Məhkəmə qərarları › İş №1(099)-161/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-161/2022

04.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-161/2022 04.02.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili X2 iştirakı ilə, 10 avqust 1973-cü ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, İmişli şəhəri, H.Əliyev prospekti, ev 55-də qeydiyyatda olmaqla orada yaşamış, barəsində 29 mart 2021-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz yolla qazanc əlmək üçün satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmək, daşıyaraq özündə saxlayıb bir neçə gün sonra başqa şəxsə təhvil vermək məqsədilə digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 27 mart 2021-ci ildə, saat 19:30 radələrində İmişli şəhərinin mərkəzi bazarının yaxınlığında digər şəxsin avtomobilinə minib İmişli rayonunun Rəsullu kəndinin ərazisindəki qəbiristanlığın yaxınlığına gəlmiş, orada həmin şəxs mobil telefonunda olan fotoşəkilləri ona göstərərək narkotik vasitə və psixotrop maddələrin olduğu yeri izah edib onu avtomobildən düşürmüş, özü isə İmişli şəhəri istiqamətinə getmiş, o, qəbiristanlığa daxil olaraq qəbiristanlıqdakı şam ağacının altında gizlədilmiş, üzərində “BMW” sözü yazılmış boz rəngdə polietilen torbanı götürərək onun içərisindəki külli miqdarda, yəni 1585,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdar təşkil edən 760,0 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda-980,0 qram çəkidə psixotrop maddə metamfetamini qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib, həmin narkotik vasitələri və psixotrop maddəni daşıyaraq qəbiristanlıqdan çıxarkən, İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb polis şöbəsinin inzibati binasına gətirilərək, orada üzərində şəxsi axtarış aparılarkən əlində olan və üzərində “BMW” sözü yazılmış boz rəngdə polietilen torbadakı sarı rəngli polietilen torbanın içərisindən külli miqdarda, 980,0 qram çəkidə psixiotrop maddə metamfetamin, ağ rəngdə polietilen torbanın içərisindən külli miqdarda, 760,0 qram çəkidə narkotik vasitə heroin və üzərində “Bazarstore” sözü yazılmış yaşıl rəngli polietilen torbanın içərisindən külli miqdarda- 1585,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 27 mart 2021-ci ildə saat 19 radələrində istifadə etdiyi mobil telefona xatırlamadığı nömrədən zəng gəlmiş, zəng edən şəxsi tanımamış, həmin şəxs özünü ona təqdim etməmiş, zəng edən şəxs İmişli rayonu Rəsullu kəndində yerləşən kənd qəbirstanlığına getməsini, qəbirstanlığa arxa tərəfdən girəndə birinci qəbirin yanındakı “yolka” ağacının altındakı torbanı götürməsini, bir neçə gün özündə saxlamasını, bunun müqabilində ona 1000 manat pul və narkotik veriləcəyini deyərkən onunla razılaşmış, sonra tanışı Seymur Ocaqova zəng edərək onu Rəsullu yanacaq-doldurma məntəqəsinin yanına aparmasını xahiş etmiş, az sonra Seymur gələrək onu həmin yerə aparıb düşürüb özü isə İmişli şəhəri istiqamətinə getmiş, o, piyada Rəsullu kənd qəbirstanlığına gedərək qəbiristanlıqdakı “yolka” ağacının altından polietilen torbanı götürüb qəbirstanlıqdan çıxarkən, polis əməkdaşları tərəfindən saxlanılaraq İmişli rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən qəbirstanlıqdan götürdüyü polietilen torbadan qurudulmuş marixuana, heroin və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüş, sonra protokol tərtib edilərək orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Hazırda törətdiyi cinayəti etiraf etməklə əməlindən peşmançılıq keçirməsini nəzərə alaraq ona aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Lakin Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı dindirilərkən ifadələri məhkəmə istintaqında tədqiq edilib araşdırılarkən müəyyən olunur ki, təqsirləndirilən şəxsə heç bir təzyiq-təsir göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində ətraflı ifadələr verərək 27 mart 2021-ci ildə İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılarkən əlindəki sellofan torbada olan narkotik vasitələrin yerini ona tanışı X23 göstərdiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olubolmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında İmişli rayon polis şöbəsinin NMQ-un baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 şahid qismində dindirilərkən məhkəməyədək icraatı zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 27 mart 2021-ci ildə İmişli rayon sakini Təqsirləndirilən şəxs satış məqsədi ilə üzərində narkotik vasitələr gəzdirməsi barədə ona daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış, həmin gün saat 20 radələrində İmişli rayonunun Rəsullu kəndində yerləşən qəbiristanlığın ərazisi müşahidəyə götürülmüş, saat 20:15 radələrində Təqsirləndirilən şəxs qəbiristanlığın yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmiş, şöbədə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən sonuncu özü ilə daşıdığı, içərisində üzərində “BMW” sözü yazılmış sellofan torbanı təqdim edərək həmin sellofan torbanın içində narkotik vasitə marixuana, heroin, həmçinin psixotrop maddə metamfetamin olduğunu bildirmiş, sellofan torbanın içində olan narkotik vasitə marixuana, heroin, həmçinin psixotrop maddə metamfetaminə oxşar kütlələr zərfə qoyulub qablaşdırılaraq möhürlənib götürülmüş, sonra şəxsi axtarışla protokol tərtib edilərək orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 da Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 23 iyul 2021-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs üzərində olan polietilen torbada ondan aşkar edilib götürülmüş 1585,0 qram çəkidə qurudulmuş marixuana, 980,0 qram çəkidə metamfetamin və 760,0 qram çəkidə heroini İmişli rayonu, Rəsullu kənd qəbirstanlığında şam ağacının altından götürdüyü yeri göstərməklə, ifadəsində göstərilənləri bir daha təsdiq etmişdir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 10 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Seymur Ocaqovun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs tutulan gün, yəni 27 mart 2021-ci ildə 5 dəfə zəng qeydə alınmışdır. Belə ki, həmin gün ilk dəfə ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə saat 09:44:48-də zəng olunmuş və 148 saniyə danışıq aparılmışdır. Sonra ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəyə saat 11:52:53-də zəng olunmuş və 19 saniyə danışıq aparılmışdır. Bundan sonra ***-***-**-** mobil nömrədən ***-***-**-** nömrəyə saat 12:34:01 zəng edilmiş 76 saniyə, saat 19:26:00 zəng edilmiş 32 saniyə və 19:30:07-də zəng edilmiş 15 saniyə danışıq aparılmışdır. Anten məlumatlarına əsasən, S.Ocaqovun danışıqları «İmisli r-nu» antenində, Təqsirləndirilən şəxs danışıqları ilə «İmisli r-nu, Elcin otel» antenində qeydə alınmışdır. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 26 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, X12 istifadəsində olan atası X21 adına qeydə alınmış ***-***-**-** və ***- ***-**-** nömrəli mobil telefonlara daxil olan çıxan sms mətnlərindən X23 qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması müəyyən olunur. O, qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxslər arasında “Əmi” ləqəbi ilə tanınır və sms mətnlərinə əsasən ona bu formada müraciət edilir. Belə ki, X13 istifadəsindəki ***-***-**-** mobil nömrədən X12 istifadəsindəki ***-***- **-** mobil nömrəyə: -xx.xx.2021-ci ildə saat 00:37:32-də “Sen allahh geldim siz terefdeyem pul elimdedi birde etmerem”; -xx.xx.2021-ci ildə saat 00:51:19-də “Emi azarivi cekim baqwla uzurli say birde olmaz yegibar emiye gore etdim”; -xx.xx.2021-ci ildə saat 03:09:23-də “Emi cox pisem vallahh hardasan sen allahh meni blokdan cixar yada zeng vur komek et mene”; -xx.xx.2021-ci ildə saat 21:18:29-də “Emi nolar sene qurban meni blokdan cixar da gelim gorsey sohbet edey”; -xx.xx.2021-ci ildə saat 20:46:05-də “Emi salam necesen sene qurban men cox pisem nolar meni gor de qurban olaram”; -xx.xx.2021-ci ildə saat 21:12:56-da “Emi xayiw edirem cox pisem mene komek et ulum da elimdedir”; -xx.xx.2021-ci ildə saat 21:13:52-də “Xayiw edirem sende pis ola bilersen nolar men it gundeyem” -xx.xx.2021-ci ildə saat 23:33:24-də “Emi yanimdadir uwaq 100 manat var iki qiram varsa tez de gedecek”; -xx.xx.2021-ci ildə saat 15:10:44-də “Sen romayla iw gorursen petini de almisan yanva men bilirem sene ne edecem” məzmunlu ismarıclar, X12 istifadəsindəki ***-***-**-** mobil nömrədən X8 adına olan ***-***-**-** mobil nömrəyə: -xx.xx.2020-ci ildə saat 21:50:07-də “Qardaşım mən keçib getdim uje sabirabaddayam sən tel.götürmədin nə oldu sənə, Deyəsən patını nisyə dedim qortdun. Mən sadəcə dünənkinə görə təşəkkürümü bildirirdim” məzmunlu ismaric, X12 istifadəsindəki ***-***-**-** mobil nömrədən X14 adına qeydə alınmış ***-***-**- ** mobil nömrəyə: -xx.xx.2021-ci ildə saat 14:43:48-də “Qaqaş mənə niyə cavab vermirsən”; -saat 15:09:41-də “Ay Cavad telefona cavab ver xahiş edirəm”; -saat 17:04:41-də “Ay qaqa mən səndən gözləmirdim mənim sənə hansı pisliyim dəymişdi, məni pod udar qoydun”; -saat 17:06:35-də “Sroçnu mənə zəng vur 50 dən yiyəsi gözləyir” məzmunlu ismarıclar, -xx.xx.2021-ci ildə saat 00:15:12-də “Ay Cavad məni pis vəziyyətdə qoymusan. Şirvan məndən pul gözləyir”; -saat 00:22:33-də “Mən belə görürə m etdiyim yaxşılıqlara belə cavab verirsən. Mənə indi zəng vur mən ağrıyıram bu nə hərəkətdir”; -saat 00:33:33-də “CAVAD MƏNƏ MƏXSUS OLAN PULU GƏTİR QARDAŞİN UĞURA AİD SÖZ VAR YAXŞİ,GÖRÜNMÜR AQİBƏTİ” məzmunlu ismarıclar, X23 istifadəsindəki ***-***-**-** mobil nömrədən X1 istifadəsində olan ***-***-**-** mobil nömrəyə: -xx.xx.2021-ci ildə saat 19:24:37-də “Mənə zəng vur tural”; -saat 20:07:11-də “Ay qaqaş gəlmirsənsə de mən işimi bilim”; -saat 20:15:06-də “Tural bir söz de gözləməyim” məzmunlu ismarıclar, X1 istifadəsindəki ***-***-**-** mobil nömrədən X12 istifadəsindəki ***-***-**-** mobil nömrəyə: -xx.xx.2021-ci il tarixdə saat 20:16:54-də “Emi varyoxun ...diyimi gozduyurem, yigiram zanit verir”; -saat 20:17:40-də “Acan kimi emi quranhaki pramoy seni yigacam” məzmunlu ismarıclar, X23 istifadəsindəki ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə: -xx.xx.2019-cu ildə saat 22:51:09-də “Salam. Ayə qaqa vallah pula görə zənq etmirəm cavab ver. Yaxşı tema var”; X23 istifadəsindəki ***-***-**-** mobil nömrədən X4 istifadəsində olan ***-***-**-** mobil nömrəyə: -xx.xx.2019-cu ildə saat 22:53:35-də “Salam qaqa. Yaxşı tema var tel. Götür. Pula görə zənq etmirəm”; X7 istifadəsindəki ***-***-**-** mobil nömrədən X12 istifadəsindəki ***-***-**-** mobil nömrəyə: -xx.xx.2020-cu ildə saat 19:06:33-də “Terezi hardadi...10 lazimdi.....İfadiye de vacabda.”; -xx.xx.2020-ci ildə saat 19:24:13-də “1 Lazimdi..” -xx.xx.2021-ci ildə saat 19:01:45-də “Acar bazar storun yanindagi Orxan margetde..Maşin Yapnan uzbe uz... Gulqabidadi siqaret.” X23 istifadəsindəki ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə: -xx.xx.2020-ci ildə saat 13:18:39-da “Qəfər bu gündən sənə zəng etməyəcəm demədi demə ayın 4 masallıda vüsalın yanında olacac pulu götürüb gələrsən başqa yolu yoxdu. Məsləhətdi ki pul üstündə olsun.” ***-***-**-** mobil nömrədən X12 istifadəsindəki ***-***-**-** mobil nömrəyə: -xx.xx.2020-ci ildə 11:49:21-də “Qaqa darixma birazdan pul olacaq vuraram kartina. Sey isteseler deyecem”; X23 istifadəsindəki ***-***-**-** mobil nömrədən X15 istifadəsində olan ***-***-**-** mobil nömrəyə: -xx.xx.2020-ci ildə saat 06:11:40-da “Salam qaqa səhərəcən gücnən dözmüşəm. Heç olmasa tel. Aç mənə bir söz ded mən işimi bilim. Mən uzaqı 1 saata gedirəm üzü oyanlara. Bir şey va”; -xx.xx.2020-ci ildə saat 04:31:47-də “Sağ ol qardaş!!! Bu jest qeyri oldu, mən ölüm bundan heç görməmişdim” -xx.xx.2020-ci ildə saat 09:59:33-də “Brat hə yox de gedim işimin dalıyca” -xx.xx.2021-ci ildə saat 19:36:36,**********66,**********08,Qaqa vəziyyət çətindi, o qaqada varsa pulun verəy alaq. Məndə sabah tezdən olacaq. ***-***-**-** mobil nömrədən X12 istifadəsindəki ***-***-**-** mobil nömrəyə: -xx.xx.2020-ci ildə 13:50:24-də “AY SEYMUR NA OLDU. AXŞAM OLDU” X23 istifadəsindəki ***-***-**-** mobil nömrədən X9 adına olan ***-***-**-** mobil nömrəyə: -xx.xx.2020-ci ildə saat 00:43:35-də “Salam qaqa lazım olsa super şey var” X10 adına olan ***-***-**-** mobil nömrədən X12 istifadəsindəki ***-***-**-** mobil nömrəyə: -xx.xx.2021-ci ildə saat 04:31:24-də “Qaqam berke aza olsa bişey varundu maşın var ölem agrdan” X3 adına olan ***-***-**-** mobil nömrədən X12 istifadəsindəki ***-***-**-** mobil nömrəyə: -xx.xx.2021-ci il saat 21:34:15-də “Salam qaqa imkan olsa yarım dene mene pas atarsan” X23 istifadəsindəki ***-***-**-** mobil nömrədən X18 adına olan ***-***-**-** mobil nömrəyə: -xx.xx.2021-ci il saat 20:51:53-də “Ay qaqa mənə bir söz de mən gedim”; -xx.xx.2021-ci il saat 21:18:07-də “Mənim işim sarvat oldu”; -xx.xx.2021-ci il saat 22:10:57-də “Ramil sroçnu zəng et 1 nəfər tutulub” -xx.xx.2021-ci il saat 21:32:56-da “Ramin 50 ver50 de tapmışam” X23 istifadəsindəki ***-***-**-** mobil nömrədən X16 adına olan ***-***-**-** mobil nömrəyə: -xx.xx.2021-ci il saat 01:43:12-də “Sənə nə oldu əmi 1 dənə mənə götürməy olar” ***-***-**-** mobil nömrədən X12 istifadəsindəki ***-***-**-** mobil nömrəyə: -xx.xx.2020-ci il saat 18:32:19-da “Seymur dede menem şamo bidene iş var kiloda elde eliremde bu sinaq merhelesidi qaqam”; -saat 18:32:44-də “Bu7 deneni deyir verim 2 günen sora yiqim gel kilo apar”; -saat 18:33:09-da “Zengivi gozleyirem”; X12 istifadəsindəki ***-***-**-** mobil nömrədən X15 adına olan ***-***-**-** mobil nömrəyə: -xx.xx.2020-ci ildə saat 20:18:09-da “Ay qaqa pulun neqd verecm yoxdursa gedim bawqa yere”; -saat 21:23:20-də “Davay brat men gozleye bilmedim Allah komeyin olsun Vallah aqreyirsansa gedey aqridan chaxardim”; X12 istifadəsindəki ***-***-**-** mobil nömrədən X15 adına olan ***-***-**-** mobil nömrəyə: -xx.xx.2020-ci il saat 19:17:20-də “**********430393 Huseynli Nezrin” X13 istifadəsindəki ***-***-**-** mobil nömrədən X12 istifadəsindəki ***-***-**-** mobil nömrəyə: -xx.xx.2021-ci il saat 00:31:54-də “Emi ikisinen de isteyirdim e ona gore dedim ki var sa naxadi goturum”; -saat 00:33:18-də “Mene xeber et bilim azarvi cekim emi can”; -xx.xx.2021-ci il saat 13:10:17-də “Emi menimle elaqe saxla sozum var sene qurban” -xx.xx.2021-ci il saat 02:53:23-də “Emi men gedirem eve xeber et”; -saat 02:54:26-da “Bu uwaq meni qoyub gedir piyada qalacam nolar emi azarvi cekim tez de gedim eve” -saat 02:56:27-də “Emi nolar gelim goturum ya yox de gedim xarabama” -saat 03:00:26-da “Emi gedim men eve sen allahh bir soz de” -saat 03:24:44-də “Ay bilet onun icne pox men day hecne demirem” -saat 03:46:07-də “Menden sene ziyan gelmemiwdi de elemi ay bilet neynek emi men olurem offff” X11 adına olan ***-***-**-** mobil nömrədən X12 istifadəsindəki ***-***-**-** mobil nömrəyə: -xx.xx.2021-ci ildə saat 23:34:43-də “Salam Seymur. Gel qaqa gel bunu neterse yoluna qoyaq. Sey verirdim istemedin. Bele usaqlara sey tapib vermisem, 5ci gun axsama qeder vereceyler pulun. Gozleye bilirsense 5ci gun verim. Seymur men basqa hereket elememisem. Basima geleni sene demisem. Adamin basina is geler. Men qacmiram elemirem.” məzmunlu ismarıclar göndərilmişdir. İş materiallarında olan 08 sentyabr 2021-ci il tarixli qəraradan görünür ki, X24 barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan 09 dekabr 2021-ci il tarixli qərardan görünür ki, X6 barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə iitham elan edilmişdir. İş materiallarında olan İmişli rayon məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli 1(036)-84\2021 nömrəli hökmü ilə X25 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan təqsirləndirilən Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** mobil telefon nömrəsi və təqsirləndirilən Seymur Ocaqovun istifadəsində olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri ilə aparılan danışıqlar, sms mətnləri, anten məlumatları və İMEİ kodları dair məlumatları əks etdirən disklərə baxış keçirilməsi haqqında 29 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi müxtəlif İMEİ kodlu mobil telefonlarda istifadə olunmuşdur. Belə ki, həmin nömrə 16 fevral 2021-ci ildə saat 22:39:54-dən 07 mart 2021-ci il saat 13:22:30-dək **********35270 İMEİ kodlu, xx.xx.2021-ci ildə saat 15:23:01-dən 15:23:16-dək **********06940 İMEİ kodlu, xx.xx.2021-ci il saat 05:13:10-dan xx.xx.2021-ci ildə saat 19:30:07-dək **********90510 İMEİ kodlu mobil telefonda istifadə olunmuşdur. Eyni zamanda baxış protokolu ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ***-***-**- ** mobil telefon nömrəsi 27 mart 2021-ci ildə saat 05:13:10-dan 27 mart 2021-ci ildə saat 19:30:07-dək **********90510 İMEİ kodlu mobil telefon istifadə olunmamışdan əvvəl, 11 yanvar 2021-ci ildə saat 23:15:04-dən 15 yanvar 2021-ci il saat 17:03:17-dək S.Ocaqovun istifadəsində ***-***-**-** mobil telefon nömrəsində, 15 fevral 2021-ci ildə saat 19:42:08-dən 26 mart 2021-ci il saat 16:30:07-dək Seymur Ocaqovun istifadəsindəki ***-***-**-** mobil telefon nömrəsində istifadə olunmuşdur. Bununla da müəyyən olunur ki, 27 mart 2021-ci ildə təqsirləndirilən Təqsirləndirilən şəxs istifadəsində olan **********90510 İMEİ kodlu mobil telefon Seymur Ocaqova məxsus olmuş və xx.xx.2021ci ildə saat 16:30-dan sonra istifadə olunması üçün Təqsirləndirilən şəxs verilmişdir. İş materiallarında olan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 27 mart 2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində saxladığı üzərində “BMW” sözü yazılmış boz rəngdə sellofan torbanın içərisindən sarı rəngdə sellofan torbada olan psixotrop maddə metamfetamin, ağ rəngdə sellofan torbada narkotik vasitə heroin və üzərində “Bazarstore” sözü yazılmış yaşıl rəngdə sellofan torbada narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarında olan «kompleks məhkəmə-bioloji və məhkəmə-kimyəvi ekspertizasının» 28 mart 2021-ci il tarixli, 18/369-18/370 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs əlindəki...” sözləri yazılmış və imzalar olan polietilen torba bağlamadakı 1 ədəd polietilen torbada təmiz çəkisi – 1585,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd polietilen torbada təmiz çəkisi 980,0 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd polietilen torbada təmiz çəkisi 760,0 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 10 iyun 2021-ci il tarixli, 1829 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə maddi sübut kimi tanınmış və ekspretiza tədqiqatından sonra qalıq çəkisi 979,95 qram olan metamfetamin, 759,95 qram olan heroin və 1584,98 qram qurudulmuş marixuana İmişli rayon polis şöbəsində saxlanılır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması barəsində bir ədəd DVD diski, “Azercell Telecom» MMCdən daxil olmuş 02 ədəd CD-R disklər cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin qismən etirafedici və şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs özü ilə daşıdığı sellofan torbadan aşkar edilərək götürülmüş narkotik vasitə marixuananı, eləcə də külli miqdar təşkil edən heroini və psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz yolla qazanc əldə etmək üçün əldə etmişdir. Məhkəmə, onun ifadəsində göstərdiyi bu xüsusatları ona təyin ediləcək cəzanın müddətini azaltmağa, başqa sözlə, cinayət məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələr marixuana və heroin, o cümlədən psixotrop maddə olan metamfetamin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun hərəkətini Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində saxlanıldığı vaxtdan, yəni xx.xx.2021-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan İmişli rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2021-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə İmişli rayon məhkəməsinin 06 oktyabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 08 iyun 2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs 06 oktyabr 2017-ci il tarixli hökmlə təyin olunmuş cəzanın çəkilmə müddəti 06 iyun 2019-cu ildə başa çatsa da, onun törətdiyi əməl “az ağır” cinayət hesab olunduğundan məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmişdir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu xx.xx.2021ci ildə başa çatmalı olduğu halda, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini 27 mart 2021-ci ildə törətmişdir, yəni cinayəti məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilməmiş dövrdə törətmişdir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzanı çəkib qurtardıqları gündən sonra iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Hazırda iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilməmiş şəxs hesab olunur. Təqsirləndirilən şəxs məhkumluqları qanunla müəyyən edilmiş qaydada ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 18.5-ci maddəsinə əsasən isə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarına əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İmişli şəhəri, H.Əliyev prospekti, ev 55-də qeydiyyatda olmaqla orada yaşamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirini onun qismən etiraf etməklə əməlindən peşmançılıq keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən onun cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsin əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədi. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq İmişli rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1584,98 qram narkotik vasitələr qurudulmuş marixuana və 759,95 qram heroin, o cümlədən 979,95 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürmə aparılması ilə bağlı bir ədəd DVD diski, “Azercell Telecom» MMC-dən daxil olmuş 02 ədəd CD-R disklər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertiza xərcləri olan 99 (doxsan doqquz) manat 48 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 27 mart 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq İmişli rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1584,98 qram nakotik vasitə qurudulmuş marixuana, 759,95 qram heroin və 979,95 qram psoxotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, şəxsi axtarış və götürmə aparılması barəsində bir ədəd DVD diski, “Azercell Telecom» MMC-dən daxil olmuş 02 ədəd CD-R disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərcləri olan 99 (doxsan doqquz) manat 48 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Cəlil Nəbiyev Cavid Səfərli Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar