Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-164/2022 06.05.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Musayev Aqil Əlisa oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, müvafiq olaraq onların müdafiəçiləri olan Lənkəran rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi3 iştirakları ilə, 04 avqust 1977-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1972-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində hazırki cinayət işi materiallarından başqa cinayət işinin ayrıca icraata ayrıldığı İran İslam Respublikası (bundan sonra - İran İR) vətəndaşı olan başqa şəxslə sonuncunun İran İR-dən Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirəcəyi külli miqdarda narkotik vasitə olan heroin (bundan sonra heroin) və psixotrop maddə olan metamfetamini (bundan sonra - metamfetamin) gizlədiləcəyi yerdən götürəcəklərinə dair qabaqcadan vəd verdikdən, cinayətkar qrupun İran İR-də olan digər üzvü ilə həmin kütlələrin Azərbaycan Respublikası ərazisində satışının həyata keçirilməsi, yəni satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınması barədə əvvəlcədən razılıq əldə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən və sonuncudan həmin kütlələrin göstərilən üsul və məqsədlə İran İR-dən Azərbaycan Respublikası ərazisinə keçirilib gizlədildiyi müvafiq yer barədə məlumat aldıqdan sonra ümumi cinayətkar niyyətə uyğun olaraq, 16 sentyabr 2021-ci il tarixdə köhnə Ələt-Astara avtomobil yolunun Astara rayonu, Ərkivan qəsəbəsi ərazisindən keçən hissəsində yerləşən reklam lövhəsinin altında gizlədilmiş yerdən götürməklə əldə etdikləri, nəticədə Azərbaycan Respublikası ərazisinə göstərilən üsulla keçiriləcəyini qabaqcadan bildiklərinə görə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməsinə köməklik etdikləri, iki ədəd bağlamada, ayrı-ayrılıqda təmiz çəkiləri 1004,0 qram və 1009,0 qram, ümumi təmiz çəkisi 2013,0 qram olmaqla külli miqdar təşkil edən, tiryəkdən kustar üsulla hazırlanmış heroini, bir ədəd bağlamada təmiz çəkisi 495,992 qram, yəni külli miqdar təşkil edən metamfetamini üzərilərində saxlayıb Lənkəran şəhəri, M.R.Vəssab küçəsində yerləşən yaşadıqları evə tərəf daşımışlar. Həmin kütlələr 16 sentyabr 2021-ci il tarixdə Lənkəran Şəhər Rayon X8 Polis Bölməsinin (bundan sonra - Liman PB) əməkdaşları tərəfindən Rustam və Təqsirləndirilən şəxs1lar Lənkəran şəhəri, M.R.Vəssab küçəsində saxlanıldıqdan və şübhəli şəxs qismində tutulduqdan sonra üzərilərinə şəxsi axtarış keçirilərkən əllərində olmuş bağlamalardan aşkar edilmiş, qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o və qardaşı X6 (bundan sonra - Elşən) heroin və metamfetamindən istifadə etsələr də, onların satışı ilə məşğul olmamış, İran İR vətəndaşı ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi barədə hər hansı formada razılaşmamış, 16 sentyabr 2021-ci il tarixdə Astara rayonu, Ərkivan qəsəbəsində yerləşən köhnə Ələt-Astara avtomobil yolunun üzərində yerləşən reklam lövhəsinin altından içərisində külli miqdarda heroin və metamfetamin olmuş sellofan torba götürməmişlər. Həmin tarixdə polis əməkdaşları Şahid1 və qeyriləri onu və Elşəni yaşadıqları evdə olarkən hər hansı əsas olmadan, qanunsuz olaraq saxlayıb Liman PB-yə gətirmiş, onlara zor tətbiq etmiş, bu üsulla onları irəli sürülmüş ittihamda göstərilən heroinlər və metamfetamini guya “Pərviz” adlı İran İR vətəndaşı ilə qabaqcadan razılaşdıqdan sonra əldə etdikləri barədə etirafedici məzmunda ifadə verməyə məcbur etmişlər. Buna görə də o və Elşən ibtidai araşdırma zamanı məcburiyyət qarşısında qalıb polis əməkdaşlarının onlara dediyi etirafedici məzmunda izahat və ifadələr vermişlər. İş üzrə irəli sürülmüş ittihamda göstərilən heroin və metamfetaminin onlara aidiyyəti yoxdur. İbtidai araşdırma zamanı verdiyi bütün izahat və ifadələrini, üzərinə şəxsi axtarış keçirilməsi barədə protokolu imzalasa da, göstərilən səbəblərdən məzmunlarını təsdiq etmir. Onunla bağlı keçirilmiş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etsə də, sonuncuya, eləcə də hər hansı dövlət orqanına, həbsdə saxlanıldığı Bakı istintaq təcridxanasının rəhbərliyi, orada onu tibbi müayinə etmiş şəxslərə polis əməkdaşlarının ona qarşı etdiyi qanunsuz hərəkətlər barədə məlumat verməmişdir. Bunun səbəbi barədə verilmiş suala cavab vermək istəmir. Bakı istintaq təcridxanasına ilk dəfə qəbul edilərkən bədənində hər hansı xəsarət aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 verdiyi ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmiş və Təqsirləndirilən şəxs2 ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qeyd etdiyi bütün xüsusatlar üzrə tamamilə eyni məzmunda göstərmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində ədalətli qərar qəbul edilməsini xahiş etmişlər. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə 16 sentyabr 2021-ci il tarixdə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən şübhəli şəxs qismində şifahi, sonra yazılı qaydada verdiyi izahatı, müvafiq olaraq 17 və 18 sentyabr 2021-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq, özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, 2021-ci ilin sentyabr ayının əvvəllərində “İnstagram” sosial şəbəkəsində tanış olduğu və bu vasitə ilə danışdığı “Pərviz” adlı İran İR vətəndaşı (bundan sonra – “Pərviz”) ilə sonuncunun İran İR-dən göndərəcəyi narkotik vasitələri satdıqdan sonra dəyərini təşkil edən pul məbləğlərini “Pərviz”ə göndərəcəyi və özünün də qazanc əldə edəcəyi barədə razılaşmışlar. Qardaşı Elşənə (bundan sonra – Elşən) bu barədə deyərkən sonuncu da onun təklifi ilə razılaşmışdır. Onun və Elşənin “Pərviz”in təklifi ilə razılaşmalarının səbəbini yaşadıqları evi təmir etdirmək üçün pula ehtiyaclarının olması ilə izah edir. “Pərviz”ə Elşənin də onun təklifi ilə razı olduğunu dedikdən sonra “Pərviz”lə sonuncunun ona İran İR-dən göndərəcəyi cəmi iki kq. heroin və yarım kq. metamfetaminin ümumi dəyərini təşkil edən iyirmi beş min manat məbləğində pulun beş min manatını əvvəlcə, qalan hissəsini isə həmin kütlələri satdıqdan sonra “Pərviz”ə göndərəcəyi barədə razılaşmışlar. Elşənlə beş min manat məbləğində pul əldə etdikdən sonra 15 sentyabr 2021-ci il tarixdə bu barədə “Pərviz”ə məlumat vermişdir. Sonuncu ona razılaşdıqları çəkidə olan heroin və metamfetamini sabahı gün İran İR-dən göndərəcəyini demişdir. 16 sentyabr 2021-ci il tarixdə saat 15 radələrində “Pərviz” ona razılaşdıqları çəkidə olan heroin və metamfetamini köhnə Ələt-Astara avtomobil yolunun Astara rayonu, Ərkivan qəsəbəsi ərazisindən keçən hissəsində yerləşən reklam lövhəsinin altına qoydurduğunu dediyinə, həmin kütlələri götürəcəyi yerə beş min manat məbləğində pulu qoymağı tapşırdığına görə saat 16 radələrində Elşənlə birlikdə Astara rayonu, Ərkivan qəsəbəsində “Pərviz”in dediyi yerə getmiş, orada reklam lövhəsinin altına qoyulmuş bir ədəd sellofan torbanı götürmüş və həmin yerə beş min manat məbləğində pul qoymuşlar. Orada həmin torbanın içərisində iki ədəd bağlamada heroin və bir ədəd bağlamada metamfetamin olmasını görmüşlər. Ayrı-ayrılıqda bir ədəd bağlamada olmuş heroin və metamfetamini özü, digər bir ədəd bağlamada olmuş heroini isə Elşən götürmüşdür. Polis əməkdaşları onları yaşadıqları evin qarşısında saxlayıb Liman PB-yə gətirmişlər. Orada videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən əlindəki sellofan torbadan aşkar edilmiş, ayrı-ayrılıqda bir ədəd bağlamadakı heroin və metamfetaminin ümumi təmiz çəkilərinin müvafiq olaraq 1045 qram və 545 qram olduğu müəyyən edilmiş, həmin kütlələr qablaşdırılıb götürülmüş və bu barədə tərtib edilmiş protokola imza etmişdir. Polis əməkdaşları tərəfindən ona zor tətbiq edilməmişdir (İ cild, səh. 71-75, 96-99, 121-123). Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə 16 sentyabr 2021-ci il tarixdə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən şübhəli şəxs qismində şifahi, sonra yazılı qaydada verdiyi izahatı, müvafiq olaraq 17 və 18 sentyabr 2021-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq, özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilərək Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi izahat və ifadələrində işin halları barədə eyni məzmunda göstərmiş və əlavə olaraq qeyd etmişdir ki, 16 sentyabr 2021-ci il tarixdə Liman PB-də videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən əlindəki sellofan torbadan aşkar edilmiş, bir ədəd bağlamadakı heroinin ümumi təmiz çəkisinin 1065 qram olduğu müəyyən edilmiş, həmin kütlə qablaşdırılıb götürülmüş və bu barədə tərtib edilmiş protokola imza etmişdir. Polis əməkdaşları tərəfindən ona zor tətbiq edilməmişdir (İ cild, səh. 29-32, 91-94, 109-111). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Liman PB-nin əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid1 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq etmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə ibtidai istintaq zamanı verdikləri, məhkəmə istintaqı zamanı elan edilmiş ifadələrində barələrində keçirilmiş əməliyyat-axtarış tədbiri və üzərilərinə şəxsi axtarışın nəticələri barədə eyni məzmunda göstərmiş və əlavə olaraq qeyd etmişdir ki, 16 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olmaları barədə ona daxil olmuş əməliyyat məlumatları üzrə qəbul etdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarlar əsasında Liman PB-nin əməkdaşları Şahid3 Məhəbbət oğlu və qeyrilərinin iştirakları ilə keçirdiyi əməliyyat-axtarış tədbiri zamanı Lənkəran şəhəri, M.R.Vəssab küçəsində yerləşən yaşadıqları evin yaxınlığında, oraya doğru hərəkətdə olarkən üzərilərində narkotik vasitə olması şübhəsi ilə saxlayıb Liman PB-yə gətirmişlər. Rustam və Təqsirləndirilən şəxs1lara saxlanılarkən və Liman PB-də olarkən o və hər hansı polis əməkdaşı tərəfindən zor tətbiq edilməmişdir. Rustam və Təqsirləndirilən şəxs1ların üzərinə şəxsi axtarış keçirilməsi barədə tərtib edilmiş protokollara imza etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Liman PB-nin polis nəfəri Şahid3 Məhəbbət oğlu Şahid1 ilə eyni məzmunda ifadə vermiş, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq etmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - ilkin araşdırma materiallarından, yəni 16 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində tərtib edilmiş, onların narkotik vasitələrin satışı ilə məşğul olmalarına dair əməliyyat məlumatlarının rəsmiləşdirilməsi haqqında raportlar, “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” qərarlar, onların icra edilməsinin nəticəsi barədə raportlar, Rustam və Təqsirləndirilən şəxs1ların üzərilərinə şəxsi axtarış keçirilməsi barədə protokollar və onlara əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülərdən sonuncular barəsində keçirilmiş əməliyyat-axtarış tədbirinin əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların ibtidai istintaq zamanı Rustam və Təqsirləndirilən şəxs1ların, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrində göstərdikləri qaydada baş verdiyi, həmçinin üzərilərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs2 əlində, ayrı-ayrılıqda bir ədəd bağlamada olmuş heroin və metamfetamini, Təqsirləndirilən şəxs1 əlində bir ədəd bağlamada olmuş heroini polis əməkdaşlarına hər hansı təsir olmadan təqdim etdikləri, hər hansı hala etiraz etmədikləri və müdafiəçilərinin verdiyi müvafiq suala cavab olaraq polis əməkdaşlarının onlara qarşı zor tətbiq etmədiyini bildirdikləri müəyyən edilir (İ cild, səh. 4, 5, 8, 29-31, 46, 47, 50, 71-73). - Lənkəran Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 5(049)-137/2021 və 138/2021 nömrəli qərarlarından görünür ki, iş üzrə müvafiq olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri qanuni və əsaslı hesab edilmişdir (İ cild, səh. 159-162). - Məhkəmə fiziki-kimyəvi ekspertizasının 17 sentyabr 2021-ci il tarixli, 19/935 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bir ədəd bağlamada olan, təmiz çəkisi 1009,0 qram təşkil edən maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildikdən sonra heroinin qalıq çəkisi 1008,95 qram təşkil edir. Ekspertiza xərci 50,0 manatdır (İ cild, səh. 43, 44). - Məhkəmə fiziki-kimyəvi ekspertizasının 17 sentyabr 2021-ci il tarixli, 19/936 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş, ayrı-ayrılıqda bir ədəd bağlamada olan, təmiz çəkisi 1004,0 qram təşkil edən maddə tiryəkdən kustal üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi 495,992 qram təşkil edən, ağ rəngli kristal formada olan maddə metamfetamindir. Tədqiqata sərf edildikdən sonra heroin və metamfetaminin qalıq çəkiləri müvafiq olaraq 1003,95 qram və 495,942 qram təşkil edir. Ekspertiza xərci 65,0 manatdır (İ cild, səh. 86-88). - Əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş material hesab edilən Liman PB-nin 06 dekabr 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, verilmiş əməliyyat tapşırığı üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olduqları, iş üzrə onlardan aşkar edilmiş heroin və metamfetamini “Pərviz” adlı İran İR-nin vətəndaşından əldə etdikləri müəyyən edilmişdir (İ cild, səh. 230). Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdikləri ifadələrində Liman PB-nin əməkdaşları tərəfindən onlara zor tətbiq edilməsi səbəbindən etirafedici məzmunda ifadələr vermələri, iş üzrə irəli sürülmüş ittihamda göstərilən heroin və metamfetaminin onlara aid olmaması barədə özlərini müdafiə etmək üçün irəli sürdükləri dəlillər müvafiq qaydada Rustam və Təqsirləndirilən şəxs1ların videoçəkiliş aparılmaqla üzərilərinə şəxsi axtarış keçirilərkən müdafiəçilərinin verdiyi müvafiq suala cavab olaraq polis əməkdaşlarının onlara qarşı zor tətbiq etmədiyini bildirmələri, məhkəmə istintaqı zamanı verdikləri ifadələrində isə onlarla bağlı keçirilmiş bütün istintaq hərəkətlərində iştirak etmiş müdafiəçilərinə, eləcə də hər hansı dövlət orqanına, həbsdə saxlanıldığı Bakı istintaq təcridxanasının rəhbərliyi, orada onu tibbi müayinə etmiş şəxslərə polis əməkdaşlarının ona qarşı etdiyi qanunsuz hərəkətlər barədə məlumat vermədiklərini və Bakı istintaq təcridxanasına ilk dəfə qəbul edilərkən bədənlərində hər hansı xəsarətin aşkar edilmədiyini göstərmələri, məhkəmə-tibbi ekspertizasının 17 sentyabr 2021-ci il tarixli, 908 və 909 nömrəli rəylərində (İ cild, səh. 142-145) Rustam və Təqsirləndirilən şəxs1ların məhkəmətibbi müayinə zamanı hər hansı şikayət bildirməmələri və bədənləri üzərində hər hansı xəsarətin aşkar edilməməsinin göstərilməsi, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid3 Məhəbbət oğlunun verdikləri ifadələr, ibtidai araşdırma zamanı Rustam və Təqsirləndirilən şəxs1ların verdikləri etirafedici izahat və ifadələr, materialların məhkəmə ekspertizasının 17 sentyabr 2021-ci il tarixli, 19/935 və 19/936 nömrəli rəyləri, ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edildiyi göstərilmiş faktiki halları ilə tam təkzib edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı verdikləri izahat və ifadələrini müdafiəçilərinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiklərinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir, məhkəmə istintaqı zamanı verdikləri ifadələrinin özlərini müdafiə etmək üçün irəli sürdükləri dəlillərlə bağlı hissələrini isə müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və ya kənar keçirilməsi, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrində müvafiq olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama və ya daşıma cinayət əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi yolu ilə törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan mal və ya əşyaların gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir. Şəxsin mal və ya digər əşyaları qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməmişdən əvvəl bu barədə məlumat aldıqdan sonra qəbul etməsi əməlində qaçaqmalçılıq cinayətinin tərkib əlamətlərini yaradır. Məhkəmə hesab edir ki, qaçaqmalçılıq cinayətinin predmeti olan mal və ya əşyaları Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən əvvəl bu barədə məlumat almış, onları Azərbaycan Respublikası ərazisində qəbul edəcəyini qabaqcadan vəd etmiş və Azərbaycan Respublikasının ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən, yəni cinayət başa çatdıqdan sonra bilavasitə keçirildiyi yerdə deyil, yaşayış məntəqəsində qəbul etmiş şəxs cinayətin köməkçisi kimi qəbul edilməlidir. Bu baxımdan, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iş üzrə ümumi təmiz çəkisi 2013,0 qram təşkil edən heroin və təmiz çəkisi 495,992 qram təşkil edən metamfetamini İran İR-dən Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən əvvəl bu barədə məlumat aldıqdan, Azərbaycan Respublikası ərazisində qəbul edəcəklərini qabaqcadan vəd etdikdən və Azərbaycan Respublikasının ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirildikdən, yəni qaçaqmalçılıq cinayəti başa çatdıqdan sonra köhnə Ələt-Astara avtomobil yolunun Astara rayonu, Ərkivan qəsəbəsi ərazisindən keçən hissəsində yerləşən reklam lövhəsinin altında gizlədildiyi yerdən, yəni bilavasitə qaçaqmalçılıq yolu ilə keçirildiyi yerdə deyil, yaşayış məntəqəsinə yaxın yerdə qəbul etdiyinə görə qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçisi kimi iştirak etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, 10 nömrəli Qərarında göstərilmişdir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş Azərbaycan Respublikası CM-in 34.2-ci maddəsinin tələblərinə əsaslanmaq lazımdır. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı biri və ya bir neçəsini etməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bu hüquqi mövqedən belə nəticə hasil olur ki, əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq kimi tövsif edilməsi üçün həmin cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı biri və ya bir neçəsinin bu barədə əvvəlcədən razılaşmış iki və ya daha çox şəxs tərəfindən törədilməsinin müəyyən edilməsi tələb olunur. İş üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamın məzmunundan və cinayət işindən başqa cinayət işinin ayrıca icraata ayrılması barədə 22 dekabr 2021-ci il tarixli qərardan (İ cild, səh. 252-254) görünür ki, ibtidai istintaq orqanı heroin və metamfetaminin İran İR-dən Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsindən ibarət əməlin obyektiv cəhətinin qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, cinayətkar qrupun İran İR vətəndaşı olan bir nəfər üzvü tərəfindən tək halda törədildiyi barədə nəticəyə gəldiyi halda, Rustam və Təqsirləndirilən şəxs1ların törətdiyi müvafiq əməli Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi əvəzinə, 206.3.2-ci maddəsinə tövsif etmişdir. Bu zaman həm də onu nəzərə almaq lazımdır ki, Rustam və Təqsirləndirilən şəxs1lar qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçisi qismində iştirak etdiklərinə görə həmin cinayətə münasibətdə qabaqcadan əlbir olan bir qrup şəxs dairəsinə daxil edilə bilməz. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qaçaqmalçılıq cinayətini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməmiş, cinayətkar qrupun İran İR vətəndaşı olan üzvü tərəfindən tək halda törədilmiş qaçaqmalçılıq cinayətinə köməkçilik etmişlər. Bu səbəbdən iş üzrə Rustam və Təqsirləndirilən şəxs1ların qaçaqmalçılıq cinayətinə münasibətdə törətdiyi əməl Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsindən 32.5,206.2-ci maddəsinə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən heroin və tiryək narkotik vasitə hesab edilir. Heroin və metamfetaminin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi müvafiq olaraq 0,15 qram, külli miqdarının (qramla) aşağı həddi isə 2,0 qramdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayətkar qrupun İran İR vətəndaşı olan üzvü ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən sonra ümumi təmiz çəkisi 2013,0 qram təşkil edən heroin və təmiz çəkisi 495,992 qram təşkil edən metamfetamini Azərbaycan Respublikası ərazisində satışını həyata keçirmək məqsədilə əldə etmə, daşıma və saxlamaları onların əməlində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətmələri özlərinin ibtidai araşdırma zamanı verdikləri etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid3 verdikləri ifadələr, Rustam və Təqsirləndirilən şəxs1ların üzərinə şəxsi axtarış keçirilməsi barədə 16 sentyabr 2021-ci il tarixli protokollar, onlara əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülər, məhkəmə fiziki-kimyəvi ekspertizasının 17 sentyabr 2021-ci il tarixli, 19/935 və 19/936 nömrəli rəyləri, əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş material hesab edilən Liman PB-nin 06 dekabr 2021-ci il tarixli məktubu, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroin və metamfetamin qalıqları, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iş üzrə törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsas yoxdur. Buna görə də onlar Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməlidirlər. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamələr, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2012-ci il tarixli, 1(089)-60/2012 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. Rəhmanov X5 Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib qəti olaraq 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15 sentyabr 2020-ci il tarixdə cəzasını çəkib qurtarmışdır (İ cild, 182-214). Məhkəmə Azərbaycan Respublikası CM-in 15.4, 18.2.2, 83.1, 83.3.4 və 83.4-cü maddələrinə əsaslanaraq hesab edir ki, Rəhmanov X5 Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilindiyi, ağır cinayətlər kateqoriyasına aid olan əməllərə görə məhkumluğu ödənilmədiyinə görə hazırki iş üzrə məhkumluğu olan şəxsdir, əməlində cinayətlərin təhlükəli residivi mövcuddur. - Lənkəran RİHB-nın Lənkəran şəhər 1 nömrəli İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 dekabr 2021-ci il tarixli arayışlar və xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 subaydırlar, təqaüdçü anaları ilə birlikdə yaşamışlar, yaşayış yeri üzrə normal xarakterizə edilmişdir (İ cild, səh. 234-237). Göstərilənlərə əsasən məhkəmə: - Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CMin 8.1, 9, 41.2, 58.3 və 65.1-ci maddələrini rəhbər tutaraq, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2012-ci il tarixli hökmü ilə təqsirli bilindiyi, Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş, məhkumluğunun ödənilmədiyi və ya götürülmədiyi cinayət əməllərinin xarakteri, ağırlığı və nəticələrini, məhkum edildiyi 9 il müddətə azadlıqdan məhrum etmə cəzasının islah təsirinin yetərli olmamasına səbəb olan halları, hazırki iş üzrə törətdiyi cinayət əməllərinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, cəzasını yüngülləşdirən halın olmadığını, əməlində cinayətlərin təhlükəli residivindən ibarət cəzasını ağırlaşdıran halın olduğunu (Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən), təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvünün həyat şəraitinə təsirini, - Təqsirləndirilən şəxs1 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CMin 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, hazırki iş üzrə törətdiyi cinayət əməllərinin xarakteri, ictimai təhlükəlilik dərəcəsini, yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvünün həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki,: Cinayət qanunvericiliyinin göstərilən müddəaları və iş üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən nəzərə alınan hallara əsasən onlara qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının həddi müəyyən edilərkən Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbinə əməl edilməlidir. Müvafiq olaraq Azərbaycan Respublikası CM-in 56.1.2 və 56.1.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs1 Rustam oğlu və Təqsirləndirilən şəxs2 barələrində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi və ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən onlara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduqları 16 sentyabr 2021-ci il tarixdən hesablanmalı və Lənkəran Rayon Məhkəməsinin 18 sentyabr 2021-ci il tarixli qərarları (İ cild, səh. 134-141) ilə barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1.4, 198.1 və 198.3-cü maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs1 Rustam oğlu və Təqsirləndirilən şəxs2 bərabər qaydada cəmi 115 (bir yüz on beş) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 2012,9 qram təşkil edən heroin və qalıq çəkisi 495,942 qram təşkil edən metafetamin məhv edilməlidir. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 17 sentyabr 2021ci il tarixli, 1003 və 1004 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəlikləri aşkar olunur. Onların narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmaları məsləhət görülür (İ cild, səh. 146, 147). Buna görə də Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 Rustam oğlu və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli və onlar ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 16 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 16 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bərabər qaydada cəmi 115 (bir yüz on beş) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 2012,9 qram təşkil edən heroin və qalıq çəkisi 495,942 qram təşkil edən metafetamin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə isə hökmün surətinin onlara verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-164/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-164/2022
06.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver