Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-167/2022 23.02.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Musayev Aqil Əlisa oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Səfərli Cavid ŞTəqsirləndirilən şəxs oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxs Şükürov Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxxx 1986-cı il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Lənkəran rayonu Şilavar kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Şükürov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şükürov Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə, ümumi təmiz çəkisi 103,199 qram, yəni külli miqdar təşkil edən narkotik vasitə olan heroini əldə etmiş, üzərində saxlamış və daşımışdır. 21 sentyabr 2021-ci il tarixdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (bundan sonra – Lənkəran ŞRPŞ-nin) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs Şükürov Lənkəran şəhəri, Hənifə Abdullayev küçəsində piyada hərəkətdə olarkən saxlanıldıqdan və şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilərkən göstərilən kütlə əynindəki şalvarın sol yan cibindən aşkar edilmiş, qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Şükürov Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, əvvəllər heroindən istifadə etmiş, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Lənkəran ŞRPŞ-nin əməkdaşı olmuş Şahmar adlı şəxsin (bundan sonra - Şahmar) narkotik vasitə satdırdığı şəxslə mübahisə etdiyinə görə Şahmar ona qarşı qərəzli mövqedə olmuşdur. 21 sentyabr 2021-ci il tarixdə yaşadığı binanın qarşısında evinə gedərkən Şahmar bir neçə nəfər polis əməkdaşı ilə birlikdə onu saxlayıb Lənkəran ŞRPŞ-yə gətirmişlər. Həmin vaxt üzərində olmuş bir ədəd bükümdəki bir qram heroini Şahmara könüllü olaraq təqdim etmişdir. Heroini həmin gün Lənkəran şəhərində “Kiçik bazar” adlandırılan ərazidə təsadüfən rastlaşdığı, tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almışdır. Şahmar onu Lənkəran ŞRPŞ-nin hansısa xidməti otaqda stulda əyləşdirib əlqolunu bağladıqdan sonra otaqdakı seyfdə bir ədəd bükümdə daha çox çəkidə olmuş heroini əynindəki şalvarın sol yan cibinə qoymuş, Zülfiqar, Babək adlı və adını bilmədiyi digər polis əməkdaşları ilə birlikdə ona cibinə qoyulmuş heroinin özünə məxsus olmasını etiraf etməyə məcbur etmək üçün zor tətbiq etmişdir. Şahmar ona cibinə qoyulmuş heroinin özünə məxsus olmasını etiraf edərsə və deyəcəyi məzmunda izahat verərsə, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediləcəyinə vəd vermişdir. Bu səbəblərdən həm məcburiyyət qarşısında qalıb, həm də Şahmara inanıb üzərinə qoyulmuş heroinin ona məxsus olmasını qəbul etmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla, həmçinin müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman Şahmarın əvvəlcədən şalvarının cibinə qoyduğu bir ədəd bükümdəki heroini polis əməkdaşlarına təqdim edib ona dediyi etirafedici məzmunda izahat vermiş, bundan sonra da təhqiqatçı və müstəntiqin adından eyni məzmunda tərtib etdikləri izahat ifadələrə imza etmişdir. Təhqiqatçı və müstəntiq ona qarşı hər hansı qanunsuz hərəkət etməmişdir. Göstərdiyi səbəblərdən ibtidai araşdırma zamanı adından tərtib edilmiş izahat və ifadələrin məzmununu təsdiq etmir, ona qarşı irəli sürülmüş ittihamda üzərindən aşkar edildiyi göstərilmiş heroinin bir qramdan artıq hissəsinin ona aidiyyəti yoxdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs Şükürov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinməsi və barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Şükürov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə 21 sentyabr 2021-ci il tarixdə üzərinə şəxsi axtarış videoçəkiliş aparılmaqla keçirilərkən şübhəli şəxs qismində şifahi, sonra yazılı qaydada verdiyi izahatları, müvafiq olaraq 22 və 23 sentyabr 2021-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, iş üzrə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sol cibindən çıxarıb təqdim etdiyi, ümumi çəkisi təxminən 105 qram olan heroin ona məxsusdur. Həmin kütlə qablaşdırılaraq götürülmüşdür. Şükürov Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən şifahi, sonra yazılı qaydada verdiyi izahatlarında üzərindən aşkar edilmiş heroini İran İslam Respublikası vətəndaşından qəbul etdiyi bir kq. heroini Lənkəran şəhər sakini olan X4 çatdıracağı müqabilində ümumi kütlədən pay kimi verilməklə, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində isə yerdən tapmaqla əldə etdiyini göstərmişdir (səh. 26-29, 50-53, 74-78). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin PPXB-nin polis nəfərləri Şahid2 və Şahid3 verdikləri ifadələrində, həmçinin ibtidai istintaq zamanı verdikləri ifadələrinin məzmununu təsdiq edərək göstərmişlər ki, 21 sentyabr 2021-ci il tarixdə Şükürov Təqsirləndirilən şəxs (bundan sonra – Təqsirləndirilən şəxs Şükürov) Lənkəran ŞRPŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid1 Təqsirləndirilən şəxs Şükürovun narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı üzrə qəbul edilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar əsasında saat 17 radələrində Lənkəran şəhəri, H.Abdullayev küçəsi ərazisində hərəkətdə olarkən üzərində narkotik vasitə olması şübhəsilə saxlayıb Lənkəran ŞRPŞ-yə gətirmişlər. Orada Təqsirləndirilən şəxs Şükürov, həmçinin müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sol cibindən bir ədəd bükümdə, ümumi çəkisi təxminən 105 qram olan heroinə oxşar kütləni çıxarıb təqdim etmiş, həmin kütləni ona İran İslam Respublikası vətəndaşından qəbul etdiyi bir kq. heroini Lənkəran şəhər sakini olan X4 çatdıracağı müqabilində ümumi kütlədən pay kimi verildiyini göstərmişdir. Həmin kütlə qablaşdırılıb götürülmüş, bu barədə tərtib edilmiş protokola imza etmişdir. Hər hansı polis əməkdaşı Təqsirləndirilən şəxs Şükürova qarşı qanunsuz hərəkət, o cümlədən zor tətbiq etməmiş, sonuncunun üzərinə narkotik vasitə qoymamışdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - ilkin araşdırma materiallarından, yəni 21 sentyabr 2021-ci il tarixdə Şükürov Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, onun qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olmasına dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında raport, “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs Şükürov barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrində göstərilmiş qaydada baş verdiyi, həmçinin Təqsirləndirilən şəxs Şükürovun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın cibindən çıxarıb təqdim etdiyi bir ədəd bükümdəki heroinin ona məxsus olduğunu və polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilmədiyini göstərməsi müəyyən edilir (səh. 3, 4, 7, 26, 27). - Lənkəran Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, iş üzrə Şükürov Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə qəbul edilmiş 21 sentyabr 2021-ci il tarixli qərar qanuni hesab edilmişdir (səh. 115, 116). - Məhkəmə fiziki-kimyəvi ekspertizasının 22 sentyabr 2021-ci il tarixli, 19/951 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 103,199 qram təşkil edən maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədqiqata sərf edildikdən sonra heroinin ümumi qalıq çəkisi 103,149 qram təşkil edir. Ekspertiza xərci 50 manatdır (səh. 40-42). - Əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş material hesab edilən, Lənkəran ŞRPŞ-nin 13 noyabr 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, verilmiş əməliyyat tapşırığı üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Şükürov Təqsirləndirilən şəxs ucuz qiymətə əldə etdiyi narkotik vasitələri xırda bükümlərə bölüb baha qiymətə satması müəyyən edilmişdir (səh. 129). - Məhkəmə-narkoloji ekspertizasının 23 sentyabr 2021-ci il tarixli, 1029 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Şükürov Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür (səh. 54). İş üzrə ibtidai istintaq orqanı tərəfindən Şükürov Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən heroin narkotik vasitə hesab edilir. Heroinin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) aşağı həddi isə 2,0 qramdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Şükürov Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində iş üzrə ona qarşı irəli sürülmüş ittihamda üzərindən aşkar edildiyi göstərilmiş təmiz çəkisi 103,199 qram təşkil edən heroinin bir qramdan artıq olan hissəsinin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən aldadılması və ona zor tətbiq edilməsi səbəbindən ibtidai araşdırma zamanı həqiqətə uyğun olmayan etirafedici məzmunda izahat və ifadələr verməsi, eləcə də ibtidai istintaq zamanı verdiyi ifadələrində üzərindən aşkar edilmiş heroinə münasibətdə satış niyyətinin olmaması barədə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edildiyi göstərilmiş faktiki halları, fiziki-kimyəvi ekspertizasının 22 sentyabr 2021-ci il tarixli, 19/951 rəyi, üzərindən aşkar edilmiş heroinin şəxsi istehlak miqdarından 688 dəfə, külli miqdarından isə 51 dəfədən çox olması, məhkəmə-tibbi ekspertizasının 23 sentyabr 2021-ci il tarixli, 944 nömrəli rəyində (səh. 55, 56) Şükürov Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarətin aşkar edilməməsi və şikayətinin olmamasının göstərilməsi, Lənkəran Rayon Prokurorluğunda araşdırılması aparılmış 245C-21 nömrəli material üzrə qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 27 dekabr 2021-ci il tarixli qərarla Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkət, eləcə də zor tətbiq edilməsi müəyyən edilmədiyinə görə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən, yəni cinayət hadisəsinin müəyyən edilməməsi əsası ilə cinayət işi başlanmasının rədd edilməsi və məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri ilə tam təkzib edilir. Göstərilən hallar Şükürov Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə tam əsas verir. Buna görə də Şükürov Təqsirləndirilən şəxs məhkəmə-narkoloji ekspertizasının 23 sentyabr 2021-ci il tarixli, 1029 nömrəli rəyinə əsasən tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyindən əziyyət çəksə də, məhkəmənin müəyyən etdiyi ictimai-təhlükəli hərəkətləri törətməsi əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaratmışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən təqsirləndirilən şəxs Şükürov Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrinin üzərindən aşkar edilmiş heroinə münasibətdə satış niyyətinin olmaması ilə bağlı olan hissəsi istisna olmaqla, qalan hissələrini müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, təqsirləndirilən şəxs Şükürov Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini və ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrinin üzərindən aşkar edilmiş heroinə münasibətdə satış niyyətinin olmaması ilə bağlı olan hissəsini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şükürov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi qismən etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ifadələri, “Şəxsi axtarış keçirilməsi haqqında” 21 sentyabr 2021-ci il tarixli protokol, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, digər istintaq hərəkəti protokolları, məhkəmə fiziki-kimyəvi ekspertizasının 22 sentyabr 2021-ci il tarixli, 19/951 nömrəli rəyi, əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş material hesab edilən, Lənkəran ŞRPŞ-nin 13 noyabr 2021-ci il tarixli məktubu, digər sənədlər və iş üzrə maddi sübut qismində tanınmış heroin qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şükürov Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2011-ci il tarixli hökmü və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli hökmlərinin surətlərindən görünür ki, Şükürov Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2011-ci il tarixli hökmü ilə ümumi təmiz çəkisi 52,832 qram təşkil etmiş heroinə münasibətdə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəzanı çəkdiyi müddətdə yenidən cinayət törətdiyi üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə təqsirli bilinmiş, ona həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən barəsində qəti olaraq 03 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və 17 iyul 2019-cu il tarixdə həmin cəzanı çəkib qurtarmışdır (səh. 123-126, 148, 149,). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 83-cü maddəsinin şərh olunması barədə” 25 may 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Məhkəmə göstərilən hüquqi mövqeyə, Azərbaycan Respublikası CM-in 15.2, 15.4, 83.1, 83.3.2-1 və 83.3.4-cü maddələrinə, işin müvafiq hallarına əsaslanaraq hesab edir ki, Şükürov Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli hökmü ilə barəsində hökmlərin məcmusu qaydasında təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını 17 iyul 2019-cu il tarixdə çəkib qurtardığına görə onun hazırki iş üzrə cinayət əməlini törədərkən Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə məhkumluğu ödənilmiş, 234.4.3-cü maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə məhkumluğu ödənilməmişdir. Bu səbəbdən Azərbaycan Respublikası CM-in 18.2.2-ci maddəsinə əsasən hazırki iş üzrə onun əməlində cinayətlərin təhlükəli residivi mövcuddur. Məhkəmə buna görə də Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Şükürov Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. - Lənkəran Şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və Lənkəran ŞİHB-nın Şiləvar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 dekabr və 10 dekabr 2021-ci il tarixli arayışlar və xasiyyətnamədən görünür ki, Şükürov Təqsirləndirilən şəxs subaydır, ünvan 3 ünvanında qeydiyyatda olsa da, Lənkəran rayonu, Şiləvar kəndində yaşamış, yaşayış yeri üzrə normal xarakterizə olunmuşdur (səh. 142, 145, 146). Məhkəmə göstərilənlərə əsasən Şükürov Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3 və 65.1-ci maddələrini rəhbər tutaraq, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2011-ci il tarixli hökmü ilə təqsirli bilindiyi, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş, məhkumluğunun ödənilmədiyi və ya götürülmədiyi cinayət əməlinin xarakteri, ağırlığı və nəticələrini, eləcə də həmin əməli ümumi təmiz çəkisi 52,832 qram təşkil etmiş heroinə münbasibətdə törətdiyi halda, məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasının islah təsirinin yetərli olmamasına səbəb olan halları, hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, əməlində cinayətlərin residivindən ibarət cəzasını ağırlaşdıran halın olduğunu, cəzasını yüngülləşdirən halın olmadığını, təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki,: Göstərilən cinayət qanunu normalarının tələbləri və cəza təyin edilərkən nəzərə alınan hallara əsasən Şükürov Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün əməlində cinayətlərin təhlükəli residivi olduğuna görə Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsinin sanksiyasının həmin Məcəllənin 65.2-ci maddəsində təhlükəli residivə görə müəyyən edilmiş həddən az olmayan həddində, konkret olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə təyin edilməsi zəruridir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Şükürov Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 21 sentyabr 2021-ci il tarixdən hesablanmalı və Lənkəran Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli qərarı (səh. 88-91) ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının müvafiq olaraq 23 sentyabr 2021-ci il tarixli, 1029 nömrəli rəyi nəzərə alınaraq, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Şükürov Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və onlar ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Şükürov Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 103,149 qram təşkil edən heroin məhv edilməli, Şükürov Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokola bir ədəd diskin yaddaşına yazılaraq əlavə edilmiş videogörüntülər iş materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Şükürov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Şükürov Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Şükürov Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 21 sentyabr 2021-ci il tarixdən hesablansın. Şükürov Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Şükürov Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Şükürov Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 103,149 qram təşkil edən heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Şükürov Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokola bir ədəd diskin yaddaşına yazılaraq əlavə edilmiş videogörüntülər iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Şükürov Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-167/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-167/2022
23.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver