Məhkəmə qərarları › İş №1(099)-163/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-163/2023

16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-163/2023 16.02.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən) X9 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx xxxxx 1982-ci ildə Astara rayonu, Sım kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Astara rayonu, Sım kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə tiryəkin, heroinin, marixuananın, metadonun və psixotrop maddə metamfetaminin əldə edilməsi, saxlanması, daşınması və satılması ilə bağlı razılığa gəlməklə yanaşı, şəxsiyyəti istintaqla müəyyən edilməmiş İİR-sı vətəndaşına və qeyrilərinə bu məqsədlə həmin maddələri qoyulacağı yerdən götürüb satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə qabaqcadan vəd vermiş, bu məqsədlə şəxsiyyəti istintaqla müəyyən edilməmiş İİR-sı vətəndaşı və qeyrilərindən külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxil edilən 1 kq 445 qram çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən 9 kq 900 qram çəkidə narkotik vasitə tiryəki, külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən 23 kq 335 qram çəkidə narkotik vasitə marixuananı, külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən 4 kq 905 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»-in İİ siyahısına daxil edilən təsiredici maddəsinin ümumi miqdarı 120 qram təşkil edən 3000 ədəd metadon həblərini istintaqa məlum olmayan vaxtda, yerdə və şəraitdə satış məqsədilə qanunsuz olaraq əldə edib, narkotik vasitə marixuananı 470 qram, 490 qram, 510 qram, 505 qram, 505 qram, 505 qram, 530 qram, 505 qram, 500 qram, 510 qram, 515 qram, 495 qram, 520 qram, 500 qram, 505 qram, 500 qram, 500 qram, 500 qram, 490 qram, 520 qram, 505 qram, 510 qram, 495 qram, 410,0 qram, 460 qram, 480 qram, 465 qram, 510 qram, 500 qram, 500 qram, 500 qram, 530 qram, 530 qram, 500 qram, 500 qram, 495 qram, 495 qram, 500 qram, 520 qram, 510 qram, 485 qram, 515 qram, 515 qram, 500 qram, 435 qram, 445 qram və 450 qram çəkidə olan hissələrə bölüb 47 ədəd sellofan bağlamada, narkotik vasitə heroini 975 qram, 980 qram, 980 qram, 990 qram və 980 qram çəkidə olan hissələrə bölüb 05 ədəd sellofan bağlamada, narkotik vasitə tiryəki 1000 qram, 990 qram, 1000 qram, 1005 qram, 1000 qram, 990 qram, 1010 qram, 1000 qram, 1000 qram və 995 qram çəkidə olan hissələrə bölüb 10 ədəd sellofan bağlamada, psixotrop maddə metamfetamini 480 qram və 965 qram çəkidə olan hissələrə bölüb 02 ədəd sellofan bağlamada və hər birində 10 ədəd olmaqla 300 ədəd konvalyutda ümumi sayı 3000 ədəd narkotik vasitə metadon həblərini qablaşdıraraq özünə məxsus “UAZ” markalı, **-BJ-*** qeydiyyat nişanlı avtomobilin arxa yerində saxlamaqla Astara rayonu, Bürzübənd kəndi ərazisinə daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 02 sentyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 23:30-da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq idarə etdiyi “UAZ” markalı, **-BJ-*** qeydiyyat nişanlı avtomobillə birlikdə ünvan 3 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbəsinə gətirilmiş və 03 sentyabr 2022-ci il tarixdə saat 00:40-da BNMİ-nin CBRŞ-nin həyətində onun icazəsi və iştirakı ilə idarə etdiyi “UAZ” markalı, **-BJ- *** qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı avtomobilin yük hissəsindən hər birinin təmiz çəkisi 470 qram, 490 qram, 510 qram, 505 qram, 505 qram, 505 qram, 530 qram, 505 qram, 500 qram, 510 qram, 515 qram, 495 qram, 520 qram, 500 qram, 505 qram, 500 qram, 500 qram, 500 qram, 490 qram, 520 qram, 505 qram, 510 qram, 495 qram, 410,0 qram, 460 qram, 480 qram, 465 qram, 510 qram, 500 qram, 500 qram, 500 qram, 530 qram, 530 qram, 500 qram, 500 qram, 495 qram, 495 qram, 500 qram, 520 qram, 510 qram, 485 qram, 515 qram, 515 qram, 500 qram, 435 qram, 445 qram və 450 qram çəkidə olan hissələrə bölüb 47 ədəd sellofan bağlamada, narkotik vasitə heroini 975 qram, 980 qram, 980 qram, 990 qram və 980 qram çəkidə olan hissələrə bölüb 05 ədəd sellofan bağlamada, narkotik vasitə tiryəki 1000 qram, 990 qram, 1000 qram, 1005 qram, 1000 qram, 990 qram, 1010 qram, 1000 qram, 1000 qram və 995 qram olan 47 ədəd bağlamada külli miqdarda 23 kq 335 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, hər birinin təmiz çəkisi 975 qram, 980 qram, 980 qram, 990 qram və 980 qram olan 05 ədəd sellofan bağlamada külli miqdarda 4 kq 905 qram çəkidə narkotik vasitə heroin, hər birinin təmiz çəkisi 1000 qram, 990 qram, 1000 qram, 1005 qram, 1000 qram, 990 qram, 1010 qram, 1000 qram, 1000 qram və 995 qram olan 10 ədəd sellofan bağlamada külli miqdarda 9 kq 900 qram çəkidə narkotik vasitə tiryək, hər birinin təmiz çəkisi 480 qram və 965 qram olan 2 ədəd sellofan bağlamada külli miqdarda 1 kq 445 qram çəkidə psixotrop maddə metamfetamin və külli miqdarda hər birində 10 ədəd olmaqla 300 ədəd konvalyutda təsiredici maddəsinin ümumi miqdarı 120 qram təşkil edən 3000 ədəd metadon həbləri iki ədəd sellofan torbanın və bir ədəd parça materialdan olan çantanın içində olmaqla avtomobilin yük yerindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 02 sentyabr 2022-ci il tarixdə axşam Astara rayonunun Bürzübənd kəndində bacanağıgildə çay içərkən, bacanağına zəng gəlmiş və qapının ağzında səs-küy olduğunu demişlər. Həmin vaxt onlar çölə çıxıb qapının ağzında iki nəfər şəxsin olduğunu görmüşlər. Onlardan nə istədiklərini soruşuqda, onlar maşınlarının xarab olduğunu və kömək lazım olduğunu bildirmişlər. Sonra da oraya iki NİVA markalı maşın gəlmiş və avtomobildən düşənlər, maşının xarab olmadığını, lakin onlara bir nəfər şəxsin lazım olduğunu demişlər. Onlardan biri ona yumruqla bir zərbə vurmuş və onun ağlı başından getmiş, ayılanda isə özünü X2 Şöbədə görmüşdür. Orada Taleh adlı polis əməkdaşı ona Astara rayonunun Ərçivan kəndində Əlizaman adlı bir nəfərin lazım olduğunu, onu tutmağa kömək etməsini demişdir. İki saatdan sonra o razılaşmış və 13-14 kiloqram çəkidə narkotini ona məxsus UAZ markalı avtomobiə qoyaraq həmin narkotiki götürən şəxsi tutduqdan sonra onu buraxacaqlarını və otağa adam gələcəyini, o nə sual versə onlar deyəni bildirməsini tapşırmışlar. Sonra da videoçəkilişlə avtomobilinə baxış keçirilmiş o da onlar deyəni demişdir. Ona məxsus avtomobil bacanağının həyətində olmuşdur, maşının Regional Şöbəyə kimin tərəfindən gətirilməsini bilmir. Avtomobildə aşkar olunan narkotik ona aid olmamışdır. İzahat və ifadəsini özü imzalamışdır. O polisin dediklərini demişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi ifadəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, heç vaxt narkotik vasitə və psixotrop maddə istifadə etməmişdir. İşdən əlavə vaxtlarda özünə məxsus “UAZ” markalı, **-BJ-*** qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olduğunu, 2022-ci ilin avqust ayının əvvəllərində tanımadığı nömrədən ona zəng gələrək, həmin şəxsin Astara rayonunun çıxışına narkotik qoyacağını və gedib narkotiki götürüb, Astara rayonu, Bürzübənd kəndi ərazisinə aparıb yerləşdirməsini və bunun müqabilində ona 2500 manat pul veriləcəyini bildirdiyini və həmin gün zəng edən şəxsin dediyi ünvana gedərək orada yerləşdirilmiş iki ədəd balaca qara rəngli torbanı götürüb Astara rayonu, Bürzübənd kəndi ərazisindən keçən qaz turbasının yanına yerləşdirdiyini, sonra həmin şəxs ona zəng edərək Lənkəran rayonunda yerləşən avtovağzala gedib dayanmasını dediyindən, o da qeyd edilən ünvana getdiyini, orada olarkən bir nəfər tanımadığı şəxs yaxınlaşaraq ona bir ədəd paket verib getdiyini,o evə çatdıqa həmin paketi açarkən içərisində 2.500 manat pulun olmasını gördüyünü, bir müddət sonra 02 sentyabr 2022-ci il tarixdə axşam vaxtlarında yenidən ona tanımadığı nömrədən zəng gələrək,həmin şəxs ona Astara rayonunun çıxışına narkotik vasitə qoyacağını və gedib narkotiki götürüb Astara rayonu, Bürzübənd kəndi ərazisinə aparıb yerləşdirməsini dedoiyni, O, həmin şəxsin təklifi ilə razılaşaraq, özünə məxsus “UAZ" markalı, **-BJ-*** qeydiyyat nişanlı avtomobillə həmin yerə gedərək, orada 4 ədəd qara rəngli torbanın olduğunu görüb, torbaları idarə etdiyi avtomobilin yük yerində yerləşdirərək, Astara rayonu, Bürzübənd kəndi ərazisinə doğru hərəkət etdiyini, həmin kəndin ərazisinə çatdıqda avtomobili saxlayraq və həmin şəxsin dediyi ünvana narkotik vasitələri yerləşdirmək üçün avtomobildən düşdüyünü, 02 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində bir neçə mülki geyimli şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib, Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 şöbəsinin əməkdaşları olduqlarını və barəsində qəbul edilmiş qərarla onu tanış edərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu idarə etdiyi “UAZ” markalı, **-BJ-*** qeydiyyat nişanlı avtomobillə birlikdə Lənkəran rayonuna Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Şöbəsinə gətirərək orada vəkilinin iştirakı ilə videoçəkilişlə üzərinə axtarış keçirildiyini, üzərindən qanunsuz hər hansı əşya və ya predmet aşkar olunmadığını, 03 sentyabr 2022-ci il tarixdə saat 00:40-da ona məxsus “UAZ” markalı, **-BJ-*** nömrə nişanlı avtomobilə vıdeoçəkilişlə onun razılıq ərizəsinə əsasən baxış keçirildiyini, baxış keçirilərkən ona avtomobildə qanunsuz əşya və maddə varsa təqdim etməsi təklif olunduğunu, o da idarə etdiyi avtomobilin arxa yük yerini özündə olan açarla açaraq yük yerində gizlətdiyi iki ədəd sellofan torbada və bir ədəd parça materialdan olan çantada narkotik maddələri götürüb təqdim etdiyini, sellofan torbaların və çantanın içərisinə baxıldıqda birinci sellofan torbanın içərisindən 20 ədəd bükümlərdə, ikinci sellofan torbanın içərisində 24 ədəd sellofan bükümlərdə və çantanın isərisındə 3 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana, 10 ədəd bükümlərdə narkotik vasitə tiryək, 5 ədəd sellofan bükümlərdə heroin, 2 ədəd sellofan bükümlərdə metamfetamin və hər birində 10 ədəd olan 300 ədəd listdə metadon tabletlər aşkar olunduğunu həmin maddələr çəkildikdən sonra qablaşdırıldığını və bu barədə protokol tərtib edildiyini və protokolu imzaladığını bildirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini törətməsi özünün məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsindən başqa dindirilmiş şahidlərin ifadələri, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, əldə olunmuş maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ki, 02 sentyabr 2022-ci il tarixdə onlara Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib, gətirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupunun üzvləri tərəfindən Təqsirləndirilən şəxs 03 sentyabr 2022-ci il tarixdə, təxminən saat 22:30 radələrində Astara rayonu, Bürzübənd kəndi ərazisində idarə etdiyi UAZ markalı avtomaşınla hərəkətdə olarkən saxlanılaraq idarə etdiyi avtomaşınla birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub regional polis şöbəsinə gətirmişlər. Orada vəkilin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və onun üzərindən hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşında narkotik maddələr olduğunu, narkotik maddələri adını bilmədiyi şəxs tərəfindən ona zəng edildikdən sonra Astara rayonu, Sım kənd ərazisində yolun kənarından gedib götürdüyünü, həmin şəxsin ona deyəcəyi yerə qoyduqdan sonra bunun müqabilində ona 2500 manat pul verilməli olduğunu bildirmişdir. Sonra da Təqsirləndirilən şəxs məxsus UAZ marikalı, **-BJ-*** nömrə nişanlı avtomaşına video çəkilişlə onun razlığı ilə baxış keçirilmişdir. Baxış zamanı Surxay 3 ədəd sellofan torbalar və bir ədəd çantanı təqdim etmişdir. Torbalara və çantaya baxılarkən birinci sellofan torbanın içərisindən 20 ədəd sellofan bükümlərdə, ikinci sellofan torbanın içərisində 24 ədəd sellofan bükümlərdə qurudulmuş marixuanaya bənzər, çantanın isərisindən 3 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər, 10 ədəd bükümlərdə narkotik vasitə tiryəkə bənzər, 5 ədəd sellofan bükümlərdə narkotik vasitə heroinə bənzər, 2 ədəd sellofan bükümlərdə psixotrop maddə metamfetaminə bənzər kütlələr və hər birində 10 ədəd olan 300 ədəd listdə metadon tabletinə bənzər tabletlər aşkar olunmuşdur. O ifadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Bürzübənd kəndi ərazisində saxlanılaraq Regional şöbəyə gətirilmişdir. O aşkar olunmuş narkotik vasitələri 01 sentyabrda Sim kəndi ərazisindən götürdüyünü, narkotik vasitələri iran tərəfinin dediyi yerə qoyub pul götürəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən ona heç bir təsir və ya təzyiq olunmamışdır. Dindirilmiş şahidlər Şahid2 və Şahid4 Şahid1 göstərdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadələr verdilər. Məhkəmədə tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi və bioloji ekspertizası təyin edilmiş və ekspertizanın 03 sentyabr 2022-ci il tarixli 19/919№li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “... Vət. Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşından aşkar olunmuş 1 N-li torbada qurudulmuş marixuanaya bənzər kütlələr qablaşdırıldı və möhürləndi.....” sözlər və imzalar olan bir ədəd torbadakı, 24 ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: -470,0 qr: -490,0 qr: -510,0 qr: -505,0 qr: -505,0 qr: - 505,0 qr: -530,0 qr: -505,0 qr: -500,0 qr: -510,0 qr: -515,0 qr: -495,0 qr: -520,0 qr: -500,0 qr 505,0 qr: -500,0 qr: -500,0 qr: -500,0 qr: -490,0 qr: -520,0 qr: -505,0 qr: -510,0 qr: -495,0 qr: - 410,0 qram: ümumi təmiz çəkisi: -11995,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, xarici görünüşlərinə və bioloji tərkiblərinə görə birbirləri ilə eynidirlər . Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşından aşkar olunmuş 2N-li torbada qurudulmuş marixuanaya bənzər kütlələr qablaşdırıldı və möhürləndi” sözlər və imzalar olan bir ədəd torbadakı, 20 ədəd sellofan bağlamalarda aynaynlıqda təmiz çəkiləri: -460,0 qr: -480,0 qr: -465,0 qr: -510,0 qr: -500,0 qr: - 500,0 qr: - 500,0 qr: -530,0 qr: -530,0 qr: -500,0 qr: -500,0 qr: -495,0 qr: -495,0 qr: -500,0 qr: - 520,0 qr: -510,0 qr: -485,0 qr: -515,0 qr: -515,0 qr: -500,0 qram: ümumi təmiz çəkisi: -10010,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, xarici görünüşlərinə və bioloji tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşından aşkar olunmuş 3 N-li torbada qurudulmuş marixuanaya bənzər kütlələr qablaşdırıldı və möhürləndi” sözlər və imzalar olan bir ədəd torbadakı, 3 ədəd sellofan bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri: -435,0 qr: -445,0 qr: -450,0 qram: ümumi təmiz çəkisi: -1330,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətəı (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, xarici görünüşlərinə və bioloji tərkiblərinə görə bir-birləri ilə eynidirlər; 05 ədəd sellofan bağlamlarda ayrıayrılıqda təmiz çəkiləri: -975,0 qr: -980,0 qr: -980,0 qr: -990,0 qr: -980,0 qram: ümumi təmiz çəkisi: - 4905,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir- birləri ilə eynidirlər: 10 ədəd sellofan bağlamalarda ayn-ayrılıqda təmiz çəkiləri: -1000,0 qr: - 990,0 qr: -1000,0 qr: -1005,0 qr: -1000,0 qr: -990,0 qr: -1010,0 qr: -1000,0 qr: -1000,0 qr: - 995,0 qram: ümumi təmiz çəkisi: -9990,0 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə- tiryəkdirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər; 2 ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: -480,0 qr: -965,0 qram: ümumi təmiz çəkisi: -1445,0 qram olan ağ rəngli kristalşəkilli olan maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər və 300 ədəd konvalyutlarda hər birində 10 ədəd olmaqla ümumi sayı 3000 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər ümumi blər metadondurlar, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə bir-biriləri ilə eynidirlər; həblərin təsiredici maddəsinin ümumi miqdarı: - 120,0 qramdır (bir həbdə 0,04 qr). Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşından aşkar edilərək götürülmüş ümumi sayı: 47 bağlamalarda ümumi təmiz çəkisi:- 23335,0 qram olan marixuanalar xarici görünüşlərinə və bioloji tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 26 sentyabr 2022-ci il tarixli 5494 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan üzrə Təqsirləndirilən şəxs oğluna məxsus bir ədəd “Samsung” markalı mobil telefona aparatına baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolundan, baxış zamanı mobil telefonun “Whatsapp” tətbiqində zənglər bölməsində İran İslam Respublikasına məxsus +98 901 *** **** nömrəsi ilə 02-03 sentyabr 2022-ci il tarixlərində 20 dəfədən çox telefon danışığının və zəngin olduğu müəyyən edilmişdir. Bundan başqa mobil telefonun “Whatsapp” tətbiqində yazışmaların silindiyi və “SMS”-lər bölümündə cinayət işi üzrə əhəmiyyət kəsb edə biləcək məlumat müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının 06 sentyabr yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş tədqiqatdan sonra qalıq qalan üç ədəd bağlamada və bir ədəd kağız paketdə qablaşdırılan 23 kiloqram 333,12 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, 4 kiloqram 904,5 qram qalmış narkotik vasitə heroin, 9 kiloqram 989 qram qalmış narkotik vasitə tiryək, 1 kiloqram 444,8 qram qalmış psixotrop maddə metamfetamin və 2940 ədəd metadon dərman preparatları iş əsasən maddi sübut kimi tanınmaqla Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasında təhvil verilməsi qərara alınmışdır. İşdə olan DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» 03 sentyabr 2022-ci il tarixli qərarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 şöbəsinə məlumat daxil olmuş və həmin əsasla Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Cinayət işinin materiallarında olan DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı X5 tərəfindən tərtib edilmiş şəxsi axtarış və götürmə aparılması barədə, eləcə də avtomobilə baxış keçirilməsi barədə 03 sentyabr2022-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 şöbəsinin əməkdaşları tərəfindən 02 sentyabr 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 23:30-da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq idarə etdiyi “UAZ” markalı, **-BJ-*** qeydiyyat nişanlı avtomobillə birlikdə ünvan 3 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbəsinə gətirilmiş və 03 sentyabr 2022-ci il tarixdə saat 00:40-da BNMİ-nin CBRŞ-nin həyətində onun icazəsi və iştirakı ilə idarə etdiyi “UAZ” markalı, **-BJ-*** qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı avtomobilin yük hissəsindən külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan Astara Rayon Məhkəməsinin 14 sentyabr 2022ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən Azərbaycan Respublikası Baş Narkotiklərlə Mübarizı İdarəsinin X6 Şöbənin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında 02 sentyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. İşdə olan ibtidai istintaq orqanının 15 dekabr 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin mənbə xüsusatına görə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrıca icraata ayrılmışdır. İşdə olan Azərbaycan Respublikası Baş prokurorluğunun DİO-nun istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətində qanunların icraasına nəzarət idarəsinin prokurorunun 15 dekabr 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs törətmədiyi cinayəti etiraf etməsi üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən döyülməsi, təzyiqlərə və hədə-qorxuya məruz qalması barədə göstərdikləri təsdiqini tapmadığından CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində avtomobilindən götürülmüş narkotik vasitələrin ona aid olmadığını, narkotik vasitələrin onun avtomobilinə polis əməkdaşları tərəfindən qoyulduğunu, ifadəsini polislərin dediklərindən o cür verdiyini bildirmişdir. Məhkəmə onun bu ifadəsini özünü müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən, işin hallarına uyğun gəlməyən ifadə olduğundan habelə məhkəımədə tədqiq edilmiş mötəbər sübutlarla təkzib edildiyindən həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Belə ki, cinayət işinin materiallarında olan BNMİ-nin X6 Şöbəsinin baş əməliyyat müvəkkilinin 02 sentyabr 2022-ci il tarixli raportundan görünür ki, həmin raportda Asatara rayonunun Sim kəndində yaşayan Təqsirləndirilən şəxs Astara rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bildirilir. İşdə olan şəxsi axtarış və götürmə aparılması haqqında 02 sentyabr 2022-ci il tarixli istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilərkən o idarə etdiyi avtomobildə narkotik maddələr olduğunu və onları Astara rayonun Sim kəndində ona zəng edildikdən sonra götürdüyünü və zəng edən şəxsin dediyi yerə qoyduqdan sonra ona 2500 manat pul veriləcəyini bildirmişdir. İşdə olan “Baxış və götürmə aparılması” haqqında istintaq hərəkəti protokolundan görünür ki, 03 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi “UAZ” markalı, **-BJ-*** qeydiyyat nişanlı avtomobilə onun vəkilinin iştirakı ilə videoçəkilişlə baxış keçirilərkən avtomobildən içərisində narkotik vasitələr qurudulmuş marixuana, tiryək, heroin, psixotrop maddə metamfetamin və metadon həbləri olan 3 ədəd bağlama və 1 ədəd çanta təqdim edərək, bağlamaları və çantanı ona tanımadığı şəxs tərəfindən zəng edildikdən sonra Astara rayonunun Sim kəndindən yolun kənarından götürdüyünü və həmin şəxsin deyəcəyi yerə qoyduqdan sonra ona 2500 manat veriləcəyini bildirmişdir. Məhkəmədə baxış və götürmə aparılması haqqında istintaq hərəkətinin qeydə alındığı DVD disklərdə olan görüntülər nümayiş etdirilərkən protokollarda qeyd edilənlərin diskdə olan görüntülərlə üst-üstə düşməsi müəyyən olundu. Məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə ilkin izahatından, cinayət törətməkdə şübhə edilən şəxs qismində və təqsirləndirilən şəxs qismində dindirmə protokollarından görünür ki, o iş üzrə isti-isti verdiyi izahat və ifadələrində yuxarıda qeyd edilən cinayət əməllərini törətməsini bildirməklə səmimi etirafedici izahat və ifadələr vermiş və ona hər hansı zor tətbiq edilməsi barədə heç bir fikir bildirməmişdir. İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 sentyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında təqdimata məhkəmə iclasında baxılarkən o elan olunmuş ittihamda qeyd edilən cinayəti törətməməsi barədə heç bir fikir bildirməmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi səmimi etirafedici ifadəsini işin faktiki hallarına uyğun gələn ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmədə Təqsirləndirilən şəxs vəkili Müdafiəçi2 vəsatəti əsasında şahid qismində dəvət edilib dindirilmiş Şahid5 Təzəxan oğlu, X3 və X4 ziddiyyətli ifadələr verərək Təqsirləndirilən şəxs avtomobillə gəldikdən sonra oraya NİVA markalı avtomobillə adamların gəlib Surxayı apardıqlarını, sonra da avtomobilə baxıb onu da sürüb apardıqlarını, özlərinin isə avtomobilin içərisinə baxmadıqlarını, Şahid5 avtomobilin onun həyətindən içəridə, digər şahidlər isə avtomobilin arxa tərəfinin yolda olmasını bildirmişlər. Məhkəmə Şahid5 Təqsirləndirilən şəxsla qohumluq münasibətində, digər şahidlərin isə həmkəndli olmaqla onu müdafiə məqsədi daşıdığından, məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən və işin faktiki hallarına uyğun gəlməyən ifadə olduğundan həmin ifadələrə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Məhkəmədə məhkəmə baxışının çıxışlar mərhələsində Təqsirləndirilən şəxs vəkili Müdafiəçi2 vəsatətlə müraciət edərək Təqsirləndirilən şəxs tutulma, şəxsi axtarış, əməliyyat aparan polis əməkdaşları olan şahidlərin ifadələrinin sübut kimi qiymətləndirilməməsini xahiş etmişdir. Vəsatətdə göstərilən müzakirə edilmiş və öz təsdiqini tapmadığından qeyd edilən istintaq hərəkəti protokolları sübut kimi qiymətləndirilmişdir. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də o CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Cinayət işinin materiallarında olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 1982-ci ildə Astara rayonu, Sım kəndində anadan olmuşdur. Astara rayonu, Sım kəndində qeydiyyatda olmaqla orada yaşamışdır. Himayəsində 2 nəfər azyaşlı uşaqları vardır. İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 sentyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 02 sentyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan DİN-in BƏSİİ-nin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıda qeyd edilənləri nəzərə alır. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59.1 ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halın olması müəyyən edilmədi. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halı və işin vəziyyətini nəzərə alıb belə nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yuxarı həddə yaxın azadlıqdan məhrum etmə cəzası təyin edilməli və o həmin cəzanı çəkməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 02 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan qalıq çəkiləri 23 kiloqram 333,12 qram qurudulmuş marixuana, 4 kiloqram 904,5 qram heroin, 9 kiloqram 989 qram tiryək, 1 kiloqram 444,8 qram metamfetamin və 2940 ədəd metadon dərman preparatları məhv edilməlidir. İş üzrə 182 manat məhkəmə xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44, 51-2, 132, 344-349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 02 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan qalıq çəkiləri 23 kiloqram 333,12 qram qurudulmuş marixuana, 4 kiloqram 904,5 qram heroin, 9 kiloqram 989 qram tiryək, 1 kiloqram 444,8 qram metamfetamin və 2940 ədəd metadon dərman preparatları məhv edilsin. İş üzrə 182 manat məhkəmə xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar