Məhkəmə qərarları › İş №1(099)-163/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-163/2024

25.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-163/2024 25.01.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- «Pro Bono» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Astara rayonu, Şahağacı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olmaqla yaşamış, 01 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Lənkəran Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 4(049)- 81/2023 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin və odlu silah, onun komplekt hissələrinin, döyüş sursatının əldə edilməsi, saxlanması və daşınması ilə bağlı 01 mart 2023-cü il tarixdə şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan İran İslam Respublikası vətəndaşı «Rahman» adlı şəxs və qeyriləri ilə razılığa gəlib, sonuncularla qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, bu məqsədlə «Rahman» adlı şəxs və qeyrilərinin istintaqda və məhkəmədə müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri 03 ədəd üzəri yapışqan lentlə bağlanmış bükülülərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1980,0 qram, 2030,0 qram, 890,0 qram olmaqla külli miqdarda-4900,0 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd 1987-ci ildə «İjevsk» mexaniki zavodunda istehsal edilmiş, 9 mm kalibrli, «Makarov» (RM) konstruksiyalı, BO 2629 №-li, saz vəziyyətdə, atəş açmaq üçün yararlı, yarımavtomatik yivli odlu döyüş silahını, həmin silahın komplekt hissəsi olan 01 ədəd darağı, səkkiz ədəd zavod üsulu ilə hazırlanmış pistonları mərkəzdən alışan, 9x18 mm kalibrli olmaqla, həmin kalibrə malik «Makarov» (RM), «PA-63», «P64», «PK59», «P61» kosntruksiyalı tapancalarda, «Steçkin» («APS») konstruksiyalı avtomatik tapancalarda və sair yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, atəşə (istifadəyə) yararlı döyüş sursatı-patronları istintaqa və məhkəməyə məlum olmayan vaxtda və şəraitdə Lənkəran rayonu, Göyşaban kəndində yolun kənarında, üzərində sürət həddini göstərən «60» yazısı əks olunmuş dəmir lövhənin yanına gətirib orada gizlədildikdən sonra «Rahman» adlı şəxsin həmin narkotik vasitəni, odlu silahı və döyüş sursatını gizlətdiyi yer barədə ona məlumat verdikdən sonra, satış məqsədi ilə qanunsuz olaraq qeyd olunan külli miqdarda narkotik vasitə heroini, odlu döyüş silahını, onun komplekt hissəsi olan bir ədəd daraq və döyüş sursatı hesab edilən səkkiz ədəd patronu Lənkəran rayonu, Göyşaban kəndində yolun kənarında olan dəmir lövhənin altında gizlədildiyi yerdən götürüb satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini, odlu silah və onun döyüş sursatını əldə edib əlində saxlayıb daşıyaraq Lənkəran şəhəri «Ləvəngi» dairəsi istiqamətində piyada hərəkətdə olarkən, 01 mart 2023-cü il tarixdə saat 21:35 dəqiqədə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu, Göyşaban kəndində saxlanılaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirildikdən sonra saat 22:00 dəqiqədə üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilən zaman, əlində saxladığı bir ədəd düyü kisəsinin içərisindən 03 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1980,0 qram, 2030,0 qram, 890,0 qram olmaqla külli miqdarda- 4900,0 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd qeyd olunan odlu döyüş silahı, onun komplekt hissəsi olan bir ədəd daraq və döyüş sursatı hesab edilən səkkiz ədəd patron aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilməyərək demişdir ki, 01 mart 2023-cü il tarixdə saat 11:00 radələrində yaşadığı evdən çölə çıxmış, həmin vaxtı İran nömrəsindən ona «watsapp»dan səs atılmış, sonra isə zəng edilmiş, həmin şəxs ona «salam necəsən» demiş, o isə cavabında sağol demiş, sonra həmin şəxs ona səs atmağa başlamış, həmin şəxsdən kimsən deyə soruşmuş, həmin şəxs İranlı olduğunu demişdir. İlk öncə İranlının qohumlardan olduğu kimi başa düşmüş, çünki İran İslam Respublikasında yaşayan qohumları vardır. İranlı ondan «sənə əmanət lazımdır» deyə soruşmuş, o isə İranlıya nə əmanət demiş, İranlı isə ona əmanət deyəndə narkotik dediyini bildirmişdir. İranlıdan narkotiki hardan necə əldən edə biləcəyini soruşmuş, İranlı isə ona «əmanətimiz gəlib qalıb Lənkəranda, səndə pul varsa düzüb qoşaram sənin üçün» demiş və narkotik vasitə götürməsi ilə bağlı İranlıya xəbər edəcəyini bildirmişdir. Həmin vaxtı əmisigilə getmişdir. Sonra İranlıya səs atdıb pulu olmadığını, onun üçün 10 qram narkotik vasitə düzəltməsini demiş, İranlı da ona istədiyini düzəldə biləcəyini demişdir. İranlıdan narkotiki necə əldə edə biləcəyini soruşmuş, İranlı narkotik olan adama zəng edəcəyini, həmin adamın narkotiki ya gətirib şəxsən ona verəcəyini, ya da harasa atacağını, ondan sonra gedib götürə biləcəyini demişdir. Əmisigildən çıxanda təxminən saat 15-16 radələrində İranlıya səs atmışdır ki, «qardaş mənə 10 qram narkotik vasitə düzəldə bilərsən, indi mənim üstümdə pul-yoxdur bir iki günə sənə pul ataram» demiş, İranlı da ona problem olmadığını, narkotik vasitə olan adama zəng vurub, həmin şəxsin nə deyəcəyini soruşduqdan sonra ona hə ya yox deyəcəyini bildirmişdir. İranlı həmin gün saat 17 radələrində ona səs atıb «qardaş sən get Lənkərana mən o adamla danışdım gedib götürərsən gedib bir iki günə onun pulun verərsən qoyar bir yerə götürərsən» demişdir. Əmisigildən çıxmış, əmisigildən dükanın qabağına (çentrə) 100-150 metr məsafə vardır. Yavaş-yavaş mərkəzə gələrkən qazel gəldiyini görmuş, təxminən saat 17-də Lənkəran rayonuna gəlmiş, bazarın içində qazeldən düşmüş, ordan yavaş-yavaş üzü «Ləvəngiyə» tərəf gəlmiş, təxminən 10-15 dəqiqə orda çörək yemiş, ordan da kuruqa tərəf Bakı şəhərinə gedən maşınlar tərəfə gəlmiş, ordan İranlıya səs atmış, İranlı da ona «qardaş sən get üzü Ağırlara tərəf mən özüm sənə xəbər edərəm o adamın əlində işi var» demiş, ordan üzü Göyşaban kəndində yerləşən Lənkəran Ağır Cinayətlər Məhkəməsinə tərəf gəlmiş, sonra İranlı ona səs atmışdır ki, «sən hardasan», həmçinin ona şəkil atmış, o da plakatın şəklin çəkib İranlıya atmış, sonra ayaq yoluna düşmək üçün yoldan bir az aralı düşmüş, işini görüb quratarandan sonra yuxarı çıxmaq istəmiş, 3 nəfər şəxsin üzü kola tərəf oturduğunu görmüş, telefonun işığını həmin şəxslərə tərəf fırlatmış, həmin şəxslərdən kim olduqlarını soruşmuş, orada nə gəzirsiniz demiş, həmin şəxslər onu tutmuşlar. Onu tutan şəxslərdən biri «sən nə edirsən» demiş, o da həmin şəxsə «işimi görüb çıxıram yuxarı» demiş, həmin şəxs telefonu ver demiş, həmin şəxsə telefonu nə edirsən demiş, həmin şəxs israr etdiyindən telefonunu onlara vermiş, həmin şəxslər onu yuxarı qaldıraraq üstünü yoxlamışlar. Onların zəngləri əsasında avtomobil gəlmiş, onu həmin avtomobilə mindirərək Lənkəran ŞRPŞ-yə aparmışlar. Polis şöbəsində onu birinci mərtəbədən ikinci mərtəbəyə qaldıraraq yekə bir otağa salmışlar. Telefonu verməyi demişlər, telefonunu aldıqdan sonra onu döymüşlər, sonra telefonun parolun açmışlar. Təxminən saat 9-10 radələrində telefonda şəkil göstəmişlər və demişlər ki, bu nədi, o telefonu onlara verdiyini, həmin şəkilin nə şəkil olduğunu bilmədiyini demişdir. Həmin şəkil silah şəkili və 3 ədəd bağlama şəkili idi. Sonra telefonu polis əməkdaşlarına vermişdir, polis əməkdaşları İranlının nömrəsini göstərərək kim olduğunu soruşmuşlar, o da cavabında kim olduğunu bilmədiyini, bu gün zəng vurduğunu demişdir. Ona demişlər ki, «İranlını ver bizə sənə də köməklik edək». Onu İranlı ilə danışdırmışlar, ondan sonra onu döydükləri otağa keçirtmişlər və orada saxlamışlar. Saat 00:30 radələrində Faiq və onu saxlayan digər polis əməkdaşları ona danışmağını, məhkəməyə girib çıxmağını, sonra köməklik edəcəklərini demişlər. Hətta ona şüşə kimi bildiyi metamfetamin də verərək ağrıdan çıxaracaqlarını demişlər. O da polis əməkdaşları ilə razılaşmış, sonra onu birinci mərtəbəyə düşürmüşlər, əlinə düyü sumkasın vermişlər, demişlər çəkliş olsun rəisə məlumat verərik sonra gedərsən, çəklişə girmiş, çəkliş zamanı aşkar olunan narkotik vasitə heroinin və tapancanın özünə məxsus olduğunu demişdir. Çəkilişdən sonra polis əməkdaşlarından biri ona narkotik vasitə verib ağrılarını götürməyini demişdir. Bundan sonra onu müvəqqəti saxlama yerinə salmışlar, bu gecə orada qalmağını, səhər rəisə məruzə edəcəklərini, bundan sonra buraxacaqlarını demişlər. 3 gündən sonra onu sanksiyaya aparmışlar, həmçinin həmin vaxtı onu prokurorun da yanına aparmışlar, prokurora da döyüldüyünü demişdir. Məhkəmədə hakimə çəklişlərə baxmasını demiş, lakin məhkəmədə çəkilişə baxmadan ona sankisya vermişlər. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları onu «60» rəqəmi yazılmış plakata 10-15 metr qalmış saat 21-22 aralığında saxlamışlar. Saxlanılan zaman əlində çanta olmamışdır. Lənkəran ŞRPŞ-də onu birbaşa rəis müavininin otağına aparmışlar. ŞRPŞ-də polis əməkdaşları ona məxsus nömrə ilə İranlı ilə danışmışlar. Lənkəran Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilməsi məsləsinə baxılan zaman saxlanılarkən polis şöbəsində polis əməkdaşları tərəfindən döyülməsi və işgəncə verilməsini bildirməsi faktı ilə bağlı Lənkəran rayon prokurorluğunda aparılmış araşdırma nəticəsində qəbul olunmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 13 aprel 2023-cü il tarixli qərarından məhkəmə və prokuror nəzarəti qaydasında şikayət etməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı müvafiq olaraq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, Astara rayonu, Şahağacı kəndində valideynləri ilə birlikdə yaşayır. Subaydır. Rəsmi olaraq heç yerdə işləmir. İş olanda kənddə fəhləlik edir ya da, dəniz kənarında yük maşınlarına qum vurub beş-on manat qazanır. Əvvəllər iki dəfə Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə məhkum olunmuşdur. Təxminən 03 il olar ki, narkotik vasitə heroindən istifadə edir. Narkotik vasitəni zərdə tüstüsünü çəkməklə istifadə edir. Əldə etdiyi narkotik vasitələri Astara rayonu ərazisində tanımadığı şəxslərdən əldə edir. Saxlanıldığı gündən təxminən 2 gün əvvəl bir nəfər adını ona «Rəhman» kimi bildirən İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. Onun instagram hesabında profil adı «esedov__00» kimi qeydiyyatdan keçirilmişdir. Lakin, iranlının profil adı onunla danışıqlarını sildiyinə görə yadında qalmamışdır. Onunla söhbət əsnasında iranlı ona «whatsaap» nömrəsi kimi +98 938 582 7553 nömrəsini vermişdir. O, özünə məxsus mobil telefonda həmin nömrəni «Rahman» kimi qeydiyyata almışdır. Lap əvvəl o, iranlının göndərdiyi dostluğu qəbul edib onadan kim olduğunu soruşmuşdur. İranlı ona İran İslam Respublikası vətəndaşı olduğunu və ona həmin mobil nömrəsini göndərmişdir ki, o, onunla «whatsaap» da əlaqəyə keçsin. Ona maraqlı gəldiyindən öz istifadəsində olan ***-***-**-** mobil nömrəsinin «whatsaap» ilə onunla əlaqə saxlamışdır. İranlı onun haqqında ətraflı öyrəndikdən sonra ondan Lənkəran rayonunu tanıyıb-tanımadığını soruşmuşdur. O da, ona Lənkəranı əlinin içi kimi tanıdığını bildirmişdir. Ona pul qazanmaq istəyib-istəmədiyini soruşanda o, iranlıya pulu kim istəməz ki demişdir. Bundan sonra, söhbət əsnasında da, onun narkotik istifadə etdiyini bilmiş və ona güzaranını daha yaxşı edə biləcəyini demişdir. Ona bildirmişdir ki, «əgər mən razı olsam o, İİR-dan Azərbaycanda olan digər tanışları vasitəsilə Lənkəran rayonuna 5 kq narkotik vasitə və bir ədəd tapanca göndərəcək və mənə narkotik vasitənin və tapancanı qoyulacaq yeri barədə whatsaap vasitəsilə bildirəcək». Narkotiki götürəndən sonra isə, ona hara qoyacağı barədə də, məlumat verəcək və əmanətlər qoyulandan sonra isə ona 500 manat pul onun iranlıya göndərəcəyi plastik karta göndərəcəkdi. İranlının təklifi ilə razılaşandan sonra ona bu barədə məlumat verəcəyini, onunla əlaqəyə keçəcəyini demişdir. 01 mart 2023-cü il tarixdə Rəhman onunla whatsaap vasitəsilə əlaqə saxlayıb Lənkəran rayonunda «Ləvəngi» dairəsindən Lənkəran Ağır Cinayətlər məhkəməsi istiqamətində yolun kənarında «60» yazısı yazılmış dəmir lövhənin yanında kisədə malları və tapancanı qoyduracağını və onun gedib həmin əmanətləri götürməyini bildirmişdir. Ona «whatsaap» vasitəsilə tapancanın və 3 ədəd yapşıqan lentlə bağlı bükülülərin şəkillərini, sonra isə malın qoyulduğu yerin fotoşəklini göndərmişdir. 01 mart 2023-cü il tarixdə Astara rayonunda tanımadığı taksi ilə gəlib Ləvəngi dairəsində düşüb piyada həmin yerə tərəf gedib qoyulan yerdən bir ədəd düyü kisəsi götürmüşdür. Kisənin ağzı iplə bağlı olduğundan açıb içərisinə baxmış və içərisində 3 ədəd bükülü və bir ədəd tapanca olduğunu görmüşdür. Tapancanın yanında bir ədəd içərisində 8 ədəd gülləsi olan daraq da, olmuşdur. O, yenə kisənin ağzını həmin iplə bağlayıb Lənkəran şəhəri, Ləvəngi dairəsi istiqamətində piyada hərəkət etməyə başlamışdır. Saat təxminən 21 radələrində bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb hər iki qollarından tutmuşlar və onu hərəkətsiz vəziyyətə gətirib özlərini Lənkəran ŞRPŞ-nin əməkdaşları kimi təqdim etmişlər. Ona üzərində qanunsuz olaraq külli miqdarda narkotik vasitə və odlu silah gəzdirməkdə şübhəli olduğunu, buna görə də, onlarla birlikdə polis şöbəsinə gəlməyini bildirmişlər. Həmin vaxt artıq nəyə görə saxlanıldığını başa düşmüş və heç bir qarşı hərəkət etməyib onlarla birlikdə şöbəyə gəlmişdir. Şöbəyə gələndən sonra otaqların birinə daxil olmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş və ona müdafiəçi seçmək hüququ da, bildirilmişdir. Müdafiəçilərdən İntiqam Hüseynovu özünə vəkil seçmişdir. Daha sonra, vəkilinin də, iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin ana kimi əlində olan düyü kisəsi onun əlində olmuşdur və heç kim tərəfindən əlindən alınmamışdır və içərisi açılmamışdır. Şəxsi axtarış zamanı ona əgər üzərində qanunsuz əşya, predmet varsa təqdim etməyi təklif olunandan sonra o, düyü kisəsini təqdim etmiş və içərisində heroin və tapanca olduğunu bildirmişdir. Bundan başqa, özünə məxsus bir ədəd «Samsung» markalı mobil telefonu təqdim etmişdir. Kisəyə baxış zamanı içərisindən həmin 3 bükülüdə narkotik vasitə heroin və bir ədəd tapanca içərisində güllələri olan daraqla birlikdə götürülmüşdür. Üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Sorğu zamanı ifadələrində göstərdiklərini polis əməkdaşlarına bildirmişdir. Götürülmüş 3 bükülü və tapanca ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və imzalarla təsdiq edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs oxşar məzmunlu izahat, şübhəli şəxs qismində dindirilərkən oxşar məzmunlu ifadə verərək törətdiyi cinayət əməlini qismən etiraf etmiş və polis əməkdaşları tərəfindən ona qarşı psixi və yaxud fiziki təzyiq edilmədiyini bildirmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında aşkar olunan narkotik vasitə heroinin və «Makarov» (RM) konstruksiyalı yarımavtomatik yivli odlu döyüş silahının, onun komplekt hissəsi olan bir ədəd daraq və döyüş sursatı hesab edilən səkkiz ədəd patronun ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən ona verildiyini, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı təzyiqlər olunduğunu, İranlının qoydurduğu 10 qram narkotik vasitəni götürmək üçün getdiyini, polis əməkdaşlarının istifadə etmək üçün ona narkotik vasitə vermələri barədə dedikləri ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyrisəmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Baləddin oğlu ifadəsində bildirmişdir ki, Astara rayonu, Şahağacı kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması, gəzdirməsi, satışı ilə məşğul olması, həmçinin üzərində qanunsuz olaraq odlu silah gəzdirməsi barədə əməliyyat məlumatları daxil olmuşdur. İcraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərliyi özü etmişdir. 01 mart 2023-cü il tarixdə saat 20 radələrində daxil olmuş əməliyyat məlumatlarını realizə etmək üçün yaradılmış əməliyyat qrupu ilə birlikdə Astara rayonu, Şahağacı kənd sakini Təqsirləndirilən şəxs hərəkətlərini müşahidəyə götürmüşlər. Onun Lənkəran şəhəri Ləvəngi dairəsi istiqamətində tək, piyada olaraq Göyşaban kəndi istiqamətində hərəkət etdiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs mobil telefonla danışa-danışa hərəkət edərək Göyşaban kəndində yolun kənarında qoyulmuş «60» yazısı yazılmış dəmir lövhənin yanında dayanıb həmin lövhəyə tərəf gedib orada yerdə qoyulmuş sarı rəngli çantanı götürüb üzü Lənkəran rayonu, Göyşaban kəndində yerləşən «samovar» adlanan yerə tərəf gedəndə cəld ona yaxınlaşıb qollarından tutub ona özlərini təqdim edərək Lənkəran ŞRPŞ-nin əməkdaşları olduğlarını bildirib onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində və qanunsuz olaraq odlu silah gəzdirməsində şübhəli olduğuna görə üzərinə şəxsi axtarış keçirilməsi üçün polis şöbəsinə dəvət etmişlər. Saat 21:35 radələrində onu saxlayıb Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. Şöbəyə gətirəndə onun götürdüyü çanta əlində olmuşdur. Polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ əlində saxladığı sarı rəngli düyü çantasını təqdim edərək həmin çantanın içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqdim etdiyi sarı rəngli düyü torbasına baxış zamanı içərisindən üç ədəd qara rəngli sellofana bükülümüş, üzərləri yapışqan lentlə sarılmış içərilərində narkotik vasitə heroinə bənzər kütlələr müəyyən edilmişdir. Bundan başqa həmin torbadan bir ədəd «Makarov» tipli tapanca, tapancanın içərisində bir ədəd daraq və 8 ədəd patron aşkar olunmuşdur. Üzərindən şəxsi axtarış zamanı başqa hər hansı bir qanunla qadağan olunan əşya və ya predmet aşkar olunmamış və götürülməmişdir. Götürülmüş 3 bükümdə narkotik vasitə heroinin elektron tərəzidə çəkilmiş, heroinin çəkisi 5 kq yaxın olmuşdur. Götürülmüş narkotik vasitə heroin və odlu silah ekspertizaya göndərilməsindən ötrü qablaşdırılmış, möhürlənib imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs torbanın içərisində olan narkotik vasitə heroini və bir ədəd «Makarov» tipli odlu silahı 01 mart 2023-cü il tarixdə Lənkəran rayonu ərazisində İran vətəndaşının telefonda dediyi yerdən əldə etdiyini, götürdüklərini İranlı xəbər göndərdiyi zaman pul qarşılığında kiməsə verəcəyini bildirmişdir. Verilən suallara cavab olaraq Şahid1 həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs saat 21:35 radələrində 5 kqa yaxın narkotik vasitə heroin ilə saxladıqlarını bildirmişdir. Elçini saxlayan zaman üç nəfər olmuşlar. Elçin sarı rəngli çantanı Göyşaban kəndində yolun kənarında qoyulmuş «60» yazısı yazılmış dəmir lövhənin yanında götürüb piyada hərəkət edən zaman saxlamışlar. Elçini saxladıqdan sonra onu əlində olan çanta ilə birlikdə Lənkəran ŞRPŞ-yə gətirmişlər, polis şöbəsinin inzibati binasının əsas girişindən daxil olmuşlar. Elçini saxlayan zaman öz üzərində telefon olub-olmamasını xatırlamamış, ancaq telefon nömrəsi ***-***-**-** olmuşdur. Elçin narkotik vasitələr əldə edib üzərində saxlaması, gəzdirməsi, satışı ilə məşğul olmasında şübhəli olmuşdur. Saxlanılan zaman Elçinin üzərində şəxsi axtarış aparılması üçün şərait olmamışdır. Videoçəkilişin aparılması mümkün olmamışdır. Əməliyyata özü rəhbərlik etmiş, tərəfindən əməliyyat çəkilişi aparılmasına icazə verilməmişdir. Dindirilmiş şahid Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Lənkəran ŞRPŞ-nin NMQ-nın əməliyyat müvəkkili, polis mayoru Şahid3 ifadələrində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» 02 mart 2023-cü il tarixli qərardan görünür ki, Lənkəran ŞRPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 icraatına Astara rayonu, Şahağacı kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və qanunsuz olaraq üzərində odlu silah gəzdirməsi barədə daxil olan əməliyyat məlumatları və 01 mart 2023-cü il tarixdə, saat 21 radələrində Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs əlində saxladığı bir ədəd düyü torbasından külli miqdarda ümumi təmiz çəkisi 4900,0 qram çəkidə narkotik vasitə heroin, bir ədəd «Makarov» markalı odlu silah və bir ədəd daraqda 8 ədəd patron aşkar edilərək götürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanmış və cinayət işi icraata qəbul olunmaqla istintaq aparılmışdır. (cild 1, i.v.1-44) -«cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında» 01 mart 2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:50-də şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, i.v.15) -«şəxsi axtarış keçirilməsi haqqında» 01mart 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunan əşya və ya predmet varsa təqdim etməyi tələb olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı sarı rəngli düyü kisəsini təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmçinin əynində olan idman şalvarının sağ yan cibindən bir ədəd özünəməxsus «Samsung» markalı mobil telefonu təqdim etmişdir. Bundan sonra şəxsi axtarış davam etdirilir və Təqsirləndirilən şəxs üzərindən başqa qanunla qadağan olunan əşya və ya predmet aşkar olunmadı. Təqsirləndirilən şəxs təqdim etdiyi düyü kisəsinin içərisinə baxış zamanı içərisindən 3 ədəd bağlamada narkotik vasitə heroinə bənzər kütlələr və bir ədəd Makarov tipli odlu silah, bir ədəd daraqda 8 ədəd patron aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin və odlu silahın ona məxsus olduğunu, İran İslam Respublikası vətəndaşının mobil telefonda dediyi yerdən əldə etdiyini, iranlı xəbər göndərdiyi zaman həmin narkotiki və odlu silahı onun dediyi şəxsə verəcəyini, əvəzində pul əldə edəcəyini bildirmişdir. Şəxsi axtarış zamanı 3 bağlamada narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş və çəkisi 5 kq 220 qr olmuşdur. (cild 1, i.v.28-30) -«məhkəmə fiziki-kimyəvi ekspertizası»nın 02 mart 2023-cü il tarixli 19/249 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər kütlələr qablaşdırılmış vəziyyətdə...» sözlər və imzalar olan bir ədəd parça kisədəki, 3 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1980,0 qram; 2030,0 qram; 890,0 qram; ümumi təmiz çəkisi 4900,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər.(cild 1, i.v.42-44) -«mobil telefonda olan məlumatlara baxış keçirilməsi haqqında» 02 mart 2023-cü il tarixli protokoldan, protokola əlavə edilmiş ekran şəkillərindən və bir ədəd CD diskdə olan whatsaap səs yazılarından görünür ki, götürülümş «Samsung Galaxy A51» markalı mobil telefon qara rənglidir, ekranında çat vardır, işlək vəziyyətdədir. Mobil telefona qara rəngli kaburo taxılmışdır. Mobil telefonun menyusuna baxış zamanı istifadəsində ***-***- **-** və ***-***-**-** sim nömrələri vardır. ***-***-**-** sim nömrəsi işlək vəziyyətdə deyildir. «whatsapp businnes» ani mesajlaşma mübadilə sisteminə baxış zamanı həmin sistemdə ***-***-**-** mobil nömrəsinin istifadə edildiyi, profil şəklində «səni sevirəm çünki bu qədər saxta həyatın içində həqiqət olan tək sənsən» yazıları yazılmış qadın kişi fotoşəkli vardır. Həmin şəbəkədə istintaq üçün sübut əhəmiyyətlə səs və ya sms mətnləri aşkar edilməmişdir. «whatsapp» ani mesajlaşma mübadilə sisteminə baxış zamanı həmin sistemdə ***-***-**-** mobil nömrəsinin istifadə edildiyi, profil şəkli bir «canavar başı» əks olunmuşdur. İsmarıclar bölməsində Təqsirləndirilən şəxs +98 938 582 7553 İran İslam Respublikasına aid mobil nömrə ilə yazışmalar mövcuddur. Həmin nömrənin adı kontaktlar bölməsində «Rahman» kimi qeyd edilmişdir. «Whatsapp» profil şəkli amerikan dolları və iran pul vahidindən ibarət şəkildir. +98 938 582 7553 İran İslam Respublikası vətəndaşına məxsus mobil nömrə ilə olan yazışmalara baxış zamanı müəyyən edildi: Həmin yazışmalar 01 mart 2023-cü il tarixdə saat 20:29 dəqiqədə başlayır, saat 22:57 dəqiqədə bitir. Təqsirləndirilən şəxs sonuncu səs ismarıcını saat 21:20 dəqiqədə göndərmişdir. Danışıqlar aşağıdaki kimidir: İran İslam Respublikası vətəndaşı səs göndərir(saat 20:29) Başına dolanım qardas, hey mənə səs atırsan,and olsun Allaha, məndə ona səs atıram, onu da, tələsdirirəm qardaş özünü darıxdırmada, atramda bu dəyqə, səbirli olda qardaş bu qədər gəlib orda qalmısan, qadan alım sənin. Təqsirləndirilən şəxs səs göndərir (saat 20:30) «oldu qardaşım oldu, nə deyim Vallah». İran İslam Respublikası vətəndaşı iki ədəd foto şəkil gönədir və şəkillərdə narkotik vasitənin qoyulduğu yer işarələnir. Sonra yazır-«ağır cinayətlərden uzu levengiye tərəf gələndə» (saat 20:31-32) Sonra yenə 3 ədəd sellofan bağlamada narkotik vasitəyə bənzər kütlələrin və bir ədəd tapancanın fotoşəklini Təqsirləndirilən şəxs göndərir. Fotoşəkillərdən görünür ki, həmin kütlələr və tapanca düyü çantasının üzərində qoyulub və fotoşəkli çəkilmişdir. (saat: 20:32) İran İslam Respublikası vətəndaşı səs göndərir: Qardaşım tanıya bildin, qadan alım..... bir də, qardaş başına dolanım götürdün xəbər elə (saat 20:33) Təqsirləndirilən şəxs səs göndərir: Qardaşım bu hansı rayondu, hansı tərəfdi... O atıbe mənə şəkli sənə qurban olum, ağır cinayətlər hansı rayondu, hansı rayon gedir (saat 20:34-36) İran İslam Respublikası vətəndaşı göndərir, ləvənginin kruqunan ağır cinayətlərə geden de (saat 20:36) Təqsirləndirilən şəxs səs göndərir, bidənə konum atsın mənə (saat 20:38) İran İslam Respublikası vətəndaşı səs göndərir, qardaş başına dolanaram adam atır sonra çıxır ordan nə cür olduğu yerə birdə getsin ordan konum atsın...sənə yazaqda, başa düşməsən deynə deyim yazıb atsın dəqiq. (saat 20:38) Təqsirləndirilən şəxs səs göndərir, sənə qurban olum ondan soruş gör lənkəranın kruruqna uzaqdı?? (saat 20:39) İran İslam Respublikası vətəndaşı mətn göndərir: Lənkəran rayonu ağır cinayətlərdən uzu ləvənginin kruquna gələndə, görecey (saat 20:39) Təqsirləndirilən şəxs səs göndərir, kruqdan çox uzaqdı yoxsa necə?? (saat 20:39) İran İslam Respublikası vətəndaşı səs atır, qardaş başına dönüm adam deyir soruş gör hansı tərəfdədi mən deyim ona, bidənə səs at deynən filan yerdəyə.. adam deyir ki, hardadi ora, sən mənə yerini de, adam mənə deyir ki, yerini mənə desin mən ona istiqamət verərəm. (saat 20:41-42) Təqsirləndirilən şəxs səs göndərir, indi mən kruqa tərəf gedirəm. (saat 20:42), kruq avtovağzal sənə qurban (saat 20:42) İran İslam Respublikası vətəndaşı səs göndərir---Qardaş basına dönüm hansı kruqa tərəf gedirsən, mən sənə düzgün istiqamət deyim gedib çatasan ora.. (saat 20:43), Təqsirləndirilən şəxs səs göndərir: Kruqadayam sənə qurban (saat 20:44), kruqdayam uzu ağır cinayətlərə tərəf gedirəm. nə qədər uzaqdı ora???(saat 20:45), kruqdan ora neçə kilometrdi, bidənə onu öyrən deynən mənə (saat 20:51), İran İslam Respublikası vətəndaşı səs göndərir: yaxşı qardaş dayan deyim başına dolanım. (saat 20:52) İranlı yazır: brat, noldu (saat 20:56), Təqsirləndirilən şəxs səs göndərir-bidənə öyrən ağır cinayətlərə neçə km var (saat 20:58), İranlı səs göndərir: Adam deyir 15 dəqiqəlik yolu var. Deyir maşınla getsən azdı, piyada getsən 15 dəqiqəlik yolun var. (saat 21:01) Təqsirləndirilən şəxs yazır başa düşdüm xəbər edərəm sənə (saat 21:02) İranlı səs göndərir yaxşı qadan alım getdə.. yazısını atdım sənə, başına dolanım sənin (saat 21:03), İranlı səs göndərir: yaxşı qadan alım sənin, yazısın atdım sənə.. nə qədər yolun qalıb, tanıdın oranı..mənə bir söz de, ürəyimiz partdadı. (saat 21:04) Təqsirləndirilən şəxs səs yazır, burdan hatərəfdədi, burda hara xəndəyə tərəfdi ya asfalta tərəf (saat 21:06-08), İranlı 60 yazısı olan lövhənin çəkilmiş şəklini göndərir. (şəkildə hava qaranlıqdır) (saat:21:09), İranlı səs yazır-əə vallah qardaş sən belə dedin Lənkəranı əlinin içi kimi tanıyırsan, səsində məndə qalırda, vallah quran haqqı heç tanımırsan, a kişi indi özüm də, qaldıme müsubətə, dayan görüm nə qədər deyir (saat 21:09), İranlı fotoşəkil göndərir və znakı işarəliyir. (saat 21:10), İranlı səs göndərir qardaş burda finiş çəkibdə ki, burdadı, işarə qoyub, qadan alım.(saat 21:10), Elçin Esedov səs atır-yer haman o yerdiye, prosdo hansı tərəfdədi o (saat 21:12), İranlı səs göndərir qardaş orda finiş çəkibdə dənə, görmürsən göy xəttlə çəkibki böyürdədibu ağcdan 2 metr 1 metr o yana get baxda, qadan alım sənin, başına dolanım...quran haqqı orda olsaydım canavar kimi onu çəkib yeyərdim. (saat 21:12) Elçin Esedovun səs ismarıcı (saat 21:15) burda ağac var, ağacın içindədi yoxsa kanal tərəfə yoxsa küçə tərəfədi. Təqsirləndirilən şəxs səs göndərir-bilirəmə bilirəm nəyə yaxındı nəyə mağazadı, marketdi nəyə yaxındı ora, bidenə znak yazılıb 60 km ona yaxını?? (saat 21:15), Elçin Esedovun səs ismarıcı (saat 21:53) qardaşım götürmüşəmə əmanəti bunu kimə verim hara qoyum, bir dənə deynən mənə, İranlı yönləndirilmiş ismarıc göndərir: qardaş plakatdan 2 metr qabaqda, koluqa teref baxda şəkilə (saat 21:16), İranlı yönləndirilmiş şəkillər göndərir, şəkillərdə yerdə sarı rəngli torpa kolluğun içərisində yaşıl yazı ilə işarələnib. (ssat 21:20), sonra ardıca 60 yazısı yazılmış lövhəni yenidən göndərir və orada da, həmin yer yaşıl xətlə işarələnib (saat 21:20), İranlı yazır brat-brat (21:37), İranlı səs göndərir qardaş noldu, sən setdən çıxdın, qadan alım sənin, noldu. (saat 21:42), İranlı səs göndərir: qardaş belə danışmamışdıqda sən setdən çıxasan, konturun qurtardı?? mənə bir söz dedə, qadan alım...(saat 21:42), İranlı yazır brat, brat hardasan (saat 21:47-49), İranlı tərəfindən buraxılmış zəng, İranlı yazır-qaqa sənən söz danışdım axı camaatın mali vardı üstündə məni pox vəziyyətə qoyma, brat (saat 21:50). Bir neçə dəfə iranlı tətərindən cavabsız zənglər, 3 bağlamada narkotik vasitələrin və silahın fotoşəkili olan şəkil göndərir (saat 21:54), İranlı səs yazır-əəə qardaş poxu açda aç, ya da, mənə zəng vur (saat 21:54), Brat, brat, brat (saat 22:11-28), Buraxılmış zəng (iranlı tətəfindən), Qaqa olmasa zaryatqan qurtarıb. Brat (saat 22:29), Buraxılmış zəng, məni puxa salma (iranlı yazır) (saat 02:28), «whatsapp» ani mesajlaşma mübadilə sisteminə baxış zamanı cinayət işi üzrə sübut əhəmiyyətli məlumatlar aşkar edilmişdir. Bundan başqa, mobil telefonda olan instagram sosial şəbəkəsinə baxış zamanı Təqsirləndirilən şəxs profil adı «esedov_00» kimi, adı Elcin Asaduv kimi qeydiyyatdan keçirilmişdir. Profil şəkli Təqsirləndirilən şəxs öz şəklidir. İsmarıclar bölməsində danışıqlar aşkar edilmədi. Aşkar olunanlar Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri ilə eynilik təşkil edir. Göstərilənlər təqsirlənədirilən şəxs-Təqsirləndirilən şəxs törətdiyi ağır cinayət əməlini sübut edir. (cild 1, i.v.49-72) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 03 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur. (cild 1, i.v.73-74) -«ambulator məcburi narkoloji tibbi yoxlama»nın 02 mart 2023-cü il tarixli, 246 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasından qeydiyyata alınması məsləhət görülür.(cild 1, i.v.83) -Lənkəran Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 4(049)-81/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, özünü İran İslam Respublikasının vətəndaşı olan Rahman kimi təqdim edən şəxslə əlaqəsi olmuş, Rahman ona narkotik vasitə göndərəcəyini və onu sataraq pulu ona göndərməsini, özünün də kifayət qədər yüksək məbləğdə pul əldə edəcəyini bildirmiş, o da Rahmanla razılaşmışdır. Bir müddət sonra Rahman onunla əlaqə saxlayaraq narkotik vasitəni kisənin içərisində, Ləvəngi dairəsində üzü Lənkəran Ağır Cinayətlər Məhkəməsinə gedən yolda 60 yazısı olan lövhənin yanında qoymuşdur. O da Lənkəran rayonuna gələrək həmin kisəni taparaq götürmüşdür. Bir qədər sonra isə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılan zaman ona zor tətbiq etmişlər. O, narkotik vasitəni Rahman adlı şəxsin dediyi yerdən götürüb sonuncunun dediyi adama təhvil verməli idi, lakin polis əməkdaşları onu saxlamışlar. Göstərilənləri nəzərə alıb barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir.(cild 1, i.v.96-98) -«maddi sübut kimi tanınması haqqında» 05 mart 2023-cü il tarixli və 30 may 2023cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs əlində saxladığı 1 (bir) ədəd sarı rəngli düyü kisəsinin içərisindən aşkar edilərək götürülmüş 3 (üç) ədəd bağlamada ümumi təmiz çəkisi 4900,0 qram narkotik vasitə heroin, 1 (bir) ədəd 9 (doqquz) mm kalibrli, «Makarov» (RM) konstruksiyalı, BO 2629 №-li odlu döyüş silahı, 1 (bir) ədəd daraq və 8 (səkkiz) ədəd patron, 1 (bir) ədəd Təqsirləndirilən şəxs məxsus «Samsung Galaxy A51» markalı mobil telefon və 5 (beş) ədəd CD diskdə məlumatlar sübut əhəmiyyəti kəsb etdiklərinə görə maddi sübut qismində tanınmışdır.(cild 1, i.v.98-100, 198-199) -«Astara Rayon Mərkəzi Xəstəxanası» X7 Poliklinika şöbəsinin 09 mart 2023-cü il tarixli, 1625 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Polikilinika şöbəsinin narkoloji, ruhi-əsəb və vərəm kabinetlərində dispanser qeydiyyatında durmur.(cild 1, i.v.103) -«Azercell MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi haqqında» 08 may 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan mobil telefonda istifadəsində olmuş və işlək vəziyyətdə olan ***-***-**-** sim nömrəsinin anten məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs 01 mart 2023-cü il tarixdə sonuncu dəfə saat 17:38 dəqiqədə Astara rayonu, Şahağacı kəndində olmuşdur. Bundan sonra, ilk dəfə saat 18:50 dəqiqədə anten məlumatı onun ünvan 1 ünvanında olduğunu göstərir. Bundan sonra, saat 19:01 dəqiqədə ünvan 2 ünvanında olduğu müəyyən edilir. Təqsirləndirilən şəxs 01 mart 2023-cü il tarixdə sonuncu dəfə Lənkəran rayonu ərazisində anten məlumatları saat 19:54:48 də olmuşdur. Əldə edilən məlumatlar onu göstərir ki, Təqsirləndirilən şəxs saat 19:54 dəqiqədən sonra polis əməkdaşları tərəfindən saxlanılmamışdır. Bu da, bir daha, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs istintaq zamanı 01 mart 2023-cü il tarixdə saat 18:30 dəqiqədə saxlanılaraq saat 18:45 dəqiqədə artıq polis şöbəsinə gətirilməsi xüsusatlarını təkzib edir. (cild 1, i.v.126-128) -«məhkəmə ballistik ekspertizası»nın 10 mart 2023-cü il tarixli, 3/426 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah-1987-ci ildə, İjevsk mexaniki zavodunda istehsal edilmiş, 9 mm kalibrli, «Makarov» (RM) konstruksiyalı, BO 2629 №-li, yarımavtomatik tapancadır, üzərində təyinatını dəyişdirən əlavə və yadəyişiklik edilməmişdir-yivli odlu döyüş silahıdır, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 8 (səkkiz) ədəd patron-zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, 9x18 mm kalibrli olmaqla, həmin kalibrə malik «Makarov» (RM), «PA- 63», «P64», «PK59», «P61» kosntruksiyalı tapancalarda, «Steçkin» («APS») konstruksiyalı avtomatik tapancalarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, patronlardırlar- döyüş sursatıdırlar və atəşə (istifadəyə) yararlıdırlar. (cild 1, i.v.138-141) -«cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında» 27 may 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 206.3.2, 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. (cild 1, i.v.142-143) -«təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında» 29 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.3.2, 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (cild 1, i.v.151-153) -«üzləşdirmə haqqında» 29 may 2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs üzünə qarşı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, üzərində qanunsuz olaraq odlu silah gəzdirməsi ilə bağlı məlumatların icraatına daxil olmasını, 01 mart 2023-cü il tarixdə saat 21:30 radələrində Lənkəran rayonu, Göyşaban kəndində saxladıqlarını, saxlayan zaman əlində bir ədəd sarı rəngli düyü kisəsi olduğunu, 15-20 dəqiqə ərzində şöbəyə çatdıqlarını, şəxsi axtarış zamanı əlində olan kisəni özünün təqdim etdiyini, kisəyə baxış zamanı içərisində 3 bağalamada narkotik vasitə heroin, bir ədəd «Makarov» tipli tapanca, bir ədəd daraqda 8 ədəd patron aşkar edildiyini, həmin narkotik vasitələrin və odlu silahın ona məxsus olduğunu, narkotiki və silahın onun üzərinə qoyulmadığını, saxlanılan zaman və sonrasında polis şöbəsində döyülmədiyini, çəkməsi üçün narkotik vasitə verilmədiyini bildirirərək öz ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir.(cild 1, i.v.166-169) -«üzləşdirmə haqqında» 29 may 2023-cü il tarixli protokoldan görünür ki, Şahid2 Təqsirləndirilən şəxs üzünə qarşı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, üzərində qanunsuz olaraq odlu silah gəzdirməsi ilə bağlı məlumatların CAB-nin baş əmliyyat müvəkkili Şahid1 icraatına daxil olmasını, 01 mart 2023-cü il tarixdə saat 21:30 radələrində Lənkəran rayonu, Göyşaban kəndində saxladıqlarını, saxlayan zaman əlində bir ədəd sarı rəngli düyü kisəsi olduğunu, 15-20 dəqiqə ərzində şöbəyə çatdıqlarını, şəxsi axtarış zamanı əlində olan kisəni özünün təqdim etdiyini, kisəyə baxış zamanı içərisində 3 bağalamada narkotik vasitə heroin, bir ədəd «Makarov» tipli tapanca, bir ədəd daraqda 8 ədəd patron aşkar edildiyini, həmin narkotik vasitələrin və odlu silahın ona məxsus olduğunu, narkotiki və silahın üzərinə qoyulmadığını, saxlanılan zaman və sonrasında polis şöbəsində döyülmədiyini, çəkməsi üçün narkotik vasitə verilmədiyini bildirirərək öz ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (cild 1, i.v.170- 173) -«üzləşdirmə haqqında» 29 may 2023-cü il tarixli protokoldan görünür ki, Şahid3 Təqsirləndirilən şəxs üzünə qarşı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, üzərində qanunsuz olaraq odlu silah gəzdirməsi ilə bağlı məlumatların CAB-nin baş əmliyyat müvəkkili Şahid1 icraatına daxil olmasını, 01 mart 2023-cü il tarixdə saat 21:30 radələrində Lənkəran rayonu, Göyşaban kəndində saxladıqlarını, saxlayan zaman əlində bir ədəd sarı rəngli düyü kisəsi olduğunu, 15-20 dəqiqə ərzində şöbəyə çatdıqlarını, şəxsi axtarış zamanı əlində olan kisəni özünün təqdim etdiyini, kisəyə baxış zamanı içərisində 3 bağalamada narkotik vasitə heroin, bir ədəd «Makarov» tipli tapanca, bir ədəd daraqda 8 ədəd patron aşkar edildiyini, həmin narkotik vasitələrin və odlu silahın ona məxsus olduğunu, narkotiki və silahın üzərinə qoyulmadığını, saxlanılan zaman və sonrasında polis şöbəsində döyülmədiyini, çəkməsi üçün narkotik vasitə verilmədiyini bildirirərək öz ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir.(cild 1, i.v.174- 177) -«tədqiqat üçün nümunələrin götürülməsi haqqında» 29 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 1 (bir) ədəd DVD diskdə sərbəst danışığından ibarət olan səs nümunəsi götürülmüşdür.(cild 1, i.v.192-193) -«ibtidai istintaq müddətinin uzadılması haqqında» 24 iyun 2023-cü il tarixli qərardan görünür ki, cinayət işinin ibtidai istintaq müddəti işin mürəkkəbliyi ilə bağlı 3 ay - 7 aya kimi, yəni 02 iyul 2023-cü il tarixdən 02 oktyabr 2023-cü il tarixədək uzadılmışdır.(cild 2, i.v.5-6) -Lənkəran Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 4(049)-194/2023 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 2 (iki) ay, yəni 01 sentyabr 2023-cü il tarixədək uzadılmışdır. (cild 2, i.v.12-15) -«məhkəmə-fonoskopik ekspertizası»nın 05 iyul 2023-cü il tarixli, 4/953 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd üzərində «2» xüsusi qeyd olan «PRİCO» markalı DVD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərdə «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi- Təqsirləndirilən şəxs məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd üzərində «2» xüsusi qeydi olan «PRİNCO» markalı DVD diskdə olan mübahisəli fonoqramlardakı danışıqlarda iştirak edən diktorun emosianal psixoloji vəziyyətlərindəki ekstremallıq müşahidə olunmur. Ekspertizaya təqdim olunmuş 1 ədəd üzərində «2» xüsusi qeydi olan «PRİNCO» markalı DVD diskdə olan mübahisəli fonoqramlardakı danışıqlarda fiziki təsir əlamətləri müəyyən olunmadı. (cild 2, i.v.16-21) -Lənkəran Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 4(049)-239/2023 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 1 (bir) ay, yəni 01 oktyabr 2023-cü il tarixədək uzadılmışdır. (cild 2, i.v.43-45) -«məhkəmə kompüter-texniki ekspertizası»nın 25 avqust 2023-cü il tarixli, 5/1055 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və «Android» əməliyyat sistemi ilə təhciz olunmuş «Samsung Galaxy A51» markalı, «SM-A515F/DSN» modelli «**********85238, **********85236» imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyytdədir. Məlumat üçün qeyd olunur ki, tədqiqat prosesində mobil smartfona baxış keçirildikdə mobil smartfonun sistem tarixinin real (cari) tarixlə uyğun olduğu müəyyən edildi. Rəyin «tədqiqi hissəsi» nin 2-ci bəndində qeyd olunanları, həmçinin məhkəmə kompüter-texniki ekspertizasının «offline-internet qoşulmadan» aparılmasını və «Whatsapp» proqram təminatının serverinə bir-başa girişin mövcud texniki imkanlar xaricində olmasını nəzərə alaraq təqdim edilmiş mobil smartfonun yaddaşında olan «Whatsapp» mübadilə sistemində adı «Rahman» kimi qeyd olunan «+**********53» abonent nömrəsi ilə aparılan yazışmalardakı tarix göstəricilərinin icra edildiyi real tarixə uyğun olub-olmamasını müəyyən etmək hal-hazırda mümkün deyildir. Aparılmış tədqiqat işləri nəticəsində təqdim edilmiş mobil smartfonun yaddaşında olan «Whatsapp» mübadilə sistemində aparılmış yazışmalarda aşkar olunmuş dəqiqə fərqlərinin səbəbləri texniki qeydlərdə əks olunmadığından onların konkret səbəblərinin müəyyən edilməsi mümkün olmamışdır. (cild 2, i.v.46-49) -«cinayət işinin ayrı icraata ayrılması və icraata qəbul edilməsi haqqında» 14 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini, odlu silah və onun komplekt hisslərini əldə etdiyi qrup üzvləri olan İran İslam Respublikası vətəndaşı olan «Rahman» adlı şəxsin və qeyrilərinin müəyyən edilməsi və bu istiqamətdə istintaq və əməliyyat axtarış tədbirlərinin davam etdirilməsindən ötrü ********* nömrəli cinayət işinin materiallarından Cinayət Məcəlləsinin 206.3.2, 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrı icraatda ********* nömrəli cinayət işi ayrılmışdır. (cild 2, i.v.63-65) İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu döyüş silahı, onun komplekt hissəsi olan bir ədəd daraq və döyüş sursatı hesab edilən səkkiz ədəd patronu əldə edib saxlamaq və daşımağa görə, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində isə qabaqçadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət- Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair»a 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı verdiyi ifadəsində aşkar olunan narkotik vasitə heroinin və «Makarov» (RM) konstruksiyalı yarımavtomatik yivli odlu döyüş silahının, onun komplekt hissəsi olan bir ədəd daraq və döyüş sursatı hesab edilən səkkiz ədəd patronun ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən ona verildiyini, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı təzyiqlər olunduğunu, İranlının qoydurduğu 10 qram narkotik vasitəni götürmək üçün getdiyini, polis əməkdaşlarının istifadə etmək üçün ona narkotik vasitə vermələri məzmununda ifadə verməsi ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Bundan əlavə şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a)şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b)şəxs belə hərəkətləri qanunsuz etməlidir; c)narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununa əsasən heroin narkotik vasitə hesab edilir. Heroinin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi 2,0 qramdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin və odlu silah, onun komplekt hissələrinin, döyüş sursatının əldə edilməsi, saxlanması və daşınması ilə bağlı 01 mart 2023-cü il tarixdə şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan İran İslam Respublikası vətəndaşı «Rahman» adlı şəxs və qeyriləri ilə razılığa gəlib, sonuncularla qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, bu məqsədlə «Rahman» adlı şəxs və qeyrilərinin istintaqda və məhkəmədə müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri 03 ədəd üzəri yapışqan lentlə bağlanmış bükülülərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1980,0 qram, 2030,0 qram, 890,0 qram olmaqla külli miqdarda-4900,0 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd 1987-ci ildə «İjevsk» mexaniki zavodunda istehsal edilmiş, 9 mm kalibrli, «Makarov» (RM) konstruksiyalı, BO 2629 №-li, saz vəziyyətdə, atəş açmaq üçün yararlı, yarımavtomatik yivli odlu döyüş silahını, həmin silahın komplekt hissəsi olan 01 ədəd darağı, səkkiz ədəd zavod üsulu ilə hazırlanmış pistonları mərkəzdən alışan, 9x18 mm kalibrli olmaqla, həmin kalibrə malik «Makarov» (RM), «PA-63», «P64», «PK59», «P61» kosntruksiyalı tapancalarda, «Steçkin» («APS») konstruksiyalı avtomatik tapancalarda və sair yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, atəşə (istifadəyə) yararlı döyüş sursatı-patronları istintaqa və məhkəməyə məlum olmayan vaxtda və şəraitdə Lənkəran rayonu, Göyşaban kəndində yolun kənarında, üzərində sürət həddini göstərən «60» yazısı əks olunmuş dəmir lövhənin yanına gətirib orada gizlədildikdən sonra «Rahman» adlı şəxsin həmin narkotik vasitəni, odlu silahı və döyüş sursatını gizlətdiyi yer barədə ona məlumat verdikdən sonra, satış məqsədi ilə qanunsuz olaraq qeyd olunan külli miqdarda narkotik vasitə heroini, odlu döyüş silahını, onun komplekt hissəsi olan bir ədəd daraq və döyüş sursatı hesab edilən səkkiz ədəd patronu Lənkəran rayonu, Göyşaban kəndində yolun kənarında olan dəmir lövhənin altında gizlədildiyi yerdən götürüb satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini, odlu silah və onun döyüş sursatını əldə edib əlində saxlayıb daşıyaraq Lənkəran şəhəri «Ləvəngi» dairəsi istiqamətində piyada hərəkətdə olarkən, 01 mart 2023-cü il tarixdə saat 21:35 dəqiqədə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu, Göyşaban kəndində saxlanılması və aşkar edilib qablaşdırılaraq götürülməsi onun narkotik vasitələrin-psixotrop maddələrin satışı ilə məşğul olduğunu və onun qeyd edilən kütləni satış məqəsi ilə qanunsuz əldə etdiyini, odlu silah, onun komplekt hissələrinin, döyüş sursatının əldə edilməsi, saxlanması və daşınmasını sübut edir. Göstərilən hallar Təqsirləndirilən şəxs əlində saxladığı çantada aşkar edilmiş narkotik vasitəyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə tam əsas verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «X1rşı» iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində narkotik vasitələrin-psixotrop maddələrin satışı ilə məşğul olmaması barədə bildirdikləri iş materiallarına uyğun olmadığından və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edilmədiyindən iş üzrə sübut kimi qiymətləndirmir. «X3 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. «Fuşe Fransaya qarşı», «Bulut Avstriyaya qarşı», «Bobek Polşaya qarşı» və «Klimentyev Rusiyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. -bundan əlavə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunduğu, üzərindən aşkar olunan narkotik vasitə heroinin, «Makarov» (RM) konstruksiyalı yarımavtomatik yivli odlu döyüş silahının, onun komplekt hissəsi olan bir ədəd daraq və döyüş sursatı hesab edilən səkkiz ədəd patronun ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən ona verilməsi ilə bağlı dedikləri barədə məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Lənkəran rayon prokurorluğunun «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 13 aprel 2023-cü il tarixli qərarından görünür ki, Lənkəran Rayon Məhkəməsində Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi məsləsinə baxılan zaman saxlanılarkən polis şöbəsində polis əməkdaşları tərəfindən döyülməsi və işgəncə verilməsini bildirmiş, Lənkəran Rayon Məhkəməsi tərəfindən Lənkəran rayon prokurorluğuna göndərilmiş həmin məlumat əsasında araşdırma aparılmış, Təqsirləndirilən şəxs müraciətində qeyd etdiyi Lənkəran ŞRPŞ-nin bir neçə polis əməkdaşı tərəfindən polis şöbəsində döyülməsi və işgəncələrə məruz qalması faktı alınmış izahatlar, məhkəmə-tibbi ekspertizasının rəyi və materiala əlavə edilmiş sənədlərlə təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmaması əsası ilə rədd edilmişdir.(cild 1, i.v.119-120) Elçi Əsədov həmin qərarından məhkəmə və prokuror nəzarəti qaydasında şikayət etmədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan «məhkəmə-tibbi ekspertizası»nın 02 mart 2023cü il tarixli, 213 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hərhansı bir xəsarət aşkar edilməmişdir.(cild 1, i.v.81-82) Məhkəmə tərkibi hazırki məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs tərəfindən zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq təhqirə və zorakılığa məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. «İ.H.Avstriyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, irəli sürülən ittihamlar, o cümlədən məhkəmənin məsələ ilə bağlı hansı hüquqi qiymətləndirməni verə biləcəyi haqqında məlumat ya məhkəmə iclasından əvvəl ittiham aktında, ya da ən azı məhkəmə icraatının gedişində ittihamın rəsmi və ya nəzərdə tutulan əlavəsi kimi təqdim edilə bilər. Aydındır ki, məhkəmənin cinayət əməli ilə bağlı ittiham tərəfindən fərqli qənaətə gəlmək ehtimalının olduğuna adi işarə yetərli deyildir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, «şəxsi axtarış keçirilməsi haqqında» protokol, həmin protokola əlavə edilmiş videoçəkiliş, «məhkəmə fiziki-kimyəvi ekspertizası»nın rəyi, «mobil telefonda olan məlumatlara baxış keçirilməsi haqqında» protokol, həmin protokola əlavə edilmiş ekran şəkilləri, bir ədəd CD diskdə olan «whatsaapp» səs yazılar, «Azercell MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi haqqında» protokol, «məhkəmə ballistik ekspertizası»nın rəyi, «məhkəmə-fonoskopik ekspertizası»nın rəyi, «məhkəmə kompüter-texniki ekspertizası»nın rəyi, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroin, odlu döyüş silahı, onun komplekt hissəsi olan daraq və döyüş sursatı hesab edilən patronlar, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyaları həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsinin sanksiyasında üç ildən beş ilədək, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında 20 mart 2023-cü il tarixli tələbnamədən və Salyan Rayon Məhkəməsinin 22 sentyabr 2016-cı il tarixli, 7 (057)-584/2016 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 24 iyun 2013-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3, 333.2 və 333.4-cü maddələri ilə təqsirli bilinərək 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 21 (iyirmi bir) gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Qanunveriliclikə müəyyən olunmuş qaydada məhkumluğu vaxtından əvvəl ödənilmişdir, yəni məhkumluğu yoxdur. (cild 1, i.v.111-114) -Astara Rayon İcra Hakimiyyəti Başçısının Şahağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 may 2023-ci il tarixli, 388 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu, Şahağac kəndində qeydiyyatda olmaqla ailə üzvüləri ilə birlikdə yaşayır, yaşayış yeri üzrə mənfi xarakterizə edilmişdir.(cild 1, i.v.173-175) Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən az ağır və ağır cinayətlər törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 01 mart 2023-cü il tarixdən hesablanmalı və Lənkəran Rayon Məhkəməsinin 03 mart 2023cü il tarixli, 4(049)-81/2023 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə, «ambulator məcburi narkoloji tibbi yoxlama»nın 02 mart 2023-cü il tarixli, 246 nömrəli rəyi nəzərə alınıb Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji xəstəxanasında profilaktik qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 387 (üç yüz səksən yeddi) manat, 65 (altmış beş) qəpik məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 387 (üç yüz səksən yeddi) manat, 65 (altmış beş) qəpik məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxsn tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 4899,7 qram təşkil edən narkotik vasitə heroini hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Lənkəran ŞRPŞ-nin Növbətçi Hissəsinə təhvil verilmiş 1 (bir) ədəd 9 (doqquz) mm kalibrli, «Макаров» (РМ) konstruksiyalı, БO 2629 №-li odlu döyüş silahı, bir ədəd daraq, 3 (üç) ədəd giliz və 5 (beş) ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməli, Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama otağında Təqsirləndirilən şəxs məxsus «Samsung Galaxy A51» markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra ailə üzvlərinə qaytarılmalı, 5 (beş) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə inzibati qaydada tutulduğu 01 mart 2023-cü il tarixdən hesablansın. Lənkəran Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 4(049)-81/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 387 (üç yüz səksən yeddi) manat, 65 (altmış beş) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 4899,7 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Növbətçi Hissəsinə təhvil verilmiş 1 (bir) ədəd 9 (doqquz) mm kalibrli, «Макаров» (РМ) konstruksiyalı, БO 2629 №-li odlu döyüş silahı, bir ədəd daraq, 3 (üç) ədəd giliz və 5 (beş) ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında Təqsirləndirilən şəxs məxsus «Samsung Galaxy A51» markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra ailə üzvlərinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış 5 (beş) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar