Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-16/2023 28.02.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X12, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı İixtiyar oğlu, Zərərçəkmiş şəxs nümyəndəsi Nümayəndə2 və müdafiəçilər-Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi5, Qanunçuluq Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə 30 avqust 1962-ci ildə Lerik rayonu, Bobla kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, evli, məhkumluğu olmayan, cinayət törədilən vaxt Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləyən, hazırda işləməyən, Lənkəran rayonu, Ürgə kəndində qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə, xx xxxx 1989-cu ildə Lerik rayonu, Haran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, cinayət törədilən vaxt Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin X21 idarəsinin X21 şöbəsinin rəisi vəzifəsində işləyən, hazırda işləməyən, Lerik rayonu, Haran kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 1V, mənzil 83-də faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 308.2, 311.3.1 və 311.3.3cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2019-cu il tarixli 845 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilməklə və müvafiq dövlət xidməti statusu almaqla “Zərərçəkmiş şəxs” adlandırılmış Azərbaycan Respublikasının Vergilər Nazirliyi üzrə 14 fevral 2019-cu il tarixli, **********458500 nömrəli əmrlə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Departamentinin X21 idarəsinin X21 tədbirləri şöbəsinin rəhbəri, struktur dəyişikliyi ilə əlaqədar 07 avqust 2019cu il tarixli **********017000 nömrəli əmrlə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin X21 tədbirləri şöbəsinin rəisi və 23 oktyabr 2019-cu il tarixli müvafiq struktur dəyişikliyi ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin X21 idarəsinin X21 şöbəsinin rəisi vəzifəsində işləyərkən 22 oktyabr 2019-cu il tarixli, **********270700 nömrəli əmrlə təsdiq edilmiş Ərazi Vergilər Baş İdarələrinin fəaliyyətini tənzimləyən Əsasnaməyə əsasən, keçirilmiş X21 tədbirlərinin nəticəsindən asılı olaraq qanunamüvafiq tədbirlər görülməsini təmin etmək, vergi auditi sahəsi üzrə müvafiq struktur vahidindən daxil olmuş kənarlaşma aşkar edilən riskli vergi ödəyiciləri barədə məlumatların təkrar emal edilməsi və təkrar emal nəticəsində riskli olması təsdiqini tapan vergi ödəyiciləri barədə operativ nəzarət tədbirlərinin keçirilməsini təmin etmək, məlumat bazasında mövcud olan, həmçinin vergi orqanlarından, aidiyyəti dövlət orqanlarından və digər şəxslərdən daxil olmuş məlumatların təhlili nəticəsində müəyyən edilən vergidən yayınma ehtimalı olan riskli vergi ödəyicilərində vergi auditi sahəsi üzrə müvafiq struktur vahidi ilə razılaşdırılmaqla X21 tədbirlərinin keçirilməsini təmin etmək, X21 tədbiri keçirilərkən zəruri hallarda əlaqəli vergi ödəyicilərində bu tədbirlərin keçirilməsi barədə idarənin rəhbərliyinə təkliflər vermək, X21 zamanı vergi ödəyicisinin uçot məlumatlarından fərqli məlumatlar əldə olunarsa, bu halda Vergi Məcəlləsinin 34.7.2-ci maddəsinin tətbiqi məqsədləri üçün uçot strukturuna müvafiq məlumatın təqdim olunmasını təmin etmək, digər vergi orqanlarının səlahiyyətinə aid edilmiş vergi qanunvericiliyinin pozulması hallarının olması müəyyən edildiyi zaman həmin vergi orqanlarına məlumatın təqdim edilməsini təmin etmək, siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün iş üzrə toplanmış materialları hüquq strukturuna göndərmək, şöbə üzrə ciddi uçot blanklarının istifadə olunmasına nəzarət etmək, X21 tədbirlərinin nəticələri haqqında tərtib edilmiş aktın nüsxəsini, yoxlamanın nəticəsi üzrə müvafiq qərar və tələbnaməni, habelə inzibati xəta haqqında protokolu və qərarı vergi ödəyicisinə təqdim etmək (göndərmək), inzibati xəta haqqında protokol və qərar üzrə İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq tədbirlərin görülməsini təmin etmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi, Təqsirləndirilən şəxs2 isə “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2019-cu il tarixli 845 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilməklə və müvafiq dövlət xidməti statusu almaqla “Zərərçəkmiş şəxs” adlandırılmış Azərbaycan Respublikasının Vergilər Nazirliyi üzrə 09 iyul 2019-cu il tarixli, **********889400 nömrəli əmrlə 6 saylı Ərazi Vergilər Departamentinin Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsinin böyük dövlət vergi müfəttişi və 23 oktyabr 2019-cu il tarixli müvafiq struktur dəyişikliyi ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləyərkən 22 oktyabr 2019-cu il tarixli, **********270700 nömrəli əmrlə təsdiq edilmiş Ərazi Vergilər Baş İdarələrinin fəaliyyətini tənzimləyən Əsasnaməyə əsasən, mikro və kiçik sahibkarlıq subyektlərinin uçot məlumatlarında dürüstləşdirilmənin aparılması, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində vergi uçotunun dürüstləşdirilməsi və şəffaflaşdırılması istiqamətində zəruri tədbirlər görmək, mikro və kiçik sahibkarlıq subyektlərinin uçot baza məlumatlarındakı fəaliyyət növü ilə faktiki fəaliyyət növləri arasındakı uyğunsuzluqları müəyyən etmək və qanunamüvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti struktura müraciət etmək, mikro və kiçik sahibkarlıq subyektləri tərəfindən vergi və sığorta haqları üzrə ödənişlərinin tam və vaxtında həyata keçirilməsinə nəzarət etmək, mikro və kiçik sahibkarlıq subyektləri üzrə müşahidələr zamanı nəzarətkassa aparatlarını, post-terminalları, ciddi hesabat blanklarını tətbiq etməyən vergi ödəyiciləri üzrə aşkar olunmuş nöqsanların aradan qaldırılması məqsədi ilə vergi nəzarəti tədbirləri barədə rəhbərliyə təkliflər vermək, təsərrüfat subyektinin real potensialını, o cümlədən işçi sayı və əmək haqqı məbləğini müəyyən etmək və aşkar olunmuş nöqsanlar barədə rəhbərliyə təkliflər vermək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib cinayət əlaqəsinə girərək xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özləri üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək 2020-ci ilin oktyabr ayının əvvələrində öz cinayətkar niyyətlərini həyata keçirmək üçün qabaqcadan əlbir olaraq birlikdə cinayətdən xəbərsiz Şahid9 adına açılmış ********** saylı VÖEN-lə Lənkəran şəhəri, X15 küçəsi 52 ünvanında fəaliyyət göstərən məişət və cehizlik əşyalar satışı mağazasında malların sayımını həyata keçirmişlər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.8 və 58.8.2-ci maddələrinə əsasən malların alışını və ya mədaxilini təsdiq edən vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmaması pozuntusunu aşkar etdikdən sonra müvafiq struktur vahidi ilə razılaşdırılmaqla X21 tədbirlərinin keçirilməsini təmin etməli olduqları halda qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəkləri hərəkətsizlik, eləcə də xidmət üzrə ümumi himayədarlıq və laqeydlik, yəni aşkar edilmiş vergi qanunvericiliyinin pozulması halları ilə əlaqədar X21 tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malik olan rəhbər vəzifəli şəxslərə məlumat verməməklə X21 tədbirlərinin həyata keçirilməməsi müqabilində özləri üçün birbaşa yolla Təqsirləndirilən şəxs2 vasitəsilə külli miqdarda maddi nemət olan 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini 2020-ci ilin oktyabr ayının ilk ongünlüyündə Şahid9 əri Şahid1 Lənkəran şəhəri, X15 küçəsi 52 ünvanında fəaliyyət göstərən mağazanın yaxınlığında rüşvət qismində qabaqcadan əlbir olaraq birlikdə istəyərək Şahid1 razılığını alıb, həmin niyyətlə 2020-ci ilin oktyabr ayının sonlarında həmin mağazanın yaxınlığında görüşərək özləri üçün birbaşa yolla maddi nemət olan və külli miqdar təşkil edən 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini Şahid1 rüşvət qismində alaraq öz aralarında bölməklə öz şəxsi ehtiyaclarına sərf edib, aldıqları rüşvət müqabilində vədlərinə əməl edərək uzun müddətdə həmin mağazada vergi qanunvericiliyinin pozulması halları ilə əlaqədar müvafiq qaydada qəsdən məlumat verməyib onun fəaliyyətinə ümumi himayədarlıq və laqeydliyi həyata keçirməklə X21 tədbirlərinin həyata keçirilməməsinə nail olmuşlar. Eyni cinayətkar niyyətlə öz qanunsuz əməllərini davam etdirərək 2021-ci ilin avqust ayının ortalarında birlikdə Şahid9 adına açılmış ********** saylı VÖEN-lə Lənkəran şəhəri, X15 küçəsi 52 ünvanında fəaliyyət göstərən həmin məişət və cehizlik əşyaların satışı mağazasında malların sayımını həyata keçirib Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.8 və 58.8.2-ci maddələrinə əsasən malların alışını və ya mədaxilini təsdiq edən vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmadığının, yəni əvvəlcədən rüşvət müqabilində şərait yaratdıqları pozuntuların eynilə davam etməsini müəyyən etdikdən sonra cinayətkar niyyətlərini davam etdirib, müvafiq struktur vahidi ilə razılaşdırılmaqla X21 tədbirlərinin keçirilməsini təmin etməli olduqları halda qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəkləri hərəkətsizlik, eləcə də xidmət üzrə ümumi himayədarlıq və laqeydlik, yəni aşkar edilmiş vergi qanunvericiliyinin pozulması halları ilə əlaqədar X21 tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malik olan rəhbər vəzifəli şəxslərə məlumat verməməklə X21 tədbirlərinin həyata keçirilməməsi müqabilində özləri üçün birbaşa yolla Təqsirləndirilən şəxs2 vasitəsilə maddi nemət olan külli miqdar təşkil edən 12.000 (on iki min) manat məbləğində pul vəsaitini 2021-ci ilin avqust ayının ortalarında Şahid9 əri Şahid1 həmin mağazanın yaxınlığında rüşvət qismində birlikdə istəyərək Şahid1 razılığını alıb, həmin niyyətlə 2021-ci ilin avqust ayının ortalarında həmin mağazanın yaxınlığında sonuncu ilə görüşərək özləri üçün birbaşa yolla Təqsirləndirilən şəxs2 vasitəsilə külli miqdarda maddi nemət olan 12.000 (on iki min) manat məbləğində pul vəsaitini Şahid1 rüşvət qismində alaraq öz aralarında bölüb öz şəxsi ehtiyaclarına sərf etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəkləri hərəkətsizlik, eləcə də xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində özləri üçün birbaşa yolla Təqsirləndirilən şəxs2 vasitəsilə külli miqdarda maddi nemət olan cəmi 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini Şahid1 vahid niyyətlə rüşvət qismində istəməklə almış, qabaqcadan əlbir olan bir qrup şəxs qismində həmin hərəkətləri ilə Azərbaycan Respublikasının vergi qanunvericiliyinə riayət olunması, vergilərin ödənilməsi və yığılması qaydalarının, dövlət vergi orqanlarının vergitutma məsələləri ilə bağlı fəaliyyətinin obyektiv və şəffaf əsaslarla təmini, vergi ödəyicilərinin hüquq və vəzifələrinin gözlənilməsi və qorunması, vergi nəzarətinin prinsip, forma və metodlarına riayət edilməsi ilə əlaqədar Zərərçəkmiş şəxs qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, 1985-ci ildə Bakı Maliyyə Kredit Texnikumunun Maliyyə və Kredit fakultəsinin Dövlət büdcəsi ixtisasi üzrə təhsil almış, vergi orqanlarında əmək fəaliyyətinə 1990-cı ildə Lənkəran şəhər X4 dövlət vergi müfəttişi kimi başlamışdır. Həmin dövrdən etibarən 5 saylı və 6 saylı Ərazi vergilər idarəsində müxtəlif vəzifələrdə işləmişdir. 17 noyabr 2008-ci ildən 05 yanvar 2022-ci ilədək olan dövr ərzində 6 saylı Ərazi Vergilər Baş İdarəsinin X21 şöbəsi, Vergi öhdəliklərinin icrasına nəzarət şöbəsi, Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsində dövlət vergi müfəttişi vəzifəsində işləmişdir. Sonuncu vəzifəsi 6 saylı Ərazi Vergilər Baş İdarəsinin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət şöbəsinin dövlət vergi müfəttişi olmuş, həmin vəzifəyə 05 yanvar 2022-ci il tarixdə təyin olunmuşdur, 04 mart 2022-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən vəzifəsindən azad edilmişdir. 2020-ci ilin oktyabr ayında və 2021-ci il avqust ayında 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsində dövlət vergi müfəttişi vəzifəsində işləmişdir. 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsində dövlət vergi müfəttişi kimi xidməti funksiyalarına uyğun olaraq ona təhkim olunmuş ərazidəki obyektlərdə vergi ödəyicilərinin vergi qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarət etmiş, yəni ödəyicilərin nağd hesablaşma qaydalarına əməl etmələrinə, müqavilə bağlamadan işçilərin işlədilməməsinə və ödənişlərin icrası vəziyyətinə nəzarət etmişdir. Şahid1 2008-2009-cu illərdən tanıyır. Həmin zaman Tahir vergi orqanında qeydiyyata düşmədən fəaliyyət göstərdiyi üçün ona irad tutaraq qeydiyyata düşməyi tövsiyyə etmişdir. Həmin zamandan da Tahirlə münasibəti yaranmışdır. Tahir hazırda Lənkəran şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla ailəsi ilə birlikdə ünvan 2 ünvanında yerləşən, özünə məxsus dükanda cehizlik ev əşyalarının satışı ilə məşğul olur. Həmin dükan Tahirin arvadı Şahid9 VÖEN-i əsasında vergi orqanında qeydiyyatdadır. 2019-cu ilin əvvəlindən 2021-ci ilin oktyabr ayına kimi isə o, həmin ərazinin sahə təhkimçisi olmuşdur. Əraziyə təhkim olunduğu dövrdə Şahid1 obyektinə xidməti zərurətlə əlaqədar bir neçə dəfə cari ödənişlərin gecikdirildiyi hallarda getmiş, eyni zamanda Tahirin mağazasına getməklə, ondan vergi ödənişlərinin vaxtlıvaxtında dövlət büdcəsinə ödənilməsini təmin etmişdir. 6 saylı Ərazi Vergilər Baş İdarəsinin X21 idarəsinin X21 tədbirləri şöbəsinin rəisi Təqsirləndirilən şəxs1 ilə birlikdə Şahid1 2020-ci ilin oktyabr ayında 8.000 manat və 2021-ci ilin avqust ayında 12.000 manat məbləğində pulu rüşvət qismində istəməklə almaları halı olmamışdır. Tahirin bu barədə dedikləri tamamilə yalandır. O heç kəsdən pul istəməmiş və almamış, Mircavadın da pul istəməsinə və almasına şahid olmamışdır. Ümumiyyətlə o, 2020-ci ilin oktyabr ayında və 2021-ci ilin avqust ayında Tahirin dükanına yoxlamaya getməmişlər. Şahid1 2021-ci ilin dekabr ayında 6 saylı Ərazi Vergilər Baş idarəsinin tərəfindən 14.155 manat cərimə olunduqdan sonra onunla əlaqə saxlayaraq bu barədə məlumat verdikdə Şahid1 narahat olmamağı bildirib ona köməklik ediləcəyini deməsi, Baş idarədə qəbul edildikdən bir həftə sonra aldığı puldan 5.000 manat, təxminən bir ay sonra isə daha 3.000 manat qaytarması barədə göstərdikləri doğru deyil. Tahirin dükanında yoxlama aparılmasını və maliyyə sanksiya yazılmasını eşitmiş, lakin Tahirlə görüşməmiş və ona köməklik edəcəyini deməmiş, Tahirə heç zaman pul qaytarmamışdır. Şahid1 6 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi vəzifəsini icra edən Şahid10 qəbulunda olan zaman Şahid1 Təqsirləndirilən şəxs1 və ona rüşvət verməsi barədə dediklərinə qarşı Şahid10 tərəfindən fikri soruşulduqda onun ağır ürək əməliyyatı keçirtdiyi üçün səhhətində narahatlıq olmasın deyə onu yola vermişdir. Fəaliyyəti dövründə Şahid1 qanuni vergi ödənişlərinin edilməsini məcbur etmiş, bu səbəbdən Şahid1 ondan narazılığı yaranmışdır. 2020 və 2021-ci illərdə istifadəsində olan mobil telefon nömrəsi ilə Şahid1la zəngləşmiş, Şahid1 işlətdiyi mağaza onun təhkim olunduğu ərazidə olduğu üçün vergi ödənişləri ilə bağlı aralarında danışıqlar olmuşdur, məqsəd isə dövlət büdcəsinə vergi ödənişlərinin vaxtı-vaxtında ödənilməsini təmin etmək olmuşdur. Özü və Təqsirləndirilən şəxs1 tərəfindən Şahid1 qeyri-qanuni tələblər edilməmiş, ona bu barədə göstərişlər verilməmişdir. Özü heç bir cinayət əməli törətməmiş, barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, vergi orqanlarında əmək fəaliyyətinə 2014-cü ildə 6 saylı Ərazi Vergilər İdarəsində dövlət vergi müfəttişi kimi başlamışdır. 14 fevral 2019-cu il tarixdən 6 saylı Ərazi Vergilər Baş İdarəsinin X21 idarəsinin X21 tədbirləri şöbəsinin rəisi təyin olunmuş, 2022-ci ilin mart ayında Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən vəzifəsindən azad edilmişdir. Rəisi olduğu şöbənin fəaliyyəti Baş İdarənin dislokasiyasına düşən ərazilərdə İdarənin rəisi tərəfindən operativ vergi yoxlamalarının keçirilməsi barədə qəbul edilmiş qərar əsasında yoxlamaların keçirilməsindən ibarətdir. Şöbə rəisi kimi vəzifəsi şöbənin fəaliyyətinə və işçilərin işlərinə nəzarət etmək, həmçinin rəhbərliyin qərarına və Ədliyyə Nazirliyinin reyestr çıxarışı əsasında yoxlamaların keçirilməsini həyata keçirmək və bu kimi digər inzibati vəzifələrdən ibarət olmuşdur. Yurisdiksiyasılarında olan ərazilərdə operativ yoxlamalar X21 idarəsinin rəisinin qəbul etdiyi qərar və bununla bağlı Ədliyyə Nazirliyindən alınmış reyestrdən çıxarış əsasında keçirilir. Özü və işçilər isə özbaşına hər hansı yerə girib orada yoxlama keçirə bilməzlər. Dislokasiya üzrə ərazilərdə vergi qanunvericiliyinin tələblərinə riayət edilməsinə nəzarəti isə Mikro və kiçik sahibkarlıq subyektlərinə nəzarət şöbəsinin əməkdaşları həyata keçirirlər. Şahid1 isə Lənkəran şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs kimi tanıyır. O, özünə məxsus dükanda cehizlik ev əşyalarının satışı ilə məşğul olur. Tahir vergidən yayınması üçün dükana faktiki rəhbərliyi həyata keçirtsə də, rəsmi olaraq VOEN-i işçisi və yaxın qohumu Nəzmiyyə Müzəffərovanın adına açdıraraq guya dükanı işçisinin işlətdiyini bildirmiş və bu yolla da vergi ödəməyi azaltmışdır. Belə ki, hər hansı şəxs yeni VÖEN açdıqda əgər özü könüllü olaraq əlavə dəyər vergisi ödəməsini təqdim etmirsə o, sadələşdirilmiş vergi ödəyicisi hesab edilir. 2018-ci ilin sonunda isə o, idarə rəisinin qərarı əsasında həmin dükanda X21 tədbirini həyata keçirtmiş və müştəriyə kassa çeki vermədiyini aşkar edildiyindən ona 400 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin, vergi hesabatlarında vergidən yayınmaq üçün dövriyyəni aşağı göstərdiyi müəyyən edildiyindən orada bir neçə gün yoxlama keçirilərək dövriyyəsinə nəzarət edilmiş və real dövriyyəsi ən azı 2-3 dəfə artırılmış, bunun nəticəsində də o, sadələşdirilmiş vergi ödəyicisindən əlavə dəyər vergi ödəyicisinə keçirilmişdir. Belə ki, yoxlama keçirilən dövrə qədər o, il ərzində orta hesabla 3000-4000 manat civarında vergi ödəyirdisə, yoxlamanın nəticəsində tərəfindən Şahid1 vergidən yayınması aradan qaldırılmış və il ərzində 30.000- 35.000 manat civarında verginin ödənilməsi təmin edilmişdir. Həmin zaman aralarında narazılıq yaranmış, hətta Tahir ondan prokurorluğa şikayət edəcəyini, işləməyə qoymayacağını və onu tutduracağını bildirsə də, sonradan etməmişdir. 2019-cu ilin sonunda isə Tahir vergidən yayınması üçün dükanı Nəzmiyyə Müzəffərovanın adından çıxararaq yoldaşı Şahid9 VÖEN-i əsasında işlətməyə başlamışdır. 2020-ci ildə pandemiya olduğu üçün dükanlar və digər iaşə yerləri bağlı olduğundan Tahirin də dükanı tam və qismən işləməmişdir. Həmçinin, pandemiya ilə əlaqədar 2020-2021-ci illərdə onlar ərazidə rəisin qərarı və Ədliyyə Nazirliyinin reyestrindən çıxarış olmadığından X21ni həyata keçirməmişlər. 2021-ci ilin sonunda isə o, səhhəti ilə əlaqədar bülletendə olduğu zaman eşitmişdir ki, Tahirin dükanında yenidən X21 həyata keçirilmiş və qaimə fakturası olmayan mal alıb satdığı müəyyən edildiyindən təxminən 14.000 manat civarında maliyyə sanksiyası tətbiq edilmişdir. 6 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə Şahid1 2020-ci ilin oktyabr ayında 8000 manat və 2021-ci ilin avqust ayında 12.000 manat məbləğində pulu rüşvət qismində istəməklə almaları barədə sonuncunun ifadəsində göstərdikləri ilə bağlı bildirir ki, belə bir hal olmamışdır. Şahid1 dedikləri tamamilə yalan, şər və böhtandır. Nə 2020-ci ildə, nə də ki, 2021-ci ilin avqust ayında o, Tahirin işlətdiyi dükanda yoxlamada olmamışdır. Belə ki, 2020-ci ildə pandemiya ilə əlaqədar ümumiyyətlə həmin dükan işləməmişdir, yaxud tam və ya qismən işləmişdir, pandemiya ilə əlaqədar onların özləri də ərazidə idarə rəisi tərəfindən açılmış qərarlar əsasında apardığı vergi yoxlamaları istisna olmaqla operativ vergi yoxlamalarını həyata keçirtməmişlər. Tərəfindən və rəhbəri olduğu şöbənin əməkdaşları tərəfindən hər hansı ünvanda operativ vergi yoxlamasının keçirilməsi mütləq şəkildə İdarə rəisinin qərarı və Ədliyyə Nazirliyindən alınmış reyestrdən çıxarış əsasında keçirilir. Qərar və reyestrdən çıxarış olmasa onlar hər hansı ünvana gedib yoxlama keçirə bilməzlər, çünki, yoxlamaya getdikdə mütləq şəkildə qərar və çıxarışla sahibkarı tanış etməlidirlər və sonra nəzarət kitabçasını alıb yoxlamaya başlamalıdırlar. Qərar olmadan dislokasiya üzrə ərazilərdə vergi qanunvericiliyinin tələblərinə riayət edilməsinə nəzarəti isə Mikro və kiçik sahibkarlıq subyektlərinə nəzarət şöbəsinin sahə təhkimçiləri həyata keçirirlər. Təqsirləndirilən şəxs2 isə onun rəhbəri olduğu şöbənin əməkdaşı deyil. 2018-ci ildə Şahid1 işlətdiyi dükanda tərəfindən keçirilmiş operativ yoxlama zamanı Təqsirləndirilən şəxs2 onunla birlikdə iştirak etməmişdir. Hesab edir ki, 2018-ci ildə Tahirin dükanında yoxlamada olan zaman müştəriyə kassa çekini verməyərək vergidən yayındığını aşkar edib Şahid1 kassa cəriməsi yazdığından, xronometraj metodla müşahidə keçirib vergidən yayınan dövriyyəsini müəyyən edib əlavə dəyər vergisi verməsinə nail olduğundan və nəticədə əvvəlki illərlə müqayisədə daha artıq vergi ödəməsini təmin etdiyindən, həmçinin 2020-ci il ərzində pandemiya ilə əlaqədar ölkə rəhbəri tərəfindən pandemiyadan zərərçəkən sahibkarlara göstərilmiş yardımdan əlavə dəyər vergisi ödəyicisi olduğu üçün tam və qismən yararlana bilmədiyindən və buna görə acıqlı qaldığından barəsində əsassız şikayətlər edir. Şahid1 Təqsirləndirilən şəxs2 şikayət etməsinin səbəbi barədə heç bir söz deyə bilməz, lakin, bildiyi qədər Təqsirləndirilən şəxs2 birbaşa olaraq Tahirin işlətdiyi obyektin sahə təhkimçisidir. Ola bilər ki, ərazinin sahə təhkimçisi kimi Şahid1 vergi qanunvericiliyinin tələblərinə riayət etməsini tələb etdiyindən Şahid1 Zakirdən də narazı olmuş və şikayət etmişdir. Şahid1 istifadəsində olan mobil telefon nömrəsi ilə arasında 14 avqust 2020, 22 avqust 2020 və 31 avqust 2021-ci il tarixlərdə, 09 oktyabr 2020-ci il tarixdə 7 telefon danışığı olmuşdur və həmin zəngləşmə 6 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Namiq Bağırovun göstərişi ilə baş tutmuşdur. Həmin ərəfələrdə pandemiya dövrü olduğundan əməkdaşların yalnız 25 faizi işə çıxmış, nəticədə isə idarə rəisinin göstərişi əsasında özü şəxsən vergi ödəyicisi olan sahibkarla, eləcədə Şahid1la telefonda danışmış, rəisin göstərişləri, ƏDV ödəyicisi kimi qeydiyyata düşməsi və digər qanuni tələbləri ona bildirmişdir. Özü heç bir cinayət əməli törətməmiş, barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs nümyəndəsi Nümayəndə2 bildirmişdir ki, təqsirləndirilən şəxslərə qarşı təmsil etdiyi hüquqi şəxs tərəfindən hər hansı bir şikayət və tələbləri yoxdur, onlara təyin ediləcək cəza məsələsinin həllini isə məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, on bir ildir ki, X15 küçəsində Şahid1 məxsus, iki mərtəbəli məişət və cehizlik əşyaların satışı ilə məşğul olan mağazada satıcı işləyir. Həmin mağazada pərdə-parça satılan bölmədə satıcı işləyir. Zakir müəllim və Mircavadın hər vergi vaxtı həmin mağazaya gəlməyinə şahid olmuşdur. Belə ki, həmin şəxslər mağazaya gəlib onun işlədiyi bölmədə birlikdə malların sayımını etmişlər. O, satıcı kimi sadəcə malların sayımında iştirak etmişdir. Onların mağazaya dəqiq gəldikləri tarixləri isə xatırlamır. Adətən vergi yoxlaması ilin sonlarında olurdu, həmin vaxt Zakir müəllim və Mircavad gəlmiş, hər satıcı öz bölməsində onlarla birlikdə malların sayımını etmişlər. Mağazada nə qədər dövriyyə olmasından və kassadan məlumatı olmayıb. Mal qalığın yalnız müdir bilmişdir. Təqsirləndirilən şəxslərin adını isə mağazada müdir danışanda eşitmiş, Mircavad və Zakir olduqların bilmişdir. Hər iki vergi məmuru mağazada sayım ediblər, mağazada sayım adətən nahar fasiləsinədək davam edib, bəzən isə nahardan sonra saat 16:00-17:00-dək sayım edilibdir. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. İş üzrə Şahid2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 2020-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şahid1 məxsus işlədiyi mağazaya gələrək təxminən 2 saat ərzində malları yoxlamışlar. Malları yoxladıqdan sonra Şahid1 cərimə edilib-edilməməsi barədə məlumatı olmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 2021-ci ilin avqust ayında da mağazada yoxlama aparmışlar, həmin yoxlamanın da nəticəsi barədə məlumatı olmamışdır. İfadəsi elan olunduqdan sonra Şahid2 həmin ifadəsini təsdiq etdiyini, hadisənin üzərindən müəyyən vaxt keçdiyindən hazırda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mağazanı yoxlamaya gəldikləri vaxtı dəqiq xatırlaya bilmədiyini, malların sayımı ilə bağlı isə istintaq zamanı təxmini vaxt dediyini, nahar fasiləsindən sonra da onların mağazada sayım etmələri ilə bağlı isə istintaq zamanı sual verilmədiyini bildirdi. Məhkəmə istintaqı zamanı Şahid7 ifadəsində bildirmişdir ki, Şahid1 məxsus, iki mərtəbəli məişət və cehizlik əşyaların satışı ilə məşğul olan mağazada satıcı işləyir. Həmin mağazada plastik qablar satan bölmənin satıcısıdır. Vergi əməkdaşları mağazaya gəlib malları sayıb, yazıb gediblər. Həmin əməkdaşlardan birinin Zakir olduğunu dəqiq bilir, Mircavadı isə xatırlamır. Onların 2021-ci ildə mağazaya gəldiyini xatırlayır. Mağazaya xatırladığı qədər iki-üç nəfər vergi məmuru gəlib. Yoxlama zamanı işlədiyi bölmədə malları onlarla birlikdə sayıb, həmin vaxt mağazanın müdiri isə mağazada yerində olub. Özü dörd ildir ki, həmin mağazada işləyir, lakin əmək müqaviləsi olmayıb. Yoxlama hər il mağazaya gəlib, həmin vaxt isə Mircavadın ora gəlməsin isə dəqiq xatırlaya bilmir, yadında yalnız Zakir qalıb. Yoxlamalar adətən 5-6 saat çəkib, bəzən isə 2 gün davam edib. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. İş üzrə Şahid7 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Şahid1 məxsus plastik məişət və cehizlik əşyaların satışı ilə məşğul olan mağazada satıcı işləyir, əvvəl müqaviləsi olmasa da 2021-ci ilin dekabr ayında onunla əmək müqaviləsi bağlanılmışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 6 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşı kimi tanıyır. Belə ki, 2020-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şahid1 məxsus o, işlədiyi mağazaya gələrək təxminən 2 saat ərzində malları yoxlamışlar. Malları yoxladıqdan sonra Şahid1 cərimə edilib-edilməməsi barədə məlumatı olmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 2021-ci ilin avqust ayında da mağazada yoxlama aparmışlar, həmin yoxlamanın da nəticəsi barədə məlumatı olmamışdır. Yoxlamanı aparan şəxslərin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olmasını həmin şəxslər yoxlama apararkən digər satıcılardan və Şahid1 öyrənmişdir. Təqsirləndirilən şəxs2 təxminən 55-60 yaşlarında, boyu təxminən 175 sm, saçları ağarmış, Təqsirləndirilən şəxs1 təxminən 30 yaşında, boyu nisbətən balaca, saçları seyrəkdir. İfadəsi elan olunduqdan sonra Şahid7 həmin ifadəsini təsdiq etmədiyini, ifadəni özü imzaladığı, lakin orada yazılanları oxumadığı bildirdi. Məhkəmə istintaqı zamanı Şahid8 ifadəsində bildirmişdir ki, o, Şahid1 məxsus mağazada təxminən 8 ildən çoxdur ki, xadimə işləyir. Hər gün səhər saat 08:00-dan axşam saat 17:00-dək həmin mağazada öz işini görür. Təqsirləndirilən şəxs2 vergi məmuru kimi tanıyır. Belə ki, Təqsirləndirilən şəxs2 dəfələrlə işlədiyi mağazaya gərib yoxlama keçirmişdir. Yoxlama zamanı mağazadakı mallar Təqsirləndirilən şəxs2 tərəfindən sayılırdı. Sayım zamanı isə mağazanın sahibi Tahir adətən öz yerində otururdu. Hər satıcının öz bölməsi var, sayımı həmin satıclarla birlikdə edirdi Təqsirləndirilən şəxs2. Dəfələrlə malların sayımında özü də iştirak etmiş, köməklik göstərmişdir. Mallar sayılarkən isə satıcıların işi çox olduğundan bir və ya yarım saat sayıma köməklik etmişdir. Həmin vaxt o, tekstil, cehiz əşyalarının sayımında iştirak etmişdir. Adətən o, yoxlama zamanı həmin mağazada öz işlərini bitirdikdən sonra evinə getmişdir. Təqsirləndirilən şəxs2 və digərləri isə mağazada qalmışdır. Yoxlamaya isə Təqsirləndirilən şəxs2la yanaşı neçə nəfərin gəldiyi xatırlamır. 2020 və 2021-ci illərdə isə Təqsirləndirilən şəxs2 hansı aylarda mağazaya gəlib, hansı müddətə malları saymasını isə hazırda dəqiq xatırlamır. Yoxlama nəticəsində görülmüş sonrakı tədbirlədən isə məlumatı olmamışdır. Mircavad isə bəlkə də mağazaya gəlib, lakin onu xatırlamır, yalnız Təqsirləndirilən şəxs2 dəqiq xatırlayır. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. İş üzrə Şahid8 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 2012-ci ildən Mirzəməhəmmədhüseyn Axund küçəsində Şahid1 məxsus, iki mərtəbəli, 225 kv metr sahəsi olan tikilidə Şahid9 adına VÖEN-lə fəaliyyət göstərən plastik məişət və cehizlik əşyaların satışı ilə məşğul olan mağazada satıcı işləyir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 6 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşı kimi tanıyır. Belə ki, Təqsirləndirilən şəxs1 dəqiq xatırlamadığı ya 2018 ya da 2019-cu ildə mağazada yoxlama aparmış və cərimə tətbiq etmişdir. Təqsirləndirilən şəxs2 da vergi müfəttişi olaraq dəfələrlə mağazaya müxtəlif vergi məsələləri ilə əlaqədar gəlmişdir. 2020-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şahid1 məxsus onun işlədiyi mağazaya gələrək təxminən 2 saat ərzində malları yoxlamışlar. Malları yoxladıqdan sonra Şahid1 cərimə edilib-edilməməsi barədə məlumatı olmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 2021-ci ilin avqust ayında da mağazada yoxlama aparmışlar, həmin yoxlamanın da nəticəsi barədə məlumatı olmamışdır. İfadəsi elan olunduqdan sonra Şahid8 həmin ifadəsini təsdiq etmədiyini, ifadəni özü imzaladığını, lakin orada yazılanları oxumadığını, Təqsirləndirilən şəxs2 başqasını mağazada gördüyünü, yoxlama zamanı cərimə yazılıb-yazılmamasını xatırlamadığını bildirdi. Həmçinin işdə olan, 19 may 2022-ci il tarixli üzləşdirmə protokolu ilə müəyyən edilir ki, Şahid8 ilə Təqsirləndirilən şəxs1 üzləşdirilməsi zamanı Şahid8 Təqsirləndirilən şəxs1 2020-ci ilin oktyabr və 2021-ci ilin avqust ayında Təqsirləndirilən şəxs2la birgə Şahid1 məxsus mağazaya gələrək yoxlama apardıqlarını üzünə deməklə ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində bildirmişdir ki, Şahid1 onun böyük qardaşıdır. Şahid1 dialez xəstəsi olmaqla, İ dərəcəli əlildir, həm də ürək əməliyyatı olub, bu gündə dialezdədir. Şahid1 sahibkar olmaqla Lənkəran şəhəri, Axund küçəsində yerləşən cer-cehiz, plastik mallar satır. Həmin mağazaya hazırda rəsmi olaraq onun arvadı rəhbərlik edir. Özü isə daima qardaşı xəstə olduğundan onun həmin mağaza ilə bağlı vergi, bank və.s işlərinə köməklik edir. Hadisə ilə bağlı bildirir ki, həmin mağazaya gələndə görmüş ki, vergi yoxlaması keçirilir, Təqsirləndirilən şəxs2 mağazada yoxlama aparır, hesabat gedir, mağazada mallar sayılır, Zakiri uzun müddət, 2005-ci ildən tanıdığından ona qardaşı ilə ehtiyyatlı davranmağı, qardaşının xəstə olduğunu bildirmişdir. Daha sonra həmin gün digər işləri ilə əlaqədar mağazanı tərk edib getmişdir. Zakiri isə əvvəllərdə qardaşına məxsus mağazada çox görmüşdür, çünki Zakir həmin əraziyə təhkim olunmuşdur. Bu hadisədən sonra 2021-ci ilin sonu ərəfələrində qardaşı Tahir ona demişdir ki, “mənə on min manat pul ver”. Qardaşı pulu istəyəndə artıq şahidi olduğu yoxlamadan bir-iki gün keçmişdir. O da həmin pulu qardaşına vermiş, soruşmuşdur ki, pul nəyə görə lazımdır. Bu zaman qardaşı demişdir ki, pul yoxlamaya görə lazımdır, həmin vaxt Zakirin adını çəkmiş, pulun Zakir tərəfindən istənildiyini demiş, çünki Zakir həmin əraziyə təhkimçi olan vergi məmuru olmuşdur. Özü qardaşına pulu Zakirə verib, bu məsələni qutarmağı məsləhət vermişdir. Daha sonra qardaşı pulları konkret olaraq Təqsirləndirilən şəxs2 vermiş, Zakir həmin pulu VAZ2106 markalı maşınla gəlib aparmışdır. Bu hadisədən bir müddət sonra isə qardaşı Tahiri əsəbi görmüşdür. Həmin vaxt qardaşı bildirmişdir ki, qısa müddət sonra mağazaya yenidən vergi yoxlaması gəlib və onları cərimə ediblər. Bunu bildikdən sonra isə dərhal özü Təqsirləndirilən şəxs2la görüşmüş, onunla birlikdə oturub, söhbət etmişdir. Təqsirləndirilən şəxs2 demişdir ki, pulu yemisən indi isə qaytar. Özü hazırda olanı danışır. Həmin vaxt Zakirlə görüşdə bir vasitəçi də, Zakirin həmkəndlisi olub. Zakirdən aldığı pulu qardaşına geri qaytarmağı tələb etmişdir. Zakir isə elə belə danışmış, ona o yan bu yan danışmamasını, Tahiri incitməməyini bildirmişdir. Zakirlə bu söhbətləri 2021-ci ilin dekabr ayı və ya ondan sonra olmuş, tarixi dəqiq xatırlamır. Sonra isə qardaşından eşitmişdir ki, Zakir səkkiz min manat pulu geri qaytarıb. Zakirin pulu qaytarması onunla söhbətin sonra olmuşdur. Zakirin məhkəməsi olanda isə üzünə demişdir ki, sənə lazım idi bu olanlar, bu işi bu vəziyyətə gətirdin, niyə qardaşım Tahiri bu günə gətirdin. Zakirə nəsiət etmiş ki, bu dünyada çox qardaş itirmiş, həm özüdə artıq xəstədir, adama belə hərəkət etmək olmaz. Daha sonra Zakir həbs edilmiş, onlara isə Zakirin xahişçiləri gəlib, onlardan Tahirin belə yaz, elə izahat ver, bu cür yazmağı xahiş edib, Zakirin isə pulları geri qaytaracağını vəd etmişlər. Bu söhbətlər də isə Mircavadın adın eşitməmiş, yalnız Zakirin adını eşitmişdir. Özü ibtidai istintaq zamanı da Mircavad haqqında danışmamışdır. Mircavadı Zakirin yanında görməmişdir. Yoxlama keçirilən zaman Zakir tək olmuş, aldığı pullardan isə müəyyən hissəsini qardaşı Tahirə tək qaytarmışdır. Zakir pulu alarkən qardaşı Tahirə vəd etmişdir ki, bir il ərzində mağazaya yoxlama gəlməyəcək, çünki yoxlama da mağazaya ildə bir dəfə gəlirdi. Lakin Zakir pulu aldıqdan sonra qardaşını aldatmış, pulu bir illik yoxlama keçirilməyəcəyi vədi ilə alsa da iki-üç ay ərzində yenidən mağazaya vergi yoxlaması gəlmişdir. Bu səbəbdən Zakirdən pulları geri istəmişlər. Mircavadı isə ümumiyyətlə tanımır, Zakir özü Mircavad barəsində danışıb, qardaşından isə Mircavad barəsində soruşduqda demişdir ki, pulu Zakir aparıb, Mircavadın adın Zakir çəkib, ona pul verdiyin deyib. X18 beş min bir, üç min bir olmaqla, cəmi səkkiz min pul qaytardığını demişdir. Qardaşına Zakir pulu qaytararkən isə qardaşı tək olmayıb, çünki qardaşı tək hərəkət etmək iqtidarında deyil, onun daimi olaraq kənar köməyə ehtiyacı var. Qardaşı sürücü ilə hansısa yola çıxıb və həmin vaxt Zakir ona pul qaytarıb. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. İş üzrə Şahid4 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsən tanımır, lakin onların 2020-ci ilin oktyabr ayında və 2021-ci ilin avqust ayında qardaşı Şahid1 məxsus mağazaya gələrək yoxlama aparmaları və qeyri-rəsmi olaraq Tahirdən iki dəfəyə ümumilikdə 20.000 manat tələb edərək almaları barədə məlumatı var, bu barədə ona qardaşı Şahid1 özü məlumat vermiş, hətta 2021-ci ilin avqust ayında həmin əməkdaşlar Şahid1 12.000 manat məbləğində pul istəyəndə o, Tahirə borca 10.000 manat pul da vermişdir. Bir müddət sonra Tahir bankdan pul götürərək borcunu qaytarmışdır. Sonradan Tahir ona demişdir ki, Mircavadla Zakirə verdiyi məbləğin 8.000 manatını həmin şəxslər özünə qaytarıblar. İfadəsi elan olunduqdan sonra Şahid4 həmin ifadəsini Mircavada münasibətdə təsdiq etmədiyini, ifadəni özü imzaladığını, lakin orada Mircavada aid hissədə yazılanları oxumadığını, müstəntiqin ifadəsini ona oxumadığını, ifadə verərkən Mircavadın adını çəkmədiyini, dəfələrlə bu işlə bağlı Zakiri gördüyünü, qardaşının da Mircavad haqqında heçnə demədiyini, Mircavadı ümumiyyətlə görmədiyini bildirdi. Bundan sonra verilmiş sualları cavablandırarkən isə Şahid4 bildirmişdir ki, Təqsirləndirilən şəxs2 bu hadisə ilə bağlı saxlanıldıqda onunla Lənkəran Rayon Prokurorluğunda görüşmüş, görüş zamanı Zakir ona demişdir ki, bizi bəlaya salan var, soruşandaki kimi nəzərdə tutursan, Təqsirləndirilən şəxs2 demişdir ki, Mircavadı nəzərdə tutur, həmin vaxt isə Zakirə Mircavadı tanımadığını, ona verilmiş pulları geri qaytarmağını tələb etmişdir. Lakin, bu faktla bağlı Təqsirləndirilən şəxs2 verilmiş sualları cavablandırarkən, Şahid4la həqiqətən də, Lənkəran Rayon Prokurorluğunda görüşdüyünü, həmin vaxt Şahid4 orada onun haqqında danışmış, eyni zamanda Mircavad haqqında da danışaraq, ona dedikləri ittihamları eyni ilə Mircavad haqqında da dediyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid9 ifadəsində bildirmişdir ki, Lənkəran şəhərində Böyük bazarda mağazaları var, həmin mağazada plastik əşyalar, şüşə qablar, yorğandöşək üzü, cehizlik əşyaları satırlar. Mağaza rəsmi olaraq onun adına olsa da mağaza faktiki əri Şahid1 məxsusdur, əri tərəfindən işlədilir. İllərdi ki, Təqsirləndirilən şəxs2 həmin mağazaya gəlib yoxlama aparır. Açot-uçot edir, mağazadakı malları gəlib yazıb, işçilərlə birlikdə sayıb. Bütün bunların isə özü bilavasitə şahidi olmuşdur. Lakin, Zakirlə birlikdə mağazaya kiminsə gəldiyini görməmiş, Mircavadı isə tanımır. Mircavadı mağazada görməmişdir. Yoxlamaların nəticəsi barədə isə heçnə bilməmişdir. Nəvəsi 2021-ci ilin mayın 13-də vəfat edib, bununla bağlı sarsılıb, yasda olub, ona görə də həmin illərdə baş vermiş başqa hadisələri xatırlamır. Özü adətən mağazaya səhər saat 11:00-da gəlib, axşam saat 16:00-17:00-dək mağazada olub. Zakir yoxlamaya gələrkən yoxlama bir neçə gün davam edib, Zakir malları yazıb. Zakir mağazaya həmişə tək gəlib, başqa vergi işçisi yanında olmayıb. Zakir mağazaya gələrkən səhər saatlarında gəlib, axşamçağı gedib və yoxlama iki-üç gün çəkib. 2020-2021-ci illərdə isə hansı ayda Zakirin gəlməsini xatırlamır. Vergi əməkdaşlarının onun ərindən pul almasını bilmir, evdə bununla bağlı ərindən söz soruşmayıb, əri xəstədir, əsəbidir, ondan söz soruşmaq olmur. Hazırki işlə bağlı da ona heçnə məlum deyil, sadəcə bilir ki, nəsə olub. Əri isə dialez xəstəsi olduğundan ərindən mağazanın işləri ilə bağlı heçvaxt heçnə soruşmamışdır. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. İş üzrə Şahid9 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 6 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşı kimi tanıyır. Belə ki, Təqsirləndirilən şəxs1 2018-2019-cu ildə mağazada yoxlama aparmış və cərimə tətbiq etmişdir. Təqsirləndirilən şəxs2 da vergi müfəttişi olaraq dəfələrlə mağazaya müxtəlif vergi məsələləri ilə əlaqədar gəlmişdir. 2020-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şahid1 məxsus işlədiyi mağazaya gələrək təxminən 2 saat ərzində malları yoxlamışlar. Malları yoxladıqdan sonra Şahid1 cərimə edilib-edilməməsi barədə məlumatı olmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 2021-ci ilin avqust ayında da mağazada yoxlama aparmışlar, həmin yoxlamanın da nəticəsi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 təxminən 55-60 yaşlarında, boyu təxminən 175 sm, saçları ağarmış, Təqsirləndirilən şəxs1 təxminən 30 yaşında, boyu nisbətən balaca, saçları seyrəkdir. deməmişdir. İfadəsi elan olunduqdan sonra Şahid9 həmin ifadəsini təsdiq etmədiyini, ifadəni özü imzaladığını, lakin orada yazılanları oxumadığını, həmin vaxt eynəyinin olmadığını, ifadəsində göstərilən şəxsləri isə təsvir etmədiyini bildirdi. Məhkəmə istintaqı zamanı Şahid6 ifadəsində bildirmişdir ki, Şahid1 on ildir ki, tanıyır, onunla dostdur. Dəqiq tarixi xatırlamadığı vaxt Şahid1 ona zəng edərək, demişdir ki, gəl yer var ora dəyək qayıdaq. O isə mağazanın yanına getmiş, Tahiri oradan götürmüş və evlərinin yanına aparmışdır. Həmin yerə çatanda isə yolun biri düz gedir, digəri isə evlərinə tərəf, o maşınla Tahirin evlərinə sarı dönmüş, Tahir isə maşını saxlamasını bildirmişdir. Maşını sağda saxlamış, Tahir isə maşından düşmüş, digər tərəfə getmişdir. Daha sonra isə geri qayıtmışdır. Tahirdə soruşanda ki, nə işdir burda maşını saxlatdın. Demişdir ki, ona biri borcludur, pul verəcəkdi. Həmin vaxt Tahirin kimlə görüşdüyün, pul aldığını görməmişdir. Çünki dayandığı yerdən onları görmək imkanı olmamışdır. Lakin, Tahir demişdir ki, görüşdüyü şəxs vergi işçisidi, borcu var pul verir. Sonrada Tahiri aparıb, mağazaya iş yerinə qoymuşdur. Bundan sonra isə Tahiri bir dəfə də kombinatın yanına aparmışdır. Həmin vaxt yolda dörd dənə Skoda markalı avtomobil dayanmış, o həmin avtomobilləri keçib qarşıda maşınını saxlamışdır. Tahir isə düşüb həmin maşınların arxasına getmişdir. Həmin vaxt da Tahir soruşanda kimlə görüşdün, demişdir ki, elə həmin adamdı, pulun yarısını vermişdi, indi də digər yarısın verdi. Lakin, Tahirin əlində heçnə, zərf falan görməmiş, nə qədər pul aldığın da bilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, ona məxsus mağazanın yerləşdiyi bina oğlunun mülkiyyətindədir, mağazanı özü işlədir, VÖEN isə arvadının adınadır. Mağazada cehizlik əşyalar, plastik mallar, qab-qacaq satırlar. Təqsirləndirilən şəxs2 2020-ci ilin sentyabr-oktyabr ayında mağazaya gəlmişdir. Demişdir ki, yoxlama aparacaqlar, bu zaman Zakirə pandemiya olduğunu, yoxlama apara bilməyəcəyini, özünə də bununla bağlı iki min manat kompensasiya verildiyini bildirmiş, eyni zamanda Zakirə deyəsən həmin kompensasiyanın üzərinə də pul qoyub onlara verəcəyini demişdir. Zakir mağazaya yanında bir nəfər şəxslə gəlmiş və yuxarı mərtəbəyə çıxaraq bir müddət yazmışdır. Daha sonra onu mağazadan çölə çəkmiş, bu zaman Zakirdən sənəd istəmişdir. Zakir isə demişdir ki, ona idarədən deyiblər ki, get yoxlama et. Bundan sonra bildirmişdir ki, hardasa on min manat qalığın var, on min manat verəsən, çünki qalığın çoxdu. Bazardı da bu işlər bazar, o isə Zakirlə səkkiz min manata razılaşmışdır. Zakirə demişdir ki, indi get düzəldib pulu verəcək. Daha sonra həmin pulu düzəldib Zakirə vermişdir. Zakir pulu alıb, maşına qoymuş, demişdir ki, heç kim bilməsin. O isə Zakirə demişdir ki, bu puldan rəsmi olaraq adına da bir şey keçirsin, sora yoxlama gələr, adına sanksiya açar. Zakir isə demişdir ki, narahat olma. Həmin il Zakir getmiş, özləri isə noyabr, dekabr, yanvar ayları ərzində pandemiya səbəbindən işləməmişlər. Fevral ayında isə ayın 21-inədək işləmişlər, bu səbəbdən də Zakirdən heç bir sənəd tələb edə bilməmişdir. Bu hadisənin üstündən xeyli keçmiş, nəvəsi rəhmətə getmişdir. Başı isə nəvəsinə qarışmışdır. Sonralar isə Mircavadla telefonda danışmış, Mircavad demişdir ki, idarədən gələcəklər sən narahat olma. Mircavad narahat olmamağını bildirmiş, demişdir ki, bəzən çox pul istəyirlər, amma narahat olma. Bu danışıq Zakirin ikinci dəfə mağazaya gəlməsindən qabaq olmuşdur. Həmin idarədə ən etibar etdiyi şəxs Mircavad olmuş, ona inanmış, bütün məsləhətlərini məhz Mircavadla etmişdir. Həmişə narazılıq olanda Mircavada demişdir. Lakin, Zakirin ondan pul almasını Mircavada deməmişdir. 2021-ci ilin avqust ayında Zakir yenidən mağazaya gəlmiş, yenə baxmış mallara, onu çölə çəkmişdir. Çöldə isə demişdir ki, yoxlama gəlmişik, o isə demişdir ki, buyurun. Həmin vaxt mağazaya təzə mallar da gəlmişdi, həqiqətən də qalığı olmuşdur. Zakir buna görə ondan iyirmi min manat pul tələb etmiş, yalvar-yaxışla həmin məbləği endirmiş on iki min manatda dayanmışlar. Zakirə on iki min manatı şəxsən vermiş, verərkən isə demişdir ki, pulların hamısını özünə götürmə, bu dövlətin puludur. Zakir pulu ona görə alırmış ki, yoxlama və narahatçılıq olmayacaq, həm də bu pullar maliyyə sanksiyasıdır. Nə isə Zakir pulları götürüb getmişdir. Lakin, ürəyinə dammışdır ki, Zakir həmin pulları dövlətə keçirməyəcəkdir. Üstündən xeyli keçmişdir. Həmin ilin dekabr ayında isə yenidən vergidən on nəfərlik yoxlama gəlmiş, mağazanı yoxlamış, o isə əsəbləşmişdir. Yoxlamaya demişdir ki, mağaza təzə yoxlanılıb, ildə bir dəfə olar yoxlama. Bundan sonra əsəbi halda vergilər idarəsinə getmiş, onu qəbul etmişlər. İdarədəki müdir əvəzi düşüb onu həmin vaxt qəbul etmişdir. O isə həmin şəxsə hadisələri olduğu kimi danışmışdır. Bundan sonra Zakiri çağırtdırmışdır. Mircavadla da görüşməyi xahiş etmişdir. Çünki həmin vaxt şöbənin müdiri Mircavad olmuş, ona görə də tələb etmişdir ki, “siz nə demisiz, mən də etmişəm, gəlsin aydınlaşdırsın.” Lakin hər iki yoxlamada Mircavad mağazaya gəlməmişdir. Ondan pulu Zakir almışdır, həm səkkiz min manatı, həmdə on iki min manatı. Hər iki halda isə Mircavad orada olmamışdır. Zakir mağazaya bir cavan oğlanla gəlmiş, onun isə adını bilməmişdir. Zakir tərəfindən mağazada keçirilən hər iki yoxlama zamanı isə Mircavad orada iştirak etməyib. Orada Zakirin üzünə demişdir ki, bəs deyirdin yoxlama gəlməyəcək, ildə bir olur yoxlama. Belə şey olar, yenidən yoxlama gəlib on dörd min manat cərimə ediblər. Müdirin yanında Zakir demişdir ki, bəli demişəm. 6 saylıda idarə rəisinin yanında olanda Zakir bütün olanları etiraf etmişdir. Pulları ondan Zakir istəyib, Mircavad ondan pul istəməyib, onlar bir yerdə olmayıb, Zakir mağazaya Mircavadla birgə gəlməyib. Daha sonra Zakirin özü yanına gəlib bildirmiş ki, narahat olma, heç kimə də heç nə demə. O isə Zakirə demişdir ki, aldığı puldan heç olmasa altı min məbləğini ödə dövlətə. Ona Zakir demiş ki, kömək edəcək, o isə Zakirə demişdir ki, əgər etməsən şikayət edəcək. Bundan sonra isə Zakir zənglərinə cavab verməmiş, o isə gedib idarə müdirinə rəsmi ərizə vermişdir. Həmin ərizəni idarəyə gedib şikayət etdiyi gündən bir həftə sonra yazmışdır. Ərizəni şəxsən özü yazıb, həmin ərizənin məzmununu isə təsdiq edir, ərizəni yazarkan heç kim tərəfindən təsir və təzyiqlərə məruz qalmadan öz fikirləri ilə yazmışdır. Müdirə isə ondan pulu geri almağa, kassaya köçürməyə kömək etməyini xahiş etmişdir. Bu hadisədən sonra isə Zakir özü onun evinə gəlmiş, Zakirlə evinə dalanı dönən yerdə görüşmüşdür. Həmin yerə sürücü ilə getmiş, sürücüyə demişdir ki, beş dəqiqəlik onu aparsın, vergi işçisi var onun borcu var həmin pulu alacaq. Zakir görüş zamanı gəlib zərf gətirmiş, beş min manat vermiş, narahat olmamağını demişdir. O isə Zakirə pulun az olduğunu bildirmişdir. Bir az üstündən keçdikdən sonra isə Zakirlə kombinatın yanında yenidən görüşmüşdür. Bu zaman Zakir yenə zərfdə üç min manat pul qaytarmışdır. Həmin pulu da aparıb özü kassaya köçürmüşdür. Mağazada onun bütün hesabatını həmişə Zakir aparmışdır. Ona məxsus mağazadan iki yüz metr irəlidə daha böyük mağaza olub, həmin mağazanın iyirmi nəfər işçisi olub. Zakir bütün bunları niyə onlara etmir, məhz ona edir. Axı özü hamıya həmişə hörmətlə yanaşmış, hörmət etmişdir. Zakiri o tutdurmamış, özü-özün salmış ora, Zakir ondan əvvəllərdə pul istəmiş, borc vermiş, heç adında çəkməmişdir. Zakirə həmişə düzgün yol göstərmiş, demişdir ki, aldığın puldan onun adına dövlətin kassasına da köçür. Üzü üzündə, Zakirə bu sözləri demişdir. Amma Zakir onu aldatmışdır. Hətta Zakirə demişdir ki, onun kimi beş dənə adamı olsa, yaxşı dolanar. Özünün isə işi həmişə düzgün olmuşdur. 2018-ci ildə Mircavadın onunla prinsipi olmuşdur. Belə ki, həmin vaxt Mircavad onu xeyli cərimə etmişdir, onunla prinsip aparmışdır. Ona görə də elə bilmişdir ki, bu yoxlamalarda da Mircavadın əli vardır. Bu səbəbdən də Mircavadda şikayət etmişdir ki, aydınlaşdırsın. Mircavad bu hadisələr zamanı telefonda əlaqə saxlamışdır. Mircavad isə demişdir ki, narahat olma. Bundan başqa Mircavad demişdir ki, “idarədən yoxlama gəlibsə sənin borcun onlara şərait yaratmaqdır”. Mircavad həmin vaxt rəisdi, demişdir ki, xəbəri var yəqin olanlardan, telefonda Mircavadla danışmış, amma pulu aparan Zakir olmuşdur. Mircavadla isə danışığında Mircavad “nə deyirlər elə” demişdir. Həmin vaxt düşünmüşdür ki, Mircavadın onunla prinsipi var, ona görə də Mircavadın adın şikayət ərizəsində qeyd etmiş, ondan şikayət etmişdir. Lakin Zakir gələndə telefonda Mircavaddan bu barədə soruşmuş, Mircavad isə demişdir ki, “bizim şöbədən sizə yoxlama gəlməyib”. Zakirə pul verərkən Mircavada deməmiş, Mircavadda ona kiməsə pul verməsi barədə heçnə deməmişdir. Lakin Zakir pulları alarkən demişdir ki, idarədən deyiblər. Doğrudur, vergi idarəsində şikayət edərkən Mircavadla da görüşmək istəmiş, amma Mircavad işdən çıxmışdı həmin vaxt. Şikayət edərkən isə elə bilmişdir ki, bu yoxlamaların təşkilatçılığın Mircavad edib. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında Şahid1 əlyazma qaydasında icra etdiyi şikayət ərizəsi, izahatı, ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. İş üzrə Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 2019-cu ildən Dövlət Vergi Xidmətinin əməkdaşı kimi tanıyır, 2018-ci ilin sonunda yaxud 2019-cu ilin əvvəlində dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs1 mağazada yoxlama keçirmiş və mal qalığı aşkar edildiyi üçün 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən cərimə olunmuşdur. Təqsirləndirilən şəxs2 2004-cü ildən Dövlət Vergi Xidmətinin əməkdaşı kimi tanıyır, xidməti ilə əlaqədar dəfələrlə işlətdiyi mağazada olmuşdur. Nə Zakir nə də Mircavadla düşmənçiliyi və ədavəti yoxdur. 2020-ci ilin oktyabr ayında 6 saylı Ərazi Vergilər Baş İdarəsinin X21 tədbirləri şöbəsinin rəisi Təqsirləndirilən şəxs1 və işlədiyi idarənin və ya şöbənin dəqiq adını bilmədiyi, lakin Dövlət Vergi Xidmətinin əməkdaşı kimi tanıdığı Təqsirləndirilən şəxs2 işlətdiyi M.M.Axund küçəsindəki mağazaya gələrək operativ yoxlama keçirəcəklərini bildirmişlər. Onlar yoxlama keçirilməsinə dair hər hansı sənəd təqdim etməmişlər və mağazadakı malları saymağa və yoxlamağa başlamışlar. Onlar yoxlama apararkən satıcıların hər üçü, yəni Validə, Tofiqə və İlhamə, habelə arvadı Zeynəb mağazada olmuşlar. Təxminən 2-3 saat yoxlama apardıqdan sonra Mircavadla Zakir onu mağazadan çölə çağırmışlar və söhbət etmək üçün Təqsirləndirilən şəxs2 idarə etdiyi göy rəngli “VAZ 2106” markalı avtomobilə əyləşmişlər. Mircavad və Zakir hər ikisi ona bildirmişlər ki, mağazada 80.000 manat mal qalığı aşkar etmişlər, amma əslində qalıq çoxdur, guya 100.000 manatdan çox məbləğində qalıq aşkar etmişlər, həmin yoxlamanı rəsmiləşdirsələr ona daha artıq məbləğdə cərimə tətbiq olunacaq, ona görə də onlara 8.000 manat pul verməlidir, həmin məbləği onlara verəcəyi təqdirdə yoxlamanı rəsmiləşdirməyəcəklər, yəni rəsmi olaraq operativ vergi yoxlaması aparmayacaqlar, nəticədə cərimə olunmayacaqdır. Eyni zamanda Mircavad və Zakir bildirmişlər ki, verəcəyi pul rəsmi qaydada dövlətə yox onların özlərinə ödənilir. O həmin pulun rəsmi qaydada ödənilmədiyi üçün gələcəkdə problem ola biləcəyini, heç olmasa məbləğin bir hissəsini dövlətə ödənilməsini xahiş etdikdə Mircavad narahat olmamağını, həmin məbləği verəcəyi təqdirdə ona himayədarlıq edəcəklərini və 1 il müddətində mağazada yoxlama aparılmayacağını demişdir. O, uzun təkiddən sonra məcbur olub Mircavad və Zakirlə razılaşmış, çünki razılaşmasa daha yüksək məbləğdə cərimə olunacağından və mağazasının bağlanacağından qorxmuşdur. Bir neçə gün sonra mağazanın qarşısında Təqsirləndirilən şəxs2 idarə etdiyi göy rəngli “VAZ 2106” markalı avtomobildə Təqsirləndirilən şəxs2 yanında Təqsirləndirilən şəxs1 istədikləri 8.000 manat məbləğində pulu vermişdir. Mircavad pulu sayaraq ondan artıq narahat olmamağını, işlədiyi Baş idarənin rəisi Namiq Bağırovun bu məsələdən məlumatlı olduğunu və rahat işini işləməyini, lakin ona verdiyi pul barədə heç kəsə məlumat verməməyini tapşırmışdır. 2021-ci ilin avqust ayına kimi işlətdiyi mağazaya Dövlət Vergi Xidmətinin hər hansı əməkdaşı gəlməmişdir. 2021-ci ilin avqust ayında Mircavadla Zakir yenidən işlətdiyi mağazaya gələrək operativ vergi yoxlaması keçirəcəklərini bildirmişlər. O, Mircavadla Zakirə etiraz etmiş və 2020-ci ilin oktyabr ayında onlara pul verdiyini və 1 ilin tamam olmadığını, 1 ilin tamam olmasına daha 2 ay olduğunu desə də, Mircavad ona pul lazım olduğunu və ona görə də 2 ay tez gəldiklərini bildirmişdir. Onlar yoxlama keçirilməsinə dair hər hansı sənəd təqdim etməmişlər və yenidən təxminən 2-3 saat ərzində mağazadakı malları saymaqla yoxlama aparmışlar. Onlar yoxlama apararkən satıcılarının hər üçü, yəni Validə, Tofiqə və İlhamə, habelə arvadı Zeynəb mağazada olmuşlar. Təxminən 2-3 saat yoxlama apardıqdan sonra Mircavadla Zakir onu mağazadan çölə çağırmışlar və söhbət etmək üçün Təqsirləndirilən şəxs2 idarə etdiyi göy rəngli “VAZ 2106” markalı avtomobilə əyləşmişlər. Mircavad və Zakir hər ikisi ona bildirmişlər ki, mağazada 120.000 manat məbləğində qalıq aşkar ediblər, amma əslində qalıq çoxdur, həmin yoxlamanı rəsmiləşdirsələr ona daha artıq məbləğdə cərimə tətbiq olunacaq, ona görə də özlərinin aşkar etdikləri 120.000 manat məbləğində qalığın 10 faizini, yəni 12.000 manatını onlara verməlidir, həmin məbləği onlara verəcəyi təqdirdə yoxlamanı rəsmiləşdirməyəcəklər, yəni rəsmi olaraq operativ vergi yoxlaması aparmayacaqlar, nəticədə cərimə olunmayacaqdır. Eyni zamanda, Mircavad və Zakir bildirmişlər ki, verəcəyi pul rəsmi qaydada dövlətə yox onların özlərinə ödənilir. O, həmin pulun rəsmi qaydada ödənilmədiyi üçün gələcəkdə problem ola biləcəyini, heç olmasa məbləğin bir hissəsini dövlətə ödənilməsini xahiş etdikdə Mircavad yenə narahat olmamağını, həmin məbləği verəcəyi təqdirdə ona əvvəlki qaydada himayədarlıq edəcəklərini və 1 il müddətində mağazasında yoxlama aparılmayacağını demişdir. O, məcbur olub Mircavad və Zakirlə razılaşmış, lakin özündə həmin məbləğdə pul olmadığına görə ona bir neçə gün vaxt vermələrini xahiş etmişdir. 2021-ci ilin avqust ayında 12.000 manatın 5.000 manatını qaynı Şahid3 borc almış, digər hissəsini qardaşı Şahid4 və işlətdiyi mağazadan götürdükdən sonra Mircavad və Zakirlə mağazanın qarşısında sonuncunun idarə etdiyi göy rəngli “VAZ 2106” markalı avtomobilində görüşmüş, Zakir təxminən 20 metr aralıda avtomobili saxlamış, o da həmin avtomobilə əyləşmiş, Zakir sükan arxasında olmuş, Mircavad isə arxa oturacaqda oturmuş, özü öndə sərnişin oturacağında əyləşmişdir. Təqsirləndirilən şəxs2 yanında Təqsirləndirilən şəxs1 istədikləri 12.000 manat məbləğində pul vermişdir. Mircavad pulu sayaraq ondan artıq narahat olmamağını və 1 il ərzində rahat işini işləməyini, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Namiq Bağırovun bu məsələdən məlumatlı olduğunu, lakin ona verdiyi pul barədə heç kəsə məlumat verməməyini tapşırmışdır. O da onlara inanıb bu barədə heç yerə məlumat verməmişdir. Həmin kredit müqaviləsinin surətini araşdırma zamanı təqdim etmişdir. 2021-ci ilin dekabr ayında 6 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Şahid10 tərəfindən işlətdiyi mağazaya yoxlama təyin edilmiş və vergi qanunvericiliyinin tələblərini pozduğuna görə 14.155 manat məbləğində cərimə olunmuşdur. Həmin vaxt 5-6 nəfər 6 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşı yoxlamanı həyata keçirmişər, o, həmin əməkdaşlara Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 obyektində həmin ilin avqust ayında yoxlama apardıqlarını və onlara artıq 12.000 manat məbləğində pul verdiyini desə də, onlar 6 saylı Ərazi Vergilər Baş İdarəsində həmin yoxlama barədə hər hansı məlumat olmadığını bildirmişlər. Bundan sonra o, dəfələrlə Mircavadla əlaqə saxlamaq istəsə də, Mircavad telefonlarına cavab verməmişdir. Zakirlə əlaqə saxlayıb iradını bildərərək şikayət edəcəyini demiş, Zakir isə ondan bir müddət gözləməyini, Mircavadın məsələləri qaydasına qoyacağını söz vermişdir. O, Zakirlə Mircavadın qanunsuz hərəkətlərinə görə 6 saylı Ərazi Vergilər Baş İdarəsinə şikayət etmək qərarına gəlmiş və bu məqsədlə həmin Baş idarəsinin inzibati binasına getmişdir. Orada onu müdir əvəzi Şahid10 qəbul etmişdir. O, Şahid10 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 2020-ci ilin oktyabr ayında 8.000 manat, 2021-ci ilin avqust ayında isə 12.000 manat məbləğində pul aldıqlarını və obyektində yoxlama aparılmayacağına söz verdiklərini, lakin 2021-ci ilin dekabr ayında obyektində yoxlama aparıldığını və 14.155 manat məbləğində cərimə olunduğunu bildirmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la üzləşdirilməyini tələb etmişdir. Şahid10 Təqsirləndirilən şəxs1 vəzifədən azad edildiyini, ona görə onunla üzləşdirə bilməyəcəyini bildirmiş, lakin Təqsirləndirilən şəxs2 otağa dəvət etmişdir. Orada o, Təqsirləndirilən şəxs2 üzünə onunla Təqsirləndirilən şəxs1 ondan 12.000 və 8.000 manat olmaqla, cəmi 20.000 manat pulunu aldıqlarını demiş, Zakir isə dediklərinə etiraz etməmiş və pulu qaytaracağına söz vermişdir. Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 ondan 2020-ci ilin oktyabr ayında 8.000 manat, 2021-ci ilin avqust ayında 12.000 manat olmaqla, cəmi 20.000 manat məbləğində pul vəsaitlərini işlətdiyi mağazada operativ vergi yoxlaması aparılmaması, cərimə olunmamağı və sonrakı dövrdə mağazada yoxlama aparılmamasının təmin edilməsi üçün qanunsuz olaraq almışlar. O, özünə məxsus ********** saylı nömrə ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la əlaqə saxlamış, lakin onların hansı mobil nömrələri ilə əlaqə saxladığını xatırlamır. Şahid1 istintaqa verdiyi əlavə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 pul vəsaitlərini 2020-ci ilin oktyabr və 2021-ci ilin avqust ayında dəqiq hansı tarixlərdə verdiyini aradan xeyli vaxt keçdiyinə görə xatırlamır, lakin deyə bilər ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 pul vəsaitlərini ondan 2020-ci ilin oktyabr ayının birinci on günlüyündə istəmiş, həmin ayın sonlarında almışlar, habelə 2021ci ilin avqust ayının ortalarında istəyib təxminən avqust ayının ortalarında almışlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 2020-ci ilin oktyabr ayında və 2021-ci ilin avqust ayında işlətdiyi mağazada yoxlama apardıqdan sonra ona aşkar etdikləri pozuntuların Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58-ci maddələrində göstərildiyini, həmin maddəylə barəsində sanksiya tətbiq edilə biləcəyini bildirmişlər, eyni pozuntulara görə 2021-ci ilin dekabr ayında da 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən cərimə olunmuşdur. Təqsirləndirilən şəxs1 ilə üzləşdirmə zamanı 20.000 manat məbləğində pulu nə məqsədlə verməyi barədə suala “Vergi əməkdaşlarına verdiyim üçün hesab etmişəm ki, həmin pul büdcəyə ödənilir və artıq məni yoxlamayacaqlar” cavabını verməsi və bunun əvvəlki ifadəsi ilə ziddiyət təşkil etməsi ilə əlaqədar bildirir ki, Mircavadla Zakir tələb etdikləri məbləği vermədiyi təqdirdə daha yüksək məbləğdə cərimə oluna biləcəyini dedikləri üçün istədikləri pul vəsaitlərini onlara vermiş, pul vəsaitlərini verdiyi şəxslər Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 6 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları olublar və onlar istədikləri pul vəsaitlərini verəcəyi təqdirdə 1 il ərzində obyektində yoxlama olmayacağını vəd etmiş, o da qeyri-rəsmi olaraq büdcədə ödəniş edilmiş kimi göstərilməklə obyektində yoxlama aparılmayacağını hesab etmiş, lakin Mircavadla Zakir ona həmin pulun büdcəyə ödəniləcəyi barədə heç nə deməmişlər. Əslində əvvəlki izahat və ifadələrində, eləcə də 6 saylı Ərazi Vergilər Baş İdarəsində qəbulda olduğu zaman qeyd etdiyi kimi Mircavadla Zakir 20.000 manat məbləğində pulu ondan qanunsuz olaraq istəyib almışlar. İstifadəsində olan ********** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** saylı mobil nömrə arasında 14 avqust 2020, 22 avqust 2020 və 31 avqust 2021-ci il tarixlərdə, ********** saylı mobil nömrəsi ilə 09 oktyabr 2020-ci il tarixdə 7 telefon danışığı olması, eyni zamanda istifadəsində olan həmin nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsindəki ********** saylı nömrə ilə 2020-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr aylarında, habelə 2021-ci ilin iyul, avqust, sentyabr, dekabr, 2022-ci ilin yanvar ayında mütəmadi zəngləşməsi ilə əlaqədar bildirir ki, hər ikisi ilə ondan qanunsuz pul tələb edilməsi ilə bağlı danışmış, onlar telefonda həm onu istədikləri pulu verməyi barədə tələsdirmişlər, həm də bu barədə heç kəsə məlumat verməməyini demişlər. Təqsirləndirilən şəxs1la ancaq bu məsələ ilə əlaqədar danışmış, Təqsirləndirilən şəxs2la həm bu məsələ həm də ərazi təhkimçisi olduğu üçün vergi ödənişləri ilə bağlı danışmışdır. İfadəsi elan olunduqdan sonra Şahid1 həmin ifadəsini Mircavadla bağlı hissədə təsdiq etmədiyini, ifadəni özü imzaladığını, lakin həmin vaxt Mircavadın əvvəllərdə onu yoxlayaraq cərimə etməsi səbəbindən onunla prinsip aparmasını düşündüyündən ondan da şikayət etdiyini bildirdi. Həmçinin işdə olan, 19 may 2022-ci il tarixli üzləşdirmə protokolu ilə müəyyən edilir ki, Şahid1 ilə Təqsirləndirilən şəxs1 üzləşdirilməsi zamanı Şahid1 Təqsirləndirilən şəxs1 ondan Təqsirləndirilən şəxs2la birgə 2020-ci ilin oktyabr və 2021-ci ilin avqust ayında cəmi 20.000 manat məbləğində rüşvət aldığını üzünə deməklə ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində bildirmişdir ki, 20 noyabr 2019-cu ildə 6 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunmuş, 06 oktyabr 2021-ci il tarixədək həmin vəzifədə işləmişdir. Hal-hazırda isə X23 Sahəsinin rəisi vəzifəsində işləyir. İşlə bağlı onu deyə bilər ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır, onların hər ikisi 6 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları olublar. Özü idarəyə rəis təyin olunarkən Təqsirləndirilən şəxs1 həmin idarədə şöbə rəisi vəzifəsində işləyib. Təqsirləndirilən şəxs1 işgüzar fəaliyyəti ilə bağlı hər hansı bir neqativ hallara dair işlədiyi dövrdə ona heç bir şikayət daxil olmayıb. Özü də onun barəsində neqativ hallarla rastlaşmamışdır. Şahid1 Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 rüşvət almaları barədə özünün məlumatı olmamışdır. Sonradan eşitmişdir ki, Mircavad tərəfindən neqativ hallara yol verilib, bunu eşitdikdən sonra Mircavadla telefon vasitəsilə əlaqə saxlamış, Mircavad isə səmimi olaraq, bütün bunların iftira olduğunu bildirmiş, o isə Mircavadın səmimiyyətinə inanmışdır. İşlədiyi dövrdə Şahid1la bağlı Operativ vergi yoxlaması açılmamışdır. Hər hansı bir vergi müfəttişi özbaşına yoxlamaya gedə bilməzdi. Çünki, operativ vergi yoxlaması ödəyicinin fəaliyyətində risklər yarandıqda təyin olunur. Həmin riskləri X21 idarəsinin daxilindəki Operativ sahə üzrə risklərin təhlili şöbəsinin əməkdaşları baza məlumatları əsasında müəyyən edir. Risklər təqdim edilmiş hesabatda vergi ödəmələrinin məbləğlərinin əsaslı fərqləri olduqda, yaxud ödəyicinin qeydiyyata alındığı sferada yox başqa sfera ilə məşğul olmasına əsaslı şübhələr olduqda əmələ gəlir. Məlumatlar dərhal Dövlət Vergi Xidmətinə göndərilir və Dövlət Vergi Xidmətindən operativ vergi yoxlaması təyin edilməsi barədə göstəriş verildikdən sonra Ərazi Vergilər İdarəsinin yaxud Baş İdarəsinin rəisi və ya müavini tərəfindən operativ vergi yoxlaması təyin edilməsinə dair qərar qəbul edilir. Qərar qəbul edilmədiyi halda yoxlama aparıla bilməz. Hətta onun özünündə istənilən vaxt yoxlama aparmaq kimi səlahiyyəti olmayıb. Özü heç vaxt Təqsirləndirilən şəxs1 ƏDV ödəyicisi kimi qeydiyyata düşməsi üçün Şahid1 zəng etməsi barədə tapşırıq verməmişdir. Məhkəmə istintaqı zamanı Şahid10 ifadəsində bildirmişdir 2011-ci ildən 6 saylı Ərazi Vergilər İdarəsində dövlət vergi müfəttişi, baş mühasib, böyük dövlət vergi müfəttişi, bölmə rəisi vəzifələrində işləmiş, 2016-cı ilin aprel ayından Bakı şəhər Vergilər Departamentində vergi cinayətləri ibtidai araşdırma məsələləri üzrə müşavir vəzifəsində, xidmət şöbəsində təhqiqatçı vəzifəsində, 2019-cu ilin aprel ayından 2021-ci ilin oktyabr ayına kimi 6 saylı Ərazi Vergilər Baş İdarəsinin rəis müavini vəzifəsində işləmiş, 2021-ci ilin oktyabr ayından 2022-ci ilin fevral ayına isə həmin Baş idarənin rəisi vəzifəsini icra edən olmuşdur. Hazırda 3 saylı Ərazi vergilər idarəsinin rəisi vəzifəsini icra edir. Təqsirləndirilən şəxs1 doğma xalası oğludur, münasibətləri xidməti işlə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs2 6 saylı Ərazi Vergilər Baş İdarəsində işlədiyi 2011-cu ildən tanıyır, münasibətləri ancaq xidməti xarakter daşımışdır. 6 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi vəzifəsini icra edərkən İqtisadi təhlil şöbəsi və X21 Tədbirləri İdarəsinin X21nin təşkili və təhlili şöbəsindən daxil olmuş təhlillərə əsasən müəyyən etmişdir ki, vergi ödəyicisi Şahid9 və X17 adlı vergi ödəyicilərinin vergi ödənişlərində kəskin azalma var. Buna görə də Baş İdarənin rəisi vəzifəsini icra edən şəxs kimi onun qərarı və Ədliyyə Nazirliyinin reyestrindən çıxarış əsasında həmin obyektlərə X21 tədbiri təyin edilmişdir. X21 tədbirləri nəticəsində hər iki sahibkarın obyektində ciddi nöqsanlar aşkar edilmiş və vergi qanunvericiliyinin tələblərinə əsasən onlar cərimə edilmişlər. Bundan sonra Şahid9 əri Şahid1 və X17 6 saylı Ərazi Vergilər Baş İdarəsinə gələrək həmin Baş İdarənin əməkdaşları barədə şikayət etmişlər. Belə ki, Şahid1 arvadı Şahid9 VÖEN-i əsasında fəaliyyət göstərən mağazasında 2020-ci ilin oktyabr və 2021-ci ilin avqust ayında Baş İdarənin əməkdaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən yoxlama aparıldığını, həmin əməkdaşların ondan 8.000 və 12.000 olmaqla cəmi 20.000 manat məbləğində pul aldıqlarını, ona yoxlama təyin olunmayacağına söz verdiklərini, lakin digər əməkdaşlar tərəfindən yoxlama aparılmaqla cərimə olunduğunu bildirmişdir. Bundan başqa Şahid1 pulun Zakir və Mircavad tərəfindən tələb edildiyi, pulları Zakirin yanında isə şəxsən Mircavada vermişdir. Həmin ərəfədə isə Tahirin nəvəsi ölmüş, onu hədələyərək, bu vəsaitləri almışlar. Eyni zamanda baxış zamanı iş qovluğu şəxsi vərəqində vergi ödənişinin olmadığı aşkar edilmişdir. Şahid1 təkidlə Təqsirləndirilən şəxs2la üzləşdirilməsini tələb etmişdir. Həmin vaxt Mircavad işdə olmamış, bülletendə olmuşdur. Şahid1 tərəfindən 6 saylı Ərazi Vergilər Baş İdarəsinin qəbul otağında qəbul edilmiş, qəbul video kamera zamanı qeydə alınmışdır. Rəsmi otaqda qəbul zamanı Təqsirləndirilən şəxs2 vətəndaş Şahid1la görüşmüş, görüş zamanı Şahid1 şikayətində göstərdiyi halları Təqsirləndirilən şəxs2 üzünə qarşı demiş, o özüdə Təqsirləndirilən şəxs2 sual vermiş, Təqsirləndirilən şəxs2 isə “veribsə demək verib” cavabını vermişdir. 2011-ci ildə Vergilər Nazirliyindən yerli strukturlara göndərilmiş məktubla korrupsiya hüquqpozmaları barədə daxil olmuş məlumatların dərhal mərkəzi aparata göndərilməli olması tələbinin irəli sürülməsi vətəndaşların şikayətlərini nəzərə almaqla onlara şikayətlərini təsdiq etdikləri halda ərizə ilə müraciət etməli olduqlarını izah etdikdən sonra Şahid1 könüllü Xidmətinin rəisinə müraciət etmişdir. Bu məsələni isə araşdırmağa səlahiyyətləri olmadığına görə Dövlət Vergi Xidmətinin Daxili Təhlükəsizlik Baş İdarəsinə göndərilmiş və bununla da 6 saylı Ərazi Vergilər Baş İdarəsinə aid hissədə olan prosedur başa çatdırılmış, prosesin sonrakı gedişatı barədə məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində bildirmişdir ki, Şahid1 onun bacısı Şahid9 əridir. Tarixi dəqiq xatırlamadığı vaxtda Tahir ona müraciət edərək 5.000 manat məbləğində pul istəmiş, o, isə həmin pulu Tahirə vermiş, 15-20 gün sonra isə Şahid1 ona olan borcunu qaytarmışdır. Bundan başqa isə hadisə ilə bağlı heç bir məlumatı yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Şahid1 tərəfindən yazılmış və Zərərçəkmiş şəxs rəisinə ünvanlanmış ərizədən və xx.xx.2022-ci il tarixli Zərərçəkmiş şəxs tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanmış materialların aidiyyəti üzrə göndərilməsi barədə məktubdan görünür ki, Şahid1 xx.xx.2022-ci il tarixli müraciətinə əsasən sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə X21 tədbirlərinin keçirilməməsi müqabilində 6 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları Mircavad Həşimov və Təqsirləndirilən şəxs2 ondan 20 000 manat qanunsuz pul tələb etdiklərini, həmin məbləğin 8000 manatını 2020-ci ilin oktyabr ayının əvvəllərində, 12 000 manatını isə 2021-ci ilin avqust ayının 15-də nağd şəkildə Təqsirləndirilən şəxs2 avtomobilində Təqsirləndirilən şəxs1 əlbəəl verdiyi bildirilmiş, həmin məbləğin onlardan geri alınaraq dövlət büdcəsinə ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. (cild 1, iş vərəqə 5- 6, 7-8) İş materiallarında olan Daxili təhlükəsizlik baş idarəsinin rəisi tərəfindən Zərərçəkmiş şəxs rəisinə ünvanlanmış araşdırma nəticəsi barədə xidməti məruzədən görünür ki, vergi orqanı əməkdaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən vergi orqanlarında xidmətinə xitam verilməsi üşün müvafiq rəsmiləşdirmə işlərinin aparılması barədə İnsan resursları baş idarəsinə, vergi orqanı əməkdaşlarının hərəkətlərinə hüquqi qiymət verilməsi üçün araşdırma, materiallarının Azərbaycan Respublikası CPM-nın 205-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi barədə Daxili təhlükəsizlik baş idarəsinə göstəriş verilməsi xahiş edilmişdir. (cild 1, iş vərəqə 21- 26) İş materiallarında olan Şahid1 6 saylı Ərazi Vergilər Baş İdarəsində qəbulda olan zaman çəkilmiş və Dövlət Vergi Xidmətindən daxil olmuş videogörüntülərə baxış keçirilməsi haqqında 05 mart 2022-ci il tarixli protokoldan görünür ki, “00106.MTS” adlı fayla daxil olduqda həmin faylda 33 dəqiqə 19 saniyəlik video çəkilişin olması aşkar edilmişdir. Qeyd olunan video çəkilişə baxdıqda müəyyən edilmişdir ki, həmin çəkiliş Şahid1 6 saylı Ərazi Vergilər Baş İdarəsinin rəis vəzifələrini icra edən Şahid10 qəbulunda olan zaman aparılmış video çəkilişdir. Qeyd olunan görüntüyə sona qədər baxdıqda müəyyən edilmişdir ki, Şahid1 Şahid10 qəbulunda olan zaman İdarənin əməkdaşları Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 2020-ci ilin oktyabr ayında işlətdiyi dükana gələrək vergi yoxlaması keçirmək adı ilə ondan 8.000 manat, 2021-ci ilin avqust ayında isə 12.000 manat aldıqlarını bildirir. Bir qədər söhbət etdikdən sonra Şahid1 Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 da qəbula dəvət olunmasını xahiş edir, lakin Təqsirləndirilən şəxs1 işdə olmadığından yalnız Təqsirləndirilən şəxs2 dəvət edilir. Təqsirləndirilən şəxs2 otağa daxil olduqda Şahid1 əvvəl dediklərini təkrarən Təqsirləndirilən şəxs2 üzünə qarşı deyir və onun dediklərinə qarşı Şahid10 tərəfindən Təqsirləndirilən şəxs2 fikri soruşulduqda sonuncu “nə deyim ki, bu kişi deyir ödəmişəm deməli ödəyib də” cavabını verir. Sonra isə Şahid1 verdiyi pulu tələb edir və bu mövzuda söhbət davam edir. Təqsirləndirilən şəxs2 başqa deməyə sözü olmadığı üçün otaqdan çıxır və sonra görüntü başa çatır. 2-ci sırada yerləşən “00107.MTS” adlı fayla daxil olduqda həmin faylda 59 saniyəlik video çəkilişin olması aşkar edilmişdir. Qeyd olunan video çəkilişdə də Şahid1 eyni məzmunlu söhbəti davam edir və qəbul yekunlaşır. (cild 1, iş vərəqə 27-29) İş materiallarında olan xx.xx.2021-ci il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərardan və Şahid9 ünvanlanmış tələbnamədən görünür ki, Şahid9 (VÖEN: **********) vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyənnaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya elektron alış aktları, elektron qaimə faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasına görə 9155,01 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Büdcəyə ödənilməli olan 9155,01 manat vəsait xx.xx.2022-ci il tarixə kimi Lənkəran YXOnun hesabına ödənilməlidir. (cild 1, iş vərəqə 36-37) İş materiallarında olan xx.xx.2021-ci il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərardan və Şahid9 ünvanlanmış tələbnamədən görünür ki, Şahid9 (VÖEN: **********) əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Büdcəyə ödənilməli olan 1000 manat vəsait xx.xx.2022-ci il tarixə kimi Lənkəran YXO-nun hesabına ödənilməlidir. (cild 1, iş vərəqə 38-39) İş materiallarında olan 17 yanvar 2022-ci il tarixli, ********* saylı qəbzdən görünür ki, həmin tarixdə Şahid9 Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin hesabına 3.000 manat ödəmişdir. (cild 1, iş vərəqə 42) İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. (cild 1, iş vərəqə 137-138) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsindən daxil olmuş 22 aprel 2022-ci il tarixli, 3492 saylı sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin xəstəxanada müalicədə olmayıblar. (cild 1, iş vərəqə 140) İş materiallarında olan Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsindən daxil olmuş 18 aprel 2022-ci il tarixli məlumatın təqdim edilməsi haqqında məktubdan görünür ki, vergi ödəyicisi Qədimov X3 şəhəri, M.M.Axund küçəsi, ev 52 ünvanında yerləşən təsərrüfat obyektini vergi orqanında xx.xx.2012-ci ildə qeydiyyata qoymuş və vergi ödəyicisinin ərizəsinə əsasən xx.xx.2013-cü ildə isə həmin təsərrüfat obyekti qeydiyyatdan çıxarılmışdır. Eyni zamanda, fiziki şəxs Şahid1 2019-2021-ci illər ərzində hər hansı X21 tədbiri keçirilməmişdir. ünvan 3 ünvanında yerləşən təsərrüfat obyekti faktiki olaraq Şahid1 istifadəsində olmasına baxmayaraq, xx.xx.2013-cü ildən xx.xx.2019-cu il tarixədək X1 (VÖEN: **********) adında, xx.xx.2019-cu il tarixdən cari tarixədək Şahid9 (VÖEN: **********) adında fəaliyyət göstərir. Fiziki şəxs X2 2019-2021-ci illər ərzində hər hansı X21 tədbiri keçirilməmişdir. 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********5991 nömrəli Qərarına əsasən vergi ödəyicisi Şahid9 (VÖEN: **********) “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması” vəziyyətinin pozulması halı aşkar olunaraq 1000,0 manat maliyyə sanksiyası, “Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxlər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi" vəziyyətinin pozulması halı aşkar olunaraq 4000,0 manat maliyyə sanksiyası və “X16 58.8-ci maddəsində göstərilən sənədlər arasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi” vəziyyətinin pozulması halı aşkar olunaraq 9155,0 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. (cild 1, iş vərəqə 141-142) İş materiallarında olan xx.xx.2021-ci il tarixli X21nin həyata keçirilməsi haqqında qərardan və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, Şahid9 (VÖEN: **********) məxsus olan obyektə malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi, nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022 tarixi daxil olmaqla) X21nin həyata keçirilməsi qərara alınmışdır. (cild 1, iş vərəqə 180- 182) İş materiallarında olan Lənkəran ŞİHB-nın Göyşaban kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Kazımov X13 rayonu, Ürgə kəndində yaşayır. Ailə üzvləri arvadı, iki oğlu və gəlinindən ibarətdir. Yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (cild 1, iş vərəqə 250-251) İş materiallarında olan Lerik RİHB-nın Vizəzəmin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Lerik rayonu, Haran kəndində qeydiyyatda olmaqla Lerik rayonu, Hamarmeşə kəndində yaşayır. Ailə üzvləri arvadı və 2014-cü il təvəllüdlü qızından ibarətdir. Yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (cild 1, iş vərəqə 252-253) İş materiallarında olan xx.xx.2022-ci il tarixli intizam tənbehi tədbirinin görülməsi barədə əmrdən görünür ki, Təqsirləndirilən şəxs2 vergi orqanlarında xidmətinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xitam verilmişdir. (cild 1, iş vərəqə 272-277) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Dövlət Vergi Xidməti tərəfindən aparılan araşdırmanın nəticəsi olaraq Təqsirləndirilən şəxs2 vəzifə funksiyalarının icrası qənaətbəxş olmadığı, vergi işçisinə yaraşmayan və peşə etikasına xələl gətirən hərəkətlərə yol verdiyi nəzərə alınaraq xx.xx.2022-ci il tarixli əmrlə işdən azad olunmuşdur. (cild 1, iş vərəqə 282-283) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Dövlət Vergi Xidməti tərəfindən aparılan araşdırmanın nəticəsi olaraq Təqsirləndirilən şəxs1 vəzifə funksiyalarının icrası qənaətbəxş olmadığı, vergi işçisinə yaraşmayan və peşə etikasına xələl gətirən hərəkətlərə yol verdiyi nəzərə alınaraq xx.xx.2022-ci il tarixli əmrlə işdən azad olunmuşdur. (cild 1, iş vərəqə 282-283) İş materiallarında olan xx.xx.2022-ci il tarixli intizam tənbehi tədbirinin görülməsi barədə əmrdən görünür ki, Təqsirləndirilən şəxs1 vergi orqanlarında xidmətinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xitam verilmişdir. (cild 1, iş vərəqə 286-287) İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında DVX-nin ƏVBİ-nin Əsasnaməsindən çıxarışdan, xx.xx.2019-cu il tarixli əmrdən, xx.xx.2019-cu il tarixli kadr yerdəyişməsi barədə əmrdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2019-cu il tarixli 845 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilməklə və müvafiq dövlət xidməti statusu almaqla “Zərərçəkmiş şəxs” adlandırılmış Azərbaycan Respublikasının Vergilər Nazirliyi üzrə 14 fevral 2019-cu il tarixli, **********458500 nömrəli əmrlə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Departamentinin X21 idarəsinin X21 tədbirləri şöbəsinin rəhbəri, struktur dəyişikliyi ilə əlaqədar 07 avqust 2019-cu il tarixli **********017000 nömrəli əmrlə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin X21 tədbirləri şöbəsinin rəisi və 23 oktyabr 2019-cu il tarixli müvafiq struktur dəyişikliyi ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin X21 idarəsinin X21 şöbəsinin rəisi vəzifəsində işləyərkən 22 oktyabr 2019-cu il tarixli, **********270700 nömrəli əmrlə təsdiq edilmiş Ərazi Vergilər Baş İdarələrinin fəaliyyətini tənzimləyən Əsasnaməyə əsasən, keçirilmiş X21 tədbirlərinin nəticəsindən asılı olaraq qanunamüvafiq tədbirlər görülməsini təmin etmək, vergi auditi sahəsi üzrə müvafiq struktur vahidindən daxil olmuş kənarlaşma aşkar edilən riskli vergi ödəyiciləri barədə məlumatların təkrar emal edilməsi və təkrar emal nəticəsində riskli olması təsdiqini tapan vergi ödəyiciləri barədə operativ nəzarət tədbirlərinin keçirilməsini təmin etmək, məlumat bazasında mövcud olan, həmçinin vergi orqanlarından, aidiyyəti dövlət orqanlarından və digər şəxslərdən daxil olmuş məlumatların təhlili nəticəsində müəyyən edilən vergidən yayınma ehtimalı olan riskli vergi ödəyicilərində vergi auditi sahəsi üzrə müvafiq struktur vahidi ilə razılaşdırılmaqla X21 tədbirlərinin keçirilməsini təmin etmək, X21 tədbiri keçirilərkən zəruri hallarda əlaqəli vergi ödəyicilərində bu tədbirlərin keçirilməsi barədə idarənin rəhbərliyinə təkliflər vermək, X21 zamanı vergi ödəyicisinin uçot məlumatlarından fərqli məlumatlar əldə olunarsa, bu halda Vergi Məcəlləsinin 34.7.2-ci maddəsinin tətbiqi məqsədləri üçün uçot strukturuna müvafiq məlumatın təqdim olunmasını təmin etmək, digər vergi orqanlarının səlahiyyətinə aid edilmiş vergi qanunvericiliyinin pozulması hallarının olması müəyyən edildiyi zaman həmin vergi orqanlarına məlumatın təqdim edilməsini təmin etmək, siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün iş üzrə toplanmış materialları hüquq strukturuna göndərmək, şöbə üzrə ciddi uçot blanklarının istifadə olunmasına nəzarət etmək, X21 tədbirlərinin nəticələri haqqında tərtib edilmiş aktın nüsxəsini, yoxlamanın nəticəsi üzrə müvafiq qərar və tələbnaməni, habelə inzibati xəta haqqında protokolu və qərarı vergi ödəyicisinə təqdim etmək (göndərmək), inzibati xəta haqqında protokol və qərar üzrə İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq tədbirlərin görülməsini təmin etmək və digər səlahiyyətlərə malik təşkilatisərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs olmuşdur. (cild 1, iş vərəqə 255- 268, 281) İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında DVX-nin ƏVBİ-nin Əsasnaməsindən çıxarışdan, xx.xx.2019-cu il tarixli əmrdən, xx.xx.2022-ci il tarixli kadr yerdəyişməsi barədə əmrdən çıxarışdan və xx.xx.2019-cu il tarixli əmrdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2019-cu il tarixli 845 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilməklə və müvafiq dövlət xidməti statusu almaqla “Zərərçəkmiş şəxs” adlandırılmış Azərbaycan Respublikasının Vergilər Nazirliyi üzrə 09 iyul 2019-cu il tarixli, **********889400 nömrəli əmrlə 6 saylı Ərazi Vergilər Departamentinin Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsinin böyük dövlət vergi müfəttişi və 23 oktyabr 2019-cu il tarixli müvafiq struktur dəyişikliyi ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləyərkən 22 oktyabr 2019-cu il tarixli, **********270700 nömrəli əmrlə təsdiq edilmiş Ərazi Vergilər Baş İdarələrinin fəaliyyətini tənzimləyən Əsasnaməyə əsasən, mikro və kiçik sahibkarlıq subyektlərinin uçot məlumatlarında dürüstləşdirilmənin aparılması, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində vergi uçotunun dürüstləşdirilməsi və şəffaflaşdırılması istiqamətində zəruri tədbirlər görmək, mikro və kiçik sahibkarlıq subyektlərinin uçot baza məlumatlarındakı fəaliyyət növü ilə faktiki fəaliyyət növləri arasındakı uyğunsuzluqları müəyyən etmək və qanunamüvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti struktura müraciət etmək, mikro və kiçik sahibkarlıq subyektləri tərəfindən vergi və sığorta haqları üzrə ödənişlərinin tam və vaxtında həyata keçirilməsinə nəzarət etmək, mikro və kiçik sahibkarlıq subyektləri üzrə müşahidələr zamanı nəzarətkassa aparatlarını, post-terminalları, ciddi hesabat blanklarını tətbiq etməyən vergi ödəyiciləri üzrə aşkar olunmuş nöqsanların aradan qaldırılması məqsədi ilə vergi nəzarəti tədbirləri barədə rəhbərliyə təkliflər vermək, təsərrüfat subyektinin real potensialını, o cümlədən işçi sayı və əmək haqqı məbləğini müəyyən etmək və aşkar olunmuş nöqsanlar barədə rəhbərliyə təkliflər vermək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs olmuşdur. (cild 1, iş vərəqə 255-269, 278) İş materiallarında olan xx.xx.2022-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Şahid2 Təqsirləndirilən şəxs2 ilə üzləşdirmə zamanı ifadəsində göstərdiklərini təsdiq edərək sonuncunun Təqsirləndirilən şəxs1la birgə 2020-ci ilin oktyabr və 2021-ci ilin avqust ayında Şahid1 məxsus mağazaya gələrək yoxlama apardıqlarını üzünə deyərək onu ifşa etmişdir. (cild 2, iş vərəqə 94-97) İş materiallarında olan xx.xx.2022-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Şahid8 Təqsirləndirilən şəxs2 ilə üzləşdirmə zamanı ifadəsində göstərdiklərini təsdiq edərək sonuncunun Təqsirləndirilən şəxs1la birgə 2020-ci ilin oktyabr və 2021-ci ilin avqust ayında Şahid1 məxsus mağazaya gələrək yoxlama apardıqlarını üzünə deyərək onu ifşa etmişdir. (cild 1, iş vərəqə 98-101) İş materiallarında olan xx.xx.2022-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Şahid2 Təqsirləndirilən şəxs1 ilə üzləşdirmə zamanı ifadəsində göstərdiklərini təsdiq edərək sonuncunun Təqsirləndirilən şəxs2la birgə 2020-ci ilin oktyabr və 2021-ci ilin avqust ayında Şahid1 məxsus mağazaya gələrək yoxlama apardıqlarını üzünə deyərək onu ifşa etmişdir. (cild 2, iş vərəqə 102-106) İş materiallarında olan xx.xx.2022-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs1 ilə üzləşdirmə zamanı ifadəsində göstərdiklərini təsdiq edərək sonuncunun ondan Təqsirləndirilən şəxs2la birgə 2020-ci ilin oktyabr və 2021-ci ilin avqust ayında cəmi 20.000 manat məbləğində rüşvət aldığını üzünə deyərək onu ifşa etmişdir. (cild 2, iş vərəqə 107-113) İş materiallarında olan xx.xx.2022-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Qədimov X9 Zakir Mahmud oğlu ilə üzləşdirmə zamanı ifadəsində göstərdiklərini təsdiq edərək sonuncunun ondan Təqsirləndirilən şəxs1la birgə 2020-ci ilin oktyabr və 2021-ci ilin avqust ayında cəmi 20.000 manat məbləğində rüşvət aldığını üzünə deyərək onu ifşa etmişdir. (cild 2, iş vərəqə 114-121) İş materiallarında olan xx.xx.2022-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Şahid8 Təqsirləndirilən şəxs1 ilə üzləşdirmə zamanı ifadəsində göstərdiklərini təsdiq edərək sonuncunun 2020-ci ilin oktyabr və 2021-ci ilin avqust ayında Təqsirləndirilən şəxs2la birgə Şahid1 məxsus mağazaya gələrək yoxlama apardıqlarını üzünə deyərək onu ifşa etmişdir. (cild 2, iş vərəqə 122-125) İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş CD-də olan telefon danışıqlarına baxış keçirilməsi haqqında 24 may 2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 istifadəsində olan ********** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** saylı mobil nömrə arasında 31 avqust 2021-ci il tarixdə 1 telefon danışığı olmuşdur. Bundan başqa Şahid1 istifadəsində olan ********** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** saylı mobil nömrə arasında 09 oktyabr 2020-ci il tarixdə 7 dəfə telefon danışığı olmuşdur. Bununla yanaşı müəyyən olunmuşdur ki, Şahid1 istifadəsində olan ********** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ********** saylı mobil nömrə arasında 2020-ci ilin avqust ayında 3, sentyabr ayında 1, noyabr ayında 1, dekabr ayında 2, 2021-ci ilin yanvar ayında 2, fevral ayında 5, mart ayında 2, aprel ayında 2, may ayında 3, iyun ayında 2, sentyabr ayında 11, oktyabr ayında 1, noyabr ayında 1 telefon danışığı olmuşdur. Qeyd olunan nömrələrin istifadəçiləri arasında 13 oktyabr 2020-ci il tarixdə 3, 22 oktyabr 2020-ci il tarixdə 2, 27 oktyabr 2020-ci il tarixdə 1, 11 avqust 2021-ci il tarixdə 1, 13 avqust 2021-ci il tarixdə 1, 23 avqust 2021-ci il tarixdə 1, 27 avqust 2021-ci il tarixdə 1, 24 dekabr 2021-ci il tarixdə 2, 25 dekabr 2021-ci il tarixdə 1, 02 yanvar 2022-ci il tarixdə 1, 05 yanvar 2022-ci il tarixdə 1, 07 yanvar 2022-ci il tarixdə 2, 09 yanvar 2022-ci il tarixdə 2, 11 yanvar 2022-ci il tarixdə 1 telefon danışığı olmuşdur. Bundan başqa müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ********** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** saylı mobil telefon nömrəsi arasında 2020-ci ilin avqust ayında 92 dəfə, sentyabr ayında 68 dəfə, oktyabr ayında 89 dəfə, noyabr ayında 52 dəfə, 2021-ci ilin yanvar ayında 42 dəfə, fevral ayında 53 dəfə, mart ayında 35 dəfə, aprel ayında 20 dəfə, may ayında 10 dəfə, iyun ayında 33 dəfə, iyul ayında 31 dəfə, avqust ayında 48 dəfə, sentyabr ayında 32 dəfə, dekabr ayında 2 dəfə, Təqsirləndirilən şəxs1 istifadəsindəki ********** saylı mobil nömrə ilə isə 2021-ci ilin dekabr ayında 3 telefon danışığı olmuşdur. (cild 2, iş vərəqə 135-136) İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 02 ay 02 gün müddətinə, Təqsirləndirilən şəxs1 barəsində isə 01 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 26 may 2022-ci il tarixdən hesablanmışdır. (cild 2, iş vərəqə 214-224) İş materiallarında olan xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 3, iş vərəqə 22-23) İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsindən daxil olmuş 07 iyun 2022-ci il tarixli məktubda göstərilmişdir ki, 2020-2021-ci illər ərzində 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 1108 sayda X21 tədbirləri həyata keçirilmişdir. 2020-2021-ci illər ərzində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ümumilikdə 158 vergi nəzarəti tədbirində iştirak ediblər ki, bunların 6-sı adı çəkilən hər iki şəxsin iştirakı ilə baş tutmuşdur. (cild 3, iş vərəqə 38-53) İş materiallarında olan 09 iyun 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şahid1 barəsində cinayət təqibinin başlanması CPM-nin 39.1.11-ci maddəsinə əsasən rədd edilmiş, Şahid1 barəsində 2008-2009-cu illərdə Təqsirləndirilən şəxs2 rüşvət təklif edilməsi epizodu üzrə cinayət təqibinin başlanması CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, iş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxil olmuş və üzərində “Tahir” yazılmış 01 ədəd disk, "xxxx" MMC-dən daxil olmuş və özündə rabitə kanallarından ələ keçirilmiş məlumatları əks etdirən 01 ədəd disk, Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsindən daxil olmuş və özündə Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 2020 və 2021-ci illərdə keçirdikləri X21 tədbirlərinin siyahısını əks etdirən 01 ədəd disk maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 3, iş vərəqə 54-103) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X11 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə onlara qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Belə ki, məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəkləri hərəkətsizlik, eləcə də xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində özü və qabaqcadan əlbir olduğu şəxs üçün birbaşa yolla şəxsən vahid niyyətlə külli miqdarda maddi neməti rüşvət qismində istəməklə almış, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişlər. Məhkəmə bu hissədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrini, yəni 2020-2021-ci illərdə Şahid1 məxsus mağazada yoxlama aparmamaları və sonuncudan heç bir məbləğdə pul almamalarını inandırıcı saymayaraq belə hesab edir ki, onlar qeyd edilən məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cazadan yaxa qurtarmaq məqsədi güdmüşlər. Məhkəmə həmin ifadələri yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə əsl həqiqəti gizlətməklə cinayət məsuliyyətindən yayınmaq istəmələri məqsədilə verilmiş özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirir, onların bu ifadələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir. Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatlar mobil rabitə operatorlardan ələ keçirilmiş məlumatlarla, Şahid1 6 saylı Ərazi Vergilər Baş İdarəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la bağlı əlyazma qaydasında icra etdiyi şikayəti və həmin şikayəti ilə əlaqədar Baş İdarənin rəisi vəzifəsini icra edən Şahid10 qəbulunda olan zaman qeydə alınmış və məzmunu işin faktiki hallarına uyğun olan video görüntülərlə, habelə məhkəmədə iş üzrə dindirilmiş şəxslər-Şahid1, Şahid2, Şahid4, Şahid7, Şahid8, Şahid9, Şahid5, Şahid6, Şahid3 və Şahid10 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdikləri ifadələri, Şahid1, Şahid8 və Şahid2 Təqsirləndirilən şəxs2 ilə üzləşdirmə zamanı verdikləri ifadələri, habelə Şahid1 şikayəti ilə əlaqədar Baş İdarənin rəisi vəzifəsini icra edən Şahid10 qəbulunda olan zaman qeydə alınmış video görüntüdə Təqsirləndirilən şəxs2 söylədiyi səsli nitqi ilə (həmin vaxt Şahid1 Şahid10 qəbulunda olan zaman İdarənin əməkdaşları Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 2020-ci ilin oktyabr ayında işlətdiyi dükana gələrək vergi yoxlaması keçirmək adı ilə ondan 8.000 manat, 2021-ci ilin avqust ayında isə 12.000 manat aldıqlarını bildirir, bundan sonra Təqsirləndirilən şəxs2 da qəbula dəvət edilir, Təqsirləndirilən şəxs2 otağa daxil olduqda Şahid1 əvvəl dediklərini təkrarən Təqsirləndirilən şəxs2 üzünə qarşı deyir və onun dediklərinə qarşı Şahid10 tərəfindən Təqsirləndirilən şəxs2 fikri soruşulduqda sonuncu Şahid1 dediklərini inkar etməyərək, “nə deyim ki, bu kişi deyir ödəmişəm deməli ödəyib də” cavabını verir) həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla tam təkzib edilir. Qeyd edilən halları nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini həqiqətən də törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 əməllərində ona ayrı-ayrılıqda irəli sürülmüş hər bir ittiham öz təsdiqini tapmışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatlar mobil rabitə operatorlardan ələ keçirilmiş məlumatlarla, Şahid1 6 saylı Ərazi Vergilər Baş İdarəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la bağlı əlyazma qaydasında icra etdiyi şikayəti və həmin şikayəti ilə əlaqədar Baş İdarənin rəisi vəzifəsini icra edən Şahid10 qəbulunda olan zaman qeydə alınmış və məzmunu işin faktiki hallarına uyğun olan video görüntülərlə, məhkəmədə iş üzrə dindirilmiş şəxslər- Şahid2, Şahid5 və Şahid10 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdikləri ifadələri, Şahid1, Şahid4, Şahid7, Şahid8 və Şahid9 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdikləri ifadələri, Şahid1, Şahid8 və Şahid2 Təqsirləndirilən şəxs1 ilə üzləşdirmə zamanı verdikləri ifadələri, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla tam təkzib edilir. Eyni zamanda məhkəmə şahidlər Şahid1, Şahid4, Şahid7, Şahid8 və Şahid9 məhkəmədə verdikləri ifadələrində göstərilən xüsusatları; yəni Şahid1 ifadəsində hər iki yoxlamada Mircavadın mağazaya gəlməməsi, ondan pulu həm səkkiz min manatı, həm də on iki min manatı Zakirin alması, hər iki halda isə Mircavadın orada olmaması, Zakirin mağazaya bir cavan oğlanla gəlməsini, onun isə adını bilməməsi, Zakir tərəfindən mağazada keçirilən hər iki yoxlama zamanı isə Mircavadın orada iştirak etməməsi, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1la bağlı verdiyi ifadələrində yazılanların doğru olmaması, həmin ifadələrini bu yoxlamalarda Mircavadın da əlinin olması, Mircavadın onunla prinsip aparmasını düşündüyündən ondan da şikayət etməsi səbəbindən verməsi, ibtidai istintaq zamanı verdiyi ifadələrində Mircavadla bağlı hissələrini təsdiq etməməsinə dair göstərdiyi hallar, Şahid4 ifadəsində Zakirin qardaşı Tahirə məxsus mağazanı yoxlayıb ondan pul alması ilə bağlı söhbətlərdə Mircavadın adını eşitməməsi, yalnız Zakirin adını eşitməsini, özünün ibtidai istintaq zamanı da Mircavad haqqında danışmaması, Mircavadı Zakirin yanında görməməsi, yoxlama keçirilən zaman Zakirin tək olması, ibtidai istintaq zamanı verdiyi ifadələrini Mircavada münasibətdə təsdiq etməməsi, ifadəsində Mircavada aid hissədə yazılanları oxumadığını, müstəntiqin ifadəsini ona oxumadığını, ifadə verərkən Mircavadın adını çəkmədiyini, dəfələrlə bu işlə bağlı Zakiri gördüyünü, qardaşının da Mircavad haqqında heçnə demədiyini, Mircavadı ümumiyyətlə görmədiyinə dair göstərdiyi hallar, Şahid7 ifadəsində yoxlamalar zamanı, Mircavadın ora gəlməsini dəqiq xatırlaya bilməməsi, yadında yalnız Zakirin qalması, ibtidai istintaq zamanı verdiyi ifadələrində yazılanların doğru olmaması, həmin ifadələrin müstəntiqin yazması, özünün isə ifadələrini yalnız imzası ilə təsdiq etməsinə dair göstərdiyi hallar, Şahid8 ifadəsində 2020 və 2021-ci illərdə isə Təqsirləndirilən şəxs2 mağazaya gəlib, malları sayması zamanı Mircavadın da bəlkə də mağazaya gəlməsi, lakin onu xatırlamaması, yalnız Təqsirləndirilən şəxs2 dəqiq xatırlaması, ibtidai istintaq zamanı verdiyi ifadələrində yazılanların doğru olmaması, həmin ifadələrin müstəntiqin yazması, özünün isə ifadələrini yalnız imzası ilə təsdiq etməsinə dair göstərdiyi hallar, Şahid9 ifadəsində Zakirlə birlikdə mağazaya kiminsə gəldiyini görməməsi, Mircavadı isə tanımaması, Mircavadı mağazada görməməsi, ibtidai istintaq zamanı verdiyi ifadələrində yazılanların doğru olmaması, həmin ifadələrin müstəntiqin yazması, özünün isə ifadələrini yalnız imzası ilə təsdiq etməsi, lakin orada yazılanları oxumaması, həmin vaxt eynəyinin olmamasına dair göstərdiyi hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Şahid1, Şahid4, Şahid7, Şahid8 və Şahid9 ibtidai istintaq zamanı verdikləri ifadələri ilə (həmin ifadələrində hər biri birmənalı olaraq Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə Şahid1 məxsus mağazaya 2020-ci ilin oktyabr ayında və 2021-ci ilin avqust ayında gəlib, oradakı malları saymalarını göstərmişlər), habelə Şahid1 izahat və ifadələri ilə məzmunu tam təsdiq olunan Şahid1 Zərərçəkmiş şəxs rəisinə ünvanlanmış ərizəsi (sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə X21 tədbirlərinin keçirilməməsi müqabilində 6 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ondan 20 000 manat qanunsuz pul tələb etdiklərini, həmin məbləğin 8000 manatını 2020-ci ilin oktyabr ayının əvvəllərində, 12 000 manatını isə 2021-ci ilin avqust ayında nağd şəkildə Təqsirləndirilən şəxs2 avtomobilində Təqsirləndirilən şəxs1 əlbəəl verdiyinə dair şikayəti), həmçinin həmin şikayət ərizəsi ilə əlaqədar Baş İdarənin rəisi vəzifəsini icra edən Şahid10 qəbulunda olan zaman qeydə alınmış və məzmunu işin faktiki hallarına uyğun olan video görüntülərlə (həmin videogörüntülərdə Şahid1 Şahid10 qəbulunda olan zaman İdarənin əməkdaşları Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 2020-ci ilin oktyabr ayında işlətdiyi dükana gələrək vergi yoxlaması keçirmək adı ilə ondan 8.000 manat, 2021-ci ilin avqust ayında isə 12.000 manat aldıqlarını bildirir, bundan sonra təkidlə Mircavadın oraya dəvət edilməsini tələb edir, Təqsirləndirilən şəxs2 da qəbula dəvət edildikdən sonra, birmənalı olaraq pulları onun yanında Mircavada verdiyini, hətta “Mircavad gəlsin gözlərindən çıxaracam” kimi ifadələrlə əvvəl dediklərini təkrarən Təqsirləndirilən şəxs2 üzünə qarşı deyir), habelə Şahid1, Şahid8 və Şahid2 ilə Təqsirləndirilən şəxs1 -vəkil Feyzulla Qasımovun iştirakı ilə aparılmış üzləşdirmə zamanı (həm də Təqsirləndirilən şəxs1 və nümayəndəsinin suallarına cavab olaraq) Şahid8 və Şahid2 qəti olaraq 2020 və 2021-ci illərdə karantin dövründə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Şahid1 məxsus mağazaya gəlib, yoxlama aparmaqla oradakı malları saymalarını birbaşa Təqsirləndirilən şəxs1 üzünə deməklə ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etmələri ilə, habelə Şahid1 qəti olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona məxsus mağazaya gələrək yoxlama aparmaqla mağazadakı malları saydıqlarını, ondan 20 000 manat qanunsuz pul tələb etdiklərini, həmin məbləğin 8000 manatını 2020-ci ilin oktyabr ayının əvvəllərində, 12 000 manatını isə 2021-ci ilin avqust ayında nağd şəkildə Təqsirləndirilən şəxs2 avtomobilində Təqsirləndirilən şəxs1 əlbəəl verdiyini birbaşa Təqsirləndirilən şəxs1 üzünə deməklə ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etmələri ilə tam təkzib olunduğundan məhkəmə Şahid1, Şahid4, Şahid7, Şahid8 və Şahid9 məhkəmə iclasında verdikləri ifadələrini yuxarıda göstərilən hissəsində sübut kimi qəbul etmir və onların bu ifadələrini Təqsirləndirilən şəxs1 müdafiəsi məqsədi daşımaqla törədilmiş cinayət hadisəsinə öz mülahizələri baxımından yanlış təqdim etmələri kimi qiymətləndirir. Həmçinin Təqsirləndirilən şəxs1 məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərdiyi xüsusatlar, yəni Şahid1 ona şər və böhtan atmaqla şikayət etməsi, 2020-2021-ci illərdə sonuncuya məxsus mağazada yoxlama aparmaması və ondan heç bir məbləğdə pul almamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla tam təkzib olunduğundan, məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadələri özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Qeyd edilən halları nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini həqiqətən də törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 əməllərində ona ayrı-ayrılıqda irəli sürülmüş hər bir ittiham öz təsdiqini tapmışdır. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri - məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün isə əsas yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri müəyyən edilmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş, həmçinin bu cinayətlərin törədilməsində onların hər biri onlara irəli sürülmüş ittiham üzrə təqsirlidirlər. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri CM-in 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdırlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Göstərilən maddənin (CM-nin 41.2-ci maddəsi) məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. İş üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olması, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61.1.3-cü maddəsinə əsasən CM-nin 308.2-ci maddəsinə münasibətdə cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs qismində törətmələri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzalarını ağırlaşdıran haldır. Məhkəmə işin bütün hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri CM-in 308.2-ci maddəsinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü əlavə cəza kimi nəzərdə tutulmuşdur. İttiham olunduqları əməllər qulluq mövqeyindən istifadə etmək ilə əlaqədar olduğundan təqsirləndirilən şəxslərə müəyyən müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilmə cəza növü əlavə cəza kimi təyin edilməlidir. Həmçinin məhkəmə işin bütün hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə onların təqsirli bilindikləri CM-nin 311.3.1 və 311.3.3-cü maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə yanaşı, onların hər birinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən əlavə cəza kimi dövlət orqanlarında və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın (Təqsirləndirilən şəxs1 münasibətdə) və cəzanı ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası CM-nin 308.2, 311.3.1 və 311.3.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 311.3.1 və 311.3.3-cü maddələrinin sanksiyasında səkkiz ildən on iki ilədək, 308.2-ci maddənin sanksiyasında üç ildən yeddi ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə bu cinayətlər ağır, az ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır, yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 26 may 2022-ci il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxil olmuş və üzərində “Tahir” yazılmış 01 ədəd disk, "xxxx" MMC-dən daxil olmuş və özündə rabitə kanallarından ələ keçirilmiş məlumatları əks etdirən 01 ədəd disk, Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsindən daxil olmuş və özündə Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 2020 və 2021-ci illərdə keçirdikləri X21 tədbirlərinin siyahısını əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 308.2, 311.3.1 və 311.3.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 311.3.1 və 311.3.3-cü maddələri ilə CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş əsas cəza əsas cəza ilə, əlavə cəza isə əlavə cəza ilə qismən toplanılsın, Azərbaycan Respublikası CM-nin 66.4-cü maddəsinə əsasən əlavə cəza əsas cəzaya birləşdirilməklə Təqsirləndirilən şəxs2 qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 26 may 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 308.2, 311.3.1 və 311.3.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 311.3.1 və 311.3.3-cü maddələri ilə CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş əsas cəza əsas cəza ilə, əlavə cəza isə əlavə cəza ilə qismən toplanılsın, Azərbaycan Respublikası CM-nin 66.4-cü maddəsinə əsasən əlavə cəza əsas cəzaya birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 26 may 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxil olmuş və üzərində “Tahir” yazılmış 01 ədəd disk, "xxxx" MMC-dən daxil olmuş və özündə rabitə kanallarından ələ keçirilmiş məlumatları əks etdirən 01 ədəd disk, Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsindən daxil olmuş və özündə Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 2020 və 2021-ci illərdə keçirdikləri X21 tədbirlərinin siyahısını əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hökmün surətini aldıqları vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-16/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-16/2023
28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver