Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-166/2022 24.02.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx xxxxxxx 1971-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, ünvan 1-da qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayının əvvələrində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik və psixotrop maddələrin əldə edilməsi, saxlanması, daşınması və satışı ilə bağlı şəxsiyyəti məlum olmayan şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun şəxsiyyəti məlum olmayan üzvləri tərəfindən külli miqdarda-31,782 qram narkotik vasitə olan heroini və külli miqdarda-6,198 qram psixotrop maddə olan metamfetamini əldə edilib, saxlanıb daşınaraq Lənkəran şəhərində olan, “Böyük bazar qəbiristanlığı” adlanan ərazidə divarın yanında quraşdırılmış dəmir elektrik qutusunun arxasında gizlədilməsi barədə məlumat verildikdən sonra, o, həmin yerə gedib gizlədildiyi yerdən külli miqdarda-31,782 qram narkotik vasitə olan heroini və külli miqdarda-6,198 qram psixotrop maddə olan metamfetamini götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb daşıyaraq yaşadığı ünvan 1 ünvanına aparmış, bundan sonra o, həmin maddələrin satışını realizə etmək üçün onları ayrı-ayrı bükümlərə, yəni heroini 29,793 qram və 1,989 qram olmaqla 2 ədəd bükümlərə, metamfetamini 5,851 qram və 0,347 qram olmaqla 2 ədəd bükümlərə qablaşdırmış, bundan sonra 21 avqust 2021-ci il tarixdə yaşadığı evdə bir bükümdə 1,989 qram heroini və bir bükümdə 0,347 qram metamfetamini tanışı Şahid1 120 manat pul müqabilində satmış, daha sonra içərisində heroin və metamfetamin olan qalan bükümləri üzərində saxlayıb daşıyarkən, daxil olmuş məlumat əsasında 23 avqust 2021-ci il tarixdə, saat 02 radələrində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Lənkəran şəhəri, Vidadi küçəsində saxlanılıb üzərində şəxsi axtarış zamanı əlində saxladğı əl çantasının içərisindən 1 ədəd bükümdə 29,793 qram heroin, 5,851 qram metamfetamin və üzərində heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, ünvan 1-da tək yaşayır, subaydır, heç bir yerdə işləmir, 2-ci qrup əlildir və əlilliyinə görə 485 manat təqaüd alır. Əvvəllər istifadəsi üçün narkotik maddə əldə edib saxladığına görə məhkum olunmuş, sonuncu dəfə 2012-ci ildə narkotiklə bağlı məhkum olunmuş, 2017-ci ildə azad olunmuşdur. Xeyli müddətdir ki, narkotiklərdən istifadə etməyə başlamış, əsasən də heroindən istifadə etmişdir. Narkotik maddəni tanımadığı şəxslərdən alıb istifadə etmişdir.Əldə etdiyi narkotik maddələrdən heç kimə satmamış, yalnız özü istifadə etmişdir.22 avqust 2021-ci il tarixdə, gecə saatlarında evində olmuş, həmin vaxt evinə tanışı Nəzakət adlı qadın (Şahid2) qızı və onun uşağı ilə evinə gəlmiş, elə onların arxasınca evə bir qrup polis əməkdaşı da daxil olmuş və onu tutub polis şöbəsinə aparmışlar.Polis şöbəsinə aparılarkən evində olan, özünə məxsus əl çantasını da polis əməkdaşları götürmüşdür. Həmin əl çantasının içərisində özünə məxsus 10 qram heroin və 3-4 ədəd metadon həbi olmuşdur. Polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmış, lakin heç nə aşkar olunmamışdır.Sonra ona məxsus əl çantasına baxış keçirilmiş və çantanın içərisindən heroin, metamfetamin və elektron tərəzi aşkar olunmuşdur.Aşkar olunmuş heroinin 10 qramı özünə məxsusdur, lakin heroin qalan hissəsi, metamfetamin və elektron tərəzi ona məxsus deyil.Əl çantasına əlavə heroin, metamfetamin və elektron tərəzi polis əməkdaşı tərəfindən qoyulmuş, həmin maddələrin və tərəzinin əl çantasına kimin qoyulmasını görməmiş, lakin güman edir ki, narkotik maddələri və tərəzini əl çantasına Şahmar adlı polis əməkdaşı qoymuşdur.Polis şöbəsində ona qarşı heç bir zorakılıq halları olmasa da, orada videoçəkilişlə aparılan şifahi sorğu zamanı o, tanışı olan Nəzakət, onun qızı və uşağına görə, yəni Nəzakətgilin polis tərəfindən tutulmaması üçün məcbur qalıb əl çantasından aşkar olunmuş narkotik maddələr və tərəzini özünə məxsus olmasını bildirmişdir. Əslində isə 22 avqust 2021-ci il tarixdə, axşam saatlarında o, Lənkəran şəhəri ərazisindəki “Böyük bazar qəbiristanlığı” adlanan əraziyə getmiş, orada olan divarın yanında quraşdırılmış dəmir elektrik qutunun arxasında gizlədilmiş bir ədəd bağlamanın içərisində 10 qram heroini və 3-4 ədəd metadon həbini götürüb əl çantasına qoyub özünün şəxsi istifadəsi üçün saxlamışdır. Həmin yerə narkotik maddələri “Əkrəm” adı ilə tanıdığı şəxs qoymuş, o da gedib oradan narkotikləri götürmüşdür. O, Fariz adlı şəxsi (Şahid1) tanımamış və belə bir şəxsə narkotik maddə satmamış, bununla bağlı ona verilən ittihamı qəbul etmir. Həmçinin o, iranlı “Əli” adlı şəxsi tanımamış, belə bir şəxslə heç bir əlaqəsi olmamış, həmin şəxsdən və ya başqa bir iranlıdan narkotik maddə almamışdır.O, dörd il əvvəl İranda olmuş, orada “Bəhruz” adlı şəxsi tanısa da, həmin şəxslə də heç bir əlaqəsi, o cümlədən narkotiklə bağlı danışığı belə olmamışdır.Ona görə də o, İrandan qaçaqmalçılıq yolu ilə gətirilməklə narkotik maddə əldə etməsinə dair verilmiş ittihamı qəbul etmir.O, narkotik maddələrin satışı ilə məşğul olmamış, lakin özünün istifadəsi üçün 10 qram heroin və 3-4 ədəd metadon həbi əldə edib saxladığına görə özünü təqsrli bilir və əməlindən peşmandır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, o, 5-6 ildir ki, metamfetamindən və heroindən istifadə edir. Sosial şəbəkədə “Əli” adlı İran vətəndaşı olan, lakin Azərbaycan dilində sərbəst danışan şəxslə tanış olmuşdur. Əli onun narkoman olmasını bilib ona narkotik vasitə satmağı təklif etmiş, o da razılaşmışdır. Əli göndərəcəyi narkotikin pulunun az bir qismini ödəməsini, pulun qalan hissəsini narkotiki satdıqdan sonra ödəməsini demiş, o da razılaşmışdır.Əli adlı şəxs ona hesab kartın şəklini göndərmiş, o da həmin kartda göstərilən hesaba 485 manat pul göndərmişdir.Təxminən bir aydan sonra, yəni 2021-ci ilin avqust ayının əvvəllərində Əli adlı şəxs sosial şəbəkədə ona yazıb bildirmişdir ki, onun üçün Lənkəran şəhərində “Dörd yol” adlanan ərazidə, “Böyük bazar qəbiristanlığı”nın yaxınlığında yerləşən dayanacağın yanındakı dəmir qutunun arxasına narkotik və psixotrop maddələr qoymuş, o da dəqiq xatırlamadığı tarixdə, gecə vaxtı gedib həmin yerdən heroini və metamfetamini götürmüşdür. Narkotiklərin az qismini istifadə etmiş, həm də onları satmaq üçün adam axtarmışdır. Lənkəran şəhərində yaşayan Şahid1la tanış olduqdan sonra Fariz ondan narkotik maddə istəmiş, o da 21 avqust 2021-ci il tarixdə axşam saatlarında evində Farizə bir büküm təxminən 1 qram yarım heroini və bir büküm yarım qram metamfetamini 120 manata satmışdır. Bundan sonra o, qalan bir bükümdə təqribən 30 qram heroini və bir bükümdə 6 qram metamfetamini əl çantasının içərisinə qoymuş, sonrakı gün həmin maddələri satmaq fikri ilə Lənkəran şəhəri ərazisinə gəzintiyə çıxmışdır.23 avqust 2021-ci il tarixdə, saat 02 radələrində o, Lənkəran şəhəri, Vidadi küçəsində yaşadığı evə doğru piyada hərəkətdə olarkən mülki geyimli polis əməkdaşları onu saxlayıb polis şöbəsinə aparmışlar. Şöbədə polis əməkdaşları tərəfindən vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmışdır. Axtarış zamanı əl çantasının içərisindən bir bükümdə heroin, bir bükümdə metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Şifahi sorğu zamanı o, aşkar olunmuş heroin, metamfetamin və elektron tərəzinin özünə məxsus olmasını bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarış zamanı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini qismən təsdiq etdiyini bildirib əlavə ifadəsində göstərmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilən halları, yəni aşkar olunmuş narkotik maddələri ona sosial şəbəkədə tanış olduğu iranlı “Əli” adlı şəxsin göndərməsi, narkotikə görə həmin şəxsin şəklini göndərdiyi bank kartının nömrəsinə ödəmə terminalı vasitəsilə 485 manat pul yükləyib ona göndəməsi, tanışı Fariz adlı şəxsə pulla heroin və metamfetamin satması, həmçinin əl çantasında aşkar olunmuş heroinin hamısının, metamfetaminin və elektron tərəzinin ona məxsus olması barədə yazılanları təsdiq etmir. Polis əməkdaşları onu 23 avqust 2021-ci il tarixdə, gecə saatlarında Lənkəran şəhərində yaşadığı küçədə yox, yaşadığı evdə tutulub polis şöbəsinə aparmış, orada əl çantasına narkotik maddələr və elektron tərəzi polis əməkdaşı tərəfindən qoyulmuş, sonra videoçəkilişlə üzərində axtarış aparılmış və əl çantasının içərisindən narkotik maddələr və tərəzi aşkar olunmuşdur.Polis şöbəsində polis əməkdaşlarının ona qarşı təzyiqləri olmasa da, tanışı Nazakət adlı qadının qızı və onun uşağı-oğlu ilə birlikdə polis şöbəsinə aparılmaması üçün o, polislərin dediyi qaydada izahat verib aşkar olunmuş narkotik maddələrin və elektron tərəzinin özünə məxsus olmasını və həmin maddələri ona iranlı tanışı “Əli” adlı şəxsin göndərdiyini, həmçinin Fariz adlı şəxsə narkotik maddə satmasını bildirmişdir.O, “Əli” adlı iranlını tanımamış, belə bir şəxslə heç bir əlaqəsi olmamış və bu şəxsdən narkotik maddələr almamış, həmçinin Fariz adlı şəxsə narkotik maddə satmamışdır.Əslində isə o,“Əkrəm” adı ilə tanıdığı şəxs tərəfindən Lənkəran şəhəri ərazisindəki “Böyük bazar qəbiristanlığı” adlanan yerdə, divarın yanında quraşdırılmış dəmir elektrik qutunun arxasına qoyulmuş 10 qram heroini və 3-4 ədəd metadon həbini götürüb əl çantasına qoyub özünün şəxsi istifadəsi üçün saxlamış və buna görə özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərmişdir ki, o,Lənkəran ŞRPŞ-nin əməkdaşıdır. Daxil olmuş məlumata əsasən 22 avqust 2021-ci il tarixdə, gecə saatlarında özünün də daxil olduğu əməliyyat qrupu (Lənkəran ŞRPŞ-nin əməkdaşları) tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Nəzakət adlı qadın (Şahid2) Lənkəran şəhəri, Səttarxan küçəsində saxlanılıb polis şöbəsinə gətirilmişdir. Polis şöbəsinə gətirilərkən onun əlində qadın əl çantası da olmuşdur. Polis şöbəsində təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə və videoçəkilişlə Nəzakət adlı qadının üzərində axtarış aparılmışdır. Axtarış zamanı Nəzakət adlı qadının üzərində qadağan olunmuş əşyalar aşkar edilməmiş, lakin onun əlində olan əl çantasının içərisindən bir ədəd elektron tərəzi və 7 ədəd bükümdə heroinə oxşar kütlələr aşkar olunub götürülmüşdür.Şifahi sorğu zamanı Nəzakət adlı qadın aşkar olunmuş 7 ədəd bükümdə olan heroini və bir ədəd elektron tərəzini 22 avqust 2021-ci il tarixdə, gündüz saatlarında tanışı Fariz adlı şəxsin (Şahid1) ona saxlamaq üçün verdiyini,o da həmin maddələri və elektron tərəzini özünə məxsus əl çantasına qoyub saxladığını bildirmişdir. Həmçinin sonradan aldığı məlumata əsasən digər əməliyyat qrupu tərəfindən əvvəlcə Fariz adlı şəxs, daha sonra isə Oqtay adlı şəxs tutulub istintaqa təhvil verilmişlər. Məhkəmə iclasında Şahid6 Şahid5 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, o, Lənkəran ŞRPŞ-nin əməkdaşıdır.Daxil olmuş məlumata əsasən 23 avqust 2021-ci il tarixdə, gecə saatlarında özünün də daxil olduğu əməliyyat qrupu (Lənkəran ŞRPŞ-nin əməkdaşları) tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Fariz adlı şəxs (Şahid1) Lənkəran şəhəri, H.Əliyev prospektində saxlanılıb polis şöbəsinə gətirilmişdir.Polis şöbəsində təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə və videoçəkilişlə Farizin üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Farizin üstündə 1 ədəd elktron tərəzi və çoxsaylı bükümlər, həmin bükümlərin içərisində narkotik maddələrə oxşar kütlələr aşkar olunub götürülmüşdür. Şifahi sorğu zamanı Fariz aşkar olunmuş narkotik maddələri tanışı Oqtay adlı şəxsdən pulla aldığını bildirmişdir. Məhkəmə iclasında şahid X7 ifadəsində göstərmişdir ki, o, Lənkəran ŞRPŞ-nin əməkdaşıdır. Daxil olmuş məlumata əsasən 23 avqust 2021-ci il tarixdə, gecə saatlarında özünün də daxil olduğu əməliyyat qrupu (Lənkəran ŞRPŞ-nin əməkdaşları) tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Oqtay adlı şəxs (Təqsirləndirilən şəxs) Lənkəran şəhəri, Vidadi küçəsində saxlanılıb polis şöbəsinə gətirilmişdir. Polis şöbəsinə gətirilərkən onun əlində əl çantası da olmuşdur. Polis şöbəsində təhqiqatçı Bəhruz Bayramov tərəfindən vəkilin iştirakı ilə və videoçəkilişlə Oqtayın üzərində axtarış aparılmışdır. Axtarış zamanı Oqtayın üzərində narkotik maddə və başqa qanunsuz əşyalar aşkar edilməmiş, lakin onun əlində olan əl çantasının içərisindən 1 ədəd elktron tərəzi, bir büküm heroinə oxşar və bir büküm metamfetaminə oxşar kütlələr aşkar olunub götürülmüşdür.Şifahi sorğu zamanı Oqtay aşkar olunmuş heroin, metamfetamin və elektron tərəzinin özünə məxsus olmasını, narkotik maddələri tanış olduğu “Əli” adlı şəxsdən alıb saxladığını, həmin maddələrin bir qismini pulla tanışı Fariz adlı şəxsə də satdığını bildirmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, o, hazırda üzərində aşkar olunmuş narkotik maddəyə görə həbsdədir. Təqsirləndirilən şəxs Lənkəran şəhər sakini kimi tanıyır və aralarında heç bir münasibət olmamışdır. Fariz adlı şəxsi isə tanımır və onunla hər hansı münasibəti də yoxdur. 22 avqust 2021-ci il tarixdə, gecə saatlarında polis əməkdaşları tərəfindən tutulub Lənkəran ŞRPŞ-nə aparılmışdır. Polis şöbəsinə gətirilərkən onun əlində qadın əl çantası olsa da, çantanın içərisində narkotik maddələr və elektron tərəzi olmamışdır. Polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmış, həm də özünə məxsus əl çantasına baxış keçirilmişdir.Üzərində qadağan olunmuş əşyalar aşkar edilməmiş, lakin əl çantasının içərisindən bir ədəd elktron tərəzi və 7 ədəd bükümdə heroin aşkar olunmuşdur. Güman edir ki, əl çantanın içərisinə heroini və tərəzini polis əməkdaşları qoymuşdur. Sonradan polis əməkdaşlarının dediklərinə uyğun olaraq o, əl çantasında aşkar olunmuş 7 ədəd bükümdə olan heroinin və bir ədəd elektron tərəzini 22 avqust 2021-ci il tarixdə, gündüz saatlarında tanışı Fariz adlı şəxsin saxlamaq üçün ona verdiyini bildirmişdir. Əslində isə Fariz ona saxlamaq üçün heç nə verməmişdir. Həmçinin ibtidai istintaq zamanı Şahid2 verdiyi ifadəsində göstərmişdir ki,o, Şahid1 tanıyır və yaxın münasibətləri vardır.22 avqust 2021-ci il tarixdə, saat 17 radələrində Fariz onun yaşadığı evinə gəlmiş və ona saxlaması üçün bir ədəd sarı rəngli kiçik qutunun içərisində 7 bükümdə heroin və bir ədəd tərəzi vermiş, o da heroin olan bükümləri və tərəzini istifadə etdiyi əl çantana qoymuşdur.Həmin gün saat 23 radələrində o, qızı Aygünlə birlikdə Lənkəran şəhərində küçəsi ilə piyada yaşadığı evə tərəf gedərkən polis əməkdaşları tərəfindən saxlanılıb polis şöbəsinə aparılmışdır.Polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə üzərinə baxış keçirilmiş və baxış zamanı əl çantasında 1 ədəd elektron tərəzi, sarı rəngli qutu və həmin qutunun içərisində 7 ədəd bükümdə heroin aşkar olunmuşdur. Şifahi sorğu-sual zamanı o, aşkar olunmuş heroini və tərəzini tanışı Şahid1 saxlamaq məqsədi ilə ona verdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, o, hazırda üzərində aşkar olunmuş narkotik maddələri görə həbsdədir. Lənkəran şəhər sakinləri Təqsirləndirilən şəxs və Şahid2 tanımır və həmin şəxslərlə onun heç bir əlaqəsi olmamışdır.Xeyli müddətdir ki, narkotik vasitələrdən istifadə etməyə başlamış, tanımadığı şəxslərdən narkotik maddə alıb istifadə etmişdir. 23 avqust 2021-ci il tarixdə, gecə saatlarında Lənkəran şəhərində, küçədə olarkən polis əməkdaşları tərəfindən tutulub polis şöbəsinə aparılmışdır.Polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmışdır. Axtarış zamanı üzərində saxladığı bir ədəd elektron tərəzi, içərisində heroin və metamfetamin olan bükümlər aşkar edilmişdir. Aşkar edilmiş həmin heroini və metamfetamini o, Lənkəran şəhərində, “Ləvəngi dairəsi” adlanan yerdə tanımadığı şəxsdən pulla alıb özünün istifadə üçün üzərində saxlamışdır.Polis şöbəsində ona qarşı təzyiqlər olduğu üçün o, polislərin dediyi kimi izahat vermiş, yəni üzərində aşkar olunmuş heroin və metamfetamini pulla Oqtay adlı şəxsdən aldığını bildirmişdir. Əslində isə o, Oqtay adlı şəxsi tanımamış, həmin şəxsdən narkotik maddələr almamış, həmçinin Nəzakət adlı qadını tanımamış və bu qadına saxlaması üçün narkotik maddə və elektron tərəzi verməmişdir. Həmçinin ibtidai istintaq zamanı Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, metamfetamindən istifadə edir. 2021-ci ilin avqust ayının ortalarında Lənkəran şəhər sakini Oktay adlı şəxsdən onun yaşadığı evdə 120 manata bir büküm metamfetamin və bir büküm heroin alıb üzərində saxlamışdır. Aldığı narkotik maddələrdən həm özü istifadə etmək, həm də satmaq fikri olmuşdur. Əldə etdiyi heroindən bir qismini istifadə etdikdən sonra qalan hissəsini 30 bükümə, metamfetamini isə 10 bükümə bölmüşdür. 30 büküm heroinin 7 bükümünü sarı rəngli balaca qutuya qoyub qeyri-rəsmi olaraq yaşadığı Şahid2 vermiş, həmçinin Nəzakətə bir ədəd elektron tərəzi də vermişdir.Qalan 14 ədəd bükümdə heroini, 10 büküm də metamfetamini sarı rəngli kiçik qutuya qoyub şalvarının cibinə və bir ədəd elektron tərəzini də şalvarımın digər cibinə qoyub üzərində saxlamışdır. 23 avqust 2021-ci il tarixdə, saat 01 radələrində Lənkəran şəhərində, küçədə olarkən polis əməkdaşları tərəfindən tutulub polis şöbəsinə aparılmışdır. Polis şöbəsində vəkilin iştirakı və videoçəkilişlə üzərində axtarış aparılmışdır. Axtarış zamanı üstündə saxladığı heroin, metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Şifahi sorğu zamanı o, üzərində aşkar olunmuş metamfetamin və heroini 2021-ci ilin avqust ayının ortalarında Oktay adlı şəxsdən 120 manata aldığını bildirmişdir. İşdə olan, Lənkəran ŞRPŞ-nin əməkdaşının 22 avqust 2021-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması, qəbulu və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən 22 avqust 2021-ci il tarixdə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Şahid2 saxlanılıb Lənkəran ŞRPŞ-nə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə barədə” 22 avqust 2021-ci il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Lənkəran ŞPŞ-də təhqiqatçısı Vurğun Məmmədov tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Şahid2 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Şahid2 əl çantasından bir ədəd oyuncaq qab və həmin qabın içərisindən 7 ədəd bükümdə narkotik vasitə olan heroinə oxşar kütlələr, habelə 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Şifahi sorğu zamanı Şahid2 içərisində 7 ədəd büküm heroin olan oyuncaq qabı və 1 ədəd elektron tərəzini ona saxlaması üçün “Amil” adı ilə tanıdığı Fariz adlı şəxsin verdiyini bildirmişdir. Aşkar olunmuş kütlələr və elektron tərəzi qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. İşdə olan, məhkəmə-fiziki-kimyəvi ekspertizasının 23 avqust 2021-ci il tarixli, 19/805 №-li rəyinin surəti ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Şahid2 üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroinə bənzər kütlələr olan 7 ədəd bükümlər ” sözləri və imzalar olan bir ədəd zərfdəki 7 ədəd bükülülərdə ayrıayrılıqda təmiz çəkiləri-0,093 qram, 0,098 qram, 0,056 qram, 0,095 qram, 0, 076 qram, 0,137 qram və 0,0165 qram olmaqla ümumi təmiz çəkisi 0,72 qram olan madddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə-heroindirlər, xarici görünüşünə və kimyəvi tərkiblərinə görə biri-birləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərində “Şahid2 üzərindən aşkar edilmiş 1 ədəd elektron tərəzi ” sözləri və imzalar olan bir ədəd zərfdəki 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. İşdə olan, Lənkəran ŞRPŞ-nin əməkdaşının 23 avqust 2021-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, Lənkəran şəhər sakini Şahid1 qanunsuz olaraq narkotik vasitələr qəbulu, satışı və üzərində gəzdirməsi barədə daxil olmuş məlumata əsasən 23 avqust 2021-ci il tarixdə, saat 01 radələrində Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində o, Lənkəran şəhəri, H.Əliyev prospektində saxlanılıb Lənkəran ŞRPŞ-nə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarışın keçirilməsi haqqında” 23 avqust 2020-ci il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Lənkəran ŞPŞ-də təhqiqatçısı Baxşəli Rufullayev tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Şahid1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Şahid1 əynindəki şalvarının ciblrindən 1 ədəd elektron tərəzi, bir ədəd sarı rəngli oyuncaq qab və həmin qabın içərisindən 24 ədəd bükümlər, həmin bükümlərdən 14 ədəd bükümdə narkotik vasitə olan heroinə oxşar kütlələr, 10 dəd bükümdə psixotrop maddə olan metamfetaminə oxşar kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Şahid1 üzərində aşkar edilmiş herion və metamfetamini Oqtay adlı şəxsdən 110-120 manata aldığını göstərmişdir. Aşkar olunmuş kütlələr və elektron tərəzi qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. İşdə olan, məhkəmə-fiziki-kimyəvi ekspertizasının 23 avqust 2021-ci il tarixli, 19/806 №-li rəyinin surəti ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Vətəndaş Şahid1 aşkar edilmiş kütlələr ” sözləri və imzalar olan bir ədəd zərfdəki 14 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,078 qram, 0,117 qram, 0,109 qram, 0,095 qram, 0,111 qram, 0,051 qram, 0,097 qram, 0,155 qram, 0,086 qram, 0,133 qram, 0,026 qram, 0,076 qram, 0,056 qram və 0,079 qram olmaqla ümumi təmiz çəkisi 1,269 qram olan madddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitəheroindirlər. Tədqiqata təqdim edilmiş, üzərində “Vətəndaş Şahid1 aşkar edilmiş kütlələr …” sözləri və imzalar olan bir ədəd zərfdəki 10 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,046 qram, 0,21 qram, 0,053 qram, 0,034 qram, 0,059 qram, 0,036 qram, 0,026 qram, 0,028 qram, 0,021 qram və 0,023 qram olmaqla ümumi təmiz çəkisi 0,347 qram olan ağ rəngli kristal formada olan madddələrmetamfetamindirlər.Tədqiqata təqdim edilmiş, üzərində “Vətəndaş Şahid1 aşkar olunmuş 1 ədəd elektron tərəzi ” sözləri və imzalar olan bir ədəd zərfdəki 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. İşdə olan, Lənkəran ŞRPŞ-nin əməkdaşının 23 avqust 2021-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, Lənkəran şəhəri, Vidadi küçəsi ev 76-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr qəbulu, satışı və üzərində gəzdirməsi barədə daxil olmuş məlumata əsasən 23 avqust 2021-ci il tarixdə, saat 02 radələrində Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində o, Lənkəran şəhəri, Vidadi küçəsində saxlanılıb Lənkəran ŞRPŞ-nə gətirilmişdir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 24 avqust 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə haqqında” 23 avqust 2020-ci il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Lənkəran ŞPŞ-də təhqiqatçısı Bəhruz Bayramov tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlindəki əl çantasından 1 ədəd elektron tərəzi və 2 ədəd sellofan bükümlər, həmin bükümlərdən birinin içərisində narkotik vasitə olan heroinə oxşar, digər bükümün içərisində psixotrop maddə olan metamfetaminə oxşar kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş heroin və metamfetamini İran vətəndaşı “Əli” adlı şəxsin vasitəsilə Hava Limanı (Lənkəran şəhəri) ətrafında yerləşən qəbiristanlığın yanından götürdüyünü bildirmişdir. Aşkar olunmuş kütlələr və elektron tərəzi qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. İşdə olan, məhkəmə-fiziki-kimyəvi ekspertizasının 23 avqust 2021-ci il tarixli, 19/807 №-li rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi büküm ” sözlər və imzalar olan 1 ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 29,793 qram maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir.Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi büküm ” sözlər və imzalar olan 1 ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz ümumi çəkisi 5,851 qram ağ rəngli kristal formada olan maddə-metamfetamindir. “Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd elektron tərəzi ” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır.Heroin iz şəklində olduğuna görə tədqiqata təqdim olunmuş heroinlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün deyildir.Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 1 büküm heroin və 1 büküm metamfetamin Şahid1 məxsus heroinlər və metamfetaminlər ilə xarici görünüşlərinə və kimyəvi tərkibinə görə eynidirlər. Ekspertiza tədqiqatından sonra qalıq heroin 29,743 qram və qalıq metamfetamin 5,801 qramdır.Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İşdə olan, DSMF-u tərəfindən verilmiş, 151702 №-li “Əlilin vəsiqəsi”nin surəti ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs İİ qrup (dərəcə) əlildir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 24 avqust 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur.Lakin DSMF-nin təqdim etdiyi arayışa əsasən Təqsirləndirilən şəxs İİ qrup (dərəcə) əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli, 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası»nın təsdiq edilməsi barədə Qərarı ilə təsdiq edilmiş «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası»nın 3-cü bəndinin (məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər) 3.2-ci maddəsinə əsasən (əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara) məcburi müalicə narkomanlıq xəstəliyinə düçar olmuş əlillərə tətbiq oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs İİ qrup (dərəcə) əlil olduğu üçün barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. İşdə olan, “Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması haqqında” 18 noyabr 2021-ci il tarixli qərarla müəyyən olunur ki, cinayət işinin materiallarından cinayətin törədilməsində iştirak etmiş digər şəxslərin barəsində Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. İşdə olan, “Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması haqqında” 25 noyabr 2021-ci il tarixli qərarla müəyyən olunur ki, cinayət işinin materiallarından Şahid1 və Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işi ayrılmışdır. İşdə olan, «Sübutların qiymətləndirilməsi haqqında» 01 dekabr 2021-ci il tarixli qərarla, habelə ittiham aktına əlavə edilmiş 22 dekabr 2021-ci il tarixli arayışla müəyyən olunur ki, Təqsirləndirilən şəxs götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq 29,743 qram heroin, 5,801 qram metamfetamin və bir ədəd elektron tərəzi, həmçinin Şahid1 götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq 14 ədəd bükümdə 1,269 qram heroin, 10 ədəd bükümdə 0,347 qram metamfetamin və bir ədəd elektron tərəzi, eləcə də Şahid2 götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq 7 ədəd bükümdə 0,72 qram heroin və bir ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar (bu işdən ayrılmış Şahid1 və Şahid2 barəsində olan cinayət işi üzrə də onlara aid hissədə maddi sübutlar olması nəzərə alınmaqla) saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsəsən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə heyəti bu baxımdan tədqiq olunmuş bütün sübutları, eyni zamanda cinayət təqibi orqanı tərəfindən təqsirləndirilən şəxsə ittiham verilməsi üçün qəbul edilmiş və məhkəmədə tədqiq olunmuş sübutları təhlil edib və bir-biri ilə müqayisə edib aşağıdakı nəticəyə gəlir: Belə ki, məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (aşkar olunmuş heroin və metamfetamini tanışı olduğu “Əli” adlı İran vətəndaşından əldə etməsinə, “Əli” adlı İran vətəndaşına şəklini göndərdiyi bank kartına ödəmə terminalı vasitəsilə 485 manat pul yükləyib göndəməsinə aid hallar istisna olmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni polis əməkdaşları tərəfindən küçədə yox, yaşadığı evdə tutulması, tanışı Nazakət adlı qadının qızı və onun uşağı-oğlu ilə birlikdə polis şöbəsinə aparılmaması üçün onun polislərin dediyi qaydada izahat verib aşkar olunmuş narkotik maddələrin və elektron tərəzinin özünə məxsus olmasını bildirməsi, əl çantasında 10 qram heroin və 3-4 ədəd metadon həbi olması, aşkar olunmuş heroinin 10 qramdan başqa qalan hissəsi, metamfetamin və elektron tərəzinin ona məxsus olmaması, əl çantasına narkotik maddələrin və elektron tərəzinin polis əməkdaşı tərəfindən qoyulması, Fariz adlı şəxsi tanımaması və həmin şəxsə narkotik maddələr satmaması, narkotiklərin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid5, Şahid6, Şahid4 və Mübariz Məmmədovun ifadələri, habelə Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi (həmin ifadəsində o, narkotik maddələri tanışı Oqtay adlı şəxsdən 110-120 manata aldığını göstərmişdir), maddi sübutlar, ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümələdən Şahid1 və Təqsirləndirilən şəxs üzərində müdafiəçilərin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarış protokolları ilə, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi izahat və ifadələri (həmin izahat və ifadələrdə o, tanışı Fariz adlı şəxsə 120 manata narkotik maddələr satdığını bildirmişdir) ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin şahidlər Şahid5, Şahid6, Şahid4 və Mübariz Məmmədovun məhkəmədə verdikləri ifadələri (Şahid6un ifadəsinin Təqsirləndirilən şəxs ifadəsinə əsaslanaraq Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələri iranlı tanışı “Əli” adlı şəxsdən almasına aid hissələrin başqasının sözlərinə əsaslanıb verilməsi nəzərə alınıb CPMnin 126.3-cü maddəsin əsasən sübut kimi qəbul edilməməklə), eləcə də şahidlər Şahid1 və Şahid2 ibtidai istintaq zamanı verdikləri ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Eyni zamanda məhkəmə Şahid1 məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni Oqtay adlı şəxsi tanımaması və ondan pulla narkotik maddələr almaması, Nəzakət adlı qadını tanımaması və ona narkotik maddələr verməməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Təqsirləndirilən şəxs, eləcə də Şahid1 və Şahid2 ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, həmçinin Fariz Ələsəkərovun və Təqsirləndirilən şəxs üzərində müdafiəçilərin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarış protokolları ilə tam təkzib olunduğundan Şahid1 məhkəmədə verdiyi ifadəsini sübut kimi qəbul etmir və onun bu ifadəsini tanışı Təqsirləndirilən şəxs müdafiəsi məqsədi ilə verilməsi kimi qiymətləndirir, eyni zamanda Şahid2 məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni Fariz adlı şəxsi tanımaması və Fariz adlı şəxsin ona saxlaması üçün narkotik maddələr verməməsinə dair hallar da məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Şahid1, eləcə də Şahid2 ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, həm də Fariz Ələsəkərovun və Şahid2 üzərində müdafiəçilərin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarış protokolları ilə tam təkzib olunduğundan Şahid2 məhkəmədə verdiyi ifadəsini də sübut kimi qəbul etmir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma cinayəti törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ və İİ Siyahıya əsasən beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitə və beynəlxalq adı “Metamfetamin” olan maddə psixotrop maddədir. Heroinin və metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs aid olan 31,782 qram narkotik vasitə olan heroin və 6,198 qram psixotrop maddə olan metamfetamin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir. Həmçinin qanunvericiliyin qeyd olunan müddəaları və işin faktiki halları, o cümlədən təqsirləndirilən şəxsin əldə etdiyi narkotik və psixotrop maddələrin bir hissəsini pulla digər şəxsə satması, qalan hissəsini isə çoxsaylı bükümlərdə üzərində saxlaması, eləcə də üzərində elektron tərəzinin olması halları nəzərə alıb məhkəmə bu halları Təqsirləndirilən şəxs həmin maddələri məhz satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması kimi qiymətləndirir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik və psixotrop maddələri əldə etmiş, saxlamış, daşımış və həmin maddələrin bir hissəsini tanışı Şahid1 pulla satmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə baxışında müəyyən edilmədi. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Habelə Təqsirləndirilən şəxs elan olunmuş ittihama əsasən o, qabaqcadan əlbir olub bir qrup şəxs halında külli narkotik və psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirmə cinayəti (Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi) ilə bağlı cinayət məsuliyyətinə cəlb olunmuşdur. Belə ki, istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs sosial şəbəkədə tanış olduğu İran vətəndaşı “Əli” adlı şəxslə razılaşdıqdan sonra iranlı “Əli” adlı şəxs tərəfindən 31,782 qram heroini və 6,198 qram metamfetamini İrandan Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilib Lənkəran şəhəri ərazisində, “Böyük bazar qəbiristanlığı” adlanan yerə gətirib, oradakı dəmir qutunun arxasında gizlədilib bu barədə Təqsirləndirilən şəxs məlumat verildikdən sonra o, həmin yerə gedib qeyd olunan maddələri götürüb əldə etmiş, saxlamış, daşımış və onların bir hissəsini satmışdır. Lakin məhkəmədə tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxsin ittihamda göstərilən qaçaqmalçılıq cinayətini törətməsi təsdiqini tapmır. Belə ki, məhkəmədə Təqsirləndirilən şəxsin ifadəsində göstərmişdir ki, o, iranlı “Əli” adlı şəxsi tanımamış, həmin şəxslə onun heç bir əlbirliyi olmamaış, iranlı kimi təqdim edilən şəxs, yəni “Əli” adlı şəxs ona İrandan narkotik maddələr göndərməmiş, eləcə də başqa şəxslərlə cinayət əlaqəsinə girib İrandan narkotik maddələrin gətirilməsində iştirak etməmiş, əksinə “Əkrəm” adı ilə tanıdığı şəxs ona satdığı narkotik və psixotrop maddələri Lənkəran şəhəri ərazisində, “Böyük bazar qəbiristanlığı” adlanan yerdə olan dəmir elektrik qutusunun arxasında gizlədib bu barədə ona məlumat verdikdən sonra o, həmin yeri gedib qeyd olunan maddələri götürüb əldə edib üzərində saxlamışdır. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsin qaçaqmalçılıq cinayəti törətməsi ilə bağlı yeganə sübut kimi Təqsirləndirilən şəxsin ifadələri götürülmüş, baxmayaraq ki, sonradan-iş materialları ilə tanış olarkən Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətini törətmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, istinaq orqanı tərəfindən yalnız göstərilən sübuta (təqsirləndirilən şəxsin ifaldəsinə) əsaslanaraq Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayəti törətməsi ilə bağlı ittihamın verilməsi əsassızdır. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş qaçaqmalçılıq ittihamı ilə bağlı cinayət qanunvericiliyinin aşağıda göstərilən müddəalarını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsinə əsasən qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların külli miqdarda keçirilməsi başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qeyd olunan maddəyə əsasən cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törətdilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulmuş obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti, cinayətin obyektiv cəhəti, cinayətin subyekti, cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxtda mövcud olduğu təqdirdə törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və ya heç olmasa birinin mövcud olması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası CM-nin 3-cü maddəsi). Azərbaycan Respublikasının CM-nin 206-cı maddəsinin obyektiv cəhəti malların ölkənin gömrük sərhədindən keçirilməsinin müəyyən edilmiş qaydalarının və şərtlərinin pozulmasında, bununla da dövlətin hüquqi və fiziki şəxslərinin qanunla qorunan hüquq və mənafelərinə ziyan vurulmasından ibarətdir. Cinayətin törədilməsi, icra edilməsi dedikdə onun obyektiv tərəfini təşkil edən hərəkətlərin yerinə yetirilməsi başa düşülür. Hazırki iş üzrə müəyyən olunmuş qaçaqmalçılıq cinayətinin obyektiv tərəfini narkotik və psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi təşkil edir. Bu isə o deməkdir ki, təqsirkar şəxsin Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə təqsirləndirilməsi üçün onun məhz bu cinayətin törədilməsində qabaqcadan əlbir olan qrupun tərkbində qaçaqmalçılıq cinayətinin obyektiv tərəfini təşkil edən hərəkətlərin qrupun üzvləri ilə birlikdə icra edilməsi, yəni qaçaqmalını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi tələb olunur. Lakin məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən olunmuş hallardan görünür ki, Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələrin İrandan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsində şəxsiyyəti məlum olmayan şəxslər, o cümlədən İran vətəndaşı kimi adı çəkilən “Əli” adlı şəxslə birgə iştirak etməmiş və onlarla birlikdə (o cümlədən qabaqcadan əlbir olmaqla) cinayətin obyektiv tərəfini təşkil edən hərəkətləri icra etməmişdir.Belə olan halda təqsirləndirilən şəxsin hərəkətlərinin qaçaqmalçılıq cinayətinin icraçısı kimi CM-nin 206.3.2-ci maddəsi ilə tövsif olunması iş üzrə olan sübutlarla uzlaşmır və belə qiymətləndirmə əsassızdır. Həmçinin iş üzrə Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətini törətməsinin yeganə sübutu kimi ittiham tərəfi təqsirləndirilən şəxsin ifadəsini götürmüş, başqa sübutlar əldə edilməmiş, habelə məhkəmədə tədqiq olunmuş sübutlarla da Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub bir qrup şəxs halında verilmiş ittihamda göstərilən qaçaqmalçılıq cinayəti etməsi də tam təkzib olunur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, verilmiş ittihamda göstərilən qaçaqmalçılıq cinayətini törətməmiş və bununla bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Habelə iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə də Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətini törətməsini təsdiq edən hər hansı bir fakt, o cümlədən onun narkotik və psixotrop maddələrin İrandan Azərbaycan Reçspublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi ilə bağlı kimlərləsə, o cümlədən adı çəkilən, İran vətəndaşı olması güman edilən “Əli” adlı şəxslə hər hansı bir formada qabaqcadan əlbirliyi təsdiq olunmur. Belə olan halda, Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayəti etməsi, eləcə də qaçaqmalçılıq cinayətinin icraçısı kimi əməlinin CM-nin 206.3.2-ci maddələri ilə tövsif olunması məhkəmədə araşdırılmış sübutlarla uzlaşmır, yəni həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı onun bu cinayəti törətməsini təsdiq edən obyektiv sübutlar olmamış, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, məhkəmə istintaqı zamanı da onun qaçaqmalçılıq cinayətinin icraçısı kimi, eləcə də təşkilatçı, təhrikçi və ya köməkçi kimi iştirakı ilə bağlı hərəkətlər etməsi də öz təsdiqini tapmamışdır. Məhkəmə yuxarıda göstərilən sübutları və işin faktiki hallarını, cinayətin ittiham aktında göstərildiyi kimi, yəni Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsində nəzərdə tutulan cinayəti törədilməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, istintaq orqanı tərəfindən verilmiş bu ittihama aid sübutlar ehtimallara əsaslanmaqla yalnız mülahizə (ehtimal) xarakteri daşıyır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 139.0, 139.0.4 və 139.0.6-cı maddələrinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçılarının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İnsan Hüquqlarının və X4 X2 6-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Həmin Kovensiyasının 7-ci maddəsinə əsasən heç kəs törədildiyi anda milli və beynəlxalq hüquqla cinayət hesab edilməmiş hər hansı bir hərəkəti və ya hərəkətsizlik təşkil edən əmələ görə təqsirli bilinə bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Beləliklə, məhkəmə heyəti cinayət təqibi zamanı əldə olunmuş sübutları, eləcə də məhkəmə istintaqı zamanı tədqiq edilən sübutları əlaqəli şəkildə təhlil edərək hesab edir ki,istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə təqsirləndirildiyi ittiham üzrə onun bu cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyi üçün Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən cinayət işi üzrə həmin hissədə CM-nin 206.3.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs bəraət verilməlidir. Eyni zamanda məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşdə olan, Lənkəran Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli onun tutulduğu vaxtdan, yəni 23 avqust 2021-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə və məhkəmə hökmünün surəti ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Ali Məhkəmsinin 03 aprel 1995-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qüvvədə olmuş CM-nin 226-cı maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib 08 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 avqust 2001-ci il tarixli qərarı ilə çəkilməmiş cəzasından vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. X10 Cinayətlər Məhkəməsinin 05 dekabr 2012-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 06 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 noyabr 2017-ci il tarixli qərarı ilə çəkilməmiş cəzası 8 ay 14 gün vaxtından əvvəl şərti olaraq azad olunmuş və 27 iyul 2018-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən (ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir) 05 dekabr 2012-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Ona görə də hazırda o, məhkumluğu olan şəxsdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin təhlükəli residivi yaranır. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən ağır cinayət törətdiyindən onun bu əməli cinayətin təhlükəli residivini yaradır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən ağır cinayət törətdiyindən onun bu əməli cinayətin təhlükəli residivi yaratdığından ona CM-nin ittiham olunduğu maddələr üzrə cəza təyin edilərkən CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəza təyin edilməli, habelə cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi də nəzərə alınmalıdırir. İşdə olan, Lənkəran şəhər 1 №-li SİD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 29 oktyabr 2021-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ünvan 1-da qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə qənaətbəxş (ondan hər hansı bir şikayət daxil olmamışdır) xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs İİ qrup (dərəcə) əlil olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Habelə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi olması CMnin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəza həddində cəzalandırılması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cazanı yüngülləşdirən və ağırlaşdıran halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Həmçinin CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təhlükəli residivə görə cəza təyin edilməli, yəni ona təyin olunacaq azadılqdan məhrumetmə cəzasının müddəti ittiham olunduğu CM-nin maddələri üzrə müəyyən edilmiş daha ciddi cəza növü-azadılqdan məhrumetmə cəzasının son həddinin üçdə ikisindən az olmamalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən (cinayətlərin residivi nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 23 avqust 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağında saxlanılan 29,743 qram narkotik vasitə olan heroin, 5,801 qram psixotrop maddə metamfetamin və üzərində heroin izləri olan bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə «Azərbaycan Respublikasının Narkomanlığa və X5 X6 üzrə Dövlət Komissiyası» tərəfindən həyata keçirilməlidir. Həmçinin iş üzrə maddi sübutlar olan və cinayət işinin materiallarına əlavə olunmuş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı üç ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyinə görə Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 23 avqust 2021-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 29,743 qram narkotik vasitə olan heroin, 5,801 qram psixotrop maddə metamfetamin və üzərində heroin izləri olan 1 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Həmçinin iş üzrə maddi sübutlar olan və cinayət işinin materiallarına əlavə olunmuş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı 3 (üç) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-50 (əlli) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Oruc Cəlilov Hakimlər: Xamməd Nuriyev Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-166/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-166/2022
24.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver