Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-16/2024 02.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim – X18 oğlunun sədrliyi ilə, hakimlər – Hüseynov Nahid Nəsir oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məsləhətçi – Rəhimov Emil Vəliağa oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxsin hüquqi varisi X4 iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, “Mandarin” restoranında kassir vəzifəsində işləmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs kassir işlədiyi Lənkəran rayonunun Velədi kəndində yerləşən “Mandarin” restoranında süfrəçi (ofisiant) işləyən X6 17 noyabr 2022-ci il tarixdə, saat 18:30 radələrində restoran rəhbərliyi tərəfindən ona həvalə edilmiş səlahiyyətlərinə uyğun olaraq restoranda müəyyən edilmiş geyim və müştərilərə xidmət qaydalarında nöqsanlara yol verməsi və həmin qaydalara riayət edilməsinin zəruriliyi ilə əlaqədar yaxasından tutub dartaraq kəskin formada irad bildirdikdən sonra aralarında yaranmış mübahisə və münaqişə zamanı Tosif Nəsirova söyüş söyməsinə görə işdən çıxdıqdan sonra “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə sonuncunun yazdığı mesajı görüb mobil telefon vasitəsilə əlaqə saxlayıb söyüş söyməsinə aydınlıq gətirməsi üçün Tosif Nəsirovun onunla görüşməsi barədə təklifi ilə razılaşıb görüşəcəkləri yeri dəqiqləşdirmək məqsədilə bir neçə dəfə də mobil telefon əlaqəsi saxlayıb həmin gün saat 23:50 radələrində Lənkəran şəhəri, Füzuli küçəsində “Dördyol” adlanan ərazidə yerləşən qəbiristanlıqda, daha sonra həmin yerin yaxınlığındakı “Elit playstation klub”un qarşısında tanışı Şahid1 və qeyriləri ilə birlikdə gəlmiş Tosif Nəsirov ilə görüşərək yenidən təxminən 10-15 dəqiqə mübahisə və münaqişə edərək Tosif Nəsirovun ona yumruq və təpik zərbələri vurmasından sonra əlbəyaxa olarkən aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı 18 noyabr 2022-ci il tarixdə, saat 00:05 radələrində əvvəlcədən yaşadığı evdən götürüb üzərində gəzdirdiyi bir tərəfi kəsici, ucu deşici xassəyə malik uzunluğu 200 mm, tiyəsinin uzunluğu 90 mm, eni 17 mm və qalınlığı 2 mm olan təsərrüfatməişət təyinatlı, soyuq silah hesab edilməyən turist bıçağın kəsici-deşici hissəsi ilə Tosif Nəsirovun döş qəfəsinin sol hissəsinə qisas almaq niyyəti ilə qəsdən 1 dəfə zərbə vuraraq onun sol plevra, sol ağciyər və ürəyin zədələnməsi, eləcə güclü daxili və xarici qanaxma ilə müşayiət olunan 1,8x0,6 sm ölçüdə 1 ədəd kəsilmiş-deşilmiş yara olmaqla dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran kəskin qanitirməyə səbəb olmaqla ölümlə nəticələnən xəsarət yetirməklə Tosif Nəsirovu qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun zərər çəkmiş şəxs Tosif Nəsirovla münasibəti yaxşı olmuş, onunla əvvəllər mübahisəsi olmamışdır. Hadisədən 3-4 gün əvvəl Tosifin özünü müştərilərin yanında yaxşı aparmadığını görmüşdür. İşlədikləri yer ailə restoranı olduğundan onu başa salmış və sonuncu onu başa düşmüşdür. Hadisə günü restoranda müştərilər olmuşdur. Tosifin sinəsinin açıq olduğunu görüb bu barədə ona təkrar irad bildirmişdir. Tosif isə ona aqresiv cavab vermiş və birlikdə restoranın həyətinə düşmüşlər. Həyətdə onu ətraflı başa salıb işini davam etdirmək üçün yenidən yuxarı göndərmişdir. Bir müddət sonra özü yuxarı qalxdıqda Tosifin fikirli halda olduğunu və yemək yemədiyini görmüş, ürəyində dolandığı üçün onu yenidən yanına çağırıb onunla söhbət edərək başa salmışdır. Bundan sonra Tosif yemək yeyərək çay içmişdir. İş vaxtı qurtardıqdan sonra birlikdə maşınla zarafatlaşa-zarafatlaşa evə gəlmişlər. Yolda evlərinin yaxınlığında maşından düşüb evə getmişdir. Bir az keçəndən sonra Tosif ona mesaj yazaraq onunla görüşmək istədiyini bildirmişdir. Tosifə zəng etmiş, nə məsələ olduğunu soruşmuşdur. Tosif təkidlə onunla görüşmək istədiyini demiş və şəhərə gəlməyini bildirmişdir. Ona gecə olduğu üçün məhəllədə taksi olmadığını, məhəllələrinə yaxın ərazidə olan «kürə» adlanan ərazidə yerləşən çayxanaya gəlməsini, onunla orada görüşə biləcəyimi demişdir. Bir müddət sonra Tosif ona zəng edərək həmin yerin yaxınlığında olan qəbirstanlığa gəlməyini demişdir. O evdən çıxıb ayaqqabılarımı geyinəndə gözünə bıçaq sataşmış və həmin bıçağı piyada gedəcəyinə görə yolda itləri qorxutmaq və özünü müdafiə etmək üçün lazım olar deyə özü ilə götürmüşdür. Sonra Tosifin dediyi yerə gəlib onunla görüşmüşdür. Orada Tosifdən başqa bir neçə nəfərin də olduğunu görmüşdür. Tosifə həmin şəxsləri nə üçün çağırdığını demiş, həmin vaxt Tosif onun yaxasından yapışıb ona başı ilə zərbə vurmuşdur, bu zaman arxadan da başına zərbə dəymişdir. Zərbənin təsirindən başından qan axmağa başlamış, bundan sonra onu vurmağa başlamışlar. O yerə yıxılmışdır. Yerdən qalxmış, lakin həmin şəxslər onu vurmağa davam etdikləri üçün yenidən yıxılmışdır. İkinci dəfə yerdən qalxanda cibindəki bıçaq yadına düşmüş, bıçağı çıxarıb özünü qorumaq üçün sağa, sola hərəkət etdirmişdir. Birdən bıçağın kiməsə dəydiyini hiss etmişdir. Bıçaqla kimisə vurmaq fikri olmamışdır. Sonra onlardan ayrılıb başından qan gəldiyi üçün yıxıla yıxıla evə gəlmiş, evdə başına yod vurub könüllü təslim olmaq üçün polisə getmişdir. Polis şöbəsinin qarşısında bir polis əməkdaşına yaxınlaşıb hadisəni ona danışmış və onunla birlikdə polis şöbəsinə daxil olub özünü könüllü təqdim etmişdir, əməlindən peşmandır. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq həmin ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə araşdırılmış mötəbər sübutları, təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsini, zərər çəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində göstərmişdir ki, 18 yanvar 2022-ci il tarixdə, saat 01 radələrində yatdığı zaman ona oğlu ilə bir evdə qalan Nurinin atası Cavanşir mobil telefon nömrəsindən qısa zəng atmış, onun mobil nömrəsini yığıb danışdıqda Cavanşir oğlu Nurinin başının ağrıdığını və onu Lənkəran rayon Mərkəzi Xəstəxanasına apardıqlarını deyərək birlikdə ora getmələrini xahiş etmişdir. O, Cavanşirə oğlunu xəstəxanaya aparıblarsa ora ertəsi gün səhər getmələrini demişdir. Sonra Cavanşir ona yenidən zəng etmişdir. Bundan sonra oğlu Tosifin mobil telefonuna zəng etdikdə onun telefonunu prokurorluq əməkdaşı götürərək oğlu Tosifin Lənkəran rayon Mərkəzi Xəstəxanasında olduğunu, təcili gəlməsini bildirmişdir. Dərhal Lənkəran şəhərinə yola düşmüş, Lənkəran rayon mərkəzi Xəstəxanasının həyətinə daxil olanda ona zəng gəlmiş, zəng edən şəxs özünü prokurorluq əməkdaşı kimi təqdim edərək oğlu Tosifin öldüyünü bildirmişdir, daha sonra baş verənlər isə yadında deyil. Təqsirləndirilən şəxs və onun ailəsi ilə heç bir əlaqələri olmamışdır. Oğlu Tosiflə eyni evdə qalan tələbə yoldaşı Nuri ona oğlu Tosifin hadisə olan gün evə gəldiyini, sonra hara getdiyini demədən evdən çıxıb getdiyini demiş, Nuri ona Tosifin telefonda kiminləsə mübahisə etməsini eşitdiyini deməmişdir. O, Təqsirləndirilən şəxs qarşı şikayətçidir, hesab edir ki, təqsirləndirilən şəxs hadisədən sonra özünü polisə könüllü təqdim etməmişdir və onun ağır cəza ilə cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyun ayından Lənkəran rayonunun Velədi kəndi ərazisində yerləşən “Mandarin” restoranında administrator vəzifəsində işləmiş, restoranın və orada işləyən işçilərin fəaliyyətinə ümumi nəzarəti həyata keçirmişdir. Təqsirləndirilən şəxs restoranda kassir kimi işləmiş, orada uzun müddət işlədiyindən ofisiantlara nəzarət etmək tərəfindən ona tapşırılmışdır. Lənkəran Dövlət Universitetinin tələbəsi X11 isə təxminən iki gün orada ofisiant kimi işləmişdir. 17 noyabr 2022-ci ildə həm Təqsirləndirilən şəxs, həm də Tosif Nəsirov işdə olmuş, iş saatı bitdikdən sonra işdən çıxmışlar. 18 noyabr 2022-ci ildə, saat 01 radələrində Lənkəran şəhər-rayon polis şöbəsinin adını bilmədiyi əməkdaşı ona zəng edərək işçisi Təqsirləndirilən şəxs digər işçisi Tosif Nəsirovu bıçaqla vuraraq öldürdüyü barədə məlumat vermişdir. Tosif Nəsirovun iş vaxtı geyim qaydalarına riayət etməməsi, bu barədə Təqsirləndirilən şəxs ona 17 noyabr 2022-ci ildə irad bildirməsi, restoranın birinci mərtəbəsinə düşərək mübahisə etmələri barədə həmin gün onun məlumatı olmamış, bu barədə Seymur və Tosif ona hər hansı bir söz deməmişlər. Lakin hadisədən sonra restoranda olan kamera görüntülərinə baxan zaman 17 noyabr 2022-ci ildə, saat 18:30 radələrində restoranın birinci mərtəbəsində onların mübahisə etdiklərinin, daha sonra restoranın üçüncü mərtəbəsində çay içərək söhbət etdiklərinin şahidi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Lənkəran rayonunun Velədi kəndi ərazisində yerləşən “Mandarin” restoranı fəaliyyətə başladığı vaxtdan orada aşbaz işləyir. Təqsirləndirilən şəxs “Mandarin” restoranında təxminən 7 il müddətində işləmiş, onunla pis münasibəti olmamışdır. Zərər çəkmiş şəxs Tosif Nəsirov orada bir neçə gün işləmiş, onu həmin müddətdə tanımışdır. Onunla pis münasibəti olmamışdır. O Seymuru əsasən gəlib onların yanında yemək yeyərkən görmüş, Tosif isə ofisiant olmuşdur. O 17 noyabr 2022-ci il tarixdə axşam saatlarında mətbəxdə Təqsirləndirilən şəxs Tosif Nəsirova «köynəyinin yuxarı düyməsini bağla, ayıbdır» sözlərini mədəni formada deməsini eşitmişdir. Seymur Tosifə yaxasını bağlamağı deyəndə o, üzünü turşutmuş, heç nə deməmişdir. Bundan sonra onun heç nədən xəbəri olmamış, onların arasında bundan başqa hər hansı ciddi mübahisə olmasının şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 17 noyabr 2022-ci il tarixdə, saat 23:30 radələrində Kənan ona zəng edərək Lənkəran şəhərində yerləşən «Dörd yol» adlanan əraziyə çağırmış, həmin yerə gedərək orada Kənanla Tosifi görmüşdür. Tosif iş yoldaşı Seymurla köynəyinin yaxası açıq olduğu üçün mübahisəsi düşdüyünü, Seymurun onun anasının ünvanına söyüş söydüyünü bildirmişdir. Tosif, həmçinin Seymurla danışdığını və onun da gələcəyini bildirmişdir. O orada təxminən 5-10 nəfər olduğunu görmüş, lakin həmin şəxsləri tanımamışdır. Orada olan «Elit» playstation klubunun qarşısında skamyada oturmuş, bir neçə dəqiqədən sonra qəbirstanlığın giriş qapısından səs-küy gəldiyinin şahidi olmuşdur. Dərhal həmin tərəfə getmiş, həmin vaxt Tosiflə Seymurun dalaşdığını görmüşdür. Onları ayırmağa cəhd etmiş və bu zaman Seymurun əlində bıçaq olduğunu görmüşdür. Sonra Seymur əlində olan bıçağı kənara atmış, Tosif Seymurun onu vurduğunu bildirmişdir. O, Tosifin bədənindən qan gəldiyini görmüşdür. O Seymurun əlində bıçaq olduğunu görsə də onun Tosifi bıçaqla vurması anını görməmişdir. Hadisə vaxtı Seymuru Tosifdən başqa kimsənin vurduğunu görməmişdir. Seymur Tosifdən zəif olduğu üçün Tosif onu vurmuş və «mənim anam əllərimdə ölüb, anamı niyə söydün» demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, oğlu Seymurun belə bir iş görəcəyini ağlına belə gətirməzdi. Tək oğlu olan Seymur 6-cı sinifdə oxuyandan işləyərək ailəyə kömək etmiş, işdən həmişə yorğun evə gəlmiş, başqa uşaqlar kimi olmamışdır. O özü onkoloji xəstədir, noyabr ayında oğlu onu həkimə göndərmiş, hadisə baş verən gün Bakı şəhərində olmuşdur. Həmin gecə saat 12-yə qalmış oğlu Seymur onunla telefonla danışaraq səhhəti ilə maraqlanmış, ona görə narahat olmamasını demişdir. Səhər isə o oğluna zəng etmiş, lakin Seymur telefonu açmamışdır. Buna görə də narahat olmuşdur. Səhər saat 10-a qalmış isə baldızı ona zəng vurub Seymurun kimisə bıçaqladığını və tutulduğunu demişdir. Hadisədən sonra zərər çəkmiş şəxsə kömək edə bilməmişdir, xəstədir, oğlu kimsəsiz olmuşdur, ona köməklik olunmasını məhkəmədən xahiş edir, istəməzdi ki, belə bir hadisə olsun. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin polis nəfəri Şahid8 ifadəsində göstərmişdir ki, o 18 noyabr 2022-ci il tarixdə, saat 01:30 radələrində işdən çıxıb evə gedən zaman polis şöbəsinin yaxınlığında əvvəldən tanıdığı Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs həyəcanlı şəkildə ona yaxınlaşıb salam vermiş və təxminən saat 00 radələrində Lənkəran şəhəri, Dörd yol adlanan ərazinin yaxınlığında iş yoldaşı Tosif Nəsirovla mübahisələri düşdüyünü, mübahisə zamanı üzərində olan bıçaqla ona xəsarət yetirdiyini, bıçağın hazırda üzərində olduğunu və şöbəyə təslim olmaq üçün getdiyini bildirmişdir. O dərhal Təqsirləndirilən şəxs bıçağı tələb etmiş, sonuncu bıçağı əynində olan gödəkçənin cibindən çıxarıb ona təqdim etmişdir. Sonra onu şöbəyə, növbətçi hissəyə aparmışdır. Növbətçi hissədə Təqsirləndirilən şəxs həmin vaxt növbətçi olan polis əməkdaşı Şahid9 baş verənləri danışmış və o da Təqsirləndirilən şəxs aldığı bıçağı Şahid9 təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs könüllü olaraq təslim olması barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Lənkəran rayonundakı “Mandarin” restoranında qabyuyan işləyir, hadisə baş verən gün Rahim, Seymur, Tosif və o taksi ilə bir yerdə işdən çıxıb evə gəlmişlər. Taksidən Tosif, Rahim, Seymur, sonra isə o düşmüşdür. Taksidən düşəndə Tosif Seymura sonra haradasa görüşmək barədə nəsə deməmişdir. O 2022-ci ilin iyul-noyabr aylarında işlədiyi müddətdə Seymuru tanımış, Tosifi isə bir neçə gün ərzində tanımışdır. Qabyuyan işləməklə onun iş vaxtı saat 17-dən 23-24-ə qədər olmuş, işdə olanda ofisiant işləyən Tosifi qabları yumaq üçün verən vaxt görmüş, Seymuru isə nəzarətçi kimi mətbəxə gələndə görmüşdür. Onların ikisini bir yerdə ancaq evə gələndə görmüşdür. İşdə olduğu müddətdə onların arasında mübahisə olmasını görməmişdir. Hadisə olan gün evə gedərkən avtomaşında o arxada oturmuş, qabaqda Seymur oturmuşdur. Avtomaşında təxminən 10-15 dəqiqə yol gəlmişlər, maşından birinci Tosif düşmüşdür. Yol getdikləri 5-10 dəqiqə müddət ərzində onların arasında nəsə pis münasibət olmasını hiss etməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 18 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Lənkəran şəhəri, Fizuli küçəsində yerləşən “Dörd yol” adlanan yerdə olan “Elit Playstation” klubunun qarşısıdır. “Elit Playstation” klubu Lənkəran-Astara avtomobil yolunun Lənkəran şəhəri, Fizuli küçəsi üzü Astara rayonu istiqamətində hərəkətdə olan zaman “Dörd yol” adlanan ərazidə yolun sol tərəfində yerləşir. Həmçinin “Elit Playstation” klubunun arxasında qəbiristanlıq yerləşir. Eləcə də, Lənkəran-Astara avtomobil yolunun Lənkəran şəhəri, Fizuli küçəsi üzü Astara rayonu istiqamətində hərəkətdə olan zaman “Dörd yol” adlanan ərazidə yolun sağ tərəfində də qəbiristanlıq yerləşir. Həmin ərazidə işıqfor olmaqla bir yol düz istiqamətdə Astara rayonu istiqamətinə, bir yol qəbiristanlıq tərəfdən sol istiqamətə şəhər istiqamətinə, bir yol sağ tərəfə X14 doğru gedir. Təqsirləndirilən şəxs Tosif Nəsirovu bıçaqla vurduğu “Elit Playstation” klubunun qarşısına, eləcə də ətraf əraziyə, qəbiristanlığın içərisinə baxış keçirildi və qeyd edilən ərazilərdə qanabənzər ləkələr, həmçinin iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya, predmet və hal aşkar edilmədi. Baxış zamanı işıqforun yaxınlığında iki ədəd təhlükəsiz şəhər kamerasının olması müəyyən edildi. Ətraf ərazidə olan mağaza, obyekt və digər ictimai iaşə obyektlərinə baxıldı və qeyd edilən obyektlərdə olan video müşahidə kameralarının hadisənin baş verdiyi “Elit Playstation” klubunun qarşısını və yaxın ərazini görüntüyə almaması müəyyən edildi. Cinayət işinin materiallarına əlavə edilmiş şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, hadisənin baş verdiyi yer Lənkəran şəhəri, Fizuli küçəsində yerləşən “Dörd yol” adlanan yerdə olan “Elit Playstation” klubunun qarşısıdır. İfadənin yerində yoxlanılmasında iştirak edən Təqsirləndirilən şəxs hadisənin harada, hansı şəraitdə və necə baş verməsini əyani şəkildə göstərərək törətdiyi cinayət əməlini etiraf etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş meyitə və əynində olan paltarlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, X5 meyitinin xarici müayinəsində aşağıdakı xəsarətlərin olması aşkar edilmişdir: döş qəfəsinin orta 1/3-nin sol ön bir qədər tış səthində 1,8x0,6 sm ölçüdə kənarları hamar, qurtaran uclarından biri iti, digəri küt “n” şəkilli, mənfəzi açıq, qanaxmalı, yara kanalı ilə müşahidə olunan kəsilmiş-deşilmiş yara vardır. Meyitə baxış zamanı meyitin əynində olmuş 1 ədəd ağ rəngli papaqlı uzunqol köynək, 1 ədəd tünd boz rəngli cins şalvar və 1 ədəd ağ rəngli mayka iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, paltarlara baxış zamanı paltarların üzərində qanabənzər ləkələr aşkar edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa təqdim etdiyi əşyalara baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə baş verən zaman Təqsirləndirilən şəxs əynində olmuş tünd boz rəngli cins şalvara, qara rəngli, arxasında papağı olan idman köynəyinə, açıq boz rəngli, uzunqol yun köynəyə baxış keçirilmiş, baxış zamanı paltarların üzərində qanabənzər ləkələr aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa təqdim etdiyi özünə məxsus mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, telefonun üzərində 1 ədəd "xxxx" MMC-yə məxsus ***-***-**-** saylı mobil nömrənin olması müəyyən edildi. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, həmin mobil telefonun üzərində olan ***-***-**-** saylı mobil nömrə onun şəxsi istifadəsində olan mobil nömrədir, şəxsi istifadəsində başqa mobil nömrə yoxdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs 17 noyabr 2022-ci il tarixdə saat 23:10-da Tosif istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonun vatsappından onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin vatsappına “evdəsən?” mesajını yazmışdır. Həmin mesajı görən kimi saat 23:11-də Tosifə zəng etmiş, sonuncu telefonu götürmüş, evdə olduğunu və nə üçün mesaj yazdığını soruşmuşdur. Bu zaman Tosif onunla təklikdə görüşmək istədiyini bildirmiş, nə üçün görüşmək istədiyini soruşmuş, bu zaman sonuncu restoranda olan söhbəti qaydasına qoymaq istədiyini bildirmişdir. Növbəti gün işdə bu barədə söhbət etmələrini demiş, lakin Tosif onunla şəhərdə təklikdə görüşmək istədiyini təkid etmişdir. Tosifə şəhərdə görüşməmələrini, kimsə görməsin deyə başqa yerdə görüşmələrini, Lənkəran şəhəri, Füzuli küçəsinə “Dördyol” deyilə yerə gəlməsini demiş, Tosif ona həmin yerin yaxınlığında olan qəbiristanlıq tərəfdə görüşmələrini demişdir və razılaşmışlar. O, Tosiflə danışdıqdan təxminən 15-20 dəqiqə sonra evdən çıxmış, Tosifin konkret olaraq harada olmasını öyrənmək üçün onunla görüşənə kimi bir neçə dəfə qısa müddətli telefon danışıqları olmuşdur. Vatsapda Tosifin yazdığı mesajı hadisəni törətdikdən sonra silmişdir. Eləcə də Tosifin istifadəsində olan mobil nömrəni telefonun “kontaktlar” bölməsində “Tosu” kimi yazdığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs qeyd etdiklərini dəqiqləşdirmək məqsədilə kontaktlar” bölməsinə daxil olunaraq “Tosu” adlı kontakt müəyyən edildi və “Tosu” kontaktının Tosifin istifadəsində olan ***-***-**-** saylı mobil nömrə olması müəyyən edildi. Daha sonra telefonun “Zənglər” bölməsinə daxil olundu, “Zənglər” bölməsində Təqsirləndirilən şəxs “Tosu” adlı kontaktla xx.xx.2022-ci il tarixdə, saat 23:11-də 125 saniyə, saat 23:15-də 27 saniyə, saat 23:42-də 32 saniyə, saat 23:45-də 12 saniyə, saat 23:48-də 21 saniyə, saat 23:50-də 7 saniyə danışığın olması müəyyən edildi. Bundan sonra telefonda olan “Whatsapp” proqramına daxil olundu, həmin proqramda “Tosu” adlı kontaktla hər hansı yazışma, zəng olmaması müəyyən edildi. Cinayət işinin materiallarına əlavə edilmiş meyitə baxış zamanı qablaşdırılaraq götürülmüş X6 məxsus mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Mobil telefonun ekranını yuxarı sürüşdürməklə telefonu açmağa cəhd edilmiş, parol tələb edildiyindən telefonu açmaq mümkün olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs Lənkəran şəhərrayon polis şöbəsinə könüllü olaraq təqdim etdiyi və götürülmüş cinayətin aləti olan bıçağa baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin bıçaq qatlanan konstruksiyalıdır, bıçaq tiyə və dəstək hissədən ibarət olub açıq vəziyyətdə ümumi uzunluğu 200 mm-dir. Bıçağın tiyəsi gümüşü rəngli metaldan hazırlanmış, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malikdir. Tiyənin daban hissəsinə yaxın sol hissədə “Stainless” yazısı həkk olunmuşdur, onun üzərində 20 mm ölçüdə uzunsov deşik vardır. Tiyənin uzunluğu 90 mm, dəstəyin uzunluğu 110 mm-dir. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran şəhəri, Fizuli küçəsində yerləşən təhlükəsiz şəhər kameraları tərəfindən lentə alınmış video görüntülərin əks olunduğu CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, CD diskdə 02 ədəd video fayl vardır. Həmin video faylların adları müvafiq olaraq VİD-20221118-WA0022.mp4 və VİD- 20221118-WA0023.mp4-dür. İlkin olaraq VİD-20221118-WA0023.mp4 adlı video fayla daxil olundu və videoya baxış keçirilərkən aşağıdakılar müəyyən edildi: Video fayl 1 dəqiqə 33 saniyə olmaqla Lənkəran şəhəri, Fizuli küçəsində yerləşən təhlükəsiz şəhər kamerası vasitəsilə həmin ərazidə olan “Elit playstation” klubunun qarşısını, həmin ərazidə olan qəbiristanlığın avtomobil yoluna olan çöl hissəsini lentə almışdır. Baxış zamanı həmin ərazidə təxminən 10-12 nəfər şəxsin olması, əlavə olaraq ətrafda olan şəxslərin həmin əraziyə gəlməsi, ağ rəngli gödəkçə geyinən şəxslə qara rəngli gödəkçə geyinən şəxsin arasında ilkin olaraq söz mübahisəsinin olması, mübahisənin gedişində ağ rəngli gödəkçə geyinən şəxsin qara rəngli gödəkçə geyinən şəxsə əl və ayaq nahiyələri ilə zərbələr endirməsi, sonuncunun ona müqavimət göstərməsi, video faylın 1 dəqiqə 6-cı saniyəsində qara rəngli gödəkçə geyinən şəxsin gödəkçəsinin sağ yan cibindən nə isə çıxarması, həmin anda ağ rəngli gödəkçə geyinən şəxsin isə onu təpik zərbələri ilə vuraraq yerə yıxması görünür. Həmin anda qara rəngli gödəkçə geyinən şəxsin sağ əlində olan cibindən çıxardığı alətlə ağ rəngli gödəkçə geyinən şəxsin sinə nahiyəsinə zərbə endirməsi müəyyən edildi. Bundan sonra ağ rəngli gödəkçə geyinən şəxsin sol əli sol sinə nahiyəsinə toxunduğu müəyyən edildi. Hadisə yerində olan digər şəxslərin qeyd olunan şəxsləri ayırması müəyyən edildi.Daha sonra VİD-20221118-WA0022.mp4 adlı video fayla daxil olundu və videoya baxış keçirilərkən aşağıdakılar müəyyən edildi: Video fayl 55 saniyə olmaqla Lənkəran şəhəri, Fizuli küçəsində yerləşən təhlükəsiz şəhər kamerası vasitəsilə həmin ərazidə olan “Elit playstation” klubunun qarşısını, həmin ərazidə olan qəbiristanlığın avtomobil yoluna olan çöl hissəsini lentə almışdır. Baxış zamanı birinci video faylda qara rəngli gödəkçə geyinən şəxsin qara rəngli və ağ rəngli gödəkçə geyinən şəxs tərəfindən hərəsinə bir təpik zərbəsi olmaqla döyülməsi, həmin şəxsin yerə yıxılması, başqa bir qara rəngli gödəkçə geyinən şəxsin sonuncunu yerdə olan zaman bir neçə yumruq zərbəsi ilə vurması, birinci video faylda olan ağ rəngli gödəkçə geyinən şəxsin və həmin əraziyə gələn digər şəxslərin onları ayırması müəyyən edildi. Cinayət işinin materiallarına əlavə edilmiş “Mandarin” restoranının kameraları tərəfindən lentə alınmış video görüntülərin əks olunduğu CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, CD diskdə 03 ədəd video fayl vardır. Həmin video faylların adları müvafiq olaraq “ch12_**********3002.mp4”, “ch03_**********30 09.mp4”, “ch18_**********2003.mp4”-dür. İlkin olaraq “ch12_**********3002.mp4” adlı video fayla daxil olundu və videoya baxış keçirilərkən aşağıdakılar müəyyən edildi: Video fayl 10 dəqiqə 1 saniyə olmaqla, 17 noyabr 2022-ci il tarixdə, saat 18:30-dan sonrakı 10 dəqiqə 1 saniyəlik “Mandarin” restoranının birinci mərtəbəsində yerləşən bərbərxananın qarşısını görüntüsünü qeydə alır. Videoda səs yazısı yoxdur. Video görüntünün 3 dəqiqə 45 saniyəsində pilləkəndən ilkin olaraq əynində gödəkçə olan kişi cinsli şəxs, onun arxası ilə isə əynində qısaqol köynək olan kişi cinsli şəxs aşağı düşür. Baxışda iştirak edən Şahid3 gödəkçədə olan şəxsin Təqsirləndirilən şəxs, qısaqol köynəkdə olan şəxsin isə X11 olduğunu bildirdi. Təqsirləndirilən şəxs aşağı düşən kimi sağ ayağı ilə yerdə olan stula təpik atır, daha sonra üzünü Tosif Nəsirova tutaraq nəsə deyir, Tosif Nəsirov da ona cavab verməklə aralarında danışıq olur, bu zaman Təqsirləndirilən şəxs sol əli Tosif Nəsirovun yaxasında tutaraq itəliyir, sağ əlini qaldırsa da, sonuncuya hər hansı zərbə vurmur və yaxasından tutmaqda davam etməkdə və söhbətləri davam edərək divara doğru sıxır, daha sonra yaxasını buraxdıqdan sonra ilkin olaraq Tosif Nəsirov, daha sonra Təqsirləndirilən şəxs pilləkənlə yuxarıya doğru çıxırlar. Qeyd edilən proseslər video görüntünün 4 dəqiqə 33 saniyəsinə qədər davam edir. Bundan sonra, “ch03_20221 1********.mp4” adlı video fayla daxil olundu və videoya baxış keçirilərkən aşağıdakılar müəyyən edildi: Video fayl 10 dəqiqə 1 saniyə olmaqla, 17 noyabr 2022-ci il tarixdə, saat 18:30:10-dan sonrakı 10 dəqiqə 1 saniyəlik “Mandarin” restoranının birinci və ikinci mərtəbələrinin pilləkəninin görüntüsünü qeydə alır. Videoda səs yazısı yoxdur. Video görünütünün 1 dəqiqə 40 saniyəsində qarşıda qara rəngli gödəkçədə olan kişi cinsli şəxs, onun arxası ilə isə sarı rəngli qısaqol köynəkdə olan şəxs pilləkənlə aşağı düşür. Baxışda iştirak edən Şahid3 qara rəngli gödəkçədə olan şəxsin Təqsirləndirilən şəxs, sarı rəngli qısaqol köynəkdə olan şəxsin isə X11 olduğunu bildirdi. Qeyd edilən proseslər video görüntünün 1 dəqiqə 50 saniyəsinə qədər davam edir. Bundan sonra, “ch18_**********2003.mp4” adlı video fayla daxil olundu və videoya baxış keçirilərkən aşağıdakılar müəyyən edildi: Video fayl 12 dəqiqə 3 saniyə olmaqla, 17 noyabr 2022-ci il tarixdə, saat 20:20-dən sonrakı 12 dəqiqə 3 saniyəlik “Mandarin” restoranının üçünüc mərtəbəsinin görüntüsünü qeydə alır. Videoda səs yazısı yoxdur. Video görünütünün 3 dəqiqə 40 saniyəsində boz rəngli uzunqol köynəkdə olan kişi cinsli şəxslə əlində stəkanda çay ilə gələn sarı rəngli qısaqol köynəkdə olan şəxs stolda oturub söhbət edirlər. Baxışda iştirak edən Şahid3 boz rəngli köynəkdə olan şəxsin Təqsirləndirilən şəxs, sarı rəngli qısaqol köynəkdə olan şəxsin isə X11 olduğunu bildirdi. Sarı rəngli qısaqol köynəyin son düyməsinin (düymələrinin) açıq olması görünür. Video görüntünün 7 dəqiqə 54-cü saniyəsində Tosif Nəsirov əynində olan köynəyin düyməsini bağlayır. Onların arasında olan söhbət video görüntünün 8 dəqiqə 30 saniyəsinə qədər davam edir. Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, ********** (Təqsirləndirilən şəxs istifadəsində olan) saylı mobil nömrədən ********** (Tosif Nəsirovunun istifadəsində olan) saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə, saat 23:11:44-də 125 saniyə, saat 23:15:41də 27 saniyə, saat 23:42:32-də 32 saniyə, saat 23:45:50-də 12 saniyə, saat 23:48:12-də 21 saniyə, saat 23:50:52-də 7 saniyə danışığın olması, eləcə də “**********01.txt” qovluğunda qeyd edilən mobil nömrələr arasında həmin tarixlərdə, həmin saatlarda eyni müddətdə telefon danışıqlarının olması müəyyən edilmişdir. Bundan başqa, ********** (Təqsirləndirilən şəxs istifadəsində olan) saylı mobil nömrənin xx.xx.2022-ci il tarixdə, saat 23:11-də, saat 23:15-də, saat 23:42-də, saat 23:45, saat 23:48-də və saat 23:50-də anten dairəsinin “Lənkəran rayonu Aeroportun yanı Kərpic zovodu”nda olması müəyyən edildi. Eləcə də, ********** (X5 istifadəsində olan) saylı mobil nömrənin xx.xx.2022-ci il tarixdə, saat 23:11-də “Lənkəran”, saat 23:15-də, saat 23:42-də, saat 23:45, saat 23:48-də və saat 23:50-də anten dairəsinin “Lənkəran rayonu Aeroportun yanı Kərpic zovodu”nda olması müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1195 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022ci il tarixli, 1144 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində sağ gicgah, sağ qulaqarxası, sağ əl nahiyələrində sıyrıqlar aşkar edilmişdir, qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, o cümlədən bərk küt əşyalarla vurma nəticəsində yarana bilər, müddəti 17 noyabr 2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin yerləşmə nahiyəsini və formasını nəzərə alaraq aşkar edilmiş xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilə bilməsi uyğun və inandırıcı deyildir. Cinayət işinin materiallarına əlavə edilmiş Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022ci il tarixli, 40 saylı rəyindən görünür ki, X1 meyiti üzərində sol plevra, sol ağciyərin orta payı, ürəyi zədələyən 1 ədəd kəsilmiş-deşilmiş kor yarası, sol döş boşluğunda qanxma, kəskin qanitirmə, daxili orqanların və toxumaların azqanlığı aşkar edilmişdir. Aşkar edilmiş xəsarətlər həyati olub, kənarlarının hamar, formasının xətvari, döş qəfəsi nahiyəsindəki kəsilmiş-deşilmiş yaraların bir bucağının iti, digərinin isə küt olmasını nəzərə alaraq, belə nəticəyə gəlmək olar ki, həmin xəsarət kəsici-deşici əşyanın təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçaqla yetirilə bilərdi, müddəti qərarda göstərilən tarixə xx.xx.2022-ci ilə uyğun gəlir, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdir. X6 yetirilən xəsartlər müxtəlif vəziyyətlərdə (ayaqüstə, sol tərəfi xəsarət yetirən şəxsə tərəf) olarkən, o cümlədən xəsarət yetirən şəxslə üz-üzə və sirkulyar vəziyyətdə yetirilə bilməsi mümkündür. Tosif Nəsirovun meyitində aşkar edilmiş döş qəfəsinin sol ön-tış tərəfində olan, döş qəfəsinə nüfuz edən yara kanalının istiqaməti soldan-sağa, aşağıdan bir qədər yuxarıya doğru olmuşdur. X1 ölümü zorakıdır. Ölüm döş qəfəsinin sol hissəsinə daxilinə keçən sol plevra, sol ağciyər və ürəyi zədələyən, güclü daxili və xarici qanaxma ilə müşayiət olunan döşün 1 ədəd kəsilmiş-deşilmiş yarasından baş vermişdir. X5 ölümü ilkin meyit əlamətlərinə görə onun məhkəmə-tibbi müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. X1 bədəni üzərindəki xəsarətlərlə ekspertizaya təqdim edilmiş köynək və mayka üzərindəki zədələrə uyğun olub, üst-üstə düşürlər. Məhrum: X5 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində onun qanında alkoqol və narkotik maddələr aşkar edilməmişdir. X1 düz bağırsağının arxa keçəcəyində hər-hansı bir xəsarət və ya onun əlaməti aşkar edilmədi. Cinayət işinin materiallarına əlavə edilmiş Materialların-məhkəmə ekspertizasının 23 dekabr 2022-ci il tarixli, 6/6753 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs, X6 məxsus olduğu qeyd edilən geyim paltarlarının üzərində və bıçağın səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və təbiəti rəyin 1№-li cədvəlində göstərilmişdir. Həmin kənar lif mikrohissəciklərin arasında Tosif Nəsirovun papaqlı köynəyinin üzərindən aşkar edilmiş boz rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs sviterinin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş bir ədəd bıçağın üzərində Tosif Nəsirovun geyim paltarlarının tərkib liflərindən yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Məhkəmə ballistik-trasoloji ekspertizasının 20 dekabr 2022-ci il tarixli, 3/1651; 1670; 1671 saylı rəyindən görünür ki, təqdim edilmiş bıçağın üzərindəki “a” və “b” əl-barmaq izləri eyniləşdirmə tədqiqatı üçün yararlıdırlar. Təqdim edilmiş bıçağın üzərindəki “a” və “b” əl-barmaq izləri əlin barmaq hissəsinin dırnaq falanqasının toxunması nəticəsində qalmışdır. Həmin barmaq izləri Təqsirləndirilən şəxs tərəfindən deyil, başqa şəxs (şəxslər) tərəfindən qalmışdır. Tədqiqata təqdim edilmiş 1 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərlərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş üzərində “X5” yazı qeydləri olan bağlamadan aşkar edilmiş uzunqol köynəyin və maykanın səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır, həmin zədələr kəsici, ucu deşici xassəyə malik olan predmetin (bıçaq və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Təqdim edilmiş uzunqol köynəyin və maykanın səthindəki zədələrdə zədə yaradan predmetə xarakterik xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş uzunqol köynəyin və maykanın material xüsusiyyətlərindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından zədələrin istiqamətini müəyyən etmək mümkün olmadı. Təqdim edilmiş uzunqol köynəyin və maykanın səthində fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik zədə yoxdur. Tədqiqata təqdim edilmiş üzərində “X5” yazı qeydləri olan bağlamadan aşkar edilmiş şalvarın və üzərində “Təqsirləndirilən şəxs” yazı qeydləri olan bağlamadan aşkar edilmiş papaqli gödəkçənin, sviterin, şalvarın səthində zədə yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Məhkəmə kompyuter texniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 5/1479 nömrəli rəyindən görünür ki, təqdim edilmiş 1 ədəd sensor ekran və Android əməliyyat sistemi ilə təchiz edilmiş “Honor” markalı arxa məlumat lövhəsinə görə “TFY-LX1” modelli mobil smartfon hazl-hazırda işlək vəziyyətdədir. Smartfon “PİN” tipli şifrə ilə mühafizə olunan ekran kilidi tətbiq edildiyindən onun menyu hissəsinə daxil olmaq mümkün olmadığından, arxa tərəfindəki məlumat lövhəsində və sim danışıq kartı yerləşdirilən yuvada imei kodu göstərildiyindən telefonun imei kodunu müəyyən etmək mümkün olmadı. Mobil smartfonun yaddaşında olan məlumatları silmədən ekran kilidini sıfırlamaq üçün axtarılan modelə dair texniki imkanın olmaması müəyyən edildi. Telefonun PİN tipli şifrəylə mühafizə olunan (parol-password) ekran kilidini keçmək mümkün olmadığından mobil smartfonun yaddaşında (daxil olan, çıxan zənglər, SMS mətnləri, whatsapp mesajları, videomateriallar, audioyazılar, şəkillər və s.) hər hansı bir məlumatın olub-olmamasının müəyyən edilməsi istiqamətində tədqiqat işlərinin aparılması mümkün olmadı. Mobil smartfonun daxilində olan “Azercell” mobil operatoruna məxsus “********************” (İCCİD) seriya nömrəli bir ədəd “SİM” danışıq kartı hal-hazırda işlək vəziyyətdədir. Mobil smartfonun daxilində olan “Azercell” mobil operatoruna məxsus “********************” (İCCİD) seriya nömrəli bir ədəd “SİM” danışıq kartının yaddaşından hər hansı bir məlumat aşkar olunmadı. Cinayət işinin materiallarına əlavə edilmiş Məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 22/2023-MTBŞ saylı rəyindən görünür ki, X5 ABO sistemi üzrə qrup göstəricisi A/İİ/, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi O/İİ/. (qərarın təsviri hissəsində göstərilən məlumata əsasən). Ekspertizaya təqdim edilmiş Tosif Nəsirova məxsus papaqlı idman koftası, cins şalvar, mayka, Təqsirləndirilən şəxs məxsus papaqlı idman gödəkçəsi, sviter və 1 ədəd qatlanan cib bıçağı üzərində insan qanı ləkələri müəyyən olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A antigeni və bəzi ləkələrdə həmçinin, beta aqqlyutinini də alındı. Bu qan ləkələri A-beta/İİ/ qruplu şəxslərə,o cümlədən T.Nəsirova məxsus ola bilər. Lakin ləkələrdə eyni qruplu Təqsirləndirilən şəxs qanının ola bilməsi də ABO sistemi ilə inkar olunmur, əgər onda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarət olubsa. Təqdim edilən Təqsirləndirilən şəxs məxsus cins şalvar üzərində qana bənzər hər hansı bir ləkə aşkar edilmədi. Cinayət işinin materiallarına əlavə edilmiş Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3254 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs ilə istintaq hərəkətlərinin aparılması mümkündür. Təqsirləndirilən şəxs ünsiyyətcillik, özünə məxsus mövqe və prinsipə malik olmaq, özünə hörmət tələb etmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs keçirdiyi emosional halın yaranma səbəbləri situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran ŞRPŞ-nin xx.xx.2023-cü il tarixli, 151-15721-1222 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs X6 bıçaqla xəsarətlər yetirməsindən sonra sonuncunun xəstəxanada ölməsi ilə əlaqədar müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aşağıdakılar müəyyən edilmişdir: Təqsirləndirilən şəxs ilə Tosif Nəsirov arasında 17 noyabr 2022-ci ildə, saat 18 radələrində işlədikləri Lənkəran rayonunun Velədi kəndində yerləşən “Mandarin” restoranında Təqsirləndirilən şəxs geyim qaydalarına və müştərilərə xidmət qaydalarına riayət etməməsi barədə Tosif Nəsirova irad bildirməsi nəticəsində mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs Tosif Nəsirovun ünvanına nalayiq ifadə işlətmiş, həmin gün saat 23:50 radələrində Lənkəran şəhəri, Fizuli küçəsində yerləşən Dörd yol adlanan ərazidə hər ikisinin razılığı ilə görüşmüş, orada aralarında yenidən yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs bıçaqla bir dəfə Tosif Nəsirovun sinə nahiyəsinə vuraraq ona xəsarət yetirmiş, sonuncu Lənkəran rayon mərkəzi xəstəxanasına aparılsa da ölmüşdür. Hadisə vaxtı orada Təqsirləndirilən şəxs, Tosif Nəsirov, Tosif Nəsirovun qrup yoldaşı Şahid1 və onlarla eyni universitetdə oxuyan tanışları Şahid2 olmuşdur. Qeyd edilən şəxslərdən başqa orada təxminən 10 nəfər şəxs olmuş, onların əksəriyyəti hadisə vaxtı ora gələn təsadüfi şəxslər olmuşlar, onların şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Hadisə vaxtı Təqsirləndirilən şəxs 2-3 nəfər şəxs döymüş, onların şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. X10 təşəbbüsü ilə törədilməsi müəyyən edilmişdir; Təqsirləndirilən şəxs və Tosif Nəsirov sakit həyat tərzi keçirən şəxs olmaları, aralarında əvvəlcədən münaqişənin olmaması, 17 noyabr 2022-ci il tarixdə işlə bağlı münaqişə etməsi barədə məlumatlar əldə edilmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra hər hansı şəxslə əlaqə saxlamaması müəyyən edilmiş, cinayəti törətdikdən sonra birbaşa yaşadığı evə getdiyi, oradan da rayon polis şöbəsinə gələrək törətdiyi cinayət əməlini etiraf etdiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törətməyə təhrik edən hər hansı şəxsin və ya şəxslərin olması, həmçinin cinayət hadisəsinin baş verməsində kənar hər hansı şəxsin və ya şəxslərin rolunun olması, Təqsirləndirilən şəxs cinayət hadisəsini törətməkdə köməklik edən şəxsin və ya şəxslərin olması barədə məlumatlar əldə edilməmişdir. Təqsirləndirilən şəxs ünvan 3 ünvanında anası Şahid6 və bacısı Şahid7 ilə birlikdə yaşaması, Tosif Nəsirovun isə Lənkəran şəhəri, Dədə Qorqud küçəsi nömrəsiz evdə tələbə yoldaşı Şahid1 və Nuri adlı şəxslə yaşaması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cinayəti törətdiyi bıçaq rəhmətlik atasından qalması müəyyən edilmiş, sonuncunun həmin bıçağı konkret olaraq haradan və kimdən alması barədə məlumatlar əldə edilməmişdir. Təqsirləndirilən şəxs və Tosif Nəsirovun spirtli içkilərə aludəçiliyinin olması, narkotik vasitələrdən istifadə edib-etməmələri, onların hər hansı psixi xəstəlikdən əziyyət çəkmələri barədə məlumatlar əldə olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran RMX-nın xx.xx.2022-ci il tarixli, PHŞ/658-2-2022-781 nömrəli məktubdan görünür ki, X11 18 noyabr 2022-ci il tarixdə, saat 00:20-də xəstəxananın Cərrahiyyə şöbəsinə “döş qəfəsinin sol səthinin kəsilmiş-deşilmiş yarası” diaqnozu ilə daxil olmuş, həmin gün saat 00:25-də ölmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran Şəhər Narkoloji Xəstəxanasının xx.xx.2022-ci il tarixli, 694 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs və X11 həmin xəstəxanalarda qeydiyyatda deyillər. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli, 673 saylı, Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli, 291 saylı, Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli, 11593 saylı məktublarından görünür ki, Təqsirləndirilən şəxs və X11 həmin xəstəxanalarda qeydiyyatda deyillər. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran Dövlət Universitetindən daxil olmuş 5 dekabr 2022-ci il tarixli, 1/126 nömrəli məktubdan görünür ki, X11 2020/2021-ci il tədris ilində bakalavriat səviyyəsində LDU-nun “İqtisadiyyat və idarəetmə” fakültəsinin “Turizm işinin təşkili” ixtisasına əyani təhsilalma forması üzrə dövlət sifarişi ilə qəbul olmuş və cari semestrdə həmin ixtisasın İİİ tədris ilində təhsil almışdır. Əlavə edilmiş xasiyyətnamədən görünür ki, Tosif Nəsirov oxuduğu müddətdə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş “Könüllü gəlib təqsirini boynuna alma” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 noyabr 2022-ci il tarixdə saat 01:33-də Lənkəran şəhər-rayon polis şöbəsinə könüllü gələrək həmin gün saat 00:05 radələrində Lənkəran şəhəri, “Dörd yol” adlanan ərazidə iş yoldaşı X6 bir bıçaq xəsarəti yetirməsi barədə məlumat verib təqsirini boynuna almış və cinayətin aləti kimi istifadə etdiyi bıçağı şöbənin yaxınlığında rastlaşdığı Lənkəran ŞRPŞ-nin Müvəqqəti saxlama yerinin kanvoy polis nəfəri Şahid8 təhvil verdiyini göstərmiş, eləcə də Şahid8 Təqsirləndirilən şəxs ona verdiyi bıçağı təqdim etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında 18 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 noyabr 2022-ci il tarixdə, saat 02:05-də tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə DİN-nin BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materillarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş lənkəran şəhər İcra Hakimiyyəti başçısının Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 02 fevral 2023cü il tarixli 12-16/819 nömrəli arayışdan görünür ki, Bayramlı X9 şəhəri, Vaqif küçəsi ev 19A ünvanında qeydiyyatda olmaqla yaşamışdır və onun ailə tərkibi anası X3 ibarətdir. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: Təqsirləndirilən şəxs qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahid ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna almasını, əməlindən peşman olmasını, həmçinin yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-ci maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını müzakirə edərək, iş üzrə maddi sübut olan və Lənkəran rayon prokurorluğunda saxlanılan cinayət işi üzrə meyitə baxış zamanı götürülmüş zərər çəkmiş şəxs X6 məxsus 1 ədəd ağ rəngli, uzunqol papaqlı köynəyin, 1 ədəd ağ rəngli maykanın, 1 ədəd qara rəngli cins şalvarın, Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa təqdim etdiyi hadisə zamanı əynində olmuş 1 ədəd qara rəngli papaqlı gödəkçənin, 1 ədəd qara rəngli sviterin, 1 ədəd tünd boz rəngli cins şalvarın və 1 ədəd cinayətin predmeti olmuş bıçağın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, cinayət işi üzrə meyitə baxış zamanı götürülmüş zərər çəkmiş şəxs X6 məxsus 1 ədəd “HONOR” markalı mobil telefonun hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılması, Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa təqdim etdiyi hadisə zamanı üzərində olduğu 1 ədəd “Samsung Galaxy” markalı mobil telefonun isə hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılması qərarına gəlir. İş üzrə keçirilmiş ekspertizanın dəyəri olan 349 (üç yüz qırx doqquz) manat manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs E.Təqsirləndirilən şəxs tutularaq tutularaqdövlət büdcəsinəkeçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 18 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Lənkəran rayon prokurorluğunda saxlanılan cinayət işi üzrə meyitə baxış zamanı götürülmüş zərər çəkmiş şəxs X6 məxsus 1 ədəd ağ rəngli, uzunqol papaqlı köynək, 1 ədəd ağ rəngli mayka, 1 ədəd qara rəngli cins şalvar, Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa təqdim etdiyi hadisə zamanı əynində olmuş 1 ədəd qara rəngli papaqlı gödəkçə, 1 ədəd qara rəngli sviter, 1 ədəd tünd boz rəngli cins şalvar və 1 ədəd cinayətin predmeti olmuş bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhvedilsin. İş üzrə maddi sübut olan və Lənkəran rayon prokurorluğunda saxlanılan cinayət işi üzrə meyitə baxış zamanı götürülmüş zərər çəkmiş şəxs X6 məxsus 1 ədəd “HONOR” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılsın. İş üzrə maddi sübut olan və Lənkəran rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa təqdim etdiyi hadisə zamanı üzərində olduğu 1 ədəd “Samsung Galaxy” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza xərci olan 349 (üç yüz qırx doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs münasibətdə həmin müddət hökmün surətinin ona verildiyi andan hesablanır.
Məhkəmə qərarları › İş №1(099)-16/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-16/2024
02.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver