Məhkəmə qərarları › İş №1(099)-168/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-168/2022

25.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-168/2022 25.05.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər, Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə,

1. xx xxxx 1984-cü ildə Ağcabədi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1

Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 228.2.2, 234.4.2 və 234.4.3-cü maddəsi ilə;

2. 29 sentybr 1991-ci ildə Ağcabədi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 2 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2

Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq

MÜƏYYƏNETDİ:

Təqsirləndirilən şəxs1 2021-ci ilin may ayının əvvəllərindən həmin ilin 05 iyun tarixinədək olan müddətdə tanışı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu vəzifəsində işləmiş Şahid7 ilə danışıb dəfələrlə onunla Ağcabədi rayonu ərazisində müxtəlif ünvanlarda görüşməklə satış məqsidi ilə qanunsuz olaraq əldə etdiyi psixotorp maddə olan metamfetamini sonuncuya nəqd pula və nisyə formasında təkrarən satmış, 04 iyun 2021-ci il tarixdə saat 19 radələrində Şahid7la Ağcabədi rayonu Qaradolaq kəndi ərazisində görüşüb, sonuncunun hərbi hissəsinin anbarından gizli yolla taladığı bir ədəd DA 368 nömrəli, texniki cəhətdən saz və atəş üçün yararlı olan, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1955-ci ildə istehsal olunmuş, 9 mm çaplı, “Makarov” konstruksiyalı, PM modelli, yivli odlu silah olan tapançanı və bir ədəd texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı olan, zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9 x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin çaplı «Makarov» konstruksiyalı, PM modelli tapançaların komplekt hissələri olan darağı, odlu silahın və onun komlekt hissəsinin haradan əldə edildiyini bilmədən Şahid7 satdığı psixotrop maddə olan metafetamindən yaranmış borcunun müqabilində alaraq qanunsuz olaraq əldə edib, idarə etdiyi VAZ-21064 minik markalı, **-BF-*** qeydiyyat nişanlı avtomobilində daşıyıb yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində olan yarımtikilinin içərisində sellofana bükülmüş halda gizlədərək saxlamış, xx.xx.2021-ci il tarixdə əməliyyat-istintaq tədbirləri nəticəsində bir ədəd DA 368 nömrəli texniki cəhətdən saz və atəş üçün yararlı olan, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1955-ci ildə istehsal olunmuş 9 mm çaplı, “Makarov” konstruksiyalı PM modelli yivli odlu silah olan tapança və bir ədəd texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı olan zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin çaplı «Makarov» konstruksiyalı, PM modelli tapançaların komplekt hissələri olan daraq yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində olan yarımtikilinin içərisindən sellofana bükülmüş halda aşkar edilərək götürülmüşdür. Bundan başqa o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-33,307 qram və 48,933 qram olmaqla 2 ədəd bükümlərdə, ümumi çəkisi 82,240 qram olan narkotik vasitə heroini təkrarən qanunsuz olaraq əldə edib, həmçinin 08 iyun 2021-ci il tarixdə saat 19 radələrində tanışı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu vəzifəsində işləmiş Şahid7 ilə danışıb sonuncunun işlədiyi hərbi hissənin yaxınlığında Ağcabədi rayonu Qaradolaq kəndi ərazisində görüşüb, Şahid7 hərbi hissəsinin anbarından gizli yolla taladığı bir ədəd EA- 2691L nömrəli, texniki cəhətdən saz və atəş üçün yararlı olan, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm çaplı, “Makarov” konstruksiyalı PM modelli yivli odlu silah olan tapançanı və bir ədəd texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı olan, zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin çaplı, «Makarov» konstruksiyalı, PM modelli tapançaların komplekt hissələri olan darağı, odlu silahın və onun komlekt hissəsinin haradan əldə edildiyini bilmədən Hidyaət Qasımova psixotrop maddə verəcəyini vəd edib Şahid7 həmin silahı və onun komlekt hissəsi olan darağı alıb təkrarən qanunsuz olaraq əldə edib idarə etdiyi VAZ-21064 minik markalı, **-BF-*** qeydiyyat nömrə nişanlı avtomobilində daşıyaraq saxlamış, 13 iyun 2021-ci il tarixdə saat 20 radələrində idarə etdiyi VAZ-21064 minik markalı, **-BF-*** qeydiyyat nişanlı avtomobili ilə Ağcabədi şəhəri Ə.Bünyadov küçəsində yerləşən avtoyuma məntəqəsində olan zaman Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, saxlanılaraq avtomobili ilə birlikdə Ağcabədi şəhəri Ü.Hacıbəyli prospekti, 39 ünvanında yerləşən Ağcabədi rayon polis şöbəsinin avtomobillərin saxlanıldığı duracağına gətirilərək onun iştirakı ilə avtomobilinə baxış keçirilərkən avtomobilin yük yerindən bir ədəd EA- 2691L nömrəli texniki cəhətdən saz və atəş üçün yararlı olan, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm çaplı, “Makarov” konstruksiyalı PM modelli yivli odlu silah olan tapança və bir ədəd texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı olan, zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9 x18 mm çaplı patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin çaplı «Makarov» konstruksiyalı, PM modelli tapançaların komplekt hissələri olan daraq, həmçinin avtomobilin salonundan kağız paketdəki «Vinston» markalı siqaret qutusunun içərisində 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 33,307 qram və «Sobranie» markalı siqaret qutusunun içərisində 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 48,933 qram olmaqla, ümumi çəkisi 82,240 qram olan narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Bundan başqa aralarında tanışlıq münasibətləri olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sonuncunun qohumu Zərərçəkmiş şəxs1 məxsus, Ağcabədi şəhəri S.Vurğun küçəsində yerləşən avtomobil ehtiyyat hissələrinin satışı mağazasından oğurluq etmək, yəni özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək öz aralaraında Təqsirləndirilən şəxs2 mağazadan və mağazanın anbarından avtomobil ehtiyat hissələrini gizli yolla çıxarması, Təqsirləndirilən şəxs1 isə çöldə gözləməsi, sonra isə oğurlayacaqları ehtiyat hissələrini satıb əldə edəcəkləri pul vəsaitini bölüşdürəcəkləri barədə vəzifə bölgüsü apararaq razılığa gəlmişlər. Bundan sonra 2021-ci ilin may ayının sonlarından 13 iyun 2021-ci il tarixə saat 06 radələrinədək olan müddət ərzində Təqsirləndirilən şəxs2 ümumi cinayətkar niyyətə və razılığa əsasən Zərərçəkmiş şəxs1 məxsus avtomobil ehtiyyat hissələri mağazasının qapısının kilidini sındırma yolu ilə və hasardan aşmaqla saxlanc yeri hesab edilən mağazaya və mağazanın anbarına qanunsuz daxil olmuş, Təqsirləndirilən şəxs1 isə mağazanın çölündə qalaraq ətrafı gözətləmişdir. Təqsirləndirilən şəxs2 mağazadan və mağazanın anbarından 1 ədəd 100 manat dəyərində “İnter continental” markalı, 12V 60 Ah ölçülü akkumulyatoru, 2 ədəd hər birinin qiyməti 25 manat dəyərində “Red tiger” markalı, 12V 60 Ah ölçülü akkumulyatorları, 1 ədəd 55 manat dəyərində “Vaz-21083” markalı avtomobilə aid radiatoru, 1 ədəd 35 manat dəyərində Lada markalı avtomobillərə aid oturacaq üzlüyünü, 1 ədəd 115 manat dəyərində “VAZ-2106” markalı avtomobilə aid qabaq kapotu germetlə birlikdə, 1 ədəd 100 manat dəyərində “VAZ-21011” markalı avtomobilə aid qabaq kapotu germetlə birlikdə, 1 ədəd 95 manat dəyərində “VAZ-2105” markalı avtomobilə aid arxa kapotu germetlə birlikdə, 1 ədəd 85 manat dəyərində “VAZ- 2106” markalı avtomobilə aid arxa kapotu germetlə birlikdə, hər biri 45 manat olmaqla 3 ədəd “VAZ-2106” markalı avtomobilə aid qabaq sol qanadı, hər biri 45 manat olmaqla 2 ədəd “VAZ-2106” markalı avtomobilə aid qabaq sağ qanadı, hər biri 40 manat olmaqla 2 ədəd “VAZ-2107” markalı avtomobilə aid qabaq sağ qanadı, 1 ədəd 40 manat dəyərində “VAZ-2107” markalı avtomobilə aid qabaq sol qanadı, hər biri 50 manat dəyərində olmaqla 2 ədəd “VAZ-2106” markalı avtomobilə aid arxa sağ qanadı, 1 ədəd 50 manat dəyərində “VAZ-2106” markalı avtomobilə aid arxa sol qanadı, hər biri 40 manat dəyərində olmaqla 2 ədəd “VAZ-21011” markalı avtomobilə aid qabaq sol qanadı, hər biri 40 manat olmaqla 2 ədəd “VAZ-21011” markalı avtomobilə aid qabaq sağ qanadı, 1 ədəd 43 manat dəyərində “VAZ-21011” markalı avtomobilə aid arxa sol qanadı, hər biri 43 manat dəyərində olmaqla 2 ədəd “VAZ-21011” markalı avtomobilə aid arxa sağ qanadı, 1 litri 6 manat 60 qəpik dəyərində olmaqla 8 litr həcmli qabda Technal ATF yağını, 1 litri 6 manat 90 qəpik dəyərində olmaqla 8 litr həcmli qabda Technal 80-90 yağını, 1 litri 6 manat 60 qəpik dəyərində olmaqla 8 litr həcmli qabda Technal 140 yağını, 1 litri 4 manat 20 qəpik dəyərində olmaqla 8 litr həcmli qabda Technal 15x40 yağını, 1 litri 4 manat 20 qəpik dəyərində olmaqla 8 litr həcmli qabda Technal 20x50 yağını, 1 litri 5 manat 80 qəpik dəyərində olmaqla 8 litr həcmli qabda Technal 10x40 yağını, 1 litri 7 manat 70 qəpik dəyərində olmaqla 12 litr həcmli qabda Maxima 140 yağını, 1 litri 5 manat 80 qəpik dəyərində olmaqla 9 litr həcmli qabda Petrol HD50 yağını, 4 litr həcmli qabda hər biri 26 manat dəyərində olmaqla 8 ədəd Petrol HD50 yağlarını, 4 litr həcmli qabda hər biri 29 manat dəyərində olmaqla 6 ədəd Maxima 10x40 yağlarını, 3 litr həcmli qabda hər biri 22 manat dəyərində olmaqla 9 ədəd Maxima 10x40 yağlarını, 3 litr həcmli qabda hər biri 19 manat dəyərində olmaqla 7 ədəd Maxima 15x40 yağlarını, 4 litr həcmli qabda hər biri 24 manat dəyərində olmaqla 4 ədəd Rix Fransa 20x40 yağlarını, 5 litr həcmli qabda hər biri 45 manat dəyərində olmaqla 6 ədəd Fosser 10x40 yağlarını, 4 litr həcmli qabda hər biri 36 manat dəyərində olmaqla 8 ədəd Fosser 10x40 yağlarını, 3 litr həcmli qabda hər biri 32 manat dəyərində olmaqla 8 ədəd Fosser 10x40 yağlarını, 4 litr həcmli qabda hər biri 19 manat dəyərində olmaqla 8 ədəd Likoil 10x40 yağlarını, 4 litr həcmli qabda hər biri 18 manat dəyərində olmaqla 8 ədəd Likoil 15x40 yağlarını, 4 litr həcmli qabda hər biri 19 manat dəyərində olmaqla 8 ədəd Likoil 20x50 yağlarını, 4 litr həcmli qabda hər biri 21 manat dəyərində olmaqla 6 ədəd Technal dəmir 10x40 yağlarını, 4 litr həcmli qabda hər biri 15 manat dəyərində olmaqla 8 ədəd Technal dəmir 15x40 yağlarını, 4 litr həcmli qabda hər biri 15 manat dəyərində olmaqla 12 ədəd Technal dəmir 20x50 yağlarını, 1 litri 7 manat 80 qəpik dəyərində olmaqla 12 litr həcmli qabda Petrol ATF yağını daşıyaraq mağazanın çöl hissəsinə yığmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin əşyaları birlikdə oradan daşıyıb aparmaqla birlikdə oğlurlamış, bununla da zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 4428 manat 60 qəpik məbləğində maddi ziyan vuraraq özgə əmlakını gizli üsulla vahid niyyətlə birgə talamışlar. Bundan başqa Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda-0.272 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini bir ədəd bükümdə qanunsuz olaraq əldə edərək üzərində daşımaqla saxlamış, 13 avqust 2021-ci il tarixdə Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, Ağcabədi şəhəri, H.Hacıyev küçəsində yerləşən mərkəzi bazarda saxlanılaraq Ağcabədi rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 20:30-da üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd polietilen kəsiyindən hazırlanmış bükümün içərisində 0.272 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyətilə özgənin əməlakını gizli yolla ələ keçirmək məqsədilə 16 avqust 2021-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs2 Müseyib oğluna məxsus Ağcabədi rayonu Z.Adıgözəlov küçəsində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla həyətdə yerləşən yaşayış evinin zirzəmisinin plastik materialdan olan qapısına güc tətbiq etməklə sındırıb saxlanc yeri hesab olunan zirzəmiyə qanunsuz daxil olmaqla oradan bir ədəd 300 manat dəyərində “Partner-350” markalı odundoğrayan mişarı, bir ədəd 50 manat dəyərində “Marquis” firmasına məxsus su matorunu, bir ədəd 400 manat dəyərində “Bosch” firmasına məxsus dağıdıcı direli oğurlayıb, Zərərçəkmiş şəxs2 Müseyib oğluna ümumilikdə 750 (yeddi yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını gizli üsulla talamışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 228.2.2, 234.4.2 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Şahid7 təxminən bir ildir tanıyır. Onun müdafiə nazirliyinin N saylı hərbi hissədə maxe işlədiyini, 2020-ci ilin noyabr ayında başlayan Qarabağ müharibəsində iştirak etdiyini, həmçinin narkotik vasitələrdən istifadə etdiyini bilmişdir. 2021-ci ilin may ayının sonlarında Hidayət ona Qarabağda döyüşdə olduğu zaman Ermənistan Respublikasının müdafiə nazirliyinə məxsus “Makarov” tipli silahları özü ilə idarə etdiyi tankın içərisində gətirdiyini demişdir. O, Hidayətə həmin silahdan birini ona verməsini demişdir. Bu söhbətdən təxminən üç gün sonra saat 19 radələrində Hidayət onun mobil telefonuna zəng edib onu Ağcabədi rayonu Qaradolaq kəndinin yanına çağırmışdır. O, özünə məxsus VAZ 2106 markalı, **-BF-*** qeydiyyat nişanlı avtomobil ilə oraya getmiş və Hidayət gəlib onun avtomobilinə əyləşmişdir. O, Hidayəti Ağcabədi şəhərində olan evlərinə gətirən zaman Hidayət üzərində olan “Makarov” tipli silahı ona vermişdir. Hidayət tapançanın müharibədə ermələrdən qalan silahlardan olduğunu demişdir. Hidayət avtomobildən düşüb evinə getmiş, o isə həmin silahı özünə məxsus ünvan 7 ünvanında yerləşən evinin həyətindəki yarımtikilinin içərisində gizlətmişdir. Ondan 3-4 gün sonra dəqiq tarixini xatırlmadığı vaxtda yenə də axşam saatlarında Hidayət ona zəng vurub hərbi hissədən növbədən çıxmasını, gəlib onu götürməyini xahiş etmişdir. O, Hidayətin xahişi ilə yenə də özünə məxsus olan həmin avtomobili ilə Hidayətin işlədiyi hərbi hissəsinin yaxınlığına gedib Hidayəti Ağcabədi rayonu Qaradolaq kəndi ərazisindən götürüb evinə aparan zaman bir dənə də “Makarov” tipli silah verməsini demişdir. Hidayət isə yenə də bunun müqabilində nə verəcəyini deyəndə o, Hidayətə onu razı salacağını bildirmişdir. Hidayət isə gələn dəfə növbədə olan zaman silahı götürüb verəcəyini demişdir. O da Hidayətlə razılaşmış və təxminən bir neçə gün sonra axşam saat 19 radələrində Hidayət zəng edib növbədən çıxdığını, gedib onu götürməyini demişdir. O, da gedib Hidayəti hərbi hissənin yanından götürüb evinə aparan zaman Hidayət ikinci “Makarov” tipli silahı hərbi rənigli parçaya bükülmüş halda olan silahı ona vermiş və narkotik maddə istəmişdir. O isə hazırda üzərində narkotik olmadığını, bir neçə günə verəcəyini bildirmişdir. Hidayəti evlərinə düşürüb sonra da silahı özünə məxsus «VAZ 2106» markalı, **-BF-*** nömrə nişanlı avtomobilimin arxa yük yerinə qoymuşdur. Oğurluqla bağlı isə göstərə bilər ki, Təqsirləndirilən şəxs2 avtomobil təmiri üstası kimi tanımışdır. Belə ki, özünə məxsus avtomobili Orxanın yanına təmir üçün aparmışdır. 2021-ci ilin iyun ayının əvvəlində avtomobilini təmir üçün Orxanın işlədiyi sexə aparmışdır. Orxan avtomobilə baxmış və təmir üçün ehtiyat hissələri lazım olmasını, onun istədiyi təqdirdə ehtiyat hissələri tapa biləcəyini demişdir. O, Orxanla razılaşmışdır. Bundan bir neçə gün sonra Orxan ona zəng edərək xalası oğlu Turala məxsus ehtiyat hissələri mağazasının içərisində qaldığını, gəlib mağazanın şifer örtüyünün kilidini çöldən sındırmaqla onu mağazadan çıxarmasını xahiş etmişdir. Həmin vaxt qeyrirəsmi olaraq ər-arvad kimi yaşadığı Sahibə Novruzova adlı qadın onun yanında olmuşdur. O, Sahibə Novruzova da avtomaşında olmaqla Turala məxsus ehtiyyat hissələri mağazasının yanına getmişdir. Mağazaya çatanda Sahibə su almaq üçün avtomaşından düşüb yaxınlıqdakı mağazaya getmişdir. O isə dəmir parçası taparaq mağazanın kilidini sındırmaqla Orxanı mağazadan çıxarmışdır. Sonradan Orxanın mağazadan ehtiyyat hissələri oğurlaması məlum olduqda araşdırma zamanı Sahibə Novruzovanın da onun yanında olmaqla mağazaya gedib mağazının kilidini sındırmaqla Orxanı çıxarması məlum olmuşdur. Polis işçiləri ona Sahibə Novruzovanı da oğurluqda iştirakçı kimi rəsmiləşdirməklə hədələməklə ondan oğurluq cinayətində iştirakının olmasını boynuna götürməsini tələb etmişlər. O da qeyri-rəsmi olaraq ər-arvad kimi yaşadığı Sahibənin cinayət məsuliyyətinə cəlb edilməməsi üçün oğurluq cinayətində Orxanla birgə iştirak etməsi barədə ifadə vermişdir. Narkotik vasitə barədə isə onu deyə bilər ki, ona məxsus avtomobildə heç bir narkotik vasitə heroin olmamışdır. Avtomaşınından iki bükümdə aşkar olunan narkotik vasitələr polislər tərəfindən qoyulmuşdur. Şahid7 «Makarov» markalı silahlara görə narkotik vasitə verməmişdir. Lakin Şahid7la birlikdə narkotik vasitədən istifadə etmişlər. Lakin Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində göstərmişdir ki, birinci dəfə Zaur Qasımov ona «Makarov» markalı tapançanı verəndə əvəzində ona istifadə etmək üçün Hidayətə avtomobilində olan təxminən bir çəkimlik çəkidə psixotrop maddə olan metamfetamini vermişdir. İkinci tapançanı verəndə isə ona əvəzində narkotik vasitə verəcəyini vəd etmişdir.Oğurluq cinayəti ilə bağlı isə Orxan ona avtomobil ehtiyyat hissələrini özünün alacabını deməsindən təxminən 2-3 gün sonra Orxan onun ***- ***-**-** saylı mobil nömrəsinə zəng edərək xalası oğlu Turala məxsus ehtiyat hissələri mağazasının anbarından ehtiyat hissələri oğurlayacağını, həmin ehtiyat hissələrini qoyacağı yeri ertəsi gün ona zəng edib söyləyəcəyini, onun da həmin ehtiyat hissələrini götürməyini söyləmiş, o da razılaşmışdır. Ertəsi günü Orxan ona zəng edərək özünə məxsus, işləməyən sexin yanında olan quyuya ehtiyat hissələrini qoymasını, onun həmin ehtiyat hissələrini götürməsini demişdir. O da bir az sonra özünə məxsus avtomobil ilə gedərək ehtiyat hissələrini Orxanın söylədiyi yerdən götürmüş, avtomobilə yükləyərək Orxanın işlədiyi sexə apararaq ona vermişdir. Bundan bir neçə gün sonra yenə də Orxanın işlədiyi avtomoibl sexinə getmişdir. Orxan yenə də ehtiyat hissələri lazım olduğunu, Turala məxsus avtomobil ehtiyat hissələri mağazasından ehtiyyat hissələri götürəcəyini, yəni oğurlayacağını söyləmişdir. Bu qayda bir neçə dəfə Orxan ona dediyi yerə həmin ehtiyat hissələrindən gətirib qoymuş, o da bunları götürürmüşdür. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə saat 03 radələrində Orxan ona zəng edərək Turala məxsus avtomobil ehtiyat hissələri mağazasının içərisində qapının bağlı vəziyyətdə qalmasını söyləmiş, onun oraya gəlib qapını açmasını demiş, o da özünə məxsus olan avtomobili ilə həmin mağaza istiqamətində gəlmiş və mağazanın qarşısında mağazanın tanıdığı sahibləri Tural və atası Elşənin gəzməsini görmüşdür. Bu səbəbdən avtomobil ilə oraya yaxınlaşmamış, bir müddət mağazanın qarşısında olan avtomobil yolu ilə avtomobillə hərəkət etmiş, sonradan Tural və atası Elşənin getməsini görüb avtomobillə həmin mağazanın qarşısına gəlib avtomobili saxlamışdır. Mağazanın qarşısına gəlib Orxana zəng etmiş, Orxan içəridə olmasını söyləmişdir. O da Orxana mağazanın jalüzünün qıfılına baxmasını, onun aça bilməyəcəyini Orxana demişdir. O sonra avtomobilə əyləşmişdir. Orxan ondan xahiş etmişdir ki, bu dəfə də köməklik etsin, daha bir daha oraya girməyəcək, bir daha oraya oğurluğa getməyəcəkdir. O da Orxana demişdir ki, bir az gözləsin, görsün nə köməklik edir. Sonra Orxanın içərisində qaldığı avtomobil ehtiyat hissələri mağazasının qarşısına gəlib avtomobili saxlamışdır. Həmin vaxt qarşıda əyləşən Raminə Orxanın mağazanın içərisində qaldığını, mağazanın jalyüzünün qıfılını sındırmasını xahiş etmişdir. Ramin onun xahişindən sonra avtomobildən yerə enmiş və özü ilə gətirdiyi dəmir parçası ilə ehtiyat hissələri mağazasının qarşısına gəlib əlində olan dəmir parçası ilə mağazanın jalüzünün qıfılını vurub sındıraraq jalüzü yuxarı qaldırmışdır. Həmin vaxt Orxan qapını açıb çölə çıxmış, mağazanın qapısının qarşısından həmin vaxt fikir vermədiyi ehtiyat hissələrini avtomobilin arxa oturacağının ayaqaltı hissəsinə yığmağa başlamışdır. Ramin isə qapını açdıqdan dərhal sonra avtomobilin qarşı sərnişin yerində əyləşmişdir. Orxan ehtiyat hissələrini avtomobilə qoyduqdan sonra avtomobilə əyləşmiş, o da avtomobili idarə edərək Orxanın yaşadığı evin olduğu küçənin qarşısına gəlmişdir. Orxan avtomobildən yerə enmiş, ehtiyat hissələri isə avtomobildə qalmışdır. O, Orxana həmin ehtiyyat hissələrini götürməsini söyləmişdir. Orxan isə daha sonra görüşüb ondan götürəcəyini demiş və getmişdir. O, xx.xx.2021-ci il tarixdə saat 11 radələrində evlərinin qarşısında yerləşən qəbirsanlığa gedən zaman qəbirsanlıqda olan zibilliyin kənarında sellofana bükülmüş, siqaret qutularında olan iki ədəd bükülü olduğunu görmüş və diqqətini çəkdiyi üçün həmin iki ədəd bükülünü götürüb içərisinə baxan zaman əvvəllər istifadə etdiyi heroin olduğunu bilmişdir. O, həmin iki ədəd bükülünü özü istifadə etmək üçün götürmək qərarına gəlib özünə məxsus VAZ-2106 markalı, **-BF-*** nömrə nişanlı avtomobilinin içərisindəki siqaretlər olan sellofana qoymuş və avtomobilin salonuna yerləşdirmişdir. Səhəri gün həmin heroindən istifadə etmiş və yenə də avtomobilinə yerləşdirmişdir. xx.xx.2021-ci il tarixdə saat 20 radələrində Ağcabədi rayonu Ə.Bünyadov küçəsində yerləşən avtomobil yuma məntəqəsində olan zaman Ağcabədi RPŞ-nin əməkdaşları onu saxlayıb Ağcabədi RPŞ-nə gətirməklə müdafiəçinin və hal şahidlərinin iştirakları ilə ona məxsus VAZ-2106 markalı, **-BF-*** nömrə nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilimin yük yerindən Şahid7 aldığı “Makarov” tipli odlu silah və avtomobilinin salonundan iki ədəd siqaret qutularında olan narkotik vasitə olan heroin aşkar edilmişdir. Bundan sonra həmin bükülülər aptek tərəzisində çəkilmiş və bir büküm 34,71qram, ikinci büküm isə 50,16 qram olmuşdur. Sonra Hidayətdən aldığı həmin “Makarov” tipli silah və iki bükümdə narkotik vasitə olan heroin zərfdə qablaşdırılıb bu barədə protokol tərtib edilmişdir. Həmçinin baxış zamanı avtomobilindən Orxanın xalası oğlu Turalın mağazasından oğurladığı avtomobil ehtiyat hissələri də aşkar edilib götürülmüş, həmin ehtiyat hissələrin hansı çeşiddə, hansı sayda olmasını xatırlamır. Sonra o, həbsdə olanda Hidayətin tutulmasını eşidib bilmiş, ona məlum olmuşdur ki, Hidayət o silahları işlədiyi hərbi hissədən oğurlayıb gətirmişdir, həmin silahların erməni silahları deyildir. Sonra yaşadığı evin yarımtikilisində gizlətdiyi bir ədəd Hidayətdən aldığı «Makarov» tipli tapançanı da təhvil vermək qərarına gəlmiş və bu barədə Ağcabədi rayon polis şöbəsinə ərizə vermişdir. Onun iştirakı ilə həmin yerə gedilmiş, o da silahı orada göstərib istintaqa təqdim etmişdir. Hidayətə psixotrop maddə satmamış və Hidayət ona psixotrop maddəyə görə 3000 manat borcunun olmasını da düzgün göstərməmişdir. Həmçinin o, ikinci silaha görə Hidayətə 20-30 qram çəkidə psixotrop maddə verəcəyini vəd verməmiş, eləcə də demişdir ki, ondan verər, çəki, rəqəm göstərməmiş, o, fikirləşmişdir ki, keçən dəfə kimi bir istifadəlik psixotrop maddə verər. Hidayət ona həmin silahları ıverməyi özü təklif edib demişdir. O, bir dəfə Hidayətə silahı ona verəndə bir çəkimlik psixotrop maddə olan metamfetamin vermişdir. Bundan başqa heç kəsə narkotik verməmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ibtidai istintaqda verdiyi ifadəsini tamamilə təsdiq edir. Belə ki, üzərində aşkar olunmuş narkotik vasitə heroini öz istifadəsi üçün əldə edib üzərində saxlamışdır. Eyni zamanda tanışı Təqsirləndirilən şəxs1lə razılaşmaqla öz qohumu Turala məxsus avtomobil ehtiyat hissələri mağazasından ehtiyat hissələrini oğurlamışlar. Həmçinin özü Ağcabədi şəhərində sahibsiz olan evin həyətindən su nasosu, direl və ağackəsən mişarı oğurlayaraq Ağcabədi şəhərindəki metal qəbulu məntəqəsinə metal kimi satmışdır. Oğurluq etməsi nəticəsində dəymiş ziyanı tamamilə ödəmişdir. Əməlindən peşmandır. 2-ci qrup əlil olmasının nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 uzun müddətdir Ağcabədi şəhər sakini kimi tanıyır. Son üç ayda onunla münasibətləri yaranmışdır. O, özü Ağcabədi şəhərində sexdə avtomobil ustası kimi işləyir. Təqsirləndirilən şəxs1 özünə məxsus “VAZ 2106” markalı, **-BF-*** qeydiyyat nişanlı avtomobilini təmir etmək üçün tez-tez onun işlədiyi sexə gətirmişdir. Hadisədən təxminən 20 gün əvvəl Zaur avtomobilini təmir etmək üçün gətirmişdir. Zaura məxsus avtomobilin təmiri üçün ehtiyat hissələri lazım olmuşdur. O, Zaura həmin ehtiyat hissələrini tapacağını demişdir. Zaur da ounla razılaşmışdır. Təxminən iki gün sonra o, Zaura zəng edərək ehtiyyat hissələrini xalası oğlu Turala məxsus ehtiyat hissələri mağazasından oğurlyacağını, ehtiyat hissələrini gecə vaxtı götürəcəyini, ertəsi gün zəng edib həmin ehtiyat hissələrini qoyacağı yeri ona deyəcəyini, Zaurun həmin ehtiyyat hissələrini qoyduğu yerdən götürməli olduğunu demişdir. Zaur da onunla razılaşmışdır. Həmin gündən növbəti günə keçən gecə saatlarında xalası oğlu Turala məxsus avtomobil ehtiyat hissələri mağazası ilə üzbəüz yolun digər kənarında yerləşən mağazanın arxasında Turala məxsus ehtiyat hissələrinin saxlanıldığı, üzəri dəmir siferlə örtülü olan, lakin daşdan ibarət hasarı ilə arasında məsafə olan anbarın yanına gəlib həmin anbarın alçaq hasarına yaxınlaşmış, həmin hasardan anbara daxil olmuşdur. O, oradan 3-4 dəfə olmaqla “VAZ 2106” markalı avtomobil üçün 2 ədəd qabaq qanada, 2 ədəd arxa qanad, 2 ədəd sağ qapı üzlüyü, 1 ədəd qabaq panelin ətəyi, 2 ədəd sağ, sol qabaq qaldırıcı yeri və çoxlu sayda xırda ehtiyat hissələrini aparıb həmin anbardan təxminən 30 metr məsafədə yerləşən ona məxsus işləməyən avtomobil sexinin yanında olan quyunun içərisinə qoymuş, sonra yaşadığı evə getmişdir. Ertəsi gün səhər saatlarında Zaura zəng edib danışdığı kimi ehtiyat hissələrini qoyduğu yeri söyləmiş və oradan götürməsini demişdir. Zaur onunla razılaşmışdır. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə saat 02 radələrində Zaura zəng edib ona məxsus işləməyən sexin yanına gəlməsini demişdir. Zaur onunla razılaşmış və bir az sonra idarə etdiyi “VAZ 2106” markalı avtomobillə oraya gəlmişdir. Zaur avtomobili orada saxlayıb piyada xalası oğlu Turala məxsus avtomobil ehtiyat hissələri mağazasının qarşısına gəlib danışıqlarına əsasən mağazanın dəmir jalüzünün aşağı hissəsindən bağlı olan qıfılını daşla vurub açmış, sonra jalüzü yuxarı qaldırmış, mağazanın açıq qapısını aralayıb içəri daxil olmuşdur. Zaur da çöldən jalüzü endirib qıfılı da üzərinə keçirmişdir. Danışıqlarına əsasən o, mağazada olan ehtiyat hissələrini qapının qarşısına yığıb cəmləşdirdikdən sonra Zaura zəng etməli olmuşdur. Zaur da avtomobillə oraya gəlməli, yığdığı ehtiyat hissələrini avtomobilə qoyub oradan getməli olmuşlar. O, içəridə olarkən qəflətən mağazanın qarşısında xalasının yoldaşı Elşənin və oğlu Turalın səsini eşitmişdir. Mağazanı açıb onu görmələrindən qorxduğu üçün mağazanın içərisində olan piştaxtanın altında gizlənmişdir. Bir az sonra səsləri kəsildiyindən onların mağazanın yanından getmələrini bilmişdir. O, mağazada olan 2 ədəd işlənmiş vəziyyətdə olan, 1 ədəd təzə enerji batareyasını, 1 ədəd radiator, 1 ədəd oturacaq üzlüyünu qapının qarşısına yığmış, sonra Zura zəng edib gəlməsini demişdir. Bir az sonra içəridən mağazanın qapısının jalüzünün açılmasını eşitmiş, qapıya yaxınlaşıb qapını açdıqda təxminən 2 ay müddətdir ki, Zaurun vasitəsilə tanıdığı və Zaurun tanışı olan Raminin olmasını, mağazanın qarşısında Zaura məxsus avtomobilin dayanmasını, Zaurun sükan arxasında əyləşməsini görmüşdür. Mağazanın qapısının qarşısına yığdığı həmin ehtiyat hissələrini avtomobilə qoymuş, sonra mağazanın qapısının jalüzünü endirmişdir. Ramin avtomobilin qarşı sərnişin yerində, o da arxa oturacaqda əyləşmişdir. Zaur avtomobili idarə edərək hərəkətə başlamış, ehtiyat hissələri mağazasının yanında olan marketi keçdikdən sonra Zaur avtomobili idarə edərək onu yaşadığı evə aparmış, o, avtomobildən yerə enib yaaşdığı evə getmiş, mağazadan oğurladığı ehtiyat hissələri də avtomobildə qalmışdır. O, Zaurla danışanda demişdir ki, daha sonuncu dəfədir ki, Turalın mağazasına oğurluğa girir, daha girməyəcək, Zaur da onun fikri ilə razılaşmışdır. Bundan sonra xx.xx.2021-ci il tarixdə saat 20 radələrində Ağcabədi şəhər ərazisində piyada hərəkətdə olan zaman polis əməkdaşalrı onu saxlamış, narkotik vasitələri üzərində saxlamaqda şübhəli olduğunu bildirib üzərinə şəxsi axtarış aparılması üçün onu rayon polis şöbəsinin inzibati binasına dəvət etmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı il və videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış həyata keçirilmişdir. Axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən sellofandan hazırlanmış 01 ədəd bükülünün içərisindən narkotik vasitə heroin olan kütlə aşkar edilmişdir. Həmin kütlə aşkar edildiyi bükülü ilə birlikdə elektron tərəzidə çəkilərək qablaşdırılıb götürülmüşdür. Bu baprədə onun iştirakı ilə protokol tərtib olunmuşdur. O, həmin narkotik vasitəni Hindarx qəsəbəsində tanışı Şahid6la birlikdə tapmışdır. Həmin narkotikə görə onu tutmamışlar. Barəsində başqa yerə getmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bundan sonra 2021-ci ilin avqust ayının ortalarında pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Onunla eyni küçədə yaşayan Zərərçəkmiş şəxs2 Müseyib oğlunun evində yaşamadığını bildiyi üçün Süleymanın evindən oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2021-ci il tarixdə saat 13 radələrində o, oğurluq etmək məqsədilə Zərərçəkmiş şəxs2 evinin hasarından aşıb həyətə düşüb evin zirzəmisinin qapısının açıq olduğunu görmüş və zirzəmiyə daxil olaraq içəridə bir ədəd direl, bir ədəd kiçik həcmli su matoru və bir ədəd elektrikli mişar (drujba) olduğunu görmüşdür O, həmin üç əşyanı oğurluq məqsədilə oradan götürüb hasarın üsütnə qoymuş, sonra özü hasardan çölə aşıb həmin əşyaları götürərək satmaq məqsədilə Rəhim adlı şəxsin Ağcabədi şəhərinin kənarında olan metal qəbulu məntəqəsinə getmiş, orada Rəhimə həmin əşyaların ona məxsus olduğunu, pula ehtiyacı olduğu üçün təcili olaraq ucuz qiymətə, yəni 70 manata satdığını demişdir. Rəhim də onunla razılaşmış və bir ədəd elektrikli mişar, bir ədə direl və bir ədəd su matorunu ona 70 manata satmışdır. Həmin pulu da öz şəxsi ehtiyacları üçün xərcləmişdir. İş üzrə zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanda yerləşən onlara məxsus avtoehtiyat hissələri mağazası vardır. Həmin mağazanı da o işlədir. 13 iyun 2021-ci il tarixdə saat 07:30 radələrində mağazaya gəlmiş və mağazanın qapısının qıfılının olmadığını görmüşdür. Mağazaya baxdığı zaman əşyaların onun düzdüyü qaydada olmadığını, mağazanın qapısının qarşısından 2 ədəd işlənmiş vəziyyətdə olan akkumlyatorun, bir ədəd təzə akkumlyatorun, bir ədəd radiatorun, bir ədəd avtomobil oturacaq üzlüyünün və başqa ehtiyyat hissələrinin olmadığını görmüşdür. Mağazaya kənar şəxslərin daxil olub oğurluq etmələrini bilmişdir. DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. O, həmin gün axşam saat 21 radələrində mağazanın qapısını qıfılla bağlayıb getmişdir. Ertəsi gün də saat 07:30-da mağazaya gəldiyi zaman qapısının örtülü olmasını, lakin qıfılın olmamasını görmüşdür. Ona məxsus mağazadan 35 manat dəyərində 1 ədəd avtomobil oturacaq üzlüyü, 100 manat dəyərində 1 ədəd təzə akkumlyator, 2 ədəd 1 il müddətinə işlənmiş vəziyyətdə hər biri 25 manat olan 2 ədəd akkumlyator, 55 manat dəyərində 1 ədəd “VAZ 21083” markalı avtomobil üçün radiotor injektor oğurlanmaqla, ümumilikdə ona 240 manat maddi ziyan dəyməsini ilkin olaraq müəyyən etmişdir. Ona məxsus mağazanın anbarı Ağcabədi şəhəri S.Vurğun küçəsində mağaza ilə üzbəüz yolun dugər tərəfində yerləşir. Həmin anbardan nə vaxt oğurluq edilməsini bilməmiş, lakin xx.xx.2021-ci il tarixdə anbardan avtomobil yağı götürmək üçün getdiyi zaman avtomobil yağlarının yerində olmadığını görmüşdür. 863 manat məbləğində avtomobil yağını xx.xx.2021-ci il tarxidə alıb həmin anabara qoymuş və həmin yağların olmadığını gördükdə anbardan oğurluq olmasını bilmişdir. Sonradan o, dəqiqləşdirmişdir ki, mağazadan və mağazanın anbarından 1 ədəd 115 manat dəyərində “VAZ 2106” markalı avtomobil üçün qabaq kapot germet, 1 ədəd 100 manat dəyərində “VAZ 21011” markalı avtomobil üçün qabaq kapot germet, 1 ədəd 95 manat dəyərində “VAZ 2105” markalı avtomobil üçün arxa kapot germet, 1 ədəd 85 manat dəyərində “VAZ 2106” markalı avtomobil üçün arxa kapot germet, hər biri 45 manat olmaqla 3 ədəd “VAZ 2106” markalı avtomobil üçün qabaq sol krel, hər biri 45 manat olmaqla 2 ədəd “VAZ 2106” markalı avtomobil üçün qabaq sağ krel, hər biri 40 manat olmaqla 2 ədəd “VAZ 2107” markalı avtomobil üçün qabaq sağ krel, 1 ədəd 40 manat dəyərində “VAZ 2107” markalı avtomobil üçün qabaq sol krel, hər biri 50 manat dəyərində olmaqla 2 ədəd “VAZ 2106” markalı avtomobil üçün arxa sağ krel, 1 ədəd 50 manat dəyərində “VAZ 2106” markalı avtomobil üçün arxa sol krel, hər biri 40 manat dəyərində olmaqla 2 ədəd “VAZ 21011” markalı avtomobil üçün qabaq sol krel, hər biri 40 manat olmaqla 2 ədəd “VAZ 21011” markalı avtomobil üçün qabaq sağ krel, 1 ədəd 43 manat dəyərində “VAZ 21011” markalı avtomobil üçün arxa sol krel, hər biri 43 manat dəyərində olmaqla, 2 ədəd “VAZ 21011” markalı avtomobil üçün arxa sağ krel, 1 litiri 6,60 manat dəyərində olmaqla 8 litr Technal ATF yağı, 1 litiri 6,90 manat dəyərində olmaqla 8 litr Technal 80-90 yağı, 1 litiri 6,60 manat dəyərində olmaqla 8 litr Technal 140 yağı, 1 litiri 4,20 manat dəyərində olmaqla 8 litr Technal 15x40 yağı, 1 litiri 4,20 manat dəyərində olmaqla 8 litr Technal 20x50 yağı, 1 litiri 5,80 manat dəyərində olmaqla 8 litr Technal 10x40 yağı, 1 litiri 7,70 manat dəyərində olmaqla 12 litr Maxima 140 yağı, 1 litiri 5,80 manat dəyərində olmaqla 9 litr Petrol HD50 yağı, 4 litrlik həcmli qabda hər biri 26 manat dəyərində olmaqla 8 ədəd həmin həcmli qabda Petrol HD50 yağı, 4 litrlik həcmli qabda hər biri 29 manat dəyərində olmaqla 6 ədəd həmin həcmli qabda Maxima 10x40 yağı, 3 litrlik qabda hər biri 22 manat dəyərində olmaqla 9 ədəd həmin həcmli qabda Maxima 10x40 yağı, 3 litrlik qabda hər biri 19 manat dəyərində olmaqla 7 ədəd həmin həcmli qabda Maxima 15x40 yağı, 4 litrlik həcmli qabda hər biri 24 manat dəyərində olmaqla 4 ədəd həmin həcmli qabda Rix Fransa 20x40 yağı, 5 litrlik həcmli qabda hər biri 45 manat dəyərində olmaqla 6 ədəd həmin həcmli qabda Fosser 10x40 yağı, 4 litrlik həcmli qabda hər biri 36 manat dəyərində olmaqla 8 ədəd həmin həcmli qabda Fosser 10x40 yağı, 3 litrlik həcmli qabda hər biri 32 manat dəyərində olmaqla 8 ədəd həmin həcmli qabda Fosser 10x40 yağı, 4 litrlik həcmli qabda hər biri 19 manat dəyərində olmaqla 8 ədəd həmin həcmli qabda Likoil 10x40 yağı, 4 litrlik həcmli qabda hər biri 18 manat dəyərində olamqla 8 ədəd həmin həcmli qabda Likoil 15x40 yağı, 4 litrlik həcmli qabda hər biri 19 manat dəyərində olmaqla 8 ədəd həmin həcmli qabda Likoil 20x50 yağı, 4 litrlik həcmli qabda hər biri 21 manat dəyərində olmaqla 6 ədəd həmin həcmli qabda Technal dəmir 10x40 yağı, 4 litrlik həcmli qabda hər biri 15 manat dəyərində olmaqla 8 ədəd həmin həcmli qabda Technal dəmir 15x40 yağı, 4 litrlik qabda hər biri 15 manat dəyərində olmaqla 12 ədəd həmin həcmli qabda Technal dəmir 20x50 yağı, 1 litiri 7,80 manat dəyərində olmaqla 12 litr Petrol ATF yağları oğurlanmaqla, ümumilikdə mağazanın anbarından baş vermiş oğurluğa görə ona ümumilikdə 4188 manat məbləğində ziyan dəymişdir. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 Müseyib oğlu ibtiadi istintaqda verdiyi və məhkəmədə tədqiq olunan ifadəsində göstərmişdir ki, 20 ildən çoxdur ki, Rusiya Federasiyasının İrkutski şəhərində ailəsi ilə birlikdə yaşayır. Arabir ünvan 9 ünvanında fərdi yaşayış evi vardır. Evin açarı qayını Şahid11 olur. 2021-ci ilin avuqst ayının ortalarında Tohib ona zəng vurub bildirmişdir ki, onun evinin zirzəmisinə oğru girib, zirzəmidən müəyyən əşyalarını oğurlayıbdır. O da Tohidə demişdir ki, bax gör nə var, nə yox, hadisə barədə polisə məlumat versin. Sonra o, Tohitlə danışanda Tohit ona demişdir ki, hadisə barədə polisə məlumat verib, polis gəlib hadisə yerinə baxış keçirilib, hətta oğrunu da tapıb tutublar. Tohit ona demişdir ki, zirzəmidən «Bosch» firmasının istehsalı olan bir ədəd dağıdıcı drelin, bir ədəd «Marquis» firmasının istehsalı olan su mühərrikinin, bir ədəd «Portnyor-350» firmasının istehsalı olan odundoğrayan, bir ədəd «Bosch» firmasının istehsalı olan elektrik drelinin, bir ədəd ikitərəfli mühərrik çarxının və bir ədəd elektrik taxta kəsənin oğurlanmasını bildirmişdir. Həmin əşyaları o, Rusiya Federasiyasından almışdır. Sonra o, dəqiqləşdirib bilmişdir ki, Tohit əşyaların 3 ədədini bilmədən artıq yazdırmışdır. Hadisə nəticəsində ona ümumilikdə 750 manat maddi ziyan vurulmuşdur. Sonra oğurluq edən şəxsin valideynləri ona zəng vurmuş, üzrxahlıq etmişlər. Oğurluq edən şəxsin həmin əşyaları satması məlum olmuşdur. Lakin həmin əşyalar polis tərəfindən müəyyən edilib götürülmüş və ona qaytarılmışdır. Ona görə də onun hazırda oğurluq etmiş şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Şahid12 məhkəmədə göstərdi ki, onun Ağcabədi şəhəri E.Sadıqov küçəsində yerləşən yeni məhlələrdə yerləşən metal qəbulu sexi vardır. Orada hər növ metal əşya qəbul olunaraq metalın bir kiloqramını 0,30 qəpiyə alır. xx.xx.2021-ci il tarixdə saat 17 radələrində əvvələr tanıdığı Orxan adlı şəxs ona yaxınlaşıb əlində olan bir ədəd “Partner- 350” markalı benzinlə işləyən mişarı (drujba), bir ədəd “Marquis” firmasına məxsus su matoru, bir ədəd “Bosch” firmasına məxsus dağıdıcı direli göstərmiş və həmin əşyaları satdığını bildirmişdir. Orxan ona əşyaları verən zaman özünə məxsus olduğunu bildirmişdir. O isə həmin əşyaların işlək vəziyyətdə olduğunu görmüş və qiyməti soruşmuş, Orxan isə əşyaların hamısını 70 manata satdığını bildirdiyi üçün o da 70 manat pul verib benzinlə işləyən mişarı, bir ədəd dağıdıcı direli və bir ədəd su matorunu ondan almışdır. Sonradan isə həmin əşyaların oğurluq olduğu müəyyən olmuşdur.Orxan həmin əşyaları ona satarkən ona pul lazım olduğunu demiş və o da Orxana təcili təcili pul lazım olduğu üçün satdığını düşünmüş, bu səbəbdən də 70 manata almışdır. Orxanın ona satdığı həmin bir ədəd benzinlə işləyən mişar, bir ədəd dağıdıcı direl və bir ədəd su matorunu polisə təqdim etmişdir. Şahid1 məhkəmədə göstərdi ki, Ağcabədi rayon polis şöbəsində narkotiklərlə mübarizə qrupunda baş əməliyyat müvəkili vəzifəsində işləyir. xx.xx.2021-ci il tarixdə Ağcabədi rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur ki, ünvan 10 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi və odlu silah gəzdirməkdə şübhəlidir. xx.xx.2021-ci il tarixdə saat 20 radələrində Ağcabədi rayon polis şöbəsinin cinayət axtarış bölməsinin rəisi Şahid4, əməliyyat müvəkili X4 ilə birlikdə tərəflərindən keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 özünə məxsus VAZ-21064 markalı, **-BF-*** nömrə nişanlı avtomobili ilə Ağcabədi şəhri Ə.Bünyadov küçəsində olan avtoyuma məntəqəsində olan zaman saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs1 müdafiəçi ilə təmin edilmiş və ilk öncə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən dövriyyəsi qadağan olunan hər-hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 məxsus avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin salonundan bir ədəd “sobranie” markalı siqaret qutusunun içərisində bir büküm və bir ədəd “Winston” markalı siqaret qutusunun içərisindən isə bir büküm olmaqla qəhvəyi rəngli heroinə bənzər kütlə aşkar edilmişdir. Bundan sonra həmin avtomobilin yük yerinə baxış keçirilən zaman avtomobilin yük yerindən isə bir ədəd üzərində EA-2691L nömrəsi olan «Makarov» tipli tapança aşkar edilmişdir. Aşkr edilmiş həmin kütlələr elektron tərəzidə çəkildi və “Winston” markalı siqaret qutusundakı kütlənin çəkisi 34,71 qram, “Sobranie” markalı siqaret kutusundan aşkar edilən kütləninn çəkisi isə 50.16 qram olmuşdur. Bundan sonra hər iki kütlə və “Makarov” tipli silan zərfdə qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. 13 avqust 2021-ci il tarixdə Ağcabədi rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur ki, ünvan 11 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəlidir. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs2 əməliyyat müşahidəsinə götürülmüşdür. Həmin gün saat 20 radələrində Təqsirləndirilən şəxs2 Ağcabədi şəhərində yerləşən mərkəzi bazarın yanında H.Hacıyev küçəsində saxlanılaraq Ağcabədi rayon polis şöbəsinə gətirilib, təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutulmaqla müdafiəçi ilə təmin edilərək üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 əynidəki göy rəngli cins şalvarın sağ yan cibindən sellofon bükülünü təqdim edib həmin bükülüdə narkotik vasitə heroin olmasını bildirmişdir. Həmin bükülüyə baxış keçirilərkən bükülünün içərisində olan kütlənin kəskin iyli, qəhvəyi rəngdə olması məlum olmuşdur. Bükülü aptek tərəzisində çəkilərək çəkisinin 0,37 qram olması məlum olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs2 ilk olaraq üzərində aşkar edilmiş narkotik vasitəni tanışı Hasil adlı Hindarx qəsəbə sakinindən aldığını bildirmişdir. Şahid6 polis şöbəsinə gətirilməklə üzərində şəxsi axtarış aparılarkən narkotik vasitə heroin aşkar edilmişdir. Şahid6 Təqsirləndirilən şəxs2 narkotik vasitə satmadığını, bərabər hər ikisi Hindarx qəsəbəsində zibillikdən tapıb bölmələrini bildirmişdir. Şahid4 məhkəmədə göstərdi ki, 13 iyun 2021-ci il tarixdə Ağcabədi rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur ki, ünvan 10 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi və odlu silah gəzdirməkdə şübhəlidir. Şöbənin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, cinyaət-axtarış bölməsinin keçmiş əməliyyat müvəkkili X2 və şöbənin təhqiqat bölməsinin təhqiqatçısı X3 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs1 əməliyyat müşahidəsinə götürülmış, həmin gün saat 20 radələrində onun özünə məxsus VAZ-21064 markalı, **-BF-*** nömrə nişanlı avtomobili ilə Ağcabədi şəhri Ə.Bünyadov küçəsində yerləşən avtoyuma məntəqəsində olan zaman saxlanılaraq Ağcabədi rayon polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi tutulmuş, üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qadağan olunan hər-hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 məxsus VAZ- 21064 markalı, **-BF-*** nömrə nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin salonundan bir ədəd “Sobranie” markalı siqaret qutusunun içərisində bir büküm və bir ədəd “Winston” markalı siqaret qutusunun içərisindən isə bir büküm olmaqla qəhvəyi rəngli heroinə bənzər kütlə aşkar edilmişdir. Bundan sonra həmin avtomobilin yük yerinə baxış keçirilən zaman avtomobilin yük yerindən isə bir ədəd üzərində EA-2691L nömrəsi olan «Makarov» tipli tapança aşkar edilmişdir. Həmin narkotik vasitə olan heroinəbənzər kütlələr elektron tərəzidə çəkilmiş və “Winston” markalı siqaret qutusundakı kütlənin çəkisi 34,71 qram, “Sobranie” markalı siqaret kutusundan aşkar edilən kütləninn çəkisi isə 50,16 qram olmuşdur. Bundan sonra hər iki kütlə və “Makarov” tipli silan zərfdə qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. Təqsirləndirilən şəxs1 avtomobilinə baxış keçirmə zamanı avtomobilindən digər avtomobillərə aid ehtiyat hissələri də aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin ehtiyat hissələrini şəhər sakini Təqsirləndirilən şəxs2 oğurlanmasını, onun avtomobilinə qoymasını bildirmişdir. İlk əvvəl Təqsirləndirilən şəxs1 avtomobilin yük yerində aşkar edilmiş narkotik vasitə olan heroinin və «Makarov» markalı tapançanın ona məxsus olmadığını bildirsə də, sonradan keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində «Makarov» silahının keçmiş hərbçi Şahid7 psixotrop maddə olan metamfetamin satması müqabilində alması, eyni zamanda həmin şəxsdən ikinci bir «Makarov» tipli tapançanı da alıb yaşadığı ünvan 7 ünvanında yerləşən evinin yarımtikilisində gizlədib saxlaması məlum olmuşdur. Amma keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs1 avtomobilində aşkar edilmiş narkotik vasitə olan heroinin və Hidayət Qasmıova əvvəllər satdığı psixotrop maddə olan metamfetaminin əldə olunması mənbəyi müəyyən edilə bilməmişdir. Bundan başqa keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs1 şəhər sakini Təqsirləndirilən şəxs2 ilə Orxanın xalası oğlu Zərərçəkmiş şəxs1 məxsus avtomobil ehtiyat hissələrinin satışı mağazasından avtomobil ehtiyat hissələrini oğurlaması da məlum olmuşdur. Şahid3 və Şahid5 da məhkəmədə Şahid1la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Şahid10 məhkəmədə göstərdi ki, xx.xx.2021-ci il tarixdə saat 21 radələrində Ağcabədi rayon polis şöbəsində Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilə baxış keçirilməsində hal şahidi kimi iştirak etmişdir. Ondan başqa Şahid2 da hal şahidi kimi iştirak etmişdir. Təqsirləndirilən şəxs1 məxsus VAZ-2106 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin salonundan 1 ədəd ağ rəngli sellofan torba aşkar olunmuşdur. Həmin torbaya baxış keçirilərkən 2 ədəd “Sobranie” və “Winston” markalı siqaret qutularına qablaşdırılmış, içərisində narkotik vasitə olan heroinəbənzər kütlə olduğu müəyyən edilmişdir. Bundan sonra onların iştirakı ilə avtomobilin yük yerinə də baxış keçirilmiş, baxış zamanı yük yerindən 3 ədəd akkulmyator, 1 ədəd radiator, 1 ədəd maşın salonunun örtüyü və 1 ədəd hərbi torbaya yerləşdirilmiş odlu silah aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə elektron tərəzidə çəkilmiş, narkotik vasitələr və 1 ədəd odlu silah onların iştirakı ilə qablaşdırılaraq götürülmüşdür. Şahid9 məhkəmədə göstərdi ki, xx.xx.2021-ci il tarixə gecə saat 04 radələrində tanışı Zaur ona mobil telefonla zəng edərək evdən bir dəmir parçası və ya mantirovka götürüb küçəyə çıxmasını xahiş etmişdir. O, evdən dəmir parçası götürüb küçəyə çıxmışdır. O, Zaurun «VAZ-2106» markalı avtomobilinə yaxınlaşanda avtomaşında Sahilə adlı qızın da olduğunu görmüşdür. Zaur ona avtomobilə minməsini demişdir. O, avtomobilə minmiş, birlikdə Səməd Vurğun küçəsi tərəfə getmişlər. Zaur bir mağazanın yanında avtomobili saxlamışdır. Sahilə su almaq üçün avtomaşından düşmüşdür. Zaur ona demişdir ki, Orxan xalası oğlu Turalın mağazasında qalmışdır. Ona kömək edib Orxanı mağazadn çıxarmalarını xahiş etmişdir. O, dəmir parçası ilə mağazanın jalyüzünün qıfılını sındırmaq istəyərkən mağazadan bir kepkalı kişinin çıxmasını görmüş, sındırmamış, kişi də ona tərəf baxmış, sonra mağazaya tərəf getmiş, içəri girmişdir. O, sonra əlindəki dəmir parçası ilə mağazanın jalyüzünün qıfılını sındırıb jalyüzü də yuxarı çəkmiş, gəlib avtomobilə oturmuşdur. Orxan mağazadan çıxıb əlində avtomobil ehtiyat hissələri Zaurun avtomobilinə yığmış, Orxanın elə tələsik yığmasına görə əşyaları oğurlamasını bilmiş, Zaura demişdir ki, onu nahaq çağırdı. Zaur da ona demişdir ki, onluq bir iş yoxdur, narahat olmasın, Orxanlıqdır. Onlar bir az qabağa gəlmişlər, Sahilə də mağazadan su alıb gəlib avtomobilə oturmuş, Zaur gətirib onu evlərinin yanında düşürmüş, o çıxıb evə gəlmişdir. Sonra Zaurun və Orxanın narkotikə və oğurluğua görə tutulduqlarını eşitmişdir. Ağcabədi şəhəri ünvan 12 ünvanında yaşayan Şahid11 xx.xx.2021-ci il tarixdə Ağcabədi rayon polis şöbəsinə ərizə verərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Rusiya Federasiyasında yaşayan yeznəsi Zərərçəkmiş şəxs2 Müseyib oğlunun Ağcabədi şəhəri Z.Adıgözəlov küçəsində yerləşən evindən 2000 manat dəyərində elektrik avadanlıqları oğurlanmışdır. ünvan 13 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 xx.xx.2021-ci il tarixdə əvvəlcə DİNnin «102» Xidmətinə, sonra isə Ağcabədi rayon polis şöbəsinə ərizə verərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 05 radələrində ona məxsus S.Vurğun küçəsində yerləşən avtomoğbil ehtiyat hissələrinin satışı mağazasından naməl şəxs və ya şəxslər ona məxsus 6000 manat dəyərində avtomobil ehtiyat hissələrini oğurlamışdır. Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə Ağcabədi rayon polis şöbəsinə ərizə verərək bildirmişdir ki, onun avtomobilində aşkar edilmiş bir ədəd «Makarov» tipli tapançadan əlavə başqa bir «Makarov» tipli tapançanı gizlətmişdir, həmin silahı könüllü olaraq təhvil vermək istəyir. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 16 iyun 2021-ci il tarixdə Ağcabədi rayon polis şöbəsinə ərizə verərək bildirmişdir ki, ona məxsus olan avtomobil ehtiyat hissələri mağazasından Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğurluq edərək ona maddi ziyan vurmuşlar, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona dəymiş maddi ziyanı tam olaraq ödədikləri üçün onun heç bir şikyaəti və tələbi yoxdur. xx.xx.2021-ci il tarixli Baxış keçirilməsi və götürülməsi haqqında protokoldan görünür ki, baxış keçirilən yer ünvan 14 ünvanında yerləşən iş üzrə Təqsirləndirilən şəxs1 məxsus olan fərdi yaşayış evidir və həmin evə aid yarımtikilidir. Baxış keçirmə zamanı Təqsirləndirilən şəxs1 yerini göstərib təqdim etdiyi bir ədəd odlu silaha baxış keçirilərkən məlum oldu ki, həmin silah «Makarov» tipli, 1955-ci il istehsalı olan DA 368 nömrəli odlu silahdır. Həmin silahın yarmtikilinin içərisində sol künc tərəfdə torpağa sellefon bükümdə basdırılmış vəziyyətdə olması məlum olmuşdur. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, baxış keçirilən həmin silahı hərbçi Şahid7 almışdır, həmin silah ilk olaraq aldığı silahdır, həmin silahın müqabilində Şahid7 təxminən 2 qramaya yaxın psixotrop maddə olan metamfetamin verib almışdır. Aşkar edilmiş bir ədəd «Makarov» tpili odlu silah qablaşdırılıb götürülmüşdür. xx.xx.2021-ci il tarixli Baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus olan ünvan 15 ünvanda yerləşən avtomobil ehtiyat hissələrinin satışı mağazasına baxış keçirilmiş, baxış keçirmə zamanı məlum olmuşdur ki, həmin mağazanın giriş qapısı ağ rəngli şüşəli dəmir qapıdan ibarətdir, üzərində dəmir jalyüz vardır, yalyüz çəkilib endirilir. Həmin qapının yan tərəfində bəzi avtomobil ehtiyat hissələri vardır, mağazaya daxil olduqda mağazanın təxminən 50 kvadrat metr ölçüdə olması, mağazanın divarlarına piştaxtaların bərkidilməsi, piştaxtaların üzərində və mağazada avtomobil ehtiyat hissələrinin olması məlum olmuşdur. Baxış keçirmə zamanı Zərərçəkmiş şəxs1 mağazadan bəzi avtomobil ehtiyat hissələrinin oğurlanmasını bildirmişdir. Baxış keçirmə zamanı hadisə yerinin bir neçə görünüşdən fotoşəkli çəkilərək protokola əlavə edilmiş, hadisə yerindən sübut əhəmiyyətinə malik ola biləcək əşya aşkar edilib götürülməmişdir. xx.xx.2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus olan ünvan 15 ünvanda yerləşən avtomobil ehtiyat hissələrinin satışı mağazasının anbar hissəsinə baxış keçirilmiş, baxış keçirmə zamanı məlum olmuşdur ki, həmin anbar hissəsi, mağazadan daxil olduqdan sonra həyətə tərəf gələndə yaşayış evinin hasarının yanında yerləşir, həmin yerdə olan anbar ön tərəfi açıqdır, yan hissələri mişar daşları ilə örtülmüşdür, dam örtüyü də vardır. Baxış keçirmə zamanı Zərərçəkmiş şəxs1 mağazadan bəzi avtomobil ehtiyat hissələrinin oğurlanmasını bildirmişdir. Baxış keçirmə zamanı hadisə yerinin bir neçə görünüşdən fotoşəkli çəkilərək protokola əlavə edilmiş, hadisə yerindən sübut əhəmiyyətinə malik ola biləcək əşya aşkar edilib götürülməmişdir. Baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və odlu silah saxlaması barədə Ağcabədi rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilib idarə etdiyi «VAZ- 2106» markalı, ** BF *** qeydiyyat nişanlı avtomobili ilə birlikdə rayon polis şöbəsinə gətirilib avtomobilinə baxış keçirilərkən avtomobilin yük yerindən hərbi torbada bir ədəd EA-2691L nömrəli, texniki cəhətdən saz və istifadəyə yararlı olan 9 mm çaplı “Makarov” tipli odlu silah, həmçinin avtomobilin salonundan ayrı-ayrılıqda Vinston siqaret qutusunun içərisindən və Sobraniye siqaret qutusunun içərisindən narkotik vasitə olan heroin aşkar edilmiş, həmin kütlələr aptek tərəzisində çəkilərkən «Sobraniye» qutusunun içərisindəki narkotik vasitə olan heroinin çəkisinin 50,16 qram, «Vinston» siqaret qutusunun içərisindəki narkotik vasitə olan heroinin ümumi çəkisinin 34,71 qram olması məlum olmuşdur. Bundan əlavə avtomobilin yük yerində bir ədəd avtomobil radiatorunun, 3 ədəd yeni avtomobil akkumulyatorunun, bir ədəd avtomobilin oturacaq üzlüyünün də olması məlum olmuşdur. Qeyd edilən əşyalar, narkotik vasitə olan heroinlər və bir ədəd Makarov tipli tapança sübut əhəmiyyətinə malik olduğu üçün götürülmüşdür. 13 iyun 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Ağcabədi şəhəri, Səməd vurğun küçəsində yerləşən «Qəhrəman» marketin müşahidə kameralarında Zərərçəkmiş şəxs1 məxsus avtomobil ehtiyat hissələrinin satışı mağazasının qarşı tərəfi əks olunuduğundan həmin kameraya baxış keçirilmişdir. Baxış keçirmə zamanı məlum olmuşdur ki. həmin kameradakı saat vaxtının 1 saat 09 dəqiqə geriyə qalması məlum olmuş, kameraya baxış keçirmə zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 özünə məxsus olan ağ rəngli, «VAZ-2106» markalı, ** BF *** qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs1 işlətdiyi avtomoil ehtiyat hissələri mağazasının qarşı tərəfinə gəlib avtomobili saxlayıb yerə düşür, mağazanın jalyüzlə bağlı olan qapısını açmaq istəyir, telefonla danışa-danışa o tərəf bu tərəfə gedir, mağazanın yan tərəfindən açıq marketdən bir nəfər yaşlı kişi çıxıb ona baxır, sonra Təqsirləndirilən şəxs1 avtomobilə əyələşərək çıxıb gedir. Bir neçə dəqiqədən sonra yenidən avtomobili ilə oraya qayıdır, avtomobili saxlayır, avtomobildən bir nəfər qadın düşüb səki ilə marketə tərəf gəlir, ondan sonra avtomobilin qabaq sərnişin tərəfindən bir nəfər arıq bədənli şəxs çıxıb əlində dəmir parçası ilə Elşən Əliyevə məxsus olan mağazanın dəmir jalyüzünün qıfılını sındırmaq istəyir, yenidən həmin yaşlı kişi marketdən çıxıb digər bir marketə tərəf gedir, yaşlı kişi arıq bədənli şəxsə baxır, arıq bədənli şəxs kənara çəkilir, yenidən yaşlı kişinin marketə girməsini görüb əlində dəmir Elşən Əliyevin mağazasının jalyüzünün qıfılını sındırıb jalyüzü yuxarı qaldırır, mağazanın içərisindən bir nəfər şəxs çölə çıxır, bir neçə avtomobil ehtiyat hissələrini gətirib Təqsirləndirilən şəxs1 avtomobilinə qoyur, oradan uzaqlaşırlar. 14 iyun 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 «VAZ-2106» markalı, ** BF *** qeydiyyat nişanlı avtomobilinə baxış keçirmə zamanı avtomobilin yük yerindən bir ədəd ağ rəngli təzə akkmulyator, iki ədəd işlənmiş akkumulyator, bir ədəd sellofanda oturacaq üzlüyü və bir ədəd radiator aşkar edilərək götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs1 aşkar edilmiş əşyaların Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 avtomobil ehtiyat hissələri mağazasından oğurlayıb onun avtomobilinə qoymasını bildirmişdir. Baxış keçirmə zamanı avtomobilin və həmin əşyaların bir neçə görünüşdən fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. xx.xx.2021-ci il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin gün narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli bilinib Ağcabədi rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış keçirilərkən onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən ağ rəngli polietilen kəsiyi bükümündə 01 ədəd narkotik vasitə olan heroin aşkar edilmiş, həmin kütlə aptek tərəzsində çəkilərək çəkisinin 0,37 qram olması məlum olmuşdur. İstintaq zamanı iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, 15 iyun 2021-ci il tarixdə istintaqa təqdim etdiyi 3 vərəq qaimə fakturası istintaq üçün əhəmiyyət kəsb etdiyindən baxış keçirilərək götürülmüşdür. Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi 3 vərəq qaimə fakturasına baxış keçirilərkən müəyyən edilmişdir ki, ******* nömrəli qaimə fakturasında 35 manat dəyərində 1 ədəd avtomobil oturacaq üzlüyünün, 100 manat dəyərində 1 ədəd təzə akkumlyatorun, hər biri 25 manat dəyərində olmaqla 2 ədəd köhnə akkumlyatorun, 55 manat dəyərində 1 ədəd radiotor injektorun olması, ümumi məbləğin 240 manat olması göstərilmişdir. ******* nömrəli qaimə fakturasında 1 ədəd 115 manat dəyərində “VAZ 2106” markalı avtomobil üçün qabaq kapot germet, 1 ədəd 100 manat dəyərində “VAZ 21011” markalı avtomobil üçün qabaq kapot germet, 1 ədəd 95 manat dəyərində “VAZ 2105” markalı avtomobil üçün arxa kapot germet, 1 ədəd 85 manat dəyərində “VAZ 2106” markalı avtomobil üçün arxa kapot germet, hər biri 45 manat olmaqla 3 ədəd “VAZ 2106” markalı avtomobil üçün qabaq sol krel, hər biri 45 manat olmaqla 2 ədəd “VAZ 2106” markalı avtomobil üçün qabaq sağ krel, hər biri 40 manat olmaqla 2 ədəd “VAZ 2107” markalı avtomobil üçün qabaq sağ krel, 1 ədəd 40 manat dəyərində “VAZ 2107” markalı avtomobil üçün qabaq sol krel, hər biri 50 manat dəyərində olmaqla 2 ədəd “VAZ 2106” markalı avtomobil üçün arxa sağ krel, 1 ədəd 50 manat dəyərində “VAZ 2106” markalı avtomobil üçün arxa sol krel, hər biri 40 manat dəyərində olmaqla 2 ədəd “VAZ 21011” markalı avtomobil üçün qabaq sol krel, hər biri 40 manat olmaqla 2 ədəd “VAZ 21011” markalı avtomobil üçün qabaq sağ krel, 1 ədəd 43 manat dəyərində “VAZ 21011” markalı avtomobil üçün arxa sol krel, hər biri 43 manat dəyərində olmaqla, 2 ədəd “VAZ 21011” markalı avtomobil üçün arxa sağ krel, 1 litiri 6,60 manat dəyərində olmaqla 8 litr Technal ATF yağı, 1 litiri 6,90 manat dəyərində olmaqla 8 litr Technal 80-90 yağı, 1 litiri 6,60 manat dəyərində olmaqla 8 litr Technal 140 yağı, 1 litiri 4,20 manat dəyərində olmaqla 8 litr Technal 15x40 yağı, 1 litiri 4,20 manat dəyərində olmaqla 8 litr Technal 20x50 yağı, 1 litiri 5,80 manat dəyərində olmaqla 8 litr Technal 10x40 yağı olması, ümumi məbləğin 1453,4 manat olması göstərilmişdir. ******* nömrəli qaimə fakturasında 1 litiri 7,70 manat dəyərində olmaqla 12 litr Maxima 140 yağı, 1 litiri 5,80 manat dəyərində olmaqla 9 litr Petrol HD50 yağı, 4 litrlik həcmli qabda hər biri 26 manat dəyərində olmaqla 8 ədəd həmin həcmli qabda Petrol HD50 yağı, 4 litrlik həcmli qabda hər biri 29 manat dəyərində olmaqla 6 ədəd həmin həcmli qabda Maxima 10x40 yağı, 3 litrlik qabda hər biri 22 manat dəyərində olmaqla 9 ədəd həmin həcmli qabda Maxima 10x40 yağı, 3 litrlik qabda hər biri 19 manat dəyərində olmaqla 7 ədəd həmin həcmli qabda Maxima 15x40 yağı, 4 litrlik həcmli qabda hər biri 24 manat dəyərində olmaqla 4 ədəd həmin həcmli qabda Rix Fransa 20x40 yağı, 5 litrlik həcmli qabda hər biri 45 manat dəyərində olmaqla 6 ədəd həmin həcmli qabda Fosser 10x40 yağı, 4 litrlik həcmli qabda hər biri 36 manat dəyərində olmaqla 8 ədəd həmin həcmli qabda Fosser 10x40 yağı, 3 litrlik həcmli qabda hər biri 32 manat dəyərində olmaqla 8 ədəd həmin həcmli qabda Fosser 10x40 yağı, 4 litrlik həcmli qabda hər biri 19 manat dəyərində olmaqla 8 ədəd həmin həcmli qabda Likoil 10x40 yağı, 4 litrlik həcmli qabda hər biri 18 manat dəyərində olamqla 8 ədəd həmin həcmli qabda Likoil 15x40 yağı, 4 litrlik həcmli qabda hər biri 19 manat dəyərində olmaqla 8 ədəd həmin həcmli qabda Likoil 20x50 yağı, 4 litrlik həcmli qabda hər biri 21 manat dəyərində olmaqla 6 ədəd həmin həcmli qabda Technal dəmir 10x40 yağı, 4 litrlik həcmli qabda hər biri 15 manat dəyərində olmaqla 8 ədəd həmin həcmli qabda Technal dəmir 15x40 yağı, 4 litrlik qabda hər biri 15 manat dəyərində olmaqla 12 ədəd həmin həcmli qabda Technal dəmir 20x50 yağı, 1 litri 7,80 manat dəyərində olmaqla 12 litr Petrol ATF yağının- ümumilikdə 2735 manat məbləğində mağazaya mədaxil olması müəyyən edilmişdir. İstintaq zamanı iş üzrə Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılarkən Zərərçəkmiş şəxs1 məxsus mağazadan və mağazanın anbarından oğurluq etməsini yerində göstərmişdir. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməsi barədə protokoldan və aparılmış videoçəkilişdən görünür ki, şəxsi axtarış keçirilməmişdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində hər hansı bir narkotik vasitə və ya dövriyyəsi qanunla qadağan olunmuş əşya varsa, təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd polietilen kəsiyində bükülü təqdim edir. Həmin bükülyə baxış keçirilərkən bükülüdə qəhvəyi rəngli kütlənin olması məlum olur. Orxan Babayev əvvəllər narkotik vasitə olan heroindən istifadə etməsini bildir. Həmin kütlə aptek tərəzsində çəkilir, bükülü ilə birlikdə çəkisinin 0,37 qram olması görünür. Heroinə bənzər kütlə həmin bükülü ilə qablaşdırılır və götürülür. Təqsirləndirilən şəxs2 həmin kütlənin ona məxsus olmasını, tanışı Hasil adlı şəxsdən 20 manat müqabilində almasını bildirir. İstintaq zamanı Təqsirləndirilən şəxs1 avtomobilindən baxış keçirilərək götürülmüş avtomobil ehtiyat hissələri iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs1 təqdim edilmiş iki ədəd işlənmiş akkumulyator, bir ədəd yeni akkumulyator, bir ədəd yeni radiator və bir ədəd oturacaq üzlüyünün hamısını rənginə, işlənmə vəziyyətinə, eyni zamanda digər əlamətlərinə görə tanıyıb həmin əşyaların ona məxsus olmasını, əşyaların ona məxsus mağazadan oğurlanmasını bildirmişdir. Zərərçəkmiş şəxs2 Müseyib oğlunun fərdi yaşayış evinin zirzəmisindən oğurlanmış istintaq zamanı götürülmüş 03 ədəd əşya iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Müseyib oğluna tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs2 ona təqdim edilən əşyaları özü aldığı üçün həmin əşyaları çeşidinə, markasına, işlənmə vəziyyətinə görə tanıya bilər. DİN-nin Kriminalistik Tədqiqatlar idarəsinin xx.xx.2021-ci il tarixli, 21/384R saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd EA-2691L nömrəli silah zavod üsulu ilə keçmiş SSRİ dövlətlərində istehsal olunmuş, 9 mm çaplı, “Makarov” konstruksiyalı, PM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmi üzərində sonradan kustar üsulla heç bir əlavə dəyişliklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm çaplı patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin çaplı «Makarov» konstruksiyalı PM modelli tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. DİN-nin Kriminalistik Tədqiqatlar idarəsinin xx.xx.2021-ci il tarixli, 21/459R saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd DA-368 nömrəli silah zavod üsulu ilə keçmiş SSRİ dövllətində 1955-ci ildə istehsal olunmuş 9 mm çaplı Makarov konstruksiyalı PM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atşə üçün yararlıdır. Silahın hissə və mexanizmi üzərində sonradan kustar üsulla heç bir əlavə dəyişliklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm çaplı patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin çaplı «Makarov» konstruksiyalı PM modelli tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Materialların məhkəmə ekspertizasının 14 iyun 2021-ci il tarixli, 18/638 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş “Vinston” markalı siqaet qutusunun içərisində 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 33,307 qram və “Sobranie” markalı siqaret qutusunun içərisində 01 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi-48,933 qram, ümumi təzmiz çəkisi-82, 240 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Materialların məhkəmə ekspertizasının 14 avqust 2021-ci il tarixli, 18/881 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,272 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-narkoloji ekspertizasının 21 oktyabr 2021-ci il tarixli, 1269 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunur, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizasının 21 oktyabr 2021-ci il tarixli, 1268 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkir, 2-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixatriya ekspertizasının 12 oktyabr 2021-ci il tarixli, 608 və 610 saylı rəylərindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər hansı psixi xəstəlik aşkar olunmur, cinayət əməlini törədərkən anlaqlı olmuşlar, əməlləri CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 oktyabr 2021-ci il tarixli, 9/7429 saylı rəylə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 məxsus mağazadan oğurlanmış avtomobil ehtiyat hissələrinin hadisə baş verən tarixə ortva bazar qiyməti ümumilikdə 3860 manat 60 qəpik dəyərində qiymətləndirilmiş, Zərərçəkmiş şəxs2 Müseyib oğlunun evindən oğurlanmış Partner-350 markalı benzinlə işləyən mişarın qiyməti 150 manat, «Marquis» firmasına məxsus olan su matorunun qiyməti 30 manat təşkil etmişdir. Cinayət işinə əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Ağcabədi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasını çəkib qurtarmışdır. Cinayət işinə əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Ailə tərkibi haqqında xx.xx.2021-ci il tarixli arayışdan və yaşayış yerindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 subaydır, yaşayış yerindən müsbət səciyyələnir. Təqsirləndirilən şəxs1 ailəlidir, himayəsində 2006 və 2019-cu illərdə doğulmuş uşağı vardır. Yaşayış yerindən verilmiş xasiyyətnamədə müsbət səciyyələnir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəməyə göndərdikləri notarial qaydada təsdiq olunmuş ərizələrində və teleqramlarda onlara dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1lə barışdıqlarını, onlardan heç bir şikayət və tələblərinin olmamasını, işə onların iştirakları olmadan baxılmasını xahiş etmişlər. Təqsirləndirilən şəxs2 iş üzrə 13 iyun 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 15 iyun 2021-ci il tarixdə həbsdən azad olunmaqla barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. O, 13 avqust 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 15 avqust 2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə həbsdən azad olunmuşdur, 21 avqust 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, barəsində 23 avqust 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilməklə həmin vaxtdan həbsdə saxlanılır. Təqsirləndirilən şəxs1 iş üzrə 13 iyun 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 15 iyun 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə həmin vaxtdan həbəsdə saxlanılır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrupp şəxs halında binaya və anbara qanunsuz daxil olmaqla birlikdə oğurluq etmələri, bundan başqa Təqsirləndirilən şəxs2 özünün təklikdə təkrar oğurluq etməsi və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə etməsi, saxlaması və daşıması, Təqsirləndirilən şəxs1 isə qanunsuz olaraq silah və onun kompleks hissələrini təkrar əldə etməsi, daşıması və saxlaması, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etməsi, saxlaması və daşıması, əməllərində cinayət şadisəsinin və cinayət tərkibinin olması və təqsirlilikləri tam sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda obyektiv qiymət verərək Təqsirləndirilən şəxs1 oğurluq cinayətində iştirak etməməsi, odlu silahları əldə etdiyi şəxs Şahid7 silahların əvəzi olaraq narkotik vasitə verməməsi və narkotik vasitə verməyi vəd etməməsi barədə ifadələrini qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli CM-nin 177.2.1, 177.2.3, 228.2.2, 234.4.2 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli isə CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətlərini təyin olunan cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışmasını CM-in 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Orxa Bahadırovun zərərçəkmiş şəxslərlə barışmasını CM-in 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini CM-nin 59.1.13-cü maddəsinə, 2-ci qrup əlil olmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 228.2.2, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti cəzası təyin edilməlidir. O, azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 13 iyun 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs1 CMnin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətməsini, törətmiş olduğu oğurluq cinayəti ilə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı könüllü olaraq tamamilə ödəməsini, 2-ci qrup əlil olmasını və törətmiş olduğu cinayət əməlindən səmimi peşimançılıq keçirməsini nəzərə alaraq hesab edir ki, ona CM-nin ittiham olunduğu 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən onun iş üzrə 13 iyun 2021-ci il tarixdən 15 iyun 2021-ci il tarixdək 2 (iki) gün, 13 avqust 2021-ci il tarixdən 15 avqust 2021-ci il tarixədək 2 (iki) gün və 21 avqust 2021-ci il tarixdən 25 may 2022-ci il tarixədək 9 (doqquz) ay 4 (dörd) gün həbsdə saxlanıldığı ümumilikdə 9 (doqquz) ay 8 (səkkiz) gün müddətin 1(bir) günü azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 2 (iki) gün hesabı ilə hesablanmaqla 1 (bir) il 6 (altı) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmalıdır. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun inzibati ərazisinin hüdludlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Onun azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablanmalı və cəzanın icrası Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və məhkəmə iclas zalında dərhal həbsdən azad olunmalıdır. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Ağcabədi Rayon Polis Şöbəsində saxlanılan 0,222 qram və 82,140 qram narkotik vasitə heroin məhv edilməli, 01 ədəd EA-2691L nömrəli, «Makarov» tipli silah, 01 ədəd həmin silaha aid boş daraq, 01 ədəd DA 368 nömrəli, «Makarov» tipli silah, həmin silaha aid 01 ədəd boş daraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə verilməli, 03 ədəd akkumulyator, 01 ədəd avtomobil oturacağının üzlüyü, 01 ədəd avtomobil radiatorunun Zərərçəkmiş şəxs1, 01 ədəd su matoru, 01 ədəd dağıdıcı drel və 01 ədəd odundoğrayan mişarın isə Zərərçəkmiş şəxs2 Müseyib oğluna verilməsi nəzərə alınmalıdır. Ekspertiza xərcləri 149 manat 48 qəpik təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 74 manat 74 qəpik alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384- 385-ci maddələrini rəhbər tutaraq məhkəmə

HÖKMETDİ:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 228.2.2, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin. Ona CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, CM-nin 228.2.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 13 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin. Ona CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, CM-nin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 iş üzrə 13 iyun 2021-ci il tarixdən 15 iyun 2021-ci il tarixdək 2 (iki) gün, 13 avqust 2021-ci il tarixdən 15 avqust 2021-ci il tarixədək 2 (iki) gün və 21 avqust 2021-ci il tarixdən 25 may 2022-ci il tarixədək 9 (doqquz) ay 4 (dörd) gün- ümumilikdə 9 (doqquz) ay 8 (səkkiz) gün müddət həbsdə saxlamanın 1(bir) günü 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmaqla 1 (bir) il 6 (altı) ay 16 (on altı) gün müddət təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 1 (bir) il 5 (beş) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun inzibati ərazisinin hüdludlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablansın. Ona təyin edilən cəzanın icrası Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalında dərhal həbsdən azad olunsun. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Ağcabədi Rayon Polis Şöbəsində saxlanılan 0,222 qram və 82,140 qram narkotik vasitə heroin məhv edilsin. 01 ədəd EA-2691L nömrəli, «Makarov» tipli silah, 01 ədəd həmin silaha aid boş daraq, 01 ədəd DA 368 nömrəli, «Makarov» tipli silah, həmin silaha aid 01 ədəd boş daraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə verilsin. 03 ədəd akkumulyator, 01 ədəd avtomobil oturacağının üzlüyü, 01 ədəd avtomobil radiatorunun Zərərçəkmiş şəxs1, 01 ədəd su matoru, 01 ədəd dağıdıcı drel və 01 ədəd odundoğrayan mişarın isə Zərərçəkmiş şəxs2 Müseyib oğluna verilməsi nəzərə alınsın. Ekspertiza xərcləri 149 (yüz qırx doqquz) manat 48 (qırx səkkiz) qəpik təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 74 (yetmiş dörd) manat 74 (yetmiş dörd) qəpik alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar