Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-165/2025 02.06.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cavanşir Şirvan oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X6 İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində X6 şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1979-cu ildə Lənkəran rayonu Yuxarı Nüvədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 həbsdə saxlanılan Təqsirləndirilən şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM-nin) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 02 iyun 2025-ci il tarixdə saat 17:50-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs barəsində istintaq olunmuş cinayət işinin ittiham aktının nəticəvi hissəsində göstərilmişdir ki, o, 2024-cü ilin oktyabr ayının əvvəllərində, Astara şəhəri ərazisində, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, külli miqdarda, 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 2,401 qram olan psixotrop maddə metafetamini əldə edib üzərində saxlayaraq daşımış, 07 oktyabr 2024-cü il tarixdə saat 20:14 dəqiqədə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (bundan sonra – Lənkəran ŞRPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu Yuxarı Nüvədi kəndi ərazisində piyada hərəkətdə olan zaman saxlanılıb üstü yoxlanılan zaman əynində olan şalvarın sağ yan cibindən qeyd edilən çəkidə və bükümdə psixotrop maddə metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Bu səbəbdən də, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 07 oktyabr 2024-cü il tarixdə saat 18:30 radələrində yaşadığı Lənkəran rayonu Yuxarı Nüvədi kəndi ərazisində velosipedlə küçədə hərəkətdə olarkən polis əməkdaşları onu saxlayaraq özləri ilə Lənkəran ŞRPŞ-nin inzibati binasına aparmışlar. Orada polis əməkdaşları bir büküm narkotik vasitəni onun cibinə qoyaraq videoçəkiliş zamanı həmin narkotik vasitənin özünə məxsus olmasını bildirməsini tələb etmişlər. O, bundan imtina etdikdə polis əməkdaşları onu döymüş, təklif olunanı qəbul etməyəcəyi təqdirdə yaşadığı evdən daha artıq çəkidə narkotik vasitə “aşkar edəcəkləri”, ailə üzvlərini də məsuliyyətə cəlb edəcəkləri barədə onu hədələmişlər. O, məcbur qalıb polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Polis şöbəsində bir büküm metamfetamin onun cibinə qoyulmuş, bundan sonra o, polis əməkdaşları ilə birlikdə yenidən Lənkəran rayonu, Yuxarı Nüvədi kəndinə gəlmiş, kəndin ərazisində ondan narkotik vasitə aşkar edilməsi ilə bağlı videoçəkiliş aparılmışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərmişdir ki, o belində ağrılar olması ilə əlaqədar narkotik vasitə heroindən istifadə etmiş, lakin metamfetamindən heç vaxt istifadə etməmişdir. Hətta videoçəkiliş aparılması üçün Polis şöbəsindən Lənkəran rayonu Yuxarı Nüvədi kəndi ərazisinə gətirildikdən sonra metamfetamindən heç vaxt istifadə etməməsi, yalnız heroin istifadəçisi olması barədə Rahid adlı polis əməkdaşına bildirmiş, Rahid isə “bizdə heroin yoxdur, metamfetamin var ancaq” demişdir. O, 07 oktyabr 2024-cü il tarixdə saat 18:30 radələrində polis əməkdaşları tərəfindən saxlanılarkən bunu qohumu X2 (məhkəmə istintaqı zamanı Babayeva (Mirzəcanova) Nailə Hüseynağa qızı olduğu müəyyən edilmişdir) görmüş, polis əməkdaşları onu Esmiragilin evinin yanında saxlamışlar. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – CPM-nin) 327.1.3-cü maddəsinə əsasən həmin ifadə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş və həmin ifadəsində Təqsirləndirilən şəxs özünü elan olunmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, 5 il olar ki, psixotrop maddə və narkotik vasitələrdən istifadə edir. Həmin predmetləri çox vaxt Astara şəhərində üzdən tanıdığı, lakin adını bilmədiyi bir neçə şəxsdən alır. Sonuncu dəfə 07 oktyabr 2024-cü il tarixdə, səhər saatlarında Astara şəhərinə gedib orada əvvəllər bir neçə dəfə psixotrop maddə aldığı şəxsə yaxınlaşıb ondan şəxsi istifadəsi üçün 70 manat qarşılığında bir bükümdə psixotrop maddə metamfetamin alıb istifadəsi üçün şalvarının sağ yan cibinə qoymuşdur. Həmin gün axşam saat 20 radələrində kənddə hərəkətdə olan zaman üç şəxs ona yaxınlaşmışdır. Həmin şəxslərdən birinin əlində mobil telefon var imiş və videoçəkiliş aparırmış. Həmin şəxslər özlərini polis əməkdaşı kimi təqdim etmişlər, onlardan biri narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olmağı barədə məlumatı olduğunu demiş, ona təklif etmişdir ki, üzərində qanunsuz nəsə varsa, təqdim etsin. O da şalvarının sağ yan cibindən bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm Rahid adlı polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkilmiş, çəkisi 2,53 qram olmuşdur. Bundan sonra həmin büküm qablaşdırılaraq möhürlənmişdir. Daha sonra polis əməkdaşı tərəfindən üzərində ətraflı şəxsi axtarış keçirilmiş, lakin hər hansı bir qanunsuz predmet aşkar edilməmişdir. Videoçəkiliş yekunlaşmış və onu polis şöbəsinə aparmışlar. Fəhmin adlı polis əməkdaşı ona şübhəli şəxs qismində tutulduğunu elan etmiş, vəkillərin siyahısını ona təqdim etmiş və oradan hüquqlarını müdafiə etməsi üçün vəkil seçməyini istəmişdir. O da İntiqam Hüseynov adlı vəkilin dəvət edilməsini istəmişdir. Vəkil şöbəyə gələndən sonra onun izahatı alınmışdır. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunduqdan sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq göstərmişdir ki, o həmin ifadəsini polis əməkdaşlarının təzyiqi və təsiri altında vermişdir, narkotik vasitənin Astara şəhərindən 70 manat müqabilində əldə etməsi ilə bağlı xüsusatı da polis əməkdaşları özlərindən uydurmuşlar, o isə məcbur qalıb həmin ifadəni imzalamışdır. Hal-hazırda həmin ifadəsini təsdiq etmir, hazırki məhkəmə istintaqı dövründə verdiyi ifadəsini təsdiq edir. Bundan başqa 06 fevral 2025-ci il tarixdə keçirilən məhkəmə baxışı iclası zamanı Azercell MMC-dən 27 yanvar 2025-ci il tarixli müşayiət məktubu ilə daxil olmuş CD diskdəki məlumatlar elan olunduqdan sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq göstərmişdir ki, 07 oktyabr 2024-cü il tarixdə polis əməkdaşı Şahid1la bir neçə dəfə telefon əlaqəsi saxlamış Şahid5 tanıyır, həmin şəxs onun əmisinin qaynıdır. 07 oktyabr 2024-cü il tarixdə İsfəndiyar ona bir neçə dəfə zəng edərək narkotik vasitə təklif etmiş, lakin o, imtina etmişdir. Belə ki, o əvvəllər narkotik vasitə heroinə olan tələbatını ödəmək üçün mütəmadi olaraq İsfəndiyardan narkotik vasitə almışdır. Sonuncu dəfə isə tutulmamışdan təxminən üç ay əvvəl İsfəndiyara narkotik vasitə almaq üçün pul versə də, İsfəndiyar ona narkotik vasitə verməmiş, bu səbəbdən onların münasibətləri pisləşmişdir. Polis əməkdaşları onu 07 oktyabr 2024cü il tarixdə saat 18:30 radələrində saxlayarkən kəndin yolu ilə sürətlə hərəkət etdiklərindən istifadələrində olan ağ rəngli maşının karteri deşilmiş, onlar polis şöbəsinə həmin ağ rəngli maşınlar getsələr də, həmin ağ rəngli maşın nasaz vəziyyətə düşdüyündən videoçəkiliş üçün yenidən kəndə qayıdarkən başqa qara rəngli maşınla gəlmişlər. Polis şöbəsində olarkən Rahid adlı polis əməkdaşı onun sifət nahiyyəsinə iki şillə zərbəsi vuraraq videoçəkiliş zamanı narkotik vasitənin ona məxsus olmasını deməsini tələb etmiş, bundan başqa armatura rezin boru keçirərək armaturla onu döymüş, lakin bədənində heç bir xəsarət olmamışdır. Təqsirləndirilən şəxs heç bir təqsirinin olmadığını, üzərindən aşkar olunduğu yazılmış psixotrop maddə metamfetaminin polis əməkdaşları tərəfindən üzərinə qoyularaq götürüldüyünü bildirərək məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə, CPM-nin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə tərkibi, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də tədqiq edərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, 07 oktyabr 2024-cü il tarixdə aiddiyəti üzrə rəhbərliyə məruzə etmiş, onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Həmin gün axşam saat 20 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvana gedərək onun olduğu yeri müəyyən etmişlər. Təqsirləndirilən şəxs onları görüb qaçmağa cəhd etmiş, lakin onlar Təqsirləndirilən şəxs saxlamışlar. Onu saxladıqdan sonra ona polis əməkdaşı olduqlarını, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, o da şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş metamfetaminə bənzər kütlə təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni Astara rayonunda üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra gödəkçəsinin sağ cibindən mobil telefonunu çıxarıb təqdim etmişdir. Telefon və aşkar edilmiş bir bükümdə metamfetaminə bənzər kütlə qablaşdırılaraq götürülmüş, Təqsirləndirilən şəxs isə Lənkəran ŞRPŞ-nə gətirilərək aidiyyəti üzrə təhvil verilmişdir. Verilən suallara cavab olaraq Şahid1 ifadəsinə davam edərək göstərmişdir ki, onlar Təqsirləndirilən şəxs Lənkəran rayonu, Yuxarı Nüvədi kəndi ərazisində saxlamışlar. Təqsirləndirilən şəxs saxlanılarkən qaçmağa cəhd etmiş, hətta onu təqib edərkən avtomobilinin karter hissəsi yer örtüyünün kələ-kötür hissəsinə dəyərək zədələnmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən yaxınlıqda heç kəs olmamış, onun və digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs hər hansı fiziki, psixoloji təzyiq olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 07 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, Lənkəran rayonu Yuxarı Nüvədi kəndi ərazisində Təqsirləndirilən şəxs yeri müəyyən edilmiş, Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmış, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilərək videoçəkiliş ilə üzərinə baxış keçirilmiş, baxış zamanı üzərində bir bükümdə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Verilən suallara cavab olaraq Şahid3 ifadəsinə davam edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən qaçmağa cəhd göstərmiş, saxlanıldıqdan sonra videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə aparılıb sonra yenidən videoçəkiliş üçün Yuxarı Nüvədi kəndinə geri qaytarılmamışdır. Əməliyyat məlumatı Şahid1 olmuşdur. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki, psixi zorakılığa yol verilməmişdir. Məhkəmədə təkrar şahid qismində dindirilmiş Şahid1 verilən suallara cavab olaraq göstərmişdir ki, Şahid5 tanıyır, ondan bir neçə dəfə kənddə yaşayan bir neçə şəxs barəsində məlumatlar soruşmuşdur. 07 oktyabr 2024-cü il tarixdə günorta saatlarından Yuxarı Nüvədi kəndi ərazisində olmuşdur. Kəndin ərazisi böyük olduğunundan və yolları qarışıq olduğundan həmin gün bir neçə dəfə Şahid5 zəng edərək ondan kəndin yollarını soruşmuşdur. Təqsirləndirilən şəxs saxlanılmasında Şahid5 heç bir rolu olmamışdır. İsfəndiyarın hansı səbəbdən onunla danışdıqdan sonra Murada zəng etməsinin səbəblərini bilmir, hesab edir ki, İsfəndiyar Murada zəng edərək polis əməkdaşlarının kəndin ərazisində olması barədə xəbərdarlıq edib. Onun istifadəsində ağ rəngli xidməti avtomobil olmuşdur. Həmin avtomobil əməliyyat tədbiri zamanı istifadə olunmuş, lakin yol şəraiti imkan vermədiyindən onlar daha sonra polis şöbəsinə getmək üçün başqa maşından istifadə etmişlər. Məhkəmədə təkrar şahid qismində dindirilmiş Şahid3 verilən suallara cavab olaraq göstərmişdir ki, onlar Lənkəran rayonu Yuxarı Nüvədi kəndində 07 oktyabr 2024-cü il tarixdə saat təxminən 17-18 radələrində keçiriləcək əməliyyat tədbiri ilə əlaqədar ərazini müşahidə etmək üçün gəlmişlər. O, İsfəndiyar adlı şəxsi tanımamış, eləcə də Şahid1 İsfəndiyar adlı şəxslə danışmasının şahidi olmamışdır. Ümumiyyətlə, onunla Şahid1 arasında İsfəndiyar adlı şəxslə bağlı hər hansı danışıq olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsində qeyd etdiyi kimi Təqsirləndirilən şəxs saxlanılarkən qaçmağa cəhd göstərmişdir. Əməliyyat tədbiri zamanı Şahid1 ağ rəngli xidməti avtomobili və onun tünd göy rəngli “Toyota Camry” markalı şəxsi avtomobili istifadə edilmişdir. Məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş həkim-narkoloq Şahid6 ifadəsində göstərmişdir ki, psixotrop maddə metamfetamin opioidlər qrupuna aid deyildir, opioidlər qrupuna heroin və sair növ narkotik vasitələr aiddir. Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən qəbul edilmiş qərar əsasında ambulator məcburi narkoloji tibbi yoxlamadan keçirilərkən onun anamnez məlumatları toplanılmış, eləcə də özü ilə sorğu-sual aparılmış, şəxsin anamnez məlumatlarına və öz dediklərinə əsasən narkotik vasitə heroindən istifadə etməsi müəyyən edildiyindən ekspress test üsulundan istifadə edilməklə analiz götürülmüş, analiz nəticəsində “opi+” aşkar edilmişdir. Belə ki, metamfetamin istifadəçilərində güclü ağrılar olmur, həmin şəxslər əsasən yuxusuzluqdan əziyyət çəkir, eləcə də həmin şəxslərin əhvalı yüksək olur. Opioid qrupu narkotik vasitələrdən həmçinin heroindən istifadə edən şəxslərdə isə güclü ağrılar, əhvalın aşağı olması müşahidə edilir. Təqsirləndirilən şəxs anamnez məlumatlar toplanarkən onda özünü də qeyd etdiyi kimi heroin istifadəçisinə xarakterik xüsusiyyətlər müəyyən edilmişdir. Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamindən istifadə etməsinə, metamfetamindən asılılığa işarə edəcək hər hansı hal aşkar edilməmişdir. Məhkəmə CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir: İşdə olan “cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında” 08 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanmış və cinayət işi Lənkəran ŞRPŞ-nin İstintaq bölməsinə göndərilmişdir. (Cild 1, i.v.1;) İşdə olan Lənkəran ŞRPŞ-nin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzrəində saxlaması, daşıması və istifadəsi barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, i.v.4;) İşdə olan Lənkəran ŞRPŞ-nin rəisinin xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, qrup rəhbəri Şahid1 olmaqla Şahid3 İlqar oğlu və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. (Cild 1, i.v.7;) İşdə olan DİN-in X15 Sistemindən çıxarışdan görünür ki, həmin məlumat sistemdən xx.xx.2024-cü il tarixdə saat 06:49-da çıxarılmışdır. (Cild 1, i.v. 10-13;) İşdə olan “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş videoçəkilişin əks olunduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 20:14-də Lənkəran rayonu Yuxarı Nüvədi kəndində küçə ilə hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılır, üzərində hər hansı qanunsuz, mülki dövriyyəsi qadağan edilmiş əşya olub-olmaması, varsa təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə metamfetaminə bənzər kütləni çıxararaq təqdim edir, daha sonra elektron tərəzidə çəkilərkən həmin kütlənin çəkisinin 2,53 qram olması müəyyən edilir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə və təqdim etdiyi bir ədəd Samsung markalı mobil telefon qablaşdırılaraq götürülür. Videoçəkiliş saat 20:21-də yekunlaşdırılır. (Cild 1, i.v. 14-16;) İşdə olan “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, faktiki azadlığı 07 oktyabr 2024-cü il tarixdə saat 20:14-də məhdudlaşdırılmış Təqsirləndirilən şəxs həmin tarixdə həmin tarixdə saat 21:10-da şübhəli şəxs qismində tutulmuşdur.(Cild 1, i.v.33;) İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 08 oktyabr 2024-cü il tarixli, 19/683 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış 1 bükümdə metamfetamin.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə, təmiz çəkisi 2,401 qram olan ağ rəngli kirstallardan ibarət olan maddə metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 60 (altmış) manatdır. (Cild 1, i.v.49-52;) İşdə olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 09 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1ci maddəsi ilə ittiham elan edilmişdir. (Cild 1, i.v. 59-60;) İşdə olan Lənkəran Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 4(049)- 159/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 07 oktyabr 2024-cü il tarixdən hesablanmışdır.(Cild 1, i.v. 76-80;) İşdə olan “ambulator məcburi narkoloji tibbi yoxlama”nın 10 oktyabr 2024-cü il tarixli 740 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. (Cild 1, i.v.81;) İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş və məhkumluğu ödənilmişdir. (Cild 1, i.v. 89-90;) İşdə olan “sübutların qiymətləndirilməsi haqqında” 21 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatınndan sonra qalıq çəkisi 2,301 qram metamfetamin və müvafiq protokollara əlavə edilmiş iki ədəd DVD disk maddi sübut kimi tanınmışdır. (Cild 1, i.v. 111-115;) İşdə olan “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 21 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2,401 qram çəkidə psixotrop maddə metamfetaminin əldə edilmə mənbəyi barədə cinayət işindən ayrı icraata Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır.(Cild 1, i.v.117;) Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı toplanıb elan edilərək tədqiq edilmiş məhkəmə istintaqı materiallarından, yəni; Azercel MMC-nin 23 yanvar 2025-ci il tarixli 826 nömrəli müşayiət məktubu ilə göndərilmiş CD diskdə olan Şahid1 istifadəsində olmuş ********** saylı gsm nömrəsinə dair daxil olan və çıxan zənglərə, anten məlumatlarına və abunəçilərin siyahısına baxış keçirilmişdir. (Cild 2) Lənkəran ŞRPŞ-nin 04 fevral 2025-ci il tarixli 96/2-3142/25 nömrəli müşayiət məktubu ilə göndərilmiş “Şəhər, Rayon, X16 X4 Kitabı”ndan çıxarışdan görünür ki, Rzayev X11 ŞRPŞ-nin inzibati binasına xx.xx.2024-cü il tarixdə saat 20:30-da gətirilmişdir. Təqsirləndirilən şəxs həmin gün saat 21:35-də Lənkəran ŞRPŞ-nin MSY-nə təhvil verilmiş, tibbi müayinə zamanı praktiki sağlam olduğu müəyyən edilmişdir. (Cild 2) Azercell MMC-nin 06 fevral 2025-ci il tarixli 2208 nömrəli məktubundan görünür ki, “Lenkaran r-nu” adı altında göstərilən 3 ədəd baza stansiyası Lənkəran şəhəri Lənkəran Televiziya qülləsi, Lənkəran şəhəri Hava limanı yaxınlığı, Kərpic zavodu, ünvan 2 ünvanlarında yerləşməklə Lənkəran şəhərinin ərazisini əhatə edir. “Lənkəran r-nu, Sepnekaran” adlı baza stansiyası “Lenkeran ray. Yuxarı Nuvedi kendi” adlı baza stansiyasının əhatə dairəsi ilə kəsişməklə Lənkəran rayonu Yuxarı Nüvədi kəndi ərazisinə də xidmət göstərir. (Cild 2) Azercell MMC-nin 17 fevral 2025-ci il tarixli 2758 nömrəli müşayiət məktubu ilə göndərilmiş CD diskdə olan Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı gsm nömrəyə, Şahid5 istifadəsində olmuş ********** saylı gsm nömrəyə və Şahid3 istifadəsində olmuş ********** saylı gsm nömrəyə dair daxil olan və çıxan zənglərə, anten məlumatlarına baxış keçirilmişdir. (Cild 2) Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, məhkəməyə əlavə şahid qismində çağırılmış Şahid5 məhkəməyə məcburi gətirilməsi haqqında qərar qəbul edilmiş, qərarın icrası Lənkəran ŞRPŞ-yə həvalə olunmuşdur. (Cild 2) Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, məhkəməyə əlavə şahid qismində çağırılmış Şahid5 məhkəməyə məcburi gətirilməsi haqqında qərar qəbul edilmiş, qərarın icrası DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə həvalə olunmuşdur. (Cild 2) Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən 07 may 2025-ci il tarixli məktubla Daxili İşlər Nazirliyinə müraciət olunaraq məhkəmənin “şahidin məcburi gətirilməsi haqqında” 04 mart 2025-ci il tarixli və 16 aprel 2025-ci il tarixli qərarlarının icra olunması üçün aidiyyəti orqanlara müvafiq tapşırıq verilməsi xahiş olunmuşdur. (Cild 2) Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, Şahid5 xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının ərazisini tərk edərək Rusiya Federasiyası Moskva şəhərinə getmişdir. (Cild 2) Lənkəran ŞRPŞ-nin 21 may 2025-ci il tarixli 1xx/xx-0185 nömrəli məktubundan görünür ki, cinayət işi materiallarında olan təqsirləndirilən şəxsin anket məlumatlarını təsdiq edən DİN-in X15 Sistemindən çıxarılmış sənəddə qeyd edilən saatın 06:49 olması X15 Sistemində saat göstəricisinin 12 saatlıq formatda olması nəzərə alınaraq saat 18:49 kimi oxunmalıdır. (Cild 2) Beləliklə, məhkəmə tərkibi cinayət işinin materiallarını nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və ibtidai istintaq orqanının müəyyən etdiyi halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyətli və işin faktiki halları ilə uzlaşmayan sübutları təşkil etdiyindən, habelə ilkin sübutlar qanunsuz yolla əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından Təqsirləndirilən şəxs bəraət verilməlidir. Məhkəmə gəldiyi qənaətin əsaslandırılması üçün istintaq orqanının Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübutun ayrı-ayrılıqda tədqiq edilməsini zəruri hesab edir. İbtidai istintaq orqanı hesab etmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsi, saxlaması və daşıması əməlini təsdiq edən sübutlar – Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 07 oktyabr 2024-cü il tarixli protokol, məhkəmə kimyəvi ekspertizasının 08 oktyabr 2024-cü il tarixli 19/683 nömrəli, ambulator məhkəmə-narkoloji ekspertizasının 10 oktyabr 2024-cü il tarixli 740 nömrəli rəyləri, şahid ifadələri, istintaq hərəkəti protokolları, maddi sübut və cinayət işinin digər istintaq materiallarıdır. Məhkəmə tərkibi ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs ittiham elan etmək üçün əsaslandığı sübutlarla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona qarşı irəli sürülmüş ittihamı qəbul etməyərək ümumiyyətlə psixotrop maddə metamfetamindən heç vaxt istifadə etmədiyini, 07 oktyabr 2024-cü il tarixdə Lənkəran rayonu Yuxarı Nüvədi kəndi ərazisində saat 18:30 radələrində polis əməkdaşları tərəfindən saxlanıldığını, Lənkəran ŞRPŞ-də polis əməkdaşları tərəfindən zorakılığa məruz qaldığını, videoçəkiliş zamanı üzərindən aşkar edilmiş bir ədəd sellofan bükümdə olan metamfetaminin polis əməkdaşları tərəfindən Lənkəran ŞRPŞ-də cibinə qoyulduğunu, fiziki zorakılığa və psixoloji təhdidə məruz qaldığından məcbur olub polis əməkdaşlarının tələblərinə əməl edərək psixotrop maddənin ona məxsus olduğunu bildirdiyini, polis əməkdaşlarının onu yenidən Lənkəran ŞRPŞ-dən Lənkəran rayonu Yuxarı Nüvədi kəndində gətirərək guya həmin gün saat 20:10 radələrində saxlanılması və üzərindən metamfetamin aşkar edilməsi ilə bağlı videoçəkiliş apardıqlarını, saxlanılarkən üzərində heç bir narkotik və ya psixotrop maddə olmadığını, polis əməkdaşları tərəfindən saxlanmamışdan bir qədər əvvəl tanışı Şahid5 ona bir neçə dəfə zəng edərək narkotik vasitə təklif etdiyini, lakin qəbul etmədiyini bildirmişdir. Bu hissədə məhkəmə xüsusilə vurğulayır ki, məhkəmə istintaqında aparılmış araşdırma məhkəmə baxışının hədləri kontekstində müdafiə tərəfinin iddia etdiyi dəlillərlə bağlı əlavə sübutların əldə edilməsi və həmin sübutların cinayət işinin materiallarında olan digər sübutlar əsasında məcmu halda müqayisəli şəkildə yoxlanılması və hüquqi qiymət verilməsi vasitəsilə həyata keçirilmişdir. Cinayət işinin materiallarında olan 07 oktyabr 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan və ona əlavə edilmiş 01 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs kənd ərazisində yolun kənarı ilə sakit tərzdə hərəkət edərkən avtomobilin ön işıqları Təqsirləndirilən şəxs gəldiyi istiqaməti işıqlandırmaqla polis əməkdaşları Şahid1 və Şahid2 avtomobilin yanında gözləyir, onlar bir neçə saniyə sonra Təqsirləndirilən şəxs yaxınlaşaraq onun qollarından tutur və avtomobilin yanına gətirərək orada özlərini təqdim edib, Təqsirləndirilən şəxs nədə şübhəli olduğunu bildirirlər. Məhkəmə ilk öncə qeyd edir ki, videogörünütülərdə əks olunan şəxsin saxlanılma şəraiti ilə polis əməkdaşları Şahid1la Şahid3 məhkəmə istintaqı zamanı ifadələrində təsvir etdikləri Təqsirləndirilən şəxs saxlanılma şəraiti tamamilə ziddiyyət təşkil edir. Belə ki, hər iki şahid ifadələrində Təqsirləndirilən şəxs polis əməkdaşlarından qaçmağa çalışdığını bildirmiş, Şahid1 isə hətta qeyd etmişdir ki, Təqsirləndirilən şəxs qaçmağa çalışarkən onu təqib edən zaman idarə etdiyi avtomobilin alt hissəsi kəndin yolunun kələ-kötür hissələrinə dəyərək karteri zədələnmişdir. Qeyd edilən videogörüntülərdə isə Təqsirləndirilən şəxs nəinki polis əməkdaşlarından qaçmağa cəhd etmədiyi görünür, hətta mülki geyimli polis əməkdaşlarının ona yaxınlaşıb qollarından tutan zaman Təqsirləndirilən şəxs heç bir təəccüb keçirmədiyi, sakit şəkildə polis əməkdaşlarına tabe olduğu aydın sezilir. Məhkəmə xüsusilə qeyd edir ki, Şahid1 istifadəsində olmuş avtomobilin alt hissəsinin (karter hissəsi) zədələnməsini Təqsirləndirilən şəxs də ifadəsində təsdiq etmiş, bildirmişdir ki, ağ rəngli avtomobil onu saxlamaq üçün yüksək sürətlə hərəkət etdirildiyindən zədələnmişdir. Bundan sonra onu həmin avtomobillə Lənkəran ŞRPŞ-nin inzibati binasına aparmışlar, videoçəkiliş aparmaq üçün kəndə geri qayıtdıqda isə artıq həmin avtomobil zədəli olduğundan başqa qara rəngli avtomobillə kəndə gəlmişlər. Bu xüsusda Şahid3 ifadəsi zamanı əməliyyat tədbirində şəxsi mülkiyyətində olan tünd-göy rəngli avtomobilin də istifadə edildiyini bildirməsi, videogörüntülərdə də tünd rəngli avtomobilin kapot hissəsinin görüntüyə düşməsi diqqət çəkir. Daha bir ziddiyyətli məqam isə Təqsirləndirilən şəxs saxlanılma anı ilə bağlıdır ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində saxlanıdlığını bildirsə də, cinayət işi materiallarından eləcə də, 07 oktyabr 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokolda onun xx.xx.2024-cü il tarixdə saat 20:14-də saxlanıldığı qeyd edilmişdir. Bununla əlaqədar məhkəmə tərəfindən qərar qəbul edilərək şahidlər Şahid3 və Şahid1 istifadəsində olmuş mobil nömrələrə dair məlumatlar (daxil olan, çıxan zənglər, anten məlumatları) Azercell MMC-dən əldə edilmiş, həmin məlumatlara məhkəmə iclasında baxış keçirilmişdir. (Cild 2) Şahid1 istifadəsində olmuş ********** saylı gsm nömrəyə dair məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, Şahid1 xx.xx.2024-cü il tarixdə saat 12:43:11, saat 12:56:45, saat 12:59:00, 13:04:49, 15:17:49, 15:47:25-də “Lenkeran r-nu, Sepnekaran” adlı baza stansiyasının, saat 15:49:56-dan 18:36:53-dək “Lenkeran ray. Yuxarı Nuvedi kendi” adlı, saat 19:20:34 və 19:34:04-də "xxxx" adlı baza stansiyasının əhatə dairəsində olmuşdur. Anten dairəsinə dair məlumatlardan, eləcə də, məhkəmənin sorğusuna əsasən Azercell MMC-nin 06 fevral 2025-ci il tarixli 2208 nömrəli məktubunda qeyd olunmuş məlumatların təhlili onu göstərir ki, Şahid1 xx.xx.2024-cü il tarixdə saat 12:43-dən həmin gün saat 18:36-dək Lənkəran rayonu Yuxarı Nüvədi kəndi ərazisində olmuşdur. (“Lenkeran r-nu, Sepnekaran” adlı baza stansiyası Lənkəran rayonu Yuxarı Nüvədi kəndini də əhatə edir). Əməliyyat tədbiri ilə əlaqədar Yuxarı Nüvədi kəndinə həmin gün günorta saatlarında gəldiklərini təkrar şahid qismində ifadəsində Şahid1 da təsdiq etmişdir. Halbuki o məhkəmə istintaqı zamanı ilkin ifadəsində Yuxarı Nüvədi kəndinə xx.xx.2024-cü il tarixdə saat 20 radələrində getdiyini bildirmişdir. Digər diqqət çəkən məqam isə saat 18:36-dan sonra Şahid1 istifadəsində olmuş gsm nömrənin saat 19:20:34 və 19:34:04-də "xxxx" adlı baza stansiyasının əhatə dairəsində olmasıdır. Belə ki, Azercell MMC-nin 06 fevral 2025-ci il tarixli 2208 nömrəli məktubundan görünür ki, "xxxx" adlı baza stansiyası üç stansiyadan ibarət olmaqla Lənkəran şəhərinin ərazisini əhatə edir. Bu isə onu deməyə əsas verir ki, Şahid1 xx.xx.2024-cü il tarixdə saat 19:20 və saat 19:34-də məhz Lənkəran ŞRPŞ-nin də inzibati binasının yerləşdiyi Lənkəran şəhərinin ərazisində olmuşdur. Bundan başqa Şahid3 istifadəsində olmuş ********** saylı gsm nömrəyə dair məlumatlara baxış zamanı onun istifadəsində olmuş mobil nömrənin xx.xx.2024-cü il tarixdə saat 17:28:42-dən saat 18:38:56-dək “Lenkeran ray. Yuxarı Nuvedi kendi” adlı, saat 19:04:08-də "xxxx" adlı baza stansiyasının əhatəsində olduğu müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlar göstərir ki, polis əməkdaşları Şahid1 və Şahid3 xx.xx.2024cü il tarixdə saat 18:30 radələrinədək Lənkəran rayonu, Yuxarı Nüvədi kəndi ərazisində olmuşlar. Həmin gün saat 19:04-dən etibarən isə Lənkəran şəhəri ərazisində olmuşlar. Bu isə öz növbəsində Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi kimi xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində Lənkəran rayonu, Yuxarı Nüvədi kəndi ərazisində saxlanılıb Lənkəran ŞRPŞ-yə gətirilməsi, sonra yenidən Lənkəran rayonu Yuxarı Nüvədi kəndinə aparılması ilə bağlı qeyd etdiyi xüsusatların həqiqət olduğunu deməyə əsas verməklə, ittiham tərəfinin şəxsin xx.xx.2024-cü il tarixdə saat 20:14 radələrində saxlanılması ilə bağlı gətirdiyi dəlilləri ciddi şübhə altına alır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə məhz saat 18:30 radələrində saxlanılmasına dair göstərdiyi xüsusatı gücləndirən digər bir dəlil isə cinayət işi materiallarında olan DİN-in X15 Sistemindən çıxarılmış sənəddir ki, həmin sənədin sistemdən çıxarılma tarixi xx.xx.2024-cü il tarixdə saat 06:49 olaraq göstərilmişdir. Bununla bağlı məhkəmə sorğusuna cavab olaraq Lənkəran ŞRPŞ-nin 21 may 2025-ci il tarixli 1xx/xx-0185 nömrəli məktubundan görünür ki, cinayət işi materiallarında olan təqsirləndirilən şəxsin anket məlumatlarını təsdiq edən DİN-in X15 Sistemindən çıxarılmış sənəddə qeyd edilən saatın 06:49 olması X15 Sistemində saat göstəricisinin 12 saatlıq formatda olması nəzərə alınaraq saat 18:49 kimi oxunmalıdır. Göründüyü kimi Təqsirləndirilən şəxs anket məlumatlarına dair MAPS-dan çıxarış xx.xx.2024-cü il tarixdə saat 18:49-da əldə edilmişdir. Şahid1 və Şahid3 istifadəsində olmuş mobil nömrələrə dair anten məlumatları və MAPS-dan çıxarışın qarşılıqlı təhlili onu göstərir ki, Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə saat 18:49-da artıq Lənkəran ŞRPŞ-nin inzibati binasında olmuşdur. Ali Məhkəmənin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 20024-cü il tarixli 8 nömrəli qərarənın 34-cü bəndində göstərilmişdir ki, əməliyyat-axtarış tədbiri gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsinə zərurət yarandıqda, o cümlədən şəxs şübhəli şəxs qismində tutulduqda onun faktiki tutulduğu (yaxalandığı) yerdə üstü yoxlanılmalı, sübut əhəmiyyətli ola biləcək əşyalar aşkarlandıqda onlar götürülməli, o, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis qurumuna və yaxud digər orqana gətirilməli və əməliyyataxtarış tədbirinin gedişatını və sübut əhəmiyyətinə malik ola biləcək əşyaların götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud məzmunca CPM-in 247ci maddəsində nəzərdə tutulmuş protokola analoji surətdə tərtib edilmiş “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokol” (həmin sənədlər obyektiv səbəblərdən şübhəlinin faktiki tutulduğu yerdə tərtib edilməyibsə, bunun səbəbləri göstərilməklə) şübhəli şəxs müvafiq orqana gətirildikdən dərhal sonra əməliyyat-axtarış tədbirini keçirmiş şəxs tərəfindən tərtib edilməlidir. Ali Məhkəmənin qeyd olunan qərarındakı hüquqi mövqeyə əsasən əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqandan şübhəli şəxsin məhz saxlanıldığı yerdə üzərinin yoxlanması və sübut əhəmiyyətinə malik ola biləcək əşyaların dərhal yerində müvafiq qaydada götürülməsi tələb olunur. Təsadüfi deyildir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında ibtidai araşdırma zamanı yol verilmiş digər nöqsanlarla yanaşı sübut əhəmiyyətinə malik ola biləcək (cinayət təqibi gedişində ittihamın əsaslandırılmasında istifadə edilən) predmetlərin şəxsin tutulduğu yerdə götürülməməsinə sübutun əldə edilməsi şəraitinin ciddi qüsuru kimi baxaraq belə sübutun mötəbərliyini şübhə altına alan, beləliklə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu yaradan hal kimi istinad etmişdir. “Layıcov Azərbaycana qarşı” işi üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərarında məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını araşdıraraq qeyd etmişdir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmamışdır. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, həbslə axtarış arasındakı təxminən 30 (otuz) dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarmış, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında olmuşdur. Hər bir halda hazırkı işdə axtarışın ərizəçinin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil olmamışdır. Bundan əlavə, onun hansı səbəbə həbs yerindən təxminən beş-on dəqiqə aralıda yerləşən Balakən Rayon Polis Şöbəsinə deyil, Zaqatala Rayon Polis Şöbəsinə aparıldığı aydın olmamışdır. Həmçinin məhkəmə iş üzrə ərizəçinin 2005-ci il 17 martda polis tərəfindən həbs olunduğu və polisdə saxlandığı zaman, yəni polis tərəfindən üzərində axtarışın aparıldığı və ona qarşı sübut kimi çıxış etmiş narkotik maddənin tapıldığı vaxt pis rəftara məruz qaldığını artıq müəyyən etmişdir. “Sakit Zayidov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin 12 fevral 2016cı il tarixli qərarının məzmununa əsasən şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət (həmin qərarda 20 dəqiqə) keçərsə, bu zaman aşkar olunan sübutun «qoyulması» ilə bağlı əsaslı narahatlıq yaranır. Bu müddət ərzində ərizəçi tamamilə polis əməkdaşlarının nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliyini ciddi şübhələr altına alır. Göstərilən bu hallar təqsirləndirilən şəxsin saxlanılması, şübhəli şəxs qismində tutulması, üzərinə şəxsi axtarış və götürmə hərəkətinin həyata keçirilməsi ilə bağlı sənədləşmənin düzgün aparılmamasına, göstərilən vaxtların təhrif edilməsinə dəlalət edən hallardır ki, bu hallar iş üzrə araşdırmanın CPM-nin tələbləri pozulmaqla aparılmasının, sənədlərin formal şəkildə reallığı əks etdirmədən tərtib edilməsinin göstəricisidir. Ali Məhkəmənin qeyd olunan Plenum qərarındakı hüquqi mövqeyə eləcə də, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən məhkəmə hesab edir ki, 07 oktyabr 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokol mötəbər sübut kimi qəbul edilə bilməz və bunun məntiqi davamı olaraq həmin protokol və ona əlavə olunmuş videogörüntülərin əks olunduğu CD disk sübutların siyahısından çıxarılmalıdır. Bundan başqa Şahid1 istifadəsində olmuş ********** saylı gsm nömrəyə dair Azercell MMC-dən əldə edilmiş məlumatlara baxış keçirilərkən Şahid1 xx.xx.2024-cü il tarixdə ********** saylı gsm nömrə ilə çoxsaylı danışıqlar aparması məhkəmənin diqqətini çəkmişdir. Azercell MMC-dən təqdim edilmiş “abunəçilərin siyahısı” faylına baxış zamanı həmin gsm nömrənin Lənkəran rayonu yuxarı Nüvədi kəndində qeydiyyatda olan Şahid5 məxsus olması təsbit edilmişdir. Belə ki, Şahid1 istifadəsində olan ********** saylı nömrə ilə xx.xx.2024-cü il tarixdə Şahid5 istifadəsində olmuş ********** saylı nömrəyə zəng edərək saat 12:43-də 19 saniyə, saat 15:00-da 16 saniyə, saat 15:19-da 15 saniyə, saat 15:35-də 10 saniyə, saat 15:54-də 47 saniyə, saat 15:55-də 54 saniyə, saat 15:59-da 59 saniyə, saat 16:18-də 19 saniyə, saat 16:54-də 40 saniyə, saat 17:24-də 31 saniyə, saat 19:20-də 135 saniyə,saat 21:45-də 51 saniyə danışıq aparmışdır. Eləcə də qarşılıqlı olaraq Şahid5 istifadəsində olan mobil nömrə ilə Şahid1 qeyd olunan mobil nömrəsinə zəng edərək xx.xx.2024-cü il tarixdə saat 15:49-da 20 saniyə, saat 18:02-də 28 saniyə, saat 18:24-də 46 saniyə, saat 18:36-da 60 saniyə danışıq aparmışdır. Şərh olunanlardan aydın olur ki, Şahid1 ilə Şahid5 arasında xx.xx.2024-cü il tarixdə saat 12:43-dən başlayaraq həmin gün saat 21:45-dək 16 (on altı) dəfə danışıq aparılmışdır. Məhkəmə istintaqı zamanı qeyd olunan telefon danışıqları ilə bağlı məhkəmə tərəfindən Şahid1 sual ünvanlandıqda Şahid1 Şahid5 tanıdığını, həmin gün kəndin yolları qarışıq olduğundan yolları öyrənmək üçün ona zəng edib danışdığını bildirmişdir. Məhkəmə Şahid1 həmin ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, ilk növbədə əməliyyat tədbirinin həyata keçirilməsi ilə əlaqədar Lənkəran rayonu, Yuxarı Nüvədi kəndinə gəlmiş polis əməkdaşının ifadəsində qeyd etdiyi kimi kəndin yollarını öyrənmək zərurəti olsaydı, əməliyyat maskalanmasına riayət etməklə bunun üçün həmin kəndin polis sahə rəisinə, həmin kəndin təhkim olunduğu əməliyyat müvəkkilinə, ərazi icra nümayəndəliyinə və ya bələdiyyəyə müraciət edib hətta bunların heç biri mümkün olmadıqda belə müasir dövrdə bütün smartfon tipli telefon qurğularına quraşdırılmış GPS-Naviqasiya proqramlarından istifadə etməklə lazımi məlumatları almaq imkanı var idi. Bu xüsusda məhkəmə Şahid5 şəxsiyyətinə diqqət çəkərək qeyd edir ki, Şahid5 Lənkəran rayon məhkəməsinin 27 yanvar 2020-ci il tarixli 1(049)-52/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Aydındır ki, uzun illər polis orqanlarında xidmət etmiş, narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili kimi mühüm vəzifə tutan, polis polkovnik-leytenantı xüsusi rütbəsində olan polis zabitinin “yol öyrənmək üçün” kobud diletantlıq edərək əvvəllər CM-nin 234.2-ci maddəsi ilə məhkum edilmiş, məhkumluğu ödənilməmiş şəxsə müraciət etməsi, bu məqsədlə onunla gün ərzində 16 dəfə danışıq aparması ağlabatan hesab edilə bilməz. Ən azından ona görə ki, Şahid1 ifadəsində qeyd etdiyi kimi “yəqin ki, İsfəndiyar polis əməkdaşlarının kənddə olması barədə Murada xəbər verib” riskini əvvəlcədən görüb və ya görməli idi. Bundan əlavə hətta, Şahid1 “İsfəndiyarla kəndin yolunu öyrənmək üçün danışmışdım” iddiası həqiqət kimi qəbul edilsə belə, onun əməliyyat tədbiri bitdikdən sonra yəni istintaq orqanının təqdim etdiyi müvafiq kitabdan çıxarışa əsasən xx.xx.2024-cü il tarixdə saat 20:30-da Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirildikdən sonra saat 21:45-də Şahid5lə yenidən danışıqlar aparması həmin arqumenti özü-özlüyündə təkzib edir. Bütün bunların fonunda daha bir diqqət çəkən məqam isə Şahid5 istifadəsində olmuş ********** saylı gsm nömrəyə dair Azercell MMC-dən təqdim olunmuş məlumatlara baxış keçirilərkən Şahid5 qeyd olunan nömrə ilə xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı gsm nömrəyə zəng edərək saat 15:48-də 38 saniyə, saat 17:25-də 6 saniyə, 18:15-də 24 saniyə, saat 18:21-də 43 saniyə danışıqlar aparmasıdır. Baxış zamanı xx.xx.2024-cü il tarixdə zənglərin hamısının birtərəfli olduğu yəni, Şahid5 tərəfindən edildiyi müəyyən edilmişdir. Xüsusilə onu da qeyd etmək lazımdır ki, telefon danışıqlarının qarşılıqlı təhlili göstərir ki, Şahid5 Təqsirləndirilən şəxslə danışıqlar apardıqdan sonra qısa zaman kəsiyində Şahid1la danışıqlar aparmışdır. Məhkəmə istintaqı zamanı məhkəmənin verdiyi suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, Şahid5 onun əmisinin qaynıdır. O, əvvəllər narkotik vasitə olan heroina olan tələbatını ödəmək üçün pul qarşılığında Şahid5 mütəmadi olaraq narkotik vasitə almışdır. Sonuncu dəfə isə Şahid5 onu aldadaraq pul alıb narkotik vasitə vermədiyindən münasibətləri pisləşmişdir. xx.xx.2024-cü il tarixdə isə İsfəndiyar ona bir neçə dəfə zəng edərək narkotik vasitə verməyi təklif etmiş, o isə qəbul etməmişdir. Şahid5 məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində məhkəmə iclaslarına çağırılsa da, o məhkəmə iclaslarına gəlməkdən imtina etmiş, barəsində xx.xx.2025-ci il tarixdə, xx.xx.2025-ci il tarixdə “şahidin məcburi gətirilməsi haqqında” qərar qəbul edilərək icrası müvafiq olaraq Lənkəran ŞRPŞ-yə və DİN-in Baş İctiai Təhlükəsizlik İdarəsinə tapşırılsa da həmin qərarlar icra edilməmiş, AZEMİS sistemindən çıxarışdan isə müəyyən edilmişdir ki, Şahid5 xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının ərazisini tərk edərək Rusiya Federasiyasına getmişdir. Məhkəmə kollegiyası Avropa Məhkəməsinin də müəyyən etdiyi hüquqi mövqeyi rəhbər tutaraq hesab edir ki, əlavə şahid qismində dindirilməli olan Şahid5 verəcəyi ifadə obyektiv baxımdan həqiqətin müəyyən edilməsinə, məhkəmə baxışının nəticələrinə, müdafiənin güclənməsinə, təqsirləndirilən şəxsin alibisinin müəyyən edilməsinə, onun bəraət almasına və s. bu kimi məsələlərə son dərəcə mühüm təsir etdiyindən o, 19 fevral 2024-cü il tarixdən etibarən məhkəmə qərarı ilə əlavə şahid qismində məhkəməyə çağırılsa da, eləcə də onun məhkəməyə gətirilməsi üçün iki dəfə “məcburi gətirmə” haqqında qərar qəbul edilsə də, şəxsin nə özünün məhkəmə iclaslarına gəlməməsi, nə də ki, polis orqanı tərəfindən məhkəmənin müvafiq qərarlarının icra edilməməsi istintaq orqanının həmin şəxsin məhkəmə iclasında dindirilməməsində maraqlı olmadığını göstərir. Məhkəmə hesab edir ki, Şahid1la Şahid5 arasında xx.xx.2024-cü il tarixdə 16 (on altı) dəfə qarşılıqlı telefon zənglərinin edilməsi, həmin zənglərin təqsirləndirilən şəxsin saxlanılmasından bilavasitə əvvəl zaman kəsiyini əhatə etməsi, eləcə də, Şahid5 Şahid1la telefon danışıqlarından sonra Təqsirləndirilən şəxs zəng etməsi, həmin zənglərin ardıcıllığı, Şahid5 əvvəllər narkotik vasitələrin satış məqsədilə əldə edilməsi, saxlanması və daşınmasına görə məhkum edilməsi, Şahid5 məhkəmə iclaslarına gəlməkdən yayınması, həmçinin onun məhkəməyə məcburi gətirilməsi ilə bağlı məhkəmə qərarlarının icra edilməməsi Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatların həqiqəti əks etdirdiyini göstərir. Məhkəmə kollegiyası şərh olunanların məntiqi nəticəsi olaraq qeyd edir ki, hazırki cinayət işi üzrə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsinə təhrik edilmişdir. Məhkəmə öncə vurğulamaq istərdi ki, o, ciddi cinayətlərlə mübarizədə dövlət orqanlarının qarşılaşdığı çətinliklərə göz yummur və bu kontekstdə bəzən daha məharətli istintaq metodlarına ehtiyac duyulur. Prinsipcə, cinayət prosesinin istintaq mərhələsində və cinayətin xarakteri bunu tələb etdikdə Məhkəmənin presedent hüququ məxfi polis əməliyyatı nəticəsində əldə edilmiş sübutlara əsaslanmağa mane olmur (nümunə üçün bax: Lüdi İsveçrəyə qarşı, 15 iyun 1992-ci il tarixli qərar, A seriyaları, c. 238). Lakin məxfi agentlərdən istifadə məhdudlaşdırılmalıdır; polis məxfi hərəkətlər edə bilər, amma təhrikedici hərəkətlər edə bilməz (bax: Texeyra de Kastronun işi üzrə yuxarıda adı çəkilən qərar, b. 36). Məhkəmə qeyd edir ki, ərizəçi polis əməliyyatı nəticəsində həbsə alınıb və sonra məhkum edilib. Məhkəmə dövlət nümayəndələri tərəfindən tələ qurulması vasitəsilə əldə edilmiş sübutlardan cinayət prosesində istifadə edilməsi məsələsini bundan əvvəl də nəzərdən keçirmişdir. Belə ki, yuxarıda adı çəkilən Texeyra de Kastronun işində məxfi polis əməkdaşları ərizəçiyə onları heroinlə təchiz etmək üçün pul təklif etmişdilər. Ərizəçi bundan əvvəl cinayət törətməsə də, narkotik maddələrin əldə edilmədi sahəsində əlaqələri vardı. Puldan şirniklənmiş ərizəçi polis əməkdaşlarının xahişini qəbul etmişdi. Sonradan o, narkotik maddələrlə bağlı cinayətə görə ittiham olundu və məhkum edildi. Məhkəmə 6-cı maddənin 1-ci bəndinin pozulduğunu müəyyən edərək həmin işdə polis əməkdaşlarının hərəkətlərini adi məxfi agentlərin hərəkətlərindən fərqləndirdi, sonuncular cinayətkar olduğu güman edilən şəxsi cinayət törətməyə faktiki təhrik etmədən cinayət barədə məlumat və sübut əldə etmək üçün kimliklərini gizlədə bilərlər. Həmin işdə Məhkəmə qeyd etdi ki, “mütəşəkkil cinayətkarlığın artması, şübhəsiz ki, müvafiq tədbirlərin görülməsini tələb edir, lakin ədalət mühakiməsinin ədalətlə həyata keçirilməsi hüququ elə bir önəmli yer tutur ki, onu məqsədəuyğunluq naminə qurban vermək olmaz” (b. 36). Məhkəmə həmin işin bir sıra xüsusiyyətlərini, xüsusən də belə bir faktı vurğuladı ki, iki polis əməkdaşının müdaxiləsi məhkəmə tərəfindən nəzarət edilən hər hansı əməliyyatın tərkib hissəsi deyildi və milli hakimiyyət orqanları narkotik maddə alverində ərizəçidən şübhələnmək üçün tutarlı əsasa malik deyildilər: o, əvvəllər cinayət törətməmişdi və polis əməkdaşları ona yaxınlaşana qədər onun narkotik maddələrin satışına meylli olduğunu düşünmək üçün heç bir səbəb yox idi (bax: Texeyra de Kastronun işi üzrə yuxarıda adı çəkilən qərar, b. 37-38). Eynilə, son dövrlərə aid olan Vanyan Rusiyaya qarşı məhkəmə işində də (ərizə Nº 53203/99, 15 dekabr 2005, b. 45-50) Məhkəmə narkotik maddə alışının simulyasiyasını təhrikedici hərəkət hesab edərək 6-cı maddənin 1-ci bəndinin pozulduğunu müəyyən etdi, baxmayaraq ki, həmin alış məxfi agent qismində hərəkət edən adi şəxs tərəfindən həyata keçirilsə də, nəticə etibarı ilə polis tərəfindən təşkil edilmişdi və polisin nəzarəti altında idi. Hazırki iş üzrə polis təhrikinin olub-olmaması ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, polis təhrikinin mahiyyəti ondan ibarətdir ki, polis müdaxiləsi, polis şirnikləndirməsi, polis tələsi olmasa idi şəxs həmin cinayət əməlini törətməyəcəkdi və ya tutulduğu yerə gəlməyəcəkdi. Yuxarıda sadalanan telefon danışıqlarının təhlili onu göstərir ki, polis əməkdaşı Şahid1 göstərişi ilə Şahid5 üç aya yaxın müddətdə münasibətlərinin korlanmasına baxmayaraq Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 4 dəfə zəng edərək ona narkotik vasitə götürməyi təklif etmişdir. Məhkəmə hesab edir ki, əməliyyat orqanının bunda məqsədi Təqsirləndirilən şəxs Şahid5 nəzərdə tutulmuş narkotik vasitəni aldıqdan sonra onu “cinayət başında” yaxalamaq olmuşdur. Qeyd edilənləri bir daha sadalayaraq məhkəmə kollegiyası hesab edir ki, bu qaydada (narkotik istifadəçisi olan şəxsə narkotik vasitə veriləcəyi ilə) şəxsin şirnikləndirilməsi və tutulduğu yerə gətirilməsi də polis təhrikinin bir növüdür. İttiham tərəfinin sübutların bu üsulla toplandığını açıqlamadığı işlərdə “ədalətli məhkəmə araşdırması” qarantiyasına riayət edilib-edilmədiyini müəyyən edərkən Məhkəmə diqqətini müttəhimin adekvat prosessual təminatlara malik olub-olmadığı məsələsinə yönəltdi (bax: Edvards və X10rşı [GC], ərizələr Nº 3964/98 və 40461/98, 27 oktyabr 2004, b. 46-48). Hökumət öz izahatlarında belə bir fikri vurğuladı ki, ərizəçinin əvvəllər narkotik maddə alveri ilə məşğul olub-olmaması məsələsi onun məhkumluğu ilə nəticələnmiş cinayət prosesinin məqsədləri üçün əhəmiyyət daşımırdı. Polis əməliyyatının lazımi qaydada sənədləşdirilməsi həmin əməliyyatı qanuni etmişdi və nəticədə sonrakı məhkəmə prosesi ədalətli idi. (Xudobin Rusiyaya qarşı iş bənd 132). Lakin Məhkəmə bu arqumenti qəbul edə bilməz. Daxili qanunvericiliyin dövlət nümayəndələrinin təhriki nəticəsində əldə edilmiş sübutlardan istifadəyə icazə verməsi dözülməz haldır. Əgər o buna icazə verirsə, onda Texeyranın işində və sonrakı işlərdə Məhkəmənin şərh etdiyi kimi, daxili qanunvericilik bu məsələdə “ədalətli məhkəmə araşdırması” prinsipinə cavab vermir. Məhkəmə araşdırmasında müdafiə tərəfi iddia etdi ki, polis əməkdaşlarının “provokasiyası” olmasaydı cinayət törədilməzdi. Başqa sözlə, ərizəçi “tələyə qarşı müdafiə” arqumentini irəli sürdü ki, bu arqumentə birinci instansiya məhkəməsi, xüsusən işdə tələ qurulmasına dair aydın sübutlar olduqda, lazımi qaydada baxmalıdır. (bənd 133). Avropa Məhkəmə qeyd edir ki, tələ qurulmasından şübhələnmək üçün daxili məhkəmənin əsası olsa da, o, müvafiq faktual və hüquqi elementləri təhlil etməyib, halbuki bu, tələ qurulmasını qanuni istintaq fəaliyyətindən fərqləndirməkdə ona kömək edərdi. Buradan belə nəticə çıxır ki, ərizəçinin məhkum edilməsinə səbəb olmuş məhkəmə prosesi “ədalətli” olmayıb. Müvafiq surətdə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulub.(bənd 137). Mütəşəkkil cinayətkarlığın artması Dövlətlərdən müvafiq tədbirlərin görülməsini tələb etsə də, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi tələbini nəzərdə tutan ədalətli məhkəmə araşdırması hüququ ən adidən ən mürəkkəbə qədər bütün cinayət hüququ pozuntularına tətbiq olunur. Ədalət mühakiməsinin düzgün həyata keçirilməsi hüququ demokratik cəmiyyətdə elə əhəmiyyətli yer tutur ki, əlverişlilik naminə qurban verilə bilməz (eyni mənbə, § 53). Bununla əlaqədar olaraq, Məhkəmə polisin gizli fəaliyyət göstərə biləcəyini, lakin cinayətə təhrik etməməli olduğunu vurğulamışdır (Xudobin Rusiyaya qarşı, § 128). Gizli agentlərin istifadəsinə aydın məhdudiyyətlər və təminatlarla tənzimlənmək şərtilə yol verilə bilsə də, ictimai maraq polis təhrikçiliyi nəticəsində əldə edilmiş sübutdan istifadə olunmasına bəraət qazandıra bilməz, belə ki, bu, təqsirləndirilən şəxsi ən əvvəldən ədalətli məhkəmə araşdırması hüququndan məhrum edə bilər (Ramanauskas Litvaya qarşı, [BP], § 54). Məhkəmənin tərifinə əsasən, pərdə altında qanuni istintaqın əksinə olaraq, təhrik təhlükəsizlik qüvvələrinin üzvləri, yaxud onların təlimatları əsasında fəaliyyət göstərən şəxs olmalarından asılı olmayaraq vəzifəli şəxslərin, cinayət fəaliyyətini mahiyyət etibarilə passiv formada araşdırmaqla kifayətlənmədikləri və hüquq pozuntusunun mümkünlüyünü müəyyən etmək, beləliklə, sübut təmin edib cinayət təqibi başlatmaq məqsədilə subyektə onu hüquq pozuntusu törətməyə (əks halda törədilməyəcək bir pozuntuya) sövq edəcək şəkildə təsir etdikləri vəziyyətdir (Ramanasukas Litvaya qarşı [BP], § 55). Təhrik barədə vəsatət qaldırılıbsa və onunla bağlı əksi sübuta yetirilmədikcə doğru sayılan müəyyən sübut mövcuddursa, məhkəmə orqanları hər-hansı təhrikə yol verilibverilmədiyini müəyyən etmək məqsədilə işin faktlarını nəzərdən keçirməli və həqiqəti üzə çıxarmaq üçün zəruri addımları atmalıdırlar. Təhrikə yol verildiyini müəyyən etdikləri təqdirdə isə, onlar Konvensiyaya müvafiq qənaətlər formalaşdırmalıdırlar (eyni mənbə, § 70). Ərizəçinin cinayət ittihamı ilə əlaqədar olaraq təqsirini etiraf etdiyi barədə bəyanat verməsi faktı öz-özlüyündə birinci instansiya məhkəməsini təhriklə bağlı bəyanatları yoxlamaq vəzifəsindən azad etmir (eyni mənbə, § 72). Təqsirləndirilən şəxs cinayət törətməyə təhrik edildiyini bəyan edirsə, cinayət işləri üzrə məhkəmə iş materiallarını ehtiyatla yoxlamalıdır, çünki 6-cı maddənin 1-ci bəndi çərçivəsində ədalətli məhkəmə araşdırması üçün polis təhriki nəticəsində əldə edilmiş bütün sübutların istifadəsi istisna edilməlidir. Bu, xüsusən də polis əməliyyatı yetərli hüquqi çərçivə və ya adekvat təminatlar olmadan aparıldıqda keçərlidir (Ramanauskas Litvaya qarşı [BP], § 60). Hazırki mübahisəyə Avropa Məhkəməsinin Presedent hüququ prizmasından da yanaşdıqda açıq-aydın görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən İsfəndiyar Mustayev vasitəsilə ona narkotik vasitə veriləcəyi ilə şirnikləndirilmişdir. Lakin məhkəmə istintaqı zamanı əldə olunaraq tədqiq edilmiş mötəbər sübutların məcmusundan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən narkotik vasitələrin əldə edilməsinə təhrik edilsə də, polis əməkdaşlarının bu təhriki baş tutmamış, belə olan halda polis əməkdaşları onu xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində saxlayaraq Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmiş, o , bir müddət Lənkəran ŞRPŞnin inzibati binasında saxlanıldıqdan sonra Lənkəran rayonu Yuxarı Nüvədi kəndinə gətirilmiş, səhnələşdirilmiş videoçəkiliş aparılararaq üzərində sellofan bükümdə metamfetamin “aşkar edilmişdir”. Məhkəmə ittiham tərəfinin sübut kimi istinad etdiyi daha bir dəlilə - ambulator məcburi narkoloji yoxlamanın xx.xx.2024-cü il tarixli 740 nömrəli rəyi ilə bağlı bildirir ki, həmin rəy nəinki ittihamın mövqeyini təsdiq etmir, əksinə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində metamfetamindən istifadə etməməsi, yalnız narkotik vasitə heroindən istifadə etməsi ilə bağlı xüsusatı təsdiq edərək müdafiə tərəfinin mövqeyini gücləndirir. Belə ki, həmin rəydə Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromundan yəni, narkomaniya xəstəliyindən əziyyət çəkdiyi göstərilmişdir. Eləcə də, həmin rəyin təsviri-əsaslandırıcı hissəsində Təqsirləndirilən şəxs eskpres test üsulu ilə müayinəsi zamanı ondan götürülmüş sidik nümunəsində OPİ+ aşkar olunduğu qeyd edilmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş həkim-narkoloq Şahid6 ifadəsindən psixotrop maddə metamfetaminin ümumiyyətlə opioidlər qrupuna aid olmaması, Təqsirləndirilən şəxs toplanmış anamnez məlumatlarından onun heroin istifadəçisi olması (güclü ağrıların olması, əhvalının aşağı olması), bunun ekspress test üsulu keçirilmiş analizlə də təsdiq olunması, Təqsirləndirilən şəxs metamfetamin qəbulundan yaranan asılılıq olmaması, həmçinin onun metamfetamindən istifadə etməsinə dəlalət edən hər hansı halın olmaması müəyyən edilir. Beləliklə aydın olur ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni əldə etməsi, daşıması, saxlaması ilə bağlı ittiham elan olunsa da, o ümumiyyətlə psixotrop maddə metamfetamin istifadəçisi olmamış, narkotik vasitə heroindən istifadə etmişdir. İttiham tərəfinin istinad etdiyi daha bir sübut- Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra verilən suallara cavab olaraq göstərmişdir ki, o Lənkəran ŞRPŞ-nin inzibati binasında olarkən Şahid1 onun üzünə iki şillə zərbəsi vurmuş, eləcə də armatura rezin keçirərək bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirmişdir. Etirafedici ifadələri isə o, polis əməkdaşlarının diqtəsi ilə imzalamışdır. Məhkəmə qeyd edir ki, CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi ona qarşı ittihamın əsasını təşkil edə bilər. Cinayət-prosessual qanunvericiliyin bu tələbi baxımından məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərdiyi xüsusatlar məhkəmə istintaqında toplanıb tədqiq edilmiş sübutlarla tamamilə təkzib edilir. Məhkəmə ilk öncə qeyd edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində verdiyi ifadəsi sözbəsöz, suallar və suallara verilmiş cavablar da daxil olmaqla onun təqsirləndirilən şəxs qismində verdiyi ifadəyə köçürülmüşdür. Belə ki, ibtidai istintaq zamanı təqsriləndirilən şəxsin ifadəsində üzərində aşkar edilmiş psixotrop maddə metamfetamini 70 manat məbləğində pul qarşılığında 07 oktyabr 2024-cü il tarixdə Astara şəhərində tanımadığı şəxsdən əldə etdiyi göstərilsə də, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrəyə dair Azercell MMC-dən əldə edilmiş məlumatlardan (anten dairəsi) onun ümumiyyətlə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Astara şəhərində olmadığı, həmin dövrdə yalnız Lənkəran rayonu və Biləsuvar rayonu ərazisində olduğu görünür. Həmçinin həmin ifadələrdə onun psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etdiyi göstərilsə də, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ümumiyyətlə psixotrop maddə metamfetamində istifadə etmədiyi, yalnız narkotik vasitə heroindən istifadə etdiyi müəyyən edilmişdir. Eləcə də, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərdiyi şəraitdə deyil, məhz məhkəmə istintaqı zamanı göstərdiyi saatda və şəraitdə saxlanılmasının təsdiq edilməsi ibtidai istintaq zamanı verdiyi ifadələri əsaslı şübhə altına alan daha bir nüansdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində polis əməkdaşları, konkret olaraq Şahid1 tərəfindən təsir və təzyiqə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlara münasibət bildirərək məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü müdafiə üçün gətirdiyi bütün dəlillər toplanmış mötəbər sübutlarla tam təsdiq edilmişdir. Bu prizmadan yanaşdıqda məhkəmə kollegiyası onun həqiqətən də, polis əməkdaşları tərəfindən təsir və təzyiqlərə məruz qalmasını real hesab edir. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həqiqətən də xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində saxlanılaraq Lənkəran ŞRPŞyə gətirilmiş, daha sonra yenidən Lənkəran rayonu Yuxarı Nüvədi kəndinə videoçəkiliş aparılması üçün geri qaytarılmışdır. Yəni, Təqsirləndirilən şəxs faktiki olaraq 1 saat 30 dəqiqədən çox müddətdə müdafiəçisiz polis əməkdaşlarının nəzarəti altında qalmışdır. Bu isə onun həmin müddət ərzində pis rəftara məruz qalması ilə bağlı haqlı şübhələr yaratmışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Lakin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadəsi məhz fiziki təzyiq və hədə-qorxu nəticəsində əldə edildiyindən həmin ifadələr sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Ali Məhkəmənin həmin Plenum qərarının 28-ci bəndində göstərilmişdir ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Avropa Məhkəməsinin də bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən fiziki xəsarətlərin olmaması işgəncənin və ya alçaldıcı rəftarın olmaması anlamına gəlmir. (Selmouni Fransaya qarşı iş 1999, X9rşı iş 2001) Məhkəmə hazırki məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən fiziki zorakılığa və hədəyə məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin məhkəmə istintaqı zamanı təqdim edildiyini, təqsirləndirilən şəxs tərəfindən göstərilən xüsusatlar araşdırılarkən həmin halların təsdiq edildiyini, Təqsirləndirilən şəxs 1 saatdan 30 dəqiqədən artıq vaxt müddətində müdafiəçisi olmadan polisin nəzarətində qalmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz fiziki təzyiq və hədə nəticəsində əldə edilməsinə dair dəlilləri əsaslıdır və həmin etirrafedici ifadələr sübut növü kimi qəbul edilib Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamı təsdiq edə biləcək sübut kimi qəbul edilə bilməz. İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş məhkəmə-kimyəvi ekspertizasının 08 oktyabr 2024-cü il tarixli, 19/683 saylı rəyinə münasibətdə isə məhkəmə qeyd edir ki, müvafiq ekspert rəyi ekspertizaya təqdim edilmiş maddənin növünün və çəkisinin müəyyən edilməsini təsdiq edən mötəbər sübut olsa da, həmin ekspert rəyi təqdim edilmiş maddənin kimə məxsus olmasını, kimin üzərindən aşkar edilməsini təsdiq edən sübut növü hesab edilmir. CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Hazırki halda məhkəmə qeyd edir ki, iş üzrə sübut kimi qiymətləndirilmiş şəxsin üzərinə axtarış keçirilməsi və götürmə aparılmasına dair protokolun qanunvericiliyin tələbləri pozulmaqla formal tərtib edildiyi, iş üçün əhəmiyyət kəsb edən bütün halların istintaq orqanı tərəfindən təhrif edilməsinin müəyyən edildiyi halda, göstərilən bu hallar sadəcə məhkəməkimyəvi ekspertizasının rəyi ilə aradan qaldırılaraq şəxsin üzərində narkotik vasitənin olması qənaətinə gəlməyə əsas verə bilməz. İttihamın əsası kimi istinad edilmiş digər sübut növü kimi şahid ifadələrinin olması qeyd edilmişdir. Halbuki, ibtidai istintaq zamanı ifadələri alınmış Lənkəran ŞRPŞ-nin yuxarıda adları qeyd edilmiş əməkdaşları yalnız psixotrop maddənin aşkar edilməsinə şahid olduqlarını bildirmişlər. Həmçinin məhkəmə tərkibi məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin əməkdaşları – Rahid Əskərli və Şahid3 ifadələrini həqiqi, obyektiv, işin faktiki hallarına uyğun ifadələr kimi qəbul etməyərək hesab edir ki, həmin şəxslər iş üzrə maraqlı şəxslərdir və onların verdikləri ifadələr ittihamın müdafiəsinə yönəlmişdir. Bundan əlavə həmin ifadələr müvafiq anten məlumatları ilə eləcə də, məhkəmə istintaqı toplanaraq tədqiq edilmiş digər mötəbər sübutlarla ümumiyyətlə təsdiq edilməməklə işin obyektiv hallarına uyğun deyildir. Məhkəmə, bu halları nəzərə alıb həmin ifadələrə istinad edilməsinin yolverilməz olduğunu nəzərə alıb həmin ifadələrin sübutlar siyahısından çıxarılmasını əsaslı sayır. Cinayət işinin materiallarında olan 07 oktyabr 2024-cü il tarixli Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatının əks olunduğu raportla bağlı məhkəmə tərkibi qeyd edir ki, CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyataxtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar Cinayət- Prosessual Məcəlləsinin 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 17-ci bəndində göstərilmişdir ki, əməliyyataxtarış tədbiri nəticəsində əldə olunmuş və yaxud əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəmə baxışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməməli, belə məlumat (məsələn, əməliyyat-qeydiyyat işində olan) tədqiq edildikdə isə məlumatın məxfiliyinin qorunması məhkəmə tərəfindən təmin edilməlidir. Məhkəmə tərkibi göstəərilənlərə əsasən bildirir ki, hazırkı cinayət işi üzrə qeyd olunan əməliyyat məlumatının əks olunduğu sənəd cinayət prosesində sübut kimi qəbul edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların onu fiziki təsir və hədə-qorxu ilə, eləcə də cinayət prosesual qanunvericiliyin tələbləri pozulmaqla əldə edildiyini, bu yolla əldə edilmiş sübutların CPMnin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid ifadələri ilə iş üzrə toplanmış digər sübutlar arasında aradan qaldırılması mümkün olmayan şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, həmçinin «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb ola bilər. Bundan əlavə məhkəmə tərkibi qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən CPM-nin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. Məhkəmə tərkibi CPM-nin 28.4-cü maddəsində nəzərdə tutulmuş vəzifələrin həyata keçirlməsi məqsədi ilə müdafiə tərəfinin verdiyi vəsatətləri təmin edərək cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmişdir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 11-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 14-cü maddəsində öz əksin tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və CPM-də təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində «accusatio desiderat crimen» («ittiham cinayətin mövcudluğunu ehtimal edir») prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə «in dubio pro reo» («şübhə olduğu halda təqsirləndirilənin xeyrinə») prinsipi hər zaman gözlənilməlidir. Adıçəkilən prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyi-nəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırması hüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Dorson Niderlanda qarşı», «Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı», «Lüdi İsveçrəyə qarşı», «Van Mexelen və digərləri Niderlanda qarşı» qərarlarında «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Həmin qərarlarda həmçinin məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Barbara, Messege və Yabardo İspaniyaya qarşı» şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiyası və CPM-də nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası adından çıxarılır, qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. CPM-nin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan bir olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Cinayət Prosessual Məcəlləsinin 42.1.4cü maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini nəzərdə tutur. CPM-nin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Cinayət Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə tərkibi ibtidai istintaq zamanı toplanmış və məhkəmə baxışında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, CPM-nin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli və ona Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsi ilə elan olunan ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyi üçün Təqsirləndirilən şəxs bəraət verilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verildiyi üçün onun haqqında seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və o, dərhal həbsdən azad edilməlidir. CPM-nin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. CPM-nin 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. CPM-nin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. CPM-nin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə tərkibi hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanma yerində saxlanılan ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 2,301 qram metamfetamin cinayət işi üzrə materiala əlavə edilməlidir. Azərbaycan Respublikasının CPM-nə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət veriləcəyindən keçirilmiş ekspertiza ilə bağlı 60 (altmış) manat məbləğində məhkəmə xərcinin ödənilməsindən Təqsirləndirilən şəxs azad olunmalı və həmin məbləğ dövlətə aid edilməlidir. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə tərkibi gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli və «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Məhkəmə tərkibi göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 21, 42, 55, 346-347, 349-350, 352-354, 356-358, 384-385-ci maddələrini rəhbər tutaraq H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs iş üzrə olan 60 (altmış) manat məbləğdə ekspertiza xərcinin ödənilməsindən azad edilsin və həmin məbləğ dövlətə aid edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut kimi tanınaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 2,301 qram olan psixotrop maddə metamfetamin materiala əlavə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəy minir. Sədrlik edən hakim: Cavanşir Nəbiyev Hakimlər: Esmira Məmmədova Neymət Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-165/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-165/2025
02.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver