Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-166/2025 24.06.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxx 1988-cı ildə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə məhkum olunmuş və məhkumluğu olan, işləməyən, Kürdəmir şəhəri A.Şakir küçəsi, ev 31-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-2,02 qram narkotik vasitə olan heroini, külli miqdarda-11,087 qram psixotrop maddə olan metamfetamini və xeyli miqdarda-150,41 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, saxlayıb üzərində daşıyaraq Kürdəmir rayonunun Xırdapay kəndində yerləşən tanışı Şahid6 məxsus fərdi yaşayış evində sonuncunun xəbəri olmadan saxlamış, daha sonra əldə edib saxladığı maddələrdən metamfetaminin 0,092 qram hissəsini və narkotik vasitə heroinin 0,181 qram hissəsini 10 manat pul müqabilində satacağı barədə tanışı Şahid5 ilə razılaşdıqdan sonra 29 mart 2024-cü il tarixdə, saat 18:30 radələrində Kürdəmir şəhəri, A.Şakir küçəsində görüşüb Şahid5 0,092 qram metamfetamini və 0,181 qram heroini 10 manata qanunsuz olaraq ona satmış, daxil olmuş əməliyyat məlumatı əsasında 29 mart 2024-cü il tarixdə, saat 19 radələrində Kürdəmi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Şahid5 saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki gödəkcənin cibindən bir ədəd kağız bükümdə xeyli miqdarda-0,181 qram narkotik vasitə olan heroin və bir ədəd kağız bükümdə 0,092 qram psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüş, daha sonra əməliyyat-axtarış tədbirləri davam etdirilərək 20 aprel 2024-cü il tarixdə, saat 19:09 radələrində cinayət törətməkdə şübhəli Təqsirləndirilən şəxs tanışı Şahid6 yaşadığı evdə saxlanılıb evə baxış zamanı Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı otaqda olan stolun üzərində bir ədəd polietilen torbada 150,0 qram və bir ədəd kağız bükümdə 0,41 qram olmaqla cəmi xeyli miqdarda-150,41 qram narkotik vasitə olan qurudulmuş marixuana, beş ədəd polietilen bükümdə ayrı-ayrılıqda 0,629 qram, 0,260 qram, 0,273 qram, 0,241 qram və 0,263 qram, üç ədəd kağız bükümdə ayrı-ayrılıqda 0,051 qram, 0,055 qram və 0,067 qram olmaqla cəmi xeyli miqdarda-1,839 qram narkotik vasitə olan heroin, beş ədəd polietilen bükümdə ayrı-ayrılıqda 5,180 qram, 1,144 qram, 1,055 qram, 1,018 qram, 1,051 qram, üç ədəd kağız bükümdə ayrı-ayrılıqda 0,550 qram, 0,521 qram və 0,476 qram olmaqla cəmi külli miqdarda-10,995 qram psixotrop maddə olan metamfetamin, içərisində narkotik vasitə heroin izləri olan bir ədəd şpris, üzərində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin izləri olan bir ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.3-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib, lakin CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, subaydır, Kürdəmir şəhəri A.Şakir küçəsi, ev 31-də qeydiyyatda olmaqla yaşamış və heç bir yerdə işləməmişdir. Bir neçə ildir ki, narkotik vasitələrdən istifadə etməyə başlamış, əsasən də heroindən və marixuanadan istifadə etmişdir. Tutulmamışdan bir müddət əvvəl sosial şəbəkədə tanış olduğu özünü iranlı “Səyid” kimi təqdim edən şəxsin göndərdiyi kart hesabına pul köçürməklə 2 qram heroin və 41 qram marixuana almışdır. Həmin narkotik maddələri Bakı şəhərində ona deyilən yerə gedib götürmüşdür. Sonra Bakı şəhərindən Kürdəmirə qayıtmış və özündə saxladığı həmin narkotik maddələrdən az miqdarda istifadə etmiş, qalan hissəsini isə üzərində saxlamışdır ki, özü istifadə etsin. 20 aprel 2024-cü il tarixdə Kürdəmir rayonun Xırdapay kəndində yaşayan dostu Elxan adlı şəxslə telefonda danışarkən Elxan evdə tək olduğunu bildirmiş və həmin gün o, Elxanın evinə qonaq getmişdir. Elcangilə gedərkən üzərində 1 qram heroin və 41 qram marixuana olmuşdur. Elxanın evində 4-5 nəfər oturub yeyib-içmişlər, sonra onlar getmiş, özü isə Elxangildə uzanıb yatmışdır. Sonra Elxana zəng etmiş Elxan “Asan” xidmət mərkəzində olduğunu bildirmişdir. Günorta saatlarında Elxan evə gəlmiş və o, gələndə təxminən 5-10 dəqiqə sonra bir polis əməkdaşları onun olduğu otağa daxil olmuşlar. Polislər evə daxil olandan sonra ona, onda 2 kiloqram narkotik vasitə olduğunu bildirmiş, o isə onda o qədər narkotik olmadığını demişdir. Sonra polis əməkdaşları onu vurub, döymüşlər, bundan sonra zəng edib evə müstəntiqi çağırmışlar. Onun olduğu otaqda stolun üstündə narkotik maddələr olmuş və həmin narkotiklərdən 1 qram heroin və 41 qram marixuana ona məxsusdur, qalan narkotik maddələri polislər evə gətirmişlər. Polislər ona stolun üstündə olan narkotik maddələrin özünə məxsus olmasını deməsə, gətirdikləri 1 kq narkotik maddənin onun üzərinə qoyulacağını bildirmişlər. Bundan sonra o, polislərlə razılaşmışdır ki, otaqda stolun üzərində olan narkotik maddələrin hamısının özünə məxsus olmasını deyəcək. Bundan sonra videoçəkiliş olmuş və o, videoçəkilişdə stolun üzərində olan narkotik maddələrin və digər əşyaların özünə məxsus olmasını bildirmişdir. Əslində isə orada olan narkotiklərdən yalnız 1 qram heroin və 41 qram marixuana ona məxsus olmuş, qalan narkotiklərin və elektron tərəzinin kimə məxsus olmasını bilmir, ola bilər ki, həmin narkotik maddələr və elektron tərəzi Elxana məxsus olsun və ya onları polis əməkdaşları gətirib ora qoymuşdur. Həmçinin Təqsirləndirilən şəxs əlavə ifadəsində bildirmişdir ki, o, Elxanın evində otaqda olarkən polislər onun olduğu otağa daxil olan vaxt otaqdakı stolun üstündə özünə aid narkotik maddələr də olmuşdur. Polis əməkdaşları stolun üstündə olan narkotiklərin kimə məxsus olmasını soruşmuş, o da həmin narkotiklərdən yalnız təxminən 1 qramdan bir az çox miqdarda heroinin və 41 qram marixuananın özünə məxsus olmasını, qalan narkotiklərin ona məxsus olmamasını demişdir. Həmin vaxt Elxan da orada olan marixuananın özünə məxsus olmasını, qalanların isə özünə aid olmadığını bildirmişdir. Polis əməkaşları isə həmin narkotik maddələrin ona məxsus olmasını bildirib otaqda onu qarşı təzyiqlər edib otaqdakı stolun üstündə olan bütün narkotik maddələrin ona məxsus olmasını deməyə məcbur etmişlər. Bundan sonra videoçəkilişlə evə baxış olmuş, həmin vaxt o, qaldığı otaqda aşkar olunmuş bütün narkotik maddələrin özünə məxsus olmasını bildirmişdir. Əslində isə aşkar olunan narkotiklərdən təxminən 1 qram heroin və 41 qram marixuana ona məxsusdur, digr narkotiklər, o cümlədən metamfetamin, elektron tərəzi, şprist ona məxsus deyil, həmin narkotikləri və digər əşyaları polis əməkdaşları videoçəkilişdən əvvəl gətirib stolun üzərinə qoymuşlar. Elxan da narkotik istifadəçisi olduğundan onun evində olduğu müddətdə onunla birlikdə narkotik maddələrdən istifadə etmişlər. Namiq adlı şəxsi tanıyır, qonşusudur, Namiq də narkotik istifadəçisidir və onunla münasibətləri yaxşı olmuşdur. O, 29 mart 2024-cü il tarixdə Natiqlə zəngləşib görüşmüş, sonra maşında oturub onunla birlikdə özündə olan heroindən istifadə etmişlər, həmin vaxt o, Natiqə pulla heroin satmamış, istifadə etdikdən sonra ola bilsin ki, az miqdarda narkotik onun maşınında qalmışdır. Onun Namiqə narkotik maddə satması ilə bağlı deyilənlər doğru deyil. Narkotik maddələrin satışı ilə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin istifadəsi üçün 1 qram heroin və 41 qram marixuana əldə edib saxladığına görə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir və əməlindən peşmandır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, narkotik vasitələr qurudulumuş marixuanadan, heroindən və psixotrop maddə metamfetamindən istifadə edir. Tutulmamışdan təxminən 40 gün əvvəl narkotik maddə əldə etməsi üçün sosial şəbəkədə tanış olduğu özünü “Səyid” kimi təqdim edən İran vətəndaşının kart hesabına 1.000 manat pul köçürmüş, İran vətəndaşı da Bakı şəhəri ərazisində H.Aslanov metro stansiyası yaxınlığında narkotik maddənin qoyulduğu yerin konumunu ona göndərmiş, sonra o da Bakı şəhərinə gedib həmin yerdən bir ədəd polietilen bükümü götürmüş, bükümün içərisində qurudulmuş marixuananı, heroini və metamfetamin olmuşdur. Həmin maddələr olan bükümü üzərində saxlayıb Bakıdan Kürdəmir rayonuna qayıtmışdır. Sonra Kürdəmir rayonun Xırdapay kəndində yaşayan tanışı Şahid6 yaşadığı evə gedib orada qonaq kimi olmuşdur. O, evin birinci mərtəbəsində otaqların birində qalmışdır. Elxan da narkotik və psixotrop maddələr istifadəçisidir. Onun aldığı narkotik maddələrdən Elxanın məlumatı olmamış, onda narkotik maddələrin olmasını bilməmişdir. 20 aprel 2024-cü il tarixdə, saat 19 radələrində onda olan narkotik maddələri qaldığı otaqdakı stolun üzərinə qoymuşdur ki, istifadə etsin. Həmin vaxt Kürdəmir RPŞ-nın əməkdaşları otağa daxil olub özlərini təqdim edib ona narkotik vasitələri qanunsuz olaraq əldə etmədə, daşımaqda, üzərində saxlamaqda və satmaqda şübhəli olduğunu bildirib onda narkotik və psixotrop maddələr olub-olmamasını soruşmuş, o da qaldığı otaqda stolun üzərində olan torbanı və bükümləri polislərə təqdim etmişdir. Sonra onun iştirakı ilə polislər torbaya və bükümlərə baxış keçirmişlər. Baxış zamanı torbanın içərisində olan bükümlərdə qurudulmuş marixuana, heroin və metamfetamin kütlələri aşkar olunmuşdur. Şifahi sorğu zamanı o, həmin maddələri İran vətəndaşından aldığını, istifadəsi üçün saxladığını bildirmişdir. Bundan sonra qurudulmuş marixuana, heroin və metamfetamin kütlələri, həmçinin stolun üzərində olan ona məxsus bir ədəd şpris, bir ədəd elektron tərəzi, plastik bankomat kartı, bir ədəd “Samsung” markalı və bir ədəd “KGtel” markalı mobil telefonlar qablaşdırılıb polis əməkdaşları tərəfindən götürülmüşdür. O, 29 aprel 2024-cü il tarixdə, saat 18:30 radələrində tanışı Şahid5 10 manata bir ədəd bükümdə heroin və bir ədəd bükümdə metamfetamin satmışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlər, eləcə digər sənədlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib, əlavə ifadəsində göstərmişdir ki, o, evdə tutulan vaxt üzərində narkotik maddələr olmamış, polis əməkdaşları onun üzərini də axtarmışlar və üzərində heç nə aşkar olunmamışdır. Lakin Elxanın evində qaldığı otaqdakı stolun üzərində ona məxsus 1 qram heroin və 41 qram marixuana olmuş, orada olan metamfetamin və çox miqdarda olan marixuana, elektron tərəzi ona və şprist ona məxsus deyil. Tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı fiziki zorakılıq halları, yəni döyülməsi halları olmuşdur. Polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün o, videoçəkiliş zamanı otaqdakı stolun üstündə aşkar olunmuş metamfetamin və çox miqdarda olan marixuana, elektron tərəzinin özünə məxsus olduğunu bildirmişdir. Əslində onları polis əməkdaşları videoçəkilişdən əvvəl gətirib stolun üzərinə qoymuş və bundan sonra videoçəkiliş olmuşdur. O, istifadəsi üçün 1 qram heroin və 41 qram marixuana əldə edib saxladığına görə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid5 ifadələrində göstərmişdir ki, o, əvvəllər narkotik maddələrin istifadəçisi olmuşdur. Təqsirləndirilən şəxs tanıyır, qonşusudur, aralarında yaxşı münasibətlər olmuşdur. Rövşən də narkotik istifadəçisidir. 29 mart 2024cü il tarixdə bir az narkotik maddə almaq üçün Rövşənlə danışmış və həmin gün axşam saatlarında Rövşənin yaşadığı evin (Kürdəmir şəhəri, A.Şakir küçəsində) qarşısına gedib küçədə Rövşənlə görüşüb 10 manat verib ondan bir büküm heroin və bir büküm metamfetamin almışdır. Sonra o, həmin günü Kürdəmir şəhəri, H.Əliyev prospektində olarkən rolis əməkdaşları onu tutub üzərində narkotik maddə saxlamaqda şübhəli olduğu bildirilib Kürdəmir RPŞ-nə aparılmışdır. Polis şöbəsində üzərində axtarış zamanı cibindən bir bükümdə heroin və bir bükümdə metamfetamin aşkar olunmuşdur. Şifahi sorğu zamanı o, üzərində aşkar olunan heroini və metamfetamini tanışı Rövşən adlı şəxsdən 10 manata aldığını, istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Polislər tərəfindən aşkar olunmuş heroin və metamfetamin elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüşdür. Bundan sonra barəsində cinayət işi başlanmış, sonra barəsində olan bu cinayət işinə 2024-cü ilin avqust ayında Kürdəmir Rayon Məhkəməsində baxılmış və ona azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. İbtidai istintaq zamanı da Şahid5 məhkəmədə verdiyi ifadəsinə uyğun-eyni məzmunlu ifadə verib üzərində aşkar olunmuş heroini və metamfetamini tanışı Təqsirləndirilən şəxs 10 manata aldığını və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında Şahid1 Ağababa oğlu ifadəsində göstərmişdir ki, o, Kürdəmir RPŞ-nin əməkdaşıdır. 29 mart 2024-cü il tarixdə Kürdəmir şəhər sakini Şahid5 qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün digər polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış və həmin gün axşam saatlarında əməliyyat-axtarış tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri zamanı əməliyyat qrupu tərəfindən Şahid5 Kürdəmir şəhəri, H.Əliyev prospektində (küçədə) saxlanılıb polis şöbəsinə aparılmışdır. Polis şöbəsində Şahid5 üzərində axtarış zamanı heroin və metamfetamin kütlələri aşkar edilmişdir. Şifahi sorğu zamanı Şahid5 üzərində aşkar olunmuş narkotik maddələri tanışı Rövşən adlı şəxsdən 10 manata aldığını bildirmişdir. Sonra Rövşən adlı şəxsin Kürdəmir şəhər sakini Təqsirləndirilən şəxs olması müəyyən edilib onun saxlanılması istiqamətində əməliyyataxtarış tədbirləri davam etdirilmiş, Təqsirləndirilən şəxs isə qaçıb gizlənmişdir. 20 aprel 2024-cü il tarixdə Kürdəmir rayonun Xırdapay kənd sakini Şahid6 qanunsuz olaraq narkotik vasitələr əldə etmə, daşıma, üzərində və yaşadığı evdə saxlamasına dair, həmçinin Təqsirləndirilən şəxs da onun evində olması barədə məlumat daxil olmuşdur. Həmin gün saat 19 radələrində əməliyyat-istintaq qrupu Kürdəmir rayonun Xırdapay kəndinə Şahid6 yaşadığı evə getmişlər. Həyət qapısında Elxanla rastlaşmışlar və ona üzərində və yaşadığı evdə narkotik vasitələr saxlamaqda şübhəli olduğu bildirilib evə baxış keçiriləcəyi izah edilmiş, o da etiraz etməmişdir. Həmçinin sorğu zamanı Elxan tanışı Rövşənin də onun evində olduğunu bildirmişdir. Bundan sonra evin 1-ci mərtəbəsində olan otağa daxil olmuşlar və orada Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və bundan sonra Şahid6 və Təqsirləndirilən şəxs iştirakı ilə, həm də videoçəkilişlə evə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı Rövşənin olduğu otaqdakı stolun üzərində bir ədəd torba və bükümlər, həmin torbanın və bükümlərin içərisində heroin, marixuana və metamfetaminə oxşar kütlələr, şprist və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş heroin, marixuana və metamfetamin kütlərin özünə məxsus olmasını, həmin maddələri istifadəsi üçün əldə edib saxladığını bildirmişdir. Aşkar edilmiş heroin, marixuana və metamfetaminə oxşar kütlələr, şprist və bir ədəd elektron tərəzi qablaşdırılıb müstəntiq tərəfindən götürülmüşdür. Həmçinin sorğu zamanı Təqsirləndirilən şəxs 29 mart 2024-cü il tarixdə tanışı Namiqə 10 manat narkotik maddə satdığını etiraf etmişdir. Həmçinin baxış zamanı evin 2-ci mərtəbəsində Şahid6 məxsus marixuana kütləsi də aşkar edilib götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs və Şahid6 Kürdəmir RPŞ-nə gətirilib müdafiəçilərin iştirakı ilə və videoçəkilişlə üzərilərində axtarış aparılmış və onların üzərində hər hansı qanunsuz əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları, o cümlədən özü və digər polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin evə baxış və üzərində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Şahid6 ifadəsində göstərmişdir ki, o, Kürdəmir rayonun Xırdapay kəndində tək yaşayır. O, əvvəllər narkotik maddələrin istifadəçisi olmuşdur. Təqsirləndirilən şəxs tanıyır, aralarında dostluq münasibətlər olmuşdur. Rövşən də narkotik istifadəçisidir. 20 aprel 2024-cü il tarixdə, gündüz saatlarında tanışı Rövşən onun evinə qonaq gəlmişdir. Evdə Rövşənlə birlikdə yemək yemiş, həm də narkotik maddə qəbul etmişlər. Sonra Rövşən evin 1-ci mərtəbəsində olan otaqda uzanıb yatmış, özü isə “Asan” Xidmət Mərkəzinə getmiş və orada işi tamamlanandan sonra evinə qayıtmış, elə həyətə girəndən az sonra bir qrup polis əməkdaşları həyət girmişlər. Polis əməkdaşları ona yaşadığı evdə narkotik maddələr saxlamaqda şübhəli olduğu və evə baxış keçiriləcəyi bildirilmiş, o da etiraz etməmişdir. Həmçinin polis əməkdaşları Rövşənin onun evində olub-olmadığını soruşmuş, o da Rövşənin evində olduğunu bildirmişdir. Sonra polis əməkdaşları əvvəl Rövşənin qaldığı, evin 1-ci mərtəbəsində olan otağa daxil olub Rövşəni tutub saxlamışlar. Bundan sonra onun və Rövşənin iştirakı ilə, həm də videoçəkilişlə otağa baxış keçirilməyə başlamışdır. Baxış zamanı otaqdakı stolun üzərində sellofan torbada və bükümlərdə olan narkotik maddələr (heroin, qurudulmuş marixuana və metamfetamin) aşkar olunmuşdur. Polislər həmin maddələrin kimə məxsus olmasını soruşanda Rövşən özünə məxsus olmasını bildirmişdir. Həmçinin stolun üzərində olan şpris, bir ədəd elektron tərəzi də Rövşənə məxsusdur. Rövşənin qaldığı otaqda aşkar edilmiş maddələrdən hər hansı biri, o cümlədən marixuana da məxsus deyil, həmin maddələr Rövşənə məxsusdur. Həmçinin polis əmkdaşları tərəfindən baxış zamanı evin 2-ci mərtəbəsində eyvanda saxladığı bir ədəd torbada olan qurudulmuş marixuana da aşkar olunmuşdur. Sorğu zamanı o, həmin marixuananın özünə məxsus olmasını şəxsi istifadə etmək üçün gətirib saxladığını bildirmişdir. Sonra onu və Rövşəni tutub Kürdəmir RPŞ-nə aparmışlar. Bundan sonra barəsində cinayət işi başlanmış, sonra barəsində olan bu cinayət işinə 2024-cü ilin sentyabr ayında Kürdəmir Rayon Məhkəməsində baxılmış və ona azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. İşdə olan, Kürdəmir RPŞ-nin əməkdaşının 29 mart 2024-cü il tarixli “Raport”larının surətləri ilə müəyyən olunur ki, Kürdəmir şəhər sakini Şahid5 qanunsuz olaraq narkotik vasitə əldə edib istifadəsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Şahid5 29 mart 2024-cü il tarixdə, saat 19 radələrində Kürdəmir şəhəri, H.Əliyev prospekti ərazisində saxlanılıb polis bölməsinə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarışın aparılması barədə” 29 mart 2024-cü il tarixli protokolun surəti ilə müəyyən olunur ki, həmin tarixdə Kürdəmir RPŞ-nin İB-nin müstəntiqi Allahverdi Osmanov tərəfindən müdafiəçi Qədir Qədirovun iştirakı ilə və videoçəkilişlə Şahid5 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Şahid5 üzərindən bir ədəd kağız bükümdə heroinə və bir ədəd kağız bükümdə metamfetaminə oxşar kütlələr aşkar edilmişdir. Şifahi soğru zamanı Şahid5 üzərində aşkar olunmuş heroin və metamfetamini tanışı Rövşən adlı şəxsdən (Təqsirləndirilən şəxs) 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlələr qablaşdırılıb müstəntiq tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 30 mart 2024-cü il tarixli rəyin surəti ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “...Şahid5 üzərindən ...” sözləri yazılmış kağız paketdəki bir ədəd kağız bükümdə təmiz çəkisi-0,181 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Bir ədəd kağız bükümdə təmiz çəkisi- 0,092 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. İşdə olan, Kürdəmir RPŞ-nin İB-nin müstəntiqi Fuad Babayevin 10 aprel 2024-cü il tarixli “Raport”unun və “Məcburi gətirmə haqqında” qərarının surəti, habelə Kürdəmir RPŞnin əməkdaşının 20 aprel 2024-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Kürdəmir şəhər sakini Şahid5 üzərində aşkar olunmuş heroini və metamfetamini tanışı Təqsirləndirilən şəxs 10 manata aldığını bildirməsi ilə bağlı daxil olmuş məlumat əsasında Kürdəmir RPŞnin əməkdaşları tərəfindən 20 aprel 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Kürdəmir rayonun Xırdapay kəndində yaşayan Şahid6 yaşadığı evdə Təqsirləndirilən şəxs saxlanılmış və həmin evə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs Kürdəmir RPŞ-nə gətirilmişdir. İşdə olan, Kürdəmir Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli qərarı ilə Şahid6 yaşadığı Kürdəmir rayonun Xırdapay kəndində olan evinə baxış keçirilməsi ilə əlaqədar qəbul edilmiş təhqiqat orqanın “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 20 aprel 2024-cü il tarixli qərarına əsasən əldə edilmiş materiallar iş üzrə sübut kimi qəbul edilə bilər. İşdə olan, “Baxış keçirilməsi və götürmə haqqında” 20 aprel 2024-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Kürdəmir RPŞ-nin İB-nun müstəntiqi Fuad Babayev tərəfindən Şahid6 Əsgər oğlunun və Təqsirləndirilən şəxs iştirakı ilə, həm də videoçəkilişlə Kürdəmir rayonun Xırdapay kəndində, Şahid6 yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı həmin evdə Təqsirləndirilən şəxs olduğu otaqda olan stolun üzərindən bir ədəd polietilen torbada və bir ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələr, beş ədəd polietilen bükümdə və üç ədəd kağız bükümdə narkotik vasitə olan heroinə oxşar kütlələr, beş ədəd polietilen bükümdə və üç ədəd kağız bükümdə psixotrop maddə olan metamfetaminə oxşar kütlələr, bir ədəd “Kotel” markalı və bir ədəd “Samsung” markalı mobil telefonlar, bir ədəd plastik bankomat kartı, bir ədəd istifadə edilmiş şpris, 01 ədəd qayçı və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş heroin, metamfetamin və qurudulmuş marixuana kütlələrin özünə məxsus olmasını, onları İran vətəndaşından aldığını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Aşkar olunmuş kütlələr və digər əşyalar qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. Baxışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, “Şəxsi axtarış keçirilməsi və götürmə aparılması barədə” 20 aprel 2024-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Kürdəmir RPŞ-nin İB-nun müstəntiqi Fuad Babayev tərəfindən müdafiəçi Salman Fərəcovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Şifahi soğru zamanı Təqsirləndirilən şəxs tanışı Şahid6 evinə baxış zamanı onun olduğu otaqda aşkar olunmuş heroin, metamfetamin, qurudulmuş marixuana kütlələrin özünə məxsus olmasını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi və bioloji məhkəmə-tibbi ekspertizasının 24 aprel 2024cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs məxsus ...”sözləri yazılmış polietilen torbanı açdıqda 01 ədəd polietilen torbada təmiz çəkisi 150,0 qram, 01 ədəd parça torbacığın içərisində 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,41 qram, ümumi təmiz çəkisi 150,41 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik vasiutə qurudulmuş marixuanadır. 05 ədəd polietilen bükümdə ayrı-ayrılıqda təmzi çəkiləri 0,629 qram, 0,260 qram, 0,273 qram, 0,241 qram və 0,263 qram, 03 ədəd kağız bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,051 qram, 0,055 qram və 0,067 qram, ümumi təmiz çəkisi 1,839 qram olan qəhvəyimtil rəngli maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə olan heroindir. 05 ədəd polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,180 qram, 1,144 qram, 1,055 qram, 1,018 qram, 1,051 qram, 03 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,550 qram, 0,521 qram və 0,476 qram ümumi çəkisi 10,995 qram olan ağımtıl rəngli, kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamindir. 01 ədəd şprisin içərisində narkotik vasitə heroin izləri vardır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs məxsus 01 ədəd elektron tərəzi ...” sözləri yazılmış kağız paketdə 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri vardır. İz mikrohissəciklər normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən iz mikrohissəcikləri miqdarını və təqdim edilən maddələrlə eyni tərkibli olub-olmadığını müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs və Şahid5 aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Ekspertiza tədqiqatından sonra qalıq heroin 1,679 qram, qalıq metamfetamin 10,595 qram və qalıq qurudulmuş marixuana 150,37 qram, habelə qalıq metamfetamin 0,032 qramdır (Şahid5 aid). Aparılmış ekspertiza tədqiqatının dəyəri 63 manat 90 qəpik təşkil edir. İşdə olan, “Maddi sübut kimi tanımaq haqqında” 25 aprel 2024-cü il tarixli qərarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq 1,679 qram heroin, qalıq 10,595 qram metamfetamin və qalıq 150,37 qram qurudulmuş marixuana, Şahid5 götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq 0,131 qram heroin və qalıq 0,032 qram metamfetamin, habelə 01 ədəd qayçı, içərisində narkotik vasitə heroin izləri olan bir ədəd şpris və üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan bir ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Kürdəmir RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışlarla və baxışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı iki ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. Habelə iş üzrə götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq 0,131 qram heroin və 0,032 qram metamfetamin həm də Şahid5 barəsində olan cinayət işi üzrə də maddi sübutdur. İşdə olan, Kürdəmir Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli hökmünün surəti ilə müəyyən edilir ki, həmin hökmlə Şahid5 CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 02 il, 05 ay, 26 gün müddətə azadlığın məhdudlaşdarılması cəzasına məhkum olunmuş və həmin hökmlə maddi sübutlar olan 0,131 qram heroinin və 0,032 qram metamfetaminin məhv edilməsi qərara alınmışdır. İşdə olan, “Kürdəmir Rayon Mərkəxi Xəstəxanısı” X7 26 aprel 2024-cü il tarixli arayışı ilə müəyyən olunur ki, xx xxx 1988-cı il təvəllüdlü Babaşov X5 RMX-da narkoloji qeydiyyatdadır. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 13 sentyabr 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir, narkotik vasitə olan heroindən və psixotrop maddə metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında” 28 avqust 2024-cü il tarixli protokolla müəyyən olunur ki, Təqsirləndirilən şəxs faktiki istifadəsində olmuş 051/962-59-64 saylı mobil telefon nömrəsi ilə aparılmış danışıqları dair məlumatlara əsasən xx/xx/2024,13:46:03,99451/962-59-64 ilə 99450/329-78-78 arasında “Get sekiye hem pili al hemde ne var ver olara”, xx/xx/2024,13:46:28,99451/962-59-64 ilə 99450/329-78-78 arasında “Xalqanin kuruqunnan ora yarim saatdix yoldi”, xx/xx/2024,14:06:06, 99451/962-59-64 ilə 99450/329-78-78 arasında “A tay ozun bil men ne eliremse se gore elirem”, xx/xx/2024,16:32:19,99451/962-59-64 ilə 99450/329-78-78 arasında “Seid iranli sorussa denen rovsen dasi me verdi 20m dan yaxsi? tema darixma qoyacux buna”, xx/xx/2024,20:15:23 99451/962-59-64 ilə 99450/329-78-78 arasında “Bidene yari duzelt at bir yere... bularda ucardadi”, xx/xx/2024,20:45:14 99451/962-59-64 ilə 99450/329-78-78 arasında “Acda camat qalib kulubun aqzinda sekililer”, xx/xx/2024,21:20:19 99451/962-59-64 ilə 99450/329-78-78 arasında “Ota.verecekler...1700m, Dasa verecekler...500m, koliya...250m, Opsi...1450m..hesab, Derman...qretdi” məzmunlu məntlər və smslər vardır. İşdə olan, “Cinayət işinin ayrılması və və icraata qəbul edilməsi barədə” 01 iyul 2024cü il tarixli qərar və digər prosessual sənədlərin surətləri ilə müəyyən olunur ki, Şahid5 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanıb istintaq aparılmış, 22 aprel 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs CM-nin 234.4.3cü maddəsi ilə təqsirlndirilən şəxs qismində cəlb olunmuş və 01 iyul 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 24 sentyabr 2024-cü il tarixli qərarla müəyyən olunur ki, istintaq orqanı tərəfindən cinayət işinin materiallarından CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işinin başlanması üçün material ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutlar, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid5, Şahid1, Şahid3 və Şahid6 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (tanışı Elxanın evində qaldığı otaqdakı stolun üzərində aşkar olunmuş narkotik maddələrdən yalnız 1 qram heroin və 41 marixuananın özünə məxsus olması, qalan heroin, marixuana və metamfetamin kütlələri, bir ədəd elektron tərəzi və bir ədəd şprisin ona məxsus olmaması, həmin maddələrin otaqda videoçəkilişdən əvvəl polis əməkdaşları tərəfindən gətirilib stolun üzərinə qoyulması, tanışı Şahid5 narkotik maddələr (heroin və metamfetamin) satmaması və bununla bağlı deyilənlərin doğru olmaması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olmaqla döyülməsi səbəbindən videoçəkiliş zamanı otaqdakı stolun üzərində aşkar olunmuş narkotik maddələrin və digər əşyaların özünə məxsus olmasını deməsi, narkotik vasitələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid5, Şahid1, Şahid3 və Şahid6 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçilərin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokollarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni tanışı Elxanın evində qaldığı otaqdakı stolun üzərində aşkar olunmuş narkotik maddələrdən yalnız 1 qram heroin və 41 marixuananın özünə məxsus olması, qalan heroin, marixuana və metamfetamin kütlələri, bir ədəd elektron tərəzi və bir ədəd şprisin ona məxsus olmaması, həmin maddələrin otaqda videoçəkilişdən əvvəl polis əməkdaşları tərəfindən gətirilib stolun üzərinə qoyulması, tanışı Şahid5 narkotik maddələr (heroin və metamfetamin) satmaması və bununla bağlı deyilənlərin doğru olmaması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olmaqla döyülməsi səbəbindən videoçəkiliş zamanı otaqdakı stolun üzərində aşkar olunmuş narkotik maddələrin və digər əşyaların özünə məxsus olmasını deməsi, narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid5, Şahid1, Şahid3 və Şahid6 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, telefon danışıqlarına dair məlumatlar və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən baxışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlərlə (baxış zamanı Təqsirləndirilən şəxs otaqdakı stolun üzərində aşkar olunmuş narkotik və psixotrop maddələrin və digər əşyaların özünə məxsus olmasını bildirmişdir), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri (həmin ifadələrində o, Elxanın evində qaldığı otaqdakı stolun üzərində aşkar olunmuş narkotik və psixotrop maddələrin və digər əşyaların özünə məxsus olmasını, həm də tanışı Namiqə 10 manata narkotik maddələr satdığını göstərmişdir) ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik və psixotrop maddələr əldə etmə, saxlama, daşıma və satma cinayət əməlini törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ və İİ Siyahılara əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” və “Marixuana-Kannabis”, o cümlədən qurudulmuş marixuana olan maddələr narkotik vasitələr, “Metamfetamin” olan maddə psixotrop maddədir. Heroinin və metamfetaminin 0,15 qramdan və qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi xeyli miqdar, heroinin 2 qramdan 800 qramadək, metamfetaminin 2 qramdan 400 qramadək və qurudulmuş marixuananın 500 qramdan 50000 qramadək külli miqdir, heroinin 800 qramı, metamfetaminin 400 qramı və qurudulmuş marixuananın 50000 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. Həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində izah olunur ki, … təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs əldə etdiyi 2,02 qram narkotik vasitə olan heroin və 11,087 qram psixotrop maddə olan metamfetamin külli miqdar, habelə 150,41 qram narkotik vasitə olan qurudulmuş marixuana xeyli miqdar təşkil edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ayrı-ayrı növlərdən ibarət narkotik maddələr, eləcə də külli miqdarda metamfetamin əldə etməsi, heroin və metamfetaminin bir hissəsini tanışı Şahid5 pulla satması onun həmin maddələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və satma kimi qiymətləndirilməsi üçün əsaslardan biridir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin və metamfetamin, xeyli miqdarda qurudulmuş marixuana əldə etmiş, saxlamış, daşımış və satmışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Kürdəmir Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 20 aprel 2024-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə və məhkəmə hökmünün və qərarının surətləri ilə müəyyən edilir ki, Kürdəmir Rayon Məhkəməsinin 24 may 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 3000 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa Kürdəmir Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib 03 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 04 ay 04 gün müddəti şərti olaraq vaxtından əvvəl azad edilmiş və 07 aprel 2024-cü il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən (az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzasını çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir) məhkəmə hesab edir ki, 24 may 2017-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş, lakin 24 fevral 2021-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş, hazırda o, məhkumluğu olan şəxs hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivi yaradır. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş qəsdən cinayət törətdiyindən, onun bu əməli cinayətlərin residivini yaradır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş qəsdən cinayət törətdiyindən onun bu əməli cinayətlərin residivini yaratdığından ona ittiham olunduğu maddə üzrə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəza təyin edilməli, habelə cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi də nəzərə alınmalıdır. Eyni zamanda Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 dekabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində CM-nin 76-cı maddəsi tətbiq edilərək, 24 fevral 2021-ci il tarixli hökmlə ona təyin edilmiş 03 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasından çəkilməmiş 04 ay 04 gün şərti olaraq vaxtından əvvəl azad edildikdən sonra məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsi ərzində (29 mart 2024-cü il tarixdə) qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilir. Beləliklə, məhkəmə hesab edir ki, CM-nin 76.6.3-cü maddəsinə əsasən, məhkum Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzasından 04 ay 02 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv olunmalı və CM-nin 67.1-ci maddəsinə əsasən ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. İşdə olan, Kürdəmir şəhər İƏD üzrə Nümayəndəliyindən verilmiş 08 iyul 2024-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Kürdəmir şəhəri A.Şakir küçəsi, ev 31-də qeydiyyatda olmaqla yaşamış və yaşıdığı yer üzrə qənaətbəxş (barəsində heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. Məhkəmə hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar (CM-nin 59-cu maddəsində göstərilən və başqa) yoxdur. Habelə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olması CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı ağırlaşdıran halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs residivə görə cəza təyin edilməli, yəni ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasının müddəti ittiham olunduğu CM-nin 234.4.3-cü maddəsi üzrə müəyyən edilmiş daha ciddi cəza növü-azadlıqdan məhrumetmə cəzasının son həddinin (on iki ilin) yarısından (altı ildən) az olmamalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli qərarı ilə, Kürdəmir Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 04 ay 02 gün müddəti çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv olunmalı və CM-nin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs 24 fevral 2021-ci il tarixli hökmlə təyin edilmiş 03 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 04 ay 04 gün müddət yeni təyin edilmiş cəzaya qismən birləşdirilərək ona hökmlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.3-cü maddəsinə əsasən (cinayətlərin residivi nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 20 aprel 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İşdə olan narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, narkomaniyadan məcburi müalicə olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Kürdəmir RPŞ-nin maddi sübutlar otağında saxlanılan 150,37 qram qurudulmuş marixuana, 1,679 qram heroin, 10,595 qram metamfetamin, bir ədəd qayçı, içərisində heroin izləri olan bir ədəd şpris və üzərində heroin və metamfetamin izləri olan bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X2 X3 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. Habelə hazırki işə də aid olan 0,131 qram heroinin və 0,032 qram metamfetaminin Şahid5 barəsində olan cinayət işi üzrə maddi sübutlar olması və 28 avqust 2024-cü il tarixli hökmlə məhv edilməsinin qərara alınması nəzərə alınmalıdır. Həmçinin iş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla və baxışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-63 manat 90 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli qərarı ilə, Kürdəmir Rayon Məhkəməsinin 27 fevral 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 4 (dörd) ay 4 (dörd) gün müddəti çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv olunsun. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Kürdəmir Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 4 (dörd) ay 4 (dörd) gün müddət yeni təyin edilmiş cəzaya qismən birləşdirilərək Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 2 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 20 aprel 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və narkomaniyadan məcburi müalicə olunsun. İş üzrə maddi sübutlar olan və Kürdəmir Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 150,37 qram narkotik vasitə olan qurudulmuş marixuana, 1,679 qram narkotik vasitə olan heroin, 10,595 qram psixotrop madə olan metamfetamin, 1 (bir) ədəd qayçı, içərisində narkotik vasitə heroin izləri olan 1 (bir) ədəd şpris və üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan 1 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışlarla və baxışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-63 (altmış üç) manat 90 (doxsan) qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-166/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-166/2025
24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver