Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-160/2023 15.03.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1962-ci ildə Lerik rayonunun Küsəkəran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Lerik rayonunun, Küsəkəran kəndində qeydiyyatda olan və yaşayan, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.1, 178.2.2, 178.2.4, 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə, Şahid1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində-kiçik həcmli gəmilərdə xilasedici kimi işə qəbul olunmasında köməklik göstərilməsi barədə 2022-ci ilin yanvar ayının əvvəllərində Zərərçəkmiş şəxs özünü işgüzar və geniş əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək fevral ayının əvvəllərində guya tanışı X4 Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə həmin Nazirlikdə müxtəlif vəzifələrə təyin etmə imkanına malik olduğunu yalandan bildirib, həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə, yəni müvafiq vəzifəyə təyin etməsi üçün zəruri tədbirləri görməsinə görə maddi nemət olan 7.000 manat məbləğində pul vəsaitinin verilməsinin zəruriliyini bildirib, Zərərçəkmiş şəxs özünə inandırdıqdan sonra maddi nemət olan pul vəsaitini rüşvət qismində vəzifəli şəxsə verməyə onu təhrik etməklə, sonuncunun həmin məsələnin 7.000 manat məbləğində pula həllinə dair razılığını alıb onunla sövdələşərək, həmin niyyətlə 2022-ci ilin fevral ayının əvvəllərində Lənkəran rayonunun Göyşaban kəndində 2.700 manat, eyni niyyətlə 2022-ci ilin fevral ayının ortalarında Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Ali Məhkəməsinin yaxınlığında 4.300 manat məbləğində pul vəsaitini X10 ilə birlikdə Zərərçəkmiş şəxs almaqla ümumilikdə sonuncuya məxsus xeyli miqdarda yəni, 7.000 manat məbləğində pul vəsaitini vahid qəsdlə əhatə olunan qanunsuz hərəkətləri ilə ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə dələduzluq etmiş, öz hərəkətləri ilə Zərərçəkmiş şəxs vəzifəli şəxsə birbaşa yolla maddi nemət olan pulu rüşvət qismində verməyə təhrik etmişdir. Bundan başqa, o, təkrarən digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə, Şahid2 və Şahid1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində-kiçik həcmli gəmilərdə xilasedici kimi işə qəbul olunmasından sonra, həmin xidmətin xüsusi geyim formasının və nişanlarının hazırlanması ilə bağlı Zərərçəkmiş şəxs yalan vəd verib, həmin işin icrası ilə əlaqədar guya Ramin Hümbətovun tanışı səlahiyyətli vəzifəli şəxsə müvafiq hərəkətə yəni, xüsusi geyim formasının hazırlanmasına görə maddi nemət olan 1000 manat məbləğində pul vəsaitinin verilməsinin zəruriliyini 2022-ci ilin fevral ayının sonunda Ramin Hümbətov tərəfindən Şahid2 bildirilməsinə nail olaraq, Zərərçəkmiş şəxs özünə inandırdıqdan sonra maddi nemət olan pul vəsaitini rüşvət qismində vəzifəli şəxsə verməyə onu təkrar təhrik etməklə, sonuncunun həmin məsələnin 1000 manat məbləğində pula həllinə dair razılığını alıb onunla sövdələşərək, həmin niyyətlə 2022-ci ilin mart ayının əvvəllərində Lənkəran şəhəri, “Ləvəngi” dairəsi yaxınlığında 500 manat pul vəsaitini Zərərçəkmiş şəxs almaqla, eyni niyyətlə 500 manat məbləğində pul vəsaitinin “birbank” mobil tətbiqi vasitəsi ilə Şahid1 məxsus plastik pul kartından özünə məxsus plastik pul kartına göndərilməsini təmin edib Zərərçəkmiş şəxs məxsus ümumilikdə 1000 manat məbləğində pul vəsaitini ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrar dələduzluq etmiş, Zərərçəkmiş şəxs vəzifəli şəxsə birbaşa yolla maddi nemət olan pulu rüşvət qismində verməyə təkrar təhrik etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Lerik rayonunun Küsəkəran kəndində qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan-Südçülük sovxozu, yeni yaşayış massivində yaşayır, heç yerdə işləmir, təqaüdlərlə dolanırlar. Ürəyindən əməliyyat olunduqdan sonra daha işləyə bilmir. X6 tanıyır, sonuncu özünü Fövqəladə Hallar Nazirliyində yüksək vəzifəli şəxs kimi təqdim etmişdir, lakin Ramini nazirliyinin formasında heç vaxt görməmişdir. Raminin deməsinə görə, qaynı da həmin nazirlikdə daha yüksək vəzifədə işləyir. Amma o, həmin şəxsin nə adını, nədə ki, kim olduğunu bilmir. Ramin onun yanında olan zaman mobil telefonla kiminləsə danışanda “rəis belə gəldi, rəis belə getdi kimi ifadələr işlədib” ona özünü yüksək vəzifəli şəxs kimi tanıtmışdır. 2022-ci ilin yanvar ayında Binə qəsəbəsində yerləşən çayxanada olan zaman Lənkəran rayonunun Ürgə kənd sakini Zərərçəkmiş şəxs da, orada olmuşdur. İlhamı elə əvvəldən də tanımışdır. Söhbət əsnasında İlham oğlunun işsiz olduğunu, yaxşı məvacibli iş varsa axtardığını demiş və hətta lazım gəlsə zəhməthaqqı da verə biləcəyini söyləmişdir. Öz növbəsində İlhama bir tanışı olduğunu, Ramin Hümbətovu nəzərdə tutmuşdur, əgər bir şey alınsa xəbər edəcəyini bildirmişdir. Həmin vaxt bir-birilərinin mobil telefon nömrələrini götürüb bir az söhbət edib ayrılmışlar. Bir müddət keçdikdən sonra Ramin Hümbətov ona Fövqəladə Hallar Nazirliyində, kiçik həcmli gəmilərdə xilasedici kimi işçi axtarıldığını, tanışı varsa işə düzəldə biləcəyini, bunun üçün də zəhməthaqqı kimi 7.000 manat lazım olduğunu bildirmiş, eləcə də həmin puldan müəyyən qədər ona çatacağını söyləmişdir və əgər belə adamlar tapsa yaxşı dolanışığının olacağını demişdir. Öz növbəsində pula ehtiyacı olduğundan Raminlə razılaşmışdır. İlhama zəng edib bu barədə məlumat vermişdir. Biraz danışıb İlhamı inandırmışdır ki, iş görəcəyi şəxs ciddi adamdır, hələ bir neçə nəfəri də belə işə düzəltmişdir. İlham ondan bu işin alınması üçün nə qədər pul lazım olduğunu soruşanda 7.000 manat istədiklərini demişdir. Razılaşdıqdan sonra Raminə zəng edib Lənkəran rayonunda bir nəfər şəxsin oğlunu xilasedici kimi işə düzəltmək istədiyini söyləmişdir. Daha sonra Raminlə birlikdə 2022-ci ilin fevral ayının əvvəllərində Lənkəran rayonunun Göyşaban kəndinə gəlmişlər. Həmin kənddə Zərərçəkmiş şəxslə görüşmüşlər. Yerindəcə İlhamdan ilkin olaraq oğlu- Şahid1 görə 2.700 manat pul götürmüşlər. Söhbət əsnasında X2 işini tez həll etmək üçün məhkumluq barədə arayışı, narkoloji dispanserdən arayışı, ərazi icra nümayəndəliyindən arayış-xasiyyətnaməni, 3x4 ölçüdə bir neçə şəkili Nazirlikdən istəyirlər adı ilə tələb etmişdir. O isə İlhama “sən bu sənədləri və pulu tələsdir ki, işimiz tez alınsın, yoxsa sırada çox adam var” demişdir. Bundan sonra yerdə qalan pulu almaq üçün 2022-ci ilin fevral ayının ortalarında o, və Ramin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Ali Məhkəmənin yanında Zərərçəkmiş şəxs görüşmüş, İlham onlara 4.300 manat pul vermişdir. Həmin vaxt öz növbəsində İlhama “həmin pulun 1000 manatını mənə ver ki, mən də nazirlikdə olan polkovnikə əlbəl pul verim ki, həmin şəxs məni də tanısın, gələcəkdə mənimlə də iş görsün” demiş, ona görə də İlham həmin puldan 1000 manatı ona, 3300 manatı isə Raminə vermişdir. Beləliklə, həmin 1000 manat, ordan onun xeyri olmuşdur. Halbuki, İlhama yalan danışmışdır. Çünki özü elə bir polkovnik tanımır. Ramin orada İlhamgilə işin bir ay müddətində həll olunacağını vəd etmişdir. Elə həmin ərəfələrdə İlhamın və özünün tanışı Teymur adlı şəxs tanımadığı nömrədən ona zəng edib özünü də işə düzəltməsi müqabilində Raminə əlavə olaraq Bakı şəhərində 5.000 manat pul verdiyini söyləmişdir. Həmin vaxt Teymura heç nədən xəbəri olmadığını bildirmişdir. Bunu öyrəndikdən sonra Raminə zəng edib bu barədə soruşsa da, Ramin daim söhbəti dəyişərək heç nə deməmişdir. Telefon danışığı zamanı Ramin formaların hazırlanmasına görə əlavə 1000 manat pulun lazım olduğunu söyləyərək ondan İlhamgillə danışmasını xahiş etmişdir. Daha sonra İlham ona zəng edərək öz narazılığını bildirib aralarındakı razılaşmanın Cəfəri işə düzəltmələrinə görə 7000 manat olduğunu söyləmiş əlavə 1000 manat istənilməsinin səbəbini soruşmuşdur. Öz növbəsində “həmin pulu formalara görə nazirlikdən istəyirlər. İşlərin yubanmasın deyə ver getsin” demişdir. Odur ki, İlhamı razı saldıqdan sonra 2022-ci ilin mart ayının əvvəllərində Lənkəran şəhəri, “Ləvəngi” dairəsi adlanan ərazidə görüşüb İlhamdan ilkin olaraq 500 manat almışdır. İlham həmin vaxt ona qalan 500 manatı da göndərəcəyini söyləmiş, sonuncuya həmin pulu kart hesabına köçürmələrini bildirmişdir. Belə ki, İlham həmin karta 500 manat pul göndərmişdir. Pulları alandan sonra bir aydan çox müddət keçmiş və İlhamgil aldadıldıqlarını başa düşüb onlardan pullarını tələb etməyə başlamışlar. O da məcbur qalıb həmin puldan 1500 manatı İlhama qaytarmışdır. Lakin özünə qalan digər 500 manatı qaytarmamışdır. Daha sonra Raminə də pulları qaytarmasını əks halda İlhamın polisə şikayət edəcəklərini söyləmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmiş, əməlindən peşimandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Lənkəran rayonunun Ürgə kəndində ailə üzvləri ilə birlikdə yaşamaqla rəsmi olaraq heç yerdə işləmir. Üç övladı var. Hazırda oğlu-Şahid1 onunla yaşayır. Xanibəyi təxminən 2022-ci ilin yanvar ayının əvvəllərində Binə qəsəbəsində, çayxanada təsadüfi hadisə nəticəsində tanımışdır. Söhbət zamanı Xanibəy ona bəzi yerlərə əlinin çatdığını söyləmişdir. Öz növbəsində Xanibəyə oğlu Cəfəri işə qəbul etdirmək istədiyini, nə qədər lazımdırsa pul da verə biləcəyini bildirmişdir. Təxminən bir-iki ay sonra, daha doğrusu 2022-ci ilin fevral ayının əvvəllərində Xanibəy zəng edib “öz qardaşı oğluna görə Fövqəladə Hallar Nazirliyində, kiçik həcmli gəmilərdə xilasedici işini danışdığını, lakin bəzi problemlər olduğundan alınmadığını, istədiyi halda onun oğlunu işə düzəldə biləcəyini söyləmişdir. Xanibəyə bunun üçün nə qədər pul verməli olduğunu deyəndə ona 7000 manat demişdir. Öz növbəsində Xanibəylə razılaşmışdır. Söhbət zamanı Xanibəy Bakı şəhərində X10 adında tanışının olduğunu, sonuncunun Fövqəladə Hallar Nazirliyində tanışı olduğunu və həmin adam vasitəsilə işi düzəldəcəklərini bildirmişdir. Bundan sonra o, 2022-ci ilin fevral ayının əvvəllərində Lənkəran rayonunun Göyşaban kəndində Xanibəy və Raminlə görüşüb oğlu-X12 Nazirliyində, kiçik həcmli gəmilərdə xilasedici kimi işə düzəltmələri üçün həmin şəxslərə ilk olaraq 2.700 manat pul vermişdir. Bundan bir neçə gün sonra Ramin ona zəng edərək Fövqəladə Hallar Nazirliyində həmin yerdə bir nəfər də işçi axtarıldığını və əgər tanışı varsa adını yazdıra biləcəyini demişdir. Raminə bu işə görə nə qədər pul lazım olduğunu deyəndə ona həmin qiymət olduğunu söyləmişdir. Daha sonra qonşusu-Şahid2 bu barədə danışmış, hətta oğlu Cəfər üçün də pul verdiyini bildirmişdir. Teymur faktiki olaraq özündə pul olmadığını deyib işə düzələndən sonra qaytarmaq şərti ilə ondan borca pul istəmişdir. Lakin bundan əvvəl yəni,Teymurun pulunu verənə qədər o, 2022-ci ilin fevral ayının ortalarında 4.300 manat pulu Teymur və Cəfərlə birlikdə Bakı şəhəri, Xətai rayonu ərazisində, Ali Məhkəmənin qarşısında Ramin və Xanibəyə vermişdir. Həmin vaxt Ramin və Xanibəyin istədikləri, guya nazirliyin tələb etdiyi narkoloji xəstəxananın təmizlik arayışını, kənd inzibati dairəsindən götürdüyü arayışı, xasiyyətnaməni, polisdən məhkumluq barədə aldığı arayışı, şəxsiyyət vəsiqəsinin və hərbi biletinin surətlərini həmin şəxslərə təqdim etmişdir. Beləliklə, oğlu Cəfərin işə düzəlməsi üçün ümumilikdə 7.000 manat pulu Ramin və Xanibəyə vermişdir. Bundan bir müddət sonra da Teymura işinin alınması üçün verdiyi 5000 manat pulu Teymur Cəfərlə birlikdə 2022-ci ilin fevral ayının sonunda Bakı şəhəri, Xətai rayonu ərazisində, Ali Məhkəmənin qarşısında Raminə vermişdir. Teymur 5000 manat pulu verəndən sonra bir neçə gün keçmiş Ramin Teymura zəng edib Cəfər və Teymur üçün Fövqəladə Hallar Nazirliyinin formasının hazırlanmasına görə də əlavə 1000 manat pul istəmişdir. Teymurgil ona bu barədə deyəndən sonra Xanibəyə zəng edib öz narazılığını bildirmişdir. Belə ki, Xanibəyə aralarındakı razılaşmanın Cəfərin işə düzəlməsinə görə 7000 manat olduğunu söyləmiş, əlavə 1000 manat pulun istənilməsinin səbəbini soruşmuşdur. Xanibəy də ona “Nazirlikdən formalara görə istəyirlər” demişdir”. İşlərin ləngiməməsindən ötrü razılaşıb 2022-ci ilin mart ayının əvvəllərində Lənkəran şəhərində, “Ləvəngi” dairəsi adlanan ərazidə Xanibəylə görüşüb ona ilkin olaraq 500 manat verib qalanını da göndərəcəyini söyləmişdir. Daha sonra Teymura 500 manat verib “bunu göndər Xanibəyə” demişdir. Teymur da həmin 500 manat pulu Cəfərlə birlikdə 2022-ci ilin mart ayının əvvəllərində Təqsirləndirilən şəxs adına olan plastik karta göndərmişdir. Beləliklə o, oğlu Cəfərə görə 7.000 manat, Teymura görə 5.000 manat, geyimlərin hazırlanmasına görə isə 1000 manat ümumilikdə 13000 manat pulu Ramin Hümbətova və Təqsirləndirilən şəxs vermişdir. Sonradan ona dəymiş ziyan tam olaraq ödənilmişdir, Xanibəylə barışmışlar, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran rayonunun Ürgə kəndində valideynləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs atasıdır. 2022ci ilin yanvar ayının əvvəllərində atası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Xanibəy atasına tanışları olduğuna görə əvvəllər bir neçə nəfəri müxtəlif yerlərdə işə düzəltdiyini bildirmişdir. Atası da Xanibəyə “əgər oğluma aid bir iş olsa, onunla əlaqə saxlamasını, nə lazımdırsa hörmətini də edəcəyini demişdir”. Həmin söhbətdən bir müddət keçmiş Xanibəy atasına zəng edərək Fövqəladə Hallar Nazirliyində, kiçik həcmli gəmilərdə xilasedici kimi bir nəfər işçi axtarıldığını, Bakı şəhərində yaşayan X10 adında tanışının Fövqəladə Hallar Nazirliyində tanışı olduğunu və həmin adam vasitəsilə işi düzəldəcəklərini demişdir. Atası da Xanibəydən bu işə görə nə qədər pul verəcəyini soruşduqda, Xanibəy 7.000 manat demişdir. Odur ki, atası Xanibəylə razılaşmışdır. Bundan sonra birinci dəfə Zərərçəkmiş şəxs 2022-ci ilin fevral ayının əvvəllərində lakin dəqiq xatırlamadığı tarixdə Lənkəran rayonunun Göyşaban kəndində Xanibəy və Raminlə görüşüb onu Fövqəladə Hallar Nazirliyinində, kiçik həcmli gəmilərdə xilasedici kimi işə düzəltmələri üçün həmin şəxslərə ilkin olaraq 2.700 manat pul vermişdir. Bundan bir neçə gün sonra Ramin Hümbətov atasına zəng edərək FHN-də həmin yerdə bir nəfər də işçi axtardıqlarını əgər başqa tanışı varsa işə düzəldə biləcəklərini bildirmişdir. Atası da bu məsələ ilə bağlı qonşusu -Şahid2 danışmışdır. Teymur da işsiz olduğuna görə razılaşmışdır. Teymur həmçinin özündə faktiki olaraq pul olmadığını deyib işə düzələndən sonra qaytarmaq şərti ilə atası Zərərçəkmiş şəxs borc pul istəmişdir. Atası da Teymura bu işdə maddi köməklik edəcəyini demişdir. Bundan sonra, atası Zərərçəkmiş şəxs 2022-ci ilin fevral ayının ortalarında 4.300 manat pulu Teymur və onun iştirakı ilə Bakı şəhəri, Xətai rayonu ərazisində, Ali Məhkəmənin qarşısında Ramin və Xanibəyə vermişdir. Həmin gün həmçinin guya onun üçün nazirliyin tələb etdiyi narkoloji xəstəxananın təmizlik arayışını, kənd inzibati dairəsindən aldıqları arayışı, xasiyyətnaməni, polisdən məhkumluq barədə aldıqları arayışları, şəxsiyyət vəsiqəsinin və hərbi biletinin surətlərini həmin şəxslərə təqdim etmişlər. Beləliklə, atası onun işinə görə Ramin və Xanibəyə ümumilikdə 7.000 manat pul vermişdir. Bundan sonra atasının Teymura işinin alınması üçün verdiyi 5000 manat pulu Teymur onun iştirakı ilə 2022-ci ilin fevral ayının sonunda Bakı şəhəri, Xətai rayonu ərazisində, Ali Məhkəmənin qarşısında Raminə vermişdir. Teymur 5000 manat pulu verəndən sonra bir neçə gün keçmiş Ramin Teymura zəng edib onlar üçün Fövqəladə Hallar Nazirliyinin formasının hazırlanmasına görə də əlavə 1000 manat pul istəmişdir. Bu barədə Zərərçəkmiş şəxs bildirdikdən sonra atası narazılığını bildirsə də, Teymura 500 manat verib göndərməsini demişdir. Bundan əvvəl isə atası 2022-ci ilin mart ayının əvvəllərində Lənkəran şəhərində, “Ləvəngi” dairəsi adlanan yerdə Xanibəylə görüşüb ona ilkin olaraq 500 manat vermişdir. Daha sonra atasının verdiyi digər 500 manat pulu Teymurla birlikdə 2022-ci ilin mart ayının əvvəllərində Təqsirləndirilən şəxs göndərdiyi plastik karta onun kart hesabından köçürmüşlər. Beləliklə, atası Zərərçəkmiş şəxs ona görə 7.000 manat, Teymura görə 5.000 manat, geyimlərin hazırlanmasına görə isə 1000 manat ümumilikdə 13000 manat pulu Ramin Hümbətova və Təqsirləndirilən şəxs vermişdir. Pulları verdikdən sonra Ramin və Xanibəy yaxın bir neçə gün ərzində işlərin tamamlanacağını və işlərin düzələcəyini demişdir. Lakin günlər keçdikcə işlərin ləngidiyini görüb Ramin və Xanibəyə zəng edib “niyə işin bu qədər gecikdiyini” soruşmuşlar. Həmin şəxslər də hər dəfə müxtəlif bəhanələr gətirib həll olunacağını söyləmişdir. Sonradan atasından alınan pul tam olaraq geri qaytarılmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Lənkəran rayonunun Ürgə kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda heç yerdə işləmir. Zərərçəkmiş şəxs qonşusudur. Sonuncunun oğlu-Cəfəri də tanıyır. Dostudur. 2022-ci ilin fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs ona Bakı şəhərində bir nəfər Təqsirləndirilən şəxs adında adamla tanış olduğunu, həmin şəxsin yuxarı yerlərdə tanışları olduğuna görə bir neçə nəfəri də işə düzəltdiyini, hətta oğlu Cəfərin işini də danışdığını və X12 Nazirliyində də, kiçik həcmli gəmilərdə xilasedici kimi işə düzəldəcəyini, bunun üçün ümumilikdə 7000 manat pul istənildiyini və ilkin olaraq da artıq 2.700 manat verdiyini bildirmişdir. Söhbət zamanı İlham ona Xanibəyin həmin işi Bakı şəhərində Ramin Hümbətov adlı şəxs vasitəsilə düzəldəcəyini demişdir. Bundan əlavə İlham həmin şəxslərin dələduz olmadığını fikirləşdiyini və özünü inandırdıqlarını söyləmiş, həmin yerdə bir nəfər də axtardıqlarını əgər istəsə onu da həmin şəxslərə deyə biləcəyini bildirmişdir. Öz növbəsində İlhama onsuzda işi-gücü olmadığını deyərək onun işini də danışmasını xahiş etmiş, lakin hazırda həmin pula gücünün çatmadığını, əgər varıdısa əvəzinə verməsini və gələcəkdə işləyəndə qaytaracağını söyləmişdir. İlham onun rəhmətlik atası ilə yaxın olduğundan onun üçün də pul verə biləcəyini bildirmişdir. Belə ki, Zərərçəkmiş şəxs ona 5000 manat pul vermişdir. Daha sonra həmin pulu dostu Cəfərlə birlikdə 2022-ci ilin fevral ayının sonunda Bakı şəhəri, Xətai rayonu ərazisində, Ali Məhkəmənin qarşısında Raminə vermişlər. Bundan əvvəl isə 2022-ci ilin fevral ayının ortalarında 4.300 manat pulu Cəfərin işinə görə İlham onun və Cəfərin iştirakı ilə Bakı şəhəri, Xətai rayonu ərazisində, Ali Məhkəmənin qarşısında Ramin və Xanibəyə vermişdir. O, 5000 manat pulu verəndən sonra bir neçə gün keçmiş Ramin ona zəng edib onlar üçün Fövqəladə Hallar Nazirliyinin formasının hazırlanmasına görə də əlavə 1000 manat pul istəmişdir. Öz növbəsində Raminin həmin zəngi barədə İlhama məlumat vermiş və sonuncu ona 500 manat verib göndərməsinin xahiş etmişdir. Daha sonra o, həmin 500 manat pulu Cəfərlə birlikdə 2022ci ilin mart ayının əvvəllərində Təqsirləndirilən şəxs adına olan plastik karta Cəfərin kart hesabından göndərmişlər. Bildirmişdir ki, Ramin və Xanibəy həm Cəfərdən, həm də ondan həmin ərəfələrdə onları inandırmaq üçün bəzi sənədləri guya FHN-nə təqdim etmək üçün tələb etmişlər. Cəfər həmin sənədləri sonuncu dəfə Bakıda həmin şəxslərə pulu verəndə təqdim etmişdir. Özü isə həmin sənədləri düzəldib hazırlamış lakin sonradan həmin şəxslər tərəfindən aldadıldıqlarını başa düşüb verməmişdir. Belə ki, Ramin və Xanibəy onlardan özlərinə aid sənədlərin surətlərini, kənd inzibati ərazi dairəsindən FHN-nə təqdim etmək üçün arayış-xasiyyətnaməni, məhkumluq haqqında arayışı, narkoloji xəstəxanadan arayışı, və 3x4 ölçüdə fotoşəkillər tələb etmişdilər. Bundan əlavə Ramin və Xanibəylə dəfələrlə Bakı şəhərində pulları geri tələb etmək üçün görüşmüşlər. Lakin Ramin hər dəfə müxtəlif bəhanələr gətirmiş, işin nazirlikdə olan gecikmələr səbəbindən uzandığını söyləmişdir. Nəticə olaraq həmin şəxslərdən pulları tələb etdikdən sonra Xanibəy 1500 manat, Ramin isə 5100 manat qaytarmışdır. Qalan pulları isə Ramin söz versə də, qaytarmamışdır. Həmçinin ifadəsində göstərmişdir ki, Xanibəy və Ramin ümumilikdə 13000 manat pulu guya sonuncunun Fövqəladə Halllar Nazirliyindəki tanışı vasitəsi ilə müvafiq işə düzəltmək adı ilə almış lakin həmin şəxs barəsində onlara heç bir məlumat verilməmişdir. Sonradan pul vəsaitləri tam olaraq qaytarılmışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “baxış keçirilməsi haqqında” 21 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd CD-R diskə köçürülmüş 3 dəqiqə 22 saniyəlik videogörüntülərdə Ramin Hümbətov yanında olan Zərərçəkmiş şəxs və digər bir neçə nəfərlə söhbət edərkən iş düzəltmək adı ilə Zərərçəkmiş şəxs və digərlərindən pul aldığını təsdiq etmiş, kağızda öz adından iltizam yazaraq aldığı pulları geri qaytaracağını bildirmişdir. Həmin videogörüntülərə baxış keçirilərkən iştirak edən Zərərçəkmiş şəxs videoda sol yan tərəfində oturan şəxsin Ramin Hümbətov olduğunu, videoçəkiliş edən şəxsin Şahid2 olduğunu və sağ yan tərəfində oturan şəxsin isə oğlu Şahid1 olduğunu bildirmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs təqdim etdiyi 02 ədəd dama-dama kağız vərəqə baxış zamanı müəyyən edilmişdir ki, kağız üzərində “mən bu gün X13 Teymurdan aldığım 5.000 və 500 manat pulu, Şahid1 aldığım 7.000 manat pulu 16 aprel 2022-ci il tarixdə, saat 12 tamamda Lənkəran şəhərində Cəfərin atası Zərərçəkmiş şəxs verəcəyimə söz verirəm” mətni yazılmış və kağız Ramin Hümbətov, Xanış Əliyev (yəni Təqsirləndirilən şəxs) və Şahid1 tərəfindən imzalarla təsdiq edilmişdir. Digər dama-dama vərəqdə isə kağız üzərində “mən X14 Adiyevdən iş düzəltmək adı ilə aldığım 11500 manat pulu xx.xx.2022-ci il tarixdə, saat 3-də qaytaracağıma söz verirəm” mətni və Ramin Hümbətovun imzası vardır. Kağızın arxa tərəfində də Ramin Hümbətovun imzası ilə təsdiq edilən yazıda “mən Ramin Hümbətov xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs 1350 manat pul verəcəyimə söz verirəm “ cümləsi yazılmışdır. İş materiallarında olan 24 iyul 2022-ci il tarixli «sənədlərin materialları əlavə olunması haqqında» protokoldan görünür ki, Ramin Hümbətovun və Təqsirləndirilən şəxs 2022-ci ilin fevral ayında Şahid2 onun barəsində olan Lənkəran şəhər narkoloji xəstəxanasından arayış, kənd inzibati-ərazi dairəsindən arayış, Lənkəran şəhər-rayon polis şöbəsindən məhkumluq barədə arayış, 3x4 ölçüsündə 06 ədəd fotoşəkil tələb etmişlər. İş materiallarında olan Daxili İşlər Nazirliyindən ünvanlanmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan 28 oktyabr 2022-ci il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokolldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 30 oktyabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və o həmin tarixdə saat 13:00-da Lənkəran ŞRPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan 19 dekabr 2022-ci il tarixli “Respublika Psixiatriya Xəstəxanasının” məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada müalicə almamış və dispanser qeydiyyatında durmur. İş materiallarında olan 19 dekabr 2022-ci il tarixli “Lənkəran Şəhər Narkoloji Xəstəxanasının” məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada müalicə almamış və dispanser qeydiyyatında durmur. İş materiallarında olan 20 noabr 2022-ci il tarixli Lerik Rayon mərkəzi X8 Şəxçin məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada ruhi-əsəb, narkoloji, onkoloji və digər xəstəliklərlə qeydiyyatında durmur. İş materiallarında olan 21 dekabr 2022-ci il tarixli “Lənkəran Şəhər Psixiariya Xəstəxanasının” məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada qeydiyyatında durmur. İş materiallarında olan Kapital Bank-a məxsus «ödəniş kartı üzrə çıxarışdan» görünür ki, xx.xx.2022-ci il tarixində “birbank” mobil tətbiqi vasitəsi ilə Şahid1 kart hesabından 500 manat pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan 21 dekabr 2022-ci il tarixli Xəzər Rayon İcra Hakimiyyəti başçısının Qala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində Qala qəsəbəsi nümayəndəliyinə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 01 fevral 2023-cü il tarixli Lerik rayon Veri kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən və ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs Lerik rayonu, Küsəkəran kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsində yaşayır, ailə tərkibi arvadından və yetkinlik yaşına çatmış uşaqlarından ibarətdir. O, ictimai işlərdə fəallıq göstərir, ona verilmiş hər hansı tapşırığı vaxtında icra etməyə çalışmışdır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyə təqdim olunmuşxx.xx.2021-ci il tarixi «Bakı Sağlamlıq Mərkəzinin» Təqsirləndirilən şəxs Yusifəli oğlu barəsində olan Epekrizdən görünür ki, o, əvvələr keçirtdiyi mikroinfarkı, sol mədəcik çatışmazlığı diaqnozları ilə müayinələrdən keçmişdir. Məhkəməyə təqdim olunmuş 2 saylı X1 29 aprel 2022-ci il tarixli həkim psixiatr komissiyasının 879 nömrəli rəyindən və ambulator kitabçadan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Yusifəli oğlunun oğlu X7 «Baş-beyin üzvi xəstəliyi (epilepsiya mərhələsi) nəticəsində ağıl zəifliyi davranış pozuntları anemnezində qıcolma tutmaları» barədə qərar verilmişdir. İş materiallarında olan 21 dekabr 2022-ci il tarixli «cinayət işindən yeni cinayət işinin ayrılması» haqqında qərardan görünür ki, cinayət işindən X10 barəsində CM-in 178.2.1, 178.2.2, 178.2.4, 32.4, 312.2-ci maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəməyə təqdim olunmuş Zərərçəkmiş şəxs 23 fevral 2023-cü il tarili ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, onunla barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliyi tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 178.2.1, 178.2.2, 178.2.4, 32.4, 312.2-ci maddəsi ilə düzgün tövsif edilərək ittiham edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs CM-in 178.2.1, 178.2.2, 178.2.4, 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini və peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, ailəsinə yeganə qazanc gətirən şəxs olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini, əvvəllər məhkum olunmamasını CM-in 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin genişləndirilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.3-cü bəndində “törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə aternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması” göstərilmişdir. Məhkəmə hesab edir ki, həmin Sərəncamın mahiyyətinə görə hazırki cinayət işi üzrə təqsirləndirilən şəxslərə azadlıqdan məhruetmə ilə bağlı olmayan cəzalar verilməlidir. Odur ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərə görə vurulan ziyan tam ödənildiyi, əməlindən səmimi peşiman olması, həmçinin 61 yaşda olması nəzərə alınaraq məhkəmə onun təqsirləndirildiyi CM-in maddələrində nəzərdə tutulan azadlıqdan məhrumetmə ilə bağlı olmayan cərimə cəzası təyin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların dairəsini isə Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsi müəyyən edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 139.0.5-ci maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halları cinayət təqibi üzrə icraat zamanı sübutlara əsasən müəyyən edilməli olan məsələlərin sırasında göstərmişdir. Yəni, məhkəmə qərarlarında təqsirləndirilənin şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar barədə nəticələr də CPM-in 143-cü maddəsinə uyğun olaraq toplanmış, 144-cü maddəsinə müvafiq qaydada yoxlanılmış və 145, 146-cı maddələrinin tələblərinə əməl olunmaqla qiymətləndirilmiş sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan (müfaviq sübutlardan irəli gəlməyən) mülahizə xarakteri daşımamalıdır . Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə CM-in 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Yalnız belə olduqda, cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi ədalətli hesab edilə, şəxsin cəza çəkmədən islah olunmasına inam əsaslı sayıla, bu tədbir digər şəxslərə münasibətdə də xəbərdaredici rolunu oynaya bilər. Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulmuş əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olduğu və həmin ziyanın da hələ məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq tamamilə ödənilməsi, onun zərərçəkmiş şəxslə barışıq əldə etməsi, habelə əməlinə tənqidi yanaşmaqla səmimi peşmançılığını ifadə etməsi və peşman olması və işin müəyyən olunmuş digər halları onun təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair məhkəmə tərkibində əsaslı və şübhə yeri olmayan inam yaradır. Belə ki, qeyd olunan hallar artıq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini dərk etdiyini göstərir. Məhz bu cür dərketmənin nəticəsidir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı könüllü olaraq tam ödəmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin təqsirləndirilən şəxsin cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 66.3 və 69.4-cü maddələrin əsasən həmin Məcəllənin 178.2.1, 178.2.2, 178.2.4, və 32.4, 312.2-ci maddələri ilə müəyyən məbləğdə cərimə cəzası təyin edilməlidir. İş üzrə mülki iddia, ekpertiza xərci və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə 4000 (dörd) min AZN cərimə cəzası, Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi ilə 8000 (səkkiz min) AZN cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə 8500 (səkkiz min beş yüz) AZN cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 28 oktyabr 2022-ci il tarixdən 30 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası CM-in 69.4-cü maddəsinə əsasən nəzərə alınsın və təyin olunmuş cəza yüngülləşdirilməklə üzərində qəti olaraq 8200 (səkkiz min iki yüz) AZN cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Neymət Məmmədov Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-160/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-160/2023
15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver