkotik vasitələr olan başqa çantanın avtomobilə qoyulması ilə əlaqədar məhkəmə istintaqı zamanı gətirdiyi dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillərin yoxlanılması ilə bağlı məhkəmənin təşəbbüsü ilə Təqsirləndirilən şəxs1 məxsus olan və əməliyyat-axtarış tədbirləri zamanı ondan götürülərək maddi sübut qismində tanınmış mobil telefondan silinmiş auido-video yazıların, fotoşəkillərin, səsli və yazılı ismarıcların bərpa edilməsi üçün məhkəmə kompyutertexniki ekspertizası təyin edilmişdir. Məhkəmə komyuter-texniki ekpsertizasının 19 mart 2025-ci il tarixli 5/173 nömrəli rəyi və rəyə əlavə edilmiş mobil telefonda aşkar edilərək bərpa edilən məlumatların əks olunduğu xarici yaddaş qurğusu məhkəmə iclasında proses iştirakçılarının iştirakı ilə tədqiq edilmiş Təqsirləndirilən şəxs1 göstərdiyi xüsusatlar öz təsdiqini tapmamış, xarici yaddaş qurğusunda əks olunmuş məlumatlar “Təqsirləndirilən şəxs1 məxsus mobil telefona baxış keçirilməsi haqqında” 26 avqust 2024-cü il tarixli protokolda və protokola əlavə edilmiş ekran görünütülərinin, multimedia məlumatlarının, səs yazılarının əks olunduğu CD diskdəki məlumatlarla eynilik təşkil etmişdir. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, Təqsirləndirilən şəxs1 tərəfindən avtomobildə hərəkətdə olarkən çantanın çəkilmiş fotoşəkli və “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və avtomobilə baxış keçirilməsinə dair” 11 avqust 2024-cü il tarixli protokola əlavə edilmiş CD diskdə əks olunan videogörüntülərdəki çanta vizual olaraq qarşılıqlı müqayisə edilmiş, çantanın ölçüsünün, rənginin, formasını, eləcə də xüsusi fərqləndirici əlamətinin (sarı rəngli iplərinin olması) eynilik təşkil etməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq Təqsirləndirilən şəxs1 həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onların məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin yuxarıda qeyd edilən hissələrini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Bundan əlavə Təqsirləndirilən şəxs1 özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili - saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki təzyiqlər edildiyi və özündə olmadığı üçün həmin narkotik vasitə və psixotrop maddə barədə etirafedici ifadələr verməsi barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs1 özü, istərsə də onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər və eyni zamanda onlar, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs1 şəxsi axtarış və avtomobilə baxış zamanı əməliyyat tədbirinə rəhbərlik edən polis əməkdaşının sualına cavab olaraq söylədiyi səsli nitqində onlara qarşı polis əməkdaşları tərəfindən hər hansı bir fiziki təsirlərin edilmədiyini, bu barədə heç bir şikayətlərinin olmadığını bildirmiş, eyni zamanda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılmasında iştirak etmiş polis əməkdaşları, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə birlikdə saxlanılmış avtomobilin sürücüsü Şahid4 da məhkəmədə dindirilərkən Təqsirləndirilən şəxs1 qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini bildirmişlər. Məhkəmə yuxarıda qeyd edilən xüsusatları, o cümlədən, hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxslər tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə özünə qarşı verdiyi ifadələrin məhz fiziki təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxs1 tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onlardan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Hazırki cinayət işinə məhkəmədə baxılanadək Təqsirləndirilən şəxs1 avtomobildə aşkar edilmiş narkotik vasitənin ona məxsus olmamasını, polis əməkdaşları tərəfindən “qoyulmasını” mübahisələndirməmiş, ibtidai istintaq dövründə dəfələrlə ifadə verərək onlara irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmişdir. Lakin o, məhkəmə istintaqında fərqli məzmunda ifadə verərək ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini müdafiəçilərinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiklərinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissələrini müvafiq olaraq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı ifadəsində Təqsirləndirilən şəxs1 iranlı şəxslə narkotik vasitələrin əldə olunması, satışı ilə bağlı razılaşmasından xəbərinin olmaması, Təqsirləndirilən şəxs1la İmişli rayonuna sonuncunun tanışı ilə görüşüb istifadə üçün bir miqdar narkotik vasitə qurudulmuş marixuana əldə etmək üçün getməsi ilə bağlı gətirdiyi dəlillərlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə istintaqı zamanı həm Təqsirləndirilən şəxs2, həm də Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhərində Təqsirləndirilən şəxs2 yaşadığı çoxmənzilli binanın blokunda görüşmələri və birlikdə olmaları faktlarını təsdiq etmişlər. Cinayət işi materiallarında olan “Təqsirləndirilən şəxs1 məxsus mobil telefona baxış keçirilməsi haqqında” 26 avqust 2024-cü il tarixli protokola əlavə edilmiş CD diskdə əksini tapmış məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əlaqəsinə girdiyi özünü İran İslam Respublikasının vətəndaşı Sadiq kimi təqdim etmiş və Təqsirləndirilən şəxs1 mobil telefonunda “X17” adı ilə qeydə alınmış şəxslə məhz xx.xx.2024-cü il tarixdə səhər saatlarında əlaqə saxlamış, qarşılıqlı olaraq bir-birlərinə səsli ismarıc göndərmişlər. Bundan sonra hər iki təqsirləndirilən şəxsin də ifadələrində təsdiq etdiyi kimi onlar Bakı şəhərindən İmişli rayonuna tanımadıqları taksi fəaliyyəti göstərən avtomobillə yola düşmüşlər və avtomobilin arxa sərnişin oturacağında yanaşı oturmuşlar. Yuxarıda qeyd olan protokoldan da görünür ki, Bakı şəhərindən İmişli rayonu istiqamətində yolda olarkən də, Təqsirləndirilən şəxs1 “X17” adı ilə qeydə alınmış şəxslər danışıqlarını davam etdirmiş, bir-birlərinə qarşılıqlı olaraq səsli ismarıc göndərmişlər. Məhkəmə xüsusilə qeyd edir ki, göstərilən müddətlərdə daim Təqsirləndirilən şəxs1 yanında olmuş, avtomobildə onunla yanaşı əyləşmiş Təqsirləndirilən şəxs2 qeyd edilən danışıqlardan məlumatının olmaması ağlabatan olmamaqla, məntiqli hesab edilə bilməz. Bundan başqa Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində ziddiyyətli məqamlar yəni, əvvəlcə Təqsirləndirilən şəxs1 ilə yalnız “yeyib-içmək” üçün yola çıxması, narkotik vasitələrin əldə olunmasından ümumiyyətlə məlumatının olmamasını göstərməsi, daha sonra isə ifadəsini dəyişərək Təqsirləndirilən şəxs1 ilə sonuncunun tanışından şəxsi istifadə üçün bir miqdarda (5-10 qram) qurudulmuş marixuana əldə etmək üçün Biləsuvar rayonuna gəlməsini qeyd etməsini məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 subyektiv mülahizələrinə əsaslanan, cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmağa yönəlmiş özünü müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ifadələrində Təqsirləndirilən şəxs2 onun iranlı şəxsdən narkotik vasitələr əldə etmək üçün İmişli rayonuna, daha sonra Biləsuvar rayonuna gəlməsindən məlumatlı olduğunu, hətta iranlı şəxslə ilkin danışıqlar zamanı Təqsirləndirilən şəxs2 ona qorxmamasını bildirməsini, əldə olunacaq narkotik vasitələri yerbəyer edə biləcəyini dediyini göstərmişdir. Təqsirləndirilən şəxs1 istər ifadələrində, istərsə də üzləşdirmə istintaq hərəkəti zamanı göstərdiyi xüsusatları bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs2 iranlı şəxsdən narkotik vasitələrin əldə olunmasından məlumatlı olduğunu, həmin narkotik vasitələrin dövriyyəsindən əldə olunacaq qazancı yarı böləcəkləri barədə razılaşdıqlarını bildirmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hal-hazırki cinayət işi üzrə bilavasitə səbəbli əlaqədə olmasa da, “Bakcell MMC-dən xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş bir ədəd CD diskə baxış keçirilməsi haqqında” protokolda öz əksini tapmış, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə daxil olan və göndərilən sms mətnlərindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin istifadəçisi olmaqla mütəmadi olaraq narkotik vasitələrin əldə edilməsi ilə şəxsiyyətləri halhazırki cinayət işi üzrə araşdırılmamış və müəyyən edilməmiş şəxslərlə danışıqlar aparmışdır. Bu da öz növbəsində deməyə əsas verir ki, Təqsirləndirilən şəxs2 şəxsi istifadəsi üçün narkotik vasitələr əldə etməkdə hər hansı çətinliyi olmamışdır. Odur ki, Təqsirləndirilən şəxs2 şəxsi istifadəsi üçün yalnız 5-10 qram qurudulmuş marixuana əldə etmək üçün Bakı şəhərindən İmişli rayonuna, daha sonra Biləsuvar rayonuna gəlməsini bildirməsini məhkəmə kollegiyası təqsirləndirilən şəxsin işin faktiki hallarını bəsit formada təhrif etməyə yönəlmiş cəhdləri kimi qiymətləndirir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadələrini yuxarıda qeyd olunan hissələrdə sübut kimi qəbul etmir. Bundan başqa məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 müdafiəçisinin “polis təhriki” ilə bağlı irəli sürdüyü dəlillə bağlı qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin bir sıra qərarlarında göstərilmişdir ki, əgər ərizəçi dövlət agentlərinin onu cinayətə təhrik etdiyini iddia edirsə, bu iddia əsaslandırılmış olmalıdır və belə iddianın sübut yükü dövlətin üzərinə düşür, ərizəçi tərəfindən irəli sürülən təhrik iddiası qeyri-realist və əsassız görünmürsə və o, müəyyən real faktlara əsaslanırsa, dövlət bu iddianı təkzib etmək üçün sübut təqdim etməlidir. (Ramanauskas Litvaya qarşı 5 fevral 2008, iş №74420/01, §70, §71). Həmçinin AİHM-nin “Bannikova Rusiyaya qarşı”(04 noyabr 2010, iş №18757/06) iş üzrə qərarının 51-ci paraqrafında dövlət orqanları tərəfindən cinayətə təhriklə bağlı göstərilmişdir ki, əgər iddia ümumi, təxmini və heç bir konkret fakta söykənmirsə, dövlətin bu iddianı ətraflı təkzib etməyə borcu yaranmır. Lakin iddia detallı və real faktlara əsaslanırsa onun ciddiyə alınması və araşdırılması Konvensiya baxımından vacibdir. Eləcə də, “Laqutin və başqaları Rusiyaya qarşı” iş üzrə qərarda qeyd olunmuşdur ki, təhrik iddiası özündə konkret vaxtı, agentin davranışını və təşviqedici mahiyyəti əks etdirən faktları ehtiva edirsə, bu iddia “prima facie” inandırıcı hesab olunur və araşdırılmalıdır (§ 100-106). Beləliklə AİHM-nin mövqeyinə görə polis təhriki iddiası qeyri-real və uydurma olmamalı, təxmini yox konkret hadisə və hərəkətlərə əsaslanmalı, əvvəlcədən cinayət törətmək niyyətinin olmamasını ortaya qoymalı, polisin və ya agentin təşəbbüs göstərdiyini sübut etməyə yönəlməlidir. Müdafiə tərəfi isə hər hansı konkret hadisə və ya hərəkətə əsaslanmadan, ümumi olaraq əməliyyat-axtarış tədbirinin keçirildiyi şəraitə (polis əməkdaşlarının Təqsirləndirilən şəxs1 yerini necə müəyyən etmələri, videoçəkilişin şübhəli şəxslər saxlanıldıqdan sonra aparılması), narkotik vasitənin qara bazardakı qiymətinə, cinayətkar qrupun üzvlərinin birbirlərinə etimad məsələlərinə (qara bazarda 200000 manat dəyərində olan narkotik vasitələrin heç bir zəmanət olmadan təqsirləndirilən şəxslərə verilməsi) istinad etməklə subyektiv olaraq cinayətin “polis təhriki” nəticəsində törədilməsi haqqında qənaətə gəlmişdir. Məhkəmə işin faktiki hallarını, eləcə də AİHM-nin yuxarıda qeyd olunan qərarlarındakı hüquqi mövqeyini əsas götürərək hesab edir ki, müdafiə tərəfinin “polis təhriki” ilə bağlı irəli sürdüyü iddia əsassızdır. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçiləri ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhlərinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxslər və onların müdafiəçiləri) təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsələr də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin tövsifi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyətini müəyyən edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların İ siyahısının 109.1-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 50000 qram olması müəyyən edilmişdir. Həmin siyahının 111-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə metadonun xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,02 qram, külli miqdar daxil olmaqla aşağı həddi 1,6 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 160 qram olması müəyyən edilmişdir. Həmin Qanunun İİ siyahısının 118-ci bəndinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə metamfetaminin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 400 qram olması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində əldə edərək avtomobildə saxlayaraq daşıdıqları, ümumilikdə 3225,0 qram, yəni külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın miqdarının xeyli miqdarından 645 dəfə, külli miqdarından isə təxminən 6 dəfədən artıq olması, habelə ümumilikdə təsiredici miqdarının 1,84 qram olmaqla 46 ədəd narkotik vasitə metadon həbinin təsiredici miqdarının xeyli miqdarından təxminən 92 dəfə, külli miqdarından isə təxminən 1,15 dəfədən artıq olması, külli miqdarda 257,345 qram psixotrop maddə metamfetaminin xeyli miqdarından təxminən 1715 dəfə, külli miqdarından isə təxminən 128 dəfədən artıq olması, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri zamanı Təqsirləndirilən şəxs2 və qeyriləri ilə qabaqcadan əlbir olaraq özlərinin qazanc əldə etmək məqsədilə onlara bildirilmiş yerlərə narkotik vasitə qoymaq məqsədlərinin olması ilə bağlı etirafedici ifadələri, o cümlədən məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən törətdiyi əməli etiraf etməsi, həmçinin Təqsirləndirilən şəxs1 “X17” adı ilə qeyd olunmuş özünü iranlı Sadiq kimi təqdim etmiş şəxslə narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olmasına dair çoxsaylı səsli və yazılı ismarıclarının müəyyən edilməsi, çoxsaylı şahid ifadələri və iş materiallarında olan digər sübutlar onların məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası 25 iyun 2005-ci il tarixli Qanunun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Həmin Plenum qərarının 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Qanunun 1.0.10-cu maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, yuxarıdakı narkotik vasitələrin (psixotrop maddələrin) saxlanmasına dair izahları eynilə narkotik vasitələrin və ya psixotrop maddələrin prekursorlarına da şamil etmək mümkündür. Həmin Plenum qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıbçatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Həmin Plenum qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarının 9-cu bəndində göstərilmişdir ki, Cinayət Mcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2ci maddəsinin mənasına görə, Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddənin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanması, eləcə də satışının həyata keçirilməsi barədə tanışı Təqsirləndirilən şəxs2, İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan “Sadiq” adlı şəxslə və qeyriləri ilə razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs2 ilə birlikdə 11 avqust 2024-cü il tarixdə cinayətkar qrupun məlum olmayan üzvləri tərəfindən məlum olmayan tarixdə qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış və Biləsuvar- Bəhramtəpə avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində üzərində “Bəhramtəpə-Ağayrı” sözləri yazılmış lövhənin altında yerləşdirilmiş külli miqdarda, 3225 qram narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda, 257,345 qram çəkidə psixotrop maddə metamfetamini və külli miqdarda, ümumi təsiredici maddəsinin miqdarı 1,84 qram olan narkotik vasitə metadon həblərini satış məqsədilə bir ədəd idman çantasında əldə edərək, “Toyota Prius” markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımışlar. 11 avqust 2024-cü il tarixdə saat 22 radələrində Biləsuvar rayon Polis şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “Toyota Prius” markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara yolunun 147-ci kilometrliyində hərəkətdə olan zaman saxlanılmış, avtomobilə baxış zamanı avtomobilin arxa sərnişin oturacağının ayaqaltı hissəsində bir ədəd qara rəngli idman çantasının içərisində 1 (bir) ədəd bükülüdə külli miqdarda, 257,345 qram ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin, 7 (yeddi) ədəd bükülüdə ayrıayrılqıda təmiz çəkiləri 195 qram, 1335 qram, 90 qram, 350 qram, 560 qram, 355 qram, 340 qram olmaqla külli miqdarda, ümumi təmiz çəkisi 3225 qram narkotik vasitə qurdulmuş marixuana, 1 (bir) ədəd bükülüdə külli miqdarda, ümumi təsiredici maddəsinin miqdarı 1,84 qram olan narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3- cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətmələri məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, “əməliyyataxtarış tədbirlərinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılması və avtomobilə baxış keçirilməsinə dair” protokoldan və ona əlavə edilmiş videoçəkiliş, “məhkəmə ekspertizası”nın rəyləri, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitələr, psixotrop maddə, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyaları həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən və cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhər məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Abşeron rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzaına məhkum edilmiş, üzərində qəti olaraq 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(060)-632/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Abşeron rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi olan 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti olaraq 01 (bir) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (Cild 2, i.v. 37-38;) - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 Səbail rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (Cild 2, i.v. 35-36;) - Nəsimi rayon 33 saylı MKİS-dən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 33 MKİS-ə heç bir şikayət xarakterli məlumat daxil olmamışdır. (Cild 1, i.v. 240;) - Salyan rayon İHB-nin Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 04 sentyabr 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə heç bir şikayət xarakterli məlumat daxil olmamışdır. (Cild 2, i.v. 39;) Mingəçevir Şəhər Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələrinə əsasən təqsirli bilinərək 4000 (dörd min) manat cərimə olunmuş, Mingəçevir Şəhər Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli qərarı ilə məhkum olunduğu 4000 (dörd min) manat cəzası 480 saat ictimai işlər cəzası ilə əvəz olunmuşdur. 17 mart 2021-ci ildə cəza müddəti başa çatmışdır.(Cild 2, i.v.148-149;) Azərbaycan Respublikası CM-nin 83.3.3 və 83.3.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənildiyindən məhkumluğu olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmişdir, lakin həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən onun əməlində cinayətlərin residivi yoxdur. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(060)-632/2024 nömrəli hökmü ilə törətməkdə təqsirli bilindiyi cinayət əməlinin hazırda məhkəmədə araşdırılan cinayət əməlindən əvvəl törətdiyindən və hazırda araşdırılan cinayət əməlini törətdikdən sonra həmin cinayət əməli üzrə məhkum edildiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən onun cinayətlərin residivi yaranmamışdır. Bununla belə Təqsirləndirilən şəxs2 26 mart 2024-cü il tarixdə cinayət əməli törətmiş, həmin əmələ görə məhkum olunmadan və cinayət məsuliyyətindən azad edilmədən təkrarən 11 avqust 2024-cü il tarixdə cinayət əməli törətmişdir. Buna görə də, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, cinayət qanunvericiliyin tələblərinə və cəza təyin etmənin prinsiplərinə uyğun olaraq iştirakçılıqla törədilmiş hazırkı cinayət əməlində təqsirləndirilən şəxslərin hər birinin cinayətin faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti və digər mühüm xüsusiyyətləri nəzərə alınmalı və təqsirləndirilən şəxslərə cəza təyini zamanı onlara təyin ediləcək cəza həddində nəzərə alınmalıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edilən cinayət əməlinin törədilməsində Təqsirləndirilən şəxs1 xüsusi fəallığını, aparıcı rolunu xüsusi olaraq qeyd etsə də, hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran halın olması (CM-nin 61.1.1-ci maddəsi), eləcə də onun məhkumluğu ödənilmədən və götürülmədən cinayət törətməsi təqsirləndirilən şəxslərə eyni həddə cəza təyin edilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə kollegiyası qanunun bu tələbi baxımından hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər məhkəməsinin 1(060)- 632/2024 nömrəli hökmü ilə təyin edilmiş 1(bir) il 3 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti cəza təyin edilməlidir. Məhkəmə bu mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarındakı hüquqi mövqeyə uyğun hesab edir. Məhkəmə həmçinin təqsirləndirilən şəxslərin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir. Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməl ağır cinayətlər kimi təsnif edilmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 11 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə və “ambulator məhkəmə narkoloji ekspertizası”nın rəyləri nəzərə alınaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli və onlar, ərazi Narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut Biləsuvar RPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 3224,3 qram qurudulmuş marixuana, 257,245 qram metamfetamin və 40 (qırx) ədəd metadon həbləri məhv edilməli, əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsini özündə əks etdirən 4 (dörd) ədəd, eləcə də, Təqsirləndirilən şəxs1 götürülmüş mobil telefondan əldə edilmiş səs yazılarını, ekran görüntülərini özündə əks etdirən 1 (bir) ədəd, Bakcell MMC-dən və Azercell MMC-dən daxil olmuş 2 (iki) ədəd, məhkəmə kompyuter-texniki eskpertizasının rəyinin nəticələrini özündə əks etdirən 1 (bir) ədəd, ümumilikdə 8 (səkkiz) ədəd CD disklər hazırkı cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsi zamanı götürülmüş “X16 9s” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalıdır. CPM-nə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, CPM-nin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 220 (iki yüz iyirmi) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 52-1, 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 7 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 11 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 7 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər məhkəməsinin 1(060)-632/2024 nömrəli hökmü ilə təyin edilmiş 1(bir) il 3 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 11 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 220 (iki yüz iyirmi) manat məbləğində pul müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar RPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 3224,3 qram qurudulmuş marixuana, 257,245 qram metamfetamin və 40 (qırx) ədəd metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış, əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsini özündə əks etdirən 4 (dörd) ədəd, eləcə də, Təqsirləndirilən şəxs1 götürülmüş mobil telefondan əldə edilmiş səs yazılarını, ekran görüntülərini özündə əks etdirən 1 (bir) ədəd, Bakcell MMC-dən və Azercell MMC-dən daxil olmuş 2 (iki) ədəd, məhkəmə kompyutertexniki eskpertizasının rəyinin nəticələrini özündə əks etdirən 1 (bir) ədəd, ümumilikdə 8 (səkkiz) ədəd CD disklər cinayət işi materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarında olan Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsi zamanı götürülmüş “X16 9s” markalı mobil telefon yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə isə hökmün surətinin onlara verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavanşir Nəbiyev Hakimlər: Neymət Məmmədov Esmira Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar