Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-16/2022 21.06.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X12 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun vəkili AbdurahmanlıUmud Xudaverdi oğlunun iştirakları ilə xx xxxxxx 1992-ci il tarixdə, Beyləqan rayonun Əlinəzərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, ailəli, Ağcabədi Rayon X13 heyətinin Təchizat üzrə agent işləmiş, ünvan 1 ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs o, öz qulluq mövqeyindən istifadə edib qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində özü vasitəsi ilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmişdir. Belə ki, o, 01 may 2019-cu il tarixdən 22 avqust 2020-ci il tarixədək Ağcabədi Rayon X13 heyətinin Təchizat üzrə agent vəzifəsində işləməklə, faktiki olaraq xəstəxananın baş həkiminin göstərişi əsasında əlilliyin müəyyən edilməsi ilə bağlı xəstəxananın Həkim Məsləhət Komissiyasından keçmiş şəxslərin müvafiq sənədlərini elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və X55 (TSERAS) ötürülməsi işini icra edərkən aldatma və etibardan sui-istifadə etmə yolu ilə qulluq mövqeyindən istifadə edərək yaxın münasibətdə olduğu, əvvəllər Ağcabədi RMX-da həmin işi icra etmiş Şahid1 və qeyriləri ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girib özgə əmlakını ələ keçirmək məqsədi ilə xəstəliyi ilə əlaqədar Ağcabədi RMX-na tez-tez müraciət edən Ağcabədi rayonu Avşar kənd sakini X37 ilə söhbətləşərkən müəyyən pul müqabilində istənilən şəxsin xəstəliyi ilə əlaqədar müvafiq əlillik dərəcəsi təyin edilməklə pensiya alınması ilə bağlı işləri həll etmək imkanına malik olduğunu yalandan bildirib aldatmaqla, qeyd edilən məsələləri xəstəxananın səlahiyyətli vəzifəli şəxsinə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar ayrı-ayrı şəxslərin xeyrinə edəcəyi hərəkətlərə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan müxtəlif məbləğlərdə pul vəsaitinin verilməsi müqabilində müsbət həll edəcəyini yalandan vəd edib həmin şəxslərlə sövdələşməklə, özünə dair inam və etibar yaradaraq 2019-cu ilin noyabr ayından 2020-ci ilin mart ayınadək olan müddətdə Şəmistan Hüseynov vasitəsi ilə sonuncunun ayrı-ayrı qohum və tanışlarından, o cümlədən, Ağcabədi rayonun Avaşar kənd sakini X47 2019-cu ilin noyabr ayında Ağcabədi şəhərində 3.300 manat, təkrarən, Ağcabədi rayonu Avaşar kənd sakinləri X96 və X97 ilə bağlı sonuncuların atası Şahid5 Mövsüm oğlundan 2020-ci ilin yanvar ayında Avşar kəndi ərazisində hər birinə görə 3.300 manat olmaqla, ümumilikdə 6.600 manat, təkrarən, Ağcabədi rayonun Qaradolaq kənd sakini X111 ilə bağlı sonuncunun qohumu Şahid6 2020-ci ilin yanvar ayında Ağcabədi RMX-nın inzibati binasındakı xidməti otağında 3.300 manat, təkrarən, Ağcabədi rayon Avşar kənd sakini X48 ilə bağlı sonuncunu qohumu X56 2020-ci ilin yanvar ayında Ağcabədi şəhərində 3.300 manat, təkrarən, Ağcabədi rayon Avşar kənd sakini X80 ilə bağlı sonuncunun atası Şahid10 2020-ci ilin fevral ayında Ağcabədi şəhərində 3.300 manat, təkrarən, Ağcabədi rayon Avşar kənd sakini X98 ilə bağlı sonuncunun atası Turab Əliyevdən 2020-ci ilin fevral ayında Ağcabədi şəhərində 3.300 manat, təkrarən, Ağcabədi rayon Avşar kənd sakini X81 ilə bağlı sonuncunun atası Emil Hüseynovdan 2020-ci ilin fevral ayında Ağcabədi şəhərində 3.300 manat, təkrarən, Ağcabədi rayon Avşar kənd sakini X82 ilə bağlı sonuncunun atası Şahid8 2020-ci ilin fevral ayında Ağcabədi şəhərində 3.300 manat, təkrarən, Ağcabədi rayon Avşar kənd sakini X29 ilə bağlı sonuncunun qayınatası Şahid14 2020-ci ilin fevral ayında Ağcabədi şəhərində 3.300 manat məbləğində pul vəsaitini alıb qeyd edilən şəxslərin sənədlərini ən geci 6 ay müddətində həll edəcəyini yalandan vəd edib, həmin şəxslərin xeyrinə heç bir hərəkət etməyərək, aldığı pulları qabaqcadan əlbir olduğu Şahid1 və qeyriləri ilə aralarında bölüb şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə edib qabaqcadan əlbir olan bir qrup şəxs qismində özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətlərin müqabilində özü vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitlərini rüşvət qismində verməyə həmin şəxsləri təkrarən təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, aldatma və etibardan suiistifadə etmə yolu ilə qulluq mövqeyindən istifadə edərək özgə əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin yanvar ayında tanış olduğu Ağcabədi şəhər sakini Şahid3 ilə söhbətləşərkən müəyyən pul müqabilində istənilən şəxsin xəstəliyi ilə əlaqədar müvafiq əlillik dərəcəsi təyin edilməklə pensiya alınması ilə bağlı işləri həll etmək imkanına malik olduğunu yalandan bildirib aldatmaqla, qeyd edilən məsələləri xəstəxananın səlahiyyətli vəzifəli şəxsinə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar ayrı-ayrı şəxslərin xeyrinə edəcəyi hərəkətlərə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan müxtəlif məbləğlərdə pul vəsaitinin verilməsi müqabilində müsbət həll edəcəyini yalandan vəd edib həmin şəxslərlə sövdələşməklə, özünə dair inam və etibar yaradaraq 2020-ci ilin yanvar ayından həmin ilin iyul ayınadək olan müddətdə Şahid3 vasitəsi ilə sonuncunun ayrı-ayrı qohum və tanışlarından, o cümlədən, Ağcabədi şəhər sakini X49 və X21 ilə bağlı sonuncuların atası X17 Beyləqan şəhərində yerləşən H.Əliyev parkında hər birinə görə 2000 manat olmaqla, cəmi 4000 manat, təkrarən, Ağcabədi şəhər sakini X14 Beyləqan şəhərində 1800 manat, təkrarən, Ağcabədi şəhər sakinləri Şahid17 Baleydə oğlu və sonuncunun həyat yoldaşı Telli ilə bağlı Şahid17 Ağcabədi şəhərində yerləşən Ağcabədi RMX-nın inzibati binasında hər birinə görə 2000 manat olmaqla cəmi 4000 manat, təkrarən, Ağcabədi şəhər sakinləri X38 ilə bağlı sonuncunun qohumu Şahid18 Beyləqan şəhərində yerləşən H.Əliyev parkında 2000 manat, təkrarən, Ağcabədi şəhər sakinləri Şahid19 və sonuncunun qohumu X39 ilə bağlı Şahid19 Ağcabədi şəhərində “Stadion” adlanan ərazidə ümumilikdə 6000 manat, təkrarən, Ağcabədi şəhər sakini X93 ilə bağlı sonuncunun qohumu X30 Beyləqan-Ağcabədi avtomobil yolunun “Qaradolaq körpüsü” adlanan ərazisində 2000 manat, təkrarən, Ağcabədi rayon sakinləri Şahid22 və sonuncunun bacısı Şahid23 ilə bağlı Şahid3 Beyləqan şəhərində “Meymunluq” adlanan ərazidə hər birinə görə 2000 manat olmaqla, ümumilikdə 4.000 manat, təkrarən, Ağcabədi rayon sakinləri X119 və X83 ilə bağlı sonuncuların babası X84 Beyləqan şəhərində yerləşən Mərkəzi poçtun yaxınlığında hər birinə görə 2000 manat olmaqla, ümumilikdə 4000 manat, təkrarən, Ağcabədi rayon sakini X40 ilə bağlı sonuncunun qohumu Qəhrəman adlı şəxsdən Beyləqan şəhərində yerləşən rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında 2000 manat, təkrarən, Ağcabədi rayon sakini X31 ilə bağlı sonuncunun həyat yoldaşı Qəhrəman adlı şəxsdən Ağcabədi şəhərində “daş bazarı” adlanan ərazidə 2000 manat, təkrarən, Ağcabədi rayon sakini X99 ilə bağlı sonuncunun atası Şahid28 Beyləqan şəhərində 2000 manat, təkrarən, Ağcabədi rayon sakini X100 ilə bağlı sonuncunun atası Şahid25 Beyləqan şəhərində 2000 manat, təkrarən, Ağcabədi rayon sakini Şahid26 ilə bağlı sonuncunun qohumu X50 Bakı-Beyəlqan avtomobil yolunun “Avşarın körpüsü” adlanan ərazisində 2000 manat, təkrarən, Ağcabədi rayon sakini X101 ilə bağlı sonuncunun qohumu X50 Beyləqan-Ağcabədi avtomobil yolunun “Qaradolaq körpüsü” adlanan ərazisində 2000 manat, təkrarən, Ağcabədi rayon sakini X32 ilə bağlı sonuncunun atası X22 Beyəlqan şəhərində 2000 manat, təkrarən, Ağcabədi rayon sakinləri X85 və X146 ilə bağlı sonuncunun qohumu X76 şəhərində hər birinə görə 2000 manat olmaqla ümumilikdə 4000 manat məbləğində pul vəsaitini alıb qeyd edilən şəxslərin sənədlərini ən geci 6 ay müddətində həll edəcəyini yalandan vəd edib, həmin şəxslərin xeyrinə heç bir hərəkət etməyərək, aldığı pulları şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə edib özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətlərin müqabilində özü vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitlərini rüşvət qismində verməyə həmin şəxsləri təkrarən təhrik etmişdir. Məhkəmədə dindirilmiş təsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin mart ayında Ağcabədi Rayon X13 heyətinin Təchüzat üzrə agenti vəzifəsinə qəbul olunmuş, 2020-ci ilin avqust ayının 22-dək həmin vəzifədə işləmişdir. Rəsmiyyətdə xəstəxanada təchizat üzrə agent işləsə də, faktiki olaraq baş həkim Fövzi Tahirovun tapşırığına əsasən əlilliyin müəyyən edilməsi ilə əlaqədar elektron formada “forma 88”-in yazılıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ötürülməsi üzrə operator kimi fəliyyət göstərmişdir. Yəni xəstəxananın Həkim Məsləhət Komissiyasından keçirilən şəxslərin sənədlərini sistemə işləməklə məşğul omuşdur. X23 xəstəxanada işə qəbul olunduqdan sonra tanımışdır. Şəmistan Hüseynov ayrı-ayrı şəxslərin əlillik dərəcəsi alması ilə bağlı xəstəxanaya gəlibgetmişdir. Bir neçə dəfə Şəmistan Hüseynov ona yaxınlaşıb müəyyən şəxslərin adlarını sistemdə yoxlayıb adlarına əlillik dərəcəsi verilib-verilmədiyi ilə maraqlanmış, o da həmin adları sistemdə yoxlayıb nəticəsi barədə məlumat vermişdir. Şəmistanın onun güya ayrıayrı şəxslərin əlillik dərəcəsi təyin edilməklə pensiyaya çıxarılmasını həll edə biləcəyini deyib bunun müqabilində müxtəlif məbləğlərdə pul tələb edib alması barədə göstərdikləri tamamilə yalandır, o, heç vaxt Şəmistana və ya başqa şəxsə belə bir söz deməmiş və bu məqsədlə heç kimdən heç bir məbləğdə pul almamışdır. Oğlunun xəstəliyi ilə əlaqədar 2020-ci ilin mart ayında ona təcili 5000 manat pul lazım olduğundan yaxın münasibətdə olduğu Şahid1 müraciət edib 5000 manat borc pul istəmiş, Elsevər özündə bu qədər pul olmadığını bildirib tanışı Şəmistan Hüseynovdan alıb verə biləcəyini demiş, sonra da Elsevər onu Avşar kəndində Şəmistanla görüşdürmüş, o, Şəmistanla danışıb 5000 manat pul istəmiş, həmin vaxt Şəmistan 4000 manat gətirdiyini, bu pulun 200 manatının ona çatmalı olduğunu deyib üstündən götürmüş, qalan 3800 manat pulu ona verərərək 1000 manatı isə yaxın vaxtlarda verməyi vəd etmiş, bir neçə gündən sonra Şəmistan Ağcabədi şəhərində görüşərkən Şəmistan özü ilə gətirdiyi 1000 manat puldan 100 manat götürüb həmin məbləğin ona çatmalı olduğunu deyib, qalan 900 manatı ona vermişdir. Şəmistan ümumilikdə 5000 manat puldan 300 manatı özünə götürüb 4700 manatı ona borc kimi vermişdir. Şəmistanın deməsinə görə həmin pulu başqasından alıb ona vermiş, götürdüyü 300 manat da onun qazancı olmuşdur. Şəmistan 4700 manat pulu faizlə verdiyindən əvəzində ondan 6000 manat alacağını bildirmiş, onun pula ehtiyacı olduğundan məcbur qalıb həmin şərtlə razılaşmışdır. Razılaşmaya əsasən o, həmin pulu 2020-ci ilin iyun ayında qaytarmalı olsa da maddi cəhətdən problemləri olduğundan pulu həmin vaxt qaytara bilməmiş, buna görə Şəmistan ona təklif etmişdir ki, pulun əvəzindən dediyi iki şəxsin komissiyadan keçmiş sənədini sistemə vursun. O, da müvəqqəti vaxt qazanmaq üçün Şəmistanın bu təklifi ilə razılaşmış, amma əslində həmin sənədləri sistemə vurmaq fikri olmamışdır. Vaxt uzandıqca Şəmistan ya sənədləri sistemə vurmağı, ya da 6000 manat pulu qaytarmasını tələb etmiş, o, da yaxın müddətdə pulu qaytaracağını bildirmişdir. Həmin ərəfələrdə Şəmistanın hansısa 2 adamının sənədləri xəstəxanada itdiyinə görə pensiya işi alınmamış, sonuncu həmin sənədlərin itməsində onu günahkar bilib hər bir şəxsin sənədinin toplamasına görə güya 2000 manat olmaqla cəmi 4000 manat xərci çıxdığını, sənədlər itdiyinə görə həmin pulu da onun ödəməli olduğunu demiş, həmin məbləğ ilə birlikdə Şəmistan ondan 10000 manat tələb etməyə başlamışdır. Bundan başqa həmin ərəfələrdə Şahid1 da Şəmistandan 5000 manat pul almış, lakin onun bu barədə məlumatı olmamışdır. Şəmistan onun və Elsevərin birlikdə 15000 manat verməli olduğunu bildirsə də, təklif etmişdir ki, o, həmin məbləğin 2 qatına, yəni 30.000 manat pul almasına dair bir kağıza əl yazma qeyd yazıb imza edib versin. Şəmistan faizə pul verən şəxs olduğundan bu yol ilə 15000 manatı geri almaq üçün onunla Elsevərə təziq etməyə çalışmışdır. O, əvvəlcə əlyazma qeydi yazmaqdan imtina etmiş, lakin Şəmistan ondan və Şahid1 əl çəkməyib ona hədə-qorxu gəlmiş, buna görə o, qorxduğundan 30000 manat pulu almasına və Şahid1la birlikdə həmin pulu qaytaracağına dair əlyazma qeyd yazıb Şəmistana vermişdir. Həmin əlyazma qeydin altından ondan başqa Elsevərdə imza etmişdir. Sonra o Şəmistana 6000 manat pul qaytarmışdır. Həmin vaxtlar Elsevər də Şəmistana 5000 manat qaytarmışdır. Birlikdə Şəmistana 11000 manat pul vermişlər. Şəmistanın tələb etdiyi 4000 manat pulun isə onlara heç bir aidiyyəti olmadığından o həmin pulu qaytarmaqdan imtina etmişdir. Sonra da Şəmistan güya onun 9 nəfərə əlillik dərəcəsi düzəltməsi ilə əlaqədar ümumilikdə 30000 manat pul alması barədə əsassız şikayət etmişdir. O heç bir cinayət törətməmişdir, ona görə də ona haqqında bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi məhkəmədə dindirilmiş şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona tamamilə sübutdur. Belə ki, dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 19 dekabr 2019-cu il tarixdə səhəti ilə əlaqədar öz ərizəsi əsasında tutduğu kompüter mütəxəssisi vəzifədən azad edilmişdir. 19 mart 2019-cu il tarixdə kompüter mütəxəssisi kimi X102 işə qəbul olunmuşdur. Rəvan operator kimi işləyərək əlillik dərəcəsi verilməsi ilə bağlı Həkim Məsləhət Komissiyasından keçmiş şəxslərin sənədlərini Tibbi Sosial Ekspert və X66 daxil etməklə məşğul olmuşdur. Ağcabədi rayonun Avşar kənd sakini X23 2016-cı ildən bir rayon sakini kimi səhəti ilə əlaqədar, şəkər xəstəsi kimi Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına gəlib gedərkən tanımış və aralarında yaxın münasibət yaranmışdır. 2019cu ilin dekabr ayının sonunda Şəmistan bir neçə tanış və qohumuna əlillik dərəcəsi düzəltmək istədiyini bildirərək bununla bağlı ona necə köməklik edə bilməsini soruşmuş, o da əlillik dərəcəsi ilə bağlı sənədləri sistemə Təqsirləndirilən şəxs işlədiyini və Rəvanla danışıb cavab verəcəyini bildirmişdir. O bu barədə Rəvanla danışmış, Rəvan da heç bir problem olmadığını, müəyyən pul müqablində istənilən şəxsin sənədini “sistemə” işləyə biləcəyini demişdir. Bir neçə gündən sonra o, X67 tanış etmiş, birlikdə Ağcabədi şəhərində “Stadion-kafe” adlanan yerdə görüşüb söhbətləşmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs Şəmistanın gətirdiyi iki şəxsin sənədlərinə baxdıqdan sonra heç bir problem olmadığını, həmin şəxslərin sənədlərini “sistemə” vura biləcəyini demişdir. Bundan sonra Şəmistan həmin sənədlərə görə onun yanında Təqsirləndirilən şəxs 2000 manat pul vermişdir. Rəvan pulu aldıqdan sonra bildirmişdir ki, 2-3 ay müddətində həmin şəxslərin əlillik dərəcəsi alması üçün sənədləri “sistemə” işləyəcəkdir. Bir müddət sonra yəni 2020-ci ilin yanvar ayında Şəmistan Hüseynov təkrarən ona müraciət edib başqa şəxslərə də əlillik dərəcəsi düzəltmək istədiyini bildirmiş, buna görə o, yenidən Təqsirləndirilən şəxs müraciət edib Şəmistanın təklifi barədə məlumat vermişdir. Rəvan bir daha heç bir problem olmadığını bildirib həmin şəxslərin sənədlərini də “sistemə” işləyə biləcəyini demişdir. Ona görə o, Rəvanla Şəmistanı görüşdürmüş, həmin vaxt Şəmistan özü ilə gətirdiyi 3 şəxsin sənədini Rəvanana vermiş, Rəvan sənədlərə baxdıqdan sonra onları sistemə vura biləcəyini demiş, ona görə də Şəmistan onun yanında 3 şəxsin sənədinə görə Rəvana7000 manat pul vermişdir. 2020-ci ilin yanvar ayın sonu, fevral ayın əvvəlində Rəvan ona 3500 manat pula ehtiyacı olduğunu demiş, o da bir neçə tanışına zəng etsə də, heç kim həmin məbləği verməmişlər. Ona görə o Şəmistan Hüseynova zəng edib Rəvana təcili 3500 manat borc verməsini xahiş etmiş, Şəmistan “isə o qdər pulu borc verməyə imkanı olmadığını, lakin əlillik dərəcəsi düzəldə bilərsizsə 2 nərəfdən 4000 manat pul alıb verə biləcəyini demiş, o da bu barədə Rəvana bildirmiş, Rəvanda 2 şəxsin sənədini 4000 manat müqabilində razılzşmış, həmin məbləği Ağcabədi rayonunun Avşar kıəndinin girişində Şəmistanla görüşmüş, orada Şəmistan 2 nəfərin sənədləri ilə birlikdə 4000 manat pulu Rəvana vermişdir. Ümumilikdə Şəmistan onun iştirakı ilə 3 dəfə Rəvanla görüşüb 7 nəfərə görə 13000 manat pulu Rəvana vermişdir. Hər dəfə vasitəçilik etdiyinə görə Rəvan aldığı pullardan ***-**** məbləğlərində cəmi 5000 manat ona pul vermişdir. Sonralar Şəmistanla arasında münasibətlər yarandığından Şəmistan onun vasitəçiliyi olmadan özü Rəvanla iş görmüşdür. Sonradan Şəmistanın bir neçə dəfə Rəvana müraciət etdiyini, Rəvanın ondan hansısa məbləğlərdə pul aldığını bilmişdir. Rəvan hər dəfə Şəmistandan pul alanda 2-3 ay müddətində sənədləri sistemə işləyəcəyini vəd etmişdir. Buna baxmayaraq Rəvan heç bir iş görməmiş, götürdüyü səndələri sistemə vurmamış, aldığı pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir. Vaxt uzandıqca Şəmistan və pul sahibləri narazılıqlar etdiklərində Şəmistan tez-tez ona və Rəvana sənədlərin sistemə işlənməsi vəziyyətini soruşmuş, Rəvan da hər dəfə ayın axrı həll edəcəyini vəd edərək vaxtı uzatmışdır., təxminən 2020-ci ilin iyun ayında Şəmistan Rəvanla sərt danışıb işi həll etməsini, ya da aldığı pulları geri qaytarmasını tələb etmişdir. Rəvan hər həftə 3 şəxsin sənədini sistemə vurub, bildirişləri də təqdim edəcəyini demişdir. Bir həftə sonra Rəvan üç şəxsin adını sistemə işləməsini təsdiq edən bildirişləri onun yanında Şəmistana vermişdir. Lakin sonradan Şəmistan həmin bildirişləri yoxlayarkən başqa şəxsin adına olduğunu, yəni saxta bildiriş olduğu məlum olmuşdur. Verilən 6 nəfərin də bildirişi eyni qaydada saxta çıxmış, həmin şəxslərin adları sistemdə olmamışdır. Buna görə də Şəmistan əsəbləşib şikayət edəcəyini bildirmişdir. Mübahisə böyüdüyünə görə onun atası X113 Hüseynov və Təqsirləndirilən şəxs evinə dəvət etmiş, məsələni həll etməyi təklif edərək onun və Rəvanın aldıqları pulları geri qaytarmalarını demişdir. O Rəvanla aldıqları pulları qaytarmağa razılaşmışlar. Belə olan halda Şəmistan şikayət etməyəcəyini bildirmişdir. Üç gündən sonra o, öz payına düşən 5000 manat pulu Şəmistana qaytarmışdır. Rəvan isə aldığı puldan 4500 manat qaytarmış, qalan pulun qaytarılması üçün isə bir neçə gün gözləməsini xahiş etmişdir. Bir neçə gündən sonra Rəvan hissə-hissə olmaqla Şəmistana əlavə 1500 manat pul vermişdir. Daha sonra Rəvan müxtəlif bəhanələrlə ödəməli olduğu pulu qaytarmaqdan yayınmış, buna görə Şəmistan hər dəfə də əsəbləşib şikayət edəcəyini demişdir. O, Şəmistanın şikayət etməməsi üçün bir neçə dəfə Rəvanın Beyləqan şəhərində yerləşən evinə gedib onunla danışıb pulu qaytarmasına razılaşdırmağa, Şəmistanın şikayət edəcəyi təqdirdə onların cinayət məsuliyyətinə cəlb ediləcəyini izah etməyə çalışmışdır. Rəvan əvvəlcə pulu qaytarmağa razılaşsa da, sonradan Rəvanın atası Çingiz telefonla Şəmistanla danışarkən pulu qaytarmayacaqlarını demişdir. Bundan sonra Şəmistan onu və Rəvanı çağırıb birlikdə Avşar kəndində yanacaq doldurma məntəqəsində görüşmüşlər. X114 konkret şəkildə danışıb aldığı pulları qaytarmasını, habelə aldığı pullara dair əl yazma kağız yazıb verməsini tələb etmiş, əks halda ordan çıxan kimi polisə şikayət edəcəyini bildirmişdir. Bundan sonra Rəvan kiçik bir kağız parçasına öz xətti ilə Şəmistandan onunla birlikdə 30.000 manat pul almasını və həmin pulu 10 sentyabr 2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürməsi barədə qeyd yazıb və imza edib Şəmistana vermişdir. O, Sənan Niftəliyevi tanımamış, Rəvanla Sənan arasında hər hansı əməlin olduğunu bilməmişdir. Dindirilmiş şahid X37 ifadəsində göstərmişdir ki, şəkər xəstəliyindən əziyyət çəkdiyinə görə bir neçə dəfə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında müalicə olunmuş, bununla əlaqədar tez-tez həmin xəstəxanaya gedib gəldiyi üçün orada qeydiyyatçı kimi işləyən Şahid1 ilə münasibətləri yaranmışdır. Sonra da Elsevərlə Rəvan bir yerdə işləmişlər. İlk dəfə 2019-cu ilin noyabr ayında Elsevərlə Rəvana müraciət edib bacısının həyat yoldaşı X8 ilə əlaqədar əlillik dərəcəsi almaq istədiyini bildirib, bu sahədə köməklik etmələrini xahiş etmişdir. Elsevər də heç bir problem olmadığını bildirib bunun müqabilində 3.300 manat pul verməsini tələb etmiş, o, da həmin məbləğlə razılaşıb getmişdir. 2019-cu ilin noyabr ayın sonunda Ağcabədi şəhərində “Nazının kafesi” adlanan yeməkxanada Elsevər və Rəvanla görüşərək Arazın onun yanında 3300 manat pulu Elsevərlə Rəvana vermişdir. Həmin vaxt Rəvan ən geci 3-4 ay müddətində Araza İİ qrup əlillik dərəcəsi verilməsini həll edəcəyini vəd etmişdir. 2020-ci ilin yanvar ayında qohumu, Ağcabədi rayon Avşar kənd sakini Şahid5 ona müraciət edib övladları X97 və X69 əlillik dərəcəsi verilməklə pensiya işinin həll edilməsinə köməklik etməsini xahiş etmişdir. Rəvanla Elsevər hər bir uşağa görə 3300 manat müqabilində hər iki uşağa İİ qrup əlillik dərəcəsi təyin edilməsini həll edə biləcəklərini bildirmişlər. Şahid5 tələb olunan məbləğlə razılaşıb həmin vaxt üzərində olan 2600 manat pulu Rəvanla Elsevərə verib, qalan məbləği də yaxın günlərdə verəcəyini bildirmişdir. Bir neçə gündən sonra Şakir 4000 manat pulu ona verib Rəvana çatdırmasını xahiş etmişdir. O, elə həmin gün Elsevər və Rəvanla Avşar kəndində görüşüb 4000 manat pulu onlara vermişdir. Bundan sonra yəni 2020-ci ilin yanvar ayında Ağcabədi rayonun Qaradolaq kənd sakini Şahid6 gəlini X33 pensiya işinin həll edilməsinə görə 3300 manat pulu, həmin ərəfələrdə digər qohumu Ağcabədi rayon Avşar kənd sakini Şahid8 qardaşı arvadı X24 əlillik dərəcəsi almasına köməklik etməsini görə 3300 manat pulu Elsevərə vermişdir. Bundan başqa Ağcabədi şəhər sakini Şahid10 qızı X9 ilə əlaqədar pensiyaya çıxarılmasına köməklik etməsini xahiş etmişdir. O da Vahidi aparıb Rəvan və Elsevərlə görüşdürmüş, danışıb Nərgizin pensiyaya çıxarılmasını razılaşdırmış, Rəvan bu iş üçün 3300 manat pul tələb etmişdir. Vahid də həmin məbləğlə razılaşıb elə həmin gün birlikdə “Stadion” adlanan ərazidəki çayxanada Rəvanla görüşüb pulu Rəvana vermişlər. Həmçinin Ağcabədi rayonun, Avşar kənd sakini Şahid11 ona müraciət edib qızı Ümidənin xəstəliyi ilə əlaqədar pensiyaya çıxarılmasına köməklik etməsini xahiş etmiş, bununla əlaqədar Turab Rəvan 3300 manat pul Rəvana vermişdir. Qohumu Ağcabədi rayonun, Avşar kənd sakini Emil Hüseynov ona müraciət edib azyaşlı qızı X52 epilepsiya xəstəsi olduğunu deyib, xəstəliyi ilə əlaqədar əlillik dərəcəsi almasına köməklik göstərməsini xahiş etmişdir. Buna görə də Emildən 3300 manat alıb Ağcabədi şəhərində Rəvanla görüşərək həmin məbləği tam şəkildə ona vermişdir. Sonra qohumu Avşar kənd sakini Xəyal Əkbərli ona müraciət edib azyaşlı oğlu Rəhmanın xəstəliyi ilə əlaqədar əlillik dərəcəsi almasına köməklik göstərməsini xahiş etmiş, bir neçə gündən sonra Xəyalla birlikdə Ağcabədi şəhərində Rəvanla görüşüb 3300 manat pulu Rəvana vermişlər. Digər qohumu Ağcabədi rayon, Avşar kənd sakini Şahid14 2020-ci ilin yanvar ayının sonunda ona müraciət edib gəlini Ruxsarə Cavadovanın xəstəliyi ilə əlaqədar pensiyaya çıxarılmasına köməklik etməsini xahiş etmiş o da Rəvana müraciət edib Ruxsrənin pensiya məsələsini də həll etməsini demişdir. Rəvan 3300 manat pul müqabilində bunu həll edə biləcəyini bildirmiş, Şahid14 özü ilə gətirdiyi 3300 manat pulu onun yanımda Rəvana vermişdir. Göstərilən şəxslərdən pulları aldıqdan sonra hər dəfə Rəvanla Elsevər sənədlərin ən geci 4-6 ay müddətində həll ediləcəyini vəd etmişlər. 2020-ci ilin təxminən yanvar ayında Şahid1 işdən azad edilmiş, bundan sonra o, yalnız Təqsirləndirilən şəxs ilə əlaqə saxlamışdır. Bir müddət sonra Təqsirləndirilən şəxs ona bir neçə “bildirişlər” vermişdir ki, güya həmin şəxslərin sənədlərini sistemə işləmişdir. O, həmin bildirişləri yoxlatdırmış və həmin bildirişlərin saxta olduğunu və sistemə işlənmədiyini bilmişdir. O, Rəvanla Elsevərə şikayət edəcəyini demiş, Rəvan müxtəlif bəhanələr gətirərək problemi yaxın vaxtlarda həll edəcəyini bildirsə də, sonradan onunla görüşməkdən, telefon zənglərinə cavab verməkdən yayınmışdır. Buna görə məcbur olub bir neçə dəfə Rəvanın yaşadığı ünvana getmiş, onun atası Çingiz hər dəfə Rəvanın evdə olmadığını bildirmişdir. Vaxt keçdikcə Rəvanın onu aldadıb qeyd edilən şəxslərin pullarını ələ keçirdiyini başa düşmüş, buna görə Rəvanla görüşüb aldığı pullara dair yazılı kağız verməsini tələb etmişdir. O, ümumilikdə 10 şəxsin hər birindən 3300 manat olmaqla ümumilikdə 33000 manat Rəvana pul vermiş, lakin görüş vaxtı səhfən 9 şəxslə bağlı 30000 manat verdiyini hesablamış, pul verən şəxslərdən Şahid5 2 şəxsə görə 6600 manat pul verməsi diqqətindən yayınmış, Şakiri bir şəxs kimi hesablayıb ümumilikdə 9 şəxsə görə 30000 manat pul verdiyini hesablamış,buna görə qeyd edilən pulu almasına dair qeyd yazmasını Rəvandan tələb etmişdir. Rəvan onun fikrindən vaz keçməyəcəyini görüb belə bir əl yazma kağız yazmağa razılaşmış, onun və Şahid1 iştirakı ilə öz xətti ilə 30000 manat pul almasına dair qeyd yazıb ona vermişdir. Həmin sənədi Rəvandan savayı Elsevər də imzalamışdır. Lakin Rəvan bundan sonra da onu aldadıb heç kimin sənədini düzəltməmiş, o, vəziyyətin belə olduğunu görüb aldığı pulları qaytarılmasını tələb etmişdir. Şahid1 həmin puldan ona cəmi 5000 manat çatdığını bildirib həmin məbləği tam şəkildə geri qaytarmış, qalan məbləğin isə ona aidiyyəti olmadığını, qalan pulun Təqsirləndirilən şəxs çatdığını, buna görə də Rəvan tərəfindən qaytarılmalı olduğunu demişdir. Rəvan da hissə-hissə olmaqla ümumilikdə 6000 manat qaytarmış, qalan məbləği isə yaxın vaxtlada qaytaracağını vəd etmiş, lakin müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışdır. Bir müddət sonra Rəvanın işdən azad edildiyini öyrənmişdir. Bundan sonra o, Rəvanın atası Çingiz Əliyevə müraciət edib övladının törətdiyi əməllər barədə məlumat vermişdir. X143 məsələni yoluna qoymaq əvəzinə heç kimə heç bir məbləğdə pul qaytarmayacağını demişdir. O da məcbur qalıb Rəvanın əməlləri barədə hüquqmühafizə orqanlarına şikayət etmişdir. Şahid1 və Təqsirləndirilən şəxs birlikdə qaytardığı 11000 manat puludan X70 görəonun atası Şahid11 3300 manat, X53 görə onun atası Şahid10 3300 manat, X34 görə onun qaynı Şahid8 3300 manat, Şahid4 isə 1100 manat qaytarmışdır. Dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, həyat yoldaşı X25 pensiya düzəldilməsi ilə əlaqədar olaraq 2019-cu ilin noyabr ayında qaynı X37 3300 manat pulu və sənədləri Şəmistanın yanında Təqsirləndirilən şəxs vermişdir. Aradan bir müddət keçəndən sonra Şəmistan vasitəsi ilə Rəvanla əlaqə saxlayıb vəziyyətlə maraqlanmış, Rəvan hər şeyin qaydasında olduğunu, yaxın müddətdə pensiyanın düzələcəyini bildirib narahat olmamasını demişdir. Lakin pensiya düzəlməmiş, buna görə Şəmistan tez-tez Rəvana müraciət etmişdir. Rəvan hər dəfə müxtəlif bəhanələrlə vaxtı uzatmış, o, Rəvanın onu aldatdığını başa düşüb verdiyi 3300 manat pulu geri tələb etmişdir. Rəvan pulu yaxın müddətdə qaytaracağını desə də vədinə əməl etməmişdir. Uzun mübahisədən sonra Rəvan qeyd edilən məbləğdən 1100 manatını Şəmistanın vasitəsi ilə geri qaytarmış, qalan 2200 manatı isə qaytarmamışdır. Dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, övladları Nicat Cavadov onkoloji xəstəlikdən, Tural Cavadov isə epilepsiya xəstəliyindən əziyyət çəkdiyindən o, hər iki övladını əlillik dərəcəsi təyin edilməklə pensiyaya çıxartmaq istəmiş, bu barədə 2020-ci ilin yanvar ayında həmkəndlisi, Avşar kənd sakini Şəmistan Hüseynovla söhbətləşərkən o Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatçı işləyən Təqsirləndirilən şəxs ilə yaxın əlaqələri olduğunu, həmin şəxslə danışıb hər birinə görə 3300 manat pul müqabilində bu işi həll edə biləcəyini demiş, bir neçə gündən sonra pulun bir qismini, 2400 manatını düzəltmiş, Şəmistanla birlikdə Ağcabədi rayon xəstəxanasının yaxınlığındakı çayxanada Rəvanla görüşüb 2400 manat pulu və sənədləri ona vermişdir. Bundan bir neçə gün sonra qalan 4000 manatı da düzəldib Avşar kəndin girəcəyinə Şəmistan 4000 manat pulu ondan alıb Rəvana vermişdir. Rəvan pulu aldıqdan sonra ən geci 3-4 ay müddətində pensiya işini həll edəcəyini vəd etmiş, lakin vədinə əməl etməmişdir. Sonra o verdiyi pulu tələb etsə də Rəvan pulu qaytarmamışdır. Dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs tanıyır. Qohumu Şahid6 xahişi ilə Vahidin gəlini Aygül Məmmədovanın pensiyaya çıxması ilə əlaqədar olaraq qohumu Şəmistanla çayxanada oturub söhbət etmişlər. Şəmistan bu işə görə 3300 manat Rəvana pul verilməli olduğunu bildirmiş, o da bu barədə Vahidə demiş və Vahiddə razılaşaraq həmin məbləğdə pulu ona vermiş, sonra da Vahid və Şəmistanla birlikdə Ağcabədi rayon Mərkəzi xəstəxanasına gedərək xəstəxananın birinci mərtəbəsində Rəvanın iş otağında o həmin pulu Rəvana vermişdir. Məhkəmədə CPM-nin 329.1-ci maddəsinə əsasən gəlməyən Şahid6 ibtidai istintaq zamanıvermiş olduğu ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid6 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstəmişdir ki, gəlini X5 ilə əlaqədar əlillik dərəcəsi təyin edilməklə pensiyaya çıxartmaq istəmiş, bununla bağlı hara müraciət etməli olduğunu bilməmiş, bu barədə maraqlanarkən həmkədlilərindən məlumat almışdır ki, qohumu X46 rayon Mərkəzi Xəstəxanasında tanışları vardır və həmin tanışları vasitəsilə ayrı-ayrı şəxslərin pensiyaya çıxarılması işinə köməklik edə bilir. Bir neçə gündən sonra, yəni 2020-ci ilin fevral ayın əvvəlində Şəmistana müraciət edib gəlini Aygül Məmmədovaya pensiya düzəltməsinə köməklik etməsini xahiş etmişdir. Şəmistan bu barədə Ağcabədi RMX-da işləyən Təqsirləndirilən şəxs ilə danışıb cavab verəcəyini demiş, bir neçə gündən sonra qeydiyyatçı kimi işləyən Rəvan adlı şəxsin bu işin həll edilməsi üçün 3300 manat pul tələb etdiyini demişdir. O, 3.300 manat pulu düzəldib Ağcabədi RMX-nın qarşısında Şəmistan Hüseynova vermişdir. Şəmistan pulu alıb onun iştirakı olmadan Təqsirləndirilən şəxs çatdırmışdır. Rəvan pulu aldıqdan sonra ən geci 3-4 ay müddətində Aygül Məmmədovadın pensiya işini həll edəcəyini vəd etmişdir. Lakin bu belə olmamış, həmin vaxtdan uzun müddət keçsə də, Rəvan onların xeyrinə heç bir hərəkət etməmişdir. Məsələnin çox uzandığını görüb verdiyi pulu geri tələb etmiş, lakin Rəvan ona heç bir məb Dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, o Rəvanı tanıyır. Şahid8la onun azyaşlı övladı Rəhmana və qardaşı Ziyadxanın arvadı Aliyə Əkbərovanı pensiyaya çıxarmaq barədə Şəmistanla danışaraq sənədləri və ona görə pul verilmişdir. Xəyal iki işə görə ona 6600 manat vermişdir. Onlar Şəmistanla birlikdə iki dəfəyə Rəvana 3300 manat pul vermişlər. Birinci dəfə pulu xəstəxanada, ikinci dəfə isə idman meydançasında vermişlər. Həmin puldan 3300 manat pul indiyə kimi qaytarılmamışdır. Məhkəmədə CPM-nin 329.1-ci maddəsinə əsasən gəlməyən Şahid8 CPM-nin 329.1-ci maddəsinə əsasən ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid8 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, azyaşlı övladı X86 və qardaşı Ziyadxan Əkbərovun həyat yoldaşı X3 ilə əlaqədar əlillik dərəcəsi almaqla pensiyaya çıxarmaq istəmiş, lakin bununla bağlı hara müraciət etməli olduğunu bilməmişdir. 2020-ci ilin yanvar ayının sonunda qohumu Şahid9 ilə söhbətləşərkən sonuncu Avşar kənd sakini X46 Rayon Mərkəzi Xəsəxanasında işləyən şəxslərlə geniş əlaqələri olduğunu, bu əlaqələrin sayəsində övladı Rəhman Əkbərova və gəlini Alidə Əkbərova pensiya düzəldilməsini həll edə bilər. Bundan sonra o, Şahid9 vasitəsi ilə Şəmstan Hüseynovla tanış olmuş, o, Şəmistanla danışıb bu sahədə köməklik göstərməsini xahiş etmişdir. Şəmistan Ağcabədi RMX-da qeydiyyatçı kimi işləyən Təqsirləndirilən şəxs ilə bu barədə danışdıqdan sonra bu işin həll olunması üçün sonuncunun hər bir şəxsə görə 3300 manat olmaqla cəmi 6600 manat pul tələb etdiyini bildirmişdir. Bir neçə gündən sonra o, 6600 manat pulu düzəldib qohumu Şahid9, sonuncu da Şəmistan Hüseynovla birlikdə Təqsirləndirilən şəxs ilə görüşüb Rəhman Əkbərov və Alidə Əkbərovanın sənədlərini və 6.600 manat pulu Təqsirləndirilən şəxs vermişlər. Rəvan pulu aldıqdan sonra ən geci 3-4 ay müddətində pensiya işini həll edəcəyini bir daha vəd etmiş, lakin Rəvan vədinə əməl etməyib onun xeyrinə heç bir hərəkət etməmişdir. O, verdiyi pulu dəfələrlə geri tələb etməmiş, uzun mübahisədən sonra Şəmistan Hüseynov vasitəsi ilə 3.300 manat pulunu qaytarmış, qalan 3.300 manatı isə hazıradək qaytarılmamışdır. Dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, o Emindən epilepsiya xəstəsi olan qızı Filizin pensiya məsələsi ilə əlaqədar Şəmistana deməsini xahiş etmiş. O da Eminə özü deyərsə Şəmistanın kömək edəcəyini ona bildirmişdir. O Rəvana pul verilməsində iştirak etməmişdir. İstintaqda verdiyi ifadəni təsdiq etmir. İfadə verərkən ona heç bir təsir və təziq olunmamışdır. Məhkəmədə CPM-nin 329.1-maddəsinə əsasən (şahidin əvvəllər vermiş olduğu və hazırki məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Şahid13 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid13 həmin ifadəsində göstərmişdir ki, 2020-ci ilin təxminən fevral ayında qohumum, Ağcabədi rayon, Avşar kənd sakini, Emin Hüseynova söhbətləşərkən ona bildirmişdir ki, az yazşlı övladı X6 ilə əlaqədar əlillik dərəcəsi təyin edilməklə pensiyaya çıxmasını həll etmək istəyir. Lakin bununla bağlı hara müraciət etməli olduğunu bilmədiyini dedi. Mən həmin uşağın konkret nə xəstəliyinədn əziyyət çəkdiyini bilmədim. X147 bildiridm ki, pensiya düzəldilməsi üçün Avşar kənd sakini Şəmistan Hüseynov bizə köməklik edə bilər. Belə ki, Şəmistanın Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında geniş əlaqələri olduğunu bilirdim. Emin Hüseynov bu barədə Şəmistanla danışmağımı xahiş etdikdən sonra mən Şəmistana müraicət edib bu barədə məlumat verdim. Şəmistan Ağcabədi RMX-da qeydiyyattçı kimi işləyən Təqsirləndirilən şəxs müəyyən pul müqabilində ayr-ayrı şəxslərə pensiya işini həll edə bildiyini dedi. Mən bu barədə Rəvanla danışmasını xahiş etdim. Şəmistan mənə dedi ki, gəl gedək birlikdə Rəvanla görüşüb danışaq. Lakin mən getmək istəmədim, özünün Rəvanla danışıb mənə cavab verməsini dedim. Bundan sonra Şəmistan bu barədə Rəvanla danışdıqdan sonra bildirdi ki, bu işin həll olunması üçün 3300 manat pul tələb edir. Mən də bu barədə Emin Hüseynova məlumat verib bildirdim ki, 3300 manat pul verəcəyi təqdirdə övladı Filis Hüseynovanın pensiya işi düzələcəkdir. Bir müddət sonra Emin Hüseynov 3300 manat pulu mənə verdi ki, Rəvana çatdırım. Eyni zamanda övladının xəstəliyi ilə bağlı müəyyən sənədləri də mənə verdi. Bundan sonra mən Şəmistana zəng edib pulun hazır olduğunu bildiridm. Şəmistanda öz növbəsində Rəvanla əlaqə saxlayıb, pulun hazır olması barədə məlumat verdi. Bundan sonra Şəmistan pulu vermək üçün məni üzü ilə birlikdə Rəvanla görüşə apardı. 2020-ci ilin fevral ayında biz Ağcabədi RMX-nın 3-cü mərtəbəsində yerləşən Rəvanın xidməti otağında onunla görüşdük. 3300 manat pulu və sənədləri mən özüm Şəmistanın yanında Rəvana verdim. Rəvan pulu aldıqdan sonra ən geci 3-4 ay müddətində pensiya işini həll edəcyini vəd etdi.Mən Rəvanın həmin xəstəxanada işləməsini və deməsinə görə pensiya ilə bağlı bütün sənədlərisistemə onun işləməsini nəzərə alıb onun bu işi həll edə biləcəyinə inandım.Aradan bir müddət keçəndən sonra Şəmistan vasitəsi ilə Rəvanla əlaqə saxlayıb vəziyətlə maraqlandım. Rəvan hər şeyin qaydasında olduğunu bildirdi. Rəvan hər şeyin qaydasında olduğunu yaxın müddətdə pensiyanın düzələcəyini bildirib narahat olmamağımızı dedi. Qeyd edilən müddət keçəsə də pensiyamız düzəlmədi. Buna görə tez-tez Rəvana müraciət etdim. Rəvan hər dəfə yaxın müddətdə məslənin həll olunacağını deyirdi. Lakin sonradan Rəvanın həbs olunduğunu öyrəndim. CPM-nin 329.1-ci maddəsinə əsaən gəlməyən Şahid12 Məhərəm oğlunun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid12 ibtidai istinaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, əvvəl soyadı Hüseynov olmuş, 2015-ci ildə soyadını dəyişib Əliyev kimi qəbul etmişdir. 2010-cu il təvəllüdlü qızı X87 epilepsiya xəstəliyindən əziyyət çəkdiyindən əlillik dərəcəsi təyin edilməklə pensiyaya çıxarılmasının mümkün olub-olmaması ilə maraqlanmış, həmin vaxt bu barədə qohumu Şahid13 ilə söhbət edərkən sonuncu, tanışı X46 RMX-da geniş əlaqələri olduğunu, bu işdə ona köməklik edə biləcəyini demişdir. Onun xahişi ilə Şahid13 bu barədə Şəmistana müraciət edib Filiz Hüseynovanın pensiyaya çaxrılmasına köməklik etməsini xahiş etmişdir. Şəmistan Ağcabədi RMX-da qeydiyyatçı kimi işləyən Təqsirləndirilən şəxs ilə danışdıqdan sonra sonuncunun bu işin həll olunması üçün 3.300 manat pul tələb etdiyini bildirmişdir. Bir neçə gündən sonra, yəni 2020-ci ilin yanvar ayında o, həmin pulu düzəldib Şahid13 vermiş, sonuncu da Şəmistanla görüşüb birlikdə Rəvanın yanına getmiş, 3.300 manat pulu Şəmistanın yanında Şahid13 Rəvana vermişlər. Bu danışıqlar zamanı o, Şəmistan Hüseynovu və Təqsirləndirilən şəxs görməmiş, həmin şəxslərlə bütün danışıqları qohumu Şahid13 etmişdir. Rəvan pulu aldıqdan sonra ən geci 3-4 ay müddətində pensiya işini həll edəcəyini vəd etsə də, bu belə olmamış, keçən uzun müddət ərzində Rəvan bu sahədə heç bir iş görməmişdir. Hər dəfə Şəmistan Hüseynov vasitəsi ilə Rəvana müraciət edib vəziyyətlə maraqlananda Rəvan güya hər şeyin qaydasında olduğunu, pensiyanın yaxın vaxtlarda həll edəcəyini bildirmişdir. O, Rəvanın yalan danışıb onu aldatdığını başa düşəndən sonra verdiyi pulu geri tələb etmiş, lakin Rəvan müxtəlif bəhanələrlə pulu qaytamaqdan yayınmış, hal-hazıradək ona heç bir məbləğdə pul qaytarılmamışdır. Dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, gəlini X1 ilə əlaqədar əlillik dərəcəsi təyin etməklə pensiyaya çıxarması üçün qohumu Şəmistan Hüseynov vasitəsi ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatçı işləyən Təqsirləndirilən şəxs müraciət etmiş, Rəvan bu işi həll etmək imkanına malik olduğunu bildirib bunun üçün 3300 manat pul tələb etmişdir. Bir neçə gündən sonra, yəni 2020-ci ilin fevral ayında o, həmin pulu düzəldib Şəmistan Hüseynov ilə birlikdə Ağcabədi şəhərində, H.Əliyev adına parkın yaxınlığında Təqsirləndirilən şəxs vermişdir. Rəvan pulu alarkən gəlini Ruxsarə Cavadovanın pensiyaya çıxarılmasını ən geci 3-4 ay müddətində həll edəcəyini vəd etmiş, lakin bu belə olmamış, keçən uzun müddət ərzində heç bir iş görməmişdir. Hər dəfə Şəmistanın vasitəsi ilə Rəvana müraciət etsə də Rəvan hər şeyin qaydasında olduğunu, pensiyanı yaxın vaxtlarda həll edəcəyini bildirmişdir. Daha sonra o, Rəvanın yalan danışdığını başa düşüb verdiyi pulu geri tələb etsə də pulunu ala bilməmişdir. Dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2019-cu ilin dekabr ayında qardaşı Şahid15 övladları Xanım Niftalıyeva və Məhəmməd Niftaliyevin əlillik dərəcəsi təyin edilməklə pensiyaya çıxartmaq istəmiş, maraqlanarkən xəstəxanada qeydiyyatçı işləyən Təqsirləndirilən şəxs 2000 manat pul müqabilində əlillik dərəcəsi təyin olunması ilə bağlı işləri həll edə bildiyini öyrənmişdir. Qardaşı Şahid15 uşaqlarının pensiya məsələsinin düzəldilməsi üçün Təqsirləndirilən şəxs müraciət etmək qərarına gəlmiş, lakin Rəvanın xəstəxanada heç kimi qəbul etmədiyini, yalnız iş yerindən kənarda görüşdüyünü eşidib sonuncunun Beyləqan şəhərində yaşadığı ünvana getmişdir. Rəvan evdə olmadığından qardaşı Samir onu qarşılayıb nə ilə bağlı gəldiyini soruşmuş, o, qardaşı uşaqlarına əlillik dərəcəsi təyin edilməsinə köməklik etməsi üçün gəldiyini bildirmişdir. Bir qədər söhbət edib tanışlıq verdikdən sonra Samir onunla səmimi söhbət edib heç bir problem olmadığını, Rəvanın 2000 manat pul müqabilində istənilən şəxsin pensiyaya çıxarılmasını həll edə bildiyini demişdir. Sonra Rəvan gəlmiş, o, Rəvanla görüşüb gəlişinin səbəbini demiş, Rəvan hər uşağa görə 2000 manat olmaqla cəmi 4000 manat pul müqabilində qardaşı övladlarına əlillik dərəcəsi təyin edilməsi ilə bağlı işləri həll edə biləcəyini demişdir. Bundan sonra o, Xanım Niftalıyevanın xəstəliyi ilə bağlı xəstəxanadan verilmiş sənədləri Rəvana təqdim etmişdir. Rəvan narahat olmamasını, lazımi sənədləri özünün toplayacağını demişdir. O Beyləqan şəhərində Heydər Əliyev adına parkın yaxınlığındakı çayxanada Rəvanla görüşüb 4000 manat pulu Rəvana vermişdir. Bundan sonra o, vaxtaşırı Rəvana zənglər edib hal-əhvalını tutmuş və yaxın münasibətləri yaranmış və Rəvan yaxın qohuməqrabadan kiməsə əlillik dərəcəsi verilməklə pensiya təyin edilməsi lazım olsa müraciət etməsini ona bildirmişdir. 2020-ci ilin yanvar ayında qohumu X42 əlillik dərəcəsi almaq üçün Ağcabədi RMX-da Həkim Məsləhət Komissiyasına müraciət edib komissiyadan keçsə də onun sənədləri sistemə heç bir səbəb olmadan işlənməmişdir. Bununla bağlı o, Rəvana müraciət edəndə sonuncu heç bir problem olmadığını, sənədləri sistemə vuracağını bildirib 2000 manat pul tələb etmiş, Cəmaləddinin maddi imkanı çatmadığından əvvəlcə 1500 manat, daha sonra isə 300 manat olmaqla cəmi 1800 manat ona pul vermiş, o da həmin pulu Beyləqan şəhərində Rəvana vermişdir. Daha sonra digər qohumu Şahid17 Baleydə oğlu özü və həyat yoldaşı Tellinin pensiyaya çıxarılması ilə əlaqədar cəmi 6000 manat Rəvana pul vermiş, həmin pulun 4000 manatı Tellinin İ qrup əlillik dərəcəsi üçün, 2000 manatı isə Eldənizin İİİ qrup əlillik dərəcəsi üçün verilmişdir. Eldəniz onun yanında pulun 4000 manatını Ağcabədi Rayon Mərkəzi Xəstöəxanasının yaxınlığında Rəvana, 2000 manatını isə həmin vaxt Rəvan Bakı şəhərində olduğu üçün Beyləqan şəhərində qardaşı Samirə vermişdir. Pulları verərkən digər qohumu X58 da iştirak etmişdir. Bundan bir neçə gün sonra xalası oğlu Şahid18 ona müraciət edib yaxın qohumu X38 pensiyaya çıxarılmasını xahiş etmiş, o, da öz növbəsində Rəvana müraciət etmişdir. Rəvan bu iş üçün 2000 manat tələb etdiyindən o, Şahid18 2000 manat alıb Beyləqan şəhərində Heydər Əliyev parkın ərazisində Rəvana vermişdir. Həmin ərəfələrdə dostu Şahid19 iki uşağına əlillik dərəcəsi təyin edilməsi üçün Rəvan hər birinə görə 2000 manat olmaqla cəmi 4000 manat pul tələb etmiş, o, Şahid19la Rəvanı Ağcabədi şəhərində, “Stadion” deyilən yerdə görüşdürmüş, Elmir onun yanında 4000 manat pulu Rəvana vermişdir. Bundan başqa Elmir əmisi oğlu Zülfüqara da əllil dərəcəsi təyin edilməsi ilə bağlı Ağcabədi rayon xəstəxanasını arxa tərəfində onun iştirakı ilə Rəvana 2000 manat pul vermişdir. Bir müddət sonra dostu X103 ona müraciət edib qohumu X18 əlillik dərəcəsi təyin edilməklə pensiyaya çıxarılmasına köməklik edilməsini xahiş etmişdir. O da bu barədə Rəvana müraciət edəndə Rəvan 2000 manat pul müqabilində bu işi həll edə biləcəyini demişdir. Bundan sonra o, Ramin Əkbərovdan 2000 manat alıb Beyləqan- Ağcabədi avtomobil yolunun “Qaradolaq körpüsü” deyilən yerdə Rəvana vermişdir. Daha sonra digər qohumları Şahid22 və onun bacısı Şahid23 pensiya işinin həll edilməsinə köməklik etməsi ilə bağlı ona müraciət edəndə o, da bu barədə Rəvana bildirmişdir. Rəvan hər birinə görə 2000 manat olmaqla cəmi 4000 manat pul müqabilində bu işi həll edəcəyini bildirmişdir. Bundan sonra o, Şahid22 4000 manat alıb Beyləqan şəhərində “Meymunluq” adlanan ərazidə Təqsirləndirilən şəxs vermişdir. Həmin pulun verilməsində digər qohumu X58 da iştirak etmişdir. Daha sonra digər qohumu X125 ona müraciət edib nəvələri X119 və X59 əlillik dərəcəsinin verilməsinə köməklik etməsini xahiş etmişdir. O, da bu barədə Rəvanla danışıb hər bir şəxsə görə 2000 manat olmaqla cəmi 4000 manat pul müqabilində işi həll etməyi razılaşdırmışdır. Bir neçə gündən sonra 4000 manat pulu Vaqif Əliyevdən alıb Beyləqan şəhərində Mərkəzi poçtun yaxınlığında Təqsirləndirilən şəxs vermişdir. Elə həmin ərəfələrdə dostu, Ağcabədi rayon sakini Şahid24 ona müraciət edib qaynı X26 əlillik dərəcəsi verilməsi məsələsinin həll olunmasına köməklik etməsini xahiş etmiş, buna görə o, da bununla bağlı Təqsirləndirilən şəxs müraciət etmişdir. Elxan Salmanova əlillik dərəcəsi verilməsi üçün Rəvan 2000 manat tələb etdiyindən o, Şahid24 həmin pulu alıb Beyləqan şəhərində İcra Hakimiyyətin binasının yaxınlığında Rəvana vermişdir. Daha sonra Şahid24 təkrarən ona müraciət edib həyat yoldaşı X19 əlillik dərəcəsi verilməsi məsələsinin həl edilməsinə köməklik etməsini xahiş etmiş, o da bununla bağlı Təqsirləndirilən şəxs müraciət etmişdir. Rəvan bu işin həll edilməsi üçün 2000 manat tələb etdiyindən həmin məbləği Şahid24 alıb Ağcabədi şəhərində “daş bazarı” adlanan yerdə 2000 manat pulu Rəvana vermişdir. Sonra dostu Şahid28 ona müraciət edib azyaşlı övladı Rövnədin pensiyaya çıxarılmasına köməklik edilməsini xahiş etmişdir. O, bu barədə Rəvanla danışdıqdan sonra Şahid28 2000 manat alıb Rəvanın Beyləqan şəhərində yerləşən evində sonuncuya vermişdir. Habelə digər dostu Şahid25 ona müraciət edib oğlu Elgün Eyvazova əlillik dərəcəsi verilməsinə köməklik edilməsini xahiş etmişdir. O, bununla bağlı Ravana müraciət edəndə sonuncu 2000 manat pul müqabilində Elgünə əlillik dərəcəsi verilməsini həll edə biləcəyini demişdir. Bundan sonra o, Şahid25 2000 manat alıb Rəvanın Beyləqan şəhərində yerləşən evində sonuncuya vermişdir. Həmin vaxtlarda dostu Ramin Əkbərov təkrarən müraciət edib aralarında kirvəlik münasibətləri olan Şahid26 əlillik dərəcəsi verilməsinə köməklik edilməsini xahiş etmişdir. O, bu barədə Rəvanla danışdıqdan sonra Ramin Əkbərovdan 2000 manat alıb Bakı-Beyəlqan avtomobil yolunda “Avşarın körpüsü” deyilən yerdə Rəvana vermişdir. Bundan başqa Ramin Əkbərov təkrarən ona müraciət edib qohumu X71 da əlillik dərəcəsi verilməsinə köməklik edilməsini xahiş etmiş, o da öz növbəsində bu barədə Təqsirləndirilən şəxs müraciət etmişdir. Rəvan bunun üçün 2000 manat tələb etdiyindən o, Ramin Əkbərovdan həmin məbləği alıb Beyləqan-Ağcabədi avtomobil yolunda “Qaradolaq körpüsü” deyilən yerdə Təqsirləndirilən şəxs vermişdir. Bir neçə gündən sonra digər qohumu X58 ona müraciət edib övladı Möhtərəm Haqverdiyevin pensiyaya çıxarılmasına köməklik edilməsini xahiş etmişdir. O, bununla bağlı Rəvana müraciət edib Emil Haqverdiyev ilə Rəvanı görüşdürmüş, Rəvan bu iş üçün də 2000 manat tələb ediyindən X122 şəhərindəki yaşadığı evin qarşısında onun iştirakı ilə sonuncuya 2000 manat pul vermişdir. Daha sonra dostu Yusif Tağıyev ona müraciət edib övladı X104 və qardaşı X60 əlillik dərəcəsinin təyin edilməsinə köməklik edilməsini xahiş etmiş, habelə Fəqani Tağyevdə ona müraciət etmişdr. O, da bu barədə Rəvanla danışmış, X133 və Elşad Tağıyevin hər birinə görə 2000 manat olmaqla cəmi 4000 manat tələb etmiş, o, da həmin pulu alıb Beyləqan şəhərində Rəvanla görüşüb sonuncuya vermişdir. Qeyd edilən pulları alarkən Təqsirləndirilən şəxs hər dəfə həmin şəxslərin işlərini ən geci 1-6 ay müddətində həll edəcəyini vəd etmişdir. Aradan bir müddət keçdikdən sonra o, tez-tez Rəvana zənglər edib vəziyyətlə maraqlanmış, Rəvan da hər dəfə yaxın müddətdə həmin şəxslərin sənədlərini “sistemə” işləyəcəyini demişdir. Daha sonra Rəvan həmin şəxslərdən bir neçəsinin adına bildirişlər tərtib edib ona verərək həmin şəxslərin səndlərini sistemə işlədiyini demişdir. O, bildirişlər əsasında araşdırma aparanda mənə olmuşdur ki, verdiyi bildirişlər saxtadır, oradakı kodlar başqa şəxsə məxsusdur. Bunu aydınlaşdırmaaq üçün o, Rəvana müraciət edəndə Rəvan yəqin texniki səhf olduğunu, tezliklə bunu yoluna qoyacağını demişdir. Rəvanın vəd etdiyi vaxtlar tamam olsa da, pul aldığı şəxslərin heç birinə pensiya təyin olunmamışdır. Buna görə pul verən şəxslər tez-tez onu narahat etməyə başlamışlar. O, da məcbur qalıb Rəvana müraciət etmişdir. İlk öncə Rəvan müxtəlif bəhanələr uydurub problemi yaxın vaxtlarda həll edəcəyini bildirsə də, sonradan telefonlarını söndürüb onunla görüşməkdən yayınmışdır. Buna görə məcbur qalıb bir neçə dəfə Rəvanın yaşadığı ünvana getmiş, lakin hər dəfə valideyinləri Rəvanın evdə olmadığını demişlər. Vaxt keçdikcə Rəvanın onu aldatdığını başa düşmüş, bir müddət sonra isə Rəvanın işə gəlmədiyini öyrənmişdir. Məcbur qalıb xəstəxananın direktoru Fövzi Tahirovun yanına gedib Rəvanın əməlləri barədə məlumat vermişdir. X123 bu əməllərindən məlumatsız olduğunu bildirmişdir. Daha sonra məcbur qalıb Rəvanın qardaşı Samirlə əlaqə saxlamış, Samir 10 gün səbrli olmasını, Rəvan hamının pulunu qaytaracağını demişdir. O, Rəvanın hərəkətlərindən bezdiyi üçün hüquq mühafizə orqanlarına şikayət etmiş, nəticədə Ağcabədi RPŞ-də Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilmişdir. CPM-in 329.1-ci maddəsinə əsasən gəlməyən Şahid15 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid15 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, azyaşlı övladları Xanım Niftalıyeva və Məhəmməd Niftalıyevin səhəti ilə əlaqədar əlillik dərəcəsi təyin edilməklə pensiya ayrılmasını həll etmək istəmiş, belə ki, qızı Xanım Niftalıyev böyrək əməliyyatı keçirmiş, oğlu Məhəmməd Niftalıyev isə anadangəlmə nitqində qüsur olmuşdur. Bununla əlaqədar övladlarına əlillik dərəcəsi verilməsinin mümkün olub-olmaması ilə maraqlanmış, həmin vaxt, yəni 2020-ci ilin yanvar ayında qardaşı Şahid3 Ağcabədi RMXda qeydiyyatçı kimi işləyən Təqsirləndirilən şəxs ilə yaxın əlaqələri olduğunu, bu əlaqələrin sayəsində övladlarına pensiya düzəldilməsini həll edə biləcəyini demişdir. Sənan Təqsirləndirilən şəxs ilə bu barədə danışdıqdan sonra bu işin həll olunması üçün Rəvan hər uşağa görə 2.000 manat olmaqla cəmi 4.000 manat pul tələb etdiyini demişdir. Bir neçə gündən sonra həmin pulu düzəldib qardaşı Sənana vermişdir ki, Təqsirləndirilən şəxs çatdırsın. Bundan sonra Sənan Rəvanla əlaqə saxlayıb görüşmüş və 4.000 manat pulu sonuncuya vermişdir. Rəvan pulu aldıqdan sonra ən geci 3-6 ay müddətində pensiya işini həll edəcəyini bir daha vəd etmişdir. Aradan bir müddət keçəndən sonra Sənan vasitəsi ilə Rəvanla əlaqə saxlayıb vəziyyətlə maraqlanmış, Rəvan hər şeyin qaydasında olduğunu, yaxın müddətdə pensiyanın düzələcəyini bildirib narahat olmamasını demişdir. Qeyd edilən müddət keçsə də, pensiya düzəlməmiş, buna görə sonuncunun onu aldadıb pulunu ələ keçirdiyini başa düşmüşdür. Buna görə də qardaşı Şahid3 Rəvanın əməlləri barədə şikayət etmiş, nəticədə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilmişdir. Dindirilmiş Şahid16 ifadəsində göstərmişdir ki, səhəti ilə əlaqədar əlillik dərəcəsi almaqla pensiyaya çıxmaq istəmiş, qohumu Şahid3 Ağcabədi Rayon Mərkəzi Xəstəxanası ilə əlaqələri olduğunu bildiyi üçün Sənana müraciət edib bu sahədə köməklik etməsini xahiş etmişdir. Sənan Ağcabədi RMX-da qeydiyyatçı işləyən Təqsirləndirilən şəxs ilə danışdıqdan sonra bu işin həll olunması üçün Rəvanın 1800 manat tələb etdiyini demişdir. 2020-ci ilin təxminən yanvar ayının sonu, fevral ayının əvvəlində Ağcabədi şəhərində Sənanla görüşüb 1800 manat pulu sonuncuya vermişdir ki, Təqsirləndirilən şəxs çatdırsın. Rəvan pulu alarkən bu işi ən geci 3-4 ay müddətində həll edəcəyini vəd etsə də bu belə olmamış, pensiyanın təyin edilməsi ilə bağlı heç bir hərəkət etməmişdir. Ona vurulan 1800 manat məbləğində ziyan hələ də ödənilməmişdir. Dindirilmiş Şahid17 Baleydə oğlu ifadəsində göstərmişdir ki, özü və həyat yoldaşı X27 İ qrup əlillik dərəcəsi verilməklə pensiyaya çıxarılması üçün Şahid3 ilə birlikdə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatçı işləyən Təqsirləndirilən şəxs ilə görüşüb danışmış, Rəvan bu işin həll edilməsi üçün 6000 manat pul tələb etmişdir. O da 2019-cu ilin dekabr ayının sonunda Ağcabədi RMX-nın arxa hissəsində Rəvanla görüşüb 6000 manat pulu Şahid3 yanında Rəvana vermişdir. Rəvan pulu alarkən ona və həyat yoldaşı Telli Qəhrəmanovaya əlillik dərəcəsinin verilməsini ən geci 3-4 ay müddətində həll edəcəyini vəd etsə də bu sahədə heç bir hərəkət etməmişdir. Buna görə o verdiyi pulu geri tələb etmiş, lakin hazıradək ona heç bir məblğdə pul qaytarılmamışdır. Dindirilmiş Şahid18 ifadəsində göstərmişdir ki, qaynı X35 övladı Sahibə Fərzəliyevaya əlillik dərəcəsi təyin edilməklə pensiyaya çıxarılmasına köməklik etməsi üçün qohumu Şahid3 müraciət etmişdir. Sənan Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatçı işləyən Təqsirləndirilən şəxs adlı şəxslə yaxın münasibətləri olduğunu, sonuncunun müəyyən pul müqabilində istənilən şəxsə əlillik dərəcəsi təyin edilməsini həll edə bildiyini bildirib Rəvan vasitəsi ilə bu işi həll edəcəyini demişdir. Sənan Rəvanla danışdıqdan sonra sonuncunun bu işi həll etmək üçün 2000 manat tələb etdiyini bildirmişdir. Bundan sonra o, Vasif Fərzəliyevdən 2.000 manat alıb Şahid3 vermişdir ki, Təqsirləndirilən şəxs çatdırsın. Elə həmin gün Şahid3 Rəvanla görüşüb Sahibə Fərzəliyevanın sənədlərini və 2.000 manat pulu Rəvana vermiş, sonuncu pulu alarkən ən geci 3-4 ay müddətində pensiya işini həll edəcəyini vəd etmişdir. Lakin Təqsirləndirilən şəxs bu sahədə heç bir iş görməmiş, aldadıb 2000 manat pulunu ələ keçirmişdir. Dindirilmiş Şahid19 ifadəsində göstərmişdir ki, 2009 və 2012-ci il təvvəllüdlü övladları X72 və X2 ilə əlaqədar əlillik dərəcəsi almaqla pensiyaya çıxarmaq istəmiş, bununla bağlı yaxın münasibətdə olduğu Şahid3lə söhbətləşərkən Sənan Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında işləyən Təqsirləndirilən şəxs ilə yaxın münasibətləri olduğunu, Rəvanın müəyyən pul müqabilində istənilən şəxsə əlillik dərəcəsi təyin edilməsini həll edə bildiyini demişdir. Bundan sonra Sənan onun xahişi ilə Rəvanla danışmış, sonuncu bu işin həll edilməsi üçün hər bir uşağa görə 2000 manat olmaqla cəmi 4000 manat pul tələb etmişdir. Bu danışıqlar zamanı onun qaynı X39 iştirak etmişdir. Zülfüqar şəkər xəstəliyindən əziyyət çəkdiyindən o, da özü üçün pensiya düzəltmək istəmişdir. Daha sonra o, Zülfüqar Baxışovun da pensiya işinin həll edilməsini Sənandan xahiş etmiş, bundan sonra Sənan bu məsələni danışıb həll etmək üçün onu Rəvanla görüşə dəvət etmişdir. Lakin o, Rəvanla görüşə getmək istəməmiş, bütün məsələləri özünün danışıb həll etməsini demişdir. Sənan Rəvanla danışarkən Zülfüqar Baxışov barədə xahiş etmiş, Rəvan da bu işin həll olunması üçün də 2000 manat tələb etmişdir. Bundan sonra o, 2 övladı ilə bağlı 4000 manat, Zülfüqar Baxışovla bağlı isə 2000 manat cəmi 6000 manat pulu Təqsirləndirilən şəxs çatdırmaq üçün Şahid3 vermişdir. Lakin Sənan onunla razılaşmayıb pulu vermək üçün onu da özü ilə birlikdə aparmışdır. 2019-cu ilin dekabr ayının sonunda Ağcabədi şəhərində “Stadion” adlanan ərazidəki çayxanada Rəvanla görüşmüş, söhbət zamanı Sənan 6000 manat pulu və 3 şəxsin xəstəliyinə dair sənədləri onun yanında Təqsirləndirilən şəxs vermişdir. Rəvan pulu aldıqdan sonra ən geci 3-4 ay müddətində pensiya işlərini həll edəcəyini vəd etmiş, lakin qeyd edilən müddət keçsə də Rəvan bu sahədə heç bir iş görməmişdir. Bununla bağlı tez-tez Rəvana müraciət etmiş, Rəvan da hər dəfə müxtəlif bəhanələrlə vaxtı uzatmışdır. Bir müddət sonra Rəvanın həbs edildiyini öyrənmişdir. Təqsirləndirilən şəxs ona vurduğu 6.000 manat məbləğində zərər hazıradək ödənilməmişdir. Dindirilmiş Şahid22 ifadəsində göstərmişdir ki, bacısı X20 pensiya düzəltmək üçün qohumu Şahid3 xahiş etmişdir. Bir neçə gündən sonra Sənan bu barədə Rəvanla danışdığını, Rəvanın bu iş üçün hər adama görə 2000 manat cəmi 4000 manat tələb etdiyini bildirmişdir. O, həmin məbləği verməyə razılaşmış və bir neçə gündən sonra 4000 manat pulu düzəldib Sənanla birlikdə Beyləqan şəhərində “Meymunluq” adlanan ərazidə Rəvanla görüşüb, 4000 manat pulu və şəxsiyyət vəsiqələrinin surətlərini Rəvana vermişdir. Rəvan pulu aldıqdan sonra ən geci bir neçə ay ərzində pensiya işini həll edəcəyini bir daha vəd etmişdir. O, Rəvanın dediklərinə inanıb bir neçə ay gözləmiş, lakin Rəvan heç bir iş görməmişdir. Hər dəfə Rəvana müraciət edib vəziyyətlə maraqlananda Rəvan müxtəlif bəhanələrlə vaxtı uzatmışdır. Bir müddət sonra Rəvanın cinayət məsuliyyətinə cəlb edilərək həbs edildiyini öyrənmiş, bundan sonraRəvanın onu aldadıb 4000 manat pulunu ələ keçirdiyini başa düşmüşdür. Ona vurulmuş ziyan hal-hazıradək ödənilməmişdir. Dindirilmiş Şahid23 Şahid22 ilə eyni məzmunlu ifadə verərək göstərdiyi xüsusatları olduğu kimi təsdiq etmişdir. Dindirilmiş Şahid25 ifadəsində göstərmişdir ki, oğlu Elgün Eyvazov, anadangəlmə ürək xəstəliyindən əziyyət çəkdiyi üçün 7 yaşından əlillik dərəcəsi təyin edilməklə pensiya almışdır. Pensiya müddətinin uzadılması üçün hər bir şəxs beş ildən bir təkrar komissiyadan keçirilir. 2020-ci ilin fevral ayında növbəti dəfə Həkim Məsləhət Komissiyasından keçiriləndə oğluna növbəti müddətdə əlillik dərəcəsi təyin edilməmiş, aldığı pensiya dayandırılmışdır. O, yenidən pensiya alması üçün bu sahədə ona köməklik edə biləcək şəxs axtarmış, həmin vaxt tanışı Şahid3 ilə bu barədə danışarkən Sənan bildirmişdir ki, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatçı işləyən Rəvan Əyyublə danışıb bu işi həll edə bilər. Onun xahişidən sonra Sənan Rəvanla danışıb bu işin həll üçün Rəvanın 2000 manat tələb etdiyini demişdir. O, həmin məbləği verməyə razılaşmış, bir neçə gündən sonra yəni 2020-ci ilin fevral ayında 2000 manat pulu Ağcabədi rayon xəstəxanasının həyətində Sənan Niftəliyevə verib Rəvana çatdırmasını xahiş etmişdir. Elə həmin gün Sənan ona zəng edib pulu Rəvana çatdırdığını, işinin yaxın 2-3 ay ərzində həll ediləcəyini demişdir. Təxminən bir aydan sonra o, xəstəxanaya gedib Rəvandan oğlunun pensiyasının nə yerdə olduğunu soruşmuş, Rəvan hər şeyi Sənanla danışdığını, buna görə narahat olmamasını bildirib yaxın vaxtlarda işin həll olunacağını demişdir. Hətta oğlunun sənədlərinin sistemə vurulması barədə ona bildiriş də vermişdir. Lakin o, həmin bildirişi yoxlayanda saxta olduğunu, başqa şəxsə aid olduğunu öyrənmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edildiyini eşidib, Rəvanın onu da aldatdığını başa düşmüşdür. Dindirilmiş Şahid26 ifadəsində göstərmişdir ki, sağlamlığı ilə əlaqədar olaraq pensiya düzəltmək üçün Şahid3 müraciət etmişdir. Şahid21 göndərmiş, o da Ramilə 2000 manat pul vermişir ki, Sənana çatdırsın. Sonra da işi alınmamışdır. Ona görə də Sənandan pullunu geri almışdır. Pensiya işi ilə bağlı Rəvanla heç bir əlaqəsi olmayıb. Sənanın yanında olarkən Sənan Rəvanla danışmamışdır. Məhkəmədə CPM-nin 329.1-ci maddəsinə əsasən (şahidin əvvəllər vermiş olduğu və hazırki məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Şahid26 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid26 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, səhəti ilə əlaqədar əlillik dərəcəsi təyin edilməklə pensiya almaq istəmiş, bu sahədə ona köməklik edə biləcək şəxs axtarmış, 2020-ci ilin yanvar ayında kənd sakini Şahid21la bu barədə söhbətləşərkən Ramil Şahid3 adlı tanışının Ağcabədi RMX-da işləyən şəxslərlə yaxın əlaqələri olduğunu, bu əlaqələr sayəsində onun pensiyaya çıxmasını həll edə biləcəyini demişdir. Bundan sonra o, Ramin vasitəsi ilə Şahid3lə tanış olmuşdur. Sənan Ağcabədi RMX-da qeydiyyatı işləyən Təqsirləndirilən şəxs bu işi həll etmək üçün 2000 manat pul tələb etdiyini demiş, o, da həmin məbləğlə razılaşıb 2020-ci ilin fevral ayında 2000 manat pulu Ramin Əkbərova vermişdir ki, Sənanın vasitəsilə Təqsirləndirilən şəxs çatdırsın. Bir gün sonra Ramin Əkbərov pulu Rəvana verdiyini və ən geci 3-4 ay ərzində pensiyasının düzələcəyini bildirmişdir. Həmin vaxtdan bir neçə ay keçməsinə baxmayaraq onun pensiyası düzəlməmiş, bir müddət sonra isə Təqsirləndirilən şəxs həbs edildiyini eşitmişdir. Bundan sonra o, Ramin Əkbərovla danışıb pulunu geri tələb etmiş, lakin ona vurulmuş zərər ödənilməmişdir. Bir müddət sonra Şahid3 öz vəsaiti hesabına onun 2000 manat pulunu qaytarmışdır. Məhkəmədə CPM-nin 329.1-ci maddəsinə əsasən gəlməyən Şahid21 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Həmin ifadə ilə də Şahid26 pensiya çıxması ilə əlaqədar olaraq Sənan Niftəliyev vasitəsi ilə Təqsirləndirilən şəxs 2000 manat pul verilməsi öz təsdiqini tapır. Dindirilmiş Şahid27 ifadəsində göstərmişdir ki, o Rəvanı tanımır. Onunla danşığı olmayıb. Şahid3 2000 manat pul vermişdir ki, ona pensiya düzəltsin. O Rəvanı bağışlayır. İstintaq dövründə verdiyi ifadəsini təsdiq etmir. Arzu Yusifova onun həyat yoldaşıdır. Məhkəmədə CPM-nin 329.1-maddəsinə əsasən (şahidin əvvəllər vermiş olduğu və hazırki məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Şahid27 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid27 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, həyat yoldaşı X10 ilə əlaqədar əlillik dərəcəsi təyin edilməklə pensiyaya çıxarılması üçün Şahid3 vasitəsi ilə Ağcabədi RMX-da qeydiyyatı işləyən Təqsirləndirilən şəxs 2020-ci ilin fevral ayında 2000 manat pul vermiş, sonuncu pulu alarkən 3-4 ay müddətində Arzu Yusifovaya pensiya təyin edilməsini həll edəcəyini vəd etmişdir. Lakin Təqsirləndirilən şəxs bu sahədə heç bir iş görməmiş, həyat yoldaşı Arzu Yusifovaya əlillik dərəcəsi təyin edilməmişdir. Təqsirləndirilən şəxs onu aldadıb 2.000 manat pulunu ələ keçirmiş, ona vurulmuş zərər hazıradək ödənilməmişdir. Dindirilmiş Şahid28 ifadəsində göstərmişdir ki, övladı Rövnəqə pensiya düzəltmək üçün 2000 manat pulu Sənana vermişdir. Sənana verdiyi 2000 manat iki ilə yaxın onda qalmışdır. Sənan pensiya işini kimin düzəldəcəyini ona deməmişdir. Rəvanı tanımır birinci dəfədir ki, görür və Rəvanla əlaqəsi olmamışdır. Məhkəmədə CPM-nin 329.1-maddəsinə əsasən (şahidin əvvəllər vermiş olduğu və hazırki məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Şahid28 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid28 ibidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, övladı Rövnəd Hacıyevin səhəti ilə əlaqədar əlillik dərəcəsi təyin edilməklə pensiyaya çıxarılması üçün Şahid3 vasitəsi ilə Ağcabədi RMX-da qeydiyyatı işləyən Təqsirləndirilən şəxs 2020-ci ilin fevral ayında 2000 manat pul vermiş, sonuncu pulu alarkən 3-4 ay müddətində övladının pensiya təyin edilməsini həll edəcəyini vəd etmişdir. Lakin Təqsirləndirilən şəxs bu sahədə heç bir iş görməmiş, övladı Rövnəd Hacıyevə əlillik dərəcəsi təyin edilməmişdir. Təqsirləndirilən şəxs onu aldadıb 2.000 manat pulunu ələ keçirmiş, ona vurulmuş zərər hazıradək ödənilməmişdir. Məhkəmədə gəlməyən Şahid10 CPM-nin 329.1-ci maddəsinə əsasən ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid10 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, övladı X7 ilə əlaqədar əlillik dərəcəsi təyin etməklə pensiyaya çıxarması üçün qohumu Şəmistan Hüseynov vasitəsi ilə Ağcabədi RMX-da qeydiyyatçı kimi işləyən Təqsirləndirilən şəxs müraciət etmiş, sonuncu bu işi həll etmək imkanına malik olduğunu bildirib bunun üçün 3.300 manat pul tələb etmişdir. Bir neçə gündən sonra o, həmin pulu düzəldib Şəmistan Hüseynova vermiş, Şəmistan da öz növbəsində Təqsirləndirilən şəxs ilə görüşüb 3.300 manat pulu sonuncuya çatdırmışdır. Rəvan pulu alarkən qızı Nərgiz Həsənovanın pensiyaya çıxarılmasını ən geci 3-4 ay müddətində həll edəcəyini vəd etsə də, bu belə olmamış, keçən uzun müddət ərzində bu sahədə heç bir iş görməmişdir. Hər dəfə Şəmistan Hüseynov vasitəsi ilə Rəvana müraciət edib vəziyyətlə maraqlananda Rəvan güya hər şeyin qaydasında olduğunu, pensiyanın yaxın vaxtlarda həll edəcəyini bildirmişdir. Daha sonra o, Rəvanın yalan danışdığını başa düşüb verdiyi pulu geri tələb etmiş, uzun mübahisədən sonra X110 vasitəsi ilə onun 3.300 manat pulunu geri qaytarmışdır. Bununla bağlı heç kimdən heç bir şikayəti və tələbi yoxdur. Gəlməyən Şahid11 CPM-nin 329.1-ci maddəsinə əsasən ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid11 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, övladı X11 ilə əlaqədar əlillik dərəcəsi təyin etməklə pensiyaya çıxarmaq istəmiş, həmin vaxt kənd sakinlərindən məlumat almışdır ki, həmkəndlisi X46 RMX-da işləyən şəxslərlə əlaqələri vardır və bu ələqələr sayəsində ayrı-ayrı şəxslərin pensiyaya çıxarılmasını həll edə bilir. Buna görə o, 2020-ci ilin yanvar ayında həmkəndlisi Şəmistan Hüseynova müraciət edib qızı Ümidə Əliyevanın pensiya işinin həll edilməsinə köməklik etməsini xahiş etmişdir. X68 RMX-da qeydiyyatçı işləyən Təqsirləndirilən şəxs ilə danışdıqdan sonra sonuncunun bu işi həll etmək üçün 3.300 manat pul tələb etdiyini bildirmişdir. Bir neçə gündən sonra o, həmin pulu düzəldib Ağcabədi RMX-nın qarşısında Şəmistan Hüseynova vermiş, Şəmistan da öz növbəsində Təqsirləndirilən şəxs ilə görüşüb 3.300 manat pulu sonuncuya vermişdir. Rəvan pulu alarkən qızı Nərgiz Həsənovanın pensiyaya çıxarılmasını ən geci 3-4 ay müddətində həll edəcəyini vəd etsə də, bu belə olmamış, keçən uzun müddət ərzində bu sahədə heç bir iş görməmişdir. Hər dəfə Şəmistan Hüseynov vasitəsi ilə Rəvana müraciət edib vəziyyətlə maraqlananda Rəvan güya hər şeyin qaydasında olduğunu, pensiyanın yaxın vaxtlarda həll edəcəyini bildirmişdir. Daha sonra o, Rəvanın yalan danışdığını başa düşüb verdiyi pulu geri tələb etmiş, uzun mübahisədən sonra X110 vasitəsi ilə onun 3.300 manat pulunu geri qaytarmış, buna görə heç kimdən heç bir şikayəti və tələbi yoxdur. Gəlməyən Şahid24 CPM-nin 329.1-ci maddəsinə əsasən ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid24 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, həyat yoldaşı X63 uzun illərdir ki, gözdən əlil olduğu üçün ona İİ qrup əlillik dərəcəsi təyin edilmiş, hər ay 105 manat pensiya almışdır. O, həyat yoldaşı Günay İsmayılovanın əlillik dərəcəsini dəyişdirib İ qrup almaqla daha yüksək pensiya təyin edilməsinə nail olmaq istəmişdir. 2020-ci ilin yanvar ayında bu barədə tanışı Şahid3 ilə söhbətləşərkən sonuncu Ağcabədi RMX-da qeydiyyatçı kimi işləyən Təqsirləndirilən şəxs müəyyən pul müqabilində bu işi həll edə biləcəyini demişdir. O, həyat yoldaşı Günay İsmayılovanın pensiya məbləğinin artırılması ilə bağlı Rəvanla danışmasını xahiş etdikdən sonra Sənan Rəvanla danışıb sonuncunun bu iş üçün 2000 manat pul tələb etdiyini demişdir. Elə həmin ərəfələrdə tanışı X40 da özünə əlillik dərəcəsi almaqla pensiya düzəltmək istədiyindən bu barədə də Sənana məlumat verib Elxan Salmanova da kömklik etməsini xahiş etmişdir. Sənan bu barədə də Rəvanla danışandan sonra sonuncunun bu iş üçün də 200 manat tələb etdiyini demişdir. O, qeyd edilən məbləğlə razılaşıb, 2020-ci ilin fevral ayında hər iki iş üçün Şahid3 ümumilikdə 4000 manat pul vermişdir ki, Təqsirləndirilən şəxs çatdırsın. Bir neçə gün sonra Şahid3 bildirmişdir ki, pulları Ağcabədi RMX-da işləyən Təqsirləndirilən şəxs vermiş, Rəvan bu işi ən geci 2-3 ay ərzində həll etməyi vəd etmişdir. Pulu verməsindən uzun müddət keçəsinə baxmayaraq nə həyat yoldaşı Günay İsmayılova, nə də tanışı Elxan Salmanovun işi düzəlməmişdir. Vaxt uzandıqca onun narahatlıqları artmış, vediyi pulu geri tələb etmişdir. Bundan sonra Şahid3 Təqsirləndirilən şəxs həbs edildiyini bildirib bu işin alınmayacağını demişdir. CPM-nin 329.1-ci maddəsinə əsasən gəlməyən şahid X54 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid X85 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 2020-ci ilin may ayında səhəti ilə əlaqədar özünə və qardaşı oğlu X88 əlillik dərəcəsi təyin edilməklə pensiya ayrılması işini həll etmək istəmiş, bu sahədə ona köməklik edə biləcək şəxs axtarmış, həmin vaxt Şahid3lə tanış olmuş, sonuncu Ağcabədi RMX-da işləyən Təqsirləndirilən şəxs adlı şəxsin müəyyən pul müqabilində istənilən şəxsə əlillik dərəcəsi təyin edilməsi işini həll edə bildiyini demişdir. Bundan sonra o, Sənan onu Təqsirləndirilən şəxs ilə tanış etmiş, Rəvan heç bir problem olmadığını, onun və qardaşı oğlu Elşad Tağıyevin pensiya işini həll edəcəyini demiş və bunun müqabilində hər bir şəxsə görə 2000 manat olmaqla cəmi 4000 manat pul tələb etmişdir. Bir neçə gündən sonra o, Sənan və Rəvanla Ağcabədi RMX-nın qarşısında Sənan nəqliyyat vasitəsində görüşmüş, 4.000 manat pulu Sənanın yanında Rəvana vermişdir. Rəvan pulu aldıqdan sonra ən geci bir neçə ay ərzində pensiya işini həll edəcəyini bir daha vəd etmişdir. O, Rəvanın dediklərinə inanıb bir neçə ay gözləmiş, lakin sonuncu bu sahədə heç bir iş görməmişdir. Hər dəfə Rəvana müraciət edib vəziyyətlə maraqlananda Rəvan müxtəlif bəhanələrlə vaxtı uzatmışdır. Bir müddət sonra Rəvanın cinayət məsuliyyətinə cəlb edilərək həbs edildiyini öyrənmiş, bundan sonra sonuncunun onu aldadıb 4000 manat pulunu ələ keçirdiyini başa düşmüşdür. Məhkəmədə CPM-in 329.1-ci maddəsinə əsasən gəlməyən Şahid20 Naib oğlunun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmaqla tədqiq edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, həyat yoldaşı X4 ilə əlaqədar əlillik dərəcəsi təyin edilməklə pensiyaya çıxarmaq istəmiş, lakin bununla bağlı hara müraciət etməli olduğumu bilməmişdir. 2020-ci ilin yanvar ayında qohumu Şahid21 ilə söhbətləşərkən tanışı Ağcabədi şəhər sakini Şahid3 bu sahədə geniş əlaqələri olduğunu, bu əlaqələrin sayəsində həyat yoldaşı Gülər Hüseynovaya pensiya düzəldilməsini həll edə biləcəyini demişdir. O, Şahid8n xahiş etmişdir ki, bu barədə Sənanla danışsın. Bundan sonra Şahid8 onu Şahid3lə görüşdürmüş, Sənan Ağcabədi RMX-da qeydiyyatçı kimi işləyən Təqsirləndirilən şəxs ilə danışıb bu məsələni həll edəcəyini demişdir. Bir neçə gündən sonra Sənan bu işin həll edilməsi üçün Təqsirləndirilən şəxs 2.000 manat pul tələb etdiyini demiş, o da həmin məbləğlə razılaşıb 2000 manat pulu qohumu Şahid8 vermişdir. Bundan sonra Şahid8 və Şahid3 birlikdə Rəvanla görüşüb həyat yoldaşı Gülər Hüseynovanın sənədlərini və 2.000 manat pulu Rəvana vermişlər. Rəvan pulu aldıqdan sonra ən geci 3-4 ay müddətində pensiya işini həll edəcəyini vəd etmiş, lakin qeyd edilən müddət keçsə də, Rəvan bu sahədə he bir hərəkət etməmişdir. Vaxt uzandıqca Rəvanın onu aldadıb pulunu ələ keirdiyini başa düşmüşdür. O, verdiyi pulu geri tələb etsə də, hazıradək ona heç bir məbləğdə pul qaytarılmamışdır. Cinayət işinin materiallarında olan üzləşdirmədə istintaq hərəkəti protokolundan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə X37 arasında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs heç kimə əlillik dərəcəsi verilməklə pensiya ayrılmasını həll etməyi vəd etmədiyini, bununla bağlı heç kimdən heç bir məbləğdə pul tələb etmədiyini və almadığını göstərsə də, Şəmistan Hüseynov istintaqa verdiyi ifadəsini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs tamamilə yalan danışdığını, ayrı-ayrı qohum və tanışlarının adına əlillik dərəcəsi təyin etməklə pensiya almalarını həll edə bildiriyini bildirib onun vasitəsi ilə hər bir şəxsdən 3.300 manat pul tələb etdiyini, 10 şəxsin pulunun almasında iştirak etdiyini, Rəvan hər dəfə pulları alanda ən geci 3-4 ay müddətində bu işi həll edəcəyini vəd etdiyini, lakin bu sahədə heç bir iş görmədiyini, dəfələrlə aldığı pulları geri tələb etməsinə baxmayaraq Elsevərlə birlikdə cəmi 11.000 manatı geri qaytardığını, daha sonra müxtəlif bəhanələrlə qalan pulu qaytarmaqdan yayındığını göstərərək onu ifşa etmişdir. Cinayət işinin materiallarında olan üzləşdirmədə istintaq hərəkəti protokolundan görünür ki, ibtidai İstintaq zamanı Təqsirləndirilən şəxs ilə Şahid3 arasında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs heç kimə əlillik dərəcəsi verilməklə pensiya ayrılmasını həll etməyi vəd etmədiyini, bununla bağlı heç kimdən heç bir məbləğdə pul tələb etmədiyini və almadığını göstərsə də, Şahid3 istintaqa verdiyi ifadəsini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs tamamilə yalan danışdığını, ayrı-ayrı qohum və tanışlarının adına əlillik dərəcəsi təyin etməklə pensiya almalarını həll edə bildiriyini bildirib onun vasitəsi ilə hər bir şəxsdən 2.000 manat pul tələb etdiyini, 16 şəxsin pulunun almasında iştirak etdiyini, Rəvan hər dəfə pulları alanda ən geci 3-4 ay müddətində bu işi həll edəcəyini vəd etdiyini, lakin bu sahədə heç bir iş görmədiyini, dəfələrlə aldığı pulları geri tələb etməsinə baxmayaraq Rəvanın müxtəlif bəhanələrlə pul qaytarmaqdan yayındığını göstərərək onu ifşa etmişdir. Cinayət işinin materiallarında olan üzləşdirmədə istintaq hərəkəti protokolundan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Şahid23 arasında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs heç kimə əlillik dərəcəsi verilməklə pensiya ayrılması işini həll etməyi vəd etmədiyini, bununla bağlı heç kimdən heç bir məbləğdə pul tələb etmədiyini və almadığını, Şahid3 onu öyrədib şikayət etdirdiyini göstərsə də, Şahid23 istintaqa verdiyi ifadəsini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs tamamilə yalan danışdığını, onun adına əlillik dərəcəsi təyin etməklə pensiya almasını həll edə biləcəyini bildirib bünün üçün Sənan Niftəliyev vasitəsi ilə 2.000 manat pul tələb etdiyini, bir neçə gündən sonra Şahid3 ilə birlikdə onun xidməti otağında Rəvanla görüşüb 2.000 manat pulu sonuncuya verdiyini, ən geci 3-4 ay müddətində bu işi həll edəcəyini vəd etdiyini, lakin bu sahədə heç bir iş görmədiyini, dəfələrlə pulunu geri tələb etməsinə baxmayaraq müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayındığını göstərərək onu ifşa etmişdir. Cinayət işinin materiallarında olan üzləşdirmədə istintaq hərəkəti protokolundan görünür ki, İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Şahid17 Baleydə oğlu arasında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs heç kimə əlillik dərəcəsi verilməklə pensiya ayrılmasını həll etməyi vəd etmədiyini, bununla bağlı heç kimdən heç bir məbləğdə pul tələb etmədiyini və almadığını göstərsə də, Şahid17 istintaqa verdiyi ifadəsini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs tamamilə yalan danışdığını, həyat yoldaşı Telli Qəhrəmanovanın İİ qrup əlillik dərəcəsindən İ qrup əlillik dərəcəsinə keçirməklə pensiya məbləğinin artırılmasını həll edəcəyini vəd edib bunun üçün 4000 manat, onun adına əlillik dərəcəsi təyin etməklə pensiya almasını həll edilməsi üçün isə 2.000 manat pul tələb etdiyini, bir neçə gündən sonra Şahid3 ilə birlikdə Rəvanla görüşüb ümumilikdə 6.000 manat pulu sonuncuya verdiyini, Rəvanın ən geci 3-4 ay müddətində bu işi həll edəcəyini vəd etdiyini, lakin bu sahədə heç bir iş görmədiyini, dəfələrlə pulunu geri tələb etməsinə baxmayaraq müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayındığını göstərərək onu ifşa etmişdir. Cinayət işinin materiallarında olan üzləşdirmədə istintaq hərəkəti protokolundan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə X85 arasında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs heç kimə əlillik dərəcəsi verilməklə pensiya ayrılmasını həll etməyi vəd etmədiyini, bununla bağlı heç kimdən heç bir məbləğdə pul tələb etmədiyini və almadığını göstərsə də, Fəqani Tağıyev istintaqa verdiyi ifadəsini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs tamamilə yalan danışdığını, qardaşı oğlu Elşad Tağıyev və onun adına əlillik dərəcəsi təyin etməklə pensiya almasını həll edilməsi üçün hər birinə görə 2.000 manat pul tələb etdiyini, bir neçə gündən sonra Şahid3 ilə birlikdə Rəvanla görüşüb ümumilikdə 4.000 manat pulu sonuncuya verdiyini, Rəvanın ən geci 3-4 ay müddətində bu işi həll edəcəyini vəd etdiyini, lakin bu sahədə heç bir iş görmədiyini, dəfələrlə pulunu geri tələb etməsinə baxmayaraq müxtəlif bəhanələrlə pulu qaytar İş üçün əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs tərəfindən əlyazma qeydlərin aparıldığı kağız parçası və ayrı-ayrı şəxslərin adına tərtib etdiyi 15 ədəd bildiriş vərəqi 18 iyun 2021ci il tarixli qərarımla maddi sübut kimi tanınmaqla iş materiallarında saxlanılır. İşdə olan Təqsirləndirilən şəxs tərəfindən icra edilmiş əlyazma qeydlərin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs 2020-ci ilin yanvar ayında Şahid1 ilə birlikdə X16 “9 işlə” (əlillik dərəcəsinin düzəldilməsi ilə) bağlı 30.000 manat almış, iş alınmayacağı təqdirdə 10 sentyabr 2020-ci il tarixədək 30.000 manatı qaytaracaqdır. İşdə olan ibtidai iustintaq orqanının 18 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən əlyazma qeydlərinin aparıldığı kağız parçası və ayrı-ayrı şəxslərin adına tərtib etdiyi 15 ədəd bidiriş vərəqələri maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Ağcabədi rayon Mərkəzi xəstəxanasının baş həkiminin 1 may 2019-cu il tarixli, 587-K nömrəli əmri ilə Əyyublu X45 heyətinin Təchizat üzrə agent vəzifəsinə təyin edilmiş, həmin xəstəxananın direktorunun 26 avqust 2020-ci il tarixli, 1614-K nömrəli əmri ilə Təqsirləndirilən şəxs tutduğu vəzifədən azad edilmişdir. İşdə olan ibtidai istintaq orqanının 19 iyun 2021-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən hazırki cinayət işindən CM-in 178.2.1, 178,2.2, 178.2.3, 178.2.4, 32.4,312.2, 311.3.1, 3113.2 və 311.3.3-cü maddələri ilə başqa cinayət işi ayrılmışdır. İşdə olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 may 2022-ci il tarixli hökmünün surətindən görünür ki, Şahid1 CM-in 178.2.1, 178,2.2, 178.2.3, 178.2.4, və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinib müvafiq cəzaya məhkum olunmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ifadəsində heç vaxt hər hansı şəxsə müəyyən pul müqabilində əlillik dərəcəsi təyin edilməklə bağlı işləri görmədiyini, bununla bağlı heç kimdən pul tələb edib almadığını, yalnız bir dəfə Şəmistan Hüseynovdan 4700 manat borc pul aldığını, həmin pulu faizi ilə birlikdə 6000 manat məbləğində qaytardığını, Şahid3 isə ümumiyyətlə heç bir məbləğdə pul almadığını göstərmişdir. Məhkəmə onun bu ifadəsini özünü müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən, işin faktiki hallarına uyğun gəlməyən ifadə olmaqla, məhkəmədə dindirilmiş çoxsaylı şahidlərin ifadələri, üzləşdirmədə istintaq hərəkəti protokolları, maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmiş onun Şəmistan Hüseynova 31000 manat verməyi öhtəsinə götürməsini təsdiq edən özünün icra etdyi qeydin olduğu kağız parçası və ayrı-ayrı şəxslərin adlarına tərtib edilmiş 15 ədəd bildiriş vərəqələri ilə təkzib olunduğundan həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Məhkəmədə dindirilmiş şahidlər Şahid13, Şahid26, Şahid27 və Şahid28 ifadələrində həqiqətən pensiya işi ilə əlaqədar müraciət edərək müəyyən məbləğlərdə pul verdiklərini göstərsələr də verdikləri pulları Şahid3 verdiklərini, Təqsirləndirilən şəxs pul vermədiklərini, bəzən də onu tanımadıqlarını göstərmişlər. Məhkəmə yuxarıda qeyd edilən şahidlərin də ifadələrini həqiqətə uyğun olmayan, Təqsirləndirilən şəxs müdafiə məqsədi daşımaqla, məhkəmədə heç bir sübutla təsdiq edilməyən ifadə olduğundan, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və məhkəmədə tədqiq edilmiş yuxarıda qeyd edilən şahidlərin ibtidai istintaq zamanı vermiş olduqları ifadələri ilə təkzib olunduğundan məhkəmə həmin hissədə ifadələrə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Eyni zamanda iş üzrə şahidlər Şahid13, Şahid26, Şahid27 və Şahid28 ibtidai istintaq zamanı vermiş olduqları ifadələri səmimi və işin hallarına uyğun gələn ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs əməllərinin tövsifi məsələsini müzakirə edərək aşağıdakı nəticəyə gəlir. Belə ki, cinayət qanunvericiliyinə əsasən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlaka hüquqları əldə etmə dələduzluq cinayətinin tərkibini yaradır. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 yanvar 2002-ci tarixli qərarına görə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını və ya əmlaka olan hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirkarın niyyəti əmlakı ələ keçirərkən və ya əmlaka olan hüquqlarını əldə edərkən hər hansı öhtəliyin yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə və yaxud əmlaka olan hüquqları əldə etməsinə yönəlmiş olsun. Dələduzluq aldatma və etibardan sui istifadə etmə yolu ilə törədilir. Bu halda əməlin dələduzluq kimi qiymətləndirilməsi qeyd olunan əməllər təqsirkar tərəfindən düşünülərək edilməlidir. Özünü vəd etdiyi öhtəliyi yerinə yetirə biləcək vəzifəli şəxs kimi təqdim edərək, göstərdiyi xidmət müqabilində hər hansı şəxsdən pul və ya digər qiymətli şeylər alıb onları mənimsəyən şəxs dələduzluğa görə məsuliyyət daşımalıdır. Dələduzluğun ikinci törədilmə üsulu etibardan sui istifadə etmə hesab olunur. Dələduzluq zamanı təqsirkar aldatma və zərəçəkmiş şəxsi yanıltmaya yönəltməsi nəticəsində həmin şəxs öz əmlakını könüllü olaraq təqsirkara vermiş olur. Bu əməl o zaman dələduzluq hesab edir ki, təqsirkar şəxs əmlakı əldə edərkən niyyəti öhtəliyin yetirilməsinə deyil, özgə əmlakını əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək olsun. Eyni zamanda qeyd ediməlidir ki, CM-in 32.4-cü maddəsinə əsasən ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Bu halda təhrikçi öz fəaliyyəti ilə başqa şəxsdə cinayət etmək qətiyyəti yaradır. Konkret halda Təqsirləndirilən şəxs Ağcabədi rayon X13 heyətinin agenti vəzifəsində işləməklə, faktiki olaraq xəstəxananın baş həkiminin göstərişi əsasən əliliyin müəyyən edilməsi ilə bağlı xəstəxananın Həkim Məsləhət Komissiyasından keçmiş şəxslərin müvafiq sənədlərini elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasoya Sistemində Tibbi-Sosial Ekspertiza və X55 (TSERAS) ötürülməsi işini icra edərkən HMK-in sədr və üzvlərinin elektron kart imza kartlarının əksər vaxtlarda onda olmasından istifadə edərək, ayrı-ayrı şəxslərlə danışarkən istəniləın şəxsə əlillik dərəcəsi təyin edilməklə ona pensiyanın ayrılması işini həll edilməsi imkanına malik olması yalandan bildirib, inandırmaqla 2019-cu ilin noyabr ayından 2020-ci ilin may ayınadək olan müddətdə əvvəllər qeyd edilən xəstəxanada mühasib işləyən X64 vasitəsi ilə tanıdığı Ağcabədi rayon sakinləri X36 və Şahid3 vasitəsi ilə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pullar almaqla həmin şəxslərlə bağlı heç bir iş görməməsi, ümumiyyətlə bu sahədə heç bir səlahiyyəti olmadan özünü səlahiyyətli şəxs kimi təqdim etməklə, öz qulluq mövqeyindən istifadə edərək, özgə əmlakını aldatma və etibardan sui - istifadə etməklə, təkrarən ələ keçirib, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmə, vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar edəcəyi hərəkətin müqabilində özü vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə adları yuxarıda qeyd edilən şəxsləri təhrik etmə kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində CMin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 1992-ci il tarixdə Beyləqan rayonunun Əlinəzərli kəndində doğulmuşdur. Ağcabədi Rayon Mərkəzi Xəstəxanası Təsərrüfat heyətinin Təchizat üzrə agent işləmiş, ünvan 3 ünvanda yaşamışdır. Yaşayış yeri və iş yeri üzrə müsbət səciyyələndirilir. 07 mart 2019-cu il təvəllüdlü İncixanım adlı qızı və 27 yanvar 2020-ci il təvəllüdlü Çingiz adlı oğlu vardır. İşdə olan Ağcabədi Rayon Məhkəməsinin 22 avqust 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində həbs müddətinin əvvəli 22 avqust 2020-ci il tarxdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıda qeyd edilənləri nəzərə alınmalıdır. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlillik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması, CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış və iş yeri üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Eyni zamanda CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halın olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai təhlükəlillik dərəcəsini, ağırlığını, onun şəxsiyyətini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və o təyin olunmuş cəzanı çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində CM-nin 62 və 70-ci maddələrinin tətbiq edilməsi üçün əsas görmür. Məkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bir neçə cinayət törətməkdə təqsirli bilindiyindən ona CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmuyu qaydasında cəza təyin edilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 22 avqust 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs tərəfindən əlyazma qeydlərin yazıldığı kağız parçası və ayrı-ayrı şəxslərin adına tərtib edilmiş 15 ədəd bildiriş vərəqələri cinayət işin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44, 51-2,132, 346, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-in 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətə, CM-in 32.4,312.2-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinin tələbinə əsasən cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının başlanğıcı 22 avqust 2020-ci il tarixdən hesab edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs tərəfindən əlyazma qeydlərin yazıldığı kağız parçası və ayrı-ayrı şəxslərin adına tərtib edilmiş 15 ədəd bildiriş vərəqələri cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-16/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-16/2022
21.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver