Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-16/2025 10.03.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Vəliyeva Ayşən Umud qızı və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi1 və fərdi qaydada fəaliyyət göstərən vəkil X3 iştirakları ilə, xx xxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Yasamal rayonu, Y.Yasamal-2 küçəsi, ev 9, mənzil 174-də qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxxxxx 1978-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Salyan şəhəri T.Davudzadə küçəsi ev 53-də qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 06 sentyabr 2023-cü il tarixdə saat 11 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Şahid9 ƏN-V№ 365221 nömrəli etibarnamə əsasında taksi kimi idarə etdiyi “VAZ 21061” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Salyan rayonu istiqamətində Şirvan Milli Parkın ərazisində, Xəzər dənizinin sahilinə gəlmiş, orada “Yadulla” adlı şəxs tərəfindən torpağa qabaqcadan basdırılmış külli miqdarda narkotik vasitə olan 01 ədəd sellofan bağlamada üzərində “Methadone 40” göstəricisi olan 500 ədəd konvalyutda metadonun təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 200 qr. olan (1 ədəd həbdə 0,04 qr.) ümumilikdə 5000 ədəd ağ rəngli dərman həbini, 5 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 998,4 qr.; 1024,4 qr.; 1046,6 qr.; 1030,6 qr.; 993,8 qr.; ümumi təmiz çəkisi 5093,8 qr. olan spesifik tiryək iyli, qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və 11 ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 365 qr.; 370 qr.; 525 qr.; 375 qr.; 370 qr.; 535 qr.; 285 qr.; 425 qr.; 525 qr.; 540 qr.; 310 qr.; ümumi təmiz çəkisi 4625 qr. olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə əldə edib, daşıyaraq üzərində saxlamışlar və xx.xx.2023-cü il tarixdə saat 15:30-da həmin avtomobilin yük bölməsinə qoyub “VAZ 21061” markalı, **- EK-*** dövlət qeydiyyat nişanlı avtomobillə qonaq kimi oraya gəlmiş Şahid8 və həmin avtomobilin sürcüsü Şahid9 ilə oradan gedərkən yolda X8 İdarəsinin Neftçala xətt polis məntəqəsinin əməkdaşları tərəfindən saxlanılaraq Salyan rayon polis şöbəsinə gətirilmişlər, orada “VAZ 21061” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilə saat 23:00-da baxış keçirilərkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin avtomobilin yük bölməsinə əldə edərək yerləşdirdikləri külli miqdarda narkotik vasitə olan 01 ədəd sellofan bağlamada üzərində “Methadone 40” göstəricisi olan 500 ədəd konvalyutda metadonun təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 200 qr. (1 ədəd həbdə 0,04 qr.) ümumilikdə 5000 ədəd ağ rəngli dərman həbi, 5 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 998,4 qr.; 1024,4 qr.; 1046,6 qr.; 1030,6 qr.; 993,8 qr.; ümumi təmiz çəkisi 5093,8 qr. olan spesifik tiryək iyli, qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və 11 ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 365 qr.; 370 qr.; 525 qr.; 375 qr.; 370 qr.; 535 qr.; 285 qr.; 425 qr.; 525 qr.; 540 qr.; 310 qr.; ümumi təmiz çəkisi 4625 qr. olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətmələrini, həmçinin onların bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 və Şahid8 tanıyır. Şahid8 ona zəng vuraraq Salyan rayonuna gələcəyini, oradan əmanət götürəcəyini demişdir. xx.xx.2024-cü il tarixdə tanışı Salyan rayonuna qonaq gəlmiş, onlar gecəni Akifin evində gecələmişlər. Səhəri gün, yəni xx.xx.2024-cü il tarixdə dəniz kənarında yeyib içmək və balıq tutmaq üçün Salyan Milli Parkın ərazisinə getməyə qərar vermişlər. Onlar Salyan rayonunda taksi sürücüsü Həsənqulu adlı şəxsin avtombili ilə parka getmişlər. Orada dəniz kənarında süfrə sərib yeyib içmişlər. Dəniz kənarında yeyib içdikdən sonra Akifə ona kömək etməyi demiş, onlar biraz kənara çəkilib orada bir bağlama götürmüşlər. Bağlamanın içərisində narkotik vasitə olmuşdur, lakin Akifin bağlamınn içərisində narkotik vasitə olmasından məlumat olmamışdır. Onlar bağlamanı avtombilin yük yerinə qoymuşlar, parkdan çıxarkən polis əməkdaşları tərəfindən tutulmuşlar. Avtombildən aşkar olunmuş bağlamada olan narkotik vasitə Elnura məxsus olmuşdur, ona və Akifə heç bir aidiyyəti olmamış, həmin narkotik vasitəsi Elnura çatacaqdı. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki, kirayəyə **-VZ-*** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil götürüb Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Hadisədən təxminən 1 ay öncə bir nəfər özünü Yadulla kimi təqdim etmiş müştərini ünvanını xatırlamadığı yerdən götürmüşdür. Həmin şəxsi haradan hara aparmağı yadımda qalmamışdır. Söhbət əsnasında vərəm xəstəsi olduğu demiş, Yadulla ona köməklik edə biləcəyini deyib onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini telefonunda qeyd etmiş və ona yaxşı iş təklif edəcəyini və onun müalicə oluna biləcəyini demişdir. Nə işi olduğunu soruşduqda Yadulla ona yer yazacağını və həmin yerdən narkotik vasitə götürüb sonradan deyilən yerə çatdıracağını demişdir. Təxminən xx.xx.2023-cü il tarixdə Bakı şəhərində olarkən Yadulla ona mesaj yazaraq Salyan rayonu istiqamətində Milli Parkın ərazisində Xəzər dənizinin sahilindən 2 ədəd qırmızı, yaşıl və sarı rəngli dəmir qabların arasından yerdə basdırılmış narkotik vasitəni gedib götürməsini istəmişdir. O da gedib narkotik vasitə olan bağlamanı götürəcəyi və məlumat verəcəyi barədə Yadullaya cavab mesajı yazmışdır. Təxminən 01 və 02 sentyabr 2023-cü il tarixdə həmin narkotik vasitənin yerini tapıb götürmək məqsədilə Salyan şəhərinə tək getmişdir. O, xx.xx.2023cü il tarixinədək 3 dəfə Salyan rayonu istiqamətində Xəzər dənizinin sahilinə getmişdir. Xəzər dənizinin sahilini nə qədər gəzsə də heç bir şey tapa bilməmişdir. O, həmin əraziyə bir dəfə tək 2 dəfə isə tanışı Akif ilə birlikdə getmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək o Akifin evində qalmışdır. Akifə sahildə əmanəti olduğunu demişdir. Akif ondan nə əmanəti olmasını soruşduqda ona bu barədə deməmişdir. Lakin sonradan ona deyilən ünvan Milli Parkın ərazisində Xəzər dənizinin sahilində ola biləcəyini başa düşmüşdür. O Akifə Şirvan Milli Parkında sahildə balıq tutub, süfrə açıb çörək yeməyi təklif etmişdir. Həmçinin Bakı şəhərində yaşayan tanışı Elnuru da Salyana dəvət etmişdir. Elnur xx.xx.2023-cü ildə axşam saatlarında Salyana gəlmişdir. Onlar gecəni Akifin evində qalmışlar. Akif ilə Elnur bir-birilərini tanımırlar. xx.xx.2023-cü il tarixdə təxminən saat 10:00-da evdən çıxıb Salyan dairəsinin yaxınlığında bir nəfər tanımadığı sonradan adının Həsənqulu olduğu nu bildiyi taksi sürcüsü ilə onları Şirvan Milli Parkına aparması və həmin günü onlarla keçirib yenidən evə gətirməsi barədə danışıb 40- 50 manat pul vəsaiti müqabilində razılaşmışlar. Onlar Şirvan Milli Parkına xx.xx.2023-cü il tarixdə təxminən 11:30-da çatmışlar. Milli Parkın qapısında mühafizəçilər onlara yaxınlaşıb haraya getmələrini soruşmuşlar. Mühafizəçilərə sahildə balıq tutmaq istəmələrini bildirdikdə mühafizəçilər onlara balıq tutmanın qadağan olunduğunu bildirmiş və maşında olan qarmaqları götürmüşlər. Onlar heç olmasa dəniz kənarında süfrə açıb istirahət etmək istədiklərini bildirdikdə onlara bilet verib Şahid9 idarə etdiyi avtomobillə içəri buraxmışlar. Onlar nahamar yolla təxminən 25 kilometr yol gedərək Xəzər dənizinin sahilinə çatmışlar. Orada süfrə açıb çay içib çörək yemişlər. Sonra Həsənqulu ilə Elnur maşının yanında qalıb istrahət etmişlər. O, Akifə dəniz kənarında gəzmələrini təklif etmişdir. Yolda Akifə sahildə torpağa basdırılmış ona məxsus əmanət olduğunu, həmin əmanətləri tapıb oradan çıxarmaq lazım olduğunu bildirmişdir. Akifə xəstə olduğu üçün ona köməklik etməsini və onun hörmətini edəcəyini demişdir. Akif onunla razılaşmış və onlar sahildə 2 ədəd dəmir qab axtarmışdır. Həmin qabları sahildə tapmış və Akifə həmin yeri qazmasını deyib özü süfrə qurduqları yerə qalxmış və orada oturub Akifi gözləməyə başlamışdır. Elnur ilə taksi sürücüsü Akifi görmürmüşlər. Onlar yuxarıda təpədə maşında əyləşmişdirlər. Təxminən 15-20 dəqiqə sonra Akif 2 dəfəyə əlində bağlamalarla onun yanına gəlmişdir. O, bütün bağlamaları onun yanına gətirdikdən sonra həmin bağlamaları süfrə ilə birlikdə yığıb təpəyə qaldırıb nəqliyyat vasitəsinin yük yerinə qoymuşlar. Elnur ilə Həsənqulu nəqliyyat vasitəsinə nə qoyduqlarını bilməmişlər. Saat 15:30-da nəqliyyat vasitəsinə əyləşib oradan çıxmaq istəyərkən polis əməkdaşları onları saxlamış və Salyan rayon Polis Şöbəsinə aparmışlar. RPŞ-nə aparmışlar. Salyan RPŞ-də onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, lakin üzərində qanunla qadağan olunmuş heç bir əşya aşkar edilməmişdir. Daha sonra sonradan tanıdığı Şahid9 idarə etdiyi VAZ 21061 markalı, **-EK- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Baxış zamanı Akif ilə onun həmin nəqliyyat vasitəsinin yük yerinə qoyduqları bağlamaları o polislərə təqdim etmiş və həmin bağlamaların içərisində narkotik tərkibli maddələr olduğunu bildirmişdir. Sorğu zamanı həmin bağlamaları Salyan rayonu istiqamətində Milli parkın ərazisində Xəzər dənizinin sahilində yerdən Akif ilə birlikdə çıxarıb nəqliyyat vasitəsinin yük yerinə qoyduqlarını, həmin yeri SMS bildirişi əsasında tapdığını bildirmişdir. Həmin bağlamalara ayrı-ayrılıqda baxış keçirilərkən bağlamaların 9 ədədinin içərisində narkotik vasitə marixuanaya bənzər kütlə, 5 ədədinin içərisində narkotik vasitə tiryəkə bənzər kütlələr və üzərində “Metadon-40” yazılmış, hər birində 10 ədəd olmaqla 500 list dərman preparatları olması müəyyən edilmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmiş və paketlərə qoyularaq qablaşdırılmışdır. Məhkəmə təqsirləndirilən şəxslərin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı verdiyi ifadəsində “narkotik vasitələrin ona və Akifə heç bir aidiyyəti olmaması, həmin narkotik vasitələrin Elnura məxsus olması” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları onların cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1in və Marif Quliyevin ibtidai istintaq zamanı verdiyi ifadələrində qeyd olunan xüsusatları işin faktiki hallarına uyğun olduğunu hesab edərək sübut kimi qəbul edir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə məhkəməyə verdiyi ilk ifadələrində özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə o, Təqsirləndirilən şəxs1, sonuncunun tanışı Elnur adlı şəxslə birlikdə taksi sürücüsü Şahid9 idarə etdiyi avtomobillə Şirvan Milli Parkına getmişlər. Parkda süfrə sərib yeyib-içmişlər, sonra oradan gedəndə polis əməkdaşları onları saxlayaraq polis şöbəsinə aparmışlar, onun üzərindən narkotik çıxmamış, polislər maşından narkotik aşkar etmişlər, narkotik barədə hər hansı bir məlumatı olmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hadisə yerində içərisində narkotik maddələr olan bağlamaları daşıdıqları videoçəkiliş nümayiş etdirildikdən sonra bununla bağlı verilən suala cavab olaraq narkotik vasitələr deyil, öz şəxsi əşyalarını və qida qəbul edərkən istifadə olunan süfrəni daşıdığını bildirmişdir. Lakin, Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi 10 mart 2025-ci il tarixli sonuncu ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır. Təqsirləndirilən şəxs1 ona zəng vuraraq Bakı şəhərindən qonağının gələcəyini, birlikdə gedib dəniz kənarında süfrə sərib yeyib içməyi təklif etmişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Bəhram tanışı Elnur adlı şəxslə onun yaşadığı evə gəlmişlər, Bəhram onlara Salyan rayonu istiqamətində Milli parkın ərazisində Xəzər dənizinin sahilinə gedib balıq tutmağı və süfrə açıb çörək yeməyi təklif etmişdir. xx.xx.2023-cü il tarixdə o, Bəhram, Elnur birlikdə taksi sürücüsü Şahid9 idarə etdiyi avtomobillə Şirvan Milli Parkına getmişlər. Parkda süfrə sərib yeyib-içdikdən sonra Bəhram ona dəniz kənarında narkotik vasitə basdırıldığını, ona köməklik edib həmin narkotik vasitəsini qazıb çıxarmalarını, bunun müqabilində ona 500 manat pul verəcəyini, 5 bükümdə istifadəsi üçün marixuana verəcəyini, həmin puldan 300 manatın yeyib-içməyə xərcləməsini, 50 manatını taksi sürücüsünə yerməyi, 150 manatını isə özünə saxlamağı təklif etmiş. O, Bəhramın dediyi ilə razılaşmışdır. O, Bəhramla birlikdə Bəhramın dediyi yerdən qazıb bağlamanı çıxarıb avtobilin yük yerinə qoymuşlar. Parkdan çıxarkən polis əməkdaşları onların avtombilini saxlayıb onları polis şöbəsinə aparmışlar. Polis şöbəsində baxış keçirilərkən Bəhram avtombilin yük yerində olan bağlamanı polis əməkdaşlarına təqdim etmişdir. Aşkar olunmuş narkotik vasitələr ona aidiyyəti olmamışdır. O, narkotik vasitələrindən istifadə etmir və heç vaxt narkotik vasitələrinin satışı ilə məşğul olmamışdır. Törətdiyi əməldən peşmandır, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş X8 İdarəsinin Neftçala Xətt Polis Məntəqəsinin rəisi Şahid1 ifadəsində göstərmişdir ki, 06 sentyabr 2023-cü il tarixdə Bakı şəhər sakini Bəhram və Salyan rayon sakini Akif adlı şəxslərin qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə əldə etmə, daşıma, saxlama və qanunsuz dövrüyyəsi ilə məşğul olmaları barədə məlumat daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. Şirvan Milli Parkın ərazisində şübhəli şəxslərin yerini müəyyən etdikdən sonra onların dənizin kənarında nə isə axtardıqlarının şahidi olmuş, həmin şəxslər iki nəfər olmuşlar. Onlardan birinin əynində çəhrayı rəngli, qısa qol köynək və göy rəngli cins şalvar, digərinin əynində isə boz rəngli qısaqol köynək və göy rəngli cins şalvar olmuşdur. Şübhəli şəxslər torpağı qazaraq bağlamaları çıxarmışlar. Bundan sonra həmin bağlamaları avtomobilə yükləmişlər. O ağacın arxasında gizlənərək şübhəlilərin bu hərərkətlərini mobil telefonla qeydə almışdır. 06 sentyabr 2023-cü il tarixdə saat 15:50-də Bəhram və Akif adlı şəxslər Şahid9 idarə etdiyi Vaz-21061 markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şirvan Milli parkın ərazisindən çıxarkən saxlanılmışlar. Həmin şəxslər və avtomobildə olan digər 2 nəfər Şahid8 və taksi sürücüsü Şahid9 idarə etdiyi Vaz-21061 markalı,**-EK-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Salyan rayon polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində müdafiəçinin iştirakı və video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Şahid9 və Şahid8 üzərində şəxsi axtarış aparılmışdır, üzərlərində cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Daha sonra Şahid9 razılığı ilə idarə etdiyi “Vaz-21061” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilə şübhəli şəxslərin və müdafiəçilərin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmiş, baxış zamanı şübhəli şəxslərdən avtomobildə narkotik vasitə və psixotrop maddə və ya cinayət xarakterli əşya və ya predmet olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs1 avtomobilin yük yerində narkotik tərkibli maddələrin olduğunu bildirdikdən sonra baxışda iştirak edən şəxslərin iştirakı ilə avtomobilin yük yeri açılmışdır. Təqsirləndirilən şəxs1 avtomobilin yük yerində olan bağlamaları göstərib həmin bağlamaların içərisində narkotik tərkibli maddələr olduğunu, həmin maddələri “Şirvan” Milli Parkının ərazisində Xəzər dənizinin sahilindən mobil telefonuna göndərilmiş SMS bildirişi əsasında Təqsirləndirilən şəxs2 ilə birlikdə götürüb Vaz-21061 markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yüklədiklərini bildirmişdir. Həmin bağlamalara ayrıayrılıqda baxış keçirilərkən 11 ədəd bağlamanın içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə, 5 ədəd bağlamanın içərisində tiryəkə bənzər maddə, üzərində “Metadon-40” yazılmış hər birinin içərisində 10 ədəd olmaqla 500 list dərman preparatlarının oxaşar maddənin olması aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitəyə bənzər maddələr ayrı-ayrılıqda qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. 07 sentyabr 2023-cü il tarixdə Şirvan Milli Parkının ərazisində xidmətdə olarkən yerdə bir ədəd qara rəngli “Redmi 6A”markalı mobil telefon və bir ədəd qara rəngli “Garmin” markalı GPS cihazı tapılmışdır. Həmin mobil telefona baxış keçirilərkən Təqsirləndirilən şəxs1 məxsus olduğunu, arxiv bölməsində isə Təqsirləndirilən şəxs1 məxsus narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısını ifadə edən səs yazılarının olduğunu aşkar eedilmişdir. Bundan sonra həmin mobil telefonu və GPS aləti istintaqa təqdim etmişdir. Şahid qismində dindirilmiş X8 İdarəsinin əməkdaşları Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid7 Şahid1 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadələr vermişlər İş üzrə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Şahid8 əvvələr tanımamışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 10:00-da onlar evdən çıxıb Salyan dairəsinin yaxınlığında olarkən Akif ona yaxınlaşaraq onları Şirvan Milli Parkına aparıb və həmin günü onlarla keçirib onları yenidən evə gətirməsi danışmışdır. O, Akifi və digər şəxsləri aparmağa görə 50 manat razılaşmışdır. Şirvan Milli Parkına xx.xx.2023-cü il tarixdə təxminən saat 11:30-da çatmışlar. Şirvan Milli Parkın qapısında mühafizəçilər onlara yaxınlaşmış və hara getmələrini soruşmuşlar. Onlar sahildə balıq tutmaq istəmələrini bildirdikdə. Mühafizəçilər balıq tutmanın qadağan olunduğunu bildirmiş maşında olan qarmaqları götürmüşlər. Onlar heç olmasa dəniz kənarında süfrə açıb istirahət etmək istədiklərini onlara bildirmişlər. Mühafizəçilər bilet verib onları idarə etdiyi maşın ilə içəri buraxmışlar. Onlar nahamar yolla təxminən 25 kilometr yol getmiş və Xəzər dənizinin sahilinə çatmışlar. Orada süfrə açıb çay içmişlər, o isə maşının yanında qalmışdır. Akif ilə Bəhram isə dəniz kənarına gəzib çimməyə getmişlər. Bir müddət sonra Akif ilə Bəhram onların qaldığı yerə gəlmiş əllərində olan əşyaları nəqliyyat vasitəsinin yük yerinə qoymuşdurlar. Onlar saat 15:30-da nəqliyyat vasitəsi ilə oradan çıxmaq istəyərkən polis əməkdaşları onları saxlamışlar. Sonra onları şübhəli şəxs qismində Salyan RPŞ-nə aparmışlar. Salyan RPŞ-də videoçəkilişlə onun idarə etdiyi VAZ 21061 markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmiş, baxış zamanı Akif ilə Bəhramın həmin nəqliyyat vasitəsinin yük bölməsinə qoyduğu bağlamaları Bəhram polislərə təqdim etmiş və həmin bağlamaların içərisində narkotik tərkibli maddələr olduğunu bildirmişdir. Həmin bağlamalara ayrı-ayrılıqda baxış keçirilərkən bağlamaların içərisində müxtəlif növdə narkotik vasitələr olması müəyyən edilmişdir. O, taksi sürücüsü kimi pul müqabilində Akif, Bəhram və Elnuru Şirvan Milli Parkına aparmış, avtombildən aşkar olunmuş narkotik vasitələrinin ona heç bir aidiyyəti olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 06 sentyabr 2023 2023-cü il tarixli 3-16-16/2-6/4750 №-li rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan iki ədəd sellofan bağlamada olan: -üzərində “Şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs2, Şahid8, Təqsirləndirilən şəxs1 və Şahid9 saxlanıldıqları Vaz 21061 markalı **-EK-*** d.q.n.-lı nəqliyyat vasitəsinin...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd sellofan bağlamada üzərində “Methadone 40” göstəricisi olan 500 ədəd konvalyutda ümumilikdə 5000 ədəd ağ rəngli dərman həbində metadonun təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 200 qram (1ədəd həbdə 0,04 qram) təşkil edir. Üzərində “Şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs2, Şahid8, Təqsirləndirilən şəxs1 və Şahid9 saxlanıldıqları Vaz 21061 markalı **-EK-*** d.q.n.-lı nəqliyyat vasitəsinin...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd sellofan bağlamada 5 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 998,4 qram, 1024,4 qram, 1046,6 qram, 1030,6 qram, 993,8 qram ümumi təmiz çəkisi 5093,8 qram olan spesifik tiryək iyli, qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir. Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Ekspert qarşısında qoyulmuş “dərman preparatlarının mənşəyi və harada istehsal olunması” sualı kimyəvi ekspertizanın predmetinə aid olmadığından cavablandırılmır. Ekspertiza tədqiqatından sonrakı qalıq tiryək 5093,6 qram, 4940 ədəd metadon həbləri.Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat qəpikdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 06 sentyabr 2023-cü il tarixli 3-16-16/2-7/1256 №-li rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs2, Şahid8, Təqsirləndirilən şəxs1, və Şahid9 saxlanıldıqları Vaz 21061 markalı 10-EK919...nəqliyyat vasitəsinin yük yerindən aşkar edilmiş...” yazıları və imzalar olan göy rəngli polietilen bağlamadakı O6 (altı) ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 365qram, 370qram, 525qram, 375qram, 370qram, 535qram və üzərində “Şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs2, Şahid8, Təqsirləndirilən şəxs1 və Şahid9 saxlanıldıqları Vaz 21061 markalı **-EK- ***...nəqliyyat vasitəsinin yük yerindən aşkar edilmiş...” yazıları və imzalar olan ağ rəngli polietilen bağlamadakı 05(beş) ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 285qram, 425qram, 525qram,: 540qam, 310qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatından sonrakı qalıq tiryək 4622,8 qram qurudulmuş maruxuanna. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manat qəpikdir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 27 oktyabr 2023-cü il tarixli 7049 nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Şahbazov X2 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 18 noyabr 2023-cü il tarixli 7549 nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Səlimov X1 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 06 sentyabr 2023 2023-cü il tarixli «avtombilə baxış keçirmə və götürmə haqqında» protokoldan görünür ki, Şahid9 idarə etdiyi “Vaz-21061” markalı **- EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən 11 ədəd qurudulmuş marixuanaya bənzər bağlama, 5 ədəd narkotik vasitə tiryəkə bənzər bağlama, üzərində “Metadon-40” yazılmış hər birinin içərisində 10 ədəd olmaqla 500 list dərman preparatı aşkar edilmişdir. İş materiallarında olan 06 sentyabr 2023-cü il tarixdə təxirəsalınmaz əməliyyataxtarış tədbirləri keçirilən zaman çəkilmiş video görüntüdən görünür ki, Şirvan Milli Parkının ərazisində Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 birlikdə torpağa basdırılmış narkotik vasitələri qazaraq çıxarmış və avtomobilə yükləmişlər. İş materiallarında olan 07 sentyabr 2023-cü il tarixli «mobil telefona baxış keçirilməsi və haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus səs yazılarında Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması aşkar edilmişdir. Həmçinin mobil telefonda narkotik vasitələrin dəniz kənarında basdırılmış yerinin axtarılması barədə də video görüntü vardır. Bundan başqa mobil telefonda narkotik vasitələrin və psixotrop maddələrin bükümlərlə və tərəzidə çəkilmiş şəkilləri də aşkar edilmişdir. İş materiallarında olan «sübutların qiymətləndirilməsi haqqında» 08 dekabr 2023-cü il qəraradan görünür ki, “VAZ” 21061 markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtombildən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq 5093,6 qram tiryək, 4940 ədəd metadon həbləri, 4622,8 qram qurudulmuş marixuanna maddi sübut kimi tanınmış DİN-in X8 İdarəsinin maddi sübutlar otağına təhvil verimişdir. Həmin qərarla əməliyyat tədbirləri zamanı çəkilmiş görüntüləri özündə əks etdirən 1 ədəd DVD disk, şəxsi axtarış keçirilməsi və avtombilə baxış keçirilməsi və götürmə aparılmasına dair 3 ədəd DVD disk, mobil telefona baxış keçrilməsinə dair 1 ədəd CD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan 06 sentyabr 2023-cü il tarixli «şübhəli şəxs qismində tutulma haqqında» protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli qərarları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində həbs olunmasının əvvəli 06 sentyabr 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 əvvələr məhkum olunmamışdır. İş materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamələrin və hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 Salyan rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumulu ödənilmişdir. İş materiallarında olan 22 sentyabr 2023-cü il tarixli Salyan Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ətrafında aparılan əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə X8 İdarəsinin 06 sentyabr 2023-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 oktyabr 2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Salyan şəhəri, T.Davudzadə küçəsi ev 53-də qeydiyyatda olmaqla yaşayır, yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyə təqdim olunmuş ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Akif Şahbaovun atası Ziyadxan Şahbazov və Nüşabə Şahbazova vəfat etmişlər. İş materiallarında olan Bakı şəhər, 188 saylı Mənzil Tikinti Kooperativinin 17 noyabr 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal 2, ev 9, mənzil 174-də yaşayır, ailəlidir, 2 oğlu var. Yaşayış yeri üzrə kənar təsirlərə məruz qalmış, vətənə, millətə faydısı olmayan adamdır, yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinatət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməlləri məhz onlar tərəfindən törədilmişdir, bu cinayətlərə görə onlara ittiham verildiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidirlər və onların təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onların barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 yaşayış yerindən müsbət xarakterizə olmasını, əməlini qismən etiraf etməsini yaşayış yerindən müsbət xarakterizə olunsanı məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran halları müəyyən etmir. Odur ki, təqsirləndirilən şəxslərə cəza təyin ediləsi halda yuxarıda göstərilən yüngülləşdirici hallar nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, törətdiyi əməllərə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalanmalıdırlar. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs1 və Marif Quliyv ittiham olunduqları maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidirlər. CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Lakin Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, məcburi müalicəyə ehtiyacı yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub - DİN-in X8 İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 5093,6 qram tiryək, 4940 ədəd metadon həbləri, 4622,8 qram qurudulmuş marixuanna məhv edil edilməli, əməliyyat tədbirləri zamanı çəkilmiş görüntüləri özündə əks etdirən 1 ədəd DVD disk, şəxsi axtarış keçirilməsi və avtombilə baxış keçirilməsi və götürmə aparılmasına dair 3 ədəd DVD disk, mobil telefona baxış keçrilməsinə dair 1 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, iş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “İphone” markalı və Təqsirləndirilən şəxs1 məxsus məxsus “KGTEL” markalı mobil telefonlar onların yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə 143 (yüz qırx üç) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 71 (yetmiş bir) manat 50 (əlli) qəpik tutularaq dövlət nəfinə keçirilməsini, onların cəza çəkmə müddətinin əvvəlinin 06 sentyabr 2023-cü il tarixdən hesablanmasını əsaslı sayır. Göstərilənlərə əsasən, CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 71 (yetmiş bir) manat 50 (əlli) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 sentyabr 2023-cü il tarixdən hesablansın. İş üzrə 71 (yetmiş bir) manat 50 (əlli) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq - DİN-in X8 İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 5093,6 qram tiryək, 4940 ədəd metadon həbləri, 4622,8 qram qurudulmuş marixuanna məhv edilsin. - Əməliyyat tədbirləri zamanı çəkilmiş görüntüləri özündə əks etdirən 1 ədəd DVD disk, şəxsi axtarış keçirilməsi və avtombilə baxış keçirilməsi və götürmə aparılmasına dair 3 ədəd DVD disk, mobil telefona baxış keçrilməsinə dair 1 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “İphone” markalı və Təqsirləndirilən şəxs1 məxsus məxsus “KGTEL” markalı mobil telefonlar onların yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Ayşən Vəliyeva Aqil Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-16/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-16/2025
10.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver