Məhkəmə qərarları › İş №1(099)-165/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-165/2022

20.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-165/2022 20.06.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi2 və zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs5 oğlu, Zərərçəkmiş şəxs7 Qüdrət oğlu, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs13 və Zərərçəkmiş şəxs8 iştirakı ilə, xx xxxxxx 1993-cü ildə Cəlilabad rayonunun Sabirabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, həmin ünvanda qeydiyyatda olmaqla orada yaşamış, barəsində 15 oktyabr 2021-ci ildə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirərək təkrar dələduzluq etmiş, eləcə də vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə və təkrar rüşvət verməyə başqa şəxsi təkrar təhrik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2019-ci ilin sentyabr ayının əvvəllərində Cəlilabad rayonunun Şatırlı kənd sakini Zərərçəkmiş şəxs7 Qüdrət oğluna əlillik təyin olunmasına köməklik edəcəyini yalandan vəd edərək Zərərçəkmiş şəxs7 aldadıb onda yaratdığı inam və etibardan sui-istifadə edib belə niyyəti olmadan bunun müqabilində vahid niyyətlə istədiyi ümumilikdə 3500 (üç min beş yüz) manat pulun 2019-cu ilin sentyabr ayının sonlarında əvvəlcə 2800 manatını, 2021-ci ilin apel ayının sonlarında isə qalan 700 manat məbləğini Cəlilabad rayonu ərazisində Zərərçəkmiş şəxs7 alaraq şəxsi ehtiyaclarına xərcləməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2020-ci ilin avqust ayının sonlarında Cəlilabad rayonunun Sabirabad kənd sakini X2 nişanlısı X5 cinayətdən xəbərsiz Cəlilabad rayon mərkəzi xəstəxanası X43 həkimməsləhət komissiyasının sədri işləyən Şahid vasitəsilə əlillik təyin olunmasına nail olacağını yalandan vəd edərək Ehtiram Quliyevi aldadıb onda yaratdığı inam və etibardan sui-istifadə edib belə niyyəti olmadan xidməti vəzifələrinin icrası ilə əlaqədar vəzifəli şəxs - Cəlilabad rayon mərkəzi xəstəxanası X43 həkim-məsləhət komissiyasının sədri işləyən Şahid tərəfindən bilə-bilə qanunsuz hərəkətlər edilməsinə görə, yəni sağlamlıq vəziyyətinə görə əlillik təyin edilməmiş X5 qanunsuz olaraq əlillik təyin edilməsinə nail olmaq üçün müvafiq diaqnozların qeyd olunduğu göndəriş verilməsindən ötrü Ehtiram Quliyevin razılığını almaqla onunla sövdələşib maddi nemət olan 3000 manat pulu rüşvət qismində verməyə təhrik etmiş, Ehtiram Quliyev razılaşdığı üçün sonuncudan Cəlilabad şəhəri ərazisində qəbul etdiyi 3000 manat pulu şəxsi ehtiyaclarına sərf edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmiş, eləcə də xidməti vəzifəsinin icrası ilə əlaqədar vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə vəzifəli şəxsə özünün vasitəsilə birbaşa yolla maddi nemət olun pulu rüşvət qismində verməyə başqa şəxsi təhrik etmişdir. Bundan başqa o, təkrar aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2020-ci ilin avqust ayının sonlarında Cəlilabad rayonunun Sabirabad kənd sakini X2 qardaşı X24 cinayətdən xəbərsiz Cəlilabad rayon mərkəzi xəstəxanası X43 həkimməsləhət komissiyasının sədri işləyən Şahid vasitəsilə əlillik təyin olunmasına nail olacağını yalandan vəd edərək Ehtiram Quliyevi aldadıb onda yaratdığı inam və etibardan sui-istifadə edib belə niyyəti olmadan xidməti vəzifələrinin icrası ilə əlaqədar vəzifəli şəxs - Cəlilabad rayon mərkəzi xəstəxanası X43 həkim-məsləhət komissiyasının sədri işləyən Şahid tərəfindən bilə-bilə qanunsuz hərəkətlər edilməsinə görə, yəni sağlamlıq vəziyyətinə görə əlillik təyin edilməmiş X5 qanunsuz olaraq əlillik təyin edilməsinə nail olmaq üçün müvafiq diaqnozların qeyd olunduğu göndəriş verilməsindən ötrü Ehtiram Quliyevin razılığını almaqla onunla sövdələşib maddi nemət olan 2000 (iki min) manat pulu rüşvət qismində verməyə təhrik etmiş, Ehtiram Quliyev razılaşdığı üçün sonuncudan Cəlilabad şəhəri ərazisində qəbul etdiyi 2000 manat pulu şəxsi ehtiyaclarına sərf edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirməklə təkrar dələduzluq etmiş, eləcə də xidməti vəzifəsinin icrası ilə əlaqədar vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə vəzifəli şəxsə özünün vasitəsilə birbaşa yolla maddi nemət olun pulu təkrar rüşvət qismində verməyə başqa şəxsi təkrar təhrik etmişdir. Bundan başqa o, təkrar aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2020-ci ilin dekabr ayının əvvəlində Cəlilabad rayonunun Sabirabad kənd sakini Zərərçəkmiş şəxs11 ona yenidən əlillik təyin olunmasına köməklik edəcəyini yalandan vəd edərək Zərərçəkmiş şəxs11 aldadıb onda yaratdığı inam və etibardan sui-istifadə edib belə niyyəti olmadan bunun müqabilində istədiyi 1500 manat pulu Cəlilabad rayonu ərazisində Zərərçəkmiş şəxs11 alaraq şəxsi ehtiyaclarına xərcləməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrar aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2020-ci ilin dekabr ayının sonunda Cəlilabad rayonunun Sabirabad kənd sakini Zərərçəkmiş şəxs13 ona yenidən ünvanlı sosial yardım təyin olunmasına köməklik edəcəyini yalandan vəd edərək Zərərçəkmiş şəxs13 aldadıb onda yaratdığı inam və etibardan sui-istifadə edib belə niyyəti olmadan bunun müqabilində istədiyi 600 manat pulu Cəlilabad rayonu ərazisində Zərərçəkmiş şəxs13 alaraq şəxsi ehtiyaclarına xərcləməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrar aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin yanvar ayında Cəlilabad rayonu, Sabirabad kənd sakini Zərərçəkmiş şəxs3 sonuncunun arvadı X25 və bacısı X14 cinayətdən xəbərsiz Cəlilabad rayon mərkəzi xəstəxanası X43 həkim-məsləhət komissiyasının sədri işləyən Şahid vasitəsilə yenidən əlillik təyin olunmasına nail olacağını yalandan vəd edərək Zərərçəkmiş şəxs3 aldadıb onda yaratdığı inam və etibardan sui-istifadə edib belə niyyəti olmadan xidməti vəzifələrinin icrası ilə əlaqədar vəzifəli şəxs - Cəlilabad rayon mərkəzi xəstəxanası X43 həkim-məsləhət komissiyasının sədri işləyən Şahid tərəfindən bilə-bilə qanunsuz hərəkətlər edilməsinə görə, yəni sağlamlıq vəziyyətinə görə əlillik təyin edilməmiş X25 və X14 qanunsuz olaraq əlillik təyin edilməsinə nail olmaq üçün müvafiq diaqnozların qeyd olunduğu göndəriş verilməsindən ötrü Zərərçəkmiş şəxs3 razılığını almaqla onunla sövdələşib maddi nemət olan 2000 (iki min) manat pulu rüşvət qismində verməyə təhrik etmiş, Zərərçəkmiş şəxs3 razılaşdığı üçün sonuncudan Cəlilabad şəhəri ərazisində qəbul etdiyi 2000 manat pulu şəxsi ehtiyaclarına sərf edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirməklə təkrar dələduzluq etmiş, eləcə də xidməti vəzifəsinin icrası ilə əlaqədar vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə vəzifəli şəxsə özünün vasitəsilə birbaşa yolla maddi nemət olun pulu rüşvət qismində verməyə başqa şəxsi təkrar təhrik etmişdir. Bundan başqa o, təkrar aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin fevral ayında Cəlilabad şəhər sakini Zərərçəkmiş şəxs2 cinayətdən xəbərsiz Cəlilabad rayon mərkəzi xəstəxanası X43 həkim-məsləhət komissiyasının sədri işləyən Şahid vasitəsilə yenidən əlillik təyin olunmasına nail olacağını yalandan vəd edərək Zərərçəkmiş şəxs2 aldadıb onda yaratdığı inam və etibardan sui-istifadə edib belə niyyəti olmadan xidməti vəzifələrinin icrası ilə əlaqədar vəzifəli şəxs - Cəlilabad rayon mərkəzi xəstəxanası X43 həkimməsləhət komissiyasının sədri işləyən Şahid tərəfindən bilə-bilə qanunsuz hərəkətlər edilməsinə görə, yəni sağlamlıq vəziyyətinə görə yenidən əlillik təyin edilməməsinə baxmayaraq ona qanunsuz olaraq əlillik təyin edilməsinə nail olmaq üçün müvafiq diaqnozların qeyd olunduğu göndəriş verilməsindən ötrü Zərərçəkmiş şəxs2 razılığını almaqla onunla sövdələşib maddi nemət olan 800 (səkkiz yüz) manat pulu rüşvət qismində verməyə təhrik etmiş, Zərərçəkmiş şəxs3 razılaşdığı üçün sonuncudan Cəlilabad şəhəri ərazisində qəbul etdiyi 800 manat pulu şəxsi ehtiyaclarına sərf edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirməklə təkrar dələduzluq etmiş, eləcə də xidməti vəzifəsinin icrası ilə əlaqədar vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə vəzifəli şəxsə özünün vasitəsilə birbaşa yolla maddi nemət olun pulu rüşvət qismində verməyə başqa şəxsi təkrar təhrik etmişdir. Bundan başqa o, təkrar aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Cəlilabad rayonunun Sabirabad kənd sakini Zərərçəkmiş şəxs9 sonuncunun övladı X26 əlillik təyin olunmasına köməklik edəcəyini yalandan vəd edərək Zərərçəkmiş şəxs9 aldadıb onda yaratdığı inam və etibardan sui-istifadə edib belə niyyəti olmadan bunun müqabilində vahid niyyətlə istədiyi ümumilikdə 4600 manat pulun 2020-ci ilin noyabr ayının sonlarında əvvəlcə 3000 manatını, 2020-ci ilin dekabr ayının əvvəlində 1000 manatını, bundan 4-5 gün sonra isə qalan 600 manatını Cəlilabad rayonu ərazisində Zərərçəkmiş şəxs9 alaraq şəxsi ehtiyaclarına xərcləməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrar aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Cəlilabad şəhər sakini Zərərçəkmiş şəxs1 sonuncunun övladı X27 əlillik təyin olunmasına köməklik edəcəyini yalandan vəd edərək Zərərçəkmiş şəxs1 aldadıb onda yaratdığı inam və etibardan sui-istifadə edib belə niyyəti olmadan bunun müqabilində istədiyi 1850 manat pulu 02 fevral 2021-ci ildə Cəlilabad şəhəri ərazisində Zərərçəkmiş şəxs1 alaraq şəxsi ehtiyaclarına xərcləməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrar aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Cəlilabad şəhər sakini Zərərçəkmiş şəxs8 faktiki istifadəsində olan torpaq sahəsinin adına sənədləşdirilməsinə köməklik edəcəyini yalandan vəd edərək Zərərçəkmiş şəxs8 aldadıb onda yaratdığı inam və etibardan sui-istifadə edib belə niyyəti olmadan bunun müqabilində istədiyi 1100 manat pulu 2021-ci ilin fevral ayının sonlarında Cəlilabad şəhəri ərazisində Zərərçəkmiş şəxs8 alaraq şəxsi ehtiyaclarına xərcləməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrar aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin mart ayının sonlarında Cəlilabad şəhər sakini Zərərçəkmiş şəxs6 sonuncunun arvadı X3 cinayətdən xəbərsiz Cəlilabad rayon mərkəzi xəstəxanası X43 həkimməsləhət komissiyasının sədri işləyən Şahid vasitəsilə yenidən əlillik təyin olunmasına nail olacağını yalandan vəd edərək Zərərçəkmiş şəxs6 aldadıb onda yaratdığı inam və etibardan suiistifadə edib belə niyyəti olmadan xidməti vəzifələrinin icrası ilə əlaqədar vəzifəli şəxs - Cəlilabad rayon mərkəzi xəstəxanası X43 həkim-məsləhət komissiyasının sədri işləyən Şahid tərəfindən biləbilə qanunsuz hərəkətlər edilməsinə görə, yəni sağlamlıq vəziyyətinə görə əlillik təyin edilməmiş X3 qanunsuz olaraq əlillik təyin edilməsinə nail olmaq üçün müvafiq diaqnozların qeyd olunduğu göndəriş verilməsindən ötrü Zərərçəkmiş şəxs6 razılığını almaqla onunla sövdələşib maddi nemət olan 1000 (min) manat pulu rüşvət qismində verməyə təhrik etmiş, Zərərçəkmiş şəxs6 razılaşdığı üçün sonuncudan Cəlilabad şəhəri ərazisində qəbul etdiyi 1000 manat pulu şəxsi ehtiyaclarına sərf edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirməklə təkrar dələduzluq etmiş, eləcə də xidməti vəzifəsinin icrası ilə əlaqədar vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə vəzifəli şəxsə özünün vasitəsilə birbaşa yolla maddi nemət olun pulu rüşvət qismində verməyə başqa şəxsi təkrar təhrik etmişdir. Bundan başqa o, təkrar aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin mart ayının sonlarında Cəlilabad şəhər sakini Zərərçəkmiş şəxs6 sonuncunun nəvəsi X11 cinayətdən xəbərsiz Cəlilabad rayon mərkəzi xəstəxanası X43 həkimməsləhət komissiyasının sədri işləyən Şahid vasitəsilə əlillik təyin olunmasına nail olacağını yalandan vəd edərək Zərərçəkmiş şəxs6 aldadıb onda yaratdığı inam və etibardan sui-istifadə edib belə niyyəti olmadan xidməti vəzifələrinin icrası ilə əlaqədar vəzifəli şəxs - Cəlilabad rayon mərkəzi xəstəxanası X43 həkim-məsləhət komissiyasının sədri işləyən Şahid tərəfindən bilə-bilə qanunsuz hərəkətlər edilməsinə görə, yəni sağlamlıq vəziyyətinə görə əlillik təyin edilməmiş X3 qanunsuz olaraq əlillik təyin edilməsinə nail olmaq üçün müvafiq diaqnozların qeyd olunduğu göndəriş verilməsindən ötrü Zərərçəkmiş şəxs6 razılığını almaqla onunla sövdələşib maddi nemət olan 1500 (min beş yüz) manat pulu rüşvət qismində verməyə təhrik etmiş, Zərərçəkmiş şəxs6 razılaşdığı üçün sonuncudan Cəlilabad şəhəri ərazisində qəbul etdiyi 1500 manat pulu şəxsi ehtiyaclarına sərf edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirməklə təkrar dələduzluq etmiş, eləcə də xidməti vəzifəsinin icrası ilə əlaqədar vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə vəzifəli şəxsə özünün vasitəsilə birbaşa yolla maddi nemət olun pulu rüşvət qismində verməyə başqa şəxsi təkrar təhrik etmişdir. Bundan başqa o, təkrar aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin aprel ayının əvvəllərində Cəlilabad şəhər sakini Zərərçəkmiş şəxs4 cinayətdən xəbərsiz Cəlilabad rayon mərkəzi xəstəxanası X43 həkim-məsləhət komissiyasının sədri işləyən Şahid vasitəsilə yenidən əlillik təyin olunmasına nail olacağını yalandan vəd edərək Zərərçəkmiş şəxs4 aldadıb onda yaratdığı inam və etibardan sui-istifadə edib belə niyyəti olmadan xidməti vəzifələrinin icrası ilə əlaqədar vəzifəli şəxs - Cəlilabad rayon mərkəzi xəstəxanası X43 həkim-məsləhət komissiyasının sədri işləyən Şahid tərəfindən bilə-bilə qanunsuz hərəkətlər edilməsinə görə, yəni sağlamlıq vəziyyətinə görə yenidən əlillik təyin edilməməsinə baxmayaraq ona qanunsuz olaraq əlillik təyin edilməsinə nail olmaq üçün müvafiq diaqnozların qeyd olunduğu göndəriş verilməsindən ötrü Zərərçəkmiş şəxs4 razılığını almaqla onunla sövdələşib maddi nemət olan 800 (səkkiz yüz) manat pulu rüşvət qismində verməyə təhrik etmiş, Zərərçəkmiş şəxs4 razılaşdığı üçün sonuncudan Cəlilabad şəhəri ərazisində qəbul etdiyi 800 manat pulu şəxsi ehtiyaclarına sərf edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirməklə təkrar dələduzluq etmiş, eləcə də xidməti vəzifəsinin icrası ilə əlaqədar vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə vəzifəli şəxsə özünün vasitəsilə birbaşa yolla maddi nemət olun pulu rüşvət qismində verməyə başqa şəxsi təkrar təhrik etmişdir. Bundan başqa o, təkrar aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Cəlilabad rayonunun Seyidbazar kənd sakini Zərərçəkmiş şəxs5 sonuncunun arvadı X15 yenidən əlillik təyin olunmasına köməklik edəcəyini yalandan vəd edərək Zərərçəkmiş şəxs5 aldadıb onda yaratdığı inam və etibardan sui-istifadə edib belə niyyəti olmadan bunun müqabilində istədiyi 1200 (min iki yüz) manat pulu 2021-ci ilin aprel ayının əvvələrində Cəlilabad rayonu ərazisində Zərərçəkmiş şəxs5 alaraq şəxsi ehtiyaclarına xərcləməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrar aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Cəlilabad rayonunun Məmmədrzalı kənd sakini Zərərçəkmiş şəxs12 yenidən əlillik təyin olunmasına köməklik edəcəyini yalandan vəd edərək Zərərçəkmiş şəxs12 aldadıb onda yaratdığı inam və etibardan sui-istifadə edib belə niyyəti olmadan bunun müqabilində istədiyi 1200 manat pulu 2021-ci ilin iyul ayında Cəlilabad rayonu ərazisində Zərərçəkmiş şəxs12 alaraq şəxsi ehtiyaclarına xərcləməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X22 ona Azərbaycan Respublikası CM-in 178.2.2 və 32.4, 312.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, hərbi qulluqçu kimi 2016-cı ilin aprel ayında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərkən ürək nahiyəsindən ağır xəsarət alaraq yaralanmış, hərbi qospitalda müalicə olunduqdan sonra ehtiyata buraxılmış və xəstəliyi ilə bağlı ona sosial müavinət təyin olunmuşdur. 2020-ci ilin iyun ayının sonlarında Cəlilabad rayon mərkəzi xəstəxanasında müayinə olunan zaman xəstəxanasının həkimi Şahid ilə tanış olmuş, söhbət zamanı ona iş axtardığını, imkanı olarsa köməklik etməsini xahiş etmiş, sonuncu ona sosial və digər müavinət alan şəxslərin bir çoxunun komissiyadan keçə bilmədikləri üçün müavinətlərinin kəsildiyini, həmin şəxslərə kömək edə biləcəyini deyib, ondan bu işlə bağlı işləyə bilib-bilməyəcəyini soruşmuş, eləcə də ona sağlamlıq vəziyyətinə görə əlillik düşməyən və ya bu səbəbdən əlillik təyin edilməsindən imtina edilmiş şəxslərin həkim-məsləhət komissiyasından keçirilərkən onların elektron sistemə daxil ediləcək göndərişlərinə onlara əlillik təyin edilməsi üçün zəruri olan saxta diaqnozlar qeyd edəcəyini və beləliklə də onlara əlillik təyin ediləcəyini bildirmiş, Yusifdən bunun üçün ona nə qədər pul veriləcəyini soruşarkən Yusif, hər bir sənədə görə 150-200 manat gəlir əldə edəcəyini dedikdə onunla razılaşmış, rayon sakinləri özləri kömək üçün müraciət etmiş, bəzən isə o, tanışlardan hər hansı şəxsin bununla bağlı problem olduğunu öyrəndikdən sonra özü onlara kömək etməyi təklif etmiş, ayrı-ayrı şəxslərin əlillik təyinatı ilə bağlı ona müraciət edərkən o, bu barədə Yusif həkimin yanına gedib nə qədər pul tələb olunduğunu soruşduqda sonuncu, ona müvafiq məbləği demiş, kömək üçün müraciət edən şəxslərdən aldığı pulu Yusifə həkimin otağında ona vermiş, hər dəfə Yusif ona 150-200 manat pul vermişdir. Hazırda təqsirini etiraf etməklə əməlindən peşmançılıq keçirməsini, aprel döyüşlərində iştirak edərkən ürək nahiyəsindən yaralanmasını, İİ qrup əlil olmasını, xəstəliyini, himayəsində iki azyaşlı uşağının olmasını, zərər çəkmiş şəxslərə dəyən ziyanı tam ödəməsini, zərər çəkmiş şəxslərin ona qarşı heç bir şikayət tələblərinin olmamasını və ilk məhkumluğunu nəzərə alıb məhkəmədən ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin verilən ittihamlar üzrə cinayət əməlini törətməsini, həmçinin onun bu əməllərin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, arvadı Simuzər Hüseynova boğazında olan zəhərli zob xəstəliyi ilə bağlı uzun müddət təqaüd almş, təqaüd 2021-ci ilin mart ayında dayandırıldığı üçün tanışı Zərərçəkmiş şəxs4 vasitəsilə Təqsirləndirilən şəxsla Cəlilabad rayon mərkəzi xəstəxanasının arxa hissəsində yerləşən təkər təmiri sexində görüşmüş, arvadının təkrar tibbi komissiyadan keçərək təqaüdünün bərpa olunması üçün xəstəlik sənədləri ilə birlikdə sonuncuya 1200 manat pul vermiş, bir müddətdən sonra heç bir nəticə olmadığını görüb İsmətdən pulunu istəmiş, lakin o, müxtəlif bəhanələr gətirərək pulu geri qaytarmadığından məcbur qalıb 11 iyun 2021-ci ildə RPŞ-yə ərizə ilə müraciət etmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 Qüdrət oğlu məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, xəstəliyi ilə bağlı təqaüd düzəltmək üçün Cəlilabad rayonu mərkəzi xəstəxananın qarşısında Təqsirləndirilən şəxsla görüşərək xəstəlik sənədləri ilə birlikdə ona 2800 manat pul vermiş, bir müddət sonra heç bir xəbər çıxmadığını görüb ona zəng etdikdə karantin rejimi ilə əlaqədar olaraq işlərin təxirə salındığını, hər şeyin yolunda olduğunu bildirmiş, 2021-ci ilin aprel ayının sonlarında İsmət Cəlilabad şəhəri ərazisində yerləşən “Gənclik” marketin qarşısında onunla görüşərək əlavə olaraq ondan 700 manat pul almış, təqaüdlə bağlı heç bir irəliləyiş olmadığını görüb ondan işlərin nə yerdə olduğunu soruşmuş, o, müxtəlif bəhanələr gətirərək işlərin yolunda olmadığını bildirmiş, başqa şəxsləri də aldadaraq pullarını ələ keçirdiyini eşidib poliş şöbəsinə müraciət etmişdir. Məhkəmə baxışında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, yaşadığı evə və torpaq sahəsinə qanuni sənəd düzəltmək üçün 2021-ci ilin fevral ayının sonlarında işlədiyi gözəllik salonunun qarşısında Təqsirləndirilən şəxs 1100 manat pul vermiş, aprel və may aylarında heç bir irəliləyiş olmadığını görüb işlərin nə yerdə olduğunu soruşmuş, İsmət müxtəlif bəhanələr gətirərək işlərin yolunda olmadığını bildirmiş, daha sonra sonuncunun ondan başqa müxtəlif şəxsləri də aldadaraq pullarını ələ keçirdiyini eşidib bununla bağlı polis şöbəsinə müraciət etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, oğlu X33 2-ci Qarabağ müharibəsi zamanı yaralanaraq hərbi xəstəxanada müalicə olunduqdan sonra yaşadıqları evə gəlib müalicəsini davam etdirmiş, 2020-ci ilin noyabr ayının sonlarında xalası nəvəsi Təqsirləndirilən şəxs təqaüd düzəldilməsində köməklik edə biləcəyini, bunun üçün 3000 manat pul lazım olduğunu bildirmiş, o da onun sözlərinə inanıb 2 gün sonra həmin pulu öz evində Təqsirləndirilən şəxs vermiş, 2020-ci ilin dekabr ayının əvvəlində İsmət ona təkrar zəng edərək əlavə olaraq 1000 manat da pul lazım olduğunu bildirmiş, növbəti gün İsməti evinə çağırıb ona 1000 manat da pul vermiş, təxminən 4-5 gün sonra İsmət ona təkrar zəng edərək əlavə olaraq 600 manat da pul lazım olduğunu deyərkən yenidən ona 600 manat pulu aparıb İsmətin evində sonuncuya vermiş, təqaüdün düzəlmədiyini görüb ondan pulunu geri istəmiş, lakin sonuncu müxtəlif bəhanələr gətirərək onun pulunu qaytarmamışdır. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, ayağında olan xəstəliklə bağlı 2011-ci ildən aylıq 135 manat təqaüd almış, 2020-ci ilin dekabr ayında təqaüdü dayandırılmış, dekabr ayının əvvələrində təkrar komisiyadan keçməli oldğunu bildiyi üçün həmkəndlisi Təqsirləndirilən şəxs bu işin düzəlməsi üçün 1500 manat pul vermiş, təqaüdünün bərpa olunmadığını görüb ondan pulunu geri istəyərkən İsmət müxtəlif bəhanələr gətirərək pulunu qaytarmamış, o da məcbur qalıb şikayət etmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, uzun müddət sosial yardım almış, son zamanlar isə sosial yardımı dayandırılmış, 2020-ci ilin dekabr ayının ortalarında həmkəndlisi Təqsirləndirilən şəxsla bu barədə söhbət edərkən bunu yoluna qoya biləcəyini bildirmiş və ondan 600 manat pul almış, bir qədər keçdikdən sonra heç bir irəliləyiş olmadığını görüb ondan pulunu geri istəmiş, lakin sonuncu müxtəlif bəhanələr gətirərək pulunu qaytarmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, xəstəliyi ilə bağlı müəyyən edilmiş əlillik dərəcəsinə görə təyin edilən aylıq sosial müavinətin verilməsi dayandırıldıqdan sonra əlilliyin bərpası ilə bağlı Təqsirləndirilən şəxsla söhbət edərkən sonuncu, Cəlilabad rayon mərkəzi xəstəxanasının həkim məsləhət komissiyasının sədri Şahidla əlaqəsi oldğunu deyib 800 manat pul verəcəyi halda sonuncu vasitəsilə onun sosial müavinəti bərpa etdirəcəyini vəd etmiş, bu səbəbdən də həmin məbləğdə pul vəsaitini İsmətə vermiş, bir neçə ay gözlədikdən sonra heç bir nəticə olmadığını görüb İsmətdən pulunu geri istəsə də sonuncu, pulu Yusfi İsmayılova verdiyini və özünün də ondan pulu geri ala bilmədiyini demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs6 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, arvadının xəstəliyi ilə bağlı təyin edilən aylıq sosial müavinətin verilməsi 2021-ci ilin yanvar ayında dayandırılmış, 2021-ci ilin mart ayında tanışı Mehmanla bu barədə söhbət edərkən sonuncu, ona oğlu İsmətin bu işlərlə maraqlandığını, İsmətin bu işlərdə ona kömək edə biləcəyini demiş, bir neçə gün sonra Təqsirləndirilən şəxs ona zəng edərək Cəlilabad şəhərində yerləşən yaşadığı binanın qarşısına çağırmış, sonuncuya arvadına əlillik təyin edilməsi ilə bağlı müraciət etdiyini, lakin, imtina verildiyini demiş, İsmət 1000 manat pul müqabilində Yusif həkimin vasitəsilə arvadına əvvəllər təyin edilmiş əlilliyi bərpa etdirəcəyini bildirmiş, həmin vaxtdan 2-3 gün sonra həmin yerdə İsmətlə görüşüb arvadının xəstliyi ilə bağlı tibbi sənədləri və 1000 manat pulu İsmətə vermiş, həmin vaxt İsmətə nəvəsi X9 anadangəlmə ürək qüsurlu olduğunu deyib ona da əlillik təyin etdirə bilib-bilməyəcəyini soruşmuş, sonuncu nəvəsinin də tibbi sənədlərini alıb ona bu barədə məlumat verəcəyini demişdir. Təxminən 2-3 gün sonra İsmət onu yenidən həmin yerə dəvət edib arvadının məsələsinin artıq həll olunduğunu, nəvəsinə də tanışı olan Yusif həkimin vasitəsilə sosial müavinət təyin etdirə biləciyini, lakin bunun üçün Yusif həkimə 1500 manat verilməli olduğunu demiş, təxminən 2-3 gün sonra həmin yerdə İsmətlə görüşüb 1500 manat pulu İsmətə vermişdir. Bir qədər vaxt keçdikdən sonra 2021-ci ilin aprel və may aylarında nə həyat yoldaşının təqaüdünün bərpa olunduğunu, nə də ki, nəvəsi Fidana sosial müavinət təyin edilməsi ilə bağlı heç bir irəliləyiş olmadığını görüb İsmətdən işlərin nə yerdə olduğunu soruşmuş, sonuncu müxtəlif bəhanələr gətirərək işlərin yolunda olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X28 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, nişanlısı Təhminə Fətullayevanın qulağında və qardaşı Elvin Quliyevin isə anadangəlmə ayağında qüsur (problem) olduğu üçün onlara əlillik dərəcəsi təyin edilməsi ilə bağlı həmkəndlisi Təqsirləndirilən şəxsla görüşmüş, sonuncu Cəlilabad rayon mərkəzi xəstəxanasının həkim məsləhət komissiyasının sədri Şahidla əlaqəsi olduğunu, bunun üçün 5000 manat pul verməsini və həmin pulu Yusif həkimə verəcəyini bildirmiş, 2-3 gün sonra İsmətlə görüşüb ondan istədiyi 5000 manat pulu ona vermiş, bir müddət sonra heç bir iş alınmadığına görüb İsmətdən pulunu geri istəmiş, lakin İsmət müxtəlif bəhanələr gətirərək onun pulu qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin avqust ayında sənədlə bağlı Cəlilabad rayon mərkəzi xəstəxanasında müraciət edən zaman tanımış, sonuncunun ifadəsində göstərdikləri yalandır, onun İsmətlə bu barədə heç bir söhbəti olmamış, İsmət onun həkim-məsləhət komissiyasının sədri olduğunu bildiyi üçün və cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə bu məzmunda ifadə vermişdir. Məhkəmə baxışında əlavə şahid qismində dindirilmiş X34 qardaşı X16 ifadəsinə uyğun ifadə vermiş və əlavə olaraq ifadəsinə göstərmişdir ki, qardaşı Ehtiram həmkəndlisi Təqsirləndirilən şəxs pulu onun yanında vermişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X33 atası Zərərçəkmiş şəxs9 ifadəsində göstərdikləri xüsusatları təsdiq etməklə əlavə olaraq ifadəsində göstərmişdir ki, 44 günlük Vətən müharibəsində iştrak etmiş, atası həmkəndlisi Təqsirləndirilən şəxs 4600 manat pulu onun yanında vermiş, Bakı şəhərində İsmətlə birlikdə hərbi qospitala getmiş, İsmət hərbi hospitalın baş həkiminin müavini vəzifəsində işləyən Elxan adlı şəxslə bu işi gördüyünü bildirərək hospitalın həyətində uzaqdan cavan bir oğlanı göstərərək həmin şəxsin Elxan olduğunu bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən və zərər çəkmiş şəxslərin, eləcə də şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 25 iyul 2021-ci il tarixli “götürmə və baxış keçirilməsi haqqında qərar və protokoldan” görünür ki, Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs ondan 2500 manat pulu almasını etiraf etməsi barədə səs yazılarının əks olunduğu bir ədəd ”CD” diski istintaqa təqdim etmiş və həmin diskə baxış keçirilərək sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan 31 iyul 2021-ci il tarixli “götürmə və baxış keçirilməsi haqqında qərar və protokoldan” görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 tanışı Təqsirləndirilən şəxs ondan 3500 manat pulu almasını etiraf etməsi barədə səs yazılarının və mesajların əks olunduğu bir ədəd ”DVD” diski istintaqa təqdim etmiş və həmin diskə baxış keçirilərək sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan 05 avqust 2021-ci il tarixli “götürmə və baxış keçirilməsi haqqında qərar və protokoldan” görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 Təqsirləndirilən şəxs ondan 1100 manat pulu almasını etiraf etməsi barədə səs yazılarının və mesajların əks olunduğu bir ədəd ”CD” diski istintaqa təqdim etmiş və həmin diskə baxış keçirilərək sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan 15 sentyabr 2021-ci il tarixli “götürmə və baxış keçirilməsi haqqında qərar və protokoldan” görünür ki, zərərçəkmiş şəxs X4 İsmət Mehman oğlunun ondan 5000 manat pulu almasını etiraf etməsi barədə səs yazılarının və mesajların əks olunduğu bir ədəd ”DVD” diski istintaqa təqdim etmiş və həmin diskə baxış keçirilərək sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan 05 oktyabr 2021-ci il tarixli “götürmə və baxış keçirilməsi haqqında qərar və protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs13 tanışı Təqsirləndirilən şəxs ondan 600 manat pulu almasını etiraf etməsi barədə səs yazılarının əks olunduğu bir ədəd ”CD” diski istintaqa təqdim etmiş və həmin diskə baxış keçirilərək sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan Cəlilabad rayon mərkəzi xəstəxanası X43 verdiyi 20 dekabr 2021-ci il tarixli, 1756 nömrəli məktubdan görünür ki, X15, X7, X35, X17, X33, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs7 Qüdrət oğlu, X25, X23, X36, X1 RMX-ın həkim məsləhət komissiyasına müraciət etməmişdir. Zərərçəkmiş şəxs2 təkrar xəstə kimi müraciət etmiş və onun sənədləri 16 dekabr 2021-ci ildə TSEK-ə göndərilmişdir, lakin, hazırki vaxta qədər TSEK tərəfindən cavab verilməmişdir. Zərərçəkmiş şəxs12 təkar xəstə kimi müraciət etmiş və onun sənədləri 24 iyun 2021-ci ildə TSEK-ə göndərilsə də imtina qərarı verilmişdir. 06 dekabr 2021-ci ildə yenidən onun sənədləri TSEK-ə göndərilmişdir. lakin, hazırki vaxta qədər TSEK tərəfindən qərar verilməmişdir. Zərərçəkmiş şəxs11 təkrar xəstə kimi müraciət etmiş və onun sənədləri 17 sentyabr 2021-ci ildə TSEK-ə göndərilmiş, lakin, xəstəyə TSEK tərəfindən imtina qərarı verilmişdir. Zərərçəkmiş şəxs4 təkrar xəstə kimi müraciət etmiş və onun sənədləri 12 iyul və 23 noyabr 2021-ci ildə TSEK-ə göndərilmiş, lakin, hər iki halda da TSEK tərəfindən imtina qərarı verilmiş, məktubun tərtib olunduğu tarixə kimi həmin şəxslərin heç birisi əlillik dərəcəsi almamış və sağlamlıq imkanları məhdud hesab edilməmişdir. İş materiallarında olan Cəlilabad rayon mərkəzi xəstəxanası X42 verilmiş 21 dekabr 2021-ci il tarixli, 1768 nömrəli məktubundan görünür ki, Şahid 30 iyul 2020-ci ildən Cəlilabad RMX PBŞ-nin direktorunun inzibati işlər üzrə müavini vəzifəsinə təyin edilmişdir. Şahid o cümlədən, həkim məsləhət komissiyasının sədridir. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN-nin Dövlət Sosial Müdafiə Fondu X43 9 saylı regional ərazi filialından verilmiş xx.xx.2021-ci il tarixli **********6 nömrəli məktubundan görünür ki, X15 – 2-ci qrup əlil növü üzrə xx.xx.2021-ci ilədək əmək pensiyası almış, əlillik müddəti bitdiyi üçün xx.xx.2021-ci ildən təyinatı dayandırılmışdır. X7 filialdan heç bir növ üzrə əmək pensiyası, sosial müavinət və ünvanlı dövlət sosial yardımı almamışdır. X17 filialdan heç bir növ üzrə əmək pensiyası, sosial müavinət və ünvanlı dövlət sosial yardımı almamışdır. Zərərçəkmiş şəxs12 – 2-ci qrup əlil növü üzrə xx.xx.2021-ci ilədək əmək pensiyası almış, əlillik müddəti bitdiyi üçün xx.xx.2021-ci ildən təyinatı dayandırılmışdır. Zərərçəkmiş şəxs2 – 2-ci qrup əlil növü üzrə xx.xx.2021-ci ilədək sosial müavinət almış, əlillik müddəti bitdiyi üçün xx.xx.2021-ci ildən təyinatı dayandırılmışdır. X33 filialdan heç bir növ üzrə əmək pensiyası, sosial müavinət və ünvanlı dövlət sosial yardımı almamışdır. Zərərçəkmiş şəxs13 filialdan heç bir növ üzrə əmək pensiyası, sosial müavinət və ünvanlı dövlət sosial yardımı almamışdır. Zərərçəkmiş şəxs7 Qüdrət oğlu filialdan heç bir növ üzrə əmək pensiyası, sosial müavinət və ünvanlı dövlət sosial yardımı almamışdır. Zərərçəkmiş şəxs11 – 2-ci qrup əlil növü üzrə xx.xx.2021-ci ilədək sosial müavinət almış, əlillik müddəti bitdiyi üçün xx.xx.2021-ci ildən təyinatı dayandırılmışdır. Zərərçəkmiş şəxs4 – 2-ci qrup əlil növü üzrə xx.xx.2021-ci ilədək əmək pensiyası almış, əlillik müddəti bitdiyi üçün xx.xx.2021-ci ildən təyinatı dayandırılmışdır. X25 – 2-ci qrup əlil növü üzrə xx.xx.2021-ci ilədək əmək pensiyası almış, əlillik müddəti bitdiyi üçün xx.xx.2021-ci ildən təyinatı dayandırılmışdır. X23 – 2-ci qrup əlil növü üzrə xx.xx.2021-ci ilədək əmək pensiyası almış, əlillik müddəti bitdiyi üçün xx.xx.2021-ci ildən təyinatı dayandırılmışdır. Zərərçəkmiş şəxs1 filialdan heç bir növ üzrə əmək pensiyası, sosial müavinət və ünvanlı dövlət sosial yardımı almamışdır. X6 – 2-ci qrup əlil növü üzrə xx.xx.2021-ci ilədək əmək pensiyası almış, əlillik müddəti bitdiyi üçün xx.xx.2021-ci ildən təyinatı dayandırılmışdır. X17 filialdan heç bir növ üzrə əmək pensiyası, sosial müavinət və ünvanlı dövlət sosial yardımı almamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin verdiyi etirafedici, zərər çəkmiş şəxslərin və şahidlərin isə təsdiqedici) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, həmçinin işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-in 178.2.2 və 32.4, 312.2-ci maddələri ilə ilə düzgün tövsif edilmiş, onun əməlləri qeyd edilən maddələrin dispozisiyası şərtlərinə uyğun gəldiyindən o həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin tövsifi məsələsini müzakirə edərək onun hərəkətlərini ona istinad edilən CM-in maddələrinin dispozisiyasına şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, ona təqsirli bilindiyi hər bir maddə üzrə, əsas cəza növündə, maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə yuxarıda göstərilən yüngülləşdirici halların olmasını, eyni zamanda cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş və notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ayrı-ayrı şəxslərə vurulmuş maddi ziyan məhkəmə istintaqı zamanı tam ödənildiyindən həmin şəxslərin ona qarşı heç bir şikayət və tələbi olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində kiçik çavuş kimi xidmətdə olmuş, yaxşı xidmətinə görə komandanlıq tərəfində “Fəxri Fərman”lara layiq görülmüş, 2016-cı ilin aprel döyüşlərində iştirak edərkən odlu silahdan güllə yarası almış, hazırda hərbi qulluqçu kimi ehtiyatdadır. İş materiallarına əlavə edilmiş “Silahlı qüvvələrin baş klinik” hospitalından verilmiş tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı diaqnozla “Soltərəfli torakoabdominal adlu silahdan kor güllə yaralanması (xx.xx.2016) nəticəsində soltərəfli hemopnevmotoraksa, sol ağciyərin aşağı payının, diafraqmanın, mədə və köndələn çənbər bağırsağın zədələnməsinə görə aparılmış, soltərəfli torakosentez, plevra boşluğunun drenajı, yaralarına birincili-cərrahi işlənməsi, laparotomiya, diafraqmanın, mədənin, köndələnçənbər bağırsaq yaralarının tikilməsi, kolostomanın çıxarılması, funksiya edən kolostomaya görə relaparotomiya, kolostamanın ləğvi, köndələnmənbər bağırsaq tamlığının bərpası, qarın boşluğunun sanasiyası və drenajı cərrahiyyə əməliyyalarından sonra təkrar stasionar müalicə tələb edən, bağırsaqların təxliyyə funksiyasının pozulması ilə müşaiyət olunan bitişmə prosesi” ilə müalicədə olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nun Cəlilabad rayon şöbəsi tərəfindən verilmiş 228968/130367 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir, Prezident təqaüdçüsüdür, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərində iştirak etmişdir. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Məmmədov X21 rayonunun Sabirabad kəndində qeydiyyatda olmaqla himayəsində heç bir yerdə işləməyən arvadı, iki azyaşlı uşaqları ilə birlikdə orada yaşayır, yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini CM-in 59.1.12-ci, zərər çəkmiş şəxslərə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini isə CM-in 59.1.13-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eləcə də, zərər çəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən 2016-cı il aprel döyüşlərində iştirak etməsini, İİ qrup əlil olmaqla Qarabağ Müharibəsinin iştirakçısı olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində heç bir yerdə işləməyən arvadının və 2 azyaşlı uşaqlarının olmasını, əməlindən səmimi peşmançılıq keçirməsini, ilk məhkumluğunu və yaşayış yerindən müsbət xarakterizə olunmasını isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından Təqsirləndirilən şəxs əməli qanuna müvafiq cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı qanuni və ədalətli hesab edir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, onun hadisədən sonra zərər çəkmiş şəxslərə dəymiş ziyanın könüllü olaraq tam ödənilməsini, zərər çəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, İİ qrup əlil olmaqla Qarabağ Müharibəsinin iştirakçısı olmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən 2016-cı il aprel döyüşlərində iştirak etməsini, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində heç bir yerdə işləməyən arvadı və iki azyaşlı uşaqlarının olmasını, eləcə də ilk dəfə cinayət törətməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını, onu cəmiyyətdən təcrid etmədən də onun islah olunmasını mümkün saymasını, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70ci maddəsinin tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq olunmasını və sınaq müddəti müəyyən etməklə ona təyin olunacaq cəzanın şərti olaraq tətbiq edilməsini məqsədəuyğun hesab edir. Müəyyən olunmuş sınaq müddəti ərzində şərti məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək və ailəsinin qayğısına qalmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməməsini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi ziyan, mülki iddia, ekspertiza xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2. və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. CM-in 178.2.2-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 32.4, 312.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq olunsun və ona təyin edilmiş 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin olunacaq sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək və ailəsinin qayğısına qalmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində üzərində nəzarəti həyata keçirmək onun faktiki yaşadığı yerin – Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:

1. (sədrlik edən) Cəlil Nəbiyev 2 . Cavid Səfərli

3. Müşfiq Məmmədov M.Y. Əsli ilə düzdür: Hakim Cəlil NƏBİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar