Məhkəmə qərarları › İş №1(099)-161/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-161/2025

04.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-161/2025 04.04.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Nəbiyev Cavanşir Şirvan oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi – X8, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs və mülki cavabdeh - Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və mülki iddiaçı – Zərərçəkmiş şəxs, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Zəfər Vəkil bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxs və mülki iddiaçının nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ekol Vəkil bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx.xx.1973-cü ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkumluğu olmayan, Sabirabad şəhəri, S.Vurğun küçəsi, ev 93-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X3 həbsdə saxlanılan Təqsirləndirilən şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM-in) 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 18 mart 2025-ci il tarixdə saat 17:30-da Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 2 nömrəli məhkəmə iclas zalında açıq məhkəmə baxışı iclasında baxaraq, Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 21, 42, 55, 344- 347, 348.3, 349-350, 352-354, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tuturaq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs barəsində istintaq olunmuş cinayət işinin ittiham aktının nəticəvi hissəsində göstərilmişdir ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, Sabirabad şəhəri Heydər Əliyev prospekti 83B ünvanında yerləşən, ona ayrılmış 5x7kv/m torpaq sahəsi üzərində sonradan tikilmiş qeyriyaşayış sahəsini (bərbərxananı) və həmin tikiliyə bitişik, Sabirabad şəhər bələdiyyəsinin mülkiyyətində olsa da, faktiki olaraq 2008-ci il tarixdən onun istifadəsində olan 40kv/m torpaq sahəsini, üzərindəki tikili ilə birlikdə, ümumilikdə 75kv/m qeyri-yaşayış sahəsini tanışı Zərərçəkmiş şəxs 75000 manat məbləğində pul müqabilində satacağına dair yalan vəd verib aldadaraq, sonuncudan 2021-ci ilin mart ayının əvvəlində həmin bərbərxanada beh qismində əlbəəl 1000 manat, 2021-ci ilin mart ayının ortalarında Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən evin həyətyanı sahəsində əlbəəl, 10200 manat ekvivalentində 6000 ABŞ dolları və 19 000 manat, 2021-ci ilin aprel ayının sonlarından may ayının əvvəlinədək olan müddətdə, istintaqla müəyyən edilməyən ayrı-ayrı günlərdə, yenə də həmin bərbərxanada əlbəəl 2000 manat, 3000 manat, 4000 manat və 2800 manat olmaqla, ümumilikdə 11 800 manat, 2021-ci ilin təxminən may ayında onun tapşırığı ilə Zərərçəkmiş şəxs tərəfindən Bakı şəhərində təhsil alan qızı X1 hesabına göndərilmiş, hər dəfə 300 manat olmaqla, ümumilikdə 600 manat, Sabirabad rayon sakini Şahid5 pulunu sonradan ödəmək şərti ilə aldığı Sabirabad şəhəri X27 küçəsi 8 ünvanında yerləşən mənzilə görə borclu olduğu puldan onun göstərişi ilə Zərərçəkmiş şəxs tərəfindən hər dəfə 300 manat olmaqla, Şahid5 qardaşı X4 hesabına göndərilmiş ümumilikdə 600 manat, sözü gedən qeyri-yaşayış sahəsinin – bərbərxananın (ümumilikdə 75 kv.m qeyri yaşayış sahəsinin) sənədləşdirilməsi məqsədilə Sabirabad RİH başçısının Tikinti və Memarlıq Şöbəsinin sabiq müdiri X13 vermək adı ilə 2021-ci ilin iyun ayının əvvəlində Sabirabad Rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığındakı ərazidə aldığı 2000 manat, Şahid5 özünə həmin evə görə borclu olduğu puldan 2021-ci ilin iyun ayında Bakı şəhəri Yasamal rayonu ərazisində “Qismət” şadlıq sarayının yaxınlığında onun göstərişi ilə Zərərçəkmiş şəxs tərəfindən verilmiş 7000 manat, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində Bakı Metropoliteninin “Qara Qarayev” stansiyasının yaxınlığındakı parkda yerləşən çayxanada əlbəəl 5000 manat, 2021-ci ilin iyul ayının sonunda yenə də özünə məxsus bərbərxanada 3000 manat, 2021-ci ilin avqust ayında həmin bərbərxanada 3000 və 2000 manat olmaqla, ümumilikdə 5000 manat pulunu əlbəəl alaraq, vədinə əməl etməyib, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 65 200 (altmış beş min iki yüz) manat məbləğində külli miqdarda pulunu ələ keçirərək dələduzluq etmişdir. Bu səbəbdən də, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymət verməklə, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə müəyyən olunmuş cinayət tərkibinin əlamətləri mövcud deyildir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxsla sinif yoldaşı və qonşu olmuşlar, münasibətləri normal olmuşdur. Koronavirus pandemiyasından sonra Zərərçəkmiş şəxs mütəmadi olaraq saçını kəsdirmək üçün onun bərbər işlədiyi obyektə gəlib-getmişdir. 2021-ci ilin fevral ayından ona məxsus obyektin alqı-satqısı ilə bağlı Zərərçəkmiş şəxsla aralarında söhbətlər başlamışdır. Belə ki, Ədalət onun obyekti satdığını onun yanında bərbərlik sənətini öyrənən bacısıoğlu və əmisioğlanlarından öyrənmişdir. Ədalət ona bir neçə dəfə ona məxsus obyektdə aptek açmaq istədiyini bildirmişdir. Obyekti satmaq barədə qəti qərara gəldikdən sonra obyektə dair sənədləri “WhatsApp” mobil tətbiqi vasitəsi ilə Ədalətə göndərmişdir. Ədalət 2023-cü ilin mart ayının 02-03-də obyektin sənədlərini götürüb aparmış iki gün sonra gələrək “bu obyekt mənlikdir” demişdir. Ədalət ona aptek üçün 37 kvadrat metrin az olduğunu, aptekin normal fəaliyyət göstərməsi üçün 75 kvadrat metr sahəyə ehtiyac olduğunu bildirmişdi. Onlar belə razılığa gəlmişlər ki, obyektlə bağlı sənədləşmə işi bitənə kimi 02 ay ərzində Ədalət ona 85 min manat pul versin. Ədalət 2023-cü ilin mart ayının əvvəlində bərbərxananın arxa hissəsində ona 11 min manat pul vermişdir. Həmin vaxt obyektlə bağlı bütün sənədlər Ədalətdə qalmışdır. 2021-ci ilin mart ayının 13,14 və ya 15-də Ədalətə dəfələrlə pul üçün zəng etmiş, Ədalət isə işdən yorğun gəldiyini onun yanına gələ bilməyəcəyini, onun evlərinə gəlməsini bildirmişdir. O, həmin vaxt Ədalətin yaşadığı evə gedərək orada Ədalətlə görüşmüş, Ədalət cibindən sellofan paketdə pul çıxararaq ABŞ dolları və manat əskinazlarla ona ümumilikdə 16000 (on altı min) manat pul vermişdir. Bundan sonra o, aprel ayından may ayına kimi hər gün Ədalətə zəng edərək pulun qalan hissəsini verməsini bildirmişdir. Bu zaman dilimində Ədalət onun borclu olduğu ev sahibinə hər dəfə 500 (beş yüz) manat olmaqla toplamda 1000 (min) manat pul vermişdir. Belə ki, o, Sabirabad şəhərində sinif yoldaşı Şahid5 mərhum atasına məxsus olmuş evi almaq üçün onunla razılaşmış, lakin həmin evə dair çıxarış mərhumun adına olduğundan vərəsəliklə bağlı qanunvericiliyin tələbinə uyğun olaraq mərhumun vəfatından 6 ay müddətin keçməsini gözləməli olmuşlar ki, rəsmi alqı-satqı həyata keçirə bilsinlər. 2021-ci ilin aprel ayının 22-də mərhum ev sahibinin vəfatından 06 ay müddət keçdiyindən o alqı-satqı etmək üçün mərhum ev sahibinin qızına evin dəyərini ödəməli olmuşdur. O, həmin pulu Ədalətdən alacağı pulla ödəyəcəyini düşünmüş, lakin Ədalət aprel ayının ortalarından ona pulu verə bilməyəcəyini bildirmişdir. Bundan başqa Ədalət ondan Sabirabad şəhərində yerləşən mənzilini onun adına keçirməsini tələb etmiş, o da, həmin mənzilə dair Ədalətə rəsmi etibarnamə vermişdir. O, 2021-ci ilin may ayında Sabirabad şəhərində yerləşən özünə məxsus mənzili sataraq, həmin mənzilin alqı-satqısından əldə etdiyi pulu, Ədalətdən aldığı pul ilə tamamlayaraq almaq istədiyi evin sahibinə vermişdir. Bundan sonra onların işləri danışdıqları kimi davam etmiş, o, həmin obyektdə Ədalətin əmisioğlu və bacısıoğlu ilə birlikdə işləmiş, Ədalətlə şərtləşdikləri kimi hər gün 15 manat pul yığıb Ədalətin bacısıoğluna vermişdir. 2021-ci ilin may ayının 22-dən iyun ayının 5-nə kimi X5 stasionar müalicədə olmuş, xəstəxanadan qayıtdıqdan sonra Ədalət ona akt tərtib etməyi təklif etmiş o da razılaşmışdır. Ədalət aktın tərtib edilməsi üçün ondan özünün, ailə üzvlərindən birinin və yaxın bir dostunun şəxsiyyət vəsiqəsini istəmiş, o da tələb olunan sayda şəxsiyyət vəsiqələrini Ədalətə vermişdir. Bundan iki gün sonra Ədalət onun yaşadığı evə gəlmiş, özü ilə gətirdiyi aktı ona təqdim edərək imzalamasını bildirmiş, o və həyat yoldaşı Ədalətə inandıqlarından akta oxumadan imza atmışlar. O, aktda məbləğin qırx beş min manat qeyd edildiyini görmüş, bununla bağlı Ədalətə obyektin satış qiymətinin səksən beş min manat olduğunu, əvvəlcədən aralarında həmin məbləği razılaşdırdıqlarını demiş, Ədalət isə ilkin mərhələdə ona qırx beş min manat verəcəyi üçün aktda qırx beş min manat qeyd edildiyini bildirmişdir. Bundan sonra onlar Sabirabad rayonu Kürkəndi kəndində yaşayan dostu Cavidin evinə getmişlər, Cavid də orada həmin aktı imzalamışdır. O, Ədalətdən həmin aktın surətini istəmiş, Ədalət ona aktın surətini verəcəyini desə də, daha sonra bununla bağlı onun zənglərinə cavab verməmiş, aktın surətini ona təqdim etməmişdir. Sonradan Ədalət ona zəng edərək obyektin sənədləri tam hazır olduqdan sonra pulu cəm şəklində verəcəyini bildirmişdir. O, avqust ayında yas mərasimlərinə başı qarışdığından obyektin sənədləşmə işini Ədalətə həvalə etmişdir. Obyektlə bağlı sövdələşmələrindən bir il müddət keçməsinə baxmayaraq Ədalət ona pulun yerdə qalan hisəsini verməmişdir. Yalnız 2021-ci ilin oktyabr ayında almış olduğu evin sahibinə olan borcunu ödəməsi üçün ona bir miqdar pul vermişdir. 2022-ci ilin əvvəlindən noyabr ayına kimi dəfələrlə sms yazaraq və zəng edərək Ədalətdən pulu verməsini tələb etmiş, lakin, Ədalət ona pul verməmişdir. 2022-ci ilin noyabr ayında Ədalət ondan obyektlə bağlı sənədləşmə işlərini aparması üçün etibarnamə verməsini istəmiş, birlikdə Asan Xidmətə gedərək orada Ədalətə 05 il müddətinə etibarnamə vermişdir. Ədalətə etibarnamə verdikdən sonra ona obyektə dair çıxarışı aldıqdan sonra onun yanına gəlməsini bildirmişdir. 2023-cü ilin fevral-mart aylarında Ədalət Eldəniz adlı bir şəxslə onun yanına gələrək darıxmamasını, pulu verəcəyini bildirmişdir. 2023-cü ilin iyul ayında o, cavabdeh qismində məhkəməyə çağırıldığını öyrənmiş, məhkəmə bildirişini qəbul etdikdən sonra dəfələrlə Ədalətə zəng etsə də, Ədalət onun telefon zənglərinə cavab verməmişdir. Məhkəmə iclası 17 avqust 2023-cü il tarixə təyin edilmişdir. O, tanışı, vəkil kimi tanıdığı İlqar Əliyevə sonuncu onun yanında olarkən məhkəmədən daxil olmuş sənədləri göstərərək həmin sənədlərin nə barədə olmasını soruşmuşdur. İlqar ona cavadeh qismində məhkəməyə verildiyini, ondan altmış beş min manat pul tələb edildiyini bildirmişdir. İlqar ona hüquqi yardım göstərə biləcəyini bildirmiş, razılaşdıqdan sonra ASAN xidmətdən asan imza və lisenziya alıb ona işləri özünün həll edəcəyini demişdir. O, İlqarın məsləhəti ilə 16 avqust 2023-cü il tarixdə Ədalətə vermiş olduğu etibarnaməni ləğv etdirmişdir. 17 avqust 2023-cü il tarixdə o İlqarla görüşmüş, Natiq adlı şəxsi tanımadığını və ondan heç bir məbləğ almadığı məzmunda tərtib olunmuş sənədə imza etmişdir. Sonrakı məhkəmə proseslərində də, İlqar ona narahat olmamasını işləri özünün həll edəcəyini bildirmişdir. İlqara göstərdiyi xidmətə görə müəyyən məbləğ ödəniş də etmişdir. O, 19 dekabr 2023-cü il tarixində Sabirabad RPŞ-nin Təhqiqat şöbəsinə çağırılmış, polis şöbəsinə gedərkən özü ilə məhkəmə sənədlərini də götürmüşdür. Ədalətin də Polis şöbəsində olduğunu görmüşdür. Orada o, dörd nəfər polis əməkdaşı və Ədalət əyləşərək söhbət etmişlər, daha sonra polis əməkdaşları onu ayrı otağa aparıb məhkəmə sənədlərini ondan almış, ona “sən dələduz deyilsən, sənin işin mülki işdir” demişlər. Bundan bir ay sonra o, yenidən polis şöbəsinə çağırılmış, orada ona barəsində dələduzluq cinayətinə görə cinayət işi başlandığı bildirilmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin obyektdə 2001-ci ildən etibarən bərbər kimi işləyir, Ədalətlə heç bir ədavəti, düşmənçiliyi olmamışdır. Həmin obyekti həm səhhətində problemlər yaranması ilə əlaqədar, həm də ev almaq məqsədilə satmaq istəmişdir. Ədalətdən əvvəl də həmin obyekti bir neçə nəfər almaq istəmiş, obyektə baxış keçirmiş, lakin obyektin çıxarışı olmadığından almaq istəməmişlər. Obyektin alqı-satqısı ilə bağlı Ədalətlə ilk dəfə 2021-ci ilin fevral ayında danışmışlar. Ədalətlə razılaşmalarına əsasən Ədalət mart ayında ona obyektə görə beh verdikdən sonrakı iki ayda ona ümumilikdə səksən beş min manat pul verməli imiş. Obyekti Ədalətə satmağa razılaşdıqdan sonra Ədalət ona əvvəlcə 11000 (on bir min) manat, daha sonra 16000 (on altı min) manat pul vermişdir. Həmin ilin aprel ayının sonu may ayının əvvəllərində isə Ədalət 1000 (min) manat pulu onun əvəzindən almaq istədiyi evin sahibinə ödəmişdir. Bundan sonra Ədalət ona pul verməyəcəyini, yerdə qalan pulu obyektin sənədlərini qaydasına qoyduqdan sonra verəcəyini bildirmişdir. Bundan əlavə Ədalət obyektin sənədlərini hazırlamaqda kömək etməsi üçün Sabirabad rayon İcra hakimiyyətinin baş memarı kimi tanıdığı Müşfiq adlı şəxsə üç min yüz manat pul verdiyini ona bildirmişdir. Daha sonra Ədalət Bakı şəhərində almaq istədiyi evin sahibi Elnarəyə onun əvəzindən yeddi min manat pul vermişdir. Bundan başqa Ədalət onun əvəzindən almaq istədiyi evin sahibinə 2000 (iki min) manat, 2022-ci ildə təxminən yanvar-fevral aylarında Xəyyamın yanında ona 1000 (min) manat pul vermişdir. Həmçinin, Ədalət onun qızının bank kartına iki yüz manat pul köçürmüş, eləcə də, Ədalətin iş yoldaşı ona 100 (yüz) manat pul vermişdir. Sadaladıqlarından başqa Ədalət tərəfindən ona pul verilməsini xatırlamır. Ədalət tərəfindən tərtib edilmiş akt onun tərəfindən imzalanarkən Ədalət həmin vaxta qədər ona yalnız 27000 (iyirmi yeddi min) manat pul vermiş, pulun yerdə qalan hissəsini isə sonra verəcəyini demişdir. İmzaladığı aktın borc müqaviləsi olduğunu düşünmüş, lakin aktın məzmununu oxumamışdır. Həmçinin, Ədalət aktın imzalanması ilə bağlı ona hər hansı təzyiq göstərməmişdir. O, Müşfiq Qasımovu tanımış, belə ki, Müşfiq 2001-ci ildə həmin obyekt İcra hakimiyyəti tərəfindən ona veriləndə həmin obyektin ölçü işləri ilə məşğul olmuşdur. Ədalətin Müşfiqə obyektin sənədlərini düzəltmək üçün pul verməsini Ədalətdən eşitmiş, pulun həqiqətən Müşfiqə verilib-verilməməsini bilməmişdir. O, 2022-ci ilin dekabr ayında obyektdə xırda təmir işləri aparmış, belə ki, bərbərxanaya 06-07 kvadrat metr sahədə kafel vurdurmuş, döşəməyə isə linoleum çəkdirmişdir. O, ümumiyyətlə hər il bərbərxanada cari təmir işləri aparmışdır. Ədalətdən aldığı pulları ona geri qaytarmamış, belə ki, Ədalət ondan bu vaxta kimi pulu yox obyekti istəmişdir. O, Ədalətə qarşı heç bir dələduzluq etməmiş, onu aldatmamışdır. Ədalət onun pulunu tam şəkildə ödəyəcəyi təqdirdə obyekti ona satmağa, eləcə də obyekti almaqdan imtina edəcəyi təqdirdə ona pulu geri qaytarmağa hazırdır. Belə ki, o, Ədalətin ona qırx beş min manat pul verməsini qəbul edir, Ədalət ona şərtləşdikləri kimi yerdə qalan qırx min manatı verəcəyi təqdirdə obyektin danışdıqları kimi 75 kvadrat metr sahəsini deyil, hətta daha artıq, 100 kvadrat metr sahəsini verməyə hazırdır. 23 yanvar 2025-ci il tarixli məhkəmə baxışı iclası zamanı Şahid10 şahid qismində ifadə verdikdən sonra Təqsirləndirilən şəxs dövlət ittihamçısı tərəfindən ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Şahid10 ifadəsində göstərdiyi kimi guya onlar arasında Ədalətin ona altmış beş min manat verməsi ilə bağlı göstərdiyi xüsusatlar yalandır, onlar arasında elə bir söhbət olmamış, əksinə o, Şahid10 Ədalətlə aralarında olan məsələni təfsilatlı danışaraq Ədalətin onu iki il yubatdığını, bu müddətdə pulu hissəhissə dedikdən sonra Şahid10 başını aşağı əyərək heç bir söz demədən çıxıb getmişdir. 04 mart 2025-ci il tarixli məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, özünə məxsus Sabirabad şəhərində yerləşən mənzilini 2021-ci ilin may ayında 23000 (iyirmi üç min) manata satmışdır. O, həmin mənzili satarkən bu barədə Ədalətə məlumat vermiş, Ədalətdə də mənzilin çıxarışını oğlu vasitəsilə ona göndərmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ünvanladığı son sözündə barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası CPM) 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə tərkibi, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də tədqiq edərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə həm qonşu, həm də sinif yoldaşı olmuşlar. Həkim olduğu üçün Əlizamin xəstəliyi ilə bağlı müraciət etdiyində dəfələrlə onun evinə getmiş, bu səbəbdən Əlizaminin ailə üzvləri onu tanımışlar. Əlizaminlə aralarında ədavət və ya düşmənçilik olmamış, münasibətləri qonşu və sinif yoldaşı münasibəti olmuşdur. Əlizamin onun şəxsi bərbəri olmuşdur. Əlizaminin Sabirabad şəhəri H.Əliyev prospekti 83B ünvanında yerləşən bərbərxanası və ona bitişik kafesi olmuşdur. O, mütəmadi olaraq həmin bərbərxanaya gedərək Əlizaminin xidmətlərindən istifadə etmişdir. 2021-ci mart ayının əvvəllərində o, saçını kəsdirmək üçün Əlizaminin bərbərxanasına gəlmiş, saçını düzəldən əsnada Əlizamin ona obyektini satdığını, sinif yoldaşı Şahid5 mərhum atasına məxsus olmuş evi əlli iki min manata almaq niyyətində olduğunu, obyektə görə ona doxsan min manat pul təklif edildiyini, lakin bu təklifi qəbul etmədiyini, həkim olduğu üçün obyektin ona daha əlverişli olduğunu, istərsə aptek, istərsə də klinika aça biləcəyini bildirmişdir. O, Əlizaminin zərərli vərdişlərini bildiyi üçün onun sözlərinə fikir verməmiş, lakin onu dinləyib “başından etmək üçün” yalnız qırx min manat pul verə biləcəyini bildirmişdir. Bu zaman Əlizamin siyirmədə olan obyektə dair sənədləri gətirib ona göstərmiş, onu obyektin arxa tərəfinə apararaq qapıdan hesablanmaqla ona 75-80 kvadrat metr yeri yetmiş beş min manata ona satacağını, hal-hazırda almaq istədiyi evin əldən çıxmaması üçün qırx min manat pula ehtiyacı olduğunu, ona görə də qırx min manatı indi verməsini,yerdə qalan otuz beş min pulu isə iki il ərzində ödəyə biləcəyini demişdir. Əlizamin həmçinin bildirmişdir ki, iki il ərzində özü və iki şagirdi ilə birlikdə obyektdə qalıb işləyərək ona hər ay hər stol üçün yüz əlli manat pul verəcək, iki il ərzində pul tam şəkildə ödənilib qurtardıqdan sonra obyekti ona təhvil verəcəkdir. Əlizaminin şagirdləri onun bacısıoğlu Fərid və əmisinin nəvəsi Orxan olmuşdur. Lakin, sonralar Əlizamin onların hər ikisini bərbərxanadan qovmuşdur. Bir dəfə Fərid ona kirayə haqqı olaraq səksən manat pul vermişdir. Növbəti gün Əlizamin ona zəng edib “beh vermirsən?” deyə soruşduqda onun bərbərxanasına gedərək min manat pulu beh olaraq Əlizaminə vermişdir. Bundan təxminən bir həftə sonra mart ayının əvvəllərində gecə saat 23 radələrində Əlizamin öncədən xəbər etmədən yağışlı havada onun evinə gəlmiş, ona mərhum Gülağanın qızı Elnarənin evə görə təcili olaraq otuz min manat pul istədiyini, əks təqdirdə evi başqasına satacağını bildirmişdir. O, çıxılmaz vəziyyətdə qaldığından altı min ABŞ dolları və on doqquz min manat pulu həyat yoldaşı Şahid3 yanında ona vermişdir. Səhərsi gün səhər saat 09 radələrində o, Əlizaminə zəng edib harada olduğunu soruşmuş, Əlizamin təzə aldığı evdə olduğunu bildirmişdir. O, Əlizamindən pulu Elnarəyə verib-vermədiyini soruşduqda Əlizamin pulu vermədiyini demiş, o isə Əlizaminə evdə onu gözləməsini bidirmişdir. O, Əlizaminin aldığı mərhum Əliağa İmanova məxsus olmuş evə gəlmiş, evə daxil olarkən gördüklərinə inana bilməmişdir. Belə ki, Əlizamin hər yeri dağıtmış, işıqları, məftilləri, hasarı söküb yerə qoymuşdu. O, Əlizamindən nəyə görə belə etdiyini soruşduqda Əlizamin “sən bilmirsən Elnarə sözünü danacaq, həm də mən burada təmir işləri görəcəm” deyə cavab vermişdir. O, Əlizamindən pulu nə etdiyini soruşduqda Əlizamin pulu vermədiyini, Elnarənin mərhum atasının “qara bayramı”nda rayona gələndə pulu ona verəcəyini bildirmişdir. O, Əlizaminə pulu verməməkdə yaxşı etdiyini, xasiyyətini bildiyi üçün pulu xərcləyəcəyini, saxlaması üçün ona geri verməsini, Elnarə rayona gələndə pulu ona verəcəyini bildirmişdir. Əlizamin isə pulu xərcləyəcəyindən ehtiyat etdiyi üçün pulu saxlaması üçün onun tanımadığı qohumuna verdiyini bildirmişdir. Həmin gün axşam saatlarında Əlizaminin həyat yoldaşı Rəna ona tanımadığı nömrədən zəng edib “Ay qardaş mən də deyirəm hansı bədbəxt düşüb bunun toruna. Sən bəs bilmirsən bu qədər pulu vermisən gör sənin pulunla nə oyun çıxarır” demişdir. O, Rənaya Əlizaminin ona söz verdiyini, Əlizaminin pulu Bakı şəhərində yaşayan qohumuna verdiyini dedikdə Rəna ona bir qədər gözləməsini bildirmiş, “Whatsap” mobil tətbiqi vasitəsilə Əlizaminin sərxoş vəziyyətdə dollar əskinazları ilə çəkilmiş fotoşəkillərini ona göndərmiş, eləcə də Əlizaminin onunla danışdığı gün pulların onun qoltuq cibində olduğunu bildirmişdir. O, bunları öyrəndikdən sonra aldadıldığını anlamış, çıxış yolu axtarmağa başlamış, dostu Tariyellə məsləhətləşib Əlizaminin yanına bərbərxanaya getmiş, Əlizaminə onu aldatdığını, daha ona pul verməyəcəyini ya obyektin sənədlərini verməsini, ya da pulları qaytarmasını bildirmişdir. Əlizamin pulları təmirə xərclədiyini bildirdikdə ona pulu təmir etməsi üçün deyil, ev alması üçün verdiyini demişdir. Bundan sonra Əlizamin onu ələ almaq məqsədi ilə 16 aprel 2021-ci il tarixində Asan Xidmət Mərkəzinə gedərək orada Sabirabad şəhərində yerlləşən mənzilinə dair etibarnamə vermişdir. O, 2021-ci ilin may ayının əvvəllərindən may ayının sonuna kimi Əlizaminə 2000 (iki min) manat, 3000 (üç min) manat, 4000 (dörd min) manat və 2800 (iki min səkkiz yüz) manat olmaqla ümumilikdə 11800 (on bir min səkkiz yüz) manat pul vermişdir. Daha sonra Əlizamin ona əvvəllər sənədləşmə işini apardığı və hazırda həbsdə olan Rayon Arxitektura İdarəsinin müdiri olmuş Müşfiq adlı şəxsi tanıdığını, onun yanına getməli olduqlarını bildirmişdir. Əlizamin Müşfiqin bu işə görə iki min manat pul istədiyini, Müşfiqin sənədləri qaydasına qoyacağını bildirmişdir. O, rayon İcra hakimiyyətinin qarşısında Əlizaminə iki min manat pul vermiş, Əlizamin pulu alaraq yaxınlıqda yerləşən çayçıya getmiş, təxminən on-on beş dəqiqə sonra geri qayıdaraq pulu Müşfiqə verdiyini bildirmişdir. Bundan başqa o, Əlizaminin əvəzinə Elnarənin balaca qardaşı Ramilin bank kartına hər dəfə üç yüz manat olmaqla ümumilikdə altı yüz manat pul köçürmüşdür. Daha sonra məcburiyyət qarşısında qalıb bütün prosesi öz nəzarəti altına almış, Əlizaminin aldığı evin pulunu verib “canını qurtarmasını”, onun da “Əlizamindən canının qurtarması” üçün verdiyi pulların Elnarəyə çatmasına nəzarət etmişdir. Bundan başqa o, Əlizaminə qırx beş min iki yüz manat verdikdən sonra Əlizaminlə birlikdə Bakı şəhərinə gedərək Yasamal rayonunda yerləşən Qismət şadlıq sarayının yanında X16 markalı avtomobilinin arxa oturacağında evin pulundan yeddi min manat pulu əlbəəl sayaraq Əlizaminin adından Elnarəyə vermişdir. O, Əlizaminə qırx beş min pul verdikdən sonra Asan Xidmət Mərkəzinə gedib verdiyi qırx beş min manat pulu “rəsmiləşdirmək” istəmiş, lakin Asan Xidmət Mərkəzində ona daşınmaz əmlakın çıxarışı olmadığı halda alqı-satqı müqaviləsi bağlanmasının mümkün olmadığı bildirilmişdir. Oradan çıxarkən Asan Xidmət Mərkəzində işləyən tanışı Xəyyam ona Əlizaminlə aralarında akt bağlaya biləcəklərini izah etmişdir. Onun məsləhətini dinləyib Əlizaminin qohumu, özü, həyat yoldaşı Rəna xanım, özünün həyat yoldaşı və yeznəsinin iştirakı ilə akt tərtib edib imza atmışlar. Əlizamin israrla ondan aktda yetmiş beş min manat yazılmasını istəsə də, o həmin vaxta qədər Əlizaminə yalnız qırx beş min manat verdiyindən aktda yetmiş beş min manat yazılmasını düzgün hesab etməmişdir. Bundan bir-iki ay sonra Əlizamin əlilliyinin yoxlama müddətinin çatdığını, əlillik müddətinin artırılmayacağı halda sövdələşmələrinin baş tutmayacağını bildirərək ondan əlavə pul istəmişdir. O, məcbur qalıb 09 iyul 2021-ci ildə Access Bank-ın Atatürk prospektində yerləşən filialından beş min məbləğində pul krediti götürüb həmin pulu Bakı şəhərində Qara Qarayev metrosunun yaxınlığında yerləşən çayxanada Əlizaminə vermişdir. Daha sonra Əlizaminin yanında işləyən Xəyyam ona zəng edərək “Həkim sən niyə belə edirsən? onsuzda 75 min manata razılaşmsız bu pulu verərsən” demiş, bundan sonra o, Xəyyamın yanında Əlizaminə 3000 (üç min) manat pul vermişdir. Bundan başqa o, Əlizaminə müxtəlif vaxtlarda 3000 (üç min) manat, 2000 (iki min) manat, ən sonda isə Şahid1 yanında 2000 (iki min) manat pul vermişdir. Bununla da Əlizaminə ümumilikdə altmış beş min iki yüz manat pul vermişdir. Əlizamindən səs çıxmadığını görüb özü sənədləşmə işləri ilə məşğul olmağa başlamışdır. Əlizamin israrla obyektə çıxarış aldıqdan sonra obyekti onun adına keçirəcəyini bildirmişdir. O, rayonda daşınmaz əmlakların sənədləşmə işlərini bacaran Şahid6 ilə danışıb razılaşmış, 2021-ci ilin noyabr ayında Əlizamindən etibarnamə alıb sənədləşmə işini özü həll etməyə başlamış, Əlizamindən aldığı etibarnamə əsasında Təhmasibə etibarnamə vermişdir. Bundan sonra Şahid1la birlikdə Əlizaminin yanında olarkən ona artıq altmış beş min manat pul verdiyini, əlavə on min manat pul verdikdən sonra da sənədləşmə işlərini yekunlaşdırmağı, bu işin çox uzandığını bildirmişdir. Əlizamin isə ona yetmiş beş min manata yox, səksən beş min manata razılaşdıqlarını bildirmiş, bu zaman onlar arasında sözlü mübahisə olmuş, lakin Əlizamin öz dediyindən dönməmişdir. Vəziyyətin belə olduğunu görüb kredit götürməyi qərara almış, lakin Əlizamin obyekti ümumiyyətlə ona satmayacağını bildirmiş və səbəb kimi o, ev almaq istədiyi vaxtda onu yubatdığını, “yağın əvvəllər iki manat, indi on iki manat olduğunu” göstərmişdir. O, Əlizaminin Rusiya Federasiyasında yaşayan böyük qardaşı Elməddinə əmisioğlu vasitəsi ilə xəbər göndərmişdir ki, Əlizamin ya pulu qaytarsın, ya da obyekti versin. Rəsmi sənəddə obyektin sahəsi 37,8 kvadrat metr göstərilmiş, lakin arxa tərəfdə bələdiyyə mülkiyyətində olan sahə də Əlizaminin istifadəsində olmuşdur. O, Əlizaminə 37,8 kvadrat metr sahəni verməsini bildirsə də, Əlizamin onunla razılaşmamışdır. O, 01 dekabr 2022-ci il tarixdə Access Bankdan beş min manat pul krediti götürüb obyektin sənədləşmə işlərinə xərcləmişdir. O, Əlizaminlə arasında olan mübahisə ilə bağlı vəkil qismində Şahid11 xidmətlərindən istifadə etmiş, lakin ondan narazı qaldığından sonradan Əlizaminin barəsində prokurorluğa və polis şöbəsinə şikayət etmişdir. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, Əlizaminə üç min manat pulu Əlizaminin şagirdi Xəyyamın yanında, digər üç min manatı Eldənizin yanında vermiş, Elnarəyə yeddi min manat pulu Əlizaminin adından Əlizaminin yanında vermişdir. Elnarə həmin pulu Əlizaminin almaq istədiyi evə görə verdiyini bilmişdir. Bundan başqa, Elnarənin qardaşının kartına da, evin ödənişinə görə pul atmışdır. Sonuncu dəfə Əlizaminə 2023-cü ilin sentyabr ayında FHN-nin işçilərinin gəldiyini və sənədlərin rəsmiləşdirilməsini demiş, lakin o bu məsələdən yayınmışdır. İfadəsində Əlizaminin zərərli vərdişlərinin olmasını deyərkən onun narkotik vasitələrdən istifadə etməsini nəzərdə tutmuşdur. O, Əlizaminə aralarındakı məsələni həll etmək üçün müxtəlif üsullar təklif etsə də, Əlizamin ona “Sən məni necə yubatmısan mən də sənə pulu elə qaytaracam” demişdir. O, Əlizaminə otuz min manat pulu ona bir dəfəyə verdiyini, ona görə də otuz min manatı dərhal qaytarmasını, yerdə qalan pulu isə hissə-hissə qaytarmasını bildirdikdə Əlizamin banka gedərək kredit götürüb onun pulunu qaytaracağını demiş, o isə Əlizaminə borcları olduğu üçün bankların ona kredit verməyəcəyini bildirmişdir. Əlizamin ona geri qaytarmaq üçün hər hansı məbləğdə pul təklif etməmişdir. O, Əlizaminə verməsi üçün əmisioğlundan və yeznəsindən borc pul almış, banklardan kredit götürmüşdür. Əlizaminlə aralarında bağlanmış aktın məzmununu Asan Xidmət Mərkəzində işləyən tanışı Xəyyam tərtib etmiş, həmin akta qol çəkən şəxslər hamısı, eləcə də Əlizamin aktın məzmununu oxumuşlar. Həmin aktı tərtib etməsinə səbəb Əlizaminin onu alğı-satqı ilə bağlı incitməsi olmuşdur. O, həmin akt vasitəsilə Əlizaminə pul verməsi barədə sübut əldə etmək istəmişdir. Həmin aktda onun Əlizaminə həqiqətən qırx beş min manat pul verdiyi, gələcəkdə Əlizaminin bununla bağlı heç bir iradı olmayacağı göstərilmişdir. Əlizaminin istifadəsində və sahibliyində olan obyektin ümumi sahəsi 280 kvadrat metr olmuş, o, Əlizaminlə 75 kvadrat metr sahəni yetmiş beş min manata almaq barədə razılaşmışdır. O, Müşfiqi üzdən tanısa da, onunla heç bir münasibəti olmamış, Müşfiqə pulu Əlizamin vermiş, pul barədə Müşfiqlə onun arasında heç bir danışıq olmamışdır. O, Əlizamindən ona mərhum Əliağanın evini almaq üçün verdiyi pulu Bakıda qoyub gəldiyini dediyi, lakin bunun yalan olduğunu öyrəndiyi andan şübhələnmişdir. Lakin, artıq otuz min manat pul verdiyindən və pulu geri ala bilmədiyindən ona inanıb pul verməyə davam etmişdir. Belə ki, düşünmüşdür ki, pulu tam ödəyib qurtardıqdan sonra Əlizamin obyekti onun adına keçirəcəkdir. Əlizamin ona əlilliyi barədə sənədin yenilənməsi üçün pul lazım olduğunu deyib pul istəyəndə, ona pul verib həmin məbləği obyektə görə olan borcundan sildirmişdir. Əlizaminə vermək üçün əmisioğlu Şahid10 beş min manat, Şahid2 üç min manat, iki dəfə banklardan ümumilikdə on min manat pul almışdır. Şahid11 ona vəkil kimi təqdim etmişlər. Natiq bu məsələni həll etməyi öz üzərinə götürmüş, reqres qaydasında məhkəmədə Əlizaminə qarşı mülki iddia qaldırmışdır. Lakin, sonradan işin mülki iş olmadığını, Əlizaminin əməlində cinayət tərkibi olduğunu düşünərək polisə müraciət etmişdir. Natiqin məhkəməyə təqdim etdiyi iddia ərizəsinin məzmunu ilə tanış olub-olmadığını xatırlamır. Lakin, Natiq ona hər hansı bir məbləğ ödəməmişdir. O, qanunda belə bir müddəa olduğunu reqres qaydasında iddia qaldırmaqla məsələnin daha tez həll olunacağını dediyi üçün Natiqlə razılaşmışdır. Belə ki, Natiq ona məhkəmədə reqres qaydasında verdiyi iddianın təmin olunaraq Əlizamindən iddia tələbi üzrə pul tutularaq ona ödəniləcəyini, Natiqin də pulu ona verəcəyini bildirmişdir. O, Natiqin etdiklərinin saxta və qanunsuz olduğunu bilməmişdir. 26 noyabr 2021-ci il tarixdə Əlizamin obyektin sənədləşdirilməsi üçün ona etibarnamə vermiş, bu barədə Şahid6 məlumat vermişdir. Eləcə də, həmin etibarnamə əsasında Təhmasibə etibarnamə vermişdir ki, o, sənədləşmə işlərini həyata keçirsin. O, Əlizaminin xahişi ilə onun qızının bank kartına altı yüz manat pul köçürmüş, həmin pulu da obyekt üçün verməli olduğu puldan çıxmışdır. Əlizaminə pulları verərkən Əlizaminin onu aldadacağını düşünməmişdir. Obyektə görə Əlizaminə beh verməmişdən əvvəl Əlizamin onu obyektin sənədləri ilə tanış edərkən obyektin çıxarışı olmadığını bilmişdir. Ümumiyyətlə həmin ərazidə yerləşən böyük obyektlərin heç birinin çıxarışı olmadığı barədə məlumatlı olmuşdur. Əlizamin özü Sabirabad şəhərində yerləşən evinə dair ona etibarnamə vermiş, sonradan həmin evi satanda bu barədə məlumatlı olsa da, alğı-satqı prosesində iştirak etməmişdir. Hətta Əlizaminə borca görə evini satmamasını, bir qədər səbrli olmasını, Elnarəyə olan borc məsələsini həll edəcəklərini demişdir. Əlizaminlə sonuncu dəfə danışıqları 2023-cü ilin sentyabr ayında baş tutmuş, həmin vaxt Əlizamin ona obyekti satmaqdan imtina etdiyini, onun pulunu bankdan götürüb qaytaracağını bildirmişdir. Bundan başqa ayrı-ayrı şəxslərdən Əlizaminin obyekti başqa adama satmaq istədiyini eşidib həmin obyektə həbs qoyulması üçün məhkəməyə müraciət etmişdir. Onun ümumiyyətlə əvvəldən obyekti almaq niyyəti olmamış, lakin Əlizamin obyekti ona çox tərifləmiş, o isə fikirləşmişdir ki, Ukrayna Respublikasında yaşayan qardaşının müharibə səbəbindən vəziyyəti pisləşdiyindən obyekti alacağı təqdirdə qardaşı gəlib həmin obyektdə işləyər. 24 yanvar 2025-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclası zamanı Zərərçəkmiş şəxs nümayəndəsinin ona ünvanladığı suala cavab olaraq bildirmişdir ki, Müşfiqi onunla Əlizamin tanış etmiş, Müşfiq onlara sənədləşmə işlərini iki min manata həll edəcəyini demişdir. O da həmin pulu Əlizaminə vermişdir. Zərərçəkmiş şəxs çıxışında Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilmədiyini, ondan şikayətçi olduğunu bildirərək Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrum edilməsini və mülki iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, FHN-dən onun işlədiyi Reyestr idarəsinə Təqsirləndirilən şəxs tərəfindən ünvanlanmış müraciət daxil olmuş, bununla əlaqədar Təqsirləndirilən şəxs sahibliyində olan obyektin yerləşdiyi ünvana getmiş, Təqsirləndirilən şəxs obyektin sənədləşməsi ilə bağlı gəldiyini dedikdə Təqsirləndirilən şəxs ona heç bir yerə müraciət etmədiyini bildirmişdir. O, obyektlə bağlı idarəyə müraciət daxil olduğunu, idarədən gəldiyini, ölçü işləri aparmalı olduğunu, bununla əlaqədar ödəniş etməli olduğunu bildirdikdə Əlizamin ondan hansı ödənişdən söhbət getdiyini soruşaraq obyektlə bağlı başqa bir şəxsə etibarnamə verdiyini, sonradan həmin etibarnaməni ləğv elətdirdiyini, heç bir ödəniş etməyəcəyini bildirmişdir. Bundan sonra o, Əlizaminin obyektindən çıxaraq bu barədə idarəyə məlumat vermişdir. Şahid9 ona verilən suallara cavab olaraq göstərmişdir ki, müraciət onların idarəsinə Təqsirləndirilən şəxs adından elektron qaydada daxil olmuş, müraciətdəki sənədlər də Əlizamin Dərayhovun adına olmuşdur. Lakin, müraciətdə göstərilən mobil nömrə Təqsirləndirilən şəxs aid olmamışdır. Belə ki, o, müraciətdə qeyd olunmuş nömrəyə zəng etdikdə telefon zənginə cavab verən şəxs özünü Təhmasib kimi təqdim etmiş, Əlizaminlə münasibətinin olmadığını buna görə də, onun özünün bilavasitə Əlizaminlə əlaqə saxlamasını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, həyat yoldaşı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla onun obyektini alması barədə razılamış, 2021-ci ilin mart ayında xatırlamadığı gündə gecə saat 21-22 radələrində Əlizamin onların yaşadığı evə gələrək Ədalətdən ev almaq üçün pul istəmişdir. O, Ədalətə Əlizaminə pul verməməsini desə də, Ədalət ona qulaq asmayaraq həmin gün Əlizaminə 6000 (altı min) ABŞ dolları və 19000 (on doqquz min) manat pul vermişdir. O, Ədalətə Əlizaminin onu aldatdığını demişdir. Bundan başqa evdə olan qəbzlərdən Ədalətin banklardan hər dəfə 5000 (beş min) manat olmaqla ümumilikdə 1000 (on min) manat kredit götürdüyünü bilmişdir. Əlizaminin özünə məxsus evlə bağlı Ədalətə etibarnamə verməsi barədə məlumatı olmuşdur. Ədalət həmin pulları Əlizaminə verərkən heç kəsdən borc almamışdır. X6 altmış beş min manat pul verdiyini bilmişdir. Ədalət və Əlizamin arasında obyektin alqı-satqısı ilə bağlı bütün məsələlərdən məlumatlı olmuşdur. Ədalət ona Əlizaminin narkoman olduğundan yaxın zamanda öləcəyindən həmin obyektin qardaşlarına qalmasını istəmədiyini, obyektin satışından əldə edəcəyi pulların qızlarına qalmasını istədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əmisioğludur. 2023-cü ilin oktyabr ayında səhər saatlarında sellofan paket və vedrə almaq üçün Əlizaminin yaşadığı ünvanın yaxınlığında yerləşən mağazaya gəlmiş, həmin vaxt Əlizamini görmüşdür. O, Əlizamindən əmisioğlu Ədalətin pulunu almasına baxmayaraq nəyə görə həyat yoldaşına obyektin alqı-satqısına dair notariusda razılıq ərizəsi verməsinə icazə vermədiyini, obyektin sənədlərini vermədiyini soruşmuş, Əlizamin isə belə halın olmadığını obyekti Ədalətə satmağa razı olduğunu bildirmişdir. O, həmçinin Əlizaminə Ədalətin ona altmış beş min manat pul verdiyini demiş, Əlizamin isə Ədalətin həmin pulları hissə-hissə verdiyini, cəm şəklində vermədiyini bildirmişdir. O isə Əlizaminə bunun məsələyə nə aidiyyəti olduğunu, əsas odur ki, pulu aldığını bildirmişdir. Bundan sonra Əlizamin Ədalətə gələndə sənədləri ona verəcəyini bildirmişdir. O, Əlizaminlə sağollaşdıqdan sonra bu barədə Ədalətə məlumat vermişdir. Lakin səhərsi gün Ədalətdən öyrənmişdir ki, Ədalət Əlizaminin yanına getsə də, Əlizamin sənədləri ona verməkdən imtina etmişdir. Şahid10 verilən suallara cavab olaraq göstərmişdir ki, Ədalətlə Əlizamin arasında Əlizaminə məxsus obyektin alqı-satqısına dair məsələni Ədalətdən öyrənmişdir. O, Əlizamini əvvəllər də tanımış, Əlizamin onun qonşusu olmuşdur. Ədalət ondan obyektə görə Əlizaminə verməsi üçün beş min manat borc pul almışdır. Belə ki, Əlizamin təzə ev almış, evin pulunu vermək üçün Ədalətdən pul istəmişdir. O, Ədalət Əlizaminə pul verərkən onların yanında olmamışdır. Əlizamin həmin obyekti Ədalətə altmış beş min manata satacağını bildirmişdir. Ədalətdən eşitmişdir ki, Ədalət də Əlizaminə ümumilikdə altmış beş min manat pul vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş ƏlŞahid1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust ayında qonşuları ilə çayxanada çay içməyə getmiş, bu zaman dostu Ədaləti də çay içməyə çağırmışdır. Ədalət ona Əlizaminin yanına getmək lazım olduğunu, Əlizaminə pul verməli olduğunu bildirmişdir. Onlar birlikdə Əlizaminin bərbərxana kimi işlətdiyi obyektə getmiş, orada Ədalət onun yanında Əlizaminə iki min manat pul vermişdir. Təxminən 2023-cü ilin qış aylarında Ədalət ondan onunla birlikdə Əlizaminin yanına getməyi xahiş etmiş, o da Ədalətlə birlikdə Əlizaminin yanına getmişdir. Ədalətlə Əlizamin obyektin alqı-satqısı ilə bağlı bir müddət öz aralarında söhbət etmiş, Əlizamin Ədalətə “Yox mən sənə sən deyən qiyməti deməmişəm! Get 10 min gətir” demiş, bu zaman onlar arasında sözlü mübahisə yaranmışdır. O, Ədalət və Əlizamin arasındakı məsələnin sülh ilə həll olunmasına çalışaraq onları sakitləşdirmişdir. Ədalət Əlizaminə “Mən sənə sabah 10 min gətirib versəm obyektin arxa hissəsini də mənə verərsən?” dedikdə Əlizamin onların arasında danışığın belə olmadığını bildirmişdir. Sonra o Əlizamindən nəyə görə belə etdiyini soruşduqda Əlizamin Ədalətin ona pulu yarı-yarı verdiyi üçün planlarının pozulduğunu, vaxtında pulu versəydi belə etməyəcəyini və ümumiyyətlə obyekti satmaq istəmədiyini, lazım olsa obyekti girov qoyub Ədalətin pulunu qaytaracağını bildirmişdir. Şahid ƏlŞahid1 ona verilən suallara cavab olaraq göstərmişdir ki, Ədalətin Əlizaminə məxsus obyekti almaq istəməsini təxminən beş-altı ay sonra bilmiş, bundan xəbər tutduqda Ədalət artıq Əlizaminə qırx beş min manat pul vermişdir. Ədalətə çıxarışı olmayan obyekti almamağı məsləhət görmüşdür. Əlizamin ona Ədalətlə əvvəlcə yetmiş beş min manata sonradan isə səksən beş min manata razılaşdığını bildirmişdir. Ədalət ona Əlizaminə ümumilikdə altmış beş min manat pul verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7an Yadulla oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə birlikdə onun evinə gəlmiş, Əlizamin ondan özü ilə gətirdiyi sənədə qol çəkməsini istəmişdir. O da həmin sənədin məzmununu oxumadan sənədi imzalamışdır. Onun həmin sənədi imzalamaqda heç bir marağı olmamış, sadəcə olaraq Əlizaminə inandığından həmin sənədi imzalamışdır. Əlizamin ona sənədi imzaladarkən bunun alqı-satqı ilə bağlı Ədalətlə onun arasında olan məsələ olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Ədalət onun qaynıdır. 2021-ci ilin əvvəllərində Zərərçəkmiş şəxs onun yanına gələrək Əlizaminə məxsus obyekti altmış beş min manata alacağını bildirmişdir. Onlar birlikdə həmin obyektdə olmuş, Ədalət həmin obyektin arxa tərəfindəki hissəni də alıb kafe kimi işlədəcəyini bildirmişdir. Bundan bir müddət sonra Ədalət ona Əlizaminin obyekti satmaqdan imtina etdiyini bildirmişdir. Şahid2 ona verilən suallara cavab olaraq göstərmişdir ki, Ədalətin Əlizaminə məxsus obyekti almaq istəməsindən sonradan xəbər tutmuşdur. Əlizamini əvvəllər də tanımış, lakin yaxın münasibətləri olmamışdır. O heç bir vaxt Əlizaminlə pul barəsində danışmamış, Ədalətin Əlizaminə pul verməsində iştirak etməmişdir. Ədalət ondan ilk dəfə üç min manat, sonra yenidən üç min manat borc almış, həmin pulu obyektə görə Əlizaminə verəcəyini bildirmişdir. Bundan başqa o kafedə olarkən Ədalət onun yanına gəlib akta qol çəkməsini istəmiş, o da həmin aktı imzalamışdır. Aktda nə yazıldığını hal-hazırda xatırlamır. O, Ədalətdən eşitmişdir ki, Ədalət Əlizaminə obyektə görə ümumilikdə altmış beş min manat pul vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2022-ci ilin noyabr ayında Eldənizlə Ədalət ona zəng edərək görüşmək istədiklərini bildirmişlər. Onlarla kafedə görüşmüş, görüş zamanı onlar Əlizaminə məxsus obyekti aldıqlarını, obyektin sənədləşdirməsini aparmaq istədiklərini, bir il olarki ərazi şöbəsinin rəisi vəzifəsində işləyən Etibar müəllimə etibarnamə verdiklərini, lakin Etibar müəllimin onları yubatdığını, bu səbəbdən də sənədləri ondan aldıqlarını bildirmişlər. O, Ədalət tərəfindən təqdim olunmuş obyektə dair sənədlərə baxış keçirmiş, sənədlərə baxanda 2007-ci il tarixdə obyektin 35 kvadrat metr sahəsinə dair texniki pasport verildiyini, üzərində İcra başçının birinci müavini Həsən müəllimin təsdiq etdiyi icazə sənədi olduğunu görmüşdür. O, həmin sənədə dair onlara aydınlıq gətirərək bildirmişdir ki, Baş nazirin təsdiq etdiyi Nazirlər Kabinetinin 491 saylı qərarı ilə icbari verdiyi icazə Əmlak Komitəsi tərəfindən əvvəllər tanınmış, lakin 2022-ci ildən həmin icazə hüququ İqtisadiyyat Nazirliyinə verildikdən sonra artıq həmin sənəd qəbul edilmir və boş yerə vaxt itirirlər. Onlar nə etməli olduqlarını soruşduqda onlara Nazirlər Kabinetinin 302 saylı qərarına əsasən obyektin istismarına icazə verilməli olduğunu, bunun üçün Şəhərsalma və Arxitektura Komitəsi və Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyindən müvafiq sənədləri əldə edə biləcəkləri halda obyekti adlarına keçirə biləcəklərini izah etmişdir. Ədalət ona sənədləşmə işləri üçün vaxtının olmadığını, obyekti aldığını, Əlizaminlə yetmiş beş min manata razılaşdıqlarını, altmış beş min manat verdiyini deyərək ondan sənədləşmə işlərində köməklik etməsini xahiş etmişdir. O, Ədalətin təqdim etdiyi aktda onun tərəfindən Əlizaminə qırx beş min manat ödəniş olduğunu, aktda şahidlərin və Əlizaminin həyat yoldaşının imzası olduğunu görüb Ədalətə Əlizamindən rəsmi baş etibarnamə almasını, həmin etibarnamədə daşınmaz əmlakın üzərində bağışlama alqısatğı v.s hərəkətlərin aparılması hüququnun göstərilməsini və Əlizamini bir daha narahat etməmək üçün indidən onun həyat yoldaşının da razılıq ərizəsinin alınmasını bildirmişdir. 2022-ci ilin noyabr ayında Ədalət Əlizamindən etibarnamə almış, obyektə dair bütün sənədləri yığaraq İcra hakimiyyətinə təqdim etmişlər. Ədalət ona obyektin sahəsinin 35 kvadrat metr olduğunu, həmin tikilinin arxa tərəfində olan yeri də aldığını bildirmişdir. O, 2022-ci ilin noyabr ayından 2023-cü ilin may ayına qədər obyektin sənədləşmə işlərini aparmışdır. 2022-ci ilin noyabr ayından 2023-cü ilin yanvar ayına gədər İcra hakimiyyəti onları gözləmiş, belə ki, Ədalət 75 kvadrat metr yer aldığını bildirsə də, Əlizamin razılıq vermədiyi üçün baş memar sənədləri təsdiq edə bilməmişdi. Sonradan Ədalət ona Əlizamin ilə razılığa gələ bilmədiklərini, obyektin 35 kvadrat metr sahəsinin təsdiq edilməsini, ərizəni ərazi əmlak şöbəsinə verilməsini, baş plan işlənilməsini, həmin yer TEKUİS (X12 X23) məlumatında dövlət mülkiyyətinə çevrilməsini və eyni zamanda İcra başcısının razılıq məktubunun verilməsini, həmin məktubun Tikintidə X7 Agentliyinin Hüquq şöbəsinə verməsini, onların gəlib obyektə baxmasını bildirmişdir. O, 2023-cü ilin yanvar ayında bütün sənədlərin surətini təsdiq elətdirib FHN-yə təqdim etmişdir. Bundan təxmini 03-04 ay sonra ekspertiza rəy vermiş, rəyi Zenfira xanım təsdiq eləmiş, may ayında müvafiq sənəd hazır olmuşdu. O, Ədalətə zəng edərək sənədin hazır olduğunu, sənədləri İcra Hakimiyyətinə göndərdiyini, oradan rəsmi şəkildə Şəhərsalma və Arxitektura Komitəsinə göndəriləcəyini, oradan isə Əlizaminin adına şəhadətnamə göndəriləcəyini bildirmişdir. Həmin dövrdə Ədalətlə Əlizamin arasında çəkişmələr davam etmiş, Əlizamin əmlaka dair çıxarış çıxdıqdan sonra həyat yoldaşının razılıq ərizəsini verəcəyini bildirmişdir. Daha sonra 14 iyun 2023-cü il tarixdə ölkə başçısı tərəfindən 2081 saylı fərman verilmiş, lakin fərman verilməmişdən öncə Ədalət və Əlizamin arasında mübahisə olduğu üçün Ədalətə artıq uzaqlaşmaq istədiyini bildirmiş və Ədalətin ona verdiyi etibarnaməni onun özünə geri qaytarmışdır. Fərman verildikdən sonra Ədalətə zəng edərək Əlizaminə vaxt itirmədən Salyan rayonunda yerləşən Muğan Regional Tikintidə X7 Agentliyinə sənədləri verməsini bildirmişdir. Ədalət növbədə olduğunu və gələ bilməyəcəyini orada işləyən tanışından ərizənin “pdf” formatda nümunəsini əldə etmiş, həmin ümunəni Ədalətə vermiş, Ədalət də həmin sənədləri imzalatdıqdan sonra Salyanda həmin Agent mənə göndərməsini xahiş edəcəyimi bildirmişdim. Mənə ərizənin pdf-ni atdıqdan sonra blankı çıxartdıqdan sonra Ədalətə vermişdim. Ədalət həmin sənədləri imzalatdıqdan sonra Salyan rayonuna apararaq həmin Agentliyə təqdim etmiş və həmin sənədlər rəsmi qaydada portala yüklənmişdir. O, 2023-cü ilin avqust ayına qədər Tikintidə X7 Agentliyi, Azərsu, AzəriQaz, Azərişıq, Əmlak Məsələləri Dövlət Xidməti, FHN-in X17 Görülməsi və Dağ-Mədən X25, FHN-in X29 Xidməti, Şəhərsalma və Arxitektura Komitəsi, Rayon İcra Hakimiyyətindən müvafiq sənədləri almış və yekunda Asan Xidmət Mərkəzindən əmlaka dair çıxarış almaq qalmışdır. Ədalət ona sənədləşmə işlərinə görə iki min beş yüz manat, daha sonra isə müxtəlif vaxtlarda beş yüz, üç yüz, yüz manat pul vermişdir. Bundan əlavə Ədalət ona min beş yüz manat borc pul vermişdir. O, həmin puldan sənədləşmə ilə bağlı təxminən dörd yüz- beş yüz manat dövlət rüsumu ödəmişdir. Daha sonra 2023-cü ilin avqust ayında Samir ona zəng edərək Əlizaminin obyekti ilə bağlı Əmlak idarəsindən sifariş gəldiyini, gedib ölçülər götürməli olduğunu bildirmiş, o isə şəhərdə işinin olması səbəbindən gələ bilməyəcəyini bildirərək obyektin ünvanını ona izah etmiş və özünün obyektə getməsini demişdir. Samir Əlizaminin obyektinə getdikdən sonra ona zəng edərək Əlizaminin ona pulu olmadığını deyərək obyekti sənədləşdirmək istəmədiyini bildirdiyini demişdir. Samir obyektə getdikdən sonra ona zəng edib Əlizaminin pulunun olmadığını və bu səbəbdən sənədləşdirmək istəmədiyini bildirmişdir. Bununla belə Əlizamin razılıq verəcəyi halda indi də qısa zaman ərzində obyektə dair çıxarış almaq mümkündür. Şahid6 ona verilən suallara cavab olaraq göstərmişdir ki, Ölkə başçısı tərəfindən müvafiq fərman verildikdən sonra Ədalət ona Əlizaminin 35 kvadrat metr hissəni vermək istəmədiyini, buna görə də onun da artıq Əlizaminlə alqı-satqı etmək Əlizamini məhkəməyə verəcəyini bildirmişdir. Onun tərəfindən həyata keçirilən sənədləşmə işlərinin aparılması üçün Əlizaminin həyat yoldaşının razılıq ərizəsinə həmin vaxt ehtiyac olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bərbərxanasında işlədiyi vaxtdan Zərərçəkmiş şəxs müştəri kimi tanımışdır. Ədalət təxminən 2023-cü ilin yanvar-fevral aylarında bərbərxanada onun yanında Əlizaminə min manat pul sayaraq vermişdir. O, bununla bağlı ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, polis şöbəsində müstəntiq Xətai müəllimə də, Ədalətin Əlizaminə min manat pul verdiyini demişdir. Polis şöbəsində olarkən Xətai müəllim Ədalətdən nəyə görə ifadəsində Əlizaminə onun yanında üç min manat verməsini dediyini soruşmuş, Ədalət isə Əlizaminə xırda-xırda çox pul verdiyindən dəqiqi xatırlamadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qohumudur. Atası vəfat etdikdən sonra qardaşları atalarına məxsus evi satmağı onu həvalə etmişlər. O da həmin evi Əlizaminə əlli iki manata satmağa razılaşmışdır. Aralarındakı razılaşmaya əsasən Əlizamin pulu ona bir dəfəyə verməli olsa da, həmin pulu şərtləşdikləri vaxtdan gec və hissə-hissə vermişdir. Əlizamin pulu gec verməsinin səbəbini başqa şəxsdən alacağı pul olması ilə əlaqələndirmişdir. Həmin evin çıxarışı olmamış, Əlizaminə evin dəyərindən müəyyən məbləğdə endirim edərək çıxarışı özünün almasını bildirmişdir. Zərərçəkmiş şəxs tanımır. Ədalətdən heç vaxt pul almamışdır. Eləcə də, qardaşı Ramilin pul kartına Ədalət tərəfindən pul köçürülməsindən məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Ədalət ona Əlizaminə məxsus obyekti almaq istədiyini, lakin pulunun çatmadığını bildirmişdir. O, bununla bağlı Ədalətə üç min manat borc pul vermiş, Ədalət də həmin pulu Əlizaminə vermişdir. Ədalət Əlizaminə pul verərkən onların yanında olmamışdır. iştirak etməmişdir. Lakin, Ədalətdən eşitmişdir ki, o, Əlizaminə obyektə görə ümumilikdə altmış beş min manat pul vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Ədalətlə ortaq tanışları Təhmasib vasitəsi ilə tanış olmuşdur. Ədalət ona altmış beş min manata obyekt aldığını, obyekti satmaq istədiyini bildirmişdir. O, obyektin sənədlərinə və Ədalət tərəfindən təqdim olunmuş aktlara baxmışdır. Birinci aktda Əlizaminə qırx beş min manat, ikinci aktda isə iyirmi min manat pul ödənildiyini görmüşdür. O, Ədalətdən həmin obyekti almaq istəmişdir. Lakin, Əlizamin Ədalətdən pul almasına baxmayaraq obyektin Ədalətin adına keçməsinə maneə yaratmışdır. O, öz adından məhkəmədə Əlizaminə qarşı iddia qaldırmışdır. Düşünmüşdür ki, məhkəmə özü bu işi Polis şöbəsinə göndərəcəkdir. Lakin sonradan Ədalət onun təklifi ilə Polis şöbəsinə müraciət etmişdir. Əlizamin polis şöbəsində dindirilərkən əvvəlcə dələduzluq etdiyini boynuna almış, sonra isə bunu inkar etmişdir. O, Ədalət Əlizaminə pul verərkən onların yanında olmamış, yalnız Ədalətin təqdim etdiyi aktlardan bilmişdir ki, Ədalət Əlizaminə obyektə görə ümumilikdə altmış beş min manat pul vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - “Cinayət işi başlanmasının rədd edilməsinə dair qərarın ləğv olunması, fakta görə cinayət işi başlanması və cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” Sabirabad rayon prokurorunun 19 fevral 2024-cü il tarixli qərarından görünür ki, Sabirabad RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı Malik Nuriyev tərəfindən qəbul edilmiş 24 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilərək, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmış, cinayət işi istintaq aidiyyəti üzrə Sabirabad RPŞ-nin İstintaq bölməsinə göndərilmişdir. (Cild 1, i.v.1-2;) - Zərərçəkmiş şəxs tərəfindən Sabirbad RPŞ-nin rəisinə Təqsirləndirilən şəxs onun altmış beş min manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi barədə ərizə yazılmışdır. (Cild 1, i.v. 4-6;) - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, X19, Şahid3, Şahid2 və Şahid7an Yadulla oğlunun iştirakları ilə tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs ona məxsus Sabirabad şəhəri 83B ünvanında yerləşən qeyri-yaşayış sahəsini qırx beş min manata satmış, ona çatası pulu nağd qaydada almışdır, bununla bağlı gələcəkdə Zərərçəkmiş şəxs qarşı heç bir tələbi və iddiası olmayacaqdır. (Cild 1, i.v. 9;) - 26 noyabr 2022-ci il tarixli AR-İİ № 805575 nömrəli etibarnamədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona məxsus bütün əmlakları idarə etməyi, onların üzərində sərəncam verməyi, dövlət və qeyri-dövlət təşkilatlarında onu təmsil etməyi və sair hüquqları ehtiva edən etibarnamə vermişdir. (Cild 1, i.v.11;) - 16 aprel 2021-ci il tarixli AR-İİ № 250918 nömrəli etibarnamədən görünür ki, Təqsirləndirilən şəxs mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 61.1 kv olan mənzil üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı və sair hüquqları Zərərçəkmiş şəxs etibar etmişdir. (Cild 1, i.v.12;) - Sabirabad rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli məhkəmə bildirişdindən və bildirişə əlavə edilmiş iddia ərizəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs iddiaçı Şahid11 ona qarşı qaldırdığı 65000 manat məbləğində pul tələbinə dair iddia əsasında cavabdeh qismində məhkəməyə çağırılmışdır. (Cild 1, i.v.14-18;) - Sabiabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Zərərçəkmiş şəxs “əmlak üzərinə həbs qoyulması” müvəqqəti təminat tədbirinə dair tələbi təmin edilməmişdir. (Cild 1, i.v.19-21;) - Sabirabad rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli məhkəmə bildirişdindən və bildirişə əlavə edilmiş iddia ərizəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs iddiaçı Zərərçəkmiş şəxs ona qarşı qaldırdığı pul tələbinə dair iddia əsasında məhkəməyə cavabdeh qismində çağırılmışdır. (Cild 1, i.v.22-26;) - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 24 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Sabirabad RPŞ-yə ünvanladığı ərizə əsasında toplanmış araşdırma materialı üzrə cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. (Cild 1, i.v.27-29;) - “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 19 fevral 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi Sabirabad RPŞ-nin müstəntiqi Xətai Savalanın icraatına qəbul edilmişdir. (Cild 1, i.v.33;) - “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (Cild 1, i.v. 44;) - Məhkumluğun yoxlanmasına dair xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. (Cild 1, i.v.136;) - Əlillik haqqında xx.xx.2022-ci il tarixli ********** nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİİ dərəcə əlillik təyin edilmişdir. (Cild 1, i.v. 151;) - Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə mülki iddiaçı qismində tanınması və ona Təqsirləndirilən şəxs tərəfindən 85000 (səksən beş min) manat ziyan vurulması barədə Sabirabad RPŞ-yə ərizə ilə müraciət etmişdir. (Cild 1, i.v.169;) - “Mülki iddiaçı qismində tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə mülki iddiaçı qismində tanınmışdır. (Cild 1, 170-171;) - “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görürür ki, Təqsirləndirilən şəxs məxsus qeyri-yaşayış sahəsi Sabirabad şəhəri, Heydər Əliyev 83B ünvanında yerləşir. (Cild 1, i.v. 177-183;) - Kapital banka məxsus İD ********* əməliyyat nömrəli 17045 saylı qəbzdən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən mülki iddia üzrə üç yüz qırx beş manat dövlət rüsumu ödənilmişdir. (Cild 1, i.v. 185;) - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi idarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına arxiv məlumatları aşkar edilməmişdir. (Cild 1, i.v. 239;) - “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 20 may 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1ci maddəsinə (təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadıqda) əsasən dayandırılmışdır. (Cild 1, i.v. 243;) - Cinayət işi üzrə icraat 03 iyun 2024-cü il tarixli qərarla təzələnmişdir. (Cild 1, i.v. 247;) - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 06 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ittiham elan olunmuşdur.(Cild 2, i.v.1-2;) - Sabirabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 06 iyun 2024-cü il tarixdən hesablanmışdır. Qərarın təsviriəsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ona istinad olunan cinayət əməlində özünü təqsirli bilməmişdir. (Cild 2, i.v. 27-29;) - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Sabirabad rayon prokurorluğunun 14 avqust 2024-cü il tarixli qərarından görünür ki, X9 barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarın təsviri-əsaslandırcı hissəsində göstərilmişdir ki, Müşfiq Qasımov araşdırma zamanı izahatında Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanımadığını, onlardan pul tələb edib almadığını bildirmişdir. (Cild 2, i.v. 80-82;) - İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs məxsus ***-***-**-** mobil nömrəsinə aid məlumatların əldə olunması məqsədilə Sabirabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(056)-202-2024 saylı qərarı "xxxx" MMC-yə göndərilmiş, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD (disk) cinayət işi materiallarına əlavə olunmuşdur (Cild 2, i.v. 159-160;) - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 30 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ittihamın məzmununa dəyişikliklər edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. (Cild 2, 166-168;) - Sabirabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbs müddəti üç ay yəni, 06 yanvar 2025-ci il tarixədək uzadılmışdır. (Cild 2, i.v.195-198;) - Cinayət işi materiallarına əlavə edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 1803 saylı rəyində göstərilmişdir ki, “Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 2, i.v. 211-214;) - Məhkəmə istintaqı zamanı AZEMİS elektron məhkəmə informasiya sistemi vasitəsi ilə əldə olunmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs ona məxsus Sabirabad şəhəri, Heydər Əliyev prospekti, ev 2C ünvanında yerləşən mənzilə dair xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi bağlamışdır. (Cild 3) Məhkəmə tərkibi hesab edir ki, cinayət işi üzrə obyektiv nəticəyə gəlmək üçün ibtidai araşdırma orqanının X15 ittiham elan etmək üçün əsaslandığı sübutların dairəsi dəqiqləşdirilməli, sonra həmin sübutların qiymətləndirilməsi aparılmalıdır. Sübutların qiymətləndirilməsi aparılmamışdan əvvəl məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmənin şəxs tərəfindən külli miqdarda ziyan vurmaqla törədilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutur. Dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən fərqlənir. Dələduzluq özünün törədilmə üsuluna görə aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq kimi iki növə ayrılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarının (bundan sonra - Qərarın) 1-ci bəndində qeyd olunmuşdur ki, törədilmiş əməl o halda CMnin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Qərarın 2-ci və 3-cü bəndlərində qeyd olunmuşdur ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan suiistifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Plenum qərarının 27-ci bəndinin üçüncü abzasında qeyd olunmuşdur ki, mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Məhkəmə kollegiyası sübutları qiymətləndirərkən qeyd edir ki, zərərməkmiş şəxs Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında sonuncuya məxsus qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı müqavilə münasibətlərinin olması işin mübahisəsiz halıdır. Belə ki, bu hal təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin və cinayət işi materiallarında olan xx.xx.2021-ci il tarixli aktla da təsdiq olunur. Aralarında əmlakın dəyəri ilə bağlı mübahisə olsa da, həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı verdikləri ifadələrdən görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus əmlakı pul müqabilində Zərərçəkmiş şəxs mülkiyyətinə verməyi, Zərərçəkmiş şəxs isə əmlakın dəyərini ödəyərək Təqsirləndirilən şəxs almağı öhdəsinə götürmüş, bununla bağlı iradə ifadələrini bəyan etmişlər. Mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olaraq müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Göstərilən prinsiplər mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Lakin şəxsi və (və ya) ictimai mənafeyin təmin olunması baxımından zərurət olduqda bəzi müqavilələrin bağlanılması qanunvericilikdə məcburi forma şərtinə tabe tutulur. Qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır (Mülki Məcəllənin 329-cu maddəsi). Əqdin notariat qaydasında təsdiqlənməsi onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış yazılı sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir (Mülki Məcəllənin 331 və 334-cü maddələri). Qanunvericilikdə bir sıra əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alğısatqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. Bununla mülki dövriyyə iştirakçılarına daha yaxşı düşünmək, bağlayacaqları əqd səbəbindən yaranacaq nəticələri əvvəlcədən müəyyən etmək və yekun qəti qərara gəlmək imkanı yaratmaq məqsədi güdülür. Məhz bu məqsədə nail olmaq, nəticədə mülki hüquq subyektlərinin mənafelərini qorumaq üçün qanunverici bir sıra əqdlər baxımından forma tələbini etibarlılıq şərti kimi müəyyən etmişdir. Eləcə də, Mülki Məcəllənin 144-cü maddəsində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Göründüyü kimi Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında sonuncuya məxsus qeyri-yaşayış sahəsinin alğı-satqısına dair tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktda daşınmaz əmlakın alğı-satqısına dair müqavilələr üzrə qanunla imperativ qaydada müəyyən edilmiş zəruri forma tələbinə riayət edilməmişdir. Bununla belə, qeyd olunan aktda hər iki şəxsin həmin obyektin alğı-satqısına dair iradə ifadələri əks olunmuşdur. Buna baxmayaraq ibtidai istintaq orqanı o qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs özünə məxsus qeyri-yaşayış sahəsini Zərərçəkmiş şəxs satmaq niyyəti olmamış, həmin qeyri-yaşayış sahəsini Zərərçəkmiş şəxs satacağına dair yalan vəd verib sonuncunun 65000 (altmış beş min manat) pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, dələduzluqda ittiham olunan şəxsin əmlakın ona verilməsinədək həmin əmlakı əvəzsiz olaraq ələ keçirmək niyyətində olub-olmaması (əməlində cinayətin subyektiv cəhətinə aid zəruri əlamətin mövcudluğu) məsələsi yalnız şəxsin öz hərəkətlərinə subyektiv münasibəti barədə verdiyi şifahi məlumatlar əsasında deyil, həm də işin obyektiv hallarından, o cümlədən onun əmlakı əldə edərkən nümayiş etdirdiyi davranışından, verdiyi vədlərin məzmunundan, əmlakı ələ keçirdikdən sonrakı dövrdə etdiyi hərəkətlərdən, bu hərəkətlərin verdiyi vədlərlə (götürdüyü öhdəliklə) uyğunluq təşkil edibetməməsindən, verdiyi vədin, üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməməsinin ondan asılı olmayan hallardan, yoxsa özünün vədin (öhdəliyin) icrasından boyun qaçırmasından irəli gəlib-gəlməməsindən, vədin qismən də olsa yerinə yetirilməsi (öhdəliyin icrası) istiqamətində hərəkətlər edib-etməməsindən asılı olaraq həll olunmalıdır. Təsadüfi deyildir ki, Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər. (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiq 24 noyabr 2024-cü il tarixli “Sübutların qiymələndirilməsi haqqında” qərarında qeyd etmişdir ki, təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs 65200 (altmış beş min iki yüz) manat pul aldıqdan sonra obyekti Zərərçəkmiş şəxs adına sənədləşdirməkdən imtina etmiş, müxtəlif bəhanələr gətirərək aldığı pulu qaytarmaqdan yayınmış, Zərərçəkmiş şəxs çoxsaylı israrlı təkidlərindən sonra sonuncuda inam yaratmaq üçün yenidən obyektə dair sənədləşmə işlərinin aparılmasına razılıq vermiş, bu məqsədlə xx.xx.2022-ci il tarixdə Sabirabad Asan Xidmət Mərkəzində Zərərçəkmiş şəxs əmlak üzərində sərəncam vermək və digər hüquqlar nəzərdə tutulan etibarnamə vermişdir. Elə həmin gün də Zərərçəkmiş şəxs həmin etibarnamə əsasında tanışı Şahid6 etibarnamə vermiş, Şahid6 həmin əmlakın sənədləşmə işlərini həyata keçirmiş, bununla əlaqədar mühəndis Şahid9 2023-cü ilin sentyabr ayında Təqsirləndirilən şəxs obyektinə gəldikdə o, Şahid9 ölçü işləri aparmasına razılıq verməyərək sonuncunu obyektdən qovmuşdur. Bu səbəbdən də, obyektə mülkiyyət hüququnu təsdiq edən sənədi almaq mümkün olmamışdır. Bundan sonra isə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu aldadaraq pulunu ələ keçirdiyinə əmin olmuş, ondan pulunu qaytarmasını tələb etmişdir. Lakin, məhkəmə kollegiyası qeyd edir ki, istintaq orqanının Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 65200 (altmış beş min iki yüz) manat pul aldıqdan sonra obyekti sonuncunun adına keçirməsindən yayınması, Zərərçəkmiş şəxs ondan verdiyi pulu tələb etməsi, Zərərçəkmiş şəxs məhz inam yaratmaq üçün sonuncuya baş etibarnamə verməsi ilə bağlı nəticəyə hansı sübutlar əsasında gəldiyi aydın deyil, bununla bağlı cinayət işi materiallarında hər hansı sübuta rast gəlinməmişdir. Eləcə də, istintaq orqanı Təqsirləndirilən şəxs 2023-cü ilin sentyabr ayında obyektin sənədləşməsi ilə bağlı ölçü işləri aparmaq üçün obyektə gəlmiş Şahid9 ölçü işləri aparmasına icazə verməyərək onu obyektdən qovmasını Zərərçəkmiş şəxs verdiyi vədə əməl etməməsi, üzərinə götürdüyü öhdəliyi pozması, sonuncunu aldatması kimi qiymətləndirərkən tərəflərin 2023-cü ilin sentyabr ayından əvvəlki davranışlarını, aralarındakı münasibətlərin xarakterini nəzərə almamış, Təqsirləndirilən şəxs hansı səbəbdən Şahid9 obyektdə ölçü işləri aparmasına icazə verməməsini araşdırmamışdır. Halbuki, Ali Məhkəmənin Plenumunun formalaşdırdığı mövqeyə əsasən dələduzluq etibardan sui-istifadə etmə üsulu ilə törədildikdə də şəxsin borcu qaytarmamaq, üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirməmək niyyətində olması, yəni bu üsulla özgə əmlakını əvəzsiz olaraq ələ keçirmək məqsədini güdməsi barədə nəticə yalnız borcun qaytarılmaması¸öhdəliyin yerinə yetirilməməsi faktına əsaslanmamalı, müvafiq sübutlardan irəli gəlməklə borcun qaytarılması, işlərin¸xidmətlərin göstərilməsi və sair öhdəliklərin icrası barədə verilən vədlərin niyyət və məqsəd barədə məlumatların yalan olduğunu və yalanın məhz özgə əmlakının əvəzsiz olaraq ələ keçirilməsinə yönəldiyini təsdiq edən konkret faktlara, obyektiv hallara əsaslanmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələri təhlil edərək aşağıdakıları qeyd edir: Təqsirləndirilən şəxs Dəryahov X11 şəhəri Heydər Əliyev prospekti 83B ünvanında yerləşən ona məxsus qeyri-yaşayış sahəsini satmaq niyyətində olmuş, bununla bağlı 2023-cü ilin mart ayının əvvəllərində sinif yoldaşı və qonşusu olmuş Zərərçəkmiş şəxs bildirərək əmlaka dair sənədləri ona təqdim etmişdir. Zərərçəkmiş şəxs əmlaka dair sənədlərə baxarkən həmin əmlakın çıxarışının olmadığını bilmişdir. Yəni ona məlum olmuşdur ki, həmin əmlakın rəsmi qaydada alğı-satqı edilməsi üçün əlavə sənədləşmə işləri aparılmalı, əmlaka dair çıxarış alınmalıdır. Bu halı Zərərçəkmiş şəxs da öz ifadəsində təsdiq etmişdir. Bununla belə tərəflər əmlakın alğı-satqısı, əmlakın dəyəri, icra müddəti və sair şərtlərlə bağlı öz aralarında razılaşmışlar. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı həmin obyektlə bağlı Əlizaminlə 75000 (yetmiş beş min) manata, Təqsirləndirilən şəxs isə 85000 (səksən beş min) manata razılaşdıqlarını bildirmişdir. İşin daha bir mübahisəsiz halı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə Sabirabad şəhəri, Heydər Əliyev prospekti, ev 2C ünvanında yerləşən mənzilinə dair sərəncam vermək hüququ da daxil olmaqla bir sıra hüquqları özündə ehtiva edən baş etibarnamə vermişdir. Bununla bağlı xüsusi olaraq qeyd olunmaldır ki, Zərərçəkmiş şəxs ifadəsində xx.xx.2021-ci il tarixədək Təqsirləndirilən şəxs 30000 (otuz min) manat pul verdiyini, lakin artıq həmin vaxt Əlizaminin onu aldatdığını anladığını göstərmişdir. Halbuki, xx.xx.2021-ci il tarixdən, yəni həmin mənzil üzərində sərəncam vermək hüququ əldə etdikdən sonra həmin mənzilin satıldığı xx.xx.2021-ci il tarixədək Zərərçəkmiş şəxs iddia etdiyi kimi “artıq həmin vaxt aldadıldığımı anlamışdım” halında belə onun “dəymiş ziyanı” böyük həcmdə aradan qaldırmaq üçün real imkanı olmuşdur. İşin digər mübahisəsiz halı odur ki, Təqsirləndirilən şəxs sinif yoldaşı Şahid5 mərhum atasının evini almaq niyyətində olmuş, bununla bağlı mərhum sinif yoldaşının qızı Şahid5 ilə 52000 (əlli iki min) manata razılaşmışdır. Bundan həmçinin, Zərərçəkmiş şəxs da məlumatı olmuşdur. Həmçinin, Şahid5 ifadəsindən görünür ki, Əlizamin ona 52000 (əlli iki min) manat pulu bütöv şəkildə ödəməli olsa da, pulu hissə-hissə gecikdirərək ödəmiş, ödənişlə bağlı onu incitmiş, bunu başqa şəxsdən alacağının olması ilə əlaqədar olduğunu bildirmişdir. Aydındır ki, “başqa şəxsdən alacağının olması” dedikdə Təqsirləndirilən şəxs Ədalət İsmaylovdan obyektə görə alacağı pulu nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs Sabirabad şəhəri, Heydər Əliyev prospekti, ev 2C ünvanında yerləşən mənzili xx.xx.2021-ci il tarixdə satması ilə əlaqədar məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Şahid5 almaq istədiyi evə görə verməli olduğu pulu ödəmək üçün, həmin vaxt da obyektin sənədləşməsi işi başa çatmadığına görə Zərərçəkmiş şəxs əlavə pul ala bilmədiyinə görə satmaq məcburiyyətində qalmış, evi 23000 (iyirmi üç min) manata sataraq əldə etdiyi pulu Şahid5 vermişdir. Bu zaman onu da qeyd etmək lazımdır ki, Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi kimi həmin mənzilin satılmasından əvvəlcədən məlumatı olmuşdur. Hətta mənzilin çıxarışı onda olduğundan həmin çıxarışı öz oğlu vasitəsilə Əlizaminə göndərmişdir ki, sonuncu alğı-satqı həyata keçirə bilsin. Zərərçəkmiş şəxs bununla bağlı ifadəsində onu da bildirmişdir ki, Əlizamindən Elnarəyə olan borcuna görə evi satmağa tələsməməsini, bir az səbrli olmasını, çalışıb borc məsələsini həll edəcəklərini demişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs verdiyi pul qarşılığında bir növ “girov” qismində verdiyi mənzili satması ilə bağlı tərəflər arasında hər hansı narazılıq olmamış, əksinə Zərərçəkmiş şəxs yaranmış şəraiti anlayışla qarşılayaraq mənzilin satılmasına, satışdan əldə olunan gəlirin Şahid5 verilməsinə maneə yaratmamış, hərəkətləri ilə buna razılığını bildirmişdir. Həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Sabirbad rayon İcra hakimiyyətinin sabiq əməkdaşı, hal-hazırda cəzaçəkmə müəssisəsində cəza çəkən X21 ilə obyektin sənədləşdirilməsi ilə bağlı sövdələşmə olması faktını təsdiq etsələr də, Təqsirləndirilən şəxs obyektin sənədləşməsi üçün Müşfiq Qasımova pulun Zərərçəkmiş şəxs tərəfindən, Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs tərəfindən verildiyini bildirmişlər. Bununla belə məhkəmə istintaqı zamanı nümayəndəsinin sualına cavab olaraq Zərərçəkmiş şəxs qeyd etmişdir ki, Müşfiq Qasımovla onu Təqsirləndirilən şəxs tanış etmiş, Müşfiqlə iki min manat qarşılığında obyektin sənədləşməsi üçün razılaşmış, pulu Müşfiqə Əlizamin vermişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həmin obyektin ona verilməsi ilə bağlı sənədləşmə işləri aparılarkən Müşfiqlə Qasımovla münasibətlərinin yaranması nəzərə alındıqda Müşfiq Qasımovla məhz Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tanış etməsi və sənədləşmə üçün Müşfiq Qasımovdan köməklik istəməsi daha inandırıcıdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Sabirabad rayon prokurorluğunun 14 avqust 2024-cü il tarixli qərarı ilə X9 barəsində cinayət təqibinin aparılmasının rədd edilməsinə baxmayaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs obyektin sənədləşmə işlərinin aparılması istiqamətində real cəhdləri olmuşdur. Belə ki, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Sabirabad rayon prokurorluğunun 14 avqust 2024-cü il tarixli qərarının təsviri hissəsindən görünür ki, araşdırma zamanı izahatı alınmış Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, təxminən 2021-ci ilin aprel ayının əvvəllərində Əlizamin ona bildirmişdir ki, baş memar Müşfiq adlı şəxs onlara obyektin sənədləşməsində kömək edəcəkdir. Belə ki, Əlizaminin deməsinə görə razılaşmaya əsasən Müşfiq baş planı hazırlayıb Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərmək qarşılığında iki min manat pul istəmişdir. O, evdən iki min manat pul götürərək Əlizaminlə İcra hakimiyyətinin yanına gəlmiş, Əlizamin pulu ondan alaraq yaxınlıqdakı çayxanaya getmiş, yarım saat sonra qayıdaraq iki min manat pulu Müşfiqə verdiyini demişdir. Bundan bir müddət sonra Reyestr idarəsindən ona zəng gəlmişdir ki, gəl planı götür. O da Reyest idarəsindən həmin sənədi götürmüşdür. O, dəfələrlə Reyestr idarəsinin əməkdaşı Etibar adlı şəxslə əlaqə saxlamış, lakin ona struktur dəyişikliyi ilə əlaqədar çıxarışın alınmasının mümkün olmadığı deyilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iddia etdiyi kimi Müşfiq Qasımovla görüşüb sövdələşdikdən sonra obyektin sənədləşməsi ilə bağlı Reyestr idarəsindən ona zəng daxil olmuş, hətta sənədləşmə ilə bağlı danışıqları Reyestr idarəsinin əməkdaşı Etibar adlı şəxslə bilavasitə özü aparmışdır. Lakin, özünün də qeyd etdiyi kimi “struktur dəyişikliyi” ilə əlaqədar obyektə çıxarışın alınması mümkün olmamışdır. Bu zaman məhkəmə iş üzrə şahid qismində dindirilmiş Şahid6 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə nəzər salmağı zəruri hesab edir. Belə ki, Şahid6 “...2022-ci ilin noyabr ayında Eldənizlə Ədalət ona zəng edərək görüşmək istədiklərini bildirdilər. Onlarla kafedə görüşdük, görüş zamanı onlar Əlizaminə məxsus obyekti aldıqlarını, obyektin sənədləşdirməsini aparmaq istədiklərini, bir il olarki ərazi şöbəsinin rəisi vəzifəsində işləyən Etibar müəllimə etibarnamə verdiklərini, lakin Etibar müəllimin onları yubatdığını, bu səbəbdən də sənədləri ondan aldıqlarını bildirdilər...” məzmunlu ifadəsindən və yuxarıda qeyd olunan qərarın təsviri-əsaslandırıcı hissəsindən aydın olur ki, Təqsirləndirilən şəxs obyektin sənədləşməsi üçün konkret hərəkətlər edərək buna səy göstərmiş, bununla bağlı Zərərçəkmiş şəxsla aralarında hər hansı narazılıq, birbirlərinə qarşı pretenziyaları olmamışdır. Əksinə Şahid6 ifadəsindən görünüdüyü kimi Zərərçəkmiş şəxs obyektin sənədləşməsinin gecikməsində Reyestr Xidmətinin əməkdaşı Etibar adlı şəxsi ittiham etmişdir. Təqsirləndirilən şəxs ifadəsindən də göründüyü kimi 2021-ci ilin avqust ayında obyektin sənədləşmə işləri ilə məhz Ədalət məşğul olmuşdur. Zərərçəkmiş şəxs Şahid6 obyektin sənədləşməsində kömək etməsi üçün müraciət edərək onunla razılaşmış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 2022-ci ilin noyabr ayında növbəti dəfə baş etibarnamə vermiş, həmin etibarnamə əsasında da Zərərçəkmiş şəxs Şahid6 etibarnamə vermişdir ki, sonuncu obyektin sənədləşməsi işlərini apara bilsin. Yəni, bütün bu sadalananlardan o nəticəyə gəlinir ki, istintaq orqanının iddia etdiyi kimi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 65000 (altmış beş min) manat pul verdikdən sonra Təqsirləndirilən şəxs obyektin sənədləşməsindən yayınmamış, Zərərçəkmiş şəxs pulu ondan geri tələb etməmişdir. Əksinə tərəflərin həmin dövrdəki davranışlarının təhlili onu göstərir ki, onların obyektin sənədləşməsinin yubanmasında bir-birlərini ittiham etməmiş, sənədləşmənin onlardan asılı olmayan səbəblərdən yubandığını dərk edərək mövcud vəziyyətdən çıxış yolları axtarmışlar. Bununla əlaqədar Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sərəncam vermək, onun adından dövlət və qeyri-dövlət təşkilatlarında təmsil etmək və sair hüquqları özündə ehtiva edən etibarnamə vermişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhz həmin andan obyektin sənədləşmə işlərinin aparılmasını Zərərçəkmiş şəxs bilavasitə öz öhdəliyində götürmüşdür. Odur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 2022-ci ilin noyabr ayında inam yaratmaq məqsədilə etibarnamə verməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə yanlışdır, qəbuledilməzdir. Məhkəmə kollegiyası istintaq orqanının Təqsirləndirilən şəxs 2023-cü ilin sentyabr ayında obyektə gəlmiş Şahid9 obyektin sənədləşməsi ilə bağlı ölçü işləri aparmasına razılıq verməyərək sonuncunu obyektdən qovması ilə bağlı gətirdiyi dəlilə münasibət bildirərək qeyd edir ki, bu zaman Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs 2023-cü ilin sentyabr ayından əvvəlki davranışlarına, aralarındakı münasibətlərə nəzər yetirmək zəruridir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş Şahid6 “Ədalət 75 kvadrat metr yer aldığını bildirsə də, Əlizamin razılıq vermədiyi üçün baş memar sənədləri təsdiq edə bilməmişdi. Sonradan Ədalət ona Əlizamin ilə razılığa gələ bilmədiklərini demişdi...(2023cü ilin yanvar ayı nəzərdə tutulur)”, “...Ədalət və Əlizamin arasında mübahisə olduğu üçün Ədalətə artıq uzaqlaşmaq istədiyimi bildirdim və Ədalətin ona verdiyi etibarnaməni onun özünə geri qaytardım...(2023-cü ilin iyun ayı nəzərdə tutulur)”, “...Ədalət mənə Əlizaminin 35 kvadrat metr hissəni vermək istəmədiyini, buna görə də onun da artıq Əlizaminlə alqısatqı etmək istəmədiyini, Əlizamini məhkəməyə verəcəyini bildirmişdir...”.məzmunlu, Eldəniz Ələkbərovun “...2023-cü ilin qış aylarında Ədalət ondan onunla birlikdə Əlizaminin yanına getməyi xahiş etmiş, mən də Ədalətlə birlikdə Əlizaminin yanına getmişdim. Ədalətlə Əlizamin obyektin alğı-satqısı ilə bağlı bir müddət öz aralarında söhbət etmiş, Əlizamin Ədalətə “Yox mən sənə sən deyən qiyməti deməmişəm! Get 10 min gətir” demiş, bu zaman onlar arasında sözlü mübahisə yaranmışdır. Mən Ədalət və Əlizamin arasındakı məsələnin sülh ilə həll olunmasına çalışaraq onları sakitləşdirmişdim. Ədalət Əlizaminə “Mən sənə sabah 10 min gətirib versəm obyektin arxa hissəsini də mənə verərsən?” dedikdə Əlizamin onların arasında danışığın belə olmadığını bildirmişdir...” məzmunlu ifadələrindən eləcə də, həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin ifadələrindən aydın olur ki, 2023-cü ilin sentyabr ayından əvvəl xüsusilə 2023-cü ilin iyun ayında Əlizamin və Ədalətin münasibətləri kəskinləşmiş, belə ki, onlar arasında Ədalətin adına rəsmiləşdirilməli olan obyektin sahəsi ilə bağlı mübahisələr yaranmışdır. Bundan əlavə Əlizamin obyektin sənədləşməsinin gecikməsi, obyektə görə ona verilən pulun hissə-hissə verilməsi ilə bağlı maddi itkilərə məruz qalması barədə etirazlarını qarşı tərəfə bildirmişdir. Zərərçəkmiş şəxs “...Əlizamin mənə əvvəl yağın qiyməti iki manat idi, indi on iki manat deyərək obyekti yetmiş beş min manata yox səksən beş min manata satacağını dedi...” məzmunlu ifadəsindən də görünür ki, sənədləşmə işlərinin iki ildən çox müddətə gecikməsi, həmin dövrdə pulun bir hissəsini hissə-hissə alması Təqsirləndirilən şəxs narazılıq yaratmış, o subyektiv olaraq hesab etmişdir ki, “məruz qaldığı maddi itkiləri kompensasiya etmək üçün” obyektin satışından daha artıq məbləğdə qazanc əldə etmək hüququ var. Tərəflər arasında həmin dövrdə münasibətlərin kəskinləşməsi Sabirabad rayon məhkəməsinin cavabdeh Təqsirləndirilən şəxs göndərdiyi bildirişlərdən, iddia ərizələrinin məzmunlarından aydın görünür. Belə ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla aralarında obyektin alğı-satqısı ilə bağlı mübahisə yarandıqdan sonra vəkil kimi tanıdığı Şahid11 müraciət etmiş, onun tövsiyəsi ilə razılaşaraq belə qərara gəlmişlər ki, Şahid11 reqres qaydasında Təqsirləndirilən şəxs qarşı məhkəmədə 65000 (altmış beş min) manat dəyərində pul tələbinə dair iddia qaldırsın. Halbuki, Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı ifadəsindədə təsdiq etmişdir ki, Şahid11 reqres qaydasında məhkəmədə iddia qaldırmaq hüququ olmamış, əslində Natiq ona heç bir məbləğdə pul verməmişdir. Sadəcə olaraq Natiq Hüseynov işin belə daha tez həll olunacağını dediyi üçün onunla razılaşmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 2023cü ilin sentyabr ayında obyektin sənədləşməsi ilə bağlı ölçü işləri aparılmasına icazə verməməsi onunla Zərərçəkmiş şəxs arasında olan ziddiyyətlə bağlı olmuş, belə ki, sonuncu faktiki olaraq ona qarşı məhkəmədə pul tələbinə dair iddia qaldırmışdır. Belə olan halda bu faktdan çıxış edərək Təqsirləndirilən şəxs məhz dələduzluq niyyətində olması ilə bağlı istintaq orqanının gəldiyi qənaət yanlışdır. Məhkəmə digər şahidlərin ifadələrini qiymətləndirərək qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən dindirilmiş şahidlərin ifadələri əsasən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs pul verib-verməməsi, hansı məbləğdə pul verməsi faktının müəyyən edilməsinə yönəlmiş, təqsirləndirilən şəxsin əməlində məhz dələduzluq cinayətinin tərkib əlamətlərinin olub-olmasından daha çox iş üzrə verilmiş “mülki iddia”nın araşdırılmasına fokuslanmışdır. Şahid11 ifadəsində göstərdiyi xüsusatlar isə ümumiyyətlə cinayət işində olan digər sübutlarla uzlaşmadığından, ziddiyyət təşkil etdiyindən, hətta mənafeyini müdafiə etməyə çalışdığı zərərçəkmiş şəxs tərəfindən də təkzib edildiyindən məhkəmə kollegiyası hesab edir ki, onun ifadəsi mötəbər sübut kimi qəbul edilməməlidir. Beləliklə, cinayət işinin ümumi mənzərəsindən aydın olur ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs 2021-ci ilin mart ayında sonuncuya məxsus qeyri-yaşayış sahəsinin alğı-satqısı barədə razılaşaraq əmlakın dəyəri, ödənişin müddəti, icra qaydası və sair şərtlərlə bağlı razılaşmışlar. Razılığa gələrkən Zərərçəkmiş şəxs əmlakın çıxarışının olmadığını bilmiş, onlar öz aralarında belə qərara gəlmişlər ki, əmlakla bağlı sənədləşmə işləri apardıqdan sonra şərtləşdikləri kimi həmin əmlakla bağlı rəsmi alğı-satqı müqaviləsi bağlasınlar. Zərərçəkmiş şəxs razılaşdıqları məbləğin bir hissəsini Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs isə aldığı pulun qarşılığında xx.xx.2024-cü il tarixdə “girov” qismində Sabirabad şəhərində yerləşən özünə məxsus mənzillə bağlı Zərərçəkmiş şəxs baş etibarnamə vermişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs Şahid5 ilə sonuncunun mərhum atasına məxsus olmuş evin alğı-satqısı ilə bağlı razılaşmış, 2021-ci ilin aprel ayının sonlarında Şahid5 evin dəyərini ödəməli olmuş, lakin özünə məxsus obyektin sənədləşmə işləri həll olmadığından evin pulunu ödəmək üçün Zərərçəkmiş şəxs əlavə pul ala bilməmişdir. Belə olan halda o, Zərərçəkmiş şəxs razılığı ilə sonuncuya “girov” qismində baş etibarnamə verdiyi mənzilini sataraq satışdan əldə etdiyi pulu Şahid5 vermişdir. 2021-ci ilin avqust ayında Təqsirləndirilən şəxs təşəbbüsü ilə onlar Sabirabad rayon İcra hakimiyyətinin sabiq əməkdaşı Müşfiq Qasımovdan sənədləşmə işlərinin həyata keçirilməsi üçün köməklik istəmiş, bundan bir neçə gün sonra Reyestr idarəsindən Zərərçəkmiş şəxs zəng gələrək obyektə dair baş planın hazır olduğu bildirilmişdir. Həmin vaxtdan etibarən Zərərçəkmiş şəxs həmin idarənin Etibar adlı əməkdaşı ilə obyektin sənədləşməsi ilə bağlı mütəmadi əlaqə saxlamışdır. Bununla belə həmin idarədən Zərərçəkmiş şəxs “struktur dəyişikliyi” əsası ilə əmlaka dair çıxarış verilməsinin mümkün olmadığı bildirilmişdir. Bundan sonra Zərərçəkmiş şəxs obyektin sənədləşmə işlərinin aparılması üçün tanışı Şahid6 kömək istəmiş, onun məsləhəti ilə 2022-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs baş etibarnamə alaraq həmin etibarnamə əsasında Şahid6 etibarnamə vermişdir. Şahid6 2022-ci ilin noyabr ayından 2023-cü ilin iyun ayına qədər Zərərçəkmiş şəxs göstərişi əsasında Təqsirləndirilən şəxs məxsus obyektin sənədləşmə işlərini həyata keçirmişdir. 2023-cü ilin yanvar ayından etibarən Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında obyektin sahəsi, obyektə görə verilməli olan pulun hissəhissə verilməsi, obyektin ümumi dəyəri barəsində mübahisələr yaranmış, 2023-cü ilin iyun ayında münasibətləri daha da kəskinləşmiş, Zərərçəkmiş şəxs Şahid11 vasitəsilə Təqsirləndirilən şəxs qarşı Sabirabad rayon məhkəməsində pul tələbinə dair mülki iddia qaldırmışdır. Zərərçəkmiş şəxs məhkəmədə ona qarşı iddia qaldırdığını bildikdən sonra Təqsirləndirilən şəxs ona verdiyi etibarnaməni 2023-cü ilin avqust ayında ləğv etdirmiş, 2023-cü ilin sentyabr ayında obyektin sənədlərməsi ilə bağlı ölçü işləri görmək üçün obyektə gəlmiş Reyestr idarəsinin əməkdaşına ölçü işləri aparmağa icazə verməmişdir. Göründüyü kimi işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları deməyə əsas verir ki, Təqsirləndirilən şəxs əməlində dələduzluq cinayətinin tərkib əlamətləri yoxdur, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasındakı mübahisə mülki-hüquqi xarakterli (müqavilə üzrə öhdəliklərin yeri yetirilməməsi) olduğundan həmin mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikası CPM-nin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Cinayət Prosessual Məcəlləsinin 28.4cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”-nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksin tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində «accusatio desiderat crimen» («ittiham cinayətin mövcudluğunu ehtimal edir») prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə «in dubio pro reo» («şübhə olduğu halda təqsirləndirilənin xeyrinə») prinsipi hər zaman gözlənilməlidir. Adıçəkilən prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyi-nəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırması hüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbara, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-nin müvafiq maddələrinə əsasən cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası adından çıxarılır, qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan bir olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Azərbaycan Respublikası CPM-nin 42.1.2-ci maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibi olmamasını nəzərdə tutur. Azərbaycan Respublikası CPM-nin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Cinayət Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə tərkibi ibtidai istintaq zamanı toplanmış və məhkəmə baxışında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə elan olunan ittiham üzrə bəraət verilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verildiyi üçün onun haqqında seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və o, dərhal həbsdən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Cinayət işi üzrə ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs 85000 (səksən beş min) manat dəyərində mülki iddia haqqında ərizə və dövlət rüsumunun ödənilməsi barədə qəbzi istintaq orqanına təqdim etmiş, istintaq orqanının qərarı ilə mülki iddiaçı qismində tanınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Pelunumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 74-cü bəndinin ikinci abzasında göstərilmişdir ki, bəraət hökmü CPM-in 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Odur ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə məhkəmə məsrəfi yoxdur. Azərbaycan Respublikası CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə tərkibi gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli və «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Məhkəmə tərkibi göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 21, 42, 51-2, 55, 346-347, 349-350, 352-354, 356-358, 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 42.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilsin. İbtidai istintaq zamanı cinayət işi materiallarına əlavə olunmuş Azerfon MMC-yə məxsus 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə məhkəmə məsrəfi yoxdur. İş üzrə verilmiş mülki iddia baxılmamış saxlanılsın, mülki iddiaçıya mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavanşir Nəbiyev Hakimlər: Neymət Məmmədov Esmira Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar