Məhkəmə qərarları › İş №1(099)-163/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-163/2025

27.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-163/2025 27.01.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və onun qanuni numayəndəsi Qanuni nümayəndə Əmir qızının iştirakı ilə xx xxxxxxx 2004-cü ildə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, Sabirabad şəhəri, Nəsimi küçəsi ev 21-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 152.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 12 yaşına çatmış, lakin 14 yaşına çatmayan xx xxxxxx 2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə sonuncunun öz istəyi ilə təkrarən cinsi əlaqədə olmuş və seksual xarakterli digər hərəkətlər etmişdir. Belə ki, o, 2022-ci ilin əvvəllərində Sabirabad şəhər sakini Qanuni nümayəndə icarə əsasında işlətdiyi «Xəzri» kafesində ofisiant işləyərkən sonuncunun qızı Zərərçəkmiş şəxs ilə tanış olmuş, aralarında sevgi münasibətləri yaranmış, Zərərçəkmiş şəxs onunla evlənəcəyinə inandırmış, 2024-cü ilin iyul ayının əvvəllərində isə ayrı-ayrı günlərdə, 3 dəfə olmaqla, cinsi ehtirasını təmin etmək məqsədilə Zərərçəkmiş şəxs Sabirabad rayonun Qalaqayın kəndində babası X2 məxsus evdə tək olmasını öyrənib həmin ünvana gəlmiş, hər dəfə orada 12 yaşı tamam olmuş, lakin 14 yaşına çatmayan, kişi ilə qadın arasındakı seksual münasibətlər, intim həyata hansı yaş dövründə başlamağın cəmiyyətdə qəbul edilmiş normaları, cinsi əlaqənin nəticələri, uşaqların necə doğulması, hamiləlik və ondan qorunmanın yolları və sair haqqında yaşına və əqli inkişafına uyğun olaraq kifayət qədər məlumatlara, əqli və psixi inkişafına, yaş və fərdi psixoloji xüsusiyyətlərinə görə hadisə zamanı onun hərəkətlərinə müqavimət göstərmək qabiliyyətinə malik olan Zərərçəkmiş şəxs ilə, sonuncunun öz razılığı əsasında evin yataq otağında gərilmiş vəziyyətdə olan cinsiyyət orqanını Zərərçəkmiş şəxs uşaqlıq yoluna daxil etməklə birinci münasibətdə qızlıq pərdəsinin tamlığını pozaraq təkrarən cinsi əlaqədə olmuş, eyni zamanda cinsiyyət orqanını sonuncunun arxa keçəcək dəliyinə daxil etməklə arxa keçəcəyin açılması, sfinktorun boşalması, şüavari büküşlərin qismən hamarlaşması, düz bağırsağın selikli qişasının görünməsilə nəticələnən təkrarən seksual xarakterli digər hərəkətlər etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.4.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə bir neçə il əvvəl onun anası Qanuni nümayəndə işlətdiyi «Xəzri» kafesində ofisiant işləyən vaxtlarda tanış olmuş, sonradan isə aralarında sevgi münasibətləri yaranmış və biri-biri ilə tez-tez əlaqa saxlayıb görüşmüşlər. Zərərçəkmiş şəxs yaşının neçə olmasının dəqiq bilməmiş, lakin onun yaşının az olmasını, yəni məktəb yaşlı qız olmasını bilmişdir. Sonra o, hərbi xidmətə getmiş, 2024-cü ilin aprel ayında hərbi xidmətdən qayıtmış və bundan sonra da o, Ləmanla münasibətlərini davam etdirmişdir. 2024-cü ilin iyul ayının əvəllərində Ləman telefonla ona zəng edib Sabirabad rayonun Qalaqayın kəndində babasının evində olduğunu, evdə heç kimi olmadığını bildirib onunla görüşmək istədiyini demiş, o da Ləmanla görüşməyə razılıq verib Ləmanın Qalaqayın kəndində yaşayan babası Ağamirzənin evinə getmişdir. Həmin vaxt evdə Ləmandan başqa heç kim olmamış, sonra aralarında olan razılaşma əsasında həmin gün evin yataq otağında o, Ləmanla bir dəfə təbii yolla cinsi əlaqədə olmuşdur. Sonra o, paltarını geyinib Ləmanın babası evindən çıxıb öz evlərinə getmişdir. Bundan sonrakı günlərdə də Ləmanın babası Ağamirzənin evində Ləmanla görüşsə də, onunla nə təbii yolla, nə də qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. Sonrakı günlərdə Ləmanla telefonla danışarkən anasının onunla evlənməyə razı olmadığını demiş, ona görə də onlar evdən birlikdə getmək qərarına gəlib 24 iyul 2024-cü il tarixdə səhər saatlarında Ləmanla görüşüb birlikdə Bakı şəhərinə getmişlər. Bakı şəhərində qalmağa evləri olmadığı üçün onlar üç gün küçədə gecələmişlər. Bakı şəhərində olduqları vaxtda Ləmanla cinsi əlaqədə olmamışdır. Onlar Bakı şəhərində olduqları müddətdə Ləman anası Yeganə ilə telefonla danışarkən Bakı şəhərində olduqlarını demişdir. Sonra Ləmanın anası Yeganə onunla telefonla əlaqə saxlayıb polis əməkdaşlarının onları axtardığını demişdir. Ona görə də 27 iyul 2024-cü il tarixdə o, Ləmanla birlikdə Bakı şəhərindən Sabirabad şəhərinə qayıtmışlar. Bundan sonra Ləmanın anası Yeganə onu və Ləmanı rayon polis şöbəsinə aparmışdır. Polis şöbəsində o, izahat verərək Ləmanı sevdiyini və onunla evlənmək məqsədinin olduğunu, Ləmanı razılığı ilə onunla bir dəfə cinsi əlaqəda olduğunu, həmçinin Ləmanın razılığı ilə birlikdə Bakı şəhərinə getdiklərini bildirmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, təxminən 2 il əvvəl Qanuni nümayəndə Sabirabad şəhərində işlətdiyi kafedə yemək paylayan işləyərkən sonuncunun azyaşlı qızı Zərərçəkmiş şəxs ilə tanış olmuş, sonra tiktok sosial şəbəkə vasitəsi ilə biri-biri ilə yazışmışlar. Sonra o, hərbi xidmətə getsə də, Ləmanla əlaqəni kəsməmiş, 25 aprel 2024-cü ildə hərbi xidmətdən qayıtmış və bundan sonra da o, Ləmanla münasibətlərini davam etdirmişdir. 2024-cü ilin iyul ayının əvəllərində Ləmanla tik-tok sosial şəbəkə vasitəsilə yazışarkən Ləman ona Sabirabad rayonun Qalaqayın kəndində babasının evində olduğunu, evdə heç kimi olmadığını deyib onunla görüşmək istədiyini demiş, o da Ləmanla görüşməyə razılıq verib Ləmanın Qalaqayın kəndində yaşayan babası Ağamirzənin evinə getmişdir. Həmin vaxt evdə Ləmandan başqa heç kim olmamış, söhbət zamanı Ləman onunla cinsi əlaqədə olmaq istədiyini demiş, o da Ləmanın sözünə razılıq vermiş, sonra Ləman əynindəki göy rəngli cins şalvarını, qırmızı rəngli köynəyini və alt paltarını çıxarmışdır. Bundan sonra o da əynində olan paltarlarını soyunaraq evin yataq otağında onlar təbii yolla cinsi əlaqədə olmuşlar. Cinsi əlaqədə olduqdan sonra Ləmanın cinsiyyət orqanından qan axmışdır. Sonra o, paltarını geyinib Ləmanın babası evindən öz evlərinə getmişdir. Bundan sonrakı günlərdə də Ləmanın babası Ağamirzənin evində Ləmanla iki dəfə də cinsi əlaqədə olmuş, həmin vaxt da evdə Ləmandan başqa heç kim olmamış, Ləmanla cinsi əlaqədə olarkən eyni zamanda Ləmanın istəyi ilə arxa keçəcəyi vasitəsilə də cinsi əlaqədə olmuşlar. Sonrakı günlərdə Ləmanla telefonla danışarkən anasının onunla evlənməyə razı olmadığını demiş, ona görə də evdən birlikdə getmək qərarına gəldikləri üçün 24 iyul 2024-cü ildə, saat 08 radələrində Ləmanla görüşüb birlikdə Bakı şəhərinə getmişlər. Onların Bakı şəhərində qalmağa evləri olmadığı üçün üç gün küçədə gecələmişlər. Bakı şəhərində olduqları vaxtda Ləmanla cinsi əlaqədə olmamışdır. Onlar Bakı şəhərində olduğları vaxt Ləman anası Yeganə ilə telefonla danışarkən Bakı şəhərində olduqlarını demişdir. Sonra Ləmanın anası Yeganə onunla telefon əlaqəsi saxlayıb polis əməkdaşlarının onları axtardıqlarını demişdir. Ona görə də 27 iyul 2024-cü il tarixdə Ləmanla birlikdə Bakı şəhərindən Sabirabad şəhərinə qayıtmışlar. Sonra Ləmanın anası Yeganə onu və Ləmanı polis şöbəsinə gətirmişdir. O, Ləmanı sevdiyindən onunla evlənmək məqsədilə yaxınlıq etmişdir. Ləmanla tanış olduqları vaxtdan ümumilikdə onunla üç dəfə cinsi əlaqədə olmuş, hər dəfə bunu Ləmanın razılığı ilə etmişdir. Eyni zamanda Ləmanla cinsi əlaqədə olarkən qeyri-təbii yolla da cinsi əlaqədə olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini qismən təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, o, Ləmanı sevdiyindən onunla evlənmək məqsədilə yaxınlıq etmiş və Ləmanın razılığı ilə onunla bir dəfə cinsi əlaqəda olmuş, bundan sonra Ləmanla cinsi əlaqədə olmamış, həmçinin onunla qeyri-təbii yolla da cinsi əlaqədə olmamışdır. Azyaşlı Ləmanla evlənmək niyyəti ilə cinsi əlaqədə olmuş və bu əməli ilə cinayət törətdiyini başa düşür və buna görə əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspert rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2011-ci ildə doğulmuş, hazırda 14 yaşı vardır və anası Yeganənin himayəsi altında yaşayır. Təqsirləndirilən şəxs xeyli müddətdir ki, tanıyır, Vəlixan əvvəllər anası Yeganənin işlədiyi kafedə işləmişdir. Vəlixanla o, bir-birlərini sevdikləri üçün aralarında yaxın münasibətləri olmuşdur. Vəlixan hərbi xidmətə gedib qayıtdıqdan sonra da onunla münasibətləri davam etdirib tez-tez telefonla əlaqə saxlayıb danışmışlar. 2024-cü ilin iyul ayının əvvəllərində Sabirabad rayonun Qalaqayın kəndində yaşayan babası Ağamirzənin evində olarkən Vəlixana zəng edib babasının evində olduğunu, evdə ondan başqa heç kim olmadığını və onunla görüşmək istədiyini demişdir. Bundan sonra Vəlixan onun yanına, babası Ağamirzənin evinə gəlmiş, birlikdə oturub çay içib söhbət etmişlər. Sonra onun təklifi ilə Vəlixanla bir dəfə cinsi əlaqədə olmuşdur. Sonra Vəlixan əynini geyinib evlərinə getmişdir. Vəlixan ona qarşı heç bir fiziki zor tətbiq etməmiş, onun razılığı ilə onunla cinsi əlaqədə olmuşdur. Sonrakı günlərdə Vəlixanla danışıb babası Ağamirzənin evində görüşsələr də, həmin vaxtlarda Vəlixan onunla hər hansı formada (təbii və qeyri-təbii yolla) cinsi əlaqədə olmamışdır. Bir müddət sonra Vəlixan telefonla ona zəng edib anasının (Vəlixanın anasının) onunla evlənməsinə razı olmadığını demiş, ona görə də o, Vəlixana birlikdə qaçmağı təklif etmiş, Vəlixan da razılaşmışdır. 24 iyul 2024-cü il tarixdə Vəlixan onların evinə gəlib onunla görüşmüş, sonra onlar birlikdə Bakı şəhərinə getmişlər. Onlar Bakı şəhərində üç gün qalmış, Bakı şəhərində olarkən qalmaları üçün evi olmadığından gecəni küçələrdə olmaqla keçirmişlər. Bakı şəhərində olarkən Vəlixan onunla cinsi əlaqədə olmamışdır. Bakı şəhərində olduqları vaxt anası Yeganə ilə telefon əlaqəsi saxlayıb Vəlixanla birlikdə Bakı şəhərində olduğunu demiş, sonra anası Yeganə Vəlixanla da telefonda danışıb rayona qayıtmalarını demişdir. 27 iyul 2024-cü il tarixdə o, Vəlixanla birlikdə Sabirabad şəhərinə qayıtmış və anası Yeganə onları polis şöbəsinə aparmışdır. O, hazırki vaxtadək Vəlixanı sevir və onunla evlənmək niyyətindədir, baş vermiş hadisə ilə bağlı Vəlixandan heç bir şikayəti və tələbi yoxdur. Həmçinin Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ifadəsində göstərmişdir ki, 2024-cü ilin iyul ayının əvvəllərində Sabirabad rayonun Qalaqayın kəndində yaşayan babası Ağamirzənin evində olarkən Vəlixana zəng edib babasının evində olduğunu, evdə ondan başqa heç kim olmadığını və onunla görüşmək istədiyini demişdir. Bundan sonra Vəlixan onun yanına, babası Ağamirzənin evinə gəlmişdir. Sonra o, Vəlixana cinsi əlaqədə olmaq istədiyini demiş, Vəlixan da razılaşmış, bundan sonra o, əynində olan göy rəngli cins şalvarını, köynəyini və alt paltarını soyunmuş, Vəlixan da əynindəki paltarını soyunaraq onunla təbii yolla bir dəfə cinsi əlaqədə olmuşdur. Cinsi əlaqədə olduqdan sonra onda qanaxma olmuşdur. Cinsi əlaqədə olduqdan sonra Vəlixan evlərinə getmiş, özü isə qanlı əsgiləri zibilliyə atıb yandırmışdır. Bundan sonrakı günlərdə də Vəlixanla danışmağı davam etmiş, sonuncu ilə iki dəfə babası Ağamirzənin evində görüşüb yenidən cinsi əlaqədə olmuşlar. Həmin vaxtlar da babasının evində başqa adam olmamışdır. Vəlixan onunla cinsi əlaqədə olarkən öz istəyi ilə arxa keçəcək vasitəsi ilə də cinsi əlaqədə olmuşdur. Sonralar Vəlixan onunla telefonla əlaqəsi saxlayıb anasının onunla evlənməsinə razı olmadığını demiş, ona görə də o, Vəlixana birlikdə qaçmağı təklif etmişdir. 24 iyul 2024-cü il tarixdə Vəlixan onların evinə gəlmiş, sonra birlikdə Bakı şəhərinə getmişlər. Onlar Bakı şəhərində üç gün qalmış, Bakı şəhərində qalarkən yatmağa evləri olmadığı üçün gecəni küçələrdə keçirmişlər. Bakı şəhərində olarkən Vəlixan onunla cinsi əlaqədə olmamışdır. Bakı şəhərində olduqları vaxt anası Yeganə ilə telefon əlaqəsi saxlayıb Vəlixanla birlikdə Bakı şəhərində olduğunu demişdir. 27 iyul 2024-cü il tarixdə o, Vəlixanla birlikdə Sabirabad şəhərinə qayıtmış və anası Yeganə onu polis şöbəsinə aparıb baş verənlərlə bağlı məlumat vermişdir. Təqsirləndirilən şəxs onunla üç dəfə həm təbii, həm də qeyri-təbii yolla cinsi əlaqədə olmuşlar. Hər dəfə cinsi əlaqədə olarkən Vəlixan onun razılığı ilə bunu etmiş, ona qarşı heç bir fiziki zor tətbiq etməmişdir. Hazırda ona qarşı olan əmələ münasibətdə o, Vəlixanla bırışmış, onuı sevir və onunla evlənmək niyyətindədir. Baş verənlərlə bağlı onun Vəlixandan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid (zərərçəkmiş şəxsin qanuni numayəndəsi) Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs qızıdır, Ləman azyaşlı olduğundan hazırki vaxtadək ünvan 1 ünvanında olan evində onun himayəsində, onunla birlikdə yaşayır. Təqsirləndirilən şəxs də xeyli müddətdir ki, tanıyır, Vəlixan əvvəllər onun Sabirabad şəhərində icarə ilə işlətdiyi «Xəzri» kafesində ofisiant işləmişdir. Onun Vəlixanla münasibətləri əvvəllər yaxşı olmuş, hazırda da yaxşıdır. Vəlixan bir müddət yeməkxanada işlədikdən sonra hərbi xidmətə getmişdir. O, 24 iyul 2024-cü il tarixdə, səhər saatlarında Ləmanın evdə olmadığını görüb onu axtarmış, sonra qohumlarına zəng edib Ləmanın onlara gedib-getmədiyini soruşmuş, qohumları da Ləmanın onların evinə getmədiyini demişdir. Elə həmin gün Ləman ona zəng edib əvvəllər onun işlətdiyi yeməkxanada işləyən Vəlixanla evlənmək məqsədi ilə getdiyini, onu axtarmamasını demiş, o isə ona səhv hərəkət etdiyini, evlənməsi üçün yaşının çatmadığını, yaşının az olduğunu izah edib evə qayıtmasını demişdir. Sonra o, telefonda Vəlixanla da danışıb Ləmanın yaşının az olmasını bildirib geri qayıtmalarını ona demişdir. 26 iyul 2024-cü il tarixdə Ləman yenə ona zəng edib geri qayıtmaq istədiklərini demiş, o da Ləmana qayıdıb gəlmələrini demişdir. Həmçinin Ləmanın ona deməsindən məlum olmuşdur ki, xeyli müddət əvvəl Ləmanla Vəlixan cinsi əlaqədə olmuşlar. 27 iyul 2024-cü il tarixdə Ləman və Vəlixan Bakı şəhərindən Sabirabad şəhərinə qayıdıb onun evinə gəlmiş, bundan sonra o, onları Sabirabad RPŞ-nə aparmış, eyni zamanda Vəlixanın Ləmanla cinsi əlaqədə olması ilə bağlı Sabirabad RPŞ-nə şikayət ərizəsi yazmışdır. Daha sonra ona məlum olmuşdur ki, azyaşlı qızı X5 rayonunun Qalaqayın kəndində qayınatası Ağamirzənin evində cinsi əlaqədə olmuş və bu Ləmanın razılığı ilə baş vermişdir. Hazırda qızı Ləmanla Vəlixanın arasında sevgi münasibətləri vardır və o, onların evlənməsinə etiraz etmir, eyni zamanda Vəlixanın azyaşlı qızı Ləmanla cinsi əlaqədə olmasına görə tutulmasını istəmir və törətdiyi əmələ görə Təqsirləndirilən şəxs həbslə bağlı olmayan, daha yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İşdə olan, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə 10 avqust 2024-cü il tarixli ərizəsi ilə müəyyən olunur ki, zərərçəkmiş azyaşlı Zərərçəkmiş şəxs qanuni nümayəndəsi kimi təqsirləndirilən şəxslə barışmış və ona qarşı tələb və şikayəti yoxdur. Məhkəmə iclasında Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğludur. Zərərçəkmiş şəxs tanımamış, lakin onun anısı Yeganəni tanımışdır. Vəlixan hərbi xidmətə getməmişdən əvvəl Yeganənin (Qanuni nümayəndə) Sabirabad şəhərində işlətdiyi yeməkxanada bir müddət ğişləmiş, sonra oradan işdən çıxıb hərbi xidmətə getmişdir. 2024-cü ilin aprel ayında Vəlixan hərbi xidmətdən qayıtmışdır. Vəlixan hərbi xidmətdən gələndən sonra ona hərbi xidmətə getməmişdən əvvəl Yeganənin işlətdiyi yeməkxanada onun qızı Ləmanı gördüyünü, Ləmanı sevdiyini və aralarında telefonla əlaqələri olduğunu və Ləmanla evlənəcəyini demişdir. Ləmanın neçə yaşı olduğunu Vəlixan ona deməmiş, o da Vəlixana Ləmanı görmədiyini, anası Yeganəni tanıdığını və onun Ləmanla evlənməyinə razı olmadığını demişdir. Vəlixan isə onun dedikləri ilə razlaşmayıb Ləmanı sevdiyini və onunla evlənəcəyini demişdir. Sonra Vəlixan dediyinə görə o, (Vəlixan) Sumqayıt şəhərinə gedib orada hansısa zavoda işləməyə başlamışdır. 26 iyul 2024-cü il tarixdə Vəlixan ona zəng edib Ləmanı evlənmək məqsədilə öz razılığı ilə Bakı şəhərinə gətirdiyini və hazırda da Bakı şəhərində olduqlarını demiş, o da Vəlixana Ləmanı evlənmək məqsədilə aparsa da, onun Ləmanla evlənməyinə razı olmadığını bildirmiş, Vəlixan isə razı olmasa da, artıq Ləmanla evləndiyini demişdir. 27 iyul 2024-cü il tarixdə ona məlum olmuşdur ki, Ləmanın anası Yeganə oğlu Vəlixandan Sabirabad RPŞ-nə şikayət etmişdir. X8 geri qaytarıb gətirib anası Yeganəyə təhvil vermiş, bundan sonra polis əməkdaşları tərəfindən bu hərəkətinə görə tutulmuşdur. Sonradan eşitdiyinə görə Ləman Qalaqayın kəndində babasının evində olarkən Vəlixan Ləmanın razılığı ilə onunla cinsi əlaqədə olmuşdur. Həmçinin evlənməsi üçün Ləmanın yaşı çatmamış, azyaşlı olmuşdur. Hazırda o, oğlu Vəlixanın, həm də Ləmanın anası Yeganə onların (Vəlixanın və Ləmanın) evlənmələrinə etiraz etmirlər. Ona görə də Vəlixana həbslə bağlı olmayan, daha yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İşdə olan, Sabirabad RPŞ-nə ünvanlanmış 27 iyul 2024-cü il tarixli ərizə ilə müəyyən edilir ki, həmin tarixdə vət. Mehtiyeva X3 RPŞ-nə müraciət edərək qızı-xx xxxxxx 2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Fəqan qızının Sabirabad rayonunun Qalaqayın kəndində qayınatası Ağamirzə Miriyevin evində sevgilisi Təqsirləndirilən şəxs ilə cinsi əlaqədə olmaqla bakirəliyini itirdiyinə bildirib Təqsirləndirilən şəxs barsində tədbir görülməsini xahiş etmişdir. İşdə olan, AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən edilir ki, Azərbaycan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs Fəqan qızı xx xxxxxx 2011-ci ildə doğulmuşdur. İşdə olan, məhkəmə-tibb ekspertizasının 27 iyul 2024-cü il tarixli rəyi ilə müəyyən edilir ki, xx xxxxxx 2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulmanın müddəti iki həftədən artıqdır. Zərərçəkmiş şəxs ilə qeyri təbii yolla cinsi əlaqənin olmasını göstərən əlamətlər (arxa keçəcək dəliyinin açıq olması, sifinktorun boşalması, süavari büküşlərin qismən boşalması, düz bağırsağın selikli qişasının görünməsi) aşkar olunmuşdur. Qeyri təbii yolla cinsi əlaqə zamanı arxa keçəcək dəliyi ətrafında, girəcəkdə xəsarət olmadıqda, müddəti təyin etmək mümkün olmamışdır. Müayinə zamanı aşkar edilmiş xəsarətlər-sağ döşün aşağı iç kvadratında, göbəyin üst səthində qançırlar küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, müxtəlif şəraitdə əmələ gələ bilər, əmələ gəlmə müddəti müayinədən 1-2 gün əvvələ uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin olunmur. İşdə olan, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 06 noyabr 2024-cü il tarixli rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilməmiş, o, cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, ona görə də ittiham olunan əməl barədə anlaqlı hesab edilir. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. O, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur.Təqsirləndirilən şəxs inadkarlıq, emosionallıq, konfiliktə və aqressiv davranışlara meyilli olmaq kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik əmələ gəlməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizoloji affekt halında olmamışdır. İşdə olan, məhkəmə-psixoloji ekspertizasının 18 noyabr 2024-cü il tarixli rəyi ilə müəyyən edilir ki, xx xxxxxx 2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs əqli və psixi inkişafına, yaş və fərdi psixoloji xüsusiyyətlərinə görə hadisə zamanı Təqsirləndirilən şəxs hərəkətlərinə qarşı müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs əqli və psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə baş vermiş hadisəni adekvat olaraq qavramaq qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs pedaqoji baxımsızlığı üzə çıxmasına baxmayaraq əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmur. Zərərçəkmiş şəxs fərdi-psixoloji xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri üzə çıxmır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə Zərərçəkmiş şəxs ifadəsi (Təqsirləndirilən şəxs onunla yalnız bir dəfə təbii yolla cinsi əlaqəda olması, habelə Təqsirləndirilən şəxs onunla qeyri-təbii yolla cinsi əlaqədə olmamasına aid hallar istisna olunmaqla), şahidlər Qanuni nümayəndə və Şahid ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrini (Zərərçəkmiş şəxs ilə yalnız bir dəfə təbii yolla cinsi əlaqədə olması, habelə Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri (həmin ifadələrində o, Təqsirləndirilən şəxs onunla cəmi üç dəfə təbii yolla, habelə qeyri-təbii yolla cinsi əlaqədə olmasını göstərmişdir), ekspertiza rəyləri, o cümlədən məhkəmə-tibbi eksperitzasının rəyi, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərilən xüsusatlar, yəni Zərərçəkmiş şəxs ilə yalnız bir dəfə təbii yolla cinsi əlaqədə olması, habelə Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri (həmin ifadələrində o, Təqsirləndirilən şəxs onunla cəmi üç dəfə təbii yolla, habelə qeyri-təbii yolla cinsi əlaqədə olmasını göstərmişdir), ekspertiza rəyləri, o cümlədən məhkəmə-tibbi eksperitzasının rəyi, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (müdafiəçinin iştirakı ilə verdiyi bu ifadələrində o, ittihamda göstərilən bütün xüsusatları təsdiq etmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olan xüsusatlara aid hissələrini sübut və obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərilən xüsusatlar, yəni Təqsirləndirilən şəxs onunla yalnız bir dəfə təbii yolla cinsi əlaqədə olması, habelə Vəlixanın onunla qeyri-təbii yolla cinsi əlaqədə olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri (həmin ifadələrində o, Təqsirləndirilən şəxs onunla cəmi üç dəfə təbii yolla, habelə qeyri-təbii yolla cinsi əlaqədə olmasını göstərmişdir), ekspertiza rəyləri, o cümlədən məhkəmə-tibbi eksperitzasının rəyi, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (müdafiəçinin iştirakı ilə verdiyi bu ifadələrində o, ittihamda göstərilən bütün xüsusatları təsdiq etmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir və onun bu ifadəsini Təqsirləndirilən şəxs müdafiəsi məqsədilə öz mülahizələrinə uyğun verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alıb, habelə məhkəmədə tədqiq olunmuş sübutlara, o cümlədən iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspert rəyləri və məhkəmədə elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materiallarına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 12 yaşına çatmış, lakin 14 yaşına çatmayan xx xxxxxx 2011ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə sonuncunun öz istəyi ilə təkrarən cinsi əlaqədə olmuş və seksual xarakterli digər hərəkətlər etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Sabirabad Rayon Məhkəməsinin 29 iyul 2024-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 27 iyul 2024-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Sabirabad şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 15 oktyabr 2024-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Sabirabad şəhəri, Nəsimi küçəsi, ev 21-də qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə qənaətbəxş (yaşadığı ərazidə ondan nümayəndəliyə şikayət daxil olmamışdır) xarakterizə olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Habelə işdə olan sənədlərlə müəyyən olunur ki, Zərərçəkmiş şəxs xx xxxxxx 2011ci ildə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, Sabirabad rayonunun Suqovuşan kəndində qeydiyyatda olmaqla ünvan 1-də valideynianası Qanuni nümayəndə himayəsində yaşayır. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 152.4.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 152.4.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 62 və 70ci maddələrinin tətbiq olunması, habelə barəsində xüsusi müsadirə təyin edilməsi üçün (həmin Məcəllənin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Habelə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qəbul edib, bu Məcəllənin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını məhkəmə nəzərə alaraq hesab edir ki, cəza təyini zamanı CM-nin 60-cı maddəsinin müddəalarının tətbiq edilməsi üçün əsaslar vardır. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Eyni zamanda məhkəmə iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halı, yəni təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsini, habelə təqsirləndirilən şəxsin şəxsiyyəti (əməlindən peşmançılıq çəkməsi və ilk məhkumluğu), təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin arasında olan hazırki münasibətləri (biri-birini sevməklə evlənmək niyyətində olmalarını bildirmələri), eləcə də işin faktiki hallarını (o cümlədən zərərçəkmiş şəxsin bilavasitə təklifi ilə təqsirləndirilən şəxsin onunla cinsi əlaqəda olmasını) nəzərə alaraq ona təqsirli bilindiyi CM-nin 152.4.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddə təyin edilməsini və həmin müddət ərzində onun islah olunmasını mümkün hesab edir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 27 iyul 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. İş üzrə mülki iddia verilməmiş və maddi sübutlar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 27 iyul 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə ekspertiza tədqiqatı xərci-100 (bir yüz) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar