Məhkəmə qərarları › İş №1(099)-168/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-168/2023

09.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-168/2023 09.03.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1977-ci ildə Biləsuvar rayonu, Ağalıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, işsiz, məhkumluğu olan, Biləsuvar rayonu, Ağalıkənd kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında müvəqqəti yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Biləsuvar rayonu, Ağalıkənd kəndində yaşayan Zərərçəkmiş şəxs1 övladı X1 Hallar Nazirliyində işləyən vəzifəli şəxslərə rüşvət vermək müqabilində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X9 Xidmətinin Biləsuvar rayon X9 hissəsində yanğın söndürən vəzifəsinə işə düzəldəcəyinə dair yalan vədlər verib aldadaraq, 2021-ci ilin mart ayında Biləsuvar rayonu, Ağalıkənd kəndində sonuncunun yaşadığı evdə 2500 (iki min beş yüz) manat, 2021-ci ilin may ayında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən İran klinikası yaxınlığında Zərərçəkmiş şəxs1 cinayətdən xəbərsiz qohumu Şahid4 vasitəsi ilə göndərdəyi 1000 (bir min) manat, 2021-ci ilin may ayının son həftəsində Bakı şəhər, Yasamal rayonu, Sahib Xəlilov küçəsi, 59 nömrəli binanın qarşısında Zərərçəkmiş şəxs1 cinayətdən xəbərsiz qohumu Şahid4 vasitəsi ilə göndərdəyi 1500 (bir min beş yüz) manat və daha sonra xx.xx.2021-ci il tarixdə Biləsuvar rayonu, Ağalıkənd kəndi ərazisində Milli.ön ödəmə aparatı vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus olan 4169-7314-9383- 1217 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid olan plastik karta göndərilmiş 100 (bir yüz) manat olmaqla ümumilikdə 5100 (beş min yüz) manat məbləğində xeyli miqdarda pul vəsaitini vahid niyyətlə ələ keçirib, şəxsi ehtiyaclarına sərf etməklə dələduzluq etmiş, zərərçəkmiş şəxsi vəzifəli şəxsə xidməti vəzifələrinin icrası ilə əlaqədar maddi nemət verilməsinə sövq edərək təkrarən rüşvət vermə cinayətinin törədilməsinə təhrik etmişdir. Bundan başqa o, təkrarən, aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Biləsuvar rayonu, Ağalıkənd kəndində yaşayan Zərərçəkmiş şəxs2 yüksək vəzifəli şəxslərə rüşvət vermək müqabilində onu "xxxx" QSC-nin X16 Donanmasına texniki işçi kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, sonuncudan 3 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən Nəriman Nərimanov adına olan parkda 1000 (bir min) manat, xx.xx.2021-ci il tarixdə Biləsuvar rayon, Ağalıkənd ərazisində Milli.ön ödəmə aparatı vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus olan 4169-7314-9383-1217 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid olan plastik karta göndərilmiş 50 (əlli) manat, xx.xx.2021-ci il tarixdə eyni qaydada göndərilmiş 100 (bir yüz) manat, xx.xx.2021-ci il tarixdə eyni qaydada göndərilmiş 100 (yüz) manat və xx.xx.2022-ci il tarixdə də eyni qaydada göndərilmiş 750 (yeddi yüz əlli) manat olmaqla ümumilikdə 2000 (iki min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə dələduzluq etmiş, zərərçəkmiş şəxsi vəzifəli şəxsə xidməti vəzifələrinin icrası ilə əlaqədar maddi nemət verilməsinə sövq edərək təkrarən rüşvət vermə cinayətinin törədilməsinə təhrik etmişdir. Bundan başqa o, təkrarən, aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhər sakini Zərərçəkmiş şəxs4 “SOCAR” neft şirkətində işləyən yüksək vəzifəli şəxslərə rüşvət vermək müqabilində onu həmin şirkətə məxsus zavodda fəhlə kimi işə düzəldəcəyinə dair yalan vədlər verib aldadaraq, bu adla 28 noyabr 2021-ci il tarixdə ünvan 2 ünvanında, “Baku Electronics” mağazasının qarşısında sonuncudan 5000 (beş min) manat məbləğində pul vəsaitini alaraq ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə dələduzluq etmiş, zərərçəkmiş şəxsi vəzifəli şəxsə xidməti vəzifələrinin icrası ilə əlaqədar maddi nemət verilməsinə sövq edərək təkrarən rüşvət vermə cinayətinin törədilməsinə təhrik etmişdir. Bundan başqa o, təkrarən, aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Biləsuvar şəhəri, B.Xammədov ev 2-də yaşayan Zərərçəkmiş şəxs3 “SOCAR” neft şirkətində işləyən yüksək vəzifəli şəxslərə rüşvət vermək müqabilində onu həmin şirkətdə mütəxəssis vəzifəsinə iş düzəldəcəyinə dair yalan vədlər verib aldadaraq, 25 yanvar 2022ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektində yerləşən H.Əliyev adına olan mərkəzin yaxınlığında 1500 (bir min beş yüz) manat, xx.xx.2022-ci il tarixdə Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən ərzaq mağazasında quraşdırılmış Milli.ön ödəmə aparatı vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus olan 4169-7314-9383-1217 nömrəli X15 Səhmdar Cəmiyyətinə aid olan plastik karta göndərilmiş 50 (əlli) manat, xx.xx.2022-ci il tarixdə Bakı şəhər, Nizami rayonu ərazisində eyni üsulla göndərilmiş 20 (iyirmi) manat, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 cinayətdən xəbərsiz qohumu Şahid3 vasitəsi ilə eyni bank hesabına Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Kapital Lizinq” binasının yaxınlığında quraşdırılmış Milli.ön ödəmə aparatı vasitəsi ilə eyni bank hesabına göndərilmiş 200 (iki yüz) manat pulu vahid niyyətlə ələ keçirib, ümumilikdə zərərçəkmiş şəxsə məxsus 1770 (min yeddi yüz yetmiş) manat məbləğində pul vəsaitlərini vahid niyyətlə ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə dələduzluq etmiş, zərərçəkmiş şəxsi vəzifəli şəxsə xidməti vəzifələrinin icrası ilə əlaqədar maddi nemət verilməsinə sövq edərək təkrarən rüşvət vermə cinayətinin törədilməsinə təhrik etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən, yəni rüşvət verməyə təhrik etmə əməlində deyil, yalnız dələduzluq cinayətində təqsirli bilərək ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu, Ağalıkənd kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 17 fevral 2012-ci il tarixli Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2 və 310-cu maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ rayon məhkəməsinin 31 avqust 2018-ci il tarixli qərarı ilə əməli Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilərək cəzası 06 il müddətinə endirməklə azad olunmuşdur. 2020-ci ilin dekabr ayında Biləsuvar rayonu, Ağalıkənd kəndində qonşusu Zərərçəkmiş şəxs1 fərdi yaşayış evinin həyətində oturub sonuncu ilə söhbət edən zaman, Elşən ona oğlu Hidayət Məmmədzadəni işə düzəltmək istədiyini demişdir. O, Elşəndən oğlu Hidayəti hara işə düzəldəcəyini soruşan zaman ona Fövqəladə Hallar Nazirliyinin Biləsuvar rayonunda olan idarəsində yanğın söndürən kimi işə düzəltmək istəməsini bildirmişdir. O da Elşənə kömək edəcəyini demişdir. Elşənə oğlu Hidayətə kömək edəcəyini deyərək onu Fövqəladə Hallar Nazirliyinin X9 Xidmətinin Biləsuvar rayon X9 hissəsində işə düzəldəcəyini bildirmişdir. Bu söhbətdən təxminən 1-2 ay sonra o, Elşənə zəng edərək “bu işin düzəlməsi üçün 5000 (beş min) manat pul lazımdır” deyə bildirmişdir. 2021-ci ilin mart ayında o, Zərərçəkmiş şəxs1 yaşadığı evdə olan zaman sonuncu ona 2500 (iki beş yüz) manat pul vermiş və “qalanını da iki-üç ay ərzində verərəm” deyə bildirmişdir. 2021-ci ilin may ayında Elşənin qudası Elşad adlı şəxslə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrosunun yaxınlığında “İran Klinikasının” yanında görüşmüş və ondan 1000 (min) manat pul almışdır. Bu hadisədən təxminən bir həftə sonra Elşadın ona verdiyi ünvana, yəni ünvan 3 və orada Elşadla görüşərək ondan 1500 (min beş yüz) manat pul almışdır. 5000 (beş min) manat pulu ondan alıb qurtardıqdan sonra Ağalıkənd kəndinə gəlmiş və Elşənin oğlu Hidayəti özü ilə Bakı şəhərində olan yaşadığı evə aparmışdır. O, həmin vaxt Elşənə və oğlu Hidayətə “Bakı şəhərinə qeydiyyata düşməyə gedirik” deyə bildirmişdir. Hidayət onun evində bir gün qalmış və daha sonra onu Biləsuvar rayonun yola salmışdır. Bu hadisədən bir-neçə ay keçdikdən sonra Elşən onun bank kartına 100 (yüz) manat pul göndərmişdir. O, Elşəndən Hidayətə aid şəxsiyyət vəsiqəsinin, hərbi biletin surətini və şəkillərini almışdır. O, Zərərçəkmiş şəxs1 hər hansı bir şəxsin adını deməmiş, sadəcə olaraq Fövqaladə Hallar Nazirliyində vəzifəli tanışının olduğunu və işi həll edəcəyini demişdir. Hidayəti həmin nazirliyinin qarşısına aparmış və sonuncu avtomobildə gözləmiş, o da nazirliyin inzibati binasına daxil olmuş, təxminən 30 dəqiqə sonra geri qayıdaraq Hidayətə sənin işin düzələcək deyə bildirmişdir. Daha sonra həmin pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Zərərçəkmiş şəxs1 da narahat olma iş tezliklə alınacaq deyə bildirərək onu aldatmışdır. 2021-ci ilin iyul ayında yaşadığı Ağalıkənd kəndində olan zaman qonşusu Şahid2 ona yaxınlaşmış və qardaşı Coşquna iş düzəltmək istədiyini bildirmişdir. O da Camala danışıb sənə xəbər deyərəm deyə bildirmiş və daha sonra Camal ona tez-tez zəng edərək nəticə barədə soruşmuşdur. 2021-ci ilin avqust ayının son günlərinin birində o, Camalla danışan zaman sənin qardaşını "xxxx" QSC-nin X16 Donanmasında gəmilərdə fəhlə kimi işə düzəltmək üçün pul lazımdır deyə bildirmişdir. Camal da ona bizim cəmi 1000 (min) manat pulumuz var deyə cavab vermiş və o ad Camala eybi yoxdur sən hələlik 1000 (min) manat pulu göndər sonra baxarıq deyə bildirmişdir. 3 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu Ağa Neymatulla küçəsində yerləşən “N.Nərimanov” adına parkda Camalın qardaşı Coşqundan 1000 manat pulu əlbəəl almışdır. Bu hadisədən iki-üç ay keçdikdən sonra Camal ona zəng edərək kartına 250 (iki yüz əlli) manat pul göndərdiyini demiş. o da Camala tezliklə işin alınacağı barədə məlumat vermişdir. Coşqun ona özünə aid hərbi biletin, şəxsiyyət vəsiqəsinin və digər sənədlərinin sürətlərini Bakı şəhəri Nərimanov rayonunda vermişdir. Təxminən bir neçə ay sonra Camal onun kartına yenidən 750 (yeddi yüz əlli) manat pul göndərmişdir. O da həmin pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Nərimanov rayonu ərazisində bir köhnə idarəyə aparmış və özü həmin idarəyə daxil olmuş, lakin Coşqun çöldə onu gözləmişdir. Təxminən 3-4 ildir ki, onun İmişli rayon sakini İzafət adlı şəxslə dostluq münasibəti vardır. 29 noyabr 2021-ci il tarixdə İzafət onu Əjdər adlı şəxslə tanış etmişdir və həmin vaxt İzafət Əjdərin işə düzəlmək istədiyini bildirmişdir. O da Əjdərə İzafətə köməklik göstərəcəyini demiş və onu “SOCAR” neft şirkətinə məxsus zavodda fəhlə kimi işə düzəldə biləcəyini demişdir. Lakin bu işə görə 5000 (beş min) manat pul lazım olduğunu bildirmişdir. Həmin günü də saat təxminən 16 radələrində onlar üçü Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsində yerləşən “Baku Electronics” mağazasının qarşısında görüşmüşlər. Həmin vaxt Əjdər ona gəldiyi avtomobilin içərisində 5000 (beş min) manat pulu və öz iş keçmişi barədə məlumatları əks etdirən sənədləri vermişdir. O da Əjdərə təxminən 2-3 gün ərzində sənin işin həll olunacaq deyə bildirmişdir. Bir neçə gün keçməsinə baxmayaraq o, Əjdərə iş düzəldə bilməmiş və buna görə də Əjdər ondan pulunu istəmişdir. O, imkanı olmadığı üçün Əjdərin pulunu tam verə bilməmişdir. Lakin hər gün Əjdər ona zəng vurub onu hədələmiş və o da buna görə Əjdərlə görüşüb pulun bir hissəsini verməyə qorxmuşdur. Buna görə də o, İzafətə 1000 (min) manat pulu Əjdərə verməsi üçün vermişdir. İzafət də 1000 (min) manat pulu Əjdərə vermişdir. Özü əl yazma ilə yazaraq Əjdərə 4000 (dörd min) manat pul borclu olduğunu təsdiq etmiş və Əjdərdən aldığı pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Onun Əjdəri aldadaraq pulunu almaq istədiyini İzafət bilməmiş və o, İzafətə bu barədə heç bir söz deməmişdir. İzafət adlı şəxsin onun cinayəti törətməyində heç bir əlaqəsi olmamışdır. İzafət ilk dəfə onunla kimisə işə görə tanış etmişdir. Təxminən bir il bundan əvvəl “SOCAR” neft şirkətində aparıcı mütəxəssis vəzifəsində işləmiş, həmin işdən ayrıldıqdan sonra Bakı şəhəri, Qaradağ rayonunda yerləşən “SOCAR” neft şirkətinin polimer zavodunda mütəxəssiz vəzifəsində işləmişdir. xx.xx.2022-ci il tarixdə tanışı Elvinlə telefonda danışan zaman Elvin telefonda ona qohumu Sədi adlı şəxs işə düzəlmək istədiyini bildirmişdir. O də Elvinə Sədini işə düzəldərəm deyə bildirmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu H.Əliyev prospektində yerləşən H.Əliyev adına mərkəzin yaxınlığında Elvinin qohumu Zərərçəkmiş şəxs3 ilə görüşmüş və həmin vaxt ondan 1300 (min üç yüz) manat pul almışdır. Pulu alan zaman Sədiyə səni “SOCAR” neft şirkətinə işə düzəlməyə köməklik göstərəcəm deyə bildirmişdir. O, bundan bir-iki gün əvvəl də Sədi ilə telefonla danışmış və üzbəüz görüşmüşdür. Bu hadisədən iki gün sonra da o, həmin yerdə Sədidən 200 (iki yüz )manat pul almışdır. Bu hadisədən bir həftə sonra da Sədi onun bank hesabına 200 (iki yüz) manat pul göndərmişdir. Daha sonra onun təklifi ilə Sədi bir dəfə 50 manat, bir dəfə 20 manat pulu onun bank hesabına göndərmişdir. O, Sədidən bir-neçə sənədin surətini istəmiş və Sədidən pul alan zaman 7 fevral 2022-ci il tarixədək səni işə düzəldəcəm deyə bildirmişdir. O, Sədini işə düzəltməsi barədə sadəcə bir nəfərdən xahiş etmiş, lakin həmin şəxsə aldığı puldan verməmişdir. Lakin Sədini iş düzəldə bilməmiş və aldığı pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. O, Sədidən pul alan zaman onu iş düzəldə bilməyəcəyini əvvəlcədən bilmiş, sadəcə olaraq pula ehtiyacı olduğu üçün onu aldadaraq pulunu almışdır. Lakin sonra imkanı olmadığı üçün pulu geri qaytara bilməmişdir. O, Zərərçəkmiş şəxs3 hər hansı bir şəxsin adını deməmiş, sadəcə olaraq “SOCAR” şirkətində vəzifəli tanışı olmasını və işi onun düzəldəcəyini demişdir. Onun adına "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus 4169-7314-9383-1217 nömrəli plastik kart vardır. Bu karta Şahid2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 pul göndərmişdir. Onun Şahid3 ilə münasibəti bir neçə ildir ki, olmuşdur. O, 23 yanvar 2022-ci il tarixdə Elvinlə telefonda danışan zaman “tanış adam var əgər istəsən sənin tanış adamın varsa onu işə düzəltmək olar” sözlərini demişdir. Elvin də Musaya qohumu Sədini işə düzəlmək istədiyini demişdir. Biraz sonra Sədi ona zəng etmiş və Elvinin qohumuyam deyə bildirmişdir. O, Sədidən pul alan zaman heç kimin adını verməmiş, sadəcə olaraq həmin pulu müəllim dediyi şəxsə verəcəyini və həmin şəxsin də Sədini işə götürəcəyini demişdir. O, Elvinə ”WhatsApp” proqramı vasitəsi ilə səs ataraq Sədidən aldığı 1500 (min beş yüz) pulu müəllimə verdiyini demiş və yenidən pul istəmiş, lakin Elvin 200 manat pul göndərəcəyini demiş, o da Elvinlə razılaşmış və pulu almışdır. Zərərçəkmiş şəxs4 ziyanı tam ödənilmişdir, digər zərərçəkmiş şəxslərin ziyanı ödənilməmişdir. Əməlindən peşimandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, həmkəndlisi və qonşusu kimi münasibəti olduğu Təqsirləndirilən şəxs 2021-ci ilin əvvəllərində onun yaşadığı evə qonaq kimi gəldiyi vaxt söhbət əsnasında o, Musaya oğlu X1 Hallar Nazirliyinin Biləsuvar rayonunda yerləşən X4 yanğınsöndürən vəzifəsinə işə düzəltmək istədiyini bildirmişdir. Musa da ona mən sənə kömək edə bilərəm, sadəcə olaraq sənədləşmə işlərinə görə pul lazım olacaq deyə bildirmişdir. O, da Musaya sən kömək et mən sənə pul verərəm deyərək cavab vermişdir. Təxminən 2021-ci ilin mart ayında Musa onun yaşadığı evə gəlmiş və müəllimə, yəni Hidayət adlı şəxsin adını verərək qohumu olduğunu deyib Hidayətə 5000 (beş min) manat pul vermək lazım olduğunu demişdir. O, da həmin vaxt yaşadığı evin içərisində Musaya 2500 (iki min beş yüz) manat pul vermişdir. Bu hadisədən iki-üç ay keçdikdən sonra Musa yenidən ondan pul istəmişdir. Musa pul istəyən zaman ona sənədlər hazırdı, həmin sənədləri Biləsuvar rayon X4 göndərəcəyik deyə bildirmişdir. O da həmin günü qohumu Şahid4 məxsus bank kartına 1000 (min) manat pulu yaşadığı kənddə mağazaların birində olan Milli.ön aparatı vasitəsi ilə göndərmişdir. Elşad da Musaya Bakı şəhəri, Yasamal rayonu ərazisində görüşüb həmin pulu vermişdir. Bir həftə sonra da Musanın təklifi ilə o, yenidən 1500 (min beş yüz) manat pul göndərməli olduğu üçün həmin ərəfədə kəndə toya gələn Elşada əlbəəl 1500 (min beş yüz) manat pulu vermiş və Musaya verməsini xahiş etmişdir. Həmin vaxt Musa ona bir həftə sonra sənin oğlun Biləsuvar rayonu Yanğından Mühafizə Xidmətində işə başlayacaq deyə bildirmişdir. Daha sonra Musa ondan 100 (yüz) manat pul istəmiş və o da 100 (yüz) manat pulu 25 oktyabr 2021-ci il tarixdə Biləsuvar rayon, Ağalikənd kəndində yerləşən Malik adlı şəxsin ərzaq mağazasında olan Milli.ön aparatı vasitəsi ilə Musanın öz adına olan 4169-7314-9383-1217 nömrəli "xxxx" ASC-nin kartına göndərmişdir. Bu zaman ərəfəsində Musa onun oğlu Hidayəti iki dəfə Bakı şəhərinə aparmış və bir-neçə sənədə imza etdirmişdir ki, həqiqətən işə düzəltməsi barədə onu inandırsın. Daha sonra Musa öz vədinə əməl etməmişdir. O, Hidayət adlı şəxsi tanımır və hansı vəzifədə işləməsini bilmir, lakin Musa ondan pulu alan zaman pulu Hidayət adlı şəxsə verəcəyini və həmin şəxsin onun oğlunu işə düzəldəcəyini demiş, lakin o, Hidayət adlı şəxslə pul haqqında danışmamış və ona pul verməmişdir. O, Musa ilə yaşadığı evdə söhbət edərkən oğlunu işə düzəltmək istədiyini deyən zaman, Musa ona “mən sənin oğluna iş düzəldə bilərəm” sözlərini demişdir. O, Musaya pulu oğlu Hidayəti işə düzəltməsi məqəsdi ilə vermiş, Musa pulu ondan alan zaman həmin pulu Hidayət adlı vəzifəli şəxsə verəcəyini və sənədlərə lazım olacağını demişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs şikayətçidir, ona qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş edirəm. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 28 noyabr 2021-ci il tarixdə İmişli rayonundan Bakı şəhərinə gedən zaman onunla eyni avtomobildə olan İzafət adlı şəxslə tanış olmuş, həmin vaxt aralarında olan söhbət əsnasında ona ehtiyatda olan hərbi qulluqçu olduğunu və özünə iş yeri axtardığını demişdir. İzafət də ona Musa adlı tanışının olduğunu demiş və istifadəsində olan mobil nömrədən Musanın istifadəsində olan mobil nömrəyə zəng edərək ondan işə düzəlməyi üçün köməklik edib edə bilməməsini soruşmuşdur. İzafət Musa adlı şəxslə telefon danışığını bitirdikdən sonra ona “SOCAR” neft şirkətində mühafizəçi olaraq bir vakant yerin olduğunu bildirmiş və səhəri gün saat 10:00-da Bakı şəhərində “20 Yanvar” kimi adlanan ərazidə yerləşən kafelərdən birində Musa ilə görüş təyin etdiyini demişdir. 28 noyabr 2021-ci il tarixdə saat 10:00 radələrində Bakı şəhərində 20 Yanvar adlanan ərazidə yerləşən kafelərdən birində İzafət və Musa ilə görüşdüyü zaman sonuncu ona “SOCAR” şirkətində mühafizəçi vəzifəsində bir vakant yerin olmasını və həmin vakant yeri onun üçün saxlamaqdan ötrü 10000 (on min) manat məbləğində pul verməli olduğunu bildirmişdir. O da Musaya 10000 (on min) manat məbləğində pulunun olmadığını, lakin ilkin olaraq 5000 (beş min) manat məbləğində pulu verə biləcəyini və qalan 5000 manat pulu isə işə düzəldikdən sonra verə biləcəyini demişdir. Musa da onunla razılaşdıqdan sonra 5000 (beş min) manat pulu verməyi üçün həmin gün, yəni 28 noyabr 2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Baku Electronics” mağazasının qarşısında görüş təyin etmişlər. Bundan sonra o, Musa və İzafətlə sağollaşaraq ayrılmış və yaşadığı mənzilə getmişdir. 28 noyabr 2021-ci il tarixdə saat 16 radələrində idarə etdiyi **-LS-*** dövlət qeydiyyat nömrə nişanlı “Mercedes Benz E240” markalı avtomobillə “Baku Electronics” mağazasının qarşısına getmişdir. Həmin zaman İzafət və Musa da orada olmuşlar. Onlar da ona məxsus olan avtomobilə əyləşmişlər və o, avtomobildə İzafətin yanında Musaya 5000 (beş min) manat məbləğində pul vermişdir. Bundan sonra İzafət və Musa avtomobildən düşmüşlər və o da onlardan ayrılaraq yenidən yaşadığı mənzilə getmişdir. Bundan sonra o, dəfələrlə Musa ilə əlaqə saxlasa da sonuncu hər dəfə işin qısa zaman ərzində həll olunacağını bildirmişdir. 24 dekabr 2021-ci il tarixdə o, işin uzandığını görmüş və bu səbəbdən də Musa və İzafət ilə görüş təyin etmişdir. Onlar Bakı şəhəri, Nərimanov rayonu ərazisində çayxanaların birində görüşmüşlər. Görüş zamanı Musa yenə bəhanə gətirmiş və o, artıq Musanın onu aldatdığından şübhələnmişdir. Elə bu səbəbdən də təklif etmiş ki, Musanın ondan 5000 manat məbləğində pul alması barədə notariusda müqavilə bağlasın. Musa onun təklifi ilə razılaşdıqdan sonra onlar Əhməd Rəcəbli küçəsində yerləşən nömrəsini xatırlamadığı notariat ofisinə getmişlər. Orada olan zaman notariat ofisinin əməkdaşları onlara bildirmişlər ki, 5000 (beş min) manat məbləğində pulu özlərinin iştirakı ilə Musaya vermədiyi üçün müqavilə bağlaya bilməyəcəklər. Bundan sonra Musa ona işə düzəltmək adı ilə 5000 (beş min) manat pul alması barədə öz xətti ilə yazıb verməyi təklif etmiş və o da Musa ilə razılaşmışdır. Musa notariat ofisində İzafətin yanında ondan işə düzəltmək adı ilə 5000 (beş min) manat pul aldığını öz xətti ilə yazmış və həmin yazını ona təqdim etmişdir. Ona dəymiş 5000 manat ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, qohumu Elvinə işsiz olması barədə bildirmiş, Elvin də ona Musa adında tanışının olduğunu və həmin şəxsin onu işə düzəldə biləcəyini demişdir. Elvin onunla Musa arasında əlaqə yaratmış və o, bir-neçə dəfə Musa ilə telefonla danışmışdır. Musa telefonda onu “SOCAR” neft şirkətinə işə düzəldəcəyini bildirmişdir. 24 yanvar 2022-ci il tarixdə o, Musa ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində görüşmüşdür. Həmin vaxt Musa ondan işə düzəltmək üçün pul istəmişdir. O da nə qədər olmasını soruşan zaman Musa 2500 (iki beş yüz) manat pul lazım olmasını demişdir. O daha sonra atası Firudinə zəng etmiş və işə düzəlməsi üçün 2500 manat pul lazım olduğunu bildirmişdir. Atası ona nağd pulu olmadığını, gedib bankdan götürəcəyini demişdir. 25 yanvar 2022-ci il tarixdə atası Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən “Molbulak” adında bank olmayan kredit təşkilatından 1000 (min) manat pul kreditə götürmüş və həmin pulu bank kartına göndərmişdir. Eyni zamanda ona Rusiyada olan əmisi Rəhim 1000 (min) manat borc pul göndərmiş və o da həmin pulları kartdan çıxarmışdır. 25 yanvar 2022-ci il tarixdə saat 15 radələrində Nərimanov rayonu ərzisində Musa ilə görüşmüş və əvvəlcə ona 1300 (min üç yüz) manat pul vermişdir. Pul verən zaman Musa ona 7 fevral 2022-ci il tarixdə artıq “SOCAR” neft şirkətinə məxsus Qara Qarayevdə yerləşən anbarda işə başlayacağını bildirmişdir. Puldan əlavə Musaya ondan istədiyi şəxsiyyət vəsiqəsinin, əmək kitabçasının, sosial sığorta kartının, hərbi biletin sürətlərini və şəkillərini vermişdir. Musa ona pulu “SOCAR” neft şirkətində yüksək vəzifədə işləyən Daşqın İskəndərova verəcəyini, Daşqının da onu işə götürəcəyini bildirmişdir. Həmin gün o, axşam vaxtı rayona gəlməmişdən əvvəl yenidən Musa ilə görüşmüş və ona 200 (iki yüz) manat pul vermişdir. 28 yanvar 2022-ci il tarixdə o, Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən mağazaların birində Musanın ona verdiyi "xxxx" ASC-nə məxsus 4169-7314-9383-1217 nömrəli karta 50 (əlli) manat pul göndərmişdir. Sənədlərin düzəlməsinə görə o, Musaya yenidən Bakı şəhəri, Nizami rayonu ərazisində olan zaman 20 (iyirmi) manat pulu 07 fevral 2022-ci il tarixdə həmin bank kartına milli.ön ödəmə aparatı vasitəsi ilə göndərmişdir. Bundan bir həftə sonra Musa ondan yenidən pul istəmişdir. O, da qohumu Elvindən Musanın ona göndərdiyi bank hesabına Biləsuvar rayon ərazisində olan mağazaların birində olan Milli.ön aparatı vasitəsi ilə 200 (iki yüz) manat pul göndərməsini xahiş etmişdir. Elvin də 14 fevral 2022-ci il tarixdə pulu Musanın bank hesabına göndərdikdən sonra ona məlumat vermişdir. Sonuncu dəfə pul göndərən zaman da Musa ilə telefonla danışmışdır. Musa da ona artıq sənin işin hazırdı, bir-neçə gün sonra səni artıq işə çağıracaqlar deyə bildirmişdir. Lakin bir-neçə ay keçməsinə baxmayaraq onu çağıran olmamış və Musa ilə danışan zaman artıq onu aldatmasını bilmişdir. Buna görə də Musadan pulunu geri istəmişdir. Musa da ona pulunu yaxın zamanda verəcəyini demiş, lakin geri qaytarmamışdır. Buna görə də Musa barəsində polis şöbəsinə şikayət etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 1770 (min yeddi yüz yetmiş) manat maddi ziyan dəymişdir. O, Təqsirləndirilən şəxs əvvəlcədən tanımamış, qohumu Elvin tanış etmişdir. O, Musaya əlbəl pul verən zaman yanında heç kim olmayıb, sadəcə olaraq sonuncu pulu onun bank hesabına qohumu Elvin köçürmüşdür. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs şikayətçidir, ona qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş edirəm. Məhkəmədə elan və tədqiq olunmuş zərərçəkmiş şəxs X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisi olmaqla qonşusudur. 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətini bitirib yaşadığı kənddə qayıtmış və iş axtarsada özünə iş tapa bilməmişdir. 2021-ci ilin yay aylarında qardaşı Camal qonşusu Musa ilə onun işə düzəlməsi ilə bağlı danışmış və daha sonra özü işlə bağlı Musa ilə telefon vasitəsi ilə əlaqə yaratmışdır. Söhbət zamanı Musa ona Bakı şəhərində “SOCAR” neft şirkətində işlədiyini və onu da X16 Donanmasında matorçu kimi işə düzəldə biləcəyini demişdir. Musadan onu işə necə düzəldəcəyini soruşan zaman Musa ona bu işin alınması üçün sən 1000 (min) manat pul verməli olduğunu bildirmiş və həmçinin ondan işə görə şəxsiyyət vəsiqəsinin sürətini istəmişdir. Təxminən bir həftə sonra, 3 sentyabr 2021-ci il tarixdə Musa ilə Bakı şəhəri Nərimanov rayonunda metronun yaxınlığında görüşdüyü vaxt Musaya 1000 (min) manat pulu əlbəəl vermiş və ona məxsus olan dənizçilik sertifakatının, tibbi arayışın, dənizçilik şəxsiyyət vəsiqəsinin şəkillərini ”WhatsApp” proqramı vasitəsi ilə ona göndərmişdir. Musaya pulu verən zaman ona yaxın zamanda işə düzələcəyini bildirmişdir. Bundan birneçə gün keçdikdən sonra Musa ondan daha çox pul istəməyə başlamış və sənin işin alınıb sadəcə olaraq yenidən pul lazımdır deyə bildirmişdir. O, da Bakı şəhərində olan zaman Musanın verdiyi 4169-7314-9383-1217 nömrəli "xxxx" ASC-nə məxsus bank kartına 27 sentyabr 2021-ci il tarixdə 50 (əlli) manat pul göndərmiş və bu barədə Musaya məlumat vermişdir. Bir neçə gün keçdikdən sonra da Musa yenidən onunla əlaqə saxlamış və sənin işin alınır, lakin sadəcə olaraq işi düzəldəcək müəllim dediyi şəxsə pu lazımdır deyə ona bildirmişdir. O da buna görə Musanın həmin bank hesabına 01 oktyabr 2021-ci il tarixdə Biləsuvar rayon Ağalıkənd kəndi ərazisində olan Malik adlı şəxsin işlətdiyi ərzaq mağazasında olan Milli.ön aparatı vasitəsi ilə 100 (yüz) manat pul göndərmiş və bu barədə Musaya telefonla məlumat vermişdir. Bundan bir həftə sonra Musa yenidən onunla əlaqə saxlamış və müəllim dediyi şəxsin yenidən pul istəməsini demişdir. O da 07 oktyabr 2021ci il tarixdə Musanın həmin bank hesabına Biləsuvar rayon, Ağalıkənd kəndi ərazisində olan Malik adlı şəxsin işlətdiyi ərzaq mağazasında olan Milli.ön aparatı vasitəsi ilə yenidən 100 (yüz) manat pul göndərmiş və bu barədə Musaya telefonla məlumat vermişdir. Musa da ona sənin işin artıq düzəlir sözlərini demişdir. Bir neçə ay sonra Musa ondan yenidən 750 (yeddi yüz əlli) manat pul istəmiş və o da həmin pulu 05 yanvar 2022-ci il tarixdə Musanın həmin bank hesabına Biləsuvar rayon, Ağalıkənd kəndi ərazisində olan Malik adlı şəxsin işlətdiyi ərzaq mağazasında olan Milli.ön aparatı vasitəsi ilə göndərmiş və bu barədə Musaya telefonla məlumat vermişdir. Pulu göndərəndən sonra bir neçə dəfə Musa ilə əlaqə saxlamış və iş barədə maraqlanmışdır. Musa da hər dəfə ona düzələcəyini deyərək onu aldatmışdır. Musanın işi düzəltməyəcəyini və onu aldatdığını bildiyi üçün polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Musa onu işə düzəldəcəyinə vəd verərək aldatmaqla ümumilikdə ona 2000 (iki min) manat maddi ziyan vurmuşdur. O, Musaya pul verən zaman və pul göndərən zaman yanında heç kim olmamışdır. Musaya pulu verməkdə məqsədi işə düzəlmək olmuş və Musa ilə danışan zaman adını demədiyi bir nəfər vəzifəli şəxsin bu işi düzəldəcəyini demişdir. Təqsirləndirilən şəxs onu işə düzəltməklə bağlı heç kimlə görüşdürməmiş, sadəcə olaraq Bakı şəhəri, Nərimanov rayon ərazisində Musa ilə görüşmüş və avtomobillə bir binanın qarşısına getmişlər. Həmin binanın üzərində heç bir yazı və lövhə olmamışdır. O, həmin binanın hansı idarəyə məxsus olmasını bilməmişdir. Musa həmin binaya daxil olmuş və ona gözlə gəlirəm deyə bildirmişdir. Təxminən 30 dəqiqə sonra Musa gəlmiş və ona narahat olma sənin işin həll olacaq deyə bildirmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladırdığı ərizəsində və teleqramında ona dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ona qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətini bitirib yaşadığı ünvana gəlmiş, lakin özünə iş tapa bilməmişdir. 2021-ci ilin mart ayında qonşusu Təqsirləndirilən şəxs onun evinə gəlmişdir. O, da atasından Musanın evə nə üçün gəldiyini soruşan zaman, atası Elşən ona Musa səni Fövqaladə Hallar Nazirliyinə düzəltmək üçün mənə köməklik edir, buna görə də ona 2500 manat pul verdim deyə bildirmişdir. Bundan sonra atası Elşənlə Musa arasında söhbətin nədən ibarət olmasını bilmişdir. Təxminən 2021-ci ilin iyul ayında Musa ilə birlikdə sonuncuya məxsus avtomobillə Biləsuvar rayonundan Bakı şəhərinə getmiş və Musa əvvəlcə onu Bakı şəhəri, Nərimanov rayonu ərazisində olan özünə məxsus fərdi yaşayış evinə aparmışdır. Musa ona sən gözlə mən gedim işdən icazə alım gedəkrik edyə bildirmişdir. Biraz sonra Musa gəlmiş və onu da götürüb yola çıxmışlar. Onlar Bakı şəhərində Musanın idarə etdiyi avtomobillə tanımadığı bir ünvana getmişlər. Həmin ünvanda onlar üzərində Fövqəladə Hallar Nazirliyi sözləri yazılmış binanın içinə daxil olmuşlar. Həmin vaxt Musanın əlində sənəd olmuşdur, lakin həmin sənədlərin nə olduğunu bilməmişdir. Musa orada üzərində heç bir ad və soyad olmayan otağa daxil olmuş və sonra çölə çıxaraq Hidayət müəllim burda yoxdur deyə ona bildirmişdir. Onlar birlikdə binadan çölə çıxaraq avtomobilə əyləşmişlər və Musa yenidən avtomobildən yerə enərək təkrar binaya daxil olmuşdur. Biraz sonra Musa geri qayıtmış və əlində olan sənədi ona verərək bu sənin tərcümeyihal sənədindi sən bu sənədi doldurmalısan deyə ona bildirmişdir. O da həmin sənədi dolduraraq Musaya vermiş və Musa həmin sənədi avtomobilinə qoymuşdur. Daha sonra yenidən Musanın evinə qayıtmışlar və həmin gecə onun evində qalmışdır. Səhərisi gün Musa onu Biləsuvar rayonuna yola salmışdır. O evə gəldikdən sonra atası Elşənə gördükləri işlərlə bağlı ətraflı məlumat vermiş və atası da ona bu işlə bağlı Musaya 2500 (iki min beş yüz) manat pul verməsini demişdir. Bundan bir ay sonra yenidən Musa onu Bakı şəhərinə aparmış və özünün idarə etdiyi avtomobildə müəyyən sənədlərə imza etdirərək yenidən onu Biləsuvar rayonuna yola salmışdır. Daha sonra atası işin düzəlməsinə görə yenidən Musaya 2600 (iki min altı yüz) manat pul göndərmişdir. Lakin bir neçə ay keçməsinə baxmayaraq onu işə çağıran olmamışdır. Buna görə atası Elşən dəfələrlə Musaya zəng etmiş və əgər iş alınmırsa pulu geri qaytarmasını bildirmişdir. Lakin Musa onu işə düzəltməmiş və pulu da geri qaytarmamışdır. Bu səbəbdən atası onun barəsində Biləsuvar RPŞ-nə ərizə ilə müraciət etmişdir. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, qardaşı Zərərçəkmiş şəxs2 2019-cu il tarixdə həqiqi hərbi xidməti bitirib kəndə gəlmiş və daha sonra 2-ci Qarabağ müharibəsində iştirak etmişdir. Lakin xidmətdən sonra o, işsiz qalmışdı. 2021-ci ilin iyul ayında qonşusu Zərərçəkmiş şəxs1 qızının toyundan bir gün əvvəl onun həyətində olan məclisdə həmkəndlisi Musa ilə birlikdə oturub çörək yeyən zaman, Musa ondan harada işlədiyini soruşmuş, o, da Musaya işlədiyi yer barədə məlumat vermişdir. Musa ondan qardaşı Coşqunun nə işlə məşğul olduğunu soruşmuş və o da Musaya onun hazırda işsiz olduğunu demişdir. Musa da ona bəs sən bilmirsən ki, mən harada işləyirəm, sənin qardaşına iş düzəldə bilərəm deyə bildirmişdir. O da Musadan qardaşı Coşquna nə işi düzəldə biləcəyini soruşmuşdur. Musa ona “SOCAR” neft şirkətinin Nərimanov rayonunda olan idarəsində işlədiyini, X16 Donanmasına audit kimi getdiyini və Coşqunu oraya işə düzəldəciyini demişdir. Həmin vaxt Musa ona öz mobil nömrəsini vermiş və zəng vurmasını bildirmişdir. Bundan sonra bu barədə Coşquna demiş və o da həmin yerdə işləməyə razılıq vermişdir. 2021-ci ilin avqust ayında Musaya zəng edərək işlə maraqlanmış və Musa da telefonda ona bəli Coşqunu işə düzəldə bilərəm deyə bildirmişdir. Bu söhbətdən bir-iki gün sonra Musa ona zəng edərək Coşqunun işi düzəlir, lakin pul lazımdır deyə bildirmiş, o da Musaya həll edərik deyə cavab vermişdir. Sonra Coşqun 03 sentyabr 2021-ci il tarixdə Musa ilə Bakı şəhərində görüşərək 1000 (min) manat pulu ona vermişdir. Həmin vaxt Musa ona 15 sentyabr 2021-ci il tarixdə Coşqunun işə çıxacağını demişdir. Lakin həmin tarix gələndə Musa müxtəlif bəhanələr gətirərək yenidən pul istəmişdi. Daha sonra onun bildiyinə görə Coşqun Musaya fərqli-fərqli tarixlərdə ümumilikdə 1000 (min) manat pulu Musanın bank hesabına göndərmişdir. Həmin pulların Musaya verilməsində və göndərilməsində iştirakı olmamış, lakin xəbəri olmuşdur. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 onun yeznəsidir. Təqsirləndirilən şəxs əvvəlcədən tanımış, onun əmisi nəvəsi ilə birlikdə həbsdə olmuşdur. 2022-ci ilin yanvar ayında o, Musa ilə danışan zaman Musa ona qohumlardan işə düzəlmək istəyən varsa düzəldə bilirəm deyə bildirmişdir. O, da Musaya bizim qohumlarda elə bir adam yoxdur deyə cavab vermişdir. Musa dəfələrlə onunla telefonda danışarkən bu barədə ona bildirmişdir. Günlərin birində yeznəsi Sədi ona işsiz olduğunu deyərkən Sədiyə Musa adında bir şəxsin olduğunu və onu işə düzəldə biləcəyini bildirmişdir. Bundan sonra Sədi ilə Musanı əlaqələndirmiş və onlar da görüşmüşlər. Musa Sədiyə “SOCAR” neft şirkətində işə düzəldəcəyini bildirmişdir. 25 yanvar 2022-ci il tarixdə Sədi ona zəng edərək onu işə düzəltməsi üçün 1500 (min beş yüz) manat pulu Musaya Bakı şəhəri, Nərimanov rayonu ərazisində verdiyini demişdir. Yenidən Sədi özü Musaya 50 (əlli) manat və 20 (iyirmi) manat pul göndərmişdir. Daha sonra Sədi ondan Musanın bank kartına 200 (iki yüz) manat pul göndərməsini xahiş etmiş və o da Musa ilə əlaqə saxlayaraq Sədinin ona pul göndərəcəyini demişdir. Buna görə də Musa 13 fevral 2022-ci il tarixdə onun mobil telefonuna ”WhatsApp” proqramı vasitəsi ilə özünə məxsus bank kartını göndərmişdir. O da 14 fevral 2022-ci il tarixdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində, “Kapital Lizinq” binasının yanında yerləşən Milli.ön ödəmə aparatından 200 (iki yüz) manat pulu Musanın kartına göndərmiş və bu barədə ona məlumat vermişdir. Bu hadisədən iki ay sonra o, Musanın onları aldatdığını bilmişdır. Musa dəfələrlə ondan işə düzəlmək istəyən adamın olub-olmamasını soruşurmuş və müəllim dediyi şəxslə danışıb “SOCAR” neft şirkətində iş yeri olmasını demişdir. Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 da onun həmkənliləriidir. Özü işi ilə əlaqədar olaraq Bakı şəhərində yaşayır. 2021-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək ona məxsus olan "xxxx" ASC-nin plastik kart hesabına 1000 manat pul göndərəcəyini, həmin pulu bankomatdan çıxardaraq Təqsirləndirilən şəxs verməsini xahiş etmişdir. Onun da məlumatı olmuşdur ki, Zərərçəkmiş şəxs1 həmin pulu Təqsirləndirilən şəxs oğlu Hidayət Məmmədzadəni işə düzəltmək üçün verir. O, həmin gün Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar adlanan ərazidə yerləşən “İran” klinikasının yanında quraşdırılmış "xxxx" ASC-nin bankomatından özünə məxsus olan maaş kartı ilə 1000 manat pul çıxartmış və həmin vaxt orada onu markasını və modelini xatırlamadığı avtomaşının içərisində gözləyən Təqsirləndirilən şəxs 10 ədəd 100 manatlıq əskinazdan ibarət olan 1000 manat pulu vermişdir. Təxminən 1 həftə sonra Ağalıkənd kəndində toy şənliyində olarkən Zərərçəkmiş şəxs1la rastlaşıb salamlaşarkən Elşən ondan Bakı şəhərinə nə zaman gedəcəyini soruşduqda axşam gedəcəyini demişdir. Zərərçəkmiş şəxs1 ona bildirmişdir ki, sənə 1500 manat pul verəcəm, həmin pulu Təqsirləndirilən şəxs verərsən. O da razılaşmış və Zərərçəkmiş şəxs1 1500 (min beş yüz) manat pulu ona vermişdir. O, həmin gün Bakı şəhərinə getmiş və Bakı şəhərində olan zaman Təqsirləndirilən şəxs zəng edərək Zərərçəkmiş şəxs1 göndərdiyi 1500 (min beş yüz) manat pulunun onda olmasını demişdir. Həmin gün axşam Təqsirləndirilən şəxs yaşadığı evə gəlmiş və evin qarşısında o, Təqsirləndirilən şəxs 15 ədəd 100 manatlıq əskinazdan ibarət olmaqla 1500 (min beş yüz) manat pul vermişdir. Daha sonra o, Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs1 pulunu dələduzluq yolu ilə ələ keçirərək onu aldatdığını öyrənmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “diskə baxış keçirilməsi haqqında” 15 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, ş üzrə Zərərçəkmiş şəxs3 istintaqa təqdim etdiyi bir ədəd diskə baxış keçirilən zamanı diskdə olan səs yazılarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 “sənin pulunu sabah günortaya kimi verəcəm və sənin özünü də müəllimin yanına aparacam, görəcəksənki, mənlik deyil” sözlərini deməsi, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs “Mən işi istəmirəm, sən dediyin adam Daşqın İskəndərovduda hə” sözlərini deməsi, Təqsirləndirilən şəxs Bəli deyərək cavab verməsi müəyyən edilmişdir. İş materiallarında olan “diskə baxış keçirilməsi haqqında” 17 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Şahid3 istintaqa təqdim etdiyi bir ədəd diskə baxış keçirilən zaman diskdə olan səs yazılarında Təqsirləndirilən şəxs Şahid3 mobil telefonun ”WhatsApp” proqramı vasitəsi ilə səs göndərərək “Ora bahadı, bilirsən nətərdi, mən də sektor müdür keçdim, sadəcə olaraq fərqi yoxdu, amanat da müəllimə verilib bir beş, orada pul ikinci dərəcəli məsələdi, sadəcə olaraq pul sənədlərin arasında verilməlidi, həm orada maaş yaxşıdı. Əgər pul yoxdursa mən özüm verim sonra verərsiz. Çox insanı işdən çıxardılar, mən də müəllimdən xahiş etmişəm. Ən çoxu ikinci günə iş alınacaq amanat da həmin adama veriləcək, nə düzəldə bilirsən düzəlt, mən özüm də üstün düzəldərəm. Əgər imkan varsa 200 manat göndər həll edək. Məni də çağırıblar saat 12-də olmalıyam, sənə görə edərəm mən bu işi. İmkan olsa pulu göndər, mənim də üstümdə olsa aparıb verəcəm ora” yazılarının qayd edildiyi müşahidə edilmişdir. İş materiallarında olan 09 dekabr 2022-ci il tarixli "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məktubuna əlavə edilmiş cədvələ baxış keçirilən zaman 4169-7314-9383-1217 saylı bank kartının Təqsirləndirilən şəxs məxsus olduğu, eləcədə zərərçəkən şəxslərin ifadələrində göstərdikləri tarixlər və məbləğlərin cədvəldə əks olunduğu müəyyən edilmişdir. İş materiallarında olan, “SOCAR” neft şirkətindən daxil olmuş 03 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin şirkətdə işəmir. İş materiallarında olan Daxili İşlər Nazirliyindən ünvanlanmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs 17 fevral 2012-ci il tarixli Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2 və 310-cu maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ rayon məhkəməsinin 31 avqust 2018-ci il tarixli qərarı ilə əməl Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilərək cəzası 06 il müddətinə endirilməklə azad edilmişdir. Məhkumluğu ödənilməmişdir. İş materiallarında olan 02 iyul 2022-ci il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokolldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 04 iyul 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və o həmin tarixdə saat 13:00-da Biləsuvar RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan 19 avqust 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilmiş, 26 avqust 2022-ci il tarixli «axtarışda olan şəxsin tutulması barədə» protokoldan görünür ki, o, həmin tarixdə saat 17:00-da Bakı şəhərində tutulmuşdur. İş materiallarında olan 28 avqust 2022-ci il tarixli Biləsuvar rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirinin seçilməsindən imtina olunmaqla həbsdən azad olunmuş, həmin tarixdə Biləsuvar Rayon Polis Şöbəsinin müstəntiqi Vüsal Adışov tərəfindən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 10 oktyabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs istintaqdan gizləndiyi üçün barəsində yenidən axtarış elan edilmiş, 01 dekabr 2022-ci il tarixli «axtarışda olan şəxsin tutulması barədə» protokoldan görünür ki, o, həmin tarixdə saat 17:30-da Biləsuvar şəhərində tutulmuşdur. İş materiallarında olan 02 dekabr 2022-ci il tarixli Biləsuvar rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmanın əvvəli 01 dekabr 2022-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 13 iyul 2022-ci il tarixli Biləsuvar rayon Ağalıkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən və ailə tərkibi haqqında arayışdan görünür ki, Sədiyev X8 rayonu, Ağalıkənd kəndində qeydiyyatdadır xx.xx.2004-cü il təvəllüdlə Nigar Sədiyeva adlı yetkinlik yaşına çatmış, xx.xx.2009-cu il təvəllüdlü Nihad Sədiyev adlı azyaşlı uşağından ibarətdir, hazırda ailəsindən boşanmışdır, yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan 21 oktyabr 2019-cu il tarixli 2 (022)-612/2019 nömrəli Biləsuvar Rayon məhkəməsinin icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2004-cü il tarixdə doğulmuş X6 və xx.xx.2009-cu il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutulur. Məhkəməyə təqdim olunmuş 09 mart 2023-cü il tarixli Zərərçəkmiş şəxs4 ərizəsindən görünür ki, ona dəymiş 5000 (beş min) manat ziyan tam ödənlilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim olunmuş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ərizələrindən görünür ki, onlara dəymiş ziyan ödənilməmiş, təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş etmişdirlər. İş materiallarında 23 dekabr 2022-ci il tarixli «sübutların qiymətləndirilməsi, əməlin tövsif olunması və işin aidiyyəti üzrə göndərilməsi haqqında qərarla» Zərərçəkmiş şəxs3 və Şahid3 istintaqa təqdim etdiyi içərisində iş üçün əhəmiyyət kəsb edən səs yazıları olan iki ədəd CD disk maddi sübut kimi tanınmışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliyi tam sübuta yetirilmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onlar tərəfindən törədilmişdir, bu cinayətə görə ittiham verildiyi CM-in 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidirlər və təqsirli olmaları kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq “vəzifəli şəxsə rüşvət verməyə zərərçəkmiş şəxsləri təhrik etməmiş” hissəsini məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, ifadənin həmin xüsusatı obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs həqiqətən də aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə özgə əmlakını ziyan vurmaqla ələ keçirmişdir. Məhkəmə, onun ifadəsində göstərdiyi bu xüsusatları ona cəza təyin edilməməsinə, habelə təyin ediləsi olduğu hala daha yüngül cəza təyin edilməsi, başqa sözlə, cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından təqsirləndirilən şəxslərin əməli qanuna müvafiq cəzalandırılmalıdır. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə CM-in 62-ci və ya 70ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1.4 və 59.1.14-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini məhkəmə onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün təqsirləndirilən şəxslər ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsirini, həmçinin təqsirləndirilən şəxslərin hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən həmin Məcəllənin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 dəymiş 5100 (beş min yüz) manat məbləğində, Zərərçəkmiş şəxs2 dəymiş 2000 (iki min) manat və Zərərçəkmiş şəxs3 1770 (min yeddi yüz yetmiş) manat maddi ziyan ödənilməmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası CPM-in 180.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında dəymiş maddi ziyanın tələb edilməsi ilə bağlı iddia vermək hüququ izah edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 və Şahid3 istintaqa təqdim etdiyi içərisində iş üçün əhəmiyyət kəsb edən səs yazıları olan iki ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli 01 dekabr 2022-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs 02 iyul 2022-ci ildən 04 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün, 26 avqust 2022-ci ildən 28 iyul 2022-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün, ümumilikdə 4 (dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək cəzadan çıxılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, CM-in 178.2.2, 178.2.4-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, 32.4, 312.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə olaraq 5 (beş) 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 02 iyul 2022-ci il tarixdən 04 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün, 26 avqust 2022-ci il tarixdən 28 avqust 2022-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün, ümumilikdə 4 (dörd) gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanıb təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 5 (beş) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 dekabr 2022-ci il tarixdən hesablansın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 mülki mühakimə icraatı qaydasında dəymiş maddi ziyanın tələb edilməsi ilə bağlı iddia vermək hüququna malik olmaları izah olunsun. İş üzrə maddi sübut olub – iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 və Şahid3 istintaqa təqdim etdiyi içərisində iş üçün əhəmiyyət kəsb edən səs yazıları olan iki ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Neymət Məmmədov Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar