Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-162/2025 05.05.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, Katib katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - xx xxxxxx 1980-ci ildə Füzuli rayonunun Mahmudlu-2 kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay (boşanmış), işləməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 228.4-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə hökm dəyişdirilərək 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 1049 saylı əfv sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu olan, Füzuli rayonu, Mahmudlu-2 kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Lənkəran Penitensiar Kompleksində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 (xx.xx.2025-ci il tarixinədək qüvvədə olan köhnə redaksiyasında) və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu olan şəxs kimi yenidən qəsdən ağır cinayət törətməklə cinayətin təhlükəli residivi formasında ibtidai istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi ilə qəsdən qanunsuz olaraq əldə etdiyi külli miqdarda, yəni təmiz çəkisi 625,0 qram, 72,62 qram, 4,61 qram, 4,48 qram, 4,44 qram, 4,71 qram, 4,33 qram, 4,39 qram, 4,47 qram, 4,43 qram, 4,40 qram olmaqla, ümumi çəkisi 737,88 qram olan qurudulmuş marixuananı yaşadığı Füzuli rayonu, Mahmudlu-2 kəndində yerləşən evinə daşıyaraq, həmin evin həyətyanı sahəsindəki kolluqda iki ədəd şüşə bankanın içərisində saxlamış, bundan başqa, həmçinin istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən qəsdən qanunsuz olaraq əldə etdiyi “ATAK arms LTD” şirkətində istehsal olunmuş “Zoraki914-T” modelli, odlu silah hesab edilməyən, texniki cəhətdən saz vəziyyətdə, təyinatı üzrə istifadəyə yararlı, təyinatında hər hansı dəyişikliklərə məruz qalmayan, qaz silahı olan “ZRAAY02-0318- 01915” nömrəli qaz tapançasını yaşadığı Füzuli rayonu, Mahmudlu-2 kəndində yerləşən evinə daşıyaraq, həmin evin həyətyanı sahəsindəki yarımçıq tikilidə göy rəngli sellofan torbanın içərisində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs arvadı Şahid1 və övladı Şahid9 onun satış məqsədi ilə qəsdən qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək saxladığı Füzuli rayonu, Mahmudlu-2 kəndində yerləşən evlərinin həyətində olan kolluğu, həmçinin, qəsdən qanunsuz olaraq əldə etdiyi qaz tapançasını saxladığı Füzuli rayonu, Mahmudlu-2 kəndində yerləşən evlərinin həyətində olan yarımçıq tikilini 17 avqust 2024-cü il tarixdə, saat 11:00-da təqdim etmiş, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin yerlərə qeyd olunan tarixdə və saatda baxış keçirilərkən Vasifin qanunsuz olaraq əldə edib həmin kolluqda gizlətməklə saxladığı bir ədəd şüşə bankanın içərisində təmiz çəkisi 625,0 qram, digər şüşə bankanın içində polietilen torbada təmiz çəkisi 72,62 qram, doqquz ədəd kibrit qutusunda təmiz çəkiləri 4,61 qram, 4,48 qram, 4,44 qram, 4,71 qram, 4,33 qram, 4,39 qram, 4,47 qram, 4,43 qram, 4,40 qram olmaqla, ümumi çəkisi 737,88 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, həmin tikilidə qanunsuz olaraq əldə edib saxladığı göy rəngli sellofan torbanın içərisində “ATAK arms LTD” şirkətində istehsal olunmuş “Zoraki914-T” modelli modelli, odlu silah hesab edilməyən, texniki cəhətdən saz vəziyyətdə, təyinatı üzrə istifadəyə yararlı, təyinatında hər hansı dəyişikliklərə məruz qalmayan, qaz silahı olan “ZRAAY02-0318-01915” nömrəli qaz tapançası aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 (xx.xx.2025-ci il tarixinədək qüvvədə olan köhnə redaksiyasında) və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, “nəşə” adı ilə tanıdığı narkotik vasitə olan qurudulmuş marixuananı 2009-cu ildən istifadə edir, bir dəfə Rusiya Federasiyasında, iki dəfə isə Azərbaycan Respublikasında məhkum olunmuşdur, hər hansı psixi xəstəliyi yoxdur. 2005-ci ilin oktyabr ayında Rusiya Federasiyasında olduğu vaxt atası X19 öz ad günü ərəfəsində qətlə yetirilmiş, Rusiyadan gəlmiş, vəkil tutaraq cinayət işini araşdırmış, iş uzanmış, sonradan cinayət işi araşdırılması üçün ağır cinayətlər məhkəməsinə göndərilmişdir. Atasının ölümünü anası ilə bacısının üstünə yıxmışlar. Atasının ölümü ilə bağlı artıq dördüncü dəfədir ki, tutulur. Atasının pulunu alıb istifadə etmişlər. Bakı şəhərində Səməd bəy Mehmandarov küçəsində yaşamış, 2020-ci ilin oktyabr ayında oraya köçmüş, arvadı Şahid1 ifadəsində səhv qeyd etmiş, təzə kirayənin adı çəkilməmişdir. 01 iyul 2024-cü il tarixdə general Əliağa Şıxlinski küçəsinə köçmüş, 07 iyulda Füzuli rayonu, Mahmudlu-2 kəndində yerləşən evinə anasına baş çəkməyə və həyətdəki körpə ağacları sulamağa getmiş, 12 iyulda Bakı şəhərinə qayıtmışdır. Evə gələndə arvadı Günel ona evin açarının itməsini demiş, axşam tərəfi sonuncunun əmisi oğlu evinə gəlmiş, bu barədə videokamera görüntüləri olmuşdur. Günel ona zəng edərək qardaşıgilin yük hazırladığını, onu götürməsini bildirmiş, o da narahat olmamağı, xəbərinin olduğunu və götürəcəyini bildirmişdir. Sonra Günel yenidən ona zəng edərək oğlu Məhəmmədin ona verilən təzə evin açarını itirdiyini demiş, cavabında narahat olmamağı, gəlib açarı tapacağını, əks halda yenidən çıxartdıracağını bildirmişdir. “20 Yanvar” metrostansiyasının yaxınlığında olarkən arvadı ona zəng edib harada olduğunu, nə vaxt çatacağını soruşmuş, avtobusda olduğunu, hardasa otuz-qırx dəqiqəyə çatacağını bildirmişdir. Evə çatandan sonra oğlu Məhəmməd onu qarşılamış, yanbayan iki lift olmuş, liftdə olarkən oğlundan açarı harada itirməsini soruşmuş, oğlu da həmin vaxt mindikləri liftdə itirdiyini bildirmişdir. Liftə nəzər yetirmiş, həmin liftlə hörgünün arasına baxdıqda açarın düşməsi üçün məsafənin olmamasını görmüş, lakin bu barədə uşağın üstünə çox getməmişdir. Oğlu ilə birlikdə yükləri evə daşımışlar. Güneldən yemək istəmiş, o da hazır olmadığını, işə getməli olduğunu, müştərilərin gözlədiyini bildirmişdir. Ondan heç olmasa, gətirdiyi kənd məhsullarını yerləşdirməsini istəmiş, aralarında narazılıq yaranmış, Günel tələsdiyini, evin yolunu tanımayan bacısı qızını da evə gətirəcəyini demiş, nə qədər israr etsə də, oğlu ilə birlikdə çıxıb getmişdir. On ikinci mərtəbədə kirayə qaldıqları evin qapısı üç dəfədə bağlanırmış. Evdə gətirdiyi yükləri yerbəyer etmiş, yuyunub otağa keçmiş, özü marixuana istifadəçisi olduğundan otaqda nəşənin qoxusunu hiss etmişdir. Özünə məxsus siyirmənin altında şəxsi istifadəsi üçün narkotik vasitə olmuşdur. Qoxunun həmin narkotikdən gəlməsini zənn etmiş, siyirmənin ağzına kağız qoymuşdur ki, kənar şəxs açanda bilsin. Həmin siyirmədə şəxsi əşyalarını, möhür-ştamplı pulları, mikrokartları saxlamışdır. Külqabısı siyirmənin üzərində olmamış, siyirmədə saxladığı pullar da yoxa çıxmış və bütün bunlar onda təəccüb yaratmışdır. Mart ayında silah axtaranda səs yazmışdır. Günel onun barəsində olan informasiyaları öz əmisi oğluna, sonuncu da əmilərinə ötürürmüş. İlk vaxtlar nə baş verdiyini anlamamış, evdə axtarışa davam etmiş, paltar dolabında torba tapmışdır, hansı ki, içərisində ona məxsus olmayan “nəşə” və dörd büküm metamfetamin olmuşdur. Həmin qanunsuz predmetlərin üzərinə zibil tökərək aparıb əvvəlki kirayədə yaşadığı binada gizlətmək istəmişdir ki, bu məsələni araşdırsın. Evdən çıxarkən fikirləşmişdir ki, on-on iki gün qabaq Günel kənddə olarkən məcbur onun şəklini çəkmişdir, belə ki, özü şəkil çəkdirməyi xoşlayan biri olmamışdır. Günelin həmin şəkli polisə verməsini, polisin də onu şəkildən tanıyıb tuta biləcəyini düşünüb, evindən tapdığı torbadakı qanunsuz predmətləri elə torbadaca binanın blokunda təmirdən qalmış sement kağızlarının arasında gizlədib, evə qayıtmış və bacısı qızı Gülşanəyə yığmışdır. Gülşanə “28 May” metrostansiyasından çıxdığını, Günelin iş yerinə gedib, oradan da onlara gələcəyini bildirmişdir. Sonra Güneli yığmış, sonuncu müştəri gözlədiyini demiş, cavabında evdən çıxarkən müştərinin artıq onu gözlədiyini deməsini bildirmiş, o da müştərinin hələ də gəlmədiyini bildirmişdir. Günelə evə gələndə ona xəbər etməsini, gedəsi yeri olduğunu demişdir. Hər dəfə rayona gedib gələndə külqabısının təmiz olduğunu, halbuki evdə olanda təmizlənmədiyini, həmin predmetin qoyduğu yerdə olmaması kimi şübhəli halların olmasını müşahidə etmişdir. Pulların itməsi, evindən marixuana çıxması və bütün bunların onun ailəsi ilə nə əlaqəsi olması barədə düşünmüşdür. Bir müddət sonra bacısı qızı Gülşanə və arvadı Günel evə gəlmişlər. Böyük qayını zavodda işlədiyi üçün çaxır gətirmiş, Gülşanəyə içəsi olsalar, Günelə çoxlu çaxır içizdirməyi bildirmiş, özü isə yemək yedikdən sonra fikirli şəkildə otağına getmişdir. Günellə Gülşanə içkidən təsirlənib gülərək şənlənməyə başlamışlar, Məhəmməd də onlarla birlikdə olmuşdur. Həmin gün Günel onun otağında qalmış, onu sorğu-suala tutmuş və bu zaman evə gəlib-gedən kənar adamların olduğunu hiss etmişdir. Günel yatandan sonra, gecə gedib torbanı evə gətirmiş, içərisindəki dörd büküm metamfetamini sanitar qovşağa tullamışdır ki, onlarla birlikdə tutulacağı halda məsuliyyəti ağır ola bilər, qalan narkotik vasitəni isə yapışqan lentlə sarıyıb evdən aparıb başqa yerə qoyub geri qayıtmışdır. Səhəri gün bacısı qızı Gülşanə getdikdən sonra arvadı Günelin mobil telefonunu sorğu-sualsız araşdırmağa başlamışdır. Gecə də telefonu axtarmış, lakin tapa bilməmişdir. Günelin telefonundan müəyyən etmişdir ki, 08 iyul 2024-cü il tarixdə, saat yeddinin yarısından on birin yarısına kimi Günel evdə olmamışdır. Həftənin birinci günləri Məhəmməd Günelin iş yerinin yanında- “Xalqlar”da idmana gedirmiş. Həmin tarixdə Günel Məhəmmədə “WhatsApp” proqramı vasitəsilə “mən evdə deyiləm, Məhəmməd, evə gələndə xəbər elə, ata sənə zəng eləsə demə hardasan, de ki, avtobusdayam, gələndə sənə 5 (beş) manat verəcəm” və s. məzmunda səslər atmışdır. Günelin “WhatsApp” proqramındakı səs qeydlərindən arvadının maşında hərəkət etməsini, ümumilikdə dörd saat yolda olmasını müəyyən etmişdir. Güneldən harada olmasını soruşmuş, cavabında işdə olmasını deyib, ona etirazını bildirmişdir. Günelə onu kimin idarə etdiyini, ondan evə kimin gəlib-getdiyini, evdə nələrin baş verdiyini soruşmuş, o da cavabında heç kimlə əlaqəsi olmadığını bildirmişdir. Günelə evdən 30.000 (otuz min) manat pulun oğurlandığını demiş, hansı evdən oğurlandığını soruşanda, belə nəticəyə gəlmişdir ki, gələn şəxs kimdirsə, kirayə yaşadıqları hər iki evə gəlib-getmişdir. Günelə yaşadıqları evdən deyil, kənddəki evdən oğurluq olduğunu bildirmiş, onu ağır formada vurmuş, Məhəmməd aşağı düşəndən sonra Günel öz otağına getmiş, qapını bağlayandan sonra onun ünvanına nalayiq ifadələr işlətmiş, Günelə yalvararaq qapını açmasını istəmiş, çünki, özünə qəsd edəcəyindən qorxmuşdur. Füzuli Rayon Polis Şöbəsində “rəis” adlandırdığı şəxs onun sinif yoldaşının əri olmuş, əməliyyatçılardan ona satışla bağlı maddənin deyil, təkcə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin verilməsini xahiş etmiş və razılaşması belə olmuşdur. 3 saylı İstintaq Təcrixanasında olanda Birinci vitse-prezidentə ərizə yazmış və atasının barəsində olan cinayət işi yenidən araşdırılmışdır. 28 iyul 2024-cü il tarixdə 5.000 (beş min) manat müqabilində narkotik vasitə almamışdır. Kredit götürmüş, silah almaq istəmişdir. Atasının barəsində olan cinayət işinə hüquq-mühafizə orqanları tərəfindən baxılmadığı üçün silah almaq qərarına gəlmişdir. Alacağı silahla Füzuli Rayon Polis Şöbəsinin keçmiş əməkdaşı X27i, ya da Füzuli Rayon İcra Hakimiyyətinin keçmiş başçısı X28u vurmaq niyyətində olmuşdur. Çünki, həmin şəxslərin onun atasının ölümü ilə əlaqələri olmuşdur. Hazırda barəsində gedən cinayət işinin də həmin şəxslərlə əlaqəsi vardır, evinə narkotik vasitə onun tutulması üçün qoyulmuşdur. Özü narkotik istifadəçisi olsa da, 50 qramdan artıq “nəşə” almamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, ittihamda qeyd olunan narkotik vasitə Bakıda kirayədə yaşadıqları evdə aşkar etdiyi, sonra isə aparıb gizlətdiyi narkotik olmuşdur. Həmin narkotik vasitə ona məxsus olmamış, evinə qoyulmuşdur. Narkotik vasitənin çəkisini bilmir və narkotik bir torbada olmuşdur. Həmin narkotik vasitəni 12 avqust 2024-cü il tarixdə özü Füzuli rayonunda yaşadığı evə aparmış, otağında saxlamış, tullamamışdır, çünki, özündə narkotikin evinə qoyulmasını sübut edəcək kamera çəkilişi olmuşdur. Narkotik vasitəni Füzuli rayonuna ona görə gətirmişdir ki, bütün bu dediklərini sübut etsin. Polislərin onu tutmaq niyyəti olduğu üçün narkotik vasitəni polisə təqdim etməmişdir. Silah məsələsinə gəldikdə isə, silahı ona X21 adlı keçmiş polis əməkdaşı təmənnasız təşkil etmişdir. Vasif onunla birlikdə Rusiya Federasiyasında olmuş, dostluq etmişlər. Həmin silahı Vasif Füzuli rayonundakı yaşadığı evin qapısının qarşısında ona vermişdir. Silahı Günelin böyük əmisini qorxutmaq məqsədilə 13 avqust 2024-cü il tarixdə əldə etmişdir. Niyyəti Günelin əmisini evə çağırıb, içərisində narkotik vasitə olan torbanı qarşısına qoyaraq X20un onun evinə gəlməkdə, narkotik vasitənin evinə qoyulmasında məqsədinin nə olduğunu öyrənmək olmuşdur. Bakı şəhərində kirayədə yaşadığı evə təhlükəsizlik kamerası qoymuş, müstəntiq kameranın işləmədiyini bildirmişdir. Belə ki, 27 iyul 2024-cü il tarixdə İsgəndər Dövlət Təhlükəsizlik Xidmətinə məxsus avtomobillə onun yaşadığı binaya gəlmiş, Günel oğlu Məhəmmədi yuxuya verdikdən sonra on ikinci mərtəbədən evin açarını həyətə atmış, İsgəndər də açarı götürərək yuxarı qalxıb evə daxil olarkən videokamera bunu qeydə almış, bundan sonra isə videokameranın görüntüsü dondurulmuşdur. “Nəşə”ni evinə İsgəndər qoymuşdur. İsgəndərin onunla ədavəti olduğu üçün onu tutdurmaq niyyətilə evinə narkotik vasitə qoymuşdur. Belə ki, rayonun bəzi vəzifəli şəxsləri narkotik vasitələrin satışı ilə məşğul olurmuşlar və bundan da atasının məlumatı olduğu üçün sonuncu qətlə yetirilmişdir. Günelin əmisi Davudun narkotikin Rusiyaya göndərilməsində rolu olmuşdur. İsgəndər atasının ölüm işinin açılmaması üçün onu tutdurmuşdur. Bakıda kirayədə yaşadığı evə qoyulmuş və özü ilə götürüb rayona apardığı narkotik vasitədən 12-16 avqust aralığında istifadə etmişdir. Cinayət işinin materiallarında olan və ona nümayiş etdirilən fotoşəkillərdəki silah və narkotik vasitə ondan aşkar olunanlardır. Yaşadığı evə quraşdırdığı kameranı bacıları saxlayır. 15-16 avqust 2024-cü il tarixlərində Günelin bacı-qardaşlarına zəng edərək bir sıra şəxslərin evinə gəlməsini bildirmişdir ki, onları toplayıb baş verənlər barədə söhbət etsin. 16 avqust 2024-cü il tarixdə günorta saatlarında yaşadığı evdə olarkən anası Qətibə arvadının Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə zəng edəcəyini bildirmiş, anası qonşuya getdikdən sonra Güneli yanına çağırıb içərisində narkotik vasitə olan torbanı qarşısına qoyub qardaşlarını çağırmasını istəmişdir ki, torbanı götürüb aparsınlar. Günel səbəbini soruşduqda həmin narkotikin evinə qoyulduğunu, aşkar olunacağı təqdirdə də onun qardaşlarının evindən çıxmasını istədiyini bildirmiş, Günel isə marixuananın qoxusu olduğu üçün qardaşlarının götürməyəcəklərini bildirmişdir. Bu zaman Günelə demişdir ki, marixuananı yığmaq üçün banka gətirsin, o da gətirmişdir. Marixuananı bankalara yığandan sonra Günel ona bankanı qardaşlarına verəcəyini bildirmişdir. 16 avqust 2024-cü il tarixdə, axşam saat 23 radələrində yaşadığı evdə olarkən evin həyətyanı sahəsinin giriş darvazasının döyülməsini eşitmiş, darvazanı açanda polis əməkdaşlarının gəldiklərini görmüşdür. Həmin vaxt polis əməkdaşlarından rəhbər şəxsin kim olmasını soruşduqda orada olan polis əməkdaşı Emin adlı şəxs hadisə yerinə gələn polis qrupunda rəhbər olmasını bildirmişdir. Şahid2 X27in bacısı oğludur. Şahid2 Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə məlumat verilməsinə görə araşdırma üçün gəlmələrini bildirmiş və digər polis əməkdaşlarına “girişin” sözünü demişdir. Bu vaxt Eminə “mənimlə Çaparın ədavətini aparırsan?” demiş, daha sonra darvazadan içəri keçib Günelin danışdıqlarını dinlədiyini görüb, onu əli ilə itələyərək evə girməsini bildirmişdir. Polislər onu polis maşınına oturtmuş, özləri isə həyətə daxil olmuşlar. Təxminən, yarım saatdan sonra Füzuli Rayon Polis Şöbəsinə aparılmışdır. Silah və narkotik vasitəni özü polisə təqdim etməmiş, polis maşınına oturdulduqdan sonra baş verənlərdən məlumatı olmamışdır. Polis şöbəsində bir gecə qalmış, həmin müddətdə bir nəfər əməliyyatçı da yanında olmuşdur. Şahid2 polis şöbəsində onun yanında yataraq qarovul çəkmişdir. Şöbədə Eminlə X27i vurmaq istəməsi barədə sözlü mübahisələri olmuşdur. Evinə növbəti gün saat 03 radələrində qayıtmışdır. İstintaqın rəisi Adil müəllim ona sadəcə psixoloji təzyiq göstərmiş, bir sillə vurmuş, fiziki təzyiq və ya təsir göstərməmişdir. Məhkəməyə gəlib dindirilən polis əməkdaşları onu döyməmişlər. Dostluq münasibətində olduğu keçmiş polis əməkdaşı X21 onu iki dəfə tutdurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadələr arasında yaranmış ziddiyyətlə əlaqədar, onun ibtidai istintaqa verdiyi ifadələri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən, ziddiyyət yaranmış hissələrdə elan edilmiş və məlum olmuşdur ki, o, xx.xx.2024-cü il tarixli ifadəsində göstərmişdir ki, yaşadığı Füzuli rayonu, Mahmudlu-2 kəndində yerləşən evin zirzəmisindən aşkar olunmuş bir ədəd tapançanı saxlanılmamışdan təxminən üç həftə əvvəl Bakı şəhərində, Köhnə Günəşli adlanan ərazidə yerləşən “555” avtoservisin arxa tərəfində zibil tullantılarının atıldığı yerdə tapmış, həmin silahın adını və təyinatını bilməmiş, silahın üzərində patronu, habelə hər hansı bir sənədi olmamışdır. Evinin həyətyanı sahəsindən aşkarlanan balonlardakı narkotik vasitə olan qurudulmuş marixuanadır və həmin narkotiki saxlanılmamışdan bir həftə əvvəl Bakı şəhərində olarkən tanımadığı İran İslam Respublikası vətəndaşından 400 qram marixuana üçün 2.800 (iki min səkkiz yüz) manat pul verib almış və Füzuli rayonuna gedərkən özü ilə aparıb, şəxsi istifadəsi məqsədilə evinin həyətyanı sahəsində saxlamışdır (cild 01, i.v. 88-90). Təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi xx.xx.2024-cü il tarixli ifadəsində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü (xx.xx.2025-ci il tarixinədək qüvvədə olan köhnə redaksiyasında) maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilmiş, 234.4.3-cü maddə ilə təqsirli bilməmiş və göstərmişdir ki, Füzuli rayonu, Mahmudlu-2 kəndində yaşadığı evin zirzəmisindən aşkar olunmuş bir ədəd silahı 13 avqust 2024-cü il tarixdə Füzuli rayonu, Fin qəsəbəsində yaşayan X21dan arvadı Şahid1 nəslinin ağsaqqalı olan Davud adlı şəxsi qorxutmaq üçün almışdır. Bundan başqa, 2024-cü ilin iyul ayının ortalarında şəxsi istifadəsi üçün on iki ədəd kibrit qutusunda Bakı şəhərində tanımadığı şəxsdən narkotik vasitə olan qurudulmuş marixuana almış, hər dəfəsində narkotik vasitə tapmaqda çətinlik çəkdiyi üçün alanda çox almışdır ki, rahat istifadə edə bilsin. Həmin on iki qutunun üç qutusundan istifadə etmiş, qalan doqquz ədəd qutunu şüşə bankanın birinin içinə qoyaraq gizlətmişdir. Həmin vaxtı ona ünvanlanmış suala cavab olaraq, bildirmişdir ki, yaşadığı evin həyətyanı sahəsində saxladığı bir ədəd birkiloluq şüşə balonda olan narkotik vasitə marixuananı əvvəllər almış və həmin marixuana digər üçkiloluq şüşə balonda olan marixuanadan keyfiyyət baxımından aşağı səviyyədə olduğu üçün onları fərqli yerlərdə saxlamışdır. Bankalar bir yerdə olmuş, sonradan balaca ölçülü bankadakı narkotik vasitədən istifadə etmək üçün götürmüş, polislər gələndə isə həmin bankanı evin həyətində darvazanın yaxınlığına atmışdır (cild 02, i.v. 13-19). Təqsirləndirilən şəxs ifadələri arasındakı ziddiyyəti ibtidai istintaq zamanı ona göstərilmiş fiziki, psixoloji təzyiq və təsirlə əlaqələndirmiş, məhkəmədə verdiyi ifadəsinin doğru olduğunu bildirmişdir. Məhkəmə iclasında cinayət işinin materiallarında olan sənədlər elan olunmaqla tədqiq edilərkən, həmçinin evə baxış keçirilməsinin videogörüntülərinin əks olunduğu DVD disk nümayiş etdirilərkən Təqsirləndirilən şəxs cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən şöbəyə aparılandan altmış dörd-altmış beş saat (təxminən üç sutka) sonra qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə çıxarılmışdır. Adına 050 ***-**-** və 051 ***-**-** saylı mobil nömrələr var. Ən çox 050 ***-**-** saylı mobil nömrəni işlətmiş və həmin nömrə 2023-cü ildən onda olmuşdur. 051 ***-**-** saylı mobil nömrə onun adına olsa da, arvadı Şahid1 istifadəsində olmuşdur və həmin nömrənin anten məlumatlarının, eləcə də həmin nömrəyə giriş-çıxış zəngləri, sms-in götürülməsi 2024-cü ilin iyul ayında baş verən prosesləri, yəni Bakıda kirayədə yaşadıqları evinə narkotik vasitə qoyulmasını təsdiq edəcəkdir. Videogörüntüdə evinin qapısında içərisində əşyalar olan çantaların olmasına səbəb Bakı şəhərindən oraya təzəcə köçməyi olmuşdur. Arvadı Günelin gözünün altında olan şişlər təbiidir və xəsarət nəticəsində yaranmamışdır. Güneli Bakıda döydüyü halda, onun bu barədə Füzulidə şikayət etməsi barədə hər hansı fikiri yoxdur. Videogörüntüdə nümayiş olunan silah onda olan silah deyildir, özündə olan silahı qarajdakı stolun üstünə qoymuşdur. Silahın yeri sonradan dəyişdirilmiş, başına oyun açılmışdır. Onda olan silahda özü ilə oğlu Məhəmmədin əl izləri vardır. Narkotiki Günellə birlikdə bankalara yığandan sonra özü Horadizə getmiş və evə qayıdanda narkotiki yerində görməyib Günelin narkotik vasitəni qardaşıgılə aparmasını zənn etmişdir. Məhəmməd narkotik vasitəni görməmişdir. Təqsirləndirilən şəxs son sözündə bildirmişdir ki, atasının qisasını almaq istəmişdir. 2024-cü ilin fevral-mart aylarında X5 səsini yazmış, silah axtarmağa başlamış və əldə etmişdir. Silah ona məxsusdur. Bundan sonra qardaşının başına küt alətlə vurmuşlar və bununla üçüncü dəfədir ki, qardaşının başına xəsarət yetirilmişdir. İyirmi ildir ki, ailəsinə işgəncə yaşadılır. Füzuli Rayon İcra Hakimiyyətinin sabiq başçısı X28 və Füzuli Rayon Polis Şöbəsinin sabiq rəis müavini X27i öldürmək istəmişdir. İyirmi ildir ki, atasının ölüm işinin açılması yolunda əziyyət çəkir, lakin bu işin üstünü aça bilməmişdir. Ailəsinə Xocalı soyqırımından daha pis işgəncələr verilmişdir. Videoçəkiliş aparmaqla silah gücü ilə də olsa, adlarını çəkdiyi şəxslərdən birinin ayağından vurmaq istəmişdir ki, atasının ölümünün və başqa işlərin üstünü açsın. Zəncirvari ölüm hadisələri vardır. Atası həmkəndlisi Famil Məmmədov adlı keçmiş polis işçisinin əli ilə öldürülmüşdür. Həmin şəxs X27in qohumudur. Üstündən yeddi il keçəndən sonra iz qalmaması üçün Famili ailəsi ilə birlikdə avtoqəzada öldürtmüşlər. Məhkəmədən ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Narkotik işi ilə məşğul olan şəxs heç vaxt Baş Prokurorluq, Daxili İşlər Nazirliyi ilə ədavəti ola-ola narkotik satışını həyata keçirə bilməz. Qurudulmuş marixuanadan istifadə etmişdir. X27in bacısı oğlu Şahid2 da narkotik istifadəçisidir. Övladının anası düşmənlərinin qohumunun qızıdır. Davud Babayev İrkutsk və Krasnoyarsk vilayətlərində narkotik satdıran şəxsdir. Narkotiki həmin yerlərdə satanlar isə Günelin əmiləri X25 və X26dir. Onun barəsində olan cinayət işi bəraətlikdir. Belə ki, barəsində saxlanıldıqdan altmış dörd-altmış beş saat sonra həbs qətimkan tədbiri seçilmişdir. 16 avqust 2024-cü il tarixdə axşam saatlarında saxlanılmışdır. 102 xidmətinə edilən müraciətə görə aparılan şəxs saxlanıldıqda ona qandal tətbiq olunmur, amma onu polis şöbəsinə əlinə qandal vuraraq aparmışlar. Polis şöbəsinə işgəncə edilərək aparılmış, qolları göyərmişdir. Onun tutulmasında Penitensiar Xidmətin də böyük marağı vardır, çünki onlar bir-birlərinə bağlı adamlardır. Məhkəmədən azadlığa buraxılmasını və ya ona bəraət verilməsini deyil, Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsinə təhvil verilməsini xahiş etmişdir ki, orada brilyant məsələsinin, atasının ölüm işinin, üçü körpə olmaqla on üç nəfərin ölümünün üstünü açacaqdır. Məhkəməyə son sözü budur ki, “bütün hökümətlərin üzərində mütləq hakim Allahdır”. Məhkəmə cinayət prosesinin iştirakçılarını (təqsirləndirilən şəxs və şahidlər) dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 (xx.xx.2025-ci il tarixinədək qüvvədə olan köhnə redaksiyasında) və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, aralarında ədavət və ya düşmənçilik yoxdur. 2012-ci ildən evlənmişlər, birgə nikahdan xx xxxxxxxx 2013-cü il təvəllüdlü Şahid9 adlı oğlan övladı dünyaya gəlmişdir. 28 fevral 2025-ci il tarixdə Vasifdən rəsmi qaydada boşanmışdır. Belə ki, Vasiflə evləndikdən bir müddət sonra aralarında xırda səbəblərə görə mübahisələr olmuş, bir müddət sonra Vasifin narkotik vasitə istifadə etməsini bilmiş, bundan sonra, yəni, 2015-ci ildə Vasif cinayət törətdiyi üçün həbs olunmuş, 19 mart 2019-cu il tarixdə əfv sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad olunaraq azadlığa buraxılmışdır. Vasif həbsdən azad olunduqdan sonra yenə də aralarında mübahisə, dava-dalaş olurmuş, Vasif onun və valideynlərinin ünvanına təhqiramiz söyüşlər işlətmişdir. Vasif hər dəfəsində müxtəlif bəhanələr gətirərək onunla dalaşmış, həmçinin, davamlı olaraq narkotik vasitə istifadə etmiş, yəni ot formasında narkotiki kağıza dolduraraq çəkmişdir. 2019-cu ildən 14 avqust 2024-cü il tarixindək olan müddətdə Vasiflə birlikdə Bakı şəhəri, ünvan 1 ünvanda kirayədə yaşamış, Vasif konkret olaraq bir işlə məşğul olmasa da, dolanışıqlarını təmin etmiş, lakin bütün bunlara baxmayaraq aralarında yenə də davamlı münaqişə olmuşdur. 14 avqust 2024-cü il tarixdə Vasif Füzuli rayonu, Mahmudlu-2 kəndində yaşamaq qərarına gəldiyini demiş və həmin tarixdə köçüb Vasifin Füzuli rayonu, Mahmudlu-2 kəndindən yerləşən ata evinə gəlmişlər. Bundan sonra yenə də mübahisələri davam etmiş, səbəb isə Vasifin deməsinə görə əmisi oğlu X20la onun arasında güya sevgi münasibətlərinin mövcudluğu olmuşdur. Lakin faktiki olaraq İsgəndərlə aralarında hər hansı sevgi münasibəti olmamış, bacı-qardaş kimi olmuşlar. Beləliklə, Füzuliyə köçdükləri gün gecə saatlarında Vasif yenə də ona İsgəndərlə aralarında sevgi münasibətlərinin olmasını deyib, onunla mübahisə etməyə başlamış, dava-dalaş zamanı təpik və yumruq zərbələri ilə onu döymüşdür. Vasif onun təpiklə sol ayaq və qarın nahiyəsinə, yumruqla isə kürək nahiyəsinə vurmuşdur. 15 avqust 2024-cü il tarixdə günorta saatlarında Vasif onunla yenə də mübahisə edərək, onu təhqir etmiş, sonra isə kənd ərazisinə çıxmışdır. Vasif evə qayıdanda özü evdə, oğlu Şahid9 isə evin həyətində olmuşdur. Evin pəncərəsindən Vasifin Məhəmmədə yaxınlaşaraq, belindən tapança formasında silah çıxardıb ona göstərməsini, sonra həmin silahı evin həyətində olan qaraja apararaq orada olan dəmir seyfə qoymasını görmüşdür. Bundan sonra evin həyətinə düşmüş və Vasif həmin silahı gətirib ona göstərərək “bu silahla səni və əmin oğlun öldürəcəm” ifadəsini işlətmiş, silahın içində patron olub-olmamasını görməmiş, ilk öncə oyuncaq olmasını zənn etmişdir. Vasif həmin vaxt and içərək göstərdiyi silahın oyuncaq olmamasını deyib, silahı ona vermiş, əlinə götürdükdə dəmir materialdan və ağır olmasını görüb həqiqi silah olmasını düşünmüş, sonra Vasif yenidən silahı aparıb qarajın içindəki seyfə qoyaraq harasa getmişdir. Bundan əlavə, 16 avqust 2024-cü il tarixdə səhər saatlarında evdə təmizlik işləri görərkən yataq otağında paltar şkafının içində biri üçkiloluq, biri isə birkiloluq olmaqla, iki ədəd şüşə balonda yaşıl rəngli ot formasında kəskin iyi olan narkotik vasitəyə bənzər maddələr görmüş, üçkiloluq balonda olan narkotik vasitənin qapaq hissəsi açıq, birkiloluqda olan isə sellofan bükümdə, bir neçə ədəd kibrit qutusunda və açıq şəkildə olmuşdur. Vasifdən qorxduğu üçün bu barədə heç kimə məlumat verməmiş, 16 avqust 2024-cü il tarixdə günorta saatlarında yenə də Vasiflə aralarında mübahisə baş vermiş, həmin vaxt Vasif “pol taxtası” ilə onun sol ayağından, oğlu Məhəmmədə məxsus olan dəmir turniklə hər iki qolundan, habelə bədəninin müxtəlif nahiyələrindən vurmuş, həmçinin, tapançanı çıxardıb öldürəcəyi ilə hədələmişdir. Həmin vaxt oğlu Məhəmməd və Vasifin anası Qətibə də orada olmuş, hər ikisi də Vasifin hərəkətlərini görmüşlər. Qətibəyə “Vasifin etdiyi hərəkətlər barədə polisə məlumat verəcəm” deyə bildirmişdir. Qətibə Vasifə onun dediklərini demiş və sonuncu yataq otaqlarında olan iki ədəd şüşə balondakı narkotik vasitəni götürüb evin həyətinə doğru qaçmış, şüşə balonlardan birini yəni, üçkiloluq balonda olanı evin həyətindəki kolluqda, birkiloluq balonda olanı isə həyətdəki ağacların dibində gizlətmişdir. Həmin gün Vasifin əlində silah görüb, onu öldürəcəyindən qorxmuş, həmçinin qayınanası Qətibə özünə məxsus mobil telefonu ona verərək, “qardaşına zəng elə denən ki, gəlib səni aparsınlar, Vasif səni öldürər” demişdir. Buna görə də, qardaşı Şahid8 zəng edib, gəlib onu aparmasını xahiş etmişdir. Həmin gün axşamtərəfi Vasif pivə və araq alaraq yaşadıqları evdə içmiş, sonra yenə evin həyətinə düşüb həyətə qoyduğu narkotik vasitədən istifadə edərək, elə həyətdəcə uzanmış, özü evdə olmuş, oğlu Məhəmməd isə yatmışdır. Bu vaxt həyət darvazasından səs gəlmiş, Vasif səsi eşidən kimi anası Qətibəyə “ana polislər gəldilər” demişdir. Vasifdən bu sözü eşidən kimi həyətə düşmüş və Vasifin ardınca evin darvazasına doğru getmişdir. Bu zaman Vasif üzərində köynək olmadığı üçün polis əməkdaşlarına “gedib köynək geyinib gələcəm” demiş, həmin vaxt Vasif orda olmasını görüb boğazından tutub evə getməsini demiş, bu anda polis əməkdaşları onu Vasifin əlindən almış və bundan sonra Vasiflə birlikdə Füzuli Rayon Polis Şöbəsinə dəvət edilmişlər. Belə ki, qardaşı Elvinə Vasifin onu döyməsi barədə məlumat verdikdən sonra, Elvin Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermiş və bu səbəbdən polis əməkdaşları onların ünvanına gəlmişdir. Həmin vaxt gecə saatlarında polis şöbəsində izahat vermiş, Vasifin evin həyətində narkotik vasitə saxladığını və silahının olmasını bildirmiş, həmçinin oğlu Məhəmməd də polis şöbəsində iştirakı ilə eyni məzmunlu izahat vermişdir. Bundan sonra 17 avqust 2024-cü il tarixdə razılığı ilə yaşadığı evin həyətinə videoçəkilişlə baxış keçirilən zaman Vasifin silahı gizlətdiyi yeri təqdim etmiş və həmin silah polis əməkdaşları tərəfindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan sonra oğlu Məhəmmədlə birlikdə Vasifin iki ədəd şüşə balonda saxladığı narkotik vasitənin yerini polis əməkdaşlarına demiş və polis əməkdaşları tərəfindən həmin narkotik vasitə də müvafiq qaydada qablaşdırılıb götürülmüş, bu barədə protokol tərtib edilmiş və həmin protokolu imzalamaqla təsdiq etmişdir. Vasifin narkotik vasitəni onun yanında hər hansı şəxsə satmasını və ya pay verməsini görməmiş, lakin son zamanlar mağazadan çoxlu kibrit almış və bunun səbəbini soruşanda həmin kibritləri “türməyə” göndərəcəyini bildirmiş, faktiki olaraq isə Vasif həmin kibritləri qutusu ilə birlikdə yaşadıqları evdə saxlamışdır. Dəfələrlə, yəni davamlı olaraq yaşadıqları evdə çoxlu sayda boş kibrit qutuları görmüş, bundan əlavə Bakı şəhərində kirayədə yaşadıqları müddət ərzində evdə çoxlu sayda kibrit qutularının içində yaşıl rəngli ota bənzər şəkildə narkotik vasitə görmüşdür. Vasifdən həmin narkotik vasitələri nəyə görə evdə saxladığını soruşduqda, həmin narkotik vasitələri şəxsi istifadəsi üçün topdan almasını bildirmişdir. Bundan başqa, Vasifin yapışqan lentlə sarınmış halda nakotik vasitə almasını və sonradan kibrit qutularına ayırmasını görmüş, lakin qorxduğu üçün bu barədə heç nə soruşmamışdır. Vasif şübhəli hərəkətlər edirmiş. Belə ki, gecələr Vasifin mobil telefonuna tez-tez zənglər gəlir, o da gecə vaxtı evdən çölə çıxır, bütün telefon danışıqlarını internet vasitəsilə edir, açıq zənglər gələndə danışdığı şəxsə “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə zəng etmələrini deyirmiş. Bakı şəhərində yaşadıqları vaxtlar Vasif rəsmi olaraq heç bir işdə işləməmiş, özünə məxsus avtomobillə Bakı şəhərinə təzə gedəndə hərdən bir taksi fəaliyyəti ilə məşğul olmuş, lakin əsəbi olduğuna görə gündəlik olaraq taksi fəaliyyəti ilə məşğul olmamış, sonradan isə ümumiyyətlə heç bir işlə məşğul olmamış, bütün günü evdə yatmışdır. Ailənin aylıq xərci təxminən 1.500 (bir min beş yüz) manatdan çox olmuş, həmin pulları özü verməmiş, çünki, hər hansı işlə məşğul olmamışdır. Ailənin xərcini Vasif özü qarşılamış, lakin həmin pulları haradan əldə etməsini bilməmiş, narkotik vasitələrin satışı ilə məşğul olaraq əldə etdiyini düşünmüş, çünki heç yerdə işləmədiyi halda həmişə üzərində pulu olmuşdur. Vasifin tapançanı haradan, hansı məqsədlə əldə etməsi barədə hər hansı məlumatı yoxdur və onda tapança olmasını 14 avqust 2024-cü il tarixdə Füzuli rayonuna gəldikdən sonra görüb bilmişdir. Həmin vaxta qədər Vasifdə tapança görməmişdir. Füzuli rayonuna gəldikdən sonra Vasif tapançanı çıxarıb nümayiş etdirərək “sən mənə xəyanət etdiyinə görə səni bu tapança ilə öldürəcəyəm” demişdir. Vasifin sözlərindən qorxaraq və əlində silah olmasını görüb, onu öldürəcəyini düşünmüşdür. Onun əlindəki silahın həqiqi silah olmasını düşünmüş, bundan başqa Füzuli rayonunda olarkən Vasif qardaşı Elvinlə telefon vasitəsilə görüntülü danışan zaman həmin silahı göstərib, onu (Güneli) öldürəcəyini təkrar bildirmişdir. Vasif Füzuli rayonuna gəldikdən sonra, yəni 14 avqust 2024-cü il tarixdə demək olar ki, onu mütəmadi olaraq öldürməklə hədələmiş, bundan əlavə Vasifin atası Təyyub Əliyev bir neçə il əvvəl öldürülmüş və onu öldürən şəxsin kimliyi bilinmədiyindən Vasif həmin silahla atasının qisasını alacağını, sonra isə onu öldürüb “türməyə” gedəcəyini bildirmişdir. Vasifdən təqsirinin nə olmasını və onu nəyə görə öldürəcəyini soruşduqda, Vasif “səni çöldə qoyub türmədə rahat yata bilmərəm” demişdir. Şahid1 məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Bakıda olduqları vaxt bir-iki ay müddətində gözəllik salonunda lazer-epillyasiya işi ilə məşğul olmuşdur. Ən çox Füzuli rayonu, Mahmudlu-2 kəndində yaşamışlar. Vasif həm narkotik vasitə istifadə etmiş, həm də satmış və bu fəaliyyətlə dörd-beş il olarmış ki, məşğul imiş. Vasiflə birlikdə yaşadığı dörd il ərzində Vasif mütəmadi olaraq narkotik vasitə satmışdır. Yaşadıqları evin həyətindən aşkarlanan narkotik vasitənin çəkisi bir-iki kiloqram olarmış. Bakı şəhərində yaşadığı müddətdə Vasifin cinayət əməli barədə polisə müraciət etməmiş, buna da səbəb ondan qorxması olmuşdur. Vasifi bu işlərdən çəkindirməyə çalışmış, lakin müsbət nəticə əldə edə bilməmişdir. Vasif işləməsə də evdən çıxdığı hallar da olmuşdur. Vasif ot-marixuana satırmış və alıcılar narkotik vasitəni evdən gəlib götürürmüşlər, lakin onları görməmişdir. Vasif onu bu işlərə cəlb etmək istəməmişdir. Vasif silahı son vaxtlar götürmüşdür. Vasifdə xəyanət hissinin nədən formalaşdığını bilməmişdir. Narkotik vasitə olmayanda Vasif dəli kimi olur, olanda isə normal şəxs kimi davranmışdır. Vasif arada içki də qəbul etmişdir. Vasif onu öldürmək üçün kəndə gətirmiş, bütün vəziyyətlərdə xəyanət mövzusunda şərləmişdir. Vasifdə narkotik vasitə və silah olması barədə polis şöbəsinə özü müraciət etmişdir. Bakıdakı evlərində olan narkotik vasitə ilə rayondakı narkotik vasitənin eyni olub-olmamasını bilmir. İttihamda qeyd olunan və cinayət işinin materiallarındakı şəkillərdəki silah onların yaşadıqları evdə olan silahdır. Vasif narkotik vasitəni sellofan paketlərdə saxlamışdır. Ailəli olan əmisi oğlu X20 qardaşı ilə bir neçə dəfə onlara gəlmişdir. İsgəndər narkotik vasitə qəbul edən şəxs olmamışdır. Şahid1 02 may 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında ona ünvanlanmış sualları cavablandıraraq bildirmişdir ki, 16 avqust 2024-cü il tarixdə həyətə iki polis maşınında dörd-beş nəfər polis gəlmişdir. Həmin vaxt Vasif onu boğmağa çalışanda polislər onu müdafiə etmişlər. Vasifin əynində gecə paltarı olmuşdur. Həmin axşam qardaşları onu evdən götürüb aparmışlar və o, Vasifi görməmişdir. Polis avtomobilinə minməmiş, yolda olarkən heç bir polis əməkdaşı onunla görüşməmişdir. Hadisədən sonrakı gün xatırlamadığı vaxtda polis şöbəsinə getmiş, izahat verdikdən sonra polislər həyətə gəlmiş və bundan sonra həyətdən narkotik və silah aşkar olunmuşdur. Polis şöbəsindən evə nə vaxt qayıtdığını xatırlamır. Həmin vaxt Vasif evdə olmamışdır. Vasifin qarajda gizlətdiyi silahı bir də yaşadıqları evin həyətinə baxış keçirilən gün polislərin iştirakı ilə videoçəkiliş zamanı görmüşdür. Qarajda aşkar olunmuş silah Vasifin Məhəmmədin əlinə verib nümayiş etdirdiyi silah olmuşdur. Silahın yerini polislərə göstərmişdir. Silahın seyfdə ola biləcəyini təxmin etmiş, amma polislər onu başqa yerdən tapmışlar. Polislər həyətdə axtarış edəndə Vasifin bacısı ilə anası da həyətdə olmuş və hər şeyə şahidlik etmişlər. Hətta Vasifin anası polislərə mane olmağa çalışmışdır. Narkotikin yerini Məhəmmədə göstərmişdir. Məhəmməd əvvəl narkotikin olduğu yerə getmək istəməmiş, buna görə də polislər narkotikin yerini onun göstərməsini istəmişlər. Özü də Vasifin narkotiki evdən götürüb qaçdığını və gizlətdiyini görmüşdür. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş azyaşlı Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır və münasibətləri normal olmuşdur. Atası ilə anasının münasibətləri pis olmuş, atası anasını döymüşdür. 2024-cü ilin avqust ayında onların həyətinə polislər atasını tutmaq üçün gəlmişlər. Atası anasını həm Bakıdakı, həm də Füzuli rayonundakı evlərində döymüşdür. Atasının anasını hansı səbəbdən döydüyünü bilmir. Atasından bu barədə soruşmamış, anasından soruşmuş, sonuncu da atasının narkotik qəbul etdiyi üçün onu döydüyünü bildirmişdir. Narkotikin nə olduğunu bilməmiş, rayonda olanda atasında narkotik görmüşdür. Atası narkotiki otluq sahəyə aparıb qoyanda görmüşdür. Atası narkotiki iki ədəd bankada evin içindən götürüb aparmışdır. Bankadakıların narkotik olduğunu sonradan, polislərin danışığı zamanı öyrənmişdir. Polislərə narkotikin yerini özü göstərmişdir. Narkotikin olduğu yeri ona atası deməmiş, atası yerləşdirəndə görmüşdür. Atası narkotiki yerləşdirdiyi vaxt həyətdə olmuşdur. Atasının narkotiki niyə sahədə yerləşdirdiyini bilmir. Atası narkotiki ya polislərin gəldiyi gün, ya da ondan əvvəlki gün yerləşdirmişdir. Atasının narkotiki qarğıdalılıqda gizlətdiyini görmüşdür. Narkotikin qoyulduğu yerə polislər gələndən sonra baxmışdır. Polislər ona narkotikin yerini bildirib, həmin yeri göstərməsini deməmişlər. Atası Bakıda olarkən bir dəfə onu vurmuşdur. Atası anasının üstünə balta çıxaranda o, atasının qarşısını kəsmiş, bu zaman atası onu vurmuşdur. Bakıda olduqları dövrdə atası işləməmiş, evdə oturmuşdur. Həmin dövrdə evlərinə tez-tez başqa adamlar gəlməmişdir. İsgəndər adlı şəxsi tanıyır, evlərinə aradabir gəlmişdir. İsgəndərin evlərinə gəlməsinə görə atası anası ilə mübahisə etmişdir. Atası anasını Bakıda həm köhnə, həm də yeni qaldıqları evdə döymüşdür. İdmana gedəndə atası ona pul verirmiş. Atası anası ilə dalaşanda pulu haradan qazanması barədə “mən qranislərdə yatıram” demişdir. Füzulidə gördüyü narkotiki Bakıdakı evlərində görməmişdir. Bakıdakı evlərində atasının otağında boş və dolu kibrit qutuları görmüşdür. Atasından həmin qutularda nə olduğu barədə soruşmasını xatırlamır. Bakıdakı evdə narkotiki bankada deyil, kibrit qutularında görmüşdür. Atası rayonda olarkən ona silah göstərmiş, həmin silahı əlinə almışdır. Füzulidəki evlərinin həyətinə axşam vaxtı polis gələndə səsə oyanmış, atasının tutulduğunu və küçədə maşında olduğunu görmüşdür. Həyətə gələn polisləri tanımamışdır. Evlərinin həyətindən narkotik aşkar olunduğu gün atasının harada olduğunu bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qızı Günelin əridir, aralarında hər hansı ədavəti və düşmənçiliyi olmamış, normal münasibətləri olmuşdur. Təqsirləndirilən şəxslə Günelin arasında Vasif həbs olunmamışdan bir müddət əvvəl davamlı şəkildə mübahisə baş vermişdir. Vasifin narkotik vasitə istifadə etməsi və ya satması barədə məlumatı olmamış, onda narkotik vasitə görməmişdir. Vasiflə Günel əvvəlcə Bakı şəhərində ünvanını bilmədiyi yerdə kirayədə yaşamış, 14 avqust 2024-cü il tarixdən isə Füzuli rayonu, Mahmudlu-2 kəndinə gələrək, Vasifin həmin ünvandakı evində yaşamağa başlamışlar. Həmin gündən Vasif mütəmadi olaraq Günellə mübahisə etmiş, onu döymüşdür. Bu barədə ona Günel özü zəng edərək demiş, elə Vasif özü də zəng edib onunla danışmışdır. Vasifin qızı Güneli onun yanında döyməsi və təhqir etməsi kimi hallar olmuşdur. 16 avqust 2024-cü il tarixdə qızı Günel oğlu Elvinə zəng edərək Vasifin onu mütəmadi olaraq döyməsi və öldürməklə hədələməsini bildirmişdir. Həmin vaxt Elvinin yanında olmuş və sonuncu ona bu barədə məlumat verəndən sonra özü Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə məlumat vermişdir. Polislər səhəri gün gəlib hadisəni araşdıracaqlarını bildirmiş, onlara məsələnin təcili, yəni qızının səhhətinə zərər vurulması təhlükəsinin olduğunu, əks-halda onların da məsuliyyət daşıdıqlarını bildirmişdir. Bundan sonra polis əməkdaşları Vasifin yaşadığı evə gedib Güneli oradan götürmüşlər. Sabahısı gün Vasifin yaşadığı Mahmudlu-2 kəndində yerləşən evin həyətindən iki ədəd şüşə bankada narkotik vasitə və bir ədəd tapança aşkar olunaraq götürülməsini öyrənmişdir. Günel Vasifin narkotik vasitə qəbul etməsini, silahının olmasını ona deməmişdir. Narkotik vasitə və silah barədə polisə məlumat verməmişdir. X20un bu işə aidiyyəti yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bacısı Şahid1 keçmiş əridir, aralarında qohumluq, ədavət və ya düşmənçilik yoxdur. 16 avqust 2024-cü il tarixdə bacısı Günel zəng edərək Vasifin onu döydüyünü demiş, həmin vaxt ailə üzvləri də bunu öyrənmiş və bu barədə polisə şikayət olunmuşdur. Yalnız Vasifin Günellə dalaşdığını bilir, başqa heç nə barədə bilmir. Şahid8 məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, bacısı Şahid1 ailəsi ilə birlikdə Bakıda yaşadıqları dövrdə hər şeyin qaydasında olduğunu bilmişdir. Günelin əri Vasif tərəfindən döyülməsi barədə 102 xidmətinə zəng etməmişdir. Vasifin Bakıda nə işlə məşğul olması barədə xəbəri olmamış, rayonda quşçuluq təsərrüfatı olmasını bilmiş, narkotik vasitə istifadə etməsini görməmiş, narkotik satışı ilə məşğul olduğunu eşitməmişdir. X20 onun qohumudur və o, tez-tez bacısıgilə getməmişdir. 16 avqustda polislər Vasifi tutduqları zaman orada olmamış, polislər Vasifi apardıqdan sonra Güneli və Məhəmmədi evdən o götürməmiş, həmin ərəfədə qəza törətdiyindən maşınsız olmuş, sonuncuları Sərvin götürüb aparmışdır. Həmin gün baş verən hadisələrdən məlumatı olmamışdır. Həyətdən narkotik aşkarlandığı vaxt orada olmamışdır. 2024-cü ilin iyul ayında Vasif ona zəng etmiş, evində oyun getdiyini, bununla əlaqədar anası ilə söhbət etməsini, avqust ayında isə kəndə köçəcəyini demiş və İsgəndərə zəng edib kəndə gəlməsini deməsini istəmişdir. 16 avqust 2024-cü il tarixdə Vasif ona, Sərvinə və başqa qohumlara zəng edib çağırmış, ondan Davud və İsgəndəri də çağırmasını, toplanıb söhbət etmək lazım olduğunu demiş, söhbətin nə barədə olacağını bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Füzuli Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid6 ifadəsində göstərmişdir ki, Füzuli rayonu, Mahmudlu-2 kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi və satışı ilə məşğul olan şəxs kimi tanımış, aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. 16 avqust 2024-cü il tarixdə Füzuli Rayon Polis Şöbəsində əməliyyat-istintaq qrupunun üzvü kimi xidmətdə olduğu vaxt növbətçi hissənin məsul növbətçisi vətəndaş Şahid7 Təqsirləndirilən şəxs arvadı Güneli döyməsi barədə Daxili İşlər Nazirliyinin 102 zəng xidməti mərkəzinə məlumat verməsini şöbənin Narkotiklərlə Mübarizə Qrupunun baş əməliyyat müvəkkili Şahid2 bildirmiş və istintaq əməliyyat qrupunun digər əməkdaşları ilə birlikdə Vasifin yaşadığı Füzuli rayonu, Mahmudlu-2 kəndində yerləşən evinə getmişlər. Təqsirləndirilən şəxs evinin darvazasının yanında dayanaraq onu çağırmış, əvvəlcə Vasif, arxasınca isə Şahid1 gəlmişlər. Həmin vaxt Şahid1 şifahi şəkildə Təqsirləndirilən şəxs onu döyməsini bildirmiş və bundan sonra onların hər ikisini polis şöbəsinə dəvət edərək gətirmişlər. Şöbənin Təhqiqat Bölməsində bununla bağlı araşdırma başlanılmışdır. Səhəri gün yəni, 17 avqust 2024-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs Şahid1 döydüyü yeri təqdim edərək hadisə yerinə baxış keçirilməsi üçün onların yaşadığı Füzuli rayonu, Mahmudlu-2 kəndində yerləşən evin həyətyanı sahəsinə getmişlər. Baxışda polis əməkdaşları Şahid3, Şahid2, Şahid4, Şahid5, kriminalistik tədqiqatlar qrupunun kriminalisti Kamran Əliyev və təhqiqat bölməsinin təhqiqatçısı Müşfiq Məmişov, həmçinin Şahid1 oğlu Şahid9lə birlikdə iştirak etmişlər. Həmin vaxt Şahid1 Təqsirləndirilən şəxs onu döydüyü yeri təqdim edərkən Vasifin tapança saxlamasını və tapançanın yaşadığı evin həyətində olan tikilidə olmasını bildirmişdir. Tikiliyə baxış zamanı oradan bir ədəd tapança aşkar olunub götürülmüşdür. Bundan sonra baxış zamanı Şahid9 atası Təqsirləndirilən şəxs narkotik vasitə saxlamasını demiş və həmin narkotiki saxladığı evin həyətyanı sahəsini təqdim etmişdir. Həmin yerə baxarkən ayrı-ayrı yerdən iki ədəd şüşə balonda narkotik vasitəyə bənzər yaşıl kütlə aşkar olunmuşdur. Şüşə balonların biri üçkiloluq, digəri isə nisbətən kiçik ölçülü olmuşdur. Kiçik ölçülü bankanın içindən doqquz ədəd kibrit qutusunda və bir ədəd sellofanda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Bundan sonra qeyd olunanlar barədə protokol tərtib olunmuş və həmin protokolu imzalamışdır. Şahid6 cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxslə anası müəyyən problemlər yaratdığı üçün hadisə yerinə çox adam getmişlər və bu şöbə rəhbərinin göstərişi olmuşdur. Təqsirləndirilən şəxs özü onlarla birlikdə hadisə yerinə getməmiş, ailədaxili problem olduğu üçün Vasifin arvadı ilə uşağı da evdən çıxmışlar. Baxışa sonuncular da gəlmişlər və tərəflərindən onların təhlükəsizliyi təmin olunmuşdur. Təqsirləndirilən şəxs öz ailəsini hədələmişdir. Təqsirləndirilən şəxslə bağlı tərəfindən hər hansı araşdırma aparılmamışdır. Məhkəmə iclasında dindirilmiş şahidlər Füzuli Rayon Polis Şöbəsi Narkotiklərlə Mübarizə Qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid4 və polis kiçik leytenantı Şahid5 Şahid6 ifadəsində bildirdiyi xüsusatları təsdiq edərək onunla oxşar məzmunlu ifadə vermişlər. Şahid4 əlavə olaraq bildirmişdir ki, baxış zamanı Təqsirləndirilən şəxs arvadı və oğluna qarşı hər hansı təzyiq, təsir tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsini bilmişlər, satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, lakin realizə olunmamışdır. Şahid5 əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Bakıda deyil, kənddə yaşamasını bilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki tikilidən aşkar olunan silahla bağlı nə deməsini xatırlamır. İçərisində narkotik vasitənin olduğu şüşə qab kənardan diqqətlə baxıldığı halda görünəcək yerdə olmuşdur. Şahid1 Təqsirləndirilən şəxs narkotik vasitəni hardan əldə etməsi və necə gətirməsi barədə məlumat verməmişdir. Narkotik vasitənin hissələrə bölünməsi satışın əlamətidir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs harada olması barədə məlumatı yoxdur və onun saxlanılmasında iştirak etməmişdir. Hadisənin baş vermə tarixi dəqiq yadında qalmayıb, çünki üzərindən xeyli müddət keçmişdir. Silahın konkret olaraq haradan aşkar edilməsini xatırlamır və görünüşü də dəqiq yadında deyildir. Vasifin narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olması barədə onda məlumat olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid2 əlavə olaraq bildirmişdir ki, 2013-2014-cü illərdə əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Füzuli rayon sakini kimi tanımışdır, onunla ədavəti, düşmənçiliyi və qohumluğu yoxdur. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə istifadə etməsi barədə məlumatı olmuş, sonralar rayon camaatından onun ədəbli, mədəni şəxs olması barədə eşitmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə apardıqdan sonra onun tutulub-tutulmaması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs atasının ölümü barədə rayon sakini kimi məlumatı olmuş, arvadını hadisə günü tanımışdır. 16 avqust 2024-cü il tarixdə, gecə saat 01:00 radələrində Təqsirləndirilən şəxs dalınca növbətçi hissənin maşını ilə getmişlər və ünvanı tanımadıqları üçün sahə rəisi onları müşayiət etmişdir. Həmin vaxt həyətə daxil olub Şahid1 ilə qırx dəqiqə söhbət etməmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə getmək istəməmiş, onu maşına əyləşdirib aparmışlar, lakin qoluna qandal vurmamışlar. Yoldan geri qayıdaraq Təqsirləndirilən şəxs arvad-uşağı ilə söhbət etməmişdir. Polis şöbəsində narkotik vasitə və silahla bağlı Təqsirləndirilən şəxslə söhbəti olmamışdır. Təqsirləndirilən şəxslə bağlı prosessual hərəkətlərin çəklişlə aparılıb-aparılmaması barədə qərar qəbul etmək onun səlahiyyətində olan məsələ deyildir. Təqsirləndirilən şəxslə arasında dayısı Çapar barədə hər hansı söhbəti olmamışdır. Təqsirləndirilən şəxs polis şöbəsinə aparıb təhvil verəndən sonra, habelə səhəri gün evə baxışa gedəndə Vasifi şöbədə görməmiş, gecəni onun yanında qalmamışdır. Baxış zamanı orada olan şəxslərə qarşı hər hansı psixi, fiziki təsir və ya təzyiq olmamışdır. Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmiş, eyni zamanda fiziki cəhətdən cüssəli biri olmuş, buna görə ondan başqa digər polis əməkdaşları ilə birlikdə onun evinə getmişlər. Evə baxış zamanı hər hansı etiraz olmamış, baxışda Təqsirləndirilən şəxs iştirak etməmişdir. Bildiyi qədər Təqsirləndirilən şəxs aşkar olunan silah və narkotik vasitənin ona məxsus olmasını etiraf etmişdir. Təqsirləndirilən şəxs Bakı şəhərində yaşaması barədə məlumatı olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin qismən etirafedici və şahidlər) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutu, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Füzuli Rayon Polis Şöbəsi Təhqiqat Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanılaraq aidiyyəti üzrə istintaq bölməsinə göndərilmişdir (cild 01, i.v. 01-02). Füzuli Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, 102 zəng xidmətindən vətəndaş Şahid7 zəng edərək övladı Günel Babayevanın əri Təqsirləndirilən şəxs tərəfindən döyülüb, təhqir edilməsi barədə bildirməsinə dair məlumat daxil olmuşdur (cild 01, i.v. 04). Vətəndaş Şahid1 Füzuli Rayon Polis Şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizələrdən görünür ki, o, əri Təqsirləndirilən şəxs tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri almışdır və bununla əlaqədar Füzuli rayonu, Mahmudlu-2 kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilməsinə heç bir etirazı yoxdur (cild 01, i.v. 05-06). Füzuli Rayon Polis Şöbəsi Təhqiqat Bölməsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Şahid1 Təqsirləndirilən şəxslə birlikdə yaşadığı Füzuli rayonu, Mahmudlu-2 kəndi ərazisində yerləşən evinə baxış keçirilərkən həyətdəki avtomobil saxlamaq üçün nəzərdə tutulan yardımçı tikilinin içərisində sağ künc tərəfdə göy rəngli sellafon torba aşkarlanmış, torbanın ağzı açıldıqda içərisində silah olduğu məlum olmuş, barmaq izlərinin pozulmaması səbəbi ilə silah dəmir məftil ilə götürülüb qablaşdırılmış, həyətin küçəyə tərəf olan hasarının yanındakı kolları araladıqda oradan içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və kibrit qutuları olan birkiloluq və üçkiloluq olmaqla iki ədəd şüşə balon aşkar edilmişdir. Daha sonra evin qarşısındakı taxta stolun üzərində üçkiloluq balonun içərisində olan yaşıl rəngli kəskin spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləyə baxış keçirilmiş, həmçinin birkiloluq balonun içərisində olan doqquz ədəd kibrit qutusu çıxarılmış və kibrit qutularının hər birinin içərisində yaşıl rəngli kəskin spesifik iyə malik qurudulmuş marixuanaya bənzər kütlənin olduğu müəyyən edilmişdir. Bundan başqa, balonun içərisində olan şəffaf rəngli sellafonın içərisində də eyni kütlədən olduğu aşkar edilmişdir. Həmin kütlələri yenidən birkiloluq balonun içərisinə yığıb, iki ədəd balonu sellafonın içərisinə qoyduqdan sonra elektron tərəzi vasitəsilə çəkilərkən ümumi təxmini çəkisinin 2 kq., 265 qram olduğu müəyyən edilmiş, balonların üzərində əl-barmaq izlərinin olub-olmamasının, müsbət halda həmin əlbarmaq izlərinin kimə məxsus olmasının müəyyən edilməsi üçün əl-barmaq izləri götürülmüşdür. Bütün bunlar barədə videogörüntüləri özündə əks etdirən protokola əlavə olunmuş DVD disk və fotocədvəllərə məhkəmə iclasında baxılmışdır (cild 01, i.v. 15-22). Füzuli Rayon Polis Şöbəsi Təhqiqat Bölməsinin xx.xx.2024-cü il tarixli qərar və protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 14:10-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, i.v. 42-43; 45). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Şirvan Regional Bölməsinin 3-16-16/2-18/740 nömrəli, xx.xx.2024-cü il tarixli materialların məhkəmə ekspertizasının rəyi və ona əlavə edilmiş aktdan görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən ...” sözləri yazılmış və imzalar olan karton qutudakı bir ədəd polietilen torbanın içində bir ədəd şüşə balonda təmiz çəkisi 625,0 qram, bir ədəd şüşə bankanın içərisində polietilen torbada təmiz çəkisi 72,62 qram, həmin şüşə bankada doqquz ədəd kibrit qutusunda ayrıayrılıqda təmiz çəkiləri 4,61 qram, 4,48 qram, 4,44 qram, 4,71 qram, 4,33 qram, 4,39 qram, 4,47 qram, 4,43 qram, 4,40 qram, ümumi çəkisi 737,88 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidir. Ekspertiza tədqiqatından sonra narkotik vasitə marixuananın 737,66 qram qalığı ibtidai istintaq orqanına qaytarılmış, aparılmış tədqiqatın dəyəri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik müəyyən edilmişdir (cild 01, i.v. 55-59). Füzuli Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan hazırki cinayət işi icraata qəbul edilmişdir (cild 01, i.v. 61). Füzuli Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Füzuli rayonu, Mahmudlu-2 kəndində yerləşən evin həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş bir ədəd şüşə balonda 625,0 qram, bir ədəd şüşə bankanın içərisində polietilen torbada təmiz çəkisi 72,62 qram, həmin şüşə bankada doqquz ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 4,61 qram, 4,48 qram, 4,44 qram, 4,71 qram, 4,33 qram, 4,39 qram, 4,47 qram, 4,43 qram, 4,40 qram, ümumi çəkisi 737,88 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra 737,66 qram qalıq çəkisi maddi sübut kimi tanınaraq həmin şöbəyə təhvil verilmişdir (cild 01, i.v. 63-64). Füzuli Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (cild 01, i.v. 77-78). Füzuli Rayon Məhkəməsinin 4(064)-18/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 17 avqust 2024-cü il tarixdən hesablanmaqla dörd ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i.v. 113-114). Füzuli Rayon İcra Hakimiyyəti başçısının Əhmədbəyli Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışları, xasiyyətnaməsi və vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayonu, Mahmudlu-2 kəndində qeydiyyatda olmaqla orada yaşamışdır, himayəsində xx.xx.2013-cü il təvəllüdlü bir azyaşlı uşağı var, özü hərbi xidmət üzrə, habelə anası ikinci qrup əlildirlər, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (cild 01, i.v. 116-119; 121). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində aşkar olunmuş şüşə balonların üzərindən götürülmüş və tədqiqata təqdim edilmiş əl izləri həmin idarənin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş və müqayisəli tədqiqat nəticəsində əl izlərindən iki ədədi xx.xx.1980-ci il tarixdə Füzuli rayonunda anadan olmuş Təqsirləndirilən şəxs (ADİSin məlumat bankına Füzuli RPŞ-dən daxil olan) sol əlinin orta və adsız barmaqlarının əksləri (birkiloluq bankanın üzərindən götürülmüş izlər) ilə eynilik təşkil etmişdir (cild 01, i.v. 132-133). Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsi və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağdam Qarnizonu Hərbi Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 239-cu maddəsinin “b” bəndi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, üzərində 2 (iki) il müddətə şərti sınaq müddəti müəyyən olunmuş, Füzuli Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarı ilə Milli Məclisin xx.xx.2001-ci il tarixli amnistiya qərarının 1.7-ci maddəsinə əsasən cəzadan azad edilmiş; Rusiya Federasiyası Yekaterinburq şəhəri Kirov Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum edilmiş; Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 228.4-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək ona, 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir (cild 01, i.v. 153-154; 168; 198-203). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.3.2-1 və 83.3.4-cü maddələrinə əsasən, məhkumluq böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə ödənilmiş hesab olunur. 83.4-cü maddədə göstərilir ki, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli Qərarı). Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə münasibətdə ödənilmiş, həmin Məcəllənin 126.2.4-cü maddəsinə münasibətdə isə ödənilməmişdir. Cinayət Məcəlləsinin 18.2 və 18.2.2-ci maddələrinə əsasən, cinayətlərin residivi qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə təhlükəli sayılır. 18.4 və 18.4.1-ci maddələrdə isə qeyd edilir ki, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluq nəzərə alınmır. Belə olan halda Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə münasibətdə cinayətin təhlükəli residivi vardır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi Şəxsi “Füzuli Rayon Mərkəzi Xəstəxanasının” xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda deyildir (cild 01, i.v. 179-180). Füzuli Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 24160 nömrəli məktubuna əlavə olunmuş CD diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan 050 964-52- 32 saylı mobil nömrənin anten dairəsinin xx.xx.2024-cü il tarixdə, saat 00:16-dan Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində aktiv olması, habelə ona məxsus olan nömrə ilə ayrı-ayrı şəxslər arasında çoxsaylı telefon zənglərinin, sms yazışmalarının olması müəyyən olunmuş; diskdəki məlumatlara məhkəmə iclasında baxılmışdır (cild 01, i.v. 216-218). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi Şəxsin kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü tarixli, 3244 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinayət törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur və buna görə də, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs şəxsiyyətin emosional davamsız tip pozuntusu müəyyən edilir, lakin barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamış, hadisə vaxtı fizioloji affekt halında olmamış, emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur (cild 01, i.v. 220-222). Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizasının 24/1420 nömrəli, xx.xx.2024-cü i tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd “ZRAAY02-0318-01915” nömrəli silah 9 mm kalibrli olmaqla zavod üsulu ilə xarici dövlətdə “ATAK arms LTD” şirkətində istehsal olunmuş “Zoraki914-T” modelli qaz tapançasıdır, odlu silah hesab edilmir, texniki cəhətdən sazdır, təyinatı üzrə istifadəyə və atəşə yararlıdır, təyinatı hər hansı dəyişiklərə məruz qalmamışdır; bir ədəd daraq zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9 mm kalibrli qaz patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Zoraki914-T” modelli qaz tapançaların komplekt hissəsi- darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır (cild 01, i.v. 224-228). “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsin Ambulator Məcburi Narkoloji Tibbi Yoxlamanın xx.xx.2024-cü il tarixli, 6231 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndində uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, i.v. 229-230). “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin Beyləqan Rayon Şöbəsinin “canlı şəxsin ekspertizası”na dair 244/24 nömrəli, xx.xx.2024cü il tarixli rəyində göstərilmişdir ki, Şahid1 sağ gözaltı və hər iki bazu nahiyələrində qançırlar olmuşdur, həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir (cild 01, i.v. 231-232). Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizasının 24/1424 nömrəli, xx.xx.2024-cü i tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd qutunun içərisindəki üzərində “Zorakı Mod 914-T”, ZRAAY02 və 0318-01915 yazıları olan boz rəngli, dəstəyi qara rəngli plastik materialdan ibarət tapançanın kriminalistik müayinəsi zamanı səthində əl izləri aşkar edilmədi, həmin tapançanın səthində şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı əl izləri olmadığından DİN KTİ ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisəli tədqiqatın aparılması mümkün olmamış, fotocədvəllər rəyə əlavə olunmuşdur (cild 01, i.v. 233-237). Füzuli Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Füzuli rayonu, Mahmudlu-2 kəndi ərazisində yerləşən evin həyətyanı sahəsində yerləşən saxlanc yerindən aşkar edilərək götürülmüş bir ədəd qaz tapançası və həmin qaz tapançasına aid komplekt hissəsi olan daraq maddi sübut kimi tanınaraq, həmin şöbəyə təhvil verilmişdir (cild 01, i.v. 238-239). Füzuli Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 228.4 (xx.xx.2025-ci il tarixinədək qüvvədə olan köhnə redaksiyasında) və 234.4.3-cü maddələrinə tövsif edilmişdir (cild 01, i.v. 242). Füzuli Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 (xx.xx.2025-ci il tarixinədək qüvvədə olan köhnə redaksiyasında) və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddələrlə yeni məzmunda ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (cild 02, i.v. 01-03). Füzuli Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, iş üzrə şahid X15 və Təqsirləndirilən şəxs arasında videoçəkilişlə üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş və bu zaman X21 Təqsirləndirilən şəxs hər hansı silah vermədiyini, Təqsirləndirilən şəxs isə X21a silahı ondan aldığını və qarşılığında pul vermədiyini bir-birinin üzünə qarşı söyləmişlər (cild 02, i.v. 29-31). Füzuli Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs qaz tapançasını X21dan əldə etməsini müəyyən etmək mümkün olmamışdır (cild 02, i.v. 50). xx.xx.2024-cü il tarixli qəbzin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs bacısı X14 qardaşına məxsus “Samsung Galaxy A7” markalı, üzərində 050 964-52-32 nömrəli mobil telefonu təhvil almışdır (cild 02, i.v. 51). Füzuli Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, narkotik vasitənin mənbəyinin müəyyən edilməsi məqsədilə hazırki cinayət işindən icraata ayrıca cinayət işi ayrılaraq icraata qəbul edilmişdir (cild 02, i.v. 52-53). Füzuli Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 (xx.xx.2025-ci il tarixinədək qüvvədə olan köhnə redaksiyasında) və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; “evə baxış keçirilməsi və götürmə haqqında” protokola əlavə edilmiş DVD disk maddi sübut kimi tanınmışdır (cild 02, i.v. 56-78). Füzuli Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə edilmiş raport, “şəhər, rayon xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ndan çıxarışın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 22:24-də Günel Babayevanın əri Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə müraciəti əsasında sonuncu polis şöbəsinə gətirilərək xx.xx.2024-cü il tarixdə, saat 00:50-də qeydiyyata alınmış, həmin müraciətlə bağlı izahatı alındıqdan sonra saat 03:20-də buraxılmış, elə həmin gün saat 13 radələrində yenidən polis şöbəsinə dəvət olunaraq gətirilmişdir. Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 15 (on beş) saat həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərə hüquqi qiymət verilməsi, habelə törətdiyi əməlin hüquqi tövsifi üçün aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Andrey Yevgeniyeviç Orlovun Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Fuşe Fransaya qarşı”, “Bulut Avstriyaya qarşı”, “Bobek Polşaya qarşı” və “Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsi, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmaması, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Qeyd olunanlarla bağlı məhkəmə tərkibi qeyd edir ki, hazırki cinayət işi üzrə tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət-Prosessual Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Sözü gedən Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Haqqında bəhs olunan Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmiş və öz hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun özünü müdafiə üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər, yəni, 2009-cu ildən “nəşə” adı ilə tanıdığı narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisi olsa da, satışı ilə məşğul olmaması, şəxsi istifadəsi üçün 50 qramdan artıq “nəşə” almaması, Bakıda kirayədə yaşadıqları ünvanlarda arvadı Şahid1 əmisi oğlu X20 tərəfindən atasının ölüm işinin açılmaması üçün məhz onu tutdurmaq məqsədilə qoyulması, 17 avqust 2024-cü il tarixdə Füzuli rayonunun Mahmudlu-2 kəndində yerləşən evlərindən aşkar olunan narkotik vasitənin də məhz İsgəndər tərəfindən Bakıda kirayədə yaşadıqları evə qoyulan narkotik olması, polislər onu tutmaq niyyətində olduqları üçün narkotik vasitəni polisə təqdim etməməsi, polis əməkdaşları tərəfindən təzyiq və təsirə məruz qalması, 16 avqust 2024-cü il tarixdə polis şöbəsinə aparılandan sonra sərbəst buraxılmaması, həmin gecəni şöbədə qalması, polis əməkdaşı Şahid2 onun yanında yataraq qarovul çəkməsi, şöbəyə aparılandan altmış dörd-altmış beş saat (təxminən üç sutka) sonra qətimkan tədbrinin seçilməsi üçün məhkəməyə çıxarılması barədə dedikləri əsassız olaraq törətdiyi əməldə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Qeyd edilən bu cür ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinin yuxarıda göstərilən hissəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 (xx.xx.2025-ci il tarixinədək qüvvədə olan köhnə redaksiyasında) və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Füzuli Rayon Polis Şöbəsinin inzibati binasında müdafiəçisinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən qismində verdiyi 17 və 19 avqust 2024-cü il tarixli ifadələrində yaşadığı Füzuli rayonu, Mahmudlu-2 kəndində yerləşən evdən aşkar olunmuş bir ədəd tapançanı saxlanılmamışdan təxminən üç həftə əvvəl Bakı şəhərində, Köhnə Günəşli adlanan ərazidə yerləşən “555” avtoservisin arxa tərəfində zibil tullantılarının atıldığı yerdən tapmasını, evinin həyətyanı sahəsindən aşkarlanan balonlardakı narkotik vasitə olan qurudulmuş marixuananı isə saxlanılmamışdan bir həftə əvvəl Bakı şəhərində olarkən tanımadığı İran İslam Respublikası vətəndaşından 400 qram marixuana üçün 2.800 (iki min səkkiz yüz) manat pul verib alaraq Füzuli rayonuna gedərkən özü ilə aparıb, şəxsi istifadəsi məqsədilə evinin həyətyanı sahəsində saxlamasını bildirmişdir (cild 01, i.v. 52-54; 88- 90). Təqsirləndirilən şəxs ibtidai istintaqa təqsirləndirilən şəxs qismində verdiyi xx.xx.2024-cü il tarixli ifadəsinin məzmunundan da görünür ki, 17 avqust 2024-cü il tarixdə Füzuli rayonu, Mahmudlu-2 kəndində yaşadığı evindən aşkarlanmış silah və narkotik vasitə onun özünə məxsus olmuşdur (cild 02, i.v. 13-19). Bundan əlavə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünə məxsus olduğunu etiraf etdiyi narkotik vasitə olan qurudulmuş marixuana ilə bağlı məhkəmə-bioloji ekspertizasının rəyi ilə tanış olarkən hər hansı bir vəsatət və ya şikayətinin olmadığını qeyd etmişdir (cild 01, i.v. 111). Bundan başqa, məhkəmə iclasında "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 24160 nömrəli məktubuna əlavə olunmuş CD diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan 050 964-52-32 saylı mobil nömrə ilə ayrı-ayrı şəxslər arasında çoxsaylı telefon danışıqlarının, sms yazışmalarının olması müəyyən olunmuşdur (cild 01, i.v. 216-218). Məhkəmə heyəti Təqsirləndirilən şəxs Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 16 avqust 2024-cü il tarixdə yaşadığı Füzuli rayonu, Mahmudlu-2 kəndindəki evində saxlanılıb şöbəyə aparılandan sonra gecəni orada saxlanılması, polis əməkdaşı Şahid2 gecə onun yanında qalıb ona qarovul çəkməsi barədə dediklərini də ətraflı araşdırmış və məlum olmuşdur ki, onun bu hissədə dedikləri də həqiqəti əks etdirmir. Məhkəmə bununla bağlı ilk növbədə onu qeyd edir ki, cinayət işi üzrə şahidlər Şahid1 və Şahid9 hər biri ayrı-ayrılıqda ifadələrində bildirmişdirlər ki, 16 avqust 2024-cü il tarixdə yaşadıqları Füzuli rayonu, Mahmudlu-2 kəndindəki evlərinə polis əməkdaşları gələndən sonra Təqsirləndirilən şəxslə birlikdə polis şöbəsinə dəvət olunmuşlar, Şahid1 izahat verəndən sonra oğlu ilə birlikdə şöbəni tərk etmiş, Vasifi isə görməmişlər. Səhəri gün polis əməkdaşları Mahmudlu-2 kəndində yerləşən evlərinə baxış keçirən zaman Təqsirləndirilən şəxs orada olmamış, onu bir də növbəti dəfə baxışdan sonra polis şöbəsində görmüşlər. Şahid9 evlərinə baxış zamanı atası Təqsirləndirilən şəxs harada olması barədə bilmədiyini demişdir. Bundan başqa, Şahid2 bununla bağlı bildirmişdir ki, 16 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs polis şöbəsinə aparıb təhvil verəndən sonra, habelə səhəri gün evə baxışa gedəndə Vasifi şöbədə görməmiş, gecəni onun yanında qalmamışdır. Bundan əlavə, Füzuli Rayon Polis Şöbəsinə verilmiş sorğuya alınmış cavablardan, yəni raport və “şəhər, rayon xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ndan çıxarışın surətindən xx.xx.2024-cü il tarixdə, saat 22:24-də Günel Babayevanın əri Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə müraciəti əsasında sonuncunun polis şöbəsinə gətirilərək xx.xx.2024-cü il tarixdə, saat 00:50də qeydiyyata alınması, həmin müraciətlə bağlı izahatı alındıqdan sonra saat 03:20də buraxılması, elə həmin gün saat 13 radələrində yenidən polis şöbəsinə dəvət olunaraq gətirilməsi məlum olmuşdur. Bundan başqa, Füzuli Rayon Polis Şöbəsi Təhqiqat Bölməsinin xx.xx.2024-cü il tarixli protokolunda Təqsirləndirilən şəxs həmin tarixdə, saat 14:10-da şübhəli şəxs qismində tutulması qeyd olunmuş və Füzuli Rayon Məhkəməsinin 4(064)-18/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə onun barəsində həbs etmənin əvvəli 17 avqust 2024-cü il tarixdən hesablanmaqla dörd ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması nəzərə alınmalıdır. Sözü gedən Qərarın 26-cı bəndinə görə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəllənin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsin ifadələri arasındakı ziddiyyəti araşdırarkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs mövcud ziddiyyəti ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona göstərilmiş fiziki və psixoloji təzyiqlə əlaqələndirmiş, bununla əlaqədar şikayətlə hüquq-mühafizə orqanlarına, habelə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etmək səlahiyyətinin olmasına baxmayaraq, bu hüququndan istifadə etməmişdir. Təqsirləndirilən şəxsin polis tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalması ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə tərkibi münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi peşəkar vəkillərlə təmsil edilməsinə baxmayaraq, istər təqsirləndirilən şəxsin özü, istərsə də vəkilləri ibtidai istintaq dövründə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş, eyni zamanda özü bu halı hər hansı dəlillə əsaslandırmamış və izah etməmişdir. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs tərəfindən fiziki və psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq təzyiq və təsirlərə məruz qaldığını göstərməsini nəzərə alaraq, göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz təsir nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən təsirə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onun izahat və ifadələrinin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən, habelə ibtidai istintaq boyunca fiziki təzyiqlərə məruz qalıb-qalmaması və nəticədə bədənində xəsarət izlərinin olub-olmaması barədə saxlanıldığı istintaq təcridxanasına müraciət olunaraq, barəsində tərtib olunmuş tibbi kitabçanın surətinin tələb olunması müzakirə olunmuş, lakin təqsirləndirilən şəxs buna ehtiyac olmadığını, xəsarət almış olsa belə bədənində hər hansı bir iz qalmadığını bildirmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Con Murrey Birləşmiş Krallığa qarşı” iş üzrə xx.xx.1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Məhkəmə cinayət işinin materiallarına istinadən təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı ifadələrini müdafiəçisinin iştirakı ilə, habelə polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalmadan verməsini bildirdiyinə, bunların da işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Beləliklə, məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, Təqsirləndirilən şəxs qəsdən külli miqdarda narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, daşımış və saxlamış, həmçinin, “ATAK arms LTD” şirkətində istehsal olunmuş “Zoraki914- T” modelli, odlu silah hesab edilməyən, texniki cəhətdən saz vəziyyətdə, təyinatı üzrə istifadəyə yararlı, təyinatında hər hansı dəyişikliklərə məruz qalmayan, qaz silahı olan “ZRAAY02-0318-01915” nömrəli qaz tapançasını qəsdən qanunsuz olaraq əldə edib, evinə daşıyaraq, həmin evin həyətyanı sahəsindəki yarımçıq tikilidə saxlamışdır. Belə ki, yuxarıda qeyd olunanlardan başqa, ondan aşkar olunan narkotik vasitə qurudulmuş marixuananın ayrı-ayrı bankalarda, kibrit qutularında saxlanılması, habelə çəkiləri narkotik vasitələrə münasibətdə satış niyyətinin olmasını təsdiq edir. Qaz tapançasına gəlincə, təqsirləndirilən şəxs özü ifadələrində açıq şəkildə bildirmişdir ki, qisas almaq niyyəti ilə qaz tapançasını əldə etmiş və yaşadığı evində saxlamışdır. Məhkəmə eyni zamanda cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində (xx.xx.2025-ci il tarixinədək qüvvədə olan köhnə redaksiyasında) qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla; həmin Məcəllənin 234.4.3-cü maddəsində satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa, göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə münasibətdə cinayət tərkibinin zəruri əlaməti olmaqla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 2 nömrəli Qərarının 14-cü bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 228.5-ci maddəsində milli geyim ləvazimatı hesab olunduğu ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. “Xidməti və mülki silah haqqında” Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silahlara konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfatməişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istisna edilməklə xəncər, beybut, ov bıçağı, qılınc, süngü bıçaqları və s.) sair kəsici-deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyintına malik olan (nizə, döyüş baltası və s.), eləcə də zərbə-dağıdıcı təsirli əşyalar (beşbarmaqlar, nunsaklar, gürzlər, toppuzlar və s.) aid edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; ... qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; ... qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü tarixli, 8 nömrəli Qərarının 4-cü bəndinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin Qərarın 8 və 9-cu bəndlərində deyilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 960-İİQ nömrəli Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların İ Siyahısı”nın 1-ci hissəsinin 146-ci bəndinə əsasən marixuana dövriyyəsi qadağan olunmuş narkotik vasitədir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə İ Siyahısı”nın 109.1-ci bəndinə əsasən təmiz halda 500 qramdan 50.000 qramadək çəkidə qurudulmuş marixuana külli miqdar təşkil edir. Məhkəmə cinayət işi üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 (xx.xx.2025-ci il tarixinədək qüvvədə olan köhnə redaksiyasında) və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməlində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 228.4 (xx.xx.2025-ci il tarixinədək qüvvədə olan köhnə redaksiyasında) və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 (xx.xx.2025-ci il tarixinədək qüvvədə olan köhnə redaksiyasında) və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün əlamətləri vardır, həmin cinayət əməlləri həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətlərin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir, əməlləri başa çatmış cinayətdir və cinayətin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2, 5.1, 7.1, 8.1 və 9.2-ci maddələrinə əsasən, Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir; əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz (başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, özünün hərbi xidmət üzrə, habelə anasının ikinci qrup əlil olmalarını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə münasibətdə cinayətin təhlükəli residivinin olması həmin Məcəllənin 61-ci maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1 və 65.2-ci maddələrində göstərilir ki, residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır, həmçinin, təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində (xx.xx.2025-ci il tarixinədək qüvvədə olan köhnə redaksiyasında) üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə, həmin Məcəllənin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10-cu maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. İctimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə şamil edilir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.2025-ci il tarixli, 153-VİİQD nömrəli Qərarı ilə Cinayət Məcəlləsinin 228.4-cü maddəsi məzmununa dəyişiklik edilmədən, yəni eyni məzmunda (“qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla- üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”) 228.5-ci maddə ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai-təhlükəliliyini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 (xx.xx.2025-ci il tarixinədək qüvvədə olan köhnə redaksiyasında) və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara (Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə münasibətdə əməlində təhlükəli residivin olması) əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 (xx.xx.2025-ci il tarixinədək qüvvədə olan köhnə redaksiyasında) və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlləri cinayətlərin təsnifatına görə həmin Məcəllənin müvafiq olaraq 15.2 və 15.4-cü maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən və ağır cinayətlər hesab olunur, eyni zamanda onun əməlində (Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə münasibətdə) cinayətin təhlükəli residivi müəyyən olunmuşdur. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə görə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona, azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Belə ki, sözü gedən rəydə də göstərildiyi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 nömrəli “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarının 3 və 3.2-ci maddələrindən görünür ki, əlilliyi olan şəxslər məcburi müalicə tətbiq edilməyən şəxslərin sırasına daxildirlər. Beləliklə, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.4 və 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Füzuli Rayon Polis Şöbəsinin saxlancına təhvil verilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra faktiki olaraq təmiz çəkisi 737,66 qram qalmış narkotik vasitə marixuana məhv edilməli; üzərində “Zorakı Mod 914-T”, ZRAAY02-0318-01915 yazıları olan boz rəngli, dəstəyi qara rəngli plastik materialdan ibarət qaz tapançası və həmin qaz tapançasına aid komplekt hissəsi olan daraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməli; “evə baxış keçirilməsi və götürmə haqqında” protokola əlavə edilmiş DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı və həmin disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, cinayət işi üzrə məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə heyəti “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözü gedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 17 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 (xx.xx.2025-ci il tarixinədək qüvvədə olan köhnə redaksiyasında) və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə (xx.xx.2025-ci il tarixinədək qüvvədə olan köhnə redaksiyasında) 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 17 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə ekspertiza tədqiqatlarının dəyəri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Füzuli Rayon Polis Şöbəsinin saxlancına təhvil verilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra faktiki olaraq təmiz çəkisi 737,66 qram qalmış narkotik vasitə marixuana məhv edilsin; üzərində “Zorakı Mod 914-T”, “ZRAAY02-0318-01915” yazıları olan boz rəngli, dəstəyi qara rəngli plastik materialdan ibarət qaz tapançası və həmin qaz tapançasına aid komplekt hissəsi olan daraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin; “evə baxış keçirilməsi və götürmə haqqında” protokola əlavə edilmiş DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-162/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-162/2025
05.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver