Məhkəmə qərarları › İş №1(099)-165/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-165/2024

24.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-165/2024 24.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X7, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1970-ci ildə Lənkəran rayonunun Şilavar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Lənkəran rayonunun Şiləvar kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-11,784 qram psixotrop maddə olan metamfetamin əldə edib, saxlayıb üzərində daşıyarkən, daxil olmuş əməliyyat məlumatı əsasında 21 iyun 2023-cü il tarixdə, saat 13 radələrində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, Lənkəran şəhəri, Koroğlu küçəsində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarının cibindən bir ədəd bükümdə külli miqdarda- 11,784 qram psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində iki uşağı vardır və ailəsi ilə birlikdə Lənkəran rayonunun Şiləvar kəndində qeydiyyatda olmaqla yaşamış, Lənkəran şəhər bazarında xırda ticarətlə məşğul olmuşdur. Ona verilmiş ittihamda göstərilənlər tamamilə əsassızdır. Belə ki, o, heç vaxt narkotik vasitələrdən istifadə etməmiş və narkotiklərin satışı ilə məşğul olmamışdır. 21 iyun 2023-cü il tarixdə, gündüz saat 13 radələrində Lənkəran şəhəri, “Böyük bazar” adlanan ərazidə küçə ilə piyada hərəkət edərkən bir neçə polis əməkdaşı onu tutub rayon polis şöbəsinə aparmışlar. Onun polis tərəfindən nəyə görə tutulmasını bilməmiş, sonradan isə ona məlum olmuşdur ki, bir müddət əvvəl, yəni 20 may 2023-cü il tarixdə Lənkəran şəhəri ərazisində maşını ilə hərəkətdə olarkən cərimə borcuna görə yol polisi tərəfindən saxlandığına, sonra polis şöbəsinə aparılıb orada polis əməkdaşlarının ona qarşı zorakılıq halları olduğuna, həm də ondan pul tələb etdiklərinə görə o da onlardan prokurorluğa şikayət etdiyi üçün polislər də onu guya narkotik maddə saxladığına görə təkrarən tutmuşlar. Birinci dəfə tutulandan sonra yol polisinin əməkdaşları tərəfindən döyülməsi nəticəsində xəsarət almış və təcili tibbi yardım çağırılaraq ona tibbi yardım göstərilmişdir. Bundan sonra o, polis əməkdaşlarının hərəkətlərindən Lənkəran rayon prokurorluğuna da şikayət etmişdir. Elə bu səbəbdən də polis əməkdaşları onu yenidən narkotiklə bağlı tutmuşlar. Əslində isə tutulan vaxt üzərində heç bir narkotik maddə olmamışdır. 21 iyun 2023-cü il tarixdə tutulandan sonra polis əməkdaşları onu döyməmiş, lakin ona qarşı təzyiqlər edərək təqdim etdikləri bir bükümdə olan narkotik maddəni (psixotrop maddəni) üzərinə götürməsini məcbur etmişlər. Polis şöbəsində Səbuhi adlı polis əməkdaşı seyfindən bir büküm çıxarıb stolun üstünə qoyub “ya bu narkotiki üzərinə götürməlisən, ya da evindən də narkotik çıxacaq” demiş, sonra Ruslan adlı polis əməkdaşı həmin bükümdə olan narkotiki ona verib üzərində axtarış zamanı özünə (Təqsirləndirilən şəxs) məxsus olmasını bildirməsini, əks təqdirdə evindən daha çox narkotik çıxacağı ilə hədələmişdir. O, döyüləcəyi ilə hədələndiyindən, həm də şəkər və təzyiqdən əziyyət çəkdiyindən, döyüləcəyi təqdirdə vəziyyətinin daha da pis olacağından, həm də ailəsinə görə qorxub polislərin dedikləri ilə razılaşmışdır. Polislərin təqdim etdiyi bükümün içərisində hansı növ narkotik maddənin olmasını bilməmişdir. Bundan sonra polis əməkdaşları vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparmışlar. Axtarış zamanı o, əvvəldən polislərin dediyi kimi hərəkət edib cibində olan bir bükümdə narkotik maddəni (psixotrop maddəni) çıxarıb polislərə təqdim edib bükümdə narkotik maddə olduğunu, yerdən tapdığını və üzərində saxladığını bildirmişdir. Əslində isə üzərində aşkar olunmuş narkotik maddə (psixotrop maddəni) ona məxsus deyil, həmin narkotiki (metamfetamini) cibinə polis əməkdaşı Ruslan qoymuşdur. Ona görə də o, verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, 21 iyun 2023-cü il tarixdə, saat 13 radələrində Lənkəran şəhəri, “Böyük bazar” ərazisində küçədə olarkən yerdən bir ədəd bükümdə narkotik maddə tapıb üzərində saxlamışdır. Həmin gün, saat 13:30 radələrində “Mərkəzi bazar”da, Koroğlu küçəsində olarkən polis əməkdaşları onu saxlayıb üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı özü əynindəki şalvarının cibindən bir ədəd bükümü çıxarıb təqdim edib bükümün içərisində metamfetamin olduğunu, yerdən tapıb üzərində saxladığını bildirmişdir. Polis əməkdaşları tərəfindən aşkar olunmuş metamfetamin kütləsi qablaşdırılıb götürülmüş, sonra protokol tərtib olunmuşdur. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq və ya zor tətbiq edilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib, əlavə ifadəsində göstərmişdir ki, o, tutulan vaxt üzərində heç bir narkotik və psixotrop maddələr olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsində üzərində aşkar olunmuş maddəni (metamfetamini) bazar ərazisində yerdən tapması barədə yazılanlar doğru deyil. Tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı psixi qaydada sözlə təhdid və təzyiqlər olduğu üçün o, üzərində aşkar olunmuş maddənin (metamfetaminin) özünə məxsus olduğunu bildirmişdir. Əslində üzərində aşkar olunmuş maddə (metamfetamin) ona məxsus deyil, həmin maddəni (metamfetamini) üzərinə polis əməkdaşı qoymuşdur. O, narkotik maddələrin satışı ilə məşğul olmamış və bununla bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübut, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, o, Lənkəran ŞRPŞ-nin əməkdaşıdır. 21 iyun 2023-cü il tarixdə şöbənin əməkdaşı Şahid1 Lənkəran rayonun Şilavar kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün, saat 13 radələrində əməliyyat-axtarış tədbiri keçirilmiş və əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs Lənkəran şəhəri, “Böyük bazar” adlanan ərazidə, Koroğlu küçəsində piyada hərəkətdə olarkən saxlanılıb ona qanunsuz olaraq narkotik maddələr əldə edib üzərində gəzdirməsində şübhəli olduğu bildirilib rayon polis şöbəsinə aparılmışdır. Polis şöbəsində təhqiqatçı Orucəli Mürşüdzadə tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən bir büküm çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisində metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı üzərində aşkar olunmuş kütləni (metamfetamini) Lənkəran şəhəri, “Böyük bazar” ərazisində yerdən tapdığını bildirmişdir. Aşkar olunmuş kütlə qablaşdırılıb təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüş, sonra protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları, o cümlədən özü və digər polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs əldə etdiyi metamfetaminin mənbəyi ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, həmin mənbəni, eləcə də Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmasını təsdiq edən faktları müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında Şahid3 Şahid2 ifadəsinə uyğun ifadələr vermiş, habelə ifadəsi elan olunmaqla tədqiq edilmiş, Şahid1 ibtidai istintaq zamanı Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərmişdir ki, o, Lənkəran ŞRPŞ-nin əməkdaşıdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs narkotik bağlı tutulub polis şöbəsinə gətirilən vaxt, yəni 2023-cü ilin iyun ayında o, (Səbuhi Mirzəyev) Lənkəran ŞRPŞ-nin CAB-nin rəisi vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələr əldə edib üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı əməliyyat müvəkkili Şahid1 daxil olmuş, bölmənin rəisi kimi məlumat ona məruzə edildikdən sonra o, bu məlumatı şöbənin rəhbərliyinə məruzə etmiş, bundan sonra əməliyyat-axtarış tədbiri keçirilmişdir. Həmin əməliyyat-axtarış tədbirinin keçirilməsində o,iştirak etməmiş, Təqsirləndirilən şəxs tutulub şöbəyə gətirildikdən sonra bu barədə məlumatı olmuşdur. Həmçinin şöbədə Təqsirləndirilən şəxs sorğu-sual olunmasında və üzərində şəxsi axtarış keçirilərkən o, iştirak etməmiş, bütün bunlar təhqiqatçı tərəfindən həyata keçirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs tutulduqdan sonra onun xidməti otağına gətirilməsi və onun tərəfindən təqdim olunan narkotik maddənin üzərinə götürməsinin məcbur edilməsinə dair bildirdikdləri tamamilə yalandır, belə hallar olmamış və polis əməkdaşları tərəfirndən Təqsirləndirilən şəxs tutulub şöbəyə gətirildikdən sonra ona qarşı heç bir təzyiq və ya başqa zorakılıq hallarına yol verilməmişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, o, Lənkəran ŞRPŞ-nin YPXnin inspektoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs sürücü kimi tanımış, hər hansı münasibəti olmamışdır. Dəqiq xatırlamadığım tarixdə iş yoldaşı YPX-nin inspektoru Nahid İbadov ilə Lənkəran rayonu ərazisində xüsusi təyinatlı avtobobillə xidmətdə olarkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Lənkəran rayonunun Veravul kəndinin ərazisində yol hərəkəti qaydalarını, yəni sərnişindaşıma qaydalarını pozduğuna görə Nahid ibadov tərəfindən tərtib olunmuş inzibati protokol əsasında ona cərimə təyin edilmişdir. Həmin vaxt Caml Rəhimova qarşı hər hansı təsir və təzyiq edilməmiş, həmçinin Camalın da heç bir etirazı olmamışdır. Lakin sonradan Camal saxlanması ilə bağlı şikayətlər etmişdir. Camal ondan yox, inzibati protokol yazılması ilə bağlı şikayətlər etmiş, bunun səbəbini isə bilməmişdir. İşdə olan, Lənkəran ŞRPŞ-nin əməkdaşının 21 iyun 2023-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Lənkəran rayonun Şilavar kənd sakini Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələr əldə etməsi və üzərində daşıması barədə əməliyyat məlumatı daxıl olmuş və həmin məlumat əsasında 21 iyun 2023-cü il tarixdə, saat 13 radələrində Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Koroğlu küçəsində saxlanılıb polis şöbəsinə gətirilmişdir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 22 iyun 2023-cü il tarixli rəyi ilə müəyyən edilir ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. İşdə olan, “Şəxsi axtarış və götürmə barədə” 21 iyun 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı Orucəli Mürşüdzadə tərəfindən müdafiəçi Əbdülhəsən Əzimovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən bir ədəd büküm çıxarıb təqdim etmiş, həmin bükümün içərisində metamfetaminə oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş metamfetamini Lənkəran şəhər “Mərkəzi bazar” ərazisində yerdən tapıb üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 22 iyun 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə ...” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi--11,784 qram olan ağ rəngli kristallardan ibarət olan maddə-metamfetamindir. Ekspertiza tədqiqatından sonra qalıq metamfetamin qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təşkil edir. İşdə olan, “Maddi Sübut kimi tanınma haqqında” 24 iyul 2023-cü il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 11,684 qram metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübut saxlanılması üçün Lənkəran ŞRPŞnin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 22 iyun 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitələrdən istifadə halları istisna olunmayır. Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Həmçinin Lənkəran rayon prokurorluğundan daxil olmuş 12 mart 2024-cü il tarixli məlumat məktubu ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs (20 may 2023-cü il tarixdə YPX-nin əməkdaşları tərəfindən saxlanılması ilə bağlı) Lənkəran ŞRPŞ-nin Dövlət yol polisi bölməsinin əməkdaşlarının qanunsuz hərəkətlərinə məruz qalmasına dair muraciəti şikayət və tələbinin olmaması barədə təkrar müraciəti əsasında baxılmamış saxlanılmışdır. İşdə olan, “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 11 sentyabr 2023-cü il tarixli qərarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı psixi təzyiqlər və hədə-qorxu edilməklə etmədiyi cinayəti etiraf etməsinə məcbur edilməsinə dair şikayəti ilə bağlı Lənkəran Rayon Məhkəməsindən daxil olmuş məlumat üzrə Lənkəran rayon prokurorluğunda araşdırma aparılmışdır. Araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı təzyiq və zorakılığa məruz qalması faktları təsdiq olunmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. İşdə olan, “Cinayət işinin ayrıca icraata ayrılması və icraata qəbul edilməsi haqqında” 15 sentyabr 2023-cü il tarixli qərarla müəyyən olunur ki, hazırki cinayət işindən təqsirləndirilən şəxsin əldə etdiyi psixotrop maddənin mənbəyi ilə bağlı CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübut, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid2, Şahid3, Şahid1, Səbuhi Mirzəyev və Şahid4 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (bir müddət əvvəl yol polisi əməkdaşlarının ona qarşı qanunsuz hərəkətlərindən prokurorluğa şikayət etdiyi üçün digər polis əməkdaşları tərəfindən üzərinə narkotik maddə (psixotrop maddə) qoyularaq təkrarən tutulması, tutulan vaxt üzərində psixotrop maddənin (metamfetaminin) olmaması, polis şöbəsində polis əməkdaşları tərəfindən ona qarşı psixi təzyiqlərin olması və bir bükümdə psixotrop maddənin (metamfetaminin) üzərinə götürməsinə məcbur edilməsi, üzərində aşkar olunmuş psixotrop maddənin (metamfetaminin) ona məxsus olmaması və həmin maddəni (metamfetamini) cibinə tanımadığı polis əməkdaşı tərəfindən qoyulmasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid2, Şahid3, Şahid1, Səbuhi Mirzəyev və Şahid4 ifadələri, maddi sübut, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla (həmin vaxt o, üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olmasını və yerdən tapıb üzərində saxladığını bildirmişdir) təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrində göstərdiyi xüsusatlar, yəni bir müddət əvvəl yol polisi əməkdaşlarının ona qarşı qanunsuz hərəkətlərindən prokurorluğa şikayət etdiyi üçün digər polis əməkdaşları tərəfindən üzərinə narkotik maddə (psixotrop maddə) qoyularaq təkrarən tutulması, tutulan vaxt üzərində psixotrop maddənin (metamfetaminin) olmaması, polis şöbəsində polis əməkdaşları tərəfindən ona qarşı psixi təzyiqlərin olması, polis şöbəsində polis əməkdaşları tərəfindən ona qarşı psixi təzyiqlərin olması və bir bükümdə psixotrop maddənin (metamfetaminin) üzərinə götürməsinə məcbur edilməsi, üzərində aşkar olunmuş psixotrop maddənin (metamfetaminin) ona məxsus olmaması və həmin maddəni (metamfetamini) üzərinə polis əməkdaşı tərəfindən qoyulmasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid2, Şahid3, Şahid1, Səbuhi Mirzəyev və Şahid4 ifadələri, maddi sübut, ekspertiza rəyləri, “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 11 sentyabr 2023-cü il tarixli qərarla, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla (şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olmasını, yerdən tapıb üzərində saxladığını bildirmişdir), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (ifadələrində o, üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olmasını, yerdən tapıb üzərində saxlamasını bildirmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Eyni zamanda məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini tədqiq edərək və iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-11,784 qram psixotrop maddə olan metamfetamin əldə edib üzərində saxlayıb daşıyarkən, daxil olmuş məlumat əsasında 21 iyun 2023-cü il tarixdə, saat 13 radələrində Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Lənkəran şəhəri, Koroğlu küçəsində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarının cibindən bir ədəd bükümdə külli miqdarda-11,784 qram metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı verilmiş ittiham üzrə onun əməli məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmır. Belə ki, Təqsirləndirilən şəxs iş üzrə verdiyi ilkin ifadələrində bildirmişdir ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmamış və üzərində aşkar olunmuş psixotrop maddəni (metamfetamini) yerdən tapıb üzərində saxlamışdır. Habelə işdə olan narkoloji tibbi yoxlamanın rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitələrdən istifadə halları istisna olunmayır. Eyni zamanda məhkəmə istintaqı zamanı, eləcə də ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs qeyd olunan psixotrop maddəni hər-hansı şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşdiyi, yaxud faktiki olaraq buna cəhd etdiyi öz təsdiqini tapmamışdır. İş üzrə ifadə vermiş şahidlər (polis əməkdaşları) göstərmişlər ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik və psixotrop maddələr əldə etməsi, saxlaması, istifadəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olsa da, onun kiməsə həmin maddələri satması barədə konkret məlumatlar əldə edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun bu tələbinə görə satış dedikdə yalnız qeyd olunan amillərin, yəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndində verilmiş izaha əsasən 28 iyun 2005-ci il tarixli Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərindən azad olunmasına nail olmaq, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi başa düşülür. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etməyə dair ittiham verilmiş, lakin həmin ittihamda təqsirləndirilən şəxsin bu maddəni əvəzli və ya qazanc üçün əldə etməsi, yaxud digər şəxsi marağının nədən ibarət olması müəyyən edilməmiş, eyni zamanda bu amillər məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, bu qanunun tələbi nəzərə alındıqda elan edilmiş bu ittihamın məzmununda təqsirləndirilən şəxsin psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq üçün əldə etməsi müəyyən edilmədiyindən bu halların, yəni təqsirləndirilən şəxsin 11,784 qram metamfetamin əldə edilməsinin satış kimi qiymətləndirilməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İİ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Metamfetamin” olan maddə psixotrop maddədir. Metamfetainin 0,15 qramdan artıq hissəsi xeyli miqdar, 2 qramdan 400 qramadək külli miqdar və 400 qram və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və psixotrop maddənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi psixotrop maddə olan metamfetaminin miqdarı 11,784 qram olmaqla külli miqdar təşkil edir, lakin Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddənin külli miqdarda olması onun bu maddəni məhz satış məqsədi ilə əldə etməsi kimi qiymətləndirilməsinə əsas vermir. Həmçinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma cinayətini, yəni CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayəti törətməsi heç bir mötəbər hesab edilə bilən sübutlarla təsdiq edilməmiş, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, eləcə də məhkəmə istintaqı zamanı da onun bu cinayət əməlini törətməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmamışdır. Habelə məhkəmə cinayət qanunvericiliyinin müddəaları baxımından da hesab edir ki, hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlara əsasən Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetmir, onun hərəkətlərində CM-nin 234.2-ci maddəsinin (bu əməllər külli miqdarda törədildikdə CM-nin 234.4.3-cü maddəsinin) tərkib əlamətləri də yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qeyd olunan maddəyə əsasən cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulmuş obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti, cinayətin obyektiv cəhəti, cinayətin subyekti və cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxtda mövcud olduğu təqdirdə törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin obyektiv cəhəti təqsirkarın satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma hərəkətləri etməkdən ibarətdir. Cinayətin törədilməsi, icra edilməsi dedikdə onun obyektiv tərəfini təşkil edən hərəkətlərin, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma hərəkətlərin edilməsi başa düşülür. Hazırki iş üzrə təqsirkarın satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma hərəkətləri, yəni Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri təşkil edir. Bu isə o deməkdir ki, təqsirkar şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma hərəkətləri etməsini, yəni psixotrop maddənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi tələb olunur. Lakin hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla təqsirkar şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma ilə bağlı hərəkətləri, yəni psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi təsdiq olunmur. Habelə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etməyə dair ittiham verilsə də, təqsirləndirilən şəxsin bu maddəni əvəzli və ya qazanc üçün əldə etməsi, yaxud digər şəxsi marağının nədən ibarət olması müəyyən edilməmiş, eyni zamanda bu amillər məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə tədqiq olunmuş sübutları, işin faktiki hallarını və cinayətin ittihamda göstərildiyi kimi törədilməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, CM-nin 234.4.3-cü maddəsində (eləcə də həmin Məcəllənin 234.2-ci maddəsində) nəzərdə tutulan cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinin sübuta yetirilməsi ilə əlaqədar ittiham tərəfindən irəli sürülən dəlillər əsassızdır, bu dəlillər konkret ittihamda göstərildiyi kimi narkotik maddəni satış məqsədi ilə əldə edilməsinə dair fikir sübutlara deyil, mülahizələrə əsaslanır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş yalnız mülahizə (ehtimal) xarakteri daşıyır. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqlarının və X3 X2 6-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Həmin Konvensiyasının 7-ci maddəsinə əsasən heç kəsə cinayət törədildiyi anda tətbiq edilməli olan cəzadan daha ağır cəza təyin edilə bilməz. Azərbaycan Respublikası CM-nin 7-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-11,784 qram metamfetamin əldə edib, saxlayıb üzərində daşıyarkən, daxil olmuş əməliyyat məlumatı əsasında 21 iyun 2023-cü il tarixdə, saat 13 radələrində Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Lənkəran şəhəri, Koroğlu küçəsində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarının cibindən bir ədəd bükümdə külli miqdarda-11,784 qram metamfetamin aşkar edilib götürülmüş və bununla da o, CMnin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə əsasən (bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə) satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməlləri bu cinayətin törədilməsi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə qeyd olunanlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından, onun törətdiyi cinayət əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunmalı və o, CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Lənkəran Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 21 iyun 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Lənkəran Şəhər İHB-nın Şiləvar kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 04 iyul 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Lənkəran rayonunun Şiləvar kəndində qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət (kənd sakinləri arasında hörmətə malik olmaqla kəndin ictimai işlərində fəal iştirak etmiş və ondan nümayəndəliyə heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, Şiləvar kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 04 iyul 2023-cü il tarixli arayış və şəxsiyyət vəsiqələrinin surətləri ilə müyyən edilir ki, X5 15 oktyabr 2004-cü ildə və X9 21 iyul 2007-ci ildə doğulmuşlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağın olması CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 21 iyun 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi üzrə xəstəxananın narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağında saxlanılan 11,684 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X4 X6 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 21 iyun 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə xəstəxananın narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 11,684 qram psixotrop maddə olan metamfetam hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar