Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-163/2022 03.02.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Səfərli Cavid Şamil oğlunun sədrliyi, Quliyev Nizami Fərzi oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Lənkəran rayon bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1976-cı ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağcabədi Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib həmin məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 1 (bir) il 5 (beş) ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ağcabədi şəhəri, 28 may küçəsi, ev 8- qeydiyyatda olmaqla barəsində həbs qətimkan tədbiri sçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təmiz çəkisi külli miqdar təşkil edən 3,688 qram narkotik vasitə olan heroini və təmiz çəkisi külli miqdar təşkil edən 2,383 qram psixotrop maddə olan metamfetamini məlum olmayan vaxt və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşımaqla özündə saxlamış, 06 sentyabr 2021-ci il tarixdə, saat 18 radələrində Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən Ağcabədi şəhəri, 28 may küçəsində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilib Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı VEST markalı siqaret qutusunun içərisindən bir ədəd sellofana bükülmüş təmiz çəkisi 3,688 qram narkotik vasitə olan heroin və bir ədəd sellofana bükülmüş təmiz çəkisi 2,383 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstəmişdir ki, uzun müddətdir ki, narkotik vasitələr qəbul edir. 06 sentyabr 2021-ci il tarixdə yaşadığı Ağcabədi şəhərində evdə olan vaxt polis əməkdaşları gələrə onu polis şöbəsinə aparmışlar, üzərində axtarış keçirilərkən cibində siqaret qutusunun icindən sellofana bükülmüş heroin aşkar edildi, heroindən əlavə isə limon duzu da aşkar edildi. Heroini bir neçe gün əvvəl tanımadığı şəxsdən almışdır, limon duzu isə heroini qəbul edən zaman istifadə edirdi, heroinin çəkisini xatırlamır, lakin miqdarı çox olmamışdır. Polis əməkdaşları onu aldadaraq bildirdilər ki, heroindən əlavə metamfetamin də boynuna götürsə onu istifadəçi kimi məsuliyyətə cəlb edəcəklər, bu səbəbdən də inannaraq videoçəkiliş aparılan zaman etiraf etmiş ki, metamfetamin də ona məxsusdur. Lakin əslində yalnız heroin ona məxsusdur, əməlindən peşimandır, yüngül cəza verilməsini xahir edir. Təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə baxışı verdiyi ifadələrində ziddiyyətlər olduğu üçün onun istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o bildirmişdir ki, 06 sentyabr 2021-ci il tarixdə Ağcabədi şəhəri, 28 may küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələri istifadə etməkdə ondan şübhələndiklərini bildirib şöbəyə dəvət etmişlər, orada üzərinə axtarış keçirilərkən cins şalvarın yan cibində saxladığı bir ədəd VEST markalı siqaret qutusunu çıxarıb könüllü təqdim etmişdir. Siqaret qutusunun içərisində 2 ədəd sellofan büküm aşkar edilmiş, birində heroin, digərində isə metamfetamin aşkar edilərək qablaşdırılaraq götürüldü. Həmin heroin və metamfetamin ona məxsusdur, öz şəxsi istifadəsi üçün saxlayıb, Ağcabədi şəhərində “Üç bulaq” adlanan ərazidən tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağcabədi rayon polis şöbəsinin əməliyyat müvəkili Şahid1 ifadəsində göstərmişdir ki, Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs narkotik maddə heroindən istifadə etməsi, üzərində və yaşadığı evdə narkotik vasitə olan heroin saxlaması, həmçinin satması barədə dəfələrlə əməliyyat məlumatları daxil olmuşdur. Sonuncu dəfə 06 sentyabr 2021-ci il tarixdə məlumat daxil olmuş, məlumat əsasında əməliyyat qrupu yaradılmış və həmin gün, saat 18 radələrində Təqsirləndirilən şəxs Ağcabədi şəhəri, 28 may küçəsi ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində axtarış keçiriləcəyi bildirilərək qanunsuz əşya olduğu halda təqdim edilməsi təklif olunmuşdur. Bundan sonra videoçəkiliş vasitəsilə axtarış keçirilən zaman Təqsirləndirilən şəxs özü göy rəngli cins şalvarın yan cibindən bir ədəd VEST siqaret qutusunu təqdim edib, qutunun içərisində narkotik olmasını bildirmişdir. Siqaret qutusuna baxış zamanı qutunun içərisindən iki ədəd sellofan bükümlərdə, birində heroinə bənzər narkotik vasitə, digərində isə metamfetaminə bənzər psixotrop maddə aşkar edildi. Bundan sonra həmin maddələr qablaşdırılaraq götürüldü və protokol tərtib edildi. Məhkəmə baxışında şahid qismində dindirilmiş, Ağcabədi polis şöbəsinin əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan «şəxsi axtarış aparılması haqqında» 06 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd VEST siqaret qutusunun içərisindən iki ədəd sellofan aşkar edilmiş, selofanlardan birində heroinə bənzər maddələr, digərində isə metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 07 sentyabr 2021-ci il tarixli 18/972 nömrəli rəyindən görünür ki, “..Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketi açdıqda 01 ədəd gümüşü rəngli siqaret qutusunun içərisində 01 ədəd bükümdə təmiz çəkisi 3,688 qram olan qəhvəyimtil rəngli maddə kustar hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd bükümdə təmiz çəkisi 2,383 qram olan ağımtıl rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: tədqiqatdan sonrakı qalıq: 3,638 qram heroin, 2,333 qram metamfetamin. Aparılmış tədqiqatın dəyəri 31 manat 95 qəpik təşkil edir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 16 oktyabr 2021-ci il tarixli, 1248 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə psixiatrik ekspertizasının 24 sentyabr 2021-ci il tarixli 580 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən öz hərəkətlərini dərk etmək və ya hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. İş materiallarında olan istintaq orqanının 06 dekabr 2021-ci il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş kağız bükümdə tədqiqatdan sonrakı qalıq 3,638 qram heroin, 2,333 qram metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Ağcabədi rayon polis şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin qismən etirafedici və şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq “üzərində yalnız heroin narkotik vasitəsi aşkar olunması, metamfetamin isə polis əməkdaşları tərəfindən əlavə edilməsi, pois əməkdaşları tərəfindən aldadılaraq metamfetaminin də üzərindən aşkar olunmasını etiraf etməsi” hissəsini məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotop maddələri satış məqsədi ilə qazanc üçün əldə etmişdir. Məhkəmə, onun ifadəsində göstərdiyi bu xüsusatları ona təyin ediləcək cəzanın müddətini azaltmağa, başqa sözlə, cinayət məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə və psixotrop maddələr “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun hərəkətini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in və 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan “şübhəli şəxs qismində tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2021-ci il tarixdə saat 18:45-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Ağcabədi rayon məhkəməsinin 08 senyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 06 sentyabr 2021-ci il tarixdən hesablanmmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən və hökmün surətindən görünür ki, görünür ki, Cəfərov X2 Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib həmin məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün muddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Ağcabədi Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli 1 (017)-150/2021 saylı məktubundan görünür ki, məhkəmənin 22 sentyabr 2021-ci il tarixli hökmündən apelyasiya şikayəti və ya protesti verilməmişdir. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir və və hazırki hökmlə təyin olunacaq cəza ilə Ağcabədi Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli hökmü ilə təyin olunmuş cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplamaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Cəfərov X2 şəhəri, 28 May küçəsi ev 8 ünvanında qeydiyyatdadır, arvadı və iki övladı ilə (biri yetkinlik yaşına çatmayıb) yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının 27 sentyabr 2021-ci il tarixli 948 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb, nevroloji kabinetlərdə qeydiyyatda dayanmır və narkoloji kabinetdə isə dispanser qeydiyyatda dayanır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması və himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını Azərbaycan Respublikası CMin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə CM-in 61-ci maddəsinə əsasən təqsir1əndirilən şəxs Təqsirləndirilən şəxs cəzasının ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Ağcabədi rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonrakı qalıq 3,638 qram heroin narkotik vasitə və 2,333 qram metamfetamin psixotrop maddəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə ekspertiza xərcləri olan 31 manat 95 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli hökmü ilə təyin olunmuş 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəza ilə qismən toplansın və ona cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 sentyabr 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Ağcabədi rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonrakı qalıq 3,638 qram heroin narkotik vasitə və 2,333 qram metamfetamin psixotrop maddəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertiza xərcləri olan 31 manat 95 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-163/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-163/2022
03.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver