Məhkəmə qərarları › İş №1(099)-167/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-167/2023

04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-167/2023 04.07.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Neymanov İslam Əkrəm oğlunun sədrliyi, hakimlər X4 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, Əliyev Asif Xəlil oğlunun katibliyi ilə, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçilər– Lənkəran rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3 iştirakları ilə, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə, vətəndaş Təqsirləndirilən şəxs1 – xx xxxx 1987-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olan, heç yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində nömrəsiz fərdi evdə yaşamış, 07 oktyabr 2022-ci il tarixdə “şübhəli şəxs” qismində tutulmuş, barəsində 08 oktyabr 2022-ci il tarixdə “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, vətəndaş Təqsirləndirilən şəxs2 – xx xxxxxx 1989-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, heç yerdə işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində nömrəsiz fərdi evdə yaşamış, 07 oktyabr 2022-ci il tarixdə “şübhəli şəxs” qismində tutulmuş, barəsində 08 oktyabr 2022-ci il tarixdə “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, vətəndaş Təqsirləndirilən şəxs3 – xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində nömrəsiz fərdi evdə yaşamış, 07 oktyabr 2022-ci il tarixdə “şübhəli şəxs” qismində tutulmuş, barəsində 08 oktyabr 2022ci il tarixdə “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmək, saxlamaq və daşımaq barədə qardaşı Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs3 ilə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmişdir. Bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 22,256 qram çəkidə narkotik vasitə “heroini” və 6,329 qram çəkidə narkotik vasitə olan qurudulmuş “marixuana” qanunsuz olaraq əldə edib aralarında bölərək külli miqdarda 12,178 qram çəkidə narkotik vasitə olan “heroini” Təqsirləndirilən şəxs1, külli miqdarda 10,078 qram çəkidə narkotik vasitə olan “heroini” Təqsirləndirilən şəxs3 və 6,329 qram çəkidə narkotik vasitə olan qurudulmuş “marixuana”nı isə Təqsirləndirilən şəxs2 üzərilərində saxlamaqla daşımışlar. Bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 07 oktyabr 2022-ci il tarixdən etibarən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 həmin gün saat 10.30-da Hacıqabul rayonu, Nəvai qəsəbəsində yerləşən DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 720 saylı postunun yaxınlığında saxlanılaraq ünvan 5 ünvanında yerləşən DİN-nin Hacıqabul Rayon Polis Şöbəsinə dəvət olunub həmin gün saat 13.00-da üzərilərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 əynindəki tünd boz rəngli cins şalvarının arxa sağ cibindən bir ədəd bükümdə külli miqdarda 12,178 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan “heroin”, Təqsirləndirilən şəxs3 əynindəki boz rəngli cins şalvarının arxa sol cibindən siqaret qutusunun içərisində olan bir ədəd bükümdə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə olan “heroin”lə eyni tərkibli olan külli miqdarda 10,078 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan “heroin” və Təqsirləndirilən şəxs2 əynindəki ağ rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunda 6,329 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş “marixuana” aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs3 milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla qanunsuz olaraq soyuq silahı əldə etmiş, gəzdirmiş və saxlamışdır. Belə ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 07 oktyabr 2022-ci il tarixdə, saat 15.10-da Təqsirləndirilən şəxs3 razılığı və özünün iştirakı ilə etibarnamə əsasında idarə etdiyi “Chevrolet Cruze” markalı “**-PX-***” dövlət qeydiyyat nişanlı avtomobilə Hacıqabul Rayon Polis Şöbəsinin həyətində baxış keçirilən zaman avtomobilin salonunda yerləşən sürətlər qutusunun arxasındaki saxlanc yerindən ona məxsus zavod üsulu ilə hazırlanmış, “Mikrotech” markalı, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, tiyəsi düyməcikli yayın təsiri altında avtomatik açılıb-bağlanan, soyuq silah hesab edilən 01 ədəd bıçaq aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, onlar heç vaxt narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olmamışlar. Onları tutmamışdan 1 gün əvvəl DYP əməkdaşları ilə aralarında mübahisə olmuşdu. Səhərisi gün, yəni 07 oktyabr 2022-ci il tarixdə Nəvahi postunda polis əməkdaşları onları tutaraq Hacıqabul rayon polis şöbəsinə gətirmişlər. Həmin vaxt, Təqsirləndirilən şəxs3 bıçaq olubdur. O, həmin bıçağı ova gedərkən işlətmişdir. Qardaşı Təqsirləndirilən şəxs2 üzərində isə qanunla qadağan olunmuş heç bir şey olmamışdır. Onların narkotik vasitələrdən xəbərləri yoxdur. Lakin, ibtidai istintaq orqanı zamanı, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, təxminən 1 ildir ki, fasilələrlə narkotik vasitə “heroin” və qurudulmuş “marixuana”nı çəkmək yolu ilə qəbul etmişdir. Belə ki, təxminən 06 oktyabr 2022-ci il tarixdə günorta vaxtlarında evinin yaxınlığındakı zibilxananın yanında yerdən 1 bükümdə “kakos” kimi tanıdığı narkotik vasitə olan “heroin” tapmışdır. O, narkotik vasitəni üstündə gəzdirmişdir ki, özü istifadə edər. 07 oktyabr 2022-ci il tarixdə, təxminən saat 10:30 radələrində tanışı Təqsirləndirilən şəxs3 və qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə Hacıqabul rayonu, Nəvai qəsəbəsində yerləşən polis postunun yaxınlığında Təqsirləndirilən şəxs3 məxsus avtomobilinin yanında dayanan zaman 4 nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Onların külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmişlər. Həmin vaxt, onların barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu, qardaşı Kamalı və Təqsirləndirilən şəxs3 Hacıqabul Rayon Polis Şöbəsinə dəvət etmişlər. Orada olan zaman vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra xidməti iş otaqlarının birində video çəkilişdən istifadə edilməklə onun, qardaşı Kamalın və Ceyhunun barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl ilk olaraq Təqsirləndirilən şəxs3 bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Ceyhun əynində olan boz rəngli cins şalvarının arxa sağ cibindən 01 ədəd avtomobil açarı, 5(beş) manat pulunu, arxa sol cibindən 01 ədəd qara rəngli siqaret qutusunu təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonucunun üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs3 təqdim etdiyi siqaret qutusuna baxış keçirilən zaman içərisində 01 ədəd sarı rəngli sellofan bükümdə qəhvəyi rəngli kəskin iyli narkotik vasitə olan “heroin” olması müəyyən edilmişdir. Həmin sellofan büküm siqaret qutusu ilə birlikdə zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra onun üzərinə şəxsi axtarış və götürmə aparılmağa başlanılmışdır. Bundan əvvəl polis əməkdaşları bu barədə qərarla tanış edərək üzərində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları verməyini təklif etmişlər. Bu təklifdən sonra o, əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd tibbi nəfəs alma alətini, sol yan cibindən 135 (yüz otuz beş) manat pul, 01 ədəd “Redmi” markalı, 01 ədəd “Huavei” markalı mobil telefonu, arxa sağ cibindən 01 ədəd sellofan bükümdə narkotik vasitə olan “heroini” təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra, üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt, şəxsi axtarış zamanı əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Onun təqdim etdiyi şəffaf sellofan bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli kəskin iyli narkotik vasitə olan “heroin” olması müəyyən edilmişdir. Həmin sellofan büküm zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra, qardaşı Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Bu zaman qardaşı Kamala paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra qardaşı Kamal əynində olan ağ rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunu, sol yan cibindən 10 (on) manat pulunu, 01 ədəd “Samsung” markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra, qardaşı Kamalın üzərinə şəxsi axtarış keçirilmiş, lakin qanunla qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Kamalın təqdim etdiyi kibrit qutusuna baxış keçirilən zaman içərisində tünd yaşıl rəngli kəskin iyli narkotik vasitə olan qurudulmuş “marixuana” olması müəyyən edilmişdir. Həmin kibirit qutusu zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs3 təqdim etdiyi sellofan bükümün içərisində narkotik vasitə olan “heroin”, olduğunu, həmin maddəni öz istifadəsi üçün üzərində saxladığını, satışı ilə məşğul olmadığını, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını, avtomobilinə baxış keçirilməsinə heç bir etirazının olmamasını bildirmişdir. Bundan sonra, şifahi sorğu zamanı o, təqdim etdiyi sellofan bükümün içərisində narkotik vasitə olan “heroin” olduğunu, həmin maddəni öz istifadəsi üçün əldə etdiyini, narkotik maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Şifahi sorğu zamanı qardaşı Təqsirləndirilən şəxs2 də təqdim etdiyi kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş “marixuana” olduğunu, həmin maddəni öz istifadəsi üçün üzərində saxladığını, satışı ilə məşğul olmadığını, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 ilkin araşdırma zamanı verdiyi izahatında və şübhəli şəxs qismində ifadəsində eyni xüsusatları göstərmişdir. Məhkəmə iclasında, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olmamışdır. Çəkiliş aparılmamışdan əvvəl polis əməkdaşları narkotik vasitəni ona verərək cibinə qoymağını tapşırmışlar. Lakin, ibtidai istintaq zamanı, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, təxminən 5-6 aydır ki, arada bir narkotik vasitə olan qurudulmuş “marixuana”nı çəkmək yolu ilə qəbul etmişdir. 06 oktyabr 2022-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Binə qəsəbəsində dəmir yolunun kənarından yerdən 1 kibrit qutusunda narkotik vasitə olan qurudulmuş “marixuana” tapmış və üstündə gəzdirmişdir ki, münasib vaxtda özü istifadə etsin. 07 oktyabr 2022-ci il tarixdə, təxminən saat 10:30 radələrində qardaşı Təqsirləndirilən şəxs1 və tanışları Təqsirləndirilən şəxs3lə birlikdə Hacıqabul rayonu, Nəvai qəsəbəsində yerləşən polis postunun yaxınlığında Təqsirləndirilən şəxs3 məxsus avtomobilinin yanında dayanan zaman 4 nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini təqdim edib onların külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmişlər. Həmin vaxt onu, qardaşı Camalı və Təqsirləndirilən şəxs3 Hacıqabul Rayon Polis Şöbəsinə dəvət etmişlər. Orada olan zaman hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra, xidməti iş otaqlarının birində video çəkilişdən istifadə edilməklə onun, qardaşı Camalın və Ceyhunun barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl ilk olaraq Təqsirləndirilən şəxs3 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs3 əynində olan boz rəngli cins şalvarının arxa sağ cibindən bir ədəd avtomobil açarı, 5(beş) manat pulunu, arxa sol cibindən 01 ədəd qara rəngli siqaret qutusunu təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt, şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs3 təqdim etdiyi siqaret qutusuna baxış keçirilən zaman içərisində 01 ədəd sarı rəngli sellofan bükümdə qəhvəyi rəngli kəskin iyli narkotik vasitə olan “heroin” olması müəyyən edilmişdir. Həmin sellofan büküm siqaret qutusu ilə birlikdə zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra, qardaşı Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Bundan əvvəl polis əməkdaşları qardaşı Camalı bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif etmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd tibbi alət sol yan cibindən 135 (yüz otuz beş) manat pul, 01 ədəd “Redmi” markalı mobil telefonu, 01 ədəd “Huavei” markalı mobil telefonu, arxa sağ cibindən 01 ədəd sellofan büküm təqdim edərək masanın üzərinə qoymuşdur. Onun qardaşı Camalın təqdim etdiyi şəffaf sellofan bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli kəskin iyli narkotik vasitə olan “heroin” olması müəyyən edilmişdir. Həmin sellofan büküm zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra, onun üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Bu zaman ona üzərində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməyi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan ağ rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunu, sol yan cibindən 10 (on) manat pulunu, 01 ədəd “Samsung” markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra, üzərinə şəxsi axtarış keçirilmiş, lakin qanunla qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Təqdim etdiyi kibrit qutusuna baxış keçirilən zaman içərisində tünd yaşıl rəngli kəskin iyli narkotik vasitə olan qurudulmuş “marixuana” olması müəyyən edilmişdir. Həmin kibirit qutusu zərfə qoyularaq qablaşdırılmışdır. Həmin vaxt, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs3 təqdim etdiyi sellofan bükümün içərisində narkotik vasitə olan “heroin”, olduğunu, həmin maddəni öz istifadəsi üçün üzərində saxladığını, satışı ilə məşğul olmadığını, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını bildirmişdir. Bundan sonra, şifahi sorğu zamanı qardaşı Təqsirləndirilən şəxs1 təqdim etdiyi sellofan bükümün içərisində narkotik vasitə olan “heroin” olduğunu, həmin maddəni öz istifadəsi üçün əldə etdiyini, narkotik maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Sonra şifahi sorğu zamanı o, təqdim etdiyi kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş “marixuana” olduğunu, həmin maddəni öz istifadəsi üçün üzərində saxladığını, satışı ilə məşğul olmadığını, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 ilkin araşdırma zamanı verdiyi izahatında və şübhəli şəxs qismində ifadəsində eyni xüsusatları göstərmişdir. Məhkəmə iclasında, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o,narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olmamışdır. Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə özünü təqsirli bilmişdir. Lakin, ibtidai istintaq zamanı, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ifadəsində göstərmişdir ki, etibarnamə əsasında idarə etdiyi “Chevrolet Cruze” markalı “**-PX-***” dövlət qeydiyyat nişanlı avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuş, Camal və Təqsirləndirilən şəxs2lərlə dostluq münasibəti olmuş, heç bir ədavəti olmamışdır. O, təxminən 6 aydır ki, arada bir narkotik vasitə olan qurudulmuş “marixuana”nı çəkmək yolu ilə qəbul etmişdir. O, narkotik vasitəni təsadüfi şəxslərdən əldə etmişdir. 06 oktyabr 2022-ci il tarixdə saat 16 radələrində yaşadığı evin yaxınlığında yerdən bir bükümdə narkotik vasitə olamn “heroin” tapmışdır. O, narkotik vasitəni üstündə gəzdirmişdir ki, münasib vaxtda özü istifadə etsin. 07 oktyabr 2022-ci il tarixdə, təxminən saat 10:30 radələrində tanışları Camal və Kamalla birlikdə Hacıqabul rayonu, Nəvai qəsəbəsində yerləşən polis postunun yaxınlığında özünə məxsus avtomobilin yanında dayanan zaman dörd nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini təqdim edib onların külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirərək onu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Hacıqabul Rayon Polis Şöbəsinə dəvət etmişlər. Orada olan zaman hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra, xidməti iş otaqlarının birində video çəkilişdən istifadə edilməklə onun, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Həmin vaxt, şəxsi axtarış və götürmə aparılmasından əvvəl ilk olaraq ona üzərində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməyi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan boz rəngli cins şalvarının arxa sağ cibindən bir ədəd avtomobil açarı, 5(beş) manat pul, arxa sol cibindən 01 ədəd qara rəngli siqaret qutusunu təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra, üzərinə şəxsi axtarış keçirilərək qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Onun təqdim etdiyi siqaret qutusuna baxış keçirilən zaman içərisində 01 ədəd sarı rəngli sellofan bükümdə qəhvəyi rəngli kəskin iyli narkotik vasitə olan “heroin” olması müəyyən edilmişdir. Həmin sellofan büküm siqaret qutusu ilə birlikdə zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra, tanışı Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Bundan əvvəl polis əməkdaşları Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif etmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd tibbi alət, sol yan cibindən 135(yüz otuz beş) manat pul, 01 ədəd “Redmi” markalı mobil telefonu, 01 ədəd “Huavei” markalı mobil telefonu, arxa sağ cibindən 01 ədəd sellofan büküm təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs1 təqdim etdiyi şəffaf sellofan bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli kəskin iyli narkotik vasitə olan “heroin” olması müəyyən edilmişdir. Həmin sellofan büküm zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs2 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan ağ rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunu və digər şəxsi əşyalarını təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs2 təqdim etdiyi kibrit qutusuna baxış keçirilən zaman içərisində tünd yaşıl rəngli kəskin iyli narkotik vasitə olan qurudulmuş “marixuana” olması müəyyən edilmişdir. Həmin kibirit qutusu zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra, şifahi sorğu zamanı o, təqdim etdiyi sellofan bükümün içərisində narkotik vasitə olan “heroin” olduğunu, həmin maddəni öz istifadəsi üçün üzərində saxladığını, satışı ilə məşğul olmadığını, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını bildirmişdir. Bundan sonra, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi sellofan bükümün içərisində narkotik vasitə olan “heroin” olduğunu, həmin maddəni öz istifadəsi üçün əldə etdiyini, narkotik maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş “marixuana” olduğunu, həmin maddəni öz istifadəsi üçün üzərində saxladığını, satışı ilə məşğul olmadığını, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını bildirmişdir. Bundan sonra, onun razılığına əsasən polis əməkdaşları tərəfindən “Chevrolet Cruze” markalı “**-PX-***” dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmişdir. Bu zaman avtomobildən 2 ədəd bıçaq aşkar edilmişdir. Qeyd etmişdir ki, həmin bıçaqları o, ayrı-ayrı vaxtlarda avtomobildən tapmış, həmin bıcaqlar müştərilər tərəfindən unudulan bıçaqlardır. Təqsirləndirilən şəxs3 ilkin araşdırma zamanı verdiyi izahatında və şübhəli şəxs qismində ifadəsində eyni xüsusatları göstərmişdir. Cinayət işi üzrə təsvir olunan xüsusatlarla Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlləri ibtidai istintaqda qismən etiraflarından başqa iş üzrə toplanmış aşağıdakı təkzibedilməz sübutlarla da tam təsdiq olunmuşdur. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 06 oktyabr 2022-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Hacıqabul rayonu ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barəsində məlumat daxil olmuşdur. Həmin məlumat əsasında, 07 oktyabr 2022-ci il tarixdə, saat 10:30-da Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Hacıqabul rayonu ərazisində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Hacıqabul rayonu, Nəvai qəsəbəsində yerləşən 720 saylı postun yaxınlığında “**-PX-***” dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobilin yanında saxlanılaraq Hacıqabul RPŞ-nə gətirilmiş və avtomobil polis şöbəsinin həyətində saxlanılmışdır. Həmin şəxslərin üzərində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 07 oktyabr 2022-ci il tarixli qərarına əsasən Hacıqabul RPŞ-nin inzibati binasında olan xidməti iş otaqlarından birində video çəkilişdən istifadə edilməklə “şübhəli şəxs” qismində tutulmuş Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl ilk olaraq barəsində axtarış və götürmənin aparılmasında şübhəli şəxs Təqsirləndirilən şəxs3 bu barədə qərarla tanış edərək üzərində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs3 əynində olan boz rəngli cins şalvarının arxa sağ cibindən 01 ədəd avtomobil açarı, 5(beş) manat pulu və arxa sol cibindən 01 ədəd qara rəngli siqaret qutusunu təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs3nin təqdim etdiyi 5(beş) manat pulu, avtomobilinin açarı özünə qaytarılmış, təqdim etdiyi siqaret qutusuna baxış keçirilən zaman içərisində 01 ədəd sarı rəngli sellofan bükümdə qəhvəyi rəngli kəskin iyli narkotik vasitə olab “heroinə” bənzər kütlənin olması müəyyən edilmişdir. Həmin sellofan büküm siqaret qutusu ilə birlikdə 01 ədəd zərfə qoyularaq qablaşdırılmışdir. Daha sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparılmasında “şübhəli şəxs” bu barədə qərarla tanış edərək üzərində olması ehtimal edilən narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd tibbi aləti, sol yan cibindən 135 (yüz otuz beş) manat pulu, 01 ədəd içərisində “Redmi” markalı mobil telefonu, 01 ədəd “Huavei” markalı mobil telefonu və arxa sağ cibindən 01 ədəd sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 135 (yüz otuz beş) manat pulu və tibbi aləti özünə qaytarılsa da, sonuncuya izah edilməklə 02 ədəd mobil telefonu götürülmüşdür. Təqsirləndirilən şəxs1 təqdim etdiyi şəffaf sellofan bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli kəskin iyli narkotik vasitə olan “heroinə” bənzər kütlə olması müəyyən edilmişdir. Həmin sellofan büküm zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparılmasında “şübhəli şəxs” bu barədə qərarla tanış edərək üzərində olması ehtimal edilən narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan ağ rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunu, sol yan cibindən 10(on) manat pulunu, 01 ədəd “Samsung” markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 10(on) manat pulu özünə qaytarılsa da, sonuncuya izah edilməklə 01 ədəd mobil telefonu götürülmüşdür. Təqsirləndirilən şəxs2 təqdim etdiyi kibrit qutusuna baxış keçirilən zaman içərisində tünd yaşıl rəngli kəskin iyli narkotik vasitə olan qurudulmuş “marixuana”ya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kibirit qutusu zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs3 təqdim etdiyi sellofan bükümün içərisində narkotik vasitə olan “heroin” olduğunu, həmin maddəni öz istifadəsi üçün üzərində saxladığını, satışı ilə məşğul olmadığını, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını, avtomobilinə baxış keçirilməsinə heç bir etirazının olmadığını, Təqsirləndirilən şəxs1 təqdim etdiyi sellofan bükümün içərisində narkotik vasitə olan “heroin” olduğunu, həmin maddəni öz istifadəsi üçün əldə etdiyini, narkotik maddələrin satışı ilə məşğul olmadığını, Təqsirləndirilən şəxs2 isə təqdim etdiyi kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş “marixuana” olduğunu, həmin maddəni öz istifadəsi üçün üzərində saxladığını, satışı ilə məşğul olmadığını, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını bildirmişlər. Bundan sonra, iş üzrə müvafiq protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs3 özünə məxsus “Chevrolet Cruze” markalı “**-PX-***” dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə heç bir etirazının olmamasına dair razılıq ərizəsi yazdıqdan sonra polis şöbəsinin həyətində avtomobilə baxış həyata keçirilmişdir. Həmin avtomobilə baxış keçirilmədən öncə şübhəli şəxs Təqsirləndirilən şəxs3 həmin avtomobildə qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, avtomobilində soyuq silah olan bıçaq olduğunu bildirmiş və avtomobilin qabaq sağ tərəfində yerləşən qapısını açaraq avtomobilin salonunda yerləşən sürət qutusunun arxasındakı saxlanc yerindən 02 ədəd bıçağa bənzər əşyanı təqdim etmişdir. Həmin 02 ədəd soyuq silah olan bıçağa bənzər əşya zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs3 avtomobilindən aşkar edilmiş 02 ədəd təqdim etdiyi əşyanın soyuq silah bıçaq olduğunu və onu avtomobilinə ehtiyac olarsa istifadə etmək məqsədilə qoyduğunu bildirmişdir. Bundan sonra, həmin avtomobilə vizual baxış keçirilsə də iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra, müvafiq protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və vəsatət daxil olmamış, protokolun doğruluğu iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin digər əməkdaşı Şahid2, və Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları Şahid3 və Şahid4 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Cinayət işinin materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 oktyabr 2022-ci il tarixli, 6/5787 və 7/1151 №li rəylərində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən...” sözləri yazılmış kağız paketdə 1 ədəd bükümdə təmiz çəkisi 12,178 qram kustar üsulla hazırlanmış narkotik maddə olan “heroin”dir. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs3 üzərindən...” sözləri yazılmış kağız paketdə 1 ədəd bükümdə təmiz çəkisi 10,078 qram kustar üsulla hazırlanmış narkotik maddə olan “heroin”dir. Həmçinin tədqiqata təqdim edilmiş 2 ədəd bükümdə olan “heroin”lər kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edir. Eyni zamanda, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri yazılmış kağız paketdə 1 ədəd kibrit qutusunda təmiz çəkisi 6,329 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş “marixuana”dır. Qeyd: “marixuana”nın qalığı -6,279 qram, “heroin”in qalığı – 22,156 qramdır. Cinayət işinin materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 oktyabr 2022-ci il tarixli, 3/1404 №li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bıçaq (1) -zavod üsulu ilə hazırlanmış, “Mikrotech” markalı, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, tiyəsi düyməcikli yayın təsiri altında avtomatik açılıb-bağlanan bıçaqdır və soyuq silah hesab edilir. Cinayət işinin materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X1 məhkəmə-psixiatrik ekspertizasının 07 noyabr 2022-ci il tarixli, 2957 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır, onun əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür və məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 31 oktyabr 2022-ci il tarixli, 6479 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Müayinə zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, 2-3 aydır ki, narkotik vasitə olan “heroin”dən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir. Əvvəllər narkotik vasitə olan “marixuana”dan istifadə etmişdir. Cinayət işinin materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 31 oktyabr 2022-ci il tarixli, 6485 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 kannabinoidlərdə istifadə halları olub. Narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Müayinə zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, 1 ildir ki, arabir düşəndə narkotik vasitə olan “marixuana”dan çəkməklə istifadə edir. Cinayət işinin materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 31 oktyabr 2022-ci il tarixli, 6482 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Müayinə zamanı Təqsirləndirilən şəxs3 bildirmişdir ki, 4-5 aydır ki, narkotik vasitə olan “heroin”dən və psixotrop maddə olan “metamfetamin”dən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir. Əvvəllər narkotik vasitə olan “marixuana”dan istifadə etmişdir. Cinayət işi üzrə materiallarda olan sənədlərdən görünür ki, "xxxx" MMC-nin 20 oktyabr 2022-ci il tarixli, 21454 saylı məktubla daxil olan məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, “***-***-**-**” saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs3 tərəfindən istifadə etmişdir. Qeyd olunan nömrənin müxtəlif mobil telefon nömrələri arasında həm telefon danışıqları, həm də “sms” mətn yazışmaları olmuşdur. Belə ki, həmin telefon nömrəsinin Təqsirləndirilən şəxs2 istifadəsində olan “***-***-**-**” saylı telefon nömrəsi ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində iki telefon danışığının olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, "xxxx" MMC-nin 22 noyabr 2022-ci il tarixli 17671/22 saylı məktubla daxil olan məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, “***-***-**-** “və “***-***-**-**” saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs1, “***-***-**-**2” saylı mobil telefon nömrəsi isə Təqsirləndirilən şəxs2 tərəfindən istifadə etmişdir. Qeyd olunan nömrənin müxtəlif mobil telefon nömrələri arasında həm telefon danışıqları, həm də “sms” mətn yazışmaları olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs2 istifadəsində olan “***-***-**-**” saylı telefon nömrəsi ilə Təqsirləndirilən şəxs3 istifadəsində olan “***-***-**-**” saylı mobil telefon nömrəsi arasında xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində iki telefon danışığının olması müəyyən edilmişdir. Cinayət işi üzrə materiallarda olan sənədlərdən görünür ki, Hacıqabul Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 06 oktyabr 2022-ci il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərar qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 aşkar olunmuş külli miqdarda narkotik vasitələrin mənbəyinin müəyyən olunması məqsədilə Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış tapşırıqlara cavab olaraq daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 götürülmüş narkotik vasitələri satış məqsədi ilə narkotik vasitələrin əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 07 oktyabr 2022-ci il tarixdə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 cinayət əməlini törətməkdə “şübhəli şəxs” qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 08 oktyabr 2022-ci il tarixdə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 “təqsirləndirilən şəxs” qismində cəlb edilməklə ona ittiham elan edilmiş və həmin tarixdə onun barəsində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 (dörd) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 07 oktyabr 2022-ci il tarixdə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 cinayət əməlini törətməkdə “şübhəli şəxs” qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 08 oktyabr 2022-ci il tarixdə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 “təqsirləndirilən şəxs” qismində cəlb edilməklə ona ittiham elan edilmiş və həmin tarixdə onun barəsində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 (dörd) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 07 oktyabr 2022-ci il tarixdə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 cinayət əməlini törətməkdə “şübhəli şəxs” qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 08 oktyabr 2022-ci il tarixdə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 “təqsirləndirilən şəxs” qismində cəlb edilməklə ona ittiham elan edilmiş və həmin tarixdə onun barəsində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 (dörd) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı və qeydiyyatda olduğu ərazi üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı və qeydiyyatda olduğu ərazi üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşadığı və qeydiyyatda olduğu ərazi üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin daxil olmuş tələbnamələrdən və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 sonuncu dəfə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2022-ci il tarixdə cəza müddəti bitmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzadan azad edilərək üzərindən məhkumluğu götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Cinayət işi üzrə materiallarda olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işinin materiallarından külli miqdarda narkotik vasitənin mənbə xüsusatına görə 13 dekabr 2022-ci il tarixdə material ayrılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş, 08 oktyabr 2022-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 götürülmüş 3 ədəd paketdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan- 6,279 qram çəkidə narkotik vasitə olan qurudulmuş “marixuana” və 22,156 qram çəkidə narkotik vasitə olan “heroin” iş üzrə maddi sübut hesab edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, 13 dekabr 2022-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs3 götürülmüş soyuq silah hesab edilən 1 ədəd bıçaq iş üzrə maddi sübut hesab edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, 13 dekabr2022-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üstünə şəxsi axtarış və götürmə, eləcə də Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobilə baxış və götürmə aparılmasını özündə əks etdirən 2 ədəd “DVD” disk maddi sübut hesab edilmişdir. Cinayət işi üzrə materiallarda olan sənədlərdən görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı X2 tərəfindən tərtib edilmiş şəxsi axtarış, baxış və götürmə aparılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 07 oktyabr 2022ci il tarixdən etibarən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 həmin gün saat 10.30-da Hacıqabul rayonu, Nəvai qəsəbəsində yerləşən DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 720 saylı postunun yaxınlığında saxlanılaraq ünvan 5 ünvanında yerləşən DİN-nin Hacıqabul Rayon Polis Şöbəsinə dəvət olunub üzərilərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 əynindəki tünd boz rəngli cins şalvarının arxa sağ cibindən 1 ədəd bükümdə külli miqdarda 12,178 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan “heroin”, Təqsirləndirilən şəxs3 əynindəki boz rəngli cins şalvarının arxa sol cibindən siqaret qutusunun içərisində olan 1 ədəd bükümdə külli miqdarda 10,078 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan “heroin” və Təqsirləndirilən şəxs2 əynindəki ağ rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd kibrit qutusunda 6,329 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş “marixuana”, Təqsirləndirilən şəxs3 etibarnamə əsasında idarə etdiyi “Chevrolet Cruze” markalı “**-PX-***” dövlət qeydiyyat nişanlı avtomobilin salonunda yerləşən sürətlər qutusunun arxasındaki saxlanc yerindən isə zavod üsulu ilə hazırlanmış, “Mikrotech” markalı, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, tiyəsi düyməcikli yayın təsiri altında avtomatik açılıb-bağlanan, soyuq silah hesab edilən 1 ədəd bıçaq aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 öz müdafiələri üçün gətirdikləri dəlillər şahidlərin ifadələri, üzləşdirmə protokolları, ilkin material, maddi sübutlar, ekspert rəyləri, əməliyyat orqanından daxil olmuş cavab məktubu və digər sənədlərlə kifayət qədər təkzib edilərək onların Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri sübuta yetirilmişdir. Belə ki, təqsirləndirilən şəxslər məhkəmədə ifadə verərkən güya polis əməkdaşları tərəfindən zorla onlara narkotik vasitələrin boynuna alması tapşırılmışdır. Onların tanımadığı polis işçilərinin bu addımı atmasını təqsirləndirilən şəxslər məhkəmədə bildirmişdirlər ki, 1 gün əvvəl DYP əməkdaşları ilə aralarında mübahisə olmuşdur. Məhz buna görə də onları narkotik vasitəsinin qanunsuz dövriyyəsi ilə tutdurmuşdurlar. Lakin, təqsirləndirilən şəxslərin bu hissədə ifadələri cinayət işi üzrə olan materiallarda digər sübutlar ilə təkzib edilir. Cinayət işində olan sənədlərdən görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşına 06 oktyabr 2022-ci il tarixdə əməliyyat məlumatı daxil olmuş və onun əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair xidməti-əməliyyat sənədləri (qərar, əmr və raportlar) məhz Bakı şəhərində tərtib olunmuş və müvafiq vəzifəli şəxslər tərəfindən imzalanaraq realizə olmuşdur. Yəni, DİN-nin BNMİnin əməkdaşları Hacıqabul rayonunda olan DİN-nin DYP əməkdaşları ilə mübahisə edən Əliyev qardaşları və onların tanışı olan Təqsirləndirilən şəxs3 xəbərsiz olmuşdurlar. Digər tərəfdən həmin əməkdaş bir Nazirliyin işçiləri olsalar da ayrı-ayrı müstəqil qurumların əməkdaşları arasında heç bir tabelik münasibətləri yoxdur. Bundan başqa, müdafiəçilərin iştirakları ilə bir yerdə və vaxtda 3 nəfər təqsirləndirilən şəxslər şəxsi axtarışa məruz qalmışlar və həmin istintaq hərəkəti zamanı hər birisi ayrı-ayrılıqda olaraq üzərlərində olan narkotik vasitələrini könüllü təqdim etmişlər. Keçirilən istintaq hərəkəti zamanı hansı bir şikayət ilə təqsirləndirilən şəxslər çıxış etməmişlər. Eyni zamanda, avtomibilə baxış zamanı Təqsirləndirilən şəxs3 müdafiəçi ilə təmin olunmuşdur. Həmin protokoldan görünür ki, avnomaşında 01 ədəd soyuq silah sayılan “Mikrotech” markalı bıçaq aşkar olunmuş və Təqsirləndirilən şəxs3 həmin soyuq silahın ona məxsus olmasını bildirmişdir. Göründüyü kimi yuxarıda göstərilən istintaq hərəkəti zamanı DYP əməkdaşları iştirak etməmiş, avtomaşından narkotik vasitələr aşkar edilməmiş və təqsirləndirilən şəxslər tərəfindən heç bir şikayət ilə müraciət edilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxslərin DYP əməkdaşları ilə güya 1 gün əvvəl mübahisə etməsi haqda heç bir sübut nə ibtidai istintaqda, nə də ki, məhkəmə baxışı zamanı əldə olunmamışdır. Məhkəmə, belə olan halda, təqsirləndirilən şəxslərin tutulmaqlarının səbəbi haqqında verilən dolaşıq və ziddiyətli ifadələrini həqiqətə uyğun olmadığına görə rədd edir. Eyni zamanda, doğma qardaşlar olan Əliyevlər ilə dostluq münasibətində olan Təqsirləndirilən şəxs3 üzərində külli miqdardan artıq olan bir neçə büküm aşkar edilmiş narkotik vasitələrin olması öz növbəsində təqsirləndirilən şəxslərin satış məqsədi ilə olmadan saxlanılması haqqında ibtidai istintaqda verdikləri ifadələrini təkzib edir. Buna görə, məhkəmə bu hissədə ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin əlbir olaraq satış məqsədi ilə narkotik vasitələri saxlamaq ilə daşıması haqqında olan ittiham ilə razılaşır. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 228.4, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi şahid ifadələri, üzləşdirmə protokolları, video çəkilişlə keçirilmiş şəxsi axtarış protokolları, məhkəmə ekspertizasının rəyləri və digər iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olması Təqsirləndirilən şəxs1 məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əziyyət çəkməsi və məcburi müalicəyə ehtiyacı olması haqda yuxarıda qeyd edilmiş ekspert rəyini nəzərə alaraq, təqsirləndirilən şəxsin müalicə olunması və yeni cinayət törətməsinin qarşısını almaq məqsədi ilə məhkəmə Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs3 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 228.4, 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3 məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyindən əziyyət çəkməsi və məcburi müalicəyə ehtiyacı olması haqda yuxarıda qeyd edilmiş ekspert rəyini nəzərə alaraq, təqsirləndirilən şəxsin müalicə olunması və yeni cinayət törətməsinin qarşısını almaq məqsədi ilə məhkəmə Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut qismində tanınmış– Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan, 3 ədəd paketdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan- 6,279 qram çəkidə narkotik vasitə olan qurudulmuş “marixuana” və 22,156 qram çəkidə narkotik vasitə olan “heroin”, eləcə də soyuq silah hesab edilən 01 ədəd bıçaq məhv edilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut qismində tanınmış– Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üstünə şəxsi axtarış və götürmə, eləcə də Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobilə baxış və götürmə aparılmasını özündə əks etdirən 02 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə keçirilmiş məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqatının dəyərinə görə 65 (altmış beş) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 orta paylar ilə, yəni hər birindən 32.50 (otuz iki manat əlli qəpik) manat məbləğində olan məhkəmə ekspertiza xərci tutularaq dövlət nəfinə keçirilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyərinə görə 89 (səksən doqquz) manat məbləğində məhkəmə ekspertiza xərci Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə keçirilmiş məhkəmə-ballistik ekspertizası tədqiqatının dəyərinə görə 74 (yetmiş dörd) manat məbləğində məhkəmə ekspertiza xərci Təqsirləndirilən şəxs3 tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 344, 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsinə görə təqsirli bilinərək, 06 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəksin və cəza çəkməsinin əvvəli onun “şübhəli şəxs” qismində tutulduğu gündən, yəni 07 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın və o, hökm qanuni qüvvəyə minənədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsinə görə təqsirli bilinərək, 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin və cəza çəkməsinin əvvəli onun “şübhəli şəxs” qismində tutulduğu gündən, yəni 07 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın və o, hökm qanuni qüvvəyə minənədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsinə görə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs3 qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin və cəza çəkməsinin əvvəli onun “şübhəli şəxs” qismində tutulduğu gündən, yəni 07 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın və o, hökm qanuni qüvvəyə minənədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs3 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut qismində tanınmış– Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan, 3 ədəd paketdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan- 6,279 qram çəkidə narkotik vasitə olan qurudulmuş “marixuana” və 22,156 qram çəkidə narkotik vasitə olsan “heroin”, eləcə də soyuq silah hesab edilən 01 ədəd bıçaq məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut qismində tanınmış– Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üstünə şəxsi axtarış və götürmə, eləcə də Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobilə baxış və götürmə aparılmasını özündə əks etdirən 02 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə keçirilmiş məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqatının dəyərinə görə 65 (altmış beş) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 orta paylar ilə, yəni hər birindən 32.50 (otuz iki manat əlli qəpik) manat məbləğində olan məhkəmə ekspertiza xərci tutularaq dövlət nəfinə keçirilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyərinə görə 89 (səksən doqquz) manat məbləğində məhkəmə ekspertiza xərci Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə keçirilmiş məhkəmə-ballistik ekspertizası tədqiqatının dəyərinə görə 74 (yetmiş dörd) manat məbləğində məhkəmə ekspertiza xərci Təqsirləndirilən şəxs3 tutularaq dövlət nəfinə keçirilsin. X6 Cinayətlər Məhkəməsinin vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə 20 (iyirmi) gün müddətinə, məhkumlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən isə hökmün surəti onlara verildiyi gündən, həmin müddət ərzində apellyasiya qaydasında şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar